text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Yunan filosofu Evripid “Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı varlıq yoxdur” deyirdi. Qadınlar dünyanın ən müəmmalı varlığıdır: dərindən də dərin, qəlizdən də qəlizdir. Bir-birilərini kateqoriyalara bölürlər. Həmcinslərini qınayırlar, rəqabət ortamı yaradırlar. Öz aralarında fələyin belə barmaq dişləyib heyrə... | ANL |
Yazıçı və oxucu: fərddən kütləyəcən. Hansı mövzuda, hansı üslubda romanlar çox satılır? Günümüzün ən çox eşidilən suallarıdır bunlar. Müasir ədəbiyyatın kütləyə hesablanmış roman nümunələri uğurlu satışı ilə kitab mağazalarına olan marağa, bu sahibkarlığın inkişafına yüksələn xətlə təsir edir. “Kitab rəflərində adlar... | ANL |
Azərbaycan mədəniyyətində Həsənağa Turabov fenomeni. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tolstoy Anton Çexovun yaradıcılığı haqqında belə deyib: “Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yoxa çıxsaydı və təkcə Çexovun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya xalqlarında aydın təsəvvür... | ANL |
İspaniya - düşüncələr və unudulmaz xatirələr. (Əvvəli ötən şənbə saylarımızda). “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. Frankonun II Dünya müharibəsində Ox dövlətləri ilə ittifaqa girməsi, onun Qərb demokratiyaları tərəfindən izolyasiya edilməsin... | ANL |
Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. “Azərbaycan istiqlal günü münasibətilə “Yaş Türkistan”ın mühüm bir məqaləsi. Parisdə, Türki... | ANL |
Saqanı sevirsinizmi? “SALAM, KƏDƏR”İN MÜƏLLİFİNƏ FRANSA ƏDƏBİ MƏTBUATININ YENİ BAXIŞI. Seyfəddin Hüseynli ruscadan çevirib. Yetkinlik yaşına çatmadığı üçün onun yerinə naşirlərlə müqaviləni valideynləri imzalamış, qonorarını da onlar almışdılar: hər addımında böyüklərinin razılığı tələb olunurdu. Romanın adını o, lap... | ANL |
Bu gün kommunikasiya özünün “qızıl” dövrünü yaşayır. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) sayəsində ünsiyyətə o qədər məhkumuq ki, istəsək də ondan uzaq dura bilmərik. Mahiyyətcə onlar bir-birinə çox yaxındır - insanlar arasında informasiya mübadiləsinə əsaslanan əlaqə mənasını ifadə edir. Lüğətləri... | ANL |
Bu ilin sentyabr ayında bütün zamanların və zəmanələrin ən böyük yazıçılarından birinin - Lev Nikolayeviç Tolstoyun 190 yaşı tamam oldu... Təkcə rus yox, dünya ədəbiyyatı klassikinin istər bioqrafiyasına, istərsə də yaradıcılığına nəzər salanda rəqəmlər əhəmiyyətini itirir. Bu günlərdə rus tənqidçisi Lev Aninnskini... | ANL |
Elə Rəşad Məcidin səsində də həmin təəccüb, həmin məhrəm-doğma inamsızlıq vardı. Sonra da vərdişkarı olduğumuz iynəli-istiotlu zarafat: - Dramaturgiyanı təhvil verib cavanlara, siz də bir yazını ona çox görürsünüz. Hə, bu yazını sifarişlə yazıram. Amma bir redaktorun bir dramaturq, bir əziz adam haqqında elədiyi bu sif... | ANL |
Azərbaycan Moda Həftəsinin 8-ci mövsümü açıldı. AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən layihənin art-direktoru Sayat Dossıbayev həftə boyu təqdim ediləcək geyimlərdən və keçiriləcək görüşlərdən söz açıb. Bildirilib ki, “Azerbaijan Fashion Week”in təşkilatçıları, Muzey Mərkəzi və şəxsən onun direktoru L... | ANL |
Hacı Xanməmmədovun yaradıcılığı haqqında məruzələr dinlənildi. Dünən Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov açaraq görkəmli ... | ANL |
“YUĞ” Teatrı beynəlxalq festivalda. Azərbaycan Dövlət “YUĞ” Teatrının kollektivi Türkiyədə keçirilən V Şəhər Teatrları Görüşü Festivalında iştirak edib. Teatrdan bildirilib ki, Adana şəhərində reallaşan festivala Mədəniyyət Nazirliyinin dəstəyi ilə qatılan sənət ocağının yaradıcı heyəti ölkəmizi “Təklif. Səhnə ə... | ANL |
