text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Son illər demək olar ki, uşaqlar üçün yazıram. Bu aləmə düşəndən özümü quş kimi yüngül, rahat hiss edirəm. Biz uşaqları böyüdürük deyirik, amma sən demə, onlar bizi bu həyatda saxlayır. Bax elə bu gün harasa getməliyəm. Amma heç həvəsim yoxdu. Axırda balaca qızıma qoşulub həvəsə gəlirəm. Çünki onunla yol gedəndə darıx...
ANL
Onda dünya belə deyildi, ilahi qanunlar hələ pozulmamışdı, Tanrı adlandırdığı varlığı da insan çölündə deyil, öz içində arayıb tapırdı. Eləcə fərqinə də varmadan insanın ruhu tanrı daşıyırdı. Onda ki, şeiri hıqqana-hıqqana icad etmirdilər, sirli aləmin səsini duyub yazırdılar, yazdığı sətirləri oxuyub heyrətlənirdilər...
ANL
"Nəsimi" kinofilmində musiqi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şərqin dahi şair və mütəfəkkirlərindən biri Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında sərəncamı ölkəmizin mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Nəsimini dünya oxuc...
ANL
Azərbaycan dilçiliyində mərhələ. AMEA-nın müxbir üzvü Zərifə Budaqovanın 90 illik yubileyinə. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Zərifə İsmayıl qızı Budaqova sovet dövrü Azərbaycan dilçiliyində öz mövqeyi, dəst-xətti, öz elmi məktəbi olan görkəmli dilçi-alim, elm təşkilatçısı, ...
ANL
Azərbaycan ədəbi dili tarixini öyrənən dərslik. Filologiya üzrə fəlsəfə doktoru, professor, Əməkdar elm xadimi Nizami Xudiyevin "Azərbaycan ədəbi dili tarixi" kitabı Ali məktəblər üçün dərslik kimi nəzərdə tutulub. Nəşrin elmi redaktoru AMEA-nın həqiqi üzvü, filologiya üzrə fəlsəfə doktoru Tofiq Hacıyev, rəyçisi AMEA...
ANL
"Nəsiminin söz sənətinin özəllikləri" mövzusunda seminar. Aprelin 8-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş seminar keçirilib. Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəli...
ANL
Ölkədə yeganə aqrar təhsil müəssisəsi özünün 100 illik yubileyini qeyd edəcək. Əslində, Azərbaycanın aqrar sektorundakı problemlərin çözülməsi, kəndlinin hüquqları, torpaqdan düzgün istifadə qaydaları, bitkilərin becərilmə texnologiyası və digər çoxsaylı məsələlər ilk olaraq "Əkinçi"nin səhifələrində öz əksini tapdı...
ANL
Azərbaycan romantizmi və onun təşəkkülü problemləri. Birinci məqalə. Azərbaycan romantizminin hüdudları. XVIII əsrin sonu, XIX əsrin əvvəlləri Avropa və Amerikada yaranmağa başlayan romantizm XIX əsr boyu Rusiya və Qərbi Avropada ən parlaq dövrünü yaşasa da, Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərində zəngin b...
ANL
Bir qalmaqala sözardı. Bilmirəm nə dərəcədə igidəm, amma ədəbiyyata gəldiyim gündən başım qalda olub. İlk povestim "Ağ liman" nəşr ediləndə Azərbaycan KP MK-nın iki orqanında "Kommunist" qəzeti və "Azərbaycan kommunisti" jurnalında sovet həyatını təhrif edən zərərli, sosialist realizminə zidd olan, yabançı ideol...
ANL
Kitabda tanınmış alimin uşaqlıq illərindən bu günə qədər keçdiyi mənalı həyat yolundan səhifələr öz əksini tapıb. Oxucular burada müəllifin doğma yurdu Naxçıvan, Şahbuz, Badamlı və bu torpağın yetirmələri haqqında qeydlər, ailələri-anası, atası, qohumları barədə seçmələrlə də tanış ola bilərlər. Adətən, belə kita...
ANL
Tanıyaq və tanıdaq: Fəriba İbrahimi Afaq. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poez...
ANL
Ali təhsil və yüksək lisans dərəcəsini doğulduğu şəhərdə alıb. Nəsr sahəsində də yetənəkli yazar kimi tanınmış Fəriba İbrahimi Afaq, həm də istedadlı rəssamdır. İran Azərbaycanı türklərinin sosial məsələlərinin həllində, hüquq-larının savunulmasında aktivdir və soydaşlarının haqlarının pozulma-ması uğrunda çalış...
ANL
Xətaişünaslığa yeni töhfə. Təəssüf ki, bu təzkirəçilər şairin "Divan"ı haqqında əsaslı məlumat verməmişlər. Xətainin əlyazmaları XVII əsrdən başlayaraq elm aləmində tanınmışdır. XIX əsrədək, Avropada Xətai əsərləri əlyazmalarının elmi təsviri işinə başlanana qədər yaxın Şərq müəllifləri şairin əlyazmaları haqqınd...
