text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Yalnız dünyanın məşhur adamlarının deyil,sıradan insan məxluqunun hər birinin bir şakəri var. Və insanlar bu şakərlə də bəzən öz ölümlərini yaxınlaşdırırlar. Dünyaca ünlü Amerikan yazarı Folknerin Atçılığa, Cıdıra və ya bir çox idman növlərinə azarını bilənlər bilir. Və Folknerin Ata olan ehtirasını heç nə əvəz eləməyi...
ANL
“Günəşi gözləyənlər” kifayət qədər uğurlu alınıb”. Gənc yazar, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibi Cavid Zeynallının “Günəşi gözləyənlər” romanının bugünlərdə təqdimat mərasimi keçirilib. Oxuculara təqdim olunan kitab ədəbi çevrədə müzakirələrə yol açıb. Tanınmış qələm sahibləri bu əsər haqqında müsbət fikir bi...
ANL
Cavid Zeynallı: “Kitab oxumayanları ədəbiyyata cəlb etməyin yolu. HƏMİN İNSANLARIN GÖRMƏK İSTƏDİKLƏRİNİ ROMANDA QABARTMAQDIR”. Kitabınızın da adı “Günəşi gözləyənlər”dir. Günəşi gözləmək və kitabı gözlənilmək necədir? – Əslində, Günəşi gözləmək insanlar üçün daha əhəmiyyətlidir. Təki insanların həyatında Günəş olsun ki...
ANL
ƏJDƏR OLUN “USTA YUSİFİN KAMANÇASI” HEKAYƏSİ VƏ EYNİADLI FİLM HAQQINDA TƏƏSSÜRATLARIM. Bizi əhatələyən qayğıları və dedi-qoduları unutduran hər bir səfər kimi Ankara ezamiyyətindən dönəndə də içimdə bir qədər peşmançılıq vardı: turist təəssüratları getdiyin hər yeri cənnət kimi hiss etdirir adama. O təəssüratlar soyuma...
ANL
Demək mənim taleyimə Mərdəkanda işləmək də yazılıbmış – bütün istəklərimin əksinə olaraq. Ta gənclik illərindən üzübəri mənim nəzərimdə Abşeron kəndləri əyalət olub – paytaxtın beş addımlığındakı əyalət. Orasını da deyim ki, digər əyalətlərdən köçüb paytaxtətrafı əyalətlərdə məskən salanları mən heç vaxt anlamamışam və...
ANL
Yaxşılıq üçün yaranmış insan. Yola saldığımız ilin sonlarında çağdaş jurnalistikamızın tanınmış nümayəndələrindən biri, qayğıkeş insan, vətənpərvər ziyalı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Aqil Dadaşovun 55 yaşı tamam oldu. Aqili necə tanıyıram? Bu qeydlərimdə beşillik tələbə yoldaşı, onillik iş yol...
ANL
Azərbaycanlı teatr xadimi Mərdan Feyzullayev Rusiyada yüksək mükafata layiq görülüb. Rusiya Federasiyası prezidentinin 4 noyabr 2010-cu il sərəncamı ilə bir qrup mədəniyyət və incəsənət xadimi mükafatlandırılıb. Mükafatlandırılanlar arasında Moskva Şəhər Dövlət mədəniyyət müəssisəsi “Jar ptitsa” (“Simurq”) Kukla Teatrı...
ANL
II minilliyə aid arxeoloji materiallar aşkarlanıb. Azərbaycanın Oğuz rayonunun Kərimli kəndində e.ə. II minilliyə aid olan, 250 il davam etməsi ehtimal edilən, amma adı bu günə qədər məlum olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar aşkar olunub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeo...
ANL
Vintsas Kreve-Mitskəviçyusun “Azəristan ölkəsi”nə qayıtması. Vintsas Kreve-Mitskəviçyusun (1882-1954) zəngin ədəbi irsini dünya xalqlarının dillərində səsləndirən tərcümələri hazırda təkcə bir əlin barmaqlarında saymaq olar. Ona görə də, Bakıdan Vilnüsə gəlib çatmış ən yeni xəbər bizi çox sevindirdi: Azərbaycan Yazıçı...
ANL
Ciblərdə gəzdirilən kitab. Tanınmış şair Əjdər Olun “Günəbaxan zəmisi” kitabındakı təzə, yığcam şeirlərin hər biri bir günəbaxandır. Günəşi səma boyda olan bu zəminin yeri-göyü şəfəqlərlə qaynayır. Günəbaxanlar başlarını dik tutub günəşin zərrələrini içməklə yaşamaqdadırlar. Ləçəkdən-ləçəyə uçan arılar, kəpənəklər öz q...
ANL
XX əsr Azərbaycanın ədəbi portretlərinə professor Yavuz Axundlu baxışı. Tanınmış alim, filologiya elmlər doktoru, professor Yavuz Axundlunun “Ədəbi portretlər” adlı kitabı işıq üzü görüb. Kitabda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında məqalə və oçerklər toplanıb. Bu məqalələrdə XX əsrin ağır...
ANL
Əli Səbri Qasımov – unudulmaqda olan diplomat, döyüşçü, yazıçı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ziyalıları arasında Əli Səbri Qasımovun xüsusi yeri var. Yazıçı, jurnalist, tərcüməçi kimi tanınan bu görkəmli şəxsiyyət milli-azadlıq mübarizəsinin cəfakeşlərindən biri olsa da, bu gün onun ömrünün açılmamış səhifələr...
