text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Daha əvvəllər xəbər verildiyi kimin mart və aprel aylarında İstanbulda və Ankarada Xalq yazıçısı Anarın yubileyi geniş qeyd olunmuşdu. İstanbuldakı tədbirdə Türkiyə Ədəbiyyat vəqfinin yeni təsis etdiyi “Yaşayan Dədə Qorqud” ödülü ilk olaraq Anara təqdim edilmişdi. Noyabrın 24-də Ankarada TürkSAV, Əhməd Yasəvi vəqfi, T...
ANL
Ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək. Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək. Nazirlikdən verilən məlumata görə, “Azərbaycan Kinosu Günləri” dekabrın 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan Dövlət Nef...
ANL
Mədəniyyət naziri Cəlilabadda vətəndaşlarla görüşüb. Mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 30-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhərindən, Cəlilabad, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Mədəniyyət Nazirliyindən bildirilib ki, qəbuldan öncə ...
ANL
DİL MÖVZUSUNDA “MOZAİK” DÜŞÜNCƏLƏR. Dünya xəritəsini gözlərimizin önünə gətirək. Əgər bu, dünyanın siyasi xəritəsidirsə, onda fərqli ölçü və formalarda olan, çeşid-çeşid rənglərlə seçilmiş ölkələr görəcəyik. Maraqlıdır ki, “çadır” və “çətir” eyniköklü sözlər olsalar da, fəallıq baxımından Azərbaycan dil istifadə...
ANL
İspaniya - düşüncələr və unudulmaz xatirələr. (Əvvəli ötən şənbə saylarımızda). Korrida, ədətən, iri dəyirmi amfiteatrlarda gedir. Çox vaxt deyirlər ki, korrida - proloqu və epiloqu olan üç pərdəli faciədir. Həqiqətən də, o, proloqdan başlayır - korrida iştirakçılarının parlaq və gözəl geyimdə paradı keçirilir. Əvvəl...
ANL
Ədəbiyyat başda olmaqla digər bütün incəsənət növlərində nəsillərarası müxtəliflik bəzən mübahisələrə, birinin sənət meydanından sıxışdırılıb çıxarılmasına qədər gətirib çıxarır. Məşhur “atalar və oğullar” dilemması özündən əvvəlkini qismən və ya tamamilə dəyişmək, yenilikçi ruh qatmaqla sənət əcdadlarına təsir etmək ...
ANL
Mən Fildinqin “Gizlincə atılmış məktublar və yaxud arvadı evdə saxlamağın yeni üsulu” fars-komediyasını tərcümə etmək istəyəndə, maraqlandım və məlum oldu ki, onun, yəni Henri Fildinqin heç bir əsəri Azərbaycan dilinə tərcümə edilməyib, halbuki bu yazıçı nəinki XVIII əsr ingilis ədəbiyyatının, ümumiyyətlə, XVIII...
ANL
Təqdim olunan esse yazıçının “İctimai bəlalar” kitabından götürülüb. Seyfəddin Hüseynli ruscadan çevirib. İbtidaidə oxuyuram. Nasistlər doluşur sinifimizə. Yəhudi ənənəsincə sünnət olunduğumu oradakıların hamısı görüb-bilməliymiş... İllər boyu eyniyuxu. Son dərəcə də ibrətamiz məzmunlu. Məndəki bu yazıqlıq duyğ...
ANL
Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. Azərbaycan Məclisi-Məbusanı təsisi həqqində qanun. 2- Azərbaycan parlamanı Azərbaycan Məclis...
ANL
Xatirələr yaddaşın güzgüsüdür. UNUDULMAZ USTADIM MİR CƏLAL MÜƏLLİMİ DƏRİN EHTİRAMLA YAD EDƏRKƏN. İnsan əzizlərini real həyatda itirdikdən sonra ümidi bir yuxulara qalır, bir də xatirələrə... Xatirə həyatda şahidi olduğun faktlardır və onu heç vaxt arzuladığın variantlara dəyişmək olmaz. Xatirələr hər kəsin bir ...
ANL
Ukraynanın Dnepr şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi ilə bağlı konsert təşkil olunub. Trend-in məlumatına görə, Dnepr şəhərində fəaliyyət göstərən Müslüm Maqomayev adına Beynəlxalq Fondun, D...
ANL
Tarixi Lissabon sammiti: Erməni təbliğatına ağır zərbə. Məhz bu sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə qəbul edilən yekun bəyanatda münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer aldı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyy...
ANL
"Bakı Prosesi"-10: Sivilizasiyalararası dialoqun inkişafında Azərbaycan təcrübəsi. Sivilizasiyalar arasında dialoqun inkişafına xidmət edən "Bakı Prosesi"nin əsasının qoyulmasından 10 il ötür. 2008-ci ilin dekabrın 2-də Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dia...
ANL
Kamal Abdulla - qorqudşünaslıq dərsləri. Akademik Kamal Abdullanın Azərbaycan ədəbiyyatına üç ölməz roman bəxş etməsindən yazmaq istəmirəm. Azərbaycan nəsrinə intellektual zənginlik gətirən çoxsaylı hekayələri də başqa və geniş bir mövzudur. Şeirləri, pyesləri, esseləri fəlsəfi-bədii yaradıcılıq zirvəsinə qalxmı...
