text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Şəhidlik ən ülvi arzusu idi... CƏSUR LEYTENANT FƏRMİN ƏLİYEV İŞĞAL ALTINDAKI DOĞMA TORPAQLARA QOVUŞMAĞIMIZ ÜÇÜN CANINI ƏSİRGƏMƏDƏN VURUŞDU. Vətən müharibəmizdə qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə yüksələn fədakar, qəhrəman Azərbaycan övladlarından biri də leytenant Fərmin Fərman oğlu Əliyevdir. Zəhmətkeş kənd... | ANL |
Səni ilk dərs günündə məktəbə özüm aparacam. O, hələ lap kiçik yaşlarından qəhrəmanlıq filmlərinə, xüsusən də əfsanəvi Mixaylonun igidliyinin təsirli sonluqla bitən ekran təcəssümü - "Uzaq sahillərdə"yə dönə-dönə baxırmış. Məktəbli vaxtlarından da hərbçi olacağını qət edibmiş. Tovuz elinin Aşağı Öysüzlü kəndinin sadə ... | ANL |
Baxışlarım yarpağın üzərində dövrə vuran kəpənəyə zillənmişdi. Hərəkətsiz dayanıb onu izləyirdim. Dizlərimin tozunu çırpıb başımı qaldırdım. Əllərini çarpazlaşdırıb başının altına qoymuşdu. Yanında əyləşdim. Çəkdiyim şəkli göstərmək istəyirdim, ancaq xülyadan onu ayırmadım. Payız hələ girməmişdi. Hava təmiz, sak... | ANL |
"Yol uzunu arzular"la uzun bir yola çıxan, "Didib, parçalayacam mənfur yadelliləri" hayqırtısı ilə "Ürəyimi eşit dünya" deyən, "Şəhid ruhlar, məzarlar zəfər cəngilərindən agah olmuş olaydı" duasını heç əskiltməyən unudulmaz şairə, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nurəngiz Gün əbədiyyətə qovuş... | ANL |
Sən olmaq istəyərəm sonra. Necə uçaram. Sən olmaq istəyərəm sonra. Demədən. Hər yerdə açmaq. Hər yerdə qoxlanmaq istəyərəm. Sən olmaq istəyərəm sonra. Necə qalib olaram savaşda. Qalib olmasam, içim içimi yeyər. Sevgi röyama girmə bu gecə. Sən olmaq istəyərəm sonra. Sevgidən açılsın istəyərəm. Belə olmasa. | ANL |
Məndən soruşsalar. Aziz Kiril və Metodiy Universitetinin filologiya fakültəsini bitirib. Uzun müddət Türk dili müəllimi olaraq çalışıb. Məndən soruşsalar belə deyərdim: Danışmaq çətin deyil, çətini susmaqdır, Yazmaq çətin deyil, çətini yazmamaqdır, Ağlamaq çətin deyil, çətini ağlamamaqdır, Anlatmaq çətin deyil, çətin... | ANL |
Priştine Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində bakalavar və magistr təhsili alıb. Şeir, esse, elmi məqalələri Kosovo və Türkiyənin müxtəlif dərgilərində müntəzəm olaraq yayımlanır. Bir gün bohem bir mahnı yazmalıyam, Ərqəvanlar bədənini oxşayanda. Bir ney ədasında olmalı incə və zərif duruşun. Və s... | ANL |
yandırsam getdiyimiz bütün şəhərləri. Hazırda Üsküb radiosunda aparıcı olaraq işləyir. keçdiyimiz bütün küçələri. önündə dayandığımız bütün vitrinləri. və mindiyimiz bütün gəmiləri. İtirsəm dinlədiyimiz bütün mahnıları. yoxa çıxsa şəkər pambığı satan adamlar. dəyişdirsəm bütün qoxuları. ağ-qara film izləmək istəyi... | ANL |
Gözlərinə. İstanbul Universiteti Türk dili və ədəbiyyatı fakültəsindən məzun olub. Hazırda Marmara Universitetində magistr təhsilinə davam edir. Ağlama, Damlamasın qəmzələrinə, Hər gülüşündə uçub getməsin "zaman", Qanadlarıyla hüznümü dağıdan bir quş. Solumda yüklüdür sevda, Yükdürmü bilmirəm amma. mənzərənin ardınd... | ANL |
Böyük bəstəkar haqqında mükəmməl nəşr. Hələ insan həyatdakı missiyasını dərk etməyi bacarırsa o zaman bu əqidə daha qabarıq şəkildə önə çıxaraq mükəmməl tərzdə özünü büruzə verir. Yaşadığı müddətdə sənət nümunələri ilə dünyaya səs salmağı bacaran, dərin izlər buraxan insanlar özlərindən sonra da xatırlanan şəxs... | ANL |
"Müəllim" ləqəbli kəşfiyyatçı İmran Məmmədlinin döyüş yolu. Ümumiyyətlə, acı xəbərin sarsıntısı nə qədər böyük olsa da, onun gülər üzündən, əlini əlinə vurub qəhqəhə çəkərək danışdığı baməzə söhbətlərindən savayı, heç nə xatırlaya bilmədim. Tək mənimlə danışanda yox, anadangəlmə gülərüz idi. Təbəssüm onun sifə... | ANL |
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də ... | ANL |
Vətən müharibəsində qələbəmizin fəlsəfi-tarixi dərki. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı... | ANL |
