text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Vyanada Qara Qarayevin 100 illiyi münasibətilə konsert. Azərbaycanın dahi bəstəkarı, görkəmli alim-pedaqoq və ictimai xadim, akademik Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan prezidentinin sərəncamına əsasən, bu il ərzində həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda dahi bəstəkarın xatirəsinə həsr...
ANL
"Şahanənin nağılı" Yazıçılar Birliyində təqdim olundu. Noyabrın 21-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda gənc yazar Şahanə Müşfiqin "Şahanənin nağılı" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat və incəsənət xadimləri, yazıçının həmkarları, ailə üzvləri...
ANL
Əlindən tutmuşdu, barmaqlarını bir-bir yumub açırdı, barmaqla say öyrənən körpə uşaq kimi. Uzun barmaqlarının, iri ovcunun hərarəti vicudunu titrətsə də, içindən həlim bir duyğu keçsə də, biləyindəki saatın əqrəbləri bu gözəl anları qovurdu sanki. O andaca sifətinin ifadəsi dəyişdi, sanki ənsəsində, əngində dərin...
ANL
Cansız olmaq maraqlı olardı mənim üçün. Zaman-zaman cansız olan nə varsa, özümdə, gözümdə canlandırmışam həmişə. Elə yəqin bu səbəbdən Füzulidən “Meyvələrin söhbəti”ni əzbərdən bilirdim. Mən həqiqətən bir zamanlar bu cür absurd söhbətlərə inanmışam. Məsələn, çarpayı olmaq istərdim. Sırf gecələr insanların xəyallar...
ANL
Bəzən o qədər yorulursan ki, ruhuna edilən bütün ziyarətlərə qadağa qoyursan. Ətrafına sədlər çəkirsən, hasarlar dikirsən, xəndəklər qazırsan, insanlarla olan məsafəni mümkün qədər uzaq tutursan. Qəlbinə işləyən sözlərin, sənə çıxan yolların önünü kəsirsən! Ürəyini möhkəm qıfıllayıb sandığın içərisində yüz ildə...
ANL
DAHİ BƏSTƏKARA HƏSR OLUNMUŞ MƏRSİYƏ HAQQINDA QEYDLƏR. Azərbaycan tarixində xüsusi yeri olan dahi bəstəkar, görkəmli yazıçı, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir bəy Hacıbəylinin vəfatından 70 il keçir. Həmin hüznlü günlərdə mətbuatda rəsmi dairələr tərəfindən verilmiş nekroloqla yanaşı, görkəmli ...
ANL
İspaniya - düşüncələr və unudulmaz xatirələr. “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. Qayanı parçalamaqla yaranan mağarada bazilika tikilmişdir. Bazilikada olan iki qəbirin hər biri sadədir, üstündə ad yazılmış qara mərmərdən olan sinədaşı v...
ANL
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən k...
ANL
Şimşəklərin qəzəbini, küləklərin tufanını, buludların fəryadını. Düşmənə atan gərək! Xainlərə tuşlayaq. Xəncər olmuş. lələklərini! Beşiyində boğaq. bələklərini! Yuxusu qaçıb gecələrin, Açıla bilmir. saralıb gözləri. Gedənlərin arxasınca. yüyürməkdən. Yorulub, taqətdən düşüb. Qarqarçayın dizləri... Turşsu yaylağının. y...
ANL
Stendalın düşüncə və davranış modeli. Ancaq bu sözləri Stendal kimi dahi yazar deyirsə, qəbul etmək lazımdır. Deyə bilərsiniz ki, önəmli olan özünəinamdır. Hansı yazar kitab yazarkən özünə inamsız olur ki? Məsələyə məntiqlə yanaşsaq, başa düşərik ki, Stendal bu sözləri romantizmin dünyanı cənginə aldığı dövrdə r...
ANL
Tarixin bəlkə də ən dözülməz xüsusiyyəti zaman-zaman təkrarlanması, yeni çağlarda özünün varlığını hiss etdirməsidir. Bir xalqın taleyinə və gen kodlarına yazılmış oxşar ssenarilər zaman-zaman təkrarlanır. Başqa formada, başqa şəhərlərdə, başqa insanlarda. Dastanlar və miflər kiçik hekayələr şəklinə düşür. Min illə...
ANL
YAZIÇI ƏLİ İLDIRIMOĞLUNUN “SEÇİLMİŞ ƏSƏRLƏRİ”NİN ON İKİ CİLDLİYİNƏ BİR NƏZƏR. “Ömrüm boyu doğulub boya-başa çatdığım kəndin məskunluq borcunu, bir də ki, məni dünyaya gətirən ata-ana haqqı-sayını unutmamışam. Dörd-beş saatlıq maşın yolunu qət eləyib getdim. Sən demə, kəndimizi yarıya bölən dərənin ağ kranlığınd...
