text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Şair Barat Vüsalın yeni kitabı işıq üzü görüb. Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın yeni kitabı işıq üzü görüb. "Piyada atlı" adlanan kitabda şairin son illərdə yazdığı şeirlər toplanıb. Kitabın redaktoru Saqif Qaratorpaq, nəşrə hazırlayanı S...
ANL
"Pikkolo" təqdim edir... İtaliya teatr məkanına iddiasız yaradıcılıq truppası kimi daxil olan "Pikkolo" sonralar öz yaradıcılıq ambisiyasını əsaslandırıb bir ölkənin səhnə sənəti ənənələrinin yeni dövrdəki dəbinin müəllifi olmaq səlahiyyəti qazanmağa nail oldu. Ötən illər ərzində C.Strellerin, sonralar L.Ronkoni...
ANL
Dostum Seyran Səxavətə. Hesabdar Ləliş sənədlərə qol çəkdirəndə Qaraoğlu da Quranı qoyurdu onun qabağına və ilan kimi göz-gözə dayanırdılar. Ləlişin gözündən məzəmmət tökülürdü. Yəni mənə inanmırsan? Qaraoğlu gözlərini zilləyirdi düz onun gözlərinin içinə və baxışlarını yayındırmırdı. Hesabdarın qolu boşalırdı v...
ANL
Qaranlıqda duyulan sirli sədalar. İndi adını xatırlamadığım hansı mütəfəkkirlərdənsə birinin sözləridir: "Həyat təəssürat üçün yaranıb". İnsanın ömrü boyu yaşadığı bu təəssüratlar bəs nədən ibarətdir? Qədim latınların indi zərb-məsələ çevrilmiş müdrik kəlamlarından birini isə təəssüratlarla dolu bu həyatda tez-tez x...
ANL
Kitablar müxtəlif olur, kitab təqdimatları da. Həyatımda ilk dəfə təqdimatını gözlədiyim kitab üçün getdim. Ayanın atası Adil Mirseyidin kitabının təqdimatına. Onun poetik dünyasının sirlərinə, mənalarına nüfuz edəcək çıxışları dinləmək üçün getdim. Ayan səbəbini bilir, çox istəsəm də, gəlişim alınmaya bilərdi. Orda ...
ANL
Yusif Həsənbəy yaradıcılığının təkamül yolları. Şair, dramaturq və nasir Yusif Həsənbəy ədəbiyyatımızda şəxsiyyəti kimi yaradıcılıq mövqeyini saxlayıb, daim cəmiyyət həyatında, sosial proseslərdə fəal olub. Mən bu fikrimi sözgəlişi ifadə etmədim: ötən əsrin 60-cı illərindən onun yaradıcılığına bələdəm, ədəbi pro...
ANL
Yaqub Məmmədov: Yerlə göy arasında. Bu bağın indi qalıb-qalmamasından xəbərim yoxdur. Amma o bağ durursa, orda olmaq və dahi Azərbaycan vokalçısı Yaqub Məmmədovun ecazkar bir ustalıqla oxuduğu "Mənsuriyyə"ni məhz o bağın sehirli aurasında bir də dinləmək ən böyük arzumdur". ... O vaxtlar idi ki, hələ internet-fi...
ANL
MƏHƏMMƏD HADİ MƏNİMÇÜN KİMDİR? XX əsr Azərbaycan klassik poeziyasında Hadi qədər birbaşa, müstəqim surətdə "vətən" və "millət" ifadələrini işlədən ikinci şair yoxdur və bu ifadələr onun poeziyasını tam, bütöv şəkildə müəyyənləşdirən obrazlara çevrilib. Hadinin müasiri Sabirdə müstəqimlik yoxdur, ancaq baxın, i...
ANL
Xarkovda Nəsiminin qəzəllər toplusu təqdim edilib. Xarkov şəhərində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin İnformasiya və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şairin Ukraynada işıq üzü görmüş "İ şləxom İsti...
ANL
Axundzadə adına Milli Kitabxanada "3 dekabr - Beynəlxalq Əlillər günü" adlı geniş kitab sərgisi açılıb. Sərgidə fiziki qüsurlu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən, dövlət tərəfindən onlara göstərilən qayğıdan, əlillərin cəmiyyətə inteqrasiya olunmasından bəhs edən Azərbaycan və digər d...
ANL
Tokioda "Azərbaycan musiqisi və rəqsləri axşamı". Tokionun Yotsuya rayonunda yerləşən "Sun and Moon" (Günəş və Ay) studiyasında keçirilən "Azərbaycan musiqisi və rəqsləri axşamı" adlı konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. AZƏRTAC xəbər verir ki, yapon sənətçilər tərəfindən təşkil edilən ko...
ANL
Daşkənddə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrilə bağlı tədbir keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunda Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəl foyedə ...
ANL
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun növbəti kitabı İtaliyada işıq üzü görüb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli xalqların zəngin mədəni irsinin dünyada nümayişi və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu çərçivədə Fondun dəstəyi ilə növbəti kitab İtaliyada işıq üzü görüb....