Bağdadlılar bu istiyə öyrəşmişdilər. Hətta zarafatla bir hadisəni yada salıb deyərdilər: "Bir gün Osmanlı paşası Bağdada gəlir. Lakin bu gün Bağdad başqa bir od-alovun içərisində idi. Səddam Hüseyn rejiminə son qoymuş Amerika ordusu artıq bir ildən çoxdur ki, Bağdada daxil olmuşdu. Ölkəni xaos bürümüşdü. Yeni s... | ANL |
“Qəsdən intellektual şeylər danışmışam, anlamadıqları üçün gülə bilməyiblər”. Aktyor Erkin Ergin: "Pozitivliyi sevdiyimə görə komediya janrını özümə daha yaxın bilirəm". Bu gün Azərbaycanda komediya aktyorları, "Stand UP" şoular və videobloqerlər hər gün daha da məşhurlaşır, əvvəlki illərə nisbətən filmlər daha ço... | ANL |
Ümumiyyətlə, dünya ədəbiyyatında, xüsusən türk dünyası ədəbi fikrində və Azərbaycan ədəbiyyatı tarixində "Kitabi-Dədə Qorqud" abidəsi azərbaycanlıların ulu babaları olmuş oğuz tayfalarının keşməkeşli həyatı, şərəfli mübarizəsi, dövlətçilik qabiliyyəti, qəhrəmanlıq ruhu və şücaəti haqqında yaradılmış möhtəşəm bir dast... | ANL |
Xalq şairi Məmməd Arazın irsinin tədqiqinə mühüm töhfə. Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun "Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz" adlı monoqrafiyası böyük şairimiz Məmməd Arazın irsinin öyrən... | ANL |
XX əsrin ən görkəmli kitablardan biri sayılır: "The Modern Library" bütün zamanların yüz ən yaxşı romanlar siyahısında dördüncü yerdədir. Roman özünü Humbert adlandırılan qəhrəmanın dilindən nəql olunur. O, hadisələrin nəqlinə hələ uşaq olarkən itirdiyi sevgilisi ilə olan münasibətin təsviri ilə başlayır. Özünün də qey... | ANL |
O əziz gündə, bu millətin həyatındakı ən xoşbəxt saatlarda, Əsgərimiz Azadlıq meydanında Zəfər keçidini edəndə bütün Azərbaycan ağlayacaq. Çünki bu, köksə sığmayacaq qədər elə böyük duyğu, elə ölçüyəgəlməz səadətdir ki, onu ifadə etməyə sözlərin gücü çatmaz. Başda o Qəhrəman Əsgərin Sərkərdəsi, Prezident İlham Ə... | ANL |
Bir il içərisində həyat, bəşəriyyətin yaşam şərtləri nə qədər dəyişdi; həm də köklü şəkildə dəyişdi! Sanki dünya məhvərindən oynadı! Uzaq-yaxın coğrafiyaya məxsus milyonlarla insan heç düşünmədən indi bizim bu parlaq sözlərimizə şərik çıxar. Bu, hələ harasıdı - sürət əsrinin ildırım sürətli və fövqəladə çevrilişi insan... | ANL |
"Yaralılarımız ancaq döyüşmək, sağalıb döyüşə qayıtmaq istəyirdilər". Müsahibimiz İkinci Qarabağ savaşının iştirakçısı, hərbi həkim Azər Sahibidir. İkinci Qarabağ savaşı Azərbaycanın qələbəsi ilə yekunlaşdığı vaxtdan bu günə qədər döyüş vaxtı qəhrəmanlıq göstərmiş qazilərimizin dilindən həm özləri haqqında, həm də ş... | ANL |
Yeni qəhrəmanlıq salnaməsi dərsliklərdə əks olunacaq. Bu günlərdə Təhsil Nazirliyin tərəfindən "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planı təsdiq edilib. Məqsəd ölkəmizin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dö... | ANL |
Ermənistanda məscidlər. 44 günlük şanlı Vətən müharibəsi bizi neçə illərdən bəri həsrətində olduğumuz torpaqlarımıza qovuşdurdu. Bu zəfər günlərində ata-analar öz övladlarını böyük ruh yüksəkliyi ilə vətən torpaqlarını mənfur erməni faşistlərilə ölüm-dirim savaşına yola salırdılar. Hərbi Komissarlıqlarda cəbhəyə getmək... | ANL |
Sonra islaq sükut bir qom qara çevrildi. Sonra bu bir qom qar bərkiyib-düyünlənib qəhər oldu. Düyünlənmiş kal qəhər ilişib qaldı gözlə ürək arasında, nə gözdə suya qarışdı, nə ürəkdə aha keçdi. Bir az onu vaxt qopartdı, bir az sevdalar yuxulatdı. Nə tələsən arzuları, nə gecikən ümidləri isindi. Çox-çox sonralar biləcək... | ANL |
"Şirin suyu sahili izdihamlı olar" ifadəsi XIII əsrdə Konyada yaşayan, dövrünün Hippokratı, Platonu, "Anadolu həkimlərininn başı" epitetləri ilə anılan və I Ələddin Keyqubadın dövründə "daru`ş-şifa"nın (xəstəxana) baş həkimi olan Əkmələddin Naxçıvaniyə ünvanlanan məktubda yer alır. Məktubu İslam sivilizasiyasının ir... | ANL |
Sadə sualın ağır yükü. İllər ötəcək, Azərbaycan məktəblərinin tarix dərsliklərində Böyük Vətən müharibəmiz haqqında fəsillər də yer alacaq, sabahkı vaxtın və əhvalın yönəltməsi və hökmüylə bu Tale Savaşımız haqqında ən xırda təfərrüatları açan cild-cild kitablar da yazılacaq. İkinci Qarabağ müharibəsinin dalğası... | ANL |
