text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Vilayət QULİYEV. Mehmet Ağa-Oğlunun təşəbbüsü ilə təşkil olunan sərgilər təbliğ və tanıtma funksiyasını uğurla yerinə yetirməklə bir sırada Detroyt Gözəl Sənətlər İnstitutu islam incəsənəti fondunun əsaslı şəkildə zənginləşməsinə də imkan yaratmışdı. Həm də bu, Amerika iqtisadiyyatında güclü tənəzzülün - Böyük D... | ANL |
Ömürdən sonrakı ömür. Təranə MAHMUDOVA. Yaşadıqca, həyatı daha yaxından tanıdıqca bəzi həqiqətlər (və ya həqiqət hesab etdiklərimiz) və qanunauyğunluqlar bəlirlənir. Uşaqlığında, gəncliyində əhəmiyyət vermədiyin nəsnələr xüsusi anlam qazanır. Məsələn, həyatda xatirələrin nə qədər mühüm nəsnə olduğunu anlayırsan. ... | ANL |
Dünya sürətlə inkişaf edir, hər gün bizi heyrətləndirən hadisələr baş verir, hər gün olmasa da, çox mühüm kəşflər, ixtiralar edilir, amma insanın mahiyyəti dəyişmir. Səbrlə Xilaskarı gözləyir, onun bir gün dünyada bütün ədalətsizliklərə son qoyacağına dərin inam bəsləyir. Çox məqamlara inanan, çox məqamlarda ald... | ANL |
XALQ ELÇİLƏRİ. Milli Məclisin deputatı, şair. Ən azı ona görə ki, tanıdığın adamın həyat tarixçəsini, xasiyyətini yaxşı bildiyindən, onun fəaliyyətinə müxtəlif baxış bucağından yanaşmaq, yanılmadan qiymət vermək imkanın olur. Bu mənada, görkəmli ziyalı, istedadlı qələm sahibi, tanınmış ictimai-siyasi xadim, ən əsa... | ANL |
Həsənağa Turabov anıldı. İyunun 8-də C.Cabbarlı adına Dövlət Teatr Muzeyində teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Həsənağa Turabovun 80 illiyi münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Respublikası Kinematoqrafç... | ANL |
Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi”. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin və şəhər hakimiyyətinin dəstəyi ilə Səmərqənddə iyunun 9-dan 11-dək “Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək. Tədbirlərdə S... | ANL |
Musiqili Teatrın 13 yaşlı aktyoru mükafat qazanıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azerbaijan Golden Kids Awards-2018” layihəsinin qalibləri sırasında Musiqili ... | ANL |
Bakıda Ukrayna yazıçılarının əsərləri təqdim olundu. Mirzə Fətəli Axundov adına Milli Kitabxanada tanınmış Ukrayna yazıçıları Vladimir Danilenkonun “Qürub çağının işığında” və Nikolay Xomiçin “Sərdabənin sirri” kitablarının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Azərbaycan Tərcümə Mərkəzinin İ... | ANL |
Şri-Lanka gözəlləməsi. Filli-pələngli Seylondan pürrəngi foto-reportaj. Desəm, bəlkə də inanmayacaqsınız, amma düz sözümdü, inanın, təmiz ürəklə etiraf edirəm: indiyədək gəzdiyim şəhərlər içində, nə bilim, Paris, London, Nyu-York olsun, heç biri uşaq vaxtı Ağdamdan Bakıya elədiyim səfərlərin yerini verməyib! Böy... | ANL |
Ədəbi proses hərəkatı: icmal tənqidindən monoqrafik dərinliyə. İsa HƏBİBBƏYLİ. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik. Ədəbi proses dedikdə ilk növbədə müəyyən olunmuş ilin və ya illərin ədəbi mənzərəsi təsəvvür olunur. Ona görə də “Ədəbi... | ANL |
Əslində, bütün insanlar belədir. Hamı dünyaya gələndə öz ailəsini, yaxınlarını sevindirir. Çünki onu ancaq həmin adamlar tanıyırlar. Ona həmin "arzuları" səsləndirənlərin hamısı bilir ki, Talətdin müəllim bu nahaq dünyadan haqq dünyasına köçənədək Cənnəti qazanmışdı. Çünki ailədə, qohum-qardaş arasında, ali məktəb ill... | ANL |
Keçən əsrin 70-ci illərindən başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya - inteqrallaşma tendensiyası üstünlük təşkil etməyə başladı. Ayrıca bir elm sahəsinin inkişafı digər elmlərlə üzvi əlaqədə olmadan inkişafı çox çətindir. Ona görə də dünya alimləri apardığı tədqiqat işlərini digər elmlərlə əlaqəli... | ANL |
"Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu" adlı kitab çıxdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilən kitabların sırasına daha bir sanballı əsər daxil olub. "Məşhurların həyatı" seriyasından çapa hazırlanan əsərdə türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avro... | ANL |
