text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“525-ci qəzet”in qarşıdan gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə xüsusi nəşr layihəsi həyata keçirilir. Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alacaq. Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə...
ANL
Bütün təamlarım barıt qoxuyur, Bütün arzularım Qarabağ dadır... Açılmır arzumun qartal qanadı, Qəfəsdə çırpınan ürək usanır. Bakıda qurduğum şirin xəyallar. Bu qılınc qollarım düşür kəsərdən. Çərləyir ürəyim köhlən at kimi, Ümidlərim bir-bir düşür yəhərdən. Günəş də gözümə dik baxa bilmir, Elə küskün-küskün açır sabahı...
ANL
Mollanəsrəddinçi poeziyada elm və təhsil məsələləri bədii dil kontekstində. XX əsr Azərbaycan poeziyasında bir sıra yeni meyllər ortaya çıxmışdı. Bu meyllər "Molla Nəsrəddin" jurnalından da yan keçməmiş, beləcə, mollanəsrəddinçi poeziya formalaşmışdı. Bəs bu poeziyanın spesifik xüsusiyyətləri nə idi? "Molla Nəsrəddin" ...
ANL
Bütün təamlarım barıt qoxuyur, Bütün arzularım Qarabağ dadır... Açılmır arzumun qartal qanadı, Qəfəsdə çırpınan ürək usanır. Bakıda qurduğum şirin xəyallar. Bu qılınc qollarım düşür kəsərdən. Çərləyir ürəyim köhlən at kimi, Ümidlərim bir-bir düşür yəhərdən. Günəş də gözümə dik baxa bilmir, Elə küskün-küskün açır sabahı...
ANL
Mollanəsrəddinçi poeziyada elm və təhsil məsələləri bədii dil kontekstində. Satirik publisistikada olduğu kimi, satirik poeziyada da substantivləşmə faktoruna xeyli sayda rast gəlirik. Xüsusilə də, Sabirin satirik şeirləri bu baxımdan olduqca zəngindir. Dialoq şəklində qurulan “Cavan-qoca” şeirini nəzərdən keçirək: Yen...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. Hərbi uğurları hesabına Nadir şah öz dövlətinin sərhədlərini genişləndirə bildi, Hindistanda, Mərkəzi Asiyada və Zaqafqaziyada xeyli əraziləri işğal etdi. Lakin o, tutulmuş ərazilərdə etibarlı idarəetmə sistemi yarada bilmədi. Onun törətdiyi haqsızlıqlar öz dövləti içəri...
ANL
Bugünlərdə “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalın növbəti buraxılışı işıq üzü görüb. 30-dan çox dövlət və hökumət başçısı 68 min tamaşaçı ilə birlikdə Bakı Olimpiya Stadionunda ilk Avropa Olimpiya Oyunlarının əsrarəngiz açılış mərasimini izlədi. Həmin gün dünya ölkələri Azərbaycanın qısa müddətdə belə nüfuzlu bir ...
ANL
Şair haqqında yazmaq çətindir. Ona görə ki, o, artıq sən deyəni: yaxşını, pisi, düşmənə nifrəti, insanlara səmimiyyəti, torpağa bağlılığı, uşaqlara bağışlanılan təbəssümü və sairəni şairanə deyib. Bu suallı-nidalı sorğunu nə qədər bədiiləşdirsək də yenə də müəyyən fikir axarına düşə bilmirsən. Nəsə bir ilişiklik, köməy...
ANL
SƏKSƏN YAŞLI FİLOSOF ƏMRƏLİ İSMAYILOVUN UZUN ÖMRÜNÜN FƏLSƏFİ VƏ QEYRİ-FƏLSƏFİ MƏQAMLARI HAQQINDA QEYDLƏR. Gur ağ saçları, ləngərli yerişi onun səkkizinci onilliyi artıq arxada qoyduğunu ehtimal etməyə əsas vermir. Çünki iri gözlüklü eynəyinin arxasındakı diri və kəsərli baxışlarına hopmuş həyat eşqi yaradıcılıq həvəsin...
ANL
SONSUZLUQ PİLLƏLƏRİ. Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub. Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır. Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim...
ANL
Səhnə sehrinin cazibəsi. YAXUD ELÇİN VƏ TEATR MÖVZUSUNDA DÜŞÜNCƏLƏRİMİN BƏYANI. Altmışıncı illərdə teatrda yeni düşüncə və yeni ifadə estetikasının tərənnümçüsü Tofiq Kazımov idi. Elçin (həmçinin onun məsləkdaşları) povestləri, hekayələri və ədəbiyyatşünaslıq məqalələri... ilə sterotipləşmiş köhnəni dağıtdılar. Bununla...
ANL
Mikayıl Müşfiq Xızıda yad edilib. Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb. AzərTAc xəbər verir ki, nakam şairin ölümünün 79 illiyinə həsr olunan mərasim Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında...
ANL
"Azərbaycanda muğam: yeni tendensiyalar və klassik ənənələr". Yanvarın 16-da Londonda Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi, SOAS Musiqi Departamenti və Şərq Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda muğam: yeni tendensiyalar və klassik ənənələr” mövzusunda tədbir keçiriləcək. AzərTAc Avropa Azərbaycan Cəmiyyətini...
