text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"Difai fədailəri"nin anlatdıqları və xatırlatdıqları. "Nəyi xatırlayırsansa, sənindir, unutduqların sənin deyil". Sabir Rüstəmxanlı. Sabir Rüstəmxanlı adını ilk dəfə atamdan eşitmişəm. Torpaqlarımızın itirildiyi, yüz minlərlə soydaşımızın doğma yurd-yuvasından didərgin düşdüyü, siyasi qarmaqarışıqlığın yenicə d... | ANL |
Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba şəhərində "Regionun mətbəx günü" adlı festival keçirilib. Azərbaycanda ilk dəfə keçirilən bu festivalda ölkəmizin şimal bölgəsinə məxsus milli yeməklər nümayiş etdirilib. Festivalın əvvəlində iştirakçılar yerli sənətkarların əl işlərinin nümayiş etdir... | ANL |
Əslində, bu qaçılmaz fakt yaddaşımın bir küncündə çoxdan özünə yer tapmışdı, hərdən heç gözləmədiyim yerlərdə və məqamlarda üzə çıxır, məni heyrətləndirirdi. Amma yenə də hissiyyatımla gerçəklik arasında qalır, ancaq yaşadığımız ömrü əriş-arğac eləməklə təskinlik tapırdım. Mən səni tanıyanda 90-cı illərin əvvəll... | ANL |
Məktəblilər üçün "Üzeyir Hacıbəyli. Avqustun 31-də Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın xatirəsinə həsr edilmiş "Üzeyir Hacıbəyli. AZƏRTAC xəbər verir ki, "AYTAM" Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin təşkilatçılğı ilə keçirilən tədbirdə muzeyin eksponatları ilə tanış olan məktəblilərə dahi bəstək... | ANL |
Ankarada "Məhəbbət əfsanəsi"nin yeni quruluşda ilk təqdimatı olub. Ankarada türk dünyasının iki böyük sənət adamı Nazim Hikmət və Arif Məlikovun yaradıcılığının dünya mədəni irsinə bəxş etdiyi ən böyük sənət incilərindən olan "Məhəbbət əfsanəsi" əsərinin yeni quruluşda ilk təqdimatı keçirilib. Azərbaycanın görkəmli ... | ANL |
Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat. Avqustun 31-də Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimləri üçün təqdimat keçirilib. "Ölkə.Az" xəbər verir ki, qonaqlara Bakı Kitab Mərkəzinin fəaliyyət istiqamətləri və həyata keçiriləcək layihələr, tədbirlər barədə məlumat verilib. Bakı K... | ANL |
Tarix və mədəniyyətimizin Masallıdakı silinməz izləri. Maşın Bakıdan çıxdıqda özümü cəmi bir neçə kilometr aralıdakı başqa bir şəhər və ya rayona gedirmiş kimi deyil, tamamilə ayrı bir dünyaya keçid edirmiş kimi hiss edirəm. Paytaxtda yaşamağın müəyyən dərəcədə üstünlükləri olsa da (əsas da iqtisadi baxımdan), h... | ANL |
Özbəkistanın Şərq qapısı - Andicandan reportaj. Fərqanə vadisini nahaq yerə Mərkəzi Asiyanın döyünən ürəyi adlandırmırlar. Bura böyük iqtisadi əhəmiyyətə malik ərazidir, son illər isə həm də turistlərin diqqətini cəlb etməkdədir. Müxtəlif ölkələrdən olan turistlər Fərqanə vadisinə də səfər etməyə başlayıblar. Ərazidə q... | ANL |
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı, bəşəri inkişafın yaratdığı mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin nəhəng Şərqdə təməli atıldı. Şərqdə... | ANL |
Litvada Azərbaycan Xalq Cümhuriyyəti ilə münasibətlərin 100 illiyi qeyd olunur. Vilnüsdə, Litva Elmlər Akademiyasının T.Vrublevski adına Elmi kitabxanasının Nadir nəşrlər və Əlyazmalar şöbəsinin oxu zalında "Litva - Cənubi Qafqaz dövlətlərarası münasibətləri - 1918-1922-ci illər" mövzulu sənədlər sərgisinin açılışı o... | ANL |
Bu barədə məlumat verən birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, "Uğur" nəşriyyat-poliqrafiya mərkəzində işıq üzü görmüş kitabda XVIII əsrin görkəmli el sənətkarı Xəstə Qasım Tikmədaşlının dastan-rəvayət səciyyəsi daşıyan üç səfərindən söhbət açılır. Dastanı təqdim edən aşıq Hüseyn Qoşq... | ANL |
Azərbaycanın və Türk dünyasının tarixində şərəfli imza: Nuru Paşa. 100 illiyi böyük təntənə ilə qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixinin dəyərli səhifələrindən birini Qafqaz İslam Ordusu hərəkatı təşkil edir. Məlumdur ki, Cümhuriyyət hökumətinin dəvəti əsasında Azərbaycana gəlmiş Osmanlı Türkiy... | ANL |
