text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
“Sazın Ədaləti, Ədalətin sazı” adlı mərasim təşkil edilib. Azərbaycan Dövlət Filarmoniyasında ustad aşıq, əməkdar incəsənət xadimi Ədalət Nəsibovun yaradıcılıq gecəsi keçirilib. “Sazın Ədaləti, Ədalətin sazı” adlı tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbird... | ANL |
“Amerika mənim arzularımda” müsabiqəsi başa çatıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Amerika arzularında” adlı müsabiqənin qalibləri elan olunub. Adıçəkilən təhsil müəssisəsinin və ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə təşkil etdikləri tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xa... | ANL |
“Miras” “Zubroffka” kinofestivalında ikinci yeri tutub. Dekabrın 1-dən 5-nə qədər Polşada keçirilən Beynəlxalq “Zubroffka” kinofestivalı başa çatıb. Azərbaycanlı rejissor Fariz Əhmədovun çəkdiyi “Miras” sənədli filmi kinofestivalda ikinci yer üçün diploma və pul mükafatına layiq görülüb. 5 bölmədə gerçəkləşən festivald... | ANL |
Deyəsən, bu yazını yazmaqda yaman gecikdim. Məni qınamayın, nə qədər yazmaq istəsəm də, sanki, əlim-qolum bağlanmışdı. Niyəsini özüm də bilə bilmədim. Həqiqətdə isə bəzi şeirlərin tilsim gücü elə çox olur ki, bir müddət təsirindən uzaqlaşa bilmirsən. Məhz elə haqqında yazacağım Dayandur Sevginin şeirləri kimi. Özündən ... | ANL |
San-Xose Universitetinin professoru Namiq Sultanov: “Klassik musiqi Azərbaycanın tanıdılmasında əvəzsiz rol oynaya bilər”. Dekabrın 6-dan 10-dək Bakıda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların “Fortepiano Qara Qarayev yaradıc... | ANL |
Yusif Səmədoğlu – böyük nəsr ustası kimi. Son kitabındakı şəklindən... Yusif Səmədoğlunun əksi olan bir çox fotolar görmüşəm. Atası Səməd Vurğun, anası Xavər xanım, bacısı Aybəniz, qardaşı Vaqiflə birgə çəkilən fotoda qayğısız uşaq sevinci ilə qarşılaşmışam. Yenə atası ilə birgə çəkdirdiyi bir cavanlıq fotosu. Gənc Yus... | ANL |
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. Ağacın ətrafına dolanan kimi. Dünyanı dolaşıb başladığın yerə qayıtdın. Günəşə gedib geri döndün. Bir dövrə, bir sonsuzluq keçdin. Gözlərin ilan gözlərinə nə qədər bənzəyir sənin. Kədərli və sevən gözlərinlə; ilan gözlərin, ilan surətin, ilan əlçatmazlığın və ilan məhəbbəti... | ANL |
Çingiz Əlioğlu –çərçivənin çərçivəsizliyi, yaxud çərçivəsizliyin çərçivəsi. Suyun çərçivəsi buzdur, ancaq əriyənə qədər... Və buxarlanana qədər... Çingiz Əlioğlunun poeziyası da su kimidir, onu ancaq uca dağların başında çərçivəyə salmaq, enini-uzunu ölçmək olar. Suda cilvə şıltaqlıq, Sükutda işvəyə bax. Seyr elə təbiə... | ANL |
Onlara baş vurmaq hər zaman maraqlıdır. Xüsusən söhbət tarixi şəxsiyyətlərdən, dövlət adamlarından gedəndə bu maraq qat-qat artır. Həm də ictimai əhəmiyyət kəsb edir. Bizə yol göstərənlərin özlərinin şəxsi həyatda hansı yolu təqib etdiklərini bilmək hər kəsin ilgisini çəkir. Tarix yaradanların öz tarixçələri-ailə daxil... | ANL |
Evdən çıxıb metroya tərəf gedəndə bozumtul, çiskinli, isti, yoxsa soyuq olduğu dəqiq bilinməyən hava yadıma ilk dəfə Gənc Ədiblər Məktəbinin tədbirinə qatılıb onlarla tanış olmağımı saldı. Hiss etdim ki, bu bir ildə çox şeylər dəyişib, ən azından mən universiteti bitirmişəm, bir az böyümüşəm, anlamışam ki, həyat pəncər... | ANL |
Duyğular imperiyasının sultanı... “Gənc Ədiblər Məktəbi”nin üzvləri ilə birgə İctimai Televiziyanın canlı efirindən çıxandan sonra atama zəng etdim. Ən sərt və sevimli tənqidçimin çıxışım barədə fikrini bilmək istəyirdim. Onun müsbət rəyini eşidib sakitləşəndən sonra sevinə-sevinə dedim: “Bir azdan Milli kitabxanada gə... | ANL |
Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaq... | ANL |
Mədəniyyətimizin fenomenal hadisəsi. Professor Kamal Abdulla şəxsiyyəti və yaradıcılığı ilə milli mədəniyyətimizin fenomenal hadisəsidir. Sözün geniş tarixi mənasında mədəniyyətimizin! Bu hadisənin fenomenallığı Kamal Abdullanın ictimai, elmi, ədəbi, pedaqoji fəaliyyətinin siqlət və əhəmiyyəti ilə bərabər, bütün bu asp... | ANL |
