text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İncidən yazı. Biri gələr təhqir edər bizi tutalım, incidərsə, təhqirindəki bır qırıq gizli həqiqət payı incidər bizi. Məsələn, günü məsciddə keçən abid Həsənə alkaş desən inciməz qəti, kefini də pozmaz heç: Həsən hara, alkaşlıq hara? Amma paxıl desən içi çalxalanar, çıxar özündən - ittihamdakı həqiqət payı incidər onu...
ANL
Rəsul Rza və Maqsud Şeyxzadə poeziyada qoşa zirvə kimi. YAXUD MƏŞHUR POETİK BİOQRAFİYALAR MÜQAYİSƏLİ TƏHLİL MÜSTƏVİSİNDƏ. Vladimir Mayakovski poeziyasına münasibət R.Rza və M.Şeyxzadə yaradıcılığındakı mühüm poetik həmahənglik nöqtələrindən biridir. R.Rza və M.Şeyxzadə formalaşmaqda olan yeni sosialist gerçəkli...
ANL
Uzaqlardan gələn gəmi. İlahi mələklər kimi. Uzaqlara üzüb gedər. Uzaqlardan gələn gəmi. Haraylayıb bağırmadım, Gəmini mən çağırmadım, Ağır-ağır, addım-addım. Gəlir, düşüb buzlaqlara... Mən gözləyəndə gəlmədi, Ürəyim dəlmə-dəlmədi. Salıb məni soraqlara. O gəmiylə gələn kimdi? Bəxtin üzümü güldü, Mənim kimi yazıqlara? ...
ANL
Didərginəm öz içimdə, Hey qovrulur söz içimdə. Kor kimidi göz içimdə. Getmişəm o gedənlərnən, İtmişəm o itənlərnən, Şəhid olub bitənlərnən- Qoxlamalı nəyim var ki?.. Yolum üstə çıxan çiçək, Çıxışın bir təsəllidi. Çox boylanma ürkək-ürkək, Baxışın bir təsəllidi. Gəl düşünmə belə dərin, Şahı sənsən çiçəklərin. Sinəm üstü...
ANL
Utopik düşüncələr. Bu qloballaşan dünyada. Malıma kəm baxanın gözlərini eşərdim, Yeyib-içib şişərdim. Bircə mahnı qoşardım, reytinqləri aşardım, Dünyanı dolaşardım. yeri-göyü boyardım istədiyim rənglərə. Qartaltək qanadlanıb səmalarda süzərdim, Xəritədəki yerlərin ən gözəlin gəzərdim, Süd gölündə üzərdim. Məftillə...
ANL
Yandım oda gülə-gülə, Əriyirəm gilə-gilə. Göz yaşlarım döndü gölə. Harada eylədim günah. Qəribədi taleyim çox, Hədəfləyib məni bir ox, Səndən özgə gümanım yox, Gətirmişəm sənə pənah, Qaytar mənə məni, Allah. Bəxtim məndən küsdü niyə? Əzablarım bitsin deyə. Düşündünmü. Payızda güllər solanda, Saçını yellər yolanda, Çəti...
ANL
Bugünlərdə redaksiyamızın qonağı olan gənc şair, rejissor, qiraətçi Ümüd Abbas Nihani ilə yenicə qalib seçildiyi Nəsimi müsabiqəsindən, İmadəddin Nəsimi yaradıcılığına münasibətindən, çağdaş ədəbi mühitimizdən və bir sıra başqa mövzulardan danışdıq. - Ümüd, bildiyim qədərilə, hələlik sonuncu uğurun İmadəddin Nə...
ANL
Dəniz dənizdə batır. Yer üzünün birinci möcüzəsidir dəniz... Sözün bütün mənalarında möcüzə. Baxıram və düşünürəm bu qədər su necə yerləşib dünyaya?! Niyə çıxmır məcrasından?! Dalğalar qayalara çırpılanda üstümə sıçrayan damlalar niyə belə soyuqdu?! Mənim coğrafiyadan xəbərim var, amma dəniz yenə də möcüzədi axı....
ANL
Zülfü Livanelini yetişdirən və ona təsiri olan yazıçılar... "Olarmı sizi bir dəfə qucaqlayım? Bu mənzərəyə neçə dəfə şahid olduğumu unutmuşam. Bildiyim budur ki, hər səfər ilk dəfə görmüş kimi heyrətlənirəm. Gördüklərim mənə lap özümü xatırladır. Bir neçə ay əvvəl Yapı Kredi Kültür və Sənət Mərkəzində qarnından y...
ANL
Nizami Cəfərov fenomeni. Bu gün Azərbaycan elmi-ədəbi mühitində ciddi bir fenomen - akademik Nizami Cəfərov fenomeni mövcuddur. Nizami Cəfərov görkəmli dilçi alim, tələbkar tənqidçi və tanınmış ədəbiyyatşünas kimi respublikamızdakı ədəbi prosesə doğru istiqamət verən fikir sahiblərindən biridir. Bu gün türkologiya və a...