Tarix və mədəniyyətimizin Masallıdakı silinməz izləri. Masallının Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında aşkar edilən qədim şəhər, qala kurqanı, türbə məqbərə yerlərindən tunc,... | ANL |
Firəngiz Əlizadənin əsəri Nyu-Yorkda ifa edilib. Nyu-Yorkun məşhur Müasir İncəsənət Muzeyində ("MoMA") ənənəvi "Summergarden" Musiqi Festivalı keçirilir. Muzeyin heykəllərlə bəzədilən bağında, açıq havada klassik və caz konsertləri təşkil edilir. "Nyu-Yorkda yeni musiqi" şüarı altında keçirilən hər konsertdə müasir ... | ANL |
Eşq çağlayan səhifələr. QƏNİRƏ PAŞAYEVANIN "SƏNİ ALLAHA EŞQ GÖTÜRÜR" KİTABI HAQQINDA QEYDLƏR. Yenicə oxuyub bitirdiyim kitabın annotasiyasındakı ilk cümlə belədir. Kitabı açan kimi qarşılaşdığım cümlə. Kitabın hələ nədən bəhs etdiyini bilmədən bu cümlə artıq bütün diqqətimi özünə çəkməyi bacarmışdı. Hiss edirdim ... | ANL |
Azərbaycanlı ifaçı Berlində qızıl medal qazanıb. Əməkdar artist, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilmiş gənc skripkaçı Elvin Xoca Qəniyev Berlində keçirilən beynəlxalq musiqi müsabiqəsində qızıl medal qazanıb. Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqənin mü... | ANL |
Qaşqay elinə səfər. Qaşqayların Şiraza dəvəti. Builki dəvətlərindən boyun qaçıra bilmədim. Bir saata Bakıdan Tehrana, bir saat iyirmi dəqiqəyə Tehrandan Şiraza uçduq. Tehranda olarkən Pərvin Bəhməni və oğlu Damun Şeşbuluki ilə görüşdük. Gəlmişdən-getmişdən, Qaşqayların bu günkü durumundan xeyli söhbət etdik. Ölkəd... | ANL |
Qaşqayları mənə tanıdan insan. Qaşqaylar haqqında ilk dəfə Məmmədəli Müsəddiqdən eşitmişdim. O, M.F.Axundov adına Respublika Kitabxanasının üçüncü mərtəbəsindəki "Azərbaycan kitabı" şöbəsinin müdiri idi. Köhnə qəzet-jurnalları, kitabları oxumaq lazım gələndə oraya getməli olurdum. Hərdən Azərbaycan Milli Hükuməti... | ANL |
Görkəmli vokal ifaçısı Firəngiz Əhmədova anılacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti tədbir Xalq artisti Firəngiz Əhmədovaya həsr olunacaq. Teatrdan AZƏRTAC-a bildirilib ki, görkəmli müğənninin anadan olmasının 90 illiyi münasibətilə təşkil ediləcək tədbir çərçivəsində dahi bəstəkar Ü.Hacı... | ANL |
Özbəkistanın sənaye mərkəzi - Fərqanədən reportaj. Andicana getdinsə, mütləq görməli yerlərdən biri Dovon dövlətinin (sonradan Mingtepa adlandırılıb) paytaxtı olmuş Erşi şəhərinin qalıqlarıdır. Məlumat üçün bildirim ki, Mərhəmət şəhərinin ətrafında yerləşən qədim şəhərin qalıqları üzərində tədqiqat işləri indi də... | ANL |
Azərbaycanda Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaş... | ANL |
Qədim Şirvan həm də söz adamları, qələm əhli ilə tanınıb, şöhrətlənib. "İncə ruhun dərmanı" adlı irihəcmli şeirlər kitabı ilə oxucularla ilk görüşə gələn İntiqam İslamov da Şamaxı bölgəsində yaşayıb-yaradır. İntiqamın şeirlər kitabını mənə həmyerlim, uşaqlıq dostum Zəfər Aslanov təqdim etdi. - Müəllimlərimizin bizə ox... | ANL |
Azərbaycan həqiqətləri Misirin "Nil mədəniyyət" telekanalında. "Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu "Nil mədəniyyət" dövlət televiziya kanalının "Mənim gecəm" proqramının qonağı olub. AZƏRTAC xəbər verir ki, Seymur Nəsirov ulu öndər... | ANL |
Sentyabrın 10-da Azərbaycan Milli Kitabxanasında görkəmli rejissor və operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşovun anadan olmasının 105 illiyi münasibətilə "Muxtar Dadaşov-105" adlı kitab sərgisi açılıb. Sərgidə rejissorun həyat və yaradıcılığı ilə bağlı Azərbaycan və rus dillərində nəşr olunmuş kitablar və d... | ANL |
Ziyalı fədakarlığı, alim zəhmətkeşliyi. ƏDƏBİYYATŞÜNAS-ALİM VƏFA XANOĞLANIN 65 YAŞINA. Haqqında danışacağım ziyalı və vəfalı dostumla isti münasibətlərimizin kökü bizim tanışlığımızdan çox-çox əvvələ gedib çıxır. Məşhur xalq yazıçısı, görkəmli sənətkarımız İlyas Əfəndiyev Kürdmahmudlu kəndinə, qohumu Xanoğlan müəll... | ANL |
