text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Şair Vaqif Bəhmənlinin gənc ədiblərlə görüşü. Yanvarın 24-də Azərbaycan Yazıçılar Birliyində Gənc Ədiblər Məktəbinin (GƏM) daha bir toplantısı keçirildi. Gənc ədiblərin budəfəki qonağı GƏM-in ideya müəllifi və yaradıcılarından olan şair Vaqif Bəhmənli idi. Bu mənada məktəb üzvlərinin şairlə tanışlığı hamı üçün arzuolun...
ANL
Yaddaşımdakı Hüseyn Arif. Və ya söhbəti də səmimi idi, ülfəti də... Dincliyin nə olduğunu bilmədiyim çağlarda yazmaq istədiklərimi bu gündən sabaha qoymazdım. Xalq şairi Hüseyn Ariflə bağlı xatirələrimi yazmaq istəyim çoxdan vardı. Özü həyatda olmasa da,bu işıqlı insanın adı, şeirləri,sözü-söhbəti, haqqında danışılan l...
ANL
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Azərbaycan Məclisi-Məbusanında 12-ci məclis. Sədr - Növbədəki məsələ hərbiyyə nəzarətinin müvafiq məmurlarına verilən isimlər barəsindəki qanun layihəsidir. Bir də ərz etməliyəm ki, hərbiyyə nazirimiz həyatın...
ANL
“Mulen Ruj”un populyarlığına gəldikdə, burada rəssam Anri Tuluz-Lotrekin çəkdiyi afişaların da xeyli rolu olmuşdur. Təsviri sənətin qrafika növündə çəkilmiş plakatlar kankan rəqqasələrini cürbəcür pozalarda təsvir edirdi. Afişalar həm də onların müəllifi Tuluz-Lotrekə şöhrət gətirdi. Bu plakatlar d`Orse muzeyində nümay...
ANL
“Vahdət-ul-vucud”dan süzülən misralar. Həyatım boyu bir neçə kərə sözün sehrinə düşmüşəm: söz ruhumun qapılarını açaraq, məni gündəlik yaşam tərzindən ayırmış, havalandıraraq qanadlarına alıb başqa aləmə aparmışdı. Birinci kərə yeniyetmə çağımda ünlü şairimiz Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemasını oxuyarkən bir ...
ANL
Ədəbi mövzunun qara traktovkası. Akademik Milli dram teatının yeni tamaşası haqqında düşüncələr. Xislətin radiusu və ədəbiyyat. İnsan yaradılışın ali varlığı olmaqla bərabər həm də mürəkkəb xisləti, gizli və görünən cizgiləri ilə anlaşılmaz və qəlizdir. Bu qəlizlik, heç şübhəsiz bitib-tükənməyən mövzulara zəngin çalar ...
ANL
Ədəbiyyatşünaslıqda faydalı örnək. XX əsrin ikinci yarısından etibarən gerçəkliyi əks etdirməyə doğru ədəbiyyatda başlanan proseslərin genişlənməsi böyük bir ədəbi cəbhənin meydana gəlməsi ilə nəticələnmişdir. Bədii ədəbiyyatın nəsr qolunda daha qabarıq şəkildə nəzərə çarpan bu qüvvətli meyl poeziyada da özünəməxsus ək...
ANL
Proza yazan çoxdur; amma nasir istedadı hər gün ələ gələn deyil. Xüsusən də istedad sahibinin özü; onu bihudə xərcləməyə. Mən onu günlərin bir günü nasir qələmindən tanımışam. Yenə də qələminin heyranıyam. Beş əsəri toplanıb burda; güman ki, ömrə hesabat qismindən. Dəyər, qardaşım! Yenə həmən nasir azartı, isti-isti hə...
ANL
Türklərin Macarıstanda etibarlı dostu. İqnats Kunoş beş illik səyahətdən böyük təəssüratlarla, ən vacibi isə sonrakı tədqiqatlara zəmin hazırlayan zəngin materialla geri dönmüşdü. Hələ Türkiyədə elmi ekspedisiyasını davam etdirdiyi dövrdə çap olunan əsərləri ona ümumavropa şöhrəti qazandırmışdı. Osmanlı hamilərinin yar...
ANL
Bir kitablıq Şirvan şikəstəsi. Bir neçə ay olardı ki, irihəcmli bədii əsər oxumaqdan qaçırdım. Düzü, başım yeni bir elmi əsərə qarışanda həmişə belə edirəm. Bir yandan da, universitetdə dərslərim, tanış-bilişlərin elmi əsərlərinə rəy yazmaq və başqa işlər məni bu imkandan xeyli aralı salırdı. Amma bu dəfə imtina edə bi...
ANL
“İçəri şəhər” filmi beynəlxalq festivallarda. Azərbaycan kinematoqrafçılarının işi olan “İçəri şəhər” bədii filmi Hindistanın 15-ci “Pune” və 7-ci “Yaşvant” beynəlxalq film festivallarının “Dünya kinosu” bölümündə nümayiş etdirilib. Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, film hər iki festivalda maraqla qarşılanıb. Psi...
ANL
Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Azərbayca...