ANL
Ədəbi-bədii dünyaya aparan yolda görünənlər. YAZIÇI-PUBLİSİST ZEMFİRA MƏHƏRRƏMLİNİN İKİ KİTABI BARƏDƏ DÜŞÜNCƏLƏRİM. Bədii yaradıcılıq nümunələri müəllifin ədəbi ünvanıdır. Söz qüdrətdən gəlmədir və Tanrının, bəlkə də, çox sevdiyi bəndələrinə töhfəsidir. Hər əlinə qələm götürən də axı, özünü ifadə edə bilmir, qüdrətdən ...
ANL
"Səhər-səhər" rubrikasında. İnsan qanına susamış müxtəlif radikal qüvvələr İslamın müqəddəs adıyla möhtəkirlik edərək müsəlmanları öldürərkən... Şiələrin, ya sünnilərin hakim olduqları nüfuzlu dövlətlər başqa müsəlman ölkələrində hərəsi öz təriqətinə mənsub olanları bir-biriylə ölüm-dirim savaşına təhrik edərkən... Nüv...
ANL
Ölümündən sonra da doğulan şair. Ədalət həyatda çox nikbin, xoşhal, xoşbəxt bir adam kimi görünürdü. Son iş yeri-Yazıçılar Birliyinin mətbuat xidmətinin rəisiydi. Dəfələrlə onun o balaca otağında görüşmüşük. Hər dəfə bir sorğuyla gəlirdim yanına, çıxıb getmək istəyəndə “Sən Allah, bir dayan!” deyib məni saxlayır, öz tə...
ANL
Elmin zirvəsində parlayan imza. Maşallah, sağlam, yüksək yaradıcılıq enerjisi, mühüm yaradıcılıq planları, dünya elmində əks sədası olan elmi uğurları ilə çatdı. Hər bir insanın ömür yoluna yaraşıq, işıq verən, o insana hörmət qazandıran elə onun özünün fəaliyyəti, əməlləridir. Hər bir insanın yubileyinə ən mühüm hədiy...
ANL
Dövlət Miqrasiya Xidməti: 10 illik fəaliyyətin uğurlu nəticələri. " Bir pəncərə" prinsipinin tətbiqi ölkədə miqrasiya prosesslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə səbəb oldu. Müstəqil Azərbaycan dövlətinin miqrasiya siyasətini Dövlət Miqrasiya Xidməti həyata keçirir. Hüquq-mühafizə orqanı st...
ANL
"Qarabağ Muğam Mərkəzinin konsert proqramları maraqla qarşılanır". Yola saldığımız il Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin fəaliyyətində uğurlu illərdən hesab olunur. Mərkəzin direktoru Tofiq Cəfərovun dediklərinə görə, kollektiv həmin dövrdə Qarabağ regionun mədəni həyatının canlanmasında, muğam ifaçılıq sə...
ANL
Cəlil Məmmədquluzadənin əsərləri Litva dilində. Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin əsərləri XX əsr ərzində ana dilindən başqa, yalnız rus və fars dillərində kitab halında nəşr edilib. Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra yazıçının əsərlərinin dünya ölkələrində nəşr edilmə...
ANL
Azərbaycan kinosunun ötənilki mənzərəsi. AZƏRTAC xəbər verir ki, ilin ilk film təqdimatı mart ayına təsadüf edib. Bu, rejissor İlqar Safatın "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkdiyi, müasir gənclərin həyatından bəhs edən "İçəri şəhər" bədii filmi olub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə...
ANL
Xalq Şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub. Yanvarın 9-da Fəxri xiyabanda Xalq Şairi Zəlimxan Yaqubun ölümünün ildönümü münasibətilə xatirəsi anılıb və məzarüstü abidəsinin açılışı olub. AZƏRTAC xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, elm, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nü...
ANL
Poeziyada ayrılıq məqamı. Ədəbiyyatı yaşadan mənəvi qida nəşə və kədərin fikirlərdə, düşüncələrdə hər hansı şəkildə iz qoymasıdır. Bu iki hissin, yaşantının kükrəyib daxili gücə, enerjiyə çevrilməsi insanın insana və dünyaya sevgisi ilə bağlıdır. Cazibə qüvvəsi kainatın ahəngini və hərəkətini tənzimlədiyi kimi, insan s...
ANL
Xalqa xidmətin Vəli Xuluflu nümunəsi. Ədəbiyyatşünas Cəlal Qasımovun "Vəli Xuluflu" monoqrafiyası bu görkəmli tarixi şəxsiyyətlə bağlı mətləblərə işıq salır. XX əsr Azərbaycan xalqının tarixində ziddiyyətlərlə, mürəkkəb situasiyaların, gərginliklərin yaşanması ilə, müharibələrlə, itkilərlə, olmazın əzabların acısı ilə ...
