text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Mənəvi dəyərlərin əbədi ziyası. İnsanın ruhən kamilləşməsi, mənəvi düşkünlükdən xilas olmaq üçün özünün "ali ideya" olduğunu dərk etməsi bu gün hər zamankından daha vacib məsələ kimi qarşıda durur. Çünki hazırkı dünya düzənində əsrlər boyu damcı-damcı toplanmış dəyərlər öz yerini yabançı xüsusiyyətlərə verir: mənəvi de... | ANL |
əsrlərdən bəri Azərbaycanın və bütün türk dünyasının əzəmətli, möhtəşəm tarixi yaddaş abidəsi sayılır. Vətən sevgisini, qəhrəmanlığı, şücaəti, adət-ənənələri özündə ehtiva edən epos türk xalqının tarixi salnaməsi və bədii söz xəzinəsidir. İgidliyi tərənnüm edən dastanın əsas süjet xətti müqəddəs torpağı qorumaq uğrunda... | ANL |
AMEA-da “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı təqdimatı olub. Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirilib. Bakı Beynə... | ANL |
Ağdamda nəyim qaldı? O vaxtlar qadınların özünü yandırması Ağdamda epidemiya halı almışdı. Özünü bu işgəncəli yolla qətlə yetirmək adamlara, topluma, lap elə taleyin özünə üsyan, ağlasığmaz etiraz aksiyası idi. Bircə dəfə görmüşdüm belə dəhşətli intiharı kənddə, məhləmiz Boccalıda. Fəridə adlı o qadının da nəsə bir sev... | ANL |
100 il öncənin Novruzu: görkəmli maarifçimizin qələmində. BOLŞEVİKLƏRƏ QARŞI GƏNCƏ ÜSYANININ QURBANLARINDAN OLMUŞ MİRZƏ ABBAS ABBASZADƏ ÖTƏN ƏSRİN ƏVVƏLLƏRİNDƏKİ NOVRUZ ƏNƏNƏLƏRİ BARƏDƏ NƏLƏR YAZIRDI? İldən-ilə daha çox zahiri təmtərağına aludə olduğumuz, bəlkə də bu səbəbdən artıq formal təqvim bayramlarından birinə ç... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M... | ANL |
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). Avropadakı xalqların hunlarla tanışlığı IV əsrə təsadüf edir. 375-ci ildə qotlar Orta Asiya çöllərindən hərəkət edən hun ordularının qabaqdakı atlı dəstələri ilə qarşılaşmışdılar. Hunlar ostqotları darmadağın etmiş, tabe olmayan vestqotları i... | ANL |
FUAD POLADOV: “SEYRAN SƏXAVƏT ƏSƏRLƏRİNDƏKİ MÜSBƏT QƏHRƏMANLARIN HƏYATDA SONA QƏDƏR ARXASINDA DAYANMAĞI BACARDI”. Müsahibə hazırdır. Artıq altıncı dəfədir, səhifəni açıb, qarşısında düşüncəmi aciz vəziyyətə salıram. Əvvəl qəhrəmanımı təqdim etməliyəm, sonra qəhrəmanımın qəhrəmanını. Tapdığım sözlər cümləyə çevrilməmiş ... | ANL |
“Ərdoğan Obama ilə görüşdə NLP texnikasını tətbiq edirdi”. Neyro Linqvistik Proqramlaşdırma (NLP) hər bir insanın öz düşüncə və davranışlarını dəyişməsini təmin edən, dildən mükəmməl istifadə bacarığıdır. Burada vaxtı düzgün təyin etmək, fikri yerinə görə çatdırmaq çox önəmlidir. Bu haqda ətraflı məlumat əldə etmək üçü... | ANL |
Abdullah Cövdətin Əli bəy Hüseynzadəyə məktubları. Əqidə və əməl dostunun da başına bir xeyli bəlalar gəldiyini yəqin ki, onun cavab məktubundan öyrənən Abdulla Cövdət hər şeydən çox hədərə xərclənmiş illərə təəssüflənirdi: “Türkiyədə namuslu adam üçün Türkiyəyə xidmət etmək imkanının olmadığı hələ məktəbdə ikən cümləm... | ANL |
Bitib-tükənməyən “Müsbət enerji”. Bir təsvir mindən çox sözü əvəz edir. Maraqlıdır, həqiqətən. Bu cazibənin arxasında isə incəsənət dayanır. Rəssam Rizvan İsmayılın sözləri ilə desək, rəssam rənglərlə şeir yazan bəstəkardır. Martın 7-də Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Gürcüstan Rəssamlar Federasiyasının... | ANL |
Həmin vaxtlar balaca uşaqdım, ibtidai sinfi təzəcə bitirmişdim. Amma o yerləri, doğulduğum və cəmi 10 il yaşadığım yurdu unutmuram, unuda bilmirəm, hər şey sanki canlı bir şəkil kimi gözlərimin qabağındadır. Qonşularımız adam-adam, qəbiristanlığımız məzar-məzar yaddaşımın dərin qatlarında kök salıb. Unutmadığım həm də ... | ANL |
“Məqsədimiz daha çox gənci əhatə etmək, ideyalarımızı evlərinə qədər daşımaqdır”. MÜSAHİBİMİZ GƏNCLƏR ÜÇÜN TƏHSİL MƏRKƏZİNİN GƏNCƏ REGİONAL OFİSİNİN RƏHBƏRİ AYGÜN HƏSƏNZADƏDİR. Mərkəzinə gəlişiniz barədə bir qədər məlumat verərdiz. O vaxt Mərkəzə rəhbərlik edən şəxslərlə işgüzar münasibətlərimiz formalaşırdı. Mərkəzin ... | ANL |