Darıxan adam haqqında bir neçə fraqment. Hər kəs dünyaya gələn kimi başlayır öz kəhər atına sarı qaçmağa, o yandan da ölüm başlayır kəhər ata sarı qaçmağa. Elə ki ölümdən qabaq çatıb atıldın kəhər atın belinə, çapıb-çapıb çoxlu özgə dünyalar görəcəksən. Yox, elə ki ölüm səndən qabaq çatıb atıldı kəhər atın belinə, qala... | ANL |
Mərd ziyalı, yenilikçi nasir. Azərbaycan dilçilik elminin, ədəbiyyatının, dramaturgiyasının və esseistikasının görkəmli nümayəndəsi Kamal Abdullanın 60 yaşı tamam olur. İlk baxışdan ensiklopedik məlumatı xatırladan bu sətirlərin arxasında böyük bir ziyalımızın ömürlüyü dayanır. Mən bəzi epizodlarda həmin ömürlüyə şahid... | ANL |
Öz şəxsiyyətinin, elmi və bədii yaradıcılığının miqyası və mahiyyəti etibarilə Kamal Abdulla bu gün Azərbaycanın mədəni sərvətidir. Mən bunu vicdan rahatlığı ilə söyləyirəm. Onunla hələ Moskvada yaşadığım vaxtlarda qiyabi tanış olmuşdum. Tələbə yoldaşım Murad Köhnəqalanın otağında Kamal Abdullanın “Gizli Dədə Qorqud” k... | ANL |
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin üzvü, M.F.Axundzadə adına Milli Kitabxananın dövri mətbuat bölməsinin müdiri Fəridə Hacıyevanın “Hu, Mevlam, hu...” adlı kitabı nəşr edilib. “Adiloğlu” nəşriyyatında çap olunan kitabın redaktoru Nazlı Şahbazova, bədii redaktoru Murad Əsədovdur. Kitabın əvvəlində müəllif haq... | ANL |
Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd olunub. Dünən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi münasibətilə sözügedən ali təhsil müəssisəsində tədbir keçirilib. Tədbirə bu təhsil müəssisəsinin müəllim-professor heyəti, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mi... | ANL |
“Ömrüm boyu çalışmışam ki, ailəmlə sənətimi qoşa qanad kimi yüksəkdə tutum”. RAMİZ QULİYEV: “ƏGƏR BİR AİLƏ SAĞLAM TƏMƏL, MƏNƏVİ ZƏNGİNLİK ÜZƏRİNDƏ QURULMAYIBSA, MADDİ İMKANIN, VAR-DÖVLƏTİN XEYRİ YOXDUR, O AİLƏ GEC-TEZ DAĞILACAQ”. “Şəxsiyyətin formalaşmasında ailənin çox böyük rolu var. Şəxsiyyət həm tərbiyəyə bağlıdır,... | ANL |
Canlı və cansız təbiətin vurğunu. Azərbaycanın elm xəzinəsinə bəxş etdiyi yüzlərlə dahilərdən biri də Xudu Surxay oğlu Məmmədovdur. Professor Xudu Məmmədov xarakterinə, səmimiyyətinə, insanpərvərliyinə, əxlaqına... ən nəhayət, elminə görə böyük insanlardan biridir. “İnsanlar kəhkəşanlar içində bir cılız yolçuya bənzəyi... | ANL |
Alim və şair ömrünün işıqlı izləri. Azərbaycanın tanınmış ziyalılarından olan şair və alim-pedaqoq Əjdər Qiyaslının (Əsgərov Əjdər Xanlar oğlu) 75 yaşı tamam oldu. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Orada təhsilini uğurla başa çatdırıb. 1960-cı ildə Azərbaycan El... | ANL |
Xalq yazıçısı Anar və xalq şairi Fikrət Qoca ilə Ağcabədidə görüş keçirilib. Bugünlərdə Ağcabədidə dahi bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyan Qarabağ Muğam Mərkəzində Azərbaycan Yazıçılar birliyinin sədri, xalq yazıçısı Anar və Yazıçılar Birliyinin I katibi, xalq şairi Fikrət Qoca ilə oxucuların görüşü olub. Görüşə... | ANL |
Nəbi Xəzri yad edilib. Səməd Vurğunun ev-muzeyində mərhum xalq şairi Nəbi Xəzrinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Xalq şairləri Nəriman Həsənzadə, Söhrab Tahir, yazıçı-publisist Nahid Hacızadə Nəbi Xəzrinin 60 illik ədəbi fəaliyyəti və unudulmaz şəxsiyyəti barədə fikirlərini bölüşüblər: “Nəbi Xəzrinin yaradı... | ANL |
“Ulduz”un noyabr sayı oxuculara təqdim olunub. “Ulduz” ədəbi-bədii jurnalın növbəti sayı çapdan çıxıb. Toplunun ilk səhifələrində Rüstəm Kamalın tanınmış yazıçı Kamal Abdullanın 60 illik yubileyi münasibətilə yazdığı “X.L.Borxes və Kamal Abdulla: Kitabxana və əlyazma” başlıqlı məqaləsi yer alıb. “Poeziya” guşəsinə Bara... | ANL |
IV Beynəlxalq Mstislav Rostropoviç festivalı başlayıb. Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılış mərasimi gerçəkləşib. Tədbir Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik orkestrinin ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertüra... | ANL |