ANL
Naxçıvanda mətbuat: dünən və bu gün. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun “Mətbuatın dostu” adına layiq görülməsi xəbərini eşidəndə düzü sevindim, “bu onun halal haqqıdır” – dedim. Elə o an da muxtar respublikanın gündəlik ictimai-siyasi qəzeti olan “Şərq qapısı” qəzetində işlədiyim dövrü xatırlayası oldum....
ANL
ŞANLI BİR NƏSLİN NÜMAYƏNDƏSİ OLAN BU GÖRKƏMLİ İCTİMAİ-SİYASİ XADİM 1918-ci İLDƏ AZƏRBAYCANIN İSTİQLAL BƏYANNAMƏSİNİ İMZALAYANLARDAN BİRİDİR. Gürcüstanın paytaxtı Tiflis şəhərinin Rustaveli (keçmişdə Qolovinski) prospektində 1807-ci ildə memar N.Semyonov tərəfindən inşa edilən bir saray əsrləri yola salaraq durmaqdadır....
ANL
Rəssam Nağdəli Xəlilovun əsərlərinin sərgisi açılıb. Müasir İncəsənət Mərkəzində rəssam Nağdəli Xəlilovun “Yeni era” Dünya Rəssamlıq Akademiyasına seçilməsi münasibətilə onun əsərlərinin sərgisi təşkil olunub. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutub. Sərgidə Azərbaycanın tanınmış ...
ANL
Gənc rəssamların sərgisi təşkil olunub. Gənclər və İdman Nazirliyilə Rəssamlar İttifaqı Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda 2 fevral Gənclər günü münasibətilə Azərbaycanın gənc rəssamlarının sərgisini təşkil edib. Tədbirdə çıxış edən Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov 15 ilə yaxındır ...
ANL
Cavanşir Yusiflinin yeni kitabı nəşr olunub. TANINMIŞ ƏDƏBİYYATŞÜNAS BU KİTABINDA POEZİYA İLƏ BAĞLI BİR SIRA MARAQLI MƏSƏLƏNİ TƏDQİQATA CƏLB EDİB. “Mütərcim” nəşriyyatı tənqidçi Cavanşir Yusiflinin yeni kitabını – “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış”ı nəşr edib. Kitabda görkəmli Azərb...
ANL
Göylərdən gələn gəlin. Bir vaxtlar, dünyanın düz vaxtlarında, bəxtəvər çağlarında uca dağlar başında, Laçında, Şamkənddə bir gözəl vardı. Səma yaşyarımlıq körpəsi ilə girov düşdü. Ancaq Həcər qeyrətli bu dağlar gözəli düşmən qarşısında əyilmədi, sınmadı, təslim olmadı. Mərd və ləyaqətli ölümü üstün tutdu. “Göylərdən gə...
ANL
Mən qəzetlərdə nəşr olunmuş məqalələrimlə bağlı elektron poçtla xeyli məktub alır, telefon zənglərinə cavab verirəm. Fikir mübadiləsi müxtəlif mövzuları əhatə edir – arının çiçəklə söhbətindən başlayaraq dünyada bugünkü ictimai-siyasi duruma qədər. Oxucuların böyük əksəriyyəti qəzet məqalələrində söylədiyim fikirlərlə ...
ANL
Yəhudinin əlifbası. İnsan cəmiyyəti yarandığı qədim dövrlərdən ta indiki vaxtadək fərdlərinin xislətlərindəki naqisliklərə tuş gəlib, bunun nəticəsi olaraq zaman-zaman dəhşətli müharibələrin, zorakılığın, insan alverinin, mənəviyyatın cılızlaşmasının şahidi olub. Eramızın axırıncı iki əsrində isə kapital yığımına həris...
ANL
Onunla vidalaşsaq da, birdəfəlik “Əlvida” demədik. Ölkəmizin ədəbiyyat aləmi, özü bunu hiss edib-etməməyindən asılı olmayaraq güclü bir yaradıcı insanını itirdi, sayı o qədər də çox olmayan parlaq ulduzlardan biri də qeybə çəkildi. Tanınmış yazıçı Sabir Azəri son əsərini bitirməmiş həyatdan getdi. Onun ölümü təkcə ...
ANL
Qlobal problem: vərəm. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 8 milyon insan vərəmlə xəstələnir. Hər il təxminən 2 milyon insan vərəm xəstəliyi nəticəsində dünyasını dəyişir. Hər saniyə ərzində yer üzündə kimsə vərəm çöpləri ilə yoluxur. Hal-hazırda Yer kürəsi əhalisinin üçdə bir hissəsi v...
ANL
Vaqif Bayatlı Odər sevgisi. Bu günün havasından, suyundandı, bilmirəm nədəndirsə, kimi dindirirsən, kimdənsə, nədənsə narazıdır. Biri dolanışığından, adi çörəkpulundan, başqası isə bahalı markalı maşınının olmaması və ya ən son model mebellə hələ evini bəzəməməsindən narazıdır. Hərənin özünə görə dünyadan narazılığı va...
ANL
necə yaşaya bilərsən. ), bu 31 il müxtəlif epoxaları, coğrafiyanı, ideolocini ehtiva edir və mən indi, bu sətirləri yazarkən fikirləşirəm ki, həmin 31 ilin siyasi-ictimai mündəricatı zaman vahidi kimi onun sərhədlərinə necə sığışması dünyanın heyrətamiz işlərindən biridir. O zaman Əziz Nesin İstanbulda Türk Yazarlar Si...
