text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qardaş tatar ədəbiyyatının tarixi qədim və zəngindir. Yeni dövrdə, xüsusilə, XIX-XX əsrlərdə tatar ədəbiyyatında çoxlu istedadlar meydana gəlmiş, tatar söz sənəti başqa bir səviyyədə inkişaf etmişdir. Şəhabəddin Mərcani, Qəyyum Nəsiri və Əbdürrəhman İlyasi kimi cədidçi ədiblər bunların ən məşhurlarıdır. Abdulla T...
ANL
Onlardan başqa kimsə var? Dayanmadan köçür tatar, Şaxtalara düşüb çıxır, Oddan, sudan keçir tatar. Mehribandır hamı ilə, Görən bunun sirri nədir? Bütün başqa millətlərə. Neçə millət baxıb durur. Tatarların gözü ilə, Neçə millət gəzib durur. Tatarların üzü ilə. Neçə millət yaşayır bəs. Tatarların qanı ilə? Tatarlara ölç...
ANL
Kino kimi bir həyat və ya Lətif Səfərovun ömürdən uzun ağrıları. Səfərov tədris dövründə özünü ən yaxşı cəhətdən göstərmişdir. Tələbəlik illərində o, Bakı kinostudiyasında iki qısametrajlı film çəkmiş və hər iki film "əla" qiymətlə ekranlara buraxılmışdır. Səfərov L. istedadlı, çalışqan, istehsalatı yaxşı bilən i...
ANL
"Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi". GƏNCƏDƏ BU MÖVZUDA MÜZAKİRƏ TƏŞKİL EDİLİB. 8 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və AMEA Fəlsəfə İnstitutun...
ANL
Gənc tarzən Sankt-Peterburq festivalında "Ən yaxşı ifaçı" seçildi. Oktyabrın 8-də Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi bu təhsil ocağının Sankt-Peterburqda keçirilən "Salut Talantov" VIII Beynəlxalq musiqi festivalında 1-ci yerə layiq görülmüş ifaçılıq (Xalq çalğı alətləri-tar) ...
ANL
Gecənin kar vaxtı onun insanlıq dünyasının səlis, poetik ruhla cilalanmış şeirlərini oxudum. Riyazi təfəkkürünü yadıma saldım. Bələdçim onun qeyri-adi həyatı oldu. 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsində təhsil alıb, institutu fərqlənmə diplomu ilə başa vurub. Mən bu kiçik yazımda a...
ANL
TEXNİKA ELMLƏRİ DOKTORU ELÇİN QƏNBƏROVUN XATİRƏSİNƏ. Doğma Azərbaycanımızın füsunkar bir parçası olan Qarabağda dünyaya göz açmışdı. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdu. Hələ tələbəlik illərində yüksək təfəkkür, istedad sahibi kimi tan...
ANL
Bəlkə də bu, insanın görünməz güclərindəndir ki, ən böyük acılarla da barışmağı bacarır. Bu, insana nəsib olmuş müstəsna istedad - əziz kimsələrin ürəkdəki daimi yerini onların əbədi xatirəsi ilə əvəz edə bilmək, onları könüldə elə diri kimi yaşatmaq qabiliyyətidir. Aida xanım İmanquliyeva yaşasaydı, gələn il sə...
ANL
Öz zövcən olsa da çəkmədi səni, Leylinin sevgisiz, ruhsuz bədəni. Yazıq İbn Səlam, taleyin sənin. Məcnun taleyindən betər yandırır. Salam, İbn Səlam, zavallı aşiq, Yuxuma girmişdin, yuxuqarışıq. Leylinin göz yaşı, Məcnunun ahı. Səni pərvanətək yandırıb yaxdı. Məcnunun göynəkli səhra tufanı, Sənin də başında tufana dön...
ANL
Axı bu gün gəlməyəcəkdi. Yaxınlaşdıqca zənnimdə yanılmadığımı görürəm. Televizorda şairlər haqqında veriliş gedir - deyir. Xüsusilə bu verilişdə Musa Yaqub və ya Zəlimxan Yaqub var idisə, - sevdiyim bu iki şairin təxəllüs adaşı olduqlarının fərqinə çox sonralar vardım - atı belə yəhərsiz-yüyənsiz minərdim. Burund...
ANL
Nazilə Gültacla bir neçə il öncə Yazıçılar Birliyinin tədbirlərində tanış olmuşduq. Onun mehriban, gülərüz xasiyyəti, sözə qarşı həssaslığı hər zaman diqqətimi cəlb edib. Sonralar onun həm də həkim olduğunu öyrəndim. Hər iki istiqamətdə birbaşa insanla məşğul olan, insanı həm xarici, həm daxili, həm də mənəvi tə...
ANL
Millətinin cəsur müdafiəçisi, Avropa qiyafəli Şərq oğlu: Məhəmmədağa Şahtaxtılı. Onun adı Naxçıvanın yetirdiyi görkəmli şəxsiyyətlər arasında öz ölkəsinə, vətəninə və millətinə böyük şöhrət gətirən nadir şəxsiyyətlərdən biri kimi çəkilir. "Sahib-mənsəb ziyalılar yurdu" kimi tanınan qədim Şahtaxtının məşhur yetir...
