text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Sofiyada Azərbaycan film gecəsi. Sofiyanın Kino Evində Menar Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar filmi gecəsi təşkil olunub. Tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universi... | ANL |
Müəllimim və həmkarım. Görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetinin "Bərk cisimlər fizikası" kafedrasının müdiri, professor Məmməd Əliyevin anadan olmasının 75 illik yubileyi münasibətilə kitab hazırlandığını eşidəndə çox sevindim. Artıq uzun illərdir ki, respublikamızda, o c... | ANL |
Azərbaycan Davosda Mədəniyyət Nazirlərinin konfransında. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsveçrənin Davos şəhərində keçirilən Mədəniyyət Nazirlərinin konfransında iştirak edib. Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, "Yüksək səviyyəli Baukultura doğru" mövzusunda keçirilən konfransda şəh... | ANL |
Bəstəkar, musiqişünas. Azərbaycan musiqi tarixində qətiyyətli əməyi sayəsində özündən sonra parlaq izlər buraxan, yaşadığı müddətdə musiqimizin inkişafı naminə misilsiz xidmətləri olmuş böyük sənətkarlardan söz açmaq olduqca məsuliyyətli, eyni zamanda, qürurvericidir. Tanınmış musiqiçi, Əməkdar incəsənət xadimi, pedaqo... | ANL |
Qəlbi zamanla döyünən şair. Şeirin, poeziyanın atributları o zaman yüksək kamilliyə qadir olur ki, şeir yaradanın, yəni şairin fitri istedadı, mənəvi təcrübəsi başlıca rol oynasın. Şeirə, sənətə yeni gələn şairin poetik ehtizazı ilə yetkin şairin fikir və hissləri arasında fərq olduqca böyükdür. Belə yetkin fikirli, zə... | ANL |
Nəsimi əzablarından Nəsimi harayına. Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin "Nəsimi-passion" əsərinin videoyazısına baxarkən. İmadəddin Nəsimi. İnsan təbiətdən ayrılıb cəmiyyət həyatına başladığı ilk gündən əzabın dadını bilirdi; zira Ulu Tanrı ona heç bir canlıya pay vermədiyi şüur mərhəmət etmişdi və ... | ANL |
Bəstəkar Şəfiqə Axundova yad edilib. Yanvarın 22-də Beynəlxalq Mətbuat Mərkəzində görkəmli bəstəkar, Xalq artisti, "Şöhrət" ordenli Şəfiqə Axundovanın 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir Qafqaz Media İctimai Birliyinin (İB) təşkilatçılığı, istedadlı bəstəkar-müğənni Arif Səlimovun təşəbbüsü ilə təşkil ... | ANL |
İrəvan teatrında “Ömür qatarı” tamaşasının premyerası olub. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni ildə ilk tamaşasını təqdim edib. AZƏRTAC xəbər verir ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində qırğız yazıçısı Mar Bayciyevin “Ömür qatarı” əsəri əsasında hazırlanmış t... | ANL |
Bolonyada fərqli bir sərgi: "Fikrini dəyişmək normaldır". İtaliyanın Bolonya şəhərində “Fikrini dəyişmək normaldır” (It’s ok to change your mind) adlı sərgi açılıb. Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, martın 18-dək davam edəcək və “İyirmi bir rus baxışı” devizi altında keçirilən sərginin kurator... | ANL |
Qədim tarixi, zəngin mədəniyyəti, folkloru və aşıq sənəti ilə məşhur olan Borçalı torpağının ictimai-siyasi həyatında fəal iştirak edən milli qeyrətli ziyalıları, şairləri, məşhur elm, maarif, mədəniyyət, incəsənət və dövlət xadimləri təkcə Gürcüstanda deyil, o cümlədən, Türkiyə, İran və digər ölkələrdə də böyük hörmət... | ANL |
Lənətə gəlmiş Feysbukda o qədər yalan, uydurma məlumat olur ki, bəzən heç fikir də vermirsən bir çoxuna... Amma öldü, qəzaya düşdü və sairə bəd xəbərlərdə tanış ad görəndə adam istər-istəməz səksənir, narahat olur. Srağagün axşamüstü də belə oldu. Vətən daha bir müdafiəçisini itirib! Bizim Rəhim ağlıma gəldi, amma inan... | ANL |
Gülən qarı. Oleq Alekseyeviç Jdan (Puşkin) görkəmli Belarus sovet yazıçısıdır. Gənclik illərində Minskə gəlib və bu günə kimi orada yaşayır. Bədii yaradıcılığa ötən əsrin 60-cı illərində başlayan Oleq Alekseyeviç onlarla hekayə, povest və roman müəllifidir. Yaratdığı xarakterlərin psixoloji, sosioloji durumunu, istər b... | ANL |
