text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakıda “Gəncliyin səsi” festivalı. Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” festivalının açılışı olub. Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaş...
ANL
Bugünlərdə gözüm önündən Qara Qarayevlə neçə-neçə görüşlər, söhbətlər, telefon danışıqları kino lenti kimi keçir. Bəstəkarla son görüş bütün dəqiqliyi ilə xəyalımda canlanır. Qarayevin iş otağı, iş masası ilə royalın arasında divarda parlayan “günəş” yadıma düşür. Bu “günəşi” bəstəkar özü müxtəlif əlvan nişanlardan düz...
ANL
Oktay Səmədov: “Bilik Fondu fəaliyyətini daha da təkmilləşdirmək əzmindədir”. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Prezident İlham Əliyevin 2014-cü il 7 may tarixli Fərmanı ilə yaradılıb. Ötən illər ərzində fond əhəmiyyətli uğurlara imza atıb, onun həyata keçirdiyi ölkədaxili və beynəlxalq layihələ...
ANL
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Kaspi” təhsil şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə keçirdiyi “Hüseyn Cavid - 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mə...
ANL
Yunus Oğuzun "Atabəy Eldəniz" romanında tarix və şəxsiyyət faktoru. Dünya ədəbiyyatında Valter Skottun adı ilə anılan, Azərbaycan ədəbiyyatında isə Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanı ilə başlanan tarixi roman janrı müasir ədəbiyyatımızda ən çox müraciət edilən janrlardandır. Tarix millətin keçmişi və genez...
ANL
Orhan Aras müasir türk ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Əslən azərbaycanlı olan yazar orta təhsilini Qarsda alıb, Ərzurum Universitetinin Jurnalistika fakültəsini bitirib. Almaniya və Azərbaycan Yazıçılar birliklərinin üzvü olan O.Aras Almaniyada yayımlanan "Referans" jurnalının baş redaktorudur. Orhan Aras...
ANL
Görkəmli alim Bəxtiyar Məmmədzadə yad edildi. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda görkəmli filoloq alim, tədqiqatçı Bəxtiyar Məmmədzadənin anım günü keçirilib. Tədbirdə tanınmış ədəbiyyatşünaslar, ictimaiyyət nümayəndələri, yazıçılar, mərhumun tələbələri, iş yoldaşları, ailə üzvləri və jurnal...
ANL
"Gəncliyin səsi" çərçivəsində gənc yazarlarla görüş. Fevralın 3-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 2 Fevral - Gənclər günü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin "Gəncliyin səsi" festivalı çərçivəsində gənc yazarlar Şahanə Müşfiq və Fuad Cəfərli ilə görüş keçirilib. Mədəniyyət və Turizm Nazirl...
ANL
Bu ilin "Gənclər mükafatı" qaliblərə təqdim edildi. 2 Fevral - Gənclər Günündə müxtəlif sahələrdə aktiv və uğurlu fəaliyyəti ilə seçilən, istedadlı gənclərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhim...
ANL
Akademik Teymur Bünyadovla Xalça Muzeyində görüş. Azərbaycan Xalça Muzeyində muzeyin inkişafı və kolleksiyalarının tədqiqində əməyi olan tarixçi-etnoqraf alim, Əməkdar Elm Xadimi, "Şərəf" ordenli akademik Teymur Bünyadovun "Azərbaycan xalça sənəti" adlı mühazirəsi dinlənilib. Muzeyin direktoru, ICOM Azərbaycan Milli Ko...
ANL
Adanada Cahangir Novruzovun yeni tamaşası göstərildi. Türkiyənin Adana şəhərində yaşayıb-çalışan görkəmli sənətkarımız, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, yunan yazıçı Y...
ANL
Dünən dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anım mərasimi keçirilib. Tədbir sənətkarın doğum gününə, anadan olmasının 100 illiyinə həsr olunub. Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gedərək Qara Qarayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər. Anım mərasimin...
ANL
Vahid Əziz yaradıcılığındakı satira xətti haqqında bir neçə söz. Sadıq MURTUZAYEV. Filologiya üzrə fəlsəfə doktoru. Ədəbiyyatımızda satira janrından söhbət düşəndə istər-istəməz klassik ədəbiyyatımızın Mirzə Ələkbər Sabir, Mirzə Cəlil Məmmədquluzadə kimi nəhəngləri yada düşür və həm də düşünürsən ki, bəs niyə müasir əd...
ANL
UNUDULMAZ SAZ-SÖZ SƏNƏTKARIMIZ MİKAYIL AZAFLININ ÖMÜR SALNAMƏSİNİ ONUN QIZI AŞIQ GÜLARƏ AZAFLI İLƏ VƏRƏQLƏDİK. Mikayıl Azaflı sağlığında klassikləşən ustad aşıq olub. Aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan və klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkardır. 1984-cü ildə IV Aşıqla...
