text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Müstəqillik illəri publisistikamızda Natəvan Dəmirçioğlu imzası. Müstəqillik illəri ədəbi prosesin aparıcı janrlarından hesab olunan publisistikamızın inkişafında öz xüsusi dəsti - xətti ilə seçilən imzalardan biri də Natəvan Dəmirçioğludur. Müstəqilliyimizin ilk illərindən başlayaraq N. Dəmirçioğlunun publisistikası a... | ANL |
Təkcə səni sevərik. Qısqanmadan heç kəsə. Təkcə sənin qoynuna. Uçarıq birnəfəsə. Təkcə sən arxamızda. Dönərsən qar lı dağa. Təkcə sənin haqqın var, Bizləri ağlatmağa. Təkcə sən büdrəyəndə. Olub kədərə qənim. Vətənim mənim. Oturub dərdləşək biz. Qəlbimizi boşaldıb, Anaq, başa düşək biz. Bunumu gözləyirdin, Böyüyüb ucalı... | ANL |
DÜŞÜNCƏLƏR. Ruzigar fələyin çərxin döndərib, ruzigar da qərib, fələk də qərib. Tanrı göy üzündən bir daş göndərib, bəlkə başımızı verək altına. Dünyanın ləzzətin gözlə götürdük, təsbeh muncuğutək günlər ötürdük, ömürə bənzəyən bir şey itirdik, nə qaldı könüldə, bükək altuna. Bilmirəm sinəmdə ürəkdi, nədi, köksümdə döyü... | ANL |
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. (Əvvəli ötən şənbə saylarımızda). Gizli əlavə isə Şərqi Avropada iki ölkənin maraq dairələrini müəyyən edirdi. Narva və Visla çaylarından şərqdə olan ərazilər Sovet təsir sferası, bu xətdən qərbə tərəf olan ərazilər isə Almaniyanın maraqlarının sferası elan olundu. Molot... | ANL |
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş,... | ANL |
Sındı sədəfli saz... Aşıq Ədalət ağır, sağalmaz, çarəsiz xəstəliyə düşmüşdü. Sentyabr ayının on üçündə, günəşin qürub çağında bir xeyli ziyalı, Ədalətin görüşünə getdik. Qarayanız Ədalətin rəngi ağarmış, solmuş, saralmışdı. Alıcı gözləri çuxura düşmüşdü. Gəlişimizə sevindi, pərişan çöhrəsinə təbəssüm qatıldı. Ürək-dirə... | ANL |
Aşıq Ədalətə vida və ya Saz əmanəti. Ta uşaqlığımdan bu kəlmələr yaddaşıma həkk olunub: Aşıqlar Haqq adamıdırlar, onlara Allah tərəfindən vergi - buta verilib. Yəni aşıqlar yalnız saz çalmaqla yetinmir, həm də insanın bilavasitə ruhuna, düşüncəsinə təsir edə, hətta onun gələcəyindən xəbər verə, insanı bütün pisliklərdə... | ANL |
Aqşin Babayev: “Nazim Hikmətdən söz açmaq mənim üçün həmişə bəxtiyarlıqdır”. Filologiya elmləri doktoru, professor Aqşin Babayevlə müsahibə. - Aqşin müəllim, “Nazim Hikmət və Azərbaycan” kitabınızı mağazalarda tapa bilmədim. Bildiyimə görə, ikinci nəşri də satılıb qurtarıb. Kitabınızı Bəyazid Dövlət Kitabxanasında oxud... | ANL |
Bakı uğrunda savaş - General Denstervillin gündəliklərindən. Rusiya imperiyasının süqutundan sonra, xüsusən də 1918-ci ildə Bakı uğrunda mübarizə özünün pik həddinə çatmışdı. “Qırmızı” və “ağ” ruslar, ingilislər, almanlar Bakıya, daha doğrusu, Bakı neftinə sahiblik uğrunda ölüm-dirim savaşına qalxmışdılar. Öz məkrli ma... | ANL |
Ziyalı fədakarlığına nümunə. Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında görkəmli yeri olan filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin çoxillik və çoxcəhətli fəaliyyətini səciyyələndirən əsas prinsiplər yüksək vətəndaşlıq mövqeyi ilə universal düşüncənin və professionallığın vəhdətindən ibarətdi... | ANL |
Üzeyir bəyin qəribə taleyi. "Səhər-səhər" rubrikasında. “Keçən keçdi, olan oldu” anılar, düşüncələr romanından parça. “Koroğlu” operasının böyük uğuru və özəlliklə də Stalinin bu operanı bəyənməsi bundan sonrakı illərdə bəstəkarın ictimai mövqeyini xeyli möhkəmləndirdi. Amma rəsmi təqdir zirvəsinə qədər Üzeyir bəyin ba... | ANL |
Axı qəzetin də yaşaması, formalaşması, populyarlaşması az vaxt aparmır. Hər sənət, hər vəzifə peşəkarlıq tələb edir, qəzet isə xüsusilə! Baş redaktorun peşəkarlığı ilə yanaşı, şəxsiyyəti də önəmlidir - baş redaktor şəxsiyyəti! Fikrimzcə, “525-ci qəzet”in qısa zamanda formalaşmasında, media məkanında öz “dəsti-xəttini” ... | ANL |