ANL
Azərbaycan romantizmi və onun təşəkkülü problemləri. Məlumdur ki, İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsindən XIX əsrin sonlarına qədər iki nəsr əsəri yazılmışdır. Bunlardan biri A.Bakıxanovun "Kitabi Əsgəriyyə", digəri isə M.F.Axundzadənin "Aldanmış kəvakib" əsərləridir. İstənilən bədii mətn təhlil...
ANL
Moskvada "Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti" adlı sərgi. Moskvada, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində "Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti" adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycanın və Rusiyanın mədəniyyət nazirlikləri, ölkəmizin Moskvadakı səf...
ANL
Deyilsən. Ürəyin mürgülü, gözlərin ayıq. Taleyin dənizdə yelkənsiz qayıq, Cismən bir yerdəyik, qəlbən ayrıyıq, Özünə gərəksən, mənlik deyilsən. Zirvəydin, olmusan bir qara kölgə, Nəyi qoruyursan gərəksiz bəlgə? Hamının gözündə ucasan bəlkə. Dünyaya qayğısız baxa bilməyən, Yorğun gözlərinin qarasındayam. Yüz loğ...
ANL
Qarşıda iki böyük, enlikürək adam dayanıb. Deyilənə görə, bu iki adamdan biri o birinin kölgəsidir, onun qüsurlarından və üstünlüklərindən yaranıb, qorxusuyla güclənib. Qarşımızda dayanan həmin iki adamdan birinin siması görünmür. Gördüyünü deyən bəzi dost-tanışlar iddia edirlər ki, o, çox gülərüz, həm də qorxaqc...
ANL
Orta məktəbdə oxuduğu illərdə şeirlərinə görə bir neçə diplomla təltif olunub. Universitetlər arasında keçrilmiş "Qış sədası" şeir müsabiqəsinin qalibi olub. Bugünlərdə "Bir ovuc suda" adlı şeirlər kitabı nəşr edilib. Gözlərini qapıdan, çəkməməkdən başlayar. Onun dərsə gəlməməyi. Əvvəl lövhədə həsrəti çəkilər, Sonr...
ANL
Bir Orxan Vəli vardı... Misralarda İstanbul gəzintisi... Yadıma gəlir, Bakı Dövlət Universitetində oxuyurdum onda. Ədəbiyyatşünas Məti Osmanoğlunun dərsində söhbət Türkiyə poeziyasından düşdü. Daha doğrusu, ordakı İstanbul obrazından. Həmin gün həmin dərsdə hansı ovqatda idim, dəqiq yadımda deyil, amma görünür, ...
ANL
Hörmətli redaksiya! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında" 4 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. Xalq artisti, Əməkdar müəllim Seyid Şuşinskinin həm görkəmli xanəndə kimi, həm də böyük pedaqoq kimi Azərbaycan mədəniyyəti və incəsənəti...
ANL
Qarışqanı tapdama(ma)q... Etiraf edirəm, qızımın, suallarını məndən yox, özündən cəmi 2 yaş böyük qardaşından soruşması əvvəllər yaman qıcıqlandırardı məni. Zalımın balası hətta ən dərin, ən böyük suallarını belə ona ünvanlayırdı: İsi, səncə, ağacların yarpaqları niyə tökülür? Sonralar naəlac, sülh bayrağı qaldırmal...
ANL
Azərbaycan romantizmi və onun təşəkkülü problemləri. III məqalə. Azərbaycan romantizminin estetik prinsipləri onun inkişafının ən parlaq dövründə yaranır və formalaşır. Bu estetik prinsiplər, hər şeydən əvvəl, onların yaradıcılıqlarındakı mövzu və problematikasında, yazı üslubunda, təsvir müxtəlifliyində, poetik ...
ANL
Deməliyəm ki, ömrünü kitablar, ədəbiyyat içərisində, mütaliə ilə keçirən, oxuduğu əsərlərin sayını itirən bu adam özünü mənə təmkiniylə sevdirib. Hirslənəndə də səsini qısmaq, səbrlə davranmaqdı kişilik. Düzdür, sonra o səsi qısıb səbrli olmağın ömürlük fəsadları da qaçılmazdır. Heç kəs birdən-birə düşmür, heç...
ANL
Dünən Azərbaycan Teatr Xadimləri İttifaqında Bakı Uşaq Teatrının təşkilatçılığı ilə reallaşan "Nəsimi ili-Nəsimi dili" festivalının açılışı olub. "Bir teatr, bir festival" layihəsi çərçivəsində gerçəkləşən festival "Nəsimi ili"nə həsr edilib. Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmay...
ANL
Hüseyn Cavid və dünya ədəbiyyatı. DÜNƏN AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ BU MÖVZUDA RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB. Dünən Azərbaycan Dillər Universitetində (ADU) "Hüseyn Cavid və dünya ədəbiyyatı" mövzusunda Respublika elmi konfransı keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla tədbiri giriş sözü ilə a...
ANL
Nərgiz Cabbarlının yaradıcılıq hesabatı. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda ədəbi tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının müəllifi olduğu və tərcümə etdiyi 20 kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, AYB rəhbərliyi, tanınmış ədəbiyyatşüna...
