text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Aktrisa Nübar Novruzovanın 60 illik yubileyi qeyd olundu. Oktyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyi ilə bağlı tədbir keçirildi, aktrisanın Səlma ana obrazını ifa etdiyi, Hüseyn Cavidin eyniadlı mənzum dramı əsasında səhnələşdirilmiş "Ana" tama... | ANL |
Seyran Səxavət gənc yazarlarla görüşdü. Oktyabr 19-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı Seyran Səxavətlə son günlərin sosial trendi olan "Hər yer ədəbiyyat" layihəsinin üzvlərinin görüşü keçirilib. Görüşdə layihənin üzvləri, AYB-nin əməkdaşları, şair və yazıçılar, ziyalılar və media nümay... | ANL |
Rüstəm Behrudi Mahmud Kaşqari mükafatına layiq görülüb. Beynəlxalq Mahmud Kaşqari Fondunun təsis etdiyi, ənənəvi olaraq hər il müxtəlif ölkələrdə yaşayan, ümumtürk mədəniyyəti və ədəbiyyatı qarşısında xidmətlər göstərmiş məşhur yazarların təltif olunduğu Beynəlxalq Mahmud Kaşqari mükafatına bu il görkəmli, Azərba... | ANL |
Mərkəzi Elmi Kitabxanadan daha bir kitab aksiyası. AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) əməkdaşları - Mübariz Göyüşlü, Aygün Səfərova, Habil Əliyev, Günel Əhədova və yazar, filosof Rövşən Abdullaoğlu 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə m... | ANL |
Oktyabrın 19-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə dünya şöhrətli nasir, Qırğızıstan SSR-in Xalq yazıçısı, Qazaxıstanın Xalq yazıçısı, Qırğız Respublikasının Qəhrəmanı, Qırğızıstan SSR Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi ... | ANL |
Milli yaddaşımıza əbədi həkk olunmuş sərkərdə. 1918-ci ilin mart ayı olsa da Qafqaz sıra dağları qarla örtülü idi. Bejta kəndində general-mayor, şahzadə Feyzulla Mirzə Qacar və gənc naxçıvanlı hərbçilər yaxınlıqda olan Kodor aşırımından keçib Telava, oradan isə, nəyin bahasına olursa olsun, Naxçıvana getməyə tələ... | ANL |
Həmin vaxt Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı ilə bağlı Lənkəran şəhər təşkilatının konfransı keçirilirdi və Lənkəranda qalmağa yer olmadığı üçün konfransa gələn jurnalistləri gecə ilə Masallıdakı otelə gətirdilər. Bunu nəzərə almasam, ilk dəfəydi ki, adı kimi masal olan Masallıda olurdum. O zam... | ANL |
Milli yaddaşımıza əbədi həkk olunmuş sərkərdə. O çətin günlərdə Azərbaycanın digər rayonları Naxçıvana həmrəylik bildirirdilər. Teleqramda deyilirdi: "Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ və Naxçıvanı müdafiə etməyə həmişə hazırıq; Vətənimiz uğrunda ölümə hazırıq; Öz ermənilərini məhv edən bir ovuc intriqan... | ANL |
Mütəfəkkir sənətkarın istər poeziyası, istərsə də dramaturgiyası heyrətamiz bir aləmdir. Bu ziddiyyətlərlə dolu, münaqişəli, mübarizəli və heyrətamiz aləmin şah əsəri gözəllik və sevgidir. Yaradıcılıq kredosunu "Bənim tanrım gözəllikdir, sevgidir" - şəklində ortaya qoyan sənətkar nə yazıbsa, gözəllik və sevgiyə ... | ANL |
Fatma Qədrinin ömür və sənət yolu haqqında dəyərli monoqrafiya. Bugünlərdə görkəmli səhnə ustası, Xalq artisti, Azərbaycanda ilk peşəkar, alitəhsilli aktrisa kimi tanınmış Fatma Qədrinin həyat və yaradıcılığından bəhs edən, fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı "Fatma Qədri" adlı elmi monoqrafiya ilə tan... | ANL |
Borçalıdan TÜRKSOY-a, TÜRKSOY-dan dünyaya... Hər bir millətin, hər bir inanc sahibinin öz dəyərlər daşıyıcısına meyl etməsi, onunla eyni ortaq dəyərlərə sahib olduğu üçün doğmalaşmasına cəhdi təbiidir. Tarixən Gürcüstanda məskunlaşmış aborigen türklər, konkret halda Borçalı türkləri (Azərbaycan türkləri) də bu mə... | ANL |
Pakistanlı müəllif Milli Kitabxananın qonağı oldu. Oktyabr ayının 23-də pakistanlı müəllif Münəvvər Əhməd Azərbaycan Milli Kitabxanada olub. Qonağı Milli Kitabxananın direktoru Kərim Tahirov qarşılayıb. Ölkəmizə daha əvvəl də bir neçə dəfə gəldiyini qeyd edən Münəvvər Əhməd Bakını çox sevdiyini vurğulayıb, Azərbay... | ANL |
Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun verdiyi məlumata görə, bu sayda Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Özbəkistan, İraq, qazaxıstanlı alimlərinin məqalələri yer alıb. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir. ŞAHANƏ... | ANL |
"Azərbaycan xalçaları"nın yeni sayı. "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan "Azərbaycan xalçaları elmi-publisistik jurnalının 27-ci sayı işıq üzü görüb. "Azər-İlmə" Xalçaçılıq Mərkəzindən bildirilib ki, sənətşünaslıq və tar... | ANL |
VI Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı mətbuat konfransı. Oktyabrın 25-26-da Azərbaycanın paytaxtında keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu ilə əlaqədar mətbuat konfransı təşkil edilib. AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbə... | ANL |
İstedadlı-yaradıcı gənclərin III Respublika toplantısı. Dünən "Fairmont Baku" otelində istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov və digər rəsmi şəxsl... | ANL |
Fəxrəddin Ziya elə bir soyun-kökün nümayəndəsidir ki, o nəsildən çıxan çox sayılıb-seçilən adamlarla dostluq əlaqələrim, xoş münasibətlərim olub. Həmin şəxslər təkcə kəndində-kəsəyində, rayonunda deyil, bütün respublikada tanınıblar. Zülfüqar Qodmanlı, Ağəddin Mansurzadə kimi məşhur qələm adamları ötən əsrin 70-80... | ANL |
XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab. Zemfira Səfərova. XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri ensiklopedist alim Mir Möhsün Nəvvabdır.Builonun anadan olmasının 185 illiyi, ölümünün 100 illiyi tamam olur. Nəvvab ilk təhsilini Şuşanın ruhani məktəbində almış, ərəb, ... | ANL |
"Son iclas" Ankarada maraqla qarşılandı. Türkiyənin paytaxtı Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə "Son iclas" filminin nümayişi keçirilib. Gecəyə rəsmi şəxslər, səfirlər, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları,... | ANL |
Nizami ruhunun töhfəsi və ya Müslüm Maqomayevin Gəncəli günləri. Bir neçə il əvvəl, Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş televiziya verilişlərindən birində, kinorejissor Eldar Quliyev çox qəribə bir əhvalat danışmışdı. Çəkilişinə başlamalı olduğu "Nizami" filmində baş rola namizədlərin uzanan seçimi prosesind... | ANL |
Hüseyn Cavid yad edildi. Dünən Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin adını daşıyan parkda böyük ədiblə bağlı anım tədbiri keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Hüseyn Cavidin ev-muzeyi, Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatın... | ANL |
Klassik irsimizdən: İbrahim Tahir tərcümələrinin nəşri. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini. Gəncliyində ticarətlə məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet və jurnallarla əməkdaşlıq əlaqəsi yaradıb, mətbuatda ardıcıl olaraq şeirləri, publisistik məqa... | ANL |
XII-XVI əsrlər Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf. Tədqiqatçı Xuraman Hümmətovanın "Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf (XII-XVI əsrlər)" əsəri, fikrimizcə, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ümumən Şərq filologiyası tarixi üçün maraqlı, orijinal bir elmi tədqiqatdır. Son illərdə klassik d... | ANL |
İspaniya - düşüncələr və unudulmaz xatirələr: İstiqlaliyyət müharibəsi. “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. İstiqlaliyyət müharibəsi. Kral Ferdinand devrildikdən sonra fransız ordularının nəzarətindən kənarda olan “vətənpərvər İspaniya” b... | ANL |
İran və bolşeviklər - Şirməmməd Hüseynov. Şirməmməd HÜSEYNOV. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. Sovet idarəsində köylülərin ha... | ANL |
Son əsərini xəstəxana divarına yazan dahi: Asəf Zeynallı. Məsələn, tələbəykən “son gün hazırlaşaram” klişesi ən məşhurlarındandı. Yarımçıq, müəllifin tamamlamağa ömrü yetmədiyi əsərlərə bəlkə də minlərlə misal çəkmək olar. 16 yaşından müntəzəm yaradıcılığa başlayan bəstəkar geriyə qalan 7 illik ömrünə xarüqələr ... | ANL |
