text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Nigar Rəfibəylinin şeirləri Finlandiyada səslənib. Sentyabrın 11-də Finlandiyanın Tampere şəhərində Beynəlxalq incəsənət festivalı çərçivəsində Poeziya klubunun tədbiri keçirilib. Ən yaxşı şeir örnəkləri sırasında Azərbaycan Xalq şairi Nigar Rəfibəylinin bir neçə şeiri də səsləndirilib. Tahirə Cəfərovanın fin dili... | ANL |
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu əlaqələrini genişləndirir. Sentyabrın 18-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezi... | ANL |
"Azərbaycan Bəstəkarlar İttifaqı müstəqillik dövründə ilk dəfə özünün təşəbbüsü ilə Almaniyada üç gün konsert verib". APA-nın məlumatına görə bunu, Berlində keçirilmiş “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsertə həsr olunmuş mətbuat konfransında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artis... | ANL |
Qüdrətli söz ustası, mütəfəkkür şair, İmaməddin Nəsimi öz parlaq yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının, ədəbi dilinin zənginləşməsində misilsiz xidmətlər göstərib. XIV əsrin sonu, XV əsrin əvvələrində yaşayıb-yaratmış görkəmli sənətkarın poeziyası ədəbiyyatımızın və ədəbi dilimizin inkişafında yeni bir mər... | ANL |
"APA-Economics"in məlumatına görə, “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1... | ANL |
Müsahibimiz Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadədir. Bu müqavilə hansı zərurətdən və ehtiyacdan irəli gəldi? - "Əsrin müqaviləsi" tarixi nailiyyətdir, önəmli, əhəmiyyətli və əlamətdar hadisədir. "Əsrin müqaviləsi"nə gedən yol ötən əsrin 90-cı illərinin əvvəllərindən, hələ Azərbay... | ANL |
Oduma odlar qarışıb, tüstüm göyə sovrulub, Mənim külümün içində neçə canlar qovrulub. Sevəndə, elə sevirəm ki... Bağrımda uyuduram nadinc hissləri, Qucağımda yırğalayıram nənnisini, Ovuclarımda gəzdirirəm dünyasını, Başına dolanıram havasının, Dodaqlarımla isidirəm buz kəsən savaşını, Nəfəsimə bələyirəm titrəyişlər... | ANL |
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsinin icrasına başlayıb. Iyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu i... | ANL |
Günəşin elçisi. esse-monoqrafiyadan fraqmentlər. Məşhur rus rəssamı İvan Kramskoyun dünyaca tanınan bir əsəri var, Naməlum qadın. O əsər niyəsə mənə Nurəngiz Günü xatırladır həmişə. Tretyakov qalereyasında olarkən o naməlum qadın rəsminin qarşısında xeyli dayandım və içimdə onunla söhbət elədim. Sanki Nurəngiz xa... | ANL |
Döyülən qadının xəcaləti. Gözünün altı göyərir, tonal kremlə üstünü, təbəssümlə üzünü örtüb heç nə olmamış kimi insan içinə çıxır, çünki xəcalət çəkir. Əli, ayağı qırılır, yıxılmışam, qapıya vurub əzmişəm deyib, heç nə olmamış normal yaşamağa davam edir, çünki xəcalət çəkir. Başına bu oyunu ərinin açdığını, sümüyünü... | ANL |
Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası. Xəbər gətirən dedi: "Onlar onun cəsədini götürdülər. Qiymətli cəsədini palçıqdan qaldırdılar, onun xeyli yarası var idi və bədənindən qan axırdı. Onlar onu Londona, kraliçaya göndərdilər. İngilis kraliçası Katerina demişdi ki, o, qənimət kimi kralın cəsədini i... | ANL |
Nəsimi haqqında Suriya aliminin tədqiqatına dair qeydlər. Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin müvafiq sərəncamları ədəbi-mədəni irsimizə olan dövlət qayğısının təzahürü olmaqla Nəsiminin öyrənilməsi və təbliği işinə yeni təkan verir. ... | ANL |
Azərbaycan kinosu yeni inkişaf mərhələsində. Bu il 121 yaşını qeyd edən Azərbaycan kinosu mədəniyyət salnaməmizdə özünəməxsus yerə sahibdir. Həm sovet dövründə müxtəlif vaxtlarda, həm də müstəqilliyin ilk illərində bu sahə çətin sınaqlardan keçib. Bununla yanaşı, milli kino sənətinin tarixində dəyərli ekran nümunə... | ANL |
