text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Sonra da bu şəkili böyüdüb ürəyimizin başından asacağıq. Əzizim Aqil, sən bu hekayəni yazmamısan, onu belə yazmaq mümkün deyil - sən bu hekayəni danışmısan, nağıl eləmisən, dilinə gətirmisən... Səni dilləndirən Qarabağın keçmiş xoşbəxt günlərinə bu günün şüşələri sınıq pəncərəsindən baxmağın olub. Bu əsər bəlkə də düny...
ANL
“Nəsimi ili” çərçivəsində ilk tədbir Milli Kitabxanada keçirildi. “Nəsimi ili” çərçivəsində ilin ilk tədbiri yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təşkil olunub. “İmadəddin Nəsimi-650” adlı tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilib. Milli Kitabxan...
ANL
"Nəsimi ili” ilə bağlı tədbirlər planı müəyyənləşdirildi. Şərqşünaslıq İnstitutunda "Nəsimi ili” ilə bağlı tədbirlər planı müəyyənləşdirilib. İnstitutdan verilən məlumata görə, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili "Nəsimi ili” elan etməsi...
ANL
Şair Əli Tudənin həyat və fəaliyyət yoluna bir baxış. İran Xalq Partiyasının Ərdəbil Vilayət Komitəsinə gələrək partiya sıralarına keçmək istəyini bildirir. Onu partiyaya keçirməyə bir az tərəddüd edirlər. Əli şeir də yazdığını bildirdikdən sonra oradakıların xahişi ilə cibindən çıxardığı dəftərdən bir-iki şeir...
ANL
Şimşək. Hekayələr. Həmin illərdə bizim bir atımız vardı. Şimşək deyib çağırırdıq. Açıq-qırmızı rəngli bu atla kənddə heç bir at döşləşə bilmirdi. Yolla dördnala ötüb keçəndə kimsə Şimşəyin boy-buxununa, hətta rənginə belə baxmağa macal tapmazdı. Çünki həmin anda havaya qalxan toz-duman Şimşəyin arxasınca boz bir pərdə...
ANL
Milli Kitabxanada Əməkdar incəsənət xadimi Aşıq Ədalətin (Ədalət Nəsibov) 80 illiyi münasibətilə kitab sərgisi təşkil edilib. Sərgidə sənətkara həsr edilmiş kitablar və dövri mətbuat nümunələri yer alıb.
ANL
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin banisi, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edib. Sərgidə M.Ə.Rəsulzadənin müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir....
ANL
"Bura vətəndir": Cavanşir Quliyev yaradıcılığı rəssam fırçasında. Yanvarın 28-də "Azərkitab" Kitab Təbliğatı mərkəzində rəssam Tünzalə Məmmədzadənin bəstəkar Cavanşir Quliyevin musiqi əsərlərinə həsr olunmuş ipək əsərlər - "Bura vətəndir" sərgisi keçirildi. Çoxdan yolum düşməyən bu Mərkəzdə olmaq xoş idi. Sərgin...
ANL
Dünən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) professor Qulu Məhərrəmli və Rafiq İsmayılovun "Məsəllər, deyimlər" etimoloji lüğətinin, Şəhla Əhmədovanın "Koroğlu" dastanının lüğəti" kitablarının təqdimat mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, ziyalılar, tanınmış elm xadimləri və media nümayəndələri i...
ANL
Ərdoğan jesti... Fransız diplomatı Taleyran deyir ki, siyasətdə əqidə yoxdur, şərait var. Bəzi siyasətçilərsə, daha irəli gedərək, "diplomatiya yalanı pərdələmək və ya o yalanı danışmaq sənətidir" iddiasındadırlar. İtaliyanın tanınmış siyasi xadimi və diplomatı Makiavelli hesab edirdi ki, diplomatiyada istəklərin ən...
ANL
O ömrü ki, yaşaya bilirsən, onda deməli, həm də Tanrının sevimli bəndəsi ola bilirsən. Müsəllim Həsənovu da 60 yaşına üzüağ gətirən Tanrının sevimli bəndəsi olmasıdır. Müsəllim Həsənov müraciət etdiyi bütün mövzuları qəlbinin süzgəcindən keçirərək yazır. Ona görə də Müsəllimin yaradıcılığı rəngarəngliyi ilə seçilib. "...
ANL
Vaqif Bəhmənli "Qansız savaş"ın sevincini gənc ədiblərlə bölüşdü. Dördüncü dəfə fəaliyyətə başlayan Gənc Ədiblər Məktəbinin dünən növbəti toplantısı oldu. Məkan dəyişməmişdi: Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubu. Bu dəfə gənc ədiblərin qonağı şair Vaqif Bəhmənli idi. Onunla görüşə GƏM-in təkcə hazı...
ANL
Şair Akif Səməd qeybdən gəlmiş adamı xatırladırdı. Akif Səməd həmin qorxulu yolu seçdi. Akif Səməd şair oldu. Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinin və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazaxdakı Ədəbiyyat Muzeyində onun haqqında ARB-Aran televiziya şirkətinin hazırladığı filmin təqdimat...
ANL
Gülnar Səmanın publisistik məqalələrindən ibarət kitabı işıq üzü görüb. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi olan Gülnar Səmanın bu kitabının elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehr...
ANL
Vaqif Əlixanlının yubileyi Yazıçılar Birliyində qeyd olundu. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı, publisist, dramaturq və tərcüməçi, "Qobustan" jurnalının baş redaktoru Vaqif Əlixanlının yubileyi - 75 illiyilə bağlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, AYB rəhbərliyi, ziyal...
