text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Fəal və fədakar alim ömrünün işığı. GÖRKƏMLİ ARXEOLOQ VƏLİ BAXŞƏLİYEYİN NAXÇIVAN TARİXİNİN ARAŞDIRILMASINDA MÜHÜM XİDMƏTLƏRİ VAR. Elmin inkişafı ayrı-ayrı şəxsiyyətlərin, fərdlərin fəaliyyətinə bağlıdır. Azərbaycan öz elm xadimləri ilə həmişə dünyada tanınıb, dünya elm xəzinəsinə mühüm töhfələr verib. Qədim yurd yeri o...
ANL
Odunbazarı, Lülə daşı və Sazovası ilə məşhur Əskişəhər. Adım Ərdəm Çətintaşdır. Müzakirələrə qatıla bilməsə də, deyim ki, Mətbuat və yayım bölümünun hocasıyam. Foto dərsi verirəm. Azərbaycanı çox sevirəm. Orada olmaq, bildiklərimi tələbələrinizlə bölüşmək istərdim. Sonra isə sosial media üzərində dərslərimizi davam edə...
ANL
Multikultural dəyərlərin qorunması və inkişafı inklüziv cəmiyyətin optimal modeli kimi. Yaşadığımız XXI yüzillik qloballaşma, inteqrasiya əsridir; xalqlar, millətlər və dövlətlər onları ayıran sərhədləri dəf edir, bir-birinə yaxınlaşır, sıx iqtisadi, ticari, mədəni münasibətlər qururlar. Bu gün dünyada çoxmillətli, çox...
ANL
Əhalinin içməli su təminatı: Görülmüş işlər, real vəziyyət və perspektivlər. Susuz həyat yoxdur və bu nemət əvəzsizdir. İnsanlar hələ qədim zamanlardan başlayaraq həmişə su mənbələrinə yaxın yerlərdə məskən salırdılar. Suya olan ehtiyaclarını rahat ödəmək üçün müxtəlif yollar axtarır və su təchizatı vasitələrini daim t...
ANL
Mənəvi-mədəni qaynaqlarımız: Əhməd Yəsəvinin bədii və fəlsəfi-dini irsi. Müasir dövrdə Əhməd Yəsəvi irsi Orta Asiya xalqlarının mədəniyyətini birləşdirən mühüm bir amilə çevrilib. Təsadüfi deyil ki, Əhməd Yəsəvinin yaradıcılığı türkdilli məkanda yüksək qiymətləndirilir. Orta Asiya xalqlarının ədəbiyyat və dillərinin in...
ANL
Xalq Yazıçısı Elçinin pyesləri Azərbaycanın sərhədlərini aşaraq ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrin teatrlarında uğurla tamaşaya qoyulur və hər dəfə tamaşaçıların dərin rəğbətini qazanır. Bir faktı qeyd etmək kifayətdir ki, son beş ildə Elçinin dörd pyesi London teatrlarında böyük uğu...
ANL
Avanqard ruhlu Rəsul Rza poeziyası. Hər bir sənətkarın, hər bir sənət əsərinin dəyəri zəmanəsini, həyatdakı təbəddülatları, həmçinin xalq düşüncəsindəki yenilikləri dolğun əks etdirməsi ilə önəm qazanır. Rəsul Rza poeziyası dövrü, zamanı, xalqın həyatını və mübarizəsini, bununla yanaşı, həyatın canlı lövhələrini bədii ...
ANL
Öldürdüm duyğularımı, Öldürdüm hisslərimi. Tökə bilmədim vərəqlər üstünə. Ağrılarımı, acılarımı, hirslərimi. Vaxtın darlığı balta çaldı ömrümə, Qayğılar üstümə gəldi sel kimi. Qəlbimdə nə qədər duyğularım vardı. Azadlıqda gəzirəm gör neçə ildi. Otur ölən hisslərinə, duyğularına yas saxla. Ölməmiş duyğularına bir gün ağ...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). Amerika koloniyalarının İstiqlaliyyət müharibəsi. Britaniyanın Şimali Amerikadakı koloniyalarında 1880-ci illərin böhranı 1776-cı ilə qədər davam etdi, bu vaxt kolonistlər Britaniya imperiyasından müstəqilliklərini elan etdilər. 4 iyul 1776-c...
ANL
Səmimi insan, fədakar tədqiqatçı - Maarif Teymur. Ədəbiyyatımızın və mədəniyyətimizin keçmişi ilə maraqlanan elə bir jurnalist, yazıçı və ya sənət adamı ola bilməz ki, Maarif Teymuru tanımasın. Onun adı gələndə hər kəsin üzünə xoş ifadə yayılır, hörmət hissi duyulur. Əlbəttə, göstərilən münasibət heç də səbəbsiz deyil....
ANL
İndi üstündən az qala 40 ildən də çox keçən tələbəlik illərindən üzü bəri baxanda Sadıq Elcanlını gözlərim önündə canlandıran bir keyfiyyət xüsusi şəkildə diqqətimi çəkir. Niyə epik təmkin deyirəm? Əlbəttə, adamlarda təmkinin olması normal bir şeydir, amma S.Elcanlının bütün sonrakı fəaliyyəti, xüsusən də yazıçılıq döv...
