text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Fevralın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Lütfiyar İmanovun anım tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyəti ilə Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov Lü... | ANL |
QLOBALLAŞMA DÖVRÜNDƏ AZƏRBAYCAN XALQININ ADƏT-ƏNƏNƏLƏRİNİN, MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN QORUNMASI VƏ TƏBLİĞİ BÖYÜK ÖNƏM KƏSB EDİR. “Bu gün bizim qarşımızda yeni çağırışlar dayanır. Bu gün əsas prioritetlərdən biri Azərbaycanın milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulması, dünya birl... | ANL |
Akademik İmam Daşdəmir oğlu Mustafayevin 100 illiyinə. İş yerində sənədlərə baxarkən bağlı bir zərfə rast gəldim, üzərində rus dilində “Bakı, Maliyyə nazirinin müavini Mirzəyev Tofiq Mürsəl oğluna, Azərbaycan SSR Elmlər Akademiyası Genetika və Seleksiya institutu – Mustafayev İ.D. Mənə qəribə gəldi, axı İmam müəllimlə ... | ANL |
Cəfər Cabbarlının Bakıdakı Ev-Muzeyində. Geniş çarhovuzlu həyətdə qurumuş, qocaman bir ağac kötüyü dərhal diqqəti cəlb edir. Axı onun bu həyətdə “sevimli tut ağacı” kimi hökmranlıq etdiyi vaxtlar olub. Bir payız günü bağlanıb onların əhd-peymanı. İlk tumurcuqlarını, pöhrələrini oxşayıb, sevib bəlkə də. İlk nübarını səb... | ANL |
Mərhum şair Əli Kərimin irsi ilə bağlı sayt yaradılıb. Azərbaycanın görkəmli şairi Əli Kərimin həyat və yaradıcılığını əks etdirən Alikarim.info adlı fərdi saytı yaradılıb. Sayt könüllülük təşəbbüsün nəticəsində ərsəyə gəlib. Burada şairin şeirləri, kitabları, bioqrafik məlumatlar, fotolar, həmçinin şairin səsinin qoru... | ANL |
“Azərbaycan-Polşa ədəbi-mədəni əlaqələri” müzakirə edilib. Polşanın Qdansk şəhərində Polşa-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşəbbüsü və Ticarət Palatasının dəstəyi ilə “Azərbaycan-Polşa ədəbi-mədəni əlaqələri” mövzusunda konfrans keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat veri... | ANL |
“Tarixi abidələrimizi kifayət qədər təbliğ edə bilmirik”. ƏBÜLFƏS QARAYEV: “YALNIZ BƏDNAM QONŞULARIMIZ BİZDƏN NƏYİSƏ GÖTÜRÜB MƏNİMSƏDİKDƏN SONRA AYILIRIQ”. Ötən gün Mədəniyyət və Turizm Nazirliyində “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının təsdiq olunması ilə əlaqədar nazir Əbülfəs Qarayev mə... | ANL |
Mədəniyyətlərin çarpazlaşması. Bu gün Azərbaycan musiqisi dünya mədəni məkanına sürətlə inteqrasiya edir. Həmin prosesdə önəmli rol oynayan istedadlı musiqiçilərimizdən biri də tanınmış bəstəkar, pianoçu, dirijor, respublikanın xalq artisti, “Şöhrət” ordenli, “Dünyanın artisti” (YUNESKO, 2007) fəxri adının sahibi, prof... | ANL |
Azərbaycanlı dirijor məşhur “Karnegi holl”un səhnəsində. ƏYYUB QULİYEV NYU-YORKDAKI MÖHTƏŞƏM KONSERT SALONUNDA “OLİMPİYA” ORKESTRİNƏ DİRİJORLUQ EDİB. Nyu-Yorkdakı “Karnegi holl” konsert salonunda (“Carnegie Hall”) çıxış etmək hər bir musiqiçi üçün böyük müvəffəqiyyət sayılır. Burada keçirilən konsertlərin iştirakçıları... | ANL |
Şair Səməd Mənsurun xatirə lövhəsi açılacaq. XX əsr ədəbiyyatımızın dəyərli nümayəndəsi şair Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə memorial lövhə hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, xatirə lövhəsi şairin yaşadığı Əmircan qəsəbəsi... | ANL |
Rəsm əsərlərində “Qarabağ şikəstəsi”. Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda qrafika ustası, əməkdar rəssam Adil Rüstəmovun sərgisi təşkil olunub. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, xalq rəssamı A... | ANL |
“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyində “Muğam axşamları” adlı yeni layihənin açılışı olub. Layihə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati və informasiya dəstəyi ilə həyata keçirilir. İyirmi həftə ardıcıl təşkil olunacaq “Muğam axşamları”ndan ibarət silsilədə gənc xa... | ANL |