ANL
Mətnin gümüşü işıq gələn tərəfinə keçmək üçün öncə kiçik bir müşahidə aparıb sətirlər arasındakı bölgələri minadan təmizləmək lazım gələcək. Bu həm də ona görə lazımdır ki, özümüzü bu yazının qəhrəmanı kimi hiss edə bilək. Romanın quruluşu mənə Corc Sandersin "Linkoln Bardoda" romanını xatırlatdı. Müsbət bir obraz haqq...
ANL
Xəyanət eşqin məhrumiyyətidir. Həyatımızın ən xoş çağını yaşayırıq, ətrafda milyonlarla insan gəzişir, küçələr bahar qoxusuna bürünüb, yazı hiss etmək, hətta ona toxunmaq da mümkündür - sənin saçlarına toxunduğum tək... "Xoşbəxtlik nədir, kimdir, haradır?" suallarının tək bir cavabı var: Sən. Bütün özəlliyinlə və gözə...
ANL
Şeyxülislam şəxsiyyəti: müdriklik və mötəbərlik. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında 9 aprel 2019-cu il tarixli Sə...
ANL
Cənuba səfər edən nəsli əvəz edən hər sonrakı nəsil şimala səfər etməli olur. Birinci nəsil Meksikada qışı keçirən monarxların törəməsidir. Şimala doğru miqrasiya ərzində dişi monarxlar sonrakı nəsil üçün yumurta qoyurlar. Bir illik siklə ümumən dörd nəsil cəlb olunur. Onlar şimala doğru uçarkən süd şirəli ağaclar...
ANL
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b...
ANL
Tatar şairi Razil Vəliyevin "Payız yağmurları" kitabı təqdim edildib. Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Tatarıstanın Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı Laureatı, görkəmli ictimai xadim və dövlət xadimi Razil ...
ANL
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb. İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu i...
ANL
Kino sənətimizin əbədi imzası. Azərbaycan milli kinosu günündə Xalq artisti Amaliya Pənahovanı anırıq. 2 avqust Azərbaycan milli kinosu günüdür, yəni Bakıda hərəkət edən təsvirlərin ilk nümayiş günündən düz 121 il ötür. Bu tarixin 121 rəqəminə gəlib çatması bu tarix qədər çəkisi və xidmətləri olmuş insanların misi...
ANL
Türk dünyasının iki böyük insanının dostluq hekayəsi. Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" kitabı haqda qeydlər. Tarix nə qədər arxada qalırsa-qalsın, öz metafizik yaddaş qanunauyğunluqları ilə elə bir əbədi yaşamaq hüququ qazanır ki, biz onu həmişə öndə görürük. Və öz araşdırmalarında bu həqiqətə (metod...
ANL
Gədəbəydə Milli Yaylaq Festivalı coşğusu. Azərbaycan xalqının zəngin, çoxəsrlik yaylaq və elat mədəniyyətinin, ərazilərin turizm potensialının üzə çıxarılması, yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədi ilə Gədəbəy rayonunun Miskinli yaylağında Milli Yaylaq Festivalı keçirilib. Azərbaycanda ilk d...
ANL
Tanıyaq və tanıdaq. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm...
ANL
Vallah bəlkə satardım e, amma alan olmayacaq axı məndən. Yəqin dost-tanış xasiyyətimi bilir, elə hövsələsizliyim də gözə girir, ona görə. Uzağı iki-üç gün dözərəm, alan olmasa, bağışlayacam getsin. Bir şeyin vaxtı çatıbsa və sən onunla vidalaşmaq istəyirsənsə, uzatmaq yersizdi. Uşaqlıqdan beləyəm ey, dərs ili bitən ki...
ANL
Azərbaycan ədəbiyyatında Məmməd Səid Ordubadi imzası. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, böyük ictimai Məmməd Səid Ordubadi çoxşaxəli fəaliyyəti, zəhmətkeşliyi və novatorluğu ilə təkcə ədəbiyyat deyil, ümummədəniyyət tariximizə öz imzasını qız...
ANL
Katerina o qədər də gözəl deyildi. Beli olduqca nazik idi, ayaqları da xırda olmaqla, gülməli bir tufli geyinmişdi, ayaq barmaqları qızılla bəzənmişdi və tuflisinin qızıl bağları var idi. Marqaretin ağlına da gələ bilməzdi ki, Ledi nənəsi ona qızıl bağı olan çəkmə geyinməyə icazə versin. Belə görünürdü ki, Katerin...
ANL
Nazim Hikməti İranda, Güney Azərbaycanda ən çox tərcümə edən də məhz Rəsul Yunan olub. Fars dilində hekayələr məcmuəsinin, eyni zamanda, dünya ədəbiyyatından tərcümələr antologiyasının tərtibçi-müəllifidir. Hazırda o, Azərbaycan dilində yazan şairlərin ən ünlülərindən sayılır. Dünyada tanınmış ədəbi mükafatın - "...
ANL
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəsisi Maral Poladovanın “Ziyalı sözü” kitabı çap olunub. Ədəbiyyat İnstitutunun “Filologiya və sənətşünaslıq”, eləcə də “Müqayisəli ədəbiyyatşünaslıq” elmi jurnallarının məsul redaktoru olan Maral Poladovanın bu kitabında 20...
