text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Fakundo heç də birmənalı şəxsiyyət deyildi. Pərəstiş qəhrəmanı kimi ona xalqın məhəbbət bəslədiyi, nifrət obyekti kimi isə onun cinayətkar əməlləri, şəxsi mühakiməsi zəminində adamları cəzalandırması, qətlə yetirməsi vurğulanır. Birincilər üçün Fakundo ölməmişdir, o, xalq adətlərində yaşayır. İkincilərə görə isə... | ANL |
“Ürəyi olub da, ağlı olmayan bir qadın, ağlı olub da ürəyi olmayan bir qadın qədər bədbəxt” olan Məlahətin həyat hekayəsindən bəhs edən “Cəza” əsəri (müəllif Tamara Vəliyeva) Mehriban Ələkbərzadənin quruluşunda Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində tamaşaya hazırlanıb. Aktrisa Kəmalə Müzəffərin ifasında tə... | ANL |
Əsgər RƏSULOV. Filologiya elmləri doktoru, professor. müəllifin həmin kitabın axırında yer alan çap olunmuş əsərlərinin siyahısında 72-ci sırada və sonuncudur. Siyahıda yer alan kitablardan 30-a yaxını şairin şeir və poemalarının toplandığı əsərlərdir. Siyahıda tanınmış ədəbiyyatşünas-alimin dəyərli monoqrafiyaları... | ANL |
Ədəbiyyatımızda və ictimai həyatımızda Anar fenomeni. Qəzənfər PAŞAYEV. İstedad, ağıl, müdriklik heç nəynən əldə edilməyən, insana ilahi tərəfindən bəxş edilən paydır. Bu əvəzolunmaz paya sahib olan seçilmişlər zülmət gecədə yol göstərən parlaq ulduza bənzəyir, xalqın qürur mənbəyinə çevirilirlər. Milli-mənəvi də... | ANL |
Naxçıvan Araz-Türk Respublikası və Naxçıvanskilər. Köməyə gəlmiş Osmanlı ordu hissələri Naxçıvanı tərk edib getdikdən sonra Naxçıvan işğalçı, qəddar erməni daşnakları ilə üz-üzə qalmışdı. Belə bir siyasi durum Naxçıvanın hərbi işə bağlı vətənpərvər insanlarını bir yerə toplaya bilmişdi. Bu qürurlu insanlar anla... | ANL |
Naxçıvan Araz-Türk Respublikası və Naxçıvanskilər. Bunların əksəriyyəti A.Hacıyevin monoqrafiyasında da öz əksini tapıb. Naxçıvandakı müsavatçı general qubernator S.Cəmillinski isə mərkəzə-Bakıya xəbər verirdi: Kalbalı xan zalım, kəmağıl, yarıdəlidir və sair. S.Cəmillinski Naxçıvanskilərin cəsur hərbiçilər olmas... | ANL |
Qadın əlindəki torbaları bir-bir yerə qoydu. Bütün günü işdə iki mərtəbə arasında qaçırdı, sənədləri aparıb-gətirmək, onlarla bağlı icraatların vəziyyəti ilə maraqlanmaq, vaxtaşırı hesabatları hazırlamaq heç də az iş deyildi. İşdən sonra yüngülvari axşam bazarlığını eləyib evə tələsərdi ki, onun yolunu səbirsizliklə ... | ANL |
Düşmənin növbəti məğlubiyyəti: Günnüt əməliyyatı. Şərur-Sədərək istiqamətində yola çıxanlar yol kənarında yeni vurulmuş, bir istiqamət bildirən lövhə görəcəklər. Bu, işğaldan yenicə azad olunmuş Günnüt kəndinə gedən yolu göstərən lövhədir. Bugünsə qəlbimiz qürur hissi ilə dolub. Bu ilin may ayında Naxçıvan Əlahid... | ANL |
Mifoloji mətnlərin bədiipoetikası: Kamal Abdulla düşüncə palitrasında. Yaradıcılıqda istedad və şəxsiyyətin orijinal vəhdətindən yola çıxan Kamal Abdullanın fikirlər palitrası qurduğu və təhlil etdiyi mətnlərin (istər elmi, istərsə də bədii) estetikası, gözəlliyi ilə səsləşir, harmoniya təşkil edir. Təhlil etdiyi... | ANL |
Bəkir Çobanzadənin 125 illiyi beynəlxalq konfransla qeyd edildi. Beynəlxalq Mətbuat Mərkəzində “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin təşəbbüsü və Bakı Dövlət Universiteti Filologiya fakültəsinin dəstəyi ilə görkəmli türkoloq, professor Bəkir Çobanzadənin 125 illik yubileyinə həsr olunmuş "Azərb... | ANL |
2008-ci ildə hərbi xidmətə olarkən Silahlı Qüvvələrin Ehtiyat Zabit Hazırlığı kursuna daxil olaraq "Motoatıcı" ixtisası üzrə tamamlayıb. Silahlı Qüvvələrdə hərbi xidmətə Hüquqşünas kimi xidmət edib, hal-hazırda Hüquqşünas vəzifəsində, Ədliyyə kapitanı rütbəsində xidmətini davam etdirir. Hal-hazırda "Alın yazım" ş... | ANL |
Sən xalqımın aldığı nəfəsdən yaranmısan, Azadlığa sevgidən, həvəsdən yaranmısan, Oddan-alovdan keçən bir səsdən yaranmısan! Dilimizin nidası, sözümüzün vurğusu, Azərbaycan ordusu, Azərbaycan ordusu! Bir əsr bundan öncə qoyulsa da təməlin, Tarixlərin ən dərin qatına çatır əlin. Azərbaycan eşqiylə bağlıdır hər əməl... | ANL |