Çingiz Sadıxovun arxivi muzeyə təhvil verilib. Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti Çingiz Sadıxovun həyat yoldaşı Ceyran Sadıxova sənətkarın arxiv materiallarını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təhvil verib. Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova bildirib ki, foto, qəzet, fə... | ANL |
Oman mədəni və elmi təsisatlarında doktor Abdulla Bin Naser Əl Hərrasinin rolu. Azərbaycanın Ərəb dünyası, o cümlədən, Oman Sultanlığı ilə münasibətləri, ədəbi-mədəni əlaqələri son zamanlar davamlı inkişaf etməkdədir. Ötən il də bu yöndə əhəmiyyətli addımlar atılıb. Ədəbi sahədə isə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr ... | ANL |
Məni Mirzənin dərəsinə apardığın gün, nəsə pis bir şey olacağını sezmişdim. Lakin sən, Tanrının izniylə, məni bütün pisliklərdən qoruyardın. Qoruyan və bağışlayan Tanrının adıyla... Yenə də Mirzənin dərəsi boyunca gedərkən ayaqlarımın altından əslində heç olmayan qara ilanların qıvrılaraq axıb getdiyini görürdüm. Onlar... | ANL |
Professor Tərlan Seyidovun 75 illiyi qeyd olundu. Yanvarın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun anadan olmasının 75 illiyi qeyd edilib. AZƏRTAC xəbər verir ki, akademiyanın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Tərlan Seyidovun Azərbaycan m... | ANL |
Gənc yazar və aktyor Kamal Akenin yaradıcılığa fərqli baxışı var. Pedaqoji Universitetdə təhsil alıb Kamal, ancaq yarımçıq tərk edib oranı. Özümü oraya aid hiss etmədim. Dövlət teatrlarında, inanmıram ki, hansısa rejissor və ya aktyor çox rahat və sərbəst şəkildə öz fikirlərini sərgiləyə bilsin, özündən nəsə əlavə edə ... | ANL |
Seyid Əzim Şirvaninin nəticəsi Daşkənddə evlə təmin edilib. Görkəmli Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin nəticəsi Fatma Quliyeva uzun illərdir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaşayır. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Ana nənəsi Seyid Əzimin doğma qızı S... | ANL |
Yanvarın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Firidun bəy Köçərlinin anadan olmasının 155 illiyi münasibətilə kitab sərgisi açılıb. Kitabxanadan AZRTAC-a bildirilib ki, “Firidun bəy Köçərli-155” adlı sərgi... | ANL |
Uşaq ədəbiyyatının sönməz çırağı. Abdulla Şaiq biblioqrafik göstəricisi haqqında qeydlər. XX əsr Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən görkəmli yazıçı Abdulla Şaiq bütün ömrünü xalq maarifi işinə sərf edib. Abdulla Şaiq dramaturq, nasir, şair, ədəbi tənqidçi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan ədəbi... | ANL |
Orfoqrafiya qaydalarının müzakirəsi. AMEA-nın Dilçilik İnstitutunda orfoqrafiya qaydalarının yenidən nəzərdən keçirilməsi və orfoqrafiya lüğətinin yenidən çapa hazırlanması elmi ictimaiyyət arasında böyük həyəcana səbəb olub. Təkcə onu deyim ki, mən bir axşamın - 19 yanvar Facebook saytını vərəqlədim, aşağıda adları qe... | ANL |
Təhsilimizin nurlu siması. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. Bu ilin yanvar ayının 5-də tanınmış ictimai xadim, Azərbaycan maarifinə 20 ildən çox yüksək bacarıq və böyük fədakarlıqla rəhbərlik etmiş, pedaqogika elminin görkəmli nümayəndəsi, SSRİ Pedaqoji E... | ANL |
YAXUD FİLOSOF ƏMRƏLİ İSMAYILOVUN SƏKSƏN İLLİK ÖMÜR YOLUNUN BƏZİ NAXIŞLARI. Biz sıravi adamlar çox vaxt bəxtdən, taledən gileylənirik. Bu suala cavab vermək çətindir. Amma tanınmış filosof Əmrəli İsmayılovla söhbət əsnasında tez-tez "filan məsələdə bəxtim gətirdi", "filankəslə təsadüfən görüşməsəydim" kimi ifadələr işlə... | ANL |
Orfoqrafiya qaydalarının tənzimlənməsinə dair mülahizələr. Qloballaşan dünyada milli dillərin qorunması və inkişafı olduqca vacibdir. Nəzərə alsaq ki, hər il dünyada neçə-neçə dil "ölü" adını qazanır, onda bu problemin nə dərəcədə ciddi olduğunun bir daha şahidi olarıq. Doğrudur, Azərbaycan dili bu gün "dövlət dili" st... | ANL |