ANL
“Nuru Paşanı layiq olduğu şəkildə tanıtmağa davam edəcəyik”. - Azərbaycan istiqlaliyyətinin ən böyük hərbi dəstəkçisi olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın həyat və fəaliyyətini tədqiq etməyə nə vaxt başlamışdınız? Mənim öz nəşriyyatım var. Əsərlərimin hamısını özüm çap edib nəşriyyatım vasitəsi ilə satıra...
ANL
Nəğmələrlə qazanılan şöhrət və əbədiyyət. UNUDULMAZ BƏSTƏKARIMIZ ŞƏFİQƏ AXUNDOVA KÖNÜLLƏRDƏ, YADDAŞLARDA YAŞAYIR. Musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərib boy ata bilmədiyi ülvi bir diyardır. Duyğularımıza qanad verən bu sənət bizi notların qanadlarında əvvəlcə bəstəkarın xəyal dünyasına, ordan da l...
ANL
UNUDULMAZ SAZ-SÖZ SƏNƏTKARIMIZ MİKAYIL AZAFLININ ÖMÜR SALNAMƏSİNİ ONUN QIZI AŞIQ GÜLARƏ AZAFLI İLƏ VƏRƏQLƏDİK. Mikayıl Azaflı sağlığında klassikləşən ustad aşıq olub. Aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan və klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkardır. 1984-cü ildə IV Aşıqla...
ANL
MƏTLƏB NAĞININ XATİRƏSİNƏ. Fərqanə MEHDİYEVA. Mətləb Nağı bu qısa ömründə yalnız yaxşılıq etməyi bacardı. Ardınca işıqlı bir yol qoyub getdi. 9 fevral Mətləb Nağının anım günüdür. Bu günlərdə onun kitabları ilə baş-başa qaldım... Mətləb Nağı ədəbiyyata 80-ci illərin əvvəllərində qədəm qoyub. Onu müəyyən mənada 70-ci il...
ANL
Qara Qarayevin 100 illiyi silsilə tədbirlərlə qeyd edilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, dahi bəstəkar Qara Qarayevin 100 illiyi ölkənin müxtəlif mədəniyyət və incəsənət ocaqlarında qeyd olunur. Ölməz bəstəkarın yubileyi Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında təntənəli şəkildə qeyd edili...
ANL
Şahanə MÜŞFİQ. Bir-birinə zidd iki fikir var cəmiyyətimizdə. Birində deyilir ki, həqiqət bir dənədir, hardan baxırsan bax, elə olduğu kimi də görəcəksən. Yəni dəyişmir, dəyişdirilmir. Əgər dəyişdirilsə, onda həqiqət olmur. İkinci fikirdə isə bunun tam əksi deyilir: hər kəsin həqiqəti özü üçündür. Baxdığın yerdən, tutdu...
ANL
Milli Qəhrəman Təbriz Xəlilbəyli istiqlal şairi Xəlil Rza Ulutürkün misralarında. Həyatda ən böyük zirvə şəhidlikdir. Bu zirvəyə ucalanlar yaddaşlara əbədi həkk olan qalalardır. Zaman-zaman Azərbaycan xalqı da düşmənlərlə mübarizədə belə qalalara arxalanıb. Cavanşirdən, Tomrisdən, Babəkdən, Koroğludan, Qaçaq Nəbidən yo...
ANL
Ürək ağrısı, çiçək oğrusu. Konvoy maşını həbsxananın darvazasından keçib "şluzda" dayandı. Maşından əliqandallı bir məhkum düşdü. Qarabuğdayı polis serjantı məhkumu, üstü armaturla örtülmüş "şluzdan" keçirib dar qapıya sarı apardı. Növbətçi hissəni keçəndən sonra məhkum dayandı, çevrilib dəhlizin o başından içəri düşən...
ANL
Daşa, çiçəyə inamın poeziyası. 2014-cü ilin Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza və Mikayıl Müşfiq mükafatçısı, Əməkdar mədəniyyət işçisidir. Gəncə şəhərində yaşayıb-yaradan şairə Xəzangül 10-dan artıq kitab müəllifidir. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradı...
ANL
Nəğmələrlə qazanılan şöhrət və əbədiyyət. UNUDULMAZ BƏSTƏKARIMIZ ŞƏFİQƏ AXUNDOVA KÖNÜLLƏRDƏ, YADDAŞLARDA YAŞAYIR. Musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərib boy ata bilmədiyi ülvi bir diyardır. Duyğularımıza qanad verən bu sənət bizi notların qanadlarında əvvəlcə bəstəkarın xəyal dünyasına, o...
ANL
"KİTABİ-DƏDƏ QORQUD" DASTANINDA NAXÇIVAN MÖVZUSUNA İŞIQ SALAN DƏYƏRLİ NƏŞR ÇAPDAN ÇIXIB. Bugünlərdə AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşının bir neçə ildir davam edən yorulmaz axtarışlarının və tədqiqatlarının nəticəsi olaraq "Dədə Qorqud yurdu - Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlas" kitabı böyük formatda ...
