text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
ƏLİAĞA KÜRÇAYLININ 90 İLLİK YUBİLEYİNƏ. Bədii yaradıcılıq daxili aləmi ilə üz-üzə qalan müəllifin özü ilə mükaliməsi, fikir və duyğularını incələməsidir. Yaradıcılıq həm də mənəvi hissdir, sanki təbii borcdur. Sətirlər, misralar ağ vərəqlərə töküldükcə yaradıcı insanın hisslərinin, təxəyyülünün tərcümanı olan əsərlər ə...
ANL
Elmə həsr olunmuş ömür. Bir xoş təsadüf nəticəsində 2009-cu ildə "Qırmızı körpü" sərhəd gömrük məntəqəsində tanış olduğumu indi də xatırlamaqdayam. Səmimi keçən ilkin söhbətimizdən sonra, ara-sıra onunla telefonlaşıb bir-birimizin hal-əhvalını xəbər alırdıq. Qərib ölkədə bu, ehtiyaca çevrilir. 1968-ci ildə Samanlıq kən...
ANL
Əlif Cahangirli: "Rejissorluq yalnız tamaşa qurmaq deyil, həyat tərzidir". Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli 1992-ci ildə Salyan rayonunda anadan olub. 7-ci sinfə qədər rayonda təhsil aldıqdan sonra Bakıya köçüb. Müsahibəmizdə də onun Salyanda keçirdiyi uşaqlığı, Bakı həyatı, təhsili, karyera...
ANL
Pərvin: "Yaradıcılıqda da, pedaqoji fəaliyyətdə də iddialıyam". "HEÇ BİR YAZIMA GÖRƏ NARAHATLIQ KEÇİRMİRƏM, HƏRƏSİ MƏNİ BİR CÜR İFADƏ EDİR". - Pərvin xanım, bir neçə il bundan əvvəl müsahibələr alırdınız. Bəs necə oldu ki, müsahibə alan adam birdən-birə müsahibə verən adama çevrildi? - Mənim aldığım müsahibələr ənənəvi...
ANL
Yaşadılan el sənəti: xalçaçılıq. XALÇA İSTEHSALI EMALATXANASININ TİKİNTİSİ İLƏ BAĞLI VERİLƏN SƏRƏNCAM NAXÇIVANDA BU QƏDİM EL SƏNƏTİNİN İNKİŞAFI İSTİQAMƏTİNDƏ ATILAN ƏN MÜHÜM ADDIMDIR. Prezident İlham Əliyev fevralın 15-də Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yarad...
ANL
Tatyana Krupa: "Ermənistan İrəvan xanlığının irsini məhv edib". "Vestnik Kavkaza" informasiya agentliyi V.N.Karazin adına Xarkov Milli Universitetinin əməkdaşı, arxeoloq, bərpaçı, tarixçi Tatyana Krupa ilə söhbət edib. Bərpaçı alim öz müşahidələrinə əsasən bu qənaətə gəlir ki, İrəvan xanlığı dövrünə aid tarixi abidələr...
ANL
Multikulturalizm Mərkəzinin 8-ci filialı ABŞ-da yaradıldı. RƏVAN HƏSƏNOV: "PREZİDENT İLHAM ƏLİYEVİN HƏYATA KEÇİRDİYİ SİYASƏT SAYƏSİNDƏ ÖLKƏMİZDƏKİ MULTİKULTURAL MÜHİTİ AMERİKADA TƏBLİĞ ETMƏYƏ İMKAN QAZANDIQ". Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. 2014-cü ildə prezident İlham Əliy...
ANL
Akademik İsmayıl Hacıyevin məqaləsi "İRS-Herencia" jurnalında. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin məqaləsi ispan dilində çap olunan "İRS-Herencia" beynəlxalq jurnalının bu ilə olan yeni nömrəsində dərc olunub. "Əlincəqala-Azərbaycanın əyilməzlik simvolu" adlı məqalədə Azərbaycan dövlətçiliyi tar...
ANL
"Kardeş kalemler" dərgisinin yeni sayı. "Kardeş kalemler" dərgisinin 2018-ci il üçün ilk sayı da Türk dünyasının müxtəlif ölkə və topluluqlarından olan yazarların, ədəbiyyatşünasların maraqlı əsərləri ilə zəngindir. Ənənə üzrə, bu il də dərginin yanvar buraxılışı Türk Dünyasında İlin Ədəbiyyat Adamı adına layiq görülmü...
ANL
Rövşən Rzayev: "Beynəlxalq pirinsiplərə söykənən müddəalar işğal olunmuş ərazilərlə bağlı qanuna daxil ediləcək". Müsahibimiz "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili, Azərbaycanın Avropa Şurası və "Avronest" Parlament Assambleyaların...