ANL
SİYƏZƏNLİ ŞAİR NƏCMƏDDİN MÜRVƏTOVUN OXUCULARA YENİ TÖHFƏSİ. Nəcməddin Mürvətov əyalətdə - Siyəzən şəhərində yaşasa da, imzası yetərincə tanınan qələm adamıdır. Vaxtaşırı kitabları çap edilir, dəfələrlə televiziyaların ədəbi proqramlarının qonağı olub. Şair oxucularla müntəzəm ünsiyyətdədir, vaxtaşırı, kitabları ilə onl...
ANL
Dərgidəki ilk material akademik Rafael Hüseynovun “Azərbaycan” jurnalının 95 illiyinə həsr olunan “Yaşa, yaşa, çox yaşa!” yazısıdır: “İndi 90-ı adlayıb 100-ə doğru irəliləyən “Azərbaycan”ın keçmiş adlarını ard-arda düzüb düşünərkən içərimdə bu qənaət də yaranır ki, əslində, hərəsi bir epoxanı, tərəqqi yolumuzun bir mər...
ANL
Dördqanadlı yonca - dördqanadlı qız əfsanəsi. Qəribə, möcüzələrlə, təzadlarla dolu bir dünyada yaşayırıq. Mən onun necə mərd olduğunu, əsl kişi olduğunu bilirdim. Amma daha bir kişi hərəkətindən yasına gedəndə xəbər tutdum. Heç kimin etmədiyi bir kişilik edibmiş-lal bir qızla evlənibmiş, oğul-qız sahibi olubmuş! ...Bir...
ANL
Nəşrin bu sayı filologiya elmləri doktoru Abid Tahirlinin “Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin sorağında...” sərlövhəli ekspert yazısı ilə açılır. Müəllif 50 yaşını qeyd edən “Ulduz”un profilinə nəzər salır, onun yarım əsr ərzində ədəbiyyat üçün gördüyü işlərə münasibət bildirir. Dərgidə növbəti yazı İkinci Mahmud...
ANL
Bircə göz qırpımında. Birləşdirmək istədi. Yoxluğun sonu ilə. Şair düz deyir, Tanrı vermir gücünü, vermir yaratdığına... Müqəddəs kitablarda yazıldığına görə, Allah-təala yaratdıqlarının əşrəfi olan insanı özünə bənzər yaradıb... Ancaq gücünü verməyib. Məxluqatın hamısından fərqli olaraq, insana şüur verib - dünyanı, ö...
ANL
Yazıçılar Birliyində şair Sabir Sarvanın yubileyi qeyd edilib. Yanvarın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda qurumun Sumqayıt bölməsinin rəhbəri Sabir Sarvanın 60 illik yubileyi qeyd olunub. AzərTAc xəbər verir ki, tədbirin aparıcısı, tanınmış şair və nasir Əjdər Ol yubilyarın həyat və yaradıc...
ANL
Gənc aşıqlara fəxri diplomlar təqdim olundu. Yanvarın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Folklor ənənələrinin inkişafına dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gəncləşən sazım” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, ictimai birliyin sədri Aşıq...
ANL
Azərbaycan rəssamlarının əsərləri Daşkənddə sərgilənir. Özbəkistan Rəssamlar İttifaqının (ÖRİ) Mərkəzi Sərgi salonunda Beynəlmiləl Mədəniyyət Mərkəzinin (BMM) 25 illiyinə həsr edilmiş “Özbəkistan bizim ümumi evimizdir” adlı sərgi açılıb. Sərginin açılışında Daşkənddə fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərinin rə...
ANL
Ədəbi tənqiddə Seyid Hüseyn nümunəsi. GÖRKƏMLİ ƏDİBİMİZİN VƏ MÜQTƏDİR TƏNQİDÇİMİZİN 130 İLLİYİ BUGÜNLƏRDƏ TAMAM OLDU. XX əsrin əvvəlləri (1900-1920) Azərbaycan ədəbiyyatında yeni bir mərhələ kimi səciyyələndirilir və hətta bu dövr bir intibah - milli mədəniyyətimizin inkişafında zirvə, bütün əvvəlki ədəbi mərhələlərdən...
ANL
Cahangir Məmmədlinin 75 yaşına... Azərbaycan media sahəsində peşəkar jurnalistlər çoxdur. Doğrudur, zaman, mühit bəzən öz işini görür və indi Azərbaycanda mətbuat azadlığının elə bir çağıdır ki, kim istəsə jurnalistikaya gəlir, özünə qəzet, sayt açır. Lakin çox təəssüf ki, bu axın bir tərəfdən peşəkarlığı zəiflədir, di...
ANL
“Ustad”ın oxucularla növbəti görüşü. Jurnalın bu sayı Şəmil Sadiqin “Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir” yazısı ilə açılır. Yazını professor Asif Rüstəmlinin “Ədəbiyyat İnstitutunun beş aylıq sələfi” məqaləsi izləyir. Niyazi Mehdi “Hessenin bir deyiminin ucundan tutub gedəndə... Semantikasız dünya” yazıs...
ANL
Maraqla qarşılanan “Hoqqa”. “Nizami” Kino Mərkəzində “Hoqqa” filminin qala-gecəsi keçirilib. Filmin təqdimatında tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. AZƏRTAC xəbər verir ki, “Dİ” şirkətinin dəstəyi ilə çəkilən filmdə baş rolları Əməkdar artist Dilarə Əliyeva və aktyor Elməddin Cəfərov canlandırıb...
