text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Akademik Feyzulla Qasımzadə və müasirləri. ADPU-nun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor. Ümummilli Liderimiz Heydər Əliyevin şəxsən tanıdığı, zəkasını, elmini, şəxsiyyətini, müəllim kimi fədakarlığını yüksək dəyərləndirdiyi akademik Feyzulla Qasımzadənin doğum tarixinin 120 illiyinin AMEA-nın Niza...
ANL
Polkovnik İsrafil bəyin "Azərbaycan ordusu haqda xatirələr"inə sözardı. Polkovnik İsrafil bəy öz xatirələrində hərbi nazir S.Mehmandarovun Lənkəran yürüşünün nəticələri ilə bağlı imzaladığı əmrin mətnini də vermişdir. Mətn orijinala çox yaxındır. Bu isə onu deməyə əsas verir ki, öz xatirələrini yazarkən İsrafil bəyin ə...
ANL
Cümhuriyyətin AzərTAc yadigarı: yaranma zərurəti və keçdiyi yol haqqında. Azərbaycan Respublikasının varisi olan AXC dövründə yaradılmış qurumlar bu gün bir az da mürəşəkkil şəkildə ənənələri yaşatmaqda və cəmiyyətə yeni töhvələrini verməkdədir. Respublikanın baş xəbər agentliyi olan AZƏRTAC-ın Cümhuriyyət dövründə yar...
ANL
Gün işığı kimi... Mehriban xanım Əliyeva bizim zəmanəmizdə ailəni, vətəni və sülhü sevən Azərbaycan qadınının yeni simasını yaratmışdır. Bəlkə də bu obraz onun gördüyü bütün işlərin cəmi, Birinci xanımın ən qüdrətli əsəridir... "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin "LOQOS" adlı jurnalının ilk sayı işıq üzü görüb...
ANL
Esselər. Biri içəri girdi. Uzun boylu, əynində məğrurluqdan toxunmuş, mavi üst geyimi. Gəlişi ilə binada olan hamının ona sevgi və maraqla baxmağına səbəb oldu. Əlindəki sevgi, qayğı və insanlığı ilə dolu yükünü qeydiyyat stolunun üstünə qoydu. Sürətli şəkildə otağına girdi. Qapını örtdü, qapıya söykəndi və onunla üz -...
ANL
Milli Kitabxanada Beynəlxalq Qadınlar günü ilə bağlı sərgi. Martın 7-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında "8 mart-Beynəlxalq Qadınlar günüdür" adlı kitab sərgisi açılıb. Sərgidə bu günün tarixinə, tarixdə iz qoymuş məşhur qadınlar, onların həyat və yaradıcılığına, anaya aid ədəbiyyat sərgilənib. Qadınla...
ANL
Deyirlər, bir gün cavan bir qızla oğlan ailə qururlar. Gənc cütlük evliliklərinin ilk günündə öz aralarında şərt kəsirlər ki, kim gəlir gəlsin ilk gün heç kimə qapı açmayacaq, bu günümüzü yalnız özümüzə həsr edəcəyik. Qapının gözlüyündən baxırlar ki, gələn oğlanın valideynləridir. Şərtə əsasən heç biri qapını açmır. Qo...
ANL
Direktor kompyuterdəki bir neçə səhifəni nəzərdən keçirib, görülən işlərin təfsilatı ilə tanış oldu. Müəssisədə hər şeyin plan üzrə getdiyini görüb, özündə bir rahatlıq tapdı. Sonra iş masasının sağ tərəfində yerləşən aparatın yaşıl düyməsini sıxıb, sahə rəisini yanına çağırdı. Direktor başını qaldırıb yarızarafat-yarı...
ANL
Təzə tər çiçəyin idim, Solmuşam səndən sonra. Buludlar kimi özümə. Dolmuşam səndən sonra. Olmuşam səndən sonra. İtib ürəyin sevinci, Tükənib taqəti, gücü. Xatirələrə keşikci. Qalmışam səndən sonra. Talandım təklik əlində, Dərd dilləndi zildə, bəmdə. Sənsizliyi sarı simdə, Çalmışam səndən sonra. Mən daha köçmüşəm qəmə, ...
ANL
Ürəyi alovlu Əhsənlə ərköyün Qədirin sənət möcüzəsi. ... Sədəfli tarın sehrkar sarı siminin həzin ahəngi hər hansı bir azərbaycanlının ürəyini coşdurub, duyğularını riqqətə gətirməzmi? Xəyalı uzaqlara qanadlandıran tarın sarı simindən həm sevinc, həm də həzin bir kədər duymaq olar. Çünki sarı sim ilə xalqımızın ürək te...
ANL
Bu yazının bir ucundan tutub "Arzu-Qəmbər" dastanıyla da tanış oldum. Sonra da türk dünyasının ünlü folklorşünas alimi Sədnik Paşa Pirsultanlı ilə birgə "Arzu-Qəmbər"in müxtəlif variantlarını incələdik. Hər variantda sevda bir ayrı cür anladılırdı, hər xalq öz mifoloji sevgi kodeksini bir başqa cür ötürmüşdü ildən-ilə,...
