text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ədəbiyyatımızın - mənəvi həyatımızın bölgələrdəki mənzərəsi. Ədəbiyyat - söz sənəti zaman və məkan hüdudlarına sığmayan, əsrlər və nəsillər sınağından keçən, hər hansı xalqın mənəvi həyatının yol yoldaşı olan milli sərvətdir. Dünya xəritəsində bir bənövşə yarpağı qədər yeri olan Azərbaycan bəşər mədəniyyəti tarixinə el...
ANL
Eynəli bəy Sultanovun "Hekayələr" kitabı haqqında qeydlər. Naxçıvanın yetirdiyi görkəmli ziyalılar sırasında Eynəli bəy Sultanovun da diqqətəlayiq mövqeyi var. O, çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə xalqımızın ədəbi-mədəni tərəqqisinə layiqli xidmət göstərib. 5 may 1866-cı ildə dünyaya gələn maarifçi-ziyalının şəxsiyy...
ANL
Azərbaycan elmi "Böyük Çöl" Birinci Beynəlxalq Humanitar Elmlər Forumunda təmsil olunub. Azərbaycan elmi "Böyük Çöl" Birinci Beynəlxalq Humanitar Elmlər Forumunda uğurla təmsil olunub. Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astana şəhərində, Nazarbayev Mərkəzində mayın 23-24-də "Böyük Ç...
ANL
Ağ bulaqlar axıb gedir döş boyu, Anam Şuşa gözlərimdən boylanır. Mamırlanıb qaya üstü, daş altı, Duman alıb kirpiyimi qaş altı. Yaddaşımda qəhqəh çəkir Daşaltı, Anam Şuşa gözlərimdən boylanır. Nə atdılar, başım üstə ələndi, Səhərlərim axşamıma bələndi. İllər keçir, adım üstə ad gəlir, Anam Şuşa gözlərimdən boylanır. Ha...
ANL
Yenə iki od arasında. (Səkkizinci Qarabağnamə). Böyük yazıçı, tədqiqatçı və fikir adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə ehtiramla... Ağaməhəmməd şah Qacarın Şuşa üstünə ikinci yürüşü... ...Ağaməhəmməd şah Qacar. Adil şahın altı yaşında axtalatdığı, Kərim xan Zəndin on altı il dustaq saxladığı Ağaməhəmməd xan. On...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). Asiyadakı və digər ərazilərdəki imperializm. Baxmayaraq ki, Asiya XVI əsrdən başlayaraq Qərbin təsirinə açıq olsa da, onun nəhəng ərazisinin çox hissəsi heç də Avropanın nəzarəti altına düşmədi. Hollandlar Şərqi Hindistanda, ispanlar Filippin...
ANL
Xalq yazıçısı İlyas Əfəndiyevin kino yaradıcılığı. Bugünlərdə - mayın 26-da anadan olmasının 102-ci ildönümü tamamlanan görkəmli ədibimiz, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, ustad nasir və dramaturq, qüdrətli qələm sahibi İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığında onun kino yaradıcılığı da xüsusi yer tutur. Məl...
ANL
Bakıda Yusif Səmədoğlu ilə qəbirüstü söhbət. Onda bilərsən ki, ikiayaqlıların hamısının gözünün qarası bax o eynək kimi çat-çatdı, dəyişmək mümkün deyil. Burda optikalıq bir iş yoxdu. Dünyaya da çat-çat olmuş göz qarasının arxasından baxıb feyziyab olurlar... Elə bilirlər ki, dünya onların gördükləri kimidi. Özünsən! B...
ANL
Afaq Məsud dünyası. Bütün həqiqi yazıçılar kimi Afaq Məsudun “uydurmalar”ı da yazıçının daxili dünyasında məskunlaşmış “həyatın dibi”ndən gəlir... “Şənbə gecəsi” yazıçının ən yaxşı hekayələrindən biridir. Bunu dəqiq bilirdi. Bunu anasının yeriməkdən balacalaşan ayaqlarına baxanda bədəninin hansı toxumasıylasa necəsə hi...
ANL
Maarifçilik, vətənpərvərlik və insanpərvərlik. Əlifba “A”dan başladığı kimi maarifçilik ədəbiyyatdan və mədəniyyətdən başlayır. Ən güclü siyasi qüvvələrin illərlə həyata keçirə bilmədiklərini bir kino, bir tamaşa, yaxud 2 dəqiqəlik videoçarx bir neçə dəqiqənin, saatın içində eləyə bilər. Azərbaycan Respublikasının Prez...
ANL
Ankarada Azərbaycan yazıçılarının kitabları təqdim olundu. Mayın 25-də Ankarada Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın türkcəyə çevrilmiş "Göz muncuğu", Rəşad Məcidin "Bir daha gəlməyəcək" və Pərvinin "Anar dünyası" kitablarının təqdimat mərasimi keçirilib. Avrasiya Yazarlar Birliyinin baş...
ANL
Əlimərdan bəy Topçubaşovun dördcildliyi. Ötən aprel ayında ADA Universitetində milli ictimai-siyasi fikrimizin görkəmli nümayəndəsi, Azərbaycan Cümhuriyyətinin ideya atalarından və qurucularından biri, publisist, siyasi xadim və diplomat Əlimərdan bəy Topçubaşovun əsərlərinin dördcildliyinin təqdimat mərasimi keçirildi...