İstiqlal Muzeyində Xocalı soyqırımına aid sərgi açılıb. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar “Xocalıdan gələn haray” adlı tədbir-sərgi təşkil olunub. APA-nın məlumatına görə, sərgidə ilk dəfə olaraq Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri,... | ANL |
USTAD XANƏNDƏLƏR ƏLİBABA MƏMMƏDOV VƏ AĞAXAN ABDULLAYEVİN YUBİLEYLƏRİ BİRGƏ ÇALIŞDIQLARI MUSİQİ TƏHSİLİ OCAĞINDA QEYD EDİLİB. Bülbül adına orta ixtisas musiqi məktəbində görkəmli xanəndələr Əlibaba Məmmədovun 80, Ağaxan Abdullayevin isə 60 illik yubileyləri münasibətilə tədbir keçirilib. Tədbirdə təhsil naziri Misir Mər... | ANL |
Naxçıvan və İrəvan xanlıqlarının dostluqlarının bünövrəsi çox qədimdir. Hər ikisi oğuz türklərinin vətənidir. Tarixi mənbələrdə bu iki qədim diyarın həmişə Azərbaycanın ümumi inkişaf aləmi ilə həmahəng olduğu haqda məlumatlar var. Əylisli Zəkəriyyənin yazdıqlarından məlum olur ki, Azərbaycanın hər yerindən İrəvana kömə... | ANL |
Xocalı şəhidlərinin müqəddəs xatirəsinə. Son 2 əsrdə yersiz-yurdsuz erməniləri öz qanadımızın altına alıb sığınacaq verdik. İllər keçdikcə, duz-çörəyi tapdalayan bu nankor hayklar, ata-babalarımızın səxavətindən, ağbirçək nənələrimizin mərhəmətindən, xalqımızın xeyirxahlığından, dilimizin şirinliyindən, dinimizin human... | ANL |
Almatıda Xocalı faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi olmuşdur. Almatıdakı Azərbaycan Mədəniyyət Mərkəzi Türk Xalqları Mədəni Mərkəzi ilə birgə Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar şəhər mətbuat mərkəzində anma mərasimi keçirmişdir. Almatıda yaşayan Azərbaycan və türk diaspor üzvlərinin, tələbələrin, ... | ANL |
“Yazıçı”nın yeni sayı Elçin İsgəndərzadədən bəhs edir. “Oğuz eli” qəzetinin xüsusi buraxılışı olan “Yazıçı”nın növbəti sayı tanınmış alim və şair Elçin İsgəndərzadəyə həsr olunub. Dərginin üz qabığında türk dünyasının böyük şəxsiyyətləri Çingiz Aytmatov və Rauf Denktaşın şairlə bağlı fikirləri verilib. Ç.Aytmatov E.İsg... | ANL |
Gözünə gün düşür. Gözünə gün düşür. Gözlərini qıya-qıya pəncərədən uzaqlara baxır və məktubun birinci cümləsini xatırlayır: “Bu nə zamansa baş verməliydi. İlk cümləni ürəyində bir neçə dəfə təkrar elədi, razılaşdı. İkinci cümləylə əllinin-əlliyə. Çünki şübhə eləyirdi. Ərinin ölümsüzlüyünə inandığı üçün. Məktubu dünən s... | ANL |
Bu dünyada çox nəsnələr dəyişib, çoxları da on il, on beş il əvvəl gördüyün adamlara bənzəmir. Amma iyirmi, otuz il əvvəl gördüyüm, tanıdığım və hələ də sevdiyim Tofiq Abdin deyərdim, çox az dəyişib. Dəyişilən, üst-üstə calanan yaşdı, illərdi, Tofiqin “Poeziya” adlı yeni kitabının üz qabığındakı cavan oğlandı. Həmişə n... | ANL |
“MƏNİM ÜÇÜN NEÇƏNCİ İLDƏ DOĞULMAĞIM YOX, KİMNƏN BİR SIRADA OLMAĞIM ÖNƏMLİDİR”. – Həyatın ən müxtəlif lövhələrini qənirsiz ədəbi mənzərələrə-peyzajlara çevirən Qulu Ağsəs bugünkü ədəbi durumu necə təsvir edər? – Mən həmişə o fikirdə olmuşam ki, ilk sual ədəbiyyatın həyatla eyniliyindən, əksliyindən, vəhdətindəndirsə, ca... | ANL |
Sevda İbrahimova haqqında düşündüklərim. 2010-cu il fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına kamera musiqisi salonunda respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirib. Bu gecəni, bəst... | ANL |
Xocalı şəhidləri Yazıçılar Birliyində yad edilib. Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyində (AYB) anım mərasimi keçirilib. AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca Xocalı soyqırımının Azərbaycan xalqının unudulmaz dərdi olduğunu qeyd edib: “Ermənilərin bu vəhşilik aktını əlim... | ANL |
Soyqırım qurbanları Xalça Muzeyində də anılıb. Ötən gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş “Tariximizin unudulmaz səhifəsi” adlı tədbir təşkil edilib. İlk öncə Xocalı şəhidlərinin xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəq... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyi və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlar çərçivəsində görülən işlər barədə fikirlərimi diqqətinizə çatdırmağa çalışacağam. Azərbaycanın ... | ANL |