ANL
Ölülərin dirilərə məktubu. Dünyada baş verən bir çox hadisələrdən, həyatınızdan, işinizdən, əməlinizdən hərtərəfli xəbərdar olandan sonra bu məktubu sizə yazmaq qərarına gəldik. Məqsədimiz vaxtınızı alıb başınızı ağrıtmaq yox, öz güzəranımızı, dərdimizi, düşüncələrimizi sizinlə bölüşmək, bəzi məsələlərə aydınlıq gətirm...
ANL
Əyyub Əyyubov: "Turizm sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsini daha da yüksəltməyə çalışırıq". Ölkəmizdə turizm üzrə kadr hazırlığı ilə bağlı Mingəçevir Turizm Kollecinin də fəaliyyəti qənaətbəxş hesab edilir. 10 illik fəaliyyəti dövründə bu təhsil müəssisəsində 5 min nəfərə yaxın kadr hazırlanıb. Ötən dövr ər...
ANL
Mollanəsrəddinçi poeziyada elm və təhsil məsələləri bədii dil kontekstində. Senzuranın ciddi nəzarətində olan "Molla Nəsrəddin" in səhifələrində əsas tənqid hədəflərinin öz adları ilə deyilməməsi, kəskin, qaba sözlərin yumşaldılaraq müəyyən ədəb dairəsində olan ifadələrlə əvəz edilməsi başadüşüləndir. Əslində şair " uş...
ANL
Həmişə yanında olan, doğma bir adamı obyektiv qiymətləndirmək çətindir. O hətta dahi olsa belə məhz doğmalıq ona dahi kimi baxmağa imkan vermir. Heç bir mütəfəkkirə öz ailəsi böyük şəxsiyyət gözü ilə baxmayıb, ata kimi, əmi kimi, dayı kimi baxıb. Mən də Şəmsi Vəfadara mehriban dost kimi baxmışam, onun qayğıkeşliyinə vu...
ANL
Şair Ədalət Əsgəroğlu yad edilib. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) dəstəyi ilə, tanınmış şair Ədalət Əsgəroğlunun anadan olmasının 60 illiyinə həsr edilmiş anma tədbiri keçirilib. AZƏRTAC xəbər ver...
ANL
Təkrarsız mahnıların əbədiyaşar müəllifi. Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. Bu mahnılar bizləri mənən yetişdirib, tərbiyələndirib. Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə in...
ANL
Bakıda növbəti "Global Village" mədəniyyət festivalı. Yanvarın 13-də "AIESEC" Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən "Global Village" mədəniyyət festivalı keçiriləcək. AZƏRTAC xəbər verir ki, festival "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının "Chill-out" zonasında təşkil ediləcək. "Global Village" təd...
ANL
Yoxluğun əriyib gözümdən axdı, Ölümün öldürdü mən qara baxtı. Hönkürüb, hönkürüb bu gecə vaxtı. Qəbrini bağrıma bükürəm, ana! Gəlmişəm. Xocalı adlı balamı, Qana bələyib gəlmişəm. Uçurub könül qalamı, Canımı oda sərmişəm. Yaram məni boyda ötüb, Dərdi gözümlə dərmişəm. Yazım açmadı bir çiçək, Dərdim qanımda bitəcək. Ömrü...
ANL
Haqqı danılmaz, xidmətləri unudulmaz müəllim... Usta pedaqoq Nurbala Quliyevin əziz xatirəsinə. ... Türkiyənin məşhur Topqapı sarayındakı muzeydə Sultan Süleymanın bir kaftanı saxlanılır. Onunla bağlı maraqlı bir tarixçə var. Deyilənə görə, bir dəfə Sultan Süleyman hərbi yürüşə çıxıbmış, səfər zamanı onun arxasınca müə...
ANL
Çağdaş Azərbaycan gerçəklikləri Fikrət Qoca poemalarında. Müasir ədəbiyyatımızın öncül imzalarından olan Xalq şairi Fikrət Qocanın "Sönən deyil bu ocaq" kitabında müstəqillik illərində yazdığı bir sıra poemaları toplanıb. Bu poemalar istər mövzu və problematikasına, istərsə də bədii dilin orijinallığına görə diqqəti cə...
ANL
Başqa bir fransız da Qurgenin sözünə haqq qazandırdı: - Qardaşım haqlıdır. Onu inkar edənlərin cərimə edilməsi, həbs olunması barədə qanun da qəbul ediblər. Rəhbərlərimiz də ermənilərin tərəfindədir. Erməni qızlarının xətrini xüsusilə çox istəyirlər, onlardan olmaz deyirlər. Babam da ermənilərlə yaxın dost olub, onlara...
ANL
TÜRKSOY-un baş katibi, Türk Dünyasında hər bir ziyalının yaxşı tanıdığı Düsen Kaseinov keçən ilin sonlarında Bakıya gələrkən Atatürk Mərkəzində də oldu. Və mənə TÜRKSOY-un bəzi yeni nəşrlərini bağışladı. Onların arasında "TÜRKSOY - 2017" adlı maraqlı bir nəşr vardı ki, burada Türk Dünyasının görkəmli mədəniyyət xadimlə...