ANL
Bir gecənin nağıl möcüzəsi. Şahanə MÜŞFİQ. Deyirlər, insan inamsız yaşaya bilməz. Mütləq nəyəsə, kiməsə inanmalısan. Yoxsa bu ucsuz-bucaqsız kainatda, insan selinin arasında baş çıxarmaq mümkünsüz olar. Fərqi yoxdur nəyə inanırsan. Görəsən, bu boyda Yer kürəsində, hər dəqiqə dəyişən, inkişaf edən, texnoloji kəşflərin s...
ANL
Əli Həsənovun "Xocalı soyqırımı" kitabı Bişkekdə qırğız və rus dillərində çap olunub. Bişkekdəki “Turar” nəşriyyatında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində çap olunub. AZƏRTAC xəbər verir ki, kitabı qırğız dilinə B...
ANL
Rejissor Elçin Axundovun 70 illiyi qeyd edildi. “Azərbaycanfilm” kinostudiyasında animasiya rejissoru və ssenari müəllifi Elçin Axundovun anadan olmasının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, Elçin Axundov Azərbaycan animasiyas...
ANL
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı filialında nəğməkar şair, dramaturq, Əməkdar incəsənət xadimi İslam Səfərlinin 95 illiyi münasibətilə "Şairi söz ucaldır" adlı tədbir təşkil edilib. Əvvəlcə tədbir iştirakçıları kitabxanada İslam Səfərlinin əsərl...
ANL
"O təyyarəçi həyatımda dönüş etdi, əlilliyimlə barışdım". Uşaq və gənclərin fiziki və mənəvi inkişafı. Müəllimdən icazə aldım ki, toya gedəcəm. Evə gəldim, məni gözləməyib gediblər. Sanki kürəyimə bıçaq sancdılar. Ağrıdan yerimdən tərpənə bilmədim. Ağrı kürəyimdən ayağıma, qollarıma doğru yayıldı və ötüb keçdi. Anamgil...
ANL
Dil milli mədəniyyətin ən böyük nümunəsidir. Dildə xalqın mənəviyyatı, ruhu əks olunur. Dil yaranıb formalaşdığı dövrdən etibarən cəmiyyət üzvləri arasında heç bir fərq qoymadan ünsiyyət vasitəsi rolunu daşımışdır. Cəmiyyətdə formalaşan, inkişaf edən dil aid olduğu xalqların keçmişi və tarixidir. Dil mənəviyyatın özüdü...
ANL
Ana dilini sevək və sevdirək. Möhsün NAĞISOYLU. AMEA-nın müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru. Ana dili hər bir xalqın varlığının ən başlıca göstəricisi, ən böyük milli-mənəvi sərvətidir. Milli dil xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inan...
ANL
Xoreoqrafiya Akademiyasında Beynəlxalq Ana dili günü. Dünən Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində Beynəlxalq Ana dili günü ilə bağlı tədbir keçirilib. Tədbirdə akademiyanın müəllim, professor, tələbə və şagird heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrasını...
ANL
Soltan Soltanlının "İrrealizm" adlı rəsm sərgisi açıldı. Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə fevralın 19-da institutun sərgi salonunda Azərbaycanın tanınmış rəssamı Soltan Soltanlının "İrrealizm" adlı fərdi sərgisinin açılışı olub. Sərgidə ölkəmizdəki xarici diplomatik korpusun nümayəndələri, mədəniyyət və ...
ANL
Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının yubileyi münasibətilə "Əliağa Kürçaylı - 90" adlı kitab sərgisi açılıb. Sərgidə şairin müəllifi olduğu Azərbaycan və rus dilində olan kitabları, sözlərinə yazılmış musiq...
ANL
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda görkəmli şair Əliağa Kürçaylının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca açaraq Ə. Kürçaylının həyat və yaradıcılıq yolundan danışıb: "XX əsr Azərbaycan ədəbiyyatının çox görkəmli bir nüma...
ANL
Azərbaycanın ilk Ordu generalı: Səməd bəy Mehmandarov. GÖRKƏMLİ HƏRB XADİMİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLU İLƏ BAĞLI QEYDLƏR. Tanrı qisməti, alın yazısı. Tanrıdan qeyri kimsə bu qismətdən kimin payına nə düşdüyünü müəyyənləşdirə bilərmi? Bəlkə də insanı min illərlə qədərin hökmünə boyun əyməyə vadar edən ən böyük hikmətlərd...
ANL
Şəmkirdə mühazirə: "Cümhuriyyət tariximiz və müasirlik". Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elml...
ANL
Professor Murtuz Ələsgərov mənsub olduğu xalqın, heç şübhəsiz, böyük bir intellektualı idi. Və onun kökü çox dərinlərdən gələn bu təbii intellektuallığı özünü həm bilavasitə mütəxəssisi olduğu hüquqşünaslıqda, həm də bütövlükdə cəmiyyət, ictimai mühitlə yanaşı, onun hər bir hadisəsinə, fərdinə münasibətində çox aydın ş...
