text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Heydər Hüseynov və Mirzə Kazım bəy xalq haqqında: mükalimə yaxud təfsir. Filosof olduğu üçün Heydər Hüseynov Mirzə Kazım bəyin təkcə sırf dilçilik məsələlərinə dair deyil, həm də dilin mahiyyəti barədə fəlsəfi mülahizələrinə diqqəti cəlb edirdi. O, mütəfəkkirin dil və xalq, onların varlığı, qarşılıqlı əlaqəsi və ... | ANL |
"Dağınıq duyğular"ın poetik nizamı. Fikrət Qoca o şairlərimizdəndir ki, bu gün onun adı fəxrlə klassik söz ustalarımızla yanaşı çəkilir. Əsərləri haqqında yüzlərlə elmi məqalələr, resenziyalar, monoqrafiyalar yazılmış, bu gün də yazılmaqdadır. O, poeziya aləmində öz sözünü çoxdan demiş, ona öz sənətkar möhürünü ... | ANL |
Misirli alimin "Müstəqillik dövrü Azərbaycan romanı" kitabı təqdim edildi. Iyulun 18-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydinin "Müstəqillik dövrü Azərbaycan romanı" kitabının təqdimatı olub. Tədbirdə çıxış edən AMEA-nın vitse-p... | ANL |
Bugünlərdə Azərbaycan Yazıçılar Birliyində tanınmış şair Vəliyulla Novruzun anadan olmasının 60 illik yubileyi və "Görmədiyim Yuxular" kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Qəzənfər Kazımov açdi. Söz alan professor İsmayıl Kazımov V.Novru... | ANL |
Multikulturalizm Mərkəzi jurnalistləri mükafatlandırdı. Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Milli Mətbuatının 143 illiyi münasibətilə yerli KİV nümayəndələri ilə dəyirmi masa keçirib. Dəyirmi masada çıxış edən BBMM-nin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycan mətbuatının tarixindən söz... | ANL |
Açıq səma altında maraqlı sərgi. Həmişə olduğu kimi, konfransda maraqlı çıxışlar səsləndi, dəqiq və humanitar elmləri əlaqələndirən, onları bir-birinə bağlayan ortaq dəyərlər barədə maraqlı fikirlər, faktlar dilə gətirildi. Konfrans AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə gerçəkləşdi.... | ANL |
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı-publisist Yunus Oğuzun “Ovçu” tarixi romanının müzakirəsi keçirilib. Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Y.Oğuz müstəqilli... | ANL |
Kiyevdə Müslüm Maqomayev parkının açılışı oldu. Ukrayna paytaxtı Kiyev şəhərinin mərkəzi ərazisində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub. Azərbaycanın Ukraynadakı səfirliyindən 525.az-a verilən məlumata görə, açılış mərasimində Azərbay... | ANL |
Vətən, millət və ədəbiyyat sevdalısı: Kərim Məşrutəçi Sönməz. Çağdaş Cənubi Azərbaycan poeziyasında, o taylı-bu taylı Azərbaycan ədəbi fikrində orijinal siması, dəst-xətti ilə seçilən Kərim Məşrutəçi Sönməzi ədəbi ictimaiyyət şair, tənqidçi, publisist və tərcüməçi kimi tanıyır. İran İslam inqilabından sonra bir ş... | ANL |
Amerika cəmiyyətinin çox bilinməyən qəribəlikləri. Bu kütləvi intihar hadisəsinin qurbanları Kaliforniyada yaradılmış və başçısı xarizmatik, eyni zamanda, paranoid olan Cim Consun "Xristian şagirdlərinin Xalqların Məbədi" (qısaca Xalqların Məbədi) dini sektasının üzvləri olmasına baxmayaraq, hadisə Cənubi Amerika... | ANL |
Kəndlərdə qadınlar evə baxır, yemək bişirir, qoyun qırxır, inək sağır, pendir qayırır, qaba parçalar toxuyurdular, onlardan paltar tikirdilər. Uşaqlar öz əyləncələri üçün lasso (kəmənd) atmaq sənətini öyrənir, yorulmaq bilmədən buzovları və keçiləri qovurdular. At çapmağı öyrəndikdən sonra - buna isə lap yeriməy... | ANL |
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən k... | ANL |
İyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında “Qoşa qanad: Elmi idrakla bədii yaradıcılığın sintezi” mövzusunda IV “Fizika və lirika” konfransı, o cümlədən, konfrans çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirildi. Layihənin mahiyyəti, bundan öncək... | ANL |