ANL
Vəzifə, cəmiyyətdə böyük nüfuz sahibi, var-dövlət yiyəsi bir ailə özlərinin ən sevincli, önəmli günlərində birdən-birə gözlənilməz situasiya ilə qarşılaşırlar. Bir gün sonrakı toya hazırlaşan ailə qəfildən özlərini matəmin ortasında tapırlar. Ailənin başçısı - cəmiyyətdə nüfuz sahibi olan kişi gözlənilmədən dünyasını d...
ANL
İsa Muğannanı tanıyanlar, onun işıq saçan qapqara gözlərini, zərif üzündən ətrafa yayılan körpə saflığının təcəssümü olan üz ifadəsini mütləq xatırlayırlar. Daha ilk görüşdə insanı sakitləşdirən, özünə doğru çəkən, bütün dərdlərini unutduraraq, adətən, onun ürəyinə boşluğun, gözəlliyin və yaxşılığın nəfəsini üfürən ...
ANL
Artıq neçə on illərdir ki, xalq yazıçısı Elçinin yaradıcılığı Azərbaycan tənqidinin və ədəbiyyatşünaslığının diqqət mərkəzindədir. Hələ gənc yazıçı olduğu vaxtlar onun əsərlərinin orijinallığı, bədii dilinin və təhkiyəsinin özünəməxsusluğu, qələmə aldığı mövzuların yeniliyi, insan psixologiyasının incə çalarla...
ANL
Ədəbiyyatın və elmin bayramı. ŞAMAXIDA “FİZİKA VƏ LİRİKA: DÜNYA TƏCRÜBƏSİ VƏ MDB ÖLKƏLƏRİNİN ELM VƏ ƏDƏBİYYAT REALLIQLARI” MÖVZUSUNDA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSLA BAĞLI QEYDLƏR. İnsanın məşğul olduğu sahə xarakterinə təsir edirmi? Peşənin xasiyyətə dəxli varmı? Həm də əgər peşən həyat tərzinə çevrilirsə, işin...
ANL
Volqa sahilində ədəbiyyat söhbətləri. BAKIDA ÖZ İŞİNƏ BAŞLAYAN “FİZİKA VƏ LİRİKA” KONFRANSI RUSİYANIN DUBNA ŞƏHƏRİNDƏ DAVAM ETDİRİLDİ. Pirquludan Dubnaya... Bir neçə ildir ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə, xoş bir ənənə...
ANL
Tariximizin ən ünlü simalarından olan şah babamız, şair babamız Xətai barəsində xüsusi buraxılışın işıq üzü görməsi təqdirəlayiq hadisədir. Buraxılışın baş redaktoru Azər Abdulla maraqlı axtarışların bəhrəsi olan “Yazıçı”nın bu sayında Şah İsmayıl Xətai ilə bağlı müxtəlif nəsillərin tanınmış simalarının fikirləri oxucu...
ANL
“Kamal Abdullanın əsərlərində qaldırılan problemlər həmişə aktualdır”. Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin II kurs tələbələri yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı təqdim ediblər. Kursun rəhbəri Əməkdar artist Yaqut Paşazadədir. Tamaş...
ANL
Məktəblilər arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək. “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi də təsdiq edilib. Təşkilat Komitəsinin sədri təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, sədrin müavini Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi...
ANL
Yolüstü mənzil. Bu dünya bir qəfəsdi, Burda bizi yaşadan. Məhəbbətdir, həvəsdi. Bu dünya bir qəfəsdi. Fikrət bu qədər bəsdi. Baxımsız kənd yoludu. Bir köhlənin belində. Bir oğlanı gördülər. Əsə-əsə qaçırdı. Bu dünya gör-götürdü. Həmin yerdə olardın.
ANL
Rəsul Rza yaradıcılığında poema janrının sənətkarlıq xüsusiyyətləri. Ənvər ƏHMƏD. Filologiya üzrə fəlsəfə doktoru. XX əsr Azərbaycanın poeziyasının banilərindən biri olan Rəsul Rza yaradıcılığının ilk mərhələsindən fəlsəfi lirikaya, poeziyada keşməkeşlərin ədəbi-fəlsəfi ümumiləşdirilməsinə can atıb, Şərq poetik...
ANL
Fizika ilə Lirikanın vəhdəti. Təhsil eksperti, fəlsəfə doktoru. 1979-cu ildə pakistanlı fizik Əbdüs Salamla birgə fizika sahəsində Nobel mükafatına layiq görülmüş Stiven Vaynberq "Müasir elmin mənbəyi" adlı sonuncu kitabında yazır: "Mənə belə gəlir ki, Qədim yunan mütəfəkkirlərinin əsərlərini yaxşı qavramaq üçün onları...
ANL
Mikayıl Müşfiqin 110 illiyi silsilə tədbirlərlə qeyd edildi. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbində Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə ədəbi-bədii kompozisiya keçirilib. BXA-nın professor-müəllim və tələbə-şagird heyətinin qatıldığı tədbiri giriş sözü ilə m...
ANL
Kamal Abdulla "Unutmağa kimsə yox"un ikinci nəşrini imzaladı. Nəşriyyat Kamal Abdullanın "Unutmağa kimsə yox..." romanının yeni nəşrini bu yaxınlarda oxucuların ixtiyarına verib. Nəşriyyat kitabı dil, ideya, üslub baxımından analoqu olmayan fakt kimi dəyərləndirərək təkrar çap edib. ...Kolumb Hindistanı axtarıb Amerik...