Ədəbi proses hərəkatı: icmal tənqidindən monoqrafik dərinliyə. İsa HƏBİBBƏYLİ. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik. Ədəbi proses dedikdə ilk növbədə müəyyən olunmuş ilin və ya illərin ədəbi mənzərəsi təsəvvür olunur. Ona görə də “Ədəbi p... | ANL |
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi proses-2017" mövzusunda Yaradıcılıq müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ədəbi prosesin ümumi mənzərə... | ANL |
“Uşaqların sehirli qələmi”ndəki doğma cizgilər. İSTANBULUN BÖYÜKÇƏKMƏCƏ BƏLƏDİYYƏSİNDƏ KEÇİRİLƏN SƏRGİNİN AÇILIŞINA AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ DƏ QATILIBLAR. Bugünlərdə Türkiyənin İstanbul şəhərində səfərdə olan və bir sıra görüşlər keçirən Azərbaycan QHT təmsilçilərindən və media nümayəndələrindən ibarət heyət B... | ANL |
İyunun 2-də Heydər Əliyev adına sarayda Cənubi Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Koreyanın ətri" adlı konsert proqramı təşkil edilib. Açılış nitqi ilə çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu Azərbaycanın üzləşdiyi çətinliklərə qalib... | ANL |
Cümhuriyyətin proloqu və epiloqu - Gəncə. MİLLİ ƏNƏNƏLƏR BEŞİYİ OLAN GƏNCƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİK TARİXİNƏ MİSİLSİZ SƏHİFƏLƏR YAZMAQLA YANAŞI, CÜMHURİYYƏT DÜŞMƏNLƏRİNƏ QARŞI MÜQAVİMƏTİLƏ DƏ SEÇİLİB. 20-ci əsrin əvvəllərində şərq aləmində ilk respublikanın yaranması ilə nəticələnən milli-siyasi intibahımızın f... | ANL |
Şair Fikrət Sadıqın xatirə gecəsi keçirildi. Mayın 31-də Azərbaycan Dövlət Film Fondunda mərhum şair Fikrət Sadıqın xatirə gecəsi olub. Gecədə tanınmış ədəbiyyat adamları, ziyalılar, şairin ailə üzvləri, poeziyasevərlər və media nümayəndələri iştirak ediblər. Tədbirdə Fikrət Sadıqın həyat və fəaliyyətini əks etdirə... | ANL |
Şəmkirdəki Cümhuriyyət konfransından görünən Vətən. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi. Konfransın vaxtı iki dəfə dəyişdirildi. Təşkilatçılar sıradan bir tədbir keçirmək istəmirdilər. Mötəbər tarixçilərin iştirakı və çıxışları nəzərdə tutulurdu. Cümhuriyyət ilində tarixçil... | ANL |
Kitabın hazırkı nəşri isə onun polyak dilinə tərcüməsidir. Kitabın müəllifi Rövşən Ağayev (Rövşən Xosrovoğlu) humanitar və texniki ali təhsil alıb. Bir müddət neft sənayesində çalışıb. Daha sonra mətbuat sahəsində fəaliyyət göstərib. Kitabın adından elə görünə bilər ki, bu bir sənədli, bəlkə də publisistik yol qey... | ANL |
Ali təhsilimizin “tərcümeyi-hal”ı. Bugünlərdə Misir Mərdanovla Ədalət Tahirzadənin “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının birinci cildi nəşr olunmuşdur. Və müəlliflər ona nə qədər təvazökar bir ad qoysalar da, məmnunluqla qeyd etmək lazımdır ki, hərtərəfli, fundamental... | ANL |
Möhsün NAĞISOYLU. AMEA-nın müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru. Orfoqrafiya qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş lüğətin 2004-cü il nəşrində isə bu morfem vari şəklində təqdim olunmuşdur. Bununla belə, lüğətin içində şəkilçinin işləndiyi nümu... | ANL |
Müşfiqin baxışları. Mikayıl Müşfiqin əziz xatirəsinə. Qaranlıq soyuq zindanın. Soyuq divarları arasında ulu bir şair. Saçları pərişan və dalğın. Üzü isə batan günəş kimi solğun. Kədərlə gülümsəyirdi ölümün üzünə. Baxışları da nəsə deyirdi. Şair öz ölümünə necə baxdısa. Cəllad da buna dözmədi. Gözləri yaşardı cəlladın. ... | ANL |
Milli istiqlalımızın alovlu şairi - Xəlil Rza Ulutürk. Şəfəq NASİR. Filologiya üzrə fəlsəfə doktoru. Bütün zamanlarda Sözün qüdrəti, hökmü böyük olub. Məqamında səslənişi ilə könüllər nura boyanıb, aləm gülşənə dönüb, aydın, işıqlı sabahlara doğru yol başlayıb... Hər şeydən uca, dəyərli olan, düşüncəyə hakim kəs... | ANL |