ANL
Qadınlar da fərqlidir, qadın da. Amma eyni ehtirasla da nifrət edər qadın. Onun qəzəbi, kini vulkan əvəzi püskürər toxunduğu həyatlarda. Türk ədəbiyyatının görkəmli qadın yazarlarından Xalidə Ədib Adıvar belə demişdi. Özündən sonra iyirmidən artıq roman, hekayə, pyes, xatirə kitabları, tərcümələr, polemik yazılar ...
ANL
Cümhuriyyət qurucuları: maliyyə naziri Əliağa Həsənov. Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə və Bank sisteminin formalaşmasında tanınmış dövlət xadimi Əliağa Həsənovun böyük rolu olub. Ə.Həsənov 1871-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı Şəhər Gimnaziyasında oxuduqdan sonra Bakı Kommersiya məktəbini bitirib. Ə...
ANL
Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi işinə misilsiz töhfə. NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN 85 İLLİK YUBİLEYİNƏ VƏ AKADEMİK MİRZƏ İBRAHİMOVUN VƏFATININ 25 İLLİYİNƏ. Bədii əsərlərindən, publisistik və elmi məqalələrindən göründüyü kimi, Cənubi Azərbaycanda əsarətdə yaşayan soydaşlarımızın taleyi gö...
ANL
Bakı Xoreoqrafiya Akademiyasında Məmməd Arazın 85 illiyi qeyd olundu. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib. Tədbirdə akademiyanın professor-müəllim və tələbə heyəti, tanınmış ictimaiyyət nümayəndələri ...
ANL
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının yeni tamaşasının 30 noyabrda Aktyorlar evində premyerası keçirilib. Böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində, burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar...
ANL
Noyabrın 29-30-da Moldovanın paytaxtı Kişinyov şəhərində Moldova Təhsil və Mədəniyyət Nazirliyi və Yazıçılar İttifaqının təşkilatçılığı ilə Birinci Beynəlxalq Proza Festivalı keçirilib. Avropanın müxtəlif ölkələrindən yazarların qatıldığı festivalda Azərbaycanı yazıçı Elçin Hüseynbəyli təmsil edib. Səfər Azərbay...
ANL
Azərbaycan adlanır. Mənim doğma vətənim. Azərbaycan dilidir. Vətənimin paytaxtı. Möhtəşəm Qız qalası. Bayrağım üçrənglidir: Qırmızı, yaşıl, mavi. Mənim nağıllarımda. Vətənim Odlar yurdu. Nənəm Sayalı. Uçacaq indi. İçindən atlar. Qaçacaq indi. Burda dəvələr. Düzülüb yola. Necə əzizdir. Uçar göylərə. Səmada süzər. Dünyan...
ANL
Azərbaycan Parlamenti necə yarandı. İclas son hadisələrlə əlaqədar Yelizavetpolda (Gəncədə) vəziyyət barədə Həsən bəy Ağayevin məlumatını dinlədikdən və M.Ə.Rəsulzadənin Batumdan N.Yusifbəyli ilə göndərdiyi məktub və teleqramlarla tanış olduqdan sonra gündəliyin əsas məsələsinin müzakirəsinə başlayır. X.Xasməmmə...
ANL
Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi işinə misilsiz töhfə. NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN 85 İLLİK YUBİLEYİNƏ VƏ AKADEMİK MİRZƏ İBRAHİMOVUN VƏFATININ 25 İLLİYİNƏ. Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi işinə misilsiz töhfə<b style="color:red"></b>. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İn...
ANL
Azərbaycan Parlamenti necə yarandı. Solmaz Rüstəmova-TOHİDİ. Tarix elmləri doktoru. 2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamətdar birhadisə-nümayəndəli ali qanunvericilik orqanının yaradılmasının 100 illiyi qeyd olunur. Bu gün müasir Azərbaycan Respublikası Parlamentinin - Milli...
ANL
ƏSA Teatrı "Göy quş" tamaşasının premyerasını keçirdi. Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkası çərçivəsində, ƏSA teatrının əlilliyi olan aktyorlarının ifasında Moris Metterlinkin "Göy quş" tamaşasının premyerası olub. Tədbirdə baş nazirin müavini Əli Əhmədov, əmək və əhalinin s...
ANL
Tale mənimlə oyun oynayır. Tale mənimlə oyun oynayır. Yolu cəbrdi, Şərti səbirdi. Bir-birimizi yeyə-yeyə. Bir-birimizi yeyə-yeyə. Bu oyunu yaradana. Başımın, ürəyimin, qarnımın. Əllərimin, ayaqlarımın üstündə. Hərəsinin öz bayrağı var. Hələ üstəlik. Onların da ata məhəbbəti ilə. Neyləyim mənim bir canım var. Gündüzlər ...