ANL
Çağdaş Azərbaycanın ədəbi, elmi və ictimai mühitində müstəsna yeri və rolu olan Kamal Abdullanı bu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, yeni yaradıcılıq uğurları arzulayırıq. Kamal Abdullanın indiyə qədərki həyat və yaradıcılıq yolunun, parlaq uğurlarla zəngin bioqrafiyasının yalnız...
ANL
Naxçıvanda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xətti ilə beynəlxalq konfrans keçirilib. Noyabrın 30-da Naxçıvan şəhərində "Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri" mövzusunda beynəlxalq konfrans keçirilib. Bu məqsədlə Ümumdünya Mətbuat ...
ANL
QHT-lərlə dövlət qurumları arasında əməkdaşlıq: yeni imkanlar və perspektivlər. Ölkəmiz müstəqillikdən sonrakı dövrdə bir çox sahələrdə ciddi irəliləyiş əldə edib və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir sıra mühüm nailiyyətlər qaza...
ANL
İnsan soyuq fəsillərin ilk anlarını çox sevir. Çünki istilərdən yetərincə qızınıb və artıq sərinləmək istəyir. Havanın temperaturu aşağı düşdükcə, soyuq canına işləməyə başlayır. Qızınmaq üçün sobanı, isidiciləri işə salır. İsti geyimlərini geyinir. İsti hava üçün darıxır. Soyuq onu silkələməyincə istinin qiymətini an...
ANL
Qəzəbləndin yenə mənə. Anlamadım qəzəbini, Neylədim ki, axı sənə? Fikirləşdim, nədən belə? Qəm gətirmək sənlik deyil, Nəyə lazım zəhmin olsun?! Sən ömürlük qismətimsən, Tanrı səni mənə verib. Butamızı qoşa dərib. Qov qüssəni, üzün gülsün, Məni niyə incidirsən? Zakir səni hədsiz sevir, Sənsə ona zülm edirsən. Çıxmamısan...
ANL
Sən yuxumu qara basan. Cavad Bərzegərzadə Sevən Təbrizdə yaşayır. şeytan üzlü bir mələksən. Qanadımdan yelpiklənən. tükü tökük son lələksən. Səni sənə buraxacam. təntitmədən ürəyimi. İçərimdə öldürəcəm. o köhnələn diləyimi. məchullara göməcəyəm. ağ günlərə hörəcəyəm. Özgələrə ağlamağı. siləcəyəm, gözlərimdən. Dilimdə...
ANL
İsmayıl Hikmətin tədqiqatları əsasında. İlk ədəbiyyat tariximizdə - F.Köçərlinin tədqiqatlarında Nəsimiminin adının çox səthi keçməsi, yaşadığı əsr haqqında belə büsbütün qeyri-dəqiq məlumat verilməsi sübut edir ki, nəsimişünaslıq həqiqi mənada öz başlanğıcını 1920-ci illərdən götürür. Bu mənada, ədəbiyyat tari...
ANL
Müəllimlə şagird arasındakı qırılmaz tellər. Bu günlərdə yazıçı-publisist Rövşən Ağayevin "Uroki fransuzskoqo" ("Fransız dili dərsləri") kitabı işıq üzü görüb. Həm texniki, həm də humanitar ixtisaslar üzrə ali təhsil almış və uzun illər dövlət qulluğunda çalışmış R.Ağayev respublikanın mətbu orqanlarında müxtəlif m...
ANL
Futbol tariximizin böyük adamı - Şövkət Orduxanov. Əlbəttə, bu uğurun ən böyük memarları futbolçular və baş məşqçi Əhməd Ələsgərov idi. Amma kölgədə qalanlar da var. "Neftçi"nin bürünc medalı qazanmasında digər insanların da əməyi az olmayıb. Onlardan birini, bəlkə də birincisini xatırlamaq yerinə düşər. Daha ç...
ANL
Xoreoqrafiya Akademiyası beynəlxalq konfransda. Moskvada Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Qnesinlər adına Rusiya Musiqi Akademiyasının təşkilatçılığı ilə "İncəsənət ali təhsil müəssisələri beynəlxalq məkanda" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Rusiyanın Mədəniyyət Nazirliyinin, Elm ...
ANL
Azərbaycanda multikulturalizm Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda multikulturalizmin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun hakimiyyəti dövründə ölkədə dinindən və milliyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşayıb. Ümummilli Lider Heydər...
ANL
"YUĞ"çuların zamanda səyahəti. Və Ya Vaqif İbrahimoğlu nağılı. Hələ günlər öncədən hamımız YUĞ Dövlət Teatrının 30, teatrın banisi Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbirinə hazırlaşırdıq. Mədəniyyət müxbiri olan jurnalist həmkarlarımın bir çoxu, tanıdığım ədəbiyyat ...
ANL
Günel Natiq yeni kitabını təqdim edib. Dekabrın 4-də, Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı, jurnalist Günel Natiqin "Məhəbbət quşları" kitabının təqdimat mərasimi və imza günü keçirilib. Mərasimdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, radio və televiziya jurnalistləri, müəllifin ailə ...