ANL
Mühacir ədəbiyyatşünasımız haqqında dəyərli araşdırma. Səlim Rəfiq Rəfioğlunun irsi çağdaş tədqiqat müstəvisində. İnsan həyatı boyu sevinci duyduğu kimi, qəmi də tanımalı olur. Heç kəs deyə bilməz ki, onun həyat hekayəsində kədərin izi olmayıb. Xüsusilə, ziyalı və yaradıcı insan üçün Vətəndən əbədi olaraq uzaq dü...
ANL
"Kitabi-dədə qorqud"un yeni nüsxəsinin sahibi vəli məhəmməd xocayla söhbət. Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyiylə Bayburt şəhərinə - 25-ci Bayburt Dədə Qorqud festivalına gedərkən son aylarda Türk ədəbiyyatı gündəmini məşğul edən "Kitabi-Dədə Qorqud"un yeni nüsxəsinə də yer veriləcəyin...
ANL
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının növbəti sayı çap olunub. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq" Beynəlxalq elmi jurnalının 2019-cu ildə birinci sayı nəşr olunub. Jurnal uzun müddət "Ədəbi əlaqələr" adı ilə fəaliyyət göstərib. AMEA Rəya...
ANL
Azərbaycan ədəbiyyatında Məmməd Səid Ordubadi imzası. Deyirlər, ədəbiyyat tarixi öyrənmək baxımından tarix elmindən daha çox iş görür. Doğru, düzgün, tarixi faktlara və tarixi sənədlərə dayanan, yazıçı təhkiyəsinin şirinliyi ilə qələmə alınan tarixi əsər oxucunun yaddaşında daha dərin izlər buraxır. Tariximizin ...
ANL
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun elmi şurasının qərarına əsasən "Bakı Dövlət Universitetinin tarixi" kitabı çap olunub. Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən verilən xəbərə görə, universitetin 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsərində Azərbaycanın Avropa tip...
ANL
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Atası yaxın silahdaşı Tomas Hauarda etibar etdiyindən, ona qızını Edinburqadək müşayiət etmək tapşırığını vermişdi. Nəhayət, onlar şotlandların sərhədinə çatdılar, Bervikdən isə onlar iki saat bundan əvvəl çıxmışdılar. Marqaret ər-arvad Hauardlardan cana doymuşdu və ...
ANL
Keçidlər. Artıq göy üzünün ixtiyarı gecədədir. Ətrafı işıqlandıran küçə lampaları, gecənin gəldiyini bütün şəhərə car çəkir. Bir azdan şəhərə sükut çökəcək, metro çıxışları susqunlaşacaq, şəhər meydanları lala dönəcək. Bu gecə də yer üzü ilə göy üzünün vəhdəti bir-birini tamamlayır. Ulduzlar isə artıq göy üzündə görün...
ANL
Ad başlanğıcdan nəsə, nəyisə oxucuya diqtə edirsə, elə təlqin olunan hadisələrin burulğanında və axarında da onun hikmətini, məzmununu arayıb-axtarırsan. "Saatın 61-ci dəqiqəsi" hekayəsi Qarabağ müharibəsinin doğurduğu ağrılardan bəhs edir. Hekayə müharibədə insanlıq naminə çaya düşən dörd yaşlı erməni uşağını xilas ...
ANL
Polina Dessiatnitçenko və böyük eşq yolu. Səhər tezdən şəbəkəyə daxil olan kimi Feysbukun xəbər lenti məni qeyri-adi bir sürprizlə qarşıladı... Zərif, incə, göyçək bir xanım Kürdəxanıda tarzən-pedaqoq Vamiq Məmmədəliyevin həyət evinin eyvanında əyləşıb tar çalırdı və onun özü kimi zərif barmaqları tarın pərdələr...
ANL
Elm fəadilərinin sığınacağı. Azərbaycan Milli Elmlər Akademiyasinin Naxçivan Bölməsi. Elm tarixi, həm təbii, həm də ictimai elmlər də daxil olmaq üzrə elmi məlumat və elmin inkişafının araşdırılmasıdır. Elm, gerçək dünyadakı hadisələrin müşahidə edilməsi, açıqlanması və uzaqgörənliyini vurğulayan, elm adamları tə...
ANL
Nur simalı Şəhlamız. Azərbaycan musiqişünaslığında layiqli yer tutan alimlərimizdən biri - Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Şəhla Həsənova-Mahmudovanın vəfatından bir il keçir. Tanışlığımızın təfərrüatları da dəqiq yadımda deyil. Yəqin ki, bu hadisə 70-ci illərin sonuna, mənim Bülbül adın...
ANL
Səhiyyəmizin Sonası. Tibb aləmində çalışanlar yəqin ki, Hippokratın “Gözəl davranış haqqında” əsərini yaxşı xatırlayırlar. Həkimlik sənətini insana sevgi əxlaqından ayırmayan Hippokrat yazırdı: “İnsana sevgi olan yerdə sənətə də məhəbbət var”. Bəlkə də bütün peşəkar həkimlik fəaliyyəti boyu bu ülvi həqiqəti əsas ...