Fikrət Qoca misralarının kinomuzdakı ahəngi. “Gənclik illərimdə ilk şeirlərimi çap etdirərkən çox istəyirdim ki, şeirlərimə musiqi bəstələnsin. Amma bəzi şair dostlarım məni inandırdı ki, şeirlərim musiqiyə yatmaz: “Sənin misraların sərtdir, dəmir parçaları, şüşə qırıntıları kimidir. Onları tül kimi zərif musiqiy... | ANL |
Rizvanın alın yazısında həmin səadətli anların məhz bu günə təsadüf etməsi varmış. Lakin təqvimin bu səhifəsi həm də Azərbaycan musiqi mədəniyyətinin tarixində həmişəlik qalacaq məsud bir gündür. Çünki bu axşam səhnəmizin sevindirici yeni bir hadisəsi baş tutub, Bakıda, Heydər Əliyev Sarayında Azərbaycanın ilk ro... | ANL |
Şanlı tarixin dəyərli salnaməsi. “Bu müzəffər xalqın (türklərin) bircə tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar... Bu fikirlər Cavanşir Feyziyevin yenicə işıq üzü görmüş 5 cildlik “Türk dünyası” kitabından götürülüb. İlk dəfə öz kitabını daşdan yaradan, öyüdlərini gələcək... | ANL |
Həmin ədəbiyyat ab-havası sırf insani hiss-həyəcanlarla birlikdə institutun çox səmimi, hətta mən deyim ki, ailəvi bir aurasını yaratmışdı və bu da təsadüfi deyildi, çünki o auranın altında çalışan insanların hiss-həyəcanları, sevincləri və kədərləri ilə ədəbiyyat arasında ən sıxı bir bağlılıq var idi. Mən yux... | ANL |
Əməkdar jurnalist Bəbir Hüseynovun 85 yaşı qeyd olundu. AZƏRBAYCAN MƏTBUAT ŞURASI ADINDAN YUBİLYARA MİLLİ MƏTBUATIN İNKİŞAFINDA XİDMƏTLƏRİNƏ GÖRƏ XÜSUSİ DİPLOM TƏQDİM EDİLDİ. Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası və Ahıl Jurnalistlər Məclisinin birgə təşkilatçılığı ilə Əməkdar jurnalist Bəbir... | ANL |
Güləmail Muradın "Aprel döyüşləri" kitabı təqdim edildi. Dünən Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair Güləmail Muradın "Aprel döyüşləri" kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda AYB rəhbərliyi, tanınmış ziyalılar, ədəbiyyat xadimləri və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sö... | ANL |
Xalqa xidmətdə keçən ziyalı ömrü. Xeyli müddət idi ki, ev şəraitində müalicə olunurdum. Ayağımın yanığı dərin olduğundan həkimlər yerimdən qalxmağı qəti qadağan etmişdilər. Ömrümdə xəstəlikdən yatağa düşməmişdim. Odur ki, belə vəziyyətimə görə özümü çox naqolay hiss edirdim. Akif müəllim isə ölkəmizdə "Leçkomissi... | ANL |
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin şəxsi arxivi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Sənətkarın şəxsi arxivini Əlyazmalar İstitutuna 1965-ci ildə həyat yoldaşı Məleykə xanım tə... | ANL |
Bakıda V Beynəlxalq Teatr Konfransı işə başladı. Trend-in məlumatına görə, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə realla... | ANL |
Qaşqay xalqının böyük itkisi. ÜNLÜ MUSİQİÇİ FƏRHAD QORQİNPUR DÜNYASINI DƏYİŞİB. Əmin Cahangir Niya zəng vuraraq qaşqay musiqisinin təbliğində və gənc musiqiçilərin hazırlanmasında böyük əməyi olan Fərhad Qorqinpurun avqustun 31-də haqqa qovuşduğunu bildirdi. Adətən, ölüm xəbərindən söhbət gedəndə onu acı xəbər ... | ANL |
Şair, ədəbiyyatşünas, professor Rafiq Yusifoğlunu yazılarından xeyli sonra tanımışam. Elə bu tanışlığa səbəb də yenə onun yazıları, xüsusilə uşaqlar üçün yazdığı "Bayraq" şeiri olub. İstərdim, "Bayraq" şeirini ilk dəfə oxuyanda necə hisslər keçirdiyimi, sevindiyimi paylaşım. Bir gün dost evinə qonaq getmişdik. Onda mə... | ANL |
Noyabrın 5-də Qarabağ nisgilli, Ağdam həsrətli daha bir ziyalımız - yazıçı-publisist Surxay Xasay oğlu Əlibəyli haqq dünyasında qovuşdu. Elə mən də bu yazıya başlıq fikirləşəndə belə bir bənzətmənin ağlıma necə gəldiyinə təəccüb etmişdim... Əvvəlcə özümə də namünasib görünmüşdü. Amma məhz onun son on altı ildə doğ... | ANL |