Heç bilmirəm, bu yazını necə başlayım, nə təhər deyim ki, bütün varlığı ilə torpağa, xalqa, Vətənə, dövlətçiliyimizin qüdrətlənməsinə yaradıcı bir məhəbbətlə xidmət etmiş, unudulmaz rəhbərimiz Heydər Əliyevin nəhəng siyasi xəttinə həmişə sədaqətli olmuş işıqlı bir şəxsiyyətin - respublikamızda kifayət qədər tan... | ANL |
"Azərbaycan musiqi tarixi"nin növbəti cildi təqdim olunub. Sentyabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas alim, Əməkdar elm xadimi, akademik Zemfira Səfərovanın layihəsi və elmi redaktorluğu ilə hazırlanan "Azərbaycan musiqi tarixi" (IV cild) kitabının təqdimatı keçirilib. Üzeyir Hacıbəyli X... | ANL |
Milli Musiqi Günündə konsertlər təşkil olunub. Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi Gününə həsr olunmuş "Xəlqilik, millilik, beynəlmiləllik" mövzusunda tədbir keçirilib. Mərkəzin foyesində sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmi... | ANL |
Kitabxanadan bildirilib ki, sərgidə Ümummilli lider Heydər Əliyevin "Əsrin müqaviləsi"nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində gördüyü işlərdən, müqavilənin tarixi əhəmiyyətindən, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan, neft sənayesinin inkişafından bəhs edən Azərbaycan və xarici dillərdə... | ANL |
"Azərbaycan ədəbiyyatı tarixinin etüdləri" Türkiyədə. Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində akademik Nizami Cəfərovun qələmə aldığı "Azərbaycan ədəbiyyatı tarixinin etüdləri" kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib. Nazirlikdən bildirilib... | ANL |
Görkəmli şəxsiyyət, dəyərli alim. İnsan ömrünün hər dövrünün öz şirinliyi, öz gözəlliyi və özəlliyi var. Yetər ki, ömrün hər kəsimini elə yaşayasan ki, hər anın şirin bir xatirəyə çevrilə bilsin, aradan illər keçəndən sonra dönüb arxaya baxanda peşman olmayasan. Ona görə deyirəm ki, 60 yaş ömrün elə bir məqamıdır ki, ... | ANL |
Yusif Həsənbəydən yeni kitab çıxıb. Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəyin yeni kitabı işıq üzü görüb. | ANL |
Bakı Dövlət Universitetinin təşkili və fəaliyyətinin ilk mərhələsi. Türk xalqları tarixinə yeni parlaq səhifə yazıldı. Avropa və Asiyanın hüdudlarında yeni bir məşəl şölələndi". Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin elm və təhsil sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən biri də müsəlman Şərq... | ANL |
"Əsrin müqaviləsi": müstəqilliyimizin qarantı olan tarixi layihə. Müstəqilliyin demək olar ki, üçüncü ildönümündə nəhəng bir layihə "Əsrin müqaviləsi" imzalandı. Həmin dövrü göz önünə gətirəndə, bu müqavilənin imzalanması, həyata vəsiqə alması indi də çoxlarına əfsanə kimi görünür. Amma Ümummilli lider Heydər Əliye... | ANL |
Görəsən, həyatda elə bir insan varmı ki, onun xəyalları olmasın? Bəziləri xam xəyallarla yaşayır, bir başqaları da ən istəkli arzusuna bütün həyatını sərf edir. Kimisi sevdiyi qadın üçün, kimisi peşəsi üçün, kimisi də sağlamlığına yenidən qovuşmaq üçün. Yəqin ki, bu istək çoxlarımızın həyatında olub. İnsanın xəyalları... | ANL |
Elmi zirvəyə gedən yolun başlanğıcı. Mənim həyatımın ən unudulmaz anı Tələbə Qəbulu üzrə Dövlət İmtahan Mərkəzinin saytında tələbələr sırasında öz adımı gördüyüm anla bağlıdır. Ən çox ona görə ki, mən hələ orta məktəbin lap beşinci sinfindən arzusunda olduğum Bakı Dövlət Universitetinə, bu Universitetin Jurnalistika fa... | ANL |
Yüzillik müharibə. İnsan öz səssizliyində boğular hərdən. Kəlmələrdən daha ağırdır səssizliyin yükü. Cümlələrə tökülən sözlər içinə axdıqca kəlmələrin altında əzilərsən bəzən. Ayaza evsahibliyi edən ürəyimlə çəmənliyə çevrilmiş simam qəribə bir təzad içində. Sağa-sola qaçan dodaqlarım gülümsəməyi biyar zənn edir. Xırda... | ANL |
Bütün orqanlarım ağrıyır. Gündüz Günəşim. Göydə bir buluda saplanmışam, Əvvəllər heç görmədiyim bir buluda. Nifrət etdim, sevdim, oxumağı öyrəndim. Hətta bir neçə kitab da oxudum. İnsanlarla danışdım, düşündüm. Bütün bunlara bir ömür xərclədim. Məncə, doğulduğum gün. Ölümə yoluxmuşam, doktor. Adəm bütün gün kədər ... | ANL |