İşğal zülmətindəki muzeylərimiz və abidələrimiz. AZƏRBAYCANIN DÖVLƏTÇİLİK TARİXİNİN, MİLLİ ADƏT-ƏNƏNƏLƏRİNİN, ELM VƏ MƏDƏNİYYƏTİNİN TƏBLİĞİ. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin, alimlərin əsaslı araşdırmaları nəticəsində Azərbaycanın ilk yaşayış məskənlərindən biri olduğu sübut edilmişdir. Qədi... | ANL |
Müdrikliyin zirvəsində. Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə - "Qlavlit"də işləyirdim. Bir dəfə telefon zəng çaldı. Dəstəyi qaldırdım. Danışan gözəl şair-publisist, dostumuz Səyavuş Sarxanlı idi. Salamlaşdıqdan, hal-əhval tutduqdan sonra dedi: - Qardaş, imkanın varsa bir "Ulduz" jurnalına gəl. Fikirləşd... | ANL |
Azərbaycanın Milli Qəhrəmanı şəhid Samid İmanovun parlaq xatirəsinə. Sabahın xeyir, Günəş! Sübh açılanadək Tanrıya dua etdim bütün Vətən daşları üçün. Yatmırdı gecə yuxusunu. Yuxusuna müharibə, qan-qada girirdi deyə qorxurdu yatmağa. Vətən daşlarının daşlaşmasından ehtiyat edirdi. Beləcə, dörd mövsümü ötürdü, qışın so... | ANL |
Azərbaycanlı türkoloq Ukraynada yüksək elmi nailiyyətə imza atıb. AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, fövqəladə və səlahiyyətli səfir. Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri Fərhad Turanlı, mövzusu "Türk-Osmanlı yazılı mənbələrində XVI-XVIII əs... | ANL |
Cümhuriyyətimizin xilası və ordu quruculuğumuz naminə fədakarlıq örnəyi. SİBİR SÜRGÜNÜNDƏN QAÇARAQ GƏNCƏYƏ GƏLƏN VƏ BURADA MİLLİ MÜCADİLƏMİZƏ QOŞULAN AZƏRBAYCAN ƏSİLLİ HÜSAMƏDDİN TUĞACIN ŞƏRƏFLİ ÖMÜR YOLU. "525-ci qəzet"in diqqətli oxucuları, yəqin Hüsaməddin Tuğac adlı türk zabitinin Azərbaycanın istiqlal müba... | ANL |
Cümhuriyyətimizin xilası və ordu quruculuğumuz naminə fədakarlıq örnəyi. SİBİR SÜRGÜNÜNDƏN QAÇARAQ GƏNCƏYƏ GƏLƏN VƏ BURADA MİLLİ MÜCADİLƏMİZƏ QOŞULAN AZƏRBAYCAN ƏSİLLİ HÜSAMƏDDİN TUĞACIN ŞƏRƏFLİ ÖMÜR YOLU. Hüsaməddin Tuğacın xatirələrindəki bu vacib hissədə olduqca maraqlı mətləblərdən bəhs edilir: "Raportumuz ... | ANL |
Kinonun Məcid Məcidisi və ya işıqlı adamın qaranlıq hekayəsi. Bu gün dünya kinosunda gedən proseslərdən azdan-çoxdan məlumatı olanlar bilirlər ki, İran kinosunun dünyada özünəməxsus yeri və kifayət qədər uğurları var. Bu uğurlar sırasına "Oskar" mükafatından tutmuş, ən nüfuzlü kino festivalları olan Kann, Berlin... | ANL |
Mübarək. Tanınmış yazıçı Kamran Nəzirlinin 60 yaşına. Durub keşiyində bugünkü nəslin, Eşidir səsini sabahkı nəslin;. Vətəndaş yazarı hər iki əsrin. Kamran Nəzirlidir, Kamran Nəzirli! İstedad yol gəlir göydən, Tanrıdan, Xalq üçün doğulub o da anadan. İngilis dilində bizi tanıdan. Kamran Nəzirlidir, Kamran Nəzirli! Kamra... | ANL |
Kamran Nəzirli: altmışdan o yana. Filologiya elmləri doktoru. Dövrümüz lirika əsridir və kimsə inkar eləməz ki, bu xalqın, millətin ürəyindən poeziyaya məhəbbəti silib aparmaq mümkündü. Şeir yenə də bütün ədəbi formaları üstələməkdədir. Nəsr bu ədəbi formaların içərisində son illərdə daha çox diqqəti cəlb etməyə b... | ANL |
Bakıda İran Mədəniyyəti günləri keçirilir. İyunun 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İran Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi olub. Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə Azərbaycanın və İranın tanınmış mədəniyyət və incəsənət xadimləri işti... | ANL |
Müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyev bədii yaradıcılığa lap erkən yaşlarından başlayıb. Bundan sonra o, dövri mətbuatda müntəzəm olaraq bir-birindən maraqlı hekayə, povest, roman və ədəbi-tənqidi məqalələrlə çıxış edi... | ANL |
ŞAİR ÇİNGİZ ƏLİOĞLUNUN DOĞUM GÜNÜNƏ. Niyə və nədən gəldiyinin də fərqində olmur çox adam. Dörd bir tərəfdən belə adamların əhatəsində yaşadığımızdan ürək ağrısına tutuluruq bəzən... Bir də görürsən qonşudan bir tüstü dumanı qalxdı və hər kəsi narahat etməyə başladı. Bəli, bu hələ bircə qonşusuna, bircə uşağa balaca nə... | ANL |