ANL
Şahanə qızımı altı il öncə tanımışam. Onların qrupunda "Müasir Azərbaycan ədəbiyyatı" fənnindən məşğələ aparırdım. Şahanə də birinci partada, düz qarşımda otururdu. Çox qəribə idi, bu qızın gözlərinin dərinliyindəki gizli kədər, üzünün maraqlı ifadəsi, şirin təbəssümü həmişə məni ovsunlayırdı, özümdən asılı olmayara...
ANL
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda əziz tələbə yoldaşımız, şair Nəsib Nəbioğlunun yaradıcılıq məclisinə, onun "Seçilmiş əsərləri"nin I cildinin təqdimetmə mərasiminə toplaşmışdıq. Nəsib qardaşımız uzun illərdir ki, Rusiyanın paytaxtı Moskva şəhərində yaşayıb-yaradır və Azərbaycanımızı o...
ANL
Mir Mehdi Seyidzadə haqqında kitab və elektron bazanın təqdimatı keçirildi. Dekabrın 4-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə görkəmli şair və dramaturq, Əməkdar incəsənət xadimi Mir Mehdi Həsən oğlu Seyidzadə haqqın...
ANL
Görkəmli aktyor Hamlet Qurbanov xatırlandı. Dekabrın 3-də Azərbaycan Teatr Xadimləri İttifaqının Abbas Mirzə Şərifzadə adına Aktyor evində milli mədəniyyətimizin görkəmli nümayəndələrindən Xalq artisti Gülxar Həsənovanın 100, Əməkdar artist Hamlet Qurbanovun 80 illik yubileylərinə həsr edilmiş xatirə tədbiri keçir...
ANL
Azərbaycan mədəniyyəti Çində tanıdıldı. Çin Xalq Respublikasının Anxoy vilayətinin Benbu şəhərində 2-ci Çin ticarət və mədəni mübadilə beynəlxalq forumu, paralel olaraq Çin beynəlxalq musiqi alətləri sərgisi keçirilib. AZƏRTAC xəbər verir ki, müxtəlif xalqlar arasında mədəni mübadilənin gücləndirilməsi ilə "Bir kəmər...
ANL
Azərbaycan Parlamenti necə yarandı. Solmaz Rüstəmova-TOHİDİ. Tarix elmləri doktoru. 2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamətdar birhadisə-nümayəndəli ali qanunvericilik orqanının yaradılmasının 100 illiyi qeyd olunur. Milli Şuradan Azərbaycan Parlamentinə. 1918-ciiliyunun 16-da...
ANL
Xalq artisti Baba Mahmudoğlu - təkrarsız ifaçı, fədakar xanəndə. Özü-özlüyündə bu vurğunluq müqəddəsliyə varmaqdır. Vurğunlarımız isə çoxdur, biri də öncül sənətkar, sevimli xanəndə, milli opera sənətinin nadir incisi, füsunkar səsilə xalqın sevimlisinə çevrilən Baba Mahmudoğlu idi. Belə vurğunlar milli mədəniyyət...
ANL
Milli uşaq ədəbiyyatında öz üslubu ilə seçilən sənətkar. Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının "Şərəf siyahısı"nda, Fəxri Andersen Siyahısında layiqli yer tutan, milli uşaq ədəbiyyatına yeni üslub gətirən, yetmiş yaşı haqlasa da, zahirən cavan görünən Qəşəm İsabəyli bu gün də gənclik coşqusu ilə yazıb-yara...
ANL
Kutay Aslantürklə Nafiə xanım haqqında söhbət. “Savablarımızı və günahlarımızı yazan” sosial şəbəkə. Sosial şəbəkə savablarımızı və günahlarımızı yazan mələklərə dönüb. Harada, hansı toplantıya qatılırıq, orada nə danışırıq, kimlərlə görüşürük xəbərin yayır. Çox vaxt gedəcəyimiz toplantı, o toplantıda saat neçəd...
ANL
"Kitabxanalar: ənənələr və innovasiyalar". Dekabrın 5-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibətilə "Kitabxanalar: ənənələr və innovasiyalar" adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda XXI əsr kitabxanalarında ənənələr və innovasiyalar, kitabxana...
ANL
Görkəmli ədəbiyyatşünas alim, nəzəriyyəçi, ali təhsil mütəxəssisi, pedaqoq, Əməkdar müəllim Məmməd Əliyevin 70 yaşı tamam olur. Filologiya üzrə elmlər doktoru, professor Məmməd İrac oğlu Əliyev 1948-ci il dekabr ayının 10-da Xızı rayonunun Zöhrabkənd kəndində qulluqçu ailəsində anadan olub. 1975-ci ildə akademik M....
ANL
Xalq artisti Baba Mahmudoğlu - təkrarsız ifaçı, fədakar xanəndə. B.Mahmudoğlu peşəkar sənətə qədəm qoyandan Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin bədii kollektivləri ilə yaradıcılıq əlaqələrində olaraq səsini radio fonduna yazdırmış, televiziyada, Bakıda, əyalətlərdə, qonşu respublikalarda konsertlər...