ANL
Ömrümün çıxılmaz, çətin anında. Sənin varlığında, sənin yanında, Yer-göy işıqlanır, gülür bir anda, Baxışın bir məlhəm, sevgin bir məlhəm, Sanki heç çəkməyib başın dərd-sitəm! Südünlə bəsləyib, verdin qanı da. Dinlədim, doymadım həzin laylandan, Körpətək qopmadım hələ qoynundan. Sənin verdiyini heç qaytarmadan, Necə çı...
ANL
Xoreoqrafiya Akademiyasında Tofiq Quliyevə həsr olunmuş konsert. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində görkəmli bəstəkar Tofiq Quliyevin yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. Konsertdə BXA-nın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər. Bakı Xoreoqrafiya Akad...
ANL
Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. Cümhuriyyət. Məclisi-Müəssisan yığışdıqda Rusiya məmləkəti üçün hanki üsuli-idarəni qəbul edəcək? İş...
ANL
Məhəmməd Əmin Rəsulzadə Əhməd Ağaoğlu haqqında. Vilayət QULİYEV. Bolşevik işğalı altındakı tarixi vətəni Azərbaycanda səssiz-soraqsız ötüşən bu ağır itkinin türk cəmiyyətində oyandırdığı təəssürat heyrətamiz idi. Bəlkə də Atatürkün ölümündən sonra ilk dəfə Türkiyədə bir şəxsin dünyadan köçməsinə bu qədər mühüm diqqət y...
ANL
Məhəmməd Əmin RƏSULZADƏ. Ağaoğlu Əhməd bəyin şəxsində türk dünyası məşhur mütəfəkkir və mühərrirlərindən birini qeyb etdi. Türk dünyasında türkçülük cərəyanının Ziya Göyalp, Yusif Akçura kimi məşhur simaları ilə bir sırada Ağaoğlu Əhməd bəyin adını bilməyən tək bir fikir adamı da yoxdur. Türkiyənin “gənc türklər” inqil...
ANL
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. Aprelin 19-u bədbəxtlikdən xəbər verən bir hadisə ilə əlamətdar oldu. Fort Samterə açılan atəşdən sonra Vətəndaş müharibəsində ilk qan tökülməsi müşahidə edildi. Birləşmiş Ştatlar donanması taxta materialından düzəldilmiş 42 gəmi ilə 3 min mil uzunluğunda dəniz sahilini...
ANL
UNUDULMAZ ŞAİRİMİZ ƏLİAĞA KÜRÇAYLININ 90 İLLİYİNƏ. Əlövsət BƏŞİRLİ. “Günlər keçəcək, Şeirlərin gəzəcək. Müqtədir şairimiz, xeyirxahlığını heç vaxt unutmadığım Əliağa Kürçaylı haqqında xatirələr məni uzaq, unudulmaz tələbəlik illərinə aparır. O vaxt qayğıkeş müəllimlərimin - gözəl tədqiqatçı jurnalistlər Nurəddin Babaye...
ANL
Müdrikliyin özü və sözü. İsa Həbibbəyli. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik. Azərbaycan cəmiyyəti Milli Məclisin deputatı, yazıçı-publisist, Əməkdar jurnalist və bir neçə kitabın müəllifi İmamverdi İsmayılovu, hər şeydən əvvəl, özünəməxsus v...
ANL
Azər ABDULLA. Vur-tut beş aylıq tanışlıqları ərzində Seyfəlin danışdığı qəribə əhvalatlar və onun davranışı, özündən iyirmi yaş böyük, ömrü boyu tənha yaşamış qoca rəssamı yerindən oynatmışdı. Şəhərin mərkəzində yan-yana qoşa binada yaşayan tanınmış bəstəkar və yazıçı ailələrinin qızları, oğlanları bir yana, özünün otu...
ANL
Kamran Nəzirlinin tərcüməsində. Tacir Yerşakovun çay mağazasına bitişik otaqdakı hündür mizin arxasında elə Yerşakovun özü oturmuşdu; o, dəblə geyinmiş cavan bir adam idi, lakin üz-gözündən yorğunluq tökülürdü, görünür, gərgin və gur ömür sürürdü. Səliqəsiz və əyri-üyrü xəttindən, saç düzümündən və siqarının zərif qoxu...
ANL
Ürəyi bəxtəvər kişi. Ömrün nərdivanı yol olduğu kimi, yolun da nərdivanı sözdür, deyiblər. İllah da ki, o yol sənin də bələd olduğun bir ömrün 80 illik dönəmindən keçib gedirsə... Bundan qabaq da Sultan müəllimin ömrünün yuvarlaq məqamlarında onunla bağlı mətləblərdən müxtəsərcə söz salmış, ürəyimdən keçənlərin bir qəd...
ANL
Həftəsonu İçərişəhərin dolanbaclarından keçib “Marionet” teatrına çatmaq və binaya daxil olan kimi o mühiti hiss etmək ayrı bir zövqdən müjdə idi əslində. Üzeyir bəyin musiqisini, Füzulinin sözünü indi də ayrı, fərqli bir təqdimatda anlamaq imkanım olacaqdı. Ümumiyyətlə, İçərişəhər hər dəfə bir cür təsir edir insana. B...
