text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Əyyub Qiyas yubileyində yeni kitabını təqdim etdi. Dekabrın 15-də Əli Kərim adına Sumqayıt Poeziya klubunda tanınmış yazıçı-tərcüməçi Əyyub Qiyasın 50 illik yubiley tədbiri və yeni çapdan çıxmış "Havay tətilləri, yaxud, Brejnev sağdır" kitabının təqdimatı keçirilib. Tədbirdə yazıçının qələm dostları, tanınmış ziy... | ANL |
Tahir Salahovun rəsmlərindən ibarət xüsusi təqvim hazırlandı. Təqvimin səhifələrində görkəmli fırça ustası, SSRİ Xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti, bir çox beynəlxalq mükafatların laureatı Tahir Salahovun rəsm əsərləri əks olunub. Bank VTB-nin İdarə Heyətinin sədri Yevgeni Kirin tədbiri ... | ANL |
Anar Sumqayıt Dövlət Universitetinin qonağı oldu. AzərbaycanYazıçılarBirliyinin(AYB)sədri,XalqyazıçısıAnarlaSumqayıtDövlətUniversitetində(SDU)keçiriləngörüşədəbiyyatsevərlərüçünsondərəcəmaraqlıolub. AZƏRTACxəbərverirki, AYB-ninSumqayıtbölməsininSDUiləbirgəkeçirdiyi"Müdrikömrünakkordları"adlıtədbirAnarın80illikyubileyin... | ANL |
Dekabrın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən "Açıq kitabxana"da şair, publisist Tural Turanın "...və bütün qaranlıq otaqlar" adlı şeirlər kitabının təqdimatı keçirilib. Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı i... | ANL |
Azərbaycanlı alimin kimya elmində daha bir uğuru. Hazırda Azərbaycan alimlərinin qarşısında duran ən mühüm məsələlərdən biri elm və təhsilin dünyanın müasir tələblərinə uyğunlaşdırılması, qarşılıqlı əlaqələrin yaradılması, eləcə də qloballaşan bir məkanda inteqrasiyasıdır. Hesab edirəm ki, Azərbaycanın müstəqillik il... | ANL |
Fikrət Qocanın poetik dünyası. Filologiya üzrə fəlsəfə doktoru, dosent. Fikrət Qoca "Mən torpağam" şeirində bütün qəlbiylə bağlı olduğu torpağına sevgisini tərənnüm edir. Xalqını, torpağını hər şeydən uca tutan şairin lirik qəhrəmanı qürbətdə şah olmaqdansa, bu torpaqda ölümünü daha üstün tutur. Laləli yamaclar... | ANL |
Atamın şəkli haqqı. ağrı da doğmalaşır, çox ləzzətlə ağrayır canın da... atam kimi ağrayır bütün ağrılarım. halbuki itirdiyin adama çevrilərmiş ağrı. o qədər darıxarsan ki, ağrın dönüb atan olar, anan olar, günlərcə yalvararsan Tanrıya. əzab çəkməyin üçün. qolunu sındırmaq istəyərsən, ayaqlarını qırıq şüşələrə batırmaq... | ANL |
anam mənə deyərdi ki, getmə sobaya tərəf. mənsə, əlimi sobaya yapışdırıb. soyardım yanan dərimi, Ayşən. qorxuda-qorxuda böyütdülər, bütün xoxanlara doğru qaçdıq, barmaqlarımızın arasından baxa-baxa. damdabacaları gözlədik, öyrəndik qorxularımızla əylənməyi. boğaz silən Sara xalanın barmağı. atama deyərdim, Sara xala ö... | ANL |
Yaxşılıq etmək üçün yaşayan insan. Cəmiyyət - çəmənliyi, yaxşı insanlar - oradakı gülləri xatırladır. Bu isə təbiətin gözəlliyini göstərməklə yanaşı, cəmiyyətin zənginliyini ifadə edir. Nəticə etibarı ilə cəmiyyətin zənginliyi onun hər bir üzvünün mənəvi rahatlığını artırır, daxili aləmini gözəlləşdirir. Həzrəti ... | ANL |
Milli Kitabxananın kollektivi Tahir Salahovun yubiley sərgisində. Dünən Azərbaycan Milli Kitabxanasının kollektivi Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilmiş sərgidə iştirak edib. Sərgidə Xalq rəssamının yaradıcılığının bütün dövrlərini əhatə edən həm milli, həm də dün... | ANL |
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Əmrah Gülməmmədovun anadan olmasının 110 illiyi qeyd edilib. Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir R.Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub. Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin aparıcılı... | ANL |
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən (BMA) "Akademik, xalq və caz musiqisi" respublika festivalına yekun vurulub. Tədbirdə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli çıxışı edərək festivalın əhəmiyyətindən söz açıb. "Bu, BMA-nın "Xüsusi pedaqoji hazırlıq"... | ANL |