Məşhur fransız aktyoru Jerar Depardye İçərişəhərə heyranlıqla tamaşa etmişdir. Azərbaycanda səfərdə olan dünya şöhrətli fransız aktyoru Jerar Depardye dekabrın 14-də İçərişəhəri gəzmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər k... | ANL |
“Səməd Vurğun təsviri sənətdə” fotoalbomunun təqdimatı keçirilib. “Qız Qalası” qalereyasında “Səməd Vurğun təsviri sənətdə” adlı sərginin açılış mərasimi və eyni adda fotoalbomun təqdimatı olub. APA-nın məlumatına görə, sərgi Səməd Vurğunun Ev-Muzeyinin yaradılmasının 35 illiyinə həsr edilib. Ev-Muzeyin direktoru Aygün... | ANL |
“ŞUŞANI GÖRMƏYƏN ŞAGİRDLƏRİN ÖZ DOĞMA YURD-YUVALARINA BAĞLILIĞI İNSANDA FƏRƏH HİSSİ OYADIR”. Dünən Şuşa şəhərinin əsasının qoyulmasının 260 illiyi və dahi Üzeyir bəy Hacıbəylinin 125 illik yubileyilə bağlı tədbir keçirilib. Şuşa şəhəri 9 saylı orta məktəbin direktoru Qədim Abdullayev tədbirin rəhbərlik etdiyi təhsil oc... | ANL |
Bu dünyanın Rəşidi. Böyük müğənnimiz Rəşid Behbudovun anadan olmasının 95 illiyinə. Tanınmış publisist Fazil Rəhmanzadə ölməz sənət korifeyi Rəşid Behbudov haqqında yeni kitab üzərində işləyir. Böyük müğənninin anadan olmasının 95 illiyi ilə əlaqədar müəllifin yeni əsərindən kiçik bir parçanı təqdim edirik. Gözlərində ... | ANL |
İlklərə imza atan dost. Azərbaycan türkologiyasının görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor Rüfət Əşrəf oğlu Rüstəmovun bu yaxınlarda 65 yaşı tamam oldu. Rüfət müəllim 1 noyabr 1945-ci ildə Gədəbəyin Şınıx mahalının dağlar qoynundakı Düzrəsullu kəndində dünyaya göz açıb. Əşrəf kişi və Tavat ananın 6... | ANL |
Hüseynbala Mirələmovun “Qırxıncı otaq” kitabının təqdimatı olub. Dünən Atatürk Mərkəzində yazıçı-publisist, ictimai-siyasi xadim, millət vəkili Hüseynbala Mirələmovun “Qırxıncı otaq” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri kitabın redaktoru Reyhan Mirzəzadə açaraq, müəllifin yaradıcılığından danışıb, tədbir işti... | ANL |
Bir daha Müşfiq haqqında. Ona görə də o, “şair demişdir” – söylərkən, tələbələri hansı şairi nəzərdə tutduğunu sormazdılar. Mütənəbbi böyük istedad sahibi olub, və özünün də dediyi kimi, başqaları qafiyə tapmaq üçün gecələr səhərədək yuxusuz qaldığı halda, o rahatca yatar, qafiyələr onun kipriklərindən süzülərdi. Bəzi ... | ANL |
Azərbaycanlı rəssamın əsərləri Varşavada açılan “Gecə-Gündüz” sərgisində. Varşava şəhərindəki “Apteka Ştuki” sərgi salonunda ölkəmizin Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, fotoqraf Həmid İbadullayevin rəsm əsərlərindən ibarət “Gecə-Gündüz” adlı sərgi keçirilib. Bu bar... | ANL |
2010-cu ilin oktyabr ayında Azərbaycanın Budapeştdəki Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Avropada ilk dəfə olaraq Budapeştin mərkəzindəki “Örökmozqo” kinoteatrında Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri olan Cavad xanın həyatı haqqında film g... | ANL |
Dillər Universitetində Milli Tempus İnformasiya Günü ilə bağlı konfrans keçirilib. Avropa Birliyinin Tempus proqramının Bakı ofisinin və Dillər Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin rektoru, millət vəkili Səməd Seyidov, təhsil naziri Misir Mərdanov, təhsil nazirini müavini Elmar Qasımov, A... | ANL |
Bu yaxınlarda dahi bəstəkarımız Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettası Belarus Dövlət Akademik Musiqili Teatrında və Çinin paytaxtı Pekindəki “Tianqiao” teatrında səhnələşdirilib. Tamaşalara Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib. N... | ANL |
“Kinooperator Kənan Məmmədov” adlı kitabın təqdimatı olub. Azərbaycan Kinematoqrafçılar İttifaqında əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Kinooperator Kənan Məmmədov” adlı kitabının təqdimat mərasimi gerçəkləşib. Mərasimdə çıxış edən müəllif Aydın Kazımzadə kitab haqında məlumat verib: “Təqdim olunan bu kitab C.... | ANL |
Tanınmış alim və şair Valeh Hacılar yad edilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Borçalı İctimai Birliyinin təşkilatçılığı ilə dəyərli alim, şair və pedaqoq Valeh Hacıların anım günü keçirilib. Tədbiri AYB-nin katibi Arif Əmrahoğlu açaraq, Valeh Hacıların şərəfli ömür yolundan, alimin yaradıcıl... | ANL |