Səhnədə Cənnət yaradanda... XALQ ARTİSTİ CƏNNƏT SƏLİMOVA TEATR MÜHİTİNDƏ USTAD REJİSSOR VƏ GÖRKƏMLİ ŞƏXSİYYƏT KİMİ DƏYƏRLƏNDİRİLİR. Şahanə MÜŞFİQ. Yəqin ki, hər kəsin həyatında unuda bilmədiyi, ilk dəfədən yaddaşına, qəlbinə həkk olunan, ən gözəl hisslərinə büküb həyatının gözdənuzaq küncündə gizlətdiyi bir kitabı, tam... | ANL |
“Azərbaycan” jurnalının yubiley buraxılışı. 1923-cü il yanvarın 28-də “Maarif və mədəniyyət” adı ilə nəşrə başlayan jurnalı “Azərbaycan”- 95” adlı xüsusi rubrikada Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Ədəbiyyatımızın güzgüsü”, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa H... | ANL |
Rəşad Məcid “Məşhurlarla görüş”ün qonağı oldu. Dünən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialında “Məşhurlarla görüş” silsiləsindən növbəti görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Səbail MKS-nin filial direktoru Gül... | ANL |
Məşhur xalçamız Los-Ancelesdə nümayiş etdirilir. Azərbaycanın ən məşhur xalçalarından biri - “Ərdəbil” və “Şeyx Səfi xalçası” adları ilə tanınmış xalça hazırda Los-Anceles dairəsindəki İncəsənət Muzeyində nümayiş etdirilir. Tarixi əhəmiyyətli xalçalardan biri sayılan “Şeyx Səfi xalçası” başqa bir məşhur Azərbaycan xalç... | ANL |
Vilayət QULİYEV. Hətta bizim günlərdə, insanın normal, asudə yaşaması üçün tələb olunan rahatlıqların çoxunun pis-yaxşı təmin edildiyi bir şəraitdə qış aylarından xüsusi sevinc duymaq o qədər də asan deyil. Hələ onu demirəm ki, yanvarın 20-də, fevralın 26-da və martın 31-də xalqımızın taleyinə yazılmış üç “qara”, kədər... | ANL |
Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. Millətlərin hüququ və hərəkətləri. Hürriyyətin birinci günlərində hürriyyətçilərdən bir çoxu federas... | ANL |
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. Zövqlərin bayağılaşması, tarixi həqiqətlərə məhəl qoyulmaması dövrümüzün diqqəti o qədər də cəlb etməyən, lakin həddi aşması ilə daha böyük ziyan vuran problemidir. Linkoln öz həyatı, mübarizəsi, hətta şəhid olması ilə sonrakı nəsillərə örnək timsalı olduğu halda, ona b... | ANL |
Dilimiz - milli sərvətimiz. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir neçə ay əvvəl Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibini təsdiq etməsi uzun əsrlərin sınağından qalib çıxmış, möhkəmlənmiş, daha da zənginləşmiş, ən çətin və mürəkkəb fikirləri, mətləbləri belə ifadə etməyə qadir olan (p... | ANL |
Təranə MAHMUDOVA. Niyə yazı qaydaları? Son zamanlar yazı qaydalarında müəyyən dəyişikliklərin aparılması ilə bağlı səslənən fikirlərə ictimaiyyətin reaksiyası - mütəxəssislərin mülahizələri, sosial mediada gedən qızğın müzakirələr dil məsələsinin cəmiyyət üçün nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi. Burada tə... | ANL |
Gecə günahı. Gündüz gümanlardan üzüb əlini. könlüm gecələrə vurulub gedir. Kimsə söyləmişdi, mən də inandım: “Gözəllər yuxuda durulub gedir”. Sənli yuxuların şirinliyində. özüm də bilmədən oyaq olmuşam. Bilmirəm körpəmi, yoxsa bu yaşda. yuxunu qaçıran qonaq olmuşam. Gecənin müqəddəs günahı məndə. Dərdini çəkənə dərd ve... | ANL |
Təranə MAHMUDOVA. Niyə yazı qaydaları? Son zamanlar yazı qaydalarında müəyyən dəyişikliklərin aparılması ilə bağlı səslənən fikirlərə ictimaiyyətin reaksiyası - mütəxəssislərin mülahizələri, sosial mediada gedən qızğın müzakirələr dil məsələsinin cəmiyyət üçün nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi. Burada tə... | ANL |
Gecə günahı. Gündüz gümanlardan üzüb əlini. könlüm gecələrə vurulub gedir. Kimsə söyləmişdi, mən də inandım: “Gözəllər yuxuda durulub gedir”. Sənli yuxuların şirinliyində. özüm də bilmədən oyaq olmuşam. Bilmirəm körpəmi, yoxsa bu yaşda. yuxunu qaçıran qonaq olmuşam. Gecənin müqəddəs günahı məndə. Dərdini çəkənə dərd ve... | ANL |
Emin Sabitoğlu kinosu. Böyük bəstəkar Fikrət Əmirov - “Kino musiqisi beş dəqiqə üçün bəstələnmir, o, müstəqil yaşaya bilər. Fikrət Əmirovun özünün bir çox kinolara bəstələdiyi mahnılar müstəqil yaşayır və yeni nəsil sənətçiləri, müğənniləri də bu əsərləri öz repertuarlarına daxil edirlər. Əslində bu gün populyar olan m... | ANL |