Qədim Basqal nurlu sabaha doğru. Əməkdar jurnalist, tarix elmləri doktoru. Azərbaycanda bir neçə iri yaşayış məntəqəsi mövcuddur ki, onlar orta əsr şəhər mədəniyyəti elementlərini bu gün də özündə yaşadır. Onlardan da tarixi baxımdan ən az öyrəniləni məhz Basqaldır. Doğrusu, ayrı-ayrı müəlliflər tərəfindən Basqal... | ANL |
Ədəbiyyatımızda istiqlal ideyalarının tərənnümü. Milli müstəqil dövlətçiliyimizin qurucularından olan görkəmli mütəfəkkir, böyük ictimai-siyasi xadim, yazıçı və publisist Məhəmməd Əmin Rəsulzadə, həm də ədəbiyyatşünas-tənqidçi kimi elmi-nəzəri fikir tariximizdə əhəmiyyətli yer tutur. Onun XX əsrin I yarısındakı milli ... | ANL |
Mingəçevir adında hər kəsə mərhəm olan qəribə bir doğmalıq, sevgi var. Mingəçevir deyəndə gözümüz, könlümüz işıqlanır, ruhumuz sevinir. Elektriksiz, işıqsız həyat artıq xəyaldı, Azərbaycanda bu xəyalı gerçəkliyə çevirən də Nur şəhəri - Mingəçevir olub. Bu şəhərin işığından hər evə pay düşür. Mingəçeviri bütün Azərbayca... | ANL |
"Qırmızı don"dan başlayıb "Əmrahın nağılı"nadək bütün nağılları sevirəm; oxumağı da, söyləməyi də, söylədikcə Göyçə ləhcəsini işə salıb özümdən bir-iki epizod uydurmağı da. Məlikməmməd qırx arşın qaranlıq quyunun dibinə düşmür burda; o, sadəcə, Şahanəni Bakıya tapşırıb gedir. Şahanə isə sehrli sözləri sehrsiz ... | ANL |
Cümhuriyyətin poçt-teleqraf naziri: Cəmo bəy Hacınski. tarix elmləri doktoru. C.Hacınski gənc yaşlarından Bakıya köçmüş, burada gimnaziyada təhsil almışdır. C.Hacınski sovet dövründə həbsdə olarkən istintaqa ifadələrində hələ 1905-ci ildən Eser Partiyasının (Sosialist İnqilabçılar Partiyası) üzvü olduğunu bildiri... | ANL |
Noyabrın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Filarmoniya və "Mədəniyyət" kanalının birgə layihəsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. Tədbirdə Azərbaycan Yazıçı... | ANL |
Yaddaşlarda iz salan yaradıcılıq gecəsi. Soltan müəllimin adını tez-tez eşidərdik ədəbiyyat dərslərində. Müəllimimiz böyük qürur və fəxrlə danışırdı şairin yaradıcılığı haqqında. Elə Soltan müəllimin şeirlərini oxuyaraq böyüdük, böyüdük və yaxından tanıdıq şairi. Tanrı onun xarici görünüşünü də şeirə bənzətmişdi. Hün... | ANL |
Qara Qarayev elmi-praktik konfransla anıldı. Azərbaycan Milli Konservatoriyasında görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konservatoriyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfrans AMK tələbə elmi cəmiyyətinin təşəbbüsü ilə reallaşıb. Tədbirdə AMK-nın r... | ANL |
ASSİTEJ prezidenti Gənc Tamaşaçılar Teatrında. Noyabrın 7-də V Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində UNESCO nəzdində Uşaq və Gənclər Teatrları ASSİTEJ-in prezidenti İvetta Hardi Gənc Tamaşaçılar Teatrının kollektivi ilə görüşüb. Tədbiri giriş sözü ilə açan V Bakı Beynəlxalq Teatr Konfransının icraçı katibi... | ANL |
İspaniya - düşüncələr və unudulmaz xatirələr. (Əvvəli ötən şənbə saylarımızda). “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. Sevilyanın görkəmli abidələri sırasına köhnə minarə Xiraldanın da daxil olduğu məşhur bizim Allah anası müqəddəs Mariya kafe... | ANL |
Bolşevik əkməginə yağ sürtənlər - Şirməmməd Hüseynov. Şirməmməd HÜSEYNOV. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. təşkilatlarındakı ... | ANL |
Söz dünyamızın Tofiq Mahmud guşəsi. Uşaqlıqda evdəki kitabxanamızdan cildi davakar xoruzun pipiyi kimi didik-didik olmuş bir kitab tapmışdım. Üstündə simurq quşunun və fonda evlərin şəkli vardı. Yəqin elə simurq quşuna görədi ki, o kitab məndə Günəşlə, alovla assosiasiya olunur. Kitabı böyük maraqla oxumuş, sona ... | ANL |
Özgələr üçün yaşayan, özünü düşünmədən ömrünü başqaları yolunda fəda edən adamı “altruist” adlandırırlar. Bu izahların nə qədər bəsit olduğunun fərqindəyəm. Görünür, sənətin gücü məhz bundandı; dünyanı öz dilində, öz üsulları ilə öyrətməkdə! Bunun üçün nə tələb olunur? Sadəcə özünü anlamaq, bildiyini, bacardığın... | ANL |