İnstitutun tarixinə nəzər salanda bu zaman kəsiyinin millətimiz üçün də, dövlətimiz üçün də, elə bu elm ocağının özü üçün də hər cəhətdən əlamətdar, həm də qəliz olduğunu görürük. 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan bölməsində Ədəbiyyat sektoru yaradılır və bununla da böyük... | ANL |
“Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin açılışında. Oktyabrın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.... | ANL |
Azadlığın mistik sirri. Afaq Məsudun “Azadlıq” romanı Rusiya mətbuatında. Tanınmış yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun ötən il Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabı Rusiya ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Kitaba ... | ANL |
Nigeriyada Azərbaycan Gecəsi. Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə bu ölkənin əsas mədəniyyət mərkəzi və böyük şəhəri Laqosda Muson Musiqi Festivalının 22 illik yubileyinə həsr edilən “Şərq ilə Qərb görüşəndə” adlı Azərbaycan gecəsi təşkil edilib. AZƏRTAC xəbə... | ANL |
Məhəmməd Peyğəmbərlə bağlı belə bir hədis var. Bir gün peyğəmbərdən bir nəfər soruşur: - Ya Peyğəmbər, niyə Allahın elçilərini, yəni peyğəmbərləri ancaq kişilərdən seçib? Niyə onlar arasında qadın yoxdur? Ancaq dünyadakı insan sayını artıran, nəsli davam etdirən və bütün bunları edərkən istəyi, arzusu, seçimləri,... | ANL |
Möcüzə yalnız nağıllarda baş verir. Bu gün çox uzaq bir keçmişdə qalmış 1960-cı ildə mən Azərbaycan Dövlət Universitetinə (indiki BDU-ya) daxil olanda, universitetin məşhur tələbələri vardı və onlardan biri də dördüncü kurs tələbəsi Samur idi. O zaman universitetin güclü idman komandaları və bu komandaların da qı... | ANL |
Unudulmuş kitablar və qırıq talelər məzarlığı. Seyfəddin Hüseynlinin tərcüməsində. MƏŞHUR İSPAN ƏDİBİ KARLOS RUİZ ZAFONLA SONSUZ BARSELONA GƏZİNTİSİ. Çağdaş insan üçün mütaliə əcdadımızın ona yükləmiş olduğu ülvi mahiyyətini çoxdan itirib. Kitablar artıq bilik mənbəyindən çox, hardasa mədəni şəkildə vaxtöldürmə ... | ANL |
Hərəsi dünyanın bir başından gələn “uşaqları” həyatın özü bir-birinə sirdaş elədi. Arif Əmrahoğlu haqqa qovuşub. O vaxtlar hüzrə vaxtında gəlib çatmayan Sabir gündə Yardımlıdan zəng vurur ki, xəcalət oldum, bu nədi belə, burdan-bura gəlib çıxa bilmirəm. Həkim uzaq səfərlərə, illah da maşınla getməyi ona qadağan e... | ANL |
Xosrov NATİL. Nə qədər acı olsa da, deyim ki, didərgin-köçkün adamların xoşbəxt olduqlarına heç vaxt inanmadım. İtkilərin əlində girinc qalan, bilmədiyi, görmədiyi kimsədən imdad diləyən adamlara hansı günü ağlayacaqdı bu zalım fələk? Fələk də başını itirmişdi. Üdgün-Pirçivan, Mincivan-Pirçivan avtobusunun getdiyi... | ANL |
İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Məhz elə buna görə də bütün dövrlərdə və cəmiyyətlərdə müəllimlik ən şərəfli peşə sayılıb, müəllim adı daşıyanlar haqqında ən gözəl sözlər deyilib. Ümummilli lider Heydər Əliyev “Müəllim adı ən yüksək addır. Mən yer üz... | ANL |
Müasir dövr miqrasiya proseslərinin pərdəarxası. Qloballaşma dövrü və üçüncü minillik bəşər cəmiyyəti qarşısında yeni çağırışlar, dilemmalar ortaya çıxardı. Dünya maliyyə böhranı, iqtisadi böhran, beynəlxalq hüququn qarşılaşdığı ədalət böhranı, hətta mənəvi dəyərlərin aşınması böhranı və sonsuz sayda digər məsəl... | ANL |
Aktyor Yusif Qoca: "Aparıcılar və verilişlər səmimiyyət axtara-axtara bayağılaşır". Çağdaş Azərbaycanda gənclər cəmiyyətin əksər sahələrində fəal rol oynayırlar. Xüsusən, incəsənət sahəsinə gənclərin axını və bu axınla birgə mədəniyyətimizdə yeniləşmə, müasirləşmə meylləri getdikcə artmaqdadır. O, gənc yaşına ba... | ANL |
Tədbirdə tanınmış ədəbiyyat, mədəniyyət xadimləri, ziyalılar, gənc yazarlar, poeziyasevərlər, oxucular və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq Şahanə Müşfiqin az zamanda qazandığı yaradıcılıq uğurlarından danışıb. Onun Azərbaycan ... | ANL |
