text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Bakıdan sevgilərlə". MOSKVADA YAŞAYAN YAZIÇI, ƏDƏBİYYATŞÜNAS SOYDAŞIMIZ SAMİD AĞAYEVƏ AÇIQ MƏKTUB. Məmməd ORUC. Ötən ilin son günlərində, daha doğrusu, dekabr ayının 22-də Bakı Kitab Mərkəzində mənə avtoqrafla bağışladığın "Bakıdan sevgilərlə" romanında bir haşiyə dərhal diqqətimi çəkdi. Şaşırdıcı informasiya 19...
ANL
Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmuş Qara Qarayevin "Yeddi gözəl" baleti. Səhnə həyatının tarixi" adlı kitab (rus dilində) sənətsevərlərin ixtiyarına verilib. Nazirlikdən bildirilib ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovanın müəllifi olduğu kitabda "Yeddi gözəl" baletinin premyeradan günümü...
ANL
Mən ona görə türk dili yazıram ki, həmin vaxt dilimiz belə adlandırılmışdır. V.Xuluflu ilk yazı qaydalarını da, orfoqrafiya lüğətini də yoxdan hazırlamışdır. Ona görə lüğətlərdən danışanda Vəli Xuluflunun adını qədirbilənliklə xatırlamaq borcumuzdur. Orfoqrafiya lüğətimiz sonrakı dövlərdə təkmilləşdirilmiş, zəngi...
ANL
Azərbaycan tənqidi realizmi yeni araşdırmalar müstəvisində. Tənqidi realizmin estetikasına dair dünya ədəbiyyatşünaslığında kifayət qədər dəyərli tədqiqatlar aparıldığı məlumdur. Azərbaycan ədəbiyyatşünaslığında da milli realizmin tipologiyası və mərhələləri məsələsi son 60-70 ildə aktuallıq qazanmış, bu istiqamətdə x...
ANL
Qədim çin filosofu Konfutsinin sözüdür: "Müəllim yetişmir, doğulur" - bu kəlamları eynən jurnalistlərə də şamil edərdim. Hələ orta məktəbdə oxuyurdum, rayon qəzetinə (Salyanda çıxan "Sosializm yolu") məqalələr yazardım. Bakı-Astara sərnişin qatarı ilə poçt gəlirdi, ilk intizarla gözləyəni məndim: yeddinci sinif...
ANL
Əmri Respublika Baş Arxivlər İdarəsindən gətirmişik. Əmrin məzmunu belədir: Bakı şəhərində Xarici Dillər İnstitutu açılması haqqında. V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Xarici dillər fakültəsi bazasında 1948/49-cu dərs ilində Bakı şəhərində Pedaqoji Xarici Dillər İnstitutu açılsın. İstər-istəməz in...
ANL
"Vətəndaşlarımızın istirahət imkanlarının azalmaması üçün qiyməti artırmırıq". Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Trend-ə müsahibəsi. - 2018-ci ildə əlamətdar hadisə Azərbayca...
ANL
Əvvəl yaşadığımız binada eşitmə və danışma məhdudiyyətli ər-arvad var idi. Onların iki qızları isə tamamilə sağlam idilər və valideynləri ilə ancaq əl hərəkətləri vasitəsilə ünsiyyət qururdular. Sonralar ətrafda belə məhdudiyyətli insanlarla tez-tez qarşılaşırdım və başqalarından fərqli olaraq, mən onlara acıyara...
ANL
Rafiq Hacıyevin əvəzsiz tarzən Əhsən Dadaşov haqqında yazdığı "Ürəyi alovlu Əhsənlə ərköyün Qədirin sənət möcüzəsi" və istedadlı digər tar ustası Həmid Vəkilova həsr etdiyi "Novator" adlı analtik məqalələrini oxuyandan sonra belə bir kiçicik haşiyəyə çıxdım. Hər iki yazıda Rafiq bəy orijinal üslubla tarzənlərin ...
ANL
Xətai Sənət Mərkəzində ilin ilk sərgisi. Xətai Sənət Mərkəzində "Azərbaycan təsviri sənətində qrafika: dünən və bu gün" adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb. "Qrafika 2019" adlı rəsm sərgisi Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) ...
ANL
Xalq şairi Zəlimxan Yaqub anıldı. Xalq şairi Zəlimxan Yaqubun vəfatının üçüncü ili münasibətilə tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək tanınmış şairin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər. Zəlimxan Yaqub kim şairlərin heç vaxt unudulmayacağını söyləyən Əm...
ANL
Operator Etibar Bağırov: "Saçlarımı cəbhədə gördüklərim ağartdı". - Etibar müəllim, ondan başlayaq ki, Xalq Təsərrüfatı İnstitutunu bitirmisiniz, amma heç zaman bu sahədə işləməmisiniz. Ömrünüzü həsr etdiyiniz operatorluq sənətinə gələn yoldan danışaq. O, mənə dedi ki, məni Moskvaya operatorluq sənətini öyrənmə...