Bakıda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda beynəlxalq simpozium keçirilir. Muzey Mərkəzində “Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq simpoziumun açılış mərasimi gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) və Azərbaycan Musiqi Mədəniyyəti D... | ANL |
Hazırda islamın siyasi rolu nədən ibarətdir? Dünyada islama olan münasibəti kim müəyyənləşdirir – Qərb, yoxsa Şərq? İslamın siyasiləşdirilməsi problemi bu gün də öz aktuallığını itirməyib. Əksinə, təxminən altı-yeddi il bundan əvvəl baş vermiş Kosovo, eləcə də Əfqanıstan (yeni, dünyada sayca dördüncü islam dövlətinin y... | ANL |
Şair sözü bütün dövrlərdə xalqların güvənc yeri olub. İnsanlar ən ağır, ən məsuliyyətli anlarda şair sözünə, şair məsləhətinə ehtiyac duyublar. Hər bir fərd də ayrı-ayrılıqda, həyatının ən dərdli, ən ağır məqamlarında təsəlli üçün şair sözü eşitmək istəyib. Azərbaycanda isə şair sözünə ehtiram həmişə xüsusi olub. Əbəs ... | ANL |
Yaxından baxan adam. Əksər adamı evinə qaytaran axşamların birində, hətta bir az gecəyə işləmiş vaxtlarda şair dostum Rizvan Nəsiboğlu zəng elədi. Onun xırıltılı səsi, bir az tələskən nitqi, bir də Qarabağlı ləhcəsi var. Münasibətimizdəki, ərkyanalıqdan, səmimiyyətdən ev telefonumun nömrəsinin rəqəmləri onun barmaqları... | ANL |
Yalnız dünyanın məşhur adamlarının deyil,sıradan insan məxluqunun hər birinin bir şakəri var. Və insanlar bu şakərlə də bəzən öz ölümlərini yaxınlaşdırırlar.Dünyaca ünlü Amerikan yazarı Folknerin Atçılığa,Cıdıra vəya bir çox idman növlərinə azarını bilənlər bilir.Və Folknerin Ata olan ehtirsanı heç nə əvəz eləməyib.Bu ... | ANL |
Məcnuna Füzuli qısqanclığı. On ildir ki, tələbələrimə dahi Azərbaycan şairi Məhəmməd Füzulidən sevə-sevə mühazirə oxuyur və hər dəfə belə bir fikri söyləməkdən özümü saxlaya bilmirəm: görün Füzuli Məcnunu necə böyük bir aşiq yaradıb ki, axırda özü də onu qısqanır: Məndə Məcnundan füzun. aşiqlik istedadı var. Aşiqi sadi... | ANL |
Rusiyanı bürüyən inqilab hərəkatı nəticəsində bir çox ali təhsil müəssisələri kimi Novorossiysk universiteti də fəaliyyətini dayandırmışdı. Ona görə də Nəsib bəy Yusifbəyli Birinci rus inqilabından sonrakı illərdə əsasən Bağçasarayda yaşamışdı. Burada bir tərəfdən “Tərcüman”ın işində yaxından iştirak etmiş, o biri tərə... | ANL |
Dünyanın böyüklüyü mənim üçün oxuduğum kitabların sayından asılı idi. İlk dəfə onda Ağ Gəmilərin varlığı ilə qarşılaşdım-elə bildim nağıldı. ilk dəfə onda Əmrayın ulduzunu gördüm, elə bildim balaca, mənim boyda bir uşağın ölmək bilməyən ümididi. Mən onu çox sonralar, bilmirəm neçənci oxunuşdan sonra başa düşməyə başlad... | ANL |
ŞAİR VAQİF BƏHMƏNLİNİN ŞEİRLƏRİLƏ BAĞLI TƏƏSSÜRAT. Mən belə yazıram şeirlərimi. Vaqif Bəhmənli. “Həmişə, hər yerdə heyranlıq yaradan gözəl insan” (Vidadi Xəlilli, professor); “Son dərəcə səmimi, duru insan” (Nahid Hacızadə, yazıçı-publisist, dramaturq), hamı üçün istəkli insan və şair – Oqtay Rza, son zamanlar atributu... | ANL |
“Günlər keçəcək, Şeirlərin gəzəcək dodaq-dodaq sənsiz, Məhəbbətin gəzəcək. Neçə ilin söhbətidir. Qələm dostum, tədqiqatçı jurnalist, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti Mahmud Mahmudov mənə dedi ki, qardaşı şair Zaminlə birlikdə Əliağa Kürçaylı haqqında kitab hazırlayır. Bu məqsədlə mərhum şairin... | ANL |
Teatr ilahi sənətdir. Çünki Allahın özü əzəl gündən bizimlə teatr-teatr oynayır. Yəni fələk qovur, mən qaçıram, Allah da göydən tamaşa eləyib həzz aparır: gah gülümsəyir, gah qəmə batır, gah da öz düşüncələri içində “əriyib”, formasızlaşıb efir kimi kosmosa yayılır. Mən cahanın mədəniyyət mülkündə elə bir panteon tanım... | ANL |
Silinməz izlər. İsa Məsihdən soruşdular, göylərin bağlı qapısının açarı varmı? Şüvəlan yaradıcılıq evində bir çox respublikalardan gəlmiş yazıçı və şairlərin forumu keçirilirdi. Od çərşənbəsi günüydü. İri ocaq çatmışdıq, alovun içində adam itərdi. Həmin tonqalın üstündən bir-bir atılırdıq. Növbə sənə çatanda alov çox g... | ANL |