Torpaq özünü təmizləməyə başlayır. Yavaş-yavaş qar yağır. İsveçrədə Şimaldan Cənuba. Qar yağır, səssizlik və tənhalıq. səhradakı tənhalıq qumu kimi böyüyür. Qar bürclər arasında gəlir. qar yağır zibil dağlarına, insanların cinayətlərini örtmək üçün. qanla kirlənmiş küçələrə. Adamlar kütləvi ölməkdən qorxurlar. itiril... | ANL |
Birinci dünya müharibəsi yoxdur. Atlardan xilas etmək üçün. Atlara qarşı. atların düşündüyü. atların düz-qoş elədiyi. Cəhənnəm olsun hamısı. Ulduzlardan düşdü başıma zəncirli açar, beynimdə ağrı və səs bir-birinə qarışdı. Tanrı, qollarında qaldırmasan, qıfılına düşə bilmədiyim. bədənim dəmir açara çevrilir. Yalvarıram... | ANL |
Ziyarət. Başqa dünyaya. protokol ziyarətinə gəlirmiş kimi. kədərlə qəbiristanlığa gələn qocalar. evə qayıtmalı olduqlarını, həmişəlik. qala bilmədiklərini. düşünməkdən yorulublar. Yorğunluq. Necə də sözəbaxan ölülərimiz var! Vulkan kimi püskürmürlər, Onları özünə bünövrə etmiş. Divarların altında tərpənmirlər. Başq... | ANL |
Oxuculara təqdim etdiyimiz bu şeirləri Oqtay müəllim redaksiyamıza avqust ayında təqdim etmiş, qəzetdə sentyabr ayında - "ali məktəblərdə dərslər başlayanda, tələbələr rayondan gələndə" dərc olunmasını istəmişdi. İndi sentyabr ayıdır, dərslər də başlayıb, tələbələr rayondan qayıdıb gəliblər. Biz, vəd verdiyimiz, ... | ANL |
AMEA Naxçıvan Bölməsində “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” mövzusunda elmi konfrans keçirilib. Tədbir Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə ... | ANL |
Sentyabrin 21-də Milli Kitabxanada Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun anadan olmasının 60 illiyi münasibətilə geniş kitab sərgisi açılıb. "Nizami Cəfərov-60" adlı sərgidə akademikin Azərbaycan, r... | ANL |
Bakıda "Rusiya filmləri həftəsi"nin açılışı oldu. Sentyabrın 23-də Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Rusiyanın "Kinofest" Prodüser Mərkəzinin və "YARAT" Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə təşkil edilmiş "Azərbaycanda Rusiya filmləri həftəsi"nin açılış mə... | ANL |
Adını şərəflə daşıyır. Adqoyma ənənəsi xalqımızın yaşı qədər qədimdir. Azərbaycanlılarda tarixən şəxs adları daha çox Tanrının, peyğəmbərlərin, müqəddəslərin, qəhrəmanların, hökmdarların, şairlərin adları ilə bağlıdır. Qoyulmuş adları şərəflə daşımaq isə başqa məsələdir... Ağstafanın Zəlimxan kəndində Qulu kişinin i... | ANL |
Vurğun Əyyub dünyasını dəyişdi. Taninmış alim və ictimai xadim dünən hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırıldı. Bu günlərdə sosial şəbəkələrdə yaşından, təhsilindən, statusundan asılı olmadan hər kəs tanınmış alim və ictimai xadim, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilk ... | ANL |
Bakı Dövlət Universiteti - Cumhuriyyətin yadigarı. Əsrin zirvəsində parlayan elm ocağı. Bakı Dövlət Universiteti Şərqin ilk dünyəvi ali məktəblərindən biri kimi mənəvi böyüklüyümüzün simvolu hesab edilir. Azərbaycanda ilk ali təhsil və elm ocağı olan Bakı Dövlət Universiteti yarandığı tarixdən bu günə qədər şərə... | ANL |
Vətənə məhəbbət, yaddaşa sədaqət. Hafiz Hacxalılın "Xatirən var" kitabı haqqında. Vətənpərvərlik Vətənə məhəbbətdir, ona sədaqətdir, onun maraqlarına xidmət etmək, öz xalqı, mədəniyyəti, məişəti və əxlaqı ilə qırılmaz rabitəni duymaqdır. Vətənpərvərlik ideyası mahiyyəti etibarilə xalqın milli özünüdərkini təşkil edən... | ANL |
Kitab ilk dəfə İstanbulda nəşr olunduğuna görə Türkiyə türkcəsiylə: "Ben neyim?" Bu prinsipə əsaslansaq məşhur satirik Əziz Nesinin özünə seçdiyi sual-təxəllüs də Azəri türkcəsində: "Əziz Kimsən" şəklində səslənməlidir. Məsələ bunda deyil əlbəttə. Əhməd bəyin vaxtilə özünə özü haqqında verdiyi suala biz bu gün ta... | ANL |
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan "Türk ocağı"nın bərpası konfransı keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun direktoru, professor Mustafa Balcı, Türkiyədən g... | ANL |