“525-ci qəzet” ədəbi-elmi həqiqətə özəl konseptual baxışın sərgilənməsinə yeni məcrada rəvac verən mətbuat orqanıdır. Bunu deyərkən biz insanın bədii estetik dərkinə tamamilə hesablanan başlıca keyfiyyətlərin qlobal təhlilinə zəmin yaradılmasını nəzərdə tuturuq. Məsələn, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik... | ANL |
Bu gün ölkənin 250-yə yaxın mədəniyyət ocağında - kinoteatrlarda, Heydər Əliyev mərkəzlərində, klublarda kino mövsümü açıq elan olunur. Hər gün bir neçə seans film nümayişi nəzərdə tutulub. Bu da son illərdə çəkilən filmlərdən xəbərsiz tamaşaçı üçün bir şansdır. Məqsəd də elə yeni filmlərə baxmayan, xüsusən son on ildə... | ANL |
İlk anadilli qəzəlimiz. XIII-XIV əsrlərdə yaşayıb yaratmış Azərbaycan şairi İzzəddin Həsənoğlunun "Apardı könlümü..." qəzəli hələlik əlimizdə olan ilk anadilli qəzəl nümunəsi kimi zəngin formal-poetik xüsusiyyətlərə malik olsa da, onun özündə hansı poetik əlamətləri, vəzn xüsusiyyətlərini ehtiva etdiyi kifayət qədər iz... | ANL |
Qədrşünas tədqiqatçının qiymətli əsəri. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, şair-publisist Elxan Yurdoğlu-Məmmədovun "Eynəli bəy Sultanov və folklor" monoqrafiyası Naxçıvanda "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyin... | ANL |
XVII əsr Səfəvilər tarixinə dair anadilli diplomatik sənəd: Qəsri-Şirin sülh müqaviləsi. İmadüddövlə Mirzə Məhəmməd Tahir Vəhid Qəzvini XVII əsrin görkəmli dövlət xadimi, tarixçisi və şairi olub. O, həmin əsrin əvvəllərindən sonuna qədər doxsan beş ilə yaxın ömür sürüb, beş Səfəvi şahının hakimiyyəti dövründə hökümət i... | ANL |
Telefon zəngləri. Respublikamızın Əməkdar artisti, rejissor Mərdan Feyzullayevi düşünərkən. Bu, təxminən, yarım il bundan əvvəlin söhbətidir. Bilmirəm gecənin nə vaxtı idi. Mobil telefonum zəng çaldı. Ala-sərsəm oyandım. Gecənin qaranlığında telefonumu götürdüm. Danışan Moskva "Dərviş" Azərbaycan teatrının təsisçisi və... | ANL |
Görkəmli alimin böyük töhfəsi. PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN "HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI" KİTABI BARƏDƏ DÜŞÜNCƏLƏR. Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev görkəmli ədəbiyyatşünas, dilşünas, folklor bilicisi və tərcüməçi kimi vətənimizin sərhədlərindən uzaqlarda da tanınan, dəyərləndirilən alimləri... | ANL |
"Kərkük sevdalısı Qəzənfər Paşayev" təqdim olundu. Sentyabrın 16-da Atatürk Mərkəzində görkəmli alim, professor Qəzənfər Paşayevin 80 illik yubileyi münasibəti ilə Kərkükdə, Füzuli mətbəəsində işıq üzü görmüş "Kərkük sevdalısı Qəzənfər Paşayev" kitabının təqdimat mərasimi keçirilib. "Avrasiya Beynəlxalq Araşdırmalar İn... | ANL |
Milli Musiqi Günü təntənələri. Dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü - 18 sentyabr, hər il olduğu kimi, bu il də ölkəmizdə Milli Musiqi Günü kimi geniş və təntənəli şəkildə qeyd edilib. Bu münasibətlə dünən ölkənin tanın... | ANL |
İnqilab sonrasının musiqi diskussiyası: ənənə və novatorluq problemi. Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ilk illərində böyük bəstəkarlar Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və onların ardıcılları musiqi ictimaiyyətimizin qarşısında duran məsələləri düzgün başa düşən xadimlərdən olmuşlar. Keçmişin hansı ənənələr... | ANL |
"Buynuz" bayatılarında Buynuz fəlsəfəsinin dərki. ŞAİR FƏXRƏDDİN TEYYUBUN "BUYNUZ BAYATILAR"I HAQQINDA QEYDLƏR. Tanınmış şair, əziz dostum Fəxrəddin Teyyub görkəmli şairimiz Musa Yaqubun yaradıcılığını çox sevir, nə vaxt görüşsək, hökmən Musa Yaqubdan nəsə ("nəsə" çox sevdiyim sözdü, onun içində çox gizli mətləblər var... | ANL |
Elşad Ərşadoğlunun poetik dünyası. Tələbəlik illərimizi eyni qrupda paylaşdığımız Elşad Ərşadoğlu "taleyinin iş vaxtında" yeni bir kələfin ucunu açmağa çalışıb. Üçüncü minillikdə çap olunan "Yarsan mənim ürəyimi", "Kələfin ucu"nu tapmağa yardım edir. İkinci kitabı olan "Kələfin ucu"nun özəlliklərini elə yazarın öz sözl... | ANL |
