text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Güvənilən ədəbi şəxsiyyət. Əziz və unudulmaz Elçin müəllim! Sizin şəxsiyyətiniz və çoxyönlü yaradıcılığınız haqqında düşünəndə elə bildim axar-baxarlı uca bir dağın ətəyində dayanmışam. Siz dəryanəfəs bir sənətkarsınız. Yaradıcı əməyinizin miqyası o qədər böyük, əzəmətli və hüdudsuzdur ki, hansı səmtdən yanaşmaqda adam...
ANL
Haqqında tez-tez, uzun-uzun düşündüyüm mövzulardan biridir insanın ömrünün bəzi məqamlarında, ya da elə həmişə olduğu yerə, daşıdığı kimliyə aid hiss etməməsi. Yəni olduğunuz yerdə, daşıdığınız kimlikdə Siz yox, bir başqası olmalı imiş. Siz isə həqiqətdə olmalı olduğunuz yerdə deyilsiniz. Siz siz deyilsiniz... İ...
ANL
Düşündürən poeziya. İnqilab İsaq (Rzayev) vaxtilə Gəncə Pedaqoji Universitetində oxuduğu zaman universitetin "Yüksəliş" qəzetində şeirlər dərc etdirirdi. Biz ədəbiyyat fakültəsinin başqa-başqa kurslarında oxusaq da, onu yaradıcı bir gənc kimi tanıyır, yazdığı şeirlərini həvəslə oxuyurduq. Qəzetin o vaxtkı redaktor...
ANL
Sevginin poetik ovqatı - payızlaşan ədəbi düşüncələr. Allahverdi EMİNOV. Hər dəfə şeirdən yazanda onun ictimai motivlərindən öncə oxucu olaraq məndə hansı sevgi hisslərini oyadacağını düşünürəm. Və qərarım bu olur: poeziya emosiyaların tüğyanıdır ki, doğulur, ilk misralarından son sətirlərinə qədər ruhdur, şairin...
ANL
Mayın 13-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, professor, Əməkdar incəsənət xadimi, "İstiqlal", "Şərəf" və "Şöhrət" ordenli, Xalq yazıçısı Elçinin anadan olmasının 75 illiyi münasibətilə "Xalq yazıçısı Elçin" adlı geniş tərtibatda...
ANL
Xalq yazıçısı Anarın 80 illiyiylə bağlı bır sıra xarici mətbuat səhifələrində yazılar çıxıb. Moskvada "Literaturnaya qazeta"da Abuzər Bağırovun "Dünya miqyaslı ziyalı" yazısından başqa "Nauka i reliqiya" jurnalında da yazıçı haqqında "Anar. “Prostranstvo buduşeqo" adlı yazı və Göz muncuğu" povestinin bir fəsli dərc o...
ANL
Mayın 13-də Azərbaycan Bəstəkarlar İttifaqının kollektivi, musiqi ictimaiyyətinin nümayəndələri dünya şöhrətli bəstəkar Qara Qarayevin xatirəsini anmaq üçün Fəxri xiyabanda olublar. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Qara Qarayevin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, ...
ANL
Gilyotinin ağzında bitən həyatlar. Şahanə MÜŞFİQ. Dahi fransız yazıçısı Viktor Hüqo ölüm ərəfəsində yaradıcılığına yekun vuraraq özü haqqında deyir: "Mən öz kitablarımda, dram, nəsr əsərlərimdə kiçik və bədbəxt adamları müdafiə etmişəm, təlxəyin, nökərin, məhbusun da insan hüququ olduğunu göstərmişəm". Heç şübhə...
ANL
Ədəbiyyat adamı. Sevinməyimin səbəbi – bu yaş həddinə illərin və hadisələrin axarıyla zatən dəyişmədən, həmin nəcibliklə, şəxsiyyət, alim və yazıçı kamilliyi, dərin elmi-analitik təfəkkür, ədəbiyyata və ədəbiyyat adamlarına hər zaman duyduğunuz sevgi və sədaqətinizlə gəlib çatmağınızdır. Kövrəlməyimin səbəbi – ...
ANL
Heydər Əliyev irsi ədəbiyyatşünaslıq elminin ideoloji mənbəyi kimi. Azərbaycan ədəbiyyatı və ümumən, ictimai-elmi fikrinin inkişafında Azərbaycan xalqının böyük oğlu Ulu öndər Heydər Əliyev mühüm rol oynayıb. Bu uzaqgörən liderin müdrik fikirləri ədəbiyyatımızın, eyni zamanda, ədəbiyyatşünaslığımızın milli idey...
ANL
Bəsirə ƏZİZƏLİYEVA. Filologiya üzrə fəlsəfə doktoru, dosent. Muhsin Kadıoğlu ilə birlikdə Türkiyə türkcəsində yazdığımız "Bakı Gezi Rehberi" - "Bakı Turu bələdçisi" kitabı türkiyəli yazar, tədqiqatçı alim və kulturoloqun dünyanın çox müxtəlif ölkələrini gəzərək şəxsi görüşləri, araşdırmaları sayəsində ərsəyə g...