ANL
Filologiya elmləri doktoru. Qırxıncı illərin sonlarında ədəbiyyata yeni, cavan bir tənqidçi gəldi. O, Azərbaycan sovet ədəbiyyatının banilərindən biri - məşhur yazıçı Əli Vəliyevin ailəsində dünyaya gəlmişdi. Oranı bitirdikdən sonra bir il "Uşaqgəncnəşr"də işlədi və ondan sonra ömrünün axırına qədər Nizami adına ...
ANL
Dünyanı heyrətə gətirən 10 səs Heydər Əliyev Mərkəzində. Oktyabrın 10-da Rusiyanın məşhur "Turetski xoru" Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib. AZƏRTAC xəbər verir ki, anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub. Art qrup konse...
ANL
Əbülfəs Qarayev İSESKO Baş Konfransının 13-cü sessiyasında. Sessiyada iştirak məqsədilə mədəniyyət naziri Əbülfəs Qarayev Mərakeşdə səfərdədir. Qeyd edək ki, ölkəmiz sessiyada təşkilatın 12-ci Baş Konfransının sədri qismində təmsil olunur. Nazir Əbülfəs Qarayev sessiyada çıxışı zamanı Azərbaycanla İSESKO arasında ...
ANL
Tamaşa Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında hazırlanıb. Teatrın rus bölməsində ərsəyə gələn səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Maraqlı və rəngarəng süjet xətti, zəngin səhnə dekorasiyası olan bu tamaşanı "böyüklər üçün nağıl" da...
ANL
"Əsgərlər unudulanda ölürlər" filminin çəkilişləri yekunlaşdı. "Əsgərlər unudulanda ölürlər" sənədli filminin dörd ay davam edən çəkilişləri başa çatıb. AZƏRTAC xəbər verir ki, ekran əsərində 1920-ci ildə Azərbaycana təcavüz etmiş XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından ...
ANL
Biçmə-Tikmə dərnəkləri müsabiqəsinin ilk mərhələsi başa çatdı. Dərnəklərin populyarlaşdırılması, onların sosial imicinin artırılması və onlara qarşı ictimai diqqətin yüksəldilməsi məqsədilə Biçmə-tikmə dərnəklərinin müsabiqəsi keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə El...
ANL
İstiqlal Muzeyində növbəti sərgi "Paralel" olacaq. Oktyabrın 17-də Azərbaycan İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibətilə "Paralel" adlı tədbir-sərgi keçiriləcək. Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının...
ANL
Firəngiz Əlizadənin əsərlərinin yeni nəşrləri Avropada. Tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, professor Firəngiz Əlizadənin bir sıra partituraları Almaniyanın və İsveçrənin nüfuzlu nəşriyyatları tərəfindən 2018-ci ildə "Yeni nəşrlər" qrifi altında iş...
ANL
Xalq şairi Məmməd Araza həsr olunmuş sərgi açıldı. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın Xalq şairi Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edilib. Bu kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən "Milli Rəqəmsal Yad...
ANL
Bakıda XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi açılıb. Dünən Bakı Ekspo Mərkəzində XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb. Təhsil Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtə...
ANL
"Əsl yaradıcının zəka məhsulu cəmiyyətin qida mənbəyidir" sözlərinin müəllifi müasir Azərbaycan ədəbiyyatına yorulmadan töhfələr verən Əlirza Xələflidir. O, bu dəfə ədəbi mühitə istedadı və hazırlığı ilə gəlmiş Mədət Məmmədovu oxuculara yenidən təqdim edir. Bu təqdimat sanballı bir kitab vasitəsilə reallaşır. Kit...
ANL
Darıxmışdım nə vaxtdı, Anam yuxuma gəldi. Göydən bir ulduz axdı, Anam yuxuma gəldi. Çox bilərdi azımı, Qış eylədi yazını, Çəkəmmədim nazını - Anam yuxuma gəldi. Yoxluğuna öyrədən - Anam yuxuma gəldi. Nə biləydim bitəcək, Ömür sona yetəcək.
ANL
Şeirdən kinoya keçidin Ünlü formulu. Onur Ünlünün filmlərini izləyənlər, yəqin ki, fikirlərimlə razılaşarlar. Çəkdiyi hər filmdə həyatı detalların insanı özünə xatırlatması, onun filmlərini daha da çox sevdirir mənə. Çünki Onur Ünlü filmlərində daha çox ölüm, ailə, insani münasibətlər arasında olan halları komediya və...
ANL
Kişilər də ağlayır. Çalış hiss etdirmə! Hüznünü göstərmə! Duyğularını gizlə, axı sən kişisən! Ömür boyu bu ağırlıqlar yüklənib çiyinlərinə. Ağrılarını sümüklərində, əzablarını iliklərində saxlayırlar. Gözlərindən yaş gələndə yumruqlarını sıxırlar, daşa-divara vururlar, əllərindən qan axır, amma gözlərindən yaşın çıxm...