“Molla Nəsrəddin” Ensiklopediyası: böyük salnamənin işıqlı səhifələri. Böyük ədibimiz Cəlil Məmmədquluzadə özünü ifadə etməyin ən münasib yolunu tapana qədər müxtəlif sahələrdə çalışmışdı. Ona isə ömürlük damğasını vuracağı bir ocaq lazım idi. Nəhayət, həyatdakı hər şeyə Molla Nəsrəddinsayağı yanaşmağı qərara alır. O... | ANL |
Şair üçüncü göznən gördüyündən! Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, professor Məhrrəm Qasımlı - şair Orxan Paşa belə alim-şairdir. Övliyalar övliyası Fəridəddin Əttar deyirdi ki, “Əslim, həqiqətim könüldən ibarətdir. Alim də aləm sözündəndir. Elə ona görə də həmişə alimlərin də yeri könüldür... | ANL |
Məhmət Nuri bəy. Türkiyə Elm və Ədəbiyyat Əsəri sahibləri Məslək Birliyinin - İLESAM təşkilatının rəhbəri, şair Məhmət Nuri Barmaqsızı bir neçə ildir, tanıyıram. Daha doğrusu, onunla tanışlığımızın unudulmaz bir tarixçəsi var mənim üçün. 2013-cü ildə yazıçı və tərcüməçi, Azərbaycan ədəbiyyatının dostu İmdat Avş... | ANL |
Son günlər təkrar oxuduğum hekayələrdən biri də yaradıcılığı ilə indi-indi tanış olmağa imkan tapdığım sevilən yazıçımız Əlabbas müəllimin “Gözəl”idir. Hər iki oxuda hekayə mənə çox duyğulu anlar yaşatdı. Əsasən “Köhnə kişi” povesti ilə şöhrət qazanmasına baxmayaraq, hiss etdiyim qədəri ilə, “Gözəl” ideya və mahiyyətin... | ANL |
Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşdü. Mədəniyyət naziri Əbülfəs Qarayev Qazax rayonunda vətəndaşlarla görüşüb. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, nazir Qazax şəhərində Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul edib. Ə. Qarayev Qazaxda Heydər Əliyev ... | ANL |
Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş oldu. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib. Əvvəlcə tədbir iştirakçıları kitabxanada təşkil edilən uşaq ədəbiyyatı sərgisi ilə tanış olublar. Tədbirdə G.İbrahi... | ANL |
Milli Mətbuat Günü ilə bağlı kitab sərgisi. Dünən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “22 iyul - Milli Mətbuat və Jurnalistika günü” adlı kitab sərgisi açılıb. Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə mövzuya uyğun olan kitablar sərgilənir. Sərgi bir həftə ziyarətçilər üçün açı... | ANL |
Əlimi başıma qoyuram. Saçlarım qaynar tel kimi əllərimi yandırır... Aman Allahım, başım yanacaq sanki. Günəş təpədə inadkarcasına qızardıqca qızarır. Tək yarpaq belə tərpənmir. Mən də deyingən adamlar kimi şikayətə başlayıram: “Haradasan, ey Xəzərin hamının şikayətçisi olduğu xəzrisi?”. Bu gün əslində, Bakının köhnə... | ANL |
Kitab sevgisi son həddə çatanda. İraq Türkmanlarının can dostu, Türkman toplumuzun gerçək sevdalısı əziz və qiymətli dostumuz Prof.Dr. Qəzənfər Xoca yayımladığı əsərlərini hər zaman bizlərə o saat ulaşdırmağa çalışır və bizləri sevindirir. Bu xüsusda onun nə qədər ciddi, özünə qarşı tələbkar olduğu da məlumdur. Nətəki... | ANL |
Müsəlmana açıq məktub. Əziz müsəlman qardaşım. Sözümü Allahın rəhmli və rəhman adı ilə başlayıram ki, anlaşılmazlıq yaranmasın: mən də müsəlmanam və sənə düşmən deyiləm. Uman yerdən küsərlər, mən də səni doğma bilib üzümü sənə tuturam ki, bilmədiyim bəzi şeylərə aydınlıq gətirək. Mən də o yolu keçməli olmuşam: İ... | ANL |
İvan Draçın xatirəsinə. Əziz dostum İvan Draçın ölümündən çox gec xəbər tutdum, vəfatından azı bir ay sonra “Literaturnaya qazeta”dan bildim. Rusiyanın bir əyalət yazarına bütöv səhifə həsr edən qəzet Ukraynanın ən böyük çağdaş şairinə bir neçə sətir ayırmışdı. Bu xəsis məlumatın içində də şairi məzəmmət edən cümlə... | ANL |
Media maarifçilik hərəkatının ön sırasındadır. “Rusiyada əvvəlinci türk qəzetəsi”nin yaradıcısı, görkəmli alim və mütəfəkkir, böyük maarifçi-demokrat Həsən bəy Zərdabi 143 il əvvəl mətbuatın cəmiyyətin maarifləndirilməsindəki rolunu görürdü və yüksək dəyərləndirirdi. O, xalqının inkişafı üçün çox əzablı, məşəqqətli b... | ANL |
Tanınmış alim və təcrübəli pedaqoq professor-doktor Ali Kafkasyalını Azərbaycanda Türkiyədəki qədər yaxşı tanıyırlar. Onun Azərbaycanın sənət və elm adamlarının yaradıcılıq və pedaqoji fəaliyyəti üzərinə onlarca məqalələri, eyni zamanda, Azərbaycan qadınlarının həyat və yaradıcılıqlarına aid edilmiş monoqrafiyala... | ANL |