ANL
Təzədən doğulur şair ölən gün. İlk şerləri Böyük Vətən müharibəsindən əvvəl Tiflisdə çıxan “Yeni qüvvə” jurnalında, ”Sovet Gürcüstanı” qəzetində dərc olunmuşdu. Gənclər arasında keçirilən poeziya müsabiqələrində qalib olardı. Tanrı sevimli bəndələrinə şairlik istedadı verəndə vətəndaşlıq pasportunu tələb etmir. Moskvad...
ANL
İstanbuldan Türkiyə Yazarlar Birliyinin sədri Ənvər Ərcan, əvvəlki sədrlər Ataol Bəhramoğlu və Çingiz Bektaş, AYB-nin İstanbul təmsilçisi İrfan Çiftçi, Elif Şafak, Yasəmin Bayer, Ankaradan TÜDAV qurucusu Yəhya Akengin, Avrasiya Yazarlar Birliyindən Yaqub Deliömeroğlu, Əli Akbaş, İmdad Avşar, İzmirdən Fikrət Türkmən, Ay...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları təşkilatları ilə təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi davam etdirəcəyəm. ABŞ-ın Açıq Cəmiyyət İnstitutu dünyanın əksər ölkələrində pr...
ANL
Göylərdən gələn gəlin. (Əvvəli ötən saylarımızda). Bir vaxtlar, dünyanın düz vaxtlarında, bəxtəvər çağlarında uca dağlar başında, Laçında, Şamkənddə bir gözəl vardı. Səma yaşyarımlıq körpəsi ilə girov düşdü. Ancaq Həcər qeyrətli bu dağlar gözəli düşmən qarşısında əyilmədi, sınmadı, təslim olmadı. Mərd və ləyaqətli ölüm...
ANL
Həyat həqiqətlərinin poetik kəşfi. DAYANDUR SEVGİNİN “50-dən O YANA YOLLAR YOXUŞDU” KİTABI ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR. Ənənəvi poeziya müstəvisində həyat həqiqətlərinə, ədəbi-bədii mətləblərə özünəməxsus orijinallıqla, yüksək fikir tutumu və poetik təravətlə yanaşan istedadlı şairlərdən biri Dayandur Sevgindir. Onun yaradıcıl...
ANL
Elmə həsr edilən şərəfli ömür yolu. İQTİSAD ELMLƏRİ DOKTORU, PROFESSOR RAMİL ƏLIYEVİN 70 YAŞI TAMAM OLUR. Azərbaycanın əvəzsiz guşəsi olan Qarabağda dünyaya gələn tanınmış insanlardan biri də iqtisad elmləri doktoru, professor Ramil Bəylər oğlu Əliyevdir. Alim adını almaq üçün zəhmətə qatlaşmalı, çətin həyat yolu keçib...
ANL
Mən bu gözəl insan, dəyərli ziyalı, ən başlıcası isə vətəndaş-şair haqqında çoxdan yazmaq istəyirdim. Söhbət çağdaş Azərbaycan poeziyasının dəyərli nümayəndələrindən olan Oqtay Rza haqqında gedir. O Oqtay Rza ki, Tanrı ona şair olmaq, xalqın adından danışmaq kimi şərəfli bir tale qismət edib. Mən onun yaradıcılığı ilə ...
ANL
Ruh qohumum Hüseyn Kürdoğlu ilə beş saatlıq söhbət. Özü də bu dostluğun təməlini özü qoymuşdu. Demişdi və ömrü boyu bu dostluqda öz tərəfindən sabitqədəm olmuşdu. Vallah ən çətini budur ki, onun haqqında keçmiş zamanda danışmaq istəmirəm. Öldüyü günü, ayı, ili birdəfəlik unutmaq istəyirəm, elə unutmuşam da, o, mənim üç...
ANL
Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı Şəki şəhərində anım mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər icra hakimiyyətindən məlumat verilib. Məlumata görə, anım mərasimi Şəki şəhər İcra Hakimiyyəti v...
ANL
Milli Kitab Mükafatının “Qısa siyahı”sı açıqlandı. Tədbirdə çıxış edən mükafatın təsisçisi, “Əli və Nino” Kitab Evinin rəhbəri Nigar Köçərli Ekspertlər Şurasının rəyini açıqlayıb və onluğa düşən nasirlərin adlarını elan edib. Onluğa daxil olan əsərlər kitab şəklində nəşr edilərək kitabxanalara pulsuz paylanacaq. Təsisç...
ANL
Xalq artisti Nazim Rzayevin xatirə gecəsi təşkil olunub. M.Maqomayev adına Dövlət Filarmoniyasında xalq artisti Nazim Rzayevin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə çıxış edən filarmoniyanın musiqi redaktoru Zəkəriyyə Ayla mərhum dirijor N.Rzayevin mənalı ömür yolundan və yaradıcılığından s...
ANL
Bakıda klassik türkmən şairi Molla Nəfəsin kitabı nəşr olunub. “Min bir mahnı” nəşriyyatı “TÜRKSOY Kitabxanası” seriyasından klassik türkmən şairi Molla Nəfəsin “Bu məkana gəlmişəm” kitabını çap edib. Nəşriyyatdan verilən məlumata görə, şairin anadan olmasının 200 illiyi ilə əlaqədar işıq üzü görən kitabda Molla Nəfəsi...
ANL
Qiymətli elmi və elmi-publisistik əsər. Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyevin bu gün uğurla davam etdirdiyi iqtisadi islahatlar nəticəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf etməkdədir. İqtisadi inkişaf templəri...