Suzen Dark və ya məhəbbət piri. Elə sizin yaşda olar. Sizin şeirlərinizin vurğunudu, Qəfər kişi. Dil sümüksüz bir parça ətdi, hara çevirsən ora dönür) Biləndə ki, sizinlə görüşə gedirəm. Həyəcanlandı. İndi belə adamlar azdı. Gərək gətirəydin. Azad müəllim mütləq bilər. Sənət məktəbində oxuyan bir qız milisi pis yerində... | ANL |
“Vaxt vardı ki, bizim sənətkarlar gedib, Türkiyə musiqisinin inkişafına kömək edirdilər”. “İNDİ İSƏ VƏZİYYƏT DƏYİŞİB VƏ GƏRGİNLƏŞİB: İKİ-ÜÇ İLDƏN SONRA ARTIQ BİZ BƏZİ ALƏTLƏRİN İFAÇILARINI TÜRKİYƏDƏN ÇAĞIRMALI OLACAĞIQ”. Azərbaycanın xalq artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, d... | ANL |
K.BÜNYADZADƏNİN “ÖMÜR YOLU”NUN DAVAMI. Bu yol birtərəflidir. Bu yolda yeganə istisna – yolu yarımçıq başa vurmaqdır. Bu həyatın hamı üçün eyni olan tərəfidir. Həyat yalnız bundan ibarət olsaydı, deyiləsi sözlər də bir qədər az, bir qədər çox, yalnız bunlardan ibarət ola bilərdi. Və bu yolu getmək insan üçün çox sadə gö... | ANL |
Əbədi dəyərlər rəmzi. XEYBƏR GÖYYALLININ UNUDULMAZ ŞƏXSİYYƏT KAMRAN HÜSEYNOVUN ÖMÜR YOLUNDAN BƏHS EDƏN KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. Bu gün bəzilərinin xiffətini çəkdiyi, bəzilərininsə söyüb-pislədiyi sovet dövrü 20-ci əsr Azərbaycan tarixinin uzun sürən bir mərhələsi, neçə-neçə nəsillərin yaşadığı ziddiyyətli bir dönəm ... | ANL |
Bir telefon zəngi. BU ZƏNG AZƏRBAYCAN POLİSİNİN HƏYATINDA YENİ DÖVRÜN BAŞLANMASININ SİQNALI İDİ. Bu illər ərzində Ramil Usubova qədər respublika daxili işlər naziri vəzifəsini 25 nəfər tutub. Ramil Usubovun stajı isə orta statistik rəqəmi təxminən 5,6 dəfə üstələyir. Ona görə də kiminsə istəyindən asılı olmayaraq Azərb... | ANL |
Suzen Dark və ya məhəbbət piri. Əvvəli ötən saylarımızda. Suzen heç vaxt, heç kəsə qiptə, xüsusilə paxıllıq etməmişdi. İndi eşidəndə Fatma oğlunun ad gününə gedir, elə bil içindən bir sızıltı keçdi. Hər kəsin bir sığınacaq yeri var. Mən bu dünyada, bu cəmiyyətdə gördüyüm, tanıdığım insanlar arasında yad, kənar, uyuşmay... | ANL |
Mİİ-nin işçiləri nə qədər qapını döyəcləsələr də, içəridən cavab almayanda cinlənib az qala qapını sındırmaq istəsələr də, lənət şeytana deyib, yuxarının əmri-göstərişi olmadan belə bir işdən çəkinmiş hirsli-hirsli çıxıb getmişdilər. Onlar çıxıb gedəndən sonra camaat bir şeyə heyran qalmışdı. O, pis üfunət, leş qoxusu,... | ANL |
Öncə qısa bir xəbər :Ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş məşhur portuqal yazıçı Joze Saramaqo 87 yaşında vəfat edib. “Reuters” agentliyinin verdiyi məlumata görə yazıçı Kanarya adalarındakı Lanzarote qəsəbəsindəki evində gözlərini əbədi yumub. Joze Saramaqo son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirmiş.... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b... | ANL |
Təzə səslər, nəfəslər. Lənkəranda yaşayan, demək olar ki, qaynar ədəbi mühitidən çox uzaq düşən, heç Yazıçılar Birliyinin üzvü də olmayan, amma İlahidən gələn şairlik istedadı hər hansı bir şeirinin ilk misrasındaca görünən Anar Həbiboğlu... İlk şeirlərindən onu izləyirəm və hər dəfə Lənkərandan Bakıya gəlib çox utanca... | ANL |
“Səhnədə ləçərlik eləməyi özümə rəva bilmərəm”. – Gəlin söhbətimizə yaradıcılığınızdakı yeniliklərdən başlayaq. Ancaq bir sıra məişət problemləri, həm də istilərin düşməsi səbəbindən məşqləri müvəqqəti dayandırmışıq. Əslində həmin əsəri tam yox, ondan parçaları məşq edirik, sanki yubileyə hazırlaşırıq. Hadisələrə görə,... | ANL |
Bir dəfə Türkiyədə bir jurnalist məndən müsahibə alarkən qəfil və qəribə bir sual verdi: “Ömrünüzdə təhlükəli anlar olubmu, yəni ölümlə üz-üzə durduğunuz, ölümə yaxın olduğunuz məqamlar?”. Doğrusu heç bir vaxt bu barədə düşünməmişdim və bu qəribə suala da cavab verə bilmədim. Sonra evdə, gecə vaxtı nədənsə bu sual yadı... | ANL |
– Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Hazırda həmin universitetdə “Etnologiya” ixtisası üzrə magistr təhsili alır. “Azərbaycanda demokratiyanın perspektivləri” esse müsabiqəsində essesi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Yeni adlar” müsabiqəsində “Qorxu” adlı hekayəsi birinci yerə ... | ANL |