Azərbaycan ərazisi planetimizdə palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik ərazidir. Quruda və Xəzərin akvatoriyasında 350-dən çox palçıq vulkanı və təzahürləri mövcuddur. Palçıq vulkanlarının sayına, morfoloji müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar ərazi yoxdur. P... | ANL |
Doğrudan da torpaq imiş adamlar, Dirildilər, dərildilər, toz qaldı. Köçüb getdi nə aşıqlar, ozanlar, Dərdimizi dilləndirən saz qaldı. Əvvəl-axır qiymətini aldı zər, Mənzilinə yetişməmiş qaldı şər, Əyri yolda yoxa çıxdı əyrilər, Haqq yolunda yolçu yenə düz qaldı. Yanımızdan ötüb keçdi bəxtiyar, Tapammadıq, qafiyəsiz sö... | ANL |
VIII Şairlər Günü qeyd edildi. Dünən Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib. Tədbirə dünyanın müxtəlif ölkələrindən qələm adamları, eyni zamanda millət vəkilləri, ədəbi ictimaiyyətin nümayəndələri poeziyasevərlər və KİV təmsilçiləri qatılıblar. Azərbaycan və Türkiyə himnlərinin ... | ANL |
Ömrün ağır yüklü karvanı. Almaz ÜLVİ. Filologiya elmləri doktoru. 80 illiyini hörmətlə qeyd etdiyimiz, qədim Göyçə mahalında doğulub boya-başa çatmış Əli Vəkilin şair adını uşaqlıq illərimdən xatırlayıram. Hər gün saat 5-də İrəvan radiosunun qabağında oturub Azərbaycan dilində səslənən verilişi dinlərdik, bəlkə d... | ANL |
İyunun 5-də Finlandiyanın İmatra şəhərində keçirilən 15-ci Beynəlxalq Ağ və Qara Teatr Festivalı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış "Dədə Qorqud" kamera orkestrinin konserti olub. Açılışda çıxış edən Beynəlxalq... | ANL |
Mifoloji mətnlərin bədii poetikası: Kamal Abdulla düşüncə palitrasında. Yaradıcılıqda istedad və şəxsiyyətin orijinal vəhdətindən yola çıxan Kamal Abdullanın fikirlər palitrası qurduğu və təhlil etdiyi mətnlərin (istər elmi, istərsə də bədii) estetikası, gözəlliyi ilə səsləşir, harmoniya təşkil edir. Təhlil etdi... | ANL |
"Dünya Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da dünyaya o qədər lazımdır". "525"in müxbirinin suallarını Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə cavablandırır: - Ziyad müəllim, Cənub Qaz Dəhlizi Azərbaycana, bütövlükdə dünyaya nə verəcək? Bu layih... | ANL |
"Qədim dövlətçilik ənənələrini əks etdirən mənbələri araşdırmaqdan qürur duyuram". Müsahibimiz Bayraqşünaslıq və heraldika üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru, "QƏSR" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi sədrinin birinci müavini Pərvin Gözəlovdur. - Pərvin müəllim, ictimaiyyət sizi bay... | ANL |
İSTİRAHƏTİNİZİN ƏN DOĞRU ÜNVANI. İkinci dəfədir ki, Ordubad rayonun ucqar dağ kəndi olan Çənnəbə yolum düşür. Naxçıvan şəhərindən Çənnəbə qədər olan məsafə təxminən 75 kilometrdir. Bizi müşayiət edən rahat yol uzaq məsafəni yaxın edir. Nə vaxt kəndə yetişdiyinin fərqində belə olmursan. Ötən ilin payızında isə Dü... | ANL |
Ukrayna yazıçıları Tərcümə Mərkəzində. İyunun 6-da Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenkonun başçılığı ilə Ukrayna yazıçıları heyəti Tərcümə Mərkəzində olub. Mərkəzdən 525.az-a verilən məlumata görə, görüş zamanı son illər Azərbaycan – Ukrayna ədəbiyyatları arasında qurulan sıx əlaqələrdən, ötən il ... | ANL |
Yazıçı Nəriman Əbdülrəhmanlının 60 illik yubileyi qeyd olunub. Tərcümə Mərkəzində tanınmış yazıçı Nəriman Əbdülrəhmanlının anadan olmasının 60 illik yubileyi qeyd edilib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən qurumun direktoru, yazıçı Afaq Məsud yubilyarın ədəbiyyat, kino, televiziya və digər sah... | ANL |
Azərbaycan Xalq Cümhuriyyətindəki Litva konsulunun istiqlal mövzulu əsəri. Tərcüməçidən ön söz. Kreve onun ədəbi təxəllüsüdür, əsl soyadı isə Mitskəviçyusdur. Vintsas Krevenin ədəbi irsi Litva ədəbiyyatı qızıl fondunun çox mühüm bir hissəsini təşkil edir. Bu irsin bir qismi indiyədək Litva məktəblərində tədris p... | ANL |