Yaşıl meydanlara unudulmaz vida. Onda 1996-cı ilin güllü-çiçəkli bir yaz günü, mayın əvvəlləri idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli liderimiz Heydər Əliyevin gərgin fəaliyyəti ilə respublikamızın müstəqilliyinin, dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm addımlar atılırdı. Müdrik rəhb... | ANL |
Dünyaya qaranlıqdan boylanan nur - Aşıq Veysəl. Hələ təzəcə, yeni-yeni açırdı gözlərini dünyanın gözəlliklərinə. Təzəcə öyrənmişdi rənglərin bir-birindən fərqini. Təzəcə yadında saxlayırdı anası Gülzarın sevgi dolu üzünü, atası Əhmədin sərt, amma bir o qədər də güvən verən baxışlarını. Cəmi yeddicə il idi tanış ... | ANL |
Bilik Fondunun "Gənc Jurnalistlər" Klubunun Lahıc və Basqal ezamiyyəti. Tələbəsi olduğum doğma məkan - Bakı Dövlət Universitetinin qarşısındayam. Bu dəfə həmişəkindən fərqli olaraq dərsə yox, müqəddəs ali təhsil ocağının qarşısına İsmayıllı rayonuna səfər etmək üçün gəlmişəm. Azərbaycan Respublikasının Prezidenti... | ANL |
Nafiə Abidin Amerikadakı və Türkiyədəki nəvələri - Birinci yazı. Dövlət Təhlükəsizliyi Komitəsinin arxivdəki sənədlərin bəzilərindən araşdırıcıların istifadə etməsinə icazə veriləndən sonra 1936-1938-ci illərdə həbs edilən aydınlarımızın bəzilərinin yalnız istintaq və məhkəmə sənədləri ilə tanış ola bildim. Onl... | ANL |
Natəvan Dəmirçioğlu yaradıcılığı: epik-mifoloji semantika. Ədəbiyyatşünaslıq bir elm kimi formalaşdığı zamandan etibarən "yazılı və şifahi ədəbiyyat", "yazıçı və folklor" problemi hər zaman gündəmdə olub. Bu problemin tədqiqi isə, ilk növbədə, yazılı ədəbiyyatdakı folklor ənənələrinin müxtəlif aspektlərdən öyrən... | ANL |
Musiqi dünyasının əbədiyaşarlıq ünvanı. Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rolu olan Qara Qarayev yüksək mənəviyyata, ensiklopedik biliklərə malik, xalqımızın mənəvi-estetik dəyərlərini üstün tutan, digər xalqların tarixi ke... | ANL |
lənətə gəlsinlər bütün görüşlər, artır gündən-günə gül qəzaları. çox olur, danışıb həddi aşmalar, görün nə qədərdir dil qəzaları. ömrüm də, vaxtım da badə kimidi, şərabla doldurram bütün boşluğu. bircə nəfər qalıb əl verəcəyim, - tanrıya borcluyam bu sərxoşluğu. birtəhər qaldırıb təbə gətirdik, elə bil bir ölü dəvə gət... | ANL |
Zəfər Bayramı 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamalın baş komandanlığıyla həyata keçirilən Böyük Hücumu anmaq üçün Türkiyədə və Şimali Kipr Cümhuriyyətində hər il keçirilən milli bayramdır. Atatürkün rəhbərliyi ilə aparıldığı üçün Başkomandanlıq Meydan Müharibəsi adını alan Böyük Hücumun uğurla nəticələnm... | ANL |
Ceyms Coysun dublinli “Ölülər”i. VƏ YA MODERNİZMİN DƏBDƏN DÜŞMƏYƏN OVQATI. “İnsan azadlığa məhkumdur!” deyəndə, görəsən, Sartr kütləvi sərbəstliyi, yoxsa daxili tədirginlikdən doğan narahatlığı nəzərdə tuturdu? Modernist ədəbiyyatın banilərindən olan, “Uliss” romanı ilə bu gün də birmənalı qarşılanmayan, Dublini ə... | ANL |
Zamanın sözü, sözün də bəlirli bir zamanı var və o, həmişə öz vaxtına çəkər... İndiki kimi payız idi. Bir vaxt mənim yaşımdaykən izinin doğmalaşdığı Dəvəçidəki məhəlləmizdə onunla yanaşı xəzəlləri uşaq marağı ilə ayaqlaya-ayaqlaya addımlayırdım. Dəvəçi rayonunda doğulub. Anası ingilis dili müəllimi, atası cərrah... | ANL |
İstiqlal mücadiləsi: tarixdən drama. MÜHACİR ƏDİB ABAY DAĞLININ “MALAZGİRTDƏN SAKARYAYA” PYESİ DƏYƏRLİ ƏDƏBİ NÜMUNƏ KİMİ. İki pərdə, beş şəkildən ibarət “Malazgirtdən Sakaryaya”nın ideya-məzmunu “pyes içində tamaşalar” adlandıra biləcəyimiz əsərdə ustalıqla ifadə olunub. Birinci pərdədə əvvəlcə məktəblilərin if... | ANL |
Geologiya elminin Vasif Babazadə məktəbi. Bakı Dövlət Universiteti böyük, çoxsaylı bir kollektivi əhatə edir və iyirmi beş mindən artıq əməkdaşı birləşdirən bu elm və təhsil müəssisəsində hamını tanımaq heç də mümkün deyil. Amma bu möhtəşəm universitetin əməkdaşları sırasında elə alim-pedaqoqlar var ki, onları ... | ANL |
Sənətdə dəniz obrazı: dalğalı duyğular mozaikası. Dənizlə bağlı söylənən müxtəlif fikirlər arasında Tofiq Fikrətin sözü daha çox diqqətimi cəlb etmiş, bir az da xətrimə dəymişdi. Hər ikisi nazlı, hər ikisi cilvəli, hər ikisi uzaqdan huzur dolu, amma yaxınlaşdıqca hər ikisi bir-birindən təhlükəli... Hələ keçən yaz... | ANL |