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən hərbi paradla rəsmi Bakı düşmənə böyük göz dağı verib. Təntənəli mərasimdə Azərbaycanın nümayiş etdirdiyi silah və hərbi texnikalar işğalçı Ermənistanda böyük şok effekti ... | ANL |
Qəmər Almaszadə adına müsabiqənın qalibləri mükafatlandırıldılar. İyunun 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qəmər Almaszadə adına II Beynəlxalq rəqs müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti keçirilib. Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının birg... | ANL |
İnkişafın qarantı: Nümunəvi sabitlik və təhlükəsizlik. 100 YAŞLI AZƏRBAYCAN POLİSİ SABİTLİYİN VƏ TƏHLÜKƏSİZLİYİN QORUNMASI, DAHA DA MÖHKƏMLƏNDİRİLMƏSİ KEŞİYİNDƏ. 25 il bundan əvvəl ümummilli lider inkişafın və müstəqilliyin Azərbaycan modelinin təməlini qoydu. Bu təməl üzərində inşa edilən və dünyanın hər yerin... | ANL |
Yazıçı, şair, dramaturq Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı iki cilddə çap edilərək türkiyəli oxucuların ixtiyarına verilib. Mədəniyyət Nazirliyindən bildirilib ki, roman qurumun dəstəyi və “Zengin Yayıncılık” nəşriyyatının təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi ... | ANL |
BÖYÜK TÜRK YAZIÇISI, NOBEL MÜKAFATLI ORXAN PAMUKUN İSTANBULDAKI EVİNDƏ AZƏRBAYCANLI GƏNC ŞAİR VƏ ƏDƏBİYYATŞÜNAS RAMİL ƏHMƏDLƏ SÖHBƏTİ. Orxan Pamukla ilk dəfə 2017-ci ilin dekabrında Tanpınar Ədəbiyyat Mərkəzinin açılışında görüşmüşdük. Həmin gün aramızda qısa bir söhbət olmuş, ondan müsahibə sözü almışdım. Bir... | ANL |
Özbəkistan nümayəndələri Ədəbiyyat İnstitutunda. Özbəkistanın Daşkənd Dil və Ədəbiyyat İnstitutunun rektoru professor Şöhrət Siracəddinov Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub. Özbəkistandan olan qonaqları AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəb... | ANL |
Müşfiqin Şuşalı günləri. “SEVƏRƏK YAŞAYANLAR, SEVİLƏRƏK ÖLƏNLƏR” SİLSİLƏSİNDƏN. Şuşada heç olmamışdı Müşfiq. Vur-tut bircə dəfə ayaq basmışdı Qarabağ torpağına. Özü də pambıq mövsümündə. Yüzlərlə ali məktəb tələbəsi kimi Aşağı Qarabağa “ağ qızıl” yığımına getmişdi. Gənc yazıçı dostları Süleyman Rəhimov və Əlya... | ANL |
Ürəyində sözü varsa... Xatirə Rəhimbəyli bu dünyaya Ağcabədi rayonunun Aran kəndində göz açıb. O kənddən tanıdığım elə Xatirə Rəhimbəylidir ki, günlərin bir günü “Bir sözüm var ürəyimdə” şeirlər kitabını mənə hədiyyə etdi. Qadın şairlərin dünyası həmişə öz qəribəliyi ilə seçilib. Onların şeirlərində çox həzin və ... | ANL |
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-CI İLİ -AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR. NURU PAŞA HƏZRƏTLƏRİ ŞƏRƏFİNƏ BÖYÜK BİR ZİYAFƏT. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istil... | ANL |
Diyadindən dünyaya addımlayan alim - Kamran Əliyev. Çağdaş ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor və Əməkdar elm xadimi Kamran Əliyevin yaradıcılığı haqqında söhbət açmaq ədəbi-nəzəri fikrimizin son 40 illik inkişaf tarixi barəsində düşünmək demək... | ANL |
60 YAŞI TAMAM OLAN TANINMIŞ ƏDƏBİYYATŞÜNAS MƏTİ OSMANOĞLU YUBİLEY ƏRƏFƏSİNDƏ HƏYAT VƏ ƏDƏBİYYAT HAQQINDA DÜŞÜNCƏLƏRİNİ BÖLÜŞÜR. Bakı Dövlət Universitetinə ən çox mənə qazandırdığı müəllimlər üçün minnətdaram. Məti Osmanoğlunu da ilk dəfə illər öncə BDU-nun auditoriyasında tanımışam: XIX əsr Azərbaycan ədəbiyya... | ANL |
Tərcümə işimizə və tərcüməşünaslığa misilsiz töhfə. “AZƏRBAYCAN TƏRCÜMƏ ENSİKLOPEDİYASI” İŞIQ ÜZÜ GÖRÜB. Azərbaycan Dillər Universiteti (ADU) Elmi Şurasının qərarı ilə nəşr olunan “Azərbaycan tərcümə ensiklopediyası” rektoryanı şuranın iclasında təqdim edilib. İlk dəfə oxucuların ixtiyarına verilən “Azərbaycan t... | ANL |