ANL
"Yazıçı" dərgisinin yeni sayında Füzuli yad edilib. "Yazıçı" dərgisinin bugünlərdə işıq üzü görmüş aprel nömrəsi Azərbaycanın, eləcə də türk dünyasının dahi şairi Məhəmməd Füzuliyə həsr edilib. Oxucular bu sayda Rəsul Rza, Həmid Araslı, Anar, Yaşar Qarayev, Ramiz Rövşən, Mir Cəlal, Vaqif Bayatlı, Sabir Rüstəmxanlı, Ka...
ANL
Ölümü tərəddüdlü keçirmək, ölümdən sonra təbiətə yenidən qovuşmaq (əslində, yenidən ölmək), insanın içindəki tədirginliklər və insanın mənəvi cavabdehliyi haqqında roman oxuyarkən mövcud olduğumuz kainatla, mövcudluğumuzla ruhumuzun arasındakı yolu tez-tələsik olsa da, keçib getməliyik. Sonu heç olmasa uzaqdan görm...
ANL
GEDƏNİ SEYR ETMƏK HƏMİŞƏ ƏZAB VERİR. Çində bir təbiət qoruğunda maraqlı hadisə baş verib. Ərazidəki dişi filin yanına erkək fil gətiriblər. Əvvəl-əvvəl erkək fil dişi filin sağına-soluna keçib. Amma dişi filin naz-qəmzəsi bitməyib ki, bitməyib! Nəhayət, erkək fil bu işvədən sıxılıb, dişi fil vəziyyəti hiss edən kimi ...
ANL
Cəlil Məmmədquluzadəyə yenidən qayıdış: İmtina, yoxsa zərurət. Görkəmli Azərbaycan yazıçısı və böyük ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) çoxəsrlik tarixi inkişaf yoluna malik olan milli ədəbiyyatımızı yeni mərhələ səviyyəsinə çatdırmışdır. Cəlil Məmmədquluzadə mənsub olduğu xalqın ümummilli oyanışına və is...
ANL
Xalq yazıçısı Elmira Axundovanın iki kitabının təqdimatı keçirildi. E.Axundovanın bədii və publisistik yaradıcılığına həsr edilən "Bizim tanıdığımız Elmira..." kitabında son 15 ildə müəllif haqqında dərc edilmiş əhəmiyyətli materiallar - məqalə və esselər toplanıb. Kitabın ilk səhifələrində müəllifin kiçik qeydi var...
ANL
Xoşbəxt adamın yol qeydləri. Rəssam Kamil Kamalla söhbət edirik, təbəssümlə bildirir: "Axı mən kitab tərtibatçısı deyiləm!" Buna baxmayaraq, tərcümə kitabının üz qabığı üçün dalğın Çin qadınının təsvirini ustalıqla yaradır. Xatırladıram ki, bu yaxında onun Vətəni Azərbaycanda olmuşam. Gözlərinə təbii işıq gəlir. ...
ANL
İlbər Ortaylı ilə tarix kimi qarışıq gün... Türkiyəli tarixçi alim, professor İlbər Ortaylını mən də sizin kimi əvvəlcə zövqünə, intellektinə güvəndiyim insanların söhbətlərindən, sonra məqalələrindən, sonra televiziya verilişlərində və internet kanallarındakı çıxışlarından tanımışam. Onun türklüyə, türkçülüyə,...
ANL
Məğlubluq kompleksi. Məlum olduğu kimi, martın 31-də qardaş ölkədə bələdiyyə seçkiləri keçirilmişdi. Doğrudur, seçki ölkənin bütün ərazilərinə şamil olunmuşdu. Amma həmişə olduğu kimi, yenə bütün gözlər İstanbula dikilmişdi. İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanlığına namizəd kimi rəqiblər Cümhuriyyət Xalq Partiyası...
ANL
Bəlkə, kimsə Notr-Damın xətrinə dəydi? Bəlkə sənə lazım olan dəyəri vermədilər? Bəlkə UNESCO qanadları altına ala bilmədi səni? Esmeraldonun həsrəti bəs deyilmiş kimi 2-ci zərbəni sənmi endirdin ona? Bəlkə səni küsdürən Klod Frollo idi? Ancaq narahat olmaya bilərsən. Çünki Kvozimodo onu sənin qülləndən aşağı tullamaqla...
ANL
Deməli, Avropanın mərkəzində, dünyanın texnika ilə ibtidailiyə meydan oxuduğu zamanda, sürət əsrində, balaca bir küçüyün də məsuliyyətinin daşındığı, hər daşın öpüb göz üstünə qoyulduğu bir vaxtda yüz-yüz illərdir, nələrdən-nələrdən keçmiş - ən azı iki dünya müharibəsi ötüşdürmüş abidə yanıb heç oldu. Yəni doğrudanmı ...
ANL
Sonuncu dəfə Bəhram Bağırzadənin “Arzular gerçəkləşir” kitabının təqdimatında olmuşdum. Bilmirəm təsadüfdür, ya yox, futbol azarkeşi olaraq tanınan Bağırzadə kimi dünən kitabının təqdimatında qatıldığım Mehman Rəsulovun da yolu vaxtı ilə “Neftçi” futbol klubundan keçib. Uzun illər ANS-də çalışmış, hazırda “Real TV...