ANL
Anarın və Tural Anaroğlunun pyesləri bir kitabda. Xalq yazıçısı Anarın və yazıçı Tural Anaroğlunun əsərlərinin yer aldığı, telepyeslərdən ibarət “Evləri köndələn yar” - “Evləri göydələn yar” kitabı işıq üzü görüb. Anarın 1982-ci ildə qələmə aldığı məşhur telekomediya elə həmin ildə Ramiz Həsənoğlu və Tariyel Vəliyevin ...
ANL
Ardı hələ çox-çox illər yaşanılsın. "Səhər-səhər" rubrikasında. Tanışlığımızın tarixi isə 73 ili aşıb, yəni yeddi yaşımızdan musiqi məktəbinin birinci sinfinə getdiyimiz günlərdən bir ömür keçib... Zemfiranın xatirələr kitabına üç nöqtə qoyduğu gündən isə 17 il keçir. “Ardı yaşanılır” kitabında yazılanları birgə yaşadı...
ANL
“Mən hər yerdə UNEC tələbəsi olduğumu qürurla deyirəm”. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Faiq Xasıyev “Erasmus+” mübadilə proqramı çərçivəsində Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-da (İnterational School of Business and Management) bir semestrl...
ANL
Pakistan Ədəbiyyat Akademiyasının (PAL) dəvəti üzrə həmin elmi müəssisənin təşkilatçılığı və PİR dövlətinin himayəsi ilə keçirilən 4-cü Beynəlxalq Dil, Ədəbiyyat və Cəmiyyət konfransında iştirak etmək məqsədilə 3-10 yanvar 2017-ci il tarixlərində qardaş ölkədə ezamiyyədə oldum. 200 milyon nəfərə yaxın əhalisinin böyük ...
ANL
Prezidentin "Qarabağa qayıdış" strategiyası erməniləri qorxuya saldı. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə verdiyi aprel dərsləri düşmən ölkədə hələ də böyük rezonans doğurmaqda, ermənilərin rahatlığını pozmaqdadır. Bu barədə “Azərbaycan” qəzetində yerləşdirilən məqalədə yazılıb ki, cəbhədə baş verən məl...
ANL
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini dekanı, professor Cahangir Məmmədlinin müsahibəsi. Bizim rektorumuz Abel Məhərrəmov həmişə deyir ki, yubiley həm də hesabatdır. Həqiqətən belədir. Adam bu suallarla üz-üzə qalır: görəsən, mən bu həyatı yaxşı yaşamışam? Nə qoyub gedəcəyəm? Bir tərəfdən də narahat edir...
ANL
Polkovnik Əbülfət ağa Şahtaxtinski: gerçək vətənsevər, cəsur sərkərdə. O dövrün populyar ictimai, siyasi qəzeti olan "Kavkaz" üzücü bir xəbərlə Tiflis, İrəvan və Naxçıvan ziyalılarını, həmçinin, hərbçilərini çox kədərləndirdi. 9 mart şənbə günü idi. Şənbə günündə olan elanla bildirilirdi. "Ağır kədərdən sarsılmış Balab...
ANL
Doğma Kəlbəcərin əvəzolunmaz tərənnümçüsü. Bugünlərdə yurdumuzun səfalı guşələrindən olan Kəlbəcərin işğalının 25-ci ildönümünü hüznlə, ağrıyla qeyd edirik. Kəlbəcər Azərbaycan ədəbi-mədəni mühitinə böyük imzalar, şəxsiyyətlər qazandırıb. Orta məktəbi gümüş medalla bitirən gələcək şair Azərbaycan Dövlət Pedaqoji Xarici...
ANL
Bədii nəsrimizdə İsa Hüseynov zirvəsi. Şahanə MÜŞFİQ. İsa Hüseynov zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı Azərbaycan ədəbiyyatının "altmışıncılar" adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur. Xüsusən, nəsr sahəsində hiss ediləcək, gözlə görüləcək dərəcədə canlanman...
ANL
İSRAİLDƏ ÇALIŞAN BACARIQLI HƏKİM İLQAR ƏZMƏMMƏDOV DOĞMA AZƏRBAYCANA ÖVLADLIQ BORCUNU ƏSLA UNUTMUR. Doğma Azərbaycanımızın bir yurd yeri də bizim Şabran bölgəsidir. Qədim Şirvanın ulu və şanlı tarixə malik Şabran torpağına qədəm qoyan hər kəs ilk əvvəl bu torpağın hər qarışından boy verib görünən əsrlərin yadigarı, yaşı...
ANL
Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri genişlənir. Kərim TAHİROV. Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor. Son 15 ildə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində Azərbaycanın milli mənəvi dəyərlərinin mühafizəsi və təbliği istiqamətində əhəmiyyətli addımlar atılmış, ədəbi...
ANL
Vilayət Quliyev: "Cümhuriyyət sevgisi insanlarımızın ürəklərinə yol tapmalıdır". Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyəti səfiri, tanınmış filoloq alim Vilayət Quliyevin müsahibəsi: - Vilayət bəy, bu il Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 100 illiyidir. Siz elmi fəaliyyətə Azərbaycan SSR dönəmində b...
ANL
Kitabxana etikasına dair ilk fundamental milli nəşr. Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə ithaf olunmuş "Kitabxana etikasıvə kitabxanaşünaslığın linqvo-konseptual məsələləri" adlı monoqrafiya gen...