ARİRANQ... Azərbaycanın qəlbini coşdur! Sentyabrın 17-də Heydər Əliyev Sarayında Koreya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyinə həsr olunmuş mədəniyyət tədbiri keçirildi. Koreya Respublikasının Azərbaycandakı səfirliyinin və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi ... | ANL |
Azərbaycan dilçiliyinin şah əsəri Azərbaycan dilində. Böyük dilçi və şərqşünas alim Mirzə Kazımbəyin bütün dünyada məşhur olan "Türk-tatar dilinin qrammatikası" əsəri bugünlərdə Azərbaycan dilində geniş şərhlərlə çap olunub. Azərbaycan dilçiliyinin və ümumən türkologiyanın şah əsərini müəllifin ana dilinə professor İdr... | ANL |
Qəzənfər Paşayevin yubileyi AMEA-da qeyd olundu. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (AMEA MEK) görkəmli ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Qəzənfər Paşayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə millət vəkilləri, ziyalılar, ədəbiyyatşünaslar, AMEA... | ANL |
Görkəmli alimin böyük töhfəsi. PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN "HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI" KİTABI BARƏDƏ DÜŞÜNCƏLƏR. "Hüseyn Kürdoğlunun poetik dünyası" kitabına ön söz yazmış akademik İsa Həbibbəyli tədqiqatın orijinal üslubda yazılmasını və özünəməxsus struktura malik olmasını ayrıca vurğulayaraq aşağıdakıları q... | ANL |
Unudulmaz Türküstan görüşləri. Sentyabrın 12-dən 14-dək Qazaxıstanın Türküstan şəhərində Avrasiya Yazarlar Birliyi tərəfindən "VIII Türk dünyası ədəbiyyat dərgiləri konqresi" keçirildi. 11 türkdilli ölkə və topluluqdan 34 ədəbiyyat jurnallarının nümayəndələrinin qatıldığı konqresdə Azərbaycanı "Ulduz" jurnalının baş re... | ANL |
Evinin pərvanəsi, yaxud qismətinə dodağında gülüş, gözlərində kədər yaşatmaq yazılan şair... AÇILIB UZANAN HƏR SAP DÜZÜMÜ ÖMÜR DEYİLMİŞ, DEMƏK Kİ... Əziz oxucum, gəlişigözəl sözlər demək, çəkicilik xatirinə yazmadım bu başlığı... Bu başlıq azad ruhunu, mərdanə xarakterini, fərqliliyini çox sevdiyim, hər yerdə və hər mə... | ANL |
Təsisçisi olduğum, Ağa Musa Nağıyev adına "Milli Dəyərlərin Qorunması" təşkilatının ilk tədbirini kövrək qəlbli Nurəngiz Günə həsr etdiyimdən bu gün də qürur duyuram. O zaman onun dərin məna daşıyan gözlərindən nələr oxumadım... Nurəngiz Gün əsli nəcabəti olan bir nəslin ocağında dünyaya göz açıb. Ana babası ziyalı, dö... | ANL |
allahım. Yanğımı söndürməyə o bulağa gedirəm, Qarabağa gedirəm! Şuşadan at sallayıb düz Ağdama gələrdim, Cıdırından baxanda Laçınımı görərdim, Hər yan vətən torpağı, mən hər yana gedərdim, O dövrana qayıdıb, mən o çağa gedirəm, Qarabağa gedirəm! Öz yurduma, yuvama, ocağıma gedirəm, Mənə gəl-gəl söyləyən bir torpağa ged... | ANL |
Mübarək. Cocuq Mərcanlıya. Gözün aydın ulu məskən, Yanar çırağın mübarək! Su gələn arx boş qalmazmış. Gur axan suyun mübarək! Mərcanlıda çocuq səsi. Quzuların mələşməsi. Heyran eləyir hər kəsi. Bayramın, toyun mübarək! Gündəmdədir, düşmür adın. Ramazanı qarşıladın. Gur yansın ocağın, odun, Müqəddəs ayın mübarək! Pöhrə ... | ANL |
Yaşadacaq dünya səni. Yaratdığın yaşadacaq, Yaxşıya pisə böləcək, Böləcək xeyirə-şərə, Gecə-gündüzə böləcək. Yaxşı əməlin olarsa. Yaşadacaq dünya səni. Toz qonub sözüm üstə. Söz ruhumu yandırdı, Su səpdin közüm üstə. Gözlərim qana düşdü, Damara-qana düşdü. Mən düşdüm özüm üstə. Göy rənginə boyandım. Toz qonub sözüm üst... | ANL |
Həyatın rəngsiz üzü var, Dözümə rəng axtarıram. Baxıram sevən gözlərə, Mavi gözlü dənizlərə. Baxıb boyalı üzlərə, Üzümə rəng axtarıram. Gözümə sıxıb göyləri, Gözümə yığıb göyləri. Sənsiz qarğıyıb göyləri, Özümə rəng axtarıram. Çıxıb gedirəm göylərə, Sözümə rəng axtarıram. Sevgi qatili. Əvvəlcə zəncirlənmiş dağlar, qırı... | ANL |
Bu yol hardan başlayır, Harda qurtaracaq bəs? Bu karvanın yolu Haqq, Yolçu Adəm övladı. Hər kəsə yol göstərib, Haqq iziylə Yaradan! Behiştin gülləri solmaz. Balaca Zəhranın xatirəsinə. Qarabağda rüzgar əsdi, Bu fələyin nədi qəsdi, Balamızın başın kəsdi. Yer titrədi, göylər doldu, Analar saçların yoldu, Məsum Zəhra şəhi... | ANL |