Cakartada Azərbaycan haqqında təqdimat maraqla qarşılanıb. Martın 10-da Cakartada fəaliyyət göstərən “Beynəlxalq Qadınlar Klubu”nun binasında ölkəmizin İndoneziyadakı səfirliyi tərəfindən Azərbaycan mədəniyyəti haqqında təqdimat keçirilib. 1950-ci ildə təsis edilən və mahiyyətinə görə qeyri-siyasi və qeyri-kommersiya t... | ANL |
Süleyman Rüstəm Yazıçılar Birliyində anıldı. Martın 11-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq şairin fəaliyyət yolundan danışıb: “Xalq şairi Süleyman Rüstəm hələ Yazıçılar Birliyi yaranmam... | ANL |
“Azərbaycan xalçalarının açılmamış sirləri”. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şakir Qabıssanlının “Azərbaycan xalçalarının açılmamış sirləri” adlı kitabı nəşr olunub. Kitabın redaktorları Mustafa Çəmənli və Sevinc Nuruqızıdır. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabda dünyaya məlum olmayan, lakin dünyam... | ANL |
Səməd Vurğunun ev-muzeyində ədəbi-bədii kompozisiya. Martın 10-da Xalq şairi Səməd Vurğunun ev-muzeyində AYTAM uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyinin (İB) təşəbbüsü ilə “Vətənimizi və dilimizi qoruyaq!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə muze... | ANL |
Repressiya və sürgün illəri. Qəzetin bu sayında isə “Repressiya və sürgün illəri” adlı parçanı oxuculara təqdim edirik. 1920-ci ilin aprelində bolşeviklər Azərbaycan hökumətinə hakimiyyətin təhvil verilməsi haqqında ultimatim ünvanladılar. XI Qızıl Ordunun Bakıya girmədən Mustafa Kamalın Qurtuluş savaşına qatılmaqçün A... | ANL |
Natəvan Dəmirçioğlunun nəsr dünyası. Natəvan Dəmirçioğlunun nəsrini, demək olar ki, başdan ayağa oxudum və elə ilk sətirlərimdə deyim ki, bu nəsr nümunələri məni əsl yazıçı ilə görüşdürdü. Natəvan xanım, əlbəttə, ixtisasca jurnalistdir və bu jurnalist xanımın öz “doğma” sahəsindəki fəaliyyəti mənim gözümün önündə baş v... | ANL |
Şahidlərin dediklərinə görə, həmin gecə birdən-birə dənizdə qasırğa qopmuş, şahə qalxan sular gəminin hündür dor ağacınacan çatmışdı. Halbuki əvvəl-əvvəl sakit, sərin bir yay gecəsi imiş, göydə mavi-ağımtıl buludların arasından Ay nazlı-nazlı boylanır, ulduzlar sayrışırmış. Bunun ardınca birdən-birə belə güclü qasırğan... | ANL |
Şəhid xatirəsinə layiqli ithaf. Azərbaycan müstəqillik qazandıqdan sonra milli musiqidə ölkəmizin tarixini, o cümlədən, müasir dövrlə bağlı mövzuları əks etdirən bir sıra əsərlər yaranıb. Müxtəlif janrlarda olan bu əsərlər musiqi tariximizin yeni, qəhrəmanlıqla bağlı səhifəsini açaraq, onu maraqlı nümunələrlə zənginləş... | ANL |
Sözün qədrini bilən şair. Söz İlahidən gələn ilkin və əbədi varlıqdır. Sözün xiridarı isə şairlərdir. Şairlər sözü həm göylərə qaldıra bilər, həm də yerə endirib cılızlaşdıra bilərlər. Ona görə Sözə ehtiyatla yanaşmaq, onunla hörmətlə davranmaq gərəkdir. Poeziya kəhkəşanın zirvəsində söz yox ki, əsl söz sahibləri, hər ... | ANL |
Həsən Mirzədən yadigar misralar. Yaxşı insan və düşündürən sənət, ürəklərə yol tapan söz əbədidir, ölməzdir. Çünki nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, nəsillərə bir örnək kimi nümunə göstərilirlər. Düşündürən söz, sənə... | ANL |
Multikultural mühitin sınaq dövrü həqiqətləri publisistikada. Vahid məkanda kök salan çoxmədəniyyətlilik millətlər arasındakı fərqin təzahürü kimi müəyyən ziddiyyətlərə gətirib çıxarsa da, müxtəlif xalqlar arasında etimadı möhkəmlətmə və qarşılıqlı faydalanma imkanları ilə cəmiyyətin ümumi inkişafına təkan verir, odur ... | ANL |
Atama məktub və ya etiraflı təbrik. Yadındadır, nə vaxtsa "Atama məktub" hekayəsini bu sözlərlə başlamışdım. O zamanlar çoxları elə bilmişdi ki, bu hekayədə sənə müraciət edib yazını sənə ünvanlayıram. Oxuyub başa çatdırandan sonra artıq anlayırdılar ki, bu, bir metaforadır və söhbət insandan yox torpaqdan gedir. Ancaq... | ANL |
Xatırlamaq da gözəldir, xatırlanmaq da... Bəşər tarixi boyunca adına nəğmələr qoşulan, böyük əsərlər yazılan, adı hər zaman hörmət və ehtiramla çəkilən qadınlarsız dünyanı təsəvvür etmək mümkün deyil. Qadın həyat ağacıdır və bu ağacın çətirinin altında zalıma, zülümə yer yoxdur. Onun günəş kimi hərarətli ürəyi dilinə, ... | ANL |