Amma bir az da dərinə gedəndə, hadisələrin XIX əsrə təsadüf etdiyini, əsərin avropalı oxucular üçün yazıldığını nəzərə alanda hər şey aydın olur. Müəllif oxucu inamsızlığından, qınağından çəkinir, ona görə hər fürsətdə izah edir ki, bura Şərqdi, fikriniz azad cəmiyyətlərə, sevginin arın-arxayın yaşandığı Qərbə ... | ANL |
“Dəlixanada qətl”in motivləri: ağrılar və doğrular. Məşhur İsveçrə yazıçı-dramaturqu, alman dilində yazıb-yaratmış Fridrix Dürrenmattın “Fiziklər” komediyası əsasında hazırlanmış “Dəlixanada qətl” tamaşasına Gənc Tamaşaçılar Teatrının tanış səhnəsində təxminən bir ay öncə, mayın 16-da elə ilk premyerasında baxm... | ANL |
İran Mədəniyyəti Günləri çərçivəsində mayın 28-də Nizami Kino Mərkəzində rejissor Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” bədii filmi nümayiş etdirilib. AZƏRTAC xəbər verir ki, ekran əsərinin nümayişindən əvvəl İranın Farabi Kino Fondunun icraçı müdiri Əlirza Tabeş çıxış edərək iki ölkə arasında mədəni əlaqəl... | ANL |
Səni sənsiz ananlar. TANINMIŞ NAŞİR BƏHRUZ AXUNDOVUN VƏFATINDAN 1 İL KEÇİR. Tanınmış naşir, şair, publisist, Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov Tanrının dərgahına qovuşandan sonra onun haqqında dəyərli aydınlarımızdan Anarın, Qəzənfər Paşayevin, Cahangir Məmmədlinin, Vaqif Bəhmənlinin, Vasif Quliyevin, Fi... | ANL |
Xarkovda Azərbaycan ab-havası. Azərbaycan xalqı tarixən humanist, tolerant, sülhsevər xalq olub, əsrlər boyu digər xalqlarla dostluq-qardaşlıq münasibəti saxlayıb. Diplomatik münasibətlər qurulandan sonra siyasi-iqtisadi, ədəbi-mədəni əlaqələrin daha da möhkəmlənməsi sayəsində Ukrayna MDB məkanında bizim əsas st... | ANL |
Sözün pərvanəsi. Tofiq Nurəlinin şeirlərindən birindən misralardır: Söz ilk nidadan bəri, Allahın nəfəsidi, Şairlər yer üzündə. Tofiq Nurəlinin özünün dediyi kimi, "hər bir yaradıcı adamın öz zəmanəsində etiraf olunmaması çox ağır məsələdir, ağrılı məsələdir. Qalan məsələlərin heç biri ilə-sözün yaxşı mənasınd... | ANL |
İstiqlal şairi Ümgülsüm. Adı istiqlalımızla qoşa çəkilən Rəsulzadələr ocağında doğulan, aylı-ulduzlu bayrağına tapınan, türklüyü ilə qürur duyan, sözü qılıncdan kəsərli, özü hələ yazılmayan şeirlərin ən gözəli, duyğuları çiçəklərin ləçəyindən incə şair Ümgülsüm xanım haqqındadı bu yazı. O, Azərbaycanda müstəqil... | ANL |
"Türk dünyasının inciləri" Mahnı Teatrında. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 25 illiyinə həsr olunmuş "Türk dünyasının inciləri" adlı konsert proqramı keçirilib. Konsertdən əvvəl çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın y... | ANL |
"Ənənəvi və müasir mədəniyyət: ziddiyyətlər və hədəflər" müzakirə olundu. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tabeliyində çalışan gənc mədəniyyət işçiləri arasında "Ənənəvi və müasir mədəniyyət: ziddiyətlər və hədəflər" mövzusunda növbəti debat-müzakirə keçirilib. Debatda Mədəniyyət Nazirliyinin regional mədəniyyə... | ANL |
İyulun 30-da Səməd Vurğunun ev-muzeyində filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun anadan olmasının 60 illik yubileyi qeyd edilib. Yubiley tədbiri çərçivəsində alimin "Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı", "Sözün o üzündə" kitabların... | ANL |
İyunun 30-da "AzərKitab"da yazıçı Aysel Əlizadənin və 8 yaşlı qızı İzel Dadaşzadənin kitablarının imza günü keçirilib. "Qadın Peyğəmbər" və "İzelin nağılları" kitablarının imzalandığı mərasimdə yazıçının qələm dostları, ailə üzvləri və media nümayəndələri iştirak ediblər. Aysel Əlizadə qızının yazdıqları ilə bağlı fik... | ANL |
Manqurtun keçmişi və keçmişsizliyi. Çoxlarına ta uşaqlıq illərindən tanış olan bu fəryad qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanındakı Manqurtla bağlı hissədəndir. Hələ orta məktəb dərsliyində romandan kiçik bir parça kimi verilən hissədə böyük faciədən söz açılır. Elə bir faciə ki, uşaq y... | ANL |