ANL
Son illər Masallıda inkişafın qoşa qanadı olaraq mənəvi dəyərlərin təbliğinə də önəmli yer verilir. Uğurla həyata keçirilən Dövlət Proqramına uyğun olaraq abadlıq, quruculuq, mühüm layihələrin həyata keçirilməsi kimi geniş sfera yaradılmaqla mədəni həyatımızdakı inkişafa keçilməsi artıq ənənəyə dönüb. Ziyalıların, yara...
ANL
"Unudulmayanlar"dan Şövkət Ələkbərova. "Şövkət Ələkbərovanın səsinin xəritəsi ilə öncə qarış-qarış Azərbaycanı, sonra isə bütün dünyanı gəzmək olar". Həmin gün orada Muğam mərkəzinin və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə keçirilən "Unudulmayanlar" layihəsi çərçivəsində Xalq artisti, böyük sənətkar, bənzər...
ANL
Nəsillərin söhbəti, yaxud varislik motivləri. Hörmətli Nəriman müəllim! ... Atamın evinin divarlarından, müxtəlif ölçülü çərçivələrdə bir neçə şəkil asılıb. O çərçivələrdəki şəkillərdən biri, atamın universitet vinetkasıdır. Ədəbiyyat - dil tariximizi yaradanlar. Atam öz müəllimləri haqqında danışmağı çox sevər...
ANL
AMEA Nizami adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor. Sinonim statusunda səslənən bu qoşa məfhumun mənsub olduğu məkanın böyük sivilizasiyaya, ən qədim tarixə və zəngin mədəniyyətə sahibliyini isbatlamaq üçün uzaq ölkələrin arxivlərində, muz...
ANL
Görkəmli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-nun və bu qurum yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun Parisdəki mənzil...
ANL
Dünən Milli Kitabxanada ümumtürk və Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, şair, ədəbiyyatşünas, mətnşünas, türkoloq, dilçi-alim, professor Bəkir Vahab oğlu Çobanzadənin anadan olmasının 125 illiyi münasibətilə "Bəkir Çobanzadə-125" adlı sərgi açılıb. Sərgidə dilçi alimin Azərbaycan, rus və tatar dillərində...
ANL
Yazıçı Kamran Nəzirli "Humay" milli mükafatına layiq görüldü. "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və "Humay" Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan "Humay" milli mükafatının təqdimat mərasimi keçirilib. "Humay" Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində f...
ANL
AMEA Nizami adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor. Zirədə Əziz Məhəmməd nəslinə uzun onilliklər "Əzməmmədlilər" deyə müraciət edirmişlər. Klassik ədəbiyyatımızın görkəmli tədqiqatçısı, fəlsəfə doktoru, əslən zirəli olan Xəlil Hüseynov bu ...
ANL
KİŞİLƏR BAYRAMI. Fevral ayının iyirmi üçü, Təbriklər söylədi birisi mənə. O daha ölübdür bu millət üçün, O ölüm bizlərin oyanmasıdır. Əsir torpaqları geri alanda, Kişilər bayramı olacaq, qağa. Göydə ulduzumdur, dağlarda zirvəm, Çəməndə çiçəyim, gülüm olubdur. Hələ mən deməklə mən, mən deyiləm, Məni mən eyləyən dilim ...
ANL
"Türkologiya" jurnalının növbəti seminarı keçirilib. Dünən "Türkologiya" jurnalının nəzdində növbəti beynəlxalq seminar keçirilib. Budəfəki seminarın qonağı Türkiyənin Qazi Univerisitetinin professoru Mehman Musaoğlu olub. Professor M.Musaoğlu "Türkoloji dilçilik: problemlər, perspektivlər və təkliflər" mövzusunda mə...
ANL
Mollanəsrəddinşünaslığa dəyərli töhfə. Azərbaycan satirik mətbuatının zirvəsi olan "Molla Nəsrəddin" jurnalı bir əsrdən artıqdır ki, qərarlaşdığı ucalığı qoruyub saxlamaqdadır. Çünki məramı azadlıq hərəkatına rəvac vermək, demokratik ideyaları yaşatmaq, xalqına məxsus milli dəyərləri qorumaq, ideoloji axınlara q...
ANL
Kamran Nəzirlinin yeni kitabı işıq üzü gördü. Bugünlərdə Azərbaycan və Belarus Yazıçılar birliklərinin üzvü Kamran Nəzirlinin "Babalar nağıl danışmırlar" hekayələr kitabı işıq üzü görüb. "Mütərcim" nəşriyyatında çap olunan 200 səhifəlik kitabın ön sözü əvəzində müəllifin ədəbiyyat, nəsr, xüsusən hekayə janrı ha...
ANL
Avrasiya Yazarlar Birliyinin (AYB) mətbu orqanı "Kardeş kalemler"in yeni sayı qazax şairi Rafael Niyazbekin 75 illik yubileyinə həsr olunub. Dərgidəki ilk material da yubilyara aiddir. Burada onun tərcümeyi halı və şeirləri verilib. "Qazaxıstan" bölməsini Rafael Niyazbek haqqında Abzal Saparbekulinin "Zamanla dərdləşə...