ANL
Azərbaycan Xalq Cümhuriyyəti: milli istiqlalın təntənəsi. 1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib b...
ANL
Azərbaycan-Çin elmi əməkdaşlığı müzakirə edildi. Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) rəhbər heyətindən ibarət bir qrup alim mayın 27-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Bu barədə İnstitutun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Vüqar Məmmədov məlumat verib. Nümayəndə heyətinə ...
ANL
Qarabağ Muğam Mərkəzi fəaliyyətini genişləndirir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan Qarabağ Muğam Mərkəzi nəinki adıçəkilən regionda, bütövlükdə, respublikamızda qabaqcıl mədəniyyət mərkəzlərindən sayılır. 2008-ci ildən Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyətə başlayan sözügedən müəssisə ötən illər ə...
ANL
Şəhid evlərini soraqlaya-soraqlaya gəzdiyim rayonlarda, ünvanı soruşanda, qarşılaşdığım insanların əksəriyyəti eyni sözü deyir: "... O qapısında Azərbaycan bayrağı asılan ev şəhidin evidir". Qapısında bayraq asılan evləri, məhəllələrin sakinlərini həm qürurlu, həm də gözü yaşlı gördüm. Ocağını yandıracaq, yurduna sahib...
ANL
"Sabir poeziya günləri" Xaçmazda qeyd edildi. Bakıdan yola çıxmazdan əvvəl Sabir bağında şairin büstü önünə güllər qoyulub. Şairin ruhuna ehtiram göstərən nümayəndə heyəti Xaçmazda öncə Heydər Əliyevin abidəsini ziyarət edib. Xatırladaq ki, "Sabir poeziya günləri" ilk dəfə Xalq şairi Rəsul Rzanın təşəbbüsü və təşkilatç...
ANL
Xalq Şairi Fikrət Qoca Dövlət Mükafatına layiq görüldü. Prezident İlham Əliyev 2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatlarına layi...
ANL
Azərbaycan Avropa Milli Kitabxanaları Konfransının toplantısında təmsil olunub. Avstriyanın paytaxtı Vyanada Avropa Milli Kitabxanalarının Konfransı (CENL) beynəlxalq təşkilatının 30-cu illik ümumi görüşü keçirilir. Avstriya Milli Kitabxanasında reallaşan görüşə Avropanın 40-a yaxın ölkəsini təmsil edən milli kitabxana...
ANL
“Hekayəti xırs quldurbasan” Londonda böyük maraqla qarşılanıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) yaradıcı heyəti mayın 28-dən Londonda qastrol səfərindədir. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edir. Səfər çərçivəsində Azərbaycanın g...
ANL
Xan Şuşinski adına festivalın qalibləri mükafatlandırılıb. Mayın 28-də Beynəlxalq Muğam Mərkəzində Xan Şuşinski adına 3-cü muğam festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, festival Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tə...
ANL
Əbədiyaşar şairimiz Tofiq Bayram. Təhsil aldığım Filologiya fakültəsi tələbələri ilə görüşə gəlmişdi. Odlu-alovlu bir şair idi, o vaxt deyiləsi, yasaq edilən sözlər, fikirləri şeir misralarına hopduraraq cəsarətlə tribunadan deyirdi, hamımız onun təsiri altında idik. Sözü-söhbəti bitib-tükənmirdi. İlhamı qanadlanıb uçu...
ANL
Tarixin Muğan səhifəsi. MUĞANIMIZ - TARİXİMİZ, SƏRVƏTİMİZ. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənub və cənub-şərqdə Lənkəran ovalığına, Salyan düzünə qədər uzanır. Qeyd edək ki, düzün böyük hissəsi Cənubi Azərbaycanın payına düşür. Buradan Kür və Araz çaylarının keçməsi ...
ANL
Vilnüsə təyyarədən bir saat öncə enmişdim. Viza məsələsini aeroportdaca həll eləməliydim. Ona görə də ləngiyəsi oldum. Çölə çıxanda o, məni qarşıladı. - Mənə sizi qarşılamaq və müşaiyət eləmək həvalə olunub. Sonra isə özünü təqdim elədi: - Mahir Həmzəyev, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri. İlk söhbətdən anladım...
ANL
Azərbaycanın uğurlarını Avropaya təqdim edən fundamental tədqiqat. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanı dəyişmiş on il (2003-2013)" kitabı bu yaxınlarda Polşada polyak dilində işıq üzü görüb. Ötən ilin sonlarında isə bu monoqrafiya Buxarestdə rumın dilin...
ANL
İSTEDADLI GƏNC PİANOÇU MURAD ABASOVUN PARLAQ UĞURLARI BÜTÖVLÜKDƏ AZƏRBAYCAN MUSİQİ SƏNƏTİNİN MÜHÜM NAİLİYYƏTİDİR. Bu yazıda gənc bir istedad - respublika və beynəlxalq miqyaslı müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilən, prezident təqaüdçüsü olan pianoçu Murad Abasov haqq...