ANL
M.Ə.Rəsulzadənin yaradıcılığında və ictimai-siyası fəaliyyətində Azərbaycançılıq ideyası. Araşdırmaçı F.Əhmədovanın fikrincə, XX yüzilliyin birinci rübündə mürəkkəb və rəngarəng ictimai-siyasi həyat yaşamış Azərbaycan cəmiyyətinin görkəmli xadimlərindən olan Məhəmməd Əmin Rəsulzadə çox gənc yaşında siyasi həyata qoşulm...
ANL
Azərbaycan nəsr və dramaturgiyasında lirik-psixoloji üslubun yaradıcısı olan İlyas Əfəndiyev nəsrimizin inkişafında da böyük xidmətlər göstərib. Görkəmli yazıçının lirik ruhlu nəsr əsərləri məhz lirik üslubda, poetik dillə qələmə alınmışdır ki, bu da ədəbiyyatımızda xüsusi bir hadisə idi. Onun əsərlərinin dili şirin, l...
ANL
O zaman Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi indi İqtisad Universitetinin yerləşdiyi binanın sol tərəfində - Baksovetin qəbul otağı ilə üzbəüz olan hissəsində yerləşirdi. Universitetin yataqxanaları isə buradan xeyli uzaqda - Yasamalda olduğundan tələbələrin əsas çətinliyi yataqxanalardan fakültəyə ne...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M...
ANL
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər. İntibah epoxası dünya incəsənətinin tarixində onun ən parlaq səhifələrindən biridir. Bu, XIV-XVI əsrlərdə İtaliyanı, XV-XVI əsrlərdə Alp dağlarından şimalda yerləşən ölkələri əhatə edirdi. Renessans öz adını bir dövr kimi unudulmuş antik incəsənətin bərpası hesabına götü...
ANL
Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub. Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır. Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik. Gözləməkdən ...
ANL
Dağlar bəyaz, bağlar bəyaz, Pəncərəmdə şaxta, ayaz. Ürəyimdə qan qaynayır. Dağda-daşda qar təpiyir. Bir yaşıl ot cücəribdi. Ağacdələn ağac dəlir, Su üzündə buz kövrəlir. Bir sərçənin də səsindən, Ürəyimdə söz kövrəlir, Bundan sonra bahar gəlir. Qulaq asın qəlbinizə. Çıxın çölə, yola, düzə, Özünüzdən xəbərsizsiz. Nur ya...
ANL
Düz olmayan dünyanın düz dərdini, Bəxti küsən qızların duz dərdini, Ürəyimi üşüdən buz dərdini. Saçımda ağ kağızın boz kölgəsi, Dərdim baxışımın toran döngəsi... Ömrə eşqim ömürdən də ötəsi, Dizlərinə çökə bilsən, çök görüm. Vaxtsız qonaq qocalıqmı? Ufuldadan, sızıldadan dərddimi? Düşmənimə açılmayan dərdimi. Elə yığdı...
ANL
Ölümə dağ çəkən dağ boyda Rəhim kişi. o qaçaqaç, qovhaqovda. kənddən sonuncu çıxmışdı, ölümüylə birinci dönənlərdən oldu. kəndə. -Üzümü torpağa qoyanda. Əlisəmid KÜR.
ANL
Tofiq Kazımovun yaradıcılığında “Ölülər” məqamı... Zaman adlı ölçünün imtiyazlarından biri odur ki, onun tərkibində mövcud olan hər şeyi-insanları, onların talelərini, fakt və hadisələri, olanları və ola biləcəkləri istədiyin qaydada sıralamaq mümkündür. Bu sıralamanın nəticəsində yaranan virtual aləmin öz qanun və qan...
ANL
Auditoriyanı fəth etməyin yol xəritəsi. Adətən adamın əlinə bir kitab düşəndə əvvəlcə onu vərəqləyir, içindəki yazıların sərlövhəsini nəzərdən keçirir və bununla da əlinə düşən o kitabın adama gərəkli olub-olmadığını elə həmin ilk gözgəzdirmədən müəyyən edir. Xüsusilə indiki kitab bolluğunda, vaxtın çatışmadığı bizim ç...
ANL
Doğrusu xəcalət çəkdim.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri, 1919-cu ildən 1920-ci ilin mayında həbsinə qədər Gəncə quberniyasının valisi vəzifələrini icra edən babam Xudadat bəy Rəfibəylinin yubileyi heç kəsin yadına düşməsə də, bu günü ilk növbədə mən xatırlamalıydım. Tarixi yaddaşımız niyə...
ANL
Qafqaz respublikaları. Ölkə sanki müstəqilliyin bir addımlığında idi. “Yoxdan müqəddəs ideal rəmzi - üçrəngli bayraq” yaradan və xalqı bu ideal ətrafında birləşdirməyi bacaran milli liderlər qısa müddət ərzində həqiqətən də böyük iş görmüşdülər. Lakin təəssüf ki, hər şey Azərbaycan xalqının istəyindən, iradəsindən asıl...