ANL
Tanınmış Azərbaycanşairi Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabıişıq üzü görüb. Şairin 70 illik yubileyi və Azərbaycan Tərcümə Mərkəzinin, milli ədəbiyyatın dünyada tanıdılması layihəsi çərçivəsində nəşr edilmiş kitaba, müəllifiningilis və Azərbaycan dilində “Qarabağsız”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz düny...
ANL
2005-ci ildə Qırğızıstanda Türkiyə Manas Universitetini bitirib. Qazaxıstanda Əhməd Yəsəvi Universitetində hazırlıq fakültəsində dekan müavinidir. Bir neçə kitabın müəllifidir. Azərbaycan ədəbiyyatından bir çox yazıçılarımızın əsərlərini Türkiyə türkcəsinə çevirib. Ömər Küçükmehmetoğlu (Türkiyə). Pəncərədən çölə baxdı,...
ANL
Elçinin yaradıcılıq yolu kreativ təfəkkürün yeni formatında. Akademik Nizami Cəfərov müasir ədəbiyyatşünaslıq elmimizin və ədəbi tənqidimizin ən nüfuzlu şəxsiyyətlərindən biridir. Olduqca önəmli və dəyərli yaradıcılığa malikdir. Eləcə də, Xalq yazıçısı Elçin müasir Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrində...
ANL
Milli ideya və onun təkamül fəlsəfəsi. AKADEMİK RAMİZ MEHDİYEVİN ƏSƏRİ ÜZƏRİNDƏ DÜŞÜNƏRKƏN. Müasir Azərbaycan fəlsəfi fikrinin inkişafında xüsusi xidmətləri olan akademik Ramiz Mehdiyev növbəti sanballı əsərini ərsəyə gətirib. 2017-ci ildə Rusiyanın paytaxtında nəşr edilən və iki kitabdan ibarət olan əsər Azərbaycan cə...
ANL
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri. 2018-ci il mayın 28-də ölkəmizin tarixində ən əlamətdar hadisələrdən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur. Həmin tarixdə Rusiya İmperiyasının dağılması, Azərbaycanda milli azadlıq hərəkatının güclənməsi nəticəsində Ş...
ANL
Avstriyada "Uçan xalça" sərgisi açıldı. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriyanın gənc rəssam-tələbələrini birləşdirən "Uçan xalça" sərgisinin açılışı olub. Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin məlumatına görə, sərginin təşkilatçıları ölkəmizin Mədəniyyət və Turizm N...
ANL
"Qiymətli xəzinənin mühafizəçiləri". KƏNARDAN GÖRÜNMƏYƏNLƏRƏ KƏNAR BAXIŞ. Qələm əhlinin qənaətinə görə, təəssüratlar əsasında ərsəyə gələn yazılarda obyektin təhlili və real təsvir elementləri güclü olur. Bu səbəbdən AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanovanın tapşırığı ilə "Fondların mühafizəsi" ...
ANL
Akademik təhsildə ixtisas dərsləri: Ədəbiyyat İnstitutunun nümunəsi. Sivilizasiyanın təkamülü boyu forma və məzmun dialektikası inkişafın stixiyasını müəyyənləşdirən əsas faktorlardan biri olub. Formaya nisbətdə daha mütəhərrik olan məzmun çağın prinsiplərinə daha tez uyğunlaşır, dəyişir. Dəyişmələr yeni formanın tətbi...
ANL
Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov. Vaxtilə "Azərbaycan Milli Mərkəzinin işi" və "Əksinqilabi Azərbaycan Milli Mərkəzinin işi üzrə yekun ittihamnaməsi" işlərində bir qrup millətçi şəxslərlə bərabər ağır cəzaya layiq görülmüş Əhməd Pepinov, sözsüz ki, bu dəfə güllələnmədən başqa bir hökm gözləyə ...
ANL
"Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, aprelin 15-də Milli Kitabxanada "Bakı Prosesi-10" adlı kitab sərgisi açılıb. Sərgidə "Bakı Prosesi" çərçivəsində keçirilən çoxsaylı beynəlxalq tədbirlər, layihələr, festivallar haqqında Azərbaycan...
ANL
Hörmətli Vaqif müəllim! Aprel ayının ilk günlərindən qəzetlərdə haqqınızda dərc edilən məqalələrdən xəbər tutdum ki, yaxında yuvarlaq yubileyiniz - 70 yaşınız tamam olur. Axı, belə ədəbi məhsuldarlıq yalnız cavan, enerjili qələm adamlarına xas olar. Ancaq fakt faktlığında qalır. Yaxşı, xeyirxah söz deməkdə gərək xəsis ...
ANL
Yeni əsərləriniz və işıqlı əməlləriniz hələ qarşıdadır... XALQ YAZIÇISI ANARIN 80 İLLİK YUBİLEYİNƏ. İndiyədək çıxan kitablarınızı oxumuş və bir çoxu haqda öz fikirlərimi yazıb mətbuatda çap etdirmişəm. Yazıçı və tədqiqatçı Pərvin Nurəliyevanın "Anar nəsrində tale və zaman kataklizmləri axarında dəyişən və dəyişməyən in...