ANL
IV Gənc Ədiblər Məktəbi fəaliyyətə başladı. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda dördüncü Gənc Ədiblər Məktəbinin ilk toplantısı keçirilib. Toplantıda AYB-nin rəhbərliyi, keçmiş Gənc Ədiblər Məktəbinin müdavimləri, ədəbiyyat maraqlısı gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AYB-...
ANL
Aşıq Şəmşir Muzeyində Nəsib Nəbioğlu ilə görüş. "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Aşıq Şəmşir Muzeyində kəlbəcərli gənclərin tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Moskva Bölməsinin katibi Nəsib Nəbioğlu ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə "Aşıq Şəmşir" Mədən...
ANL
Ulucanlar həbsxanası, Nazim Hikmət və başqaları... İçəri addım atanda həlim, doğma, isti bir səda səni qarşılayır. Dinləyərək addımlayırsan, mahnının sözlərindən isə belə başa düşürsən ki, içəridə səni tutqun ab-hava gözləyir. Sonra düşünürsən ki, nə qədər ağır ola bilər, uzaqbaşı dəmir barmaqlıqlar, köhnə əşyalar,...
ANL
Bütün irəlilərdən irəlidə könüldü, Mən hamıdan sondayam... Mən hamıdan qabaqda! Ey bir deyil, oncalar, halı olun halımdan, Qarışqa-qarıncalar, çıxmadım haqq yolundan. Ey özündən sondalar, gəlin çatın dalımdan, Mən hamıdan sondayam... Mən hamıdan qabaqda! Həmişə istəmişəm obanın, elin olum, Həmişə istəmişəm olum, Əvv...
ANL
Siseronun bədbəxtliyinə səbəb olan, onun dediyi “bu gənc adam təriflənəcək, hörmətə sahib olacaq və sonra onları itirəcəkdir” sözləri Oktavianın diqqətindən kənarda qalmadı. Oktavian, Antoni və Lenid Triumviratı oktyabrın axırında formalaşmışdı və tezliklə Siseronun edam edilməsi üçün onun axtarılmasına başlandı...
ANL
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, ...
ANL
Yazılı abidələrimizin yorulmaz tədqiqatçısı. Ədəbiyyat tariximizin, ümumiyyətlə, tariximizin tanınmış tədqiqatçısı, yazılı abidələrimizin yorulmaz araşdırıcısı, ədəbiyyatşünas, əlyazmaçı alim, filologiya elmləri doktoru Paşa Əlioğlu (Paşa Əli oğlu Kərimov) Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsi...
ANL
1992-ci ilin may ayında Azərbaycan radiosunun “Vaxt” adlı gənclik proqramında mən fəlsəfə elmləri namizədi Osman Əfəndini həm də o zaman yenicə yaradılmış Türk Milli Demokratik İdrak partiyasının sədri kimi görüşə dəvət eləmişdim. Əvvəlcədən şərtləşdiyimiz kimi, söhbətimizin mövzusu milli şüur və Azərbaycan gən...
ANL
Sözün sönməyən işığı. HƏYATI XATİRƏLƏR XƏZİNƏSİNƏ DÖNMÜŞ UNUDULMAZ ƏDİBİMİZ NAHİD HACIZADƏNİ EHTİRAMLA ANARKƏN... Nahid Hacızadənin vəfatından bir il keçir. Hüzn günü yazmışdım: “Səksən iki yaşın astanasında cismən həyatdan köçən dəyərli qələm sahibinin “bu işıqlı dünyada işıqlı ürəklərin gözəlliyini vəsf edə...
ANL
Müəmmalı qətl və üç versiya... Qadının günahları və günahkarlığı Həvvadan başlanır, deyəsən. Şeytanla əlbirlik də tarixi hadisədir. Müxtəlif tipli günahları dinin, ya da insanlığın tarixi zərif məxluqun ayağına yazıb. Hələ bəzi səhvlərin qarşısını almaq üçün qadağalar da düşünüb, yasaqlar da qoyub. Bütün tarixi...
ANL
Həyat bir bumerqandır. Kim bu fikri necə istəyirsə, eləcə də başa düşməkdə azaddır. Ancaq mən sizə bu yazımda insanın öz kökünə, doğulduğu torpağa, yurda bağlılığından danışacağam. Daha doğrusu, o torpaqların sirli enerjisinin insan ruhundakı, həyatındakı təsir gücündən. Elm, texnologiya inkişaf etdikcə, “o vaxtın...
ANL
Qəribə aurası var Yazıçılar Birliyinin. Hələ gedib çıxmadan, qapısından içəri girmədən insanı öz təsirinə ala bilir. Ona doğru gedərkən sanki tarixin müxtəlif zamanlarına səyahətə çıxırsan. Hələ düşünəndə ki, sənin qalxdığın bu pilləkənlərdə uşaqlığından sevərək, bəyənərək oxuduğun, əlçatmaz hesab etdiyin Azərb...
ANL
Azərbaycan Dillər Universitetində yeniliklər. Bugünlərdə Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və təhsil ekspertləri, QHT təmsilçilərinin iştirakı ilə mediatur təşkil olunub. Onlar imtahan ota...