ANL
Akademik Yaqub Mahmudovun "Seçilmiş əsərləri" təqdim edildi. Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası AMEA-nın Tarix İnstitutu ilə birlikdə həmin İnstitutun direktoru, Milli Məclisin üzvü, akademik Yaqub Mahmudovun 15 cildlik "Seçilmiş əsərləri"nin və "Yaqub Mahmudov. Biblioqrafiya", eyni zamanda, Tarix ...
ANL
Afad Qurbanov yaradıcılığının layiqli tədqiqi. Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, akademik Afad Qurbanovun 50-yə qədər monoqrafiyası, dərsliyi, dərs vəsaiti və 500-dən çox elmi məqaləsi həmişə ciddi dəyəri ilə seçilib, nəinki ölkəmizdə, eyni zamanda, bir sıra xarici ölkələrin məşhur alimlərinin, tü...
ANL
Şair Əli Tudənin həyat və fəaliyyət yoluna bir baxış. Bununla da Milli hökumət zorakılıqla dağıdılır. Hökumət üzvlərinin çoxu, o cümlədən, Əli Tudə də onlarla birgə Naxçıvandan - Culfa rayonu ərazisindən Sovet Azərbaycanına keçirlər. Əlbəttə, Vətəndən kənarda, yaxud doğma vətəndə mühacir kimi yaşamaq və yaratmaq ...
ANL
Azərbaycan tarix elminin patriarxı. Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm xadimi, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mikayıl oğlu Mahmudo...
ANL
İtalyan yazıçısının pandemiyadan qorunma modeli. Yaşadığımız və ya arzu etdiyimiz həyatın bədii əksi, düşündüklərimizin ifadəsi və ya sükutumuzun dili olan bədii ədəbiyyat tarixin fərqli dönəmlərində ən müxtəlif hadisələrin şahidi və yaşadıcısı olmuşdur. Koronavirusun (COVID-19) dünya insanını ağır məngənəyə saldığı bu...
ANL
TÜRKİYƏDƏ YAŞAYAN AZƏRBAYCANLI MUSİQİÇİ TURAN MANAFZADƏ: "GİGİYENA QAYDALARINA ƏMƏL ETMƏK VƏ EVDƏ OTURMAQ PANDEMİYADAN ƏN YAXŞI QORUNMA ÜSULUDUR ". Türkiyədə yaşayan azərbaycanlı musiqiçi Turan Manafzadə son günlər daha çox onlayn konsertləri ilə yadda qalıb. Canlı ünsiyyətin məhdudlaşdırıldığı pandemiya günlərində Tur...
ANL
“Molla Nəsrəddin” publisistikası: janr və üslub rəngarəngliyi. XX əsr Azərbaycan satirik mətbuatının əsasını qoyan “Molla Nəsrəddin” jurnalı orijinal üslublu və zəngin ədəbi formalı əsərləri ilə yeni publisistika məktəbinin yaranmasına və formalaşmasına təkan verdi. Jurnalın redaktoru Cəlil Məmmədquluzadənin təşəbbüsü ...
ANL
Aprelin 1-i Azərbaycanın ustad tərcüməçisi, dəyərli ədəbiyyatşünas Vilayət Hacıyevin doğum günüdür. Builki doğum günü həm də yubiley olması ilə əlamətdardır: Vilayət müəllim 70 yaşını qeyd edir. Danılmaz faktdır ki, Vilayət Hacıyev çağdaş tərcüməçiliyimizin canlı korifeyidir, onun bu sahədəki yaradıcılığı isə əsl məktə...
ANL
ədəbiyyata ciddi təsirləri olacaq”. Türk dünyası yazarlarını bir araya gətirən Avrasiya Yazarlar Birliyi bugünlərdə növbəti dəfə onlayn yazarlıq kurslarına start verib. Dünyanın bir çox yerindən əsasən türkdilli (istisnalar da var) gənclər onlayn şəkildə bu kursa qstılıb tanınmış yazıçı və şairlərdən dərs alırlar. Avra...
ANL
“İnsan çətinlikləri dəf edə-edə özünü təsdiqləyir”. MİLLİ MƏCLİSİNİN SABİQ KOMİTƏ SƏDRİ, PROFESSOR RƏBİYYƏT ASLANOVA: “BU ÇƏTİNLİKLƏR HƏM DƏ HADİSƏLƏRİ YENİDƏN DƏYƏRLƏNDİRMƏK, YAŞANANLARIN MAHİYYƏTİNİ ANLAMAQ İMKANI VERİR”. İnsan Hüquqları Komitəsinin sabiq sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova xe...
ANL
Şəhərim. Mənim əziz şəhərim! Bu məktubu sənə adi sakinlərindən biri yazır. Bu gün həyatımızda ilk dəfə Mənsiz qalan Sənin. Bəlkə də sənin üçün mənsiz qalmaq elə də çətin deyil, çünki sənin məndən başqa o qədər maraqların var ki! Geniş küçə və prospektlərin, abad park və bulvarların, yaraşıqlı ev və abidələrin... Mən hə...
ANL
Qələmsiz yazılanlar. Status-esselər. Maska bütün apteklərdə olur. Apteklər də müştərilərə 2 dənədən artıq satmır. Yarım saat ərzində günlük limit bitir. Günah həm də lazımsız yerə maska alanların çiyninə düşür. Əgər bəzilərinin dediyi kimi, bu virus 26 dərəcə istidə məhv olursa, onda ətrafa istilik yayan geyimlərin ist...