Mədəniyyətimizin və pedaqoji fikrimizin örnək tədqiqatçısı. Ömrünün 80-ci pilləsinə doğru mətinliklə qədəm qoyan görkəmli alim, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Cəmil oğlu Xəlilov münəvvər bir insan olaraq, sözün gerçək mənasında, ümumxalq mehri qazanmış şəxsiyyətlərdəndir. O, xalq ruhunu, milli adət-... | ANL |
"Müasir dövrün rəssamları daha kreativdir". Gənc rəssam və karikaturaçı Vasif Səftərov: "Rəsm çəkmək içində olduğun anı yaşamaqdır". Sosial şəbəkələrdə parlayanlar. Təbiət müxtəlif rənglər və çalarlarla zəngindir. Rəssam üçün ən böyük xoşbəxtlik rənglərin dünyasına daxil olub onların dilini tapmaqdır. Bu xoşbəxtliyin... | ANL |
Osmanlı rəssamın "Tısbağa tərbiyəçisi". "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Nuranə Səlimlidir. Nuranə xanımla Osmanlı dövrünün ilk arxeoloqu, İstanbul Arxeologiya muzeyinin qurucusu və direktoru olmuş rəssam Osman ... | ANL |
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA-nın yaradılmasından 25 il ötür. Bu 25 ilin hər biri ölkənin idman mediası tarixinin parlaq səhifəsidir desək, əlbəttə, yanılmarıq. Nəzərə alsaq ki, müstəqil Azərbaycan Respublikasının cəmi 29 yaşı var, onda 25 rəqəminin də möhtəşəmliyi və heç də kiçik tarix olmadığı ... | ANL |
Bu günlərdə sosial şəbəkələrdə Qarabağda döyüşən erməni əsgərinin anasının öz övladı haqqında heç bir məlumat əldə edə bilmədiyi barədə kədərli, emosional çıxışını izlədim və bu yöndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən kömək istəmək niyyətində olması barədə dediklərini dinlədim. Ananın öz övla... | ANL |
Narsistlər hər zaman "haqlıdırlar". Ta əvvəldən fərqli xarakterə malik insanlarla dil tapmağı sevmişəm. Çoxları tərəfindən qəbul edilməyən, anlaşılmayan, tez-tez mübahisə, qınaq obyekti olan insanları öyrənmək, onların dünyası ilə tanış olmaq mənə maraqlı gəlib. Və maraqlıdır ki, çoxluqla normal ünsiyyət qura bilməy... | ANL |
Müharibə Yer üzünün ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırağı söndürür. deyirsə, deməli, həmin xalq qalibiyyətə layiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində bir məğrurluq, bir fəxarət hiss olunurdu. Çünki onlar canını ... | ANL |
Şəhid baş leytenant. İkinci Qarabağ savaşında ön cəbhədən gələn hər bir xəbər arxa cəbhə üçün xüsusi əhəmiyyət daşıyırdı. Cəmiyyət bütün proseslər barədə informasiya tələb edirdi. Xüsusilə də, hər kəs Şuşa müjdəsinə səbirsizlənirdi. Şuşanın işğaldan azad olunması xəbəri rəsmi açıqlandıqdan sonra bu əməliyyatın uğurla n... | ANL |
Sənə qurban. Sənəm musiqini çox sevirdi. Evlərində köhnədənqalma, qara rəngli bir piano vardı. Anasının cehizi idi. Ağlı kəsəndən, özünü tanıyandan hər gün o pianonun qapağını qaldırıb nəsə dınqıldadardı. Ağappaq şirmayi dillərlə qara dillərin qucaq-qucağa yatdığı bu sirli-sehirli qutu onun üçün bir dünya idi. U... | ANL |
Dünya hərb tarixinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəmiz və qazandığımız böyük zəfərlə bağlı. təəssüratlar hələ uzun müddət dilimizdən düşməyəcək. Bu dəfə Birinci Qarabağ müharibəsi veteranı, Əməkdar hüquqşünas, Ədliyyə generalı Akif Rəfiyev 30 il öncəki hadisələr və yeni qələbə tariximizlə bağlı tə... | ANL |
Vətənlə döyünən ürəklər. Qarabağ uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə ithaf olunan yeni musiqi əsəri təqdim edilib. Qarabağ! Düşmən xəncəri saplanmış qəlbin parça-parça oldu, əzəli sakinlərin pərən-pərən düşdülər! İllərlə sinələrinə çökmüş Vətən həsrətinin acısını soyudacaq bir təsəlli ilə yaşadılar! ... | ANL |
İşğaldan azad olunan Ağdam şəhərinə səfərimi başa vurub geriyə - Bakıya qayıdanda, yoldaykən zəng vuran dost-tanışdan eyni sualları eşidirəm: “Oranın vəziyyəti necə idi?”. Son sualın qoyuluşuna diqqət edin: evinizə getdin yox a, evinizi tapdın…. Səbəbsiz deyil, əlbəttə. Çünki vəhşi və vandal erməni şəhərdə evdə evlik, ... | ANL |
