text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Edam ərəfəsində yazılanlar. "Günəş işığı düşməyən zindanda oturub edam ediləcəyi günü gözləyən insan nə edər" sualına, yəqin ki, çoxunuz "keçmişdəki xoş günlərini xatırlayar" deyəcəksiniz. Çünki özü edamını gözləyərkən düşünmüş və ən məşhur əsəri olan "Fəlsəfənin təsəllisi"ni yazmışdı. Sonuncu Roma filosofu olan Boesiu... | ANL |
Rəvan CAVİD. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə "Qanun" nəşriyyatı tərəfindən Əli Kərimin məşhur şeirləri yenidən, "Metronun yaylı qapıları" adı ilə nəşr olundu. Nəşrin tərtibçisi və ön sözün müəllifi AYB-nin katibi Rəşad Məcid, redaktoru isə Yusif Rzayevdir. Şeirlərində dərin-dərin həsrətini çəkdiyi Ayın, ... | ANL |
GƏNCƏNİN BU QƏDİM VƏ MÖHTƏŞƏM TƏBİƏT GUŞƏSİNİ, ELƏCƏ DƏ BURANIN ZİYARƏTÇİLƏRİNİN HƏYATINI TƏHDİD EDƏN SƏBƏBLƏR HANSILARDIR? Yoxsa bədbəxt "sürprizlər"lə üzləşmək mümkündür! Bugünlərdə bağdakı böyük bir çinar xəfif bir yelin havasına, yaxında dayanmış bir avtomobilin üstünə aşdı. Yaxşı ki, hadisə xəsarətsiz ötüş... | ANL |
İlk sistemli dövrləşdirmə konsepsiyası. Bu yazıda akademik İsa Həbibbəylinin bir ictimai xadim, elm təşkilatçısı və ədəbiyyatşünas-alim kimi yaradıcılıq faktları ilə zəngin olan, gərgin və genişmiqyaslı fəaliyyətinin əhəmiyyətli bir səhifəsindən söz açmağı nəzərdə tuturam. İsa Həbibbəylinin gərgin və genişmiqyas... | ANL |
Vilayət QULİYEV. Təbii ki, Əhməd bəy də bu mühüm tarixə münasibət bildirməkdən kənarda qala bilməzdi. Üstəlik də, Peterburqun onun həyat yolunun müəyyənləşməsində və gələcək seçimində mühüm rolu vardı. 1887-ci ildə Şuşa real məktəbinin 7-ci sinfini, növbəti ildə isə Tiflis real məktəbinin son sinfini birinci şagird k... | ANL |
Şəkidə Xalq rəssamı Əşrəf Heybətovun sərgisi açıldı. Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Almaniyada yaşayan həmyerlimiz, UNESCO Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Xalq rəssamı Əşrəf Heybətovun "Ekspress" adlı sərgisi təşkil edilib. Sərginin açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyəti başçısının... | ANL |
Peterburq xatirələri. Peterburqda iki dəfə olmuşam. Ora müqəddəs yerlərə ziyarətə yollanan bir mömin kimi, ülvi, munis hisslərlə getmişdim. Mənim, başdan-başa heyranlıq hisslərinə bürünmüş on doqquz yaşlı gəncin qızğın təxəyyülündə Pyotrun şəhəri fantastik, nağılvari xüsusiyyətlər kəsb etmişdi. Bütün rus tarixin... | ANL |
Kürdlər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb. İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-c... | ANL |
Vətənə və xalqa məhəbbətdən güc alan poeziya. Naxçivan Ədəbi Mühitinin Taninmiş Nümayəndəsi Şair Muxtar Qasimzadənin Yaradiciliği Haqqinda Qeydlər. Çoxəsrlik inkişaf yolu keçmiş, zəngin ənənələrə malik Naxçıvan ədəbi mühitinin görkəmli yetirmələrindən biri Muxtar Qasımzadədir. Naxçıvanda poeziyanın inkişafında Mux... | ANL |
Dünyaya fərqli poetik baxış. İndiki dünyada insanın sevinmək məqamları nədənsə xeyli azalıb. Yəqin bu qloballaşan dünyamızın diktə etdiyi psixoloji əhvalla əlaqədardır. Mənim də yaşımın bu çağında mühitdən gələn impulslardan o qədər də əhvalım xoş olmur. Uzun illərdir ali məktəbdə pedaqoji fəaliyyət göstərirəm, ... | ANL |
İsi Məlikzadənin ruhuna ehtiram naminə... Görkəmli Yaziçinin Ağcabədidəki Ocağinin Onun Ev Muzeyinə Çevrilməsi Mədəni İctimaiyyətin, Ölkə Ədəbiyyatsevərlərinin Və Rayon Sakinlərinin Çoxdanki Arzusudur. Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, qüdrətli qələm sahibi olan nasir, dramaturq İsi Məlikzadə ötə... | ANL |
Vüsal Babayeva: "Ünsiyyət qıtlığı cəmiyyət üçün çox böyük problemə çevrilib". İctimaiyyətlə Əlaqələr Üzrə Gənc Mütəxəssis Hesab Edir Ki, İnsanlarda Bir-Birinə Qarşi İnamsizliq Son Zamanlar Xeyli Artib. Türkiyədə yaşayan həmyerlimiz Vüsal Babayeva Azərbaycanda ingilis dili tərcüməçisi ixtisası üzrə ali təhsil ala... | ANL |