ANL
Zümrüd Dadaşzadə: “Dəyərli elmi işlər. “QARA QARAYEV DÜNYANIN MUSİQİDƏN MƏHRUM OLMASINI SƏSSİZ ZÜLMƏT, İNSANLIĞA ÜZ VERƏ BİLƏCƏK ƏN BÖYÜK QƏZA ADLANDIRIRDI”. Tanınmış musiqişünas, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə uzun müddətdən bəri mətbuatdan və efir məkanlarından uzaqdır. Hər zaman öz təd...
ANL
“Sevgi məktubları həmişə. Karantin günlərində Azərbaycan televiziyası tarixindəki ilk teleserialın qəhrəmanına çevrilən, "İtkin gəlin"in Əfsanəsi, Xalq artisti Məleykə Əsədova ilə həmsöhbət olduq. Aktrisa bu günlər vaxtını əsasən bədii qiraətlə məşğul olmaqla keçirdiyini bildirdi. Teatr, səhnə üçün darıxan Xalq artisti...
ANL
İsveçdə yaşayan həmyerlimiz: “Məni. Azərbaycandakı vəziyyət daha çox maraqlandırır”. Dünyanı cənginə alan pandemiya ilə mübarizədə çətin duruma düşmüş ölkələr arasında Avropa dövlətləri çoxluq təşkil edir. Əksər dövlətlər karantin rejimi tətbiq etməklə virusla mübarizə aparır. Amma elə ölkələr var ki, sanki vəziyyəti c...
ANL
ŞƏHİD XANƏNDƏ ŞAHMALI KÜRDOĞLUNUN ƏZİZ XATİRƏSİNƏ. Müharibə hələ başlamamışdı, onda mən uşaq idim. Bizim həyətimizlə üzbəüz qonşumuz kənddə başqalarından fərqlənirdi: Şahmalı əminin gözəl səsi vardı. Hərdən onun şirin avazı gələrdi. Şahmalı günbəzlərlə bəzədilmiş daş hasarı və limon bağı ilə də kəndçilərindən fərqlənir...
ANL
AMEA Naxçıvan Bölməsinin. Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı nadir sənət nümunələri, qədim kitab və məktublar beş minillik yаşı olan Nuh torpağının öyrənməsi baxımından böyük əhəmiyyətə malikdir. Muxtar Respublikada xalqımızın milli-mənəvi dəyərlərini toplamaq, qoruyub saxlamaq və təbliğ etmək kimi şərəfli bir ...
ANL
“Qaya” Ansamblının üzvləri Rauf Babayevi yad edirlər. Bu günlərdə Azərbaycan incəsənət ağacından bir yarpaq da düşdü. "Qaya" Dövlət Ansamblının bədii rəhbəri, Xalq artisti Rauf Babayev 82 yaşında dünyasını dəyişdi. Rauf Babayev kimi sənətkarı itirmək bütün Azəbaycan xalqı və sənətsevərlər üçün çətin olsa da, “Qaya” qru...
ANL
Müsahibimiz tanınmış aşıq İlham Aslanbəylidir. Aşıq İlhamla müxtəlif mövzulardan – karantin günlərindən, sazdan, sözdən, xalq musiqisindən danışdıq. - İlham bəy, pandemiya, karantin dövrü, “evdə qal” çağırışı yaradıcılığınıza, mütaliənizə necə təsir edib? - Dövlətimizin rəhbərliyinin verdiyi qərarlar hər bir nümunəvi v...
ANL
Aydındır ki, ensiklopedik zəka sahibi olan bəzi fenomenal təfəkkür sahibi arxadaşların: “Teymur Kərimlinin anatomiya və fiziologiya barədə fikirləri bədii cəhətdən zəifdir!” – deyə kəskin tənqid atəşini üzərimizə yönəldəcəyi riskini göz önünə alırıq. Ancaq müdrik babalarımızın belə bir deyimi ilə özümüzə toxdaqlıq veri...
ANL
Tanıyaq və tanıdaq: Şərifə Cəfəri. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklə...
ANL
Sevinirdim uşaq kimi. Çırpınırdı vurğun ürək. Könlündəki arzularım. Güllərilə gülüşümdə. Döngə-buruq küçələri. Tikanlı dərələri. Soruşurdum sənə çatam. Yorğun çağı yetişəndə. Şaxtalı qış. Bürümüşdü küçələri. Güldən bir iz qalmamışdı. Amma sənə ürəyimdə. Bir qızıl gül becərmişdim. Pəncərənin qırağına. Yetişərkən gülüm s...
ANL
Arif Əliyev: “Jurnalistika mənəviyyatla sıx bağlı sahədir”. “HEÇ BİR PANDEMİYA, HUMANİTAR FƏLAKƏT MEDİANIN ÖZ TƏBİƏTİNİ DƏYİŞMƏSİNƏ TƏSİR EDƏ BİLMƏYİB”. Müsahibimiz tanınmış jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir.Onunla jurnalistika, həyata keçirdiyi layihələr, son günlərdə baş verən pande...
ANL
Seyr və sehrin Məryam variantı. Ürəyin istəyini gözlərə pıçıldamaq, baxışlarını uçurub hər yana səpələmək, dünyanı gözlərinə təpmək... Nədir sehr? Bu ad təzadlarla cilvələnir... Nədən ki, seyrlə sehr bir nöqtədə ani “öpüşüb” həmişəlik sağollaşırlar. Çünki əzəldən bir-birinə ziddirlər: sehr başlayanda seyr qurtarır... T...