Bu yaxınlarda Yaponiyada professor İçiro İtonun tərcüməsində yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri çap edilib. Əsər “Sehirbazlar dərəsi”ndən sonra yazıçının Yaponiyada nəşr edilmiş ikinci romanıdır. Vaseta Universitetinin professoru İçiro İtonun əsərlə bağlı həmin kitabda yer almış məqaləsini oxuculara təqdi... | ANL |
Emin Sabitoğlu kinosu. Böyük bəstəkar Fikrət Əmirov - “Kino musiqisi beş dəqiqə üçün bəstələnmir, o, müstəqil yaşaya bilər. Fikrət Əmirovun özünün bir çox kinolara bəstələdiyi mahnılar müstəqil yaşayır və yeni nəsil sənətçiləri, müğənniləri də bu əsərləri öz repertuarlarına daxil edirlər. Əslində bu gün populyar olan m... | ANL |
Bu yaxınlarda Yaponiyada professor İçiro İtonun tərcüməsində yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri çap edilib. Əsər “Sehirbazlar dərəsi”ndən sonra yazıçının Yaponiyada nəşr edilmiş ikinci romanıdır. Vaseta Universitetinin professoru İçiro İtonun əsərlə bağlı həmin kitabda yer almış məqaləsini oxuculara təqdi... | ANL |
"Talıbzadələr və İslam" adlı tədbir keçirildi. Abdulla Şaiqin ev-muzeyində "Talıbzadələr və İslam" adlı tədbir təşkil edilib. AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Ülkər Talıbzadə mənsub olduğu Talıbzadələr nəslinin vaxtilə "Axund uşağı" adı ilə tanındığını bildirib. O, A.Şaiqin atası Axund Mustafanın Şərq mədəniyy... | ANL |
"Nargis" jurnalı Azərbaycanın Fransadakı səfirliyinin, "Tattigner Champagne", "BF Travel", "Gyunel", "Le Louis XV", "Maison Samadi" şirkət və markalarının birgə təşkilatçılığı ilə Parisdə təşkil edilən "Haute Couture" moda həftəsi çərçivəsində təntənəli şəkildə 5 yaşını qeyd edib. Azərbaycan Mədəniyyət Mərkəzində keçir... | ANL |
İstanbulda Azərbaycan Cümhuriyyətinin 100 illiyilə bağlı konsert. İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs ansamblının geniş konsert proqramı təşkil olunub. "Mənim Azərbaycanım" adlı konsert proqramında milli ... | ANL |
Yarımçıq qalmış portretin taleyi. Gülşən ƏLİYEVA-KƏNGƏRLİ. Filologiya elmləri doktoru, professor. İnsan öz taleyi ilə birlikdə doğulur. İstedad da tale kimi Tanrı vergisidir. Hər ömür yaşayanın taleyi olmur. Tale yaşamaq çox çətindir, bunun üçün həqiqi sənətkar və alim, bütöv şəxsiyyət, tarixin və zamanın fövqündə dura... | ANL |
Öz yaradıcılıq iqlimi olan sənətkar - Yusif Həsənbəy. Tənqidçi-ədəbiyyatşünas. Yazdı-yazdı, yazdığına mahnılar bəstələndi, oldu nəğməkar şair. Pyeslər yazdı, əsərləri səhnəyə çıxdı, dönüb adına dramaturq dedilər. Dünya poeziyasından seçmə sənətkarlardan seçmə şeirlər tərcümə elədi bu adlara bir tərcüməçi adı da qoşuldu... | ANL |
“Azərbaycan dilinin orfoqrafiya qaydaları” ilə bağlı düşüncə və təkliflərim. AMEA Orfoqrafiya komissiyası ilə Nəsimi adına Dilçilik İnstitutunun yeni orfoqrafiya qaydaları hazırlayıb ictimaiyyətin açıq müzakirəsinə çıxarmasını alqışlayır və bu önəmli işdə dəyərli alimlərimizə uğurlar diləyirik. Bəzən təhriflərə, yaxud ... | ANL |
İsveçrənin tanınmış caz ifaçısı Bakıda çıxış etdi. Beynəlxalq Muğam Mərkəzində məşhur blüz və caz pianoçusu Silvan Zinggin ifasında "Boogie Woogie" musiqi janrında konsert təqdim edilib. Konsert Beynəlxalq Muğam Mərkəzi və İsveçrə səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Konsertdən öncə İsveçrənin Azərbaycandak... | ANL |
Öz yaradıcılıq iqlimi olan sənətkar - Yusif Həsənbəy. Tənqidçi-ədəbiyyatşünas. Əsərləri Mirzə İbrahimov, Bəkir Nəbiyev, Qılman İlkin, Qabil, Fikrət Qoca, Hüseyn Abbaszadə, Nazif Qəhrəmanlı və başqa qələm dostları tərəfindən yüksək qiymətləndirilmiş Yusif Həsənbəyin bədii yaradıcılıq imkanlarının daha böyük bir sferaya ... | ANL |
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Bu gün işğal altında olan Qarabağın dağlıq hissəsindəki abidələrin bir qismi albanlara məxsusdur. Ermənilərin iddialarına baxmayaraq, bu monastrlar zaman-zaman alimlərimiz tərəfindən araşdırılmış və aparıla... | ANL |