Leyla Əliyevanın kitabı Londonda nəşr olundu. Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) şeirlər kitabı Londonda işıq üzü görüb. Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük Britaniyanın “Hertfordşir Pre... | ANL |
Coşğun hisslərin poeziyası: Nurəngiz Gün. İstedadlı şairə Nurəngiz Gün poeziyasına ötən əsrin son on illərindən bələdəm və bunun bir səbəbi yaşımla bağlıdır. Sakit, dəbdəbəsiz və coşğun şeirləri onun fərdi yaradıcılıq xüsusiyyətlərilə bağlı idi. Digər qadın şairlərimizdən şeirlərindəki təbii hissləri, fikir tutumu ilə ... | ANL |
Anarın yaradıcılıq baharı. Ötən yay rəflərdə üst-üstə qalaqlanmış əlyazmalarla dolu qovluqları və kitabları səliqə-sahmana salarkən Anarın təxminən qırx il öncə (1977-ci ildə) nəşr olunmuş "Adamın adamı" kitabının səhifələri arasından bir vərəq kağız sürüşüb yerə düşdü. Vərəqdə yazıçının kitabı ilə bağlı bir neçə cümlə... | ANL |
Kiçik adamın böyük dayağı: Mirzə Cəlil. 22 fevral Azərbaycan ədəbiyyatı tarixində ən önəmli günlərdən biridir. Bu tarix yazıçı, dramaturq, publisist, jurnalist, ən nəhayətində "Böyük demokrat" olan Cəlil Məmmədquluzadənin doğum günüdür. Cəlil Məmmədquluzadə 1866-cı ildə Azərbaycanın qədim diyarı Naxçıvan şəhərində düny... | ANL |
1905-ci il inqilabı Azərbaycan ictimai-siyası həyatında böyük bir canlanma əmələ gətirmişdi. Bu canlanma ölkənin bütün sahələrində olduğu kimi, maarif sahəsində də hiss olunurdu. Sidqi, M.Mahmudbəyov, F.Köçərli, R.Əfəndiyev, S.M.Qənizadə Ü.Hacıbəyli, F.Ağazadə, S.S.Axundov, A.Şaiq və digərlərinin timsalında böyük maari... | ANL |
Milli Kitabxana UNEC-lə birgə tədbir keçirdi. Dünən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Milli Kitabxanası "Elmi-tədqiqat ili" çərçivəsində "Tədris və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların rolu: beynəlxalq standartlar və UNEC təcrübəsi" mövzusunda birgə dəyirmi mas... | ANL |
Özbəkistanda Qara Qarayev adına Mədəniyyət və İncəsənət Mərkəzi açıldı. Daşkənddə Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin açılışı olub. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə yaradılan mərkəzə ölkəmizin tarixi, mədəniyyəti, və musiqi incəsənətinə dair ço... | ANL |
Əbülfəs Qarayev Moldova nümayəndə heyətilə görüşdü. Martın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ə.Qarayev qonaqları salaml... | ANL |
Özüm boyda bir daş olub, Düşüb yığvalım başıma. Nə oyunlar qurub durdu. Olurmu yanım oduna, Zülmünü çəkim olmazın. Olurmu fərmanın gəlsin, Altında qolun olmasın?.. Haqlıyam, üzüm güldürsün, Suçluyam, həddim bildirsin. Doğrudu, gördülər məni, Gördülər, sonra gördülər. Elə bil ki sağırdılar, Kordular, sonra gördülər. Qən... | ANL |
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. Qrant Lİ ordusunu məğlub edə və Riçmondu tuta bilmədiyinə görə, Pitersburqun doqquz ay davam edən mühasirəsini qurdu. 1864-cü ilin yayında və payızında 30 iyulda daş kömür şaxtasının partlayışı ilə federallar uğursuzluğa düçar oldular və bu vaxt konfederatlar Vaşinqtonu... | ANL |
Azərbaycan Respublikasının Prezidenti 2018-ci ili - Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. Hürriyyətdən sonra b... | ANL |
Azərbaycan siyasi mühacirətinin ilk böyük itkisi - Xalq Cümhuriyyəti-100. Azadlığına qovuşmuş vətənində, qurucularından biri olduğu müstəqil Azərbaycan Cümhuriyyətində o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula,... | ANL |
“Qaranlıq dünya” problemi və Mirzə Cəlilşünaslığın yeni mərhələsi. Mirzə Cəlilin bədii inikas obyektinə çevirdiyi zamana və mühitə, yaratdığı qəhrəmanlara elmi münasibətdə sovet ədəbiyyatşünaslıq inersiyası indi də davam etməkdədir. Lakin məsələnin bu tərəfi müstəqillik dövrünün ədəbiyyatşünaslığında Mirzə Cəlil irsinə... | ANL |
Mikayıl Azaflı: Azərbaycanın qoca qartalı. Mikayıl Cabbar oğlu Zeynalov saz-söz beşiyi Tovuzun Azaflı kəndində anadan olmuş, gənclikdən aşıq sənəti onu ovsunlamış və ömrünü bu ulu sənətə həsr etmişdir. Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi.... | ANL |