ANL
Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr olunan "Kardeş kalemler" Aylıq Avrasiya Ədəbiyyatı Jurnalının 142-ci sayı nəşr olunub. Oxucular burada onun yeni şeirləri ilə tanış olacaqlar. Nergis Biray-Səma Eynəlin "Əhməd Cavad Axundzadə" məqaləsinı Ə.Cavadın şeirləri izləyir. İsmayıl Dəlihəsənin şeirləri, Necdət Ekic...
ANL
Məmməd Araz poeziyasında təbiət mövzusu və ekoloji dünyagörüş. Yer kürəsində canlı aləmin təbii inkişafı üçün normal şəraitin qorunub saxlanılmasında yaşlı nəsillə birlikdə gənc nəslin də üzərinə mühüm vəzifə düşür. Belə ki, gənc nəslin hərtərəfli yetişməsində bütün tərbiyə formaları kimi (fiziki tərbiyə, estet...
ANL
Sənətkar təbəssümünün işığı. Noyabrın 24-də Heydər Əliyev Sarayında Respublikanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin 70 yaşı təntənə ilə qeyd edildi. Enişli-yoxuşlu həyat yolları ilə irəliləyən Ramiz Əzizbəylinin səhhəti ilə əlaqədar səhnədən, ekrandan uzaq düşməsi onu sevənlərin qəlbində bir niskil hiss...
ANL
"Sənət fədailəri"ndə Gülxar Həsənova və Həsən Məmmədov yad edildi. Noyabrın 26-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli səhnə ustaları, Azərbaycanın Xalq artistləri Gülxar Həsənovanın 100, Həsən Məmmədovun 80 illiyinə həsr olunmuş "Sənət fədailəri" adlı ədəbi-bədii gecə keçirilib. Tədb...
ANL
Ana dilimizə ali diqqət və böyük qayğı. "Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir". Heydər Əliyev. Hər bir xalqın taleyi, onun mənliyi, mədəniyyəti və mənəviyyatı olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır. Hər bir fərdin inkişafında böyük rol oyn...
ANL
Alim zəkası və zəhmətinin daha bir bəhrəsi. Hər bir xalqın zəngin folklor yaradıcılığı, mədəniyyət tarixi onun milli təfəkkürünün, fəlsəfi fikir və mənəvi dünyasının tarixidir. Xalqın adət və ənənələri, vətənpərvərliyi, milli özünüdərki, azadlıq və müstəqillik yolunda mübarizələri onun xalq yaradıcılığında - nağıll...
ANL
Nuru hələ də gözlərimizə qüvvət verən tənqidçi, ədəbiyyatşünas Mirəli Seyidov daim ulularımızın bədii təfəkkürünün, ürək çırpıntılarının, duyğu və düşüncələrinin nişanəsi olan folklor nümunələrinə müraciət edib. Mirəli müəllim xalq ədəbiyyatına üz tutmaqla sübuta yetirib ki, dünya türklərinin mədəniyyətinin mayasında m...
ANL
Fikrət Əmirov musiqisi: doğma və rəngarəng duyğular aləmi. Noyabr ayı Azərbaycan musiqi incəsənəti üçün əlamətdar aydır desək, yanılmarıq. Bir-birinin ardınca keçirilən musiqi tədbirləri, Azərbaycan bəstəkarlarının yubiley gecələri soyuq payız günlərinə özünəməxsus hərarət qatır. Belə ki, noyabrın 7-si nəğmələri q...
ANL
Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri də Qazax-Borçalı bölgəsidir. Ona görə də bu bölgənin xalçaçılığı ayrıca xalça qrupu kimi səciyyələndirilib. Qazax-Borçalı bölgəsində ağır çəkili, uzun, lakin yumşaq və parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı xalçalar toxunub. Bu qrupa aid olan xalçaları dü...
ANL
Bakıda "Xarı Bülbül" yaradıcılıq festivalı keçirildi. Gənclər üçün Təhsil Mərkəzi ilk dəfə olaraq Bakı şəhərində "Xarı Bülbül" gənclərin yaradıcılıq festivalını təşkil edib. Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası...
ANL
İraq türkmanlarının tanınmış nümayəndələri Milli Kitabxanada. Noyabrın 27-də Milli Kitabxanada ədəbi ictimaiyyətin İraq türkmanlarının şair və alimləri ilə görüşü keçirilib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Azərbaycan və türkman xalqlarının eyni tarixi köklərə bağlılığından, ədəbi-...
ANL
Azərbaycan müəllillərinin XV qurultayı keçirildi. Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib.Azvision.az xəbər verir ki, qurultay iştirakçıları öncə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-a...