ANL
Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri tamaşaçıları özünə ən çox cəlb edən yarışlardandır. Və əlbəttə, bu idman növünün adı gələndə hamının gözünün qabağında birmənalı olaraq ilk əvvəl o canlanır - Məhəmməd Əli. Məhəmməd Əli mənim ən çox rəğbə...
ANL
Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı. GÖRKƏMLİ ŞƏRQŞÜNAS ALİM ƏLƏSGƏR MƏMMƏDOVUN QIZI: "ATAM ONA VERİLƏN ÖMÜR PAYINI ŞƏRƏFLƏ YAŞADI. Bakı Dövlət Universitetinin bir əsrlik yubileyi ərəfəsində onun tarixində iz qoymuş yüzlərlə görkəmli alim və pedaqoq yada düşür. Onlar gözlərinin nuru, qəlblərinin ...
ANL
Sənsiz keçən bir il daha tükəndi ömrümdən. Yoxluğunla qarşıladığım on üçüncü bahar cəhənnəmin on üçüncü qapısıdır sanki. Qocaman dünyada təkbaşına, yalqız qalmışam. Ətrafım insanlarla dolu, mənsə sənli xatirələrlə. Onlar sənin kimi sağalda bilmir yaralarımı. Sənin kimi kimsə əzizləyə bilmir, oxşaya bilmir saçlarımı....
ANL
Fədakar tədqiqatçı və təmsilçi. BABƏK QURBANOVUN XATİRƏSİNƏ. Bu dəfə də acı xəbər ildırım sürətilə gəldi: Xalq şairi, söz ustadı Osman Sarıvəllinin oğlu Babək Qurbanov dünyasını dəyişib. Türkiyənin Qaziantep Universitetinin rektoru, professor Əli Gürün universitetin saytında yerləşdirilmiş başsağlığı elanında "Türk Cü...
ANL
Tanınmış diplomat, filosof, tarixçi alim, uzun müddət İran İslam Respublikasında, Pakistan, Əfqanıstan və Ukraynada diplomat-səfir kimi fəaliyyət göstərmiş, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, tarix üzrə elmlər doktorluğu müdafiə etmiş Eynulla Mədətlinin adı ölkə ictimaiyyətinə yaxşı məlumdur. Lakin saydığımız bütün...
ANL
Gənc şair Ələsgər Əhmədin ilk kitabı işıq üzü görüb. "Bir ovuc suda" adlanan kitabın təqdimat mərasimi "Kitabevim.az"da keçirilib. Təqdimatda tanınmış ədəbiyyat nümayəndələri, gənc yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər. Fərqli formatda keçirilən təqdimatda şairin şeirləri səsləndirilib. Qeyd olunub...
ANL
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığında tarixilik və millilik" mövzusunda elmi sessiya keçirilib. Akademiyadan bildirilib ki, elmi se...
ANL
Deyilənə görə, onun adını böyük şairimiz Səməd Vurğun qoymuşdu. Dostu Abdulla Şaiqgildə olanda eşidir ki, qonşuluqda bir uşaq dünyaya gəldi. Beləcə Eldəniz Zeynalov - gələcəyin heç kimə bənzəməyən duzlu-məzəli aktyoru bu keşməşkeşli dünyaya kimin, kimin - dahi Səməd Vurğunun "yazdığı" vizit vəsiqəsi ilə qədəm qoyur. ...
ANL
Ancaq heç vaxt indiki kimi olmamışam. Bu an yaşadığım hissləri adi sözlərə çevirib izah eləmək olmur. O "Qazanılmış manat"dakı uşaq kimi yəqin illərlə qazanmağa çalışdığım "manat"ı əlim yana-yana odun içindən çıxarda bildiyimdəndi bu hala düşməyim. Adamın ruhu rahatlıq tapır. Uzun zamandır, üzərində çalışdığım elmi t...
ANL
Vətən də bir səcdə yeridir... Poeziya bədii fikrin poetik vəsfi kimi xarakterizə edilir. Fikri-prosesi də (bir təfərrüat olaraq) şeirdə xarakterizə etmək yaradıcı şəxsdən (əsas olaraq) bir neçə amilə diqqət yetirməyi vacib bilir: Janrı fərqli müstəvidə ictimai çalara bükmək. eyni məntiqə fərqli zaman məğzləri hopd...
ANL
Şeyx Nizami Gəncəvinin hikmətləri sehrində. Nizami Gəncəvinin poeziya dünyası kəhkaşanında sayrışan ulduzları seyr etmək mənəvi zövq və zənginlikdirsə, o möcüzələr aləminin dərinliklərindəki inciləri bir-bir seçmək, fəlsəfi-estetik qayəsini - anlamını sadə dildə şərh etmək mükəmməl bilik və təsəvvüfü görüş də tələb ed...
ANL
Üçlü formula yeni baxış. Bədirxan Əhmədlinin "Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri" kitabı haqqında qeydlər. Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçısı, professor Bədirxan Əhmədlinin yeni nəşr olunmuş "Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri" (Bakı, Elm və Təhsil, 2019) monoqr...