Hər zaman tarixi bədii ədəbiyyatın tarix elmindən daha yaxşı, dolğun təsvir etdiyinə inanmışam. Yəqin elə buna görədir bir dövr haqqında tarixi kitablarla yanaşı, bədii ədəbiyyatı da oxuyub öyrənmək marağım. Bir də var tarixi canlı-canlı izləmək... Yox, söhbət yaşadığın dövrün tarixindən getmir, əlbəttə... Özündən illə... | ANL |
Azərbaycan milli mədəniyyətinin tərkib hissəsi olan muğamlarımız bu gün dünya musiqisində fərqli, özünəməxsus bir yer tutur. Belə bir əsrarəngiz musiqini isə üçlü ifada-xanəndə, tar və kamança birgə ifaçılığından kənarda görmək mümkün deyil. Bu üçlüyün əsas tərkib hissəsi olan tar ifaçılığının Azərbaycan mədəniyyətində... | ANL |
Anarın tərcümələri “Dünya ədəbiyyatı”nın yeni sayında. DƏRGİNİN BUGÜNLƏRDƏ ÇIXAN XÜSUSİ SAYI XALQ YAZIÇISININ TƏRCÜMƏ YARADICILIĞINA HƏSR OLUNUB. “Dünya ədəbiyyatı" dərgisinin 2018-ci ildəki ilk sayı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın tərcümə yaradıcılığına həsr edilib. AYB Bədii Tərcümə ... | ANL |
Elmi idrakla poetik qavrayışın qovşağında. Akademik Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmində xüsusi elmi məktəb yaratmış görkəmli elm xadimidir. O, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının yaradılmasının banisidir. Milli romantizm ədəbiyyatının görkəmli yaradıcıl... | ANL |
Bir mənzum məktuba cavab. Yaltadan bizim təsərrüfat müdiri, şair ürəkli Adil Qəmərlidən aldığım. mənzum məktub və ona yazdığım cavabdır. Aldım məktubunu xeyli dəyərli, Ey əziz dostumuz, Adil Qəmərli! Bil ki razı qaldıq məhəbbətindən, Qəlbə qanad verən sədaqətindən, Şirincə, duzluca hekayətindən. Şeirinə şeirlə cavab ve... | ANL |
Azərbaycan xalqının aşıq ədəbiyyatı əmanəti. “Xalq Bank” özünün “Xalq Əmanəti” layihəsi çərçivəsində üç cildlik “Aşıq ədəbiyyatı antologiyası” kitabını nəşr etmişdir ki, birinci cildə “Aşıq poeziyası”, ikinci cildə “Qəhrəmanlıq dastanları”, üçüncü cildə isə “Məhəbbət dastanları” daxildir. Yüksək peşəkarlıqla, elmi məsu... | ANL |
Bakıda Moldova ədəbiyyatı ilə bağlı tədbirlər. Dünəndən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı və Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə Bakıda "Moldova Ədəbiyyatı Günləri" keçirilir. L... | ANL |
Kiçik adamın böyük dayağı: Mirzə Cəlil. Cəlil Məmmədquluzadənin "Anamın kitabı" (1920) tragikomediyası ədəbiyyatımızda istiqlal düşüncəsinə, azərbaycançılıq əqidə və idealogiyasına həsr olunmuş ən təsirli dram əsəridir. "Anamın kitabı" - Azərbaycan milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi ... | ANL |
Kino tablosunda həyatın İran rəngləri. İran kinosunun dünyada məşhurluğu get-gedə artır. Nə gözəl ki, bir neçə gün boyunca Bakıda əsən İran kinosu rüzgarından biz də öz nəsibimizi ala bildik. Söhbət Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin ... | ANL |
Gənclərə örnək ömür yolu. Düz 26 ildir ki, təqvim ilində fevral ayını qarşılayanda qeyri-ixtiyari tariximizin qanlı səhifəsini Xocalı soyqırımını xatırlayırıq. Ötən ilin fevral ayında isə daha bir hadisənin şahidləri olduq. Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimi... | ANL |
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. Fort Samter və Vətəndaş müharibəsinin başlanması. Vəzifəsinə başladıqdan az sonra Linkoln Samter qarnizonundan mesaj aldı ki, ərzaqla təmin olunmasalar və ya köçürülməsələr, qısa müddətdə acından öləcəklər. Linkoln hərəkət etməyi bir aylıq müddətə təxirə saldı. Ona bu m... | ANL |
Nəriman Nərimanovun komisyonu. Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. Rus bolşeviklərinin Azərbaycanı hənuz istila eylədikləri günlərdəydi.... | ANL |
Gün qızandan, havanın hərarəti artandan sonra biçənəkdə çox qala bilmədim. Çünki əl tərpədib iş görən kimi tər dabanımdan süzülürdü. Güclə nəfəs alırdım, susuzluqdan dil-dodağım quruyurdu. Tərslikdən, termosdakı çay da qurtarmışdı. Əlimi bir az iti tərpətdim ki, başladığım layı vurub evə qayıdım. Dəryazın ağzı kütləşdi... | ANL |