Səssiz hekayələr. Hekayə janrı Türk leksikonunda həm də "düzyazı" anlamını verir. Türk ədəbiyyatı nəzəriyyəsində epik növü anladan bu ifadə Azərbaycan türkcəsində sadə, düz, hamar yazı mənasını ifadə edir. Yaqub Öməroğlunun hekayələrini oxuyarkən ağlımdan keçir ki, bu hekayələr doğrudan da, elə düz yazılardır. Onun he... | ANL |
Yaxud "Güzgü"Dən Boylanan Həyati Hekayə. Sənədli-bioqrafik nəsrin yeni nümunələrindən biri olan, Həmayil Əhmədqızının qələmə aldığı "Güzgü" hekayəsi bir çox cəhətilə diqqət çəkir. Bu hekayədəki qəhrəmanımızın 1 əsrlik tarixi var. Niyə məhz qəhrəmanımız dedim? Tədbirlər sırasına "BDU xatirələrdə" adlı müsabiqə də... | ANL |
İlham Qəhrəmandan yeni kitab: "Şairin vətəni sevgidir". "Qanun" nəşriyyatında şair İlham Qəhrəmanın yeni şeirlər kitabı çap olunub. O, "Şairin vətəni sevgidir" adlanan kitabı 60 yaşının tamamında üzvü olduğu qurum tərəfindən ona bir hədiyyə kimi qəbul etdiyini vurğulayıb. Belə ki, kitab bütövlükdə Azərbaycan Yazıçılar ... | ANL |
"Təbriz teatrı və Böyükxan Naxçıvanski" işıq üzü gördü. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun "Təbriz teatrı və Böyükxan Naxçıvanski" adlı monoqrafiyası nəşr olunub. Monoqrafiyada Təbriz teatrı ha... | ANL |
İsrailli şairin Azərbaycan dilinə tərcümə edilmiş kitabı təqdim olundu. Sentyabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış yəhudi şairi Raxel Bluvşteynin (1890-1931) Azərbaycan dilinə tərcümə olunmuş şeirlər toplusunun təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, kitabda şairə Raxelin Azərbaycan dilinə tər... | ANL |
Nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən böyük insanların nurlu çöhrəsi bəzən bütöv bir dövrün obrazı kimi göz önündə canlanır. Yaşadıqları dövrün real imkanlarını mənimsəyib zamanın fövqünə qalxmağı bacaran belə insanlar xalqın mənəvi-intellektual potensialını qoruyur, milli intibaha xid... | ANL |
Azərbaycan - Tatarıstan ədəbi-mədəni əlaqələrinin qədim tarixi və böyük ənənələri vardır. Lakin bu əlaqələr XIX əsrdə və XX əsrin əvvəllərində tamamilə yeni mərhələyə çevrilmişdir. Görkəmli Azərbaycan alimi Mirzə Kazım-bəyin Kazan universitetində təhsil alması və Tatarıstandakı fəaliyyəti elm və maarifçilik sahə... | ANL |
Koreya nəsrindən iki nümunə haqqında qeydlər. Bədirxan ƏHMƏDLİ. Asiya xalqları ədəbiyyatı haqqında Azərbaycan oxucusunun təsəvvürü azdır, çünki Avropa ədəbiyyatından fərqli olaraq ədəbi mühitimiz Asiya xalqlarının ədəbiyyatına az maraq göstərir. Bu tendensiya sovet dövründən bugünə qədər davam edir. Uzun müddət ... | ANL |
Dərya Akdəmir: "Azərbaycan bayrağı dalğalandıqda ruhum sonsuz rahatlıq tapır". "TÜRKİYƏDƏ AZƏRBAYCAN MİLLİ RƏQSLƏRİNİ BEYNƏLXALQ MÜSTƏVİYƏ ÇIXARAN YEGANƏ QURUM BİZİM ANKA RƏQS VƏ SƏNƏT KLUBUDUR". Türkiyəli sənətçi Dərya Akdemir İğdırda doğulub. "ANKA" Azərbaycan Rəqs və Sənət Klubunun rəhbəridir. Dünya Rəqs və S... | ANL |
Soyuq gecələrdə keçən uşaqlıq. Unudulmaz Türk Ədibi Tezər Özlünün Xatirəsinə. Havalar günbəgün isinir. İşlədiyim müəssisədə mənə verilən masa və kompüter. Kompüterimdə yazmaqda olduğum "İntihara sürüklənən qələmlər" kitabımın fayl versiyası. Gecələr kağız üzərində yazdığım dağınıq cümlələri işdən fürsət tapdıqc... | ANL |
Ay sevdiyim ağac, sevdiyim torpaq, Ay sevdiyim ürək, ürək deyilsən. Çıxmayır yadımdan zarafatların, Qəlbimdə fikirlər ələk-vələkdi. Süfrənin üstündə soyuyur çayım, "Taxta" çömçəniz də çilik-çilikdi. Pənah gətirmişdim, gülüm, sən ada, Sərhədlər yolumu qandallayarmış. Saçından ötəri əlim Kür olub, Tellərin xiffətdən heç... | ANL |