ANL
ADMİU-nun "SABAH"çı tələbələri Rus Dram Teatrının səhnəsində. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "SABAH" qruplarının tələbələri Uilyam Şekspirin "Otello" pyesinin motivləri əsasında hazırladıqları "Otello əfsanəsi" tamaşasını dekabrın 4-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik...
ANL
Nəsiminin Rumın dilində nəşr edilmiş əsərlər toplusu Moldovada təqdim olundu. Dekabrın 4-də Moldovanın paytaxtı Kişineuda, Moldova Milli Tarix Muzeyinin “Bürünc zal”ında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Yazıçılar Birliyi Bədii Tər...
ANL
Romanda nağıl rəngləri. Günümüzün romançılığı ənənələrə uymağa çalışır. Çalışmaq hələ tənliklərin həlli, yaxud lazım olan nəticəni əldə etmək deyil. Sualımızın cavabı da dəyəri qədər altısıfırlıdır. Hansı cavabı istəsən, könlündən nə keçsə, dilinə gətirə bilərsən. Sadəcə, dilinə gələni əməlinlə haqlı çıxarmaq hünəri l...
ANL
Ürəyim sənə yurddur. Biz də unutmağa başlasaq, vallah, Sevgi zəmanənin gözündən düşər. Bütün ayrılıqlar, həsrətlər inan. İnsanın bir kəlmə sözündən düşər. Qorxuram unutmaq eşqin də bitə, Ürəyin beyninə bir kölə ola. Düşmüşəm qəlbinin daş tərəfinə. Hər gün yavaş-yavaş daşlaşıram mən. Üzümdə gəncliyin əlaməti var, A...
ANL
Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası. Paris Füsunkar Yelenaya vurulduğuna görə vətəni Troyanı, onu viran qoyan müharibənin başlanmasına və acı nəticələr gətirməsinə səbəb olmuşdu. Böyük ailədən yalnız Priam sağ qalmışdı, iki oğlu - Hektor və Paris döyüşdə həlak olmuş, arvadı Gekuba və qızı Kassan...
ANL
İtaliyalı rəssam, jurnalist və məşhur yazar Dino Bussati 1933-cü ildə qələmə aldığı ilk romanı "Dağların adamı Barnabo" romanında altı il sonra baş verəcək və milyonların ölümü ilə nəticələnəcək qanlı müharibəni əvvəlcədən xəbər verir, 1940-cı ildə yazdığı "Tatar çölü" romanında isə bütün bu proseslərin qarşısının əvv...
ANL
Qeybə çəkilmişlər. Gecəyarısı təngnəfəs yuxudan oyandım. Lap kinolardakı kimi. Hamı qeybə çəkilmişdi, hamı yoxa çıxmışdı, səs-səmir gəlmirdi. Dəhşətli sakitlik içimi yeyib-bitirməmiş qonaq otağına keçib özümə bir stəkan sərin yox, buz kimi soyuq su süzdüm, o dəqiqə də başıma çəkdim. Kresloya yapışıb yerimdə qurcuxa-qu...
ANL
(İSMAYIL HİKMƏTİN TƏDQİQATLARI ƏSASINDA). Bakı divanı üzərində apardığı tədqiqatlar İ.Hikməti Nəsiminin öz şeirlərinin bir qismində "Hüseyni" təxəllüsünü işlətdiyini dəqiqləşdirməyə imkan verir. Divan üzərindəki müşahidələri tədqiqatçını Nəsimi yaradıcılığında "Seyid Hüseyni" və "Seyid" təxəllüslərindən də istifadə ...
ANL
Söz qalası. Şair dostum Ramiz Qusarçaylının dəvəti ilə bu yaxınlarda Qubada Mədəniyyət evində keçirilən gözəl bir poeziya məclisində regionda yaşayıb-yaradan tanınmış şairlərin həm şeirlərini, həm də ədəbiyyat, bədii yaradıcılıq barədəki mülahizələrini dinlədik. Və səmimiyyətlə deyə bilərəm ki, bir neçə saat davam edə...
ANL
Mirzə Fətəlinin yubileyinə. XX əsrin sonlarında ikinci dəfə müstəqillik qazandıqdan sonra sovetlər dövründə təsadüfi hallarda, həm də burjua ideologiyasına xidmət etdiyi iddia olunan bir sıra mətbuat orqanlarının fəaliyyətinə yeni baxış yarandı. Milli-mənəvi sərvətimiz olan bu mətbu nəşrlərdə zəmanəsinin problem...
ANL
Nəsimi və İslam. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi, uzun illər ədəbiyyatşünaslar və tarixçilər tərəfindən cəmiyyətə anadilli fəlsəfi şeirin banisi və eşq şairi kimi təqdim edilmişdir. Xüsusən, yetmiş illik sövet hakimiyyəti dövründə onun əsərlərinin əsas mahiyyəti yetərincə araşdırılmamış, hakim ideologiya...