ANL
Azərbaycan təhsili ötən ildə: uğurlar və perspektivlər. “Ötən il Prezidentin Ehtiyat Fondundan qəza vəziyyətindəki məktəblərin bərpası üçün 16 milyon, texniki peşə məktəblərinin inkişafı üçün 2 milyon, məktəbəqədər təhsilin inkişafı üçün 2 milyon, Tibb Universitetinin klinikasının tikintisinin tamamlanması üçün 3 milyo...
ANL
XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoydu! Dünyada hər 10 ölüm halından biri tütün məmulatlarından istifadə edilməsi nəticəsində baş verir! Dəhşətli rəqəmlərdir, əziz oxucu, elə deyilmi? Sizcə, siqaret doğrudan da müasir dünyamızda kütləvi qırğın silahı deyilmi? Bu il tütün beş mily...
ANL
Zəlimxan Yaqubun 60 yaşına yeni ərməğanlar. Xalq şairi Zəlimxan Yaqubun “Gəl” adlı kitabı yenicə işıq üzü görüb. Regionların İnkişafı İctimai Birliyinin xüsusi layihəsi əsasında nəşr edilən kitabda şairin dillərdə gəzən nəğmələri, təkcə Azərbaycan oxucusuna deyil, bütün türk dünyasına tanış şeirləri, aşıqların, müğənni...
ANL
Yunus Oğuzun “Təhmasib şah” kitabı ictimaiyyətə təqdim edilib. Dünən Azərbaycanda Atatürk Mərkəzində yazıçı Yunus Oğuzun “Təhmasib şah” kitabının təqdimatı olub. Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri, professor, millət vəkili Nizami Cəfərov bu kitabın indiyə qədər tarixşünaslığımızda o qədər də dərindən öyrənilm...
ANL
Şairə Gülarə Munisin yaradıcılığı müzakirə edilib. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairə Gülarə Munisin yaradıcılığına həsr edilmiş dəyirmi masa keçirilib. Ağa Musa Nağıyev adına “Milli dəyərlərin qorunması” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən dəyirmi masanı giriş sözüylə açan qurumun sədri Di...
ANL
Teatr –mənəvi kamilliyə aparan yol. “TEATR BÜTÜN XALQIN TƏRBİYƏSİNƏ KÖMƏK EDİR”. Teatr insan duyğularının, arzularının bədii formada gerçəkləşdiyi bir məkandır. Bu gün sənət barədə müxtəlif təəssüratlar olsa da, bütün hallarda teatra zəruri, qaçılmaz ehtiyac var. Gerçəkliyin bədii inikasını dramatik hərəkətlərlə, səhnə...
ANL
AŞPA həmməruzəçiləri Azərbaycanda görüşlər keçiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkeli və Debona Qrexi qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektiv...
ANL
Çoxdandı qulaqlarımı şirin, çox doğma bir səs döyür. Uzaqlardan gələn gülüş dolu cingiltili bir səs. Bütün səslərin içindən seçilən, sanki qərinələrdən gələn, qəriblikdə darıxan qəribə bir səs. Bu səs özünü xəzəllə basdırmış, izi itmiş arxın kənarıyla məni köhnə qəbiristanlığın yanından keçirərək məktəbə, ordan da asfa...
ANL
Bax, bunu mən deyirəm: Dünya dərdinin, insan qəminin adı Vaqif Bayatlı Odərdir. Vaqifdən danışanda yadıma şeir düşür. Bəlkə elə şeir nəyisə bu üzündən o üzünə çevirməkdi. Ağacı quş üzünə çevirmək, adamı it üzünə çevirmək, yağışı qadın üzünə çevirmək, küləyi kişi üzünə çevirməkdi şeir, poeziya, ədəbiyyat... Mənə elə gəl...
ANL
Qeyri-adi yaddaş sahibi ilə görüşdən adi qeydlər. Bir həftənin söhbətidir. Heç nə vecimə deyil – işıq yox, qaz yox, Bakı qardan iflic olub, yollar bağlı, qəzetlər nəşr olunmayıb və bu qəbildən başqa şeylər... Parkın ortasında bir dəstə sərçənin civildəşə-civildəşə nəyisə dartışdırdığını görürəm. Qar rəngli iki bulka ti...
ANL
AYSEL ƏLİZADƏ: “İMZAMI KİMSƏYƏ SATAŞMADAN, HEÇ KİMİN BOSTANINA DAŞ ATMADAN TANITDIM”. Lent.az-ın “Cümlə axşamı” layihəsində Taleh Şahsuvarlı gənc yazıçı Aysel Əlizadəni sorğu-suala tutur. Yaxından gəlirəm. Uzağa getmək istəyirəm. Amma uzaqlar da elə maraqlı deyil. Fırlanıb əvvəlki yerinə qayıtdı. Əsas haradan gəlib, ha...
ANL
Azərbaycan dilçiliyində Kamal Abdulla fenomeni. Həmişəki kimi, üstünü yazaraq mənə bağışladığı həmin kitabla tanış olandan sonra növbəti görüşdə ona dedim ki, Siz Azərbaycan dilçiliyində bir fenomensiniz. Söz də vermişdim ki, mən bu fenomenliyi necə başa düşdüyümü mətbuatda yazıb çap etdirəcəyəm. Lakin illər ötdü, Kama...
ANL
“Millətin Bəxtiyarı” adlı anım gecəsi təşkil edilib. Gənc Tamaşaçılar Teatrında xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş “Millətin Bəxtiyarı” adlı gecə keçirilib. Tədbir Yazıçılar Birliyinin (AYB) və “Dialoq Avrasiya Platforması” (DAP) beynəlxalq ictimai təşkilatının Azərbaycan Milli Komitəsinin birgə t...