Moskvada azərbaycanlı yazıçının kitabı təqdim edildi. Rusiyanın paytaxtı Moskvada - İctimai Palatada və Moskvanın Hökumət Evində Avrasiya Millətlər Assambleyasının Ali Şurasının növbədənkənar iclası və Rusiya Millətlər Assambleyasının konqresi keçirilib. Tədbirlər çərçivəsində ədəbiyyat üzrə Avrasiyanın ikinci ... | ANL |
Qarabağsız Azərbaycanla yaşıdam. Etiraf edim ki, bundan çox utanıram. Mən doğulana qədər çoxdan olan olub, ermənilərin torbası Azərbaycan torpaqları ilə dolmuşdu. Bəs mən niyə özümü günahkar hiss edirəm? Deyirəm, təqvimdəki günlərimiz də "başını itirib" artıq. Onunla bərabər, sadəcə həyatın axarına uyub yaşamağa məcbu... | ANL |
Bakıda Beynəlxalq Media Forumu. QARDAŞ TÜRKİYƏ BU FORUMDA GENİŞ HEYƏTLƏ TƏMSİL OLUNUB. İyulun 21-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Beynəlxalq Media Forumu keçirilib. Forum Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və... | ANL |
Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi "Loqos"la birgə 22 iyul - Milli Mətbuat və Jurnalistika günü münasibətilə tədbir keçirib. Tədbirdə Mətbuat Şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov, "Loqos"un rəhbəri Təranə Məmmədova, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Milli Ensiklopediyanın direkt... | ANL |
Folklorşünaslığımızın milli kimlik nümunəsi. Ədəbiyyatımızın, milli-mənəvi mədəniyyətimizin görkəmli tədqiqatçısı Əməkdar elm xadimi, professor Paşa Şərif oğlu Əfəndiyev haqqında müxtəlif vaxtlarda qənaətlərimi bölüşməyə çalışmışam. Hər dəfə də anlamışam ki, ürəyimdən keçənləri axıra qədər yazıya gətirə bilməmiş... | ANL |
22 iyul tarixində Azərbaycanda Milli Mətbuatının yaranmasının 143-cü ildönümü qeyd edildi. "Əkinçi" nəşri Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet mil... | ANL |
İctimai televiziyada yeni peşəkarlıq axtarışları. Beynəlxalq aləmdə və eləcə də Azərbaycanda ictimai teleradio ayrıca tipoloji xarakterə malikdir. Təsadüfi deyil ki, ictimai teleradionun məqsəd və vəzifələrini, digər TV kanallarından fərqli xüsusiyyətlərini nəzərə alan Avropa Şurasının Nazirlər Kabineti vaxtilə b... | ANL |
Prezidentin Fransa səfəri: Münasibətlərdə yeni mərhələ. Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfiri iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin gələcək inkişafı baxımdan müsbət əhəmiyyət kəsb edir. Dövlət başçısı Fransada bir sıra mühüm görüşlər keçirdi. Bu görüşlər arasında iri şirkətlər... | ANL |
Mübariz Qurbanlı fransız yazıçı ilə görüşdü. Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı fransız yazıçısı, "Beynəlxalq Reyn Dərnəyi"nin prezidenti Jerar Kardon ilə görüşüb. Görüş zamanı Mübariz Qurbanlı ölkəmizdəki tolerant və multikultural mühit barədə söz açıb. O bildirib k... | ANL |
Prezidentin uğurlu Fransa səfəri: Azərbaycan-Avropa İttifaqı əlaqələri inkişaf edir. PARİSDƏ APARILAN DANIŞIQLAR, İMZALANMIŞ SAZİŞLƏR MÜNASİBƏTLƏRİN YENİ MÜSTƏVİYƏ YÜKSƏLMƏSİNƏ STİMUL VERİR. Fransa prezidenti Emmanuel Makronun dəvəti əsasında baş tutan səfər çərçivəsində dövlət başçısı Parisdə yüksək səviyyəli ... | ANL |
Bu balaca, üstüörtülü beş addımlıq həyətdə. Uşaqlar səhər yuxudan elə həvəssiz oyanır ki, tərpətməsən, heç durmaq istəməzlər. Əvvəllər yay aylarında Ağdamdakı doğmaların yanına gedirdik. Son illər ora gedə bilmirik. Biz öyrənmişik güllə səsinə. Amma uşaqları atası qoymur. Həyat çox qəribədir, adam vaxtında yaşadı... | ANL |
BDU-nun gənc filoloqlarının yeni uğuru. Dünyanın nüfuzlu ali məktəbləri sırasında yer alan Türkiyənin İhsan Doğramacı Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğu artıq 23 ildir ki, türkologiyanın aktual məsələləri, o cümlədən, Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində "Hizmet içi yaz... | ANL |