Unudulmaz şəxsiyyət. Nazim İbrahimovun xatirəsinə. İnsanın şəxsiyyət kimi formalaşmasında ətrafdakıların rolu əvəzsizdir. Bu adamlar təkcə valideynlər, müəllimlər deyil, bəzən təsadüfən ünsiyyət qurduğun şəxslər də ola bilir. Baxmayaraq ki, alın yazısı təsadüf anlayışını qəbul etmir. Mənim həyatımda da belə insan... | ANL |
Ərşad Əzimzadə: "İnsan üçün Sağlam Həyat Tərzinin alternativi yoxdur". "Ana Təbiət" Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-publisist Ərşad Əzimzadəni əsasən tibb elmi, sağlamlıqla bağlı yazıları, araşdırmalarıyla tanıyırıq. İllər öncə düçar olduğu xəstəliklərdən məhz öz araşdırmaları sayəsində qurtulan ju... | ANL |
Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyətinə dair tədqiqat. Xalqımız, geniş oxucu kütləsi Həsən bəy Məlikov Zərdabini görkəmli müəllim və maarifçi, milli mətbuatın, milli teatrın, xeyriyyə cəmiyyətinin banisi, filosof, təbiətşünas kimi tanıyır. Lakin çoxları bilmir ki, o, 1897-ci ildən ömrünün sonuna qəd... | ANL |
Onun haqqında "vaxtsız getdi" demək mümkün deyil, amma "heyif getdini" onu tanıyanların hamısı dilə gətirməsə də, mütləq ürəyində deyir. Nizami Məmmədov dedim, sonra atamın adını soruşdu, Murad dedim. Və elə o gündən sonra ustadın məsləhəti ilə Nizami Muradoğlu yazmağa başladım. Son zamanlar ustadla Kamil Məhərrəmoğlun... | ANL |
Fizika üzrə elmlər doktoru Niyazi Hüseynovun xatirəsinə. Alimin tanınması üçün onun öz kəşfləri kifayət deyil, gərək onun özünü də kəşf edənlər olsun. Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu dünya elm aləminə tanınmış və gözəl alimlər bəxş edib. Bu adın ardınca çox dəyərli alimlərimizin isimləri və tit... | ANL |
"Kitabxanalar mobil informasiya mərkəzi kimi". Milli Kitabxanada Beynəlxalq Elmi-Praktik konfrans keçirilib. Sentyabrın 27-də M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində 14 ölkə təmsilçisinin iştirakı ilə "Kitabxanalar mobil informasiya mərkəzi kimi" beynəl... | ANL |
Sosial şəbəkələr dövründə ədəbiyyat. "Qələmsiz Yazılanlar"ı necə oxumalı... Müasir incəsənətin ən qabarıq cəhəti kəskin, qatı sərhədlərin yoxa çıxması, divarların əriməsidir. Bugün bütün dünyada interdisiplinar (təlimlərarası) metodlar daha aktualdır. Əslində, müxtəlif sənət sahələrinin bir-birinə inteqrasiyası... | ANL |
Tokioda "Azərbaycan mətbəxi axşamı". Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə Tokionun Haçiyoci şəhərində yerləşən "Hidamari" restoranında "Azərbaycan mətbəxi axşamı" keçirilib. AZƏRTAC xəbər verir ki, qonaqlara mətbəximizin şahı olan plov, yarpaq dolması, "Paytaxt" və çoban salatları, ayran kimi mill... | ANL |
Cavanşir Quliyevin iki cildlik "Divan"ı Mərkəzi Elmi Kitabxanada. Professor Zümrüd Dadaşzadəyə kitabxanaya bir sıra sanballı nəşrlər təqdim edib. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin iki cilddən ibarət "Divan" adlı əsərlər toplusu da... | ANL |
Bizim Yaqub bəy... Və bizim hekayələr... Türkiyənin və Azərbaycanın birliyi, qardaşlığı haqqında çox danışa bilərik və bunu dünyaya bəyan etməyimiz üçün min bir üsulumuz, sübutumuz var. Tarixin, dilin, dəyərlərin, mədəniyyətin, ənənələrin eyniliyi haqqında sonsuza qədər danışmaq olar. Yaqub Öməroğlunun hekayələrini ... | ANL |
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası açıldı. Sentyabrın 27-da Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı oldu. Budəfəki sərgi-yarmarka böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib. Açılışda çıxış edən Mədəniyyət nazi... | ANL |
Niyazi Mehdinin ilk romanı: filosof və yazıçı dilemması. Bizi xoşbəxt olmağa qoymayan zamanın varlığıdı. Zeynəb Xanlarova necə oxuyurdu?.. Amma xanım Xanlarovanın mahnıları daha bu əsrin havasıyla ayaqlaşa bilmir, axı. İndi hər şey konkret, lakonik və tezbazar olub. Qəzetçilik də axsayır artıq. İçi televiziyalar qa... | ANL |