ANL
İnsan gənc olanda hələ nələr olacaq, arzularımı həyata keçirmək üçün önümdə uzun illər var deyir. Amma nədənsə həmişə bu zaman axını bəzən kədər, ruh düşkünlüyü yaradır və belə bir fikir formalaşır ki, keçmiş gələcəkdən daha dəyərli, daha maraqlıdır. Yaxud bir nəğmədə oxuyurlar: Keçən günlərimi qaytaraydılar, G...
ANL
Günər Əliyev: "Uşaq ədəbiyyatımızın inkişafı indi daha çox gənc yazarlardan asılıdır". Uşaq və gənclərin fiziki və mənəvi inkişafı. Bir uşağın şəxsiyyət kimi yetişməyində, dünyanı dərkində, mənəvi inkişafında sözün, ədəbiyyatın rolu danılmazdır. Kitablarla lap erkəndən tanış olan uşağın xarakteri daha yüksək ke...
ANL
Sənətsevərləri Xalq şairi Ramiz Rövşənin şeirləri əsasında möhtəşəm bir konsert proqramı gözləyir. Dekabrın 18-də Heydər Əliyev adına Sarayda Xalq artisti Nəzakət Teymurovayla Əməkdar artist Ehtiram Hüseynovun Xalq şairi Ramiz Rövşənin şeirlərinə bəstələnmiş mahnılardan ibarət konserti olacaq. "Qəfil gün doğsa bir ge...
ANL
UNEC-də Universitetlərarası 1-ci Kitabxana Forumu. Ədalət Muradov: "Universitet kitabxanaları arasında kitab mübadiləsi sisteminin qurulmasının vaxtı çatıb". Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkədə ilk dəfə olaraq Universitetlərarası 1-ci Kitabxana Forumu keçirilib. Forumda çıxış edən UNEC-in rekt...
ANL
Xalq yazıçısı Kamal Abdulla: "Ünsiyyətdə olduğum adamlara müşahidə obyekti kimi baxmıram". Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın ASAN Radioya müsahibəsini təqdim edirik. - Kamal müəllim, siz həm yazıçı, həm də fərqli universitetlərin rektoru kimi uzun müddətdir fəaliy...
ANL
Xalq yazıçısı Anar: "Türkiyə türkcəsinin ünsiyyət dili kimi qəbul olunması heç bir başqa türk xalqının qəlbinə toxunmaz". Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın müsahibəsi. - İllər öncə Sizin qələminizlə Dədə Qorqudun bu millətə yenidən qazandırıldığı fikri ədəbi aləmdə olduqca yayğındı. Də...
ANL
Qələmsiz yazılanlar. status-esseləri. ... Ötən əsrin 90-cı illərində İstanbulun Fateh səmtində səhər pəncərəni açarkən daş kömürün tini vurardı adamı. Bu qoxu həm də qədimlik və təbiilik oyadır, keçmişə nostalji yaradırdı. Çoxdandır yoxa çıxıb o qoxu. İndi rus qazının həniri daha çox duyulur ətrafda. Yaxşı ki, bu nəhən...
ANL
"Heydər Əliyev haqqında müdrik əhvalatlar" kitabının təqdimatı keçirildi. Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, yazıçı, AYB Ədəbiyyat Fondunun direktoru Əjdər Olun Ümummilli lider Heydər Əliyevə həsr edilmiş "Heydər Əliyev haqqında müdrik əhvalatlar" kitabının təqdimat mərasimi olub. Mər...
ANL
Nizami "Xəmsə"sinin Türkiyə türkcəsində nəşri təqdim olundu. Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə təbliği məqsədilə 2016-cı ildən etibarən "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi həyata keçirilir....
ANL
Bədii publisistikaya dair yeni monoqrafiya. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhmədin yeni monoqrafiyası çap olunub. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzəzadədir. Rəyçi...
ANL
Nəsiminin qəzəlləri "Audio Kitab" layihəsində. Bakı Kitab Mərkəzində “Azercell”in "Audio Kitab" layihəsi çərçivəsində İmadəddin Nəsiminin qəzəl və rübailərinin audio kitab formatında səsləndirilməsinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ru...
ANL
Bakı Slavyan Universitetində Xalq yazıçısı Anarla görüş. Dünən Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın yaradıcılığına həsr olunmuş "Qələmin əfsunu" adlı tədbir keçirilib. Tədbirdə təhsil ocağının rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, tanınmış söz-sənət...
ANL
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya miqyasında. Qurum Çində fəaliyyətini gücləndirir. Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün dü...
ANL
Anam qocalır. Hər payız gələndə qorxuram yaman, Yarpaqlar düşdükcə anam qocalır. Hər payız gələndə dərdə düşürəm, Dərdimi qələmlə mən bölüşürəm. Anam qocaldıqca fikirləşirəm, Fəsillər qocalır, zaman qocalır. Bala üçün qəlbi sökülən ana, Əyilməz qaməti bükülən ana. Ömründən günləri tökülən ana- Qocaldıqca ümid, güman q...