Maarifçilik tariximizdə layiqli yer tutan fədakar qadın: Pəri xanım Topçubaşova. Deyirlər, sağlam cəmiyyət qurmağın başlıca şərti ilk növbədə qızlara təhsil verməkdən, qadınları savadlı yetişdirməkdən başlayır. Əgər qadın savadlı, dünyagörüşlü olarsa, onun ailəsində böyüyən övladları da savadlı olacaq. Azərbaycanın çox... | ANL |
"Uğurlarla kifayətlənmirik, qarşıda daha böyük işlər var". BAKI XOREOQRAFİYA AKADEMİYASI TƏHSİL KOMPLEKSİNİN REKTORU, ƏMƏKDAR ELM XADİMİ, ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ, PROFESSOR TİMUÇİN ƏFƏNDİYEVLƏ MÜSAHİBƏ. - Timuçin müəllim, heç kəsə sirr deyil ki, uzun zaman ərzində rektorluq etdiyiniz Azərbaycan Dövlət Mədəniyyət və İn... | ANL |
Ələsgər Əlioğlu. Televiziyanın "Hünər" verilişi redaksiyasının apardığı axtarışlar nəticəsində müharibədən qara kağızı gələn İmranın qəbri Belorusiyanın kəndlərindən birində tapılmışdı. Bu xəbər Gülsənəm qarını nə qədər ağrıtsa da, yenə özündə təskinlik tapırdı ki, heç olmasa, oğlunun qəbrinin yeri bilindi. Amma onun y... | ANL |
"Qarabağ Vyana" sonuncu uğurunun qazancından ehtiyacı olanlara yardım edəcək". Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" klubunun baş meneceri Ramin Şükürovun "Report"a müsahibəsi. - Avstriya paytaxtında "Qarabağ Vyana" adlı futbol klubunun yaradılma ideyası və təşəbbüsünü 2013-cü ildə klubun prezidenti Orxan Vəliy... | ANL |
Çexiyalı diplomat Azərbaycan Milli Kitabxanasında. Çexiyanın Azərbaycandakı səfirinin müavini Petr Vaqner Milli Kitabxanada direktor Kərim Tahirovla görüşüb. Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova, Nadir kitablar və kitabxana muzeyi şöbəsinin müdiri Gülsəidə Abdullayeva da görüşdə iştirak ediblə... | ANL |
Multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli kitab. Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, respublikada baş verən iqtisadi yüksəliş, elmi-texniki tərəqqi, tolerantlıq haqqında nəinki ölkəmizdə, hətta xaricdə də geniş danışılır. Hətta bəzi ölkələr iqti... | ANL |
Xalq artisti Elxan Əhədzadənin 70 illiyi qeyd edildi. Yanvarın 29-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə, Xalq artisti, vokal sənətinin görkəmli nümayəndələrindən olan mərhum Elxan Əhədzadənin 70 illiyinə həsr edilmiş bədii gecə keçirili... | ANL |
III Gənc Ədiblər Məktəbi öz işini yekunlaşdırdı. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda birliyin nəzdində fəaliyyət göstərən III Gənc Ədiblər Məktəbinin yekun toplantısı və mükafatlandırma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid artıq üçüncüsü... | ANL |
Yusifzadələrin Xoşbəxti və ya dəniz dərinliyinin dağ ucalığı. insan haqqında az qala hər görüşdən sonra əlimə qələm alıb nə isə yazmaq istəyirəm. Ancaq hər dəfə tərəddüd hissləri həmin istəyin qarşısını alır... Ona görə ki, Xoşbəxt müəllim kimi şəxsiyyətlər haqqında, Mirzə Cəlil demiş, ya gərək yaxşı yazasan, ya da ümu... | ANL |
Cəfər Cabbarlı dramaturgiyası. XX əsr Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri, heç şübhəsiz ki, Cəfər Cabbarlıdır. "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" prezident sərəncamında böyük sənətkar "Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq" kimi dəyərlə... | ANL |
İnsan nə zaman xoşbəxt olur? Xoşbəxtkən, ya bədbəxtkən bunun, həqiqətən, fərqinə varırıqmı? Nədir bədbəxtliyin rəngi? Bəlkə sarı? Məncə, hərənin bədbəxtliyinin öz rəngi var. Lev Tolstoy da Anna Kareninanın faciəsini nəql etməzdən öncə demişdi axı, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə ... | ANL |
Elçin Hüseynbəylinin Qarabağ hekayələri. Dünya ədəbiyyatında müharibə mövzusunda çoxlu əsərlər yazılıb və bu əsərlərin bir qismi sözün əsl mənasında bədii təsir gücü, tarixi əhəmiyyəti baxımından həmişə oxucuların diqqətini cəlb edib. Daha doğrusu, bir insan-oxucu nəsli dünyadan köçmüş, yenisi gəlmiş, amma müharibə ... | ANL |
Bakıda - əksəriyyəti peşəkar və istedadlı şairlərdən, nasirlərdən ibarət olan sağlam ədəbi mühitdə hər yazdığı şeirdən tərif, təltif, şöhrət, sərvət umanlar da az deyil. Belələriylə bir zamanda Azərbaycanın kiçik əyalət şəhərində heç bir iddiası olmayan zərif bir qadın yaşayır və heç kəsin yazmadığı ecazkar təşbehlər ... | ANL |