ANL
Azərbaycan Parlamenti necə yarandı. Solmaz Rüstəmova-TOHİDİ Tarix elmləri doktoru. Gəncə böhranından keçən sonrakı aylar ölkənin siyasi, ictimai, iqtisadi və mədəni həyatında son dərəcə mühüm hadisələrlə əlamətdar olur ki, onların arasında ən əhəmiyyətlisi sentyabrın 15-də Bakının Qafqaz İslam ordusu tərəfindən ...
ANL
Görkəmli ədib və alim Mir Cəlal Paşayevin mənzil muzeyləri: sənədli materiallar. Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırladığı növbəti şəxsi biblioqrafik göstərici Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar Elm Xadimi, yazıçı-alim Mir Cəlal Əli oğlu Paşayevə həs...
ANL
Vaqif Bəhmənli. QƏLƏM DOSTUM FƏXRƏDDİN ZİYANIN 65 YAŞI MÜNASİBƏTİLƏ. ... Fəxrəddin Ziyanın uzaq illərdə oxuduğum "Ata məhəbbəti" şeirini onun yaxın illərdə işıq üzü görən "Şeiriyyətim, şeirim" adlı kifayət qədər ciddi poeziya toplusunda ("Seçilmiş əsərlər" də demək olar bu kitaba) təkrarən gördüm, təkrarən oxudu...
ANL
Estebanın dirisi və ölüsü. Fədakar tərcüməçimiz, unudulmaz ədəbiyyat adamı Natiq Səfərovun tərcüməsində oxuduğum bu hekayədə Estebanın cəsədini balaca kəndə gətirib çıxaran səbəb Markesin mistik təfəkkürü, onun ədəbi yaradıcılığının əsasını təşkil edən magik realizmdir. Markes bizi öz yaşadıqlarımıza təkrarən qayıtma...
ANL
“Şərikli çörək”lə qazanılan şöhrət. Həyatın yazılmamış qanunlarından biri də sağlığında hədsiz təvazökarlığı ilə özünü gözdən, diqqətdən uzaqda saxlayan, heç bir işini təbliğ etmək ehtiyacı duymayan insanların adlarının yalnız işlərinin altındakı xırda məlumat çərçivəsində qalmasıdır. Onları az adam tanıyar, az...
ANL
Bir ildir arzulayır, aylardır ona gedən yolları axtarır, planlar qururdum. Çox cəhdlər etmişdim, hamısı puç olmuşdu. Yaxınlarda bir dostumla görüşdük. Ordan-burdan xeyli söhbət etdik, sonra mənə bir zəng gəldi, ümidsiz danışığımı görüb nə baş verdiyini soruşdu. Onunla görüşmək istədiyimi, lakin gözlədiyim yerlərdən...
ANL
Dünya başlanğıcını düşüncədən götürür. Və ana dilində tamaşa hazırlamaq arzusu baş qaldırır. Elə həmin bu arzudan danışırdım... Gələcəkdə dramaturq olacaq Nəcəf bəy Vəzirovdan söhbət gedir. Nəcəf bəy arzusunu Həsən bəy Zərdabiyə bildirir. Zərdabi Mirzə Fətəli Axundzadənin “Təmsilat”ını oxumaq və əsər seçmək üçün o...
ANL
Ərəb yazısı və xəttatlıq sənəti. Müsəlman Şərqində digər incəsənət növlərində məharətini sınaya bilməyən sənətkarların bütün istedadlarını yazı sənətində nümayiş etdirməsi xəttatlığın xüsusi önəm kəsb etməsi ilə nəticələndi. Yazı ərəblərə hələ Cahiliyyət dövründən məlum idi. İslamdan öncə Cənubi Ərəbistanda himy...
ANL
Tahir Salahovla söhbət. Rəssamlar danışmağı adətən çox da xoşlamırlar. Duyğularını və düşüncələrini, sevgilərini, ağrılarını, sevinc və təlaşlarını boyalar, fırça vasitəsiylə ifadə edirlər. Jurnalist, musiqişünas, publisist Raya Abbasova azdanışan Tahir Salahovu, - bizim qeydsiz, şərtsiz böyük sənətkarımızı - “d...
ANL
Mən dəli deyiləm. Sonra ürəyinə qorxu düşən adamların cəldliyinə bənzər bir hərəkətlə qapını örtüb dəstəyin yanında özünə yer eləmiş quyruğu sallaq açarla qapını arxadan bağladı. Geriyə çevrilib çox böyük bir məmnunluqla otağın sol divarına paralel qoyulmuş çəhrayı rəngli uzun stolun arxasında oturan həkimə baxdı...
ANL
Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. Salam Sizə, ey Azərbaycan Parlamentosu məbusları! Hələlik sizləri salamla qarşılıyor, nasıl ...
ANL
Azərbaycanda da Molla Nəsrəddin lətifə toplusu nəşr olundu. Türk dünyasının görkəmli ziyalılarından və tanınmış folklorşünaslarından biri olan Nail Tan 1941-ci ildə Türkiyənin Kastamonu şəhərində dünyaya göz açıb. Türkiyədə beynəlxalq folklor konfranslarının keçirilməsi, folklorşünaslıq sahəsində peşəkar araşdı...