ANL
Bu dünyanı beş qəpiyə. Satıb dəyər-dəyməzinə. Bərk-bərk yapışdım qələmdən, Qələm də çürüdü qəmdən. Özümü öz pəncərəmdən. Bu dünyanı beş qəpiyə. Üzülmə, yolun sonuna. Ovuda bilməyəndə. Sözüm olmaz sözümlə, İşim yoxdur özümlə. Arzum yolda qalmasa, Məni fikir almasa. Min budaq vardı, kəsdiyin. Budağa çəkdin sən onu. Əzsə...
ANL
Uzun müddət idi ki, Marina Svetayevanın bu kövrək, lirik etirafı məni düşündürürdü. Çox baş sındırdım ki, bu mənzuməni ana dilimizdə necə səsləndirmək olar? Bu misraların alt qatında duyulan işvəkar qadın nazını, bədii məntiqi, şıltaq düşüncəni hansı vasitələrlə çatdırmaq olar? Nəhayət, Sizə təqdim etdiyim bu ...
ANL
İnanılmaz dərəcədə yaxınlıq göstərirdi mənə. Anlamırdım bunun səbəbini. Axı çoxdan tanıyırdıq biri-birimizi. Zatımıza, kökümüzə bələddik. Nə olmuşdu görəsən? Şirinləşmişdim bəlkə, özümün də xəbərim yox idi. Ötürmürdü həftəsini, gününü mənsiz. Razılaşırdı bütün dediklərimlə. Epitetlər qoşurdu adımın yanına. Günlər, həft...
ANL
Bir sədanın ardınca yaşananlar... YAZIÇI NOVRUZ NƏCƏFOĞLUNUN YENİ KİTABINDA MÜƏLLİFİN İKİ MARAQLI POVESTİ YER ALIB. Tanınmış yazıçı Novruz Nəcəfoğlunun povestlərdən ibarət yeni kitabı - "Yuxuya gedib gecə" işıq üzü görüb. Nəşrdə kitaba adı verilən əsərlə birgə "Ağ qayadan atılan güllə" kinopovesti də dərc edilib. AYB...
ANL
Aylar ötür, illər keçir, ömrün fəsilləri öydükcə zərif tumurcuqlar pöhrələnir, dünənki körpə fidanlar qollu-budaqlı, kökləri torpağa möhkəm bağlı ağaclar olur. Nə vaxtsa onun da qəlbindən keçən arzu və istək də həmin pöhrələr kimi cücərib, boy atıb. O da qardaşı Tahir kimi müəllim olacaqdı! Özü də riyaziyyat müəllim...
ANL
Otların üstünə səpilmiş ulduzlar. Əsl ulduzlar göydə yox, Gəmiqayadadır. Vulkanik süxurlardan yaranan, günəşin şüaları altında bərq vuran Gəmiqayanın qapqara, parpar parıldayan daşları sanki otların üzərinə səpilmiş ulduz sistemidir. Addımladıqca parıltılar yerini dəyişir, baxdıqca göz qamaşdırır, yaxınlaşdıqca gözdə...
ANL
Naxçıvanın şeir mühiti. Dünya xəritəsində "bir bənövşə yarpağı qədər yeri olan" (Qasım Qasımzadə) Azərbaycan bəşər mədəniyyəti tarixinə elə sənətkarlar - söz ustaları bəxş etmişdir ki, onların yaratdıqları əsərlər bu gün də Şərqin və Qərbin bədii idrak sərhədlərini dolaşmaqdadır. Azərbaycan ədəbiyyatı ayrı-ayrı...
ANL
(Xalq artisti Şəfiqə Məmmədovanın kino yaradıcılığı barədə gəzişmələr). Bu yaxınlarda psixologiya mövzusunda qələmə alınmış "60 saniyəyə insanı tanımaq sənəti" adlı maraqlı kitabı vərəqləyəndə "Qaraca qız" filmindən bir kadrın fotosu diqqətimi çəkdi. Dərhal həmin fotonu müşayiət edən yazını oxudum. Müəllif paroy...
ANL
Qafqaz müsəlmanlarında təhsil. İnqilabdan əvvəl Azərbaycanda təhsil. Mərakeşli elmi missionerlərin maliyyə dəstəyi ilə 1906-cı ildə Parisdə fransız dilində nəşrə başlayan "Müsəlman aləmi jurnalı"nın 1910-cu ildə işıq üzü görən on birinci nömrəsində "Qafqaz müsəlmanlarında təhsil" sərlövhəli məqalə dərc olunub. Məqalə ...
ANL
Azərbaycan Milli Radiosunda uşaq proqramları. Uşaq ailənin bəzəyidirsə, həm də millətin, ölkənin, dövlətin taleyinə məsuliyyət daşıyan gələcəyidir. Bu gün uşaqların sağlam böyüdülməsi, milli mənəvi ruhda yetişdirilməsi, düzgün tərbiyə olunması dövlətin əsas prioritet istiqamətlərindən biridir ki, Azərbaycanımızı...
ANL
Sükutun poetik cazibəsi. Səlim Babullaoğlunun poeziyasına bir baxış. Tanıdığım insanlar haqqında yazmaq həmişə mənə çətin olub. Ona görə yox ki, fikirlərimdə və sözlərimdə obyektivliyi və ya səmimiliyi qoruya bilməkdə çətinlik çəkə bilərəm, ona görə ki, tanıdığım insanları obraz kimi, surət kimi təsvir etmək mənd...