Dünən "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyi münasibətilə "Qala Abşeronun Tarixi-Etnoqrafik İrsi" adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri qoruğun direktoru Məlahət Fərəcova açaraq qoruqda 30 il ərzində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, "Qala" Dövlət Tarix-... | ANL |
Elçinin "Baş" romanı İtaliyada işıq üzü gördü. Xalq yazıçısı Elçinin son illər Azərbaycan ədəbiyyatının böyük uğuru kimi qiymətləndirilən "Baş" romanı xarici ölkələrdə geniş yayılmaqdadır. Son dövrdə əsər Türkiyə, Almaniya, Rusiya, Misir, Moldova və digər ölkələrin məşhur nəşriyyatları tərəfindən nəşr edilib, bir sıra... | ANL |
Cəfər Cabbarlı yaradıcılığında qadın emansipasiyası. Qadın azadlığı məsələsi insanları, cəmiyyətləri, dövlətləri, dinləri həmişə düşündürüb. Hər dövrdə, hər formasiyada bu məsələyə müxtəlif yanaşma olub. Lakin problem bu günün özündə də lazımi qaydada həllini tapmayıb. Ona görə qadın azadlığı məsələsi hələ də ... | ANL |
Dekabrın 18-də Akademik Milli Dram Teatrında Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində görkəmli sənət... | ANL |
Onun haqqında ilk dəfə mərhum şair dostum və eloğlum Taleh Həmiddən eşitmişdim. Söhbət tanınmış yazıçı, tənqidçi və ədəbiyyatşünas Yasif Nəsirlidən gedir. Hətta bir dəfə Taleh Həmid ona həsr etdiyi şeirini xüsusi bir şövqlə oxumuşdu. O şeirin iki misrası elə o vaxtdan beynimə həkk olunub: General, əsgərtək qoru xanım... | ANL |
Azərbaycan Xalça Muzeyinin fəaliyyəti bu il bir sıra yeniliklər və nailiyyətlərlə yadda qalıb. Xalça Muzeyindən bildirilib ki, il ərzində muzeyin kolleksiyaları yenilənib, ziyarətçilərin sayı artıb və beynəlxalq səviyyəli tədbirlər, sərgilər, treninqlər keçirilib. Bu il Heydər Əliyev Fondu muzeyin ən qiymətli ekspona... | ANL |
Elmi ictimaiyyət Əmin Abidi yad etdi. AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan folklorunun ilk nəzəriyyəçilərindən biri - Əmin Abid" mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir görkəmli tənqidçi, ədəbiyyatşünas, folklorşünas Əmin Abidin anadan olmasının 120 illik yubileyi... | ANL |
Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə. Göyçə gölünün oxşarı Isık göl. Mən dilimizə daha uyar olduğu üçün qırğızların dediyi kimi yazmağı münasib sayıram) çatanda yaman kövrəldim. Gəncədən kəndimizə getdiyim günlər gözümün önünə gəldi. Gölə yaxınlaşıb günçıxana doğru dönən avtobusun pəncərəsindən sağda ... | ANL |
22 dekabr Azərbaycan jurnalistikasının patriarxlarından biri, görkəmli pedaqoq Nəsir İmanquliyevin doğum günüdür. İnsanın həyatında elə hadisələr olur ki, onları təsadüf hesab etmək olduqca çətindir. Bir həqiqət də var ki, təsadüf həmişə zərurətdən doğur... Bəlkə də Ulu Tanrı gələcək həyat yolunu müəyyən etmək üç... | ANL |
Azərbaycan muğamı Floridada səsləndi. Florida Beynəlxalq Universitetində Azərbaycan muğam gecəsi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunmuş tədbirdə ABŞ-ın muğam üzrə məşhur mütəxəssisi Cefri Verbok bu musiqi janrı haqqında məruzə ilə çıxış edib. Tələbə aud... | ANL |
Dekabrın 19-da AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi" mövzusunda Respublika elmi konfransı keçirilib. AMEA-nın Humanitar və İctimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Akademiya ilə yanaşı, digər elmi müəssisəl... | ANL |
Şair, publisist Xaliq Rəhimlinin "Mütərcim" nəşriyyatına çap olunan "Səs gəlir" kitabının müəllifin yaradıcılığının oxuculara təqdimatında xüsusi yeri var. O, cəmi bir səhifəlik xatirəsində uşaq vaxtı onu sözə "aparan" qüvvədən danışır: "Gecə düşən kimi ulduzlara baxırdım, ulduzlar da mənə heç nə demirdilər, amma bax... | ANL |
“Qarabağ müharibəsi: zərif talelər” kitabının təqdimatı oldu. Dekabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış yazıçı, publisist Zemfira Məhərrəmlinin "Qarabağ müharibəsi: zərif talelər" kitabının təqdimat və imza mərasimi keçirilib. Mərasimdə AYB əməkdaşları, tanınmış ziyalılar,... | ANL |
Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə. Deyəsən, Sovetlər Birliyinin dağılması mənə düşüb. Sovetlər Birliyi dağılandan sonra Türkiyənin Qazaxıstanda keçirdiyi bir neçə elmi simpoziuma qatıldım. Bundan istifadə edib sürgün olunanlarla da görüşdüm, topladığım materiallar əsasında iki kitab, bir neçə məqalə ... | ANL |
Ömrün və Sözün sual macalı. Rüstəm KAMAL. Filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru. Sonra ara-sıra Bakıda, Şəkidə, Borçalıda tədbirlərdə rastlaşmışıq, hal-əhval tutmuşuq. Son dərəcə təvazökar, səbrli, danışmaqdan daha çox, dinləməyi sevən bir insan kimi yadımda qalıb Qiymət xanım. Klassik ... | ANL |
Şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əllərin varmı? Bir daşa çaxmaq özünü. Ağıl üstündə itirib. Bir adam həsrəti boyda. Yolları qarğımaq bir az. Sizə boz küləklər dinclik vermədi, Yamyaşıl rənginiz solduqca soldu. Sarı yarpaqsınız indi bir ətək, Tənha qu misallı yaralısınız. Gözü yolda qalan həsrətlilərtək, Gü... | ANL |
Dekabrın 19-da Azərbaycan Dövlət Musiqili Teatrında tanınmış şair Nurəngiz Günün 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər. Milli Mə... | ANL |
Xalq yazıçısı Anarın yubileyilə bağlı elmi konfrans keçirildi. Dünən Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında Xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunmuş "İnformasiya cəmiyyətində kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq elminin aktual məsələləri" mövzusunda respublika elmi... | ANL |
Şair Nazim Muğanlının yaradıcılıq gecəsi oldu. Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair Nazim Muğanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə tanınmış ziyalılar, N.Muğanlının qələm dostları, incəsənət xadimləri, oxucular və media nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış ed... | ANL |
İsrail və Özbəkistan ədibləri Azərbaycan Yazıçılar Birliyində. Dünən Özbəkistandan və İsraildən ölkəmizə qonaq gələn bir sıra sənət adamları, şair və yazıçılar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüblər. Sədr israilli siyasi ekspert Arye Gutun müşayiəti ilə yazıçı İddo Netanyahu, rejis... | ANL |
İçimizdəki narahatlığı mətnə daha asan çeviririk, nəinki xoşbəxtliyi. Xoşbəxtliyi paylaşmaqda sanki paxılıq. Bəlkə də mətnlərdə xoşbəxtliyin nazik üfüq xətti kimi görünməsinə səbəb də budur. Onu təqdim etmək bizə yaddır. Mətnlərdə (ya da dostlarınıza danışdığınız sıradan bir əhvalatda) Qərb təfəkkürü ilə düşünmək və şə... | ANL |
Həyatı yazan, yazdığını ekranlaşdıran sənətkar - Həsən Seyidbəyli. Düz 98 il öncənin bu günü nardaranlı dövlət qulluqçusu Mehdiylə Buzovna-Maştağa əsilli, evdar xanım Rübabənin ailəsində daha bir oğlan uşağı dünyaya göz açdı. Adını Həsən qoydular. Onun gəlişi bütün ölkənin ən qarışıq, acınacaqlı dövrünə təsadüf... | ANL |
Soyuğu unutduran klassika... Şəhərdən çox da uzaq olmayan, amma o illərdə nə üçünsə unudulmuş, ucqar bir dağ kəndinə oxşayan Bakı qəsəbəsində keçib uşaqlığım. Yayda bir qram su yox, boruların boğazında qalır olan-qalanı da, kələyini kəsən istidə quyuların ümidinədi sərinlik. İçməyə də ki, nə gəlib su maşınlarına... | ANL |
Tariximizə Həsən Həsənov baxışı: fərqli və maraqlı. Çünki uzunmüddətli fəaliyyət yolunun Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Xarici İşlər naziri, Fövqəladə və Səlahiyyətli Səfir kimi önəmli dayanacaqları var. Amma ictimai xadim, tarixçi alim kimi də Həsən Həsənov imzası seçilir. Dekabrın 19-da Bakı Kitab Mə... | ANL |
“Millətçilikdən çox-çox uzaq olsam da, mədəniyyət məsələsində millətçiyəm”. Müsahibəyə ötən həftə qaldığımız yerdən davam edək. Ayağa qalxıb ardınca gedirəm. Böyük bir futlyarı götürüb açır. Və içərisindən yaraşıqlı, gözəl bir tar çıxarır. “Bu tarı mənə Azərbaycandan göndəriblər”. Bunu mənə hədiyyə etməklə azərb... | ANL |
“Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgisi. Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiy... | ANL |
Tanınmış alim-pedaqoq, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, professor Akif İmanlının bugünlərdə 70 yaşı tamam olacaq. Nəsr yaradıcılığı müxtəlif illərdə dövri mətbuatda işıqlandırılıb, ayrıca hekayələr kitabları nəşr edilib. Akif İmanlını 70 illik yubileyi münasibətilə təbrik edir, ona xoş arzu... | ANL |
Deyəsən, zənglərim sənə xoş olmur. Sənin susmağınnan çox xoş oluram. Mən göz düzəldirəm, üstə qaş olmur, Gözümü tökürsən bihuş oluram. Asıla qalmısan kipriklərimnən. Gözümdə sıxılmış bir damcı yaşsan. Ağrı göyərəcək, dərd cücərəcək. Qəfil tufan kimi haraya düşsən. Bitər gözlərində ayrılıq, bitər. Yoxsa bir lal, dibsi... | ANL |
Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. MUXTAR BOLŞEVİK YAVƏLƏRİ. Bakıda intişar edən “Komunist” qəzetəsinin İstanbul müxbiri qəzet... | ANL |
Böyük müəlliflərin korladıqları yaxşı süjetlər. Seyfəddin Hüseynlinin tərcüməsində. Dövrünün və ümumən ingilis ədəbiyyatı tarixinin ən böyük simaları ilə yanaşı qoyulan G.K.Çesterton səksənə yaxın kitabın - bir neçə roman və pyesin, təxminən iki yüz hekayənin, dörd minəcən essenin, yüzlərlə şeirin, çox sayda məqa... | ANL |
Ünsiyyət. Məmməd Oruca. Sənin mərhəmətin elindən böyük. Özündən ağırdır daşıdığın yük... Burdan Amerikaya əl uzadardın, Yazıçı Eminlə məktublaşardın. Ovutmaq istədin onun dərdini, Necə ovudasan yurd həsrətini? İndi də sən bizə gəlib-gedirsən. Səyavuş MƏMMƏDZADƏ. | ANL |
Sabir Rüstəmxanlı yeni kitablarını imzaladı. Mərasimdə millət vəkilləri, tanınmış ziyalılar, ictimai xadimlər, ədəbiyyatşünaslar, müxtəlif universitetlərin tələbələri, oxucular və medai nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Azərkitab” layihəsinin ideya müəllifi Sabir Həsənov bu günü kitab ba... | ANL |
Tədbiri Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq qonaqları salamlayıb, çıxışında Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən alim, ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan və ədiblərimizdən biri olduğunu, XX əsr Azərbaycan ədəbiyyatın... | ANL |
Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə. Balasaqun xarabalıqlarını və Burana minarəsini ziyarət. Oktyabrın 1-də rahat bir avtobusla Bişkekdən simpozium keçiriləcək Karakol şəhərinə yola çıxdıq. Çuy çayının vadisilə Isık gölə doğru irəliləyirik. Çayın biz getdiyimiz sol sahili Qırğızıstan, sağ sahili isə Qa... | ANL |
Alim və ictimai xadim Soltan Əlizadənin 60 illik yubileyi qeyd olundu. Buzovna qəsəbəsində yerləşən Ruhulla Axundov adına Mədəniyyət Evində Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə qazisi, İdarənin nəzdində Elmi-Dini Şuranın üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Hacı Soltan Əlizadə... | ANL |
Şahmar Əkbərzadənin bənzərsizliyi. UNUDULMAZ ŞAİRİMİZİN XATİRƏSİNƏ DƏRİN EHTİRAMLA. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi. Qaranlığa qərq etdi ürəyimdən bu qeyri-adi insana, qeyri-adi şairə, qeyri-adi dosta tuşlanan yolun bütün istiqamətlərini. İlğım idimi? Gerçək idimi, yoxsa gerçəkdən d... | ANL |
Miniatür Kitab Muzeyində Elmira Əliyevanın kitabının təqdimatı oldu. Miniatür Kitab Muzeyində Azərbaycanın Əməkdar jurnalisti, "Şöhrət" ordenli Elmira Əliyevanın kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, muzeyin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova mərasimdə çıxış edərək t... | ANL |
Bakıda "Müşfiqli dünya" gecəsi. Dekabrın 21-də Heydər Əliyev Sarayında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqə həsr olunmuş "Müşfiqli dünya" adlı ədəbi-bədii gecə keçirilib. Tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilm... | ANL |
Göylərin poeziyasını görmək olur onun şeirlərində... Sanki ulduzlar səpələnir misralara, ayın nuru qarışır sənin gözlərinin nuruna, günəş zər telləri ilə çevirir vərəqləri... Və sən oxuyursan. Oxuduqca gözlərinin önünə üzü nurlu, abırlı, həyalı, sakit, istedadlı bir şair gəlir. Bu şair Əbülfət Mədətoğludur... Pəncərəm... | ANL |