Rəsul Rza yaradıcılığında bəşəri duyğu və fikirlərin tərənnümü. Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, Xalq şairi Rəsul Rza xalq arasında hədsiz şöhrət qazanmış, böyük istedadı, zəngin və hərtərəfli bədii təfəkkürü ilə ölümsüz əsərlər yaratmış ustad sənətkardır. O, yüksək bədii dəyəri, bəşəriliyi, millili... | ANL |
Azərbaycan mədəniyyətində İlyas Əfəndiyev fenomeni. Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığında toxunduğu mədəniyyət və mənəviyyat problemləri özəl bədii-estetik dəyərinə, ... | ANL |
Mir Cəlal nəsri müstəqillik dövrünün elmi-nəzəri düşüncəsində. ADPU-nun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor. Azərbaycan nəsrini yeni bədii düşüncə axarında inkişaf etdirərək ona yaşarılıq və başarılıq keyfiyyətləri aşılayan, elmi ədəbiyyatşünaslığı bir məktəb olaraq reallaş-dırıb ucaldan professor... | ANL |
Möcüzələrlə dolu Anar dünyası. Anar müəllimin bir müddət işdəki yoxluğu və Türkiyədə olan əməliyyat həyəcanları hamını, elə məni də narahat etməyə bilməzdi. Bilmirəm, bəlkə də yaşanan bu anların qorxusundanmı, ürək əməliyyatının adının ağırlığındanmı ağlıma belə bir fikir gəldi ki, Anar müəllim sağ-salamat qayıtsın, mü... | ANL |
XALQ ŞAİRİ FİKRƏT QOCANIN YENİ KİTABI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ ONUN AİLƏSİNƏ HƏSR OLUNUB. "Heydər Əliyev ailəsinə özümdə ruhi bağlılıq, qohumluq hiss edirəm. Sitatdan da göründüyü kimi, kitab Ümummilli lider Heydər Əliyev və onun ailəsinə həsr olunub. Gülxani Pənahın redaktoru olduğu kitab dastanvari poema təsi... | ANL |
Kamran Nəzirlidən yeni kitab. "Mütərcim" Nəşrlər Evi tanınmış yazıçı Kamran Nəzirlinin "Babalar nağıl danışmırlar" hekayələr və miniatürlər kitabını çapdan buraxıb. Kitaba yazıçının son illər qələmə aldığı 25 hekayəsi daxil edilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. "Yazıçı sevdiyi işlə məşğul olursa, yuxa... | ANL |
Parisdə xarici ölkələrin filmlər həftəsi çərçivəsində "Arşın mal alan" filminin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası "Le Balzac" kinoteatrında nümayiş olunub. AZƏRTAC xəbər verir ki, filmin nümayişi Azərbaycanın Fransadakı səfirliyi, Heydər Əliyev Fondu və Parisdə xarici ölkələrin mədəniyyə... | ANL |
Görkəmli aktyor Həsənağa Turabov yad edilib. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İdarənin mətbuat xidmətindən ... | ANL |
"Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı başa çatdı. Martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına yekun vurulub. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasın... | ANL |
Kino musiqinin, teatrın, ədəbiyyatın, təsviri sənətin sintezindən yarandı. Və bütün bu sənət növlərindən tamam fərqli, qeyri-adi janr kimi inkişaf etdi. Zaman-zaman musiqidən, sözdən, hadisədən asılılığı da azaldı. Musiqinin belə yaratmadığı həyəcanı, sözün “deyə” bilmədiyi düşüncəni, ideyanı çatdırdığı üçün kino KİNO ... | ANL |
Milli mədəniyyət incilərinin keşiyində... “XALQ ƏMANƏTİ” KİMİ NƏŞR OLUNAN ÜÇCİLDLİK “AŞIQ ƏDƏBİYYATI ANTOLOGİYASI” SÖZ XƏZİNƏMİZİN QORUNMASI VƏ TƏBLİĞİNƏ MÜHÜM TÖHFƏDİR. Dəyərli ənənəyə çevrilmiş “Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bank bu günlərdə daha bir mühüm mədəni aksiyanı həyata keçirib. 2010-cu ildə start... | ANL |
“Son dövrdə uşaq ədəbiyyatımız xeyli inkişaf edib”. FİRİDUN BƏY KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASININ DİREKTORU ŞƏHLA QƏMBƏROVA GÖRDÜKLƏRİ MÜHÜM İŞLƏRDƏN VƏ PLANLARINDAN DANIŞIB. Dünya ədəbiyyatı dərin, sonsuz bir okeana, ayrı-ayrı ədəbiyyatlar ona qovuşan dənizlərə bənzəyir. Məsələn, şifahi xalq ədəbiyyatı, mil... | ANL |
Günel Anarqızı: “Çexiya və Polşaya səfərimiz önəmli nəticələrlə yadda qaldı”. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və yazıçı-publisist Günel Anarqızı bugünlərdə Çexiya və Polşada səfərdə olublar. Səfər zamanı Praqa şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş, azərbaycanlı və israilli müə... | ANL |