Mədəniyyət tariximizə dair dəyərli tədqiqat əsəri. Onun çapdan çıxan "Təbriz teatrı və Böyükxan Naxçıvanski" adlı monoqrafiyası da günümüzə qədər tam olaraq tədqiq edilməmiş bir mövzunun elmi təsdiqi və ictimaiyyətə təqdimidir. Təbriz teatrının yaranma tarixinin arxiv sənədləri əsasında təsdiqi, buradakı aktyor v... | ANL |
Sözün qüdrəti. Bu bir həqiqətdir ki, insan xilqətən sözə möhtac varlıqdır. Uşaqlıq dövründən ta ixtiyar yaşınadək sevincini, fərəhini sözlə bildirər, sözlə şadlanar, sözlə qanadlanar. Bir acı sözdən yayın qızmarında üşüyər. Bir xoş sözdən qışın şaxtasında belə qəlbən isinər. Sözün ölçüyəgəlməz əzəməti, qüdrəti... | ANL |
Elmimizin inkişafını dar çərçivəyə salmayaq. Məqalədən hiss olunur ki, həmkarım Aida xanım elmimizin, xüsusilə də humanitar sahənin gələcəyinə biganə deyildir. Bu yazıya görə hörmətli Aida xanıma böyük təşəkkürlər düşür. Aida xanım cəsarətlə elmimizə mane olan problemlərin üzərinə gedir və ürək yanğısı ilə bild... | ANL |
İmadəddin Nəsimi məqamının bu günü. Və Ya Hələbin Baş İnşaat Mühəndisi Əbdülrəhman Əl-Jasserin Məqaləsinin İzi İlə. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin söz dühalarımızdan İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı 15 noyabr 2018-ci il və 2019-cu ilin ölkəmizdə “Nəsimi... | ANL |
Vətən qəhrəmanı. Xəzərin qoynunda. Lənkəranı bol məhsulu, əla çayı, ətirli limon və portağalı ilə tərifləyirlər. Ancaq bu sahil şəhərin mənzərəsindən, təbii gözəlliklərindən az deyirlər. Baharın günəşli günlərində yaşıl köynəyini geymiş, lalə-mərcanını və çiçək mirvarisini taxmış Talış dağları, Xəzəri seyrə gələn ... | ANL |
Görkəmli akademikin publisistikası. Azərbaycan elmi fikri və ictimaiyyəti akademik Məmməd Cəfər Cəfərovu görkəmli elm xadimi, böyük ədəbiyyatşünas alim kimi qəbul etmişdir. O, sözün əsl mənasında Azərbaycan ədəbiyyatşünaslıq elmi tarixində elmi məktəb yaratmış azsaylı görkəmli alimlərdən biridir. Bu görkəmli alimin... | ANL |
Sentyabrın 7-də Azərbaycan Milli Kitabxanasında teatrşünas-tənqidçisi, jurnalist, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimlinin anadan olmasının 70 illiyi münasibətilə "İlham Rəhimli-70" adlı geniş kitab sərgisi açılıb. Təqdim olunan sərgidə müəllifin əsərləri, redaktoru o... | ANL |
Ramil Əhməd “İki şəhərin yazıları”nı imzaladı. Sentyabrın 7-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü Ramil Əhmədin “İki şəhərin yazıları” adlı, esselərdən ibarət kitabının təqdimatı və imza mərasimi keçirilib. Tədbiri Milli Ki... | ANL |
İkinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının proqramı açıqlandı. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında bir sıra yeniliklər olacaq. Heydər Əliyev Fondundan APA-ya verilən məluma... | ANL |
TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb. Kollektivin səfəri Qazaxıstandan başlayıb. Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Bunu... | ANL |
Mədəniyyət məbədgahının fəaliyyətinə verilən yüksək qiymət. Beş min illik tarixi özündə yaşadan Naxçıvan bu gün dünyanın diqqət mərkəzindədir. Görkəmli pedaqoq və elm xadimi Əziz Şərif nahaq yerə Naxçıvanı ərazicə kiçik, mənəviyyatca böyük diyar adlandırmayıb. Naxçıvan dünya ədəbiyyatına Hüseyn Cavid, Cəlil Məmmə... | ANL |
Azərbaycanın Böyük Qafqaz dağlarının ətəklərində, Kürmükçay və Hamamçayın kəsişdiyi yerdə Səngər adlanan bir dağ keçidini nəzərə almasaq, dörd tərəfdən uca, bəzən ilboyu qarla örtülü dağlarla əhatə olunmuş zəngin tarixə malik bir kənd-ilisu! Şimaldan Rusiyanın Dağıstan Muxtar Respublikası ilə sərhədlənən, eni b... | ANL |
Evoğluda doğulub, el oğluna çevrilmiş vətənpərvər oğlan. "Silaha Sarılmasaydiq, O Qədər Şəhid Verməsəydik, Daha Çox Torpaqlarımızı İtirərdik". Onunla təxminən on il qabaq Qaradağ Rayon Hərbi Komissarlığında (indi adı dəyişdirilib) tanış olmuşduq. Mülki vəzifədə çalışırdı. İş otağında başının üstündən asdığı çərçivə... | ANL |