"Azərbaycan kitablarının Türkiyədəki yüksəlişi". Türkiyənin 400 min tirajla çap olunan "Sabah" qəzeti iyul ayının kitab əlavəsində "Azərbaycan kitablarının Türkiyədə yüksəlişi" adlı məlumat dərc edib. Məlumatda qeyd edilir ki, Mədəniyyət Nazirliyi və Türkiyədə fəaliyyət göstərən "Zəngin Yayınçılıq" şirkətinin birgə ... | ANL |
Bugünlərdə Sumqayıt Poeziya Evində Şəhər İcra Hakimiyyətinin və Regional Mədəniyyət İdarəsinin dəstəyi, Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi, şair-publisist Əşrəf Veysəllinin 80 illik yubileyi və yeni nəşr olunmuş "Qəbuluna yazılmışam Allahın" adlı kitabının təqdimatı ilə ba... | ANL |
"Elçilik"də yaşananlar. Qadın-kişi münasibətləri min illərin açılmayan sirli qutusu, haqqında nə qədər danışılsa, yazılsa da bitib-tükənməyən mövzusudur. Çexov deyir ki, kişi olmayan cəmiyyətdə qadınlar solğunlaşır, qadın olmayan cəmiyyətdə kişilər axmaqlaşır. Özlərini qoymağa yer tapmadıqda evlənirlər. Çexov demişkən,... | ANL |
Bakıda Respublika rəsm müsabiqəsi elan olunub. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı respublika rəsm müsabi... | ANL |
Hərb və dövlətçilik tariximizdəki aydın izlər: Cəfərqulu xan Naxçıvanski-Kəngərli. Naxçıvanın Kəngərli süvarilərinin hərb tarixi olduqca qədimdir. Onlar bütün yüzilliklərdə döyüş bacarıqları və hünərləri ilə hərb tariximizə qəhrəmanlıq səhifələri yazmışlar. Bu generalların hər birinin nəsillər üçün rəşadət timsallı hə... | ANL |
Azərbaycan-Fransa münasibətlərinin inkişafı sülhün təmini üçün önəmlidir. Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfərinin yekunları yüksək qiymətləndirilir. Bu səfərdən sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşəcəyi istisna edilmir. Fransa həm iqtisadi tərəfdaş, həm Avropa İttifaqının əsa... | ANL |
Amma ömrümüzdə bircə dəfə də olsun hansınınsa mövcudluğuna şübhə etməmişik. Çünki həyatımızın və fiziki varlığımızın əsas ünsürləri məhz bu üç amildir. Qeyri-maddi substansiya olsalar da, bir-birinə bənzəməyən milyardlarla müxtəlif insanın yaşadığı həyatda var olmaq üçün zəruri olanları məhz ideya, iman və şüur... | ANL |
"Elə hallar olub ki, turistlər yolu soruşanda, onlardan pul istəyiblər". “Bəzi insanlar var ki, turistlərə qarşı narazılığı ümumiləşdirib qabardırlar. Dövlət Turizm Agentliyi sosial şəbəkələr və KİV vasitəsi ilə maarifləndirmə işi aparmağı planlaşdırır. Təcrübə belədir ki, turizmi inkişaf etdirmək istəyən ölkələrd... | ANL |
İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkil etdikləri "Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlan... | ANL |
"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (ASC) dünyanın müxtəlif muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan qədim xalçalarımızı aşkara çıxararaq onların çeşniləri əsasında yeni xalçalar toxuyur. Cəmiyyət dünya muzeylərində, kolleksiyalarda saxlanılan, müxtəlif vaxtlarda hərraca çıxarılaraq satılan Azərbaycan xalçaları... | ANL |
Beynəlxalq Folklor Festivalı iştirakçıları ilə görüş. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib. İdarədən bildirilib ki, birinci Beynəlxalq Folklor Festivalı çərçivəsində reallaşan tədbirdə festivalın Azərbaycan, Gürcüstan,... | ANL |
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz yeni vəsaitlər hazırlayıb. Son iki ildə yetmişdən artıq metodiki vəsaitin hazırlanmasına müvəffəq olan Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi daha üç yeni adda metodiki vəsait tərtib edib. Mərkəzin əməkdaşı Səbuhi Hüseynovun hazırladığı... | ANL |
İkicə addım. Sevgidən vüsala uzanan yol. ikicə addım, Addımın biri. sənin ayağına qismət, biri mənim. Ayrılıqların içindəki həsrət. Zamanın qürbətindən. dayanıb baxırıq maddım-maddım. Ümidlərsə qoşulub durna qatarına. isti ölkələrə. İkimizdəki gümanlarsa. Addımın biri sənin. şələləyib çiyninə. olumundan ölümünə daşımaq... | ANL |