ANL
"Anlamaq dərdi"ni anlamaq dərdi. Azərbaycanın əksər klassik maarifçi-ziyalıları xalqı, milləti qəflət yuxusundan oyatmaq, millətə xidmət edən estetik ideallarını gerçəkləşdirmək üçün ədəbi yaradıcılığın çoxçeşidli növlərindən yetərincə istifadə etmişlər. Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd...
ANL
Müdrikliyin Çingiz Hüseynov zirvəsi. Bu yazını yazmaq üçün bu tarixi xeyli müddətdir gözləyirdim. Nəhayət, aprelin 20-si günü yaxınlaşır və böyük hörmət bəslədiyim məşhur azərbaycanlı yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi Çingiz Hüseynovu təbrik etmək bir ...
ANL
Nigar Rəfibəylinin çiçək ətirli poetik dünyası. Ömrümü güllərə məftun yaşadım, Gülü, bənövşəni, nərgizi sevdim... Gecə qaranlıqda üşüdü qəlbim, Səhəri, işığı, gündüzü sevdim. Bu yazımın qəhrəmanı unudulmaz şairimiz, əsərlərinin içərisindən bahar təravəti ilə boylanan, şeirləri çiçək ətrinə bürünən Nigar Rəfibəylidir....
ANL
Nə yalan deyim, onunla müsahibəyə gedəndə qarşımda işləməkdən yorğun düşmüş, uzun illər əllərinə bulaşan neft qədər qaraqabaq bir qocayla qarşılaşacağımı düşünürdüm. Bioqrafiyası ilə tanış olanda gördüyüm uzun əmək yolu mənə bunu düşünməyə əsas verirdi. Ancaq nə qədər yanıldığımı elə içəri girər-girməz soldak...
ANL
İbn Ərəbi fəlsəfi görüşləri və Nəsimi təsəvvüfü. Min illər boyu dini-mənəvi düşüncələr insan, zaman, varlıq kontekstində Yaradan və mövcud olan, daha doğrusu, Allah və insan (cəmiyyət) haqqında təlimlər sistemi yaratmağa xidmət göstərmiş, mütləq dəyərlər axtarışında yeni-yeni dini-fəlsəfi təməllərin əsasını qoym...
ANL
Yusif Seyidov təkrarsızlığı. Bütöv bir dilçi alimlər nəslinin ustadı sayılan Yusif Seyidov Azərbaycan dilinin görkəmli tədqiqatçılarından idi. O, morfologiya, söz birləşmələri problemləri ilə məşğul olub və öz sözünü müstəsna səviyyədə deyib. Misilsiz tədqiqatları ilə Azərbaycan dilçiliyinə fərqli bir nəfəs gətirib. Hə...
ANL
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Molla Nəsrəddin" satirik jurnalının ilk nömrəsinin çapdan çıxmasının 113 illiyinə həsr olunan elmi konfrans keçirilib. Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycanın ədəbiyyat tarixində əvəzsiz xidmətləri olan ...
ANL
"Sənətimi heç nəyə dəyişmədim". LƏNKƏRAN DÖVLƏT DRAM TEATRININ APARICI SƏHNƏ USTASI, XALQ ARTİSTİ QABİL QULİYEVİN 70 YAŞI TAMAM OLUR. - Qabil müəllim, bilirik ki, aktyorluq sənətinə həvəsiniz orta məktəb illərindən baş qaldırıb. Bu barədə ətraflı məlumatı öz dilinizdən eşitmək daha maraqlı olardı. Hələ Cəlilabad şəhə...
ANL
Tapılmayan sərxoş. 8 yaşında ailəsi yenidən Ərdəbilə qayıdıb. Hazırda Təbrizdə özəl bir şirkətdə çalışır. Bir neçə şeir kitabı, "Ayaqüstü xatirələr" romanı və "Yelena" adlı poeması, həmçinin, türkcədən farscaya tərcümə kitabları Ərdəbil və Təbrizin fərqli yayım evlərində nəşr olunub. Necə olduğumu sorma, məni bay...
ANL
Milli Kitabxanada yeni sərgi. Azərbaycan Milli Kitabxanasında "18 aprel - tarixi abidələrin mühafizəsi günüdür" adlı geniş kitab sərgisi açılıb. Kitabxanadan bildirilib ki, bir həftə davam edəcək sərgidə Azərbaycan və müxtəlif dünya dillərində 300-ə yaxın ədəbiyyat nümayiş olunur. Sərgini ziyarət edənlərə bildirili...
ANL
Uzaq və yaxın Meksika. Şəhərin böyük ərazisini tutan məşhur Çapultepek parkı öyünülən digər nümunələrlə yanaşı, meksikalıların yadelli işğalçılara qarşı barışmaz mübarizəsinin digər tarixi izlərini də qoruyub saxlayır. İndi Tarix muzeyinin yerləşdiyi bina köhnə saray olmaqla, bağın içərisindəki uca təpədə ispan vitse-...
ANL
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b...
ANL
Dəlləkliyi başlarında öyrəndiyim iki uşaqlıq doğmam var, düzü, hələ də fürsət edib heç birindən halallıq ala bilməmişəm. İndiki kimi yadımdadır, iki qoçun başını bir qazanda qaynadan laçın vaxtlarımdı, sakit durmurdular deyə məcbur, əllərini arxadan stula bağlayıb kəsərdim saçlarını. İkisindən birinin saçına un ...