ANL
Məmmədağa Şirəliyevin türkoloji dilçiliyin inkişafında rolu. Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən olan, dialektoloq, türkoloq-alim akademik Məmmədağa Şirəliyev türk dünyasına qəlbən bağlı olan böyük alim idi. O, 1941-ci ildə "Bakı dialekti" adlı fundamental əsəri ilə Azərbaycan dialektologiya məktəb...
ANL
"Müstəqillik yollarında" kitabının təqdimat mərasimi keçirilib. Bu günlərdə Neftçala şəhər Elton Həbibov adına 4 saylı tam orta məktəbində Ələkbər Zahidovun "Müstəqillik yollarında" kitabının təqdimat mərasimi keçirilib. Tanınmış ziyalıların iştirak etdiyi tədbiri məktəbin direktoru Şəfəq Balaşova açıb. Tədbirin aparı...
ANL
Milli xoreoqrafiya sənətinə dövlət qayğısı. Artıq 25 ildir ki, Azərbaycan ümumdünya siyasi arenasının aparıcı fiqurlarından birinə çevrilib, müstəqil siyasəti ilə dünyaya yeni-yeni mesajlar göndərməklə bütün ölkələrin diqqətini öz üzərinə cəlb etməyə müvəffəq olmuşdur. Bu mesajlar qədim tarixi, zəngin mədəniyyət...
ANL
"Kreativ Azərbaycan" portalı təqdim edilib. Dekabrın 9-da Bakı Konqres Mərkəzində "Kreativ Azərbaycan" portalının (kreativ.az) təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda nazirlər panel müzakirəsi keçirilib. Tədbiri Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq son illə...
ANL
Ədəbiyyat İnstitutunda "Son səfər"in təqdimatı olub. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı, ssenarist Hüseynbala Mirələmovun "Son səfər" povestinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu...
ANL
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Ey Nəsimi, cahanı tutdu sözün..." II Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransın plenar iclasında AMEA-nın prezidenti, akademik Ra...
ANL
Azərbaycan Qazaxıstan Yazıçılar Birliyinin yubileyində təmsil olunub. Qazaxıstanın Almata şəhərində respublika qəzeti "Qazax ədəbiyyatı" və Qazaxıstan Yazıçılar Birliyinin 85 illiyi münasibətilə plenar iclas keçirilib. Anaya Dövlət Akademik Opera və Balet Teatrında baş tutan tədbirdə ona yaxın ölkədən yazıçılar b...
ANL
Neapolda "Nəsimi poeziyası" kitabının təqdimat mərasimi keçirilib. Dahi mütəfəkkir şair İmadəddin Nəsimin anadan olmasının 650 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin "Nəsimi ili" elan olunması ilə əlaqədar İtaliyada təşkil edilmiş "Nəsimi günləri" çərçivəsində Neapol Şərqşünaslıq Univer...
ANL
Əbədiyaşar şəxsiyyət. Əzizim baxar gedər. Su gələr axar gedər, Dünya bir pəncərədir. Hər gələn baxar gedər. Bu dünyanı pəncərə sananlar heç də yanılmayıblar. Kimisi yaxşı adla tanınıb, özündən sonra bir iz qoyub gedib, kimisi də pislik rəmzi olub. Belə ölümsüzlük qazanan insanlardan biri də sevimli müəllimimiz Şirməmmə...
ANL
Heydər Əliyev zirvəsinə akademik baxış. Azərbaycanda çoxlu uca dağlar və zirvələr vardır. Lakin hətta ən uca zirvə belə ölkənin hər yanından görünmür. Heydər Əliyev zirvəsi isə nəinki Azərbaycanın hər güşəsindən, hətta yaxın-uzaq ölkələrdən də yaxşı görsənir. Əlbəttə, gücünü doğma torpaqdan alan dağ vüqarlı qəh...
ANL
Əhməd Cəfəroğlunun 120 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirilib. Tədbir İstanbul Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Türk İş Adamları Birliyi (ATİB), İstanbul və Azərbaycanın "Türk ocağı"nın birgə təşkilatçılığı ilə həyata keçirilir. Tədbirə Ə.Cəfəroğlunun qızı Nazan Cəfəroğlu Ölç...
ANL
Yəqin mənim kimi siz də, qarğaları sevən çox az insan olduğunu düşünürsünüz. Hətta bəlkə də heç olmadığını. İnsanların onları görən kimi çox tədirgin olduğunu. Bəlkə səslərindən, bəlkə də görünüşlərindən. Bəlkə bu səbəbdəndir ki, qarğa hər zaman təmsillərdə, nağıllarda, rəvayətlərdə mənfi obraz kimi qələmə alınır. Lak...