ANL
İspaniya - düşüncələr və unudulmaz xatirələr. (Əvvəli ötən şənbə saylarımızda). “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. Bu, olduqca sevinc bəxş edən zəfər idi, həmin əməlinə görə özünün “Allahın standart dayaqdı” tək seçilmiş hesab edilməli olduğ...
ANL
Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. MÜSAVAT FİRQƏSİ VƏ BOLŞEVİKLƏR. Azərbaycana ilk qədəm basdıqları gündən etibarən rus bolşevi...
ANL
Balet sənətimizin uğurlu müjdəçisi. Azərbaycanın ilk balerinası Qəmər Almaszadənin adı çəkiləndə həmişə niyəsə təzadlı duyğulara qapılıram. Bu qədər əksliyi özündə birləşdirə bilən bir qadın, uğur simvolu yalnız zanbaq çiçəyilə müqayisə oluna bilər. Dahi bəstəkar Üzeyir Hacıbəyov o vaxt hələ çox gənc olan balerina Qəmə...
ANL
Belə bağlanmasın dünənə söylə, Köhnəlib bu adət-ənənə, söylə. Ata kötəyinə qayıdan kimi. Arı pətəyinə qayıdan kimi. Bir bala qaranquş öz yuvasına, Çoban tütəyinə qayıdan kimi. Hər yandan üzülən bomboş əllərim. Tanrı ətəyinə qayıdan kimi. Yatsa, ipə-sapa yatsa sözlərim, Yenəmi gedərdim güdaza görən? Bu boyda nəz...
ANL
İnsan və dünya ədəbiyyatın təsir dairəsində. Hardasa, necəsə oxuduğumu unutduğum bir yerdə yazıçı ilə kimyaçı müqayisə olunurdu. Deyilirdi ki, yazıçı qalaq-qalaq romanlar, cild-cild kitablar yazar, amma onun cəmiyyətə, dünyaya bir təsiri olmaz, kimyaçı isə bircə dənə dərman düzəldər və milyonları düçar olduğu ha...
ANL
Milli oyanışın və istiqlalın poetik manifesti. Xalq şairi Məmməd Arazın əsərləri XX yüzil Azərbaycan poeziyasının təkrarsız və özünəməxsus hadisələrindən biri sayılır. Onlar müstəqillik dövrü Azərbaycan poeziyasının ilk təməl daşlarını qoyur və möhkəm bünövrəsini yaratmağa müvvəffəq olurlar. Böyük şairin yaradı...
ANL
Absurd: qazanmaq, itirmək, imtina etmək... Həyatınız boyu dünyanın ən gözəl cümləsi ilə başlayan bir mətn yazmaq arzusunda olursunuz. Dünyadakı bütün dillərdə insanlara xitab edirsiniz. Kitabları, qəzet parçalarını, musiqi mətnlərini misra-misra, sətir-sətir oxuyursunuz. Adamları söhbətə tutur, onları dinləyir, eş...
ANL
Azərbaycan arxeologiyası milli maraqlar kontekstində. XXI əsrin inkişaf sürəti, güc dövlətlərinin hədələri, qloballaşma şəraitində milli maraqlar sistemini prioritetlikdən uzaqlaşdırma və bununla da kiçik dövlətləri “özününküləşdirmək” cəhdləri bizi də ciddi düşünməyə, iqtisadi, siyasi, milli müstəqilliyimizi tə...
ANL
Uzaqdakı qəm ağacı. Onu daha yaxşı tanımaq üçün mütləq Yerfini də görmək lazımdır: bütün həyətlərindən zirvəsi görünən “qarrı Babaya” - Həzrət Babaya baxmaq, kəndin arxasındakı sal-şıldırım qayanın vahiməsini öz canında duymaq gərək. Onu daha yaxşı tanımaq üçün mütləq və mütləq “Bulaq” dədəni dinləməlisən; ana radiomuz...
ANL
Milli Dram Teatrında Xalq artisti İlham Əsgərov anıldı. Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli aktyor, Xalq artisti İlham Əsgərovun 60 illiyinə həsr olunan tədbir keçirilib. Xatirə gecəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Milli Dram Teatrının təşkilatçılığı i...
ANL
Bakıda III Türk Dünyası Sənədli Film Festivalı başladı. Dünən Bakıda III Türk Dünyası Sənədli Film Festivalı öz işinə başlayıb. Mədəniyyət və İncəsənət Universitetində açılışı olan tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiy...
ANL
Əbülfəs Qarayev: "Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir". Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəkləyir və həyata keçirir. Trend-in məlumatına görə, bunu Mərakeşin paytaxtı Rabatda Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (ISESCO) 13-cü konfransında iştira...