"Dostluq və qardaşlıq müqaviləsi" dostluq və qardaşlığa xidmət etməlidir. Moskva müqaviləsinin bağlanmasının 95 ili tamam olması ərəfəsində bu müqavilənin ləğv edilməsinə edilən cəhdlər təsadüfi deyildir. Əslində Moskva müqaviləsinin ləğv edilməsi üçün erməni daşnakları on illərdir ki, imza toplayır, Rusiya rəhbərlərin... | ANL |
Multikultural mühitin sınaq dövrü həqiqətləri publisistikada. Qafqazın yaxın gələcəyinin burada yaşayan xalqlar arasındakı münasibətlərin hansı istiqamətdə inkişafından asılı olacağını düşünən ədiblərimiz öz əsərləri ilə hər şeydən öncə dostluğa, dinc birgəyaşayışa, ümumi problemləri ələ-ələ verib bir yerdə həll etməyə... | ANL |
Yazıçılar Birliyində şair Ələkbər Salahzadə anılıb. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) mərhum şair Ələkbər Salahzadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri "Qobustan" jurnalının baş redaktoru Vaqif Əlixanlı açaraq şairin həyat və yaradıcılığından danışıb: "Ələkbər Salahzadənin ilk yaz... | ANL |
Açıb novruzgülü təpədə indi, Bu gülü heç kimə verməyəcəyəm! Qonaq çağırıram bu gün hamını, Bu günü heç kimə verməyəcəyəm! İndi, daha dəqiqi, martın 18-də isə Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona Filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın 65 yaşı tamam olur. Ana təbiətin dörd fəsili var, Beşinci fəsi... | ANL |
Azərbaycan aliminin yeni uğurları. Filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun "Hüqo" və "İrəvan ziyalıları" kitabları Amerika Birləşmiş Ştatlarında, "Hüqo-fransız ədəbiyyatının milyarderi" kitabı isə Almaniyada nəşr edilib. Professor Əsgər Zeynalovu çoxdan tanısam da, doktorluq dissertasiyamın müzakirəsi za... | ANL |
Ömər Faiq Nemanzadə - İstanbul "Darüşşəfəqə"sinin məzunu və görkəmli mollanəsrəddinçi. "Darüşşəfəqə" türk təhsil sistemində öz zəmanəsinin yeni məktəb tiplərindən biridir. təhsil qurumudur. "Darüşşəfəqə" sözü "şəfqət yuvası" mənasındadır. Ata və anası həyatdan köçən, ağır şəraitdə yaşayan uşaqların təhsilə cəlb olunmal... | ANL |
Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir. PENSİYALAR HƏR AY VAXTINDAN ƏVVƏL MALİYYƏLƏŞDİRİLİR. Hər ay pensiyamı böyük səbrsizliklə gözləyirəm. Övladlarımız bizə qayğı göstərsələr də, oğula-qıza möhtac olmamaq üçün yoldaşımla bərabər dövlətin təyin etdiyi pensiya ilə dolanırıq. Dövl... | ANL |
"Beynəlxalq jurnalistika: təşəkkül prosesi və demokratik ölkələrin media təcrübəsi". İNFORMASİYA MƏSAFƏNİ YAXINLAŞDIRIR, DÜNYANI HƏM KİÇİLDİR, HƏM DƏ BƏNZƏRSİZ VƏ RƏNGARƏNG EDİR. Müasir dünya göründüyündən xeyli kiçikdir. Amma olduğundan da çox rəngarəng və bənzərsizdir. Özü də informasiya əsrində. İnternet, media, pey... | ANL |
Mərdlik nümunəsi. Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada törədilən son terror aktından dərhal sonra Türkiyəyə əvvəlcədən planlaşdırılmayan səfəri qeyri-adi effekt yaratdı. Türkiyədə böyük bir faciənin yaşandığı vaxt Azərbaycanın dövlət başçısının Ankara səfəri ağır gündə qardaş ölkənin yanında olmaq anlamını ifa... | ANL |
Yazıçı-jurnalist Orxan Fikrətoğluya Mətbuat Şurasının mükafatı təqdim olunub. Dünən Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyəti üzvlərinin tanınmış yazıçı, jurnalist-publisist Orxan Fikrətoğlu ilə görüşü keçirilib. Toplantıda çıxış edən MŞ sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov... | ANL |
Əbədi şair ömrü: Böyükağa Qasımzadə. Deyirlər ki, əsl şairlərin ölümü olmur. Onların mənəvi, ölümsüz həyatı sonra başlayır - fiziki cismi torpağa tapşırılandan, məzar daşlarına adları həkk ediləndən, ancaq ən başlıcası, bir neçə nəslin yaddaşında yaşayandan sonra... Həmin şairi sonuncu görən insan da dünyadan köçər, ye... | ANL |