Bu yazını qələmə almamışdan öncə, onun ciddi, təmkinli baxışlarını, bir qədər soyuq təsir bağışlayan gözlərini, ağayana yerişini xatırladım.Həmişə Sabir müəllimin yazıları ilə onun zahiri görkəmi arasında bir yaxınlıq hiss etmişəm. Bəli, o, ciddi və təmkinli adam idi. Amma o ciddiliyin arxasında isti bir ürək sahibinin... | ANL |
ORALARDA KİMLƏR VAR: FİRİDUN RÜSTƏMLİ. Firidun Rüstəmli kimdir : Firidun Rüstəmli Ermənistanın Vedi rayonunun Avşar kəndində anadan olmuşdur.Körpəlikdən el mahnıları ilə böyümüşdür. Firidungilin ailəsi 1951-ci ildə Azərbaycanın Ağcabədi rayonuna köçürülmüşdür.1959-cu ildə orta məktəbi bitirdikdən sonra ADU-nin filologi... | ANL |
Liderlik zirvəsi: Siyasətin Sosial Psixologiyası. PSİXOLOGİYA ELMLƏRİ NAMİZƏDİ İLHAM MİRZƏYEVİN NÖVBƏTİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB. İlham Əlikram oğlu Mirzəyev Azərbaycan tamaşaçısına və oxucusuna yaxşı tanışdır. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. İlham Mirzəyev 2006-cı ilin de... | ANL |
Lahıcda Qarabağ şikəstəsi. Eşitdim Ağdamdan təzəcə qaçqın düşmüş yaxın qohumum Qurban (Ağdamda ona misgər Qurban deyirdilər) böyük oğlu Eyvaza toy eləyir. Nə yaxşı ki, dünyanın hələ eycahan vədələrində Lahıcda yalnız xarabalıqları qalmış ata-baba yurdlarında bir dam qaralaya bilmişdilər. Yaydan-yaya gəlib dincəlirdilər... | ANL |
Deyirəm, bu fikri dünyada ən güclü dualardan biri hesab etmək olar: “Allah, ağlımızı əlimizdən almasın”. Əgər ağıl əldən gedibsə hər şeyi itirmisən. Əslində yazı qarmaqarışıq dünyada öz məhvərindən çıxmayan, ağlını azmayan, öz milli mənəvi xəzinəsinə hörmət və qayğıyla yanaşan insanlar üçün nəzərdə tutulub. (Bu adamlar... | ANL |
Sovet dövlətinin qadağan etdiyi Azərbaycan mətbuat orqanları. Ədəbi-ictimai və siyasi bir məcmuə olan “Yeni Qafqazya”nın ilk sayının başlanğıcında bu cümləyə rast gəlmək mümkündür: “Məsləkimizə müvafiq yazılar, məmnuniyyətlə qəbul və nəşr olunur”. Məcmuənin ilk sayında M. Ə. Rəsulzadənin “Atəşçalan Prometey” (Proqram m... | ANL |
Hamımız bir axında. Klassiklərdən biri yaxın dostuna yazırdı ki, sən hər gün mənim yanımdan ötürsən. O da cavabında dostuna irad tuturdu ki, əgər sən məni belə yaxından görürsənsə, bəs niyə Allahın bir salamını da vermirsən? Onun gah bu sahilə, gah da o sahilə çırpılan suları sənə asan gəlməsin. Biz nəhəng dalğalar qoy... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. (Əvvəli ötən şənbə saylarımızda). Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kəna... | ANL |
Azərbaycan aliminin Avropada növbəti uğuru. Müasir ədəbiyyat başlanğıcını miflərdən və əsatirlərdən götürüb. Hətta ən son ədəbiyyat nümunələrinin bəzilərində folklorun izlərinə rast gəlmək mümkündür. Tarixin müəyyən məqamlarında bu miflər millətlər arasında münasibətlərin yaxınlaşmasına xidmət etsə də, bəzən ortaya çıx... | ANL |
(Elçinin dram və komediyalar toplusunun mütaliəsinin təsirindən yaranan düşüncələr). 90-cı illərin əvvəllərində hadisəyə çevrilən nəsr nümunələrinin, ciddi fəlsəfi-psixoloji romanların müəllifi, elmi monoqrafiyaların yaradıcısı, Azərbaycan xalq yazıçısı Elçin pyeslər yazmağa başladı. Özü də sadəcə pyeslər yox, düşündür... | ANL |
Sovet dövrünün heykəlləri. (Etibar Babayevin “Yalana heykəl” kitabı haqqında). Ənənəvi dəyərlərin (əxlaq, din, hüquq və s.) artıq işə yaramadığını və sosiomədəni inkişafın yeni istiqamətlərini (dünya inqilabı, kommunist cəmiyyəti, bərabərlik və qardaşlıq) bəyan edən sovet cəmiyyəti üçün sənət hansı rolu oynayırdı, Bu h... | ANL |
İran musiqiçiləri Bakıda konsert veriblər. Beynəlxalq Muğam Mərkəzində İran müğənnisi Mohtabadın və “Rudaki” musiqi qrupunun konserti olub. Tədbirdə İranın Azərbaycandakı səfiri Məmmədbaqir Bəhrami və Bakıda səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyni çıx... | ANL |