ANL
Eyvanlardan musiqi yayan uğurlu layihə. Pandemiya günlərində karantin rejimindəki insanların evdə keçən vaxtlarını səmərəli hala gətirmək, əhvallarını yüksəltmək, onları panikadan, qorxudan uzaq tutmaq məqsədiylə bir-birindən maraqlı layihələr həyata keçirilir. Onlardan ən çox rezonansa səbəb olan, diqqətçəkənlərdən bi...
ANL
Kitabxanaların fəaliyyətinə həsr. Aprelin 13-də Mədəniyyət naziri Əbülfəs Qarayev Respublikanın aparıcı kitabxanaları və bir sıra şəhər və rayonlardakı kitabxanaların fəaliyyəti ilə bağlı videokonfrans keçirib. Konfransda kitabxana fondlarının rəqəmsallaşdırılması, elektron xidmətlərin göstərilməsi, onlayn oxucu sifari...
ANL
Gülnarə Xəlilova "Nümunə olmaq gözəldir". Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) Sosial Məsələlər Komissiyasının rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova pandemiya günlərində də yeniliyə imza atdı. Onun Moda ...
ANL
"Yaradıcı insan həyatı dopdolu yaşamalıdır". Bu dəfə müsahibimizi sıfırdan təqdim eləmək fikrimiz yoxdur. Sosial şəbəkələrdə bir dəfə tanınıb, sonra bu məkanı tərk eləsə də, sonradan yenidən geri qayıdıb və əlbəttə, yenə uğur qazanıb. Gənc ifaçı, bəstəçi Nuru Xəlillidən danışacağıq. Görək özü nə deyəcək? "Özümü tanımad...
ANL
“Təyyarəmiz vətənə enəndə. həyəcanlanır və qəhərlənirik”. AVSTRİYADA YAŞAYAN AZƏRBAYCANLI MUSİQİÇİ ABUZƏR MANAFZADƏ: "KONSERTLƏRDƏ AZƏRBAYCAN MUSİQİLƏRİNİ HƏYAT YOLDAŞIMLA BİRLIKDƏ İFA EDİRİK". Avstriyada yaşayan azərbaycanlı musiqiçi Abuzər Manafzadə ölkəmizi dünya arenalarında təmsil edən istedadlı gənclərdəndir. Abu...
ANL
Pandemiya dönəminin Bakısına fotoqraf baxışı. Fotomüxbirlik həm də tarix üçün arxiv yaratmaq işidir. Koronavirus pandemiyasının bütün dünyanı öz cənginə aldığı bu günlərin də gələcək üçün maraqlı və fərqli tarixi hadisə olacağına şübhə yoxdur. Xüsusən, karantin rejimini və bu rejimlə insansızlaşan, səssizləşən böyük şə...
ANL
Karantinin yaşatdığı teatr həsrəti. Pandemiyanın yer üzündə at oynatdığı bu karantin günlərinin birində - yazıların, kitab-dəftərin içərisində itib batdığım, evdən çöldəki həyatı az qala unutmağa başladığım zamanda telefonuma mesaj gəldi. Bir həmkarım yazıçı, jurnalistlər, ziyalılar arasında sorğu keçirirmiş: karantin ...
ANL
Şair, yazıçı Əjdər Olun çoxdandır oxumaq istədiyim, amma vaxt edə bilmədiyim üçün ertələdiyim “Lo” romanını, dünyada olduğu kimi, Azərbaycanda da Covid-19 pandemiyasının yayılması səbəbilə karantin günlərində oxudum. Bundan əvvəl müəllifin bir neçə kitabını oxumuşdum, amma bu əsər ayrı təsir bağışladı. Azərbaycanın döv...
ANL
Bir qarın çörək tapsaydıq, Allaha şükr edərdik. Söhbətimizə şirinliyi, dadı, baməzəliyi də qoca qatır. Yolboyu düşünürəm, necə olur ki, sirr saxlamaqda çətinlik çəkirik, insanlar bizə səbəbsiz cazibədar görünür, necə olur, savad görməyən biri bizi söhbətinin mübtəlası edir? Sizə onun haqqında - ən mürəkkəb orqan barədə...
ANL
Azərbaycandakı təbii fəlakətlər tarixin yaddaşında. Tarixin bütün mərhələlərində xalqımızın yaratdığı maddi və mənəvi mədəniyyət nümunələri təkcə bizim deyil, digər xalqların da mədəni dəyərlərinin formalaşmasında boyük rol oynayıb. Təəssüflər olsun ki, bəşəriyyət üçün nümunə olacaq bu dəyərlər sistemi, zaman-zaman baş...
ANL
Niderlandda yaşayan həmyerlimiz: "Azərbaycandakı həkimlər daha peşəkardır". "Pandemiya elan olunduqdan sonra dövlətlər virusla mübarizədə 3 əsas üsuldan istifadə etməyə başladılar. Birincisi, hollandların təbirincə desək, "Total lockdown"du. Bura karantin rejimi, fövqəladə vəziyyət aiddi. Hansı ki, karantin rejimini Az...
ANL
TƏLƏBƏLİK DOSTUM OLAN DƏYƏRLİ ŞAİR, FƏDAKAR TƏRCÜMƏÇİ MƏRHUM ƏHƏD MUXTAR HAQQINDA XATİRƏLƏRİM. Seçimimizi də əvvəlcədən dəqiq müəyyənləşdirmişdik: Lenin adına APİ-nin (indiki ADPU) dil-ədəbiyyat fakültəsi. Altı imtahan verdik, o cümlədən çoxlarına “qənim kəsilmiş” rus dilindən yazılı (imla) və şifahi... Yüksək balla tə...