Fəsillərdən yenə payız gəlir. Təqvimə görə artıq başlasa da, təbiətə görə hələ yol gəlir. Hələ köçünü tam daşımayıb. Kimə görəsə gəlişi üçün hələ tezdir, kimə görəsə tam zamanıdır. Türk dillərinin çoxunda küz - gün düşməyən yer kimi başa düşülür. Etimologiya lüğəti). Əslində, "mövsümlərdən ən gözəli hansıdır? Bərəkət f... | ANL |
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana di... | ANL |
İlk və orta təhsilini doğma şəhərində alıb. Ali təhsilini isə dil və ədəbiyyat sahəsində davam etdirib. Xiyav şəhər okulunda müəllim işləyir. İstər Bakıda, istərsə də İranda fərqli dərgi, toplu və internet portallarında yayımlanan şeirləri, eləcə də "...Və qadın danışır" adlı kitabı Səhərə geniş oxucu auditoriy... | ANL |
Üzeyir bəy Hacıbəylinin publisistik irsinə bir baxış. Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi Üzeyir bəy Hacıbəyli dahi bəstəkar, pedaqoq, yazıçı, dramaturq, ictimai xadim, milli operanın banisi kimi adını ədəbiyyat və mədəniyyət tariximizin salnaməsinə yazıb. Xalqına təmənnasız xidmət edən Ü.Hacıbəyli... | ANL |
Müasir dövrdə dövlət-din münasibətləri. Din və dövlət münasibəti ideologiya və hakimiyyətin çox zəif müvazinəti üzərində qurulmuş idarəetmə sisteminin möhkəmliyinin mühüm elementidir. Bu çətin həll edilə bilən məsələ tarixən bütün bəşəriyyəti narahat edib və bu gün də etməkdədir. Əslində, dinlərin tarixi dövlətlərin t... | ANL |
Bu sehrli aləm düz 63 ildir, Azərbaycan tamaşaçısını ağuşuna almaqdadır. Fəaliyyətə başladıqdan sonra azı 30 il ağ-qara görünüşlü, hərdən rəngsiz də deyilən veriliş və reportajların nə qədər rəng çaları olduğunu zaman ötdükcə daha dərindən dərk edirik. Bu rəngsizlik içərisində böyük rəngarənglik, ağ-qaranın saysız pali... | ANL |
Cümhuriyyət xadimlərinin prometeyçi polyak müttəfiqi. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycanın ilk Ədliyyə naziri Xəlil bəy Xasməmmədov (1873-1947) 28 aprel çevrilişindən sonra mühacirətdə yaşayarkən milli oyanış və istiqlal uğrunda apardığı siyasi mübarizəni öz qələmi ilə davam etdirib. O, Azə... | ANL |
Tadeuş Holuvkonun xatirəsinə. Bu, elə bir kədərli tarixdir ki, biz həmin gün Tadeuş Holuvkonu itirdik. Mərhum, yenidən müstəqillik əldə etmiş Polşanın görkəmli dövlət xadimlərindən və siyasi fəallarından biri idi. Onun faciəvi ölümü barədə qara xəbər təkcə Polşada acı və fəlakətli bir hadisə kimi qarşılanmadı, öl... | ANL |
Akademik İsa Həbibbəylinin yeni monoqrafiyası nəşr olundu. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası çap olunub. "Elm" nəşriyyatında işıq üzü görən kitab Azərbayca... | ANL |
Özbəkistan Mediasinda Bu Mövzuda Məqalə Yayımlanıb. Özbəkistanın nargis.uz portalında rus dilində "19-cu əsrdə Şuşada necə geyinirdilər" sərlövhəli məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə ümumən Qarabağda və Şuşada geyinilən üst qadın və kişi libasları haqqında söhbət açılır, bu paltarların oxşar və fərq... | ANL |
Misir Mərdanovun "Azərbaycan riyaziyyatçıları" kitabı çapdan çıxdı. Kitabda qədim dövrdən indiyədək Azərbaycanda riyaziyyat elminin inkişafında xidmətləri olan alimlər haqqında biblioqrafik məlumat verilib. Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın m... | ANL |
Azərbaycan Universitetinin professoru Asif Hacıyevin Türkiyədə nəşr edilmiş "Ahıska türk folkoru" və "Rus ədəbiyyatında Qurani-Kərim" kitablarının elektron variantları beynəlxalq Amazon.com şirkəti tərəfindən satışa çıxarılıb. Universitetdən bildirilib ki, Atatürk Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan "Ahıska tü... | ANL |
Nəsiminin 650 illiyi Berlində xüsusi konsertlə qeyd edilib. Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi”... | ANL |
Nazir: "Dövlətimiz yaradıcı insanların fədakar əməyini yüksək qiymətləndirir". Mədəniyyət naziri bildirib ki, yeni mövsüm Azərbaycanın mədəni həyatında önəmli hadisələrlə zəngin olacaq. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəx... | ANL |