Bəstəkar İsmayıl Hacıyevin 60 illiyi qeyd olunub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar və dirijor İsmayıl Hacıyevin 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbir bəstəkarın anası, xalq artisti, görkəmli rəqqasə Əminə Dilbazinin xatirəsinə ithaf edilib. ... | ANL |
Şeyx Şamil şəxsiyyətinə və mübarizəsinə örnək münasibət. Naxçıvan şəhərinin mərkəzində Qafqazda analoqu olmayan Heydər Əliyev Muzeyi yerləşir. Bu muzeydə olan zəngin kitabxana həmişə üz tutduğumuz mənəvi xəzinədir. Çünki tarixin bir çox qaranlıq məsələlərini dərindən öyrənmək, təhlil etmək, araşdırmaq və sistemləşdirmə... | ANL |
Tolerantlıq – İslamın önəmli prinsipi kimi. Qloballaşma ikiqütblü dünyamızı birqütblü kənd halına gətirdi. Bu kənddə yaşayan əhali də fərqli fikirli, müxtəlif mədəniyyətli insanlardır. Belə yerdə yaşayanlar üçün “başqaları” olaraq ifadə edilənlərin özünüifadə formalarına hörmətlə yanaşmaları zərurəti yaranır. Bu ehtiya... | ANL |
Daşkəsən ərazisində qədim alban məbədi aşkarlanıb. Daşkəsənin Çovdar kəndindən 3 kilometr aralıda, meşəlik ərazidə qədim Alban məbədi aşkar edilib. Divar qalıqlarından belə məlum olur ki, IV-V əsrlərə aid olan bu abidənin ətrafında köməkçi təsərrüfat tikililəri də varmış. Rayon mədəniyyət və turizm şöbəsinin yaydığı mə... | ANL |
Çünki onun dərsləri o qədər maraqlı keçirdi ki... Dərsin ən darıxdırıcı məqamında elə bir ifadə işlədərdi ki, hamının yorğunluğu çıxar, yuxusu qaçardı. Tələbə yoldaşlarımızla xatirələr danışanda, ən çox onun dərsləri ilə bağlı xatirələr düşür yadımıza, həm də ən şən xatirələr. Bir dəfə yenə onun dərslərindən birində qo... | ANL |
Təbii bulaqlar muzeyi – Naxçıvan. 5,3 min kvadrat kilometr ərazisi olan Naxçıvan torpağı ölkə ərazisinin cəmi 6,4 faizini təşkil etsə də, iqlim və relyefi, flora və faunası, Yerin təkindəki təbii sərvətləri ilə zəngindir. İqlimi quru və kontinental, relyefi əsasən dağlıq və dağ ətəyi ərazidən ibarət bu diyarın flora və... | ANL |
Dünya şöhrətli elm fədaisi. Bəzən insanları dağlara bənzədirəm. Bəmbəyaz saçlarını zirvəsindəki qarla, əmək, elm və həyat fəaliyyətini yamaclardakı meşələr, çaylarla, zaman-zaman yetişdirdiyi elm adamlarını isə qol-budaq atmış ağaclarla müqayisə edirəm. İnsanlarla dağlar arasında bircə fərq görmüşəm. Ulu dağlar illərlə... | ANL |
Yolayrıcında qaçış. Tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxanın) yeni “Yolayrıcında qaçış” romanı tamamlanıb və bütöv nəşri “Azərbaycan” dərgisinin sentyabr sayı üçün nəzərdə tutulub. İndilikdə isə əsərdən bəzi parçaları oxuculara təqdim edirik. “Çaşmış insanlar haqqında çaşqın bir roman” kimi dəyərləndirilən əsə... | ANL |
ORALARDA KİMLƏR VAR: ÜSTÜN İNANC. ÇARŞAB HAQQINDA KİTABI MARKSİSTLƏR YAZA BİLƏRDİ. Çarşab(başörtüsü) məsələsini bu cəmiyyətdə yaradılmış bir dram olduğunu söyləyən məşhur türk rejissoru,ssenariçi və ağabəyim Üstün İnanc : “Sənətçi sahib çıxar. Yəni yazar. Yazmadılar.Biz bir iş görmək istəyəndə bizi söydülər.Gərəksiz şe... | ANL |
Məni sevənlərdən ötrü... Bir dəfə BSU-da yaradıcılıq dərslərindən birində poeziya haqqında çox maraqlı və qızğın söhbət gedirdi. Və birdən mənə qarşı gözlənilməz, ittihamvari bir fikir səsləndi. Ən maraqlısı isə bu fikri söyləyən mənim parta yoldaşım idi. Söhbət mənim bir neçə ay əvvəl “Kredo” qəzetində şair Ramiz Rövş... | ANL |
Millətə ekrandan vurulan zərbə. Bu tərifli sözləri tam səmimiyyətimlə yazıram, ona görə yox ki, kimlərinsə xoşuna gəlsin, ona görə ki, qəzet yaranandan indiyə kimi nə yazarlardan, nə qəzetçilərdən, nə də oxuculardan “525-ci qəzet” haqqında heç bir mənfi fikir söyləndiyini eşitməmişəm. Bir də ki,qeyri-səmimi olmağa heç ... | ANL |
Sovet dövlətinin qadağan etdiyi Azərbaycan mətbuat orqanları. “İstiqlal” qəzetinin nəşri. Milli Azərbaycan istiqlal mübarizəsini təbliğ edən, siyasi qəzet olan “İstiqlal” qəzeti 10 gündən bir nəşr edilirdi. Qəzetin ilk sayında M. Ə. Rəsulzadənin “Kəsilməyən səs” məqaləsi çap olunur: “Mətbuatımıza təqdim olunan bu ... | ANL |