ANL
O, Türkiyə, İran, Gürcüstan, Hollandiya, Pakistanda keçirilən bir sıra Beynəlxalq tədbir, konfrans və simpoziumların iştirakçısıdır. 65 yaşın astanasında olan şair Xanəli Kərimli klassik Azərbaycan və dünya poeziyasından bəhrələnməklə çağdaş ədəbi prosesin tələblərini, istəklərini duyaraq öz sözünü deməyi bacaran söz a...
ANL
Azərbaycan Radiosunun veteranı, Əməkdar jurnalist İlyas Adıgözəlli radioya lap uşaq yaşlarından bağlanıb. Doğulduğu Borçalının Sadaxlı kəndində elektrik dirəklərinə bənd edilmiş balaca radionu eşidən gündən onun sehrinə düşüb. Sonra isə evlərə radio xətləri çəkilərkən ailəsi üçün ilk radioqəbuledicini də özü alıb və mü...
ANL
Musiqi sahəsində Azərbaycan-İtaliya əlaqələri genişlənir. Bugünlərdə İtaliyanın Espressione d`Arte assosiasiyasının təşəbbüsü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Luigi Cherubini Konservatoriyası arasında ERASMUS proqramı çərçivəsində İtaliya ilə Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsin...
ANL
"Karmen"in yeni tamaşası: sevgi və cəsarətin təntənəsi. "Karmen" hər zaman böyük maraqla izlənilən , dahi fransız bəstəkarı Jorj Bizenin dünya opera səhnəsinə hədiyyə etdiyi mükəmməl bir əsərdir. 19-cu əsrdə yaşayıb-yaratmış, yaradıcılığında opera janrı mühüm yer tutan Bize öz məşhur əsəri "Karmen"i görkəmli fransız ya...
ANL
"Könüldən-könülə yollar görünür". Vyaçeslav Ar-Serqi tanınmış udmurt söz ustası, Udmurtiyanın Xalq yazıçısı, qırxdan çox kitabın müəllifidir. Udmurt etnosu böyük türkdilli dünyanın birşaxəli qoludur, uqro-fin qrupuna aid edilir. Azərbaycan ədəbi aləminə Ar-Serqini bir çox yaradıcı və insani tellər bağlayır. Bu ülfət Ni...
ANL
Mən qədim şəhərin vətəndaşıyam. Dəniz dalğaları hopub canıma, Uzun tarixlərin yol yoldaşıyam, Ulu babaların qan yaddaşıyam. Əski tonqalların külü qaraldıb, Tufanlar qarsıdıb cadar üzümü, Gözümün kökünü həsrət saraldıb, Torpaqdan almışam səbri, dözümü. Zeytun ağacları baş əyir mənə, Sinəmdə çəkilən qayıqlar qalın, Yanım...
ANL
Üzeyir bəy Hacıbəyli dünyasının sehrində. "Xalq qəzeti"nin 18 sentyabr tarixli sayında Milli Musiqi Günü ilə bağlı görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun "Dahi bəstəkar Üzeyir bəy Hacıbəylini hər zaman böyük ehtiram və rəğbətlə xatırlayıram" adlı məqaləsi verilmişdi. Məqalə ilə birlikdə verilən şə...
ANL
Türk dilində ilk mətbuat orqanı. “Bu qəzet müqəddəs şəriətə və dövlət quruluşumuza toxunmamaq şərti ilə mənim iqtidarıma çox yardımçı olacaqdır”. Türkiyə mətbuatı böyük və mürəkkəb yol keçmiş, sultan II Mahmudun dövründə mətbuatın inkişafı və jurnalistlərin fəaliyyəti üçün "yaşıl işıq" yandırılmış onun vəfatından sonra...
ANL
Budapeştdə XI Beynəlxalq Böyük Türk Dili Qurultayı. Türkiyənin məşhur Bilkənd Universitetinin, Budapeştdə fəaliyyət göstərən Yunus Əmrə İnstitutunun və Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi Vəqfinin dəstəyi və təşkilatçılığı ilə düzənlənən qurultayda Belçika, Polşa, Türkiyə, Azərbaycan, İraq və Qazaxıstandan gəlmiş 130...
ANL
Vəli Xuluflu nümunəsi: fədakar alim, ziyalı və şəxsiyyət kimi. O, Azərbaycanın ən tanınmış alimlərindən, folklorşünaslarından biri idi. Keçən əsrin 20-30-cu illərində Salman Mümtaz və Hümmət Əlizadə kimi yorulmaz tədqiqatçılarla birgə el sənətinin tədqiqi, təbliği və toplanıb yazıya alınması üçün var qüvvəsini sərf edi...
ANL
Adımı Oqtay qoydular. Səsimi eşidib fərəh duydular, Atamın murazı güldü üzündə. Yüz dəftər-kitaba yazıldı adım. Gördüm xeyirxahlar, qəlbə dəyənlər, Bəzən tərsinə də yozuldu adım. Düz seçə bilməkçün şeir kürsümü - Oxuyub öyrəndim neçə ustadı;. Ömrümün əksidir o sökülən dan, Günəş gülşənimə baxır yaxından. Ötən yüzillikd...