ANL
Finlandiyada "Qarabağ atları" sərgilənir. Finlandiyanın Espoo şəhərində Avropa Azərbaycanlıları Konqresinə üzv olan Finlandiya-Azərbaycan Assosiasiyasının (FAA) təşkilatı dəstəyi ilə "Qarabağ atları" rəsm sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, latviyalı rəssam xanım Datse Ştrausanın rəsmlərindən ibarət olan sərgi Az...
ANL
Şahanə MÜŞFİQ. İlyas Tapdığı öncə uşaq şeirlərinin yaradıcısı kimi tanıdım, sevdim. Hətta çoxları Azərbaycan uşaq ədəbiyyatının "axsadığını", yaxşı inkişaf etmədiyini, şair və yazıçıların bu mövzudan qaçdığını dedikdə, bir çox uşaq yazarları sırasında ilk yadıma düşənlərdən biridir o. Onu əksərən uşaq şairi kimi...
ANL
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 25 illik yubileyini silsilə tədbirlərlə təntənəli şəkildə qeyd edir. ABŞ, Yaponiya, Türkiyədən sonra TÜRKSOY-un Gənclər Kamera Orkestri təşkilatın 25 illik yubileyi münasibətilə Avropa turnesinə çıxıb. AZƏRTAC xəbər verir ki, Parisdə yerləşən UNESCO-nun baş qərarga...
ANL
Əbədi mogikan. İsa HƏBİBBƏYLİ. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik. Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir. Azərbaycan xalqının Ümummilli lideri. Fi...
ANL
Şah İsmayıl Səfəvinin portret cizgiləri. Çaldıran döyüşü ərəfəsində və gedişində də Şah İsmayıl ona əta olunmuş ilahi kəramətin bir daha nümayiş olunacağına şübhə etmirdi. O əmin idi ki, Osmanlı qoşunlarına qarşı döyüş həm ilahi qədərdir, həm də bu döyüş ilahi vəzifənin icrası üçün onun qarşısına çıxarılmış növ...
ANL
Aydın Talıbzadə. Azərbaycanın Qulliver Teatrı. Biri vardı, biri yoxdu... Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının milli mədəniyyət şəbəkəsində mövcudluq tarixinin 90-cı ildönümünə həsr edilir. Çünki biz nağılları qoruyanda uşaqlığımızı və uşaqlarımızı qoruyuruq, insan olmağın qanunlarını qoruyuruq. NAĞILLAR...
ANL
VAQİF BAYATLI ODƏRİN AD GÜNÜNƏ. Rüstəm BEHRUDİ. Sözlərimə yağış yağır. Üşüyür sözlərim. Lap otuz doqquz il əvvəlki kimi. Bizi otuz doqquz il bundan əvvəl elə belə bir payız günündə hər ikimizin sevimlisi Əbülfəz Elçibəy öz toy günündə tanış elədi. Sən sənin çap elədiyin ilk şeirim qədər doğmasan mənə. Sən - baş ...
ANL
Ədəbiyyatşünaslıq elmimizin görkəmli siması. Möhsün NAĞISOYLU. AMEA-nın həqiqi üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru. Onun imzasına ilk dəfə keçən yüzilliyin 80-ci illərinin əvvəllərində "Ədəbiyyat və incəsənət" qəzetində nəşr olunan məqalələrdə rast gəlmişəm. Həmin məqalələr ədəbiyyatşünaslıq ...
ANL
Düşənbə sammitində Dağlıq Qarabağ danışıqlarına yeni impuls verildi. MÜNAQİŞƏNİN HƏLLİ ÜZRƏ DANIŞIQLARDA QONDARMA REJİMİN İŞTİRAKI KİMİ ƏSASSIZ, PROSESİN RUHUNA ZİDD, DİALOQUN BƏRPASINA MANEƏ YARADAN İDDİALARA SON QOYULDU. Sentyabrın 27-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistanın...
ANL
Seyran Səxavət gənclərlə görüşdü. Gənclərin budəfəki qonağı - gənclərin seçdiyi kumir şair, yazıçı, dramaturq Seyran Səxavət olub. Görüşdə Milli Hüquq Evinin rəhbərliyi, tanınmış ziyalılar, şair və yazıçılar, müxtəlif universitetin tələbələri, oxucular və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü il...
ANL
Səlim Babullaoğlunun “Qrafik şeirlər və esselər” sərgisi keçirildi. “Zəncirli mülk” qalereyasında sərgi “Nəsimi” Şeir, İncəsənət və Mənəviyyat Festivalının nəzdində baş tutub. Sərgidə ədəbiyyat, sənət adamları və oxucular iştirak edib. Qonaqlar sərgi zamanı şeirlər dinləyib və müəllifə sərginin kataloqunu imzalad...
ANL
Şah İsmayıl Səfəvinin portret cizgiləri. Dünyasını dəyişməsi ərəfəsində Şah İsmayıl bütün böyük əmirləri, ağsaqqalları, qızılbaş qoşunları əmirlərini yanına topladı, onların yanında şahlıq tacını Təhmasib Mirzənin başına qoydu, belindəki kəmərini onun belinə bağladı, boynunu qucaqladı, əcdadlarından eşitdiyi öyü...