ANL
Naxçıvan ədəbi mühitinə dair dəyərli tədqiqat əsəri. Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra milli sərvətimiz olan mənəvi dəyərlərimizin də tədqiqi məsələlərinə diqqət artıb. Artıq müstəqillik illərində ədəbiyyatşünaslığımızın yeni bir mərhələyə qədəm qoyduğunu məmnuniyyətlə söyləyə bilərik. Müasir ədəbiyya...
ANL
Yanvarın 12-də "YUĞ" Dövlət Teatrının yaradıcı heyəti teatrın repertuarında yeni tamaşalardan sayılan "Quş dili"ni təqdim edəcək. Teatrdan bildirilib ki, tamaşanın müəllifi - rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi - Təranə Vahiddir. Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Ata...
ANL
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Rəssamlar İttifaqında sərgi açılıb. Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Ziyadxan Əliyevin yaradıcılığından söz açıb. Bildirib ki, Ziyadx...
ANL
Rusiyada Azərbaycan diaspor irsinin fəal tədqiqatçısı. Onun adı və imzası oxuculara çoxdan tanışdır. Mən də bir qələm sahibi olaraq bu maraqlı həmkarımı, qələmdaşımın yaradıcılığını mərkəzi və yerli qəzetlərin səhifələrində işıqlandırmışam. Elə "Qəbələ"nin də 8 və 19 avqust 2014-cü il tarixli nömrələrində Ramin Məmməd...
ANL
Dünyagörüşü Şərq və Qərb düşüncə sistemi əsasında formalaşan Haruki Murakami çağdaş yapon ədəbiyyatının ən görkəmli nümayəndəsidir. Zəngin iqtisadi gücü ilə bərabər, bənzərsiz mədəniyyətə sahib Yaponiyanın ədəbiyyatı da bütün dünyada daim böyük maraq doğurmuşdur. Haruki Murakami yapon bədii yaradıcılığı ilə yanaşı...
ANL
Oraya getməzdən öncə mətbuatdan oxumuşdum ki, festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) və Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşıb. Sərgidə həm yerli, həm də xarici qəhvə və çay şirkətləri iştirak edir. Festivalın keçirilməsində məqsəd qəhvəni Azərbaycanda çay q...
ANL
Mir Cəlalın "Ədəbi tənqid" kitabı mənəviyyat məcrasında. Bugünlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ədəbi tənqidi məqalələrini əhatə edən "Ədəbi tənqid" ...
ANL
Xeyirlə Şərin mübarizəsi yeni təqdimatda. GƏNC TAMAŞAÇILAR TEATRININ SƏHNƏSİNDƏKİ "DON KİXOT" VƏ "PƏRİ CADU" HAQQINDA TƏƏSSÜRATIM. İnsanlara xoşbəxlik bəxş etmək, dünyanın Şər üzü ilə vuruşmaq, xeyirxahlıq etmək keçmiş cəngavərlik nağıllarının, hekayələrinin əsas məğzi idi. Bu mövzu istər Şərq, istər Qərb mədəniyyəti...
ANL
20 illik fəaliyyətə güzgü tutan sanballı tədqiqat. Yarım əsrdən bəri fəaliyyətini davam etdirən Naxçıvan Dövlət Universiteti yarandığı vaxtdan bu günə kimi çox sayda uğura imza atıb. Qocaman universitetin böyük nailiyyətlərindən biri də Tələbə Teatr Studiyasının yaradılması və onun uğurlu addımları olub. 20 ildir ...
ANL
Dilçi alim, ictimai xadim Aydın Məmmədovun 75 illik yubileyinə həsr olunur. Əfsanə adamlar var... Hər sözləri aforizmə çevrilir, zarafatları dillərdən düşmür, müxtəlif miflər, rəvayətlər, əfsanələr qoşulur adlarına. Zamanla özünəməxsusluqdan çıxır bu adamlar, əvvəl yaxın ətraflarına, sonra çoxluğa, bir az da zaman ...
ANL
65 YAŞI TAMAM OLAN TANINMIŞ XANƏNDƏ ŞAMİL ƏHMƏDOV İNDİ CƏBRAYIL VƏ QARABAĞ HƏSRƏTİNİ MUSİQİYLƏ, ŞEİRLƏ OVUTMAĞA ÇALIŞIR. 16 yanvar tanınmış xanəndə, bir çox sevilən mahnıların müəllifi Şamil Əhmədovun doğum günüdür. Artıq uzun müddətdir, sənətdən uzaqlaşan Şamil müəllim lent yazılarındakı əvəzsiz ifaları ilə i...
ANL
Bədii qiraətdə təkrarsızlıq. Şeiri yazmaq qədər onu böyük auditoriyaya təqdim etmək, özündə daşıdığı ruhu insanlara ötürməyi bacarmaq da misilsiz istedad istəyir. Tarix boyu şairlərin öz şeirlərini gözəl səsləndirməsi çox az təsadüf edilən bir hal olub. Buna görə də onların əvəzindən bu məsuliyyətli missiyanı bəd...
ANL
O, yenə iri gözlərinə sürmə çəkib, qırmızı donunu geyinmişdi. Tıq-tıq xanım bu dəfə də gölməçədə boğulurdu. Mən səndən küsdərəcik" deyirdi. Tıq-tıq xanım çar-naçar onun uzun quyruğundan yapışaraq quruya çıxdı. Odur ki, Tıq-tıq xanım çıxış yolunu Şaxta babada, daha doğrusu,onun sehrli çubuğunda görürdü. Əmin idi ki, Ş...