ANL
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Dövlətlər arasında yaranan ittifaqların möhkəm orqanizm olduğunu güman etmək ağılsızlıqdır, onlar şəraitdən asılı olaraq gah möhkəmlənir, gah da zəifləyir. XX əsrdə iki dünya müharibəsi arasında belə ittifaqların bağlanması imzalandı və az sonra dağıldı. Rumıniya...
ANL
İtaliyanın Bakuvi və Melibey soyadlı şairləri. Ön Asiyanın bir çox kahin nəsilləri Troya şəhərininin süqutundan (e.ö.1334-cü il) sonra cənub-qərbi Avropaya, Aralıq dənizi adalarına köçmüş, orada qədim mədəniyyətlərin əsasını qoymuşdur. Bizim üçün maraqlıdır ki, Elladanın yunanlara, İtaliyanın latınlara qədərki poeziyas...
ANL
MİLLİ SƏRVƏTİMİZ OLAN MUĞAMLARIMIZ ARASINDA "ŞUR" MUĞAMININ MÜSTƏSNA YERİ VAR. Azərbaycan Dövlətinin muğamlarımıza olan diqqət və qayğısı muğamlarımızı unudulmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə və ölkəmizdən xaricdə muğamlarımızın təbliği ilə...
ANL
Xalq artisti Əlixan Səmədov: "Balaban məndən ötrü ürəyimin dilidir". MƏŞHUR BALABAN İFAÇISI DEYİR Kİ, TƏKCƏ ÖZÜMÜ VƏ AİLƏMİ DÜŞÜNSƏYDİM, İNDİKİNDƏN QAT-QAT YAXŞI YAŞAYARDIM. Bir çoxumuz, xüsusən, cavan nəsil, balabanı onun ifasında sevmişik desəm, yəqin ki, mübaliğə etmiş olmaram. Özü də təkcə biz deyil, illərdən bəri ...
ANL
Rəşad Məcidin şagirdlərlə virtual görüşü. Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət...
ANL
İsa Həbibbəyli fenomeni: yaşamağa da, hiss etməyə də tələsir... Onun gərgin fəaliyyətini müşahidə edərək bəzən sadəcə olaraq anlaya bilmirəm - onda cürbəcür işlərə bu qədər enerji hardandı? Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna rəhbərlik, AMEA-nın birinci vitse-prezidenti vəzifəsi, Milli Məclisin Elm v...
ANL
Azər Paşa Nemətov: “Dövlət öz vətəndaşının dayağı oldu”. “Koronovirus epidemiyası ilə mübarizədə dünyanın ən böyük dövlətləri aciz vəziyyətə düşüblər. Məsələn, hər gün İtaliyada, Amerikada, İspaniyada bu virusa yoluxanların, həyatını itirənlərin sayını mətbuatdan oxuyanda istər-istəməz öz ölkəmizlə müqayisə aparırıq. D...
ANL
Cavanşir Quliyev: “Qeyri-səlis məntiqin. musiqi ilə, muğamla bağlılığı çox maraqlıdır”. GÖRKƏMLİ BƏSTƏKARIN FİKRİNCƏ, PANDEMİYA YARADICILIQ ÜÇÜN İLLƏRLƏ İSTİFADƏ OLUNACAQ YENİ MÖVZULAR VERİR. Tanınmış bəstəkar Cavanşir Quliyevlə şəxsi tanışlığım ötən ilin əvvəlində, rəssam Tünzalə Məmmədzadənin onun musiqilərinə çəkdiy...
ANL
Adına şeirlər yazdığın, nəğmələr qoşduğun şəhər! Xəzərin yaxasından çiçək təki asılan, hər daşı-divarı min bir tarix danışan, qoynunda az qala yaşı qədər sirlər gizlədən, köksündə əzəmətli yadigarlara qucaq açan qədim Bakı! Hər daşıma, divarıma sığal çəkən əllərin məni Yer üzünün ən gözəl şəhərlərindən birinə çevirdi. ...
ANL
Afaq Məsud: “İrəlidə daha çətin dönəmlərlə. üzləşə bilərik, hər şeyə hazır olmalıyıq”. Karantin dövründə növbəti müsahibimiz Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Rusiyanın Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü Afaq Məsuddur. -Afaq xanım, dünyanın ritmini, sosial həyatını iflic et...
ANL
TANINMIŞ HÜQUQŞÜNAS VƏ İCTİMAİ XADİM, VƏTƏNDAŞLARIN ƏMƏK HÜQUQLARINI MÜDAFİƏ LİQASI İCRAİYYƏ KOMİTƏSİNİN SƏDRİ SAHİB MƏMMƏDOV ÇOX MARAQLI HƏYAT YOLU KEÇİB. - Sahib müəllim, daha yaxından tanımaq istəyənlər üçün bioqrafiyanızı, həyat yolunuzun ən vacib məqamlarını özünüzdən eşidib oxuculara çatdırmaq istərdik. Atam məşh...
ANL
Koronavirus və mədəniyyət. HƏR ZİYANIN BİR XEYİRİ. Koronavirus infeksiyası dünyanı silkələyər-silkələməz ölkəmizdə qabaqlayıcı tədbirlər görülməyə başladı. Təbii ki, sosial izolyasiya tədbirləri nəticəsində bir çox idarə, təşkilat və müəssisələrdə iş prosesi də dayandırıldı. Doğrudur, fəaliyyətin dayandırılması istənil...
ANL
SABİRƏ ABDULLAYEVA: "İNCƏSƏNƏTİ YAVAŞ-YAVAŞ SEVDİM". Karantin günləri sosial şəbəkələrdə əvvəlkindən daha çox vaxt keçirməyimizə rəvac verir. Ötən gün Feysbukda izlədiyim bir video, xüsusilə, diqqətimi çəkdi. Videonun müəllifi, özünəməxsus mimikası və səs tembri olan bədii qiraətçi Sabirə Abdullayeva idi. Elə sosial şə...