İsrailli dramaturq "Məna axtarışında". BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ İDO NETANYAHUNUN PYESİ ƏSASINDA TAMAŞA GÖSTƏRİLİB. Beynəlxalq Muğam Mərkəzində tanınmış İsrail yazıçı-dramaturqu İdo Netanyahunun eyniadlı pyesi əsasında səhnələşdirilmiş "Məna axtarışında" tamaşasının premyerası olub. Tamaşaçılar yaradıcı kollekti... | ANL |
Aşıq Şəmşir haqqında kitabların təqdimatı keçirildi. Dünən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Aşıq Şəmşir. Biblioqrafiya", "Dədə Şəmşir ərməğanı", "Dədə Şəmşirin sənət dünyası" və "Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər" kitablarının təqdimat mərasimi olub. Nəşrlər Mədəniyyət Nazi... | ANL |
Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə. Isık gölün gizlinləri. Gölün suyu duzlu olsa da, olduqca təmiz və şəffafdır. Xəzər dənizi neçə ildən bir gah qabarıb sahillərini su altında qoyub, gah da geri çəkildiyi kimi, Isık gölündə də belə qabarma və çəkilmələr olub. Amma Xəzərlə Isıkın eyni vaxtdamı, yoxsa fə... | ANL |
Pedaqoji Universitetin tələbələri Xalq yazıçısı Anarın pyesini səhnələşdiriblər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Anarın “Keçən ilin son gecəsi” əsəri əsasında eyniadlı tamaşa hazırlayıblar. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, prodüse... | ANL |
Yaradılmışların ən alisi və şərəflisi olan, bir çox mətləbləri özündə sirr kimi saxlayan və bununla da bir-birindən kəskin fərqlənən insan qurur, yaradır, dəyişdirir. O, həmişə axtarışda, həqiqətin əldə olunmasında bilik və bacarığını səfərbər edir. "Gilas ağacını ərik gətirməyə məcbur edən" insana fəaliyyətinin u... | ANL |
Türkiyənin "Temrin" jurnalının yeni sayı Sabirə həsr olunub. Şairin altı şeiri orijinal versiyada Azərbaycan əlifbasında oxuculara təqdim olunub. Bundan başqa, dərgidə beş önəmli müsahibə də şairin ədəbi fikri və yaradıcılığı haqqında maraqlı faktları önə çıxarır. Bunlardan ilk müsahibə Salman Mümtazın M.Ə.Sabirlə ola... | ANL |
Xalq yazıçısı İmran Qasımov anıldı. Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Q.Musabəyov adına 3 nömrəli kitabxana filialının oxucuları və əməkdaşları Fəxri xiyabanda Xalq yazıçısı İmran Qasımovun məzarını ziyarət ediblər. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ziyarətçilərə görkəmli yazıçının yaradıcıl... | ANL |
Şuşa Dram Teatrının yenidənqurmadan sonra açılışı oldu. Tikinti və yenidənqurma işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə həyata keçirilib. Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsinin inkişafı is... | ANL |
Təhlil edilməyən cümlə. İllər sürətlə ötüb keçdi. İndi-indi tələbəlik illərində qrup yoldaşlarımızın bəslədikləri arzulardan hansının həyata keçib-keçmədiyi barədə, yaxud səbəblər və nəticələr haqqında fikir yürütmək, müəyyən qənaətə gəlmək olur. Yarım əsr bundan əvvəlki illərin qanadlı xəyallarından, xoş niyyət... | ANL |
Yazıçı Gülzar İbrahimovanın yubileyi qeyd edildi. Yasamal rayon Heydər Əliyev Mərkəzində rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə tanınmış uşaq yazıçısı, "Sehrli dünya" jurnalının baş redaktoru Gülzar İbrahimovanın ("Gülzar nənə") 60 illik yubileyi qeyd olunub. MKS-in direktoru, tədbir... | ANL |
Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatında milli istiqlal və dövlətçilik ideyaları. Azərbaycan ideologiyasının rəsmi tarixi son iki əsrlə xarakterizə edilsə də, tarixi zəmini daha dərin, ideya qaynaqları daha qədimdir. Xalqımız dünyaya Zərdüştü və "Avesta" kitabını, "Kitabi-Dədə Qorqud" və qorqudçuluq məfkurəsini... | ANL |
Dutubdu ərseyi-afaqı cümlə hikməti-elm, Çıxır səmayə xəlayiq bu gün fərasətdən... Yəqin ki, 19-cu əsrin ortalarında yazılmış bu şeirdəki ərəb-fars sözləri qulağınıza xoş gəlməsə də, onu oxuduqca mahiyyətini anlamaq çətin deyil. Millətinin maariflənməsi üçün yanğısını şeirə çevirən, digər xalqların maarifləndiyini gör... | ANL |