ANL
Şair-publisist Taleh Həmid vəfat etdi. Şair, publisist və jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Taleh Həmid 64 yaşında vəfat edib. Milli.Az bildirir ki, bu barədə APA-ya şairin ailəsindən məlumat verilib. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılma...
ANL
Xanəndə Teyyub Aslanovun yeni albomu təqdim edilib. Noyabrın 2-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Əməkdar Artist, xanəndə Teyyub Aslanovun “Aman təklik əlindən” adlı audiodiskinin təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi muzeyin Qədim Musiqi Alətləri Ansamblının yaradılmasının 20 illiyi çərçiv...
ANL
Vaqif Sultanlının hekayələri Ukrayna mətbuatında. Bu günlərdə Kiyevdə nəşr olunan “Vsesvit” jurnalının 7-8-ci nömrələrində azərbaycanlı yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Dərviş” və “Qütb gecəsi” hekayələri dərc edilib. AZƏRTAC xəbər verir ki, hekayələri Ukrayna dilinə Zaporojye Universitetinin müəllimi Nina Belo...
ANL
Şair Taleh Həmid torpağa tapşırıldı. Dünən tanınmış şair, publisist Taleh Həmidin dəfn mərasimi keçirilib. 64 yaşında vəfat edən şair doğulub boya-başa çatdığı Şəmkirin Dəllər-Cəyir kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, şair-publisist Barat Vüsal, Gəncə bö...
ANL
Taleh Həmidin son müsahibəsi: "Mən ömrün dünənindən gəlirəm". GƏLƏNDƏ ONU DA ƏLIBOŞ YOLA SALMAQ OLMAZ". Tanınmış şair, publisist Taleh Həmid bu müsahibəni redaksiyamıza həftənin ilk günü göndərmişdi. Həmin gün redaksiyaya zəng vuran Taleh müəllim bir xanım yazarın ondan müsahibə aldığını dedi və ərklə əlavə elədi ki, m...
ANL
Rəssamlıq sənətimizin Fərhadı. XALQ RƏSSAMI FƏRHAD XƏLİLOVUN 70 İLLİYİNƏ. Azərbaycan rəssamlıq sənəti özünəməxsus inkişaf yolu keçib. XX əsrin əvvəllərində Azərbaycan rəssamları dünyada baş verən mütərəqqi cəhətlərdən yaradıcı şəkildə bəhrələnməklə ölkəmizin rəssamlıq sənətini inkişaf etdirməyə çalışırdılar. Bu rəssaml...
ANL
Qulu Məhərrəmli haqqında deyilənlər... Bu gün Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmlinin doğum günüdür. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən təy...
ANL
Məmməd bəy Cavanşir anasını niyə öldürmüşdü? Qadına qarşı zorakılıq, təkcə zorakılıq yox, həm də öldürülməsi ilə bağlı həm saytlarda, həm də sosial şəbəkələrdə geniş müzakirələr gedir. Təbii ki, ictimai qınaqla bunun qarşısını almaq mümkün deyil, çünki belələri ictimaiyyətə yad olduğundan ictimai qınaq da onların heç v...
ANL
Mənəviyyatdan qaynaqlanan multikulturalizm. Tolerantlıq da, multikulturalizm də hələ leksikonumuza daxil olmadan, bu sözlərin mənasına varmadan Azərbaycan xalqı, sadə camaat tolerantlıq şəraitində yaşayırdı və multikultural idilər. Yəni ölkə başçısının da dediyi kimi bu bizim həyat tərzimizdir. 60-70-ci illərdə də belə...
ANL
Fanidən fani dünyada. Bir gün yatıb durmamaq var. Öz halına ağlamaq var. Əməllərin sorağında, Ömür gözün qabağında, Talenin bəxt tabağında. Öz nəfsini dağlamaq var. Hər kəs doğruya həsrətdi, Könül bu həsrətə yetdi? Yaşanan gün bir möhlətdi. Qəlbini köklə ahəngə, Ömrünü gətirmə təngə. Əhməd düşməz rəngdən rəngə. Əhdə və...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. Yunanıstanın siyasi parçalanması Balkan yarımadasının coğrafi xüsusiyyətlərinin (dağlarla ayrılan vadilərin mövcudluğu) nəticəsi idi. İstedadlı xalqın təkrarsız xarakterində meydana gələn izolə olunmuş və qapalı həyat tərzi meydana gəlmişdi. Yunan dünyasının siyasi xərit...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Əmrahsız qalan dağlar. Bu söz Qara Qasımı tutdu və əlini xəncərində gəzdirə-gəzdirə: - Əmrah, görürəm başın bədəninə ağırlıq eləyir. Səni gecəynən yorğan-döşəyinə büküb, ilim-ilim itirərəm. Gör kiminlə danışırsan! Əlindən gələni iki qaba çək. Qara Qasım xəncəri sivirib cumdu Əmrahın üstünə. Əmrah cəld onun qolunu burub...
ANL
Zəngin ömür yolu, həyat təcrübəsi var. Mövqeyini təsdiq etmiş, sözünü demiş insandır. Yaşadığı ömür peşəkar və məsuliyyətli bir insanın ömrüdür. Fəaliyyəti xalqına, dövlətinə sədaqət nümunəsi, vətənpərvərliyi gənclərə örnəkdir. O, bir azərbaycanlı kimi öz köklərinə, milli dəyərlərinə bağlı bir vətəndaşdır. Onun üçün do...