ANL
Xaliq Rəhimli. Sirli bir fərmandı dünya, Kim deyir dərmandı dünya, Köhnə dəyirmandı dünya, Ömrümüz üyünür hələ. Baxır-baxır gözü bizə, Dayanıbdı üzü bizə, Tanrı hansı üzümüzə, Bizimlə öyünür hələ. Fani dünyadan qaçanın, Ruhu göylərdə uçanın, Məzarı çiçək açanın, Ürəyi döyünür hələ. Eşq əhli bu yollarda qoşasa, Bir-biri...
ANL
Darısqallıq həddi. Şahnaz ŞAHİN. Xalq şairi Rəsul Rzaya ithaf. Bir insan şəkli tapdım, Asdım qəlbimin üstündən. Dərdlərini dəstələyib. Asdım qəlbimin üstündən. Asdım qəlbimin üstündən!.. Aramızda böyük yaş fərqi var. Yol ağzında yel vurub titrədən sarı sünbül. kimidi ürək. Ürəyimdən gözlərimə gələn yolda. sillə səddi, ...
ANL
Cümhuriyyət qurucuları. tarix elmləri doktoru. Bu zaman terrorçu Misak Torlakyan arxadan yaxınlaşaraq tapança ilə Cavanşirə üç dəfə güllə atıb. B.Cavanşir arxaya dönüb qatilə doğru irəliləsə də, aldığı yaralardan yerə yıxılıb. B.Cavanşirin qardaşı Cəmşid qatili tutmuş, ona atılan güllə ilə sol qaşını yaralayıb. B.Cavan...
ANL
Şahin Növrəsli Parisdə konsert verdi. Parisin birinci rayonunda yerləşən "Le Duc des Lombards" caz klubunda Azərbaycanın Əməkdar artisti Şahin Növrəslinin solo konserti olub. AZƏRTAC xəbər verir ki, "Le Duc des Lombards" caz klubundakı solo konsertində Ş.Növrəsli "Shahin Novrasli Quartet" və "Emanation" disk-albomların...
ANL
Xalq artisti Nuriyyə Əhmədova anıldı. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda Xalq artisti Nuriyyə Əhmədovanın xatirə gecəsi keçirilib. Fonddan AƏRTAC-a bildirilib ki, tədbirdə Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev Nuri...
ANL
Qara Qarayev Gənclər Kitabxanasında yad edildi. Fevralın 7-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Sadıqov görkəmli sənətkarın Azərbaycan musiqisinin inkişafınd...
ANL
Milli kino salnaməmizin Tofiq Tağızadə səhifəsi. Kino sənətində ilk yaradıcılıq işindən uğur qazanmaq hər rejissora nəsib olmur. Lakin onun ilk ekran əsəri "Görüş", həm də tamaşaçı auditoriyası ilə uğurlu bir görüş oldu və gənc rejissoru həmin vaxtdan bu sənətə bağladı. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğu...
ANL
Cavid irsinə sonsuz məhəbbətlə yaşanan ömür. FƏDAKAR İCTİMAİ XADİM HƏMİD CƏFƏROVUN 80 İLLİYİNƏ. Məlum hadisələrlə əlaqədar Bakı şəhərində məskunlaşmışdıq. Adını xatırlaya bilmirəm, yaxın tanışlarımdan biri küçə ilə gedərkən Həmid Cəfərovu mənə göstərərək dedi: "Bu kişi ehtiyatda olan polkovnikdir, özü də Hüseyn Cavidin...
ANL
Milli qayğılar, mənəvi təlatümlər. TAHİR TALIBLININ "VAXT VAXTINDA GƏLİR" KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. "Dünya yaranan gündən sözdən tuta-tuta gəlir" - inancına tapınan Tahir Talıblı 70 illik yubileyinə sanballı bir kitabla qədəm qoyub. Bir çox mətləblərə toxunulan "Vaxt vaxtında gəlir" adlı kitabda diqqətimi daha çox tü...
ANL
Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. Bu gün Ukraynanın paytaxtında Radanın təşəbbüsü ilə böyük bir məclis, millətlər qurultayı quruluyor....
ANL
“Qara Qarayev-100” elektron məlumat bazasının təqdimatı keçirildi. Dünən Milli Kitabxanada dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə hazırladığı” Qara Qarayev-100” adlı elektron məlumat baza...
ANL
Azərbaycanın Qırğızıstandakı Səfirliyi Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə bu ilin fevral ayının 8-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə yubil...
ANL
Azərbaycanlı sənətkarlara TÜRKSOY-un medalları təqdim edildi. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türkdilli ölkələrin müstəqilliyinin əldə olunmasının 25 illiyinə həsr olunmuş xatirə medalları azərbaycanlı sənət adamlarına təqdim edilib. Tədbirdə çıxış edən təşkilatın rəhbəri Düsen Kaseinov bildi...