Xalqımızın mənəviyyatında və məişətində minilliklərlə yaşatmış olduğu, böyük coşqu və şövqlə sevə-sevə qeyd etdiyi ən qədim bayramlardan biri və bəlkə də birincisi Novruz bayramıdır. Məlum olduğu kimi, həyatın başlanğıcı qədim Şərq fəlsəfəsində dörd ünsürün vəhdəti şəklində qəbul edilir: od, su, hava, torpaq. Bahar bay... | ANL |
HƏR ŞEYİN ÖZ MAHİYYƏTİ. Bu əlamətdar gün münasibəti ilə yubilyarı təbrik edir, ona cansağlığı, bol-bol yaradıcılıq uğurları arzulayırıq. Hacan Hacısoyun silsilə şeirlərini oxuculara təqdim edirik. Sancmaq qanqal xasiyyəti, Ətir saçmaq gül işidi. Nə lazım özünü öymək, Boş-boş sinəsinə döymək. Bar verib başını əymək, Dən... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M... | ANL |
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). Karolinq imperiyası. 768-ci ildə atası Pipin öldükdən sonra frankların çarlığının taxt-tacına Böyük Karl və ya Şarleman çıxdı. O, qətiyyətli, bacarıqlı və inadkar bir adam idi. Fərasətli döyüşçü olmaqla yanaşı, həm də savadlı dövlət xadimləri... | ANL |
Qəlbin duyğu, zehnin söz yaddaşı olduğu kimi, əlbəttə, qulağın da bir səs yaddaşı var... ... Gecənin bir aləmində yatdığı yerdə qulağını dəlib deşən qıyha səsindən yerindən dik atılıb qalxdı. Qış gecəsinə hakim kəsilmiş zülmət otağa da eləcə çökmüşdü. Qaranlıqda əlini dolabın üstündə gəzdirib axır ki, gecə lampasını ta... | ANL |
Musa Yaqub: “Seyran Səxavət ədəbiyyatda ölməzlik qazanıb”. “SEYRANIN AÇDIĞI PƏNCƏRƏDƏN BİZ DÜNYANI GÖRÜR, BƏŞƏRİYYƏTİN BU GÜNÜNƏ TƏƏSSÜFLƏNİRİK. Adam var, günorta çağı əlində çıraq bir əhli-dil arayır, həmdərd axtarır ürəyindəkiləri bölüşə. Nə xoşbəxtəm ki, Ay işığında gəlib tapmışam Sizi - Musa Yaqub işığına gəlmişəm,... | ANL |
Abdullah Cövdətin Əli bəy Hüseynzadəyə məktubları. Əlindəki hazır orijinal və tərcümə əsərlərinin İstanbulda çapı həm siyasi, həm də maliyyə xarakterli çətinliklərlə bağlı olduğundan Abdullah Cövdət ümidlərini bəzən daha çox Bakıya bağlayırdı. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Bəhram bəy V... | ANL |
“Əsrlərdən gələn sənətimiz” sərgilənib. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “PAŞA Bank” ASC və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində sərgi-satış yarmarkası təşkil olunub. Tədbirdə Mədəniyyət və ... | ANL |
“Ənənədən gələcəyə”də milli geyimlər nümayiş etdirilib. Martın 17-də Muzey Mərkəzində Bakı Milli Geyim Evinin “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsi keçirilib. AZƏRTAC xəbər verir ki, geyim evinin bədii rəhbəri Könül Vəlibəyli hər il Novruz bayramından əvvəl ənənəvi olaraq bu layihəni həyata keçirdiklərini deyib... | ANL |
Gürcü alimin “Füzuli” monoqrafiyası Tbilisidə nəşr edilib. Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tanınmış alim Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyası gürcü və Azərbaycan dillərində nəşr olunub. Kitabda Azərbaycanın klassik şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığı geniş təhlil olunur. Monoqrafiya... | ANL |
Yazıçılar Birliyində şair İlham Bədəlbəyli ilə görüş. Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair, AYB-nin Moskva bölməsinin katibi, Moskvadakı “Ocaq” Azərbaycan mədəniyyəti cəmiyyətinin vitse-prezidenti, Ümumrusiya Azərbaycanlılar Konqresinin Mərkəzi Şurasının üzvü İlham Bədəlbəyli ilə görüş keçirili... | ANL |
Kamal Abdullanın kitabı “Qızıl Delviq”in qısa siyahısında. Tərcüməçi: Azər Mustafazadə) hekayələr kitabı Rusiyanın Delviq adına “Sözə və Vətənə sədaqət” mükafatının - “Qızıl Delviq”in qısa siyahısına salınıb. “Literaturnaya qazeta”ya istinadən yayılan məlumata görə, uzun siyahıda olan yazıçıların yarıdan çoxu qısa siya... | ANL |
Ağsaqqal nüfuzu. Akif Rəfiyev mənim yaxın qohumum, əziz dostum, tələbə yoldaşımdır. Akifin ulu babası Qəhrəman bəy mənim ulu babam Ələkbər bəyin doğma qardaşıdır. Kiçik qardaşı. Mən isə Akifi böyük qardaşım hesab edirəm. Və ömrümüz boyu həm xoş, fərəhli, həm ağır, kədərli günlərimizi paylaşmışıq. Uzun illər boyu bir-bi... | ANL |