ANL
Qələmsiz yazılanlar. status-esseləri. Status-esselər və sms-esselərdən ibarət "Qələmsiz yazılanlar" kitabını çap etdirəcəyimlə bağlı anons verəndən sonra Sumqayıtdakı dostlar mənə yazmışdılar ki, bizdə bir dəfə belə təşəbbüs olub, Sumqayıtda yaşayan həkim Hümbət Quliyev "Statusman" adlı kitab nəşr etdirib. Feysbuk dost...
ANL
Azərbaycanın 27 aprel 1920-ci il tarixində Sovet Rusiyası tərəfindən işğal edilməsindən və Cənubi Azərbaycanda Xiyabani hərəkatının başlanmasından 100 il vaxt ötür.Bununla əlaqədar, tanınmış tarixçi alim Eynulla Mədətlinin redaksiyamıza göndərdiyi məqaləni təqdim edirik. Azərbaycan çoxminillik dövlətçilik tarixinə mali...
ANL
Pandemiya və xalq təbabəti. Dərman bitkilərinin öyrənilməsi və onlardan istifadə olunması hələ ibtidai icma dövründən bаşlаnılıb. İbtidai insan öz həyatını qorumaq və baş verən xəstəlikləri aradan qaldırmaq üçün bitkilərdən geniş istifadə etməyə çalışıb. Elə o zamanlardan bitkiləri yaxşı tanıyan və onlarla insanları mü...
ANL
Varımız, dövlətimiz sözdü, bilirəm ki, yaradıcı insan pulunu itirməyə razı olar, yazdığı yazını yox! Amma itirdim, bu dəcəllərin ucbatından, bir az da öz günahımdan. Şeir olsa işim tamam müşkülə dirənərdi, ikinci cəhdim necə alınacaq bilmirəm, başlayaq, ya qismət... Xatirələr, xüsusən də uşaqlıq çağlarıyla bağlıdırsa, ...
ANL
Tanıyaq və tanıdaq: Ramin Bəxşi. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəkləri...
ANL
Başımı al dizin üstə. Bu saçların qara rəngi. Su keçməzdi aramızdan. Axıb düşdüm qara gözdən. Daraldıbdır hisarın qəm, Qəmi tut çək dara, dağlar! Ürəklərdən çəkilmir çən. Fələk gördü yaram vardı. Səndən sonra, qəm kölgə salıbdır bucağımda, Nisgil gül açıbdır, qara geymiş budağımda. Sənlə tükənib getdi qotaz bağladığım ...
ANL
Mənəvi zənginliyin işıqlı təcəssümü. İlk dəfə Elxan Yurdoğlu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, 6 yanvar 2015-ci ildə qarşılaşmışdım. Atamla şairin otağına daxil olanda həyəcanım yerə-göyə sığmırdı. Axı ilk dəfə bir şairi yaxından görəcəkdim. Əvvəlcə düşünürdüm ki, sərt görünüşlü, yekəxana ...
ANL
Bu gündən gənc yazar Aytac Sahədin təşəbbüsü ilə "Uzun sözün qısası" rubrikasına başlayırıq. Rubrikanın məqsədi tanınmış klassik əsərlərin qısa süjetinin təqdim olunmasıdır. Niyyətimiz gənc nəsli məşhur əsərlərin, heç olmasa, qısa məzmunu ilə tanış etmək, eyni zamanda, gənclərin diqqətini bu əsərlərə çəkmək, maraq oyat...
ANL
“Adam sonradan musiqiçi olmur, musiqiçi doğulur”. İBRAHİM BABAYEV: " MƏN HİSSLƏRİMİ PEŞƏKARLIĞA QURBAN VERMİRƏM". O, Azərbaycan musiqisini və öz yaradıcılığını dünya brendinə çevirmək iddiasındadır. Söhbət gənc tar ifaçısı İbrahim Babayevdən gedir. Rubrikamızın budəfəki qonağı da odur. İbrahimlə söhbət zamanı bir çox m...
ANL
Yeni nəşrlər, yaradıcı insanların fəaliyyətini işıqlandıran keyfiyyətli tədqiqatların ərsəyə gəlməsi və işıq üzü görməsi hər bir ölkənin mədəni inkişafının səviyyəsinin göstəricisidir. Bir musiqişünas kimi hər zaman gözüm yeni kitabları, notları axtarır, maraqlı bir araşdırma görəndə sevinirəm. Təəssüf ki, musiqi sahəs...
ANL
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Erkən XX əsrdə isə Birləşmiş Ştatların köməyi ilə Panama kanalı tikildi. Kanal Panama dövlətinin mülkiyyəti olsa da, işləməsi ABŞ-ın böyük təsiri altında idi və o, rəqib dövlətlərə kanaldan istifadə imkanını bağlaya bilər. Malakka və Hörmüzd boğazları dəniz ticar...
ANL
"Ən çətin müştəriyə kitabı özüm aparıram". Bir aydır ki, ölkədə karantin rejimi elan olunub. Bir çox iş yerləri bağlanıb, insanlar onlayn şəkildə işlərini davam etdirirlər.Evdə qalmaq vaxt bolluğuna, vaxtın bolluğu isə müəyyən zamanlarda darıxmağa səbəb olur. Darıxmağın qarşısını alan əsas vasitələrdən biri isə, şübhəs...