Şahanə MÜŞFİQ. Ədəbiyyat sevgimin nə zaman, hardan qaynaqlandığı haqqında heç bir fikrim yoxdur. Xatırladığım tək şey kitablara sonsuz ehtirasla bağlılığımdır. Hələ lap kiçik yaşlarımda yatağımın baş ucunda yerləşən gecə lampası anamın “səhər dərsə gedəcəksən, söndür onu, sabah oxuyarsan” - sözünə qədər açıq qal... | ANL |
Xalq yazıçısı. “Literaturnıy Azerbaydjan” dərgisinin 10-cu nömrəsində gənc nasir Kəramət Böyükçölün bir neçə esse və hekayəsi, həmçinin, Xalq yazıçısı Elmira Axundovanın onun yaradıcılığı barədə məqaləsi çap olunub. E.Axundovanın məqaləsini oxuculara təqdim edirik. “Kaspi” və “Mir literaturı” qəzetlərində, “Liter... | ANL |
XALQ ARTİSTİ RAMİZ HƏSƏNOĞLU: “SERİAL ÇƏKƏN REJİSSORLARA ACIYIRAM”. - Ramiz bəy, böyük sənətçilər, sənətkarlar ailəsində böyümüsünüz, yetişmisiniz. Amma məndə bir az başqa cür idi. Gözümü açandan aktyor ailəsində böyümüşəm və bizim evdə həmişə sənət söhbətləri olub. Sənət adamları yığışıblar, müxtəlif, hətta ... | ANL |
Culian Barnsın aqibət bələdçiliyi. GÖRKƏMLİ İNGİLİS ƏDİBİNİN ÖTƏN İL SEYFƏDDİN HÜSEYNLİNİN TƏRCÜMƏSİNDƏ NƏŞR OLUNAN MƏŞHUR ROMANI HAQQINDA QEYDLƏR. Rəvan CAVİD. Yaşamaq bir zamandan sonra sadəcə xatırladıqlarımızdan ibarət olur. Xatırlamaq yaşamağın sinoniminə çevrilir. Özümüzü keçmişin boşluğuna atır, orada nələri... | ANL |
Sevginin və şeirin Musa Yaqub mehrabı. Hələ onda hisslərim şeirə bütövlükdə yansımamışdı. Anidən bir payız axşamında “Öyrətmə özünə, öyrətmə məni” deyən şairin şeirlərinə rast gəlib, birdən-birə bu tamarzı hisslərə öyrəşməyə başladım. Beləcə, onu tanıdığım payızdan bir neçə fəsil də ötdü. Milyonlarla yarpaq xəzana d... | ANL |
Ömrün nəsrdəki mənzərəsi: zirvədən geriyə baxanda... Xəyalə ƏFƏNDİYEVA. ... İlahi nurdan pay almış sənətkarlar, böyük şəxsiyyətlər öz zamanlarının yetim övladlarıdır. Bu ömrü yaşamaq olduqca əzablıdır. Qaça bilmədiyi tale - işıq həqiqi ürək, böyük mənəviyyat sahibini bütün şərəfli ömrünü həsr elədiyi özünütəsdi... | ANL |
Ərəb şeirinin janrları. Ərəb şeirinin janrları çox rəngarəngdir. V əsrdən başlayaraq formalaşmış bu janrlar uzun əsrlər boyu digər Şərq xalqlarının ədəbiyyatına böyük təsir göstərib. Ümumiyyətlə, janr anlamı ərəb ədəbiyyatında Azərbaycan ədəbiyyatşünaslığında bildiyimiz mənadan bir qədər fərqli xarakter daşıyır.... | ANL |
İstanbul Kitab Sərgisində Azərbaycanla bağlı nəşrlər təqdim olunub. Noyabrın 10-da Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəst... | ANL |
Mənim Universitetim. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdi. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdi. Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli s... | ANL |
Ömrün nəsrdəki mənzərəsi: zirvədən geriyə baxanda... Xəyalə ƏFƏNDİYEVA. "Qaçhaqaç" Seyran Səxavətin ömür yolunu işıqlandıran olduqca koloritli roman olmaqla yanaşı, həm də bizə ədibin yaşadığı tarixi-ictimai dönəm, şərait haqqında xeyli informasiya vermiş olur. Romanda Seyran Səxavətin gəncliyi, tələbəliyi ilə ba... | ANL |
Azərbaycan musiqisinin ecazkarlığı amerikalıları valeh etdi. Aydın AĞAZADƏ. Bugünlərdə ABŞ-ın Kalifornia ştatının Monterey şəhərində azərbaycanlı gənc pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin Balaban və Simfonik Orkestr üçün bəstələdiyi konsertin premyerası keçirildi. Təqdimat m... | ANL |
Azərbaycan incəsənətininAmaliyaPənahovaitkisi. İnsanlarvarki,heçzamanöləcəklərinidüşünməzsən,ağlınagəlməz,bəlkədəyaraşdırmazsan. Eləbilərsənki,ölümonlarıtanımır,Əzrayılonlarınbudünyadakımissiyalarındanutanır,onlarayaxındurmaz.Ammabirsəhərgözünüməhzölümünəinanmadığın,heçzamandainanmayacağınhəmininsanlarınölümxəbəriyləa... | ANL |