ANL
Bu gün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin çox hörmətli professoru, uzun müddət Televiziya və radio jurnalistikası kafedrasının müdiri, fakültənin dekanı kimi məsuliyyətli vəzifələrdə çalışmış, bu gün kafedranın elmi-pedaqoji məsləhətçisi kimi fəaliyyət göstərən Yalçın Əlizadənin doğum günüdür. Ya...
ANL
Səhnəsiz səhnə aşiqi. Valideynləri - Xalq artistləri Miribrahim Həmzəyev və Zəroş Həmzəyeva Naxçıvan teatrının aparıcı sənətkarları idi. 1943-cü ilin noyabrında “Qaçaq Nəbi” tamaşası oynanılanda orada belə bir mizan vardı: Səlim bəy Nəbiyə göz dağı vermək üçün Həcərin qucağındakı uşağı alıb qayadan dərəyə atır...
ANL
Əlincə şairi. Müzəffər Əlincəli, qürurla daşıdığı təxəllüsündən də göründüyü kimi, qədim dövrlərdən üzü bəri sözün ağır-yüngülünə xüsusi həssaslıqla yanaşılan, çox böyük söz ustalarının vətəni Naxçıvan diyarında dünyaya gəlib. Və ilk şeirləri də vaxtilə "Naxçıvan nəğmələri" almanaxında dərc olunub... Ancaq sonralar ta...
ANL
Mir Cəlalın "Ədəbi tənqid" kitabı mənəviyyat məcrasında. Bugünlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ədəbi tənqidi məqalələrini əhatə edən "Ədəbi tənqid" ...
ANL
GÖZLƏRİM ÖNÜNDƏ BAŞ VERMİŞ HADİSƏ OLDUĞU KİMİ. Hər gün Moskvadan bir neçə yüksək səviyyəli məmur Bakıya gəlir, Mərkəzi Komitədə danışıqlar aparılır, məsləhətləşmələr keçirilir, xalqa müraciətlər edilirdisə də, bunlar heç bir nəticə vermirdi. Mixail Qorbaçov özü qaynatdığı qazanda özü "bişirdi" və bütün kin-küd...
ANL
"Vətən ayrısı Rəsulzadələr" təqdim olundu. Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda, tanınmış jurnalist, tədqiqatçı və tərcüməçi Nəcibə Bağırzadənin "Vətən ayrısı Rəsulzadələr" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə ədəbiyyatşünas və tarixçi alimlər, Rəsulzadə irsinin tədqiqatçıları, Bakı Döv...
ANL
20 Yanvar faciəsi Azərbaycan mətbuatında. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. 1980-ci illərin sonunda Azərbaycanda başlana...
ANL
Müəllif burada həmin anların inkaredilməz məşəqqətlərini dilə gətirir. "Şər şənbəyə bənzəyəmməz hər şənbə;. "Qırğın" rədifli gəraylıyla başlayan əsərin əvvəlində şair qırğının bütün "leksik mənasını" ortaya qoyur. Bu sözün incələnməsi "imperiyanın xilas üçün çaldığı çırtıq, NATO-nun sevinc payından atılan artıq" anl...
ANL
Tanıdığımız və tanımadığımız Əntiqə Qonaq. O zamanlar universitetin jurnalistika fakültəsində təsadüfi adamlar, yəni bu sənəti sevməyən və yaradıcılıq qabiliyyəti olmayanlar təhsil ala bilməzdilər. Qəbul imtahanlarından öncə sınaqlar vardı. Orda əməllicə ələnirdin və sonra imtahanlara buraxılırdın. Bu fakültədə oxuya...
ANL
Mir Cəlalın "Ədəbi tənqid" kitabı mənəviyyat məcrasında. Bugünlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ədəbi tənqidi məqalələrini əhatə edən "Ədəbi tənqid" ...
ANL
Qanla yazılmış faciələr isə, bəlli olduğu kimi, tarixin səhifələrindən heç vaxt silinmir, sanki daşlaşıb orada qalır, heç vaxt unudulmur. Əksinə, zaman keçdikcə, onun üstündən illərin küləyi əsdikcə bu hadisələr yaddaşımızın dərin qatlarına doğru kök atır. Hər birimizin ürəyində işartısı və qığılcımı olan məhəbb...
ANL
20 Yanvar şəhidləri Milli Kitabxanada anılıb. Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər bir dəqiqəlik sükutla yad olunub. Milli Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə...
ANL
Deyəsən, yazılarımın birində bunu artıq sizə demişdim: təsadüflərə inanmıram. Məncə, baş verən hər şey gələcəkdə baş verəcəklərin zəminidir. Elə mənim Fransada yaşayan yazıçı Şain Sinaria ilə tanışlığım, onun “İvon Bottonun arzuladığı həyat” kitabını oxumağım, bax, bu yazının da məhz indi çap olunmasının heç biri təsa...