ANL
Milli Kitab Mükafatının təsisçisindən müəlliflərə “1 may sürprizi”. NİGAR KÖÇƏRLİ ƏDƏBİ MÜHİTDƏ BÖYÜK MARAQ DOĞURAN EKSPERTLƏR ŞURASININ TƏRKİBİNİN QALİBLƏR ELAN OLUNDUĞU GÜN AÇIQLANACAĞINI DEYİR. Milli Kitab Mükafatının Ekpertlər Şurasının “uzun siyahı”dan onluğu seçməsinə nə az-nə çox, düz yarım ay vaxt kifayət etdi....
ANL
Alma oğrusu ilə görüşmək istəyi. 4 ildən çoxdur ki, insomniyadan (yuxusuzluq xəstəliyi) əziyyət çəkirəm. Yerimin içində o tərəf- bu tərəfə çevrilirəm. Əvvəlcə beynimdəki düşüncə aparatını söküb kənara qoymaq lazımdır. Heç olmasa, beşcə dəqiqəlik. Özümdən xilas olmaq istəyirəm. Sonra saatın çevrəsində əqrəblərin qovhaqo...
ANL
“Kərəm kimi” Ankarada və Amsterdamda. Xəbər verildiyi kimi, Anarın Nazım Hikmətə həsr olunmuş “Kərəm kimi” kitabı Türkiyədə nəşr edilib. 2009-cu il Kasım ayının (noyabrın) 2-də Ankarada Konqreslər və Sərgilər Mərkəzində müəllifin iştirakıyla kitabın təqdimat mərasimi keçirilib. Kitab Türkiyə ictimaiyyətində böyük maraq...
ANL
Xoş xəbərlər yetirən insan. (Unudulmaz Fəxrəddin Cavadov haqqında bir neçə söz). Fəxrəddin Cavadovun oğlu, gənc diplomat Gülmirzənin (Fəxrəddin ona atasının adını qoymuşdu) xahişi ilə bu kiçik yazını yazmaq üçün mizin arxasına keçərkən, artıq 8 illik bir keçmişdə qalmış 2002-ci il avqust ayının 10-nu xatırladım, həmin ...
ANL
1990-cı illərdən üzü bəri müxtəlif aktual məsələlərlə bağlı Bəxtiyar müəllimdən dəfələrlə radio üçün müsahibələr almışdım. Təbiidir ki, bu müsahibələrin hər biri mənim üçün böyük dəyərə malikdir. Amma yaddaşıma daha möhkəm həkk olunan, həmçinin özümün səslər arxivimdə ən əziz bir xatirə kimi qoruyub saxladığım – 1995-c...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları təşkilatları ilə təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi davam etdirəcəyəm. Dünyaya Baxış (World Vision) beynəlxalq humanitar təşkilatı....
ANL
Təhsilimiz bu gün: uğurlarımız və bədxahlarımız. Azərbaycan müstəqillik əldə etməsinin iyirmi illiyi ərəfəsindədir. Tarix üçün çox kiçik olan bu zaman müddətində respublikamız böyük sürətlə inkişaf edərək dünyanın qabaqcıl ölkələri arasında ön sıralara yüksəlmişdir. Ölkədə iqtisadi inkişafın yüksək səviyyəyə çatması, x...
ANL
Anar Məmmədxanov: “Məcbur eləsələr, soyadımı dəyişməyəcəyəm, qoy, məni tutsunlar”. Milli Məclisin üzvü Anar Məmmədxanov APA-ya müsahibə verib. Müsahibəni ixtisarla dərc edirik. – Neçə vaxtdır, mətbuatda görünmürsünüz. Mətbuatdan qaçırsınız, yoxsa vaxtınız olmur? – Mətbuatdan nəyə görə qaçmalıyam ki? Mən həmişə mətbuatı...
ANL
Heç ağlıma gəlməzdi ki, yüz illərlə Xan Arazın axıb soyutmaq əvəzinə qaysaqlanmağa qoymadığı “Gülüstan” adı ürəyimizdə ikinci dağa çevriləcək... ... Ötən əsrin 60-cı illərində “Gülüstan”la ürəyimizi dağa döndərən Bəxtiyar Vahabzadə bir ildir ki, yoxluğu ilə sevənlərinə dağ çəkir. Tək təsəlli daim ucalığını qoruyan Vaha...
ANL
ƏDİL ƏLİYEVİN YENİ KİTABI VƏFATINDAN SONRA İŞIQ ÜZÜ GÖRDÜ. Bu günlərdə nasir, şair və tərcüməçi Ədil Əliyevin “Əslim və nəslim” kitabı çapdan çıxıb. Kitabın girişində müəllifin özü haqqında yazdığı avtobioqrafiya yer alıb. Yaşadığı dövr onun həyatında silinməz izlər buraxıb. 1934- cü ildə əmisi Sibirə sürgün edilir, at...
ANL
Əlisahib Əroğulun yeni kitabı oxuculara təqdim olunub. Bu günlərdə Əlisahib Əroğulun yaradıcılığından nümunələrin toplandığı yeni kitab işıq üzü görüb. Yazıçı, şair və publisist kimi tanınan müəllifin bundan öncə povest və hekayələrdən ibarət “At oğrusu”, Qarabağ hekayələri toplanmış “Leyləklər yuvasına qayıdacaqmı” ki...