ANL
Kəndin qırağındakı evin dalında. Evin bacasında işıq yanırdı, O işıq qoymurdu səhər açınca. Eniş yol dikləşib yoxuşa dönsün. Səhər həmin eniş yoxuş olurdu axşama qədər. Bu gün küçələrə baş çəkəcəyəm, Qənşərimə ilkin çıxan adama. Yavaşıtmaq, yeyinlətmək. İxtiyarımda olmasa belə, Əllərimi cibimə qoyub. Gedə bilərəm. İLK ...
ANL
Tariximizə Lətif Hüseynzadə baxışının dəyəri və önəmi. 1999-cu ilin 4 fevralında, hələ o dövrdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd edilməsi haqqında verdiyi xüsusi fərmanında Naxçıvanın qədim və müasir tarixinin, mədəniyyətinin, onun qəhrəmanlıq ...
ANL
Kişinin ən qorxağı özünü itirənidir. Fəqət tapmağı ən gözəl bacaran qadındır. O qədər üzgün idik ki, arxamızca əl sallayan dostlarımıza tərəf çevrilib quruca "sağ olun" da demədik. Öncədən ölçülüb-biçilibmiş kimi görünən bir hərəkətlə ikimiz də vaqona keçib öz yerimizi narahatladıq - soyuqluğumuzdan sanki oturacaq...
ANL
Nəsimi və aşıq yaradıcılığı. Anadilli poeziyamızda fəlsəfi qəzəlin və qəsidənin, Aşıq yaradıcılığında qıfılbənd deyişmələrin, "Əlif-lam" və "Tərs əlifba"nın banisi, qoşma və divani kimi janrların təkamülünə təkan verən, Azərbaycan ədəbiyyatı tarixində müstəzad, mürəbbe və tərcibəndlərin yaradıcısı Nəsimi klassi...
ANL
Nənəm köhnə kişi kostyumunu götürüb həyətin aşağısına gedəndə biz üç uşaq mat-məəttəl bir-birimizə baxırdıq. Məndən bir yaş böyük qardaşım və iki il balaca bacım nədənsə üzümə elə zillənmişdilər ki, guya hər şeyin cavabını bilməliyəm. Əslində, o pencək-şalvarın müharibədən qayıtmayan qardaşının yadigarı olduğun...
ANL
Səslərin sözlərə, sözlərin cümlələrə çevrilməsi yeni tarixin başlanması, sivilzasiyaların növbəti önəmli mərhələyə keçməsi, bəşəriyyətin sənət gözünün açılması, insan amilinin və təhtəlşüurunun özünü təsdiq zamanının gəlib yetişməsi üçün ən vacib başlanğıc oldu. Təbiətdəki mütləq harmoniya elementi olaraq səslər zama...
ANL
"Fastfood" münasibətlər... Xoşbəxt olduğu təpədən-dırnağa qədər sezilirdi. Qollarını iki tərəfə açıb boynumu qucaqlayaraq, "mən aşiq oldum" dedi. Nəfəsimi dərmədən kimə, nə vaxt, harada suallarını ard-arda düzdüm. “Feysbukda” cavabını verdikdən sonra baxışlarını sağa-sola qaçırdığını hiss edib, əlavə heç nə soruşmad...
ANL
Ancaq bu gəncliyin müdriklik kimi bir müttəfiqi də var. Bu böyük müttəfiqi Nizaminin intellekti, zəhmətkeşliyi... və sevgisi qazanıb. Söz sevgisi, qələm sevgisi. Nizami Cəfərov "Ədəbiyyat və incəsənt" qəzetində işə başladı. Və burası da Nizami ilə bağlı mənim üçün əlamətdar və qiymətli bir cəhətdir ki, bu zaman sürəti...
ANL
"Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı". AKADEMİK HƏMİD ARASLI ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ELMİ KONFRANSLA YAD EDİLİB. Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda böyük alim akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunan "Azərbaycan və Şərq ədəbiyyat...
ANL
Yaşıdım şeirlərin müəllifinə. Deyildiyi kimi, qəlbən şair olanlar təkcə kağız üzərindəki şeirlərindən görünmür: Quş quşla ötmür, balası, Şair şairlə dilləşmir. Quş budaqda oxuyur, Şair varaqda. Əslində, şeir yazmaq hissi oyadan hissəmiz - tam mənasıyla bizə heç vaxt aydın olmayacaq. Əgər bu ehtiyac nədən və necə doğur...
ANL
Qəzetin şənbə sayı üçün yazı hazırlamalıyam. Gözlərimə yığılmış, ordan qopub yanağımla qovuşmaq üçün bircə qırpımı gözləyən yaşları uda-uda, dəqiqələrdir, komputerimdə açdığım boş səhifəyə baxıram. Şəxsi kitabxanamda ən öndə olan o ağ-mavi üz qapağından hər dəfə, öz yəqinimdə, gözlərimi elə ustalıqla yayındırır...