ANL
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində yazıçı Kamal Abdullanın “Bir, iki - bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi...
ANL
Əjdər Ol İstanbulda Türk Ədəbiyyatı Vəqfinin qonağı olub. İstanbuldakı Türk Ədəbiyyati Vəqfində Azərbaycanın tanınmış şairi və nasiri Əjdər Olun iştirakı ilə “Türkün könül coğrafiyası” adlı konfrans keçirilib. Tədbir zamanı ədibin qələm dostu, tərcüməçi İmdad Avşarın çevirdiyi və Vəqfin nəfis tərtibatda nəşr etdirdiyi...
ANL
Günəş altında parıldayan sənət əsəri: Hamamönü. Qaynar, hərəkətli, rəngli Bakıdan sоnra bu yerlər insana hədsiz sakit, bоz, sоyuq təsir bağışlayır. Elə hava limanından üzü mərkəzə dоğru üz tutanda bu hissə qapılırsan. Buna baxmayaraq tutqun fikirlərin beyninə hakim kəsilməməsi üçün оnları israrla həndəvərindən qоvur...
ANL
İlk Cümhuriyyətimiz: olmuşlar və düşüncələr. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə...
ANL
Keçmişdəki ağrılar və gələcəklə bağlı ümidlər. AKADEMİK RAMİZ MEHDİYEVİN 2015-ci İLDƏ VİLNÜSDƏ LİTVACA NƏŞR OLUNMUŞ “AZƏRBAYCANIN KEÇMİŞDƏKİ İTKİLƏRİ VƏ GƏLƏCƏYİNİN STRATEJİ GÖRÜNÜŞÜ” ADLI KİTABINA YAZILMIŞ ÖN SÖZ. Cəsarətlə demək olar ki, indiyədək Litva oxucusunun müasir Azərbaycan ictimai-siyasi fikrinin ink...
ANL
Milli dəyərlərin bəşəri təcəssümü. XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏNİN “NABAT XALANIN ÇÖRƏYİ” ƏSƏRİNƏ PEDAQOJİ PRİZMADAN BAXIŞ. Azərbaycanın görkəmli ədibi, Xalq şairi Nəriman Həsənzadənin şəxsi həyatını və yaradıcılığını bütövlükdə milli pedaqogika məktəbi adlandırsaq, bizcə, yanılmarıq. Ustad sənətkarın keçdiyi...
ANL
Qələmsiz yazılanlar. Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə, bu da jurnalistikanın, yaxud ədəbiyyatın...
ANL
Şairin hünəri. Poeziya həmişə hünərdir. Sözsüz ki, söhbət həqiqi poeziyadan gedir. Böyük şairlər də qəhrəmanlardır, mənəviyyat cəngavərləridir, amansız dövranların zülmətində Xeyir, Səadət, Azadlıq çırağını yandıranlardır və bu hünərlərinin cəfasını çəkənlərdir. Təqiblər, qeybətlər, sürgünlər və ölüm - budur yaşad...
ANL
Şərq əhvalatlarından Qərb bestsellerlərinə. Mədəniyyətin yaranmasının və formalaşmasının coğrafi yerini müəyyən etmək xalqların və kütlələrin fərdi psixologiyasını öyrənməyə yardımçı olur. Bunun vacibliyi ondadır ki, sürətlə dəyişən dünyada nəyin dəyər olduğunu müəyyən etmək, daha yaxşı yaşam formasını fikirləşm...
ANL
Xalq yazıçısı Anarın essesi Pərvinin təqdimatında. Amma eyni zamanda, dövlətin sənətə münasibətinin daha bir nümunəsi, ədəbiyyatın təbliği üçün növbəti ciddi fürsətdi. Bir il ərzində Nəsimi haqqında araşdırmaların aparılması, silsilə məqalələrin yazılması, şairə həsr olunmuş müsabiqələrin keçirilməsi, tədbirlərin...
ANL
“Akademiya kitab evi”nin arxa həyətindən başlayıb “Hüseyn Cavid” parkınacan uzanan ağappaq şam ağaclarının altında qartopu oynayan və olduqca xoşbəxt görünən sevgililərin yanından keçib, kitabxanaya buruldum. Qarın ayaq altda qalıb çıxardığı o müdhiş xırçıltını duydum və içimdə qəfil peyda olan kövrəkliklə yazıçı olac...
ANL
Qatara yenicə minmişdi ki, ayaqqabısının bir tayı ayağından çıxıb relsin üzərinə düşdü. Döndü baxdı, götürmək istədi, olmadı, qatar artıq fit verib yola düşmüşdü. Yanındakılar maraqla gözlərini fanar edib ona zilləndilər: indi görəsən, Oskar Uayld, bu boyda yazıçı, “Dorian Grey”in müəllifi nə edəcək? Ayaqqabısız q...
ANL
Tanıyaq və tanıdaq! Bu saydan etibarən “Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Pоeziya” adlı guşə açılır. Guşədə İran İslam İnqilabından (1979) sоnra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sоnra dоğulub bоya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qоymadan, ...