Bəsdi aytək batdığın, Bəsdi qaş-göz atdığın. Göylərin qaşı qarmış, Bu dünya bizə darmış. Arxada qaldı yollar, Boşaldı, doldu yollar. Əlimə yaraq edim, Sevgimi soraq edim. Körpətək üzümə gülür. Məni çəkib hara aparır belə? Körpətək üzümə gülür bu yollar. Yoldaca oynayan uşaq kimiyəm, İrəli gedirəm, geri gedirəm. Baxıb b... | ANL |
Görkəmli alimin böyük töhfəsi. PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN "HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI" KİTABI BARƏDƏ DÜŞÜNCƏLƏR. Hüseyn Kürdoğlunun dördlükləri və qəzəl janrı sahəsindəki xidmətləri 60-80-ci illər poeziyasının estetik mənzərəsini formalaşdıran bədii tendensiyalardan biridir. Professor Q.Paşayev bu münasibətlə ... | ANL |
İlk dəfə Yavuz Axundlu bəlgəsini eşitdiyim çağlarda onu bir türk alimi kimi xəyalıma gətirmişdim. X.R.Ulutürkün həyat yoldaşı Firəngiz xanım Ulutürk ilk dəfə onun haqqında məlumat vermişdi və "İstiqlal şairləri" kitabını mənə təqdim etmişdi. Oxumuş və tədrisdə elmi qaynaq olaraq faydalanmışdım. Yavuz Axundlunu şəxsən t... | ANL |
Rəşadətin yaşıdı. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin doğum günü münasibətilə müqəddəs ruhuna bağışlayıram. Böyük Vətən Qələbəyə qovuşanda. faşizmin buynuzu ovulanda, qorxu-hürkü pərən-pərən qovulanda. heç anadan olmamışdın... Dillər əzbəriydi Gəray Əsədov, İsrafil Məmmədov, Həzi Aslanov.... | ANL |
Portret cizgiləri: Bu, Musa Ələkbərlidir... Yetmişinci illərin əvvəlləriydi. Nəinki Yerdən, Göydən də şeir havası gəlirdi. Poeziya gecələrində sinəsini kürsüyə dirəyib şeir deyənlərin sayı indiki kimi çox deyildi. Amma şeir gecələri kiminsə tərifinə, boyundan yuxarı tullanışına deyil, oxucuların, poeziya həvəskarlarını... | ANL |
Azərbaycan ədəbiyyatı min illərdir müxtəlif söz ustaları ilə birgə yol gəlir. Sonradan şamanizmlə birgə addımlayıb söz sahibləri. Lap sonralarsa xristianlıq və islam dini ilə tanış olub. Əlbəttə ki, hər bir inancın, dinin ədəbiyyata ciddi təsiri olub. Türklər islamla tanışlıqdan sonra onu öz törələrincə yaşamağa başlay... | ANL |
Seyyid Nigarinin varlıq və rasional fəlsəfəsinə dair. Bu yazıda klassik İslam düşüncəsinin və Azərbaycan ədəbiyyatının sufi şairi Seyyid Nigarinin varlıq və rasionallığa dair düşüncələrini təsvir və təhlil etməyə cəhd edəcəm. Əlbəttə ki, klassik ənənəmizdə şeir üslübunda öz fəlsəfi düşüncələrini izhar edən şair-mütəfək... | ANL |
Deyəsən, müğənnilərin reklamını indi də dərsliklərə köçürməyə başlamışıq? Nazir müavini Elçin Qoşqarlının kinayəsi professor Telman Vəliyevin kefinə soğan doğrasa da o, özünü sakit aparmağa çalışdı: - Burada pis nə var ki, Elçin müəllim? Günay Şirinsəs Azərbaycanın ən məşhur müğənnilərindəndir. Doğrudur, mən Sorbon uni... | ANL |
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş,... | ANL |
Qorxulu 1918-ci ildə əvvəlcə mart qırğını zamanı Stepan Şaumyanın daşnakları, sonra isə ermənipərəst Sentrokaspi diktaturası tərəfindən iki dəfə həbsə atılan, aylar boyu həyatı hər an tükdən asılı olan Əlimərdan bəy Topçubaşov yalnız həmin il avqustun əvvəllərində, müstəqillik elanının üçüncü ayında böyük təhlükələri a... | ANL |
Burada sənə nə dərs keçən var, nə mühazirə oxuyan, heç barmağını jurnaldakı adının üzərinə qoyub “ev tapşırığını hazırlamısanmı?” - deyə soruşan da yoxdur. Ancaq öyrədən, ya da elə hamılıqla öyrədənlər var. Müasir jurnalistikanın sirlərindən, hadisələrə yanaşma tərzindən tutmuş, insanlarla ən adi ünsiyyətə qədər hər şe... | ANL |
“Bir şairin sevgisi misralarda göyərər”. Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı haqqında. Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı çapdan çıxıb və bu kitabın ilk oxucularından biri də mən oldum. Əbülfət demək olar ki, hər gün çalışdığı “Ədalət” qəzetində müxtəlif məzmunlu publisistik yazıları ilə çıxış edir, təzə çıx... | ANL |
“Yamyaşıl ümidlər”in işığı. Bugünlərdə gənc şair Tural Cəfərlinin “Yamyaşıl ümidlər” kitabı Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsi çərçivəsində çap olunub. Kitabda şair, publisist Rəşad Məcidin yaradıcılığı araşdırılaraq təhlil edilir. Kitabın redaktoru gənc ədəbiyyatşünas Gülnar Səmadır. Rəşad Məcidin söz... | ANL |