ANL
"Qobustan" sənət toplusunun yeni sayı işıq üzü görüb. Toplu ənənəvi olaraq baş redaktordan "Qırx sətir" rubrikası ilə başlayır. Burada Vaqif Əlixanlı "Leyli və Məcnun"un yubiley tamaşasından söz açır. "İslam vurğunu Yeva de Vitray-Meyeroviç" məqaləsi də bu rubrikadadır. Camal Aydın "İslamın gülər üzünü görən xanım..."...
ANL
Azərbaycanın ilk torpaq və əmək naziri - Əkbərağa Şeyxülislamov. tarix elmləri doktoru. Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış xadimlərindən olan Əkbər ağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildə İrəvan şəhərində anadan olub. Orta təhslini İrəvandakı Gimnaziyada aldıqdan sonra Ə.Şeyxülislamov Peterburqa gedib, orad...
ANL
Mir Cəlalın romanları yeni araşdırmalar kontekstində. Filologiya elmlər doktoru, professor Təyyar Salamoğlunun yenicə çapdan çıxmış "Mir Cəlalın bədii nəsri və müasirlik" (metodoloji münasibət konteksində)" (Bakı 2018) adlı elmi monoqrafiyasını diqqətlə oxudum və kitabla bağlı fikirlərimi oxucularla bölüşmək is...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin dil və əlifba qərarları. Parlament sənədləri üzərində apardığımız tədqiqatların nəticələrinə əsasən deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay müstəqil olmasına baxmayaraq, həmin dövr ədəbi dilimizin tarixində xüsusi bir hissəni təşkil edir. Biz tədqiqatımızda yalnız dil mə...
ANL
Əhməd QƏŞƏMOĞLU. Hər xalqın qəlbində. qəlbi qeybə köklənən, haqq aşiqi deyilən, haqqın dediyini deyən. doğru şairlərindi, o şairlərin gözlərindəki işıq. ilahi göylərindi... ilahinin işığıdı. o şairlərin şeirlərindəki işıq. şeirlərdəki işıq. tarixə işıq salır, torpağa işıq salır, vətənə işıq salır. gözəl şairlər ölmür -...
ANL
Türk-islam mədəniyyətinin Paytaxtı Naxçıvan və XI əsr şairimiz Qətran Təbrizi. Bu gün iftixarla demək olar ki, türk-islam mədəniyyətinin mərkəzlərindən biri olan Naxçıvan islam mədəniyyəti tarixinə Osmanlı sultanı və türk-islam müdrikliyinin təmsilçisi Mövlana Cəlaləddin Ruminin şəxsi həkimi olmuş təbiblər-təbib...
ANL
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. Linkolnun arvadı Meri Todd. Bu qadın haqqında tarixçilər müxtəlif fikirlər irəli sürür, onu gah ilk gündən ərini ilhamlandıran, siyasətdə uğurlar qazanmasından ötrü cəhdlər edən qadın kimi, gah da əsəbi durumu heç vaxt taraz olmayan, tez özündən çıxan, özünü idarə...
ANL
Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. Çarlıq Rusiyanın süqutundan təqribən bir ay sonra, 1917 sənəsi nisanın ortalarında Bakının məruf “İsmailiyyə” bina...
ANL
“Sonuncu” III Şəki Beynəlxalq Teatr Festivalında. Mayın 18-də Qusar Mədəniyyət Mərkəzində “Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində YUĞ Teatrının “Sonuncu” tamaşası təqdim olunub. Əsərin müəllifi Pərvin, quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğludur. Tamaşada əsas rolları əməkdar arti...
ANL
Belə vaxtlarda adətən kitab oxuyur, yola körpü salıb uzaq yolu yaxın eləməyə çalışıram. Ümidsizcəsinə əlimdə olan İPad-a əl gəzdirdim. Elə ilk baxışdan epizodlar məni maqnit kimi özünə çəkdi. Mərhum rejissor Nicat Feyzullayevin bu filmi paradokslarla dolu idi: Ağrı, acı, nakamlıq, puç olmuş arzular, saralmış gəncl...
ANL
Təranə Məmmədova: “Bizim işimizin mahiyyəti insana xidmətdən ibarətdir”. Son zamanlar ölkəmizdə psixologiya sahəsinin inkişafına xüsusi diqqət göstərilir, bu sahədə bacarıqlı kadr hazırlığı üçün istər ali məktəblərdə, istərsə də özəl kurslarda, mərkəzlərdə geniş imkanlar yaradılır. Son illərdə bu istiqamətdə gör...
ANL
Bir cümhuriyyət xadimi: Leon Kriçinski. Vilayət QULİYEV. Qardaşların həyat yolu və taleyi biri-birinə çox bənzəyirdi. Leon da ali təhsilini Peterburq universitetinin hüquq fakültəsində almışdı. Burada əsasən Polşa tatarlarından ibarət “Müsəlman tələbələr dərnəyi”ni qurmuş və fəaliyyətinə rəhbərlik etmişdi. Dərnəy...