HƏRBİ XİDMƏTDƏN YENİCƏ QAYITMIŞ YAZIÇI ELXAN QARAQANLA II QİSMƏTİN SÖHBƏTİ. Bu şəhərdə çox az adam var ki, onunla söhbətdən, ünsiyyətdən yorulmursan, yoxluğunda darıxırsan. Elxan hərbi xidmətdə olanda evə dönmək üçün necə gün sayırdısa, mən də eyni həsrətlə onun geri dönəcəyi və bizim şəhərdə qaraladığımız hansısa saki... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b... | ANL |
Hörmətli Nizami müəllim! Mən keçən əsrin 80-ci illərinin sonlarından mətbuatda sizin müxtəlif mövzuda çap olunmuş məqalələrinizi maraqla oxumuşam. Sonralar sizinlə şəxsi tanışlığımız mənim sizin haqqınızda təsəvvürlərimi daha da genişləndirdi. Sizin simanızda filologiya elmimizə, ümumiyyətlə ədəbi-ictimai mühitimizə is... | ANL |
Türkiyədə Elçinin daha bir kitabı nəşr olundu. Bu gün Türkiyədə ən çox çap edilən müasir dünya yazıçılarından biri xalq yazıçısı Elçindir. Onun roman, povest və hekayələri qardaş ölkədə müxtəlif tərcümələrdə dəfələrlə nəşr edilib, pyesləri Ankara, İstanbul, Konya, Ərzurum teatrlarında böyük müvəffəqiyyətlə tamaşaya qoy... | ANL |
Erməni yalanına daha bir zərbə. Moskvada “Flint” nəşriyyatı tərəfindən tanınmış Azərbaycan jurnalisti, “İrs-Nasledie” beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlının “Erməniçilik. Rusiya.Qafqaz” adlı kitabı işıq üzü görüb. Musa Mərcanlının oxucuların mühakiməsinə təqdim etdiyi bu elmi-tarixi nəşrdə ermənilərin Rus... | ANL |
YUNUS İMRƏ. Timuçin Əfəndiyevin həyat və yaradıcılığı haqqında düşünəndə gözümüzün önündə ilkin olaraq uzun bir YOL obrazı yaranır. İnsanların yaranışından qədəm basdığı ulu yollardan biri onu “MƏDƏNİYYƏT” adlanan nəhəng bir məkana gətirib çıxartdı. Mədəniyyət məkanının da öz yolları olduğu üçün öz qaydaları, öz mütləq... | ANL |
Xalq şairi Fikrət Qocanın yubileyi Filarmoniyada qeyd olunub. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq şairi Fikrət Qocanın 75 illiyinə həsr olunan ədəbi-bədii gecə keçirilib. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli nazir Əbül... | ANL |
Hədəfdə yenə ANARdır. Həmişə belədir. Anar susur – tənqid edirlər, danışır- tənqid edirlər, mövqeyini bildirir – qınayırlar. Çünki ziyalı, yazıçı fikri ümummilli, siyasətçi fikri – fərdidir. Javan həmkarım Taleh Şahsuvarlı doğru buyurur: Anar hər suala yazıçı kimi javab verdi. (Söhbət “Azadlıq” radiosuna müsahibədən ge... | ANL |
Yeniyetmələr üçün “Həyat bacarıqları” proqramı təqdim olunub. Dünən Bakıda Uşaqların Xilası Təşkilatı (Save the Children) və “Ümidli gələcək” təşkilatının birgə təşəbbüsü ilə yeniyetmələr üçün “Həyat bacarıqları” proqramının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən uşaqların Xilası Təşkilatının Azərbaycan üzrə ... | ANL |
Qəhrəmanlığın daha bir ünvanı. Artıq xeyli vaxtdır ki, internetdə www.ibadhuseynov.net ünvanlı bir sayt öz yerini tutub. Saytda qəhrəman döyüşçü, Xocavənd rayonunun Muğanlı kəndində dünyaya göz açmış, Qarabağ müharibəsində kəşfiyyat bölüyünün komandiri olmuş, döyüşlərdə erməni qəsbkarlarının canına qorxu salmış “Azərba... | ANL |
Fərhad Bədəlbəyli Londonda konsert verib. Xalq artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyli Londonun “Cadogan Hall” salonunda konsert proqramı ilə çıxış edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konsertdə Sergey Raxmaninov və bir sıra digər görkəmli bəstəkarların əsərləri səslənd... | ANL |
Türkoloq alim Yunus Oğuzun Azərbaycanın böyük hökmdarı Nadir şah Avşarın həyat və fəaliyyətindən bəhs edən “Nadir şah” tarixi romanı Londonda ingilis dilində çap olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əsəri ingilis dilinə Sevil Gültən tərcümə edib. Romanın ingilis versiyası... | ANL |
Hörmətli Yunus Oğuz! Sizi – istedadlı yazıçını 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Siz əbədi fəaliyyətə ötən əsrin səksəninci illərində başlamısınız. İlk qələm təcrübələriniz mətbuatda işıq üzü görüb. “Nadir şah” romanınız Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb. Roman... | ANL |