ANL
Azərbaycanın ilk Ordu generalı: Səməd bəy Mehmandarov. GÖRKƏMLİ HƏRB XADİMİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLU İLƏ BAĞLI QEYDLƏR. Səməd bəy Mehmandarovu bu gün millətin həqiqi iftixarına çevirən xidmətlərin böyük əksəriyyəti onun ilk müstəqil dövlətimizin hərbi nazirliyində göstərdiyi fəaliyyətlə bağlıdır. Səməd bəy Azərbaycan ...
ANL
"Yaddaş yarpaqları"ndan: Şabranda çəkilən film. Bizim keçmiş Dəvəçi - indiki Şabran şəhərinə səs düşdü ki, bəs Bakıdan, kinostudiyadan artistlər gəlib, rayonumuzda hansısa bədii filmin çəkilişləri gedəcək. Bu o illərdə əyalətdə yaşayanlar üçün maraqla qarşılanası bir xəbər idi. Axı o vaxta qədər bizim rayonda heç bir f...
ANL
GÜNEYLİ ƏDİB ÜMİD NƏCCARİ: "BAKIDA QAZANDIĞIM YARADICILIQ İMKANLARINI DÜŞÜNƏNDƏ, DEYİRƏM, YAXŞI Kİ, BURAYA GƏLMİŞƏM". Onu ilk dəfə Dünya Gənc Türk Yazarlar Birliyinin keçirdiyi layihələrdən birində tanımışdım. Türk dünyasının müxtəlif ölkə və muxtariyyətlərindən olan gənclər kimi, o da bir neçə günlük layihə üçün İrand...
ANL
Çağdaş Türkiyə yazıçılarının hekayələr kitabı çap olundu. Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) Əməkdaşlıq Müqaviləsi əsasında aybKİtab layihəsi çərçivəsində "Həyatın rəngləri" adlı çağdaş Türkiyə yazarlarının hekayələrindən ibarət almanax işıq üzü görüb. Yeni nə...
ANL
"Azərbaycan qadını yaradır" kitabı nəşr edildi. "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının tövsiyəsi və UNESCO-nun maddi dəstəyi ilə həyata keçirdiyi "Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər" layih...
ANL
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış azərbaycanlı rəssam Anar Hüseynzadənin əsərlərindən ibarət "Abşeron nağılı" adlı sərgi açılıb. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara rəssamın həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, hələ alt...
ANL
21 fevral dəyərli alim, filologiya üzrə fəlsəfə doktoru, professor Himalay Qasımovun doğum günüdür. Əslində, ömrünün böyük hissəsini elmə, ədəbiyyata həsr etmiş adam haqqında, hələ üstəlik həmişə, hər yerdə ustadım adlandırdığım əziz müəllimim barəsində məqalə yazmağın çətinliyini başa düşürəm. Himalay müəllimin hər əs...
ANL
Azərbaycanın ilk Ordu generalı: Səməd bəy Mehmandarov. GÖRKƏMLİ HƏRB XADİMİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLU İLƏ BAĞLI QEYDLƏR. Səməd bəy Mehmandarovun müstəqil respublikanın hərbi naziri kimi genişmiqyaslı fəaliyyətinə və göstərdiyi tarixi xidmətlərə şahidlik edən yüzlərlə arxiv sənədi, zəmanəsinin görkəmli şəxsiyyətlərinin ...
ANL
Nəcməddin Mürvətov. Sevgi, eşq, məhəbbət qoşun bir bölük, Alsın mühafizlik ixtiyarını. Qalsın azadlığım daha geridə, Belə məhbusluqla qurum barışıq. İsti künc-bucağa ehtiyacım yox, Köksün hərarəti bəs edər mənə. Bu məhbəs həyatım nəşə verər çox, Qurram təkliyimə burda təntənə. İstəyim verməz yox, görüş həsrətə, Buraxma...
ANL
"İçəri şəhər" filmi dəyərlərimizin təbliğatçısı kimi. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Zamanla "İçəri şəhər" keçmişin simvoluna çevrilib. O dar küçələri addımlayıb keçdikcə adama elə gəlir ki, bura bütün dünyadan təcrid olunmuş bir məkandı. Ən müasir şirkətləri...
ANL
Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Yollar uzanan gün..." filminin təqdimat mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, ictimaiyyətin tanınmış nümayəndələri, ziyalılar, incəsənət xadimləri və jurnalistlər iştirak ediblər. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir ...
ANL
Elza İbrahimova yad edildi. Fevralın 21-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən, Elza İbra...