ANL
Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anıldı. Mayın 17-də İçərişəhərdə Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 138-ci ildönümü və sənətkarın adını daşıyan mənzil-muzeyin yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Əzim Əzimzadə ev-muzeyinin direktoru, tənqidçi, sənətşünas İradə Əzimzad...
ANL
Yazıçı və hüquqşünas Mustafa bəy Əlibəyov: erməni-bolşevik məkrinin qurbanı. XX əsrin əvvəllərində Şəkidə ədəbi mühitin inkişafında Rəşid bəy Əfəndizadə, Abdulla bəy Əfəndizadə, Salman Mümtaz, Rəcəb Əfəndizadə və digərləri kimi xalqına sonsuz məhəbbətinə cavab olaraq sovet repressiya maşınında əzilmiş Mustafa ...
ANL
"Ədəbiyyatı uşaqlıqdan sevmişəm". Görüş məktəbin müəllimi, AYB-nin üzvü, gənc yazar Aygün Məmmədzadənin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü çərçivəsində baş tutub. Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iş...
ANL
Kiçik küçəmizin Böyük rəssamı. Əyalət və Sənətkar. Mənim doğulduğum ata ocağı cənub mirvarisi Astarada, Qum küçəsində yerləşir, sovet dönəmində Leninin adını daşıyırdı. Bu kiçik və səliqəli asfalt küçə şəhərin girəcəyindəki bayraq meydanından başlayıb Azərbaycanla İranın sərhəd dirəklərinə dirənir, uzunluğu 2 kilom...
ANL
Bugünlərdə Neftçaladakı Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Muğan bölməsi və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə AYB-nin Cənubi Azərbaycan ədəbiyyatı bölməsinin sədri Sayman Aruzun yaradıcılığına həsr olunmuş "Cənubi Azərbaycana salam" adlı görüş keçirilib. Tədb...
ANL
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov. 1917-ci ildə Rusiyada fevral-burjua inqilabı baş verdikdən sonra martın 9-da Dövlət Dumasının beş nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya komitəsi yaradıldı. Komitədə sənaye və ticarət işlərinə rəhbərlik azərbaycanlı deputat Məmməd Yusif Cəfəro...
ANL
Azərbaycanın tanınmış musiqiçiləri ABŞ-da cümhuriyyətlə bağlı tədbirdə iştirak ediblər. Amerika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cumhuriyyətinin yaranmasının 100 illiyi İllinoisdə qeyd edilib. Bununla bağlı qala gecədə İllinoisdə yaşayan Azərbaycan Cəmiyyət...
ANL
Dilçilik terminlərinin izahlı lüğəti. Dildə xalqın mənəviyyatı, mənəviyyatda isə xalqın dili mövcuddur (Humbolt). Bu baxımdan xalqın həm mənəviyyatında, həm də dilində çoxsayda terminlər təsvir olunur. Həmin terminlərin mühüm bir hissəsi də linqvistik terminlərdir. Bu terminlər elmi əsərlərdə istifadə olunduğu ki...
ANL
Müsahibimiz Sabirabad rayonunda yaşayıb-yaradan şair Şahnaz Şahindir. - Şahnaz xanım, bu günlərdə Azərbaycan Yazıçılar Birliyi tərəfindən "Rəsul Rza mükafatı"na layiq görüldünüz. Bu münasibətlə sizi təbrik edirik və təəssüratlarınızı öyrənmək istərdik. Etiraf edim ki, bu mükafat mənim gözlədiyim, illərlə ona doğru yol...
ANL
Hulusi Kılıç: "Xalqlarımızı bir-birinə daha yaxından tanıtmalıyıq". Türkiyənin tanınmış diplomatı, Hulusi Kılıçın adı Azərbaycanda da hamıya tanışdır. Ötən ilin fevral ayından diplomat kimi təqaüdə çıxan diplomat bundan sonra Türk dünyası ilə daha yaxından məşğul olacağını bildirir. Bu günlərdə H.Kılıça Türk Dünyas...
ANL
Hekayənin bayramı. MİR CƏLAL ADINA HEKAYƏ MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB. Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən "Ədibin Evi"nin (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1929-1941-ci illərdə yaşadığı ünvan) müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədilə elan etdiyi Mir Cəlal...
ANL
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Kuratorluğunu rəssamlar Aygün və Elnurə İsgənd...
ANL
Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanası ilə birgə keçirdiyi tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb. O, Milli Kitabxanasının yaranma tarixindən və bugünkü nailiyyətlərindən danışıb. Professor söyləyib ki, Milli Kitabxana Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata ...
ANL
"Təfəkkür" Universitetində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş konfrans. Dünən Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edən Universitetin rektoru, professor Rahim Hüseynov bildir...