Sən ürəyimizdəsən... Mustafa ÇƏMƏNLİ. Bu dünyada hamının doğması olmaq hər kəsə nəsib olası xoşbəxtlik deyildir. kəlməsini nadir hallarda eşitmək olar. Qəribədir, hər dəfə Əbülfətə telefon açanda elə sanmışam "Ədalət" qəzetinə, orada çalışan həmkarıma yox, Qarabağa, Tuğda yaşayan, düşmənlə üz-üzə, göz-gözə yaşayan, ... | ANL |
Ağa Əminov - Cümhuriyyətin ticarət və sənaye naziri. tarix elmləri doktoru. Azərbaycanın tanınmış dövlət xadimi Ağakərim Məşədi Kərim oğlu Əminov 1888-ci ildə Bakıda anadan olmuşdu. O, 1907-ci ildə Bakıdakı Gimnaziyanı başa vurduqdan sonra Rusiyanın Peterburq şəhərinə gedərək orada Dağ-Mədən Mühəndisləri İnstitut... | ANL |
Həyat və sənət yollarında. O, Cəbrayılın Kavdar kəndindən, mən Qubanın Qonaqkənd qəsəbəsindən gəlmişdim. O, Böyük Vətən Müharibəsində qəhrəmanlıqla həlak olmuş Mirzə kişinin beş övladından biri idi. Məni oxumağa məcbur edən anam kimi, balaca Yasifi də təhsilli görmək sinəsi yanıqlı bayatılarla dolu anasının ən b... | ANL |
Milli Kitabxanada yeni tədbirlər. Dekabrın 27-də Azərbaycan Milli Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günüdür" adlı geniş kitab sərgisi açılıb. Sərgidə Azərbaycançılıq, diasporalarla iş, diasporalara dövlət qayğısı, Azərbaycan mədəniy... | ANL |
Gah pambıq kimi buludların üstünə qalxıb özümüzü xoşbəxt hiss etdik, gah mühərrikdə baş verən kiçicik qığılcımla yerə çırpılaraq yox olmağın kandarından geri döndük. Qorxu, təlaş, həyəcandan ürəyimiz qulağımızda döyündü. Hikkə canımızdan əl çəkmədi, hirs yaxamızdan düşmədi, dişlərimizi bir-birinə qıcaya-qıcaya, part... | ANL |
Obrazlar axtarmağa dəyməz. Həyat özü mətndi. Və biz bu mətnin həm obrazları, həm də müəllifləriyik. Bilirəm, müəllif mövzusunda bir az fikirlərimiz haçalana bilər. Siz göyə çəkərsiniz, mən yerə... Amma bununla mövzumuzun məğzi dəyişmir. Ayaqlarınızı binanın damından aşağı sallayıb meqapolisin işıqlı gecələrindən əla bi... | ANL |
Sevgi himnini xatırladan qırmanc səsi. Şahanə Müşfiq. Gecədən xeyli keçib. Bircə otağın qapısının üstündə asılan saatın əqrəblərinin qovhaqov səsidir bu sükutu qılınc kimi kəsən. Hələ altı il öncə universitet tələbəsi ikən bir müsabiqədə yazıçı Aslan Quliyev bağışlamışdı onu mənə. Saatın üzərində yazıçının həmi... | ANL |
Azərbaycan Respublikasının Prezidenti 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir. Şirməmməd Hüseynov. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnam... | ANL |
Əgər kiməsə bir öhdəliyim olsaydı, bəlkə fikirləşərdim. Ümumi götürəndə, gərək kimsə qınamasın. Gecə, qaranlıqda ayılanda niyə qorxursan? Çünki səndən ötrü həyatın əsas qaynağı gün işığıdır! Zülmətdən, lal sükutdan qorxursan. Ona görə işığı yandırırsan. Arzuladığın işıq bu deyil çünki. Sənə günəş gərəkdir! O tit... | ANL |
Şahin Musaoğlu. Onun vasitəsilə Tanrı bir əsgərin həyatını bağışladı. Bundan böyük hədiyyə, bundan şərəfli ödül varmı? Millətin həyatı təhlükəyə məruz qalmadıqca, savaş bir cinayətdir”. Neçə taleləri yenidən yazıb, neçə ömürlərə yeni nəfəs verib O uca Haqq! Ölkəsinin azadlığı və müstəqilliyi uğrunda hər şeyindən ... | ANL |
Vaqif Səmədoğlunun “Son gecədir bu gün yenə” misrası ağlımdan çıxmır nədənsə. Adamın gözünü qamaşdıran işıq deyil, ancaq nə isə lap o müəmmalı tunelin sonundakı kimi də olsa işartıdı. Fərqi yoxdu, bütöv bir ömrün hesabatından söhbət gedir, ya kiçik bir hadisənin... TƏLƏBƏLƏRİN ARZUSU... Bir çox əlamətdar hadisələr... | ANL |
Beynəlxalq Muğam Mərkəzinin 10 illiyi qeyd edildi. Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə tədbir keçirilib. Trend-in məlumatına görə, qonaqlar əvvəlcə mərkəzin foyesində qədim musiqi alətləri ekspozisiyası və muğam sənəti ilə bağlı kitab sərgisi ilə tanış olub, “... | ANL |