Rəşad Məcidin statusları və SMS dünyası. Yaxud Sosial Şəbəkə Ədəbiyyatına Giriş. Bugünlərdə "Qanun" nəşriyyatında şair-publisist Rəşad Məcidin "Qələmsiz yazılanlar" adlı yeni kitabı işıq üzü görüb. Müəllifin son 10 ildə yazdığı status-esseler və SMS-esselərin toplandığı kitaba AMEA-nın vitse-prezidenti, akademik... | ANL |
Bölünüb. Nə vaxtsa dünya biriydi, indi ikiyə bölünüb. ağrılar çox kimi dəyişib, tüstülər ah kimi dəyişib, ömürlər təkliyə bölünüb. Soyuq kimi daşıyıram. üzümü ovuclarımda... Səsimin titrək yerindən. çöhrəni xatirəmdə. Yenə sevgililər yağışdan qaçır, yağış çiçəklərin üstünə yağır. Duman örtük kimi çəkilir yerə, ağac... | ANL |
Bu il dəyərli ziyalımız, görkəmli dilçi-ədəbiyyatşünas alim, əziz qardaşım Nizami Cəfərovun 60 yaşı tamam olur. 60 yaş, həyatın hansısa mərhələsinin yekunlaşdığı, irəlidə gələn növbəti, daha məsul dövrə adlanılacaq həlledici keçid məqamı - insanın, özü və yaşadığı cəmiyyət qarşısında verəcəyi ilk hesabat anıdır. Düşü... | ANL |
Mərkəz Ötən Bir İldə Uğurla Fəaliyyət Göstərərək Ölkə Kitabsevərlərinin Sevimli Məkanına Çevrilib. Çox deyil, cəmi bir neçə il öncə ölkəmizdə kitab satışı, mütaliə həvəskarlarının asudə vaxtlarını səmərəli keçirəcəkləri kitab mərkəzləri haqqında söhbət düşəndə hər birimizin qəlbini təəssüf hissi bürüyürdü. Paytaxtın... | ANL |
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Əri Marqaretə deyirdi ki: "Əgər lənət Tüdorların oğlan uşaqları olmayacağını və onların xəttinin övladsız qızla başa çatacağını deyirsə, onda sən uşağa hamilə olmağa qadir olmayacaqsan. Heç vaxt nə Katerina Araqonlu, nə sənin bacın printsessa Meri sağlam oğlan uşağ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb. İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu i... | ANL |
Mühacirət dramaturgiyamızda Abay Dağlı yaradıcılığının yeri və rolu. Abay Dağlının "Füzuli" pyesinə qədər də Azərbaycan ədəbiyyatında Füzulinin bədii obrazı yaradılmışdı. Belə ki, poeziyada ilk dəfə Xalq şairləri Rəsul Rzanın "Füzuli" və Bəxtiyar Vahabzadənin "Şəbi-hicran" poemalarında Füzulinin obrazı işlənmiş, ... | ANL |
Əzrayılın erkək-dişiliyi. (Molla Rəşidin Qarabağda dolaşan ruhuna). Elə bil biçindən gəlmişdi. Kök adam, isti də nə təhər təntitmişdisə, mağarın ortasındakı sərinkeşin gətirdiyi mehi də səhra küləyi kimi hiss edirdi. Camaat bu dəqiqə Şuşada, Dəlidağda sərin bulaqların başında əmlik qabırğasından kabab çəkəndə, kef... | ANL |
Uşaqlığımı xatırlayanda bezgin səslə mənə ünvanlanmış bir söz yaddaşımda əks-səda verir: "Başıma oyun açma yenə!" Uşaq əvvəlcə özünü güzgüdə görür, aynadakı əksini yamsılayır, sonra güzgünün yerinə dünya/həyat keçir, beləliklə, hər şeyi təqlid edə-edə, oyun oynaya-oynaya ətrafını qavramağa başlayır. Fransız psix... | ANL |
Bir çoxunuzun yaxşı bildiyi və bəlkə də tez-tez işlətdiyi klişe bir ifadə var: Fəlsəfədə əsas olan cavab deyil, sualdır. Bunun doğru olub-olmadığına toxunmadan bir şeyi deməliyəm ki, bu ifadə sual verməyin əhəmiyyətini çatdıran mesaja sahibdir. Sual verməyi gizli nələrisə ortaya çıxarmaqla, qaranlığı aydınlatmağa çalı... | ANL |
Bircə dəfə də olsun bir stəkan su verdiklərini görməmişik, amma yediyimizi-içdiyimizi rahatlıqla burnumuzdan gətirə bilirlər. Doğrumuza, yanlışımıza, geyim-keçimimizə, həyat tərzimizə onlar qərar verirlər. Kimlə evlənməli olduğumuzu ən yaxşı onlar bilirlər. Qapıdan qovsaq bacadan girir, bacanı qapatsaq bir yırtıq-... | ANL |
Akademik İsa Həbibbəyli Kazanda görüşlər keçirib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Tatarıstan Respublikasının paytaxtı Kazanda səfərdə olub. Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Makzum Salaxovla görüşdə Elmlər Akademiyaları arasında bir il əvvəl imzalan... | ANL |
AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmmədağa Şirəliyevin anadan olmasının 110 illiyinə həsr edilən "İlk dilçi akademik Məmmədağa Şirəliyev" mövzusunda elmi konfrans keçirilib. Bildirib ki, həmin sərəncam Azərbaycan dilçilik elminin inkişafında müstəsna xid... | ANL |
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında "Ədəbi proses - 2018" mövzusunda elmi-yaradıcılıq müşavirəsi olub. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitu... | ANL |
Türkiyəli müğənni: "Azərbaycan atalarımın, babalarımın yurdudur". Sehlan Burak: "Sənətin həqiqi təməli xalq musiqisidir". Onunla Türkiyənin Bayburt şəhərində tanış olduq. Əslən bayburtlu olub hazırda İstanbulda yaşayan və sənətini ən yaxşı şəkildə icra edən müğənni Sehlan Burakın Bayburt 25-ci Beynəlxalq Dədə Qorqud ... | ANL |
Əhməd bəyin Bakıdan bütün Rusiyaya səslənməsi. Ümumrusiya miqyasında götürdükdə "Kaspi" əyalət qəzeti idi. Doğrudur, bu qəzetin "Neft" rubrikasında verilən materialları Moskvanın, Peterburqun, hətta Avropa paytaxtlarının birjalarında diqqətlə izləyirdilər. Bütünlükdə isə "Kaspi"nin əsas oxucu auditoriyası, eləcə d... | ANL |
ŞABLON KÖLƏLƏRİ. Bugünlərdə yerli qəzetlərin birində müəllim Süleyman Axundovun səciyyəvi məktubu dərc olunmuşdu. Məktubda c-b Axundov Bakı dəmiryol stansiyasında üzləşdiyi biabırçı vəziyyət haqda məlumat verirdi. Cənab Axundov Şuşaya gedən ailəsini yola salırmış. Əvvəldən ikinci dərəcəli vaqona bilet almış, ilk ... | ANL |
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının azad edilməsi. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlərboyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəq... | ANL |
Səfir Viktor Sederkenyi: "Akademik Kamal Abdulla Azərbaycanın vətənpərvəri, müdrik insan, böyük alim və Macarıstanın dostudur". Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə "Zabit Xaçı" ali xidm... | ANL |
ADPU-nun Elmi Şurasının iclası keçirilib. Rektor Cəfər Cəfərov Elmi Şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb. Təhsil işçilərinin sentyabrın 11-də keçirilən respublika konfransı barədə məlumat verən rektor bildirib ki, konfransda ötən tədris ilinin yekunları müzakirə edilib, ... | ANL |
Qəzan mübarək, Paşam! "Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayadı" - deyirdi Nuru Paşa. 15 sentyabr Azərbaycanı sevən v... | ANL |
Bəzən həyatımızda elə insanlar peyda olur ki, varlığına ad qoya bilmirsən. An içində o qədər əzizləşir, doğmalaşır ki, heyrət edirsən. Elə bilirsən, minillik dostun imiş. Varlığından zövq alırsan, gü cün-enerjin aşıb daşır. Yaşam mənbəyinə çevrilir. Bu nə ovqatdır anlamırsan, yaxşıdımı, pisdimi blmirsən. Hər şey o qə... | ANL |
Ramiz Rövşənin şeirinə Qaşqay elindən nəzirə. Azərbaycanda qaşqaylar haqqında bilgisi olanların sayı o qədər də çox deyil. Uzun illər aramıza çəkilmiş tikanlı məftillər bizi eyni dildə danışdığımız, eyni soydan gəldiyimiz, eyni inanclı insanlardan ayrı salmışdı. Lakin əlaqələrimiz hələ də istənilən səviyyədə deyil. İ... | ANL |
Ayrılıb gedəndə bu uzaq yolu, Dalınca getmədim, məni bağışla. Bu yollar götürüb apardı səni, Aparıb möhnətdən qurtardı səni, Ürəyim çox gəzib, axtardı səni, Tayını bulmadım, məni bağışla. Şadlığın çağında, sənin toyunda, Ağladım, gülmədim məni bağışla. | ANL |
... Siyasətçilərin çox işlətdiyi bir ifadə var: "Əhalinin daha həssas təbəqəsi..." Mən isə bu gün ümumiyyətlə, insanın düşdüyü həssas məqamlarda gəzişəcəyəm... Hər şeydən vacib olan, amma hər şeydən sonraya saxladığımız, yalnız ciddi problem yarana biləcək ən təhlükəli anlarda tutmağa qalxdığımız Sağlamlıq... Tək-tək... | ANL |