Tarix işığında görünən gələcəyimiz. Zaman yerində dayanıb duran və kiməsə güzəştə gedən deyil. Ancaq Yunus mənim fikrimdə həmişə qayğısını, dərdini içində gizlədərək toplum arasına xoş ovqatla çıxmağı bacaran, istiqanlı, üzündəki saflıq və səmimiyyəti itirməmiş gənc, işıqlı bir oğlandır. Bununla belə, illər ərzində Yun... | ANL |
Yolayrıcında qaçış. Tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxanın) yeni “Yolayrıcında qaçış” romanı tamamlanıb və bütöv nəşri “Azərbaycan” dərgisinin sentyabr sayı üçün nəzərdə tutulub. İndilikdə isə əsərdən bəzi parçaları oxuculara təqdim edirik. “Çaşmış insanlar haqqında çaşqın bir roman” kimi dəyərləndirilən əsə... | ANL |
SƏNİN ANAN BİR ŞEYTANDI, YAVRUM. LİONEL ŞRİVER KİMDİR? Lionel Şriver İngiltərədə yaşayan Amerikalı bir yazar. “KEVİN HAQQINDA DANIŞMALIYIQ” adında bir kitab yazaraq ortalığı qarışdırmışdır neçə illər öncəsi.Çünki çocuğunu sevməyən bir ananın romanıydı bu. Romanı ABŞ və İngiltərədə bir çox nəşriyyatlar çap etməyi rədd e... | ANL |
Sevgini yaşayan və yazan şair. Qoy çəkilsin göy üzünə bu sevgi. onun yeri mələklərin sinəsi. Bu misraların müəllifi sevgini yaşayan və yazan şair Əbülfət Mədətoğludur. Ə. Mədətoğlu yaradıcılığına yenidən qayıdışım onun yazı üslubuna, yaradıcılıq manerasına, ideya rəngarəngliyinə və bu rəngarənglikdən doğan vəhdətə heyr... | ANL |
İstiqlal aşiqi. Mətbuat günü ərəfəsində nədənsə tez-tez tələbəlik illərini, müəllimlərimi xatırlayıram. Ani də olsa o illərə qayıdıram. Etiraf edim ki, bu gün mətbuatda çalışdığıma görə hörmətli müəllimim, professor Şirməmməd Hüseynova minnətdaram. Düz 40 il əvvəl universitetin jurnalistika fakültəsinə sənəd vermək ist... | ANL |
Lakin Rəşid İsmayıl oğlu həmişə yaşayan şəxsiyyətlərdəndir. Onu öz nəcib əməlləri yaşadacaq, minlərlə adamlara etdiyi xeyirxahlıqlar yaşadacaq. Millətimizə və tariximizə göstərdiyi xidmətləri yaşadacaq. Onu layiqli övladı Bəhruz, gözəl nəvələri Rəşid və Rüstəm, etibarlı qohumları yaşadacaq. Katibə makinada nəsə yazırdı... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b... | ANL |
Müdriklik zirvəsindən süzülüb gələn hikmətlər. Bəşəriyyət tarixini onun içərisindən çıxmış on minlərlə, bəlkə də milyonlarla müdrik adamlar zinətləndirmiş, zənginləşdirmiş, onun tərəqqisinin, çiçəklənməsinin səbəbkarı olmuşlar. Belə adamların rəngarəngliyi isə bu tarixin bərbəzəyinə çevrilmişdir. Bunların içərisində mü... | ANL |
Hər yerdə seçilənlər. Qazi dostlarımdan birinin toyunda daha çox bələd olduğumu zənn etdiyim Qarabağ Qazilərinin oynamaları, rəqsləri məni dəhşətə gətirdi. Bir görəydiniz, necə rəqs edirdilər, “tək qıçı üstündə oynayan oğlanlar”. O gecə unudulmuşdu o biri qıçın yoxluğu. Bayaqdan onların ümumi davranışını görəndə baş qa... | ANL |
Çəkildiyi və çəkdiyi filmlər Azərbaycan mədəniyyətinin minillik yaddaşına əbədi həkk olunub. Çünki çəkildiyi və çəkdiyi ekran əsərlərində o, yalnız və yalnız özünü yaradıb, özünü oynayıb. Elə bu özünəoxşarlıq da onu hamıdan fərqləndirib. Amma mən təəssüf ki, bu gün o qədər də üzdə olmayan “Pirverdinin xoruzu” filmini o... | ANL |
İstərdim ki, mətbuatda təmiz mühit yaransın”. İRADƏ TUNCAY: “ARXA PLAN OLMADAN İNSANLARIN SƏMİMİYYƏTİNİ GÖRMƏK İSTƏYİRƏM”. Azərbaycanın ilk müstəqil nəşrlərindən olan “Ədalət” qəzetinin mətbuat tariximizdə öz danılmaz yeri var. Bu gün Azərbaycan mətbuatının durumunu nəzərə alsaq, gündəlik qəzet çapının heç də asan başa... | ANL |
Vasif Adıgözəlov irsi: Azərbaycanın milli-mədəni sərvəti kimi. Sənətkarın şəxsiyyəti sənətin mənbəyidir. Sənət əsəri sənətkarın şəxsiyyətindən, Allah vergisi olan istedadın sayəsində doğulur. Əlbəttə, mövzunu həyat verir. Həyat həqiqəti sənətkar şəxsiyyətindən, onun qəlbindən və zehnindən, tamamən mənəvi dünyasından ke... | ANL |