ANL
Firəngiz Əlizadə yaradıcılığının daha bir təntənəsi. Dünya şöhrətli bəstəkarın dünya şöhrətli tələbəsi olmaq böyük məsuliyyət və eyni zamanda xoşbəxtlikdir. O, bu məsuliyyətin öhdəsindən çox gözəl şəkildə gələ bilən və bu xoşbəxtliyi dönə-dönə etiraf etməkdən qürur hissi duyan əsl sənət fədaisidir. Azərbaycan Bəstəkar...
ANL
İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası. Yaxşı xatırlayıram, 1999-cu ilin oktyabrında Qazax rayon icra hakimiyyəti başçısının imzası ilə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçiriləcəyi və həmin tədbirdə Təhsil Nazirliyinin nümayəndələrinin də iştirakı ilə bağlı məktub almışdım. Təd...
ANL
“Martinin səhvi sevginin əbədiliyinə inanmasıydı". "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Rəşad müəllimin sevdiyi əsər Cek Londonun "Martin İden" romanıdır. – Rəşad müəllim, hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Cek Londonun "Mar...
ANL
Yeni il məzələri. Məşədi İbadın Yeni il mahnısı. Qoy hər dərdini çəkim. Başına dolanım mən. Dönüm Məşdibad olum. Mən əvvəldən buncayam. Sevgidən doyuncayam. Əkini əkdi banklarda. Pulları çəkdi banklardan. Kəndli döndü “biznesmenə”. Hər gündə yüz rəngə düşdü. Öz halından məmnun oldu. Rüşvət verdi, rüşvət aldı. Yaddan ç...
ANL
Səməd Vurğun və Maqsud Şeyxzadə: XX yüzilin poetik obrazını yaradanlar. MƏŞHUR POETİK BİOQRAFİYALAR MÜQAYİSƏLİ TƏHLİL MÜSTƏVİSİNDƏ. Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi. Səməd Vurğun və Maqsud Şeyxzadə həmyerli, yaşıd və müasir olmaqla bərabər, eyni zamanda, ruhən və istedadlarının təbiətinə görə...
ANL
Hər bir dilin leksik fondu yeni yaranan sözlər, alınmalar və terminlər hesabına daim zənginləşir. Azərbaycan dilində də leksik fondun zənginləşməsi heç vaxt dayanmamışdır və bu gün də davam edir. Dilin lüğət fondunun zənginləşməsinə ictimai-siyasi proseslər də güclü təsir göstərir. Azərbaycan dili, birinci növbədə,...
ANL
Şahanə MÜŞFİQ. Teatr qarderobdan başlaya bilər, tamaşa isə mənimçün havadan başlayır. Akademik Milli Dram Teatrının səhnəsində göstəriləcək "Ah, bu uzun sevda yolu" tamaşasına gedərkən yol boyu bu düşüncələr beynimi məşğul edirdi. Axşam nümayiş olunacaq nakam taleli şair Mikayıl Müşfiqin həyatından bəhs edən səhn...
ANL
V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalibləri mükafatlandırıldı. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə AYB nümayəndəliyi, qaliblər, münsiflər heyəti və ...
ANL
Ötkür Rəhmətin "Könül bağları" Azərbaycan dilində. Azərbaycan Yazıçılar Birliyinin "aybKitab" layihəsi bu günlərdə yeni və fərqli bir nəşrlə oxucuların görüşünə gəlib. Özbəkistanın tanınmış şairi, publisisti Ötkür Rəhmətin layihə çərçivəsində "Mütərcim" nəşriyyatında çap olunan kitabı "Könül bağları" adlanır. Şairi...
ANL
Xalq artisti Gülxar Həsənova anıldı. Dünən ikinci Fəxri xiyabanda Azərbaycanın görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənova yad edilib. Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Gülxar Həsənovanın məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər. Anım mərasimində Əməkdar inc...
ANL
XalqartistiGülxarHəsənovanın 100illiyiqeydedilib. MüslümMaqomayevadına Azərbaycan DövlətAkademikFilarmoniyasında görkəmlioperamüğənnisi,XalqartistiGülxarHəsənovanın 100 illiyinə həsrolunmuştədbirkeçirilib. Trend-inməlumatına görə, tədbirPrezidentİlhamƏliyevinGülxarHəsənovanın 100illikyubileyininkeçirilməsi haqqın...
ANL
Heydər Əliyev xatirələrdə: Ümummilli liderin vəfatından 15 il ötür. Bu gün Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin vəfatından 15 il ötür. Çünki Heydər Əliyevin dövlətimizin və respublikamızın həyatında, inkişafında misilsiz xidmətləri var. Onun xidmətləri, gördü...
ANL
Heydər Əliyev siyasi kursu: sabitlik və uğurlu xarici siyasətin mükəmməl vəhdəti. Müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun analizi daim diqqət mərkəzində olmalıdır. Çünki bu kurs çoxtərəfli, müasir tə...
ANL
Heydər Əliyev: Qüdrətli şəxsiyyət, görkəmli dövlət xadimi. Ümummilli lider Heydər Əliyevin vəfatından 15 il keçir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. ...