Azərbaycan professional bəstəkarlıq məktəbinin, milli ("Leyli və Məcnun") və klassik ("Koroğlu") opera sənətimizin banisi dahi Üzeyir Hacıbəyov XX əsrin birinci yarısında dünya musiqisinin inkişafında da müstəsna rol oynayıb. Üzeyir bəyin doğum günü ilə əlaqədar 1995-ci ildən hər il qeyd edilən 18 Sentyabr - Milli Mu... | ANL |
Sözlər də adamlar kimidir. Uşaq vaxtından sözləri yadımda saxlamaq üçün hər sözü bir şəklə bağlıyıb yaddaşıma atırdım. İndiki dillə desək, assosiativ üsuldan istifadə edirdim. Sonralar bu mənə xarici dilləri öyrənməkdə də kömək elədi. O sözü sevmirdim, gombul sözü ürəyimə yatırdı. Simmetrik idi, həm də soldan-sağa, sağ... | ANL |
Möcüzəyə oxşar həqiqət. Ülkər qapını təpiklə açaraq, qucağındakını evin ortasına tökdü. Otağın bir küncündə, dizlərini qucaqlamış anasına baxaraq gülümsədi: - Gör nə qədər qıjıltikan, yarpız, qulançar yığmışam. Bu dəqiqə bişirib yeyərik. Ana məhzun baxışlarını ona zillədi. Mən bu dəqiqə hazırlaram. Elə bil Ülkər... | ANL |
Üzeyir Hacıbəylinin zəngin elmi irsinin yeni nəşri. Dahi bəstəkar, ictimai xadim, alim, pedaqoq, dramaturq, publisist Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılıq fəaliyyətinin mühüm bir hissəsini onun elmi irsi təşkil edir. Bütün ömrünü mədəni tərəqqiyə, maariflənməyə həsr edən bəstəkar Azərbaycan musiqi elminə də cidd... | ANL |
Absurdda qeyri-səlis absurd. Birinci Dünya Müharibəsinin törətdiyi dağıdıcı xaos nəticəsində insanlarda psixoloji sarsıntılar və ruh düşkünlüyü ilə müşahidə olunan anomal vəziyyət, eləcə də, bu vəziyyətin törətdiyi fəsadların cəmiyyətdə yaratdığı deformasiya Avropada yüksək intellekt sahiblərini ciddi narahat et... | ANL |
Şərəfli yazıçı ömrü. ADU-nun (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb. 1953-cü ildə universiteti bitirəndən mətbuatda çalışan Ə.Əsgərov jurnalist kimi ilk dəfə "Azərbaycan gəncləri" qəzetində fəaliyyətə başlayıb, bu qəzetdə elan olunan gənclik mövzusunda səhnə əsəri müsabiqəsində i... | ANL |
Dilək ağacından asılmış nataşalar... Salam olsun bu məqaləciyəzi oxuyan bütünlərə və oxumayan kəslərə! (Gərək, çalışıb, içimdəki sosial insan şablonunu aradan qaldırım. Əks halda, yazdığım fikirlər digər yazıçıların gəlişigözəl sözlərindən fərqlənib - zad eləməyəcək). Deməli, qərara gəlmişəm ki, səmimiyyət qələm əhli... | ANL |
Azərbaycan Milli Radiosunda hansı yeniliklər gözlənilir? "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də fəaliyyət göstərən akademiyada illərin sınağından keçən və dəsti-xətti ilə seçilən, ecazkar səsi, düzgün tələffüzü ilə diktorlar məktəbinin örnək sayılan simalarının, eləcə də bu məkanda teleradio jurnalistik... | ANL |
Cəlil Məmmədquluzadənin "Poçt qutusu" tacik dilində. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən, bu il görkəmli yazıçının yubileyi bir sıra tədbirlərlə davam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prez... | ANL |
Fenomenal təfəkkür sahibi. Akademik Nizami Cəfərov öz xarakteri, fenomenal intellekti, xarizması ilə hər zaman sayılıb-seçilən dəyərli ziyalılarımızdandır. Onun nurlu simasında işıqlı ziyalı obrazının bütün incəliklərini görmək mümkündür. Nizami Cəfərov o insanlardandır ki, adı çəkiləndə hər bir azərbaycanlı fəxr hissi... | ANL |
33 nömrəli Uşaq Musiqi Məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib. Sentyabrın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi olub. Açılış mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev dər... | ANL |
Tanınmış ziyalılardan Mədəniyyət nazirinin mövqeyinə dəstək. "Yaratdıqları əsərlərlə, gördükləri işlərlə əfsanələşmiş insanlara qarşi neqativ münasibət göstərmək bütünlüklə milli mədəniyyətə zərbədir". Sentyabrın 12-də Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərlə söhbətində mədəniyyət və incəsənətin bir xalqın... | ANL |