ANL
“Türkologiya” jurnalı Özbəkistanda. Azərbaycam Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalı fevralın 6-8-də Özbəkistan Respublikasının Nəvai vilayətində keçirilən “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfransda təqdim olunub. Konfransda jurnalın mə...
ANL
Cümhuriyyətin milli yadigarı. Xalqın, millətin tarixi yaddaşı deyilən bir anlayış var. Bu anlayış öz mahiyyətində hər bir xalqın həyatında tarixən baş vermiş və özünün tale yüklü olması ilə yaddaşlara çökən hadisələri nəzərdə tutur. Belə hadisə və faktlar haçansa, hansı ictimai-ideoloji mühitin diqtəsi ilə unudulsa da,...
ANL
Polkovnik İsrafil bəyin xatirələri. Vilayət QULİYEV. 1932-ci ilin payızında özünü “Baş qərargah polkovniki” kimi təqdim edən İsrafil bəy Varşavada Şimali Qafqaz dağlıları Xalq Partiyasının mətbu orqanına - Azərbaycan-türk və rus dillərində çap olunan “Kafkasiya dağlıları-Qortsı Kafkaza” jurnalının redaksiyasına məktubl...
ANL
Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində öz siqlətinə, insanın estetik zövqünün formalaşmasındakı yerinə görə söz və musiqi ön sırada dayanır. Ona görə də musiqi mədəniyyətimizin zənginləşməsi və bu zənginliyin qorunması millətin öhdəsinə düşən ciddi vəzifələr sırasındadır. Bu vəzifənin fundamental şəkildə ...
ANL
Sədası dünyanı tutan “Cücələrim”. Şahanə MÜŞFİQ. Bu vaxta qədər yazdığım hekayələrə, esselərə nəzər salanda görürəm ki, böyük əksəriyyətinin ya baş qəhrəmanı, ya da hadisələrdəki əsas hərəkətverici qüvvə uşaqlardır. Deyəsən, məni ən çox maraqlandıran və ən çox narahat edən də məhz uşaqların taleyidir. Bəlkə buna görədi...
ANL
Ceyhun bəy Hacıbəyli irsinin təbliğinə sanballı töhfə. Vətən səni unutmayacaq, bir gün bağrına basacaqdır”. Bəli, Əziz Alpautun uzaqgörənlikdə söylədiyi həmin gün gəlmişdir. Yazıçı, publisist, tərcüməçi, diplomat, ictimai xadim, mədəniyyətimizin xaricdəki yorulmaz təbliğatçısı Ceyhun bəy Hacıbəyli uzun ayrılıqdan sonra...
ANL
Oxuculara təqdim etdiyim bu yazını düz on il bundan öncə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının görkəmli nümayəndəsi, söz və bilim adamı Anarın 70 illik yubileyi öncəsi yazmışam. Üstündən illər keçəndən sonra məqaləni bir də oxudum və gördüm ki, ötən dövr ərzində nə Anar müəllim dəyişib, nə də mənim fikirlərim. Ana...
ANL
Filologiya elmləri doktoru, əhli qələm İslam Qəriblinin Lerik bölgəsində yaxşı tanınan, sayılıb-seçilən kişilərdən biri olan, indi öz haqq dünyasına qovuşmuş Şahmirzə Əliyev haqqında kitab yazdığını eşitmişdim. Müəllif o kişini yaxşı tanıyanlardan birisi kimi mənim də təəssüratlarımı öyrənmək istədi. Bu gəldi-gedər dün...
ANL
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. Linkolnun bir tanışını qətldə iştirak etməkdə ittiham edir və sübut kimi ay işığında onu gördüklərini təsdiq edirdilər. Linkoln almanaxdan istifadə edərək, həmin gecənin çox qaranlıq olduğunu sübut edib, şahidin heç nəyi aydın görə bilmədiyini irəli sürdü və beləliklə, ...
ANL
Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94 ili tamam olur. Coğrafi mövqeyi, təbii-iqtisadi şəraiti ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malik olan doğma diyar həm də ictimai-siyasi sabitlikdəki nailiyyətləri ilə ölkənin milli dövlətçilik tarixinin qürurverici ...
ANL
Molla Pənah Vaqif irsinə layiq biblioqrafik nəşr. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair, mütəfəkkir, ictimai-siyasi xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam oldu. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Böyük Azərbaycan şairi Moll...
ANL
Naxçıvan - Azərbaycanın Gənclər paytaxtı. NAXÇIVAN MUXTAR RESPUBLİKASININ GƏNCLƏR VƏ İDMAN NAZİRİ AZAD CABBAROV: "GƏNCLƏR BU QƏDİM DİYARI YENİDƏN KƏŞF ETMƏK ÜÇÜN NAXÇIVANI PAYTAXT SEÇDİLƏR". Ulu öndər Heydər Əliyevin ideya-siyasi kursunun uğurla davam etdirilməsi nəticə etibarilə qədim Naxçıvanı inkişafa qovuşdurub. 50...