Azərbaycan dövlətçiliyinin Laçın mərhələsi başlayır... Xəyallarımız gerçəkləşir. Azərbaycan tarixində bir sıra ilklərə müəlliflik etmiş Prezident növbəti ilkə imza atdı. Biz qalib Dövlətik. Biz qalib Orduyuq. Hazırda Qələbəmizə fərqli səmtlərdən yanaşanlar var və olacaq. Siyasi ekspertlər, iqtisadçılar, hərbi mü... | ANL |
Azərbaycanın Alanyadakı səsi. İkinci Qarabağ müharibəsi zamanında dünyanın müxtəlif ölkələrində yaşayan ziyalılarımızın Azərbaycanın haqq səsini dünyaya çatdırmalarına çox böyük gərək vardı. Bir çoxu bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəldi, informasiya savaşında da düşməni bir xeyli çətinliyə saldı. Onlardan b... | ANL |
Deyirlər, bəzən min kəlmənin ifadə edə bilmədiyi informasiyanı bir foto ilə rahat şəkildə çatdırmaq mümkündür. Vətən müharibəsi dövründə biz həmin fotolar sayəsində hadisələrin əyani şəkildə şahidi olduq. Acısını ifadə etməyə söz tapmayan bərdəli Aysunun atasının balaca qızının məzarı başındakı ah-naləsini, rake... | ANL |
İbrahim Səfinin rəsmləri. Görkəmli rəssamın yaradıcılığı gənc sənətşünas Fizzə Quliyevanın elmi təqdimatında. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri, gənc sənətşünas Fizzə Quliyevanın "İbr... | ANL |
"Salvador Dalinin özünün davamçısı saydığı ikinci rəssam mənəm". "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı İmran Nurəlidir. İmran bəylə müəllifi olduğu "Narların metafizik anlayışı" əsəri və əsərin Salvador Dali yaradıcılığı ilə əlaqəsindən danışmışıq. - Bu əsərdə ölçü vahidinin metafizik forması təsv... | ANL |
1990-cı illərdə mərhum Aydın Məmmədovun başçılıq etdiyi Tərcümə Mərkəzində müavin işləyirdim və Kamal Abdullanı da elə o vaxtlar Aydın müəllimin dostu kimi tanıdım. Əgər Kamal Abdullanı bir neçə sözlə ifadə etmək lazım gəlsə, mən onu Öz İçində Gizlənən Adam kimi səciyyələndirərəm. Məncə, onun bu xarakteri və ob... | ANL |
Tarixşünaslığımızın yeni uğuru: "İranda Azərbaycan tarixi məsələləri". Tanınmış tədqiqatçı və diplomat, AMEA Fəlsəfə və Sosiologiya institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin bu günlərdə çapdan çıxmış "İranda Azərbaycan tarixi məsələləri" (Bakı. monoqrafiyası bir çox c... | ANL |
UNEC-in 24/7 kitabxanasının uğurlu fəaliyyətinin növbəti mərhələsi. UNEC Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanası fəaliyyətinə başladığı vaxtdan müxtəlif layihələrin həyata keçirilməsi, təlimlərin təşkili, bir-birindən rəngarəng tədbirlərin təqdimatı ilə həm UNEC-in akademik heyəti, həm tələbələri, həm də həmk... | ANL |
Xoşbəxt son nöqtə. İlk atəşləri qələmlər açdılar. Gizlicə iş gedirmiş, nəhəng bir şəbəkə qurulubmuş, Azərbaycan boyu bütün ermənilər "Miatsum" ideyası ətrafında birləşdirilibmişlər və maraqlıdır ki, bizim xüsusi xidmət orqanları bu böyüklükdə təhlükə ilə bağlı nə tədbirlər tökürmüşlər? Çünki məlumatsız idilər de... | ANL |
Böyük alimin Qarabağ dərdi. Yaşasaydı bu gün dünyaya göz açdığı doğma torpağının - Cəbrayılın erməni işğalından azad olunması xəbərini eşidib bütün intizarına, yurd həsrətinə son qoyulacaqdı. Vətən sevgisi, yurda, torpağa bağlılıq bütün normal insanlarda olub, var və olacaqdır. Ancaq elə insanlar var ki, onların y... | ANL |
Canıyeva Göyərçin. yığıb məni boğaza! əlaqə itir... sonuncu nəfəs ilə, Canıyev ratsiyanı dodağına gətirir. | ANL |
Çox şükür, əməyin getmədi boşa, Bir məğrur orduyla yeridin başa, Bu şanlı tarixdi qayıtdı Şuşa. Hər zəfər xəbərin şəhidlə andıq, Baxıb ailələrə nə qədər yandıq. Kimləri itirdik, nələr qazandıq, Hünərin mübarək sənin, ay Vətən! Yazılanlar çatmaz alın tərinə, Bu xalq fərəhlənir hər zəfərinə, Murov, Zəngilana, Xudafərin... | ANL |
qazandığın qələbənin sevincini çək. Azərbaycan əsgərinin rəşadətini çək. sərkərdəsini çək. Azərbaycan xalqının İlhamını çək, qardaş. Azərbaycanın adını dünyaya tanıdan. | ANL |
Şuşanın müjdəsi. Filankəsin evinə gecə oğru giribmiş. Qayıdanda hər axşam qəzetçi öz evinə, Məsmə nənə yüyürür tez sevinə-sevinə. Televizor da danışır, radio da səslənir, Nənə tək xəbərləri Qəzetçidən dinləyir. Hərdən büküb tıxayır qapının arasına, Hərdən məzəmmət edir gözünün qarasına: "Kaş özüm oxuyardım, görəydim n... | ANL |