ANL
Xarab qrammofon, immuniteti zəiflədən insanlar. Qrammofon dinləyərkən fikir vermisiniz? Val fırlandıqca gözünüz yumulur və sizə elə gəlir ki, ruhunuz bir az əvvəl pambıq kimi ağ və yumşaq buludların üzərinə qalxaraq barmaqlarının ucunda rəqs edir. Özünüzü rahatlığın və xoşbəxtliyin ağuşunda hiss edirsiniz. Heç dünyanın...
ANL
Ziyalılığımızın Nizami Cəfərov ünvanı. Hər bir millətin inkişaf səviyyəsi və taleyüklü problemləri, arzu və istəkləri, qayğıları və çətinlikləri onun yetirdiyi ziyalılarının əsərlərində yaşayır. Yaxından, çox yaxından tanıdığım üçün qürur hissi keçirirəm ki, yaşadışımız dövrdə xalqımızın yetirdiyi barmaqla say...
ANL
Dənizin kollaj düşüncələri. Mən on bir il qabaq yaxın qöhumların məclisində eşidəndə ki, üç yaşlı Dəniz kitab oxuyur, hekayələr, şeirlər yazır, ana dilindən savayı, rus və ingilis dillərində danışır, əsla təəccüblənmədim. Çünki Dənizin ədəbiyyatşünas anasına, tarixçi atasına kifayət qədər bələd idim və bilirdim ki,...
ANL
Bu uzun yolun bizi dünyanın ən ecazkar, əsrarəngiz, tarix qoxulu şəhərinə apardığını bilmirdim. Türkiyənin Azərbaycandakı Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyiylə 25-ci Beynəlxalq Bayburt Dədə Qorqud festivalının adını tutub gedirik. 12 saatdan sonra Ərzuruma ayaq basanda bizi qarşılayan Kuzeydoğu Anadolu K...
ANL
Milli maraqların müdafiəsində. Əhməd bəy Ağayev (Ağaoğlu) "Kaspi" qəzetinin səhifələrində yalnız mənsub olduğu Azərbaycan türklərinin deyil, çar Rusiyasında yaşayan qeyri-rus xalqların, ilk növbədə isə dini fərqlər baxımından daha çox sıxışdırılan, milli zülmə uğrayan türk-müsəlman əhalinin maraq və mənafelərini ardı...
ANL
Raskolnikovlar və Kərəmlər. olaraq qalır. nəzərində diyarımız hələ də Lermontov və Puşkinin təxəyyülündəki fantastik, nağılvari obrazını yaşatmaqdadır. Qafqaz qüdrətli və cazibədar təbiəti ilə bu günün özündə də ötən əsrin ortalarından başlayaraq romantikaya meylli gəncləri cəzb edib kamına çəkən "ölüm vadisi" ...
ANL
Milli-mənəvi dəyərlərin keşiyində. YAZILI ABİDƏLƏRİN, MEMUAR ƏDƏBİYYATIMIZIN YORULMAZ TƏDQİQATÇISI. Əlyazmalar, yazılı abidələr, ayrı-ayrı müəlliflərin müxtəlif xətlərlə (çətin, ya asan) köçürülmüş əsərləri elə bir aləmdir ki, bu dünyaya bir dəfə daxil olub onun vurğunu olan bir daha buranı tərk etmək istəmir. ...
ANL
Avqustun 14-də Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, BDU-nun doktorantı, gənc yazar Ülvi Aydının "Eşqin səsi" kitabının təqdimatı və imza mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb, Milli Kitabxananın yaxın dostu,...
ANL
Milli Kitabxanadan yeni sərgilər. Avqustun 10-da Milli Kitabxanada görkəmli ədəbiyyatşünas alim, tanınmış ictimai xadim, yazıçı-publisist, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun yaradıcılığına həsr olunmuş kita...
ANL
Öz əməlləri ilə tarixdə iz qoyan örnək ziyalılarımız haqqında yazmağı, onlarla həmsöhbət olmağı və onların yaddaşlara həkk olunan portret cizgilərini şahidi olduğu əhvalatlar fonunda öz oxucusuna çatdırmağı mənəvi borc hesab edən müəllif həmin yazılarını beş bölmə üzrə qruplaşdırıb: "Yazdıqlarım", "Həmsöhbətlə...
ANL
İki şəkili. Bəlli olduğu kimi, UNESCO-nun Ümumdünya İrs Komitəsinin ötən ay Bakıda keçirilən 43-cü sessiyasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Dünya İrs Siyahısına daxil edildi. Eyni zamanda, ölkəmizin qeyri-maddi mədəni irsinin 13 örnəyi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında öz...
ANL
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Ceymsin kiçik qardaşı Ross hersoqu yanvar aynda, Milad bayramı qurtaranda öldü. Sən kraliça titulunu sevirsən. Mən klanlar ölkəsini krallıq səltənətinə dəyişmişəm, onu bir bədəndə təmsil olmağa gətirmişəm. Sənin atan da mənim kimi lordlarla mübarizə aparır. Mən səni d...
ANL
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb. İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu ...