ANL
...Sən demə, illərdən bəri dostluq etdiyim, yaxşıca tanıdığımı düşündüyüm qələm yoldaşım Aydın Tağıyevin - bu “nağıl adam”ın şəxsən mənə məlum olmayan və qəribəliklərlə dolu bir həyatı varmış. Bu gün əksər Azərbaycan yazıçılarının şəxsi həyatı belə qəribəliklərlə, maraqlı hadisələrlə doludur, bəs niyə yazıçılarımız özl...
ANL
Haqqın sədası. Haqq ilə haqsızlıq, xeyirlə şər zaman-zaman insan düşüncəsinə hakim kəsilib, bədii ədəbiyyatın, sənət əsərlərinin əsas mövzusuna çevrilib. Xeyirlə şərin mübarizəsi, haqsızlığa, ədalətsizliyə qarşı üsyan, insanın azadlığı, arzuları haqqında yazılmış saysız-hesabsız ədəbi nümunələr deməyə əsas verir ki, bu...
ANL
Afaq Məsud dünyası. Üçüncü yazı. Hər hansı böyük yazıçının yaradıcılığa hansı yaşda, hansı şərtlər, sözün geniş mənasında təsirlər altında başlaması cəmiyyət üçün onun yaradıcılığının məzmunu, mahiyyəti qədər maraqlıdır. Və bu baxımdan Afaq Məsudun ədəbi tərcümeyi-halı da istisna təşkil etmir. Ramiz Rövşən xatırlayır: ...
ANL
“Baş”da süjet sistemləri: tarixi fon və bədii uydurmalar, personajlar və xarakterlər. “Baş” romanında xarakterlər və personajların psixologiyası. Elçinin “Baş” romanındakı qəhrəmanları müxtəlif təbəqədən olan insanlardır. Burada onlardan hər biri əsərdə ona ayrılan öz rolunu, öz missiyasını, öz fəaliyyətini yerinə yeti...
ANL
Özün dağ başına qoyan şəhərin. ayağın xan kəndi yuyurdu. kürəyinin təri. havasına çay qaşığı. Qayaları sərxoş idi. adamları tay-tuş idi. küçələri taykeş idi. Qəbirüstü yazıları. nəğmə kimi oxunurdu. qurd-quşu gül qoxuyurdu. - yağışdan sallanıb enirdi qonağı. gözünün yaşı ayağının suyuna qarışdı şəhərin... Qulu Ağsəs.
ANL
Ruhi yaddaşımda Şuşa bu cür canlanır: Sakit, havası yayın cırhacırında sərin, küçələri daş döşəməli, binaları milli ornamentlərlə bəzədilmiş, yaşıl örpəyə, gül-çiçək ətrinə bürünmüş, sübhdən quşların nəğməsi ilə oyanan, bulaqlarının suyu diş üşüdən, küçələrində addımladıqca ara-sıra musiqi səsi eşidilən, XVIII əsrin ab...
ANL
Zəlimxan Yaqub “Ədəbiyyatın bir incisi”ndə anılıb. Mayın 5-də Abdulla Şaiqin mənzil-muzeyində Xalq şairi Zəlimxan Yaquba həsr olunmuş “Ədəbiyyatın bir incisi” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, “Qafqaz media” İctimai Birliyinin sədri Azadə ...
ANL
Dostum Oljas haqqında bir neçə kəlmə. GÖRKƏMLİ ƏDİB OLJAS SÜLEYMENOVUN 80 İLLİYİNƏ. Günümüzün böyük şairi, məşhur şəxsiyyət və mənim qədim dostum Oljas Süleymenovun yubileyi ərəfəsində, onun şəxsi həyatının ölkənin taleyilə nə qədər üst-üstə düşdüyünü, başqa önəmli tarixlərə baxaraq xatırladım. Dünyanın ilk kosmonavtı ...
ANL
Qarabağ həqiqətləri fundamental elmi araşdırmalarda. Siyasi elmlər doktoru Elçin Əhmədovun Dövlət mükafatına təqdim edilmiş “Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika (1987-2011)” monoqrafiyası haqqında düşüncələr. Bu postulatı postulat kimi qəbul etməmək çətindir. Lakin məsələyə diqqətlə yanaşanda bu fikri bə...
ANL
Məlum olduğu kimi, Türkiyədə nəşr olunan “Koroğlu” jurnalının may sayı Xalq şairi Sabir Rüstəmxanlıya həsr edilib. Dərgidə yaxın günlərdə 70 yaşını qeyd edəcək ədibin türkcəyə çevrilmiş şeirləri, eləcə də müxtəlif qələm adamlarının yazıları və şair haqqında fikirləri, təbrikləri yer alıb. Biz də təbriklərə qoşulur, dər...
ANL
Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi. Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev kitaba və kitabxanaya da həmişə böyük dəyər vermişdir. Kitabı mənəvi zənginliyin və...
ANL
23 YAŞLI MİKAYIL VAHABZADƏ VƏTƏN YOLUNDA ƏN MÜQƏDDƏS ZİRVƏYƏ YÜKSƏLDİ. Bütün şəkillərində gülür... Təbəssümü adamın ürəyini dağlayır. Anası Rumiyyə dil boğaza qoymur, elə hey balasının boyunu oxşayıb ağlayır. Söz soruşmağa da çətinlik çəkirəm. Əziz balasından əbədi ayrılan ananın könlünü nə ilə almaq, nə ilə ovutmaq ol...