ANL
İttifaq MİRZƏBƏYLİ. Söz, sənət, ədəbiyyatla bağlı xatirələr nəinki unudulmur, hətta vaxt keçdikcə daha da əzizləşir və yaşanılmış ömrün dəyərli səhifələri kimi qeyri-adi bir əhəmiyyət kəsb edir. Bugünlərdə "Səs" qəzeti baş redaktorunun müavini, Əməkdar jurnalist Valeh Məhərrəmlinin zəng edərək mənə xatırlatdığı b...
ANL
Yazıçı-tərcüməçi İmdad Avşar ADPU-da ustad dərsi keçib. Türk dünyasının görkəmli ziyalısı, yazıçı-tərcüməçi İmdad Avşar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri üçün “Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı” mövzusunda ustad dərsi keçib. ADPU-danAZƏRTAC-a bildirilib ki, İ.Avşar görk...
ANL
Şah İsmayıl Səfəvinin portret cizgiləri. Dünyasını dəyişməsi ərəfəsində Şah İsmayıl bütün böyük əmirləri, ağsaqqalları, qızılbaş qoşunları əmirlərini yanına topladı, onların yanında şahlıq tacını Təhmasib Mirzənin başına qoydu, belindəki kəmərini onun belinə bağladı, boynunu qucaqladı, əcdadlarından eşitdiyi öyü...
ANL
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik. Köhnə Tiflisin bizə əziz olan, simsar görünən çox küçələri, məhəllələri, binaları, ağacları, kəhrizləri var. Çox sular axıb keçib, onillər, yüzillər bir-birini əvəzləyib, nəsillər dəyişib, amma Şeytanbazar Tiflis əhlinin dilində elə Şeytanbazar olaraq qalıb. ...
ANL
Sözün, sənətin İlyas Əfəndiyev ucalığı. Onu ilk dəfə oxuyanda "yazıçılıq nə gözəldir, düşüncələrini, xəyallarını, arzularını, gördüklərini, görmək istədiklərini yaza bilirsən, hamı da oxuyur" - demişdim. Yazıçılığın fərqli peşə, nasirin qeyri-adi insan olduğuna əsərləri ilə inandırmışdı məni. Bu günə kimi də onu...
ANL
Bir ömrün dörd fəsli. Ağcabədi torpağının yetirməsi, dəyərli ziyalı Səfər Məlikovun qələmə aldığı "Həyatla üzbəüz" kitabını sonsuz bir maraqla oxudum. Memuar ədəbiyyatın örnəklərindən olan əsərdə biri-birini gücləndirən məlumatları izlədikcə gözlərim önündə bitkin bir məna ifadə edən panoram canlandı. Bir tərəfdə...
ANL
Dünən Azərbaycan Milli Kitabxanasında görkəmli teatrşünas, Əməkdar mədəniyyət işçisi Turan Cavidin anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi açılıb. Sərgi bir həftə davam edəcək. ŞAHANƏ.
ANL
Oktyabrın 1-də dahi bəstəkar Qara Qarayevin Bakıdakı Nizami küçəsində yerləşən Ev Muzeyinin açılış mərasimi olub. Tədbirdə dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu gün Qara Qarayevin Ev Muzeyinin açı...
ANL
Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri narahatlıq doğurur. MƏSƏLƏNİN HƏLLİNƏ DƏSTƏK GÖSTƏRİLMƏSİ ÜÇÜN BİR QRUP ZİYALI AZƏRBAYCAN PREZİDENTİNƏ MÜRACİƏT ÜNVANLAYIB. Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Təhsil Xidmətləri" Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanda yaşayan soydaşlarımızın tə...
ANL
“Göstərilən etimadı elmi yeniliklərimizlə doğrultmağa çalışırıq”. AMEA Naxçıvan bölməsinin ilk qadın elmlər doktoru olan Fatmaxanım Nəbiyevanın uğurlu fəaliyyət yolu davam edir. Haqqında söhbət açmaq istədiyim tədqiqatçı alim, gözəl insan AMEA Naxçıvan Bölməsinin ilk qadın elmlər doktoru adının sahibi Fatmaxanım ...
ANL
Türkiyədə sənədsiz yaşayan azərbaycanlılar. Hazırda Türkiyədə işləmək, yaşamaq və digər müxtəlif səbəblərlə gələn milyonlarla xarici vətəndaş məskunlaşıb. Suriyalı qaçqınları və qanuni şəkildə qeydiyyata düşən xarici vətəndaşları nəzərə almasaq, Türkiyədə həm də qeyri-leqal yollarla, yəni qaçaq olaraq ölkədə yaş...
ANL
Rusiya mediasında Azərbaycanın turizm potensialına həsr olunmuş məqalə. "Gəlin Parisin əvəzinə Bakıya gedək" sərlövhəli məqalədə müəllif Aleksandr Tsukanov öz səfər təəssüratlarından yazıb. Rusiyanın "Ədəbiyyat Qəzeti"ndə (Literaturnaya Qazeta) "Gəlin Parisin əvəzinə Bakıya gedək" sərlövhəli məqalə dərc olunub. A...