ANL
Qanayan yaraların fəryadı. Sizə bu məktubu ağzımın kənarından süzülən qanı, gözümdən axan yaşı silə-silə yazıram. Siz "yeməyin duzu azdı, uşaq ağlayır, güləndə səsin çox çıxdı, çay bir dəqiqə gec gəldi, danışanda gözünün içinə baxdın" və sair bu kimi mənasız şeylərin üstündə bədəniniz göyərənə, nəfəsiniz kəsilən...
ANL
Hər kitab bir möcüzə kimi. Bu gün etiraf eləməyə çəkindiyimiz bir həqiqət var ki, çoxumuz kitab oxumuruq. Amma bu kitab oxumamağın səbəbləri haqqında da düşünmək ağlımızın ucundan keçmir. Halbuki kitab bizim həm nitq qabiliyyətimizi formalaşdırır, həm düşüncə tərzimizi müəyyənləşdirir, həm də dünyagörüşümüzün art...
ANL
Təbriz Universitetinin fars dili və ədəbiyyatı fakültəsini bitirib. "Nazim Hikmət şeirində və təfəkküründə axtarışlar" adlı diplom işini müdafiə etməklə elmi dərəcə alıb. Bir müddət Xudafərin bölgəsində çalışıb, hazırda isə Təbrizdə orta məktəbdə ədəbiyat müəllimidir. Təbriz, Tehran, Zəncan və Urmu şəhərlərində ...
ANL
Məhəmməd Hadi yaradıcılığında mənsur şeir örnəkləri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 140 illiyi qeyd olunan mütəfəkkir şair-publisist Məhəmməd Hadinin ideya-bədii mükəmməlliyi ilə səciyyələnən şeirləri, poemaları, aktual mövzulu məqalələri bu gün də öz dəyərini saxlamaqda...
ANL
Milli-mədəni müxtəliflik xəzinəsi. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin gördüyü mühüm işlər, həyata keçirdiyi dövlət əhəmiyyətli tədbirlər sırasında multikulturalizmin elmi əsaslarla öyrənilib təbliğ edilməsi xüsusi yer tutur. Mərkəzin son vaxtlar bir-birinin ardınca hazırlayıb çap etdirdiyi "Azərbaycanda b...
ANL
Mənim anam. Dünyaya göz açarkən bizə valideyn seçmək haqqı verilmir. Mənim anam mənim üçün daha özəldir. Ömrünu yalnız düzgünlük və sədaqətə həsr edən, ətrafına ancaq sevgi saçan hər bir qadın, ana ayaqüstə alqışa layiqdir. Anam hər zaman mənim idealım, güclü gördüyüm, övladları üçün mümkünsüzü mümkün edən bir qadınd...
ANL
Örnək sayılası ömür yolu. Tanınmış səhiyyə xadimi İsa Hacıyevin 90 illik yubileyinə. Ömür hər kəsə bir dəfə verilir. Amma bu ömrü mənalı yaşamaq, el-obanın dərd-sərinə yaramaq, cəmiyyətdə nüfuz qazanmaq, sayılıb-seçilmək, həyatı ilə başqalarının örnəyinə çevrilmək hər adama nəsib olmur. Bu yazıda biz ömrünün aşa...
ANL
Azərbaycan balet sənəti və onun inkişafı. XX əsrin əvvəlləri Azərbaycan intibahının ən önəmli səhifələrindən olub. O intibahın ki, ictimai və mədəni həyatın bütün sahələrinə sirayət edib - zehinləri silkələyib, aydınları təəssübkeş millət fədailərini hərəkətə sövq edib. Və beləcə, milli birincilər, şərəfli hadis...
ANL
Ədəbiyyat Muzeyində Ulu öndərin xatirəsi anılıb. Dekabrın 11-də AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan "Müstəqilliyimizin xilaskarı, müasir dövlətimizin qurucusu" mövzusunda elmi sessiya keçirilib. Sessiya çərçivəsində Ulu öndərin həyat və fəaliyyətini ə...
ANL
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında verdiyi Sərəncamlara uyğun olaraq ...
ANL
Kitabxanalarda informasiya mədəniyyətinin formalaşmasına dair ilk monoqrafik əsər. Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevanın "Mədəni-tarixi dəyərlər sistemində informasiy...
ANL
Ümummilli Lider Heydər Əliyev Milli Kitabxanada yad edilib. Dekabrın 11-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, YAP Səbail rayon Təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. İlk öncə tədbir i...
ANL
Gizir Mübarizin yolu. Səhər tezdən telefonun səsi otağa yayıldı. Mübariz evə gəlibmi? Ağakərimdən səs çıxmadı. Ağakərim arvadından uzaqlaşmağa çalışdı. Oğul anası rahatsız halda onun arxasınca addımladı: - Mən Mübarizin anasıyam! Mən bilməməliyəmmi? Bəlkə Mübarizdən xəbər var? "Gərək Mübarizin hərbi xidmətə yenidən...
ANL
Günəbaxanlar baxanda. Günəş yataqdan qalxanda, Gözünü açır, diksinir. Mənim balaca bağçamda. Sırayla görür əksini. Günəbaxanlar gülümsər, Ana Günəşin qızları. Süd qoxuyar ağızları. Şəfəqsaçaq gözəllərin. Hüsnünə arı daraşır. Günəbaxanlar adamla. Günəş dilində danışır. Günəbaxanlar göz vurur, Günəbaxanlar qımışır. Gü...