Azərbaycan sevdalı Yavuz Akpınar. ƏDƏBİYYATIMIZIN, MƏTBUATIMIZIN VƏ MİLLİ RUHUMUZUN CANLI ENSİKLOPEDİYASI İLƏ GÖRÜŞDƏN REPORTAJ. Türkiyənin məşhur universitetlərindən olan Egey Universitetinin genetika üzrə dünya şöhrətli professoru Afiq Bərdəlinin o qədər də böyük olmayan iş otağında həmyerlimiz, riyaziyyatçı al... | ANL |
İsmayıllıda “Məmməd Araz poeziya günü”. İsmayıllıda Yazıçılar Birliyinin üzvü, Azərbaycan Prezidenti yanında Bilik Fondunun mühazirəçisi Qardaşxan Əzizxanlının təşəbbüsü, rayon icra hakimiyyətinin və İsmayıllı Regional Bilik Evinin birgə təşkilatçılığı ilə III Məmməd Araz poeziya günü keçirilib. Xalq şairi Məmməd Araz... | ANL |
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri. Bu məzarda uyuyan şəhid, Qardaşın qardaşa əmanətidir. Odlar diyarının istiqlalına. Qoca Türkiyənin zəmanətidir! Amerika, Rusiya, Fransa, Böyük Britaniya, İtaliya, Yunanıstanın Osmanlı torpaqlarında qurmaq istədiyi... | ANL |
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri. Ordu Komandanı general Xəlil paşa Bakıya edilən hücumun ilk günü döyüş meydanında gördüklərini və yaşadıqlarını bu cümlələrlə ifadə edir: "Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah,... | ANL |
Məhəbbət dolu misraların işığı. Bu bir həqiqətdir ki, poeziyada məhəbbət əbədiyaşar bir mövzudur. Zaman-zaman böyük şairlər bu mövzuya toxunaraq əbədilik qazanmış əsərlərin müəllifi olublar. Bu ənənə dövran dəyişdikcə davam edib və hər zamanın özgün münasibətli şair-aşiqləri yetişib. Eşqi, məhəbbəti göylərin mehrabına... | ANL |
Azərbaycanlı xanəndə beynəlxalq muğam forumunun birincisi oldu. Özbəkistanın Şəhrisəbz şəhərində UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq muğam (makom) sənəti forumu başa çatıb. AZƏRTAC xəbər verir ki, forumda dünyanın 73 ölkəsindən gələn 300-dən artıq musiqiçi-xanəndələr, musiqiçi alimlər, muğam sənətin... | ANL |
XALQ YAZIÇISININ PYESİ ƏSASINDA HAZIRLANMIŞ MÜZİKL LONDONDA NÜMAYİŞ ETDİRİLİB. Xalq yazıçısı Elçinin pyesləri respublikamızın sərhədlərini aşaraq xarici ölkə teatrlarında da uğurla tamaşaya qoyulur və artıq "Elçin teatrı" estetik məfhumu yalnız ölkəmizdə deyil, çağdaş dünya sənətşünaslığında geniş yayılmaqdadır. Bu g... | ANL |
Tarixə dönənlər, tarixdə qalanlar.. Aprel şəhidlərimizin hüzn və qürur abidəsi olan ailələrilə görüşdən təəssüratlar. Bu gün bütün Azərbaycan xalqı onları belə tanıyır, belə yadda saxlayır. Axı ilin hər ayında, təqvimin hər günündə bir şəhid vermişik, toyu çalınmayan, xonçası qırmızı qalan bir oğul itirmişik. Onlar... | ANL |
Solmaz Rüstəmova-TOHİDİ. Tarix elmləri doktoru. Azərbaycanın milli dövlətçilik tarixində ən əlamətdar zaman kəsiyi sayılan 1918-ci ilin mühüm hadisələri sırasında 15 sentyabr - Bakı şəhərinin rus-erməni-ingilis qüvvələrindən azad edildiyi gün xüsusi yer tutur. Belə ki, 1918-ci il 27-28 may tarixlərdə Zaqafqaziya S... | ANL |
Qafqaz İslam Ordusu. Nuru paşanın fədakarlığı. Bakının qurtuluşu. tarix elmləri doktoru. Rusiyada 1917-ci ildə baş verən Oktyabr inqilabından və bu hadisə nəticəsində bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Osmanlı dövləti Güney Qafqazda fəallığını artırdı. Bu fəallaşmada Baş komandan vəkili Ənvər Paşanın və II... | ANL |
Arif Məlikov yaradıcılığı: ahəng və rənglərin möhtəşəmliyi. Şahanə MÜŞFİQ. Yaradılışı, varlığı ilə özü-özlüyündə hadisə olan insanlar var. Elə insanlar ki, onların həyat yoluna, ömürləri boyunca gördükləri işlərə, özünə, ətrafına, çevrəni bir az genişləndirsək ölkəsinə, hələ lap çox genişləndirsək dünyaya verdi... | ANL |
Sentyabrın 12-də Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, Xalq artisti, AMEA-nın həqiqi üzvü Arif Məlikovun 85 illik yubileyi münasibətilə "Arif Məlikov-85" adlı geniş kitab sərgisi açılıb. Milli Kitabxananın direktoru Kərim Tahirov Arif Məlikovun həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi tö... | ANL |