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hüquqi dövlət quruculuğu. Hər bir xalqın formalaşması və təkamülü prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Milli dövlətə mənsubluq bu gün də ayrı-ayrı xalqların nəyə qadir olduğunu, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer ... | ANL |
Hərb və dövlətçilik tariximizdəki aydın izlər: Cəfərqulu xan Naxçıvanski-Kəngərli. Naxçıvanda maarifə xeyriyyəçilik onun əsas məqsədlərindən olub. Cəfərqulu xan Naxçıvanskinin 1897-ci ildən başlayaraq 1920-ci ilin avqustunadək Naxçıvanda işlədiyi rəhbər vəzifələrlə bağlı arxiv sənədləri var. Doğrudur, 1918-ci ildən ... | ANL |
Amerikalı səyahətçilər milli mətbəximizlə əyani tanış oldular. Azərbaycanda ABŞ-dan gəlmiş turistlər üçün kulinariya və mədəniyyət aləminə səyahət təşkil edilib. Amerikalı səyahətçilər üçün ilk dəfə keçirilən bu ekskursiyanın təşəbbüskarı "Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti" kitabının müəllifi Fəridə B... | ANL |
“Mədəniyyət” qəzetinin xüsusi buraxılışı çapdan çıxdı. “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı azadl... | ANL |
İsa Həbibbəyli: "Orfoqrafiya qaydaları haqqında obyektiv qərarlar qəbul ediləcək". Müzakirələrdə 300 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak edib. Müzakirələrdə iştirak edənlərin içərisində kənd müəllimindən jurnalistlərimizə, yazıçılara və elm adamlarına, sosial şəbəkələrin nümayəndələrinə qədər cəmiyyətin ən müx... | ANL |
Əbülfəs Qarayev fransalı yazar Jerar Kardonla görüşüb. Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan fransalı jurnalist, yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardonla görüşüb. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonağı səmimiyyətlə sa... | ANL |
Prezidentin andiçmə mərasimindən ötən 100 gün hansı hadisələrlə yadda qaldı? Azərbaycan növbədənkənar aprel seçkiləri ilə daha bir seçki prosesini geridə qoydu. Azərbaycan xalqı 1993-cü ilin yayından ölkədə davam Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı İlham Əliyevə etimad göstərdi, növbəti dəf... | ANL |
Azərbaycan-Fransa əlaqələri yüksələn xətdə. "PREZİDENT İLHAM ƏLİYEVİN FRANSAYA SƏFƏRİ ÖLKƏMİZİN MİLLİ MARAQLARI VƏ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASI BAXIMINDAN OLDUQCA ƏHƏMİYYƏTLI BİR SƏFƏR KİMİ QİYMƏTLƏNDİRİLMƏLİDİR". Prezident İlham Əliyevin iyulun 19-da Fransanın paytaxtı Parisə reallaşdırdığı rəsmi səfər ikit... | ANL |
Yanınca gəzməkdə sanki Səmərqənd - Mavi göylərində sonsuz məhəbbət. Səmərqənd Dövlət Universitetini və Daşkənd Dövlət Hüquq İnstitutunu bitirib. Özbəkistan Televiziya və Radio Komitəsində yüksək vəzifələrdə çalışıb. Uzun illər jurnalist kimi fəaliyyət göstərib və hazırda "Xalq sözü" qəzetinin təsisçisi və baş red... | ANL |
Hərb və dövlətçilik tariximizdəki aydın izlər: Cəfərqulu xan Naxçıvanski-Kəngərli. Çox təəssüf ki, populyarlığı çox sevən və hər zamanın nəbzini tutmağa çalışanlar naxçıvanlı hərbçilərdə mənfilikləri qabartmaq, gözdən salmaq istəyirlər. Çünki onların canı-dildən müdafiə etdikləri Naxçıvan əzəmətlə durmaqdadır! Və... | ANL |
Mədəniyyət sahəsinə media münasibəti. NAZİR ƏBÜLFƏS QARAYEV MƏDƏNİYYƏT SAHƏSİNƏ YAXINDAN BƏLƏD OLAN JURNALİSTLƏRİN ÖZ YAZILARI VƏ ARAŞDIRMALARI İLƏ BU YÖNDƏ İNKİŞAFA CİDDİ TÖHFƏLƏR VERƏ BİLƏCƏKLƏRİNİ VURĞULADI. İyulun 25-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Azərbaycan Respubl... | ANL |
Azərbaycanda növbəti beynəlxalq "Jara" festivalı başlayıb. Paytaxtımızın evsahibliyi etdiyi bu festivala ildən ilə maraq artır. Eyni zamanda, hər il festival daha maraqlı hazırlanır, tanınmış ulduzların iştirakı ilə konsert proqramları təqdim edilir. Başqa sözlə, "Jara" artıq bütün dünyada Azərbaycan brendinə ç... | ANL |
Dünya bir meyar üzərində qurulub. Dünya bir meyar üzərində qurulub. Əks halda yaşadığımız Yer kürəsi bu qədər uzunömürlü olmazdı. Əgər bu planetin ədalət, balans və harmoniya məfhumlarından ibarət müvazinəti zərrəcə pozularsa, həyat məhv olmaq təhlükəsi ilə üzləşər və bəlkə də, hər şey alt-üst olar. Yaradan, Tanrı, ... | ANL |