ANL
Rüstəm İbrahimbəyovdan Azərbaycana qarşı hörmətsizlik. ƏLİ HƏSƏNOV: "İSTƏRDİM Kİ, HƏR BİR AZƏRBAYCANLI KİNOREJİSSOR AYAZ SALAYEVİN MƏQALƏSİNİ OXUSUN VƏ RÜSTƏM İBRAHİMBƏYOV ADLANAN MİLLİ DÖNÜYƏ MÜNASİBƏT BİLDİRSİN". Kinorejissor Ayaz Salayev Rusiyada yaşayan həmkarı, "Milli Şura" adlı qurumun həmsədri Rüstəm İbr...
ANL
Əlimərdan bəy Topçubaşovun diplomatik görüşləri yeni kitab formatında. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley bayramı ərəfəsində daha bir kitab nəşr edildi. Məmnunluq hissi ilə qeyd edək ki, Cümhuriyyətimizin 100 illiyi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi Sərəcamından tutmuş bu sah...
ANL
İstiqlal mücahidi: Türkiyə ordusunun generalı Səməd bəy Rəfibəyli. Xalqımızın milli mübarizə tarixində böyük rol oynamış tanınmış nəsillər arasında Rəfibəylilərin xüsusi rolu vardır. Bu nəsil-şəcərənin Azərbaycan xalqına bəxş etdiyi mübariz oğul və qızlar haqqında çox danışılmış, xeyli yazılmışdır. Lakin vətənpər...
ANL
Azərbaycan səhnəsinin zadəganı. Nizaməddin ŞƏMSİZADƏ. Mən də avqust ayından bəri xəstə idim. Özümü toparlayıb ona zəng etdim. Çox zəif, lakin həmişəki kimi nikbin səslə danışırdı. Özümə də, ona da təsəlli üçün (hərçənd təsəlli verməkdən zəhləm gedir!) Göz yaşlarıma qarışıb, böyük Səməd Vurğunun məşhur misraları gəldi: ...
ANL
Aşıq Şəmşirin Heydər Əliyevə həsr etdiyi şeirlərdən ibarət bədii qiraət müsabiqəsinə yekun vurulub. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ustad aşıq Dədə Şəmşirin Ulu Öndər Heydər ...
ANL
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov. Bunu həmin gün Qolikovun tərtib etdiyi sənəd də təsdiqləyir. "Mən Azərbaycan FK İƏH Əks-kəşfiyyat şöbəsinin rəisi Qolikov həbs edilmiş Babayev Əbdüləli, Babayev Məmməd Əli, Nəriman Qasım oğlu və b. işi üzrə 894 və 685 saylı işlərlə onların gi...
ANL
Ədəbiyyat yolunda fədakarlıq: Gülafət Davudova nümunəsi. Tərcümə sənəti ədəbiyyatın ən mühüm qollarından biridir. Tərcüməçini belə demək mümkündürsə, ədəbiyyatlar arasındakı əlaqə də adlandıra bilərik. Son dövrlər Azərbaycan ədəbiyyatında da tərcüməçilik getdikcə inkişaf etməkdə, müxtəlif xalqların və dövlətlərin ədə...
ANL
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. Abraham Linkolnun parlaqlığı solmayan şərəfi. Çoxları onun şəhid olduğunu düşünürdü. Hər iki söz rəmz xarakteri daşımaqla, xristianlar üçün müqəddəs günlər hesab edilir. Yüzlərlə natiq bu hadisə ilə əlaqədar moizə oxudu. Onlardan bəziləri bu faktda hadisənin sadə...
ANL
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİ İLİ ELAN ETMİŞDİR. Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keç...
ANL
SONA XANIM VƏLİYEVANIN MONOQRAFİYASI CAVİDŞÜNASLIĞA VƏ ÜMUMƏN ƏDƏBİYYATŞÜNASLIĞA BÖYÜK TÖHFƏ KİMİ. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin yaradıcılığı tanınmış ədəbiyyatşünaslardan akademik M.C.Cəfərov, akademik İ.Həbibbəyli, M.Əlioğlu, Ə.İbadoğlu, V.Osmanlı, professorlar K.Əliyev, T.Məmmə...
ANL
Rəsul Rzanın sənət qüdrəti. İsa HƏBİBBƏYLİ. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik. Bununla bağlı mayın 20-də şairin vətəni Göyçayda Əli Kərim adına şəhər parkında “Əbədiyaşar ədiblər” kompleksinin açılışı olub. Kompleksin açılışında Göyça...
ANL
Cümhuriyyət sənədlərinin etibarlı saxlancı. Əsgər RƏSULOV. Filologiya elmləri doktoru, professor. “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”. Epiqraf seçilən kəlam müstəqil Azərbayc...
ANL
Bakı Dövlət Universitetinin yaradıcılarından biri - Məhəmməd ağa Şahtaxtlı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlət müstəqilliyi tarixində özünəməxsus yer tutur. Şərqdə ilk parlamentli respublika olan bu siyasi qurum az müddət yaşamasına baxmayaraq mədəni və ictimai-siyasi sahədə həyata keçirdiyi tədbirlə...