ANL
Azərbaycanlı rejissor İlqar Nəcəfin "Nar bağı" bədii filmi Vyanada "LETS CEE" beynəlxalq film festivalında nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Film" kino şirkətinin birgə istehsalı olan ekran əsəri tamaşaçılar və kinematoqrafçılar t...
ANL
Polkovnik Əbülfət ağa Şahtaxtinski: gerçək vətənsevər, cəsur sərkərdə. Əbülfət ağa Şahtaxtinski bacarıqlı zabit kimi saray qvardiyasının Semyanovsk polkunda hərbi xidmətə başlayır. Nümunəvi xidmətinə görə saray qvardiyasının 8 avqust 1885-ci ildə Əbülfət ağa poruçik rütbəsi ilə təltif edilir. 1886-cı ildə məzuniyyət al...
ANL
Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər. Adının mənası gil və əhəng daşı yüksəkliklərinin yaratdığı ümumi qaramtıl mənzərəsi ilə səciyyələndirilən Bakının Qaradağ rayonu paytaxtın cənub-şərqində, Xəzər dənizi sahili boyunca yüz kilometrədək ərazini əhatə edir. Böyük neft-qaz, əhəng da...
ANL
Milli Kitabxanada Aqil Abbasa həsr olunmuş kitab sərgisi. Aprelin 1-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, Milli Məclisinin deputatı, "Şöhrət" ordenli, Əməkdar jurnalist, yazıçı Aqil Abbasın anadan olmasının 65 illiyi münasibətilə "Aqil Abbas – 65" adlı kitab sərgisi açılıb. Bild...
ANL
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. O, yarım milyon səs çoxluğunu qazandı, beləliklə, yenicə aydın olan kimi, artıq əvvəlkitək azlığın deyil, çoxluğun prezidenti idi. İllinoys ona 25 min artıq səs qazandırmışdı, onun doğma qraflığında isə Makklellan irəlidə idi. Özünün doğulduğu Kentukki ştatında d...
ANL
Vətən həsrəti. Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. Əli usta hal-hazırda Şərqi Qarahasarda Alucra qəzasında yaşamaqdadır. Əli usta...
ANL
Cənubi Azərbaycan ədəbiyyatına dair dəyərli tədqiqat. ESMİRA FUAD-ŞÜKÜROVA ELMLƏR DOKTORU DƏRƏCƏSİ ALMAQ ÜÇÜN YAZDIĞI DİSSERTASİYANI UĞURLA MÜDAFİƏ EDİB. Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında həmin elm müəssisəsinin Filologiya üzrə elmlə...
ANL
Beynəlxalq uşaq kitabı günü qeyd olundu. 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da qeyd olunub. Kitabxanada beynəlxalq uşaq kitabı gününə həsr olunmuş kitab sərgisi açılıb. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova bu günün əhəmiyyətindən danışıb. Bild...
ANL
Səmərəli islahatlar və mütərəqqi dəyişikliklər mərhələsi. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. Tarix boyu dövrün çağırışlarını nəzərə alan, yaranmış yeni imkanlardan yetərincə faydalanmağı bacaran cəmiyyətlər həmişə irəli gedərək tərəqqi tapmışlar. Böyük topl...
ANL
"Molla Nəsrəddin" jurnalında demokratik cümhuriyyət ideyaları. XX əsrin mürəkkəb və paradokslarla dolu ictimai-siyasi mühiti ilk satirik mətbuatımız olan "Molla Nəsrəddin" jurnalının yaranması zərurətini reallaşdırdı. Jurnal nəinki Azərbaycan milli mətbuatına, ədəbiyyat tarixinə və mədəniyyətinə böyük töhfələr verdi, h...
ANL
BU GÖZƏL NƏĞMƏ BƏSTƏKAR RAUF HACIYEVLƏ ŞAİR YUSİF HƏSƏNBƏYİN BİRGƏ YARADICILIĞININ MİSİLSİZ BƏHRƏSİDİR. Müsahibə. Onun Azərbaycanın ən məşhur bəstəkarlarının, demək olar ki, hamısı ilə iş birliyi olub. Onlardan biri də görkəmli sənətkar, SSRİ Xalq artisti Rauf Hacıyevdir. Onların birgə əməyinin nəticəsi olan "Saçlarına...
ANL
Namiq Atabəyli ilə biz tələbəlik yoldaşıyıq. Onun öz 60 yaşının əlamətdarlığı üçün yenicə nəşr etdirdiyi "Şirvanşah Böyük Axsitan" tarixi romanı haqqında ilk Sözü deməyi məndən gözləməsinin səbəbi özlüyündə aydındır. Amma etiraf edim ki, həqiqətən, ilk gənclik çağından nə yazdığı və necə yazdığına, nə oxuduğu və necə o...
ANL
Aprelin 4-də Milli Kitabxanada Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyinə həsr edilən sərgi açılıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, "Aşıq Şəmşir-125" adlı sərgidə sənətkarın müəllifi olduğu, habelə onun haq...
ANL
Elçin Əzizov beynəlxalq opera festivalında uğurla çıxış etdi. Fransanın Lion şəhərində italiyalı bəstəkar Cüzeppe Verdinin şərəfinə Opera Festivalı keçirilir. Festivalda Verdinin "Atilla", "Makbet" və "Don Karlos" kimi ən məşhur operalarının müasir versiyaları təqdim edilib. Azərbaycan baritonu, Əməkdar artist, Rusiya ...