Tərəfdaşlıq prioritetləri və ərazi bütövlüyü: Avropa İttifaqı ilə NATO-nun əhəmiyyətli mesajları. Siyasətdə konkret nəticələr əsas götürülür. Vədlər verilə bilər, ancaq vətəndaşlar onların yerinə yetirilmədiyini gördükdə, liderdən üz döndərə bilirlər. Nikol Paşinyan hazırda bu vəziyyətdədir. Azərbaycanın dövlət b... | ANL |
Azərbaycan təcavüzkar dövlətin ifşası istiqamətində mühüm işlər görür. ELÇİN ƏHMƏDOV: "RƏSMİ BAKININ PRİNSİPİAL MÖVQEYİ ERMƏNİSTANI VƏ DAĞLIQ QARABAĞDAKI QONDARMA REJİMİN "RƏHBƏRLƏRİ"Nİ TƏŞVİŞƏ SALIR". "Ermənistan dövlətinin təcavüzkar siyasəti artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keç... | ANL |
o görünməyən buzlaqlar da... Ovcunun içindəkilər, Ovçunun bərəsindəkilər. son fürsətdən sonrakılar. Qırovlu yulğundan tonqal qalayıb. Tullanım üstündən mən yüyürərək. Taleyin, həyatın sualları çox - Yığılıb önümdə hey qalaq-qalaq. Mümkünmü? Hələ bu günəcən anlamamışdım. Bu soyuq ömürdən, solğun həyatdan. Nələr istəyird... | ANL |
Hekayələr yazırdım. Povestlərim də vardı. Evin xərclərindən kəsib bir-iki kitab çap etdirmişdim. Məsələ başqadır... Günlərin birində Yazıçılar Birliyinin üzvü kimi məni də mötəbər yığıncağa dəvət etmişlər. Yığıncaqda qələm əhli olanların son 5 illik fəaliyyətləri barədə məruzə dinləniləcəkdi. Mən son sıraların birində... | ANL |
Qumarbaz kimi isə bəd qauço vicdan barədə ümumiyyətlə, olduqca bəsit bir anlayışa malikdir. Pampada sivilizasiya ilə barbarlıq arasında mübarizə gedirdi. Bard kimi tanınan müğənni - qauço mahnı ifaçısıdır, orta əsrlərin trubadurlarının varisidir. Müğənni bir kənddən digərinə keçməklə sərgərdanlıq edir, pampa qəh... | ANL |
“Cüzamlı əllər və donuz sümüyü” çağdaş İran ədəbiyyatının ən böyük nümayəndələrindən olan Mustafa Məstur yaradıcılığından oxuduğum ikinci əsərdir. Çoxlarından fərqli olaraq, mən o vaxtacan onun heç bir əsərini oxumamışdım. İndi bunu özüm üçün avantaj hesab edirəm. İki gün ərzində onun söhbətlərini dinləmək, düşün... | ANL |
BU YAXINLARDA DÜNYASINI DƏYİŞMİŞ DOSENT AKİF MİRİYEVİN XATİRƏSİNƏ. Son danışığımızda hiss elədim ki, yubileyqabağı o, öz portretinin yaradılmasını istəyir. Özü də ürəyindən keçir, bu portret məhz mənim qələmimdən çıxsın. “Görünür, indiki ağır vəziyyətdə qüruru təbiiliyini üstələyib” düşündüm. Qabaqlar olsaydı, ... | ANL |
Qrammatik qafiyəçilikdən uzaq poeziya. Şeir aləmi qəribə bir fenomendir: həyatın predmetlərini görüb duymaq və qavramaq; müşahidə etdiyin sadə və mürəkkəb fəlsəfəni anlamaq və mənimsəmək; daxili hisslərin mübhəm pıçıltısını eşitmək və səs vermək. Oxucuya bu məqamları açmaq çətindir, nə qədər dərinə varsan da, ... | ANL |
O tərcüməçidir. Hər ikisində mahirdir. Mahir Qarayev altmış il öncə Göyçayda dünyaya gəlib. Həbibinin, Rəsul Rzanın, Ənvər Məmmədxanlının, Əli Kərimin doğulduğu torpaqda. Müxtəlif redaksiyalarda, nəşriyyatlarda işləyib. Hələ ki qələmiylə dolanır. Dost deyilik, amma bir-birimizə hörmətimiz Göyçay çinarları kimi köklüd... | ANL |
Cavid fenomeni yeni baxış müstəvisində. Hər bir milli mədəni düşüncə sistemində onu hərəkətə gətirən, fasiləsiz həyat enerjisi ilə təmin edən və eyni zamanda, həmin sistemin kimlik simvoluna çevrilən məna vahidləri var. Nizami, Füzuli, Xətai... kimi adlar azərbaycanlı düşüncəsində mədəni milli kimliyin açar işar... | ANL |
Cümhuriyyətimizin Şeyxülislamı və ya "İstiqlal hər bir şəxsiyyətə lazımdır". “Çar Rusiyası Osmanlı dövləti ilə müharibə edəndə Təzəpirdə Osmanlı dövləti əleyhinə təbliğat aparılmayıb. Əksinə, Ağa Əlizadə Nargin və Bulla adalarında ağır şəraitdə saxlanılan Osmanlı əsgər və zabitlərinə yardım etmək üçün cümə nama... | ANL |