Saatlara əsir olan günlərin birində qapının cırıltısı pəncərəmdəki kölgəmi titrətmişdi. Sonuncu qorxunun ilk can hayındaykən Tanrıdan aman diləmək acizliyimizdənmidir? Yoxsa cəsarətimizdənmi? Şair olmaq təkliyin bütün etüdlərinin son ştrixi olmaqdır... Günlərdən birində ünvanımı Elxan Yurdoğlunun "Ulduz çoxluğu qə... | ANL |
Poetik düşüncədəki sevdalar. Qarşımda "Bu çay bu yatağa sığmaz" adlı kitab, Nizami Cəfərov kimi idrak sahibinin yazdığı ön sözü və hər misrası poetik məna ilə yüklənmiş şeirlər, ustad bir nasirin təhkiyəsi, peşəkar bir səyyahın müşahidələri üslubunda yazılmış "Mən gördüyüm Amerika" səyahətnaməsi. Beynimdə fikirlər, ... | ANL |
Gənc şair, əslən Laçın rayonundandır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Roma Xosrovun şeirlərindəki klassik ruh, sərbəst və təkrarsız düşüncə tərzi onun yaradıcılığına xüsusi rəng, çalar verir. İtən yurdun acılarını, taleyində yaşanan həyat notlarını, dərd təxəyyülündən süzülən ağrılı misralarla təsvir ed... | ANL |
Parisdə, UNESCO-nun mənzil-qərargahında "Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiya"nın iştirakçı dövlətlərinin Baş Assambleyasının 7-ci sessiyası keçirilib. Sessiya çərçivəsində, habelə UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə UNESCO QHT Forumu baş t... | ANL |
"Azərbaycan mətbəxi haqqında rəvayətlər"in təqdimatı oldu. İyunun 7-də Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan mətbəxi haqqında rəvayətlər" ("Skazannya pro azerbaydjansku kuxnyu") kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki... | ANL |
Görkəmli xanəndə Qulu Əsgərov anılacaq. İyunun 13-də Beynəlxalq Muğam Mərkəzində Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, "Unudulmayanlar" layihəsi çərçivəsində reallaşacaq tədbirdə Əməkdar artistlər Zakir Əliyev və Ehtiram Hüseynov, ifaçılar Mirələm Mirələm... | ANL |
Naxçıvan Teatrının ilk baş rejissoru: səhnə vurğunu Həsən Səfərli. Hər bir xalqın milli mədəniyyəti tarixində nadir simalara təsadüf olunur ki, onların vasitəsi ilə həmin xalqın varlığı, mənəvi həyatı və milli şöhrəti qol-qanad açır, mənəvi yüksəliş dövrü keçirir. Belə nadir şəxsiyyətlərin mənəvi dünyası, həyat və... | ANL |
Neft nəfəsli xatirələr. Loğman RƏŞİDZADƏ. Biz, adətən zamanı qınayırıq. Xatirələr, xatırlamalar, təkcə ötənlərin proyeksiyası deyil, həm də aydın düşüncələr, canlı yaddaşdır, yaşam formasıdır. Xoş xatirələr yaddaşlara həkk olunmuş köhnə mahnılar kimidir, heç vaxt unudulmur. Bu, doğmalarımızın, əzizlərimizin, sevdi... | ANL |
Əllərimi ovxalayıram, barmaqlarım qıc olub soyuqdan. - dodağımın altında deyinirəm. Əvvəlcədən sifariş versəz, gətirəcəklər. Maşının damını ağacdələn döyəcləyir elə bil. Yer üzündə deyingən ərdən və çox danışan sürücüdən böyük bəla ola bilməz. Taksi sürücüləri də ki heç. Elə bil marağa yatıb gözləyirlər, biri düş... | ANL |
CÜMHURİYYƏT İLİNDƏ MİLLİ GEYİMLƏRİMİZƏ GÖSTƏRİLƏN CİDDİ MÜNASİBƏT VƏ GENİŞ İCTİMAİ RƏĞBƏT OLDU”. Bu münasibətlə cari il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cümhuriyyət İli” elan olunub. İstər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda bu tarixi hadisə ilə bağlı müxtəlif tədbirlər, ... | ANL |
Yazıçı Varislə müsahibə. Yazıçı Varis Yolçuyev son günlərdə özünün bir sıra uğurları ilə diqqət mərkəzindədir. Bu münasibətlə sizi təbrik edirik. Oxuculara bu haqda daha geniş məlumat verməyinizi istərdik. - Artıq 3-cü ildir ki, keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə “LiFFt festivallar festivalı” kifayət q... | ANL |
Parisa Arsalani: “Azərbaycandan həmişə böyük diqqət və sevgi görmüşəm”. Amerikalı musiqi jurnalisti Alexandra İvanoff onun haqqında danışarkən deyirdi: “Parisa Arsalaninin səsi qeyri-adi və çox unikal bir səsdir: ahəngdar, parlaq, dolğun. Səsi rəngli kaleydoskopa malikdir - ekzotik bir ərazinin rəngləri, itirilmiş... | ANL |
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİ İLİ ELAN ETMİŞDİR. Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən ke... | ANL |