Cildlərə sığmayan şair. FİKRƏT QOCANIN ONCİLDLİK "SEÇİLMİŞ ƏSƏRLƏR"İNİ VƏRƏQLƏYƏRKƏN... OXUYARKƏN... Fikrət Qoca ən çox oxuduğum, ən çox bəyəndiyim, haqqında ən çox yazdığım, ən yaxşı bildiyim, həyatda ən çox müşahidə etmək imkanım olan şairlərdən biridir. Və bütün bu “ən”lər onun son illərdə ardıcıl işıq üzü görən “Se... | ANL |
Yeni liderlik modeli: strateji tərəfdaşlığın mühüm aspektləri. Ankarada törədilən dəhşətli terror aktı bütün türk-müsəlman dünyasını sarsıtdı. Onlarla günahsız insanın qətlə yetirilməsinə etirazlar səsləndi. Təəssüf ki, bu amansız qətliam Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasın... | ANL |
Gənc Ədiblərin növbəti görüşü. Martın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda III Gənc Ədiblər Məktəbinin (GƏM) ikinci toplantısı keçirildi. Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq görüşün qonağı haqda məlumat verdi: "Bizim ilk görüşümüz tanışlıq xarakterli olmuşdu, müzakirələr apardıq, yazılar... | ANL |
Mələk timsallı. Uca Tanrının verdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib, xeyirxah əməllərdə görən, xalqımıza xas yüksək əxlaqı, mənəvi dəyərləri parlaq xarakterində cəmləşdirən Tükəzban Cahangirova sözün həqiqi mənasında cənüb bölgəsinin nur çeşməsidir. Bu işıqlı insanın öz vətəninə, millətinə bəxş... | ANL |
Quba tarixi - vətən tarixinə qiymətli töhfə. Azərbaycan mənbəşünaslıq və tarixşünaslıq elmi Vətən tarixinin şərəfli səhifələrinə həsr edilən qiymətli bir əsərlə zənginləşib. Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix üzr... | ANL |
Tofiqin son fədakarlığı. Görkəmli kino xadimi Tofiq İsmayılov dünyasını dəyişdi. Bu dünyada bir sıra maraqlı filmləri, kitabları, nəsil-nəsil yetişdirdiyi tələbələri, onu ürəkdən sevən dostları, qohumları, rifahı yolunda həyatını fəda etdiyi mehriban ailəsi qaldı. Tofiqin bir çox filmləri də, ara-sıra çap etdirdiyi kit... | ANL |
GÖRKƏMLİ ŞAİRİMİZ SÖHRAB TAHİRİN ŞANLI YUBİLEYİNƏ. Azad qardaşım var, onunla xoşam, Mən gərək sahili sahilə qoşam. İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha. Mübarizələrlə dolu, şeirə bağlı bir ömür yaşamısan. Bir həftə Naxçıvanda-bu qədim odlar diyarında əsl poeziya havasına büründük. Hansı məclisə ge... | ANL |
"Multikulturalizmin təbliği istiqamətində əməli işlər görürük". PROFESSOR TARİYEL MƏMMƏDOV: "ÖLKƏMİZDƏ YAŞAYAN AZSAYLI XALQLARIN MƏDƏNİYYƏTİNİ VAHİD ELEKTRON RESURSDA TOPLAYIB DÜNYAYA TƏQDİM EDƏ BİLƏRİK". "Tədbirlər planı"nda "Multikulturalizm ili" ərzində görüləcək işlər müfəssəl şəkildə göstərilib və onların yerinə y... | ANL |
Türkiyə-Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulub. ELÇİN ƏHMƏDOV: "İKİ ÖLKƏ ARASINDA BÜTÜN SAHƏLƏRDƏ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ DİNAMİK ŞƏKİLDƏ İNKİŞAF EDİR". "Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin x... | ANL |
Müasir qloballaşma dövrü bəşəri sivilizasiya və tərəqqinin inkişaf meyllərini şərtləndirdiyi kimi, onun problemlərini də ortaya qoyur. Humanizm, demokratiya, ölkələrarası beynəlxalq münasibətlər, dövlətlərarası əməkdaşlıq, insanların qarşılıqlı anlaşması və dostluğu sanki, müəmmalı təhdidlə üz-üzədir. Terror, qanunsuz ... | ANL |
Qəzənfər Paşayevin yeni kitabları təqdim olunub. Tanınmış ədəbiyyatşünas-alim, professor Qəzənfər Paşayevin yeni kitablarının təqdimatı keçirilib. "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" və "Ədəbi məktublar" adlı kitablar müəllifin yaradıcılığının müəyyən dönəmlərini əks etdirmək baxımından əlamətdardır. Birinci ... | ANL |
Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq şairi Səməd Vurğunun 110 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq S.Vurğunun ədəbiyyat tariximizdəki yerindən və rolundan danışıb: "Səməd Vurğunun doğum günü 21 martdır, ancaq bayram vaxtı olduğu üçün onun bayramdan sonr... | ANL |
Bölgələrdə Vurğun təntənələri. Təbiət baharda təzələnir. Sözün də baharı olur. Sözün baharı böyük sənətkarlardır. Dünyaya baharda gəlmiş, dünyadan baharda getmiş, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun bəlkə elə ilk şeirini də baharda yazmışdı. Elə buna görə də onun şeirləri əbədi qüdrətə malikdir, həmişəbahardır. Ma... | ANL |