Köksüz münasibət və dibi tutmayan ağac. Uşaq vaxtı ən sevimli məşğuliyyətlərimdən biri ağac əkmək idi. Elə ki martın sonu, aprelin əvvəli gəlirdi, bizi torpaqdan ayırmaq müşkül məsələyə çevrilirdi. Təzə-təzə tingləri torpağa basdırır, həmin gün su verir, nazıyla oynayırdıq. Növbəti gün yenə eyni həvəslə sulayır, əzizl... | ANL |
Vurğun ilhamlı, Müşfiq kimi zərif. Aramızdan vaxtsız getmiş istedadlı şair, dostum Rəhim Rəvanla bağlı "Ziyalı" qəzetinin baş redaktoru Əli Əhmədoğlunun "Dünya səndən keçməliyəm" adlı kitabı üçün mənimlə apardığı müsahibədən təəssürat. Əli müəllim çox sağ olun ki, heç zaman xatirəmdən silinməyəcək, ürəyimdə özü... | ANL |
Elçin və Ədəbi Cərəyanlar. Elçinin bədii təxəyyülü, öz palitrası ilə gecənin zülmət qaranlığında bərq vuran, sayrışan, irili-xırdalı, saysız-hesabsız ulduzlar harmoniyasının yaratdığı ağ işıq yoluna bənzəyən aydın, nurlu fəza, iki rəqəmi ilə dörd rəqəmi arasındakı rəqəmlər və rənglər qalereyasının əsrarəngiz t... | ANL |
Qələmin yanında olanlar hamının yanında olanlardır. Qələmə sığınanlar Tanrıya sığınanlardır. Demək, qələmə üz tutmaq, sözə sığınmaq Tanrıya sığınmaq kimi bir şeymiş. Qələmin yanında olanlardan (qələmi əlində olanlardan! ), sözə Allaha sığınırmış kimi sığınanlardan biri də şair Şöhlət Əfşardır. Onun qələmi də Allahın de... | ANL |
Dünya ədəbiyyatına öz postmodern damğasını vuran çağdaş yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən Haruki Murakaminin əsərləri təkcə Yaponiyada deyil, bütün dünyada ədəbi tənqidin obyektlərindən olub, 50-dən çox dilə tərcümə olunmuşdur. Çağdaş dünya ədəbiyyatında uca zirvələri fəth etmiş Haruki Murakamini... | ANL |
Namiq Mənanın yeni kitabı təqdim olundu. Martın 30-da Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində Azərbaycan Yazıçılar Birliyi (AYB) Qubadlı Regional Bölməsinin sədri, bədihəçi-şair Namiq Mənanın "Sən gedəndən" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, ədəb... | ANL |
Sözün diksinən yaddaşı. İNTİQAM YAŞAR POEZİYASININ İDEOQRAMMASI. Tanış olduğumuz gün də yadımda deyil. Amma Yasamalda kənd qəlyanaltıxanasını xatırladan kafenin içindəki odun sobasının istisinə birgə qızındığımız uzun qış gecələrini, o gecələrdə bitib-tükənməyən ədəbiyyat söhbətlərini necə unuda bilərəm?! İntiqa... | ANL |
Azərbaycan dialektologiyası yeni mərhələdə. Tədqiqat tarixi bir əsrə çatan Azərbaycan dialektologiyası bir dilçilik fənni kimi ali məktəblərin filologiya fakültələrində tədris olunur. Sevindirici haldır ki, bu illər ərzində filologiya istiqamətində təhsil alan tələbələr arasından xeyli sayda dialektoloqlar yetişib... | ANL |
Qələmsiz yazılanlar. Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir n... | ANL |
Tanıyaq və tanıdaq. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm... | ANL |
Susuzdu çöllərimiz, qəmlisən bunu bilirik, Necə ki Təbrizin üstü dumandı, ay dəli ceyran. Tökəndə gözyaşı, həsrət üzümdə buz bağlar, Görənmirəm səni çox bir zamandı, ay dəli ceyran. Götür ağacı qov evdən kədərli ayrılığı, Qalıb diyar, yarı yolda yubandı, ay dəli ceyran. Tökülür budaqdan yenə də bir qış, Axar duyğular... | ANL |
İmadəddin Nəsimi və Azərbaycan musiqisi. XIV əsrin sonu, XV əsrin əvvəlində yaşamış böyük Azərbaycan şairi, filosofu və mütəfəkkiri İmadəddin Nəsiminin cismani ölümündən, yəni dərisinin diri-diri soyulmasından 650 il keçir. Lakin onun həyatının son dəqiqələrinə qədər dini ehkamlarına qarşı çıxması, barışmamazlığı, ... | ANL |
Güllü Məmmədova bədii yaradıcılığa olan bağlılığını hər yeni əsərindəki yaradıcı məhsuldarlığı və araşdırıcı zəhmətkeşliyi ilə ortaya qoyan söz adamlarımızdan biridir. Dekabrın ilk günlərində telefonla danışanda yeni nəşr olunmuş "Qan içində işıq" romanını avtoqrafla mənə göndərdiyini bildirəndə xeyli sevindim. Bədii ... | ANL |