ANL
“Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində”. Ankarada yazıçı Kamal Abdullanın yaradıcılığı haqqında tədqiqat əsəri nəşr olundu. Hər bir tarixi dönəm, başqa faktorlarla yanaşı, həm də, yeni ədəbi- mədəni hadisələrin meydana çıxmasıyla yaddaşlarda qalır. Son illərin ədəbi hadisəsi isə, mübaliğəsiz olaraq, qələmə aldı...
ANL
Xankəndi – Azərbaycanın mirvari şəhəri. Tanınmış Azərbaycan şəhəri Xankəndi bölgəmizin gənc şəhərlərindən sayılır. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının başçılarının – xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanlar...
ANL
Azərbaycan televiziyası - mənəviyyatımızın aynası. Adı bir, ünvanı bir – Azərbaycan televiziyası. Müasir cəmiyyətin həyatında televiziyanın yeri barədə yüzlərlə fərqli fikir var. Zaman keçdikcə, televiziyanın texniki imkanları artdıqca, təzadlı fikirlərin, təzadlı qiymətləndirmənin də sayı-hesabı coxalır. Əvvəllər Qute...
ANL
Qubanın şaxtalı qış günlərindən biri idi.Çoxdan yağan qarın üzərində yeni izlər buraxa-buraxa şəhərdən uzaqlaşır,Qudyalçayın sahili ilə üzü yuxarı, kütləvi məzarlığa doğru addımlayırdım.1918-ci ildə erməni daşnaklarının Qubada törətdiyi soyqırım hadisəsinin 89 il sonra aşkarlanan nişanəsi-kütləvi məzarlıq barəsində növ...
ANL
Rafiq Şamiloğlunun yurd hekayəti. VƏ YA “BƏLALI DÜNYA” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR. Həyat həqiqətlərindən bəhs edən hekayələri, povest və romanları ilə tanınan istedadlı qələm sahibi, yazıçı Rafiq Şamiloğlunun nəsr nümunələrini həmişə həvəslə oxumuşam. Onun yaradıcılığındakı təbiilik və səmimiyyət, həyatilik və inandırı...
ANL
Füzuli irsinin tədqiq tarixi ilə bağlı yeni kitablar nəşr edilib. Filologiya elmləri namizədi, ədəbiyyatşünas Gülşən Əliyeva-Kəngərlinin “Füzulişünaslıq: tarix və nəzəriyyə” adlı kitabı işıq üzü görüb. Rus dilində, “Çaşıoğlu” nəşriyyatında çap olunan kitabda füzulişünaslığın keçdiyi yol və bu sahənin nəzəri problemləri...
ANL
İlqar Fəhmi “Kölgədə əqrəb”i imzaladı. İSTEDADLI YAZIÇININ YENİ KİTABININ TƏQDİMATI VƏ İMZA GÜNÜ KEÇİRİLDİ. Ötən gün Yazıçılar Birliyində (AYB) yazıçı İlqar Fəhminin “Kölgədə əqrəb” kitabının təqdimat mərasimi və imza günü təşkil edilib. Qeyd edək ki, sözügedən nəşr “Çənlibel tülküsü” layihəsi çərçivəsində işıq üzü gör...
ANL
Üçüncü otuzun mübarək, Əhməd! Tanınmış aydınımız, alimimiz, şairimiz Əhməd Qəşəmoğlunun da ikinci otuzu tamam oldu. Lap qədimdə, elə indi də, bir çox qardaş xalqların say sistemi otuzacandı. Otuzdan sonra isə daha bir otuz başlayır. Otuz-otuzun yüz-yüzdən bir gözəl fərqi var, bunu tez başa vura bilirsən. Üçüncü otuza b...
ANL
Türkiyədə Bəxtiyar Vahabzadə Simpoziumu. XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan xalq şairi Bəxtiyar Vahabzadə həm bədii yaradıcılığı, həm ictimai-siyasi, həm də elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycanda milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin formalaşması sahəsində müstəsna xidmətl...
ANL
Azərbaycan kitabları Budapeştdə sərgilənib. Macarıstanın S.Ervin adına Budapeşt şəhər kitabxanasında “Azərbaycan kitabxanada” adlı tədbir keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Kitabxanada macar dilində nəşr olunan və Macarıstandakı səfirliyimiz tərəfindən kitabxanay...
ANL
Yazıçılar Birliyi, ədəbiyyatımız və özümüz. Keçən ili biz ədəbiyyatımız üçün mənim çox əhəmiyyətli hesab etdiyim bir hadisəni –Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubileyini qeyd etməklə yola saldıq, qarşıdan isə Birliyin növbəti qurultayı gəlir və mən hər iki münasibətlə bəzi fikirlərimi oxucularla bölüşmək istəy...
ANL
Rafiq Şamiloğlunun “Bəlalı dünya”sı təqdim edilib. Yazıçılar Birliyində (AYB) Rafiq Şamiloğlunun “Bəlalı dünya” adlı yeni kitabının təqdimatı keçirilib. Bu barədə AYB-nin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə çıxış edən AYB-in katibi, xalq şairi Fikrət Qoca, şairlər İlyas Tapdıq, Oqtay Rza, Musa Ələkbərli, yazı...
ANL
Filarmoniyada Ağaxan Abdullayevin 60 illiyi qeyd olunub. M.Maqomayev adına Dövlət Filarmoniyasında xalq artisti Ağaxan Abdullayevin 60 illik yubileyilə bağlı mərasim keçirilib. Akademik Vasim Məmmədəliyev Azərbaycanda milli-mənəvi sərvətlərimizin qorunmasına, eləcə də muğam sənətinə böyük diqqət göstərildiyini çıxışınd...