ANL
İsmayıl Şıxlı haqqında kitab və elektron məlumat bazasının təqdimatı oldu. Aprel ayının 19-da Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir və Azərbaycan Mill...
ANL
Nəsimiyə həsr olunan bədii qiraət müsabiqəsi yekunlaşıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi yekunlaşıb. ADMİU-dan bildirilib ki, iki aya yaxındı...
ANL
Oğlan səhnədə nə etdisə, zalı yerindən oynatdı. Göz önündə Nəsimiyə çevrildi. Çiyinlərini ata-ata qəzəl dedi, sözləri gah tezləşdirdi, gah ləngitdi, qavalçıları da yanında ritm tutdu. Azərbaycana yeni istedadlar gəlir. Ayrı-ayrı universitetlərin tələbələrinin möhtəşəm çıxışlarını görəndən sonra bu fikrə gəldim. İkisi ö...
ANL
Ona görə bu xəbəri eşidən kimi sevimli şairimin simvolik rəqəmə yetişməsini öz üsulumla, bildiyim, anladığım şəkildə qeyd etmək qərarına gəldim. Və elə bugünlərdə professor Cahangir Məmmədlinin "Anlamaq dərdi"ni anlamaq dərdi" məqaləsi işıq üzü gördü. Əslində, məqalənin də, Cahangir müəllimin ideyasının da köklə...
ANL
Bir uşağın dünyasına səyahət. Dünya ədəbiyyatı uşaqların həyatı, onların cəmiyyətlə münasibəti, uşaq tərbiyəsi ilə bağlı əsərlərlə zəngindir. Ümumiyyətlə, dünyaya uşaqların gözüylə baxmaq yazıçıdan əlavə müşahidə və inandırıcılıq qabiliyyəti tələb edir. Yazdıqlarını yaşayan, yaşadıqlarını yazan yazıçı... Brazil...
ANL
Natəvan Dəmirçioğlu: "Ədəbiyyat müstəvisində hər kəs özü boyda görünür". Natəvan Dəmirçioğlu maraqlı yazıçı, tanınmış publisistdir. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiridir. Hal-hazırda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyir. Me...
ANL
Diktor bu iki sözü deyən kimi mənim savadsız, televizor adlı bu sehirli qutuya həmişə biganə olan, təbiətən qaradinməz nənəmin eyni açılırdı, əlində yağı da daşsaydı, başını qaldırıb ekrana baxırdı və bu anlarda mən açıq-aydın görürdüm ki, arvadın sifəti işıqlanır, gözləri durulur və mənim nənəm bircə anın için...
ANL
Daha çox uşaqlar arasında geniş yayılan və yoluxucu xassəyə malik olan suçiçəyi ağır fəsadları olmayan xəstəlikdir. Xəstəliyin səbəbkarı varicella zoster virusudur. Əsasən, 2-8 yaşlı uşaqlar arasında təsadüf olunan xəstəliyin yaz və yay aylarında artması müşahidə olunur. Üç uşaq anası Rəfiqə İsayevanın sözlərinə görə,...
ANL
Əslində, bu sətirləri müasir mətbuatımızın ağsaqqal nümayəndələrindən biri, qocaman jurnalist, əsl qəzetçi, həyatı və fəaliyyəti jurnalistika dərsliklərinə düşməli olan mütəxəssis, bizim indi çalışdığımız kollektivə mükəmməl bir sədaqət nümayiş etdirmiş Telman Heydərovun 80 illiyi münasibətilə qələmə almaq istəy...
ANL
Aprelin 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Gülnar Səmanın "Sözümüz sözdür" adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçirilib. Tədbirdə tanınmış ziyalılar, qələm adamları, müəllifin ailə üzvləri və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sö...
ANL
AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə gerçəkləşən tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. O, oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb. Bildirib ki, Naxçıvanın ...
ANL
Fikrət Qocaya. Aprel ayını həm də ona görə səbirsizliklə gözləyirəm ki, münasib havalarda tilovlarımı götürüb dəniz sahilində gecələməyə - balıq tutmağa gedim. Hamıya bəlli olmasa da, balıqçılar yaxşı bilir ki, Xəzərin Abşeron sahillərində tilovla balıq ovu aprelin əvvəllərində başlayıb, mayın axırlarında da sona...
ANL
Teleradioda söz və musiqinin vəhdəti: böyük sənətkarların gözü ilə... Azərbaycanda müasir dövrdə televiziyanın özü bir incəsənət növü kimi inkişaf etməkdədir. Dövlət dəstəyinin fonunda bu inkişafı aydın şəkildə görmək mümkündür. Bu gün televiziya sistemi mürəkkəb bir şəbəkəni xatırladır. Televiziya bütün digər mis...
ANL
Maarifçilik hərəkatının işığında. Məlum olduğu kimi, Azərbaycanda milli elmi-pedaqoji fikir çoxəsrlik inkişaf yolu keçərək təkmilləşmiş və mərhələ-mərhələ yetkinləşərək bizim günlərə qədər gəlib çatmış, daha böyük gələcəyə doğru istiqamət almışdır. Qədim dövrün və orta əsrlərin klassik Şərq-müsəlman dini-fəlsəfi...