"YARAT"darusiyalırejissorunfilmigöstərildi. "YARAT"MüasirİncəsənətMərkəzindərejissorİvanTverdovskinin"Atılmışlar"filminümayişolunub. AZƏRTAC xəbərverirki,RusiyaFilmHəftəsi çərçivəsində təqdimolunanekranəsərinin xronometrajı 95 dəqiqədir. Filmxəstəliyətutulmuşvəömrüboyuinternatdayaşayanbirgəncin həyatından bəhsedir. A... | ANL |
Çingiz Abdullayev Bakı Kitab Mərkəzində oxucuları ilə görüşüb. Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. Görüş Bakı Kitab Mərkəzi tərəfindən “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə Bakı Kitab Mərkəzinin direktoru Günel... | ANL |
Olmuşlar haqqında düşüncələr: Şəxsiyyətin və yaddaşın bütövlüyü. Allahverdi EMİNOV. Mən uzun illərdir düşünürdüm: gəncliyindən tanıdığım, tez-tez görüşdüyüm və çörək kəsdiyim, dəyərli ziyalı, Muğanda öz xeyirxah imicini qazanmış, kövrək qələm sahibi Tədbir Mahmudov nə üçün, nə səbəbdən xatirələrini: olub-keçənl... | ANL |
Ayişə Nəbi. Zavod çörəyi ilə böyüyən uşaqların. Ağzı qabalığa alışır, Dili qalınlığa. Rəngi qurumuş buğda sarısı. Boğuq günəş yumruluğunda. əlinin çatmadığı qədər yüksək olan. Dilin cadar olar mədən yalvarar. Aclıqdan gözün qaralar. gözün vitrindəki zavod çörəyində qalar. Töküb bütün ciblərini, axtarıb küncü-bucağı. V... | ANL |
Əməkdar müəllim. Yaranandan həmişə həmdəmidir söz muğamın, Əbədi od kürəsindən nur alar göz muğamın! Məcnunun ahı olub şimşəyi yandırsa çalış, Babadağdan da ağır siqlətinə döz muğamın! Gərək əvvəl sevilə öz vətənin, öz muğamın! Çinara oxşadanı nəğməli bağban sayıram, Budağı, şaxələri sınmaz, əyilməz muğamın! Sevərək,... | ANL |
Gürcüstanda yaşayan soydaşlarımızın ana dili və kadr problemi. Bir neçə il öncə bir qrup gənclər Gürcüstanın Baş Nazirənə açıq məktub ünvanlamışdılar. Cəsarətli addım idi, ancaq və lakin… Məktubda Azərbaycan məktəblərinin bağlanması, təhsilin gürcü dilində olması (yalnız azərbaycan dilinin hər gün 1 saat tədris ... | ANL |
Tariximizin şanlı səhifəsi: Bakının qurtuluşu o dövrün mətbuatında. Bu tarixi hadisənin sevincini o zaman yenicə nəşrə başlamış "Azərbaycan" qəzeti ilk sayında bəyan edib və həmin tarixi Qurtuluş günü kimi qeyd etmişdi. Sentyabrın 16-da Gəncə şəhərində qəzetin işıq üzü görmüş ilk nömrəsində dərc olunmuş "Bakının sü... | ANL |
Tarixi Sərəncamın işığında: "Əcnəbilər üçün Azərbaycan dili" layihəsi. "Azərbaycan dili xalqımızın mənəvi sərvəti və dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ü... | ANL |
Məmməd Araz yaradıcılığının rənglər dünyasındakı əksi. RƏSSAM KİRMAN ABDİNİN "MƏMMƏD ARAZ QRAFİK ALBOMU" HAQQINDA QEYDLƏR. Şahanə MÜŞFİQ. Beləcə bir misra yazaydım ancaq, Yüz il yazacağım əsərimdə mən". Xalq şairi Məmməd Arazın dahi Füzulinin "Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadan ... | ANL |
"Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı ... | ANL |
Cəhənnəmlə bağlanan müqavilə. Alnımızı cizgilər, gözlərimizin ətrafını qırışlar basar, gicgahımızın arxa hissəsindən başlayar ömrümüzə yağan qar. Bahara bənzəyən çöhrəmiz payız təki saralar. Amma yenə də etdiyimiz xətaların ardı-arası kəsilməz. Qorunmaq üçün ətrafımıza möhkəm bəndlər çəkərik. Hər vəchlə təhlükəsizliyi... | ANL |
Bir gün iş yoldaşım Nigar İsmayılqızı adlı bir jurnalist xanımın yeni sənədli film çəkdiyini dedi. “Ölsəm...yaşat” adlı film aprel döyüşləri şəhidi Əbdülməcid Axundova həsr olunmuşdu. Materialları toplayandan sonra növbəti verilişə filmin ssenari müəllifini və şəhidin anası Ceyran xanımı dəvət etdik... İlk dəfə onda ta... | ANL |
Başqa şəhərdəyəm... başqa adamların arasında, ömür ötürürəm ayrı küçələrdə. Və bircə sən başqa deyilsən, elə həmənsən, gözlərimdə gətirdiyim kimisən. Hər gün ömür dediyinin. anından çıxıb gedirəm. canımdan çıxıb gedirəm. Bu yadlığa özgə kimi, yığışdırıb dərdi-qəmi, bir qaralan kölgə kimi, yanımdan çıxıb gedirəm. Gedər-... | ANL |