"Tarixi Qələbə" müsabiqəsinin qalibləri. "525-ci qəzet"in sosial şəbəkə hesabları üzərindən İkinci Vətən müharibəsinin Qələbə xəbəri münasibətilə həvəskar yazarlar üçün keçirdiyi "TARİXİ QƏLƏBƏ" adlı hekayə və şeir müsabiqəsi başa çatıb. Qalibləri və yarışmaya qoşulan hər bir kəsi təbrik edir, bundan sonrakı fə... | ANL |
Yurdun əsgəri. Qələbə müjdəli xəbərlərdən de, Artıq azad olan şəhərlərdən de. Vətən tarix yazır zəfərlərdən de, Özünə ev bilib soyuq səngəri, Zəfərin mübarək yurdun əsgəri! Ali Baş Komandan min əhsən sizə, Ordumuzla ağ gün gətirdin bizə. Qaliblik yaraşır bu ölkəmizə, Gördüm əsgərlərdə qeyrət, hünəri, Zəfərin mübarək ... | ANL |
Gözlərimizin nuru vətən. İkinci Qarabağ savaşı - Vətən müharibəsi başlayandan sonra, internetin zəifləməsi ilə bağlı, meylimi radioya saldım. Hər saatın başında həyəcanla xəbərləri dinlədim. Birinci Qarabağ müharibəsinin veteranı, bu gün də ayağındakı qəlpə üzündən əsayla güclə gəzən qardaşım Nəsib Ağdamın Xındırıstan... | ANL |
İnnovasiyalarla ayaqlaşmağa çalışan təhsil sistemi. Ailə, müəllim, cəmiyyət üçbucağı birləşsə, gənc nəsildə milli mənlik şüurunu doğru və düzgün formada inkişaf etdirmək olar. Təhsil sahəsində ard-arda innovasiyalar tətbiq olunduqca müəllimlərin də sürətlə dəyişən bu proseslə ayaqlaşması, yeniliklərə adaptasiya o... | ANL |
Alban məbədlərinin ermənilərlə heç bir əlaqəsi yoxdur. İlahiyyat institutunun rektoru Aqil Şirinov: "Bu abidələr tikilən dövrdə qafqazda ermənilər yaşamırdı". işğaldan azad olunan ərazilərində qədim Alban mədəniyyətinə, zəngin memarlıq irsinə aid xeyli sayda məbəd, kilsə və monastırı var. Bu məbədlərin çoxu mənf... | ANL |
Arzusuna çatan qəhrəman. Əli uşaqlıqdan kikboks və ağır atletika üzrə yarışlarda birincilik də qazanıb. Başqa istənilən instituta qəbul olmaq fürsəti olsa da, Əli imtina edib. Goranboyda - Ballı qayada hərbi xidmətə başlayıb. Hərbidəki fərqliliyinə görə "Yırtıcı" ləqəbi ilə çağırılan qəhrəmanımız 2019-cu ildə h... | ANL |
Dekabrın 1-də Azərbaycanın əzəli torpağı olan Laçın rayonu öz sahibinə - azərbaycanlılara qaytarıldı. Laçın uğrunda döyüşlərdə Azərbaycanın neçə-neçə qəhrəman oğlu şəhid olub. Belə igidlərdən biri də noyabr ayının 4-ü Laçının Xanalılar kəndində dünyasını dəyişən, şəhid general-mayor Polad Həşimovun yaxın dostu... | ANL |
Qoyun yavanlıq kimi, Süfrəmə torpaq qoyun. Çörəyimə səpim mən. Naxçıvan duzu kimi. Batırım hər loxmamı, Yalayım quzu kimi. Saralıbdı çölləri, Otu yaman solubdu. Şirinliyi özündən, Lap yeməli olubdu. Təbərrikdi, tutyadı, Yeyirəm də, doymuram. Gəzməyə yurdum var, ölməyə yerim. Tarixi zəfərlə keçir günlərim, Daha qiyamətə... | ANL |
Gözünüz aydın olsun, ay ellər, ay obalar, Əsir torpaqlarımız bir-bir qayıdır geri. İndi dünya görsün ki, oğul doğur analar, Hər birində Nəbinin, Səttarxanın hünəri. Sona yetir millətin otuz illik həsrəti, Daha daşımayacaq bu yükü, bu zilləti. Ürəklərdə qövr edən Qarabağ məhəbbəti, Birləşdirib xalqımı, gözləyirik zəfəri... | ANL |
Eradan əvvəlki məşhur Babil sürgünü zamanı yəhudilər Qüdsdən zorla çıxarılanda gözlərində qanlı yaşları, dillərində əhdləri vardı: "Əgər səni unudarsam, ey Yerusəlim, dilim damağıma yapışsın!..". Yemək zamanı, dua vaxtı, yuxuya gedərkən, sabah qalxarkən dillərinin ən ümdə zikri, beyinlərinin ən vacib fikri oldu Qüds. ... | ANL |
İsmayıl İmanzadə: yurd nisgilli nəğmələr. Tədbirdə bir-birindən maraqlı sərgilər, təqdimatlar, nümayişlər təşkil olunmuşdu. Təqdimatın sonuna yaxın birdən gözüm yazı masasının üzərində sərgilənən kitablara sataşdı. Masanın arxasında İsmayıl İmanzadə dayanmışdı. İsmayıl müəllimlə böyük ehtiramla görüşdük. O, masa... | ANL |
Kamal Abdulla Azərbaycan ədəbiyyatında və elmində müstəsna yeri, sözü və rolu olan bir yaradıcı şəxsiyyətdir. Kamal müəllim böyük alimdir, fərqli və maraqlı yazıçıdır, dərin insandır. Onun haqqında epitetləri, təqdimatları kifayət qədər sadalamaq, şərh etmək, genişləndirmək olar. Həm də müxtəlif rakurslarda: ictimai x... | ANL |