ANL
ŞAİR ƏLƏMDAR QULUZADƏNİN "ŞƏHİD ŞƏHƏR" POEMASI HAQQINDA DÜŞÜNCƏLƏR. Çox qəribədir. İnsan doğulduğu yurda, torpağa oxşayır. İlk dəfə onu televiziya ekranlarında görəndə görkəmindən bir ömürə sığmayan həsrətini, yanğısını hiss etmişdim. Bəlkə də lal olsaydı, belə onun halını anlamaq mənimçün elə də çətin olmayacaqdı. Bəz...
ANL
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. Qiyamçılar deyirdilər ki, Linkoln prezident seçilsə, Birliyi tərk edəcəklər. Və o, seçildikdən sonra onlar da dediklərini etdilər. Cənubi Karolina Birlikdən çıxdı. Missisipi, Alabama, Corciya, Luiziana və Virciniya da həmçinin. Syuard Linkolna dedi ki, sən bilirsən ki, ...
ANL
Polkovnik İsrafil bəyin xatirələri. Vilayət QULİYEV. 1932-ci ilin payızında özünü “Baş qərargah polkovniki” kimi təqdim edən azərbaycanlı hərbçi İsrafil bəy Varşavada Şimali Qafqaz dağlıları Xalq Partiyasının mətbu orqanına - Azərbaycan-türk və rus dillərində çap olunan “Kafkasiya dağlıları - Qortsı Kafkaza” jurnalının...
ANL
Qarabağ fəryadı. Tarixi hadisələrin sənətdə əks olunması, bədii ədəbiyyata, kinoya çevrilməsi üçün vaxt lazımdı. Eyni zamanda, tarixin ədaləti də hər şeyi yerbəyer edincə, bir çox həqiqətlər üzə çıxır, bu həqiqətlərin sənət dili ilə deyilməsi, ifadəsi yerinə düşür. Tarixi faciələrin sənətdə əksisə daha çətindir. Çünki ...
ANL
Xalq yazıçısı Anar Çexiya və Polşada səfərdə oldu. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Çexiya və Polşada səfərdə olub. Səfər zamanı Praqa şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş, Azərbaycan və İsrail müəllifləri Günel Anar qızı, Leyla Cəfərova və Yefim Abramovun “Qara qar çiçəkləri ...
ANL
Mütəfəkkir ədəbiyyatşünas. Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrinin inkişafında Məsud Əlioğlunun, heç şübhəsiz, müstəsna xidmətləri vardır ki, bu xidmətlərin yalnız miqyası deyil, məzmun-mündərəcəsi, ideya-estetik mükəmməlliyi də həmişə etiraf olunmuş, tənqidçi-ədəbiyyatşünasın keçən əsrin qırxıncı illə...
ANL
Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir. Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. Rusiya hürriyyəti özünə sadiq qalaraq tutduğu ali yo...
ANL
gecənin yaxasını, bir bəyaz ulduz sökür;. dodağında çiyələk, məni çarmıxa çəkir;. göyün düz qırağında, tanrının çırağında;. göy üzünün quşları, buludda bostan əkir;. süzür başımın üstən, ruhum hayana səkir;. tanrı öz sarayında, ağlayır hönkür-hönkür. gedər ağıl-huş adlıyar, gözümüzdən yaş adlıyar;. yaman yuxaldır ney m...
ANL
Əvəzsiz mənəvi sərvət, möhtəşəm abidə. XALQIN YADDAŞ KİTABI HAQQINDA QEYDLƏR. Fevralın 23-də Xalq Bankın əsas binasında yerləşən bədii qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunmuş üçcildlik “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunun təqdimatı keçirildi. Azərbaycan xalqının mədəni irsinin ayrılmaz tərkib ...
ANL
SONA VƏLİYEVANIN “İŞIĞA GEDƏN YOL” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR. Cəlil Məmmədquluzadə Mirzə Fətəli Axundov haqqında məqaləsində yazırdı: “Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya da heç yazmamaq lazımdır. Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır” (C.Məmmədquluzadə...
ANL
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi əsərləri - “Poetika.İzm” jurnalı çapdan çıxıb. Jurnal AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi təsnifatı” məqaləsi ilə açılır. Alim elmi-ədəbi ic...
ANL
Bilik Fondu Xocalı faciəsi qurbanlarını yad etdi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bu istiqamətdə sils...
ANL
“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı - XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılışı və “Xocalı şahidləri danışır” adlı kitabın təqdimat mərasimi ke...
ANL
Xocalı qurbanları Xoreoqrafiya Akademiyasında anıldı. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirilib. Anım tədbiri dövlət himninin səslənməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş ...