ANL
Bakı səhnəsində görünən "Ruhlar". Mayın ilk günlərində Lənkəran Dövlət Dram Teatrı düz iki gün ardıcıl olaraq, Bakı tamaşaçılarının qonağı oldu. Bu kollektiv Eduardo de Filipponun "Ruhlar" və Bəhram Beyzayinin "İlan sultan" tamaşaları ilə öz teatral simasını paytaxt sakinlərinə tanıtdı. "Ruhlar" tamaşasının adından və ...
ANL
Tərcümə də bir sənətdir: tərcüməçidən mükəmməl dil bilgisi, yazıçılıq məharəti, mətnin sətiraltı mənasını duymaq bacarığı tələb edən sənət... Xüsusilə də, əgər söhbət bədii ədəbiyyat nümunələrinin tərcüməsindən gedirsə. Tərcümə son dərəcə nəcib, faydalı, səmərəli, eyni zamanda gərgin və məsuliyyətli bir işdir. Bu işə q...
ANL
Gənc ədiblərin "Ulduz"çularla unudulmaz görüşü. Mayın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda III Gənc Ədiblər Məktəbinin "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəslə görüşü keçirilib. Tədbiri Birliyin katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq şairlə görüşün və gələcəkdə jurnalla əməkdaşlığın gən...
ANL
Yazıçı-publisist Vahid Qazinin "Çöl Qala" adlı povesti oxuculara təqdim olunub. İçərişəhərdəki məşhur kitab mağazasının önündə keçirilən "Qız Qalasında Çöl Qala" adlı təqdimatı Vahid Qazinin dostları təşkil ediblər. Bakı Kitab Klubunun nəşr etdiyi kitabın redaktorları Hikmət Sabiroğlu və İmran Bədirxanlıdır. Kitabın ar...
ANL
"Qardələn"in təqdimatı keçirilib. Bakıdakı "Kitabevim.az" mağazasında gənc yazar Nargisin "Qardələn" kitabının təqdimetmə mərasimi olub. Mərasimi giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq müəllifin yaradıcılığı barədə fikirlərini bölüşüb. "Qardələn" isə gənc yazarın ikinci kitabıdır və ro...
ANL
Sənətdə keçən ömür. VƏ YA BARMAQLARIN DİLİNDƏ OXUNAN NƏĞMƏLƏR... "Uzun səsli, telli musiqi alətlərinin yeganə nümayəndəsi kamançadır. Kamançada çalınan musiqi səscə daha mükəmməl və insanın səsinə daha yaxındır, kamança melodik alətlərdən ən gözəlidir". ...Barmaqlarının ilk dəfə nə vaxt kaman nəğməsi oxuduğunu dəqiq xa...
ANL
Üstinsanlığın şərtləri: Humanizm, tolerantlıq və multikulturalizm. Dünyada İslam, Xristian, İudaizm, Buddizm və başqa dinlər mövcuddur. Hər bir din həqiqət axtarışındadır. Lakin ümumi bir həqiqətə varmaq qeyri-din və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant, multikultural mövqe tutub sivilizasiyalar arasında dial...
ANL
DÜŞMƏNDƏN AZAD EDİLMİŞ SƏNGƏRLƏRDƏN REPORTAJ. Bu dialoqum keçmiş döyüşçülərin "komutan" deyə çağırdığı, ömrünü orduya həsr etmiş, Qarabağ müharibəsinin o ağrılı-acılı günlərində erməni işğalçılarına qarşı döyüşmüş, yaralanmış polkovnik Xətai Baxışovla idi. Həmişə görüşüb, çay içib dərdləşdiyimiz yerə çağırırdı məni - ö...
ANL
Ceyhun Hacıbəyli irsində folklor motivləri. "Ceyhun Hacıbəyli və folklor" mövzusundan bəhs edərkən, fikrimizcə, problemə bir neçə aspektdən (Ceyhun Hacıbəyli - folklor toplayıcısı, folklor tədqiqatçısı, folklor nümunələrindən yaradıcı şəkildə, yerli-yerində istifadə edən yazıçı kimi) yanaşmaqla daha sanballı, daha dolğ...
ANL
Ceyhun Hacıbəyli irsində folklor motivləri. Ceyhun Hacıbəylinin "Nümunəvi sübut" hekayəsinin mövzusu da populyar Şərq əfsanələrindən götürülüb. Müəllif əsərin əvvəlində göstərir ki, bütün Bağdad əhlini bir dərviş ağlı ilə heyrətə gətirib, heyran edib. Heç bir alim, molla onunla mübahisəyə tab gətirmir. Xəlifə Harun ər-...
ANL
Kral Əbdüləziz adına Fondun nümayəndə heyəti Şərqşünaslıq İnstitutunda. Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Fondunun baş direktoru doktor Fəhd Əbdüləziz əs-Səmmarinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direkt...
ANL
Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu d...
ANL
“Quran motivləri əsasında hekayələr” müsabiqəsinə yekun vurulub. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Quran motivləri əsasında hekayələr” müsabiqəsi q...
ANL
Düşmən təcavüzkar əməllərindən əl çəkmir. EMİN HƏSƏNLİ: "KİMYƏVİ SİLAHLARDAN İSTİFADƏ ETMƏK BƏŞƏRİYYƏTƏ QARŞI ƏN BÖYÜK CİNAYƏTLƏRDƏN BİRİDİR". Məlum olduğu kimi, aprelin sonlarında işğalçı Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozaraq Azərbaycan mövqelərini atəşə tutub. Nəticədə dinc azərbaycanlıların yaşadığı evlər,...