ANL
Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası. Lənət təhlükəsi təkcə siyasi xadimləri deyil, elm adamlarını, var-dövlət sahiblərini də izləyir. İngilis arxeoloqu Hauard Karter XX əsrin ilk iki onilliyində Qədim Misir tarixinin öyrənilməsinə böyük töhfələr vermiş, onun kəşf etdikləri bu qədim ölkənin mədəni...
ANL
"Gözqamaşdırıcı zülmət"dəki suallar. Konfransda ingilis şair Stefen Spender, filosof Jan-Pol Sartrdan kommunist rejim tərəfindən haqsız yerə mühakimə edilib həbs olunsa necə davranacağını soruşur; dostlarının azad edilməsi üçün kommunizmin mövcud etibarını zədələyərək gələcəyini təhlükəyə atacaq kampaniyaya başlayac...
ANL
İki hissə və səkkiz şəkildən ibarət tragi-fars. Bu pyes Mikayıl Müşfiqin və onun timsalında bütün repressiya qurbanlarının xatirəsinə yazılmışdır. Mənim həyatımın böyük bir hissəsi Sovet İttifaqında keçib. "Stalin" pyesi bu suallara cavab axtarışlarının nəticəsi, bu düşüncələrin ifadəsi kimi yazıldı. DÖRDÜNCÜ ...
ANL
"O qadın"ın yaşadıqları və yaşatdıqları. Əslində, həmin günün axşamında teatrla bağlı başqa bir tədbirə qatılacaqdım. Səhər işə gedərkən fikrimdə həmin tədbir olsa da, yolda təsadüfən bir elan gördüm. Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova eyni saatda baş tutacaq bir tamaşanın premyera...
ANL
Görkəmli maarifçi Ələkbər bəy Rəfibəylinin fəaliyyəti arxiv sənədlərində. Bu iki yazını həmişə maraqla və dərin kədərlə oxuyuram. Çünki burada Azərbaycanın taleyüklü məsələlərində və maariflənməsində, türk dilində Gəncədə məktəb açmasında inadından dönməyən Ələkbər bəy Rəfibəyovun həyat və fəaliyyətindən söhbət ...
ANL
Azərbaycanda müasir ərəbşünaslığın banisi. Azərbaycanın görkəmli şərqşünaslarından yalnız az qisminə yeni bir sahəni yaratmaq qismət olmuşdur. Hələ sağlığında o, müasir ərəbşünaslığın banisi kimi nəinki vətənimizdə, həmçinin, onun hüdularından kənarda da şöhrət qazanmışdır. Eyni zamanda, Bakı hərbi Dəniz məktəbində a...
ANL
Hər üçünü birləşdirən fəlsəfəyə sevgidir. Filosof da yaza bilərdik, ancaq qadının filosofluğunu heç kim qəbul etmədiyinə, hətta bu sözə xüsusi kəskin reaksiya göstərdiyinə görə, deməsək yaxşıdır. Qoy, məqaləni aqressiyasız oxusunlar və diqqəti lazımi məqama yönəldə bilsinlər. Bu səbəbdən, onun da haqqında üçüncü...
ANL
Torpağı vətən edərlər. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) 3 dekabr 202 saylı qərarıyla "Şərəf" medalı ilə təltif edilib. Görkəmli alim türk düny...
ANL
Aktyor əzəməti. Yasin Qarayevin teatrda yarımştata keçəndən sonra oynadığı rollardan biri də Cəfər Cabbarlının "Oqtay Eloğlu" dramının tamaşasındakı Hacı Zaman obrazıdır. Premyerası 29 noyabr 2019-cu ildə oynanılan tamaşanın quruluşçu rejissoru Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Vüqar Hümb...
ANL
Mədəniyyət Nazirliyi Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur. BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESKO) və Yaponiya Hökumətinin birgə təşkilatçılığı ilə cari ilin 12-13 dekabr tarixlərində Yaponiyanın Kyoto şəhərində “Gələcək nəsillərə yatı...
ANL
Başqasının heysiyyətinə toxunan hər hansı neqativ davranış - bağırtı, xəyanət, paxıllıq... Heç də fiziki təzyiqdən az təhlükəli deyil, hətta daha amansızdır; çünki fiziki şiddətdən dəri, yaxud əzələ zədələnirsə, mənəvi-psixoloji hücumlar qəlb qırır, könül sındırır. İnsanın həyatını zənginləşdirən varlıqlar, dav...
ANL
Universitet yaşa dolduqca cavanlaşmalıdır. BDU-nun bugünkü rektoru Elcin Babayev isə Universitetin yetişdirdiyi beşinci nəsl fizikdir. Yüz il öncə parlament Universiteti təsis edəndə bir çox parlament üzvləri bunun əleyhinə getdilər, bu səbəbdən ki, dərs deyə biləcək müəllimlərimiz yoxdur. Bu günə şükür, günlərə ...
ANL