ANL
Anar: yazıçının vətəndaşlıq mövqeyi və milli təəssübkeşliyi. Biz Anar yaradıcılığını onun lap 60-cı illər dövründən izləyənlərdənik. Əsərlərinin əksəriyyətini isti-isti müzakirə etməyə də vaxtında macal tapmışıq. Onun əsərlərinin tərəfimizdən oxunması da, yəqin ki, yaradıcılığının populyarlığından daha çox vətəndaş möv...
ANL
“Cavid Poeziya Teatrı” kitab-albomu haqqında qeydlər. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru. Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutun musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sən...
ANL
Rəmzlər dünyası”nın təqdimatı oldu. Azərbaycan Xalça Muzeyində xalçaçı rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun müəllifi olduğu “Pazırık xalısı. Rəmzlər dünyası” adlı kitabının təqdimatı keçirilib. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub. Təqdimat mərasim...
ANL
YAQUB MAHMUDOV: "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÜNYA TARİXİNİN ƏN DEMOKRATİK DÖVLƏT QURUMLARINDAN BİRİDİR". Dünən "Cümhuriyyət İli" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti - 100" m...
ANL
YAQUB MAHMUDOV: "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÜNYA TARİXİNİN ƏN DEMOKRATİK DÖVLƏT QURUMLARINDAN BİRİDİR". Dünən "Cümhuriyyət İli" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti - 100" m...
ANL
Martın 10-da Azərbaycan Milli Konservatoriyasında V Beynəlxalq muğam müsabiqəsinin açılışı olub. "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, Moldova, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və İsraildən olan musiqiçilər işti...
ANL
Cümhuriyyət Hökumətinə başçılığın Fətəli Xan Xoyski örnəyi. Generalı təmsil etdiyi dövlətlərin qoşunlarının Bakıya, Azərbaycanın paytaxtına daxil olması münasibətilə Azərbaycan hökuməti adından xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Adil Xan Ziyadxanov salamlayaraq demişdir: "Qanla bir-birindən aralan...
ANL
"Gənc Tamaşaçılar"da Milli Teatr Günü. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 145 illiyi münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Milli Teatrının 145 və Gənc Tamaşaçılar Teatrının 90 illik tarixini əks etdirən videoçarxa baxıblar. Tə...
ANL
Fərəc Qarayevin əsəri beynəlxalq festivalda səsləndiriləcək. Noyabrın 28-dən dekabrın 2-dək Moskva Filarmoniyasının P.Çaykovski adına konsert zalında "Başqa məkan" ("Druqoye prostranstvo") VI Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək. AZƏRTAC Moskva Filarmoniyasının saytına istinadla xəbər verir ki, festival çərçi...
ANL
Şair Sabir Sarvan yad edildi. Martın 11-də unudulmaz şairimiz Sabir Sarvanın vəfatından bir il ötdü. Bununla bağlı həmin gün şairin məzarı başında anım tədbiri keçirilib. Mərasimdə tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və şairin poeziyasını sevənlər iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi ...
ANL
Milli teatrın yaranmasının 145 illiyi münasibətilə martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, teatrın direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Milli teatrımızın keçdiyi inkişaf yoluna nəzər salan sənət ocağının rə...
ANL
ADMİU-da Şəhla Abbasovanın "Yeddi gözəl" adlı batika sərgisi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin 7 gözəl poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərginin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimi keçirilib. Sərg...
ANL
İnsan doğulanda ağlayır nədən? Hər şeydən imtahan verməyə gəlir. Bu dünya nəhəng bir imtahan zalı, Qarşıda suallar qalaq-qalaqdır. Kimlərsə yığacaq ən yüksək balı, Kimlərsə sınaqdan çıxmayacaqdır. İmtahan qorxusu ötməz canından, İşlər iliyinə, işlər qanına. Çıxdınmı məhəbbət imtahanından, Hazırlaş ailə imtahanına! Bili...
ANL
Cümhuriyyət Hökumətinə başçılığın Fətəli Xan Xoyski örnəyi. İlk müstəqil respublikanın Nazirlər Şurasının birinci sədri, əsl-nəcabətli, məşhur Xoyskilər nəslinin ən yüksək mənsəbə çatmış nümayəndəsi Fətəli Xan Xoyski Azərbaycanda hökumət qurmağın, Nazirlər Şurasına rəhbərlik etməyin nə demək olduğunu öz fəaliyyəti ilə ...
ANL
Sənətkar ömrü. Anar "Yaşamaq haqqı" traktatının girişində bu dəyərli əsəri qələmə alma tarixçəsindən söz açır. Məqsəd tarix boyu müxtəlif istilalardan, qanlı döyüşlərdən, faciələrdən keçən millətinin yaşamaq haqqını oxucusuna anlatmaqdır. Ölkəsinin tarixini ta qədimdən, türklüyün tarixindən başlayan yazıçı Azərbaycanı ...