İspaniya - düşüncələr və unudulmaz xatirələr. “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. Roma işğalından əvvəl İberiya şəhərləri inkişaf etmişdi. Buradakı daş heykəllər yunan təsirindən xəbər verirdi. I əsrdə yaradılmışdı, qızılla bəzənmişdi. O... | ANL |
Kafkanın fövqəlbəşər yalnızlığı. Kafka fövqəlbəşər dərəcədə yalnızdı. Onun yalnızlığı daxili iztirabın dözülməz səksəkəsidi. Böcək olanda da, səbəbsiz məhkəməyə çıxarılanda da, qəsrdən çıxmaq istəyəndə də, lap elə Amerikaya gücü çatmayanda da. Onun ümidi onun mətnlərindən ibarətdir və mənə görə, Kafka ən yaxşı ... | ANL |
... Bir zamanlar hər sayını intizarla, ülvi bir məhəbbətlə gözlədiyim, indinin özündə də dadını-tamını unutmadığım, artıq çoxdan tarixə qovuşmuş “Təşəbbüs” (Yevlax) qəzetini və redaksiyanın istedadlı jurnalistlərini həmişə dərin ehtiramla xatırlayıram. Həmin qəzetin çap edildiyi mətbəənin kiçik, lakin mehriban k... | ANL |
Mənim günahımı bağışla, oğlum! Zəhmətdən yoğurub qala çatmışam, Həmişə xeyirxah addım atmışam, Ömrün yoxuşuna gəlib çatmışam. Bacara bilmirəm yoxuşla, oğlum! Mənim günahımı bağışla, oğlum! Həmişə göylərə ucalsın başın, Səni əzizləsin bacın, qardaşın, Durur qulluğunda ömür yoldaşın. Mənim günahımı bağışla, oğlum! Al... | ANL |
Sənətdə dəniz obrazı: dalğalı duyğular mozaikası. Amma gündəlik həyatımızda etdiyimiz işləri göz önünə gətirsək, hansımızın plan-proqramında bircə saatını dənizlə başbaşa keçirmək, onun gözəlliklərindən zövq almaq, həzin dalğaların səsiylə gözlərini yumub, xəyalən də olsa, bu dünyadan baş götürüb qaçmaq var?.. K... | ANL |
Günay qızıma. Qulağımdakı səsdən, Ürəyimdəki həvəsdən, Xəstə candan. Ürəyimdə sızlayan. İndianapolisə qaçdım! Kimi də öz əməlindən qaçır. Kimi iştahını açmaq üçün qaçır. Kimi şişmanlığından qaçır, Kimi peşmanlıqdan qaçır. Öz taleyinə düşən qədərdi. Əlindən almayacaq. Alsa da səninki azalmayacaq. Bu qədərdi. İndi... | ANL |
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə yeni töhfə. ”İÇƏRİŞƏHƏR” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNİN “ELMİ ARAŞDIRMALAR” TOPLUSUNDA MARAQLI MƏQALƏLƏR DƏRC EDİLİB. Ötən ilin dekabr ayında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivə... | ANL |
Dünyanın bu qulağı ilə o qulağını birləşdirən Böyük İpək Yolunun düz uc nöqtəsinə. Əslində, mən ticarətə yox, Ümumdünya Fəlsəfə Konqresinə getmişdim. Ancaq nədənsə özümü ucuz alıb baha satan dünyanın “topdan satış” məntəqəsində hiss elədim. Təəssüratlar çoxdur, ziddiyyətlidir və mirvari kimi ipək sapa düzməsəm, ç... | ANL |
“Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” nəşr edildi. Bakının Qurtuluşunun 100 illiyi münasibəti ilə tarix elmləri doktoru Nəsiman Yaqublunun “Nurlar” nəşriyyatında “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” kitabı nəşr edilib. Kitabda Qafqaz İslam ordusunun azad etdiyi bütün bölgələr haqqında məlumat verilməklə... | ANL |
“Kardeş kalemler” dərgisinin sentyabr sayı. Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan “Kardeş kalemler” dərgisinin sentyabr sayı işıq üzü görüb. Dərginin “Redaktordan” başlıqlı ənənəvi girişində V Beynəlxalq Mahmud Kaşğarlı” hekayə müsabiqəsi” haqqında məlumat yer alıb. Bədii yazılar azərbaycanlı şair Firuzə Mə... | ANL |
Yazıçılar Birliyində “İlmə əyləncəli əlifba” elektron kitabının təqdimatı olub. Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Solmaz Amanovanın “İlmə əyləncəli əlifba” elektron kitabının təqdimatı olub. “Azərtac” xəbər verir ki, təqdimatdan əvvəl Yazıçılar Birliyinin katibi Rəşad Məcid Solmaz Amanovanın yaradıc... | ANL |
Doğma və sevimli ADPU... Tələbə adını qazanmaq, universitetə qəbul olunmaq sanki azad həyata vəsiqə qazanmaq kimidir. Bir tərəfdən yeni bir mərhələ başlanır ömründə. Seçdiyin peşəni günbəgün öyrənirsən, hər yeni mühazirəylə, seminarla bir az daha dərinlərə getdikcə, oxuduqca əslində ciddi bir həyat məktəbi keçdiyini... | ANL |