Xalq şairi Nəriman Həsənzadə ilə görüş. Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Xalq şairi, dramaturq, filologiya üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə ilə görüş keçirilib. Görüşü giriş söz... | ANL |
Yazıçı Məmməd Oruc yüksək mükafata layiq görüldü. Bu, Ümumrusiya ədəbi tədbirində ölkəmizi fəxri qonaq qismində Azərbaycan yazıçısı Məmməd Oruc təmsil edib. Konfransda "Torpaq və Söz: bu müstəvidə Rusiya yazıçılarının yeri və rolu" (məruzəçi Moskva Yazıçılar İttifaqının katibi, professor L.A.Yaqodintseva), həmçinin,... | ANL |
Görünməz körpülərin Mahir memarı. Tənqidçi-ədəbiyyatşünas. Baltik ölkələrində - Litvada Mahiras Gamzayevas imzası ilə tanınmış ədəbiyyatşünas, tərcüməçi, publisist, ictimai və mədəni xadim, diaspor rəhbəri, həmvətənimiz Mahir Həmzəyev Azərbaycan mənəviyyatının yeni Avropa tipinin nümayəndəsidir. Onun ədəbi əlaqəl... | ANL |
Müqəddəs ocaq. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi münasibətiylə. Elmin zirvəsində günəşdi, yanır, Adını daşıyır ulu şairin. Bir bax, ətrafında ruhu dolanır, Hər gün burdan düşür yolu şairin. Ömrə işıq salan bəxtiyarlığım. Əbədi, əzəli mədəniyyətdir. Burdan qaynaqlanır adət-ənənə, Yaşadır mö... | ANL |
"Bilik Fondunun dəstəyi ilə qarşıda görəcəyimiz işlər çoxdur". MƏMMƏDSƏFA QASIMOV: "MƏDƏNİYYƏTİMİZƏ, TARİXİMİZƏ, ƏDƏBİYYATIMIZA XİDMƏT EDƏN HƏR KƏS VAR OLSUN Kİ, AZƏRBAYCAN YAŞASIN". Bu yaxınlarda Prezidentin sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universite... | ANL |
Elçinin romanlarının Almaniyada yeni nəşrləri. Bu ilin əvvəllərində Xalq yazıçısı Elçinin "Baş" romanı alman dilində nəşr olunduqdan sonra Almaniyada onun yaradıcılığına oxucuların və ədəbi ictimaiyyətin marağı daha da artıb. AZƏRTAC xəbər verir ki, bu günlərdə Berlinin "Pem Verlaq" nəşriyyatı bir-birinin ardınca A... | ANL |
Hər gələn baxırmı bu pəncərədən? Könlünün qapısını, pəncərəsini bağlı saxlayıb heç kəsə baxmayan, heç kimi o qapıdan, pəncərədən içəri buraxmayan o qədər adamlar var ki... Amma nə xoş ki, evinin-eşiyinin, ən əsası da könlünün qapı-pəncərəsini insanların üzünə açan, dünya evinin pəncərəsindən hər kəsin üzünə şəfqətlə, ... | ANL |
Dədə Şəmşir ruhunun və işığının daşıyıcısı. Vətəni, xalqı üçün yaşayan, yaradan ağsaqqal ziyalılarımızdan biri də Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı Qənbər Şəmşir oğludur. Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə Qənbər müəllim "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı... | ANL |
"Yarımçıq xatirələr" Xızıda nümayiş olundu. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli "Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Sumqayıt Regional Mədəniyyət İdarəs... | ANL |
Klassik publisistika irsimizdən: "Molla Nəsrəddin"in "Hesab məsələləri". "Molla Nəsrəddin" mühiti, mövcud cəmiyyətdəki neqativ hallar jurnalın yeni ədəbi forma və janrlardan istifadə etməsini gündəmə gətirmiş və bu dinamik, mütəhərrik janrlar oxucu ilə mollanəsrəddinçilərin əsl ünsiyyət vasitəsinə çevrilmişdir. A... | ANL |
Görünməz körpülərin Mahir memarı. Tənqidçi-ədəbiyyatşünas. Ədəbi-mədəni, ictimai xadim Mahir Həmzəyevin yaradıcılığında fikir və ruh yüksəkliyi, millətin və dövlətin gələcəyini düşünərək fəaliyyət göstərmək, onu tanımayanlara tanıtmaq, xalqları qovuşduran nöqtələri axtarmaq və tapmaq coşqusu, sözünün və fikrinin... | ANL |
Azərbaycan amalı, milli məfkurə xətti və Mustafa Çəmənli yaradıcılığı. Dövlətçilik tarixi hər bir xalqın öz mövcudluğu uğrunda apardığı mübarizə yoludur. Bu mübarizədə də əsas silahlardan biri ideologiyadır. Ümummilli lider Heydər Əliyev də məhz azərbaycançılıq ideologiyası vasitəsilə Azərbaycan xalqının (burda y... | ANL |