ANL
Səməd Vurğun və Maqsud Şeyxzadə: XX yüzilin poetik obrazını yaradanlar. MƏŞHUR POETİK BİOQRAFİYALAR MÜQAYİSƏLİ TƏHLİL MÜSTƏVİSİNDƏ. Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi. ... Səməd Vurğun və Maqsud Şeyxzadə kimi görkəmli sənətkarların yaradıcılığını müqayisəli şəkildə araşdırarkən aydın olur ki, ...
ANL
Fraqmentlər. Obrazının bu əsas səciyyəsi ilə fenomenal yaddaş və incə yumor hissinin üzvi ahəngdarlığı ən gözlənilməz məqamlarda belə, siyasətin incəsənətini yaradırdı. Heydər Əliyevin düşüncəsi, qərar və təşəbbüsləri cariliyin yox, perspektivin, panoramın üfüqlərinə yelkən açırdı. Qərarları anın və vəziyyətin ə...
ANL
Milli Kitabxanada Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Dünən Milli Kitabxanada Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və YAP Səbail Rayon Təşkilatı tərəfindən görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş təd...
ANL
Milli Kitabxananın əməkdaşı beynəlxalq konfransa qatıldı. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Müqəddəs Kiril və Metodiy adına Bolqarıstan Milli Kitabxanasının yaranmasının 140 illik yubileyi münasibətilə təşkil olunmuş "Könüllü ianə dəstəyi və ianə - baxış mədəniyyəti" adlı beynəlxalq elmi konfran...
ANL
Gülzar Nənənin ad günü haqqında nağıl. TANINMIŞ UŞAQ YAZIÇISI GÜLZAR İBRAHİMOVANIN YUBİLEYİNƏ. Onun əlində sehirli bir qələm doğulmuşdu. Gecə-gündüz uşaqları sevindirirdi. Onların ünvanlarına maraqlı, rəngli jurnallar göndərirdi. Uşaqlar onu həmişə görmək istəyirdilər. Bir gün uşaqlar yığılıb Azərbaycan Yazıçılar...
ANL
Əlləri əlimdən üzülən Ata! Tükənib taqətim, titrək nəfəsim. Sənsizlik adında var bir qəfəsim, Dönmüşəm tufana, ha yandan əsim, Əlləri əlimdən üzülən Ata! Baxışım əkdiyin güldən üzülür, Gözümdən dərdimin barı süzülür. Üstünə çiçəklər, güllər düzülür, Əlləri əlimdən üzülən Ata! Gül qoxulu nəfəsini. Külək apardı, bilməd...
ANL
Nağıllar aləmindən duyulan poetik pıçıltılar. Mən bu sətirləri ona görə yazmaq qərarına gəldim ki, kiçicik bir bədəndəki böyük ürək, ilham, dinamika məni valeh elədi. Onun əvvəlki kitabını oxumuşdum, qələminin gücünə bələd idim. Buna görə də oktyabr ayında internetdə onun yeni kitabının təqdimatı olacağını oxuyanda...
ANL
BÖYÜK TÜRKOLOQ, AKADEMİK TOFİQ HACIYEVİN "CƏBRAYIL ŞİVƏSİ" ƏSƏRİNİN NƏŞRİ BARƏDƏ DÜŞÜNCƏLƏR. Akademik Tofiq Hacıyevin fikridir: "Dialekt və şivələri öz eksponatlarını əsrlərlə təzə saxlayan etibarlı bir muzeyə bənzətmək olar". nə vaxt kitab kimi çap olunacaq. deyərdi. Yaradıcı təfəkkürün ilk məhsulu. Hələ təcrü...
ANL
Qısa xülasə. Biz göydələn iziylə gəzə-gəzə azan vaxt. Yadımdadı həmin gün - insanlardan qaçışım. Onda cahil bayramı, kölə karnavalıydı. Yadımdadı həmin gün, məhəbbətə tövbə də. Özümü sütun etdim, içimsə laxlamaqda. Bilmirdim nədir onda, üzdə sevinc tikdikcə. Cüzam dolu içindən hissə-hissə sökülmək. Süpürgəçi xanı...
ANL
Şahanə MÜŞFİQ. 2017-ci ilin avqust ayında Türkiyənin İstanbul şəhərində keçirilən "Türk dünyası gənc yazarlarının görüşü"ndə iştirakımız bizə digər türkdilli ölkələrdən olan öz nəsildaşlarımızı tanıtmaqla yanaşı, əvvəllər mətbuatdan, ədəbiyyatdan imza olaraq tanıdığımız bir sıra qocaman şair və yazıçılarla da g...
ANL
Redaksiyadan verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan "Ustad"ın budəfəki sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb. Bir rəssamın hekayəsi" dərgidə yer alıb.
ANL
Ümummilli lider Heydər Əliyev mədəniyyət ocaqlarında anıldı. Dekabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Sönməzdir, əbədidir Heydər Əliyev!" Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru oldu...