Etibar Babayevlə bir saat üz-üzə. “OLA BİLƏCƏKLƏR BARƏDƏ DÜŞÜNMƏYƏ ÜSTÜNLÜK VERİRƏM, KEÇMİŞDƏ OLANLARA TƏƏSSÜFLƏNMƏYƏ ADƏT ETMƏMİŞƏM”. Bu günlərdə Azərbaycan Televiziyasının bazasında yeni yaradılan ilk Teleradio Akademiyasının rektoru, dəyərli publisist, BSU-nun jurnalistika fakültəsinin müəllimi Etibar Babayevin 60 y... | ANL |
Bədii fikir xəritəsi, təfəkkür xəzinəsi. Hörmətli Afaq xanım! Adətən belə görmüşük, belə eşitmişik ki, təbrik məktubunu qısa yazarlar. Altmış illik ömrümün qırx ilini Bakıda yaşamışam. Bu ömrün iyirmi ili ərzində könül dostuma çevrilən, dünyanın mənəvi qapılarını üzümə taybatay açan, hər nömrəsini həsrətlə gözlədiyim, ... | ANL |
“DAK-ın bizdən ayrılan qanadı ilə birləşmək üçün komissiya yaradılıb”. PAŞA QƏLBİNUR: “İLK İŞİMİZ ARAŞDIRMA APARIB, PROBLEMLƏRİ MÜƏYYƏN ETMƏK OLACAQ”. Qurultayda müzakirə olunan məsələlər, qəbul edilən qərarlar barədə “525”ə müsahibəsində DAK-ın həmsədri, tanınmış oftolmoloq, ictimai xadim Paşa Qəlbinur məlumat verib. ... | ANL |
Son zamanlar bir çox Qərb ölkələrində, həmçinin dünyəvi dövlət olan Türkiyənin dövlət, orta və ali təhsil müəssisələrində hicabla bağlı problemlər səngimir. Qadağanın tərəfdar və əleyhdarları Konstitusiyada nəzərdə tutulmuş insan hüquqlarının pozulmasına yekdilliklə istinad edirlər. İslamın ayrı-ayrı təriqətlərinə məns... | ANL |
Budapeştdə Tahir Salahovun əsərlərindən ibarət divar təqvimi hazırlanıb. Azərbaycanın Macarıstandakı Səfirliyi və Macar–Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşəbbüsü ilə Budapeştdə dünya şöhrətli Azərbaycan boyakarı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycanın və Rusiyanın xalq rəssamı Tahir Salaho... | ANL |
Kinodramaturq, yazıçı Nərgiz Bağırzadənin “Bir gün sonra” adlı kitabı nəşr edilib. Kitabın təqdimat mərasimi dekabrın 18-də Müasir İncəsənət Mərkəzində keçirilib. Ənənəvilikdən kənara çıxan, fərqli bir üslubda yazılmış hekayələri birləşdirən əsas keyfiyyət onlardakı, real həyatla üst-üstə düşməyən, istehza və iti ağla ... | ANL |
Qəbələdə I Beynəlxalq Rəsm Sərgisi açılıb. Azərbaycan Mədəniyyətinin Dostları Fondu (AMDF) və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkil etdiyi Qəbələ I Beynəlxalq Rəsm Sərgisinin açılışı olub. APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəki “ Qafqaz Riverside” otel... | ANL |
IV Beynəlxalq Mstislav Rostropoviç festivalı yekunlaşıb. Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç festivalı Heydər Əliyev Sarayında növbəti konsert proqramı ilə başa çatıb. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşən festivalın... | ANL |
Əmir Pəhləvanın romanı Almaniyada işıq üzü görüb. Tanınmış azərbaycanlı yazıçı-dramaturq, kinorejissor Əmir Pəhləvanın sayca altıncı kitabı Almaniyada nəşr olunub. Vesti.az saytına bu barədə məlumat verən yazıçının sözlərinə görə, “Ayrılıq“ romanı onun “Qafqazda qardaş çağırışı” əsərlər silsiləsinin davamı kimi, ingili... | ANL |
Anarın tanıdığı Nazim Hikmət – “Kərəm kimi”... Anar ədəbiyyata gəldiyi gündən hər əsəriylə yeni görünüb, hər yeni əsəriylə ədəbiyyatımıza yeni nəsə gətirib. Başqa sözlə desək, özü-özünü təkrarlamayıb, öz-özüylə “savaşında” həmişə qalib çıxıb – buna görədi ki, Anarın bütün yaradıcılığını küll halında götürsək, həm seçil... | ANL |
Azərbaycan ailəsi: sabaha nikbin addımlarla. Azərbaycan xalqı tarixən özünəməxsus ailə dəyərləri ilə fərqlənib. Ailəyə hər zaman müqəddəs ocaq kimi baxmışıq. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, ... | ANL |
Gənc Tamaşaçılar Teatrında “Teatr, təhsil və mənəviyyatımız” mövzulu tədbir keçirilib. Teatrı Azərbaycan İctimai-Siyasi Universiteti ilə birgə layihə əsasında “Teatr, təhsil və mənəviyyatımız” mövzusunda tədbir gerçəkləşdirib. Tədbiri teatrın direktoru, əməkdar artist Mübariz Həmidov açaraq, Azərbaycan Dövlət Gənc Tama... | ANL |
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Mərasim teatrın yaradıcı kollektivinin şən mahnı sədaları altında və şux rəqslərlə səhnəyə daxil olmaları ilə başlayıb. Teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski yubiley mərasimində çıxış edərək mədəniy... | ANL |