ANL
Teatr-konsert müəssisələrinin fəaliyyəti geniş müzakirə olundu. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Milli Kitabxanasında teatr və konsert müəssisələrinin fəaliyyətinə həsr edilmiş müşavirə keçirib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirədə qurumun müvafiq şöbə və sektorlarının, respub...
ANL
Milli Kitabxanada daha bir görüş. May ayının 12-də İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nassar Al-Habaşneh və konsul Saad Gharal Milli Kitabxanada olmuşlar. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qəbul etmişdir. K.Tahirov kitabxana haqqın...
ANL
Böyük yazıçı, tədqiqatçı və fikir adamı Yusf Vəzir Çəmənzəminlinin xatirəsinə ehtiramla... Yazıçı Elçin Hüseynbəyli “Yenə iki od arasında” romanını təzəcə bitirib. Müəllifin sözlərinə görə, hazırda əsər üzərində son redaktə işləri aparılır. Şərti olaraq “Səkkizinci Qarabağnamə” adlanan, Qarabağ tarixinin maraqlı məqaml...
ANL
Kirman Abdin Yaradıcılığının daha bir uğurlu səhifəsi. RƏSSAMIN “İSİNSİN AZACIQ BU DAŞ DUYĞULAR” SƏRGİSİ İLƏ BAĞLI QEYDLƏR. Aprelin 28-də Rəssanlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda rəssam Kirman Abdinin Məmməd Araz yaradıcılığına həsr olunmuş “İsinsin azacıq bu daş duyğular” adlı fərdi yaradıcılıq sərg...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). 1812-ci ildə Napoleon Rusiyaya müdaxilə etməyi qərara aldı, bu, onun süqutunun başlanğıcı idi. Lakin Rusiyanın Kontinental sistemdəki defekti onu başqa bir seçim qarşısında qoymadı. Napoleon ümid edirdi ki, qələbə rus ordusu ilə tezliklə görü...
ANL
Hamı çəkilsin. Lütf edin, məzarım daşında. Səbr yox üfüqün oyaq vaxtına. sinəmə sancılan oxdu bu gecə. Xirqədən içəri, dondan içəri. Boy-buxun soy iləndi! Dördü mindi belinə, nəvənin biri düşdü, Qırmanc alıb əlinə. Ocaq başında. Qatillə arabir arşın;. Nə fərqi əli bıçaqlı. Nə olar, qoy baxım ayrı baxımdan, daş dələn nə...
ANL
İçindən keçdiyim kitab. Ürəyi məhəbbətdən, qələmi cəsarətdən doymayan, yollar yorduğumuz, bir sırada durduğumuz, sevib sevilən gözəl cavanımız, qələm dostumuz Sabir Rüstəmxanlının da 70 yaşı tamam oldu. Keçən ömür rəng idi, Bir baxımlıq sərgidi. Nədən başlayım, necə başlayım, heç özüm də bilmirəm. Səliqə-sahmanlı bir s...
ANL
Şəhid zabitin parlaq həyat və qəhrəmanlıq salnaməsi - Vətəni qibləgah edən şəhidlər. Hərbçi peşəsini özü seçmişdi. Çünki el-obasından şəhid olan neçə igidin yasında iştirak etmişdi, Xocalı fəlakətinin ağrısı var idi ürəyinin başında. Müdafiə Nazirliyinin “N” saylı Xüsusi Təyinatlı hərbi hissəsində taqım komandiri kimi ...
ANL
Afaq Məsud dünyası. Dördüncü yazı. Yazıçının yaradıcılığı haqqında “Bu, Afaq Məsuddur”... adlı maraqlı bir məqalə yazmış tənqidçi Vaqif Yusifli mətləbə birbaşa yox, dolayısı ilə keçir ki, bunun da əsas məzmun- mündərəcəsi Afaq Məsudun ədəbiyyata ənənəvi yolla deyil, elə əvvəldən özünəməxsus novatorluqla, gözlənilməz üs...
ANL
“Baş” da süjet sistemləri: tarixi fon və bədii uydurmalar, personajlar və xarakterlər. “Baş” romanında qəhrəman davranışı və psixoloji ovqatın yaradılma özünəməxsusluğuElçinin “Baş” romanı təhlil edilərkən bu əsərdəki obrazların tipoloji baxımdan və psixoloji aspektdə öyrənilməsi də az əhəmiyyət kəsb etmir. Bu onunla b...
ANL
Bakıda Dağıstan Mədəniyyəti Günləri olub. Bakıda Dağıstan Mədəniyyəti Günləri açılıb FOTOLAR Azərbaycanlılar Dağıstanın zəngin mədəniyyətinə böyük maraq göstərirlər. Mayın 12-13-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə Dağıstan Mədəniyyəti Günləri keçirilir. Tədbirin məqsədi Azərbaycan ilə ...
ANL
Günel Eyvazlı “Cadugər”i təqdim edib. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Günel Eyvazlının “AYB kitab” layihəsi çərçivəsində çap olunan “Cadugər” kitabının təqdimatı keçirilib. Tədbiri AYB katibi Rəşad Məcid açaraq, öncə G.Eyvazlını bugünlərdə “Ədəbiyyat qəzeti”nin “Əli bəy Hüseynzadə müka...