ANL
Cəsur yeni ədəbiyyat. Bu yazını oxuyacağınız tarixdən çox da uzaq olmayan keçmişdə İlon Mask yeni ixtirası haqqında mətbuata açıqlama verdi. İnsan beyninə yerləşdiriləcək olan çiplər bir neçə saniyəyə çip sahibinə yeni dil öyrədəcək, tanış olduğu insanların kimlikləri ilə bağlı məlumatlar verəcək, düşdüyü situasiyada...
ANL
Ağlımızı itirəcək həddəyik. Telefonlarımızı əlimizdən yerə qoymuruq. Yeni mesaj, rəy, təqibçi, dostluq istəyi görməyəndə az qalırıq havalanaq. Hər getdiyimiz yerin şəklini çəkib paylaşırıq. "Ordaydım" deməyə çalışaraq xal toplayırıq. Getdikcə özümüzü şou əhlinin nümayəndəsi kimi aparırıq. Səbəbsiz yerə qalmaqal, ucuz m...
ANL
Türkiyənin Azərbaycandakı Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyi ilə getdiyimiz Bayburta çatar-çatmaz gəzəcəyimiz maraqlı yerlər, şəhərə xas mədəni irslə maraqlandıq. Bu baxımdan hələ yola çıxmazdan öncə və oradakı ilk günümüzdə müşavirimiz, Türkiyə və Azərbaycan sevdalısı İrfan Çiftçinin verdiyi məlumatla...
ANL
Zəngəzurlu döyüşçünün son öpüşü. Birini qiyabi, birini əyani. Amma ikincisinin qeyri-rəsmi qəhrəmanlığının mənası və siqləti, əslində, daha böyük idi və bu, millətin yaddaşında və tarixində əbədilik qalmalı olan şücaət idi. Zaman dolandıqca həmin müharibəyə qiymətlər də başqalaşıb, hətta o dövrdə əsir düşdükdən ...
ANL
"Əsas məqsədimiz region gəncləri arasında sahibkarlıq ideyalarını təbliğ etməkdir". Nigar Ələsgərova "Odlar Yurdu" Gənclər İctimai Birliyinin həmtəsisçisi və sədridir. Artıq səkkiz ildir rəhbərlik etdiyi təşkilat digər qeyri-hökumət təşkilatları arasında xüsusi fəallığı ilə seçilir. Birlik İtaliya, Norveç, Rumıniya,...
ANL
Milli mətbuatın aktuallığını itirməyən problemləri. Parisdən vətənə dönəndən az sonra özü də ana dilində qəzet nəşr etmək istəyən, lakin Peterburq Senzura Komitəsindən lazımi icazə ala bilməyən Əhməd bəy bu xəbərə bəlkə də hamıdan çox sevinmişdi. Yeni nəşrin tezliklə milli mədəni-mənəvi fikrin başlıca tribunasına ...
ANL
Tatar qəzetinin indiki vaxtda diyarımızın ən zəruri tələbatına çevrildiyini əlavə olaraq söyləməyə lüzum yoxdur. Bu qəzeti birincilər sırasında, hələ onun nəşrinə icazə alınan vaxt təbrik edib xoş arzularımızı bildirmişdik Üstəlik, "Kaspi" səhifələrində hamıdan əvvəl və hamıdan çox belə bir mətbu orqanın həyati əh...
ANL
Qələmsiz yazılanlar. status-esseləri. Sizin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar haqqında belə yekəxana tonda və kobud leksikonla danışmağınız məni təəssüfləndirdi. Siz bununla öz mənəvi, ədəbi və mədəni keyfiyyətlərinizin hansı səviyyədə olduğunu ictimaiyyətə göstərmiş oldunuz. Dəyərl...
ANL
İki şəkili. Bəlli olduğu kimi, UNESCO-nun Ümumdünya İrs Komitəsinin ötən ay Bakıda keçirilən 43-cü sessiyasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Dünya İrs Siyahısına daxil edildi. Əlbəttə, Azərbaycan dövlətinin, şəxsən dövlət başçımızın, eləcə də, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Me...
ANL
Gənclərin sosiallaşması ideoloji tərbiyə kontekstində. Ötən əsrin sonunda bir sıra ölkələrdə ictimai-siyasi quruluş köklü dəyişikliklərə məruz qaldıqdan, bazar iqtisadiyyatına keçidlə bağlı ictimai münasibətlərə yeni baxış, sosial problemlərə yeni yanaşma formalaşmağa başladıqdan sonra ictimai şüurun müxtəlif fo...
ANL
Şeyxülislam. Son onilliklərdə çap edilən ən dəyərli nəşrlərdən biri olan "Şeyxülislamlığın tarixi" kitabını diqqətlə oxuyanda hər bir Şeyxülislamın din və dövlətçilik tarixindəki böyük rolunu, missiyasını görmək olur. Bu nadir şəxsiyyətlərin hər biri öz dövrünün nüfuzlu xadimi kimi fəaliyyət göstərib, milli şüuru...
ANL
Sadaladığım xüsusiyyətləri özündə cəmləşdirən belə bir dostum var. Elə məqamda yetişir, elə anda özünü çatdırır ki, heyrətdən mat qalıram. Həmin an ruh halının, psixoloji durumunun bərbad olduğu sanki ona vəhy kimi qeybdən gedir. Qəflətən diksinirsən, hətta oğrun-oğrun ətrafına da boylanırsan. Sənə elə gəlir ki, əvvəlc...