Azərbaycanın Xalq artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarov mətbuat konfransında builki “Jara” festivalının hazırlıq işlərinə təxminən bir il vaxt sərf olunduğunu deyib. Artıq “Odnajdı na Jare” filminin çəkilişlərinə başlanılıb. Bu ekran əsərində festivalın iştirakçıları rol ... | ANL |
İlham Qəhrəmanın yeni kitabı işıq üzü gördü. Şairin sayca yeddinci olan bu şeirlər kitabının bir özəlliyi də odur ki, oxucular xalq şairi Zəlimxan Yaqubun, jurnalist Məmməd Nazimoğlunun, rəssam Yusif Mirzənin, ədəbiyyat tənqidçisi Əsəd Cahangirin, şair Murad Köhnəqalanın, filoloq müəllim Həcər Paşayevanın, filoloq... | ANL |
Gəncə... Və Fikrət Əmirov... Əslən Gəncədən olan, amma taleyin qəribə və qəliz gedişi ilə ömrünün yarıdan çoxunu doğulduğu torpağın həsrətiylə yaşayan bir həkimin gözlərindəki ifadəni heç unutmuram. Uşaqlığından Türkiyədə yaşayan, müstəqillikdən, sərhədlər açılandan sonra ilk dəfə Gəncəyə gələn adam Nizami türb... | ANL |
Mədəniyyət tədbirini siyasiləşdirənlər hansı məqsədə xidmət edir? Bakıda növbəti “Jara” beynəlxalq musiqi festivalı başlayıb. Paytaxtımızda artıq üçüncü dəfədir keçirilən bu festival ölkəmizin dünyada tanınması, onun gözəl adət-ənənələrinin, tolerantlığının dünyada təbliğ edilməsində çox mühüm bir vasitəyə çevrilir.... | ANL |
Düşüncələr. Təsəvvür edin ki, gülüstandasınız. Hər tərəf bir-birindən gözəl, bir-birindən ətirli, al-əlvan gül-çiçəklə doludur. Təbiətin qənirsiz gözəlliyindən zövq aldığınız bu məkanda ətrindən məst olduğunuz gül-çiçəyin başgicəlləndirici cazibəsi sizi sizdən alır. Baxdıqca baxmaq istəyirsiniz. Gözləriniz gördüyü ... | ANL |
Qarabağ həqiqətləri: Cənubi Qafqazda tarixən erməni milləti mövcud olmayıb. Dünən "Qarabağ Araşdırmalar Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycanın aparıcı media orqanlarının nümayəndələri üçün təşkil etdiyi "Erm... | ANL |
Məhəmməd Əmin Rəsulzadənin məqalələrində Yaponiya mövzusu. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın müxtəlif mətbuat orqanlarında yazıçı və jurnalistlər məqalə və felyetonlarında Yaponiyaya dair mövzulara müraciət edirdilər. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yara... | ANL |
Vaqif Yusiflinin tənqidi məqalələrini oxuyub ədəbiyyata kifayət qədər dərindən bələdliyini, analitik mühakimələrini və bu bələdliklə analitizmin səmimi iddialılığını hiss edəndə (söhbət keçən əsrin 80-ci illərindən gedir) görməzə-bilməzə düşünürdüm ki, boylubuxunlu, enlikürək, səsi gələndə göydəkilər qanad salan,... | ANL |
QƏRİBSƏMİŞƏM. Bu axşam nədənsə yaman kövrəyəm, Közərib od alır fikrim, xəyalım. Bu axşam həsrətlə vuran ürəyəm. Dağılıb, pərişan olubdur halım, Sənsən, doğma yurdum, könlümə düşən, Bu gün səndən ötrü qəribsəmişəm. Hanı bir mahnının tilsimiylə mən, Bir yaşıl çəməndə yatıb qaldığım? Hanı dalğa-dalğa coşub-kükrəyən.... | ANL |
Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB ) "Natəvan" klubunda şair, publisist Avdı Qoşqarın 60 illiyilə bağlı yubiley tədbiri keçirilib. Mərasimdə AYB rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar, şairin qələm dostları, ailə üzvləri və jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan professor Rüstəm Kam... | ANL |
Xatirəsi əbədi yaşayacaq alim - Həmid Hüseynov. Orta məktəbi bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olmuş, 1968-ci ildə universiteti bitirərək mühəndis-geoloq ixtisasına yiyələnmişdi. 1968-1971-ci illərdə Paleontologiya və tarixi g... | ANL |
Elçinin “Baş” romanının ərəbcə nəşri təqdim olundu. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin ərəb dilində nəşr edilən “Baş” romanının təqdimatı keçirilib. Tədbirdən öncə qonaqlar ədibin kitablarının yer aldığı sərgi ilə tanış olublar. Respublikanın tanınmış elm, mədəniyyət və incəs... | ANL |
Yetmiş-səksəninci illərdə qonşu Cəlilabad rayonunda qəzet redaktoru, sonra rayon partiya komitəsinin ikinci katibi vəzifələrində çalışdığı vaxtlar bir-iki təsadüfi görüşümüz olmuşdu. Bilirdim ki, bu adam istedadlı bir jurnalistdir, nəinki Cənub bölgəsində, Azərbaycanda tanınan gözəl bir ziyalıdır. Qəzet redaktoru... | ANL |