ANL
Vilayət QULİYEV. Həmin gün sevinc və həyəcanla dolub-daşan Bakıdan min kilometrlərlə uzaqda - Parisdə bu təntənələrin apogeyi sayıla biləcək mühüm bir siyasi hadisə baş verdi - sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tarixə konfransın memarı və məşhur “Vilson prinsiplə...
ANL
Zamana məxsus sənətkar... Məryəm ƏLİZADƏ. Sənətşünaslıq doktoru, professor. Azərbaycan mədəniyyətinin tarixi inkişaf yoluna nəzər salanda belə bir qanunauyğunluq üzə çıxır: qos-qocaman mədəniyyətimiz söz üzərində bərqərar olunub. Və buna görə də sözün özəl çəkisi bütün başqa meyar və səciyyələrdən daha ağır və t...
ANL
Cümhuriyyətimizin 100 illiyinə dəyərli töhfə. Çar hakimiyyəti müsəlmanların, o sıradan Azərbaycan türklərinin ali təhsil almasına hər vasitə ilə əngəl törədir, hətta bəzi ali məktəblərə qəbul olunmaq üçün şəxsən çarın özü onlara icazə verirdi. Buna baxmayaraq azərbaycanlıların savadlanmaq həvəsi bütün maneələri aşdı...
ANL
Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Dövlət başçısının sərəncamında da milli dövlətçilik salnaməsinin m...
ANL
Bəyaz pərdədə azadlıq şəfəqləri. Şahanə MÜŞFİQ. Xüsusən, may ayında, lap dəqiqi, son günlərdə azərbaycanlı olmağımla yüz qat artıq qürur duydum, fərəhləndim. Bu ili yubileylər ili adlandırsaq da, bu yubileylərin içərisində biri var ki, damarında azərbaycanlı qanı axan hər kəs üçün ən əziz, ən əlamətdar gündür. Azə...
ANL
"Ədəbiyyat adamı" mükafatı sahiblərinə təqdim olundu. Azərbaycan Yaradıcılıq Fondunun yeni layihəsi "Ədəbiyyat adamı-2018" in mükafatlandırma mərasimi keçirilib. Mərasimdə fondun rəhbərliyi, üzvləri, mükafatçılar, tanınmış ədəbiyyat adamları və KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Fondun s...
ANL
Üç rəngli Bayraq. Azərbaycan Xalq. Cümhuriyyətinin. Titrəmir, tərpənmir. ətrafda bir yarpaq belə. Sükutu əridən. Əlimdə tutduğum. ağappaq varaq da belə. Gözüm seçən qədər. Kölgələr elə bil tablo - düzülüb torpağın üstə. qəfildən bir bayraq. çırpınır qanadlanır, uçurur məni səmaya. Bir də baxın, Millətin, Cümhuriyyətin....
ANL
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, Hacəttepə Universiteti "Sözlük Araşdırmaları Mərkəzi"nin direktoru, professor Şükrü Haluk Akalınla görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim...
ANL
Naxçıvan peşəkar teatrı və mədəni inkişaf prosesi. Teatr mədəni inkişaf üçün mühüm nailiyyətlərdən biridir. Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra böyük mədəniyyət və ziyalılar yurdu olan Naxçıvanda da tərəqqipərvər ziyalıların fəallığı ilə ilk peşəkar teatrın əsası qoyulub. Beləliklə, uzun ə...
ANL
BİLİK FONDU AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNƏ SİLSİLƏ TƏDBİRLƏR HƏSR EDİR. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələn tələblər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən uğurla həyata ...
ANL
CÜMHURİYYƏTƏ MƏHƏBBƏTLƏ. Türkiyədə yaşayan Azərbaycanlı rəssamların yubiley sərgisi haqqında. Bu gün xəyalən hamımızın qürurla xatırladığı 1918-ci ilə qayıtmalı olsaq, onda öncə o vaxt müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin gələcəkdə mövcudluğunun Bakının erməni-bolşevik qoşunları tərəfindən iş...
ANL
Filologiya elmləri doktoru. Ədəbiyyatda belə hadisələrlə həmişə qarşılaşmaq mümkündür. Bilirəm ki, Cavad Zeynal yaradıcılığa şeirlə başlayıb, amma çox keçmədən hekayələr yazıb və uzun müddət də onu hamı bir nasir kimi tanıyıb. Onun hekayələri öz təbiiliyi, təsvir etdiyi kənd həyatının koloritli təqdimi ilə diqqəti cəl...
ANL
Almaz ÜLVİ. Filologiya elmləri doktoru. Tamara xanım Şərifli son dərəcə kübar, həm də gözəl bir xanım idi. 80 yaşının tamamında yenə də həmin gözəlliyi çöhrəsində idi. Əslində, Tamara xanım vəfatından bir həftə əvvəl elmi fəaliyyəti haqqında bəzi qeydləri və fotosunu verərək, bəlkə lazım olar, - dedi. Amma ömrün tama...