"Molla Nəsrəddin" jurnalının nəşri tarixindən. Cəlil Məmmədquluzadə 1906-cı il fevralın 21-də Tiflis general-qubernatoruna ərizə ilə müraciət edərək "Qeyrət" mətbəəsində Azərbaycan dilində "müsəlman ədəbiyyatında əfsanəvi təlxək" "Molla Nəsrəddin" adlı həftəlik satirik-yumoristik jurnal çıxarmağa icazə istəmişdir... | ANL |
Məmməd Tahir haqqında məqalə və müsahibələr bir kitabda. Bugünlərdə "Qanun" Nəşriyyatında "Səmimiyyətin poeziyası" adlı yeni kitab işıq üzü görüb. Kitabda çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri Məmməd Tahirin Vətən, yurd, insan sevgisi ilə zəngin olan çoxşaxəli və özünəxas yaradıcılığına həsr... | ANL |
Ötən gün Milli Kitabxanada Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfrans və professor Asif Rüstəmlinin "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" kitabının təqdimatı keçirilib. Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının bir... | ANL |
mövzusunda ədəbi mühazirəsi təşkil olunub. Tədbirdə gənc yazarla yanaşı, bir çox tanınmış şair, yazıçı və tərcüməçilər, eləcə də media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid bildirib ki, “Nəsimi ili” çərçivəsində təşkil olunan "Nəsimini niyə sevirik" ədəbi mühazirənin m... | ANL |
Bu il Azərbaycanın Əməkdar elm xadimi, akademik Həmid Araslının yubileyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 11 fevral 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Mərkəzi Elmi Kitabxananın (MEK) Sərgi salonunda alimin yubileyi ilə bağl... | ANL |
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nəsimiyə həsr olunmuş sərgi. Bu münasibətlə ölkənin müxtəlif elmi qurumlarında, mədəniyyət mərkəzlərində, eləcə də AMEA-nın institut və təşkilatlarında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir, sərgilər təşkil olunur. AMEA Nizami Gəncəvi adına ... | ANL |
Rəssam Günay Mehdizadə: “Əsərimin Atatürkün ev-muzeyində saxlanılması mənim üçün şərəfdir”. “Əsərlərimin Azərbaycanda və Türkiyədə diqqət çəkməsinin əsas səbəbi təkrarçılığın olmaması, orda yeni üslubun mövcudluğudur”. Bunu yaradıcılıq fəaliyyətinin 20 illiyi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında Rəssaml... | ANL |
Ötən əsrin səksəninci illərinin axırlarında bizim Şabranda (o zaman Dəvəçi) ədəbi-mədəni mühiti daha da canlandırmaq məqsədilə "Maraqlı görüşlər klubu" yaradılmışdı və o klubun da ayda bir dəfə keçirilən tədbirlərinə tanınmış sənətkarlar, adlı-sanlı incəsənət, mədəniyyət xadimləri dəvət edilirdi. Növbəti tədbirləri... | ANL |
Uzaq və yaxın Meksika. Meksika ilə ilk tanışlıq. Latın Amerikasının ən böyük dövlətlərindən biri, Mərkəzi Amerikanın isə aparıcı dövləti olan Meksika ilə tanışlığım yeniyetməliyimdən - bu ölkənin romantik kinofilmlərindən başlamışdı. "Məhəbbət görüşü" filminin qəhrəmanı, inqilabçı Roman, ölüm təhlükəsinə baxmayar... | ANL |
Canə canü canə canü həm cananadır. Yaxın Şərqin və türk dünyasının qüdrətli filosof şairi İmadəddin Nəsiminin yaradıcılığını ifadə edən bir beyt seçməli olsaydım, onda məmnuniyyətlə məhz bu beyti seçərdim. Çünki bu beytdə Şərqin ən coşğun, cəngavər şairi, əqidəsi yolunda dərisi soyulmuş cəsarət və kamillik rəmzi ... | ANL |
İlk Cümhuriyyətimiz: olmuşlar və düşüncələr. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bi... | ANL |
Çox adi, hamımızın bildiyi bir gerçəyi anlatmaq şəkli diqqətimi çəkmişdi. Sonra daha tez-tez eşitməyə, maraqlanıb öyrənməyə başladım Ataol şeirini. Hər şeir yeni bir dünyanın, hər dünya yeni bir kainatın xəbərçisi idi. Misralardan, sözlərdən üzümə gülümsəyən o dünya Ataol dünyası idi. Heç bir tənqidçi, ədəbiyyat... | ANL |
Əli qanlı ağsaqqal qəflət, zikr, zakir haqqında bir xeyli danışdıqdan sonra nidanı cümləsinin sonuna mıx kimi vurdu: ... amma yatmaq da lazımdı! Sahibini tapıb, bir az da zarafatyana şikayətlənəndə heç ağlımın ucundan da keçməzdi ki, adam, banladığına görə tutub xoruzun başını kəsər. Bıçağını itiləyə-itiləyə işini əsas... | ANL |