Azərbaycanın milli mədəni irsi və UNESCO. Doğma Vətənimizin torpağının altı da, üstü də təbii sərvətlərlə zəngindir. Uca Yaradan bu barədə səxavətini bizlərdən əsirgəməmişdir. Amma bir məsələ də vardır ki, maddiyyat üzərində qurulmuş zənginlik nə zamansa tükənə bilər. Tükənməyən sərvət isə insandır və insanların ... | ANL |
Müdriklik zirvəsində. Filologiya elmləri doktoru, professor. Görkəmli dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlini əvvəllər qiyabi tanıyırdım. "Ölü doğan şəhər" romanını oxumuşdum. Özü də birnəfəsə. Yazı manerası, dili, üslubu cəlbedici idi. Kiçik ştrixlərlə obrazın daxili aləmini məharətlə aça bilird... | ANL |
Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd edildi. Dünən Mərkəzi Elmi Kitabxanada AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məcli... | ANL |
Təhmiraz Şirinovun yubiley gecəsi keçirildi. Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, xanəndə Təhmiraz Şirinovun anadan olmasının 70 illiyi və yaradıcılığının 50 illiyi qeyd olunub. Tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişd... | ANL |
Pardaqlanan məsumiyyət və “Cəmilə”. Məsumiyyət nədir; günahsız olmaq, saflıq, paklıq, təmizlik? Həyatla iç-içə olub bu məfhumu itirməmək çətin məsələdir! O da sevgi kimi insanla birlikdə doğulur. İkisi də Yaradan tərəfindən bəxş edilmiş ərməğandır. Amma hər ikisi ilə də başa çıxmaq çətin məsələdir. Birini kirləndikcə k... | ANL |
Ədəbiyyatda təsirlənmə və plagiat. Məlumdur ki, ədəbiyyatda da təsirlənmə və plagiat anlayışları mövcuddur. Bu anlayışlar daim aktual və mübahisəli mövzular olaraq qalıb. İstər oxucular, istərsə də yazıçılar zaman-zaman bir-birini “bu şeir filan şairin şeirindəndir”, “bu əsər filan əsərdən plagiatdır” kimi sözlərlə i... | ANL |
Azərbaycan teatrı və kinosunun Şərifzadə fenomeni. Abbas Mirzə Şərifzadə, heç şübhəsiz, Azərbaycan teatr və kino tarixinin ən görkəmli nümayəndələrindəndir. Teatrdakı romantik axının Hüseyn Ərəblinskidən sonra ən tanınmış siması, faciə aktyoru, rejissor, teatr xadimi, kino sənətimizin inkişafında, təşəkkül tapmas... | ANL |
İspaniya - düşüncələr və unudulmaz xatirələr. “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. Alikantedə biz təyyarəyə gecikmişdik, lakin I klass biletimizi gördükdə, uçuşa hazırlaşan DC-9 təyyarəsini dayandırıb, bizi ona oturtdular. İspaniyada hava... | ANL |
Yersiz əndişələr - Rəsulzadənin cavabı Şirməmməd Hüseynovun təqdimatında. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. YERSİZ ƏNDİŞƏLƏR. ... | ANL |
Şeirlərindən tanıdığım şair. Bu yazım şair-publisist Əbülfət Mədətoğlu haqqındadır. Ancaq sözümə xeyli əvvəl “Ədalət” qəzetinin ünvanına yazdığım bir Məktubla başlamaq istəyirəm: “Hörmətli redaksiya, salam! “Ədalət” qəzeti mənə təsisçi və məsləhətçisi, tələbəykən “Rast” povestimin qərəzli tənqidinə qarşı Sovet ... | ANL |
Ələkbər Rzaquliyevin ağ-qara dünyası. Azərbaycan təsviri sənəti üçün əsl bayrama çevrilən bu mərasimə mədəniyyət və elm mühitimizin seçkin simaları, tanınmış ictimai xadimlər, işgüzar dairələrin təmsilçiləri və media nümayəndələri toplaşmışdılar. Tədbirin keçirildiyi qalereyanın salonlarında Ə.Rzaquliyevin əsərlərini... | ANL |
“Vaxtınızı, pulunuzu psixoanalitiklərə xərcləməyin, yaxşısı budur, Krausu oxuyun” - Çexiyada ən cığal tənqidçilər də bu fikirə şərik çıxırlar. Nasir, dramaturq, aktyor-kuklaçı kimi məşhur olan İvan Kraus bu sahələrin hər birində böyük uğurlar qazansa da, ilk növbədə, incə kinayə ustasıdır. Kinayə isə, Krausun öz... | ANL |
Bəlkə əslində, indikilərin dilində desək, kreativ düşünən, yenilik həvəskarı olanlardan ötrü maraqlıdır, cəlbedicidir, bilmirəm. Zahiri effektlər, stereotiplərin qırılması, hətta insana sevinc, xoşbəxtlik gətirən dəyərlərin sıradan çıxması, postmodernizm adı altında özündən əvvəl nə vardısa, hər şeyi inkar. Doğ... | ANL |