ANL
Türk qardaşlığının ifadəsi. Son günlərdə Türkiyənin böyük ədəbiyyat tarixçisi, nəzəriyyəçisi Əhməd Kabaklının xatirəsinə həsr olunmuş tədbirlər ədəbi-mədəni mühitə xüsusi ab-hava gətirdi. Türkiyədən gələn qonaqların və yerli ədəbiyyat nümayəndələrinin iştirakıyla keçən görüşlərdə Əhməd Kabaklının böyük türk şairi Yunis...
ANL
"Azərbaycan-Türkiyə ədəbi əlaqələri" çərçivəsində silsilə tədbirlər. Bugünlərdə Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafı ilə bağlı təşəbbüs çərçivəsində Türk Ədəbiyyat Vəqfinin (TƏV) geniş nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Türkiyəli nümayəndələr burada "Azərbaycan-Türkiyə ədəbi əlaqələri" layihəsi çərçivəs...
ANL
Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edildi. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ilin aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş, ölümündən sonra “Azərbaycan bayrağı" ordeninə layiq görü...
ANL
"Jomard Publihsing" adlı onlayn elmi nəşriyyat yaradıldı. YUSİF QASIMOV: "MƏQSƏDİMİZ AZƏRBAYCANIN ELMİ NÜFUZUNU DAHA DA YÜKSƏLTMƏKDİR". Azərbaycanda "Jomard Publihsing" adlı onlayn elmi nəşriyyat yaradılıb. Elektron nəşriyyatın təsisçisi və ideya müəllifi "Azərbaycan" Universitetinin elmi işlər üzrə prorektoru, riyaziy...
ANL
Uğursuz siyasət və bir nəşrin tarixçəsi. 15 FEVRAL SOVET QOŞUNLARININ ƏFQANISTANDAN ÇIXDIĞI GÜNDÜR. Keçmiş SSRİ. 18 yaşı tamam olmuş gəncləri əsgər aparırdılar. Vətənpərvərlik, ata-ana sözünə itaət, rəhbərə hörmət ruhunda tərbiyə almış azərbaycanlı balalar da Vətən qarşısında borclarını vermək üçün əsgər libası geyinir...
ANL
Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı elmi sessiya. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində görkəmli bəstəkar, Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş elmi sesiya keçirilib. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə keçirilən tədbirdə akademiyanın professor-mü...
ANL
Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn. Buna görə də onun həyat və fəaliyyəti ilə bağlı illərdə uyğunsuzluq mövcuddur. Amma ölümü, daha dəqiqi, edamı ilə bağlı bütün araşdırmaçılar tərəfindən eyni tarix göstərilib. 1817-ci ildə Cənubi Azərbaycanın Qəzvin şəhərində milliyyətcə türk Molla Məhəmməd S...
ANL
Teymur Əhmədovun "Nəriman Nərimanov"u. Nizami CƏFƏROV. XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan tarixinin həm ictimai-siyasi, həm də ədəbi-mədəni baxımdan elə bir zəngin dövrüdür ki, millətin sonrakı taleyini həll edəcək bütün ideyalar, həmin ideyalar ətrafındakı uzun sürən polemikalar öz geniş miqyası ilə məhz b...
ANL
Şərəfli iş. Nağıl oxuyan vaxtlarım idi. Oxuduğum bu nağıllarda isə gerçəkliyə çevriləsi çox şeylər vardı. Uçan xalçalar, sehrli güzgülər və s. Həyatda isə nağıllarımızdakı uçan xalçalar artıq çoxdan təyyarə adı ilə həqiqətə çevrilmişdi. Bəzi xalqlar bu müasir "Uçan xalçalar"ı əldə etməklə çox-çox uzaq məsafələri əlçata...
ANL
Mavi ekran qarşısında. XATİRƏLƏR, DÜŞÜNCƏLƏR. İntiqam QASIMZADƏ. "Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi. O zaman hələ çox az-az evlərdə bu verilişləri qəbul edə bilən qurğular - televizorlar vardı. İndiki kimi yadımdadır, bizim qonşuluqda cəmi bir belə televizor vardı, o da mənim uşaqlıq dostum...
ANL
Böyük alim, diplomat və örnək insan. Qəzənfər PAŞAYEV. Fəxr etdiyim, qürur duyduğum şəxsiyyətlərdən söz düşəndə göz önünə ilk gələnlərdən biri də Məmməd Novruz oğlu Əliyev olur. Maraqlı və təəccüblü olan odur ki, Məmməd müəllimin şüurlu həyatını vərəqlədikdə orada qürur duyulmayan bir ana belə təsadüf edilmir. Adlı-san...