İntellektimizin Ağamusa Axundov abidəsi. Sentyabrın 5-i Azərbaycanın tanınmış ədibi və ictimai xadimi Hidayətin doğum günüdür. Ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına layiqli töhfələr vermiş Hidayət bu sahədəki özünəməxsus mövqeyini, fəallığını indi də qoruyub saxlamaqdadır. Doğum günü münasibətilə onu səmimiyyə... | ANL |
İstanbul kimi nəhəng şəhərə (əslində mən ona “məmləkət” deyirəm) ilk səfər şübhəsiz, unudulmaz olur. Ancaq bir məqam ömrüm boyu unudulmayacaq. Bu “məmləkətlə” mənim tanışlığım ora ilk səfərimdən xeyli-xeyli öncə, yeniyetməlik çağlarımdan müxtəlif tarix, coğrafiya kitablarıyla birgə Nazim Hikmətin, Orxan Vəlinin şeirlər... | ANL |
Xalq artisti Fikrət Verdiyevin 70 yaşına. Ta uşaqlığımdan musiqiyə qarşı içimdə bambaşqa bir sevgi olub. Ən çətin, düşüncəli, qəmgin zamanlarımda belə eşitdiyim xoş bir musiqi bütün o sıxıntılarımı unutdurmağa bəs edib həmişə. Bəlkə də ona görədir ki, hər səhər yuxudan durarkən ilk növbədə sevdiyim mahnını dinləyərək b... | ANL |
Kərkükün mənəvi elçisi - Qəzənfər Paşayevin yubileyiylə bağlı düşüncələr. Xalq yazıçısı Anar "Səhər-səhər" rubrikasını davam etdirir. Məzuniyyətdə olduğumçün görkəmli alimimiz Qəzənfər Paşayevin yubileyindən gec xəbər tutdum. Dərin hörmət bəslədiyim Qəzənfər müəllim haqqında bir neçə kəlmə təbrik sözü yazmaq istədim, a... | ANL |
Kənddən gələndən sonra meylimi Bakıya sala bilmirdim. Məcburən şəhərə nə qədər yaxın olmaq istəyirdimsə, sanki bir qüvvə məni doğulduğum yurd yerinə çəkirdi. Qarmaqarışıq düşüncələrin içərisində əriyirdim. 1991-ci ilin sentyabrında “7 gün”də işə başlayandan sonra vəziyyətimdə tam olmasa da, azacıq dəyişiklik yarandı, y... | ANL |
“525-ci qəzet”in qarşıdan gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə xüsusi nəşr layihəsi həyata keçirilir. Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alacaq. Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə... | ANL |
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş,... | ANL |
Əziz atam, həyat yoluna həsr olunmuş “Fotodastan”nın başlanğıcına qəlbimdən keçən bir neçə xoş kəlmə yazmaq üçün sakitliyə çəkilmişəm. Amma həmişə olduğu kimi, səninlə bağlı duyğularımı hətta bu sakitlikdə, özümlə bölüşməyə belə çətinlik çəkirəm. Çünki sənə olan sonsuz istəyimi ifadə eləməyə qüdrəti çatan söz tapa bilm... | ANL |
Akademik Məmməd Cəfər Cəfərovun dram əsəri: “Get dolangilən, xainsən hələ”. “Plyus bədii yaradıcılıq” silsiləsindən. Azərbaycan elminin tarixində akademik Məmməd Cəfər Cəfərovun xüsusi yeri və böyük xidmətləri var. İlk növbədə onu qeyd etmək lazımdır ki, XX əsr Azərbaycan humanitar və ictimai elmlərinin tarixində Məmmə... | ANL |
Səhnədə və ekranda möcüzələr silsiləsi: Siyavuş Aslan sənəti. Sentyabrın 5-i Azərbaycan kino və teatr sənətinin Aslanının - Xalq artisti, ölməz sənətkarımız Siyavuş Aslanın doğum günüdür. Yaşasaydı, öz iştirakı ilə bugünlərdə onun 82 yaşı qeyd ediləcəkdi. Nə yazıq ki, əcəl adlandırdığımız o qüvvə insanlar arasında heç ... | ANL |
Ədalət Vəliyev: “Vətənpərvərlik həm də öz xalqına aid mədəniyyətin təəssübünü çəkməkdir”. 120 yaşlı kinomuzun hardan başlayıb, nələrdən keçib hansı mərhələyə yetişməsi həqiqətən də düşündürücüdür. Kino xalqımızı, onun mürəkkəb taleyini, tarixini, yaşam tərzini, ənənələrini nə dərəcədə ifadə edə bilib? Musiqinin, sözün,... | ANL |
"Səhər-səhər" rubrikasında. Tofiq üç mədəniyyəti - türk, rus və Azərbaycan mədəniyyətini öz varlığında üzvi şəkildə birləşdirən nadir şəxsiyyətlərdəndir. Bakıda və sonralar Moskvada mükəmməl türkoloji təhsil alan T.Məlikli ümumtürk abidələri - Orxon-Yenisey daş kitabələrindən üzü bəri klassik ədəbiyyatımızı - Orta əsrl... | ANL |
“525-ci qəzet”in qarşıdan gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə xüsusi nəşr layihəsi həyata keçirilir. Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alacaq. Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə... | ANL |