ANL
Bu sayda “Redaktor sözü” kimi verilən “Ədəbi akademizm”in iziylə” adlı mətndə müəllif yazır: “Tənqid.net-in hazırkı sayı “ədəbi akademizm”ə, ədəbiyyatın zəminində duran elmi ölçü və dəyərlərə, bu dəyərlərin müasir elmi-ədəbi mühitdə transformasiyası və təzahürü faktlarına nəzər salır, diqqət yönəldir, şərhini verir. A...
ANL
Türkiyəli şairin kitabı təqdim olundu. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda türkiyəli şair Səbri Quşqonmazın “Gecədən gündüzə” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə ziyalılar, ədəbiyyatşünaslar, poeziyasevərlər və media nümayəndələri iştirak ediblər. Tədbiri şairin şeirlərini A...
ANL
Bütün dekorasiya qurulmuşdu, rollar bölüşdürülmüşdü, rənglər seçilmişdi, mizanlar müəyyənləşmişdi... Allah “OL” dedi və hər şey başladı; quş qanad çalmağa, ilan sürünməyə, qarışqa yuvasına yem daşımağa, ağaclar yarpaqlamağa, çiçəklər açmağa, külək əsməyə, günəş yandırmağa başladı... Hər şey, hər kəs öz zamanını...
ANL
Köhnə Bakının nostaljisi. Hərdən şəhərə qarışmaq istəyirsən. Tarixinə, yollarına, küçələrinə, adamlarına, evlərinə, dənizinə bələd olduğun bir şəhərin kiçik bir hissəsi, yaddaşı, ya da lap köhnə bir albomdakı şəkli olmaq istəyirsən. Elə şəkillərin, elə binaların gələcəyi həmişə məlum olur. O şəkillərə düşən adam...
ANL
Daşından torpağına, yosunundan yarpağına qədər tarix qoxuyur. Onda ilk öpüşlərin, son görüşlərin, fırtınalı eşqlərin, çağlayan münasibətlərin, düşünən beyinlərin, nəhəng ürəklərin, böyük şəxsiyyətlərin izi var. İçində qucaq-qucaq xatirələr, qalaq-qalaq ağrılar, varaq-varaq həsrətlər daşıyır. Yeganə yerlərdəndir...
ANL
Bu qədimliyi, gözəlliyi süsləyən məkanlarından birindən - Dənizkənarı Milli Parkdan, daha doğrusu, burada açılmış “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərgidən söz açacam bu yazıda; sərginin izinə düşüb sənin - doğma şəhərimin keçmişinə səyahətə çıxacam. Bu səyahətdə mənə vətənimizə həsr olunmuş bir-biri...
ANL
Bakı bulvarında tarixə səyahət. Bu tutqun və çiskinli payız günlərindən birində yolumu Dənizkənarı Milli Parkdan salmışdım. Addımlarımın qeyri-ixtiyari başqa səmtə yönəldiyini hiss elədim. Məni özünə nəyin cəlb elədiyini indi anlamışdım - bir retro musiqinin sehrinə düşmüşdüm. Qəribə bir ovqatda idim, sanki Müslü...
ANL
Düşüncələrin qoşa qanadı: fizika və lirika. Yayın cırhacırında günəş qısqanclıqla hamının diqqətini ancaq öz üzərinə cəm edəndə maraqlı bir tədbirə dəvət aldım - “Fizika və Lirika” konfransı çərçivəsində keçirilən “Qoşa qanad” elmi-ədəbi toplantıya. Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə artıq dördüncü dəfə baş t...
ANL
“Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlanan forum 4-7 oktyabr tarixlərində Qırğızıstanın Bişkek şəhəri və Çolpan-Atada yerləşən İssık-kulda keçirildi. 1986-cı ildə forumda dünyanın müxtəlif ölkələrindən olan 17 iştirakçı qlobal problemləri müzakirə etmiş, çıxış yollarını göstərməyə çalışmışdı. Bu for...
ANL
Gəlin Parisdənsə Bakıya gedək. Bizim qonşularımızda da görüləsi çox şeylər var. Rusiyanın dövri nəşri olan "Literaturnaya qazeta”nın 3 oktyabr 2018-ci il tarixli nömrəsində ölkəmizdə səfərdə olmuş Rusiya Yazıçılar Birliyinin Volqoqrad şöbəsinin rəhbəri, tanınmış yazıçı Aleksandr Tsukanovun Azərbaycanın zəngin mə...
ANL
Düz beş il öncə də burada belə bir təmtərağın şahidi olmuşdum. Yenə də burada bayram ovqatı vardı. Nərimanov Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Vəli Abbasov: "Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri, polis veteranı Paşa Kərimovun 85 illik yubilieyidi...
ANL
Bakı Kitab Mərkəzində Nərgiz Cəlilova ovqatı. Rəvan CAVİD. Elə səslər var ki, illər sonra eşidəndə arxasınca gətirdiyi böyük bir xatirə selini qolundakı saatın əqrəbləri bənd olub saxlaya bilmir. Televiziya qarşısında oturub "Pəncərə" verilişinə baxırsan. Səsini, nitqini sevdiyimiz məşhur teleaparıcı Nərgiz Cəli...