ANL
Dərgi Rüstəm Kamalın xalq yazıçısı Zəlimxan Yaqubun 60 illik yubileyinə həsr etdiyi “İnanc işığında” məqaləsi ilə açılır. Məqalədə xalq şairinin Azərbaycan ədəbiyyatındakı mövqeyindən söz açılıb: “Zəlimxan Yaqub yaradıcılığında ozan-aşıq sənəti ilə yazı mədəniyyətini mükəmməl surətdə birləşdirib müstəqil Azərbaycan döv...
ANL
Görkəmli rus-sovet bəstəkarı İsaak Dunayevski Bakıda yad edilib. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində görkəmli rus-sovet bəstəkarı İsaak Dunayevskinin 110 illiyinə həsr olunmuş tədbir və Natalya Nikitinanın əsərlərindən ibarət sərgi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə İ.Dunayevskinin həyat və yaradıcılığı...
ANL
Mahirə Abdullanın şeirlərində sufi düşüncələr. Mahirə Abdulla yol gedəndə elə bil özünün dediyi kimi, buludla küləyin qarışığıdı, şeirə dolaşa-dolaşa (həm də dalaşa-dalaşa) gedir, elə bil duyğuları göyə nərdivan kimidi. Mahirə Abdullanın şeirlərini təkcə bugünün adına yazmaq düzgün olmazdı, insan yarandığı gündən, hələ...
ANL
Əli Hüseynov: “Avropa Şurasında daha çox tərəfdar qazanmalıyıq”. “Müasir dövrdə Azərbaycanın həyata keçirdiyi məqsədyönlü çoxvektorlu xarici siyasət region dövlətlərləri üçün model ola bilər. Çünki bu kurs milli maraqların, Azərbaycan dövlətinin maraqlarının maksimal təminatına yönəlib və müasir çoxtərəfli beynəlxalq m...
ANL
“Azərbaycanda gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb”. RAMİL HƏSƏNOV: “ANCAQ DÖVLƏTİN YARATDIĞI ŞƏRAİTLƏ MÜQAYİSƏDƏ, GƏNCLƏR TƏŞKİLATLARININ YETƏRİNCƏ FƏALLIĞI HİSS OLUNMUR”. “Azərbaycanda ölkənin gənclər sferasında yetərincə fəal gənclər və gənclər təşkilatları var. Onların sayı gün-gündən artmaqdadır. Bu...
ANL
Gənclərin məşğulluq problemlərinin həllinə yardım xüsusi yanaşma tələb edir”. İNTİQAM BABAYEV: “BU SAHƏDƏKİ ÇƏTİNLİYİN ƏSAS SƏBƏBLƏRİNDƏN BİRİ GƏNCLƏRİN ƏMƏK BAZARININ MÜASİR TƏLƏBLƏRİNƏ UYĞUNLAŞA BİLMƏMƏSİDİR”. Məşğulluğun təmin edilməsi dövlətin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Gənclər və İdman Nazi...
ANL
Ağıla malik İnsan və şüurlu Su. TƏMİZ SUYUN XÜSUSİ STRUKTURU, YADDAŞI VƏ HƏTTA ŞÜURU DA VAR. Qədim dövrlərdən məlumdur ki, bulaqdan çıxan və dağ çayları ilə axan su “canlı sudur”. Belə su bütün canlı məxluqlara, o cümlədən insana da həyat vermək iqtidarındadır. Tibbi təhlillərə əsasən, biz, demək olar ki, bütövlükdə su...
ANL
Poeziya aləmində lap cavankən tanınmaq, bir anda ədəbi ictimaiyyətin nəzər və diqqətini özünə cəlb eləmək hər şairə qismət olmur. Belələri xüsusi istedada malik insanlardır. Sovet dövründə ədəbi gəncliyə münasibət heç də pis deyildi, istedadlar bir qədər gec tanınsalar da, müəyyən müqavimətlə üzləşsələr də, hər halda g...
ANL
Ailə əsarətində. Bizim nəslin taleyi elə gətirdi ki, bir sıra qadın yazarlarımızla bir səma altında yaşayası olduq, onların udduğu havadan bizlərə də pay düşdü və bu sətirləri yaza-yaza onların surətləri birəm-birəm gözüm önündə canlanır; bəzilərini şeir müsamirələrində gördüm, kimisiylə şəxsən tanış oldum, kimisindən ...
ANL
Güldürən və ağladan Platonov. “Dünya ədəbiyyatı” dərgisinin və Azərbayjan Yazıçılar Birliyi tərjümə seksiyasının “dünya ədəbiyyatından books” seriyasının növbəti – onbeşinji sayı işıq üzü görüb. Bu dəfə oxujulara məşhur Rusiya yazıçısı Andrey Platonovun hekayələri təqdim olunub. Elçin Hüseynbəylinin tərjümə etdiyi kita...
ANL
Rəssam Elçin Hami Axundovla “Ziyalı ünsiyyəti”. “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyində “Ziyalı ünsiyyəti” çərçivəsində növbəti görüş multiplikator-rəssam Elçin Hami Axundov ilə keçirilib. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan fəlsəfə elmləri dokt...
ANL
Nəriman Nərimanov xatırlanıb. Yasamal rayonundakı 53 nömrəli orta məktəbdə görkəmli dövlət xadimi, maarifçi və yazıçı Nəriman Nərimanovun anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib. Orta məktəbin və Nəriman Nərimanovun ev-muzeyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə “N.Nərimanov-140” adlı fot...