ANL
Maarifçilik tariximizin Nəriman. Nərimanov imzalı parlaq səhifələri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir tariximizdə öznəməxsus mövqeyi olan görkəmli yazıçı, maarifçi, həkim və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi ilə bağlı Sərəncam imzalayıb. N.Nərimanovun Azərbayca...
ANL
e-kitablar vasitəsilə görüşür”. Pandemiya günlərində dünya kitabxanaları öz resurslarını oxucularına virtual rejimdə təqdim edir. Nəşrlərin pdf və e-pub formatlarında paylaşımı daha geniş vüsət almaqdadır. Hazırda internet üzərindən yayım kitabxanaların məsafədən xidmət göstərməsi baxımından ən optimal təcrübədir. Məhz...
ANL
“Cəmiyyətdəki statusuma görə jurnalistikaya borcluyam”. Əflatun Amaşov: “MEDİANIN MARAQLARI HANSISA FORMADA DÖVLƏTİN MARAQLARI İLƏ UZLAŞMALIDIR”. Tutduğu vəzifə, o vəzifənin verdiyi status, illər keçdikcə, müxtəlif formalarda adamın xarakterinə, davranışına da təsir göstərir - kiminə az, kiminə çox olsa da, mütləq göst...
ANL
Ramiz Rövşəndən “gülməli” şeirlər. TEAS PRESS nəşriyyatında Xalq şairi Ramiz Rövşənin “Bu dünyanın hər sifəti” adlı yeni şeirlər kitabı çapa hazırlanır.Oxucular bu kitabda sevimli şairin yaradıcılığının fərqli bir cəhəti ilə, onun film və tamaşalara yazdığı şeir və mahnı mətnləri ilə tanış olacaqlar. İnanırıq ki, bu ye...
ANL
Özü kimi sənəti də, mahnıları da nazlı-qəmzəlidir. Az görünsə də, efirlərə çox çıxmasa da, insanlara haqqında danışdırmağı, özünü dinlətməyi çox yaxşı bacarır. Bəzi həmkarları öz mahnıları üçün asan, yaddaqalan, bəsit söz axtarışına çıxanda, o, klassiklərin, tanınmış şairlərin məna yükü dərin, sevilən şeirlərinə müraci...
ANL
Ədəbiyyatın mehi - Məsihi. Britaniya muzeyində Şərq əlyazmaları kataloqunu hazırlayan Çarlz Rio bir dastan haqqında ilk dəfə məlumat verir.Müəllif haqqında bir kəlmə söz deyilmir: “Vərqa və Gülşa” fars məxəzlərindən alınmış tərcümə əsəridir”. Bu cümlə, üzün müddət keçsə də, Məsihinin müəllifliyinə kölgə sala bilmədi. M...
ANL
Müctəhidlər on səkkiz min deyirlər, Deyən, yetişibdi sonu dünyanın. On səkkiz min aləm yox olmaqdadır, Qalsa çoxdur beşi, onu dünyanın. Yaradıldı, çiçəkləndi, açıldı, Pis əməldən, pis işlərdən qaçıldı. Axır gəlib dağılmağa tuş oldu. İndi dəyişilib donu dünyanın, Deyən, yetib artıq sonu dünyanın. Çox idi dağları, daşlar...
ANL
AŞIQ ŞƏMŞİRƏ TUMOV HAQQINDA. Dədə Şəmşir, Kəlbəcərdən xəbər tut, Sənə duaçıdır eli-obası. Bizim başımıza gör nələr gəlir, Zəhmət çəkib bir qulaq ver, qadası. Cırcırama olub tumovun təbi, Gah sovuyur, gah güclənir qəzəbi, Bircə həftə bağlamışıq məktəbi, Zəqqum olub Kəlbəcərin havası. Yorğan-döşəkdədir büsbütün şəhər, Ba...
ANL
Qar, tumov, soyuq, külək, yüz bəla gəzdirdi zökəm, Min doqquz yüz on doqquzda insanı bezdirdi zökəm, Mindi cəhənnəm atını hər yana süzdürdü zökəm, Bütün xalqı haldan salıb, canını üzdürdü zökəm, Müxtəsər, kəndlilərə zəhər yedizdirdi zökəm. Hər kəsi tutur bu zökəm, ala-bula sayaqladır, Qotur xırman köhrəsinə qaratikan a...
ANL
Əsrlər boyu, bəşəriyyətin yaşam tarixində zaman-zaman ağır yoluxucu xəstəliklər meydana çıxıb, bu xəstəliklər insanların həyatını təhdid edib, kütləvi itkilərlə nəticələnib. Epidemiyalar eyni zamanda, insanların yaşam tərzini, həyata baxışını dəyişib, yeni dünya düzənini onların qarşısına şərt kimi qoyub. Bu cür hallar...
ANL
qalıb xatırladığımız yurdlarımız... Qədim Tiflis – çoxsəsli, çoxdilli, çoxdinli, nəğməli və süfrəli, müdrik və comərd şəhər. Və bu cazibəli məkanın Azərbaycan ruhunu əks etdirən Meydan məhəlləsi. Qoca Tiflisin döyünən ürəyi olan Azərbaycan-türk məhəlləsi Meydan! Siyasət və ibadət, ticarət və sənət, dostluq və sədaqət, ...
ANL
Əli Məmmədov: "Bizim işimizdə təhlükə qaçılmazdır". Uşaqlıqdan filmlərdə gördüyümüz təhlükəli səhnələrə heyrətlə, bir az da şübhə ilə yanaşdığımı xatırlayıram: Bir binadan digərinə tullanan, motosikleti, maşını yüksək sürətlə və qorxunc manevrlərlə sürən, o dəhşətli döyüşlərdə iştirak edənlər həmin aktyorlar idi, yoxsa...