ANL
Sərdari-Milli Səttarxanın vətən üçün alışan ruhu. Nigaran və darıxdırıcı bir hiss, düzünü istəsəz, bura gəldiyim vaxtdan bəri o tərəfdən heç xəbərim yoxdu. Əlbəttə, hər sinfə məxsus bir çox adam məndən sonra o dünyadan gəlmişdilər. Amma heç birisinin ya deməyə sözləri yox idi, yaxud dedikləri sözlərə inanmaq olmur...
ANL
"İlyas Əfəndiyev və üç Qarabağnamə" sənədli filmi təqdim edilib. Oktyabrın 2-də Nizami Kino Mərkəzində görkəmli nasir, dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr edilmiş "İlyas Əfəndiyev və üç Qarabağnamə" sənədli filminin təqdimatı olub. Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri...
ANL
"Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri" portalının təqdimatı olub. Oktyabrın 3-də Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri"nin elektron portalının (www.intangible.az) təqdimatı keçirilib. Tədbirdə mədəniyyət naziri Əbülfəs ...
ANL
Xalq yazıçısı Maqsud İbrahimbəyov anıldı. Oktyabrın 2-də Bakı Kitab Mərkəzində xalq yazıçısı, kinodramaturq Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib. Tədbirdə görkəmli mədəniyyət xadimləri, ziyalılar, xalq yazıçısının doğmaları, dostları, onun istedadının pərəstişkarları və media nümayəndələri iştirak ediblər. ...
ANL
Özəl duyğularını ifadə edə bilmənin ən gözəl yoludur sevgi şeirləri. Bəzən bir şairin yazdığı bir şeir və ya ikicə misra yüzlərlə insanın sevgisinin ifadəsinə çevrilir. Belə şeirlərdən biri də Gülqədəm xanımın qələmindən çıxıb: Sənli xatirələr aldı qoynuna, Dolaşdıq səninlə sənli günləri. Nə yaxşı taledən gün...
ANL
Bakıda "Simurq" uşaq musiqi festivalı keçirilir. Bakı Media Mərkəzinin dəstəyi ilə paytaxtda "Simurq" uşaq musiqi festivalı keçirilir. Mərkəzdən bildirilib ki, festivalın başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıq...
ANL
Səhərlər isə havanın soyuqluğu lap hiss olunur, adamı əməllicə üşüdürdü. Dayaz olan yerlərin suyu gecədən səhərə donurdu. Belə bir havada, səhər ertədən və bir köynəkdə, paltosunu büküb qucağında tutaraq iti addımlarla gedən əlli beş yaşlarında, sısqa bir kişi istər-istəməz yoldan ötən, qarşısına çıxanların diq...
ANL
"Azərxalça" böyük sənətdə varisliyi davam etdirir. “Azərxalça" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun əməkdaşlarından 759 nəfəri toxucu, digərləri isə inzibati-təsərrüfat işçisidir. Toxucular cəmiyyətin təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Tədris-hazırlıq k...
ANL
İttifaq MİRZƏBƏYLİ. Söz, sənət, ədəbiyyatla bağlı xatirələr nəinki unudulmur, hətta vaxt keçdikcə daha da əzizləşir və yaşanılmış ömrün dəyərli səhifələri kimi qeyri-adi bir əhəmiyyət kəsb edir. Bugünlərdə "Səs" qəzeti baş redaktorunun müavini, Əməkdar jurnalist Valeh Məhərrəmlinin zəng edərək mənə xatırlatdığı b...
ANL
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi. Bugünlərdə "Elm və təhsil" nəşriyyatında çapdan çıxmış yeni bir kitab öz orijinallığı ilə seçilir. Üç dildə - Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş kitabın müəllifi görkəmli ədəbiyyatşünas alim, akad...
ANL
Sərdari-Milli Səttarxanın vətən üçün alışan ruhu. ... O gözəl heykəli gördükdə döyüş günlərimin xatirələri, o qanlı döyüşlərdən umub əldə edə bilmədiyimiz hüquqlar üçün fikrə dalmışdım. Qərara gəldim ki, Yaşadığım məhəllə - Əmirəqıza gedib ötən xatirələri xatırlayım. Pəhləvilər dövründə minlərlə Türk yer adların...
ANL
Dirijor Çingiz Hacıbəyov yad edildi. Oktyabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Əməkdar incəsənət xadimi, dirijor Çingiz Hacıbəyovun 105 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə qonaqlar sənətkarın ömür yolunun əks olunduğu videoçarxa baxıblar. Niyaz...
ANL
Zirvə, məlumdur ki, ən yüksək nöqtə anlamında ifadə olunan sözdür. Çünki hər bir ucalığın öz zirvəsi vardır. Zirvənin ən yüksəyi yoxdur. Zirvə, ənginlik altında daima öz əzəmətini qoruyur və bir növ özü də əlçatmazlıq simvoluna çevrilir. Mənəvi zənginlik bütün zirvələrin fövqündə dayanır. Öz məzmunu ilə daha əzə...