ANL
Fani dünyada yox, haqq dünyasında ulu Rəbbindən pay umanlardan olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, şeyx həzrətlərimizin ömrü uzun, 70 yaşının tamamını, ad günü mübarək! Yerin-göyün o bir Yaradanı da yaratdığı öz bəndəsinin ona şükranlığını bu mərtəbədə özünə mükafat hesab edir. Rəh...
ANL
Milli-mənəvi duyğuların Güneydə pərvəriş tapan təcəssümü. Təbrizli Məmmədrzanin yaradiciliği haqqinda. Son dövrlərdə məhsuldar yaradıcılıq mərhələsi yaşayan, nəsr dilinin saflığına xüsusi diqqət yetirən Güneyli mühacir yazarlardan biri də Təbrizli Məmmədrzadır. Uşaqlıq çağlarından ədəbiyyata və milli musiqiyə mey...
ANL
Litva kitablarına köçmüş Qarabağ ağrısı. Litvalı ziyalıların bir çoxu Qarabağ hadisələrinə ürək ağrısı ilə yanaşırlar. Onların arasında jurnalist, publisist və naşir olanlar da vardır ki, bəzilərinin yaradıcılığında Qarabağ mövzusu və bu gün işğal altında inləyən bölgənin ağrı-acıları xüsusi yer tutur. Həmin müəlliflə...
ANL
Mərhəmət zirvəsini nura qərq edən. Bu gün dünyanın, kürreyi-ərzin, insan övladının bəlkə də ən vacib ehtiyacları, tələbatları onların mərhəmətə, insanpərvərliyə, xeyirxahlığa olan aclığıdır... Bu qos-qoca dünyada hələ ki, tökülən günahsız qanları, sel kimi axıb gedən göz yaşlarını durduran yoxdur, varsa da, olubsa...
ANL
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Katerina bir neçə il Harridən böyükdür. Bu nikah tamamilə yararsızdır. Onlar həm də Papadan öz nikahlarına icazə almışlar". Harri öz qardaşının arvadını oğurladı. Katerina İngiltərə varisini özünə əsir götürdü. Bir qədər sonra Ledi nənənin ölüm xəbəri gəldi. Katerina...
ANL
Unudulmaz Xanəndə Ramiz Haciyevin Ruhuna Elegiya. bir dəfə bu səsə, bu ifalara vurğunluğumu görüb məni onun sahibi barədə məlumatlandıran ilk şəxs oldu: "Bala, bu oxuyan ağdaşlı xanəndə Veyis kişinin oğludur. Sonra da onun ilk lent yazılarının Ağdaşda necə əks-səda doğurması ilə bağlı bir ucu gedib ağdaşlılara ç...
ANL
Dekartın fəlsəfəsinin təməli demək olar ki, tamamilə bu sözlə bağlıdır. Bu ifadə eyni zamanda, ekzistensializm fəlsəfə cərəyanının da təməlində dayanır. "Düşünürəm, deməli, varam" ifadəsindən yola çıxaraq bir çox fəlsəfə tarixçisi Dekartı şübhəçi adlandırır. Bunun həqiqətənmi belə olduğunu demək çətindir, amma dəqiq bi...
ANL
İlqar Həsənov bu yazının qələmə alınacağını yaxşı bilirdi. Buna baxmayaraq, nədən yazacağımla, necə yazacağımla qətiyyən maraqlanmadı. Həmin səbrin nəticəsidir ki, indiyədək onun haqqında yazdıqlarımın hamısını qəzet səhifələrində görüb. Əvvəllər yazdıqlarımın hansında soruşmuşdum ki? ... On yeddinci əsrin ortalarınd...
ANL
Süni intellektin labüd hegemonluğu. Sürətlə dəyişən dünyamız, modern düşüncə, intellektual bilik, nanotexnoloji yeniliklər bizi meqadəyişmələr və çevrilmələr erasına qovuşdurub. Artıq müasir dünya real fikir, real ideya və fəlsəfə ilə yaşayır. İnsanlar azad yaşamaq, nikbin olmaq istəyirlər. Onun ədəbiyyatı, incəsənəti...
ANL
Humanitar dissertasiyalarda "humanistlik": kodlaşdırmadan üzgörənliyədək. Ölkəmizdə elmi əsərlərin səviyyəsinin yüksəldilməsi, elmi dərəcə və adların verilməsi prosesinin yaxşılaşdırılması aktual bir problem kimi gündəmdədir. Bu problemin həlli o dərəcədə vacibdir ki, hətta ölkə Prezidentini belə müdaxiləyə vadar etd...
ANL
Əhməd Ağaoğlu və İsmayıl Qaspiralı. Məqalə "Əkinçi"dən sonra Rusiya türklərinin ikinci ciddi və nüfuzlu mətbu orqanı sayılan "Tərcüman" qəzetinin ilk sayının çapdan çıxmasının 20 illiyi münasibəti ilə yazılmışdı. Diqqətəlayiqdir ki, qəzetin 10, 20, 25 illik yubileylərinin təşkilində və keçirilməsində Azərbaycan ziya...