Müəllim və şagirdlər üçün təhlükəsiz onlayn mühit - Virtual məktəb. Şagirdlərin öyrənmə imkanlarını artırmaq, dərslərə əlçatanlığını təmin etmək üçün müxtəlif yollar sınaqdan çıxarılır, ən uğurlu variantlar tətbiq edilir. "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan teledərslər, "Microsoft Teams" platform... | ANL |
Şəhid Rəşad Ələkbərovun əbədiyyətə qədər davam edəcək ömür dastanı... Mənəvi zirvələr fəthedilməzdir. O zirvələrə ucalan Vətən oğullarının yenilməz inadı, sarsılmaz əzmi, dəmir iradəsi, Vətən eşqi və fədakarlığı, qəhrəmanlığı kimi. Şəhidliyin ənginliklərinə, zirvəsinə qəhrəmanlıqla ucalan oğullarımız fəthedilməz... | ANL |
Haqqınızı halal edin, şəhidlər. Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist. Şəhidlər qoymadı ensin bu bayraq, Hər dalğası bir şəhidin ruhudu. Tacını bəzəyən qızıl, zərsiniz. Sizin sayənizdə Ağdam azaddır, Kəlbəcər alındı, Laçın alındı. Qarabağ uğrunda təkcə şəhid yox, Həm də Qarabağın artıq özüsüz. Bayr... | ANL |
Bu zəfər xalqın tarixini bəzədi. Azərbaycan 2020-ci ilin son ongünlüklərini qazanılmış qələbəyə görə bayram əhval-ruhiyyəsində qeyd edir. 10 noyabrda Ermənistanın siyasi və hərbi rəhbərliyi əsasən qeyd-şərtsiz məğlubiyyətə imza atmış, ordusunun bütünlüklə məhv edilməsinin qarşısını almaq üçün bu alçaldıcı addımı ... | ANL |
Əbədi yüksəlişin Hüseyn Cavid yolu. Sovetlər ölkəsində "repressiya mişarı" işə düşəndən adamlar bir-birilə görüşüb danışmaqdan, hətta salamlaşmaqdan belə çəkinir, bir-birinin gözünə gorünməməyə çalışırdılar. Hər gün ağılasığmaz hadisələr baş verir, dəhşətli xəbərlər yayılaraq adamları vahiməyə salırdı. İnsanların qəlbi... | ANL |
Xalq musiqisinin fədakar və unudulmaz bilicisi. Görkəmli musiqiçi Faiq Çələbinin əziz xatirəsinə. Bir neçə ay bundan öncə Sankt-Peterburqdan gələn kədərli xəbər Azərbaycanda dərin hüznlə əks-səda tapdı. 30 iyul 2020-ci ildə yaradıcılıq potensialının çiçəklənmə dövründə məşhur alim-etnomusiqişünas, böyük musiqiçi... | ANL |
Dirilən məzar, gülümsəyən torpaq... Təxminən iki il öncə mətbuatda və sosial şəbəkədə hər bir azərbaycanlını dərindən sarsıdan, damarında qanını donduran bir xəbər yayıldı: ermənilər Milli Qəhrəmanımız Allahverdi Bağırovun məzarını dağıdıb, başdaşını Xankəndinə apararaq məhv ediblər. Bu xəbərin doğruluğu öz sübutunu... | ANL |
Kamal Abdulla ilə üzbəüz oturub, onun nəşrə hazırladığı ilk kitabının makinadan çıxmış varaqlarını çevirə-çevirə fikir mübadiləsi aparırdıq. Ancaq o kitaba keçməzdən əvvəl 70 yaşdan sonrakı həmin nida işarəsi barədə bir kəlmə demək istəyirəm. Bu yaxınlarda bir ədəbi toplantıda saçları ağappaq ağarmış Kamalla yen... | ANL |
Aqıl Abbasın rəqsi. Orada dövlət qurucusu Osman bəyin türbəsi var. Yunanistanın Baş naziri Venizelosun oğlu Sofokles orduda leytenant idi. İlk işi Bursadakı Osman bəyin məzarına getmək oldu. Sofokles ayağını məzarın üstünə qoyaraq fotoqrafı səsləyir: "Baxın, Bursa xatirəsi!". Yunanistan Baş nazirinin oğlunun orada kobu... | ANL |
Qələbəmiz ədalətin bərpasıdır... Haqqı-ədaləti bərpa etmək üçün Ordumuz zəfər yürüşünə çıxdı. 44 günlük Vətən müharibəsində dostlarımıza qürur verəcək, düşmənlərimizi məyus edəcək bir şanlı tarix yazmaqla, bir daha birliyimizin, vətənpərvərliyimizin nəyə qadir olduğunu sübut etdik. Bütün bunlar ataların oğulları ilə ... | ANL |
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm hər bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma elə insanlar var ki, onlar Allah qatında seçilmişlərdir. Ölümlərin ən şərəflisi də deyirlər buna. Vətənimiz Azərbaycan tarix boyu müstəqilliyi, ərazi b... | ANL |
Can atdığı ucalığa qovuşdu... Şəhid kəşfiyyatçımız Camal İsmayılov qısa, ancaq parlaq bir ömür yaşadı. Fatimə xanımla söhbətə başlayarkən "suallarımı necə qurum, necə ünvanlayım ki, yaralı ürəyinə toxunmayım" deyə çox götür-qoy etdim. "Şəhidlərə ölü deməyin, onlar Allah dərgahında diridilər və məkanları cənnətdi... | ANL |