ANL
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri. Televiziya kanalarından birində adı mənim pyesimlə eyni olan “Təhminə və Zaur” serialı nümayiş etdirilir. Bununla bağlı mənə çoxlu suallar verirlər, münasibətimi bilmək istəyirlər. Xeyli müddət bundan əvvəl bir neçə gənc yanıma gəldi və mənim əsərim əsasında ...
ANL
Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edildi. AZƏRBAYCANI VƏ QAFQAZI ÖYRƏNƏN BRİTANİYA FONDUNUN ADI OKSFORDUN ŞƏRƏF TARİXİNƏ - KLARENDON ARKASINA HƏKK OLUNDU. Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, Ok...
ANL
Mikayıl Müşfiq irsinə biblioqrafik və metodik yanaşma. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 may 2018-ci il tarixli "Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında" Sərəncamı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə...
ANL
Kitabxana haqqında danışıram bu dəfə. Həm də adi və sadə kitabxana deyil, çağdaş çağırışlara cavab verən, sağlam kollektivə sahib olan, nəinki kandarından içəridə, hətta dışarıda belə müsbət auranın adamı bir anda sardığı kitabxanadan. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sayılıb-seçilən, bənzəri olmayan bir...
ANL
Azərbaycanın gənc yazarlarının əsərləri Türkiyədə... İLESAM-ın AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 YAŞINA TÖHFƏSİ. Son illərdə Türkiyə-Azərbaycan ədəbi əlaqələri başda olmaqla, bütün Türk dünyasında ədəbiyyatın, sənətin inkişafı və təbliği ilə məşğul olan Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Sənət Birliyi -...
ANL
Xalq şairi Məmməd Araz Kürdəmirdə yad edildi. Oktyabrın 13-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 85 illik yubileyi münasibətilə Poeziya günü keçirilib. Poeziya gününün aparıcısı - Region...
ANL
Bugünlərdə filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Baba Babayevin "Ədəbi etüdlər" adlı kitabı çap olunub. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru Bəsirə Əzizəliyeva, rəyçisi filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlidir. Azərbaycan ictimai-siyasi, ədəbi, mədəni, elmi fikir tarixinin görkə...
ANL
Sanballı tədqiqatın müəllifi yazı məsuliyyətinin çətinliyini ən çox başlanğıc üzərində yaşayır. Çünki bu məqamda oxucu diqqətini cəlb etmək, mətnin sona qədər oxunaqlıq marağını qoruyub saxlamaq istəyi dayanır. Kitabda yer alan məqalələrin çox hissəsi Azərbaycanın fəal mətbu orqanı olan "525-ci qəzet"də çap olunm...
ANL
Azadlıq aşiqi, gerçək vətənpərvər, fədakar istiqlal mücahidi. 27 YAŞINDA GÜNEY AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN RƏHBƏRLƏRİNDƏN BİRİ OLMUŞ FİRUDİN İBRAHİMİNİN DİPLOMATİK FƏALİYYƏTİNƏ QISA BİR NƏZƏR. Azərbaycan Demokrat Firqəsi (Partiyası) Mərkəzi Komitəsinin üzvü, Güney Azərbaycan Milli Məclisinin nümayəndəsi Firudin...
ANL
Oktyabrın 12-də Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə Rəşid Behbudov adına Mahnı Teatrında daha bir təntənəli tədbir keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyi, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi və "Türk dünyası Qorqud Ata aşıqlar karvanı" layihəsinin təşk...
ANL
Əgər elm, siyasət, dövlət xadimi, yaxud iş adamı, xüsusilə öz sahəsində yüksək uğurlar qazanaraq cəmiyyətdə tanınmış şəxs əlinə qələm alıb şeir yazmağa mənəvi ehtiyac duyursa, bu, müəllifin müvafiq sahədəki bütün, şöhrətinə baxmayaraq, ilk növbədə, geniş ictimai məzmun daşımayan subyektiv hadisədir. Və ona görə ...
ANL
Alim və şair ömrü: Gülhüseyn Hüseynoğlu. 16 oktyabr müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun doğum günüdür. Anadan olmasının 95-ci ildönümü tamam olan Gülhüseyn Hüseynoğlu mənsur şeirin yaradıcısı kimi tanınmaqla yanaşı, Müşfiq sevgisini...
ANL
Oktyabrın 16-da Azərbaycan Milli Kitabxanasında Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, ədəbiyyatşünas, tədqiqatçı-alim, mənsur şeirlər ustası, Xalq yazıçısı Abdullayev Gülhüseyn Hüseyn oğlunun (Gülhüseyn Hüseynoğlu) anadan olmasının 95 illiyi münasibətilə "Gülhüseyn Hüseynoğlu-95" adlı sərg...
ANL
Xalq yazıçısı Elçinlə Bakı Kitab Mərkəzində görüş. Oktyabrın 16-da Bakı Kitab Mərkəzində "Yazıçı ilə dialoq" layihəsi çərçivəsində Xalq yazıçısı Elçinlə görüş təşkil edilib. Tədbiri giriş sözü ilə mərkəzin rəhbəri Günel Rzayeva açıb. Elçinin yaradıcılığı haqqında danışan G.Rzayeva görkəmli yazıçı ilə rəhbəri o...