Azərbaycanın milli dövlətçilik tarixində ən əlamətdar zaman kəsiyi sayılan 1918-ci ilin mühüm hadisələri sırasında 15 sentyabr - Bakı şəhərinin rus-erməni-ingilis qüvvələrindən azad edildiyi gün xüsusi yer tutur. Belə ki, 1918-ci il 27-28 may tarixlərdə Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının keçirdiyi tarixi i... | ANL |
Azərbaycan türkü Mayısın 28-də istiqlalını elan eləmiş, sentyabrın 15-də qasiblər əlində inildəyən paytaxtını xilas etmişdir. Mayısın 28-i Azərbaycan cümhuriyyət tarixinin ibtida günü isə, sentyabrın 15-i o ibtida qədər qiymətdardır. Bakının Azərbaycan üçün sadə bir paytaxt degil, adətən əfsanə-lərdə söylənən bir “C... | ANL |
Azərbaycan-Türkiyə qardaşlığının növbəti zəfər günü: Bakıda əldə olunan tarixi qələbənin 100 illiyi. ÇANAQQALA ZƏFƏRİNİN 100 İLLİYİNDƏ OLDUĞU KİMİ, İKİ ÖLKƏ LİDERİ AZADLIQ MEYDANINDA TƏŞKİL OLUNAN MÖHTƏŞƏM HƏRBİ PARADDA AZƏRBAYCAN VƏ TÜRKİYƏ BAYRAQLARININ ÖNDƏRLİYİ İLƏ HƏRBÇİLƏRİN NÜMUNƏVİ QƏLƏBƏ KEÇİDİNİ BİR... | ANL |
Nurəngiz Gün yaradıcılığı: coşğun hisslərin poeziyası. Allahverdi EMİNOV. İstedadlı şair Nurəngiz Gün poeziyasına ötən əsrin son on illərindən bələdəm və bunun bir səbəbi yaşımla bağlıdır. Sakit, dəbdəbəsiz və coşğun şeirləri onun fərdi yaradıcılıq xüsusiyyətlərilə bağlı idi. Digər qadın şairlərimizdən şeirlərin... | ANL |
M.F.Axundzadə adına Milli Kitabxanada növbəti sərgi də dahi bəstəkara həsr olunub. "18 sentyabr - Milli Musiqi Günü" adlı sərgini giriş sözü ilə kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bu musiqi bayramının tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri ola... | ANL |
Milli Dram Teatrı: repertuar haqqında düşüncələr. Nə qədər ki, vətən torpaqları işğaldadır, "Qarabağnamə" əsərinin tamaşası teatrın repertuarında olmalı və hər yeni mövsüm səhnə "Qarabağnamə" ilə açılıb, "Qarabağnamə" ilə də bağlanmalıdır. Bu tamaşa ilə teatr vətən torpaqlarının işğalına protestini bildirir. İna... | ANL |
"Doğma qəriblər"in təqdimatı keçirildi. Sentyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində "Aydınlığa Doğru" Milli Mənəvi Dəyərlərin Qorunması İB-nin layihəsi olan və Azərbaycan Respublikası Pezident Yanında Qeyri-Hökumət Təşklatlarına Dəstəyi Şurasının qrant layihəsi üzrə çəkilmiş "Doğma qəriblər" sənədli filmin təqdim... | ANL |
Xoreoqrafiya Akademiyasında yeni tədris ilinin başlanması qeyd edildi. Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, professor -müəllim heyəti və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rektor bakalavria... | ANL |
Ziyad Səmədzadə: "Ermənistandan fərqli olaraq, Azərbaycan verdiyi bütün vədləri yerinə yetirdi". MÜSAHİBİMİZ MİLLİ MƏCLİSİN (MM) İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN SƏDRİ, AKADEMİK ZİYAD SƏMƏDZADƏDİR. - Ziyad müəllim, ötən əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyinin süquta uğraması və... | ANL |
Bütün diyarlardan göyçəkdi ölkəm - Jalə Əliyeva Cavid Qurbanovdan yazır. Jalə ƏLİYEVA. Filologiya elmləri doktoru, professor, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini. Bəşəriyyət sevgidən yaranıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı, Ağdabanl... | ANL |
Qəzənfər Paşayevin portreti "Şəxsiyyətlə yaradıcılığın vəhdəti"ndə. Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun Elmi Şurasının qərarı ilə şair, ədəbiyyatşünas, publisist Gülxani Pənahın dilçi, alim, professor Qəzənfər Paşayevin həyat və yaradıcılığına həsr olunmuş "Şəxsiyyətlə yaradıcılığı... | ANL |
Azərbaycanda Milli Musiqi Günü təntənəsi. Bununla yanaşı, bu musiqi bayramı tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub. Bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadi... | ANL |
Elçin İSGƏNDƏRZADƏ. Bəlkə səsini dənizlərdən almışdı, bəlkə gözlərini ulduzlar pay vermişdi, bəlkə yaşadıqları bir nağılıydı. Yazılmamış, deyilməmiş, oxunmamış və yaşanmamış bir nağıl. Yaşanmamış nağıllar da olur, yaşanmamış günlər də olur və yaşanmamış ömürlər də olur. Hər gün Günəşin doğmasını gözləyən balaca... | ANL |