ANL
Anamın həzin laylası gecənin səssizliyinə qarışıb gözəl bir ahəng yaratmışdı. Günlərdir qorxu keçirməyimizə baxmayaraq, onun səsi insana sanki mənəvi rahatlıq bəxş edirdi. Bu səsdə o qədər incəlik, zəriflik və inam hissi vardı ki, biz artıq özümüzü səsin sehrinə qapdırıb ətrafımızda baş verən bütün pislikləri, qorxunu,...
ANL
Günay Əfəndiyeva Astanada bir sıra görüşlər keçirdi. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ilə görüşüb. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə Günay Əfəndiyeva Türk muzeyi və Türk...
ANL
Süleyman Ələsgərov yad edildi. Fevralın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqi zalında görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçirilib. Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru...
ANL
Zərraf Təhməzoğlunu lap çoxdan, orta məktəbdə oxuduğu illərdən tanıyıram! Həm qohumuq, həm də yeniyetmə vaxtlarından dostuq. Bizim nəsil-nəcabətimizdə sənət adamları az deyil, şeir yazan, yaxşı, məlahətli səsə malik insanlar olub. Zərraf savadı, istedadı və mülayim xasiyyəti ilə minlərlə insanın hörmətini qazanmiş eloğ...
ANL
Bir xatirənin işığı. "Yaddaş yarpaqları"ndan. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə respublikanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov layiq olduğu "İstiqlal" ordeni ilə təltif olundu. Hörmətl...
ANL
Bu yaxınlarda bir tədbirdə dediyim kimi, 30 ildir, birlikdə yol gəlirik və bu yolun bitməyəcəyinə inanıram. Bəri başdan onu da deyim ki, Yunus Oğuzla müəyyən ictima-siyasi məsələlərə, roman janrına, onun təhkiyə formasına münasibətdə fikir ayrılığımız olsa da, vətən sevgisində sabitik. Onu da deyim ki, Yunus Oğuz bir t...
ANL
Gənc rəssamların işləri sərgiləndi. Fevralın 23-də "Ağ Şəhər" qalereyasının açılış mərasimi keçirilib. Mərasimdə həmçinin, gənc rəssamların əl işlərindən ibarət "Nüans" adlı sərgi də nümayiş olunub. Tədbirdə ziyalılar, mədəniyyət xadimləri, sənətsevərlər və media nümayəndələri iştirak ediblər. Tədbirin təşkilatçısı İna...
ANL
"Muğam aləmi"nin proqramı açıqlandı. Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən martın 7-dən 14-dək "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a ...
ANL
"Unudulmaz dərdimiz - Qarabağ" adlı rəsm sərgisi açıldı. Xocalı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edən tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərkəzin direktoru Zahid Əvəzov Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gənclər...
ANL
Bakıda İran kinosu günləri yekunlaşır. "Nizami" Kino Mərkəzində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə İran kinosu günləri başlanıb. Açılış mərasimində dövlət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun nümayəndələ...
ANL
Özümüzü tanıdığımız andan Xocalı faciəsi barədə məlumatlandırılmış, Xocalı faktlarını bilərək yaşamışıq. Ermənilərin əsir götürdüyü bir insanın yaddaşından silinməyən o tükürpədici hadisələri oxumaq, dinləmək və göz yaşlarına hakim olmamaq mümkünsüzdür. Oxuduqca, işgəncələrin hər anını öz bədənimizdə, öz ruhumuzda hiss...
ANL
Xocalı soyqırımının qurbanları Qazaxıstanda anıldı. Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin və Türküstandakı Azərbaycanlı Tələbələr Təşkilatının dəstəyilə Türküstan şəhərinin Beynəlxalq Əhməd Yasəvi Universitetində Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalı Soyqırımı türkdilli ...
ANL
Mirzə Bala Məhəmmədzadə irsinə dair dəyərli araşdırma. AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, fövqəladə və səlahiyyətli səfir. XX əsrin son on illiyində bərpa edilmiş müstəqil dövlətçiliyimizin memarı, on il mübarizəli və keşməkeşli keçid dövründə ölkəmizə rəhbərlik et...
ANL
Sənət adamları Fədayə Laçının bağışlanmasını xahiş edirlər. AZƏRBAYCANIN BİR QRUP İNCƏSƏNƏT XADİMİ BU XAHİŞLƏ PREZİDENT İLHAM ƏLİYEVƏ VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ÜNVANLAYIBLAR. Ötən il barəsində həbs qətimkan tədbiri seçilən tanınmış müğənni Fədayə Məmmədova (Laçın) ilə bağlı məlum cinayət iş...
ANL
Şəhriyarın "Heydərbabaya salam"ında Novruz adət-ənənələri. Novruz Azərbaycan xalqının milli adət-ənənələri içərisində özünəməxsusluğu, xalqa daha yaxın olmağı ilə seçilən, sevilən bayramdır. Klassik poeziyamızın bütün dönəmlərində, həmçinin, yaşadığımız dövrdə bu bayramın gəlişi, adət-ənənələri zaman-zaman təsvir olunu...