ANL
Xalq yazıçısı Elçinlə Bakı Kitab Mərkəzində görüş. Oktyabrın 16-da Bakı Kitab Mərkəzində "Yazıçı ilə dialoq" layihəsi çərçivəsində Xalq yazıçısı Elçinlə görüş təşkil edilib. Tədbiri giriş sözü ilə mərkəzin rəhbəri Günel Rzayeva açıb. Elçinin yaradıcılığı haqqında danışan G.Rzayeva görkəmli yazıçı ilə rəhbəri o...
ANL
"Abdulla Şaiqin nəsr yaradıcılığı" təqdim edildi. Abdulla Şaiqin mənzil-muzeyində filologiya üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, qabaqcıl maarif xadimi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Baba Babayevin "Abdulla Şaiqin nəsr yaradıcılığı...
ANL
"Dekorativ sənət və interyer" mövzulu beynəlxalq konfrans keçirildi. Oktyabrın 10-12-də Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsi ICDAD və DEMHIST - Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları, Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri konfrans keçirib. Konfrans Azərbaycan Xalça Muz...
ANL
Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov. tarix elmləri doktoru. Azərbaycanın görkəmli dövlət xadimi və Parlamentin ilk üzvlərindən olan Əbdüləli bəy Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə Şəkidə anadan olub. Tiflisdəki Aleksandrovsk Müəllimlər İnstitutunda Ə.Əmircanov Azərbaycanın tanınmış maarif xad...
ANL
"525"in müxbirinin suallarını millət vəkili, tanınmış bəstəkar Novruz Aslan cavablandırır: - Novruz müəllim, söhbətimizə mədəniyyət aləmində yaşananlardan başlamaq istərdim. Təəssüflər olsun ki, ölkəmizdə bir çox sahələrdə böyük irəliləyişlərə rəğmən, mədəniyyət sahəsində müəyyən geriləmələr var. Daha doğrusu,...
ANL
Milli Dram Teatrı: repertuar haqqında düşüncələr. Son zamanlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında olan bir neçə tamaşa haqqında dolğun təsəvvür yaratmaq istərdim. N.Qoqolun ölməz "Müfəttiş" əsərinə gənc rejissor Mikayıl Mikayılov çox maraqlı və baxımlı yozum verərək, günümüzlə səsləşən ...
ANL
Ürək çırpıntısı ilə yazılmış xatirələr... Nemət müəllimin uzun illərdən bəri üst-üstə yaddaşına yığdığı, ürəyində əzizləyib saxladığı. Nədənsə, yazıçı və şairlərin ömür yollarından bəhs edən kitablar, gündəliklər və xatirələr toplusu oxucuya bədii əsərlərdən daha çox zövq verir. Yəqin bu ona görə belədir ki, ...
ANL
Hüseyn Cavid irsinə böyük qayğının parlaq təzahürü. Tarix boyu Naxçıvanda doğulub böyümüş, buradan pərvazlanaraq tanınmış şəxsiyyətlər bu qədim diyara da yeni şöhrət gətirmiş, onu daha da şərəfləndirmişlər. Bunların hər biri haqqında cild-cild kitablar yazılıb, yazılır, yazılacaq da. Amma mən onlardan biri haqqınd...
ANL
Musiqili Teatr xarici qonaqların maraq dairəsində. Türkiyənin Kocaeli Universitetinin professoru Sema Göktaş və həyat yoldaşı - "Yeni Tiyatro" jurnalının təsisçisi və baş redaktoru Erbil Göktaş Azərbaycan Dövlət Musiqili Teatrında qonaq olublar. Teatrın mətbuat xidmətindən bildirilib ki, səmimi və işgüzar şəraitd...
ANL
Yaşadığım uzaq ölkədə ədəbiyyatı, poeziyanı həqiqətən də sevən, ona xidmət edən nadir insanlar var. Azərbaycan oxucusunu qəribə, özünəməxsus üslubu olan bu kövrək, eyni zamanda realist şairin şeirləri ilə tanış etməyi özümə borc bilirəm. Qeyd etmək istərdim ki, A. Vasilevski “Novıy mir” jurnalının baş redaktoru, ...
ANL
Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd edilib. Tədbirdən öncə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov, teatr ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin...
ANL
Prezidentin fəaliyyətində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti. Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ili tamam olub. Bu müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni di...
ANL
Uğurlar təsadüfi olmur. Bir tərəfdən mavi gözlü Xəzər öz şıltaq, qırçın ləpələri ilə Şabran bölgəsinin saçlarına sığal çəkir, o biri tərəfdən isə bu yurd sıx meşəli, yaşıl donlu dağlara söykənir. Elə bizim Orta Əmirxanlı kəndi də yüz illərdən bəridir ki, bu dağların ətəyində qərar tutur. Mən kəndimizin əsrarəngiz...