Cümhuriyyət məmurunun dünya şöhrəti (Məhəmməd Ağa-Oğlu). Vilayət QULİYEV. Azərbaycan Cümhuriyyəti cəmisi iki ilə yaxın yaşasa da, mövcudluğunun tarix baxımından az qala bir göz qırpımına bərabər qısa dövrü ərzində görülən işlərin miqyas və mahiyyəti elə təəssürat yaradır ki, Cümhuriyyət xadimləri müstəqil dövlə... | ANL |
Saxta insanlar səltənətində. Bakı sevgili şəhərdir, amma tələsdiyim məqamlarda özümü ucu-bucağı görünməyən tıxacın düz ortasında tapanda şələ-küləmi kənara qoyub onunla dalaşmaq istəyirəm. Gecikirəm, tamaşanın başladığı vaxtdan beş dəqiqə keçir! Bir qədər sonra özümü Akademik Milli Dram Teatrına çatdırıram. Böyü... | ANL |
Ədəbiyyatşünas alimin yaradıcılıq üfüqləri. Təyyar Salamoğlu keçən əsrin 80-ci illərində ədəbiyyatşünaslıq və tənqidə gələn nəslin istedadlı nümayəndələrindən biridir. Bu illər ərzində onun tənqid və ədəbiyyatşünaslığımızın problemlərinə nüfuzu, bir an da olsa, səngiməmiş, əksinə, daha da dərinləşməkdə, sistemli ... | ANL |
Kamran Nəzirlinin 60 illik yubileyi qeyd olundu. Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, publisist və tərcüməçi Kamran Nəzirlinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə tanınmış yazıçılar, şairlər, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər. Azərbaycan Yazıçıla... | ANL |
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri. Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, ağrılı və acılı mərhələlərindən birini Azərbaycan Xalq Cümhuriyyəti dövrü təşkil edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin maddi və mənəvi irsinə diqqət... | ANL |
Türk tarixinin qədim qatlarına... Və müasir metodlarla. Hər şeyi öz arşını ilə ölçən sovet ideologiyası XX əsrin sonlarına doğru elmi- tarixi təfəkkürün ən müxtəlif sahələrində öz "tarixi" mövqeyini nəinki itirməyə, həm də çox ciddi tənqid obyektinə çevrilməklə danılmaz uğurları səviyyəsində belə yerli-yersiz ş... | ANL |
HİDAYƏTİN ƏSƏRİ ƏSASINDA HAZIRLANMIŞ TAMAŞANIN PREMYERASI BARƏDƏ QEYDLƏR. Şahanə MÜŞFİQ. Təsəvvür edin ki, adidən də adi günlərin birində həmişəki kimi səhər oyanıb işinizə gedir, axşam isə həm işinizin bir parçası kimi, həm də fürsətdən istifadə edərək, mənasız informasiyayla, qayğılarla dolan beyninizi boşaltm... | ANL |
Uzun illərdir ki, Sabir Poeziya Günləri ədəbiyyat bayramı kimi qeyd olunur. Həm yaz vaxtı səfalı Şamaxıya, Sabirin doğulduğu, yaşadığı və dəfn olunduğu yerlərə səfər, həm söz, şeir, ədəbiyyat söhbətləri, həm də ümumiyyətlə ənənə, təcrübə qələm adamlarını bu günləri bayram kimi yaşamağa sövq edir. Böyük şairimiz... | ANL |
Azər Paşa Nemət tamaşalarının estetik özəllikləri. Əməkdar elm xadimi, professor. Səhnə sənətimizdə yarandığı ilk illərdə dramaturqlar, aktyorlar, müəllimlər rejissorluq missiyasını öz öhdələrinə götürsələr də, mütəmadi olaraq bu sənətlə məşğul olmamışlar. Məhz Hüseyn Ərəblinskinin simasında milli rejissor sənəti... | ANL |
Unut məndə nə gördünsə, Sənə çəkdirdiyim acıları, dilimdən çıxan zəhəri unut, Zəng edib danışa bilmirdim. boğazıma tıxanan qəhəri unut. Məni səndən gözəl heç kəs unutmaz. Hər görüşdə. yeddi illiyimizi geri salan qorxunu, Fələyin amansız hərlənən. çarxını unut. Desəm inanmazsan - sənsiz olanda. Səninçün darıxmaq tutur ə... | ANL |
Kamal Abdulla dünyasında “Kitabi-Dədə Qorqud”. Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən nadir incilərdən olan “Kitabi-Dədə Qorqud” eposunun görkəmli yazıçı, alim Kamal Abdullanın istər bədii, istərsə də elmi yaradıcılığında mühüm yer tutduğu hamıya bəllidir. Kamal Abdullanın elmi və bədii fəaliyyətində müşahid... | ANL |
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİ İLİ ELAN ETMİŞDİR. Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən ke... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.