ANL
Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində qocaman ali təhsil ocağının müəllimləri unudulmaz ustadlarını xatırlayırlar. Həyatının 50 ilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf edən, "Bakı", "Baku" qəzetlərinin redaktoru kimi Azərbaycan mətbuatının, ...
ANL
Həyətimizdə durub şəhərin müxtəlif səmtlərindən gələn azan səsi həmişə qəlbimdə həzin, xəfif və anlaşılmaz duyğular oyadır bu vədə. Hələ qaranlıqdır. Yalnız yaxınlığımızdakı təpələrin şiş ucları seçilir. Səhərin nəmimi, yoxsa dağların zəhmi məni bu gün belə üşütdü? Evə qayıdıram... Namazdan sonra həmişəki dualarımın sı...
ANL
Yazını bir kəlmə çevirər. Orta məktəbin III sinfində oxuyarkən atasını itirib. Ailədəki uşaqların ən böyüyü olduğundan məktəbi buraxmalı olub. İşləməyə başlayıb və yetim bacı-qardaşlarının güzəranını təmin edib. Altı il öncə şeir aləminə qədəm qoyub və böyük coşğu ilə yazıb-yaratmağa başlayıb. öz-özunə, bir körpə ...
ANL
Professor Yusif Seyidovun 90 illiyi elmi konfransla qeyd edildi. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda görkəmli dilçi alim, Əməkdar elm xadimi, professor Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə elmi konfrans keçirilib. Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbül...
ANL
Dilimizin fəal təəssübkeşi və fədakar tədqiqatçısı. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent. Görkəmli dilçi alim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Yusif Mir Əhməd oğlu Seyidov Azərbaycan dilçilik elminin formalaşmasında və inkişafında misils...
ANL
"Ədəbiyyatı şəxsi müstəvidə qiymətləndirmək düzgün deyil". - Mehman bəy, bugünlərdə yeni kitabınız çap olundu. Təbrik edirik! Bu haqda oxucularımıza məlumat verəkmi? Kitabda şeirlərim toplanıb. O vaxtdan nəsr sahəsində də qələmimi sınayırdım. Ancaq iş elə gətirdi ki, şeirlərimi kitab halında toplamaq və oxuculara təqd...
ANL
Nizami Gəncəvi yaradıcılığına ilk elmi münasibət. Məhəmməd Oufi bu əsərində şairin yaradıcılığını bir neçə cümlə şəklində, lakin yüksək qiymətləndirərək, əsərlərinin adını çəkib, onlardan bir neçə beyt nümunə verməklə kifayətlənir. Dilimizə təqribən "Əcəm şeirinin qanunlar toplusu" kimi tərcümə olunan bu əsərdə,...
ANL
Rəsul Rza və Maqsud Şeyxzadə poeziyada qoşa zirvə kimi. YAXUD MƏŞHUR POETİK BİOQRAFİYALAR MÜQAYİSƏLİ TƏHLİL MÜSTƏVİSİNDƏ. Türk xalqlarının ədəbiyyatı tarixində oxşar etno-poetik missiyanı yerinə yetirən böyük şəxsiyyətlər az olmamışdır. Poeziyamızın inkişaf tarixinə, yüksəliş mərhələlərinə nəzər saldıqda bu cü...
ANL
Bakı haqda yeni sənədli film çəkildiyini eşidəndə bunun adi, yaddaşa yazılmayan ekran işlərindən biri olacağını düşündüm: bəlli yerlər, bəlli mövzular, bəlli sözlərlə... Teatr Xadimləri İttifaqının Aktyorlar Evinin zalı dolu idi. Əksəriyyət də mədəniyyət və incəsənət adamları, Milli Məclisin üzvləri, yazıçılar. Özümüz...
ANL
Bugünlərdə "Ecoprint" nəşriyyatında Sevda Sultanovanın müəllifi olduğu "Bir şərabçının tarixçəsi..." kitabı çap edilib. Kitabda Azərbaycanın ilk şərabçı professoru, texnika elmləri doktoru, 60 yaşlı Hasil Fətəliyevin həyatının bəzi maraqlı məqamları və elmi yaradıcılığı öz əksini tapıb. Kitab 32 hekayə toplusundan i...
ANL
Birmənalı olaraq onu XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri kimi qəbul edirlər. O da ədəbiyyat tarixində və ədəbiyyatşünaslığımızda çoxlarının bəlkə də diqqət yetirmədiyi və yaxud diqqət yetirməyi lazım bilmədiyi birmənalı həqiqətdir ki, ədəbiyyat bütün zamanlarda əhatə etdiyi mövzuya, həmin m...
ANL
Nəsiminin yubileyi Budapeştdə qeyd olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2019-cu il ...
ANL
On bir ulduzun, günəşin və ayın hikmətlərinə həsr olunur. Bu hekayə yuxulara inanan o adam haqqındadır. Yusif siqaretindən dərin qüllab aldı, boz-bullanıq, gümüşü tüstünü buraxıb divardan asılı qəzet səhifələrinə baxdı. Bir neçə ayda qəzetlərdə dərc olunan hekayələrini kəsib divardan asırdı. Evində pəncərə yoxdu. Yusif...
ANL