"Bakıda darülfünun olması mümkündürmü?". Bu isə bu günlərin xəbəridir. Amma yüz il əvvəl "Bakıda darülfünun olsun, yoxsa olmasın" sualı indiki kimi sadə səslənmirdi. "Yox" deyənlər isə... bütövlükdə universitet yaradılmasının əleyhinə deyildi, onlar fikirlərini bunun "hələ tez olduğu" ilə əsaslandırırdılar. Bakıda... | ANL |
90 illik milli xoreoqrafiya təhsili: problemlər və perspektivlər. Məlum olduğu kimi, 2019-cu il milli xoreoqrafiya sənəti üçün əlamətdar ildir, çünki 90 il öncə Müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda xoreoqrafiya təhsilinin əsası qoyulub, 5 il öncə isə Bakı Xoreoqrafiya Məktəbinin bazasında müasir dövrdə milli x... | ANL |
Rəşid Təhməzoğlunun "Qorxu" poeması əşirətdən də əvvəlki dövrü, hələ ibtidai insan sürülərinin olmadığı, hələ qəbilənin, tayfanın yaranmadığı, ilk insanın təşəkkül tapdığı çağdan bəhs edir, Adəm və Həvva əhvalatını xatırladır. Hələ insan əli ilə heç nə qurulmayıb, heç nə çirkləndirilməyib. Amma təbiət öz qayda... | ANL |
Ərtoğrol Cavid: erkən bitmiş ömür və bitməmiş əlyazmalar. Ərtoğrul Cavid... Ümummilli Lider Heydər Əliyevin, "yaratdığı əsərləri Azərbaycan xalqının milli sərvəti", "gələcək nəsillər üçün dərslik kitabı" adlandırdığı, ədəbiyyatımızda əfəndiliyi, ecazkar sənəti və sənətkar bənzərsizliyi ilə seçilən Hüseyn Cavid ... | ANL |
Əcnəbi yazarın hünəri. Son günlərdə "525-ci qəzet"də Nəsimi ilə bağlı faktlara söykənən, çox maraqlı iki yazı oxudum: Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın "İmadəddin Nəsimi məqamının bu günü" məqaləsini və şərqşünas alim, professor İmamverdi Həmidovun "Nəsimi haqqında Suriya aliminin tədqiqatına dair qeydlər" m... | ANL |
Bu yaxınlarda arxivimə əl gəzdirəndə təxminən otuz il əvvəl qələmə aldığım bir yazı ilə rastlaşdım. Saralıb-solmuş vərəqlər məni xatirələrin qanadına alıb keçmişə apardı... Ötən əsrin 80-ci illərinin sonları idi. Uzun müddət yaşadığım Ukraynadan Azərbaycana yenicə köçmüşdüm. İçimdə qəribə bir tənhalıq hissi var... | ANL |
"Mən hər səhər dünyanı dəyişmək və bununla bərabər inanılmaz əyləncəli vaxt keçirmək niyyəti ilə oyanıram. Bəzən bu istək gün ərzində görüləsi işlərin siyahısını planlaşdırmağı çətinləşdirir". Əslində, səhərlər hər birimiz bu düşüncə ilə oyanırıq. Bütün bu istəklərimiz üçün isə yetərincə zaman lazım olduğunu düşünürük.... | ANL |
Mənim ilk komandirim. Ömür boyu hər birimizin dilindən "Mənim ilk müəllimim" ifadəsi dəfələrlə səslənir. Sözsüz ki, insan həyatında çox vacib rolu olan ilk müəllimimiz haqqında bu sözün qürurla, məhəbbətlə söylənilməsi çox xoşdur, ürəkaçan haldır. Mən isə bu yazımda İlk Komandirimdən söz açmaq istəyirəm. Elə bir ... | ANL |
Azərbaycan Dövlət İqtisad Universitetinin "UNEC Extern" Mərkəzi. "Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Düşünürük ki, rəqəmsal iqtisadiyyat tələblərinə cavab verən ali təhsil kütləvi ola bilməz. Bu təhsil elitar olmalı və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi... | ANL |
Bu günlərdə məşhur rus yazıçısı, şairi, ssenaristi, müəllif mahnılarının ifaçısı Yuz Aleşkovskinin (əsl adı İosif Yefimoviç Aleşkovski) 90 yaşı tamam oldu. Keşməkeşli həyat sürən, zaman-zaman sovet hakimiyyətinin qəzəbinə tuş gələn yazıçı "Kış, İkiportfel və bir həftə", "Kenquru", "Elektrik qatarına iki bilet", "Ni... | ANL |
Mən yazıqsa adicə bir sovet dustağıyam, Bir bezin qırağıyıq elə burda hamımız. İndiyəcən bilmirəm, vallah, günahım nədi, Amma prokurorlar çox güman ki, haqlıdır. Çarın bir vaxt sizləri sürgünə göndərdiyi. O uzaq Turuxanda əlim-qolum bağlıdır. Götürdük boynumuza qoyulan hər günahı, Məşəqqətli taleyin hər cür oduna yand... | ANL |
Əməkdar elm xadimi, professor Tofiq Məliklinin bu günlərdə işıq üzü görən yeni kitabı - "Suyu axtaran adam" əsəri avtobioqrafik romandır. Burada T.Məlikli kitabı yazmaq səbəbindən, avtobioqrafik romanın yaranma ehtiyacından söz açır: "...mən də, bir çoxları kimi, öz həyat yolumu, necə yaşadığımı, yenidən dünyay... | ANL |