ANL
Yaddaşımızda həmişə varsınız. Əziz və unudulmaz Anar müəllim! Siz çox xoşbəxt sənətkarsınız ki, ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin hansı səmtinə baxsaq, Sizin danılmaz, artıq əbədiləşmiş xidmətlərinizi görürük. Uzun illərdir ki, sizin adınızın anılmadığı, yad edilmədiyi gün yoxdur. Siz bu ümumxalq məhəb...
ANL
Cabir Novruz şair adına heç bir zaman xələl gətirmədi. yazıçı-publisist, Dövlət mükafatı laureatı. O, poeziyamıza yüksək lirizm, bədii kamillik, səmimilik, mənəvi saflıq gətirib. Cabir Novruzun populyarlığını indiki cavanlara hətta təsəvvür etmək çətindir. Belə ki, onun şeir kitabları çoxminlik tirajlara baxmayaraq, te...
ANL
"Ədəbiyyat məcmuəsi"nin yeni nəşri. Əlizadə ƏSGƏRLİ. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini. "Ədəbiyyat məcmuəsi"nin XXXI cildi çapdan çıxıb. Azərbaycan ədəbiyyatı, Ədəbiyyat nəzəriyyəsi, Ədəbi tənqid, Folklorşünaslıq, Ədəbi əlaqələr, Mətbuat tarixi və Yubileylər bölmələrində 44 məqalə ehtiva olunub....
ANL
"Cəngi" ansamblı Mahnı Teatrında konsert verdi. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakıda keçirilən "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında "Cəng...
ANL
Neftçalada şair Adilə Nəzərlə görüş oldu. Neftçala rayon mərkəzləşdirilmiş kitabxana sistemində tez-tez bir-birindən maraqlı tədbirlər keçirir, yaradıcı ziyalılarla, görkəmli şəxsiyyətlərlə, tanınmış şair və yazıçılarla görüşlər təşkil edirik. Oxucularımız bu tədbirlərdə, görüşlərdə həmişə böyük həvəslə iştirak edirlər...
ANL
Sazın qüdrətilə sözün hikmətini qovuşduran ustad. Şirindil ALIŞANLI. Filologiya elmləri doktoru, professor. Aşıq Şəmşir Miskin Abdal, Aşıq Ələsgər, Aşıq Qurbanın adı ilə bağlı böyük sənət məktəbinin bədii örnəklərini XX əsrdə yaşadan, yeni nəsillərin bədii yaddaşına kökləyən qüdrətli saz və söz ustadıdır. O, 1893-cü il...
ANL
Tariximizin faciəli səhifəsi: mart soyqırımına aid iki mühüm fraqment. 1918-ci ilin mart ayında Bakıda Stepan Şaumyanın rəhbərliyi ilə bolşevik-daşnak hərbi birləşmələrinin törətdiyi faciə ilə əlaqədar AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda iki əlyazma fraqmenti saxlanılır. Təxminən yüz il əvvəl köçürülən, ...
ANL
İttifaq MİRZƏBƏYLİ. ƏVVƏLCƏ BİR DAŞ HAQQINDA. Doğulub böyüdüyüm Mirzəbəyli kəndi ilə (Qəbələ rayonu) İmamlı kəndinin arasında, yüz illər boyu "Çinar dibi" adlandırılan geniş əkin sahəsinin kənarındakı kolluqlarda 3-4 metr uzunluğunda, bir metrdən çox eni olan nəhəng daş var idi. Dördkünclü olmasından və üstündəki heç k...
ANL
Nazim Əhmədlinin şeir dünyası. Bəli, həqiqətən də belədir. Tanrı insanları yaradır, insanlar isə Tanrını öz ruhlarında yaradırlar. Sanki hansısa bir müstəvi üzərində qururlar Tanrını. Söz adamlarının Tanrı anlayışı onun qələmindən keçir. Söz adamları Tanrını misraların, sətirlərin arasında yaradırlar. Çoxları da Tanrı ...
ANL
Novruz bayramı haqda mütəxəssis düşüncəsi. Novruz xalqımızın zəngin ənənələrə malik ən qədim bayramıdır. Ölkəmizdə hər il təntənə ilə keçirilən bu bayram bir çox Şərq xalqları tərəfindən də geniş qeyd olunur. Azərbaycanda Novruz bayramı "Bahar bayramı" kimi də tanınır. Təbii ki, xalq tərəfindən coşğun məhəbbətlə sevilə...
ANL
Qırğızıstanın baş nazirindən Xalq yazıçısı Anara yubiley təbriki. Dünən Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara Qırğızıstanın baş naziri Sapar İsakovun təbrik məktubunu təqdim edib. Məktubda deyilir: "Hörmətli Anar Rəsul oğlu, 80 illik...
ANL
Milli Kitabxanada Xalq yazıçısı Anarla bağlı sərgi. Martın 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 80 illik yubileyi münasibətilə "Xalq yazıçısı Anar" adlı kitab sərgisi təşkil edilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının Azərbaycan v...