ANL
Milli Qəhrəmanlara həsr edilən sənədli filmlər nümayiş olundu. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Nizami" Kino Mərkəzində müasir Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Dövlət rəsmilərinin, tanınmış mədəniyyət və in...
ANL
Sehrli əllərdən süzülən miniatürlər. Şahanə MÜŞFİQ. Fəxrəddinlə Nizami adları birgə ilk dəfə böyük sənətkar, yazıçı, dramaturq Məmməd Səid Ordubadinin tarixi romanlarının sonuncusu olan "Qılınc və Qələm"də rastıma çıxıb. Romanda sərkərdə Fəxrəddinlə şair, mütəfəkkir Nizaminin yaxın dostluğu Azərbaycan xalqının ən çətin...
ANL
Rejissor Şamil Əliyevin "Çölçü" filmi 6-cı "Virgin Spring Cinefest" beynəlxalq festivalında fevral ayının "Ən yaxşı bədii film" mükafatına layiq görülüb. AZƏRTAC xəbər verir ki, ekran işi "Golden Galaxy Award" mükafatının nominantı statusunu qazanıb. Mükafatın təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın...
ANL
"Narın düşüncələr"dən seçmələr. Rahid Uluselin uzun illər üzərində işlədiyi 22-ci kitabı - "Narın Düşüncələr" "Şərq-Qərb" nəşriyyatında nəfis şəkildə çapdan çıxıb. Kitaba müəllifin "sayrışlar" adlandırdığı aforizmləri və lakonizmləri daxil edilib. Kitabın redaktorları fəlsəfə doktorları Azər Turan və Nərgiz Cabbarlıdır...
ANL
Səssizlikdəki daxma. Nurullah Muhammed Raufhan 14 fevral 1955-ci ildə Özbəkistanın Fərqanə vilayətinin Ayimça kəndində doğulub. Daşkənd Dövlət Universitetini bitirib. Ədəbi-bədii jurnallarda, nəşriyyatda çalışıb. Bir neçə kitabın müəllifidir. Əsərləri bir neçə dilə tərcümə olunub. Özbəkistanda kifayət qədər tanınır. Da...
ANL
Xalçaçılığın inkişafına həsr edilmiş elmi-praktik konfrans. Dünən "Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər" mövzusunda Bakı Biznes Mərkəzində elmi-praktik konfrans keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iştirakçılar əvvəlcə "Bacarıqlı əllər, sehrli ilmələr" xalça sərgisi ilə t...
ANL
Xarkovda Azərbaycan ab-havası. Azərbaycan xalqı tarixən humanist, tolerant, sülhsevər xalq olub, əsrlər boyu digər xalqlarla dostluq-qardaşlıq münasibəti saxlayıb. Diplomatik münasibətlər qurulandan sonra siyasi-iqtisadi, ədəbi-mədəni əlaqələrin daha da möhkəmlənməsi sayəsində Ukrayna MDB məkanında bizim əsas st...
ANL
Sözün pərvanəsi. Tofiq Nurəlinin şeirlərindən birindən misralardır: Söz ilk nidadan bəri, Allahın nəfəsidi, Şairlər yer üzündə. Tofiq Nurəlinin özünün dediyi kimi, "hər bir yaradıcı adamın öz zəmanəsində etiraf olunmaması çox ağır məsələdir, ağrılı məsələdir. Qalan məsələlərin heç biri ilə-sözün yaxşı mənasınd...
ANL
İstiqlal şairi Ümgülsüm. Adı istiqlalımızla qoşa çəkilən Rəsulzadələr ocağında doğulan, aylı-ulduzlu bayrağına tapınan, türklüyü ilə qürur duyan, sözü qılıncdan kəsərli, özü hələ yazılmayan şeirlərin ən gözəli, duyğuları çiçəklərin ləçəyindən incə şair Ümgülsüm xanım haqqındadı bu yazı. O, Azərbaycanda müstəqil...
ANL
"Türk dünyasının inciləri" Mahnı Teatrında. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 25 illiyinə həsr olunmuş "Türk dünyasının inciləri" adlı konsert proqramı keçirilib. Konsertdən əvvəl çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın y...
ANL
"Ənənəvi və müasir mədəniyyət: ziddiyyətlər və hədəflər" müzakirə olundu. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tabeliyində çalışan gənc mədəniyyət işçiləri arasında "Ənənəvi və müasir mədəniyyət: ziddiyətlər və hədəflər" mövzusunda növbəti debat-müzakirə keçirilib. Debatda Mədəniyyət Nazirliyinin regional mədəniyyə...