Budur, çox dəyərli bir insanın - akademik, Xalq yazıçısı Kamal Abdullanın 70 illiyi gəlib yetişdi: heç bilmədik bu yubiley nə vaxt gəlib çatdı... Kamal müəllim Azərbaycan ziyalılarının ötən əsrin 60-cı illərində dünyaya göz açmış, elə doğulduğu gündən xalqın dərdini könüllü şəkildə öz üzərinə götürmüş nəslindəndir. M... | ANL |
Zamanın fövqünə yüksələn yaradıcılıq. Azərbaycan ədəbiyyatı formalaşdığı dövrdən başlayaraq zaman-zaman digər dünya xalqları ilə qarşılıqlı əlaqədə olmuşdur. Milli ədəbiyyatın çoxəsrlik ədəbi təcrübəsi bu ədəbiyyatı yaradan xalqın mədəni-tarixi keçmişinin zəngin ənənələrə söykəndiyini göstərir. Bu möhtəşəm mənə... | ANL |
Dünyaya şəhidlik dərsi verən Azərbaycan müəllimləri. Vətən müharibəsində qələbə naminə Azərbaycanın təhsil ictimaiyyəti də böyük fədakarlıqlar göstərdi. Haqq savaşında, Vətən müharibəsində qələbələr qansız-qadasız, itkisiz qazanılmır. Hər yeni mübarizə yeni qəhrəmanları üzə çıxarır. Sentyabrın 27-də torpaqlarımız... | ANL |
Suqovuşanda əbədiyyətə qovuşan igid. Cəsur zabitimiz Nihad Seyidov müqəddəs vətən müharibəmizdə şəhidlik zirvəsinə yüksəlib. Vətən bizim varlığımız, ən müqəddəs dəyərlərimizin toplandığı yerdir. Tarix boyu Vətən torpaqlarının müdafiəsi uğrunda neçə-neçə igid oğul və qızlarımız canından keçib, şəhidlik məqamına yüks... | ANL |
Əsgər kitabları və Göyçənin qapısı. Anamın bir göy üzlü dəftəri var... Varını-yoxunu, doğulduğu evi, doğulduğum evi, Göyçə gölünü, Səməd ağanın dərəsini, Qızlar bulağını, Rusqırılan dərəsini, adını bilmədiyim, amma anam danışdıqca təsəvvürümdə canlanan neçə düzü, dərəni, dağı, Dərədən Pəmbəyə gedən yolları, o yolla... | ANL |
adlı kitabı işıq üzü görüb. Kitabda Aysel Kərimin müxtəlif mövzularda yazdığı lirik şeirlər öz əksini tapıb. Vətən, yurd anlayışı, həyatın özü, onun fəlsəfəsi, saf məhəbbətin tərənnümü şeirlərin ana xəttini təşkil edir. Kitabda Aysel Kərimin sözlərinə bəstələnmiş həm özünün müəllifi olduğu, həm də digər bəstəkarlar... | ANL |
Fədakar Cümhuriyyət qadını. Sarıqamış məğlubiyyəti 10 mindən çox Türk əsirin ruslar tərəfindən Bakının ən qədim türməsi olan Nargin adasına salınmasına səbəb oldu. Sona xanım Bakının zəngin və yüksək təhsilli xanımlarından biri idi. Milyonçu qlasnı (deputat) Kərbəlayi İsrafil ağa Hacıyevin həyat yoldaşı, Bakı Müsəlman... | ANL |
Təhsildə fundamentallıq anlayışına bir nəzər. Təhsil sisteminin funksiyalarından biri də şagirdlərin əxlaqi (davranış) dəyərlərə yiyələnməsi istiqamətini təşkil etməsidir, cəmiyyətdə (dövlətdə) insan resursunun (kapitalın) ilk olaraq maddi ehtiyacının ödənilməsidir, nail olmasıdır: bu isə özünü üç istiqamətə xidmə... | ANL |
Həmin vaxt ərzində yarımçıq qalmış işlərimi tamamladım və bu illər ərzində dostlaşdığım insanlarla, ən başlıcası, öz işçilərimlə xudahafizləşdim. Haccı Ğassanın axır vaxtlar məni qoruyan qohumu Əli ilə xüsusi olaraq vidalaşdım. O, qarşımda günahkar kimi etdiyi bəzi səhvlər üçün məndən üzr istədi. Amma yadımdan he... | ANL |
Sərkərdə ordunu şərəfə çatdırır. Bu ilin sentyabr-noyabr aylarında gedən 44 günlük müharibə bir çox məsələlərə aydınlıq bəxş etdi, köhnə mifləri dağıtdı, yeni qəhrəmanları səhnəyə gətirdi. Müharibə Azərbaycanın iftixar mənbəyi sayıla biləcək qələbəsi ilə başa çatdı, xalq 30 il ərzində onu utanmağa məcbur edən ləkəni ... | ANL |
Müharibə - Ədəbiyyat - Müharibə ədəbiyyatı. Bu üçbucağın "tərəfləri" öz aralarında necə yola getməlidir? Böyük Vətən müharibəsi və Qarabağ savaşının. Bunlar isə özləri ilə bərabər, yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət də gətirmişlərdir. Bu obrazlardan birincisi əsgər obrazıdır. Klassik ədəbi... | ANL |
Şəhid leytenantHəsən Quliyev. Orta məktəbdə biliyi, istedadı ilə seçilən Həsənin valideynləri onu başqa sahədə görmək istəsə də, kiçik yaşlarından hərb peşəsinə olan marağı ürəyi Vətən eşqilə döyünən gəncin yolunu Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi liseydən salır. İllərdir ürəyində bəslədiyi arzusu ... | ANL |