ANL
“Sərdabənin sirri” tarixi romanı Azərbaycan dilində. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Ukrayna nasiri Nikolay Xomiçin “Sərdabənin sirri” kitabı işıq üzü görüb. Onun əsərlərinin əsas mövzusunu itirilmiş tarixi yaddaşın bərpası təşkil edir. “Sərdabənin sirri” romanı qədim Kiyev-Rus dövlət...
ANL
Gün qızandan, havanın hərarəti artandan sonra biçənəkdə çox qala bilmədim. Çünki əl tərpədib iş görən kimi tər dabanımdan süzülürdü. Güclə nəfəs alırdım, susuzluqdan dil-dodağım quruyurdu. Tərslikdən, termosdakı çay da qurtarmışdı. Əlimi bir az iti tərpətdim ki, başladığım layı vurub evə qayıdım. Dəryazın ağzı kütləşdi...
ANL
Rəsul Rza yaradıcılığında bəşəri duyğu və fikirlərin tərənnümü. Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, Xalq şairi Rəsul Rza xalq arasında hədsiz şöhrət qazanmış, böyük istedadı, zəngin və hərtərəfli bədii təfəkkürü ilə ölümsüz əsərlər yaratmış ustad sənətkardır. O, yüksək bədii dəyəri, bəşəriliyi, millili...
ANL
Özüm boyda bir daş olub, Düşüb yığvalım başıma. Nə oyunlar qurub durdu. Olurmu yanım oduna, Zülmünü çəkim olmazın. Olurmu fərmanın gəlsin, Altında qolun olmasın?.. Haqlıyam, üzüm güldürsün, Suçluyam, həddim bildirsin. Doğrudu, gördülər məni, Gördülər, sonra gördülər. Elə bil ki sağırdılar, Kordular, sonra gördülər. Qən...
ANL
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. Qrant Lİ ordusunu məğlub edə və Riçmondu tuta bilmədiyinə görə, Pitersburqun doqquz ay davam edən mühasirəsini qurdu. 1864-cü ilin yayında və payızında 30 iyulda daş kömür şaxtasının partlayışı ilə federallar uğursuzluğa düçar oldular və bu vaxt konfederatlar Vaşinqtonu...
ANL
Azərbaycan Respublikasının Prezidenti 2018-ci ili - Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. Hürriyyətdən sonra b...
ANL
Azərbaycan siyasi mühacirətinin ilk böyük itkisi - Xalq Cümhuriyyəti-100. Azadlığına qovuşmuş vətənində, qurucularından biri olduğu müstəqil Azərbaycan Cümhuriyyətində o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula,...
ANL
“Qaranlıq dünya” problemi və Mirzə Cəlilşünaslığın yeni mərhələsi. Mirzə Cəlilin bədii inikas obyektinə çevirdiyi zamana və mühitə, yaratdığı qəhrəmanlara elmi münasibətdə sovet ədəbiyyatşünaslıq inersiyası indi də davam etməkdədir. Lakin məsələnin bu tərəfi müstəqillik dövrünün ədəbiyyatşünaslığında Mirzə Cəlil irsinə...
ANL
Mikayıl Azaflı: Azərbaycanın qoca qartalı. Mikayıl Cabbar oğlu Zeynalov saz-söz beşiyi Tovuzun Azaflı kəndində anadan olmuş, gənclikdən aşıq sənəti onu ovsunlamış və ömrünü bu ulu sənətə həsr etmişdir. Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi....
ANL
Hər zaman tarixi bədii ədəbiyyatın tarix elmindən daha yaxşı, dolğun təsvir etdiyinə inanmışam. Yəqin elə buna görədir bir dövr haqqında tarixi kitablarla yanaşı, bədii ədəbiyyatı da oxuyub öyrənmək marağım. Bir də var tarixi canlı-canlı izləmək... Yox, söhbət yaşadığın dövrün tarixindən getmir, əlbəttə... Özündən illə...
ANL
Azərbaycan milli mədəniyyətinin tərkib hissəsi olan muğamlarımız bu gün dünya musiqisində fərqli, özünəməxsus bir yer tutur. Belə bir əsrarəngiz musiqini isə üçlü ifada-xanəndə, tar və kamança birgə ifaçılığından kənarda görmək mümkün deyil. Bu üçlüyün əsas tərkib hissəsi olan tar ifaçılığının Azərbaycan mədəniyyətində...
ANL
Anarın tərcümələri “Dünya ədəbiyyatı”nın yeni sayında. DƏRGİNİN BUGÜNLƏRDƏ ÇIXAN XÜSUSİ SAYI XALQ YAZIÇISININ TƏRCÜMƏ YARADICILIĞINA HƏSR OLUNUB. “Dünya ədəbiyyatı" dərgisinin 2018-ci ildəki ilk sayı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın tərcümə yaradıcılığına həsr edilib. AYB Bədii Tərcümə ...
ANL
Elmi idrakla poetik qavrayışın qovşağında. Akademik Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmində xüsusi elmi məktəb yaratmış görkəmli elm xadimidir. O, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının yaradılmasının banisidir. Milli romantizm ədəbiyyatının görkəmli yaradıcıl...