ANL
Mən ürək adamıyam. Barmaqlarını feminist sоxma gözümə. Nə özünü dubvarın ikinci cinsinə. Nə də məni niçənin qamçısına düyünləmə! əlimə düşməz оlduğunca uşaqlıq. Səninsə nə çılğınlığın bəlli, nə də yumuşacıqlığın. Oysa mən səni ilk dönə görəndə. uşaq оlsaydım. anamın əlindən belə bоşlanıb qaçardım!.. Güc-bəlayla dоlan...
ANL
Bu əsərində о, yunan siyasi nəzəriyyəsi əsasında Rоma tarixini təsvir etməyə cəhd göstərdi. Siserоn demоkratiyanı, оliqarxiyanı və mоnarxiyanı rədd edirdi (bununla о, bu üçlükdən yaxşı оlan başqa birini nəzərdə tuturdu). Məqsədi isə təxəyyül edilən Rоmanın malik оlacağı qarışıq kоnstitusiyanın xeyrinə çalışmaq i...
ANL
Azərbaycan poeziyasında elə bir şair tapmaq olmaz ki, sevgidən, məhəbbətdən yazmasın, öz könül duyğularını, "ilk və son məhəbbətini" izhar eləməsin. Nəriman Həsənzadə bu mənada nə birincidir, nə də axırıncı. Amma çox az şair tapmaq olar ki, son 50 ildə N.Həsənzadə kimi sevgini bu qədər ehtirasla, hisslərin, duyğuları...
ANL
Miniatür üslubuna müasirlik bəxş edən sənətkar. 75 YAŞI TAMAM OLAN XALQ RƏSSAMI SİRUS MİRZƏZADƏNİN YUBİLEY PORTRETİ. Bakıda və Moskvada ixtisas təhsili aldıqdan sonra - ötən yüzilliyin yetmişinci illərində müstəqil yaradıcılığa başlayan Xalq rəssamı Sirus Mirzəzadənin (1944) təsviri sənətin müxtəlif sahələrində ö...
ANL
İGİD KƏŞFİYYATÇININ DÖYÜŞ YOLU. Qladiator son sözünü döyüş meydanında deyir... Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Horadiz əməliyyatından 5 gün sonra əlahiddə kəşfiyyat bölüyümüzə öz avtomobiliylə gələn döyüşçü haqda danışmağa ehtiyac duyuram. Həm dünya təcrübəsində, həm də bütün Qarabağ savaşı dövrün...
ANL
Cavad xanın xatirəsi onun adını daşıyan dağ zirvəsində də yad edildi. Gəncədə yeni ilin ilk ayında Vətən torpağının azadlığı uğrunda mübarizə salnaməmizin ən örnək simvollarından birinə çevrilən cəsur Cavad xanın xatirəsini yad etmək ənənə halını alıb. Bu dəfə həmin tarixdən düz 215 il keçdiyindən ziyalılar, eləcə də ...
ANL
Adı və əməlləri ucalıqda qərar tutan alim. Hər bir xalqın gələcəyi onun elm və təhsilinin inkişafı ilə şərtlənir. Xalqın milli sərvəti səviyyəsinə ucalmaq, qürur mənbəyinə çevrilmək çox az sayda həqiqi ziyalıya nəsib olur. Elmdə məktəb yarada bilən ziyalılar bu sıradandır. XX əsrin əvvəllərindən başlayaraq, Azərbayc...
ANL
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNİN SABAH QRUPLARINDAN UĞURLU LAYİHƏ. Ölkənin aparıcı təhsil müəssisələrindən biri olan Azərbaycan Dillər Universitetinin (ADU) SABAH qruplarının təşkilatçılığı ilə "Yad et məni" adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi tələbələrin və tədbirin əsas məqsədi yazarlarımızı,...
ANL
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN HÜSEYN CAVİD İRSİNƏ BÖYÜK QAYĞISI DAHİ ŞAİRİN XATİRƏSİNƏ SONSUZ EHTİRAM NÜMUNƏSİDİR. Taleləri bənzər olan insanları bir-birinə bağlayan məqamlar çox olur. Onların simasında xalqın tarixini, xalqın simasında onların varlığını görməmək, duymamaq mümkün deyil. Böyük mütəfəkkir, dahi A...
ANL
“Avrasiyaçılıq ideyalarına Azərbaycandan baxış”. Müasir dünyada gedən proseslər o qədər mürəkkəb və çoxşaxəlidir ki, hər hansı bir ideologiyanın nə qədər uğurlu və real olacağı haqqında fikir yürütmək kifayət qədər çətindir. Dövlətlərarası inteqrasiya, qloballaşma prosesi gücləndikcə hansısa regional ideologiyaları...
ANL
Solmaz Rüstəmova-TOHİDİ. Tarix elmləri doktoru. Ötən həftələrin birində istirahət günlərini Bərdədəki qohumlarımın dəvəti ilə bu qədim şəhərdə keçirdim. Son illər regionlarda, o cümlədən, "kiçik" şəhərlərimizdə aparılan abadlıq işləri göz qabağındadır. Geniş mənada ölkə prezidentinin, məhəlli anlayışda isə icra b...