ANL
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MSK) ilə birgə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib. Prezident İlham Əliyevin "Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında" 20...
ANL
İyulun 30-da Səməd Vurğunun ev-muzeyində filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun anadan olmasının 60 illik yubileyi qeyd edilib. Yubiley tədbiri çərçivəsində alimin "Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı", "Sözün o üzündə" kitabların...
ANL
İyunun 30-da "AzərKitab"da yazıçı Aysel Əlizadənin və 8 yaşlı qızı İzel Dadaşzadənin kitablarının imza günü keçirilib. "Qadın Peyğəmbər" və "İzelin nağılları" kitablarının imzalandığı mərasimdə yazıçının qələm dostları, ailə üzvləri və media nümayəndələri iştirak ediblər. Aysel Əlizadə qızının yazdıqları ilə bağlı fik...
ANL
Manqurtun keçmişi və keçmişsizliyi. Çoxlarına ta uşaqlıq illərindən tanış olan bu fəryad qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanındakı Manqurtla bağlı hissədəndir. Hələ orta məktəb dərsliyində romandan kiçik bir parça kimi verilən hissədə böyük faciədən söz açılır. Elə bir faciə ki, uşaq y...
ANL
Leyla Əliyevanın kitabı Londonda nəşr olundu. Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) şeirlər kitabı Londonda işıq üzü görüb. Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük Britaniyanın “Hertfordşir Pre...
ANL
Professor Qəzənfər Paşayevin biblioqrafiyası. Azərbaycan Milli Kitabxanasının biblioqrafik informasiya fəaliyyətinin mühüm istiqamətlərindən birini biblioqrafik vəsaitlərin tərtibi və nəşrinin həyata keçirilməsi təşkil edir. Bu biblioqrafik göstəricilər müxtəlif mövzuları əhatə etməklə istifadəçilərin informasiy...
ANL
Fəlsəfə ətirli misralar. Şeirlərində və hərdən qələmə aldığı yazılarında fikirləri özünəməxsus bir fəlsəfəyə malikdir, "deyən Elman Tovuzun sözləri bu yazıma imza atmama səbəb oldu. Çünki şairin şeirlərini oxuduqca həm asan, həm də çox dərin, yalnız özünəməxsus fikirlər oxucusunu düşündürməyə bilməzdi. Amma bu ...
ANL
Hərb və dövlətçilik tariximizdəki aydın izlər: Cəfərqulu xan Naxçıvanski-Kəngərli. Çox təəssüf ki, populyarlığı çox sevən və hər zamanın nəbzini tutmağa çalışanlar naxçıvanlı hərbçilərdə mənfilikləri qabartmaq, gözdən salmaq istəyirlər. Çünki onların canı-dildən müdafiə etdikləri Naxçıvan əzəmətlə durmaqdadır! Və...
ANL
Mədəniyyət sahəsinə media münasibəti. NAZİR ƏBÜLFƏS QARAYEV MƏDƏNİYYƏT SAHƏSİNƏ YAXINDAN BƏLƏD OLAN JURNALİSTLƏRİN ÖZ YAZILARI VƏ ARAŞDIRMALARI İLƏ BU YÖNDƏ İNKİŞAFA CİDDİ TÖHFƏLƏR VERƏ BİLƏCƏKLƏRİNİ VURĞULADI. İyulun 25-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Azərbaycan Respubl...
ANL
Azərbaycanda növbəti beynəlxalq "Jara" festivalı başlayıb. Paytaxtımızın evsahibliyi etdiyi bu festivala ildən ilə maraq artır. Eyni zamanda, hər il festival daha maraqlı hazırlanır, tanınmış ulduzların iştirakı ilə konsert proqramları təqdim edilir. Başqa sözlə, "Jara" artıq bütün dünyada Azərbaycan brendinə ç...
ANL
Dünya bir meyar üzərində qurulub. Dünya bir meyar üzərində qurulub. Əks halda yaşadığımız Yer kürəsi bu qədər uzunömürlü olmazdı. Əgər bu planetin ədalət, balans və harmoniya məfhumlarından ibarət müvazinəti zərrəcə pozularsa, həyat məhv olmaq təhlükəsi ilə üzləşər və bəlkə də, hər şey alt-üst olar. Yaradan, Tanrı, ...
ANL
Tərəfdaşlıq prioritetləri və ərazi bütövlüyü: Avropa İttifaqı ilə NATO-nun əhəmiyyətli mesajları. Siyasətdə konkret nəticələr əsas götürülür. Vədlər verilə bilər, ancaq vətəndaşlar onların yerinə yetirilmədiyini gördükdə, liderdən üz döndərə bilirlər. Nikol Paşinyan hazırda bu vəziyyətdədir. Azərbaycanın dövlət b...