ANL
Milli poeziya müstəvisində Oqtay Rzanın "səkkizliklər" xətti. Allahverdi EMİNOV. Şair Oqtay Rza öz poetik təhkiyə üslubuna malik və sadiq söz ustasıdır və on illərdir, oxucusu onun yaradıcılığını qəbul edir. Mübahisəyə ehtiyac duymayan bir aksiomdur, çünki həyatın qəribəliklərinin, ziddiyyətlərinin və nəhayət, h...
ANL
Azərbaycansayağı Don Kixot. Ya bəlkə faciədən hadisələr doğur?! Dünya bir dairə ətrafında fırlandığı üçünmü bütün insanlar oxşar hadisələrin qurbanına çevrilir, ya hadisələr insanları özü seçir? İstər qərb ədəbiyyatının, istərsə şərq ədəbiyyatının qəhrəmanları eyni hadisələri fərqli şəhərlərdə yaşayırlar. Eyni hadisəl...
ANL
Aşıq sənətimizin ulu ustadı. Dədə Şəmşir XX əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış simalarındandır. Onun həyatı xalqının həyatına bağlı olub, öz həyatını elin həyatından kənarda təsəvvür etməyib. Bu cəhətdən Şəmşirin şəxsi-mənəvi dünyası, bioqrafiyası böyük maraq doğurub: Sevgi-məhəbbətin pərvanəsiyəm, Bir ala...
ANL
“Azərbaycanı - onun insanlarını, mədəniyyətini çox sevirəm”. “AZƏRBAYCANLILARIN ÖZ ADƏT-ƏNƏNƏLƏRİNƏ BAĞLILIĞI MƏNİ ÇOX TƏSİRLƏNDİRDİ”. Artıq rahat nəfəs ala bilərəm. Bütün maneələr geridə qalıb. Budur, qarşımda dayanıb: Zülfü Livaneli - musiqiçi, ssenarist, rejissor, siyasətçi və yazıçı - hamısı birində böyük bir...
ANL
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında yazıçı-jurnalist, fotoqraf Şirməmməd Nəzərlinin “Foto və Söz” kitabının təqdimat mərasimi olub. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli təqdimatı keçirilən kitab haqqında məlumat verib, onun fotojurnalistika sə...
ANL
Gözümdə dərd çiçəkləri. Gözümdə dərd çiçəkləri, Arı mənə yaxınlaşır. Hara mənə yaxınlaşır. Yırtdım köhnə cəbrləri, Dözümləri, səbrləri, Artır şəhid qəbirləri. Sıra mənə yaxınlaşır. Gedirəm, bitmirəm ki. Yüz yerdən izlənmişəm, Düzünə düzlənmişəm, Gözündə gizlənmişəm. Sisdə qarlar yağacaq. İsti qarlar yağacaq. Eşq göylə...
ANL
Osman Sarıvəlli: “Sevindirici haldır ki, Ramiz Qusarçaylı ürəyinə yaxın hissləri, görüb duyduğu hadisələri qələmə alır. Şeirlərində bir istilik, səmimiyyət var. Fikrini obrazlı ifadələrlə, poetik detallarla verməyə çalışır. İnanırıq ki, Ramiz etimadımızı doğruldacaq, öz səmimi şeirləri ilə bizi sevindirəcəkdir”. Bəxt...
ANL
İsi Məlikzadənin “Quyu” povesti Türkiyədə nəşr edildi. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və...
ANL
Kino salnaməmizdə silinməz imza - rejissor Fikrət Əliyev. Kino həyatı əks etdirirsə, rejissoru da bir növ bu həyatın qurucusu, Allahdan sonrakı ikinci yönləndiricisidir. O, ssenaristin yazdıqlarına müdaxilə edə, özü ssenari yaza, hadisələri və insanları istədiyi kimi yönləndirə bilər. Amma bu yönləndirmələrin ham...
ANL
Mədəniyyət naziri Hacıqabulda vətəndaşları qəbul etdi. Yerlərdə uşaq musiqi məktəblərin, mədəniyyət evləri və klub müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, muzeylərin ekspozisiyalarının zənginləşdirilməsi, tarixi irsin qorunması, qədim arxeoloji abidələrin tədqiq edilməsi - bu və digər məsələlər mədəniyyət n...
ANL
Dekabrın 14-də Azərbaycan Milli Kitabxanasında respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, uzun illər ərzində təqdirəlayiq xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına layiqli töhfələr vermiş, görkəmli ictimai-siyasi xadim, “Şöhrət” ordenli Kamran Əsəd oğlu Hüseynovun 1...
ANL
Müəllimimizin Vətən sevgisi yeni təqdimatda. Sözün həqiqi mənasında işi başından aşan belə bir insanın həm də məhsuldar alim olduğunu elmi-ədəbi ictimaiyyət çox yaxşı bilir. Bu alim məhsuldarlığı zəminində onun qələmə aldığı “Millət yaddaşının keşikçisi” adlı kitabını oxuyub çox qəribə duyğular keçirdik. Bir tə...
ANL
Azərbaycan Respublikasının Prezidenti 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keç...