Azərbaycan III Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresində fəal təmsil olunub. SƏLİM BABULLAOĞLU: “TÜRK XALQLARI ƏDƏBİYYATININ DÜNYADA TANIDILMASI, İLK NÖVBƏDƏ, BİZİM BU CÜR TƏDBİRLƏR VASİTƏSİLƏ ÖZ-ÖZÜMÜZÜ TANIMAĞIMIZLA BAŞLAYIR”. Dekabr ayının 14-dən 16-dək Ankarada III Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi keçir... | ANL |
Azərbaycan muğam ifaçıları arasında özünəməxsus ifa tərzi və məlahətli səsi ilə seçilən əməkdar artist Cabir Abdullayevin dünyaya gəlişinin 44, səhnə fəaliyyətinin 30-cu ili tamam oldu. Bu əlamətdar hadisə ilə bağlı söhbətləşdiyimiz dəyərli xanəndəmiz ömrünün 3 onilini sənətdə, səhnədə keçirdiyini və bu vaxtın hədər ge... | ANL |
Türkiyə, Avropa Birliyi və müsəlman dünyasının intibahı. Dünyada Türkiyə qədər ictimai- siyasi arenasında qızğın və canlı proseslər gedən, antoqonist qüvvələrin daim mübarizədə olduğu çox az ölkə göstərmək olar. Deyəsən, beynəlxalq kuluarlardakı dərin proseslərin gedişatına hökm etmək, dəyişən dünyanın yeni nizamını bə... | ANL |
Gecələri gur işıqlı, aydın parlaq şəhərdi. Gəzdikcə, gördükcə insanın ruhu təzələnir. Könlü riqqətə gəlir. Geniş yaraşıqlı parklar, meydançalar, səliqəli səkilər nə qədər gözəl, əsrarəngizdir. Torpağı cənnət qoxulu, insanları gülər üz, mehriban, qonaqpərvərdi. Mən də o şəhərdə doğulub boya-başa çatmışam! Hər şeyin adı ... | ANL |
General ömrünün şərəfli salnaməsi. 75 YAŞLI GENERAL DADAŞ RZAYEV: “ƏGƏR KİŞİSƏNSƏ, XALQINI, DÖVLƏTİNİ, ORDUNU SEVİRSƏNSƏ, ÖMRÜNÜN AXIRINA KİMİ ZABİT ADINI ŞƏRƏFLƏ DAŞIMALISAN”. Bununla bağlı Lent.az-a verdiyi müsahibədə general Dadaş Rzayev keçdiyi ömür və vətənə xidmət yolundan danışıb... – Mənim uşaqlıqdan əsas arzum... | ANL |
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. (Əvvəli ötən şənbə saylarımızda). Ya da insanın içindəki güc azalır və seytnot durumu çox şeyləri silib atır. Sərtlik də güc deməkdir. Sərt köşə-bucaqlar da qüvvət, zaman istəyir. İnsan yaşlandıqca artıq olan hər şeyi atmağa və ya bir-bir, yavaş-yavaş atmağa məhkumdur. Nuh ... | ANL |
Analıq haqqı. UNUDULMAZ ÖMÜR-GÜN YOLDAŞIM ZEMFİRA İSAQ QIZI BAĞIROVANIN ƏZİZ XATİRƏSİNƏ. Biz Azərbaycan Tibb Universitetində bir qrupda oxuyarkən tanış olmuşduq. O vaxt tələbələr çox fəal idilər. Oxuduğumuz kitablar, romanlar, poemalar, şeirlər, baxdığımız teatr tamaşaları və kinolar haqda tez-tez müzakirələr, mübahisə... | ANL |
Samsun hava limanının çıxış qapısından yeddi-səkkiz addım aralanmışdım ki, arxadan kimsə adımı çağırdı. Zərif qadın səsi idi. Dayanıb geri döndüm. – Səsin yiyəsi dilləndi və qarşı-qarşıya dayandıq. Mən sizi üç saat qabaq İstanbul hava alanında gendən gördüm. Ancaq yaxınlaşmağa ürək eləmədim. Bilməzdim ki, yol yoldaşıyı... | ANL |
(Əvvəli ötən şənbə saylarımızda). Nəsib bəy dərin peşimançılıq hissi keçirirdi. Bəlkə də yanlış bir addımın həyatını belə məşum şəkildə dəyişəcəyini heç vaxt ağlına gətirməmişdi. Eyni zamanda öz kişi qürurunu da sındırmaq istəmirdi. Yenə də Bağçasaraya məktublar göndərirdi. Amma onlar Şəfiqə xanıma deyil, hələ oxuyub-y... | ANL |
Azər Turanın “Cavidnamə”si. Qarşımda bir kitab var, Azər Turanın “Cavidnamə” kitabı. Bu kitabın dünyaya gəlməsini, işıq üzü görməsini neçə illərdi mən çox böyük ümidlə və həsrətlə gözləyirdim. Azər Turanla ruh qohumluğumuz, könül dostluğumuz, fikir doğmalığımız, gündəlik söhbətlərimiz, ardıcıl və fasiləsiz ünsiyyətimiz... | ANL |
Yalnız dünyanın məşhur adamlarının deyil,sıradan insan məxluqunun hər birinin bir şakəri var. Və insanlar bu şakərlə də bəzən öz ölümlərini yaxınlaşdırırlar.Dünyaca ünlü Amerikan yazarı Folknerin Atçılığa,Cıdıra və ya bir çox idman növlərinə azarını bilənlər bilir.Və Folknerin Ata olan ehtirasını heç nə əvəz eləməyib.B... | ANL |
Müasir Azərbaycan mətbuatı tarixində son dövr milli mətbuatımızın təşəkkül tapmasında və formalaşmasında müstəsna xidmətləri olan “Xəzər” jurnalının 20 yaşı tamam olur. Öz dəsti-xətti ilə seçilən bu jurnal daim sıravi oxucuların və ziyalı elitasının diqqətində olub. “Xəzər” müəyyən maddi səbəblərə görə bu gün əsl qiyaf... | ANL |