ANL
Bir mənzum məktuba cavab. Yaltadan bizim təsərrüfat müdiri, şair ürəkli Adil Qəmərlidən aldığım. mənzum məktub və ona yazdığım cavabdır. Aldım məktubunu xeyli dəyərli, Ey əziz dostumuz, Adil Qəmərli! Bil ki razı qaldıq məhəbbətindən, Qəlbə qanad verən sədaqətindən, Şirincə, duzluca hekayətindən. Şeirinə şeirlə cavab ve...
ANL
Azərbaycan xalqının aşıq ədəbiyyatı əmanəti. “Xalq Bank” özünün “Xalq Əmanəti” layihəsi çərçivəsində üç cildlik “Aşıq ədəbiyyatı antologiyası” kitabını nəşr etmişdir ki, birinci cildə “Aşıq poeziyası”, ikinci cildə “Qəhrəmanlıq dastanları”, üçüncü cildə isə “Məhəbbət dastanları” daxildir. Yüksək peşəkarlıqla, elmi məsu...
ANL
Azərbaycan mədəniyyətində İlyas Əfəndiyev fenomeni. Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığında toxunduğu mədəniyyət və mənəviyyat problemləri özəl bədii-estetik dəyərinə, ...
ANL
Mir Cəlal nəsri müstəqillik dövrünün elmi-nəzəri düşüncəsində. ADPU-nun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor. Azərbaycan nəsrini yeni bədii düşüncə axarında inkişaf etdirərək ona yaşarılıq və başarılıq keyfiyyətləri aşılayan, elmi ədəbiyyatşünaslığı bir məktəb olaraq reallaş-dırıb ucaldan professor...
ANL
Möcüzələrlə dolu Anar dünyası. Anar müəllimin bir müddət işdəki yoxluğu və Türkiyədə olan əməliyyat həyəcanları hamını, elə məni də narahat etməyə bilməzdi. Bilmirəm, bəlkə də yaşanan bu anların qorxusundanmı, ürək əməliyyatının adının ağırlığındanmı ağlıma belə bir fikir gəldi ki, Anar müəllim sağ-salamat qayıtsın, mü...
ANL
XALQ ŞAİRİ FİKRƏT QOCANIN YENİ KİTABI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ ONUN AİLƏSİNƏ HƏSR OLUNUB. "Heydər Əliyev ailəsinə özümdə ruhi bağlılıq, qohumluq hiss edirəm. Sitatdan da göründüyü kimi, kitab Ümummilli lider Heydər Əliyev və onun ailəsinə həsr olunub. Gülxani Pənahın redaktoru olduğu kitab dastanvari poema təsi...
ANL
Kamran Nəzirlidən yeni kitab. "Mütərcim" Nəşrlər Evi tanınmış yazıçı Kamran Nəzirlinin "Babalar nağıl danışmırlar" hekayələr və miniatürlər kitabını çapdan buraxıb. Kitaba yazıçının son illər qələmə aldığı 25 hekayəsi daxil edilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. "Yazıçı sevdiyi işlə məşğul olursa, yuxa...
ANL
Parisdə xarici ölkələrin filmlər həftəsi çərçivəsində "Arşın mal alan" filminin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası "Le Balzac" kinoteatrında nümayiş olunub. AZƏRTAC xəbər verir ki, filmin nümayişi Azərbaycanın Fransadakı səfirliyi, Heydər Əliyev Fondu və Parisdə xarici ölkələrin mədəniyyə...
ANL
Görkəmli aktyor Həsənağa Turabov yad edilib. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İdarənin mətbuat xidmətindən ...
ANL
"Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı başa çatdı. Martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına yekun vurulub. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasın...
ANL
Örnək həyat yolu. Azərbaycanın mərhum Prezidenti, Ümummilli lider Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant, şəhid Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Haqqında danışdığımız bu qəhrəmanı bəlkə də respublikamızda, bölgəmizdə ...
ANL
"Mehmanxana sahibəsi"nin səhnədə yeni cilvəsi. İtalyan ədibi Çezare Paveze deyir ki, qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər. Karlo Qaldoninin "Mehmanxana sahibəsi" əsərinin baş qəhrəmanı Mirandolina məhz belə qadınlardandır. O, daxilən güclü və inadkar qadın olsa da, h...
ANL
Azərbaycanlı musiqiçi Vyanada konsertlər verdi. Gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Vyana şəhərində yerləşən "ALMA" qalereyasında iki klassik konsert proqramı ilə çıxış edib. Avstriyada fəaliyyət göstərən "Culture Meeting Point" mədəniyyət qurumu tərəfindən t...
ANL
"Könül inciləri" sərgisi açılıb. Xətai Sənət Mərkəzində gənc modelyer rəssam Könül İncinin "Könül inciləri" adlı fərdi sərgisi açılıb. Sərgidə modelyer-rəssamın 30-dək əsəri təqdim olunub. Sərginin açılışından öncə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi şurasını...