ANL
Maraqlı və yaddaqalan "Musiqili fasilə". Klassik musiqinin ictimaiyyət arasında - daha fərqli auditoriyanın olduğu məkanlarda geniş təbliğinə yer ayırmaq və insanlarda klassik musiqiyə olan məhəbbəti musiqi salonlarından kənarda da aşılamaq məqsədilə orkestrin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov maarifləndiric...
ANL
Görkəmli sənətkara ehtiramın təntənəli ifadəsi. Bir musiqiçinin yiyələndiyi sənət üzrə zirvəni fəth etməsi onun xoşbəxtliyidir. Dinləyicilər tərəfindən həm sənətkar, həm dəyərli insan, həm pedaqoq kimi sevilmək, rəğbət qazanmaq hər ifaçıya nəsib olmur. Dünyanı dolaşaraq Azərbaycan musiqi mədəniyyətini daim təbliğ edən ...
ANL
"Müqəddəs məkan Naxçıvan" gənc yazarın təqdimatında. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılovanın yaradıcılığı ilə yaxından tanışam. Öz dəsti-xətti ilə ayrı-ayrı mövzularda çap etdirdiyi əsərlərinin demək olar ki, hamısını maraqla oxumuşa...
ANL
Ədəbiyyatımızın Camal Yusifzadə itkisi. Tanınmış Azərbaycan şairi və publisisti, dəyərli ədəbiyyat və mədəniyyət xadimi Camal Yusifzadə vəfat edib. Ailəsindən APA-ya verilən məlumata görə, Camal Yusifzadə yanvarın 16-da ürək tutmasından dünyasını dəyişib. Mərhum sənətkar bu gün Lənkəranda dəfn olunacaq. "Ədəbiyyat və i...
ANL
UNUDULMAZ ŞAİRİMİZ ALİM MƏHƏRRƏMLİNİN XATİRƏSİNƏ. Onun haqqında yaxınlarının, dostlarının nisgilli söhbətlərini eşidəndə hardansa Məhəmməd Hadi xatirimə gəlir. XX əsrin əvvəllərində vətən və millət dərdini çəkə-çəkə yazıb-yaradan Hadinin, XXI əsrdə mənəvi varisi, ruhdaşı tərki-dünya şair, fani dünyanın puçluğundan bezi...
ANL
Harınlıq, acgözlük, yaltaqlıq, nadanlıq etməyin. Bu əməllərə sahib olanları bizim dünyada çox pis qarşılayırlar. Bilin ki, o dünyada nə qədər var-dövlət, mal-pul qazanıb, nə qədər dəbdəbəli villalar tikdirib, bahalı maşınlar alsanız da bir dənəsini də bu dünyaya gətirə bilməyəcəksiniz. O dünyada etdiyiniz naqis əməllər...
ANL
Çağdaş Azərbaycan ədəbiyyatında detektiv: janrın mənzərəsinə bir baxış. Detektiv ədəbiyyatı Azərbaycan ədəbiyyatında XX əsrin ortalarında meydana çıxdı ki, bu da Sovet dövrü Azərbaycan ədəbiyyatına təsadüf edir. Azərbaycan ədəbiyyatında detektivin banisi törədilmiş cinayətlər və bu cinayətlərin hüquq-mühafizə orqanları...
ANL
Mənəvi dəyərlər naminə, vətəndaş qayəsi ilə yaşanan ömür. Fədəkar qələm adamı Mayis Yanardağın 80 yaşına. İllərdir ki, biz AzTV-nin həyətində, radionun dəhlizində üz-üzə gələndə hörmət xatirinə dodaqucu salamlaşaraq ötüb keçirdik. Amma bir-birimizi əməlli-başlı tanımırdıq. Bəzən bu hündür qamətli insan hətta salama da ...
ANL
Deyirlər ki, ömür olumla ölüm arasındakı məsafədir. İnsan dünyaya gəldiyi gündən əcəlin onu hansısa bir məqamda haqlayacağını bilə-bilə həyatın dolanbac yollarından keçərək ölümə doğru yol gedir. Bu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzəri mexanika kafedrasının müdiri, texnika elmləri doktoru, professor Kn...
ANL
Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanından sonra “Sehrbazlar dərəsi” (Kamal Abdulla. romanı da İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyatında çap edilib. Müəllifin “Yarımçıq əlyazma” romanının İtaliyada iki dəfə nəşrindən sonra Kamal Abdulla yaradıcılığına oxucu marağını görən nə...
ANL
Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub. Qanlı yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Prezidenti yanında Bilik Fondu və Şəhid ailələrinə sosial dəstək ictimai birliyi ilə birgə təşkil olunub. Tədbiri giriş sözü ilə Mill...
ANL
Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının hazırladığı P.İ.Çaykovskinin "Şelkunçik" baletinin premyerası keçirilib. Bakı Xoreoqrafiya Akademiyası 90 illik tarixi ərzində ilk dəfə olaraq təhsil müəssisəsinin tələbə və şagirdlərinin iştirakı ilə tamaşa nümayiş etdi...
ANL
"Şəhidliyə aparan yol" filminin təqdimatı keçirildi. Ekran işi aprel döyüşlərində qəhrəmanlıq göstərən şəhid Nəcməəddin Savalanova həsr olunub. Dünən "Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi Sumqayıt şəhərində yerləşən Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə aprel döyüşlərində şəhid olan Nəcm...