İstədim dirçələm yaz gəlib getdi;. Məni yola salan yolu unutdum, Boynuma sarılan qolu unutdum, Sağımı qorudum, solu unutdum, Məni günahıma bağışla, Allah! Getdi əlimizdən Vətən torpağı, Geymədim əynimə kəfən torpağı, Gücüm yox qaytaram gedən torpağı, Məni günahıma bağışla, Allah! Əllərim çatmayır paralarına, Şerimlə ... | ANL |
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Fransadakı şotland səfiri xəbər verirdi ki, Harri hamıya Merinin necə qiymətli olduğunu deyirmiş. Bu sözlər Marqareti ictimaiyyət qarşısında biabır etmişdi. Meri təsdiq etmişdi ki, onun ərə getməsi üçün Harri hər bir xərci ödəyəcəkdir. Marqaret ömründə heç vaxt belə qə... | ANL |
Mühacirət dramaturgiyamızda Abay Dağlı yaradıcılığının yeri və rolu. Qərb ədəbiyyatında olduğu kimi, Şərq, o cümlədən, Azərbaycan ədəbi xəzinəsində də şərtilikdən, mif və əfsanə motivlərindən, metaforik obrazlardan, rəmzlərdən, cisim-ruh, ağ-qara kimi antonimlərdən istifadə ilə yaradılmış çox sayda nümunələr mövc... | ANL |
Mürşid ilə mürid. Bir sədaqətli mürid öz mürşidini görmək üçün onun xanimanına gəlir, qapını döyür. İçəridən mürşidi soruşur: Kimdir? Müridi adını söyləyir. Mürşid yenə soruşur, mürid yenə adını söyləyir. Fəqət mürşid yenə qapını açmır. Ağıllı mürid fikirləşir: Nəyi səhv edirəm? Üçüncü dəfə qapını döyür, kimsən su... | ANL |
Yetmişinci illərin əvvəlləri idi. Onda hələ rayonda yaşayırdım. Atamla təsərrüfat işlərindən qayıdırdıq. Tarladan evə çatana qədər beş-altı nəfərlə salamlaşdıq və görüşdüyümüz adamların bəziləri atamla söhbət etdilər. Eşitdiklərimin bir neçəsi ürəyimcə olmadı. Rastlaşdığımız adamların hamısı ya qohumlarımız, ya da qon... | ANL |
Azərbaycanşünaslığa sanballı elmi töhfələr müəllifi. Doğma Azərbaycanımızın ən qədim mədəniyyət mərkəzlərindən biri də Naxçıvan diyarıdır. Naxçıvan torpağı böyük şəxsiyyətlər yetirmişdir. Belə şəxsiyyətlərdən biri Azərbaycan Milli Məclisinin deputatı, parlamentin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-p... | ANL |
Türkiyədə nəşr edilmiş "İmadəddin Nəsimi. İrak divanı" təqdim olundu. VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında "Nesimi. İrak divanı" kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, əsər "Azərbaycan kitabının dünyaya tanıdılması" layihəsi çərçivəsində İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə Türk... | ANL |
Yubileydən az sonra universitetin həyatında olduqca mürəkkəb hadisələr başladı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə universitetinin ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar təşkil olundu. Yeni institutların təşkil edilməsi ali təhsilin inkişafında mütərəqqi bir hal olsa... | ANL |
Tanınmış gəncəli rəssam haqda kitabın təqdimatı olub. "Nar Budağı" adlı kitab müasir Azərbaycanda Çini Miniatür sənətinin banilərindən olan Qalib Bağırovun həyat və yaradıcılığına həsr olunub. Gəncə Maarif Evində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İsmayıl Abbasın "Nar budağı" kitabının təqdimatı... | ANL |
Azərbaycan musiqi sənətinə korifeylər bəxş etmiş, bir çox dahinin “Alma mater”i olan, təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan, 90 illik tarixə malik Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Azərbaycanda peşəkar musiqi təhsilinin təşəkkülü və inkişafında müstəsna rol oynayan mühüm təhsil ocaqlarından biridir. 1... | ANL |
Ötən il teatrlarımız üçün uğurlu keçib. Geridə qoyduğumuz 2018-ci il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün uğurlu premyeralar, müvəffəqiyyətli qastrol səfərləri ilə yadda qalıb. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, teatrda yaradıcı əhval ilboyu yüksək səviyyədə olub, səhnə ə... | ANL |