Yeni təqvim ilinə zəfərlə keçməyimizə canları, qanları ilə nail olmuş şəhidlərin... Çapa getməzdən öncə materialları yığıb evə gətirdim ki, şənbə-bazar günləri arxayın şəkildə baxım. Onların arasında mənim də bir-iki yazım var idi. Mətnlərə baxıb yerbəyer etdikdən sonra daimi izlədiyim bir sosial şəbəkədə xəbər lentin... | ANL |
Vətən müharibəsi və ADMİU. 30 ilə yaxın zamandan sonra Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti təxribatına qarşılıq olaraq geniş əks-hücum əməliyyatlarına başladı. Azərbaycanın əzəli-əbədi torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsi noyabrın 10-da t... | ANL |
Səfər Alışarlının özünü axtaran qəhrəmanları. 80-ci illərin əvvəllərində ədəbiyyata gələn Səfər Alışarlının Azərbaycan jurnalında çap olunmuş ilk hekayələri Azərbaycan bədii nəsrinə özünəməxsus üslubu olan bir yazıçının gəldiyini müjdələyirdi. Yazıçının müstəqillik dövrü əsərlərində isə artıq oxucular müasir mühit və ... | ANL |
Yarım əsrə uğurla yekun vuran "Türkologiya". "Türkologiya" jurnalı SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi "Sovetskaya tyurkologiya" adı ilə 1970-ci ilin aprel ayından çıxmağa başlayıb. SSRİ-nin süqutundan sonra Azərbaycan EA Rəyasət Heyətinin 16 yanvar 1992-ci il tarixli iclas... | ANL |
Ədəbiyyata, poeziyaya qəlbimdə həmişə bir həsrət olub. Əhməd Hüsüoğlu: "Neft və Kimya institutunda oxuduğum illər çox vaxt dərslərə girmirdim, gedib universitetdə Bəxtiyar Vahabzadənin mühazirələrini dinləyirdim". Hansı sahədə olur-olsun, istedaddan başqa şans da vacib amildir. Bu məsələ yaradıcı sahəyə də aiddir... | ANL |
Həsən Seyidbəylinin "Azərbaycan epopeyası". sosialist realizminin ütülü diktəsi nə qədər güclü olsa da, 1950-ci illərin yumşalmalarından sonra humanizm prinsipləri ön plana çəkilməyə başladı. Ekran isə dövrün hadisələrinə daha tez reaksiya verdi. "Uzaq sahillərdə" əllinci illərdə lentə alınmış ilk və yeganə ekran... | ANL |
Psixoloq Vüsalə Əmiraslanova: "Müharibədən çıxmış Azərbaycan vətəndaşı öz dilinə daha çox önəm verməlidir". dünyada, istərsə də ölkəmizdə psixologiya elmi yüksəliş mərhələsindədir. Artıq ailə problemləri, uşaqlarla bağlı məsələlər böyüklərin məsləhəti ilə yox, daha çox psixoloji konsultasiyalar vasitəsilə həll olunu... | ANL |
Mənalı ziyalı ömrü. T.Əbdülhəsənli 1955-ci ildə Neftçala rayonunun Pirəbbə kəndində doğulub. Orta təhsilini Neftçala rayonunun Yuxarı Qaraymanlı kənd məktəbində alıb. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərən filoloq, Azərbaycan dili ... | ANL |
Birin iki olması və ya tarixi kitabların tarixçələri. Vaxtın sürətli axarında hadisələr bəzən nəzərə çarpmadan keçir və illər ötəndən sonra isə hətta işin içində olanların da hafizəsindən silinir. Lakin mədəniyyətimizin taleyi və bütövlükdə tariximizlə bağlı olan heç bir əhəmiyyətli hadisə gərək diqqətdən qıraq... | ANL |
Dost-düşmən seçilər, Vətən seçilməz! Nəticə, yaxud yekunlar hərəkətin məzmununu ifadə edir. Adətən biz onu hesabat adlandırır və heç olmasa ildə bir dəfə özümüzü sual yağışına tuturuq. Kamil, intizamlı, psixoloji baxımdan möhkəm xarakterli insanlar az qala hər günün sonunda hesabat verməyi özlərinə borc bilirlər... | ANL |
Həyata qovuşmaq məqamı. Görkəmli yazıçı, müdrik insan və el ağsaqqalı Əli İldırımoğlunun əbədi dünyasına qovuşduğu vaxtdan bizi 40 günlük zaman məsafəsi ayırır. Söhbət o görkəmli yazıçı, o müdrik insan və o el ağsaqqalı Əli İldırımoğlundan gedir ki, onun bütün olub-keçənlərə vəfalı yaddaşı daha çox Keçmişə hesa... | ANL |
Ağalar Mirzənin munis və unudulmaz təbəssümü. Bu gün şair, telejurnalist, folklorşünas alim, Əməkdar İncəsənət xadimi Ağalar Mirzəni xatırlamaq düşünürəm ki, elə milli-mənəvi dəyərlərimizi, yaddaşımızı xatırlamaqdı. Necə ki, vaxtilə Ağalar müəllim öz verilişlərində qədim, ulu obalarımız, onların folkloru və ədəbiyy... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.