Elçin İSGƏNDƏRZADƏ. Nurəngiz xanımın istər nəzmində, istər nəsrində bir balaca, dəcəl qız obrazı var. Xoşbəxt günləri uzun sürməyib. Günlərin birində çox sevdiyi atasını itirib. Hər yerdə atasızlığın acı soyuğu qarsıb həyatını. Çətin də olsa, ayaqları üstündə durmağı bacarıb, bir qadın xoşbəxtliyindən yan ötüb, bi... | ANL |
CAVİD QURBANOVUN ŞEİRLƏRİ HAQQINDA TƏƏSSÜRATLAR. Bu yazını yazmağa elə bu sərlövhədəki misra məcbur elədi məni. Bilmirəm, ömrümün xeyli hissəsinin o dağlarda keçdiyindəndimi ya nədəndi, Kəlbəcər bizim üçün daha əziz, daha doğma, yəni bir köynək yaxın olub. - deyən Dədə Şəmşir ocağının ləyaqətli oğullarından, ziyalıla... | ANL |
Folklorda geniş yer almış laylalar taleyin insana bəxş etdiyi insan üçün uzun, zaman üçün qısa ömür yolunda eşitdiyi ilk ilahi, ilk ruh nəğməsidir. İnsanın insana olan ən təmənnasız, ən təmiz, ülvi və təkrarsız duyğularının daşıyıcısı olan qadın-ana elə həmin duyğulardan qaynaqlanan və ən az bu duyğular qədər saf... | ANL |
Ağrılı mətləblərin uğurlu bədii ifadəsi. YAZIÇI AQŞİN BABAYEVİN YENİ HEKAYƏLƏRİ BU JANRIN MARAQLI NÜMUNƏLƏRİ KİMİ DİQQƏT ÇƏKİR. Şahanə MÜŞFİQ. Çağdaş ədəbiyyatımızın problemlərindən biri də uzunçuluqdur. Bu tendensiya özünü xüsusən nəsrdə göstərir. Geniş təsvirçilik, tez-tez mövzudan yayınmaq, haşiyəyə çıxmaq, hadi... | ANL |
Firdovsi Əsgərov: “Dağıstanda ilk açılan teatr Azərbaycan teatrıdır”. XXI əsrdə bölgə teatrlarımız belə medianın, mətbuatın və tamaşaçıların gündəmindən düşdüyünü etiraf etdiyi bir dönəmdə Rusiya Federasiyanın tərkibində, qonşu ölkənin sərhədləri daxilində fəaliyyətini davam etdirən bir Azərbaycan teatrı var: D... | ANL |
Musiqili Teatrda yeni tamaşa ictimai baxışdan keçdi. Azərbaycan Dövlət Musiqili Teatrında ssenarisi və quruluşu teatrın əməkdaşı Sevda Məmmədovaya məxsus "Əsarətdən cəsarətə" adlı yeni səhnə əsərinə ictimai baxış olub. Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın süjet xəttində dövrün ən aktual problemlərindən ... | ANL |
Mənim. Həsrət dağlarına sinə gərməyə. Sinəmdə dağ boyda ürək var mənim. Süfrəmdə bal dadan çörək var mənim. Fuadam, gözəldi mənimçün həyat! Həyat dedikləri elə budursa, Dözüm dünyanın bu gününə, dözüm. Salıb sinəm üstə ağır daşını, Mənə yaşadırlar ömrün qışını, İblislər alıbdı böyür-başımı, Gərək şeytanına, cinin... | ANL |
“Don Kixot” Gənc Tamaşaçılar Teatrında səhnəyə çıxacaq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin III rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın məşqləri davam edir. Daha öncə məlumat verdiyimiz kimi, iyulun 3-dən tamaşan... | ANL |
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı başlandı. Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Trend-in məlumatına görə, festivalın açılışı SSRİ Xalq artisti, görkəmli bəstəkar ... | ANL |
Bakı Kitab Mərkəzində Milli Musiqi Günü qeyd edildi. Bakı Kitab Mərkəzində Milli Musiqi Gününə həsr olunmuş musiqi axşamı təşkil olunub. Tədbirdə Xalq artisti Mənsum İbrahimov və "Qarabağ" muğam üçlüyü, Xalq artistləri Murad Hüseynov, Gülnaz İsmayılova, Ülviyyə Hacıbəyova, Əməkdar artist Elnarə Kəbirlinskaya iştira... | ANL |
Bakının azad edilməsinin 100 illiyi: Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin zəfər anı. Yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusunun könüllülərlə birlikdə Bakını işğalçılardan azad etməsi münasibətilə keçirilən paradda dərin geosiyasi məna yükü olan fikirl... | ANL |
Azərbaycan-Türkiyə münasibətləri dünya üçün bir nümunədir. GÖVHƏR BAXŞƏLİYEVA: "AZƏRBAYCAN İNSANI 100 İL ÖNCƏ BAKIMIZIN İŞĞALDAN AZAD EDİLDİYİ KİMİ, QARABAĞIMIZIN DA İŞĞALDAN QURTULMASINI VƏ BÖLGƏYƏ ƏBƏDİ SÜLH GƏLMƏSİNİ İSTƏYİR". Yüz il öncə Bakımız Türk dünyasının qəhrəman sərkərdəsi Nuru Paşanın rəhbərliyi il... | ANL |