Yeni muzey ünvanları, zənginləşən ekspozisiyalar. Bu il, mədəniyyətin digər sahələrində olduğu kimi, muzey sahəsində də yeniliklərlə yadda qaldı. Tarixi mədəni irsimizin saxlanc yeri olan muzeylərin kolleksiyaları yeniləndi, zənginləşdi, beynəlxalq səviyyəli tədbirlər, sərgilər, treninqlər keçirildi. Eyni zamanda ... | ANL |
Sinəmdə o qədər deyəsi söz var, Sənəmi danışım sənin dünyandan? Qoy sənin öz dünyan özünə qalsın, Söz açım canbəsər mənim dünyamdan. Durmuşam tufanla üz-üzə yalın, Qayalardan sərtəm, dağlardan qoca. Başımız üstündə ağır bir kötək. Şükür kərəminə, şükür lütfünə! | ANL |
Tar köklənib, qara zurna yerində. Şamlar yanır güzgünün qənşərində. Qonum-qonşu xəbərdardı, gəlirlər. Gül-çiçəklə gəlini bəzəyirlər... Qoca-cavan təbrik edir gəlini, Qızıl bantla bağlayırlar belini. Rəfiqələr bir-birilə yarışır, Xına yaxmaq hər gözələ yaraşır... Qız anası baxıb-baxıb kövrəlir, Allah bilir xəyalına nə g... | ANL |
Xalq rəssamı Arif Əzizin 75 illik yubileyinə həsr olunmuş sərgi açılacaq. Yanvarın 15-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin və tələbələrinin “Maestro end Artists” adlı sərgis... | ANL |
Xalq yazıçısı Anarın yaradıcılıq yoluna bir nəzər. Bütün yaradıcılığını daim izlədiyim, əsərlərini sevərək mütaliə etdiyim Xalq yazıçısı Anara həsr etdiyim bu yazını poetik sətirlərlə başlamaq istəyirəm. Yaranmısan, Azərbaycan. Dədə Qorqud kitabında, Nəsiminin xitabında, Xətainin gur səsində, Füzulinin naləsində,... | ANL |
Gövhər Baxşəliyeva: "Nizami fars şairi deyil, fars dilində yazmış Azərbaycan şairidir". "Elmdə mütəxəssislər tərəfindən tam sübuta yetirilib ki, Nizami Gəncəvi məhz Azərbaycan şairdir. Nizami birmənalı şəkildə öz övladı haqqında yazır: "İlahi, sən özün türk balasını qoru". Bunu "525"ə açıqlamasında şərqşünas-alim, ak... | ANL |
Gəncənin Cavad xanı, Cavad xanın Gəncəsi. Əsrlər boyu Gəncə Azərbaycan milli ruhunun aynası, onun mənəvi dəyərlər sistemini formalaşdıran bir məkan olub. Gəncənin sonuncu feodal hakimi Cavad xan Ziyadoğlu-Qacarın, ərazisini genişləndirməkdə olan böyük bir İmperiyanın təcrübəli generalının təklif və təhdidlərinə yalnız... | ANL |
Azərbaycan Respublikasının Prezidenti 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir. İlk Cümhuriyyətimiz: olmuşlar və düşüncələr. Şirməmməd HÜSEYNOV. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə ... | ANL |
Həyatın irəli sürdüyü sınaqlar. Siseron qədim Romanın dövlət xadimi, hüquqşünas alimi və yazıçısı kimi Romada respublika quruluşunun qorunub saxlanması üçün mübarizə aparmış, öz dövrünün ən istedadlı natiqi olmaqla, afinalı yunan Demosfen kimi bu intellekt fəaliyyəti sahəsini xeyli zənginləşdirərək, bəşəriyyət ... | ANL |
1975-ci ildə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Bugünlərdə Azərbaycan Yazıçılar Birliyi 65 yaşının tamam olması münasibəti ilə Asim Yadigarı təbrik edib. Asim Yadigarın şeirlərindən seçmələri oxuculara təqdim edirik. İblislərə iblis kimi görünür elə, Mələklərin göz... | ANL |
Məğlubiyyətin “Xəcalət”i. Yorucu günün sonu idi. Hazırlaşırdım, redaksiyadan çıxım. Birdən otağa Qol.az-ın baş redaktoru Aydın Bağırov daxil oldu. Yarım saatdan da az vaxtım qaldığını, Akademik Milli Dram Teatrına çatmalı olduğumu dedim. Lakin “pik saat” olduğu üçün gecikəcəyimdən gileylənə-gileylənə gödəkcəmi əynimə k... | ANL |
Səhnənin unutmadığı sənətkar: Kübra Əliyeva. Şahanə MÜŞFİQ. 5 yanvar günü dünyaya göz açmış tanınmış aktrisa, Əməkdar artist Kübra Əliyeva haqqında doğum günü ilə əlaqədar yazı yazmaq fikrinə düşəndə təbii ki, ilk işim internetdə axtarış verib onunla bağlı bir qədər müfəssəl bilgi almaq istəyi oldu. Amma min təəs... | ANL |
Adama elə gəlir ki, bütün bayramlar uşaqlıqda qaldı... “Sevinc” sözü də uşaqlıqla, balacalarla assosiasiya yaradır. Zaman, lap ən firavan həyat belə sevincləri korşaldır, yaxud ən azı “təəccüb” duyğusunu zəiflədir. Əslində, müxtəlif ifadələr axtarıb yumşaltmaq istədiyim fikir odur ki, bayram balacalardan ötrüdür. Və b... | ANL |