ANL
Hər bir elm sahəsi, elmi düşüncə öz inkişaf mənbəyini bu sahənin klassik ənənələrindən alır. Hətta ən yeni elm sahələrinin də klassik elmi qaynaqları mövcuddur. Enerjinin itməməsi, yerin cazibə qanunu, atomun kəşfi və s. kimi fundamental elmi faktların ilkin başlanğıcı xalq təfəkküründən və bu təfəkkürdən formalaşmış k...
ANL
Yazıçı-publisist Aydın Ağazadənin 55 yaşı tamam olur. M.Əliyev adına Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1976-90-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1995-97-ci illərdə Azərbaycan Hüquqşünaslar Bir...
ANL
Bəstəkar Sevda İbrahimovanın 70 illiyi qeyd olunub. Azərbaycan Bəstəkarlar İttifaqında xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyilə bağlı tədbir təşkil edilib. APA-nın məlumatına görə, yubiley mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İ...
ANL
Londonda Tahir Salahovun əsərlərinin sərgisi açılıb. Fevralın 18-də Londonun nüfuzlu “Sothebys” Qalereyasında dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahovun əsərlərindən ibarət sərginin açılış mərasimi olub. Səfirlikdən APA-ya verilən xəbərə görə, “Görünməmiş Salahov” adlanan sərgiyə rəssamın Azərbaycan həyatının m...
ANL
Yazıçılar Birliyində Mahirə Abdulla ilə görüş olub. Ötən gün Yazıçılar Birliyində (AYB) “Turan” ədəbi qurumunun təşkilatçılığı ilə şairə Mahirə Abdullanın gənclərlə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin katibi, xalq şairi Fikrət Qoca M.Abdullanı uzun zamandan bəri tanıdığını, yaradıcılığı ilə yaxından t...
ANL
Sakların tarixinə, dil və ədəbiyyatına Bəxtiyar Tuncayın baxışı. Bu günlərdə tədqiqatçı-publisist Bəxtiyar Tuncayın “Sakların tarixi, dili və ədəbiyyatı” adlı kitabı çapdan çıxıb. Kitabın Azərbaycan və Kimmer-İskit-Sak xaqanlığından bəhs olunan səhifəsində müəllif sakların tarixi barədə maraqlı faktları qələmə alıb. Ya...
ANL
Rəssamlıq Akademiyasında “Daş, Kağız, Qayçı” sərgilənir. Dünən Azərbaycan Rəssamlıq Akademiyasında “Daş, Kağız, Qayçı” adlı incəsənət sərgisinin açılışı olub. “British Council” ilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi sayəsində açılan sərgidə giriş sözüylə Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov çıxış ...
ANL
Akademik Bəkir Nəbiyev haqqında filmin təqdimatı olub. Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbacan Televiziyasında istehsal olunan, görkəmli alim, akademik Bəkir Nəbiyevin həyat və yaradıcılığını əks etdirən “Tərcümeyi-hal: Bəkir Nəbiyev” filminin təqdimatı keçirilib. Filmdə Bəkir Nəbiyevin həyat və yaradıc...
ANL
Bu yaxınlarda “UniPrint” nəşriyyatında yazıçı-publisist Kənan Hacının “Çəhrayı qan” kitabı işıq üzü görüb. Müəllifin sayca ikinci kitabına, önsöz əvəzi kimi, mərhum xalq yazıçısı Sabir Əhmədlinin “Ustad sözü” yazısı daxil edilib. S.Əhmədli yazısında ədəbiyyatımıza olduqca maraqlı nəslin gəldiyini və bəzi imzaların onda...
ANL
Musiqili Komediya Teatrında Yaradıcılıq Studiyası fəaliyyətə başlayıb. Bu barədə teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumatda deyilir. Studiyanın yaranmasında əsas məqsəd milli teatr mədəniyyətinin təbliği, teatra kütləvi marağı artırmaqla teatr sənətinə maraq göstərən, xoreqrafiya, vokal, aktyorluq və musi...
ANL
Əlisahib Əroğulun yeni kitablarının təqdimatı olub. Dünən Azərbaycan Yazıçılar Birliyində Əlisahib Əroğulun “Əmir Teymurun fəryadı” və “Şeirlər, Haqlar...” adlı yeni kitablarının təqdimatı və imza günü keçirildi. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açdı və imza günlərinin mahiyyəti barədə danışar...
ANL
Ədəbiyyatsevərlərin, dramnəfislərin, şairlərin, nasirlərin, rəssam və musiqiçilərin çoxusunun tanıyıb sevdiyi, hörmət bəslədiyi yazıçı-dramaturq Aqşin Babayev son kitabını “İşıqlı bir iz” adlandırıb. Avtoqraf yazıb mənə hədiyyə elədiyi kitabı alan kimi adətim üzrə son səhifələrinə göz gəzdirdim. Səfər xatirələri, məqal...
ANL
Qobustan bizdən qayğı gözləyir. Azərbaycan prezidenti İlham Əliyev “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” 11 iyun 2007-ci il tarixli sərəncamında Qobustanı, xalqımızın milli sərvəti, dünyada bu tipli abidələrin ən zəngini adlandırıb, bu abidələri qoruma...
ANL
“Mənim doğma Vətənim” mövzulu foto müsabiqəsi elan olunub. Gənclər və İdman Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyi “Avropa: ümumi irs” layihəsi çərçivəsində gənclər arasında “Mənim doğma Vətənim” mövzusunda fotomüsabiqə keçirir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, müsabiqədə 1...
ANL