ANL
ÇƏRÇİVƏ. Gözlərinə çəkilən. soyuq çərçivədi dünya. Son anda anladın ki, həyat dar çərçivədi. Gecə sürünüb düşür. divardakı kölgəsinə. Xəyallar var, səninlə pıçıldaşıb danışan. Vərəqlər olmayanda. şeiri əllərinə yaz. sözlər dodaqlarından, yollar ayaqlarından, küçələr gözlərindən qaçar... qaçar, qaçar, durarsan baxa-bax...
ANL
Düşündürən musiqi. Firəngiz ƏLİZADƏ. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor. "Sənətkarları gəmilərə bənzətmək olar: bəziləri geniş, sahilsiz, fırtınalı və həmişə yeniliklərlə dolu olan dənizə çıxır, başqaları isə qasırğa və təhlükədən uzaq, sakit limanda lövbər salıb dayanır...". Bu po...
ANL
İftixar hissilə vərəqlənən sanballı nəşr. UNUDULMAZ TARİXİ ŞƏXSİYYƏT NƏRİMAN NƏRİMANOVLA BAĞLI ALBOM-KİTAB HAQQINDA DÜŞÜNCƏLƏR. Şəfəq NASİR. Filologiya üzrə fəlsəfə doktoru. Bütün zamanlarda tarixi şəxsiyyətlər, ictimai-siyasi xadimlər mənsub olduqları xalqın milli varlığının aynasında həmişə böyük və əzəmətli g...
ANL
"Aşıq musiqisi axşamları" layihəsinə yekun vuruldu. Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsinin sonuncu konsert proqramı təqdim olunub. AZƏRTAC xəbər verir ki, mayın 29-da keçirilən "Yeni səslər, qədim havalar" adlı konsertdə Əməkdar İncəsənət Xadimi Sənubər Bağırova çıxış edərək layihənin əhəm...
ANL
Avrasiya Yazarlar Birliyinin (AYB) mətbu orqanı "Kardeş kalemler"in may sayı böyük qazax şairi Ğalim Jaylıbaya həsr olunub. Dərgi şairin tərcümeyi-halı və şeirləri ilə açılır. Şeirləri Türkiyə türkcəsinə Nərgiz Birayla Cəmilə Lınacı uyğunlaşdırıb. "Qazaxıstan"dan yazılar da Ğalim Jaylıbaya həsr olunub. Şair haqqında Te...
ANL
Nafiə Abidin həbsi və sənədlər onun ömür yolu haqqında. DTK serjantı Avakova da Nafiə xanımı axtarıb tapmaq və həbs etmək haqda əmr verilibmiş. Avakova onu Batumda həbs edib Bakıya gətirir. Bakıda Nafiə xanımın istintaqı başlayır. İstintaq heç də asan keçmir. İstintaq işindəki pasportdakı şəklindən yaraşıqlı və ...
ANL
1980-ci ildə o vaxtkı Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib təyinatla göndərildiyimiz Elmlər Akademiyasının laboratoriyalarının birinin divarından asılmış plakatdakı bir cümlə diqqətimizi cəlb etdi. Rusca yazılmış o cümlə tərcümədə bu mənanı verirdi: "Elmin bilinməyən yollarını kəşf etmək a...
ANL
Cavidşünaslıqda yeni mərhələ. Azərbaycan ədəbiyyatında elə yaradıcı şəxsiyyətlər, elə bədii düşüncə sahibləri var ki, onların öz bədii əsərlərində təqdim etdikləri estetik ideallar, sənətkarlıq məqamları ətrafında nə qədər tədqiqatlar aparılsa da, az görünür, bir sıra hallarda yeni yanaşmalara, yeni interpretasiy...
ANL
Mirəli Seyidov - "Azərbaycan xalqının soykökünü düşünərkən". Görkəmli mifoloq-folklorşünas Mirəli Seyidov bütün ömrü boyu Azərbaycan mifik təfəkkürünün qaynaqları, xalq mərasimləri, etnogenez məsələləri ilə ciddi məşğul olmuş, ümumtürk mifologiyasının əsas qaynaqlarının, ortaq dəyərlərinin müəyyənləşdirilməsi və ...
ANL
Azərbaycan ədliyyəsi: bir əsrlik inkişaf yolu. Bu il ədliyyə işçiləri 22 noyabr gününü peşə bayramıkimi qeyd etməklə yanaşı, Azərbaycan ədliyyəsinin 100 illik yubileyini də bütün xalqımızla birlikdə təntənəli şəkildə bayram etməyə hazırlaşırlar. Azərbaycan ədliyyəsinin dövlətçilik tarixində özünəməxsus yeri va...
ANL
Böyük dönüşə yol açan tarixi çağırış. QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq. Hər bir xalqın və dövlətin tarixində həlledici, taleyüklü anlar, əsaslı dönüş məqamları vardır. Bu kimi məqamlarda xalqın önündə, dövlətin sükanı arxasında güclü, müdrik liderlər olması həyati önəm daşıyır. Yalnız bu halda ...