ANL
Tofiq Məliklinin "Türk ədəbiyyatı tarixi" kitabının rusca nəşri təqdim olunub. Yanvarın 17-də Azərbaycan Yazıçılar Birliyində görkəmli türkoloq, professor Tofiq Məliklinin "Türk ədəbiyyatı tarixi" kitabının rusca nəşrinin təqdimatı keçirilib. Tədbiri AYB sədri, Xalq yazıçısı Anar açaraq kitab haqda məlumat verib: "Tofi...
ANL
"Muğam qəsri"ndəki mətləblər: ulu sənətin dünəni və bugünü. Saminə Hidayətqızının "Muğam qəsri" kitabı işıq üzü görüb. Kitaba Əməkdar incəsənət xadimi Sərdar Fərəcov önsöz yazıb. S. Fərəcov qeyd edir ki, sözügedən sahənin ta qədim zamanlardan azərbaycanlıların bir millət kimi yetkinləşməsində danılmaz rolu var: "Xalqım...
ANL
Tarixə və gələcəyə şair-mütəfəkkir baxışı. Yaxud Səməd Vurğun və Zərdüştilik fəlsəfəsi. Həyatda dərin məna görüb tərənnüm edən Səməd Vurğun özünəməxsus həyat fəlsəfəsi yaratmışdır. Şairin həyat fəlsəfəsi həm forma və həm də məzmun cəhətdən orijinal şəkildə təzahür etmişdir. Poetik şəkildə ifadə olunan Vurğunun həyat fə...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Erməni fraksiyasının bəyannaməsi. Malxazyan - şu bəyannaməyi oxuyur: Biz Gəncə və Bakı şəhərləri erməni milli şuraları nümayəndələri Azərbaycan Cümhuriyyətinin ali müəssisəyi-təşriyyəsinə daxil olaraq siz, mə...
ANL
Müqəddəs borc. Atamın - şair və publisist Vaqif Məmmədovun əziz xatirəsinə. Atam haqq dünyasına qovuşduqdan sonra onun haqqında keçmiş zamanda danışmaq, yazmaq mənim üçün çox çətindir. Onun haqqında sağlığında günlərcə, saatlarca danışardım, lakin indi nədənsə hiss və duyğularımı heç kimlə paylaşa bilmirəm. Ata oğul ki...
ANL
Koroğlu mövzusu Amerikanın şeir və musiqi dünyasında. Türk xalqları arasında çox yayılan, azərbaycanlıların xüsusi məhəbbətlə sevdiyi, oxuduğu, ifa etdiyi və dinlədiyi “Koroğlu” dastanı əsasında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli “Koroğlu” operası üzərində işləmiş, şah əsərlərindən biri sayılan bu operanı 1937...
ANL
Bulud gözlü qaya. Hamının dediyi adam olmaq Tanrı lütfüdür. Belə lütfə layiq görülmüş adamlar bu gün az da olsa var. Biri elə bizim dostumuz, qardaşımız Tağı Əhmədov! Bu adamın böyüklüyü, ucalığı heç də təkcə uca boyunda, salğarlı kişi yerişində deyil, bulud gözlü qaya olmasındadır. Qayalığını ilk baxışda hamı görür. B...
ANL
İkinciliyin beynəlxalq təsdiqi. Avropa ali məktəbləri və elmi müəssisələri arasında ilk türk dili kürsüsü, müasir ifadə ilə desək, türkologiya kafedrası 1870-ci ildə Budapeştin Peter Pazmani (indiki Eötvöş Lorand) universitetində açılmışdı. Təşkilatçı və təşəbbüskar dövrünün yarıməfsanəvi şəxsiyyəti - türk dünyasında d...
ANL
“Qaynana” filmi ilk dəfə alman dilində təqdim edilib. Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii axşam təşkil olunub. Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açar...
ANL
Musiqili Teatr Fəcr Festivalında mükafat qazanıb. Azərbaycan Dövlət Musiqili Teatrının İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakı uğurla yekunlaşıb. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Musiqili Teatr 20-dək ölkənin təmsil olunduğu bu nüfuzlu festivalda dahi Ü...
ANL
Vyanada müasir Azərbaycan incəsənəti haqqında məruzə dinlənilib. Yanvarın 18-də Vyana Tətbiqi İncəsənət Universitetində gənc rəssam Fərhad Fərzəli "Azərbaycanda müasir incəsənət səhnəsi haqqında" adlı məruzə ilə çıxış edib. Tədbirdə XX və XXI əsrlərdə Azərbaycanda müasir incəsənət sahəsində əsas istiqamət və cərəyanlar...
ANL
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq yaxın keçmişə nəzər saldı, soyuq qış gecəsində Sovet ordusunun silahlı birləşmələrinin dinc, əliyalın əhaliyə tutduğu divandan danışdı. K.Tahirov o zaman Azərbaycanın informasiya blokadasında olmasından, ümummilli lider Heydər Əliyevin Moskvadakı daim...