ANL
Milli mətbuatımızın "Molla Nəsrəddin" zirvəsi. 143 illik yol gələn milli mətbuatımızın inkişafında "Molla Nəsrəddin" jurnalı özünəməxsus xidmətləri ilə mühüm yer tutur. Mübaliğəsiz demək olar ki, "Molla Nəsrəddin" jurnalı publisistik püxtəliyi, jurnalistika peşəkarlığı, müxbirlik məharəti, janr müxtəlifliyi, milli idey...
ANL
Bəhram Fərmanzadənin şeirləri. Özümlə söhbət. ("İşıqlı düşüncələr" silsiləsindən). Qarşında ağ kağız, Əlində qələm. Dərin fikirlərə. Dalıb səhərdən. Fikrə gedirsən. Yazanlar çox olub, Qəmdən-qəhərdən. Gah şirin gülüşdən, Qəhqəhələrdən. Sual ver hərdən. Düşüncələrdən. Söz-möcüzəli. Həyatda ən ağır, Sözün yüküdür. Asandı...
ANL
Xeyirxahlıq onun qayəsidir. Mən 1957-ci ildən dövrü mətbuatda şeirlərimlə çıxış etdiyimdən, Elçin Əfəndiyev məni qiyabi tanıyırdı. Amma Xalq yazıçısı Elçinlə ilk tanışlığımız cərrah işlədiyim 2 saylı Bakı şəhər klinik xəstəxanasında oldu. O, əmisi Mustafa Əfəndiyevin xəstəliyilə əlaqədar, yaxın qohumluq əlaqələri olan,...
ANL
DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ İLƏ BEYNƏLXALQ UĞAM MƏRKƏZİ GÖRKƏMLİ BƏSTƏKAR ELZA İBRAHİMOVANIN ARADICILIĞINA HƏSR OLUNMUŞ KONSERT TƏŞKİL EDİB. Aprel 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Beynəlxalq Muğam Mərkəzinin "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində keçir...
ANL
Aprelin 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Klassik musiqi həvəskarları klubunun 10 illiyinə həsr edilən konsert-tamaşa nümayiş olunub. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova yubiley tədbirində Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasovun "Şən bahar" uşaq operasının və "Düzgül...
ANL
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. Şimal radikalları buna çox sevindilər. Müdrik və uzağı görən Linkoln isə ümumi sevincə qoşulmadı. O qorxurdu ki, əsirlər “ağ fil” olduqlarını sübut edəcək və hüququn tələbinə görə, onları ittiham etmək mümkün olmayacaqdır. İngiltərədə də bu hadisənin hiddət doğuracağına...
ANL
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR. Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. ...
ANL
Vilayət QULİYEV. (Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin Paris sülh konfransında iştirakla bağlı üzləşdiyi çətinliklər). Paris deyəndə yada ilk növbədə Mirzə Fətəlinin Şahbaz bəyi düşür... Dil öyrənmək, çağdaş Avropa mədəniyyətinə aşina olmaq, faydalı əlaqələr qurmaq niyyəti ilə Parisə getmək istəyən Şahbaz b...
ANL
Böcəklər - “Maskalar” silsiləsindən. Arxası divara dirənmiş divan, bufet, televizor, üst-üstə yığılmış kitab rəfləri. Əvvəlcə böcək uçuşunun səsi eşidilir, sonra əlində milçəkvuran tutmuş Xanım qaça-qaça sol tərəfdən otağa daxil olur. (Milçəkvuranı zərblə mizin üstünə çırpır.) (Bufetə tərəf qaçaraq, hoppanıb, milçəkvur...
ANL
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri. Türkiyənin görkəmli ədəbiyyat tarixçisi Əhməd Kabaklı çoxcildliyinin ikinci cildində dahi özbək şairi Əlişir Nəvaiyə də bir fəsil ayırmışdır. Ə.Kabaklı yazır: “Nəvai Türk Bilgə Kağan və Kaşqarlı Mahmuddan sonra tarix içində tanıdığımız ən şüurlu türk millətçisidir. ...
ANL
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ziyalıları ana dilində qəzet və ya jurnallar çıxarmaq üçün dəfələrlə hökumət dairələrinə müraciət etdilər. Lakin çar hökuməti Azərbaycanda maariflənmə kimi, mətbuatın da inkişafına mane olur, buna imkan vermirdi. Ona görə də Azərbaycan əhalisi Yaxın Şərq ölkələrində çı...
ANL
Müşfiq poeziyasının notlardakı sədası. Şahanə MÜŞFİQ. Doğrudur, “Sözləri Mikayıl Müşfiqindir” cümləsini çox da tez-tez eşitmirik. Ona görə də bizimçün elə də alışdığımız bir cümlə deyil. Amma qəribədir ki, bu cümlə işlənmədiyi halda belə sözləri Mikayıl Müşfiqə aid olan mahnılar hələ ilk notundaca özünü tanıdır. Cəmi 2...
ANL
Dünən “Olaylar” İnformasiya Agentliyinin və eyniadlı qəzetin təsisçisi, tarixçi, publisist Yunus Oğuzun “Ovçu” adlı tarixi romanının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə millət vəkili, akademik Nizami Cəfərov açıb: “Bildiyiniz kimi, Yunus Oğuz bu vaxtadək bir çox tarixi romanlarını yazaraq təqdim edib. B...