“Erməni zindanında səkkiz gün” kitabı Bilik fondunda müzakirə edilib. 31 mart Azərbaycanlıların soyqırımı günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Sosial Rifah Partiyasının təşəbbüsü ilə Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” adlı kitabının müzakirəsi olub. Azər... | ANL |
Əyyub Quliyev beynəlxalq müsabiqənin münsiflər heyətində. Astanada görkəmli qazax bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq Erkeqali Raxmadiyev adına dirijor və vokal ifaçılarının birinci beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi, Astana şəhər meriyası, bu ölkənin Elmlər Ak... | ANL |
Kamal Abdullaya Yazıçılar Birliyindən təbrik. Azərbaycan Yazıçılar Birliyinin katibliyi tanınmış ədibimiz Kamal Abdullanı bugünlərdə yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edib. Təbrikdə bu cümlələr öz əksini tapıb: "Rusiyanın beynəlxalq "Qızıl Delviq" mükafatı laureatları sırasında görkəmli yazıçı, alim K... | ANL |
"Göz muncuğu" "Drujba narodov"un səhifələrində. Povesti rus dilinə Natiq Rəsulzadə çevirib. Jurnalın elə həmin nömrəsində moskvalı tənqidçi və yazıçı Lüdmila Lavrovanın Anarın yaradıcılığına həsr edilmiş "Gələcəyin məkanında suallara cavab varmı" adlı geniş məqaləsi çap olunub. | ANL |
Dinləsin bəşər. Dinləsin planet, Dinləsin bəşər. Vətən nəğməsini Söhrab Tahirin. Fəqət dəfinədən üstün tutan var, Bircə kəlməsini Söhrab Tahirin. Gah göyə qalxırıq, gah enirik biz, Bəzən dayaqlara söykənirik biz. Ömür kitabından öyrənirik biz, "Yaxşılıq" dərsini Söhrab Tahirin. Bütün uşaqlara Nəsibəm deyir, Gördüm nəvə... | ANL |
Ağgülün müharibəsi. Kəlbəcərin yeddi dolamasını üzü Taxtaya qalxırdıq. Soltan dayı qarşımıza gəldi və ilk sözü bu oldu ki, Ağgül azarlayıb. Çünki o zaman bu cins Azərbaycana gətirilmişdi, ya yox, bilmirəm, amma bizim tərəkəmələrdə yüz faiz yox idi, sadəcə, sözbaz tərəkəmələr uzun, enli və çox süd verən inəklərə belə ad... | ANL |
XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımların müasir tədqiqinin hüquqi əsasları. Bəşəriyyət tarixin müxtəlif mərhələlərində etnik təmizləmə siyasəti və soyqırımı kimi cinayətlər yaşayıb. Azərbaycan və Cənubi Qafqaz tarixinə nəzər saldıqda, xüsusilə, XIX-XX əsrlərdə bir çox dövlətlərin, xüsusilə ... | ANL |
Toponimika elmimizin böyük uğuru. Dilçilik elmində özünəməxsus yer tutan onomastikanın mühüm tərkib hissələrindən biri də oykonimlər, yəni yaşayış yerlərinin adlarıdır. Tarixin möhürü, silinməz izləri və yaddaşı sayılan oykonimlər bütövlükdə xalqın keçmişini, mədəniyyət və etnoqrafiyasını, eləcə də dil tarixini öyrənmə... | ANL |
Hərbi liseydə Səttar Bəhlulzadə ilə bağlı görüş. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan Rəssamlar İttifaqının kollektivi ilə incəsənət həftəsi çərçivəsində Xalq Rəssamı Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş görüş keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə... | ANL |
Elnarə Abdullayevanın üç günlük konserti uğurla yekunlaşıb. Əməkdar artist Elnarə Abdullayevanın Heydər Əliyev Sarayında keçirilən üç günlük konserti başa çatıb. Axşam.az-ın məlumatına görə, xanəndə gecəni muğamla açıb. Tamaşaçıları salamlayan E.Abdullayeva onu tək qoymayanlara təşəkkürünü bildirib: “Qonaqlar, gələn ay... | ANL |
"Discovery Azerbaijan"ın yeni sayında... Bugünlərdə "Discovery Azerbaijan" elmi- kütləvi turizm jurnalının mart sayı işıq üzü görüb. Jurnal təsisçi və baş redaktor Cavanşir Feyziyevin sözləri ilə açılır: "Dünya türklərini bir araya gətirib, Turan ellərini birləşdirdik bu sayımızda. Soy-kökümüzə, keçmişimizə sahib çıxma... | ANL |
Səmərqənd kitabxanalarına Azərbaycan haqqında nəşrlər verilib. Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan kitabxanalarına Azərbaycan, onun tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, ədəbiyyatı, dövlətçiliyi, ümummilli lider Heydər Əliyev... | ANL |