Vilayət QULİYEV. Mehmet Ağa-Oğlunun təşəbbüsü ilə təşkil olunan sərgilər təbliğ və tanıtma funksiyasını uğurla yerinə yetirməklə bir sırada Detroyt Gözəl Sənətlər İnstitutu islam incəsənəti fondunun əsaslı şəkildə zənginləşməsinə də imkan yaratmışdı. Həm də bu, Amerika iqtisadiyyatında güclü tənəzzülün - Böyük D... | ANL |
Ömürdən sonrakı ömür. Təranə MAHMUDOVA. Yaşadıqca, həyatı daha yaxından tanıdıqca bəzi həqiqətlər (və ya həqiqət hesab etdiklərimiz) və qanunauyğunluqlar bəlirlənir. Uşaqlığında, gəncliyində əhəmiyyət vermədiyin nəsnələr xüsusi anlam qazanır. Məsələn, həyatda xatirələrin nə qədər mühüm nəsnə olduğunu anlayırsan. ... | ANL |
Dünya sürətlə inkişaf edir, hər gün bizi heyrətləndirən hadisələr baş verir, hər gün olmasa da, çox mühüm kəşflər, ixtiralar edilir, amma insanın mahiyyəti dəyişmir. Səbrlə Xilaskarı gözləyir, onun bir gün dünyada bütün ədalətsizliklərə son qoyacağına dərin inam bəsləyir. Çox məqamlara inanan, çox məqamlarda ald... | ANL |
XALQ ELÇİLƏRİ. Milli Məclisin deputatı, şair. Ən azı ona görə ki, tanıdığın adamın həyat tarixçəsini, xasiyyətini yaxşı bildiyindən, onun fəaliyyətinə müxtəlif baxış bucağından yanaşmaq, yanılmadan qiymət vermək imkanın olur. Bu mənada, görkəmli ziyalı, istedadlı qələm sahibi, tanınmış ictimai-siyasi xadim, ən əsa... | ANL |
Həsənağa Turabov anıldı. İyunun 8-də C.Cabbarlı adına Dövlət Teatr Muzeyində teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Həsənağa Turabovun 80 illiyi münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Respublikası Kinematoqrafç... | ANL |
Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi”. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin və şəhər hakimiyyətinin dəstəyi ilə Səmərqənddə iyunun 9-dan 11-dək “Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək. Tədbirlərdə S... | ANL |
Musiqili Teatrın 13 yaşlı aktyoru mükafat qazanıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azerbaijan Golden Kids Awards-2018” layihəsinin qalibləri sırasında Musiqili ... | ANL |
Bakıda Ukrayna yazıçılarının əsərləri təqdim olundu. Mirzə Fətəli Axundov adına Milli Kitabxanada tanınmış Ukrayna yazıçıları Vladimir Danilenkonun “Qürub çağının işığında” və Nikolay Xomiçin “Sərdabənin sirri” kitablarının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Azərbaycan Tərcümə Mərkəzinin İ... | ANL |
Şri-Lanka gözəlləməsi. Filli-pələngli Seylondan pürrəngi foto-reportaj. Desəm, bəlkə də inanmayacaqsınız, amma düz sözümdü, inanın, təmiz ürəklə etiraf edirəm: indiyədək gəzdiyim şəhərlər içində, nə bilim, Paris, London, Nyu-York olsun, heç biri uşaq vaxtı Ağdamdan Bakıya elədiyim səfərlərin yerini verməyib! Böy... | ANL |
Sənət gecəsi bəstəkarın yazdığı gözəl musiqi-rəqs nömrəsi və Aygün Səmədzadənin özünün ifasında olan "Biri varmı, biri yoxmuş" mahnısı ilə başlayıb. Bəstəkar həmin mahnını özünün nədən və birinci olaraq ifa etməsinə açıqlıq gətirirək bildirib ki, son konsertində həmin mahnı ən axırda ifa edilib və sevənləri tər... | ANL |
Şabranda Xaqani Poeziya Günləri. İyunun 8-də Şabran şəhərində ənənəvi Xaqani Poeziya Günləri təşkil olunub. Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı, yazıçı-publisist Novruz Nəcəfoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Xaqani Poeziya günləri təşkilat komitəsinin rəhbəri, yazıçı Elçin H... | ANL |
Xoşniyyətli "Loqos"la Gəncə səfəri. Artıq bir aydır ki, bir qrup gənc jurnalistlə bərabər Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Vətəndaş Cəmiyyətinin psixoloji maa... | ANL |
"Qarayazı meşəsində Anadil adlı. tək asılmışdır ayağından". Səməd Vurğun. Yenə yaz gecəsiydi... Kəndin bağ-baxçalarında, yaxınlıqdakı Qarayazı meşəsində Anadillərin ötən vaxtlarıydı. Ötmürdülər, inləyirdilər. Bu sirli quşların səsinə Kürün o tayında Qazaxın Muğanlı kəndində bir aylı gecədə bir uşaq da heyranlıqla ... | ANL |