ANL
“Cənnətdən yuxarı” Türkiyədə maraqla qarşılanıb. Mayın 7-də Ankarada Türkiyə Yazıçılar Birliyinin “Şənbə söhbətləri” layihəsi çərçivəsində azərbaycanlı yazıçı-jurnalist Təranə Vahidin “Cənnətdən yuxarı” kitabının təqdimatı keçirilib. Tədbirdə yazıçının fərqli üslubda qələmə aldığı qısa hekayələrinin məziyyətlərindən sö...
ANL
Türklərin “Yaşamaq haqqı”. Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatı bu günlərdə Türkiyənin nüfuzlu İLESAM təşkilatı və onun rəhbəri Məhməd Nuri Barmaqsızın təşəbbüsü ilə Ankarada, “Tulpars” nəşriyyatında çapdan çıxıb. Kitabı türkcəyə tərcüməçi Məhməd Reza Qoçi çevirib. Əsərin Azərbaycan dilində ...
ANL
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin 3 illiyi keçirilib. Mayın 12-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Avstriyanın dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, parlame...
ANL
“Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək istəyirik”. ŞİMALİ KİPR TÜRK CÜMHURİYYƏTİNİN BAKIDAKI NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ UFUQ TURGANER: “İSTƏYİRİK Kİ, AZƏRBAYCANI DAHA ÇOX KIPRISLI TÜRKLƏR, KIPRISI İSƏ AZƏRBAYCANLILAR ZİYARƏT ETSİNLƏR”. - Ufuq xanım, artıq bir müddətdir Azərbaycanda fəaliyyətə başlamısınız. Ölkə...
ANL
İctimai teleradio: milli maraqlara xidmət modeli. Azərbaycan müstəqillik əldə edəndən dərhal sonra bütün sahələrdə olduğu kimi, media aləmində də sürətli inkişafın təməli qoyuldu. Kütləvi informasiya vasitələrinin inkişafı isə media sisteminin tipologiyasını genişləndirdi. Yazılı və elektron informasiya sahəsində öz in...
ANL
"TARİXİ YADDAŞIMIZIN ETİBARLI SAXLANC YERİ". Bugünlərdə "Elm və Təhsil" nəşriyyatı görkəmli arxivşünas alim, tarix elmləri doktoru Ataxan Paşayevin "Tarixi yaddaşımızın etibarlı saxlanc yeri" adlı kitabını çap edib. Kitabda Ataxan Paşayevin elmi fəaliyyətini əhatə edən üç böyük istiqamətə - Azərbaycan Xalq Cümhuriyyəti...
ANL
"Türkologiya" jurnalının bu ildə ilk sayı. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin orqanı olan "Türkologiya" jurnalının 2016-cı il üçün 1-ci sayı yaxın günlərdə işıq üzü görəcək. "Türkologiya" jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Rusiya, Türkiyə, Qazaxıstan, Türkmənistan, A...
ANL
Sənsizlik. Sənsizliyin gözəlliyi. Sənsizlikdə imiş elə. Həsrətimdən duyuq düşən. Hicranı demirəm hələ. Sənsizliyin gözəlliyi. Sənsiz olanda bilinir. Sənsizliyin özəlliyi. Mənsiz qalanda bilinir. Səninlə hər şey gözəldi. Sənsizlik də ona bənzər. Bu hər şeyin başlanğıcı. İlk baxışdan sona bənzər. Ürəyimə düşdün. Elə düşd...
ANL
Türk dünyasının uşaqları işarələrin dili ilə "danışdılar". Dünyanın ünsiyyət problemi ilə üzləşdiyi bir vaxtda türkdilli ölkələrin eşitmə və danışma qüsurlu uşaqları bir araya gələrək işarələrin dili ilə cəmiyyətə "ünsiyyət" mesajı yolladılar. Yarandığı gündən uğurlu layihələrə imza atan TÜRKSOY mayın 4-dən 7-nə qədər ...
ANL
Mübarək məkanda, uca ünvanda qərar tutan qəhrəman. Vətəni qibləgah edən şəhidlər. Tarixlərin, savaşların şahidi Qobustan... Qoynunda gəzən övladlarının ayaqları dəyən yerlər əslində min illərin savaşlarının məzarlarından, insan sümüklərindən yaranan torpaqdır. Bəlkə elə buna görə də, hər zərrəsində bir şəhid qanı, bir ...
ANL
Seyid Cəfər Pişəvərinin "Nadirə" romanı təqdim edilib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Seyid Cəfər Pişəvərinin "Nadirə" romanının geniş tamaşaçı kütləsinə təqdimatı və kitabı Azərbaycan dilinə tərcümə edən Yədulla Kənaninin imza günü keçirilib. "Report" xəbər verir ki, S.C.Pişəvərinin fars dili...
ANL
Ruhun şad olsun, böyük müəllim! İslam müəllim olduqca kübar, natiq, yüksək mədəni zövqə malik, qəlblərdə həyat quran əsl ziyalı idi. O, mənim orta məktəb müəllimim, məktəbimizin direktoru, rayonumuzun təhsil şöbəsinin müdiri, kəndimizin sayılıb-seçilən ziyalısı, ağsaqqalı olub... Hər bir insanın şəxsiyyət kimi formalaş...