Cəhənnəmlə bağlanan müqavilə. Alnımızı cizgilər, gözlərimizin ətrafını qırışlar basar, gicgahımızın arxa hissəsindən başlayar ömrümüzə yağan qar. Bahara bənzəyən çöhrəmiz payız təki saralar. Amma yenə də etdiyimiz xətaların ardı-arası kəsilməz. Qorunmaq üçün ətrafımıza möhkəm bəndlər çəkərik. Hər vəchlə təhlükəsizliyi... | ANL |
Bir gün iş yoldaşım Nigar İsmayılqızı adlı bir jurnalist xanımın yeni sənədli film çəkdiyini dedi. “Ölsəm...yaşat” adlı film aprel döyüşləri şəhidi Əbdülməcid Axundova həsr olunmuşdu. Materialları toplayandan sonra növbəti verilişə filmin ssenari müəllifini və şəhidin anası Ceyran xanımı dəvət etdik... İlk dəfə onda ta... | ANL |
Başqa şəhərdəyəm... başqa adamların arasında, ömür ötürürəm ayrı küçələrdə. Və bircə sən başqa deyilsən, elə həmənsən, gözlərimdə gətirdiyim kimisən. Hər gün ömür dediyinin. anından çıxıb gedirəm. canımdan çıxıb gedirəm. Bu yadlığa özgə kimi, yığışdırıb dərdi-qəmi, bir qaralan kölgə kimi, yanımdan çıxıb gedirəm. Gedər-... | ANL |
İspaniya - düşüncələr və unudulmaz xatirələr. “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. Roma işğalından əvvəl İberiya şəhərləri inkişaf etmişdi. Buradakı daş heykəllər yunan təsirindən xəbər verirdi. I əsrdə yaradılmışdı, qızılla bəzənmişdi. O... | ANL |
Kafkanın fövqəlbəşər yalnızlığı. Kafka fövqəlbəşər dərəcədə yalnızdı. Onun yalnızlığı daxili iztirabın dözülməz səksəkəsidi. Böcək olanda da, səbəbsiz məhkəməyə çıxarılanda da, qəsrdən çıxmaq istəyəndə də, lap elə Amerikaya gücü çatmayanda da. Onun ümidi onun mətnlərindən ibarətdir və mənə görə, Kafka ən yaxşı ... | ANL |
... Bir zamanlar hər sayını intizarla, ülvi bir məhəbbətlə gözlədiyim, indinin özündə də dadını-tamını unutmadığım, artıq çoxdan tarixə qovuşmuş “Təşəbbüs” (Yevlax) qəzetini və redaksiyanın istedadlı jurnalistlərini həmişə dərin ehtiramla xatırlayıram. Həmin qəzetin çap edildiyi mətbəənin kiçik, lakin mehriban k... | ANL |
Mənim günahımı bağışla, oğlum! Zəhmətdən yoğurub qala çatmışam, Həmişə xeyirxah addım atmışam, Ömrün yoxuşuna gəlib çatmışam. Bacara bilmirəm yoxuşla, oğlum! Mənim günahımı bağışla, oğlum! Həmişə göylərə ucalsın başın, Səni əzizləsin bacın, qardaşın, Durur qulluğunda ömür yoldaşın. Mənim günahımı bağışla, oğlum! Al... | ANL |
Sənətdə dəniz obrazı: dalğalı duyğular mozaikası. Amma gündəlik həyatımızda etdiyimiz işləri göz önünə gətirsək, hansımızın plan-proqramında bircə saatını dənizlə başbaşa keçirmək, onun gözəlliklərindən zövq almaq, həzin dalğaların səsiylə gözlərini yumub, xəyalən də olsa, bu dünyadan baş götürüb qaçmaq var?.. K... | ANL |
Günay qızıma. Qulağımdakı səsdən, Ürəyimdəki həvəsdən, Xəstə candan. Ürəyimdə sızlayan. İndianapolisə qaçdım! Kimi də öz əməlindən qaçır. Kimi iştahını açmaq üçün qaçır. Kimi şişmanlığından qaçır, Kimi peşmanlıqdan qaçır. Öz taleyinə düşən qədərdi. Əlindən almayacaq. Alsa da səninki azalmayacaq. Bu qədərdi. İndi... | ANL |
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə yeni töhfə. ”İÇƏRİŞƏHƏR” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNİN “ELMİ ARAŞDIRMALAR” TOPLUSUNDA MARAQLI MƏQALƏLƏR DƏRC EDİLİB. Ötən ilin dekabr ayında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivə... | ANL |
Dünyanın bu qulağı ilə o qulağını birləşdirən Böyük İpək Yolunun düz uc nöqtəsinə. Əslində, mən ticarətə yox, Ümumdünya Fəlsəfə Konqresinə getmişdim. Ancaq nədənsə özümü ucuz alıb baha satan dünyanın “topdan satış” məntəqəsində hiss elədim. Təəssüratlar çoxdur, ziddiyyətlidir və mirvari kimi ipək sapa düzməsəm, ç... | ANL |
“Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” nəşr edildi. Bakının Qurtuluşunun 100 illiyi münasibəti ilə tarix elmləri doktoru Nəsiman Yaqublunun “Nurlar” nəşriyyatında “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” kitabı nəşr edilib. Kitabda Qafqaz İslam ordusunun azad etdiyi bütün bölgələr haqqında məlumat verilməklə... | ANL |