ANL
Sözün və maarifin fəal təəssübkeşi. Onlar yaşadıqları bir ömür boyu faydalı işlər görürlər. Həqiqətdir ki, ictimaiyyət arasında tanınmaq, nüfuz qazanmaq, hörmət sahibi olmaq, xalqın maariflənməsinə nail olmaq hər adama nəsib deyil. Bunun üçün gərək böyük zəhmətə qatlaşasan. Belə insanlardan biri də professor Ağar...
ANL
İspaniya - düşüncələr və unudulmaz xatirələr. “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. XVII əsrin sonunda II Filipp öz ölümündən bir qədər əvvəl Fransa ilə müqavilə bağladı. Həm də artıq İspaniya öz yüksək ambisiyalarında uğursuzluğunun şahid...
ANL
Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. Azərbaycanda ədəbiyyatın və sənətin milliyyətçilər əlində olması, ədəbiyyatda milli ruhun ha...
ANL
Gedənlər gəlmədi. İstənilən klassik sənət növləriylə məşğul olmağa qərar verən bir gənc bilməlidir ki, öz hiss və duyğularını, fikir və düşüncələrini sənət əsərində əks elətdirməkdən əvvəl uzunmüddətli bir peşəkarlaşma yolu keçməlidir, əvvəlki dövrlərin sənətkarlarının sənət incəliklərini, ifadə vasitələrini, fə...
ANL
Varmıdır hikmətli bir məna, gedənlər gəlmədi. Göylərə çəkdi mələklər bəlkə bu getmişləri, Yoxsa çəkdi nüvəyə dünya? Gedənlər gəlmədi. Getdilər bir-bir gedənlər, qoydular bu Dəştini. Bunca insan içrə tək-tənha, gedənlər gəlmədi. Kuyindən uzaq qalmağa canımda dözüm yox, Kuyin mənə qismət ola, cənnətdə gözüm yox. Şerim ...
ANL
Kim boyun əyməyə adət edirsə, Özünə şərəfsiz gələcək qurur. Alimlər, dahilər görüb bu dünya, Onların işləri saçıbdır ziya. Heyhat, adamlıqdan kənar bəzisi. Hətta mənfur kimi bəlli hamıya. Alın yazısını heç silmək olmaz, Zorla cəmiyyətdə sevilmək olmaz. Çoxu bəyənməsə, gördüyün işin, Düzgün olduğunu tam bilmək olmaz....
ANL
Sözün ölümsüz səfəri. ŞAİR RÜBAİLİN UNUDULMAZ XATİRƏSİNƏ. Gəlimli-gedimli dünyanın sirr dolu nağılları içində ömür az gedir, üz gedir, dərə-təpə düz gedir və bu dünyanın nağıllarını yarada-yarada özü də əfsanələşir. Bitməyən zaman isə sözün, yaradıcı insanın ədəbi taleyidir. Sözün, poeziyanın ölümsüz səfəri... Rü...
ANL
Bu günlərdə pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilovun AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun uşaqlıq və gənclik illərinə, həyat və yaradıcılığına, elmi-pedaqoji fəaliyyətinə həsr olunan “Zirvə yolu” kitabı işıq üzü görü...
ANL
Görkəmli dilçi alim, əziz dost. Bu il ölkəmizdə nüfuzlu söz sahibi, görkəmli alim, pedaqoq, ictimai-xadim, filologiya üzrə elmlər doktoru, professor Vilayət Əliyevin 80 yaşı tamam olur. Bu yuvarlaq rəqəmlər əslində, bir fürsətdir, həm yubilyarın özü üçün, həm də biz dostları üçün keçmişə boylanmaq, olanları-keçənləri y...
ANL
Əbədiyyətdəki Məmməd Araz ünvanı. Amma bu gün əslində, Məmməd Arazın adıyla bağlıdır, onun doğum günü ilə əlamətdardır. O Məmməd Araz ki, sağ ikən qazandığı sevgini bu gün də məzarının başında görür. Sabah da görəcək. O Məmməd Araz ki, onu fəxri adlarla, titullarla təqdim etmək istəmirəm. Çünki Məmməd Araz bütün mükaf...
ANL
Bizə dərs deyən Cəbiş müəllimdən öyrənmişdim adını. Sonra tez-tez ifalarına qulaq asır, Bakıya gedib onunla görüşmək istəyirdim. Ad günlərimin on yeddincisində onu dinləyirdim. Hələ on yeddi yaşda olmağıma baxmayaraq, özümü illərin yorğunu kimi hiss edir, heç yaşamadığım, heç görmədiyim, bilmədiyim hissləri, ha...
ANL
Adidə qeyri-adilik yaxud Adil Cəmilin şeirinin sirləri. Amma onun ən böyük təsəllisi günbəgün, ilbəil qurub yaratdıqlarıdır. Şair üçün isə bu təsəlli, yəni yaratmaq eşqi zərrə-zərrə doğulan şeirə, kitaba bərabərdir. Söz insanı həmişə sözə möhtacdır. Bu mənada artıq oxucuların Adil Cəmil haqqında müəyyən bir təsə...