ANL
Səməd Vurğunun "Seçilmiş əsərləri" nəşr olundu. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xalq şairi Səməd Vurğunun "Seçilmiş əsərləri" nəşr olunaraq poeziyasevərlərin ixtiyarına verilib. Nazirlikdən bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun tərtib etdiyi kitabda Səməd Vurğunun 300-dən artıq ...
ANL
"Könüldən-könülə": şeirlə musiqi vəhdətdə. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində "Könüldən-könülə" adlı musiqili poeziya gecəsi keçirilib. Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin məzunları olmuş və hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, respublika və beynəlxalq müsabiqələr laure...
ANL
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəylinin orfoqrafiya qaydalarına edilən son dəyişikliklərlə bağlı Trend-ə müsahibəsi. - Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələr nə zamanadək davam edəcək? - AMEA Orfoqrafiya Komissiya...
ANL
Xalqa və dövlətə xidmət naminə yaşanan ömür. POLKOVNİK HÜSEYNAĞA ƏLİYEVİN XATİRƏSİNƏ DƏRİN EHTİRAMLA. Elə insanlar var ki, ömür boyu tutduqları düzgün və aydın yol, vətən və xalq uğrunda parlaq əməlləri onlara həm dərin məhəbbət, həm də unudulmazlıq qazandırır. Belə insanların ömrü əslində onların cismani yoxluğu ilə b...
ANL
Beynəlxalq Kitab bağışlama Günü qeyd edildi. Dünən "Beynəlxalq kitab bağışlama günü" münasibətilə "Cahan" uşaq bağçasının balacaları Milli Kitabxananın qonağı olub, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada "Beynəlxalq kitab bağışlama günü"nü qeyd ediblər. Görüşdə balacalara kitablar hədiyyə olunu...
ANL
Böyük şəxsiyyət, unudulmaz pedaqoq. Bakı Dövlət Universitetində uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, bu sahədə özünün dəsti-xətti ilə dərin iz qoymuş tarix elmləri namizədi, dosent Sabir Mülküm oğlu Kərimovun anadan olmasının 90 ili tamam olur. O, Qubanın çox böyük tarixə malik olan Digah kəndində dünyaya...
ANL
Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn. Bədəşt konfransı Zərrintac Qürrətül-Eynin babi karyerasının zirvəsi hesab olunur. Üsyan edən hərəkatçılar Tahirə Qürrətül-Eynin də rəhbərliyilə, Mazandaranda, Barforuş şəhərinin yaxınlığında tikdikləri qalada mülkiyyətin ümumiləşdirilməsinə təşəbbüs göstərir...
ANL
Litvada dahi bəstəkar Qara Qarayev yad edildi. Litvanın paytaxtı Vilnüsdə görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub. Tədbirdə Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev dünya şöhrətli Azərbaycan bəstəkarının həyat və yaradıcılığından söz aça...
ANL
Zəlimxan Yaqub Marneulidə anıldı. Gürcüstanın Marneuli rayonunda Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü və Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın və Türkmənistanın bu ölkədəki səf...
ANL
Azərbaycanlı rejissorun filmi Malatyada təqdim olundu. Azərbaycanlı rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı "Türkiyə mənim də Vətənimdir" adlı sənədli filmin Malatya şəhərində təqdimatı olub. Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən bəhs edən filmin istehsalı 7-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində r...
ANL
80 YAŞIN QAPISINI DÖYƏN GÖRKƏMLİ XANƏNDƏ SÜLEYMAN ABDULLAYEVİN İNDİ BİRCƏ ARZUSU VAR: DOĞMA QARABAĞA QOVUŞMAQ! Yeni Yasamalda, 13-cü Xreptovıda xanəndə Süleyman Abdullayevin evini soraqlaya-soraqlaya gəlib boz darvazanın qabağında dayanmışıq. Görəsən, səhv nişan verməyiblər? Yaşlı adamdır, zəng edib narahat etmək də is...
ANL
Şahin Sinaria: "Əhmədiyyə Cəbrayılov haqqındakı həqiqət uydurmalardan min dəfə gözəldir". Müsahibimiz Fransada yaşayan azərbaycanlı yazıçı Şahin Sinariadır. Onunla Azərbaycan və Fransadakı fəaliyyəti, yaradıcılığı və bu yaxınlarda çap olunacaq partizan Əhmədiyyə Cəbrayılov haqqındakı kitabı barədə söhbət etdik: - Şahin...
ANL
Zaman-zaman mənfur və məkrli qonşularımızın bizim başımıza gətirdikləri qəddar oyunlar, amansız faciələr nə bitər, nə də tükənər. İllər, onillər, qərinələr, yüzillər keçsə də, bizim köksümüzə vurulan çalın-çarpaz dağlar, yaralar azalmayıb, əksinə, artıb-çoxalıb. Biz onlara qoynumuzda yer verdikcə o yaramaz köküyoxlar d...
ANL
Azərbaycanla Türkiyənin "Qardaş məktəb"i açıldı. Dünən Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında Gimnaziya ilə Türkiyənin Bursa Zeki Müren İncəsənət Liseyi arasında "Qardaş məktəb" layihəsinin açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçiril...