KAMAL ABDULLA “YAZIÇI İLƏ DİALOQ”DA YARADICILIĞIN TƏBİƏTİ, MÜƏLLİF-MƏTN MÜNASİBƏTLƏRİ, MİFOLOGİYA VƏ DİL MƏSƏLƏLƏRİ BARƏDƏ DÜŞÜNCƏLƏRİNİ BÖLÜŞDÜ. Dekabrın 19-da Bakı Kitab Mərkəzində “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində daha bir tədbir keçirildi. Bu dəfə Mərkəzin qonağı yazıçı, Azərbaycan Dillər Universitet... | ANL |
Şabranda ədəbi həyat. İsa Həbibbəyli. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik. Azərbaycanda ədəbi-ictimai fikir əsrlər boyu həmişə paytaxtla yanaşı, ayrı-ayrı regionlarda da yaranıb inkişaf etmiş, biri digərini tamamlamışdır. Obrazlı şəkild... | ANL |
Mingəçevirdə sərgilənən sənət töhfələri. Təkcə Mingəçevirdə deyil, onun hüdudlarından kənarda da istedadlı söz adamı kimi tanınan hüquqşünas, şair Bəhman Gülövşəlinin indiyə qədər dövri mətbuatda çeşidli mövzularda qələmə aldığı xeyli sayda şeiri və iki kitabı çap olunub. Sovetlər dönəmində Rusiyada, ölkəmiz ... | ANL |
Azərbaycan kino sənəti tarixində ən çox mükafat qazanan film kimi özünü təsdiqləyən “Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. 6 ayda iyirmi beynəlxalq festivalda uğur əldə edən film ötən ildə ən uğurlu ekran əsəri hesab olunur. Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüse... | ANL |
Yaponiyalı musiqiçi Azərbaycan mahnılarını oxuyacaq. “Azərbaycan adını Yaponiyada daha tez-tez eşitmək məni çox sevindirir”. Bunu AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində yaponiyalı musiqiçi xanım Kyoko Yamamoto deyib. Azərbaycan xalqına, mədəniyyətinə və musiqisinə böyük hörməti olduğunu vurğulayan xan... | ANL |
Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr olunan “Kardeş kalemler” Aylıq Avrasiya Ədəbiyyatı Jurnalının 2018-ci il üçün son sayı nəşr olunub. İlk material türkiyəli şair Dinçər Atəşdəndir. Oxucular burada onun yeni şeirləri ilə tanış olacaqlar. Dərginin Türkiyə bölməsində həmçinin, Semih Dirinin şeirləri, Avrasiya Ya... | ANL |
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının yazıçı-publisisti, şair Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birgə həyata keçirdiyi layihə əsasında hazırlanmış “Bu dünyanın fidanları. Kitabxanadan bildirilib ki, kitabda Vətənə, ... | ANL |
tarix elmləri doktoru. Behbud xan Cavanşir öz fəaliyyətində Azərbaycan Cümhuriyyətinin qonşu dövlətlərlə ticarət və sənaye sahəsindəki əlaqələrinə böyük diqqət yetirirdi. Onun Ticarət və sənaye naziri olduğu dövrdə Azərbaycan və Gürcüstan arasında 1918-ci ilin dekabr ayının 26-da çox əhəmiyyətli müqavilə imzalandı. Həm... | ANL |
Müəllimlik peşəsini şərəfli edən bir çox amillər var. Onlardan biri, bəlkə də birincisi, müəllimin yaşadığı həyata, cəmiyyətə ehtiyac duyulan əsl vətəndaş, əsl insan yetişdirməsidir. Müəllimlərimizdən bizə hansı vərdişlər qalıb? Bu sualı mənə versələr "insan kimi yaşamaq vərdişi"- deyərdim. Müəllim deyəndə riyadan utan... | ANL |
Daşların dilini bilən adam. MİNERALOGİYA MUZEYİNİN DİREKTORU AĞAMEHDİ AĞAYEV: "MUZEYİN GENİŞLƏNMƏSİ VƏ CİHAZLARLA TƏMİN OLUNMASI ƏN BÖYÜK ARZUMDUR". Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəaliyyət göstərən Mineralogiya kabineti artıq muzey statusu alıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizim N... | ANL |
Dilimizin taleyinə cavabdehlik missiyası. Qəzənfər PAŞAYEV. Dil xalqın varlığnı, kimliyini və mədəniyyətini kompas kimi dəqiq göstərən güzgüdür. Bu güzgünün həmişə saf, şəffaf olmasının qayğısına yalnız dilin taleyinə cavabdeh olanlar deyil, hamı qalmalıdır. Mətbuatda, xüsusən də özəl televiziya kanallarında bəzən dili... | ANL |
Milli musiqişünaslığa sanballı töhfə. Azərbaycan musiqisi, incəsənəti tarixinə adı böyük hərflərlə yazılan bənzərsiz simalar sırasında Bədəlbəylilər nəslinin özünəməxsus yeri və xidmətləri var. Onların yaratdığı bənzərsiz sənət inciləri və əsərlər musiqi xəzinəmizi zənginləşdirməklə yanaşı, bu gün öz aktuallığı və orij... | ANL |