Azərbaycan kinematoqrafları” təqdim olunub. Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafları” adlı kitabının təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kitab Film Fondunun dəstəyi ilə çap olunub. Təqdimat mərasimi... | ANL |
“Dostuma məktub” təhvil verilib. “Qarabağ qəhrəmanları” silsiləsindən ilk film olan “Dostuma məktub” artıq hazırdır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhvil verilən film Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunova həsr olunub. Cəsur döyüşçünün qəhrəmanlığından bəhs ... | ANL |
Həmişə Söz Bazarlığında! SAZLI-SÖZLÜ BİR GÖRÜŞÜN TƏƏSSÜRATLARI. Günlərin bir günündə “dəlibaş” şair dostumuz Anar Amin zəng elədi. Telefonun yaşıl düyməsini basıb Anarın səsi üçün qulağıma yol açmağıma peşman oldum. “Alo” deməyə macal tapmamış Anar salam-kəlamsız qışqıra-qışqıra şeir oxumağa başladı: Nə kamanım mənim, ... | ANL |
ƏBİLİNİN TÜTƏYİ. İstidən nəfəs almaq olmurdu. Belə bir vaxtda Əbili bir manat əlli qəpik verərək Qəzənfərin mini marketindən (nədənsə təzə əmələ gələnlər dükana market deməyi çox xoşlayırlar) aldığı arağı düt deyincə vurandan sonra kəndin ortasına çıxmışdı. Dodağının altında da “siz ey ilk eşqimin şahidi dağlar”ı zümzü... | ANL |
Elxan Qaraqanın “A” romanı, yeni nəsil yazarlar və ümumən son dövr ədəbiyyatımız haqqında qeydlər. Amma nə olsun ki, XIX əsrin məşhur fransız şairi A.Rembo da sonetlərindən birinə “Saitlər” adı verib, yaxud İsveçrənin çağdaş avanqard bəstəkarlarından biri J.L.Darbelenin də əsərlərindən biri “A” adlanır, və yaxud ən yen... | ANL |
XALQ ŞAİRİ FİKRƏT QOCANIN 75 İLLİK YUBİLEYİNƏ. “Qurani-Kərim”də insanlara üç kitabı oxumaq vacib buyurulur; bunlardan birincisi Allah, ikincisi Kainat, üçüncüsü isə İnsan Kitabıdır. Deməli, insan da qutsal bir kitabdır və bu kitabın Allah kitabıyla bir mərtəbədə tutulması xaliqin insan siyasətinin aliliyinə-xəlqinə sev... | ANL |
Əsrin dahisi, sənətin fədaisi. S.Bəhlulzadə Azərbaycan incəsənət tarixində öz yerini qazanmış fövqəladə yaradıcılıq qabiliyyətinə malik şəxsiyyətlərdəndir. Onun əsərləri özündə milli və bəşəri ənənələrin bütöv şəkildə təcəssüm olunması ilə seçilir. Ötən əsrin ortalarından musiqi sahəsində Qara Qarayev, rejissorluq sahə... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b... | ANL |
1 avqust Azərbaycan dili və əlifbası günüdür. Professor Nizami Cəfərovun portret cizgiləri və filoloji araşdırmaları haqqında qeydlər. Bu gün Azərbaycan dili, dil tarixi, dildə gedən proseslər, türkologiya və ədəbiyyatşünaslıq, ümumiyyətlə, filoloji düşüncədən və bu düşüncənin daşıyıcılarından söz düşəndə yalnız iki-üç... | ANL |
Azərbaycan mətbuatı: şərəfli keçmiş, işıqlı gələcək. Bünövrəsi 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzetinin nəşri ilə qoyulan milli Azərbaycan mətbuatının keçdiyi tarixi yol xalqımızın keçdiyi tarixi yoldur. Məhz buna görədir ki, bütün Azərbaycan xalqı və ictimaiyyəti Azərbaycan milli mətbuatının 135 illiyini çox böyük ... | ANL |
UNUTMAĞA KİMSƏ YOX... Əvvəl Həmən axşam göy üzü təmtəraqlı teatr pərdəsi kimiydi. Cürbəcür rəngləri vardı bu pərdənin; qırmızısı yaşılına, qızılısı lacivərdinə, sarısı qarasına qarışmışdı. Rəngli pərdənin üzünə bir qədər sonra ulduza dönüb bəyaz tozcuqlar hopacaqdı: bir yerdə topa-topa, başqa yerdə dənə-dənə... Qaranlı... | ANL |
“Azərbaycan”ın növbəti sayı işıq üzü görüb. Bugünlərdə “Azərbaycan” ədəbi-bədii jurnalının yeni sayı çapdan çıxıb. “Poeziya” bölməsində şairlərdən Avdı Qoşqar, Əlizadə Nuri, Ramiz Kərəm, Gülnarə Cəmaləddin, Sədaqət Kərimova, Fəridə Hacıyeva, Rəhman İltifat, Osman Fərmanoğlu, Nurəddin Mənsur, Sadiq Qaranın şeirləri veri... | ANL |
“Amerikalı kürəkən” Musiqili Komediya Teatrının səhnəsində. Dövlət Musiqili Komediya Teatrının 100-cü mövsümü çərçivəsində daha bir tamaşa teatrsevərlərə təqdim olunub. “Amerikalı kürəkən” adlı ikihissəli musiqili komediyanın liberettosu yazıçı Marat Haqverdiyev, musiqisi xalq artisti, professor Ramiz Mirişliyə məxsusd... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.