ANL
“Qətl edilmiş uşaqlar” erməni faşizmini ifşa edir. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda, Əsir və itkin düşmüş, girov götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə çap olunan “Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi keçirilib. Nəşrin ideya müəllifi Faiq Şükürb...
ANL
Qarabağımızın qövr eləyən yaraları. Azərbaycan - bütün bölgələriylə vahid, bölünməz məmləkətdir. Ən gözəl örnəkləriylə xalqımızın həyatını, tarixini, təbiətini, uğurlarını və itkilərini, zəfərlərini və faciələrini güzgü kimi əks etdirən ədəbiyyatımız da regionlara ayrılmır. Amma bununla belə vətənimizin elə həssas bölg...
ANL
Ölülərin dirilərə məktubu. Yüzlərlə adam mollanın səsinə səs verdi və məhrumu təntənə ilə dəfn etdilər. Bildirmək istəyirik ki, bizim məkanda dələduz, ara qarışdıran dindarlara, yalançı, savadsız mollalara, əməli düz olmayan hacılara, kəlbəlayilərə, məşədilərə yer yoxdur. Onları burada dini mərasimlərə, məclislərə yaxı...
ANL
Yanvarın 9-u isə əbədiyyətə qovuşduğu gündür. Həmin gün Azərbaycanın Heydər Əliyev, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Yusif Məmmədəliyev, Səməd Vurğun, Mikayıl Hüseynov, Mustafa Topçubaşov, Qara Qarayev, Fikrət Əmirov, Rəsul Rza, Rəşid Behbudov və bir çox başqa dahi şəxsiyyətlərin uyuduğu Fəxri Xiyabanda şairin ö...
ANL
Xatirələr dünyasında ucalan Ülvim. Ülvinin şeirləri və poema (əlyazması). Ülvinin hekayələri və povesti (əlyazması). Ülvinin pyesləri (əlyazması). Ülvinin tərcümələri (əlyazması). Ülvinin ədəbi -tənqidi və ictimai-siyasi məzmunlu məqalələri (əlyazması). Ülvinin məktubları (əlyazması). Ülvinin haqqında şeirlər və poemal...
ANL
Kövrək duyğular. Ömrümüz durduqca bu dərd bizim özümüzdə getməlidir, əgər onu arxaya qoyub özümüz ondan irəli keçsək, başı gülləçaxanların yenə də hədəfinə çevriləcəyik. Qanlı Yanvar günlərini xatırlayanda yadıma bir bayatımız düşür. Elə bil Qanlı Yanvar hadisələrini öz gözləri ilə görəndən, namərd güllələrin oğul və q...
ANL
“Sevinirəm ki, rektor kimi tələbələr üçün qorxulu deyiləm”. UNEC-in rektoru, professor Ədalət Muradov: "Biz təkcə savadlı, bacarıqlı mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdiririk". Hər il sessiya dövründə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) imtahanları...
ANL
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru. Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi yer alan qanlı Yanvar hadisələrindən 26 il ötür. Qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən Ümummilli lider Heydər Əliyev bu amansız cinayəti Sove...
ANL
Taleyin diqtəsi, hisslərin hikkəsi... Və usta təhkiyəsi. "Vektor" Beynəlxalq Nəşrlər Evi bu günlərdə Səyyad Aranın "Sazaq" kitabını nəşr etməklə görkəmli yazıçının yaradıcılığı barədəki təsəvvürlərimizi təzələmək, yeni nə yazdığını, nə düşündüyünü öyrənmək baxımından, elə bilirəm ki, təqdirəlayiq bir iş gördü. Hekayələ...
ANL
"Mirnazim Əsədullayev - Sənətə sədaqət" təqdim olundu. Səbail MKS-in 1 saylı filialında (M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında) Əməkdar artist, tanınmış kamança ifaçısı Mirnazim Əsədullayevin 65 illik yubileyi qeyd edilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Əhsən Rəhmanlının "Mirnazim Əsəd...
ANL
Opera sənətimizin daha bir təntənəsi. 1961-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində yaradılmış Opera studiyası bugünəcən bir çox uğurlar qazanıb, Azərbaycan opera sənətinin inkişafı yolunda bir sıra önəmli addımlar atıb. Opera studiyası Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının V...
ANL
Bir şair tərk etdi dünyamızı. “Gedənləri ruhunuza dəfn edin!" – deyən şair Camal yusifzadəni xatırlarkən... Camal Yusifzadə də dostu Ələkbər Salahzadə kimi ürəyindən getdi. Onunla məni ötən əsrin 70-ci illərinin əvvəllərində elə unudulmaz dostum Ələkbər Salahzadə tanış etmişdi. İsa İsmayılzadə, Ələkbər Salahzadə, Camal...
ANL
Səkkiz min ürəkli İnsan. Zaman bizə Tarixin saxlancından forma və məzmunca qatı açılmamış faktları sürpriz etməklə bəzən heyrət yaratmaq istəyir, ancaq insan öz müasirlərinin yaşamından daha çox ibrət, zövq alır, nümunə götürür, örnək bilir. Azərbaycan tibb elminin xariqüladə töhfələri kifayət qədər çoxdur. Görkəmli of...