“Kardeş kalemler” dərgisinin sentyabr sayı. Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan “Kardeş kalemler” dərgisinin sentyabr sayı işıq üzü görüb. Dərginin “Redaktordan” başlıqlı ənənəvi girişində V Beynəlxalq Mahmud Kaşğarlı” hekayə müsabiqəsi” haqqında məlumat yer alıb. Bədii yazılar azərbaycanlı şair Firuzə Mə... | ANL |
Yazıçılar Birliyində “İlmə əyləncəli əlifba” elektron kitabının təqdimatı olub. Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Solmaz Amanovanın “İlmə əyləncəli əlifba” elektron kitabının təqdimatı olub. “Azərtac” xəbər verir ki, təqdimatdan əvvəl Yazıçılar Birliyinin katibi Rəşad Məcid Solmaz Amanovanın yaradıc... | ANL |
Doğma və sevimli ADPU... Tələbə adını qazanmaq, universitetə qəbul olunmaq sanki azad həyata vəsiqə qazanmaq kimidir. Bir tərəfdən yeni bir mərhələ başlanır ömründə. Seçdiyin peşəni günbəgün öyrənirsən, hər yeni mühazirəylə, seminarla bir az daha dərinlərə getdikcə, oxuduqca əslində ciddi bir həyat məktəbi keçdiyini... | ANL |
Azərbaycanın milli dövlətçilik tarixində ən əlamətdar zaman kəsiyi sayılan 1918-ci ilin mühüm hadisələri sırasında 15 sentyabr - Bakı şəhərinin rus-erməni-ingilis qüvvələrindən azad edildiyi gün xüsusi yer tutur. Belə ki, 1918-ci il 27-28 may tarixlərdə Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının keçirdiyi tarixi i... | ANL |
Azərbaycan türkü Mayısın 28-də istiqlalını elan eləmiş, sentyabrın 15-də qasiblər əlində inildəyən paytaxtını xilas etmişdir. Mayısın 28-i Azərbaycan cümhuriyyət tarixinin ibtida günü isə, sentyabrın 15-i o ibtida qədər qiymətdardır. Bakının Azərbaycan üçün sadə bir paytaxt degil, adətən əfsanə-lərdə söylənən bir “C... | ANL |
Azərbaycan-Türkiyə qardaşlığının növbəti zəfər günü: Bakıda əldə olunan tarixi qələbənin 100 illiyi. ÇANAQQALA ZƏFƏRİNİN 100 İLLİYİNDƏ OLDUĞU KİMİ, İKİ ÖLKƏ LİDERİ AZADLIQ MEYDANINDA TƏŞKİL OLUNAN MÖHTƏŞƏM HƏRBİ PARADDA AZƏRBAYCAN VƏ TÜRKİYƏ BAYRAQLARININ ÖNDƏRLİYİ İLƏ HƏRBÇİLƏRİN NÜMUNƏVİ QƏLƏBƏ KEÇİDİNİ BİR... | ANL |
ŞAİR VƏ TƏRCÜMƏÇİ ŞAHİNƏ İBRAHİMOVA: “ÖZBƏKİSTANDAN SONRA HEÇ YERDƏ BURADAKI QƏDƏR DOĞMA VƏ İSTİ MÜNASİBƏT GÖRMƏMİŞƏM”. Bugünlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri” mövzusunda layihə həyata keçirilib. Layihə çərçivəsində... | ANL |
Təkcə ona görə yox ki, folklor bütün bunları iliklərimizə işləyən sözlərlə, qulaqlarımıza yatan ifadələrlə danışır. Tarixi qədimdirsə, kökləri illərin o üzünə bağlıdırsa, deməli, “yeri möhkəmdir”... Bayatıların dildən-dilə, ağızdan-ağıza keçərək günümüzə gəlib çıxdığını hamımız bilirik. Yazılı ədəbiyyatda, daha... | ANL |
Türk Dünyasına işıq tutan abidə-nəşr. MİLLƏT VƏKİLİ CAVANŞİR FEYZİYEVİN “TÜRK DÜNYASI” BEŞCİLDLİYİ HAQQINDA QEYDLƏR. Şahanə MÜŞFİQ. Allahın dövlət günəşini Türk bürclərindən doğmuş olduğunu və Türklərin ölkələri üzərində göylərin bütün dairələrini döndərmiş olduğunu gördüm. Cihan imperatorları türk irqindən çıxd... | ANL |
Məlumdur ki, Azərbaycan Milli Kitabxanası ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyasını həyata keçirərək, respublika Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün hər il çoxlu sayda metodik vəsaitlər hazırlayır. Bu yaxında Kitabxana tərəfindən, görkəmli ədib, Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyevin 75 i... | ANL |
Azərbaycan Miniatür Kitab Muzeyinin eksponatları Sibirdə. Nijnevartovsk şəhərinin mərkəzi kitabxanasında nadir bir sərgi açılıb: Bakı şəhərində fəaliyyət göstərən, dünyada yeganə olan miniatür kitab muzeyinin 165 nüsxə ekspozisiyası təqdim olunub. AZƏRTAC Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiyanın uğra-tv tele... | ANL |
Şəkidə Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı oldu. Avqustun 31-də Şəki şəhərində Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev muzeyinin açılış mərasimi keçirildi. Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, BDU-... | ANL |