Yusifdən yazmaq çətindi! Gücsüzlüyün sonu həmişə qəddarlıq olmur... İnandım. Onun haqqında, Ondan yazmaq məqamında... Acizliyə şahid olanda. Onun haqqında, Ondan yazmaq məqamında... Gücsüzlüyün etirafını dinləyəndə. Ədəbiyyatda otuz ildi külüng vuran insan da belə deyirdi. Niyəsini soruşmaq artıqdı; arada “Yusifdən təl... | ANL |
Çağdaş Azərbaycan ədəbiyyatında Hüseynbala Mirələmov ünvanı. Bu gün hər hansı bir bədii əsərin və ya kitabın Azərbaycan cəmiyyətində səs-küy yaratması çox çətin bir işə çevrilib. Tələbkar zövqə malik və bir qədər də günümüzün sosial-iqtisadi problemləri məngənəsində sıxılan oxucunun diqqətini özünə yönəltmək hər yazıçı... | ANL |
Aygün Əliyeva və Kəramət Böyükçöl mənim tələbələrimdir. Hər ikisi Bakı Dövlət Universitetinin dördüncü kursunda, eyni qrupda təhsil alır. Təbiətlərinə görə tamam fərqli insanlar olan hər iki gənci mən Bakı Dövlət Universiteti “markasını” ləyaqətlə doğruldan tələbələr kimi tanıyıram və əminəm ki, onlar gələcəkdə Azərbay... | ANL |
Yəqin ki, məni döyən, döyəcləyən sərt küləklər də bu yanıqlı misranı yaddaşımdan heç vaxt silə bilməyəcək. Ömrü boyu şairin içində çırpınan ahlar, haraylar və misraların dedikləri zaman-zaman könlünün ağrı-acısından, haraylarından qopan yaralı duyğulara qarışıb. Böyük sənətkarın dərdli-ələmli düşüncələri, ağlar-sızlar ... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvi, Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamal Abdullanın 60 illik yubileyi ilə əlaqədar tədbir gerçəkləşib.... | ANL |
Məmməd Arazın əsərləri Xalq Əmanəti kimi. Dünən xalq şairi Məmməd Arazın “Xalq Bank”ın dəstəyilə, “Xalq Əmanəti” layihəsi üzrə nəşr olunmuş əsərlər toplusunun təqdimatı keçirilib. Təqdimat mərasiminin aparıcısı AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid M.Arazın Azərbaycan ədəbiyyatındakı müstəsna yerindən,... | ANL |
Gələcək kinonun bugünkü yaradıcıları. Çox az bir zaman keçəcək onlar ali məktəblə üzülüşüb müstəqil həyata, yaradıcılıq yollarına qədəm qoyacaqlar. Auditoriyalarda öyrəndikləri, oxuduqları, eşitdikləri həyatdakılarla tən gələcəkmi, yoxsa hər şey tərsinə olacaq, ruhdan düşəcək, özlərinə başqa peşə axtarmaq zorunda qalac... | ANL |
EMİN “Wonder” albomunu və yeni konsert proqramını təqdim edib. Dekabrın 25-də Heydər Əliyev Sarayında müğənni EMİN (Emin Ağalarov) “Wonder” adlı beşinci albomunun təqdimatını keçirib və yeni konsert şousunu nümayiş etdirib. APA-nın məlumatına görə, anşlaqla baş tutan konsertdə bir çox yaddaqalan məqamlar da yaşanıb. EM... | ANL |
Həsən Seyidbəylinin 90 illiyi qeyd olunub. Muzey Mərkəzində görkəmli Azərbaycan kinorejissoru, kinodramaturq, ssenarist Həsən Seyidbəylinin 90 illik yubileyi keçirilib. Gecə Həsən Seyidbəylinin həyat və yaradıcılığının müxtəlif mərhələlərini əks etdirən videoçarxın nümayişi ilə başlanıb. Dövlət Film Fondunun təşkilatçı... | ANL |
“Şopen ili” çərçivəsində daha bir fortepiano ilə solo konsert. Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı, əməkdar artist Nərgiz Əliyarovanın fortepiano ilə solo konserti baş tutub. Dünyaşöhrətli Polşa bəstəkar... | ANL |
Arxeologiya və jurnalistika: bir ürəyin qoşa qanadı. Qafar 1950-ci ildə İsmayıllı rayonunun “ormanlar içində duran”o məşhur Talıstan kəndində dünyaya göz açıb. Cəfər kişinin gözləri gülüb, qəlbi sevinib. Qonum-qonşular, qohum-əqrəbalar, dostlar, tanışlar, el-oba təbrikə gəlib, göz aydınlığı veriblər. Adıyla, əməliylə e... | ANL |
Mədəniyyət və Turizm Nazirliyində ilin yekunları ilə bağlı kollegiya iclası olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ilin yekunlarına həsr olunan geniş kollegiya iclası keçirilib. Əvvəlcə nazir Əbülfəs Qarayev cari ildə prezident İlham Əliyevin müvafiq sərəncamları... | ANL |
Xalq yazıçısı Əkrəm Əylisli Azərbaycan Universitetinin qonağı olub. Ötən gün Azərbaycan Universitetinin akt zalında yazıçı Əkrəm Əylisli ilə görüş keçirilib. Görüşdə universitetin tələbələri, professor və müəllim heyəti ilə yanaşı Azərbaycan müasir ədəbi tənqidinin inkişafında mühüm rolu olan tənqidçi Vaqif Yusifli də ... | ANL |