ANL
“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində - II məqalə. “Kitabi-Dədə Qorqud” eposunun latış dilinə tərcüməsi barədə danışmazdan öncə tarixə qısa ekskurs edərək qeyd etmək istərdik ki, latış oxucularına əsər haqqında ilk dəfə bəzi edukoloji bilgilərin təqdim olunması halları, 1950-ci ildə qadağan olunmuş milli d...
ANL
Səfəvilər dövlətindən Azərbaycan Xalq Cümhuriyyətinə. TARİXİ-SİYASİ PROSESLƏRİN TƏHLİLİ, ARADAKI BÖYÜK ZAMAN FƏRQİNƏ RƏĞMƏN, CÜMHURİYYƏTİ SƏFƏVİLƏR DÖVLƏTİNİN DAVAMÇISI KİMİ GÖRMƏYƏ İMKAN VERİR. Qədim tarixə və dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının dövlətçilik tarixi çox zəngindir. Qədim dövrlərdən baş...
ANL
Bu il Avropada paylaşılan kitab oldu. Frankfurtda - dünyanın ən böyük kitab sərgisində fəxri qonaq kimi Niderland və Belçikanın Flandre bölgəsi seçilmişdi. Amma Frankfurt Kitab Sərgisinə ən böyük damğanı bu il Sülh Mükafatını qazanan Karolin Emke vurdu. “Avropada indi şiddət və fanatizm rüzgarı əsir”, deyərək Avropadak...
ANL
Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır. Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik. Həyat, əzəl və əbədiyyət arası bir göz qırpımı. Eşqi yaralamaq, Rəbbimi yaralamaq; Xudanı və bir qul üçün ən önəmli olan Mövlanın razılığı...
ANL
Bakının yeli əsdi, Əsib səbrimi kəsdi. ...Günəş sağa tərəf istiqamət götürüb hərəkət edir. Altaylar inanırmışlar ki, böyük igidləri, eləcə də xalqın keşiyində duran yenilməz Maaday Qaranı dağ ruhu yaratmışdır. O, doğularkən ovcunda daş varmış. Nə üçün daşların rəngi qara və bozmuş? Türkdilli xalqlarda sol əl- sol tərəf...
ANL
Son zamanlar Qarabağ müharibəsinin gündəmdə canlanması, aprel ayında Ali Baş komandanımzı İlham Əliyevin rəhbərliyi ilə Qarabağda ordumuzun keçirdiyi uğurlu əməliyyatlar, eləcə də ölkəmizin pambıqçılıq sahəsinin canlandırılması sahəsində səyləri məni bir daha 80-90-cı illərə qaytardı. Qarabağda qazandığımız uğurlu əməl...
ANL
Müsahibimiz Azərbaycan Radiosunun diktoru, respublikanın Xalq artisti Əli Məhəmmədoğludur. - Əli müəllim siz uzun müddətdir ki, Azərbaycan radiosunda diktorsunuz. Onda bura Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlanırdı. 25 yaşım var idi. Mənim diktorluğa həvəsim orta m...
ANL
Türkçülüyə töhfə. Türk xalqlarının geniş inteqrasiyası ilə səciyyələnən müasir mərhələdə ümumtürk mədəniyyəti və genezisinin öyrənilməsinə həsr edilmiş əsərlərə çox böyük zərurət vardır. AMEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərovun türkologiya elminə xidmət kimi dəyərləndiri...
ANL
Müsahibimiz Azərbaycan Radiosunun diktoru, respublikanın Xalq artisti Əli Məhəmmədoğludur. - Əli müəllim siz uzun müddətdir ki, Azərbaycan radiosunda diktorsunuz. Onda bura Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlanırdı. 25 yaşım var idi. Mənim diktorluğa həvəsim orta m...
ANL
Türkçülüyə töhfə. Türk xalqlarının geniş inteqrasiyası ilə səciyyələnən müasir mərhələdə ümumtürk mədəniyyəti və genezisinin öyrənilməsinə həsr edilmiş əsərlərə çox böyük zərurət vardır. AMEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərovun türkologiya elminə xidmət kimi dəyərləndiri...
ANL
Səfəvilər dövlətindən Azərbaycan Xalq Cümhuriyyətinə. TARİXİ-SİYASİ PROSESLƏRİN TƏHLİLİ, ARADAKI BÖYÜK ZAMAN FƏRQİNƏ RƏĞMƏN, CÜMHURİYYƏTİ SƏFƏVİLƏR DÖVLƏTİNİN DAVAMÇISI KİMİ GÖRMƏYƏ İMKAN VERİR. Səfəvi dövlətinin idarəçilik sisteminə nəzər yetirdikdə də irançılıq-farsçılıq idarəetmə sisteminin əksini görürük. Türk dövl...