ANL
Krım tatarlarının "Tərcüman" qəzetinin redaktoru İsmayıl bəy Qasprinski publisist fəaliyyətinin 20 illiyini qeyd etməyə hazırlaşır. Əgər yubiley ideyanın təntənəsinin bayram edilməsi, bəlli bir gündə bu ideyanın gerçəkləşməsinə sərf olunan ömrün mühüm anlarının göz önündən keçirilməsi, geriyə qayıdıb görülən işlə...
ANL
Yəhudilər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsinin icrasına başlayıb. Iyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranı...
ANL
Daşkənddə "Azərbaycan-özbək ədəbi əlaqələri"nin təqdimatı oldu. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə paytaxtda Azərbaycan və özbək dillərində çap olunan tanınmış alim Qulamhüseyn Əliyevin "Azərbaycan-özbək ədəbi əlaqələri" (1920-1960-cı illər) kitabının təqdimatı keçiri...
ANL
Rusiyanın Kineşma şəhərində keçirilən Birinci Beynəlxalq kamera teatrları formatında "Ostrovski-FEST" festivalının tamaşalarına dörd mindən çox tamaşaçı baxıb. AZƏRTAC kineşemets.ru portalına istinadla xəbər verir ki, beş gün davam edən festivalda dünyanın yeddi ölkəsindən gəlmiş teatr kollektivləri 11 tamaşa təqd...
ANL
Vaxtsız itirilən dünya. "Xatirə Yarpaqlari"Ndan... Namiq Abdullayevin adı ötən əsrin 70-ci illərində yazıçı kimi oxuculara, həm də televiziya tamaşaçılarına yaxşı tanış idi. Həmin illərdə o, çox tanınmış imzalardan sayılırdı. Qardaşı Tofiq həkim bizim Şabranın (keçmiş Dəvəçi) adlı-sanlı həkimlərindən idi. Tibb işçi...
ANL
(şeirlər Ağasəfanın. Asfalt yoldan torpaq yola düşdük, dağlarla əhatələnmiş, ayağı xınalı kəkliksayağı sıralanmış laçın qayaların sinəsinin göz oxşayan rəng çalarlarında irəlilədikcə insanın ağlına heç nə gəlmir. Ağıla gələn bu dağları yaradana şükranlıqdır. Ayağımız çoxdan dağ yolu görməmişdi deyə düşüb bir az q...
ANL
“Xalq qəzeti”ndə azadlıq və turkçülük ideyaları. Dünya düzənində baş verməkdə olan qlobal dəyişikliklər özünü XX yüzilliyin 80-ci illərinin sonlarında daha əhatəli şəkildə göstərməkdə idi. Xüsusən də münasibətlərdə demokratik meyillərin güclənməsi, humanitar sahələrdə yeni qapıların açılması, iqtisadi və elmi-te...
ANL
"Azərbaycan-Çin əlaqələri sıçrayışla inkişaf edib". Aqşin Əliyev: "Çinli Azərbaycanşünaslar Yetişdirmək İstəyirik". Müsahibimiz - Çin Xalq Respublikasında yaşayan azərbaycanlı alim Aqşin Əliyev 1983-cü ildə Neftçala rayonunda doğulub. İngilis dili və regionşünaslıq ixtisasında bir il oxuduqdan sonra Çin Xalq Resp...
ANL
"Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu günə" mövzusunda konfrans. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu günə" mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə açan DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlər...
ANL
Qəzənfər Paşayev Allahşükür Paşazadəni yubiley münasibəti ilə təbrik etdi. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni 70 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: "Hörmətli şeyx həzrətləri! Sizi - zəmanəmizin görkəmli və nüfuz...
ANL
Milli Kitabxanada yeni sərgilər. Avqustun 26-da Azərbaycan Milli Kitabxanasında Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Hacı Allahşükür Paşazadənin 70 illiyi münasibətilə geniş kitab sərgisi açılb. Sərgidə Şey...
ANL
Seyfəddin Dağlı: şəxsiyyət kimi təkrarsız, yazıçı kimi unudulmaz. Görkəmli yazıçı-satirik, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov) 27 avqust 1921-ci ildə Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Muşfiq, Cabir Novruz, Zeynəb Xanlarova, Şəfiqə Eyvazova kimi söz və sənət ustalar...
ANL
"Sənətə sevgim bu yaşımacan məni enerjili saxlayıb". Məşhur Türkiyəli Aktrisa Serpil Tamur: "Düşüncə Tərzim, Xarakterim Elədir Ki, Həyata Neqativ Baxa Bilmirəm". Müsahibimiz qardaş Türkiyənin sayılıb-seçilən aktrisalarından biri, Azərbaycanda daha çox "Qurdlar vadisi" serialında Nəzifə ana, "Bir zamanlar Çukurov...
ANL
Mühacirət dramaturgiyamızda Abay Dağlı yaradıcılığının yeri və rolu. Müasir ədəbi-nəzəri fikrin aktual sahələrindən, prioritet istiqamətlərindən və əsas tədqiqat obyektlərindən olan Azərbaycan mühacirət ədəbiyyatı ideya, mövzu baxımından nə qədər zəngin və maraqlıdırsa, janr baxımından da fərqli və rəngarəngdir. Möv...