ANL
Elazığda Anarın yubileyi geniş qeyd edildi. Xalq yazıçısı Anarın 80 illiyiylə bağlı Türkiyədə bir sıra tədbirlər nəzərdə tutulub. Bunların ilki bu günlərdə Elazığ şəhərində keçirilib. "Firat" qəzetində "Azərbaycan Yazarlar Birliyi Başqanı Anar Rzayevin doğumunun 80 yılı dolayısıyla elimizdə də çeşidli etkinliklər düzən...
ANL
Xalça Muzeyində "Çin təqvimi üzrə Yeni il" sərgilənir. Fevralın 14-də Azərbaycan Xalça Muzeyində "Xalçalar və əfsanələr" layihəsi çərçivəsində "Çin təqvimi üzrə Yeni il" adlı sərgi açılıb. Sərgi Azərbaycan Xalça Muzeyi və Çinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Muzeyin direktoru Şirin ...
ANL
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində slavyan xalqlarının qədim bayramlarından olan "Maslenitsa" qeyd edilib. Tədbir Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə teatr muzeyinin direktoru Sevinc Mikayılova qədim bayramın tarixi, özəllikləri haqqında məlumat v...
ANL
Qara Qarayev İlinin Ankarada açılışı olub. Bununla əlaqədar fevralın 14-də TÜRKSOY-un Ankaradakı iqamətgahında Qara Qarayev ilin açılış mərasimi keçirilib. Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının arxiv fondundan böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim Qara Qarayevin əsərlərindən, musiqi ədəbi...
ANL
Ulu Saz səltənətində əbədi taxt quran sənətkar. ƏBƏDİYAŞAR ƏDALƏT NƏSİBOV YARADICILIĞI SAZA, AŞIQ SƏNƏTİNƏ BÖYÜK QAYIDIŞ ÜÇÜN MİSİLSİZ TƏKAN OLDU. Saz Azərbaycan xalqının qədim tarixi-mədəni və mənəvi atributlarından biridir. Kökləri mifoloji dünyagörüşə gedib çıxan Dədə Qorqud dastanlarında bu qiymətli tarixi abidəmiz...
ANL
Azərbaycan nümayəndə heyəti Hüseyn Yaymanla görüşdü. Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman “Qara Qarayev ili”nin açılışında iştirak etmək üçün Ankaraya gedən Azərbaycan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin rəhbəri olan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Q.Qar...
ANL
Əbülhəsən Bəhmənyar. Vətənə məhəbbət, torpağa, ana yurda sevgi ən əvvəl, insanın elə anadan olduğu doğma ocaqdan, eldən-obadan başlayır. İnsan öz böyük Vətənini kiçik kəndinin və ya şəhərinin bir ovuc torpağından, onun gülünün, çiçəyinin ətrindən sevməyə başlayır. Bal arısı güllərin, çiçəklərin şirəsini çəkdiyi kimi, i...
ANL
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. Linkolnun prezident seçilmək uğrundakı mübarizəsi. Ölkədəki vəziyyətin, gərginliyin və qarşıdurmanın icmalından sonra bir qədər geri qayıtsaq, Linkoln vaxtının çoxunu prezident seçilmək siyasətinə həsr etdi, çalışdı ki, nə Demokrat, nə də Viq prezident olsun. Prezident ...
ANL
Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. İgirminci əsrin bariz təcəllisi aydın və açıqca isbat etdi ki, bəşəriyyə...
ANL
Polkovnik İsrafil bəyin xatirələri. Vilayət QULİYEV. 1932-ci ilin payızında özünü “Baş qərargah polkovniki” kimi təqdim edən İsrafil bəy Varşavada Şimali Qafqaz dağlıları Xalq Partiyasının mətbu orqanına - Azərbaycan-türk və rus dillərində çap olunan “Kafkasiya dağlıları-Qortsı Kafkaza” jurnalının redaksiyasına məktubl...
ANL
Əhməd Qəşəmoğlu. çəkilib bir tərəfə, tənha. elə mənim sözlərimlə. öləndən sonra. qara paltarlı bir qadının. həsrəti yatan qadını, neçə dəfə gül dəstəsi. almaq istədiyim qadını, heç bir yanda tapmadığım, heç adını tutmadığım, kəlmə kəsmədiyim qadını, çox olsa da ehtiyacım. ətrini duymadığım qadını. tellər ona köklənərdi...
ANL
Azərbaycançılıq ideyasının təbliği. MİLLİ DÜŞÜNCƏNİN, DOĞMA YURD SEVGİSİNİN İLMƏLƏRLƏ İFADƏSİ. Qədim köklərə malik Azərbaycan incəsənətinin elə ən az özü qədər keçmişdən gələn bir qolu da xalçaçılıq sənətidir. Azərbaycan dünyanın ən qədim xalçaçılıq mərkəzidir. Milli xalça sənətimizin tədqiqi tarixi böyük bir dövrü əha...