Qələmsiz yazılanlar. status-esseləri. Elə adamlar var ki, həmişə xoş təbəssümlə xatırlanacaqlar. Böyük savabdır - dünyanı dəyişəndən sonra da saf, səmimi, işıqlı qayıdırsan tanıyanların üzünə: Oqtay Rza kimi. Görünür, dünyanı yenə su basacaq. Qaranlığın içindən birdən bir işıqlı, doğma sima görünür. Əksəriyyət küyə g... | ANL |
Teleradio Akademiyası yeni tədris ilində... Kütləvi kommunikasiya vasitələri, xüsusilə də televiziya və radio kadrlarının hazırlığı məsələsi hər zaman olduğu kimi, bu gün də aktualdır. Bu mövzu ətrafında vaxtaşırı müzakirələr gedir. Televiziya və radio məkanı dinamik, daim yenilənən bir məkandır. Yeni texnologiyalar ş... | ANL |
"Multikulturalizmə giriş" dərsliyinin təqdimatı oldu. Kamal Abdulla: "Multikultural əhval-ruhiyyə və multikultural dəyərlərə qayğıkeş münasibət Azərbaycan xalqına xas olan keyfiyyətdir". Azərbaycan Dillər Universitetində "Multikulturalizmə giriş" dərsliyinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Azərba... | ANL |
Qadın bir çiçəkdir. Hər qadın bir çiçəkdir. Külək əsdikcə bu çiçəklərin hərəsini bir tərəfə sovurur. Özünü çox ağıllı zənn edər. Əslində, çox ağıllıdır. Çox zərifdir gövdəsi, ləçəkləri. Lakin bir ağacla bərabər küləyə qarşı dayanacaq qədər dəyanətlidir. Bəzən münaqişələrə səbəb olur, bəzən münaqişələrin qarşısını alır... | ANL |
Tanıyaq və tanıdaq. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm... | ANL |
1999-cu ildə Ankarada Gazi Universitetində Türkçə və Yabancı Dillər Öğrənim, Araşdırma və Uygulama Mərkəzinin (TÖMER) diplomunu alıb. 2000-ci ildə isə İzmirin EGE Universitetində Türk dili və ədəbiyyatı bölümünün "Türk ləhcələri və ədəbiyyatları ana bilim dalı"nda yüksək lisans (magistratura) təhsili alıb. 2003-cü ... | ANL |
Azərbaycan dilçiliyində Məmmədağa Şirəliyev mərhələsi. Professor Bəkir Çobanzadənin istedadlı tələbəsi, Azərbaycan Respublikasının dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, sovet dövrü Azərbaycan dilçiliyini ilk yaradanlardan biri, Azərbaycan EA-nın dilçilik sahəsində ilk akademiki, milli elmimizi dünya miqya... | ANL |
Absurdda qeyri-səlis absurd. İnsan düşüncəsində çevriliş etdi. Təxəyyülü yeni düşüncə ilə formalaşdıran bu cərəyanın düsturları ilə çalışan absurdçuların yaratdığı absurd teatr estetikası, öz fəlsəfi qayəsi ilə o dövr üçün yeni, lakin çətin qavranılan bir formanı təklif edirdisə, eyni zamanda, dərindən düşünmə... | ANL |
"Yeni dövr" Qərb fəlsəfəsində tolerantlıq və multikulturalizm. Antik dövrdən üzü bəri mədəni olmaq əxlaqlı olmaqla, siyasi varlıq olmaqla bərabər tutulub. Aristotel "Nikomax etikası" əsərində yazırdı ki, "özünə münasibətdə fəzilətli davrananlar" yox, "başqalarına münasibətdə fəzilətli davrananlar" daha düzgün hərə... | ANL |
Azərbaycanda dövlət-din modelinin uğurları Aİİ timsalında. Hazırda ölkəmizdə həyatın bütün sahələrində dərin, rasional və praqmatik islahatlar uğurla həyata keçirilir. Şərq və Qərbin, Şimal və Cənubun qovşağında yerləşən respublikamız, bir növ, XXI əsrin iqtisadi möcüzəsini yaradır - dinlər, mədəniyyətlər, sivil... | ANL |
Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı keçirilir. Sentyabrın 18-də Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fər... | ANL |
Azərbaycanda Milli Musiqi Günü təntənəsi. Sentyabrın 18-də Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ili və Milli Musiqi Günü müxtəlif yerlərdə böyük təntənə ilə qeyd olunub. Günün əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri ... | ANL |
Əjdər Olun kitabı Serbiyada. Tanınmış şair, nasir Əjdər Olun "Səhra komandirinin meymunu" adlı hekayələr kitabı Serbiyada işıq üzü görüb. Hekayələri serb dilinə tanınmış mütərcim, ədəbiyyatşünas Nina Smiç tərcümə edib. Qeyd edək ki, sentyabrın 23-də Belqrad şəhərində Serbiya Yazarlar Assosiasiyasında kitabın ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.