ANL
Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası. O, öz xəttini davam etdirəcəkdir və adamlar qız varisin olması fikrinin özünü heç də yaxşı qəbul etmirdilər. Çünki bu, bütün sülaləyə aid olmaqla, siyasi cəhətlərdən də bir qeyri-müəyyənlik gətirəcəkdi. Henri bir kişi olmaqla, heç də bunu özünün uğursuzluğu ...
ANL
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb. İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu ...
ANL
"Klassik ifaçılıq ənənələrimizi yaşatmağa çalışıram". Tanınmış müğənni, vokalist, lirik tenor Şahin İsmayılov bugünlərdə 55 illik yubileyini qeyd edib. Müraciət etdiyi mahnılarla, gözəl səs tembri ilə dinləyicilərin sevgisini qazanan sənətkarla görüşüb Azərbaycan musiqisinin dünənindən, bu günündən, özünün ifaçıl...
ANL
"Keçmiş özümüzə danışıb doymadığımız hekayələrdən ibarətdir". Bir filmdən. Günəş binaların arasında gizlənməyə başlayanda Hüseyn Cavid prospektindəki məşhur kafelərdən birində onunla ayrıldım. Şərfini boynuna dolayıb özünü küçəyə atdı. Onunla ayrılmaq baha deyildi - iki südlü kofe və alma cemiylə peçenyelər. Həm...
ANL
(Məzuniyyət qeydləri). Hörmətli oxucularımız yəqin ki, ilk sətirlərimdən mənim bir ədəbiyyatçı olmadığım qənaətinə gələcəklər. Lakin mənim həvəskar və ədəbiyyatımızı sevən bir oxucu olduğuma şübhə edilməyəcəyindən əminəm. Hər nə qədər beynəlxalq sosial şəbəkələr sisteminin təsirinə məruz qalsaq da, mən yenə "əlah...
ANL
XX əsrin başlanğıcında Avropa klassikasından ilk nümunələr Azərbaycan türkcəsinə çevriləndə mütərəqqi həmişə Qərb dəyərlərinə mühüm önəm verən Əhməd bəy sevincini gizlətməmişdi. Hətta bir qədər maksimalizmə yuvarlanaraq "Mən bu tərcümələrdən çox şey, lap çox şey gözləyirəm - məktəblərin verəcəyindən də, qəzetlərin gə...
ANL
Oxucudan gizlətmirəm - bu məqaləni yazmağa heç vaxt hiss etmədiyim bir məmnuniyyət duyğusu ilə başlayıram. Çünki arzularımın həqiqətə çevrilməsinin, müsəlmanların həyatında gerçəkləşməsinə uzun zaman ümid edə bilmədiyim, ən çılğın istəklərimin mayasını təşkil edən bir təşəbbüsün başlanğıcı haqda yazıram. Söhbət...
ANL
Bütün daxili orqanlarınız yerə tökülüb. Sanki hərəsi bir tərəfə düşmüş o orqanları bir-bir götürüb yerinə qoymusunuz - ani hərəkətlər etməkdən qorxursunuz, addımlarınızı asta-asta atırsınız, hətta göz qapaqlarınızı da ehtiyatla yumub açırsınız. Elə bilirsiniz, bunları surətli və ya kəskin şəkildə etsəniz, əmanət k...
ANL
Bir səhifə də bağlanmışdı. Ömürlük bağlanan bir ürək səhifəsi idi. Qəlbdən yumşaq bir çəkingənliklə süzülüb gözlərdə görünən kiçik bir damlayla hər iki oxucusuyla da vidalaşmışdı. O damla ki, bağlanan səhifə ilə açılası növbəti səhifəni birləşdirib, çıxış yolu qoymamışdı sahibinə. Bir-birindən qoparmağa çalışsa...
ANL
Multikulturalizm - Azərbaycan Respublikasının irsi. "Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətidir". Şərqdə ilk demokratik respublikanı qurmuş Azərbaycan hər zaman müxtəlif xalqların, fərqli sivilizasiyaların qovuşduğu m...
ANL
Azərbaycanda kitab mədəniyyəti haqqında monoqrafiya. Məqaləyə İslam Sadığın sözləri ilə başlamaq istəyirəm: "Kitab xalqın, toplumun, ayrı-ayrı fərdlərin, bütövlükdə cəmiyyətin mədəni inkişafının əsas stimulverici mənbələrindən biridir. Bu gün nə ayrı-ayrı insanların, nə də cəmiyyətin mədəni inkişafını kitabsız ...
ANL
Amudərya sahillərindən Arpaçay sahillərinə - Xələclər. Naxçıvan Muxtar Respublikasının şimal-qərb bölgəsi qədim adların çoxluğu ilə xüsusi yer tutur. Burada tarixən bu bölgənin aborigen sakinləri olmuş türk tayfaları ilə yanaşı, müxtəlif tarixi, hərbi və demoqrafik proseslərin nəticəsi olaraq bölgəyə gələrək məskunl...
ANL