Allaha inamım, ata-babama ehtiramım, övladlarıma məhəbbətim, elimə-obama bağlılığım, vətənə sədaqətim, gücsüzlərə köməkliyim, yazıqlara rəhmim, yolunu azanlara qəzəbim - əyilən qəddim, qıyılan gözlərim, pozulmuş səhhətim, yuxusuz gecələrim, narahat günlərim, gərginləşən əsəblərim - sevincim, kədərim, tapdığım v... | ANL |
Noyabrın 15-də Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Həsən Turabovun 80 illik yubileyi ilə bağlı xatirə tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Həsən Turabovun həyat və fəaliyyətindən bəhs edən fotosər... | ANL |
20-ci illərin qaranlıq-qorxulu günlərində Azərbaycan teatrına mizan-düzən verən sənət fədaisi idi Tuqanov. Moskvadan başlayan sənət yolu Tiflisdən keçib Bakıya gətirmişdi onu. Çox adamla dostluq etmişdi, amma onların içində daha çox Cabbarlı və Haqverdiyevi xatırlayırdı. Xatırlamaq demişkən, məni noyabrın darıxdı... | ANL |
Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü, təşkilatçılığı və dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin və Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir nümayəndəliyinin Mingəçevirə şəhər statusu verilməsinin 70 illiyinə həsr etdiyi “Səni tərənnüm edirəm, gözəl Mingəçevirim” adlı poeziya gecəs... | ANL |
“Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı oldu. Noyabrın 15-də Milli Kitabxanada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və M.F.Axundova adına Azərbaycan Milli K... | ANL |
Şəmistan Nəzirli “Əzablı ömür” məqaləsini bu sayda da davam etdirir. Ülfət Cavad “Kremlin Azərbaycanlı memarı”ndan söz açır. Elşad Dağlı “Ömrünü səhiyyəyə həsr edən alim” başlığıyla Bəybala Abbasovdan bəhs edir. Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Qəlbimizə yazılan şeirlər” rubrikasında şairin “Bəxti... | ANL |
Məlumdur ki, Azərbaycan-gürcü ədəbi və mədəni əlaqələrinin zəngin tarixi var. Gürcü bədii düşüncəsi də ədəbiyyatımız kimi, qədim tarixə malikdir, min ili keçən bir dövrü əhatə edir, həm də dünya ədəbiyyatı xəzinəsinə qiymətli sənət əsərləri verib. Bununla yanaşı, fikrimizcə, məsələ heç də ədəbiyyatın qədimliyin... | ANL |
“Respublika Xatirə Kitabı”nın xüsusi sayı əlamətdar nəşr kimi. Bugünlərdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və baş redaktoru Nəzakət Məmmədova olan “Respublika Xatirə Kitabı” redaksiyasının birgə əməyi nəticəsində “Xatirə Kitabı”nın xüsusi bur... | ANL |
Ədəbiyyatın keşiyində. Nizami institutu mədəniyyətimizi, ədəbiyyat elmimizi, dilimizi yaşadan, qoruyan, nəsillərdən-nəsillərə çatdıran yüksək mənəviyyat ocaqlarımızdandır. Milli mədəniyyət tariximizdə - ədəbiyyat elmi və bədii ədəbiyyat - əkizdirlər. Qədim dövrün ədəbiyyat nəzəriyyəçisi Xətib Təbrizidən üzü bəri ... | ANL |
AZƏRBAYCANDA BU MÖVZUDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİR. Noyabrın 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə təşkilatçılığı ilə “Fizika və lirika: dünya təcrübə... | ANL |
"Sonun ardından başlayır bütün ilklər". Elə bu nağıl da beləcə başladı. Şair olub şeir kitabının olmamasına son qoyuldu, ilk şeirlər kitabı "Şahanənin nağılı"na döndü. Bu nağılın qəhrəmanı gənc yazar kimi Prezident təqaüdçüsü, Gənclər və İdman Nazirliyinin mükafatçısı olan Şahanə Müşfiqdir. Onun "aybkitab" layihəsində... | ANL |
Ağbulaqdan əsən külək. Qəşəm NƏCƏFZADƏ. İlk dəfə mən şəhər işıqlarını Gorusda gördüm. Axşamüstüydü, dağdan gəlirdik, Kəlbəcərin "Sarı yer" yaylağından. Deyəsən, sürücü yol keçən bir nəfərdən soruşdu: bura haradı? Biz yol azmışdıq, başqa yolla İmişliyə gəlməliydik. Mən ilk dəfə yol azmağın insan üçün dəyərli oldu... | ANL |
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açıldı. Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış rəssam Anar Hüseynzadənin "Abşeron nağılı" adlı fərdi sərgisi ... | ANL |