Qənirə Paşayeva: “Cavidnamə” öz dolğunluğuna və faktlarla zənginliyinə görə fərqlənir”. AZƏR TURANIN “CAVİDNAMƏ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB. Fəlsəfə doktoru Azər Turanın “Cavidnamə” kitabının təqdimat mərasimi keçirilib. Xalq şairi Zəlimxan Yaqub bildirib ki, “Cavidnamə” əsərində təkcə Hüseyn Cavidin yaradıc... | ANL |
Müdrikliyin zirvəsində görünənlər. Akademik Bəkir Nəbiyevin elmi, ictimai fəaliyyətini, cəmiyyətdəki mövqeyini, insanlara münasibətini sözün həqiqi mənasında unikal bir hadisə, əsl örnək kimi dəyərləndirə bilərik. Düz altmış ilə yaxındır ki, o, tənqid və ədəbiyyatşünaslığımızın zənginləşməsində, nəzəri bazasını... | ANL |
Azərbaycan Aşıqlar Birliyində illik hesabat iclası olub. Birliyin sədri, xalq şairi Zəlimxan Yaqub aşıq sənəti ilə bağlı bu il də bir sıra önəmli tədbirlərin həyata keçirildiyini bildirib: “Görkəmli aşıqlarımızın yubileyləri qeyd edildi, onlar haqqında kitablar nəşr olundu. Bu tədbirlərin içərisində ən yadda qalan və y... | ANL |
“Mənim ağ göyərçinim” yeni versiyada. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşasının yeni versiyada premyerası nümayiş olunub. Bu barədə teatrın məbuat xidmətindən verilən məlumatda deyilir. Yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın yeni səhnə versi... | ANL |
Tofiq Bakıxanova həsr olunmuş musiqi festivalı başa çatıb. Görkəmli bəstəkar, xalq artisti, professor Tofiq Bakıxanovun anadan olmasının 80 illiyinə həsr edilmiş musiqi festivalı yekunlaşıb. Festival Azərbaycan Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib. Üzeyir Hacıbəyli ad... | ANL |
Sergey Yesenin Azərbaycan Yaradıcılıq Fondunda anılıb. Azərbaycan Yaradıcılıq Fondunda böyük rus şairi Sergey Yesenini anma mərasimi keçirilib. Tədbiri fondun sədr müavini, əməkdar incəsənət xadimi Rafiq Kaşanlı açaraq, Yeseninin həyat və yaradıcılığına nəzər salıb, onun qısa, ancaq mənalı ömründən, faciəli taleyindən ... | ANL |
Bülbül haqqında sənədli film çəkilib. Azərbaycanın məşhur vokal ifaçısı Bülbül haqqında ikiseriyalı sənədli film hazırlanıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Fuad Dadaşovun APA-ya verdiyi məlumata görə, Bülbül haqqında film hazırlamaq ideyası 2004-cü ildə, Rəşid Behbudov barədə “Rəşid ömrü” filminin təqdi... | ANL |
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair Xədicə Muradın “Bayatılar” kitabının təqdimatı gerçəkləşib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Məhərrəm Qasımlı, xalq şairi Söhrab Tahir, filologiya elmləri d... | ANL |
Azərbaycan və ingilis dillərində çap olunmuş “Hacı Zeynalabdin Tağıyev” albomu keçən ilin sonunda mədəni həyatımıza ən əlamətdar hadisə kimi daxil oldu. Yüksək poliqrafiya nümunəsi kimi örnək ola biləcək bu nəfis albom “BR Azərbaycan” şirkətinin maliyyə dəstəyi və təşəbbüsü ilə İstanbulun Mas Mətbəəçilik Şirkətində çap... | ANL |
Qara qələmin nağılı və yaxud sonrakı peşmançılıq. Vaxtilə atamın qara rəngli olduqca yaraşıqlı bir avtomat qələmi var idi. Bəlkə də heç yaraşıqlı-zad da deyildi, adi bir qələm idi də... Belə qələmlərdən vaxtilə çox idi. Bəlkə də sadəcə olaraq, illər ötdükcə, zaman dəyişdikcə, yeni-yeni avtomat qələmlər icad olunduqca v... | ANL |
(Əvvəli ötən şənbə saylarımızda). Şəfiqə xanım od içində yanan Krımdan Azərbaycana ilk növbədə iki körpəsini xilas etmək üçün gəlmişdi. Bunun xatirinə Nəsib bəylə aralarındakı soyuqluq və anlaşılmazlığı qismən də olsa unutmağa, keçmiş acıların üzərindən xətt çəkməyə razılıq vermişdi. Amma nisbətən sakit və təmin olunmu... | ANL |
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr. (Əvvəli ötən şənbə saylarımızda). O, bu şərbəti son damlasınacan içməli, o zəhəri yaşamalı, duymalı, sevməli, sevgiyə qərq etməli idi. Həyəcan, qorxu, sarsıntı çilik-çilik olub onun içinə tökülmüşdü. Addım-addım öz içinə düşdükcə bu dibsiz quyunun bir yerində dərd adlı o mə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.