"Bitməmiş son"un təəssüratları. Uşaqlıqda hansı bir əsəri oxuyurdumsa, uzun müddət o kitabın təsirində qalırdım. Hətta xeyli vaxt tanış olduğum qəhrəmanların taleyini düşünür və onların həyat hekayələrini unuda bilmirdim. Etiraf edim ki, bəzi surətlərin sonda yazıçıdan fərqli olaraq ömür yolunu da özüm istədiyim məcray... | ANL |
"Payız melodiyası" XXI əsr gənclərinin romanıdır". Bu yaxınlarda Ukraynada yaşayan azərbaycanlı gənc yazar Nail İsmayılovun "Payız melodiyası" adlı romanı işıq üzü görüb. Bakıda qonaq olan yazarla görüşüb yaradıcılığı, Ukrayna ədəbi mühiti və sözügedən kitab haqqında söhbət etdik. Orta məktəbi bitirdikdən sonra Bakıya ... | ANL |
Elmə həsr olunmuş ömür. TANINMIŞ ŞƏRQŞÜNAS ƏKRƏM BİJENİN 85 İLLİK YUBİLEYİNƏ. Şəxsiyyətin meydana gəlib formalaşmasında tarixi şərait əsas zəmin rolunu oynayır. Bu zəmin yarandığı zaman elmi özlərinə həyat amalı seçənlər, xalqın mənafeyini şəxsi maraqlarından üstün tutanlar, millətinə, torpağına qəlbən bağlananlar, onu... | ANL |
Teatr bilicilərinin qənaətinə görə, yeni mövsümün açılışına təkcə aktyorlar, rejissorlar, dirijor, rəssam, baletmeyster, tamaşanın uğuruna cavabdeh olan bütün texniki heyət və təbii ki, həm də rəhbərlik deyil, tamaşaçılar da eyni həyəcan, eyni məsuliyyət və eyni həvəslə hazırlaşmalıdır. Birincilər yaradacaqları obrazla... | ANL |
Vətən yanğılı, sənət qayğılı qələm əhli. Ömrü uzunu sadə həyat dünyasını yazı-pozu ilə bəzəmiş, saya ailə-məişət aləmini halal qələm-iynə ilə gözəmiş Çəmənli!.. Tələbəlik illərimizdən keçən bu uzun dövrdə, birində səs-küydən, o birində hüzndən macal tapılmayan xeyir-şər məclislərindən savay bir əməlli-başlı görüşüb-söh... | ANL |
Sarı simdə yaşanan ömrün misilsiz bəhrələri. USTAD TARZƏN VƏ PEDAQOQ ƏHMƏDXAN BAKIXANOVUN 125 İLLİYİ TAMAM OLDU. Azərbaycan keçmişdən üzübəri dahi musiqiçilərin, xanəndələrin, muğam ustadlarının beşiyi olub. Onların hər biri misilsiz fəaliyyəti ilə mədəniyyətin bu sahəsinə özlərinin dəyərli töhfələrini verib, Azərbayca... | ANL |
XIX əsrin sonu, XX əsrin əvvəllərinin ən görkəmli simalarından biri də mədəniyyət tariximizdə iz buraxmış görkəmli xanəndə Seyid Mirbabayevdir. Bakı musiqi məclislərinin təşkilatçısı və rəhbəri olmuş Məşədi Məlikin təşkil etdiyi "Musiqi salonu" Bakı musiqiçilərinin bütöv bir nəslini yetişdirmişdi. Məşədi Məlikin oğlanl... | ANL |
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. (Əvvəli ötən şənbə saylarımızda). Şəhərdə blokada şəraitində 3 milyona yaxın dinc sakin yaşayırdı. Həmin ilin martında isə sovet qoşunları dövlət sərhədinə çatdılar. İkinci Dünya müharibəsinin gedişində Almaniya işğal etdiyi bütün ərazilərdə “yeni qayda” adlanan sərt rej... | ANL |
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş,... | ANL |
Bakı uğrunda savaş - General Denstervillin Gündəliklərindən. Hava gözəl və sakitdir. Ümid edirəm ki, onları ticarət gəmilərində qurmaq üçün icazə ala biləcəyəm. Ənzəlidə 2 rubla satılan qarpızların qiyməti Bakıda 20 rubldur. Hindistanda isə onların qiyməti 1 anna (Britaniya müstəmləkəsi dövründə Hindistanda işlədilən x... | ANL |
Dilindən düşməsin bu saf dualar... LEYLA ƏLİYEVANIN ŞEİRLƏRİLƏ BAĞLI TƏƏSSÜRATLARIM VƏ DÜŞÜNCƏLƏRİM. Tezliklə geriyə qayıdacağam! Günəş yandırır, otları, yarpaqları qovurur. Gecələr dağlardan əsən külək solan çiçəklərin, qızmar daşların qoxusunu gətirir. Təpələr bozarır, çöllərdə yetişmiş buğda zəmiləri dalğalanır. Cök... | ANL |
Nizami və onun tədqiqatçısı haqqında qeydlər. OKSFORD UNİVERSİTETİNİN LONDONDA İNGİLİS DİLİNDƏ VƏ BAKIDA AZƏRBAYCAN DİLİNDƏ NƏŞR OLUNMUŞ “BÖYÜK AZƏRBAYCAN ŞAİRİ NİZAMİ” KİTABINA YAZILMIŞ ÖN SÖZ. Nizami Gəncəvi yalnız ədəbiyyatın və sənətin yox, ümumiyyətlə, bəşəri sivilizasiyanın tarixindəki o nadir simalardan biridir ... | ANL |