ANL
Dünya miqyaslı ziyalı. Moskvada "Literaturnaya qazeta"da Anarın yubileyi ilə bağlı yazı çıxıb. Yazını oxucularımıza təqdim edirik. Bu gün doğrudan da yalnız Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının böyük bayramı deyil, həm də dünyanın ziyalı zümrəsinin, bədii-elmi elitasının bayramıdır. Azərbaycanın Xalq yaz...
ANL
Cümhuriyyət fədaisi: görkəmli hərb xadimi Həbib bəy Səlimov. "Azərbaycanın sərhəd mühafizəsi tarixindən" kitabı üzərində işləyərkən tanış olduğum arxiv sənədlərində 1919-1920-ci illərdə respublikanın cənub sərhədlərinin Muğana və xüsusilə Lənkərana aid hissəsində mühafizə məsələlərinin təşkili, ümumiyyətlə, ilk müstəqi...
ANL
Şahin Musaoğlunun mahnılarından biri belə adlanır. Ön xətdə bu adla keçiriləcək tədbirə tələsirik. Gül gülə söykənib, çiçək çiçəyə, həzin-həzin əsən meh ləçək-ləçək gəzişir. Bu ilahi sığal ləçəkləri təravətləndirir, ağaclar çiçək gözləriylə göy üzünə göz gəzdirir. Belə ecazkar gözəlliyi qoruyanların əlini sıxacağımız, ...
ANL
"Başlıca prinsip valideyn məmnunluğunun təmin edilməsidir". MƏHƏBBƏT VƏLİYEVA: "ELEKTRON ƏRİZƏ QƏBULU İLƏ ƏLAQƏDAR VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ OPERATİV ŞƏKİLDƏ CAVABLANDIRILIR". Bakı şəhəri üzrə elektron sistem vasitəsilə I sinfə qəbul prosesi davam edir. Fevralın 22-dən bu günədək valideynlərin böyük əksəriyyəti övladını el...
ANL
Yaponiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi müzakirə olundu. Martın 24-dən və 25-dək Yaponiyada keçirilən Mərkəzi Asiya Elmi Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi müzakirə olunub. Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dissertantı Güntəkin Məmmədova bil...
ANL
Milli Rəqəmsal Yaddaş: sosial şəbəkə istifadəçiləri üçün etibarlı mənbə. Son illər sürətlə həyatımıza daxil olan sosial şəbəkələr yaşamımızın ayrılmaz tərkib hissəsinə çevriliblər. Çox az qrup insan tapmaq olar ki, facebook, whatsapp, twitter, youtube, instagram, linkedin və s. kimi sosial şəbəkələrdən istifadə etməsin...
ANL
Göyərçinlinin qonağı. İllər öz işini görmüşdü. İşləmək üçün artıq səhhətim yol vermirdi. Direktorun təkidli xahişinə baxmayaraq ərizəmi yazıb işlərimi təhvil verdim. İnstitutdan çıxıb evə gəldim. Əşyaları əsasən kitablardan ibarət olan bir otaqlı mənzilim sanki birdən-birə daha da daraldı, məni sıxmağa başladı. Şəhərin...
ANL
Anar: yazıçının vətəndaşlıq mövqeyi və milli təəssübkeşliyi. Biz Anar yaradıcılığını onun lap 60-cı illər dövründən izləyənlərdənik. Əsərlərinin əksəriyyətini isti-isti müzakirə etməyə də vaxtında macal tapmışıq. Onun əsərlərinin tərəfimizdən oxunması da, yəqin ki, yaradıcılığının populyarlığından daha çox vətəndaş möv...
ANL
“Cavid Poeziya Teatrı” kitab-albomu haqqında qeydlər. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru. Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutun musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sən...
ANL
Rəmzlər dünyası”nın təqdimatı oldu. Azərbaycan Xalça Muzeyində xalçaçı rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun müəllifi olduğu “Pazırık xalısı. Rəmzlər dünyası” adlı kitabının təqdimatı keçirilib. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub. Təqdimat mərasim...
ANL
Göyərçinlinin qonağı. İllər öz işini görmüşdü. İşləmək üçün artıq səhhətim yol vermirdi. Direktorun təkidli xahişinə baxmayaraq ərizəmi yazıb işlərimi təhvil verdim. İnstitutdan çıxıb evə gəldim. Əşyaları əsasən kitablardan ibarət olan bir otaqlı mənzilim sanki birdən-birə daha da daraldı, məni sıxmağa başladı. Şəhərin...
ANL
Səmimi insan, etibarlı dost, peşəkar jurnalist və ictimai xadim... Mübaliğəsiz və tam əminliklə söyləyə bilərəm ki, bu sözlər Qafar Əsgərzadə şəxsiyyətində öz təcəssümünü tapır. Onunla tanışlığım birgə çalışdığımız Bakı Slavyan Universitetində baş tutdu. Dərs fasiləsi zamanı etdiyimiz qısa söhbətdə diqqətimi ilk cəlb e...