ANL
Qabilin unudulmaz xatirəsinə. Qabilədəbiyyatımızın parlaq simalarından idi. O, poeziya, ədəbiyyat üçün doğulmuşdu. Və düşündürürdü, çünki mayasında Qabil ürəyindən su içən işıq vardı. Yaradıcılığı ilə şəxsiyyəti həmahəng, əməlləri ilə sözü bir olan və bununla öyünən Qabil “Qobustan qayaları” deyirdi özünə. İndiki Pedaq...
ANL
Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun ev-muzeyi 1975-ci ildə açıldığı gündən Vurğunsevərlərin, ədəbiyyatsevərlərin poeziya ocağına çevrilib. 2015-ci ildən muzeyin S.Vurğunun istedadlı övladlarını - Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz rol oynamış Xalq yazıçısı Yusif Səmədoğlunun və Xalq şairi Vaqif Səmədo...
ANL
Elə sənət sahibləri var ki, gördüyü işlər daim göz önündə olur, müəllifinə şöhrət gətirir. Memar da belə peşələrdən biridir. Memar olmaq Ofeliya Babayevanın uşaqlıq arzusu olub. Doğulub boya-başa çatdığı Bakının qədim abidələrinə, İçərişəhərin tikililərinə baxdıqca, memarlığa olan marağı daha da artıb. Özündə tarixin s...
ANL
Aprelin 10-da Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq Salam Qədirzadənin anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi açılıb. "Salam Qədirzadə-95" adlı sərgidə yazıçının əsərləri, sözlərinə yazılmış mahnılar, haqqında olan kitablar və qəzet-jurnal materialla...
ANL
Türkmən xalqının milli şairi. Türkmənlər Anadolu və Azərbaycan türkləri kimi oğuz dil qrupuna daxildilər. Ümumi sərvətimiz olan "Kitabi-Dədə Qorqud"un mətnində oğuzlarla türkmənlərin fərqini bildirən iki atalar sözü var.Ürgənçdə anadan olan XVII əsr tarixçisi və döyüşçüsü Əbül Qazi xan (1603-1664) türkmənlərin və türkl...
ANL
Məhəmməd Əmin Rəsulzadənin nəzərində milliyyətçilik və millətçilik. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə bu il 100 illik yubileyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti haqqında düşünərkən istər-istəməz vətənin fədakar övladları, canını və qanını ölkəmizin istiqlalı uğrunda qurban vermiş minlərlə insan...
ANL
Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı başlanır. Aprelin 12-dən 30-dək Türkiyənin Trabzon şəhərində ənənəvi Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı (UTEF) keçiriləcək. Bu il üçüncüsü düzənlənəcək festivala Azərbaycandan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redakoru Rəşad Məcid qatılacaq. Budəfəki festivalın...
ANL
Görkəmli söz ustası, Xalq şairi Rəsul Rza yüksək sənətkarlıqla qələmə alınan, dərin fəlsəfi məzmunlu əsərləri ilə ədəbiyyat tariximizdə öncül yerlərdən birini tutur. O, yeni ədəbiyyat uğrunda mübarizə dövründə qələmə sarılmışdı. 17 yaşında ikən "Bu gün" adlı ilk şeiri ilə ədəbiyyata gələn Rəsul Rza məhz bu günün şairi ...
ANL
Fərqliliyin faciəsi. Yenə dünya ilə məsafə saxladığım günlərdən biri idi. Çoxdandır, sevgi deyə-deyə sinəmə döyməyə də ara vermişdim. Nə həyəcanlanmaq istəyirdim, nə nəbzimin surətlənməsini. Ruhumda dərin boşluq hiss edirdim! İnternetdə maraqlı nəsə axtara-axtara var-gəl edirdim. Bir gün öncə dostumla etdiyimiz söhbət ...
ANL
Görkəmli söz ustası, Xalq şairi Rəsul Rza yüksək sənətkarlıqla qələmə alınan, dərin fəlsəfi məzmunlu əsərləri ilə ədəbiyyat tariximizdə öncül yerlərdən birini tutur. O, yeni ədəbiyyat uğrunda mübarizə dövründə qələmə sarılmışdı. 17 yaşında ikən "Bu gün" adlı ilk şeiri ilə ədəbiyyata gələn Rəsul Rza məhz bu günün şairi ...
ANL
Fərqliliyin faciəsi. Yenə dünya ilə məsafə saxladığım günlərdən biri idi. Çoxdandır, sevgi deyə-deyə sinəmə döyməyə də ara vermişdim. Nə həyəcanlanmaq istəyirdim, nə nəbzimin surətlənməsini. Ruhumda dərin boşluq hiss edirdim! İnternetdə maraqlı nəsə axtara-axtara var-gəl edirdim. Bir gün öncə dostumla etdiyimiz söhbət ...
ANL
Yeni orfoqrafiya layihəsilə bağlı qeydlər. Azərbaycan dilinin orfoqrafiyası üçün fonetik prinsipin üstünlük təşkil etdiyi deyilsə də, əslində, iltisaqi dil kimi, Azərbaycan dili orfoqrafiyasında tipoloji-morfoloji qanunauyğunluqdan doğan və fonetik-fonematik göstəricilərlə möhkəmlənən qaydalar işlək olduğundan bu məqam...