Uğurlu yazıçı ilə yaxşı oxucunu birləşdirən nədir? Səmimi ünsiyyət! Oxucu ilə yazıçının ünsiyyəti günlərlə, aylarla, illərlə davam edir. Yazıçı görüb-eşitdiklərindən, oxuduqlarından, təsəvvür etdiklərindən oxucuya danışır, onun dünyagörüşünə, savad və təcrübəsinə töhfə verir. Oxucu isə həvəslə ona həyatın min bir ... | ANL |
Kamal Abdullanın “Yarımçıq əlyazma”sı Britaniya Kitab Klubunda müzakirə edilib. Dekabrın 20-də Birləşmiş Krallığın Oxu üzrə Dünya Kitab Klubunda “Yarımçıq əlyazma” romanı müzakirə edilib. Bu barədə əsəri ingilis dilinə tərcümə edən Anna Tompson məlumat verib. O, imkan taparaq görüşdə iştirak edib və müzakirə haqqınd... | ANL |
Azərbaycan Dillər Universiteti: bu gün və sabah. Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyevanın müsahibəsi. - Azərbaycan Dillər Universitetində həyata keçirilən işləri necə qiymətləndirirsiniz? - Artıq iki ilə yaxındır ki, universitet əməkdaşları sakit, əmin... | ANL |
Qafqaz Hərbi-Tarixi Muzeyi: Naxçıvan tarixindən səhifələrin izi ilə. XVIII əsrin ortalarından etibarən Naxçıvan üçün ciddi sınaqlar dövrü başlandı. Yeni Naxçıvan tarixi dövrünə qədər keçilən bütün yüzilliklərin siyasi sınaqlarına Naxçıvan mərdliklə sinə gərdi. Ötüb gedən bu yüzilliklərdə orijinal tarix səhifələri ... | ANL |
Qəbələ - antik dövrün yadigarı... Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qəbələ zəngin və çoxəsrlik tarixə malikdir. 1959-cu ildə aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid əşyalar, əmək alətləri və cisimləri bu ərazilərdə yaşayış olduğunu sübut edib. Məlum olub ki, Çuxur Qəbələ kəndinin hənd... | ANL |
Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat mükafatının yeni laureatları müəyyənləşdi. “Vektor” Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının 2018-ci il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən aç... | ANL |
Qələmsiz yazılanlar. Rəşad MƏCİD. Bir dəfə Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə cavab vermişdi: “bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, y... | ANL |
Azərbaycan bədii janr ənənələrinin Sabir Rüstəmxanlı yaradıcılığında bərpası. Salidə ŞƏRİFOVA. filologiya üzrə elmlər doktoru, dosent. Görkəmli ədibimiz Sabir Rüstəmxanlının "Milli taleyimiz və biz" (Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmalarım) və "Astar" adlı bu iki əsərini mütaliə etdikcə, onun bir... | ANL |
Şəki ilə ilk tanışlığım. Danışığının "duzu" onu digər müəllimlərdən çox fərqləndirirdi... Dolu bədənli, daima hərəkətdə olan bu "toppuş" riyaziyyat müəllimi öz forma və məzmununa görə şagirdlər tərəfindən "təkər" ləqəbinə "layiq görüldü" - bu, gördüyüm ilk Şəki təmsilçisi oldu (ruhu şad olsun)... 80-ci illərin əvvəl... | ANL |
"Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası" işıq üzü gördü. Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur ... | ANL |
İçərişəhərdə keçirilən "Qış Qalası" festivalı başa çatdı. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, festival müddətində paytaxt sakinləri və qonaqları Qoşa qala meydanında müxtəlif növ suvenir, əl işləri və digər bayram atributlarının satışı üçün nəzərdə tutulan "Qış Qalası" çadırların... | ANL |
Xətai Sənət Mərkəzində növbəti sərgi maraqla qarşılandı. Xətai Sənət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş rəsm sərgisi açılıb. Sərgidə, həmçinin "Kids Fashion Design" adlı layihə çərçivəsində dəb nümayişi də olub. Belə ki, uşaqlar tərəfindən çəkilən moda eskizləri əsasında tikilən ... | ANL |
Musiqi məktəbində nəzəriyyə olimpiadası təşkil olundu. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində III nəzəriyyə olimpiadası keçirilib. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş məktəbdaxili olimpiadada 5 komanda həm şifa... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.