ANL
DÜNYA İQTİSADİ FORUMU AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA VƏ ÖLKƏMİZİN BÖLGƏDƏ OYNADIĞI ROLA XÜSUSİ ƏHƏMİYYƏT VERİR. İsveçrənin Davos şəhərində 49-cu Dünya İqtisadi Forumu öz işinə başlayıb. Ənənəvi olaraq, hər il keçirilən forum qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi önəmli platformaya çevrilib. Belə bir tədbirə A...
ANL
Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ikinci dəfə nəşr olunub. Yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanının ikinci nəşri işıq üzü görüb. Kitab “Qanun” Nəşriyyatında çap olunub. İlk dəfə 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub...
ANL
Ustad xanəndəmiz Seyid Şuşinskinin əziz xatirəsinə ithaf edirəm. Bu sarsıdıcı xəbər elə bil havaya da hopmuşdu. Sərkərdələr, minbaşılar, yüzbaşılar Mənsurun həlak olmasını hər kəsdən gizli saxlamaq istəyirdilər, amma bu, mümkün idimi?! Əcəl sərkərdə Mənsuru lapdan, gözlənilmədən haqlamışdı. Düşmən üzərində tam ...
ANL
Nəsrin və bədii dilin Seyran Səxavət modeli. Seyran Səxavətin bir yazıçı kimi ən böyük uğuru öz üslubunu yarada bilməsidir. Öz üslubunu yaratmaq hər yazıçıya nəsib olmur. Əslində, bu məqamda "nəsib olmur" sözlərini yazmaq doğru deyil. Üslub yaratmaq istedad, intellekt və zəhmət hadisəsidir. Seyran müəllim həm də Azərba...
ANL
Bir filmin yaşatdıqları: keçmişdə qalanların sorağında. Baxacağım film, oxuyacağım kitabla bağlı öncədən məlumat almaq kimi bir vərdişim yoxdur. İşin sehrini qaçırmaq istəmirəm, hər halda. Elə "Üçüncü günün adamı" filmini də öncədən izləməmişdim, heç saytlarda haqqındakı yazılara da diqqət yetirməmişdim. Halbuki fi...
ANL
Ərbab ağa Məhəmməd: fədakar maarifçinin bioqrafiyasına dair qeydlər. XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarif və mədəniyyət uğrunda əzmkarlıqla mübarizə aparan həm mükəmməl təhsil almış, həm də heç bir təhsil üzü görməyən demokratik ruhlu insanların fəaliyyəti unudulmazdır. İndiyədək belə fədakar şəxsi...
ANL
Mənim vaxtım vardı. Bu sərlövhəni iki səbəbdən seçmişəm. Birinci səbəb: son otuz ildə yüzlərlə insanlar mənə deyirdilər ki, onlar yaxşı roman, pyes, oçerklər yazmaq iqtidarında olublar, lakin buna guya vaxt tapa bilməyiblər. İkinci səbəbin kökləri isə daha dərindir. Çox vaxt bizə elə gəlir ki, zəmanədən kənarda y...
ANL
Acı əfsanə. Yaradan, insanların hamısını. Çiyinlərimizdən iki göyərçin uçdu, Göyün şeh beşiyində. dimdik-dimdiyə dayandılar, Külək buludları itələyirdi, Rəhmsiz ovçu bir gözünü yummuşdu, İki lüləli tüfənginin. dar dəliyindən baxırdı onlara, Lülələr qaranlıq dalan kimi, Dalanın dibində bir cüt köpək gizlənmişdi, Barmaq...
ANL
General İsmayıl xan Kəngərli-Naxçıvanskinin ömür yoluna bir nəzər. Odur ki, ensiklopediyalarda da onun haqqında çox qısa məlumatlar verilib. Halbuki Rusiya imperiyasının arxivlərində və o dövrdə nisbətən qapalı saxlanılan kitabxana fondlarında onun hərbi fəaliyyəti, ümumiyyətlə, ömür yolu haqqında xeyli sənədlər, ...
ANL
Dahi Mirzə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə. Yaşadıqca vaxt anlayışının necə şərti, həm də hərəkətdən, hadisədən, mövcud şəraitdən, tarixdən asılı olduğunu görürsən. Bəzən də sadəcə ovqatdan, ətrafındakı rənglərdən, yaxud içindəki ab-havadan. Məsələn, sevincli anlarındakı bir saatla ürəyin sıxılanda ...
ANL
Ədəbiyyat və yumor. Ədəbiyyatın insanları dəyişmək iddiasını ən yaxşı təzahür etdirən bir janr var - satira. Günümüzdə bir az buna uyğun qara yumor anlayışı da səslənir. Amma arada bir neçə fərq gözümüzdən qaçmır. Öncə satira haqqında bir neçə cümlə danışaq. Satiranın şablon tərifini bir daha səsləndirsək (cəmiyyətin ...
ANL
Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabı təqdim olundu. Qarabağ müharibəsi tarixində elə hadisələr var ki, haqqında ya çox az söz açılıb, ya da ondan heç bəhs olunmayıb. 1993-cü ilin aprelində erməni hərbi birləşmələrinin əsarətinə keçən Kəlbəcər rayonunun ən böyük və ən ucqar kəndlərindən olan Başlıbeldə ba...