ANL
Cümhuriyyət fədaisi: görkəmli hərb xadimi Həbib bəy Səlimov. 1918-ci ilin avqustunda H.Səlimov artıq Qafqaz İslam Ordusunun qərargah rəisi idi. Bolşevik-daşnak birləşmələrinə qarşı qızğın döyüşlərin getdiyi Gəncə-Bakı istiqamətində dəmir yolu xətti boyunca irəliləyən Cənub qrupunun komandiri H.Səlimovun təşkilatçılıq q...
ANL
Yaşamaq, yaratmaq ona yaraşırdı. Qəzənfər PAŞAYEV. Həyat qəribədir, bəzən təsadüfən tanış olduğun adam səndə elə dərin təəssürat yaradır ki, istər-istəməz onunla indiyə qədər tanış olmadığına təəssüflənirsən. İndiki kimi yadımdadır, bizi yazıçı Mustafa Çəmənli tanış edəndə o dedi: "Qəzənfər müəllimi yaxşı tanıyıram. On...
ANL
Qarabağa qayıdışın ilk cığırı: Cocuq Mərcanlı. Şəlalə MƏHYƏDDİNQIZI. Azərbaycan Radiosunun redaktoru. Övladlarımız hər il Bahar bayramında, yaz tətilində Qəbələyə, ana yurduna səfər edirdilər. Bu dəfə isə istiqaməti dəyişdik. Atalarının arzusu ilə Füzuliyə yola düşdük... Elə hey deyirdi ki, darıxmışam oralar üçün. Bird...
ANL
Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunan tamaşadan əvvəl çıxış edən teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov yeni yaradılan səhnə haqqında məlumat verib. Azərbaycanın böyük teatr xadimi Abbas Mirzə Şərifzadənin adını daşıyan səhnədə nümayiş olunan ilk tamaşadır: "Yeni yaradılan səhnəmizi...
ANL
Səmimi insan, etibarlı dost, peşəkar jurnalist və ictimai xadim... Mübaliğəsiz və tam əminliklə söyləyə bilərəm ki, bu sözlər Qafar Əsgərzadə şəxsiyyətində öz təcəssümünü tapır. Onunla tanışlığım birgə çalışdığımız Bakı Slavyan Universitetində baş tutdu. Dərs fasiləsi zamanı etdiyimiz qısa söhbətdə diqqətimi ilk cəlb e...
ANL
Cümhuriyyət fədaisi: görkəmli hərb xadimi Həbib bəy Səlimov. 1918-ci ilin avqustunda H.Səlimov artıq Qafqaz İslam Ordusunun qərargah rəisi idi. Bolşevik-daşnak birləşmələrinə qarşı qızğın döyüşlərin getdiyi Gəncə-Bakı istiqamətində dəmir yolu xətti boyunca irəliləyən Cənub qrupunun komandiri H.Səlimovun təşkilatçılıq q...
ANL
Yaşamaq, yaratmaq ona yaraşırdı. Qəzənfər PAŞAYEV. Həyat qəribədir, bəzən təsadüfən tanış olduğun adam səndə elə dərin təəssürat yaradır ki, istər-istəməz onunla indiyə qədər tanış olmadığına təəssüflənirsən. İndiki kimi yadımdadır, bizi yazıçı Mustafa Çəmənli tanış edəndə o dedi: "Qəzənfər müəllimi yaxşı tanıyıram. On...
ANL
Qarabağa qayıdışın ilk cığırı: Cocuq Mərcanlı. Şəlalə MƏHYƏDDİNQIZI. Azərbaycan Radiosunun redaktoru. Övladlarımız hər il Bahar bayramında, yaz tətilində Qəbələyə, ana yurduna səfər edirdilər. Bu dəfə isə istiqaməti dəyişdik. Atalarının arzusu ilə Füzuliyə yola düşdük... Elə hey deyirdi ki, darıxmışam oralar üçün. Bird...
ANL
Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunan tamaşadan əvvəl çıxış edən teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov yeni yaradılan səhnə haqqında məlumat verib. Azərbaycanın böyük teatr xadimi Abbas Mirzə Şərifzadənin adını daşıyan səhnədə nümayiş olunan ilk tamaşadır: "Yeni yaradılan səhnəmizi...
ANL
Böyük ürək sahibi. Qəribə və maraqlı tale yolu keçib. Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalında, Masis rayonunda dünyaya göz açıb. Knyaz Mirzəyev lap kiçik yaşlarından Azərbaycan, kürd, rus dillərini mükəmməl öyrənib. Şübhəsiz, mənfur qonşularımızın da dilini o cümlədən. Orta məktəbdə möhtəşəm hafizəsiylə hamının rəğ...
ANL
Şair Adil Həsənoğlunun "Daşlaşmış haray" poeması haqqında düşüncələr. 1980-ci illərdə görkəmli şair Əliağa Kürçaylının daşla bağlı silsilə şeirlərini oxumuşdum. O dövr üçün həmin şeirlər ədəbi tənqidin diqqətindən yayınmadı və uzun müddət daşlara bağlı düşüncəni müasir ədəbi prosesə çevirə bildi. Şair Adil Həsənoğlu ik...
ANL