Dünya ilə bağların bir-bir qırılar... Dünən qutsal bildiyin, ilahi saydığın, aşağıdan yuxarı baxdığın yerə enər, qorxa-qorxa yanaşarsan, ürkək-ürkək toxunarsan. Gözünü qamaşdıran sadəcə, gur işıqmış, günəş deyilmiş. Kiminsə bir kəlməsi, kiminsə yersizliyi, başqa birinin qorxaqlığı, onun paxıllığı, bunun hərisliyi soyud... | ANL |
Mirzə Kazımbəyin ruhuna ehtiram nümunəsi. Son günlər ölkəmizin elm və mədəniyyət həyatında baş verən ən önəmli hadisələrdən biri böyük şərqşünas alim, xalqımızın fəxri Mirzə Kazımbəyin dünya dilçilik elmində məşhur olan “Türk-tatar dilinin qrammatikası” əsərinin Azərbaycan dilində işıq üzü görməsidir. Azərbaycan dilçil... | ANL |
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı var. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq və həmin tədbirlərdə iş... | ANL |
"Səhər-səhər" rubrikasında. Yazıçılar Birliyiylə bağlı mənasız və yersiz qalmaqalın tüğyan etdiyi günlərdə məni həqiqətən sarsıdan və ağrıdan xəbər böyük sənətkar Ədalət Nəsibovun ölüm xəbəri oldu. Ədalətlə dəfələrlə görüşmüşdük, söhbət etmişdik. Təkrarsız çalğısını canlı ifasında böyük zövqlə dinləmişdim. Sevdiyim ifa... | ANL |
“525-ci qəzet”in qarşıdan gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə xüsusi nəşr layihəsi həyata keçirilir. Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alacaq. Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə... | ANL |
Səni vəsf edirəm bu nəğməmdə mən, Əsl gözəlliyi sevib-duyan dost! İlk həyat nurunu Tovuzda görən - Bütöv Azərbaycan arzulayan dost! Yoxdur ehtiyacın, zərrəcə meylin. Minnətli tərifə, yersiz alqışa;. Bakıdan səmimi salam aparıb, Bayatı, xatirə, kəlam aparıb, Kərkük mahnısıyla dönübsən geri;. Dözüm arzuladın dərdli millə... | ANL |
Qulu Ağsəsin əl çantasından başlayanlar... Qulu Ağsəs iri salonların şairi deyil, "tək"lərin şairidir. Qulu belə oxunur əslində. Oxunmağın ən gözəli belə olur. Onun şair, təfəkkür stixiyası bu. Bunu ancaq sənə danışıram - Bircə balama. Kasıb evində bağlanmış. Ağzı hərdən açılır - bayramdan bayrama. Qulunun qələminin al... | ANL |
Mirzə Kazımbəyin ruhuna ehtiram nümunəsi. AZƏRBAYCAN DİLİNİN İLK ELMİ QRAMMATİKASININ ANA DİLİNDƏ NƏŞRİ HAQQINDA. Son günlər ölkəmizin elm və mədəniyyət həyatında baş verən ən önəmli hadisələrdən biri böyük şərqşünas alim, xalqımızın fəxri Mirzə Kazımbəyin dünya dilçilik elmində məşhur olan "Türk-tatar dilinin qrammati... | ANL |
Cərrahlıq və xeyirxahlıq virtuozu. GÖRKƏMLİ HƏKİM, UNDULMAZ İNSAN MÜRSƏL QARAYEVİN ANIM GÜNÜDÜR. Bir neçə ay bundan əvvəl idi. Görkəmli tərcüməçi, şair, Azərbaycan-Finlandiya ədəbi əlaqələri üçün çox dəyərli işlər görmüş Tahirə Cəfərova yanıma gəlmişdi. Yenə də, özünəməxsus enerji ilə, bərabər görə biləcəyimiz ədəbi la... | ANL |
Dədə Şəmşirin sənət dünyası. Azərbaycan folklorunun əsasını təşkil edən ən qədim, zəngin, mənəvi irslərdən biri də aşıq yaradıcılığıdır. Xalq içərisində böyük hörmətlə qarşılanmış aşıq sənəti bu günümüzdə də əbədiyaşarığı ılə diqqət cəlb edir. İstedadı və şəxsiyyəti ilə xalq içərisində "el atası" və dədə adlandırılan u... | ANL |
Universiteti həyatı qədər sevən insan. Mən universitetlə bağlı bütün yazılarımda bu məkanın müqəddəsliyini, Vətən, millət, xalq yolunda tarixi və müasir xidmətlərinə görə məbəd kimi qəbul etdiyimizi həmişə dilə gətirmişəm. Universitet və konkret olaraq, bizim Bakı Dövlət Universitetimizin min bir tellərlə xalqa bağlılı... | ANL |
"Yaddaşa qayıdış", yaxud dünəndən sabaha boylanan sətirlər. Hikmət Əbdülhəlimovun sayca on yeddinci kitabı olan, həyat hadisələri ilə zəngin "Yaddaşa qayıdış" əsərini oxuduqdan sonra filosof Səlahəddin Xəlilovun bir fikrini beynimdə çək-çevir etməyə başladım. "Həyat kənardan baxanlaramı daha gözəl görünür, yoxsa içəris... | ANL |
Elə o vaxtlar da özünəməxsus qələmiylə həm peşəkarlar və həm də sadə oxucular arasında lazımınca xətir-hörmət qazanmış şair-publisist Məmməd Aslanla redaksiya dəhlizində üz-üzə gəldik. Adəti üzrə mehribancasına hal-əhval tutsa da, danışığında güclə sezilən bir kədər duydum. "Xeyirdimi" - sualını hansı tərəfə yönləndird... | ANL |