Mən, pəncərələrin müqəddəsliyinə inanıram. Heyif deyil pəncərə? Lap çox darıxanda pəncərədən çölə baxıram. Şəhərin çölünə, göyün çölünə, lap elə xatirələrin çölünə... Göyüzü yarımbuludlu Kiyev axşamçağısında qədim Arbat küçəsiylə mərkəz sarı düşürəm. Lap Bulqakovun Stalinə yazdığı ol məşum məktubdakı cümlələrin sehrinə... | ANL |
Şərəfə layiq. Onda hamımız hələ xeyli gənc idik, yol yenicə başlanırdı və indiki yaş bizə əlçatmaz, hətta təsəvvüredilməz qədər uzaq görünürdü, 1970-ci illərin ikinci yarısı idi. Mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsiydim və Azərbaycan Televiziyası ilə bir neçə daimi veriliş aparırdım... | ANL |
Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edib. Mədəniyyət naziri Əbülfəs Qarayev avqustun 31-də Zaqatalada vətəndaşları qəbul edib. Nazirlikdən "Report"a verilən xəbərə görə, nazir Şəki, Zaqatala, Balakən, Qax və Oğuz sakinlərinin şikayətlərini dinləyib. Qəbuldan öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əl... | ANL |
Rus ədəbiyyatından türk kamerasına. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, Tolstoy, Dostoyevski, Çexov, Qoqol, Turgenyev, Pasternak, Şoloxov, Nabokov və onlarla ədib yeni ədəbi axınların yaranmasına səbəb olub, hətta öz dövründən sonra belə mətnlərinin təsiri bütün Qərb və Şərq ədəbiyyatı üzərində qalıb. Zam... | ANL |
Bir vaxtlar çöl-biyaban olan o ərazilərdə məcburi köçkünlər üçün çadır şəhərcikləri salınmışdı. Yazın ortasından dayanıb ora baxanda, adama elə gəlirdi ki, bircə həmin ərazidə qışdır. Çünki sıra-sıra düzülən ağ çadırlar, lopa-lopa yağan, qaldıqca sərtləşən, ərimək bilməyən qar topalarına bənzəyirdi. Səmasından ş... | ANL |
Səhnəmizin sönməyən Hüseynağa Atakişiyev işığı. Bu gün - 8 sentyabr Əməkdar incəsənət xadimi, aktyor və rejissor mərhum Hüseynağa Atakişiyevin doğum günüdür. O isə düz 12 il öncə, cəmi 57 yaşında, sevənlərini, canından çox sevdiyi səhnəni, çətin şərtlər altında yaradıb inkişaf etdirdiyi Gənclər Teatrını, aktyorların... | ANL |
İspaniya - düşüncələr və unudulmaz xatirələr. “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. İspaniya - Avropanın qərbində yerləşən, bu qitəyə bütünlüklə aid olan ölkə olsa da, onun digər ərazilərindən xeyli dərəcədə fərqlənir. Bu fərq onun əhalisi... | ANL |
Onun bu sədiyanə mövqeyinin obyektiv səbəbi aydındır - Aləmin sənətdə ilk addımlarını atdığı 80-ci illərin sonlarına doğru aləm bir-birinə qarışmışdı. Amma kitaba ön söz yazmış görkəmli yazıçımız Sabir Rüstəmxanlının dediyi kimi, məsələnin subyektiv tərəfi də var: “Aləmin ilk kitabını nəşr erdirməyə tələsməməsi... | ANL |
İkinci Dünya müharibəsi bəşəriyyətin şahid olduğu ən böyük hərb kimi tarixə keçib. 25 milyona yaxın dinc əhalinin həyatına son qoyuldu. Bəzi mənbələrdəsə itkilər 65 milyondan çox göstərilir. Müharibənin ayaq səsləri. Hitlerin 1933-cü ildə iqtidara gəlməsindən etibarən Almaniya iqtisadiyyatını maksimum şəkildə inkişaf ... | ANL |
Jurnalistin yol qeydləri. Səfərə çıxmağı kim xoşlamır? Bəs səfərsonrası təəssüratları bölüşməyi necə? Ki elə ötən yazımda da məhz o faktlar idi söylədiklərim - okeanın o tayından bura gətirib də gerçəkləşdirə biləcəklərimiz. Gerçək bu ki, Amerikada insanların bir qismi - həm də görünür yetərincə böyük qismi fri-l... | ANL |
Sənətdə dəniz obrazı: dalğalı duyğular mozaikası - III yazı. Dəniz ədəbiyyatda nədir, hansı mənanın daşıyıcısı, hansı hisslərin simvoludur? Bilirəm, siz də mənim kimi bircə anın içərisində romantik hisslərə qapılıb dənizin gözəlliyini, huzurunu, dalğaların ecazkar titrəşiyini göz önünə gətirəcəksiniz. Ləpələrin ... | ANL |
Koroğlu ölməzliyi. TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN HAZIRLADIĞI KİTAB-ALBOM ÜÇÜN YAZILIB. Geniş mənada türk mədəniyyətinin ən unikal cəhətlərindən biri də budur ki, dastançılıq türk bədii təfəkkürünün ifadəsi kimi olduqca zəngin tarixə və ənənələrə malikdir. Eramızdan xeyli əvvəllərdən başlamış ozanlarımız (aş... | ANL |