ANL
Xiyabani Hərəkatı və Təbrizdə Milli hökumət. İran tarixçilərinin gözü ilə. 1920-ci ilin aprel-sentyabr aylarında Cənubi Azərbaycanda Milli hökumətin yaradılması ilə nəticələnən Şeyx Məhəmməd Xiyabani hərəkatına dair İranda onlarla maraqlı tədqiqat əsərləri, kitablar, xatirələr, məqalələr yazılıb. Həm Sovetlər dönəmində...
ANL
Ağalar Qutun "Unudulan işarə: Naz" yazısı haqqında bir dəyərləndirmə. Gənc araşdırmaçı Günel Məmmədovanın təqdim etdiyimiz bu yazısı hazırda Avropada yaşayan azərbaycanlı yazar Ağalar Qutun bu günlərdə yayımlanaraq geniş mübahisələrə səbəb olmuş "Unudulan işarə: Naz" essesinə cavab-münasibət kimi yazılıb. Qeyd edək ki,...
ANL
Şaxtalı, çovğunlu qış gecəsiydi, Mən öz otağımda yatağa girib. Alışdırdım siqaretimi. Tütünün közü kötükdən qopub. Geyinib sübh tezdən çıxdım eyvana. İlk bahar günəşinin. Tapdı sinəmdəki yanıq deşiyi. Ordan qıvrılaraq. Siz elə bilməyin atəşi söndü, Siz elə bilməyin sözü qurtardı, Bəlkə düşünürsüz, Qafiə tapmadı sonuncu...
ANL
Karantindəki vətəndaşın pandemiyadan giley-güzarı. Məmməd Araz. Ərzaq da tükənir, pul da tükənir, Ciblərdən sonuncu manat da qaçır. Oğul-uşaq qapır əldən tikəni, Saç-saqqal basandan arvad da qaçır, Virus azalmır ki azalmır, qaqa! Yedi yarasanı neçə ay qabaq. ABŞ-ın petrolu sudan aşağı, Rus rublu biryolluq kəlləmayallaq...
ANL
Əməkdar artist, dostum Ağalar Bayramov 30 ildən artıqdır ki, Azərbaycan ədəbiyyatının sözçüsüdür.Sinəsi doludur, bədii qiraət, oxu ustasıdır. Ən qədim dövrlərdən üzü bəri poeziyamızda elə bir dəyərli şair yoxdur ki, Ağalar irili-xırdalı məclislərdə, efirdə onun şeirlərini səsləndirməsin. Həmişə səhnədə, ziyalılar arası...
ANL
Ağarəhim Quliyev: "Fleyta ruhumla. musiqi arasında körpü oldu". İstedadlı fleytaçı Ağarəhim Quliyev hələ çox gənc - 19 yaşında olsa da, Azərbaycanda və xaricdə qazandığı bir sıra mühüm uğurları ilə musiqi dünyasında adını tanıtmağı bacarıb. Söhbətimizə onun sənət yolundan başladıq. Musiqiçi ailəsində doğulan, anası və ...
ANL
Moskvada bir əfsanə adam: Ramiz Abutalıbov. İllər öncə Baninin kitablarını oxuyarkən, onun maraqlı həyatı ilə bağlı tədqiqat aparanda qarşıma Ramiz Abutalıbov adı çıxmışdı. 1981-ci ildə Baninlə görüşüb söhbət edən ilk azərbaycanlı olaraq onu qısqanmışdım. Sadəcə, Baninləmi? Almaniyadakı azərbaycanlı legionerlər, mühaci...
ANL
Elmi və ictimai mühitimizin. Abuzər Xələfov itkisi. Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin “Fərdi təqaüdçü”sü, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin Prezidenti, Bakı Dövlət Uni...
ANL
SUALLARA TARİX ELMLƏRİ DOKTORU SOLMAZ RÜSTƏMOVA-TOHİDİ CAVAB VERİR. Tanınmış alim və fədakar tədqiqatçı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi milli tariximizin 28 aprel 1920-ci il səhifəsilə bağlı bu günlərdə "Azadlıq" radiosundan ünvanlanan suallara verdiyi bu cavabları sosial şəbəkədə paylaşıb. Mövzunun aktu...
ANL
Sönmüş ulduzun səssiz gedişi - Rafael Hüseynov yazır. Növbəti yay səhəri - avqustun 8-i mənimçün kədərli xəbərlə başlandı. Bəstəkar, müğənni dostum Rizvan Sədirxanov zəng vurmuşdu və həmin acı sorağı çatdırdı. Amma xalqın bundan xəbəri yox. Yazıq xalqın nə təqsiri! Gərək DƏYƏRLƏRi xalqa tanıdasan ki, o da hansı sərvəti...
ANL
Mədəniyyət Nazirliyi ideya axtarışında. Son günlərdə aparılan kadr islahatlarından sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olundu və Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası ona tapşırıldı. Qeyd edək ki, Anar Kərimov bundan öncə ...
ANL
Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri. Vətənpərvərlik həm də öz işində peşəkar, vicdanlı və səriştəli olmaqdır. Qələm dəbdən düşüb. İndi QƏLƏMSİZ YAZILANLAR dövrüdür. Əsas yazmaqdır. İnsanlar xəbərdən yorulub bezəcək, sakit, səs-küysüz məkan axtaracaqlar. Bu dava-dalaş əvəzçıxmaları, xaricdə yaşayan çılğı...
ANL