ANL
Nemətullah Naxçıvani və Anadolu elləri. Doğma Vətənimizin ayrılmaz bir parçası olan Naxçıvan diyarı ilkin yaşayış məskəni, qədim sivilizasiya mərkəzlərindən biridir. 5000 illik şəhər mədəniyyətinə malik olan qədim Naxçıvan torpağı tarixə tanınmış, görkəmli şəxsiyyətlər bəxş edib. Təsadüfi deyildi ki, 11-13 iyul ...
ANL
Şeirini bircə misrasından tanıdığım şair. Neçə illərdir Əbülfət Mədətoğlunu tanıyıram. Əbülfət Mədətoğlu bu dünyanın deyərdim ki, ən iddiasız adamıdı. Yalnız bir iddiası, bir böyük arzusu var ki, doğulduğu Tuğ kəndinə qayıda bilsin, üzü üstə sərələnib Tuğun otunun, gülünün iyini ciyərlərinə çəksin. Əbülfət Mə...
ANL
Sözü səsi ilə ucaldan sənətkar. Anasız-atasız nənə qoynuna sığınıb, böyümək istəyirsiniz, qoca, ağsaçlı nənənin ətəyindən yapışıb, yaşamaq istəyirsiniz. Min əziyyətlə böyüyən, böyüdükcə ətrafdakı insanların qəlbinə yol tapan, öz sənəti ilə irəliləyən Ağalar Bayramov da belə bir maraqlı yol keçib. Bu yazını sənət...
ANL
Bütün sözlər deyilmişdi, hisslər yaşanmışdı, arzuların yerinə yetəni yetmiş, qalanları da mənasını itirmişdi. Daha dondurmanın vanilindən, kofenin qoxusundan ləzzət almaq ağlıma da gəlmirdi. Uzun-uzun düşünmüşdüm bu mövzuda! Nəticədə Amerika kəşf etmədim əlbəttə, amma onu bir daha anladım ki, müasir insanın aləmi...
ANL
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Üzeyir Hacıbəyli və onun davamçılarının yaradıcılığında xalq çalğı alətlərinin ifasında seçilmiş rəqs nümunələrinə elmi-praktiki aspektdən yanaşma” mövzusunda elmi-praktiki seminar keçirilib. Xoreoqrafiya Akademiyasından bildirilib ki, seminarda Bakı Musiqi Ak...
ANL
“Yuxuya gedib gecə...” qulağına qəribə səslər gələn, xatirələrindən, qorxularından özünə yer tapmayan, yuxusu ərşə çəkilən insanın duyğu və düşüncələrinin ifadəsidir. ... Həbib yenə otaq boyu o baş-bu başa vurnuxur, gah var-gəl edir, gah da çarpayısına uzanaraq gözlərini yumub yuxulamağa çalışır, ancaq nədisə, g...
ANL
Poeziyanı müxtəlif mövzulara bölmək mənə həmişə qeyri-ciddi görünüb. Burda oxuculara tanış olan şeirlərimlə yanaşı, müxtəlif vaxtlarda, xüsusən də, gənclik illərimdə yazdığım və bu günəcən heç bir kitabımda çap olunmayan bir çox sevgi şeirlərim ilk dəfə işıq üzü görür. Bu kitabda dünya poeziyasından dilimizə çe...
ANL
Altmışından yetmişinə varanda... Nizami Cəfərov. Get-gedə daha çox hiss eləməyə başlayıram ki, bir insanın tərcümeyi-halı bir xalqın tarixi qədər olmasa da, hər halda çox zəngindir. Və əsas odur ki, bu zənginliyi az-çox dərk etməyə meylin, həvəsin ola... Neçə-neçə insanın mənim tərcümeyi-halımdan keçdiyi barədə düşünən...
ANL
Fikrət Qocanın poetik dünyası. Filologiya üzrə fəlsəfə doktoru, dosent. Tarix zaman-zaman özünün söz bulağından içən poeziya nəfəsli, dərin bədii təfəkkür sahiblərini yetirib və yetirəcəkdir. Buna heç şübhəmiz yoxdur. İndiki məqamda söhbət Xalq şairi Fikrət Qocanın yaradıcılığından gedir. Fikrət Qoca 60-cı illər...
ANL
XALQ RƏSSAMI RAFİQ MEHDİYEVİN XATİRƏSİNƏ. Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor. Elə adamlar var ki, onların çoxcəhətli həyat fəaliyyəti, gördüyü işlər, reallaşdırdığı arzular, barələrində olan yazılara ən müxtəlif adlar seçməyə imkan verir. Bu il anadan olmasının 85 illiyini qey...
ANL
"ƏSA"NIN TƏSİSÇİSİ VƏ RƏHBƏRİ NİHAD QULAMZADƏNİN FİKRİNCƏ, BU TEATR SOSİAL LAYİHƏ DEYİL, AZƏRBAYCAN İNCƏSƏNƏTİNİN TƏBLİĞİNƏ YÖNƏLƏN MƏDƏNİ HADİSƏDİR. Yəni müstəqil teatr anlayışım tam formalaşmışdı. "ƏSA"nı yaratmaq məsələsinə gəldikdə isə düşüncəm bu idi ki, özünəməxsus fəaliyyəti ilə tamaşaçıların diqqətini ...
ANL