Zəngin, qiymətli milli-mənəvi dəyərlərimiz. Hər bir xalqın sahib olduğu ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi ənənələri kifayət qədər zəngindir və xalq onu daim nəsildən-nəsilə ötürür. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşından süzülüb gəlir. ... | ANL |
Yaqut Bahadurqızı "Vətən naminə" medalı ilə təltif edildi. Bugünlərdə "Azərkitab"da keçirilən tədbirdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı "Vətən naminə" medalı ilə təltif edilib. Medal "Hay ver mənə, cə... | ANL |
Şəhid şair Ülvi Bünyadzadə beynəlxalq elmi konfransla anıldı. Dünən Bakı Kitab Mərkəzində "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik - Ülvi Bünyadzadə: Şəxsiyyəti və ədəbi irsi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq konfransın əhəmiyyətindən danışıb. Bildir... | ANL |
Təbəssümü xatırladan yazılar. Heç eynimə də gəlmir ki, Şahanə öz sualına "məhz güclərindən, qüvvətlərindən, dözümlülüklərindən dolayı" cavabını verib. Şikayət etmirəm, əsla! Bu da bir tale payıdır, qoyulub ovcumuza. Amma Şahanə özünün uşaqlıq həsrətini də yazısına hopdura bilib. Və bu sevginin, bu incəliyin arxası... | ANL |
Cövdət Hacıyev adına musiqi məktəbi beynəlxalq yarışmaya qatıldı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli on bir illik musiqi məktəbi Azərbaycan-Amerika Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən keçirilən Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş birinci... | ANL |
Əməkdar artist İdris Mehdiyev yad edildi. Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib. Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət" kanalının birgə layihəsi çərçivəsində təşkil edilən tədbirdə ölməz sə... | ANL |
Milli ədliyyə sistemi və müasir çağırışlar. Şübhəsiz ki, milli dövlətçilikdən danışarkən ədliyyə sistemini nəzərdən qaçırmaq olmaz. Milli ədliyyə sistemininin tarixi dövlətçiliyimizin siyasi həyata qədəm qoyduğu gündən başlanır. Ədliyyə sisteminin yaradılmasını hüquqi dövlətçiliyin təməli hesab edən Cümhuriyyət ... | ANL |
"Azərbaycan qadını bütün dünyada nüfuzlu mövqeyə yüksəlib". BDU-nun KAFEDRA MÜDİRİ, PROFESSOR İRADƏ HÜSEYNOVA ÖLKƏMİZİ BEYNƏLXALQ FORUMDA TƏMSİL EDİB. Bu yaxınlarda Rusiya Federasiya Şurasının və MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə II Avrasiya Qadınlar Forumu keçirilib. Sankt-Pet... | ANL |
Paytaxtdakı təhsil situasiyasını nizamlaya biləcək müasir təhsil modeli-bilinqval təlim. Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru. Cari tədris ilinin başlanğıcında aydın oldu ki, paytaxtımızda təlim rus dilində aparılan məktəblərə və si... | ANL |
“Cümhuriyyət-100 il” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilə... | ANL |
Azərbaycandan dünyaya yayılan əbədi Üzeyir işığı. Azərbaycan xalqı bir çox əvəzedilməz şəxsiyyətlər - rəssamlar, bəstəkarlar, yazıçılar yetirib və bu görkəmli simaların keçdiyi böyük yaradıcılıq yolu Azərbaycan mədəniyyətinin parlaq səhifələrində məxsusi yer tutur. Belə şəxsiyyətlər sırasında öz dühası ilə seçilən... | ANL |
Nə gətirdim dünənimnən bu günə. İçimdə islanmış nəm xatirələr. Gözümü dikmədim özgə köçünə. Nə gətirdim öz köçümdə gətirdim. Çox şeyləri mən içimdə gətirdim. Ötən günü oxşamaqdı çətini. Bu günümnən sabahıma nə qalır. Nədi görən taleyimin gərəyi. Nə çətin olurmuş ömür daşımaq. O əllər məni gözləyir. Gözü dolu görəsiyəm.... | ANL |
Milli Kitabxanada yeni sərgilər. Sərgidə yazıçının müəlifi olduğu və haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş etdirilib. Kinomuzun və teatr səhnəmizin rəngarəng obrazlarının mahir ifaçısı Həsən Məmmədovun həyat və yaradıcılığı haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunu... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.