ANL
Tofiq Quliyevin xatirəsi anıldı. Dünən görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin xatirə günü idi. Böyük sənətkarın vəfatından 18 il ötür. Bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Tofiq Quliyevin məzarı önünə əklil...
ANL
Oktyabrın 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış ədəbiyyatşünas alim, mətnşünas, şərqşünas, şair və tərcüməçi, filologiya üzrə elmlər doktoru, akademik, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimlinin anadan olmasının 65 illiyi münasibətilə "Teymur Kərimli-65" ...
ANL
Ağzımızdan çıxan hər sözlə zəhər saçırıq! Kəlmələri zəlil günə salır, cümlələri şil-küt edirik! Bir-birimizlə danışmağı bacarmırıq, fikirlərimizi dürüstcə açıb, məramımızı səmimi şəkildə deyə bilmirik! Söz-söz uzaqlaşırıq bir-birimizdən, cümlə-cümlə yaranır aramızdakı uçurumlar! Beləcə, səssizlik başlayır. Sükut xərç...
ANL
qara buludlarla yaşmaqlandı günəş. yorğun göylərin. günəşi axtarmağa getdi. qayğısız sərçələrin. səsi qarışdı. yenə küçədə dilənən uşağı. yırtıq ayaqqabılarından tanıdı... Pencək havası. qərar tutmarıq evdə. Adamlar sevinmək istəmir. yayın qızmarını. rənglərin qarasını... Sevgilim səndə doğulub. günəşimiz. qara-qara...
ANL
İspaniya - düşüncələr və unudulmaz xatirələr. “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. Yeretikliyə (dinsizliyə) görə məhkum olunanların sayını bəzən protestant yazıçılar artırırdılar. Lakin bu da bir faktdır ki, Katolik kralların hakimiyyəti ...
ANL
Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. Azəri gənclər birliyi yığıncağında M.Ə.Rəsulzadənin mühazirəsi: Qərbdə və Şərqdə milli məsəl...
ANL
Qədim Gəncə şəhərində dünyaya göz açmış, öz istedadı ilə parlayan, Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımov haqqında gecəyarısı 90 dəqiqə ərzində yazıb tamamladığım məqaləni çoxsaylı futbol azarkeşinə ərmağan etmək istədim. Usta Aydın kişinin evində böyüyən Vəlinin əvvəl həndbola, sonralar futbola olan ...
ANL
“SMOMPK” məcmuəsi və milli mənsubluq missiyası. Azərbaycan folklorunun qorunub saxlandığı ən əsaslı mənbələrdən biri SMOMPK (“Sbornik materialov dlə opisaniə mestnostey i plemen Kavkaza”) məcmuəsidir. Görkəmli ziyalılarımız XIX əsrdə Avropada baş verən proseslər, daha doğrusu, sürətli yeniləşmə müstəvisində görüb ...
ANL
“Tarqovu”da, yarımzirzəmidə yerləşmiş bir kafedə oturmuşam. Bitib, tükənirəm. Ağlıma ilk gələn sən oldun. Hər bir fahişə qadının belə qəmli bir tarixçəsi olur. Olmasa belə uydururlar. Sənə heç nə uydurmadan yazıram. İçimdəki boşluqları doldurmaq üçün sözlər axtarıram. Tapa bilmirəm. Yalqızlığım həbsxana hücrəsinə ...
ANL
Romanları, pyesləri, esseləri yazıçıya böyük şöhrət qazandırıb. Bir çox nüfuzlu ədəbi mükafata layiq görülmüş T.Bernhardın yaradıcılığı Azərbaycan dilinə az çevrilib. Oslo ətrafında hardasa 60 yaşlarında bir kişi ilə tanış olduq; o, bizə Hamsunun vaxtilə qaldığı, ömrünün son ili barədəki yazılarından tanıdığımız Qocal...
ANL
Bu mövzuda nə qədər romanlar yazılıb, filmlər, seriallar çəkilib. Səhnəarxası hadisələr, hazırlıq, məşq prosesi, sənətçilərin özlərinəməxsus həyat tərzləri, bəzən qəribə xarakterləri və qəliz münasibətlər sistemi elə necə varsa, o cür maraqlıdır. Axı bugünkü tamaşaçını hər şey maraqlandırır, bəzən sevdiyi filmlə...
ANL
Nəşrin üzərindəki “Allan Kardekin dünyanı sarsıdan kitabı” ifadəsi 420 səhifəlik “səfər” əsnasında bizi nələrin gözlədiyi ilə bağlı az-çox ipucu verirdi. Kitabı əlimə aldığım ilk andaca üz qabığındakı təsvir və sözlər qeyri-müəyyən hisslər yaşatmışdı. Məhz bu suallara cavab axtara-axtara ömrünü başa vuran, bir-bi...
ANL
Bugünlərdə Xalq yazıçısı Anarın “Səhər-səhər” adlı yeni kitabı işıq üzü görüb. “Səhər-səhər” və “Başqa yazılar” adlı iki hissəyə bölünən kitabın ön sözünün müəllifi “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, son sözünün müəllfi isə Anar yaradıcılığının tədqiqatçısı, yazıçı Pərvindir. Kitabın üz qapağındakı “Səhər” ...