İyunun 10-da Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri, şair Əli Vəkil oğlu Səfiyevin (Əli Vəkil) anadan olmasının 80 illiyi münasibətilə “ Əli Vəkil-80” adlı kitab sərgisi açılmışdır. Sərgidə şairin əsərləri, redaktoru olduğu,ön söz yazdığı, tərtib və tərcümə etdiyi, sözlər... | ANL |
Azərbaycan dili tarixşünaslığına töhfə. Azərbaycan dili anlayışının tarixi haqqında fikir söyləmək Azərbaycan dilinin tarixini araşdırmaq qədər çətin və məsuliyyətli bir işdir. Məlumdur ki, türk xalqlarına aid linqvonimlər (dil adları) ya etnos adlarından, ya da toponimlərdən əmələ gəlir. Bəzən belə adlar siyasi... | ANL |
İyunun 10-da Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair İntiqam Yaşarın "Evdə yoxam" kitabının təqdimat mərasimi keçirilib. Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və M.F.Axundov adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə "Açıq kitabxana" bölməsində baş tutan təqdimat mərasimi... | ANL |
"Ədəbiyyatşünaslığın əsasları" müasir elmi-nəzəri və milli-ideoloji kontekstdə. Azərbaycanda ədəbiyyatşünaslıq elminin hələ orta əsrlərə qədər gedib çıxan tarixi var. Həmin ilkin qaynaqlar erkən orta əsrlərin nəzəri-estetik fikrini özündə əks etdirir. Ümumən, Azərbaycan ədəbiyyatşünaslığının inkişafında şair və... | ANL |
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovun APA-ya müsahibəsi. Bu müsahibəni ötən ilin avqustunda – Azər Paşa Nemətovun 70 illik yubileyi münasibəti ilə hazırlamışdım. Söhbətimizin bir ilə yaxın işıq üzü görməməsinin səbəbk... | ANL |
Lap uzaq keçmişdə hardan və kimdən eşitdiyimi çoxdan unutduğum bu sözlər "Hərə bir qəhrəman" tamaşasını izləyərkən səhnəylə gözlərim arasında "bardaş qurub oturmuşdu". Tamaşanın yaradıcı heyətinin xoşbəxtliyindən, mənimsə yəqin ki, bədbəxtliyimdən o boşluqda özünə yer edən təkcə bu cümlə deyildi. Bir də dəvətsiz... | ANL |
Dünən Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı İsa Muğannanın anadan olmasının 90 illik yubileyi münasibətilə sərgi açılıb. Kitabxanadan bildirilib ki, "İsa Muğanna-90" adlı sərgidə yazıçının Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitabları, ön söz yazdığı, redaktoru olduğu nəşrlər, tərcümə etdiyi əsərlər, ... | ANL |
Dördlük sarayımı qurub tikəndən, Ustadla həmdəməm yaxından, gendən. Şairi ilk dəfə gördüyüm gündən. 1950-60-cı illərdən başlanan və daha çox Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və Məmməd Arazın adı ilə bağlanan vətəndaşlıq poeziyasının görkəmli nümayəndələrindən biri də Hüseyn Kürdoğludur. Vətənin ağrılı taleyi... | ANL |
"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti Yunus Oğuzu mükafatlandırdı. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) verilən məlumata görə, tanınmış yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin fəxri fərmanı ilə təltif edilib. Bununla əlaqədar cə... | ANL |
Oqtay Mirqasımovun 75 illiyi qeyd olundu. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun 75 illik yubiley tədbiri keçirilib. Tədbirdə AYB rəhbərliyi, tanınmış ziyalılar, mədəniyyət və ədəbiyyat xadimləri, media nümayəndələri iştirak ediblər. Tədbiri giriş s... | ANL |
Milyonçu mesenatın nazir övladı: Mirzə Şəmsi oğlu Əsədullayev. Azərbaycanda ən böyük sənaye maqnatlarından sayılan milyonçu Şəmsi Əsədullayevin (1840-1913) adı əsrin başlanğıcında təkcə öz vətənində və Rusiyada deyil, Avropanın Bakı neftinə maraq göstərən dövlətlərində də məşhur idi. Şəmsi Əsədullayevin neft mədə... | ANL |
Milyonçu mesenatın nazir övladı: Mirzə Şəmsi oğlu Əsədullayev. Mirzə Əsədullayevin doğma milləti yolunda göstərdiyi xidmətlərdən biri də onun "Bakı müsəlman xeyriyyə cəmiyyəti"nə sədrlik etməsi idi. Qarşısına xalqın maarifləndirilməsi, imkansızlara yardımlar göstərilməsi və s xeyirxah məqsədlər qoymuş bu Cəmiyyət m... | ANL |