Yaxın və Orta Şərqin ən məşhur əhvalatı haqqında. Ədəbiyyat sevmək sənətidir. Bütün dövrlərdə ədəbiyyatın insanlara təklif etdiyi hiss sevgi və barış olub. İrfani və ya bəşəri sevgi, fərq etməz, mayasında özündən imtina, ona çatmaq diləyi varsa, bu, müqəddəsdir. Həmişə ədəbiyyat əxlaq, tərbiyə dərsi, ictimai mesajlar... | ANL |
Gənc ədiblər məktəbi və mənim hədəflərim... Xatırlayıram, mövzunu müəyyənləşdirmə mərhələsini arxada qoyandan sonra, qarşıda ikinci və daha çətin, həm də müəmmalı mərhələ vardı: yazının təhkiyəsini mümkün qədər daha da sadələşdirmək. Əgər yazı nitqə çevriləcəkdisə, onda oxunaqlı, mürəkkəb kəlmələrdən arınmış ol... | ANL |
İki il öncə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda rejissor Tofiq İsmayılovun anım günü keçirilirdi. Rejissorun doğmaları, dostları, həmkarları onun haqqında çox xoş, işıqlı, sevgidolu xatirələr danışırdılar və mən hamı tərəfindən qəbul olunmağın, sevilməyin sirləri haqqında düşünürdüm. Daha doğrusu, o... | ANL |
İstanbulun İstiqlal küçəsində yerləşən Yapı Kredi Kültür və Sənət Mərkəzinə ilk gedişimin səbəbi yazıçı, ssenarist, resjissor, siyasətçi Zülfü Livaneli ilə müsahibə almaq idi. Məni orada nəyin gözlədiyini bilmirdim. Fikirləşirdim ki, yazıçı ilə görüşdür, bura nə qədər insan gələcək ki? Mərkəzə tez getdiyimdən əvvəl-ə... | ANL |
"Sevdiyim əsər" layihəsində yazarların, elm, sənət adamlarının çox sevdikləri əsərlər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Xalq yazıçısı Elçindir. - Migel de Servantesin "Lamançlı Don Kixot" romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir? Çünki o, sənin dediyin həmin ... | ANL |
"Qələmsiz yazılanlar"a sözardı. Bir neçə həftədir, Feysbuk statuslarımdan seçmələri "525"in oxucularına təqdim edirəm. Bu müddətdə müxtəlif səviyyələrdə çoxlu reaksiyalarla qarşılaşdım. Statusların qəzetdə dərcinə münasibət bildirənlərin arasında sosial şəbəkələrdən şikayətlənənlər də oldu, onun mənəviyyatımıza vurdu... | ANL |
Görkəmli kinorejissor Tofiq İsmayılovun 80 illik yubileyi keçirildi. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda görkəmli kinorejissor və ssenarist, Xalq artisti, professor Tofiq İsmayılovun 80 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə rejissorun sənət dostları, tanınmış mədəniyyət... | ANL |
Akademik Nərgiz Paşayeva: "İdrakın ilhamı mənəvi impulslardan güc alır". Martın 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) "Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi" mövzusunda beynəlxalq forum keçirilib. 1500-ə yaxın iştirakçı və qonağın - Rusiyanın və xarici ölkələrin aparıcı universi... | ANL |
Hidayətin "Bu dünyanın adamları" əsəri Qırğızıstan səhnəsində. Qırğızstanın paytaxtı Bişkekdə Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrının səhnəsində hazırlanmış Hidayətin “Bu dünyanın adamları” tragikomediyası uğurla göstərilir. Tamaşanın premyerasından öncə çıxış edən teatrın bədii rəhbəri Akimbek Tekeşo... | ANL |
Üzbəüz. Müsahibə vermək istəməyənlər, sualdan yayınanlar nəzərdə tutulur". Sadaladığım bu müraciətlər müxtəlif zamanlarda, ayrı-ayrı müxbirlər tərəfindən millət vəkili, Dövlət mükafatı laureatı Elmira Axundovaya verilən sualların bəlkə də mindən biridi; o ki qaldı bu sorğuların müfəssəl cavablarına, onda gərək E.... | ANL |
Darıxmaq və qəfil gələn hədiyyə. Bunların içərisində bircə darıxmaqdır ki, o, heç vaxt keçmir. Bədəninə yerləşir və həm özünü, həm də səni idarə etməyə başlayır. Qədərini, gücünü özü müəyyənləşdirir. İstər ən xoş anında, istərsə də şad günündə namərd bıçağı kimi kürəyinə saplanır. Bəzən isə koramal ilan kimi künc-buc... | ANL |
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsini bitirib. Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı orta məktəbdə ingilis dili müəllimidir. Eşq - məğlubiyyətdir. Səsinə, bir salamına belə yenilərsən. Üzünü görməkdən qaçsan da, addımlarını hiss edərsən. Sən onu heç zaman görməsən belə, gözündəki surəti bütün varlığın... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.