“Sosial”laşan ömrümüz... Bugünlərdə Milli Məclisin Elm və təhsil komissiyası yeni “Ümumi təhsil haqqında” qanunun ilkin variantı barəsində açıqlama verib. Komitə sədri, akademik İsa Həbibbəyli bildirib ki, yeni qanuna görə məktəbəqədər və orta təhsil müəssisələri şagirdlərinin məktəbdə mobil telefonlardan istifadə... | ANL |
“Türk dünyasının yazarlarını bir-birinə tanıtmaqdan qürur duyuruq”. Müsahibimiz Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının başqanı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalıdır. - Əkbər müəllim, bu yaxınlarda Qırğızıstanda türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti keçirildi.... | ANL |
Akademik İsa Həbibbəyli - Biblioqrafiyadan görünən Bioqrafiya. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Akademik İsa Həbibbəyli” (Bakı, 2018) biblioqrafiyası işıq üzü görmüşdür. Biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiy... | ANL |
Sentyabrın 6-da Azərbaycan Milli Kitabxanasında Dağıstanın Xalq şairi, tərcüməçi, publisist, siyasi xadim Rəsul Həmzətovun anadan olmasının 95 illiyi münasibətilə “Rəsul Həmzətov-95” adlı kitab sərgisi açılıb. Milli Kitabxanadan bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haq... | ANL |
Anarın məqaləsi Özbəkistan mətbuatında. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar avqustun 6-da Özbəkistan Yazıçılar İttifaqının dəvətilə “Klassik və çağdaş özbək ədəbiyyatının öyrənilməsinin aktual məsələləri və özbək ədəbiyyatının dünyada tanınması” mövzusuna həsr olunmuş beynəlxalq konfransda ... | ANL |
Müsəlman Şərqində ilk dünyəvi və müasir ali təhsil ocağı olan, tarixin ən müxtəlif mərhələlərində elmi və ictimai düşüncənin lokomotivi kimi çıxış edən Bakı Dövlət Universiteti (BDU) 100 illik yubileyi ərəfəsindədir. Məlum olduğu kimi, Prezident İlham Əliyev bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və ... | ANL |
Onu görənlər gülümsəyərək şirin qaşqay ləhcəsində danışırdılar. Getdiyimiz restoranda da, taksiyə minəndə də, bazarda da dil bilmək sarıdan bir çətinliyimiz olmadı. Əmin ağzını açmasa belə biz fikrimizi ifadə edə, istədiklərimizi çatdıra bilirdik. Çünki Əmini görən kimi bizə yaxınlaşanlar, bizi yanlarına çağıra... | ANL |
Azərbaycanın və Türk dünyasının tarixində şərəfli imza: Nuru Paşa. Qaraməryəm döyüşünün nəticələri Nuru paşada çox ağır təəssürat yaratmışdı. Vəziyyətin belə davam edəcəyi təqdirdə bir tərəfdən Nuru paşa ona həvalə edilmiş məsuliyyətli vəzifələri yerinə yetirə bilməzdi, digər tərəfdən də türk ordusunun gücü və ... | ANL |
Naxçıvanda Milli Geyimlər Festivalı: mədəniyyətimizin daha bir təntənəsi. Hər bir xalqın mövcud olan milli dəyərləri zamanla formalaşıb. Bu dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi həmişə vacib amil sayılıb. Xalqımız tarixən malik olduğu zəngin dəyərlər sistemini dövrdən və quruluşdan asılı olmay... | ANL |
Kiçik hekayətlərdəki böyük ağrılar. Belə bir fikir var ki, hadisələr yazıldığı həmin zaman çərçivəsində baxılanda tarixdir, sonra isə rəvayət... Və tarix, tarix kitablarından daha çox bədii ədəbiyyatdadır. Amma düşünəndə haqq verməmək də olmur. Axı yazıya köçürülməyən, sadəcə ayrı-ayrı adamların, şahidlərin, ya da ... | ANL |
Səmərqənddən reportaj. Səmərqənd Özbəkistanın ikinci ən böyük şəhəridir. Dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqənd hər addımda insanı heyrətləndirir. Səmərqənd qədim tikililər, saraylar, məscidlər, mədrəsələr şəhəridir. Bu qədim tikililərin hər biri isə böyük bir tarixdir. Elə buna görədir ki, şəhəri görməy... | ANL |
Ədəbiyyat və incəsənət mövzulu teleproqramlara bir baxış. Jurnalistikanın nəzəri arsenalında televiziya - insanı min illər boyu kamilləşdirən ədəbiyyatın indiki çağda çox mükəmməl təqdimat vasitələrindən biri kimi dəyərləndirilir. "Səs və görüntünü eyni anda birləşdirən televiziyanın" təsir gücü hələlik ilk yerdə ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.