ANL
Bizimçünsə həyat təzədən başlanırdı sanki... Ölkə lap yeni-yeni qazanırdı müstəqilliyini. 20 yanvarın acısı millətin canından çıxmamışdı. Azadlığın gətirdiyi rahatlıq da qarışıq bir ovqat yaratmışdı; çaşqınlıq, vahimə, ruhsuzluq, həvəssizlik, amma həm də eyforiya... Kimsə uzun illərdir xülya hesab etdiyi arzusuna çatdı...
ANL
Ədəbiyyat tarixçiliyinin Əhməd Kabaklı konsepsiyası. İsa HƏBİBBƏYLİ. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik. Türkiyədə ədəbiyyatşünaslıq elminin ədəbiyyat tarixçiliyi istiqaməti geniş inkişaf etmişdir. Fuad Köprülüzadə, Nihat Sami Banarlı, Abdul...
ANL
Bəstəkarlar İttifaqında Elza İbrahimova anıldı. Fevralın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova bə...
ANL
Qazi Universitetində Qara Qarayev təntənəsi. Dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar Ankaradakı növbəti tədbir Qazi Universitetində keçirilib. Qazi Universitetinin “Memar Kəmaləddin Salonu”nun foyesində Azərbaycan Milli Kitabxanasının arxiv fondundan görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və icti...
ANL
ABŞ-ın Texas ştatının Denton şəhərindəki Şimali Texas Universitetinin və Azərbaycan-Amerika Musiqi Fondunun təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib. Konsert əfsanəvi bəstəkarın 100 illik yubileyi münasibətilə nəzərdə tutulan proqramlar sırasında ilk bö...
ANL
Emin Sabitoğlu haqqında kitab nəşr olundu. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xalq artisti, bəstəkar Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr edilən kitabın nəşri başa çatdırılıb. Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda E.Sabitoğlunun həyatı və yaradıcı...
ANL
“Qarabağın səsi”nə təqdim olunan rəsmlər seçildi. Fevralın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Qarabağın səsi” aksiyasına təqdim olunan rəsm əsərlərinin seçim mərhələsi keçirilib. Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” be...
ANL
“Azərbaycan amerikalı uşaqların gözü ilə”. Bakı Xətai Sənət Mərkəzində “Azərbaycan amerikalı uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgi “My Way Development Center” uşaqların inkişaf mərkəzinin rəhbəri, həmyerlimiz Alyona Bədəlovanın təşəbbüsü, Təhsil Nazirliyi və 2 nömrəli Uşaq-Gənclər ...
ANL
Azərbaycan-Özbəkistan əlaqələri “Əzəli dostluq riştələri”ndə. Daşkənddə Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli filmin çəkilişləri başa çatıb. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çəkilən filmin ssenari müəllifi mərkəzin direktoru Sam...
ANL
Mehriban Zəki Beynəlxalq müsabiqədə münsif olacaq. Türkiyənin İstanbul şəhərinin Çəkməköy bələdiyyəsi artıq üçüncü ildir ki, Beynəlxalq qısa film festivalı keçirir. Keçən il 15 iyun hadisələrilə bağlı “Xəyanət və müqavimət” mövzusunda keçirilən festival bu il “Qonşular”a həsr olunub. Beynəlxalq arenada böyük marağa səb...
ANL
Kamal Abdulla: “Rusiya, Ukrayna, Belarus universitetləri ilə əlaqələrimizi bərpa edirik”. Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın APA-ya müsahibəsi. - Bugünlərdə Rusiya, Ukrayna və Belarusun bir sıra universitetlərində görüşlər keçirmisiniz. Bu səfərin məqsədi haqqında danışmağınızı istərdi...
ANL
Könül Bünyadzadə: “Allahsız qalmaqdan qorxuram”. Azərbaycan Milli Elmlər Akademiyasında planlaşdırdığımız müsahibəyə tam vaxtında çatmışdım. Otağa daxil olanda ilk olaraq müsahibimin gülərüzlü assistenti Sevinc xanımla qarşılaşdım. Fürsətdən istifadə edib, müsahibim barədə bir az da ondan məlumat toplamaq istədim. Sevi...
ANL
“Bütövlük” müəllifi ilə ünsiyyətdən epizodlar. SAYSIZ-HESABSIZ GƏLƏCƏK İLLƏR DƏ EHTİRAMLA DEYƏCƏK: “XOŞ GÖRDÜK, KÜRÇAYLI POEZİYASI!”. Əməkdar müəllim. Biz 1948-ci ilin payızında rayonumuzdakı mərkəzi kitabxanaya dərnək üzvü kimi gəlib-gedəndə o, Əliağa idi. Sonralar məşhurlaşıb Əliağa Kürçaylı oldu. O vaxtlar görüşümüz...
ANL