ANL
Nafiə Abidin Amerikadakı və Türkiyədəki nəvələri. Nafiə Abidin bədii yaradıcılığı. 1928-ci ildə İstanbuldakı Orxaniyyə mətbəəsində ərəb əlifbası ilə basılmış "İstiqlal uğrunda" şeirlər toplusu (Toplunun fotosurətini 1997-ci ildə TRT Azərbaycan şöbəsinin müdiri Seyfəddin Altaylı mənə bağışlayıb) "Milli Azərbaycan...
ANL
Əməkdar müəllim. Fəsil dəyişəndə. Sarı köynəyini geyinib bağlar, Meşədə yarpaqlar Xəzərə dönüb. Heyranı olduğum dilbər qovaqlar. Şalını itirən gözələ dönüb. Duyulur nəfəsi çənin, ayazın, Küləklər bayatı çağırır yenə. Durub ayrıcında qışla payızın, Baxıram arxaya, baxıram önə. Gəmim haraylayıb neçə sahili, Son liman...
ANL
Noyabrın 1-də Azərbaycan Universitetinin müəllimi, ədəbiyyatşünas, professor Asif Hacılının "XX əsr ədəbi düşüncələr tarixi" xatirələr, manifestlər, konsepsiyalar kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Univeritetində baş tutan tədbiri giriş sözüylə universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasını...
ANL
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqı...
ANL
Gülüstan Əliyevanın yaradıcılığında yeni səhifə. Oktyabrın 31-də Azərbaycan Milli Konservatoriyasında Əməkdar artist Gülüstan Əliyevanın "Zabul" film-kompozisiyası təqdim olunub. Etibar Babayevin rejissor yozumunda meydana gələn gələn filmin təqdimat mərasiminə tanınmış sənətkarlar, ziyalılar, tələbələr və media...
ANL
Yolüstü mənzil. Bu dünya bir qəfəsdi, Burda bizi yaşadan. Məhəbbətdir, həvəsdi. Bu dünya bir qəfəsdi. Fikrət bu qədər bəsdi. Baxımsız kənd yoludu. Bir köhlənin belində. Bir oğlanı gördülər. Əsə-əsə qaçırdı. Bu dünya gör-götürdü. Həmin yerdə olardın.
ANL
Rəsul Rza yaradıcılığında poema janrının sənətkarlıq xüsusiyyətləri. Ənvər ƏHMƏD. Filologiya üzrə fəlsəfə doktoru. XX əsr Azərbaycanın poeziyasının banilərindən biri olan Rəsul Rza yaradıcılığının ilk mərhələsindən fəlsəfi lirikaya, poeziyada keşməkeşlərin ədəbi-fəlsəfi ümumiləşdirilməsinə can atıb, Şərq poetik...
ANL
Fizika ilə Lirikanın vəhdəti. Təhsil eksperti, fəlsəfə doktoru. 1979-cu ildə pakistanlı fizik Əbdüs Salamla birgə fizika sahəsində Nobel mükafatına layiq görülmüş Stiven Vaynberq "Müasir elmin mənbəyi" adlı sonuncu kitabında yazır: "Mənə belə gəlir ki, Qədim yunan mütəfəkkirlərinin əsərlərini yaxşı qavramaq üçün onları...
ANL
Mikayıl Müşfiqin 110 illiyi silsilə tədbirlərlə qeyd edildi. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbində Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə ədəbi-bədii kompozisiya keçirilib. BXA-nın professor-müəllim və tələbə-şagird heyətinin qatıldığı tədbiri giriş sözü ilə m...
ANL
Kamal Abdulla "Unutmağa kimsə yox"un ikinci nəşrini imzaladı. Nəşriyyat Kamal Abdullanın "Unutmağa kimsə yox..." romanının yeni nəşrini bu yaxınlarda oxucuların ixtiyarına verib. Nəşriyyat kitabı dil, ideya, üslub baxımından analoqu olmayan fakt kimi dəyərləndirərək təkrar çap edib. ...Kolumb Hindistanı axtarıb Amerik...
ANL
Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr olunan "Kardeş kalemler" Aylıq Avrasiya Ədəbiyyatı Jurnalının 142-ci sayı nəşr olunub. Oxucular burada onun yeni şeirləri ilə tanış olacaqlar. Nergis Biray-Səma Eynəlin "Əhməd Cavad Axundzadə" məqaləsinı Ə.Cavadın şeirləri izləyir. İsmayıl Dəlihəsənin şeirləri, Necdət Ekic...
ANL
Yubileydən yubileyə, üç romantikam! AMEA NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN 85 İLLİYİNƏ. AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli 2013-cü il 19 iyun tarixindən Ədəbiyyat İnstitutunun direktoru olaraq fəaliyyətinə İnstitutun 80 illik yubiley təntənələrindən başladı... Ədəbiyyat İ...
ANL
Alim adının aydın gerçəkliyi. Filologiya üzrə elmlər doktoru Məhəmmədəli Mustafayev elmi mühitdə öz imzasını təsdiq edib, ədəbiyyatşünaslıq sahəsində sözü, mövqeyi olan alim kimi tanınıb. Onun həyat və fəaliyyət yolu zəngindir. İlk təhsilini doğulduğu kənddə alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoj...
ANL