ANL
Müharibənin hərfləri. Familin qalın siqaretindən çıxan göyümtül tüstü burula-burula qalxıb tavana yayıldı. Qəsəbəmizdə Famili tanımayan yoxdu. Birdə gördün ayaqlarını sürüyə-sürüyə, çiynini çəkə-çəkə, uşaq-muşağı qabağına qova-qova gəlir. Gəlir gəlməyinə, amma elə bil indi səndələyib yıxılacaq, çınqıl daşların ...
ANL
(Xanəndə Sədi Məmmədovun əziz xatirəsinə). Dan yeri çoxdan sökülmüşdü. Əvvəl-əvvəl gözlərini ovxaladı. Sonra şuşəni yendirib pəncərədən çölə boylandı. Dağların bal kimi havası doldu içəri. Qəmərin xəngəlini yeməmiş Şuşadan keşmək olar? Xəngəli Ağdamda yeyərsən, nə fərqi? Özdəri tezdən durub qaçırlar Şuşaya - Qə...
ANL
Göyün Yerə qələbəsi. Yaşı mini ötən qoca Yaroslavlın sərin sabahlarından biridir. Günəş yenə də üstünə qara buluddan yorğan çəkib bizdən gizlənir. Qanım qaralır: Nə qədər tənbəldir bu qız? Amma eybi yox, quşların canı sağ olsun, budur, parkımızın səmasında ciggildəşə-ciggildəşə gəzişməkdə, uçuşmaqdadılar. Quşun ayaqlar...
ANL
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b...
ANL
Məkansız və zamansız. Nəsimi heç vaxt belə müşkülə düşməmişdi. Əgər “yaşamışdı” sözü dünyada rahatlıq, firavanlıq görmək mənasında düşünülsə, onda Nəsiminin ömründəki belə illərin sayı lap az götürülməlidir. Bunların rahat ömrə aidiyyəti yoxdur. Mübarizələr, möhnətlərə qatlaşa-qatlaşa məsləki, amalları uğrunda ...
ANL
Adı dilimdən çıxanda əks-sədası dünyaya dağılan da, sükuta çəkilib, ölüm kimi susduğum da odur. Ağzımın suyu kimi dilimin altında, gözümün yaşı kimi kirpiyimin ucunda saxladığımdır O. Uçurumundan özümü atdığım da O, ürəyinə düşüb qurtulduğum da. Od olub yandığım da, tez qırılıb soyuduğum da, ətimin üstündən hissə-hissə...
ANL
Ofeliya Aslan: aktrisanın bəxtəvərliyi və faciəsi. Dəlisov, çılğın, şən həyat keçirməyə çalışan, guya qərb dəyərlərini əsas götürən gənc qız... Əslindəsə bu obraz mərhum aktrisamızın həyatıyla tamam ziddiyyət təşkil edir. Atası əslən Güney Azərbaycandan olsa da, bütün uğuru, həyatı burayla, Bakıyla bağlıdı. Sər...
ANL
Qələmsiz yazılanlar. Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın...
ANL
Günortadan sonra Molon onu dəniz kənarındakı çimərliyə aparırdı. O deyirdi ki, bu ona bərabərdir ki, açıq havada üç min adam mızıldanır və ya Senatdakı müzakirələrdə bir neçə yüz adam anlaşılmayan bir qaydada danışır. Molon böyük Demosfeni xatırlamağı məsləhət görürdü. Demosfen natiqin öz fikrini dinləyicilərə a...
ANL
Cənubi Azərbaycanın ən dindar - Ərdəbil mühitində, müctəhid - ali mənsəbli ruhani ailəsində doğulsa da, Meşkin xanlarına məxsus, savadlı və imkanlı dayıları onun uşaqlıqdan iti ağlı və zirəkliyini görərək təhsili ilə ciddi məşğul olaraq dünyəvi biliklərə yiyələnməsinə imkan yaratmışlar. 90-cı illərdə, sərhədlər ...
ANL
Arzuların və ümidlərın işığında. NATİQ MƏMMƏDLİNİN HEKAYƏLƏRİ HAQQINDA DÜŞÜNCƏLƏR. Natiq Məmmədliyə zəng vurdum. Yaradıcılığı, yeni kitabları ilə maraqlandım, yeni kitabının çıxıb-çıxmamasını soruşdum. Əvvəlcədən bildiyim cavabı eşitdim: "Təzə hekayələr kitabım çıxıb". Bilirdim yeni kitabının çıxmağını, bəzi hek...
ANL
Şair Əli Tudənin həyat və fəaliyyət yoluna bir baxış. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair Əli Tudənin babasının adı Cavad, atasının adı Ələmqulu olub. XX əsrin ilk illərində Əli Tudənin atası təzəcə nişanlandığı anası Şahbəyimi, nənəsi Qəribi, xalası Gəlinxanımı götürüb Şimali Azərbaycana gəlir. Ə...
ANL
Əməkdar müəllim Səxavət Tağlar: "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası ölkədə uğurla həyata keçirilir". Beş ildən artıqdır ki, Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası ölkədə uğurla həyata keçirilir. Mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər ...
ANL