ANL
“Mədəniyyətlərin dialoqu” təqdim edildi. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxana Sistemi (MKS) tərəfindən yeni layihə reallaşdırılır. “Mədəniyyətlərin dialoqu” layihəsi tolerant davranışın formalaşmasına yönəlib və 10-a yaxın tədbirin təşkilini nəzərdə tutur. Layihə çərçivəsində dünən Yasa...
ANL
Bu günlərdə “Literaturnıy Azerbaydjan” jurnalının növbəti sayı çap olunub. Jurnaldakı yazılar “Nəsr”, “Poeziya” və “Publisitika” bölmələrində toplanıb. Bu dəfə jurnal Xalq yazıçısı Elçinin hekayələri ilə başlayır. “Poeziya” bölməsi Rəşad Məcidin şeirləri ilə başlayır. Şeirləri rus dilinə Səlim Babullaoğlu tərcümə edib....
ANL
Sənət uğrunda qadın fədakarlığı. Kişi cinsindən olan istənilən birisindən “qadın kimdir?” deyə soruşsanız, ən azından “qadın bizi dünyaya gətirəndir, həyat verəndir” sözünü eşidəcəksiniz. Məncə isə, qadınların həyatımızda olan ən böyük rolu, elə həyatımızda olmaqlarıdır. Biri ətrafımızda olan, gördüyümüz, bildiyi...
ANL
Köhnə Tiflisin bizə əziz olan, simsar görünən çox küçələri, məhəllələri, binaları, ağacları, kəhrizləri var. Çox sular axıb keçib, onillər, yüzillər bir-birini əvəzləyib, nəsillər dəyişib, amma Şeytanbazar Tiflis əhlinin dilində elə Şeytanbazar olaraq qalıb. İstər gürcüsünün, istər azərbaycanlısının dilində. Me...
ANL
Son zamanlarda Azərbaycan uşaq ədəbiyyatındakı durğunluqdan şikayət olunur. Uşaqlar üçün milli nağılların, hekayələrin yazılmaması, cizgi filmlərinin çəkilməməsi əsas problem kimi göstərilir. Ancaq bu məsələyə bir az da diqqətlə ciddi şəkildə yanaşsaq, sırf bu işlə -yəni uşaq ədəbiyyatı ilə məşğul olan bir neçə yazıçı...
ANL
UNEC-in dəyərləri. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə öz dəyərlərini təsdiqləyib. Regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin bütün heyəti üçün vahid yanaşma formalaşdıran “UNE...
ANL
Oktyabrın 5-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilmiş “Mikayıl Müşfiq. Biblioqrafiya” kitabının və “Mikayıl Müşfiq-110” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. Tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyini...
ANL
Fransa Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı. Bir neçə gün əvvəl Fransa Azərbaycanlıları Koordinasiya Şurası (FAKŞ) təsis olunub. Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri Toğrul Zeynalov qurumun əlaqələndiricisi seçilib. FAKŞ-ın Fransada fəaliyyət göstərə...
ANL
"Dini radikalizmə meyllilik xarici təsirlərdən qaynaqlanır". “525”in müxbirinin suallarını Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov cavablandırır. - Etibar müəllim, bu gün Azərbaycanda multikultural mühi...
ANL
Kino kimi bir həyat və ya Lətif Səfərovun ömürdən uzun ağrıları. Görəcəyim işlər barədə çox düşünmüşəm. Müəllimim Qriqori Mixayloviç Kozintsevin vəsiyyətini minnətdarlıqla xatırlayıram: "Əgər özünüzü incəsənətə həsr etməyi qərara almışsınızsa, yatmamağı öyrənin. Bu sözlərin müəllifi kameralarla tanış olanda hə...
ANL
Üçüncü Məmməd Araz Poeziya günü yekunlaşdı. Şair və tədqiqatçı Qardaşxan Əzizxanlının rəhbəri olduğu Üçüncü Məmməd Araz Poeziya günü layihəsi çərçivəsində və Xalq şairinin 85 illiyi münasibətilə keçirilən tədbirin yekun toplantısı dünən Xəzər Universitetində gerçəkləşib. Azərbaycan Respublikası Prezidenti yanında Bil...
ANL
Öz doğum günündə də yaradıcılq fəaliyyəti ilə məşğul olan bu xanımın uğurları sadəcə bununla bitmir. O, Gənclər və İdman Nazirliyinin "İlin gənci", Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə", Ədəbiyyat fondunun Rəsul Rza adına Beynəlxalq mükafatlarının laureatıdir. 2014-cü ildə Azərbaycan Prezidentin sərəncam...
ANL
Gənc yazarın yeni kitabı işıq üzü görüb. Oktyabrın 7-si "AzərKitab"da gənc yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Həsənlinin "Təşəbbüs" romanının təqdimat mərasimi olub. Mərasimdə ziyalılar, yazıçının qələm dostları, media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan müəllif öz yaradı...
ANL