Əbülfəs Qarayev: "İslahatlar işçilərin ixtisarına səbəb olmayacaq". Mədəniyyət və Turizm Naziri Salyanda vətəndaşları qəbul edib. Salyan rayonunda vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görüş əsnasından azirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Prezident İlham Əliyevin 29 mart 20... | ANL |
İşığın zülmətlə bitməyən savaşı. YAZIÇI-PUBLİSİST ZÖHRƏ ƏSGƏROVANIN "TARİXİ YADDAŞ VƏ QONDARMA ƏHVALATLAR" KİTABI HAQQINDA QEYDLƏR. Bəzən tarixin yaddaşına yazılmış hadisələri, baş vermiş qovğaları şərh etməyə sözün, dərk etməyə ağlın gücü yetmir. Ən azı ona görə ki, baş vermiş tarixi cinayətlər, tökülmüş qanlar kimsəy... | ANL |
Daşnakların Türküstanda qanlı izləri. Şuxrat Salamovun "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə" sensasiyalı kitabı haqqında. Orta Asiya və Qafqazın türkdilli xalqları arasında ümumi cəhətlər çoxdur - dilləri və dinləri birdir, adət və ənənələri oxşardır. Və onları bir də çox oxşar və çox dramatik tarix birləşdirir.... | ANL |
ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA YENİ KİTABIN TƏQDİMATI KEÇİRİLİB. Martın 30-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Həsən Səfərinin "Cənubi Azərbaycan: 1... | ANL |
“Naxçıvan” Universitetində soyqırım qurbanları anılıb. Martın 30-da “Naxçıvan” Universitetində “Xalqımıza qarşı erməni daşnaklarının və bolşeviklərin birgə həyata keçirdiyi soyqırım-31 mart” mövzusunda konfrans keçirilib. Universitetdən verilən məlumata görə, konfransda giriş sözü ilə çıxış edən ali təhsil ocağının rek... | ANL |
AMEA Naxçıvan Bölməsi soyqırım qurbanlarının xatirəsini yad etdi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində keçirilən elmi konfransda ilk olaraq Azərbaycanın ərazi bütövlüyünün qorunmasında şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə bölmənin sədri, akadem... | ANL |
Qədim və həmişəcavan şəhərimizin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsinin çox qürurverici bir hadisə olduğunun vurğulandığı tədbirdə bu yöndə il ərzində aparılacaq işlər müzakirə olunub. Qeyd edilib ki, şəhərin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respu... | ANL |
Aşağı büdcə, blokbastersayağı ekran... Dünya kinematoqrafiyası məzmunu, dramaturji strukturu, personajlarının protoqanistliyi və antoqonistliyi, stilistik həlli, plastikasına görə iki qismə ayrılır. Ötən əsrin 50-ci illərində meydana gələn kütləvi mədəniyyət sonralar mainstream olaraq adlandırılmağa başladı ki, bu da H... | ANL |
Təyyarəçi. Dəfn mərasimi gözlənildiyindən uzun çəkdi. Ətrafda sakitlik olduğundan mollanın gur səsi qəbiristanlığa yayılırdı. Rəhmətə gedən Rza yaxın qohumum idi. O, neçə illər əvvəl həyat yoldaşını və iki uşağını burada qoyub pul qazanmaq üçün Rusiyaya getmişdi. Əvvəllər zəng vurur, gəlib-gedəndən ailəsinə azdan-çoxda... | ANL |
Mayın 1-də Rəşid Behbudov adina Azərbaycan Dövlət Mahnı teatrında tanınmış rəqqas-xoreoqraf, Əməkdar Artist Tahir Eynullayevin benefisi - musiqi rəqs tamaşası təqdim ediləcək. AZƏRTAC xəbər verir ki, konsertin ssenari müəllifi Rusiyanın Sankt-Peterburq şəhərinin “LenFilm” kinostudiyasinin ssenaristi Marina Aleksandrina... | ANL |
Diqqət: şərh verilmir! Tamaşanın başlanma işarəsi veriləndə foyedə divardan asılmış rəsmlərə baxırdım. Zala girəndə duruxdum, səhnə yox idi, səhnəni əvəz edən boş meydançada 3 süni gülüşlü adam hamıya baş əyir, qondarma təbəssümüylə gülürdü. Adamlardan biri də mənə baş əyib yalançı təbəssümünü üzümə yapışdırdı. Birtəhə... | ANL |
Elçin Hüseynbəylinin Qarabağ mövzulu məşhur hekayəsi Litva mətbuatında. Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbəylinin Qarabağ müharibəsi mövzusunda yaratdığı məşhur əsərlərdən biri - "Boz eşşəyin məktubları" adlı hekayəsi Litva dilində işıq üzü görüb. Əsəri orijinaldan litvacaya tanınmış türkoloq alim və tərcüməçi,... | ANL |
Tofiq Hacıyevin yubileyi Türkiyədə qeyd edilib. Ankarada “Yeni Türkiyə” Strateji Araşdırmalar Mərkəzində görkəmli alim, akademik Tofiq Hacıyevin anadan olmasının 80-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi. Türkiyə və Azərbaycanın nüfuzlu ziyalıları, tanınmış elm adamları iştirak etdiyi toplantıda Tofiq Hacıyevin h... | ANL |