Müqəddəslik. MƏKTƏBİNİN SİRRİ, FƏLSƏFƏSİ, ESTETİKASI VƏ ƏXLAQI BARƏDƏ. Loğman RƏŞİDZADƏ. Tarix şəxsiyyətlərə borcludur. Minnətdar olmasa da belə. Tarixin ləngərli ağır çarxlarını irəli aparan, cəmiyyətin daş yükünü zaman-zaman çiyinlərində daşıyan seçilmişlərdir. Onlar əsrlərin tıxacında boğulub qalan ehkamları dağ... | ANL |
Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. AZƏRBAYCAN ŞURAYİ-MİLLİSİ TARİXİNDƏN. Azərbaycan Şurayi-Millisinin 1918 sənə iyun ayının 17-d... | ANL |
Cümhuriyyət məmurunun dünya şöhrəti (Məhəmməd Ağa-Oğlu). Vilayət QULİYEV. Mehmet Ağa-Oğlunun fikrincə, “Corpus of İslamic Metalwork” əsərinin başlıca konsepsiyası ümumidən xüsusiyə, təsvirçilikdən konkret sahənin təfərrüatlı elmi tədqiqinə doğru hərəkət olmalı idi. Birinci cildin ilk kitabı üçün nəzərdə tutulmuş ... | ANL |
Cəmiyyəti düşündürən yazıçı. NƏRİMAN ƏBDÜLRƏHMANLININ 60 İLLİYİNƏ. Bədirxan ƏHMƏDLİ. Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri Nəriman Əbdülrəhmanlının 60 yaşı tamam olur. Ədəbi prosedə bir yazıçı, publisist, kinossenarist, tərcüməçi və tədqiqatçı kimi tanınan N.Əbdülrəhmanlı Azərbaycan bədii nəsrin... | ANL |
Təbiət və cəmiyyət kataklizmləri. Təbiət kataklizmləri Yer kürəsinin ayrı-ayrı hissələrində baş verməklə böyük fiziki dəyişikliklər, gözlənilməyən düzəlişlər əmələ gətirir. Dənizlərin sahillərinin konfiqurasiyası öz əvvəlki görünüşünü itirir, dağlar dağıntıya məruz qalır, iqlim müəyyən müddətə korlanır, atmosfer... | ANL |
Elm və mədəniyyət tariximizdə Nəsirəddin Tusi yaradıcılığı. Azərbaycan xalqı, ictimai-siyasi, elmi-ədəbi mühiti və uzun bir tarixi mərhələdə Yaxın Şərqə, bötüvlükdə dünyaya böyük simalar, görkəmli xadimlər bəxş etmişdir. Bu gün də belə bütün bəşər mədəniyyəti və sivilizasiyası Əcəmi Əbubəkir oğlunun memarlığına... | ANL |
Söz tablosunun sehrində. Bəzən eyni bir fərddən çox danışılanda yorulursan. Və birdən sədəf içərisində gizlənən incilərin arasında daha şəffaf, daha cəlbedici, forma və məzmunca daha mükəmməl birini tapırsan. Çağdaş poeziyamızda, deyərdim ki, gənc şair Aqşin Evrən də məhz belə bir tapıntıdır. Bu nadir istedadı ş... | ANL |
Uçan quşun qanadları qırıldı, Günəş kimi güclü ellər yoruldu, Yada düşmür altın anam Altayım, Batır xanlar tarixlərə qərq oldu. Sən birlikdən, sən qeyrətdən güc aldın, Sonra da itirib əlindən saldın. Əski çağdan, qədim çağdan yadigar. Ağ əlinlə yığıb topla sən dilim. Dostluq şərabdan doğar, Dost olar iki əyyaş, Yaxın o... | ANL |
Bütün dövrlərin ölməz şairi. XX əsr türk xalqları ədəbiyyatı tarixində qeyri-adi istedad sahibləri olduqca çoxdur. Belə ədiblər mənsub olduqları xalqın bağrından çıxmış, onun hiss və həyəcanlarını qələmə almış, onun dərdləri ilə yaşamışlar. Çarizm dövründən daha ağır milli zülm, daha qəddar müstəmləkə üsul-idarə... | ANL |
"Azərbaycan mükəmməl, istiqanlı insanların yaşadığı ölkədir". TÜRKİYƏLİ REJİSSOR VƏ PRODÜSSER CAN ÖZBATUR: "BU ŞƏHƏRİN MEMARLIĞI, HEYKƏLLƏRİ, KONSERT ZALLARI, TEATR BİNALARI GÖZƏLDİR, AMMA ONLARI VAR EDƏN İNSANLARIDIR". Bütün gün qaçhaqaçdadır. İşləyir, öyrənir, müşahidə edir, bütün bunlarla yanaşı, qarışqanın to... | ANL |
Ədəbiyyatşünas alimin yaradıcılıq üfüqləri. Təyyar Salamoğlu keçən əsrin 80-ci illərində ədəbiyyatşünaslıq və tənqidə gələn nəslin istedadlı nümayəndələrindən biridir. Bu illər ərzində onun tənqid və ədəbiyyatşünaslığımızın problemlərinə nüfuzu, bir an da olsa, səngiməmiş, əksinə, daha da dərinləşməkdə, sistemli ... | ANL |
Kamran Nəzirlinin 60 illik yubileyi qeyd olundu. Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, publisist və tərcüməçi Kamran Nəzirlinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə tanınmış yazıçılar, şairlər, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər. Azərbaycan Yazıçıla... | ANL |