ANL
Akademik Əbdülkərim Əlizadənin 110 illiyi qeyd olunub. AMEA-nın Şərqşünaslıq İnstitutu görkəmli şərqşünas alim, akademik Əbdülkərim Əlizadənin 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirdi. AMEA-nın əsas binasında keçirilən tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, AM...
ANL
"Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" kitabının müzakirəsi. Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyində İradə Ələsgərovanın "Təhsil Nəşriyyat-Poliqrafiya" müəssisəsində nəşr edilmiş və Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunmuş "Azərbaycan kitabının bədii və texniki tərtib...
ANL
Nizami Gəncəvinin ədəbi kimliyi: filosof, şair, mücahid... Camaləddin əbu Muhəmməd İlyas bin Yusuf bin Zəkiəddin bin Müəyyəddin əl-Gəncəvi Azərbaycan türküdür, tövhid, iman, ədalət şairidir. O, irfan bilgi sisteminə bağlıdır. Nizaminin müasirləri və sonrakı dövrlərin alimləri onu tanıdarkən üç özəlliyini göstərmişlər: ...
ANL
Vətəni qibləgah edən şəhidlər. Aprelin 6-sı idi. Doğma Vətən torpağımızda bizimlə ərazi müharibəsi aparan ermənilərə öz gücümüzü göstərmişdik. Dünya Azərbaycan əsgərinin öz tarixi torpaqlarını geri almaq üçün etdiyi mücadilənin dayandırılmasından yazırdı və danışırdı... Həmin axşam Sumqayıt növbəti şəhidini gözləyirdi....
ANL
Unudulmazlıq imtiyazı. Faşizm üzərində Qələbə günü kimi qeyd olunan 9 May artıq arxada qalsa da, qarşıdan 22 iyun, yəni Hitler Almaniyasının Sovet İttifaqına hücumunun, Böyük Vətən Müharibəsinin başlanmasının 75 illiyi gəlir. 1941-1945-ci illər müharibəsində SSRİ-nin tərkibində Azərbaycanın yüzminlərlə övladı vuruşub, ...
ANL
Qonaqsevməz dünyanın şairi... Kəmaləddin Qədimin istedadlı və məhsuldar şair olduğunu çox adam bilir, hiss olunur ki, ədəbi ictimaiyyətin onun yaradıcılığına daha həssaslıqla və səxavətlə yanaşır. Azərbaycan Yazıçılar Birliyində yeni kitablarının təqdimat mərasimi keçirilir, söz sahibi olan həmkarları yaradıcılığı barə...
ANL
Milli Kitabxanada müşavirə keçirilib. Dünən Milli Kitabxanada respublikanın aparıcı kitabxanalarının, Bakı şəhər MKS-nin və universitet kitabxanalarının iştirakı ilə müşavirə keçirilib. Müşavirənin məqsədi mövcud kitabxana qanunvericiliyinin müasir kitabxanaların qarşısında duran vəzifələrlə tam uyğunlaşdırılması, yeni...
ANL
"Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər". "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində 2007-ci ildə Azərbaycan hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanır. Məqsəd şəhər və rayon mərkəzlərində, o cümlədən, onlara yaxın kəndlərdə etibarlı və davam...
ANL
Nizaminin "Sirlər xəzinəsi" dastanında şərh olunan ən önəmli anlayışlardan biri qəlbdir. Təsadüfi deyil ki, şair dastanda qəlblə bağlı beş bölmə yazıb. İrfan düşüncə sistemində zühd həyatının, xəlvətin, təcridin, riyazət metodunun məqsədi qəlbi insanla uca Allah arasında pərdə olan mənfi duyğulardan təmizləmək, bu yoll...
ANL
Kollektiv işin effektiv təşkilində fərqlilik meyarları və multikultural dəyərlər. Bu gün heyətdə işin effektiv qurulması insan resusrlarından düzgün istifadə edilməsi ilə birbaşa bağlıdır. Heyətin idarə edilməsi menecmentin sosial elmlər fəaliyyəti ilə bağlı olduğundan bu, bir çox elmlərin obyektinə çevrilib. İşçi heyə...
ANL
Vyana görüşü pozitiv məqamlarla yadda qaldı. AZƏRBAYCAN ORDUSUNUN APREL ZƏFƏRİ ATƏT-in MİNSK QRUPUNU ERMƏNİSTANA KONSTRUKTİV DANIŞIQLAR MƏCRASINA QAYITMASI ÜÇÜN TƏZYİQ GÖSTƏRMƏYƏ VADAR ETDİ. Məlum olduğu kimi, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Əvvəlki görüşlərdən fərqli ola...
ANL
Yaponiyada Dağlıq Qarabağ probleminə veriliş həsr olundu. CANLI EFİR VASİTƏSİLƏ YAPONİYA İCTİMAİYYƏTİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ İLƏ BAĞLI MƏLUMATLANDIRILIB. Mayın 16-da Yaponiyanın "World Investors TV" internet televiziyasının canlı buraxılışı Dağlıq Qarabağ probleminə həsr olunub. Verilişin qonaqları Azərbaycan-Yaponiya ...