ANL
Xalq yazıçısı Anarın müsahibəsi Türkiyə mətbuatında. Bugünlərdə Türkiyənin "Yeni Şəfəq" qəzetinin mədəniyyət müxbirlərinin Azərbaycanın Xalq yazıçısı Anarla müsahibəsi yayımlanıb. Yazıçının 80 illik yubileyi ərəfəsində baş tutan müsahibədə atası Rəsul Rzanın görkəmli türkiyəli şair Nazim Hikmətlə dostluğundan, özünün ə...
ANL
Yeni orfoqrafiya layihəsilə bağlı qeydlər. Azərbaycan dilinin orfoqrafiyası üçün fonetik prinsipin üstünlük təşkil etdiyi deyilsə də, əslində, iltisaqi dil kimi, Azərbaycan dili orfoqrafiyasında tipoloji-morfoloji qanunauyğunluqdan doğan və fonetik-fonematik göstəricilərlə möhkəmlənən qaydalar işlək olduğundan bu məqam...
ANL
Xalq yazıçısı Anarın müsahibəsi Türkiyə mətbuatında. Bugünlərdə Türkiyənin "Yeni Şəfəq" qəzetinin mədəniyyət müxbirlərinin Azərbaycanın Xalq yazıçısı Anarla müsahibəsi yayımlanıb. Yazıçının 80 illik yubileyi ərəfəsində baş tutan müsahibədə atası Rəsul Rzanın görkəmli türkiyəli şair Nazim Hikmətlə dostluğundan, özünün ə...
ANL
Altmış yaşda deyilənlər... ƏMƏKDAR MÜƏLLİM, AYB-nin ARAN BÖLMƏSİNİN MƏSUL KATİBİ, YAZIÇI SƏXAVƏT TAĞLARLA SÖHBƏT. İnsanın kökə, ilkinliyə-yurda bağlılığı təbii hissdir. İllər keçir, bu duyğu bir az da dərinləşir, səmimiləşir. Və başqalarına, özündən sonra gələnlərə də örnək olur. Təbii ki, ətraf aləmi dərk etməyə başla...
ANL
Xalq rəssamı Ömər Eldarovun yaradıcılığına aid kitab çap olundu. Yazıçı Günel İmranın "Qanun nəşriyyatı"nda "Ömər" adlı yeni romanı çapdan çıxıb. Kitab Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarovun həyat və yaradıcılığına həsr olunub. Romanda sənətkarın ömür yolunun müxtəlif dövrlərinə aid maraqlı faktlar, həyat və s...
ANL
Məhəmməd Əmin Rəsulzadənin nəzərində milliyyətçilik və millətçilik. Məhəmməd Əmin Rəsulzadə dəqiqləşdirərək qeyd edir ki, "Etnik bir özəllik ərz edən milliyyət mənsublarının yaşadığı bir yerdən ibarət olan coğrafi vətən dinamizmdən məhrum, passiv bir sevginin mövzusudur". Belə bir sevginin isə, məlum olduğu kimi, doğma...
ANL
Habil Əliyev adına müsabiqənin ilk turu yekunlaşdı. Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində "Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsi"nin I mərhələsi keçirilib. Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunu...
ANL
Ömür kitabının müqəddiməsi hesab etdiyim uşaqlıq illərinin xatirələri ilə zənginləşən yaddaş insan ömrünün qızıl fondudur. Yaxşı-pis nə varsa möhürlənir, şifrələnir və atılır saxlanc yerinə. Sonrakı mərhələlərində yeri gəldikcə müraciət etməli olur adam... Hərdən unudulmuş hesab etdiyin hadisələr qarşına xatirə libasın...
ANL
Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov. Bu "iş"lərin birincisi tərtib ediləndə Əhməd bəy cəmi 37, axırıncısı ittihama çevrilib, ən ağır cəza tələbi ilə sonuclananda isə 55 yaşında idi. Və artıq 18 ildən bəri təqiblərdən, təzyiqlərdən, təhqirlərdən yorulmuş Əhməd bəy üçün müstəntiq Qriqoryan soyadlı ...
ANL
“Mənim həyatım Gəmiqayaya bənzəyir”. Tanınmış türkoloq alim Murad Aci bu yaxınlarda dünyasını dəyişdi. O, 2005-ci ilin iyulunda Naxçıvana gələrək Gəmiqayada elmi ekspedisiyada iştirak etmişdi. Həmin ilin sentyabrında ona bir yazı ithaf etmişdim. … Bir vaxtlar bütün Asiyanın və Avropanın gələcək mədəni yüksəlişində, döv...
ANL
Bu məqsədlə rəfləri nəzərdən keçirirdim. Birdən üz qabığında gözəl və məğrur qız şəkli olan bir kitabça diqqətimi cəlb etdi. Şəklin altında iri hərflərlə yazılmışdı: "Göylərdən gələn gəlin". Bu, kitabın adı idi. Müəllifinə baxdım: Ziyəddin Sultanov. Dərhal bildim ki, şəkildəki qız Qarabağ müharibəsinin qəhrəmanlarından...
ANL
V Respublika elmi-ifaçılıq müsabiqəsinə yekun vuruldu. Görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş Pianoçuların V Respublika elmi-ifaçılıq müsabiqəsinə yekun vurulub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər hey...
ANL