"Aşıq ədəbiyyatı yaradıcılığıma böyük təsir göstərib". - Məhyəddin müəllim, Kəlbəcər Azərbaycanda aşıq eli kimi tanınır. O mühitin yetişmənizdə hansı rolu olub? - Gözümü açandan saz-söz aləmində, mahir aşıqların məclisində olmuşam. Aşıq Şəmşir, Aşıq Hüseyin, Aşıq Qəmkeş, Aşıq Qardaşxan kimi sənətkarların söylədik... | ANL |
Ədəbi-pedaqoji və ictimai mühitimizdə Qurban Musayev izləri. Bir neçə gün bundan əvvəl nəfis bir şəkildə işıq üzü görmüş bir kitabla tanış oldum. Sözün düzü, bu kitab məni həyəcanlandırdı. Səbəbi isə kitabda adı keçən, haqqında söhbət açılan insanın çox yaxşı tanıdığım, ailəlikcə bizə yaxın olan bir şəxsiyyət ol... | ANL |
Nurəngiz Günə həsr edilmiş kitabın və saytın təqdimatı oldu. Dünən şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Nurəngiz Günün 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbir çərçivəsində şair Maşallah Məftunun N.Günə ithaf etdiyi "Güllərin soyqırımı" adlı kitabının və "Addım"... | ANL |
"Əsl sənəti saxtakarlıqdan ayıra bilirəm". Məmmədəli Ağayev Moskva Akademik Satira Teatrının direktoru, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimidir. Bu ölkənin II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı və "Dostluq" ordeni ilə təltif olunub. 2017-ci ildə Azə... | ANL |
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Firəngiz Əhmədova anıldı. Dünən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli opera müğənnisi, Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr edilmiş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, "Opera səhnəmizin Nigarı" adlı tədbir Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi... | ANL |
"Məhəbbət tanqosu" Opera və Balet Teatrının səhnəsində. Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Məhəbbət tanqosu" baleti nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən bildirilib ki, Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri tanınmış... | ANL |
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni teatr əlaqələrinin qurulması və sənət, teatr təcrübəsinin mübadiləsi məqsədilə növbəti beynəlxalq teatr festivalında iştirak edəcək. Bu dəfə kuklaçılar sentyabrın 22-dən 24-dək Rusiya Federasiyasının Həştərxan vilayətində keçiriləcək "Xəzərin sahili" ("Kaspiy... | ANL |
İspaniya - düşüncələr və unudulmaz xatirələr. Əvvəli ötən şənbə sayımızda. “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. I Əbd ər-Rəhman yeni ərəb dövlətinin təşkilatçısı idi. Cəsur və qəddar olmaqla, o, yarımadadakı bütün müxalif elementləri yoxlayırdı... | ANL |
Şirməmməd HÜSEYNOV. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. Milliyyət məbdəinin (prinsipinin) Avropada qələbəsi. Azəri Gənclər Birli... | ANL |
Gürcüstanın və Türkiyənin ən yüksək ədəbi mükafatlarını almış Vaqif Bayatlı Odərin yeni “Bəy Atlı Şeirlər” kitabı gəlir. Şeirlər türk dünyasının ünlü və rəngə amansız rəssamı Məzahir Avşarın əsərləriylə yan-yana, can cana. İlahi! göyüzünün son qatından. aşağıya çəkdiyintək. bircə anlığa görməkçün. İlahi! göyüzünü... | ANL |
Ədəbiyyatda azərbaycançılıq konsepsiyası və dövrləşmə təsnifatı. İsa HƏBİBBƏYLİ. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik. Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi inkişaf yolunun tədqiqi proseslərində Zaman və ədəbiyyat məsələsi həmişə əsas... | ANL |
Milli tarixşünaslığımıza dair konseptual tövsiyələr. Gövhər BAXŞƏLİYEVA. Millət vəkili, AMEA-nın müxbir üzvü, professor, Şərqşünaslıq İnstitutunun direktoru. Kitab tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin “İranın qılıncı. Nadir şah: tayfa döyüşçüsündən müstəbid fatehədək” adlı əsərinin Azərbaycan dilinə tərc... | ANL |
XXI əsrin cilaladığı, yenilədiyi küçələrdə gəzə-gəzə o illəri, Tbilisinin Tiflis vaxtlarını hiss etmək çətin deyil. Çünki burda müxtəlif mədəniyyətlərlə yanaşı, fərqli əsrlərin, illərin izləri də qorunub saxlanıb. Parklarda hündür, ildən-ilə gövdəsini yoğunladıb qucağa sığmayacaq qədər qədim olan, kölgələri asfa... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.