ANL
Sabir Rüstəmxanlının 70 yaşına. Qəzetlərdən Sabir Rüstəmxanlının 70 yaşına girdiyini oxuduğumda ağlıma Nihat Bəhramın bir sözü gəldi. Nihat Bəhram: "Biz yaşlanırız, dağlar yaşlanır, amma böyük şairlər əsla yaşlanmazlar" - yazmışdı... O, böyük şairlərin niyə yaşlanmadığını da açıqlamışdı: "Böyük şairlər yanar dağdırlar ...
ANL
“Terror multikulturalizmə qarşı”. Bakı Beynəlxalq Multikulturalizm mərkəzi yeni layihəyə. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Terror multikulturalizmə qarşı” adlı növbəti möhtəşəm layihəyə start verib. Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən ATV.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər A...
ANL
Səməd Vurğun poeziyasının erkən dövrü: ənənə, bədii metod və ədəbi-fəlsəfi qaynaqlar. "Zəmanəmizin nəcib şairlər nəslindən olan, bu mənalı şeir, sənət irsini, həyata, həqiqətə, insanlığa məhəbbət irsini yaradıcılıqla davam və inkişaf etdirən, Azərbaycan xalqının adına, şərəfinə və sənətinə layiq bir yaradıcılıq idealın...
ANL
Müasir Azərbaycan dilçilik elminin ən parlaq simalarından, ən görkəmli nümayəndələrindən biri filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü Tofiq Hacıyevdir. Düşünürük ki, akademik...
ANL
Böyük yazıçı, tədqiqatçı və fikir adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə ehtiramla... Yusif Vəzirin izi ilə... (davamı). Payız bu tərəflərə qış donunda gəlmişdi. Vağzalda tək-tük adam vardı. Alaqaranlığıydı. Perron sürüşkən idi. Çox erkən olduğundan hələ buranın qar və buzunu təmizləməyə imkan tapmamışdılar. Təbi...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Məarif nəzarəti hər kəsə imkan verməlidir ki, öz ana dilində oxusun. Böylə imkan verilməmək bəlasındandır ki, bu gün bən sizinlə istədigim kibi danışa bilmiyoram. Bizdə böylə olmamalıdır. Hazırda məmləkətimiz...
ANL
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). Fransanın baş naziri qeyd etmişdi: “Biz yüngül ürəklə müharibəyə gedirik”. Bədbəxtlikdən fransızlar üçün “yüngül ürək” heç də kifayət deyildi. Onlar daha yaxşı rəhbərlik edilən və daha yaxşı təşkil olunmuş Prussiya qüvvələri ilə vuruşmalı idi...
ANL
Uzanan qollardı, Vətən! Məndən, səndən, Ondan sonra yaşayacaq. Yoldu Vətən! İgidlərim, ərənlərim. Vətən! Sərhəd bilməz. Qarabağda dərdim. Sarı... Sarı-sarı tarlaları, Yaşıl-yaşıl bostanları, Nəhayətsiz ostanları. Bərbəzəkli ormanları. Yollar çəkdik, Dağlar boyu. Namərd keçdi. üzüm mənim. Ancaq qəlbim, Duyğularım. Hey y...
ANL
Mədəniyyət dağılanda... RUS DRAM TEATRININ “KAZANOVA: SEVGİ DƏRSLƏRİ” TAMAŞASI HAQQINDA QEYDLƏR. Bəzən yazılarımın ayrı-ayrı sözlərinin sonunda nöqtələr qoymağım “dostlarıma” qəribə gəlir və yeri gəldi-gəlmədi gileylənirlər. Deyiləcək əsas fikirlərin alleqorik tərzdə eşitdirilməsi zamanı keçmişdə qalsa da, bəzən eyhaml...
ANL
Afaq Məsud dünyası. Nizami Cəfərov. Afaq Məsudun ilk hekayələrindən başlayaraq, demək olar ki, bütün yaradıcılığını bürüyən “ölüm kabusu” onun ideya- bədii dünyasını anlamaq üçün, əgər belə demək mümkünsə, universal bir motivdir. Yazıçının təfsilatı ilə təsvir etdiyi “ölüm” insan həyatının fizioloji sonu olmaqdan daha ...
ANL
Bayraqlaşan poeziya, yaxud istiqbal və istiqlal şairi. Xalq şairi Nəriman Həsənzadənin ən çox kömək etdiyi, yaxşılıq etdiyi şairlərdən biri mənəm. “Övliyayla oturub duran qul axırda sultan olur” deyənlər yanılmayıblar. “İnsan dahi olar insan yanında” deyəndə isə əziz ustadım yanılmayıb. Qədirşünas sənətkarın, insanın q...
ANL
“Leyli və Məcnun” operası Türkiyə səhnəsində. Ötən şənbə günü Ankaranın mədəniyyət həyatında canlanma vardı. Əsrlər boyu dildən-dilə gəzən “Leyli və Məcnun”un ölümsüz eşq hekayəsi ədəbiyyat, teatr və kinodan sonra Türkiyədə ilk dəfə opera səhnəsində tamaşaçıyla görüşdü. Mayın 14-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”...
ANL
Vaqif Məmmədov kimdir? Bu suala cavab vermək yəqin ki, oxucularımız üçün də çətindir. Onun şəxsiyyətindən, bir müəllif olaraq yaradıcılıq dünyasından, ən başlıcası, onun elmi-bədii yaradıcılığından danışmaq məsuliyyət, ədəbi-elmi cəsarət tələb edir. Mənim Vaqif müəllimdə bir insan kimi, müəllimim kimi qibtə edib dəyərl...