ANL
Elmi məbəd bilən alim. Uzun illərdir eyni tədris müəssisəsində çalışırıq. Amma etiraf edim ki, bu yazının meydana gəlməsinin əsas səbəbi Fərman müəllimin "Dil və real gerçəklik: sistem və struktur münasibətləri" adlı monoqrafiyası ilə tanışlığım oldu. Səmimiyyətlə deyim ki, Fərman müəllimlə söhbətlərdən həmişə məmnun q...
ANL
IV Bakı Beynəlxalq Teatr Konfransının yaşatdıqları. Bakı son illərdə beynəlxalq tədbirlərə, yarışlara, konfranslara ev sahibliyi etməyə alışıb artıq. Təkcə bu il ölkəmizdə keçirilən, baş tutan tədbirlərin sayını itirmişik. Bu cür nüfuzlu, dünya sənətşünasları arasında tanınan tədbirlərdən biri də Bakı Beynəlxalq Teatr ...
ANL
Səfəvilər dövlətindən Azərbaycan Xalq Cümhuriyyətinə. TARİXİ-SİYASİ PROSESLƏRİN TƏHLİLİ, ARADAKI BÖYÜK ZAMAN FƏRQİNƏ RƏĞMƏN, CÜMHURİYYƏTİ SƏFƏVİLƏR DÖVLƏTİNİN DAVAMÇISI KİMİ GÖRMƏYƏ İMKAN VERİR. Səfəvi dövlətinin idarəçilik sisteminə nəzər yetirdikdə də irançılıq-farsçılıq idarəetmə sisteminin əksini görürük. Türk dövl...
ANL
Elmi məbəd bilən alim. Uzun illərdir eyni tədris müəssisəsində çalışırıq. Amma etiraf edim ki, bu yazının meydana gəlməsinin əsas səbəbi Fərman müəllimin "Dil və real gerçəklik: sistem və struktur münasibətləri" adlı monoqrafiyası ilə tanışlığım oldu. Səmimiyyətlə deyim ki, Fərman müəllimlə söhbətlərdən həmişə məmnun q...
ANL
IV Bakı Beynəlxalq Teatr Konfransının yaşatdıqları. Bakı son illərdə beynəlxalq tədbirlərə, yarışlara, konfranslara ev sahibliyi etməyə alışıb artıq. Təkcə bu il ölkəmizdə keçirilən, baş tutan tədbirlərin sayını itirmişik. Bu cür nüfuzlu, dünya sənətşünasları arasında tanınan tədbirlərdən biri də Bakı Beynəlxalq Teatr ...
ANL
Abdulla Surun həyat yoluna və irsinə yığcam nəzər. Şair, insanlara hər hansı çətinlikləri dəf etməyə, maneələri aradan qaldırmağa təpər, gələcəyə, yaşamağa qol-qanad verən ümidi nəzərdə tutaraq, 1909-cu ilin aprelində "Kiyevdə müqim dostlarımdan gəncəli bir təbibə" (Dostunuz A.Sur. Kiyevdə müqim dostlarımdan gəncəli bi...
ANL
Neçə-neçə şəhidin qanından yoğrulmusan, Bütün aləm bilir ki, sən haqdan doğrulmusan, İllərin atəşinə dözmüsən, qovrulmusan, Üstündəki ay-ulduz yolumdakı çırağım- Ey sevgili bayrağım... Sən harda dalğalansan, ora nura bələnər, Səni hara assalar, ora uğur ələnər, Sən olduğun yerlərə nur, bərəkət çilənər, Sənə yaraşıq ver...
ANL
Pedaqoji Universitet yeni inkişaf mərhələsində. Tarix boyu Azərbaycan ziyalıları xalqımızın gələcəyi, inkişafı, bir xalq, bir millət olaraq var olması, ayaqda durması üçün ən vacib amil olaraq elmi, təhsili seçiblər. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai kimi orta əsrlərdə yaşayıb-yaradan...
ANL
Ölümdən sonrakı həyat. UZUN İLLƏR MƏKTƏB DİREKTORU İŞLƏMİŞ RÜFƏT AĞAYEVİN ÇOX DA UZUN OLMAYAN ÖMÜR YOLUNDAN XATİRƏ YARPAQLARI. Məktəbdə ona "Nəhəng adam" deyirdilər. Bu ad onun təkcə zahiri görkəminə görə yox, həm də mənəvi böyüklüyünə görə verilmişdi. Rüfət müəllim həqiqətən nəhəng idi, öz savad və biliyi, dünyagörüşü...
ANL
Millətimin fəxridi, haqqa gedən yoludu, Koroğlumun qılıncı, Babəkimin qoludu, Müstəqillik günəşi, Azadlıq simvoludu, Seyr elə, igid əsgər, dalğalanan bayrağı, Göylərin göy qurşağı, Azərbaycan bayrağı! Göylərin göy qurşağı, Azərbaycan bayrağı! Yaşılı İslamçılıq, göyü Turan şanıdı, Vətən oğlu, qırmızı şəhidlərin qanıdı, ...
ANL
Musiqişünaslığa dəyərli töhfə. PROFESSOR ABBASQULU NƏCƏFOVUN HAZIRLADIĞI YENİ DƏRSLİK İŞIQ ÜZÜ GÖRÜB. Sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Milli Konservatoriyasının (AMK) professoru Abbasqulu Nəcəfzadə "Etnoorqanologiya" (Bakı, "Ekoprint", 2016) adlı dərslik hazırlayıb. Kitabın elmi məsləhətçisi Xalq artisti, ...