Tarix və ədəbiyyat aynasında qadın obrazları. MUSTAFA ÇƏMƏNLİNİN "ÖLÜM MƏLƏYİ" ROMANINA BİR BAXIŞ. Ədəbiyyat mahiyyətinə görə müxtəlif sahələr - incəsənət, tarix, psixologiya, fəlsəfə - arasında bir körpü rolunu oynayır. Birləşdirmə, əlaqələndirmə gücünə malik təbliğ edən və informasiya verən ədəbiyyat tariximiz, həyat... | ANL |
Şərqin böyük şairi Nizami Gəncəvi XII əsrdə sözə yüksək qiymət verərək yazırdı: Söz-eşqin lüğətindən öz canımızdır bizim, Biz sözük, bu bədənsə, eyvanımızdır, bizim! XVI əsrdə Füzuli sözün sirrini araşdıran zaman onu min gövhər adlandırmışdı: Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar... | ANL |
Günəbaxan ömrü. Yoox, vallah, biz dostları itirəndə daha çox tapırıq axı, deyəsən... Ölüm, sanki insanların əsl qiymətini verir, onların kimliyini bir daha yada salır. Bunu heç də mistik qəbul etməyin. Amma bu mistikada həqiqət payı, mənə görə, kifayət qədərdir. Dirilər gərəklidir, yoxsa dünyasını dəyişənlər? Dirilərə ... | ANL |
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. (Əvvəli ötən şənbə saylarımızda). Müstəmləkə epoxasının başlanması və müstəmləkəçiliyin süqutu. Hələ XV-XVI əsrlərdə baş verən coğrafi kəşflər dünya tarixinin gedişini dəyişdi, aparıcı Qərbi Avropa ölkələrinin Yer kürəsinin müxtəlif guşələrində ekspansiyasının başlanması... | ANL |
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş,... | ANL |
Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri. Diplomatiyada bu gün də aktuallığını saxlayan “söhbət yazısı” adlı özünəməxsus janr mövcuddur. Nazir, səfir, yaxud hər hansı başqa ranqlı diplomat ölkəsini maraqlandıran, yaxud mövqeyimizi bildirməyə, qarşı tərəfin mövqeyini öyrənməyə xidmət edən rəsmi görüş keçirirsə, dər... | ANL |
Dilindən düşməsin bu saf dualar... LEYLA ƏLİYEVANIN ŞEİRLƏRİLƏ BAĞLI TƏƏSSÜRATLARIM VƏ DÜŞÜNCƏLƏRİM. Leyla Əliyevanın “Aç pəncərəni” şeiri də qəlbimdə, yaddaşımda dərin iz buraxdı, böyük mənası və mətləbiylə, insanlara çatdırılacaq mesajlarıyla məni uzun müddət öz təsiri altında saxladı. “Sındır o kif basmış boz şüşələ... | ANL |
Orta əsrlər Yaxın Şərq (türk-oğuz) ədəbiyyatının nadir incilərindən biri olan “Kitabi-Dədə Qorqud” dastanı aşkar olunduğu vaxtdan bu günə qədər fasiləsiz olaraq dünyanın bir sıra görkəmli şərqşünaslarının dərin tədqiqat obyekti olmuşdur. Hazırda şərqşünaslıq (türkologiya) səhəsinin çox geniş sahələrindən biri olan qorq... | ANL |
“Maskalar” silsiləsindən. Konsert zalının səhnəsində yalnız açıq royaldır. Tamaşaçılar görünmür, onların ancaq hənirtisi eşidilir və hiss olunur ki, böyük zalda anşlaqdır. Xanımlar və cənablar! Xahiş edirik telefonları söndürəsiniz. Ağappaq smokinq geymiş və qıpqırmızı “kəpənək” taxmış Aparıcı (kişi) səhnəyə çıxır. APA... | ANL |
“Molla Pənah Vaqif dünya dillərində” təqdim olundu. Sentyabrın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Kitabxana üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfrans və TÜRKSOY-la birgə çap olunmuş “Molla Pənah Vaqif dünya dillərində” ... | ANL |
Ədəbiyyat tarixçiliyinin elmi konsepsiyasına doğru. Müasir Azərbaycan ədəbiyyatşünaslığının qarşısında duran mühüm vəzifələrdən biri milli ədəbiyyat tarixinin keçdiyi çoxəsrlik inkişaf yolunun sistemli şəkildə dövrləşdirilməsinin elmi təsnifatını hazırlamaqdan ibarətdir. Bu məqsədlə dövrləşdirmə üzrə müasir elmi konsep... | ANL |
Xanhüseyn Kazımlının həyat həqiqətləri. İnsanın müqəddəs hesab etdikləri onu həyata bağlayır, başqalarına məhəbbətli edir, yaşamaq hisslərini artırır, özünə bir pay arzu edəndə qonum-qonşuya iki-üç pay istəyir. Bu cür səxavətli olmaq üçün özünə və ətrafdakılara inamlı olmaq vacibdir. Elə Xanhüseyn Hüseynağa oğlu Kazıml... | ANL |
“525-ci qəzet”in qarşıdan gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə xüsusi nəşr layihəsi həyata keçirilir. Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alacaq. Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.