ANL
Qəhrəmanlığı ilə nəsillərə nümunə olan şəhid - Orxan Hümmətov. Vətəni qibləgah edən şəhidlər. Hümmətovların evinə getmək üçün Kiş kəndinin dar dalanlarından keçdik. Darvazanın üstündə Azərbaycanın üçrəngli bayrağı dalğalandığından, bu həyətin şəhid ünvanı olduğu bəlli idi. Köhnə qapı-pəncərəli, kasıb bir daxma idi. Həm...
ANL
Bülbül - təranəli, çiçəklər rəng-rəng, Durna qaqqıltısı göyümə gərək. Qumundan, gilindən razıyam, Vətən! Qürbətin mərməri nəyimə gərək?! Bu durna görəsən niyə tək uçur? Bəlkə didərginlər, qaçqınlar kimi. Tənhalıq əzabı çəkərək uçur? Haqsız, ədalətsiz bölgülərin, de, Kimdir günahkarı, kimdir, təbiət? Türkün imicinə zərə...
ANL
Bəzən biz - yəni əhli-qələm hansısa bir əsər üzərində işləyərkən uzaqlarda, dağların o üzündə, sərhədlərdən kənarda qəhrəman axtarırıq. Öz mühitimizdə ləyaqətli çiyindaşlarımızı, qəhrəmanlıq pyedestalında olan insanları görmürük. Onların çox keyfiyyətlərinə adi vərdişlər kimi baxırıq. Zaman-zaman bir çox hadisələri yad...
ANL
Səməd Vurğun poeziyasının erkən dövrü: ənənə, bədii metod və ədəbi-fəlsəfi qaynaqlar. Səməd Vurğun avanqard şeirlərini yazanda futurizmin təsirindən kənarda deyildi. O, fərdiyyətçilikdən uzaqlaşıb, yeni həyata yaxınlaşarkən xitablardan, söz və cümlələrdən (əmr və nida sözləri, sual cümlələri və sual əvəzlikləri, onları...
ANL
Ədalət Tahirzadə: "Həyatım boyunca kimsəyə pislik etməmişəm". Ancaq bu, dostluğumuza qətiyyən əngəl törətmir. İlk baxışdan quru, qapalı, adamayovuşmaz kimi görünsə də "sarı siminə toxunanda" çox söhbətcil, ünsiyyətsevər və zarafatcıl olduğuna inanırsan. Azərbaycan siyasi mühacirətinin taleyi ilə bağlı araşdırmalarım, b...
ANL
Moskva səfərindən... ... Rəhbərlik tərəfindən bildirildi ki, universitet nümayəndələri Moskva şəhərinə ezam olunub. Bu xəbər məni sevindirməklə yanaşı, bir qədər uzaqlara apardı, axı Moskva mənim sevdiyim və həyatımın müəyyən mərhələsində mənə doğma olan şəhərlərdəndir. Hava limanında keçirdiyim hissləri sözlə ifadə et...
ANL
Sabir Rüstəmxanlı poeziyasının bədii xüsusiyyətlərinə bir nəzər. Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında Azərbaycan xalqının tarixi yolunun və müasir həyatının epik mənzərəsini əks etdirən poemalar xüsusi yer tutur. S. Rüstəmxanlının Azərbaycan xalqına və Vətənə həsr edilmiş əsərləri kiçik poetik janrlar formas...
ANL
İnsanları doğru yola çağıran həkim. Artıq illərin, əsrlərin təcrübəsi göstərir ki, həyatda heç nə təsadüfi baş vermir. Hər bir varlığın doğuluşu, mövcud olması üçün bir səbəb, bir zərurət olur. May ayının əvvəlləri idi. Xidməti işimlə əlaqədar respublikanın şimal-qərb bölgəsində, qızılgüllər diyarı Zaqatalada idim. İct...
ANL
ON İLDİ GÖZÜMDƏN QAÇQINDI GÜLÜŞ. On ildi həsrətəm bir şirin sözə, On ildi gözümdən qaçqındı gülüş. Başına dolanım, ay elim-obam, Qoynunda nə qədər bəxtəvərəmmiş. Üz tutub qaçmışam yataqxanaya, Qaçqın gülüşümün düşüb dalınca. Burda mənim kimi didərginlər çox. Ağlaram-gülərəm birgə doyunca... Daşların içindən sıyrılıb çı...
ANL
Eynəli bəy Sultanovun 150 illiyi elmi konfransla qeyd edilib. "Naxçıvan" Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə "Eynəli bəy Sultanovun 150 illik yubileyi" mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə do...
ANL
Akademik Kamal Talıbzadənin əsərləri təqdim edildi. Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik Kamal Talıbzadənin "Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci...
ANL
Azərbaycan yazıçıları Kırşehir bələdiyyə başqanı ilə görüşüblər. Xəbər verdiyimiz kimi, mayın 23-də Türkiyədə Kırşehir Kitab Sərgisi açılıb. Kırşəhər Kitab günlərində Azərbaycanı şair və yazıçıları da iştirak edirlər. Mayın 24-də Azərbaycan nümayəndə heyətinin Kırşehir bələdiyyə başqanı Yaşar Bahçeçi ilə görüşü baş tut...
ANL