ANL
"Şərq qapısı"nın kollektivi... ölkəmizdə gedən cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsinə fəal qoşulmuşdur. Heydər Əliyev. Azərbaycan xalqının ümummilli lideri. Azərbaycan mətbuatının tarixində "Şərq qapısı" qəzetinin mühüm rolu və böyük xidmətləri vardır. Məsuliyyətli və şərəfli yol keçmiş ...
ANL
"Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Noyabrın 10-da "Holiday İnn" hotelində "Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirildi. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə...
ANL
Möhsün Nağısoylunun 70 illiyi elmi sessiya ilə qeyd edilib. Noyabrın 11-də AMEA-nın Əsas binasında Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə tanınmış dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş elmi sess...
ANL
Yeganə otağa gələn gündən hər şey bölündü. Hətta çörəkqabımda çörəklər belə iki qütbə ayrıldı. Çarpayılarımız eyni tərəfdə olmasaydı Yeganə otağa tikanlı sərhəd də çəkərdi. Onun birdən-birə dəyişməsinin izahını heç cür tapa bilmədim. Bircə o aydın idi ki, dikbaşlığından, bir sözü əlli yerə yozmasından qıcıqlanırdım. El...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. Roma bütün İtaliyada ağalığını qurduqdan sonra tez ya gec Qərbi Aralıq dənizinin ən iri dövləti olan Karfagenlə toqquşmalı idi. Onların münaqişəsi Siciliya uğrundakı mübarizədən yarandı. Birinci Puniya müharibəsində (b.e.ə. Hannibalın İspaniyadan və Alp dağlarından keçər...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Əmrahsız qalan dağlar. Əmrah ovcunun içi kimi bilirdi ki, tezi-geci erməni daşnakları ilə üzləşəcək, ölüm-dirim döyüşü başlanacaq. Və bu qırğının qarşısını almaq, camaatı fəlakətdən xilas etmək üçün Sultan bəy və Xosrov bəy qardaşları ilə müntəzəm əlaqə saxlayır, məsləhət-məşvərət edirdi, düşməndən müdafiə olunmaq üçün...
ANL
Mühacirət ədəbiyyatının təşəkkülü, problemləri, şəxsiyyətləri. “AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI” SİMPOZİUMUNUN 25 İLLİYİNƏ. Postcümhuriyyət dövrü Azərbaycan ədəbiyyatını tədqiq edərkən proletar ədəbiyyatı ilə yanaşı, milli, istiqlal ruhlu ədəbi-bədii nümunələrin də yazıldığını, lakin onların bu ədəbi prosesdə ya ədə-bi...
ANL
Dağlı məhəlləsi. Bu məhəllə Yasamalda yerləşirdi. İndi onun qalıb-qalmamağı haqqında heç bir təsəvvürüm yoxdur. Çünki son vaxtlar həyət evlərini alıb onların yerində çoxmərtəbəli binalar tikirlər. Yolumu o tərəfə salıb həmin məhəllənin qalıb-qalmadığını dəqiqləşdirmək də olar, amma qorxuram ki, məhəlləni öz yerində gör...
ANL
Ərdəm qalasının qəlb diyarı. Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub. Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır. Kitabda yer alan esselərdən nümunələri oxucularımız...
ANL
Ömrüm boyu gördüyüm, eşitdiyim, tanıdığım növ-növ adamların içində ağıllı, istedadlı, mərifətli, məharətli, məlahətli, hərarətli, hünərli, təpərli bəzi insanların arasında hərdən-birdən, ara-sıra, nadir hallarda, istisna olaraq elələri də qarsıma çıxırdılar ki, nədən danışırsan danış, hansı mətləbə əl atırsan at, hansı...
ANL
Olur ki, ədəbi tənqidlə məşğul olan adam daha çox öz zövqü və tələbləri səviyyəsindən aşağıda duran əsərlərin “təhlilinə”, bu əsərlərin “şərhinə” yer ayırır və düzü, işin bu şəkildə qurulması nəzərdə tutulan hədəfin “iri çaplı silahlardan” tez bir zamanda atəşə tutularaq darmadağın edilməsinə gətirib çıxarır. Əslində b...
ANL
“Müasir Azərbaycan ədəbi dilində durğu işarələri” çapdan çıxdı. Azərbaycan dilində durğu işarələrindən bəhs edən yeni kitab çap olunub. Vahid Dumanoğlu və İlkin Əsgər həmmüəllifi olduğu kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Fikrət Xalıqov, rəyçil...
ANL
IV Bakı Beynəlxalq Teatr Konfransının yaşatdıqları. İki gün davam edən IV Bakı Beynəlxalq Teatr Konfransı müxtəlif məruzələr, qonaqların minnətdarlıq dolu çıxışları, teatr, sənət mövzusunda polemikalar, seminarlar ilə yadda qaldı. 150 nəfərdən çox qonağın, daha artıq yerli teatr mütəxəssisinin, sənət adamının, ziyalıla...