“Bir ailə” bədii filminin təqdimatı oldu. 75 İL ƏVVƏL ÇƏKİLMİŞ FİLMDƏ GÖRKƏMLİ SƏNƏTKARLARIMIZ MİR CƏLAL PAŞAYEV VƏ QARA QARAYEVİN XÜSUSİ ƏMƏYİ VAR. Martın 1-də Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniy... | ANL |
Yunus Oğuzla gənclərin görüşü keçirildi. Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə yazıçı-publisist Yunus Oğuzun gənclərlə görüşü keçirilib. Görüşdə Yunus Oğuz yaradıcılığı və şəxsiyyəti haqqında gənclərə ətraflı məlumat verən AMEA-nın müxbir üzvü, akad... | ANL |
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi diplomatiya. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq ... | ANL |
Məhəmməd Əmin Rəsulzadənin bir məktubu haqqında. Vilayət QULİYEV. 1935-ci il iyunun 24-də Məhəmməd Əmin Rəsulzadə Polşa Baş Qərargahı 2 saylı Ekspoziturasının (Polşa xüsusi xidmət orqanlarının əsasən keçmiş Rusiya ərazisində kəşfiyyatla məşğul olan və Rusiyadan (SSRİ-dən) çıxmış siyasi mühacirlərlə işləyən qurum - V.Q.... | ANL |
Hörmətli qələm dostumuz Əşrəf Veysəlli! Siz ədəbi yaradıcılığa hələ 60-cı illərdən başlamısınız. Yazılarınız haqqında Xalq şairləri Rəsul Rza, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Xalq yazıçısı İlyas Əfəndiyev, akademik Bəkir Nəbiyev, filologiya elmlər doktoru Vaqif Yusifli və başqaları ... | ANL |
Beynəlxalq Muğam Mərkəzində görkəmli qoboy ifaçısı, Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlilovun 80 illik yubiley gecəsi keçirilib. AZƏRTAC xəbər verir ki, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin aparıcılığı ilə keçən tədbirdə Kamil Cəlilovun ömür yolundan bəhs edən, həmçinin, dostlarının, tanınmış elm və... | ANL |
Xalça Muzeyindən reportaj. MUZEYDƏ XANIM JURNALİSTLƏR ÜÇÜN MEDİATUR TƏŞKİL OLUNDU. Azərbaycan Xalça Muzeyində xanım jurnalistlər üçün mediatur təşkil olunub. Tədbirdə ölkənin müxtəlif media orqanlarını təmsil edən qadın jurnalistlər iştirak ediblər. Mediatur zamanı jurnalistlər muzeyin ekspozisiyasında nümayiş olunan x... | ANL |
Martın 3-də Bakıda Moldova Ədəbiyyatı Günləri çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında məşhur moldovalı yazıçı İqor Vonitskinin Azərbaycan dilinə tərcümə edilmiş "Mənə ölməyi öyrət" kitabının təqdimatı olub. Tədbirdə Moldova Respublikasının ölkəmizdəki səfiri George Leuka və Moldova Yazıçılar İt... | ANL |
Polkovnik İsrafil bəyin "Azərbaycan ordusu haqda xatirələr"inə sözardı. Son zamanlar kütləvi informasiya vasitələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı çoxlu sayda maraqlı yazılar işıq üzü görməkdədir. Həmin yazılarda Cümhuriyyət tarixinin gizli və şərəfli anlarına işıq salınaraq oxucuların diqqətin... | ANL |
Gərgin əməyin və yüksək intellektin bəhrəsi. Qısa bir zaman ərzində müstəqilliyimizin siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi nailiyyətlər ulu öndər Heydər Əliyevin elmimizin qarşısında qoyduğu vəzifələrin həllinə, tapşırdığı, tövsiyə etdiyi məsələlərin tədqiqinə diqqətin artırılmasına, bu istiqamətdə araşdırmal... | ANL |
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının direktoru Milli Kitabxanada. Dünən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZIZ) direktoru Lev Spivak Milli Kitabxanada olub. Lev Spivak Milli Kitabxananın direktoru professor Kərim Tahirovla görüşdə İsraildə çap olunan, azərbaycanlılara qarşı aparılmış etnik təmizlə... | ANL |
Cümhuriyyət ordusunun Baş Qərargah rəisi. tarix elmləri doktoru. Azərbaycan Milli Ordusunun yaradılmasında və inkişafında böyük xidmətləri olan Masey Aleksandroviç Sulkeviç XIV yüzillikdə Krımdan köç edib indiki Litva ərazisində məskunlaşan tatar ailəsində doğulub. Onun doğulduğu bölgə belə adlanırdı: Kemeyşi, Lida qəz... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.