ANL
Qarabağın Qaçaq Nəbisi. Qəhrəmanlıq, igidlik xalqın ruhundan doğan, tarixin bütün mərhələlərində zəruri ehtiyaca çevrilərək vətənin, el-obanın müdafiəsinə, xilasına hesablanmış müqəddəs mənəvi dəyərləridir. Yaxın keçmişimizdə, hazırkı günlərimizdə özümüz də bunların şahidi olmuşuq. Qarabağ müharibəsi illərində vətənin,...
ANL
Azərbaycan siyasi liderlərindən Əlimərdan Topçubaşının arxivi. Azərbaycanlı dostum Ramiz Abutalıbov irəliləyən yaşına rəğmən önəmli əsərlərə imza atmağa davam edir. Parisdə fərqli illərdəki iki vəzifə müddətində Azərbaycan siyasi mühacirlərinin yaxınlarıyla qurduğu səmimi münasibət nəticəsində əldə etdiyi sənədləri ölk...
ANL
Azərbaycan jurnalistikasında öz dəst-xətti, öz yeri olan istedadlı qələm dostum Tofiq Yusifovun 60 yaşı tamam olur. 2002-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğul olan Tofiq Yusifov "Təfəkkür" Universitetinin professoru olub, Bakı Dövlət Universitetində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi üzrə mühazirələr oxuyub. ...
ANL
İslam elm tarixində "Azərbaycan məktəbi". Dünya və elm tarixinə baxdığımızda müxtəlif sivilizasiyalar daxilində xüsusi intellektual çəkiyə malik olan məktəblərin mövcudluğuna şahid oluruq. Məhz bu düşüncə məktəbləri sayəsində elm tarixi şəkillənmiş və bir baxıma zəngin paradiqmalar meydana gəlib. Bu paradiqmalar zamanl...
ANL
İtaliyalı mütəxəssis Azərbaycan Milli Kitabxanada. Yanvarın 25-də İtaliyanın Florensiya əyaləti hökumətinin informasiya texnologiyaları üzrə meneceri Jurgen Assfalg M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüş Azərbaycan və İtaliyanın Mədəniyyət və Turizm nazirli...
ANL
Parisdə Azərbaycanın Dostları Assosiasiyasının illik toplantısı olub. Parisdə Azərbaycanın Dostları Assosiasiyasının Baş Assambleyasının illik toplantısı keçirilib, təşkilatın 2016-cı ildəki fəaliyyəti və bu il üçün planları nəzərdən keçirilib. Bildirilib ki, Azərbaycan həyata keçirdiyi irimiqyaslı layihələrlə, dünyaya...
ANL
Yanvarın 25-də Azərbaycan Xalça Muzeyində "Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah" mövzusunda regional seminar işə başlayıb. AZƏRTAC xəbər verir ki, seminar Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Gürcüstan Milli Komitəsi, P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin ...
ANL
Ədəbi proseslə bağlı daha bir toplu. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda "Ədəbi proses-2015" yaradıcılıq müşavirəsinin məruzələr toplusu işıq üzü görüb. İnstitutun direktoru, akademik İsa Həbibbəylinin topluya yazdığı "Janr zənginliyi və gənc qvardiya" adlı ön sözdə "Ədəbi pro...
ANL
Türkdilli poeziyadan mənzərələr: Məhtimqulu şeirinin qafiyə zənginlikləri. Məhtimqulu Fəraqi şeirində qafiyə öz "vəzifəsini ləyaqətlə yerinə yetirib", şairin əvəzsiz sənət əsərlərinin yaranmasında misilsiz rol oynayıb. Şairin poeziyasında işlənmiş zəngin qafiyə quruluşuna ilk dəfə diqqət yönəldən A.Potseluevski onun qa...
ANL
İnsana insandan danışmaq sənəti. Rüstəm Behrudi poeziyasındakı əxlaq fəlsəfəsi haqqında qeydlər. Dünyadan gəlib getmiş bütün şairlər insana ölümdən, əbədiyyətdən, Allahdan, ağacdan, otdan, çiçəkdən danışdı, o, hamıdan fərqli olaraq insana insandan danışmaq istədi. O insandan danışmaq istədi ki, bu yer üzündə çox şey bi...
ANL
Azərbaycanda obyektiv və professional təhsil ekspertləri institutunun formalaşdırılmasına ciddi ehtiyac var. Təhsil hamıya yaxın olan, hamının rəy söyləyə və qiymət verə biləcəyi sahə olsa belə, istənilən ölkədə, xüsusilə də bir sosial-ictimai-ideoloji sistemdən digərinə keçid dövründə təhsili olduqca həyati və zəruri ...
ANL
“Nəşriyyatlar və qəzet-jurnal redaksiyaları qanuna tabe olmurlar”. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun müsahibəsi. Xatırlayırsınızmı, vaxtilə kababxana sözü kitabxanadan daha hörmətli səslənirdi. Kimlər üçünsə əlbəttə, belədir. Və onlardan ötrü sabah da heç nə...
ANL