ANL
“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində - III məqalə. DASTANIN LATIŞCA İKİNCİ NƏŞRİ. Bu nəşr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Latviyanın Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə ərsəyə gəlmişdir. Dastanın guya pantürkizmi təbliğ edən ideologiyanın daşıyıcısı kimi 50...
ANL
Ağdamın məscid məhləsi. Mən "şəhər uşağı" olmasam da, Ağdama olan hörmətim-izzətim, məhəbbətim sonsuzdur. Təzadlarla dolu olan şəhərin fəxr ediləsi məqamları çox idi. Təəssüf edirəm ki, bu fikri keçmiş zamanda yazmaq məcburiyyətindəyəm. Şəhər şirin təkəbbürlülüyü, çevik hərəkəti, yazılmamış qanunlarla idarəedilməsiylə ...
ANL
Güney Azərbaycan şeirinin çağdaş mənzərəsi. Arazın o tayında - Güney Azərbaycanda yaşayıb-yaradan şairlərin yaradıcılığı həmişə bizim ədəbiyyatşünaslığımızın diqqət mərkəzində olub. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 40 ilə yaxındır ki, "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsi fəaliyyət göstərir və bu illər ərzi...
ANL
İstanbulda Xalq Şairi Səməd Vurğunun yubileyi keçirilib. İstanbulda keçirilən 35-ci beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində fəaliyyət göstərən Azərbaycan bölməsində Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə anma mərasimi keçirilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşki...
ANL
Yenə soyuğuyla görünür payız, Elə bil qorxudur baharı, köçsün. Məşq edən əsgərtək sürünür payız, Komanda gözləyir hücuma keçsin. Qoymayır artırsın gül-çiçək nəsil, Nə var təbiətdə alır çənginə. Qızıl hərisidir, sanki bu fəsil, Boyayır dünyanı qızıl rənginə. Sanarsan bəsləyib intiqam yükün, Ona asilərdən qanını alır. Öz...
ANL
Romanda hər hansı passajda qoyulan məsələ, deyilən, irad edilən fikir-ideya növbəti pasajlarda ya təkrar edilir, ətə-qana doldurulur, ya da sadəcə paralellik yaradılır. Yəni, dövrlər, insanlar, şəxsiyyətlər və olaylar arasında zahirən heç bir nüfuz edilmədən təqdim edilən paralellik romanın əsas aparıcı xəttidir. "Mahm...
ANL
Dövlətçilik tariximizdə parlaq imzalar - Ziyadxanov qardaşları. Şəxsiyyətlər cəmiyyətin aparıcı qüvvəsi, millətin simasında əsas cizgilər sayılır. Öz əməlləri ilə vətənlərinin tarixinə imza ata bilənlər, xalqına son nəfəsinə qədər sədaqətlə xidmət edənlər tarixin səhnəsində yaşamaqdadırlar və bu yaşamaq haqqını heç kim...
ANL
Müsahibim böyük alim, tərcüməçi, əvəzsiz pedaqoq, gözəl insan, BSU-nun professoru 75 yaşlı Məmməd Qocayevdir. Ömrünün 55 ilini Bakı Slavyan Universitetinə həsr etmiş alimlə görüşümüz universitetin 70 illik yubileyinə təsadüf edir. Elə söhbətimiz də Məmməd müəllimin BSU-dakı fəaliyyətinin keçmişi və bu günü barəsindədir...
ANL
Bana Ali beyi anlat... Dünən Türk dünyasının böyük oğlu, əvəzsiz hoca, Bakı Atatürk Liseyinin müdiri Ali Devrem Bakıda dünyasını dəyişdi... Sevgili Ali bəy, 10 Kasımda - Atatürkün anım günündə Fatihə ilə birlikdə əvvəl Atatürkə məktub yazıb, sonra törən üçün iki ədəd qırmızı qərənfil alanda bilməzdim ki, 5 gün sonra Si...
ANL
Məğrurluq abidəsi. Noyabrın 17-si Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatımızda və publisistikamızda xüsusi yer tutan Əli İldırımoğlunun ad günüdür. Uzun və zəngin bir ədəbi yaradıcılıq yolu keçən Əli İldırımoğlu bu gün də sözün təəssübünü ləyaqətlə çəkir, ardıcıl yazıb-yaradır və yeni əsərləri ilə ədəbiyyatımıza dəy...
ANL
Dövlətçilik tariximizdə parlaq imzalar - Ziyadxanov qardaşları. Şəxsiyyətlər cəmiyyətin aparıcı qüvvəsi, millətin simasında əsas cizgilər sayılır. Öz əməlləri ilə vətənlərinin tarixinə imza ata bilənlər, xalqına son nəfəsinə qədər sədaqətlə xidmət edənlər tarixin səhnəsində yaşamaqdadırlar və bu yaşamaq haqqını heç kim...
ANL
"Media ilə sosial şəbəkələrin ciddi əməkdaşlıq etməsi artıq qaçılmazdır". Bu münasibətlə "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı "Trend" İnformasiya Agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik. - Sizcə, müasir Azərbaycan mətbuatının əsas uğurları və problemləri hansılardır? - Hesab edirəm ki, bu gün mətbua...
ANL