“Dördüncü möhür”ün təqdimatı olub. Mayın 2-də Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı-tərcüməçi Kamran Nəzirlinin “Mütərcim” nəşriyyatında çapdan çıxmış yeni kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, AYB-nin sədri, Xalq Yazıçısı Anar yazıçını ilk irihəcmli əsəri olan “Dördüncü möhür” romanının nəşri m... | ANL |
Daşkənddəki festivalda Azərbaycan da təmsil olunub. Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq “Xalqların mədəniyyəti və adət-ənənələri” adlı festival keçirilib. "Report"un məlumatına görə, tədbirdə ölkəni Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəni... | ANL |
Aşıq Hüseyn Saraclı üçün ucqar havası. Çünki gəncliyində "Kövrək" təxəllüsü ilə qoşmalar, gəraylılar yazıb. Aşıq Hüseyn Saraclının sonuncu şəyirdi də Kövrək Muraddır. Adaşı Dəllək Muradın bu məhzun və məsum möhürbəndini də ilk dəfə ondan eşitmişəm: Dəllək Murad, bu yollarda sürünnəm, İndi gedişimdi, nə vaxt görünnəm? .... | ANL |
Bizimlə birgə addımlayan dahi. Dünyanın ən böyük şəxsiyyətlərinin xarakterini açmaq üçün bəzən ən xırda detal, ən adi jestdən istifadə edilir. Bu mənada xalqımızın ümummilli lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin həyatı saya-hesaba gəlməyən parlaq detallarla, ştrixlərlə doludur. Ulu öndərin doğum günü ərəfə... | ANL |
Doktorantura təhsili haqqında mülahizələr. Azərbaycan Respublikasında doktorantura təhsili "Təhsil sahəsində" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında... | ANL |
Böyük ədibin irsinin parlaq nümunələri. MİR CƏLAL PAŞAYEVİN HEKAYƏ YARADICILIĞI HAQQINDA QEYDLƏR. Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının ən dəyərli nümayəndələrindən biridir. 20-ci illərin sonunda yaradıcılıq aləminə şeirlə gəlmiş ədib, tezliklə istedadlı oçerk və hekayələri ilə tanınıb. O, milli şifahi ədəbiyyatın... | ANL |
Dünyadan DÜNYAYA səyahət. Mütləq gərək bu cümlə ilə başlayım ki, son 4-5 ilə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda bu cür izdiham görməmişdim. Başqaları bəlkə də görüb, onlarla işimiz yox. Amma həqiqətən də iynə atsaydın, yerə düşməzdi. Dəyirmi masada yubilyarın ətrafına Azərbaycan elmi, ədəbi, mədəni həya... | ANL |
Gülnar Səmanın "Gül" kitabı təqdim edildi. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda gənc şairə Gülnar Səmanın AYB kitab layihəsi çərçivəsində çap olunan "Gül" şeirlər kitabının təqdimatı keçirilib. Tədbiri şair Əkbər Qoşalı açıb: "Bu gün Gülnarın günüdür. Mən inanıram ki, bu "gül"ün ətri, rayih... | ANL |
Tibb Universitetində akademik Vəli Axundovun 100 illik yubileyi qeyd edilib. Mayın 3-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında görkəmli alim, səhiyyə işinin təşkilatçısı və dövlət xadimi, akademik Vəli Yusif oğlu Axundovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbayc... | ANL |
Vətən torpağını canından üstün tutan igid kəşfiyyatçı. 1985-ci ildən sonra dağılan ittifaqın üzərində hər millət öz dövlətini qurmaq üçün mücadiləyə başladı. 90-cı illərdən etibarən azadlıq nümayişləri, imperializmin zəncirlərinin qırılması kimi şüarlardan çıxıb, 15 respublika özünün müstəqil dövlətini yaratdı. O Müstə... | ANL |
"Yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanov". Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universiteti, "Naxçıvan" Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Eynəli bəy Sultanovun anadan olmasının 150 illiyinə həsr olunmuş elmi konfransı giriş s... | ANL |
(Anadan olmasının 150 illiyi ərəfəsində Eynəli bəy Sultanovun portret cizgiləri). Tərifli söz deməyə ömrü boyu xəsislik eləmiş C.Məmmədquluzadə-Mirzə Cəlil həyatının son illərində, bir qədər də qəmgin və nisgilli əhvali-ruhiyyə ilə qələmə aldığı “Xatirələr”ində Naxçıvanda keçən cavanlıq çağlarını yada salaraq yazırdı: ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.