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri. Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, ağrılı və acılı mərhələlərindən birini Azərbaycan Xalq Cümhuriyyəti dövrü təşkil edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin maddi və mənəvi irsinə diqqət... | ANL |
Türk tarixinin qədim qatlarına... Və müasir metodlarla. Hər şeyi öz arşını ilə ölçən sovet ideologiyası XX əsrin sonlarına doğru elmi- tarixi təfəkkürün ən müxtəlif sahələrində öz "tarixi" mövqeyini nəinki itirməyə, həm də çox ciddi tənqid obyektinə çevrilməklə danılmaz uğurları səviyyəsində belə yerli-yersiz ş... | ANL |
İyun 18-də Qazax Dövlət Dram Teatrının kollektivi paytaxt Bakıya qastrol səfərinə gəlib. Kollektiv səfərdə Viktor Hüqonun "Bir edam məhkumunun son günü" əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib. Səhnə əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunub. Bu dəfə paytaxt sakinlər... | ANL |
Fədakarlıq və unudulmazlıq düsturu: professor Ramiz Zöhrabov. Müasir Azərbaycan musiqişünaslıq elmində öz fərdi üslubu və yaradıcılıq təmayülləri ilə seçilən görkəmli alimlər sırasında Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli, "Humay" mükafatı laureatı, sənətşünaslıq elmləri doktoru, professor Ramiz ... | ANL |
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun ön söz müəllifliyi ilə AZƏRTAC-ın xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının "Soyqımından Xocalıya..." elmi əsəri İstanbulda türk dilində çapdan çıxıb. Türkiyədə fəaliyyət göstərən BİLGESAM ... | ANL |
Türk dillərinin tədqiqinə dair yeni kitab. AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın "İnfinitivı i imena deystviya v tyarkskix yazıkax" ("Türk dilllərində məsdərlər və feili isimlər") adlı növbəti - dördüncü kitabı işıq üzü görüb. Monoqrafiya türk... | ANL |
İyunun 20-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi, aktrisa Zülfiyyə Eldarqızının Xalq yazıçısı Anarın kino yaradıcılığına, kinodramaturgiyasına həsr etdiyi "Qəm pəncərəsinin o üzündə" (monoqrafiya) və əməkdar jurnalist Hikmət Xudiyevin (Cəmilzadənin) Z.Elda... | ANL |
60 YAŞI TAMAM OLAN TANINMIŞ ƏDƏBİYYATŞÜNAS MƏTİ OSMANOĞLU YUBİLEY ƏRƏFƏSİNDƏ HƏYAT VƏ ƏDƏBİYYAT HAQQINDA DÜŞÜNCƏLƏRİNİ BÖLÜŞÜR. Bakı Dövlət Universitetinə ən çox mənə qazandırdığı müəllimlər üçün minnətdaram. Məti Osmanoğlunu da ilk dəfə illər öncə BDU-nun auditoriyasında tanımışam: XIX əsr Azərbaycan ədəbiyyat... | ANL |
Azərbaycan Universitetinin professoru Asif Hacıyevin "XX əsr ədəbi düşüncələr tarixi" (Xatirələr, manifestlər, konsepsiyalar) adlı yeni kitabı çap olunub. Dərs vəsaiti kimi təqdim olunan kitabın redaktoru Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova, rəyçiləri isə professorlar Qorxma... | ANL |
İmperiyaların yaranması isə ardıcıl qaydada aparılan müharibələrin bəhrəsi idi. Ona görə də mübaliğəsiz demək olar ki, hər bir imperiya qan gölü üzərində qurulmuşdur. İmperializmin özü müharibə deməkdir. Makedoniyalı Aleksandrın qeyri-adi sərkərdəlik məharəti, onun ilk olaraq Qərblə Şərqi birləşdirmək cəhdləri ... | ANL |
Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. AZƏRBAYCAN ORDUSU HAQQINDA BİR ZABİTİN XATİRATINDAN*. Tarix təkrar olunur - dəfələrlə bunun... | ANL |
A kişi, deyən yuxarıların sənin fermandan xəbəri yoxdu axı?! Sovet höküməti çoxdan dağılıb gedib ey, sən də bu beş-üç toyuq cücəni, bir-iki inəyi saxlayıb adını ferma qoymusan... Kolya belə zarafatlara çoxdan öyrəncəli idi. Hələ Sovetin qılıncının dalının-qabağının kəsən vaxtlarında fermanın aparıcı işçilərindən... | ANL |
Ədəbi proses hərəkatı: praktikadan gerçəkliyə. AMEA NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNDA “İLİN ƏDƏBİ YEKUNLARI”. Xalq şairləri, yoxsa Xalq/xın şairi? Ədəbiyyat və “olmadığı yerlər” arasında demarkasiya xətti nerədən keçir? “Ədəbi proses hərəkatı”nı publik olaraq bəyan və Ədəbiyyat İnstitutunu onun hamisi e... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.