ANL
“Ana” tamaşasındakı anlar... Böyük rus şairi Yevgeni Yevtuşenko məqalələrindən birində XIX əsr rus-Qafqaz müharibələrini özünəməxsus şəkildə şərh edirdi: “Qafqaz xalqlarına zülm-cəza tədbirlərini çar rejiminin qarşılarına qoyduqları vəzifəyə uyğun olaraq həyata keçirən generallar, zabitlər, əsgərlər zəbt etdikl...
ANL
İtkin mətni necə oxumalı. Piter C.Smit İntibah dövrü ədəbiyyatı üzrə mütəxəssis, Nottingem Universitetinin müəllimi, Britaniya Şekspir Assosiasiyası İdarə Heyətinin üzvüdür. Təqdim edilən bu esseni P.Smit fransız tarixçisi Roje Şartyenin 2012-ci ildə ingiliscə nəşr olunmuş “Kardenio - Servanteslə Şekspir arasında: itk...
ANL
Onun ürəyinin iri gözləri ya bizim kəndli Vaqif Əlixanlı. Nə qədər ki o kənddəkilərin çoxu kimi, o uşaq da o nəğmənin öz kəndləri ilə bağlılığına, başqa yerdəki deyil, məhz öz kəndlərindəki bir sevginin tarixçəsi olmasına inanırdı, daha xoşbəxt idi. Yaşaya-yaşaya, görə-görə o uşağın da gözləri açıldı, mahnılarda...
ANL
Ya da nağılın sonunda göydən düşəcək o üç almada. Amma bilməz ki, hər nağıl üç alma ilə bitmir... Öyrəşmişik nağılları həmişə analarımız, nənələrimiz danışarlar. Atalarımız, babalarımız isə bu nağılların qəhrəmanı, yaradıcısı olarlar. Bəlkə də qadın səsində, qadın nəfəsində daha incə, daha məhrəmdir nağıllar. Onun şiri...
ANL
Milli Kitabxanada yeni on beş min kitabın təqdimatı oldu. Dünən Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilmiş türk dilində on beş min kitabın təqdimat mərasimi keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, ...
ANL
Tədbirdə çıxış edənlər rəssamın yaradıcılığından söz açıblar. Bildirilib ki, Azərbaycan təsviri sənətində özünəməxsus dəstxəti, görkəmli qrafika ustası Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Ədəbiyyatı ürəkdən sevən Arif Hüseynov böyük söz ustalarının yaradıcılığın...
ANL
Oktyabrın 16-da Bakı Kitab Mərkəzində “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində Xalq yazıçısı Elçinlə görüş təşkil edilmişdi. Görüşdən geniş reportaj yazmalıydım... Fəaliyyətə başlamasından qısa zaman keçməsinə baxmayaraq, artıq ölkə çapında kifayət qədər tanınan, maraqlı tədbir və layihələrə evsahibliyi edən Bak...
ANL
Bəzən insan özündən, düşüncələrindən, yaşadıqlarından, ya da yaşaya biləcəklərindən qaçmaq, qurtulmaq ehtiyacı hiss edir. Sənin böyük bir inadkarlıqla görməmək üçün gözlərini qapadığın şeyləri sənə toxundurur, qulaqlarına pıçıldayır. Onda ümidin hər yerdən üzülür, “insan nədən də qaçsa, özündən qaça bilməz” sözl...
ANL
HÜSEYNBALA MİRƏLƏMOV: “VƏTƏN İNSANIN ƏZASI KİMİDİR, BİR YERİ AĞRIYANDA DİGƏR YERLƏR DƏ SIZILDAYIR”. Onunla tanışlığmız internetdən kitab yükləyib oxumağımla başladı. Bu ümidli cümlə mənə tunelin sonunda görünən işıq kimi təsir bağışlamışdı. Kitab elə bu cümlə ilə gözlərimdən yapışmışdı. Söhbət yazıçı, dramatur...
ANL
Sönməz Səxavət Məmmədov ulduzu. Azad bir quşdum, Yuvamdan uçdum. Bu gənc yaşımda. Bir ovçu gördü, Köksümdən vurdu. Bu gənc yaşımda. Nadir mahnılar vardır: insanın yaddaşına söz olaraq, musiqi olaraq deyil, səs olaraq hopan. Onları hər xatırlayanda həmin səs qulaqlarından ürəyinə, ürəyinin hər döyüntüsü ilə isə qan...
ANL
Fransızlara "Qaragöz"lə xəsislik dərsi. Oktyabrın 18-dən kinoteatrlarda nümayiş olunmağa başlayan filmin baş prodüsseri və rejissoru Orxan Mərdan, ikinci rejissoru Pərviz Həsənov, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədovdur. Filmdə əsas rolları Elməddim Cəfərov, Oksana Rəsulova, Kəbir Kərimov, Hüsniyyə ...
ANL