ANL
Azərbaycan təcavüzkar dövlətin ifşası istiqamətində mühüm işlər görür. ELÇİN ƏHMƏDOV: "RƏSMİ BAKININ PRİNSİPİAL MÖVQEYİ ERMƏNİSTANI VƏ DAĞLIQ QARABAĞDAKI QONDARMA REJİMİN "RƏHBƏRLƏRİ"Nİ TƏŞVİŞƏ SALIR". "Ermənistan dövlətinin təcavüzkar siyasəti artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keç...
ANL
Azərbaycanın Xalq artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarov mətbuat konfransında builki “Jara” festivalının hazırlıq işlərinə təxminən bir il vaxt sərf olunduğunu deyib. Artıq “Odnajdı na Jare” filminin çəkilişlərinə başlanılıb. Bu ekran əsərində festivalın iştirakçıları rol ...
ANL
İlham Qəhrəmanın yeni kitabı işıq üzü gördü. Şairin sayca yeddinci olan bu şeirlər kitabının bir özəlliyi də odur ki, oxucular xalq şairi Zəlimxan Yaqubun, jurnalist Məmməd Nazimoğlunun, rəssam Yusif Mirzənin, ədəbiyyat tənqidçisi Əsəd Cahangirin, şair Murad Köhnəqalanın, filoloq müəllim Həcər Paşayevanın, filoloq...
ANL
Gəncə... Və Fikrət Əmirov... Əslən Gəncədən olan, amma taleyin qəribə və qəliz gedişi ilə ömrünün yarıdan çoxunu doğulduğu torpağın həsrətiylə yaşayan bir həkimin gözlərindəki ifadəni heç unutmuram. Uşaqlığından Türkiyədə yaşayan, müstəqillikdən, sərhədlər açılandan sonra ilk dəfə Gəncəyə gələn adam Nizami türb...
ANL
Mədəniyyət tədbirini siyasiləşdirənlər hansı məqsədə xidmət edir? Bakıda növbəti “Jara” beynəlxalq musiqi festivalı başlayıb. Paytaxtımızda artıq üçüncü dəfədir keçirilən bu festival ölkəmizin dünyada tanınması, onun gözəl adət-ənənələrinin, tolerantlığının dünyada təbliğ edilməsində çox mühüm bir vasitəyə çevrilir....
ANL
İyunun 30-da Rus Dram Teatrında rejissor Aleksandr Şarovskinin quruluşunda "Yuxularıma girmə" tamaşası teatrsevərlərə təqdim olundu. Tamaşa Xalq yazıçısı Anarın "Təhminə və Zaur" pyesi əsasında hazırlanıb. Müəyyən dərəcədə müasirləşdirilmiş, günümüzə uyğun əlavələr olunmuş əsər Rus Dram Teatrı səhnəsində fərqli...
ANL
Müasir dövrdən yol alıb bəşəriyyətin ilkin çağına doğru getsək, bu yolda insanlar arasında baş verən ünsiyyətin hər bir həlqəsini zəncirvari nüvə reaksiyası sanaraq izləsək, bəlkə də indiyə qədər sirri açılmayan bir çox mağara yazılarının məhz lüğətlərdən ibarət olduğuna şahidlik edərik. İnsanın öz mağarasını tərk edib...
ANL
Opera və Balet Teatrının yaradıcı kollektivi Şəkidə. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Şəkidə qastrol səfərində olub. Yaradıcı heyət "İpək yolu" IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operası ilə çıxış edib. Uğurla təqdim edilən səhnə əsə...
ANL
"Azər-İlmə" Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının 26-cı nömrəsi işıq üzü görüb. Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbayca...
ANL
İstiqlal şairi Ümgülsüm. Adı istiqlalımızla qoşa çəkilən Rəsulzadələr ocağında doğulan, aylı-ulduzlu bayrağına tapınan, türklüyü ilə qürur duyan, sözü qılıncdan kəsərli, özü hələ yazılmayan şeirlərin ən gözəli, duyğuları çiçəklərin ləçəyindən incə şair Ümgülsüm xanım haqqındadı bu yazı. O, Azərbaycanda müstəq...
ANL
Cəzasız qalmayan erməni vəhşiliyi. İyirminci və otuzuncu illərin repressiyası, 1941-1945-ci illər Böyük Vətən müharibəsi, sonrakı dövrdə isə ölkədə siyasi rejimin daha da gücləndirilməsi daşnakların Qarabağı Ermənistana birləşdirmək ideyasının qarşısını bir qədər aldı. Lakin Stalinin ölümü, Mircəfər Bağırovun h...
ANL
"Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi". İyulun 3-də Bərdə Rayon Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin əmrinə əsasən, "Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi" mövzusunda regional seminar-treninqin açılışı keçirilib. Mədəniyyət Nazirliyi, Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq v...
ANL