Xalq artisti Tofiq Kazımov anıldı. Akademik Milli Dram Teatrının və Azərbaycan Teatr Xadimləri İttifaqının kollektivləri Fəxri Xiyabanda görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun xatirəsini anıblar. Mərasimdə Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti... | ANL |
Elm və təhsilə innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidir. Aydın KAZIMZADƏ. BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor. Son illər əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin uğurlu davamı kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfində... | ANL |
Fədakar istiqlalçı Miryaqub Mehdiyev və onun fransızca əsərləri haqqında qeydlər. "AzərTAc"ın əməkdaşı kimi uzun illər Fransada fəaliyyət göstərdiyim dövrdə ölkəmizlə bağlı maraqlı məlumatlar toplamaq məqsədilə tez-tez prezident Fransua Mitteran adına dünyanın məşhur Milli Kitabxanasına baş çəkirdim. Bir dəfə araşdırma... | ANL |
Fədakar istiqlalçı Miryaqub Mehdiyev və onun fransızca əsərləri haqqında qeydlər. “Şimali Qafqazda milli hərəkat” yarım sərlövhəsində Miryaqub Mehdiyev burada siyasi və sosial hərəkatlarının dini ideyalar altında baş verdiyini, siyasi partiyaların eyni zamanda dini partiyalar olduğunu, Qafqaz dağlılarının da Rusiya ist... | ANL |
Milli münasibətlərin kəskinləşməsi şəraitində KİV-in fəaliyyəti. SSRİ-də başlanan yenidənqurma vaxtı çatmış zərurət idi. Çürüməkdə olan cəmiyyət dəyişiklər üçün yetişmişdi, böhran günü-gündən artırdı. Ölkənin o vaxtkı rəhbəri M.S.Qorbaçov vəziyyəti belə təsvir edirdi: "İdeya sərvətləri və mənəvi sərvətlər sakit-sakit, ... | ANL |
Qloballaşma dövründə dildə gedən proseslər: mövcud dil mənzərəsi və orfoqrafiya qaydalarına yeni baxış. Müasir dövrdə dünyada gedən proseslər bütün sahələrdə olduğu kimi, dilçiliyin problemlərinə, xüsusilə də dillərin tətbiqi ilə bağlı məsələlərə fərqli yanaşma tələb edir. Zaman keçdikcə dil inkişaf edir və onun bütün ... | ANL |
Şəxsiyyətindən, tutduğu vəzifəsindən asılı olmayaraq vətən hamı üçün müqəddəs və əzizdir. Nahaq yerə deməyiblər: Əzizim Vətən yaxşı, Geyməyə kətan yaxşı. Gəzməyə qərib ölkə, Ölməyə Vətən yaxşı. Dünyanın hansı guşəsində olursan ol, vətən heç vaxt yaddan çıxmır. Təsadüfi deyil ki, adı Aristotel, Nyuton, Eynşteyn, Liner k... | ANL |
Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. Bəsirət (gözüaçıqlıq, uzaqgörənlik) gərək! Dünyada yaşaya bilmək, xoşbəxt və məsud yaşaya bilmək üçü... | ANL |
Vilayət QULİYEV. Yanvarın 14-də, Parlamentin iclasının davam etdiyi saatlarda binanın (indiki Azərbaycan MEA Əlyazmalar İnstitutu - V.Q.) qarşısında bayram əhval-ruhiyyəsində olan Bakı sakinlərinin izdihamlı mitinqi keçirilmişdi. binasına qədər Parlamentin qarşısında insan əlindən tərpənmək olmurdu. Minlərlə adam küçəl... | ANL |
Azərbaycan Xalq Cümhuriyyəti və dil məsələləri. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük və əhəmiyyətli izlər buraxıb. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədl... | ANL |
Ədəbiyyatımızda detektiv janrının yaradıcısı. Rövşən YERFİ. Bugünlərdə Azərbaycan detektiv ədəbiyyatının yaradıcısı Cəmşid Əmirovun 100 yaşı tamam olur. Yarım əsrdən çoxdur ki, detektiv mütaliə həvəskarları xüsusi maraqla onun əsərlərini oxuyurlar. 1918-ci il fevralın 10-da Naxçıvan şəhərində dünyaya gələn Cəmşid Əmiro... | ANL |
Yaddaşlarda izi qalan tarixçi alim. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev 82 il öncə Azərbaycanın dilbər guşələrindən birində - Quba rayonunun Xanagah kəndində, çox sadə və zəhmətkeş bir ai... | ANL |
Ailəli qadın üçün karyerasını qurmaq çətindir... Öz sahəsində uğurla çalışan xanımın şəxsi həyatına zamanı qalmır... Yaradıcı adam ailə çərçivələrinə sığmır. Sənətlə, sözlə yaşayan insanın gündəlik məişətə vaxt ayırması mümkünsüzdü! Bütün bu zamanla daşlaşan fikirlər, əksəriyyətin zehnində bir düstur kimi qalan düşüncə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.