text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Tarixə yazdı adını, Duyduq zəfərin dadını. Yaşasın Azərbaycanımız. Verdiyi sözləri tutdu, Göz yaşımızı qurutdu, Yaslı qəlbləri ovutdu. Yaşa, Azərbaycanımız! Xalqı ona hər an dəstək, Güldü milyonlarla ürək. Arzuları etdi gerçək. Yaşa, Azərbaycanımız! Yaşa, Azərbaycanımız! Azad edib Qarabağı. Yaratdı bu xoş növrağı. Y... | ANL |
Mənim döyüşçü qardaşım. Murovda vuruşmuş qəhrəmanlardan olan Afiq Qasımovun döyüş yolu haqqında qeydlər. Doğmaca qardaşım və Vətən müharibəsi! Qalib bir ölkənin yazarı kimi, qələbəmizdə misilsiz xidmətləri olan qardaşımdan söz açmağın qüruru izah olunmaz hissdir. Yadına düşəndə ki, bu fəxarətli anları yaşayana qədər... | ANL |
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana-əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də d... | ANL |
Mədəniyyət kanalının "pəncərəsindəki" "İşıqla yazılan tarix". Günümüzdə balacadan-böyüyə hər kəsin əlində müasir telefonlar olduğu bir zamanda şəkil çəkməyən insan yəqin ki, yoxdur. Ətrafımızda yarı-professional, professional fotoaparatlarla şəkil çəkən gəncləri hər birimiz görürük. Lakin Azərbaycanda foto sənəti ... | ANL |
Kukla teatrının baş rejissoru, əməkdar artist Qurban Məsimov: "Uşaqlarını teatra gətirən valideynlərə minnətdaram". İnsanlar onu həm teleseriallardan, həm də teatrdan tanıyırlar. O, təkcə aktyor, rejissor deyil, həm də Azərbaycan teatr mədəniyyətini sərhədlərimizdən kənarda təmsil edən sənətkarlardandır. Vətən mühari... | ANL |
Akademik Firudin Köçərli Azərbaycanın fəlsəfi fikir tarixinin öyrənilməsinə böyük əmək sərf etmiş, bu sahədə özünəməxsus yol açmış görkəmli alimlərimizdəndir. Akademikin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, etika və estetika problemlərinin tədqiqinə, xalqımızın milli dəyərlə... | ANL |
İsveç ictimai kanalında Azərbaycan proqramı. Bu il avqustun 30-dan İsveç İctimai televiziyasında Azərbaycanın həftəlik xəbər proqramının daimi yayımı başlayıb. Bu, Avropada teleməkanında Azərbaycanın ilk xəbər proqramıdır. Hər həftə10 dəqiqə həcmində efirə gedən veriliş ingilis dilində hazırlanır, buraxılışlar əsasən ... | ANL |
Yazıçı, jurnalist və publisist Teymur Əhmədova yubiley təbriki. Milli ədəbiyyatımızın, mətbuatımızın, publisistikamızın sanballı imzalarından olan ağsaqqal qələm adamı, əzizimiz Teymur Əkbər oğlu Əhmədov! Ona görə ki, həyatın bütün sınaqlarından çıxmış, nəsillərə örnək insanlar özləri bunun yollarından başqaları... | ANL |
Torpaqlarımızın işğalında hamımız günahkarıq; əlahəzrət fakt budur ki, biz xalq, dövlət, millət, ordu olaraq torpaqlarımızı qoruya bilmədik, qalan məsələlər, səbəblər bundan törəmədir. Ermənidən də qorxmayaq, xoflanmayaq, erməni qorxusundan cəsarətlənir, 2016-nın aprel hücumundan sonra bu qorxu daha da böyüyüb. Biz ... | ANL |
Bizim qəhrəmanımız. Şagirdlərdən Prezidentə məktub. Bu haqq savaşını bizim yaşıdlarımıza saxlamadan Azərbaycan bayrağını Qarabağda dalğalandırdığınız üçün var olun! Sizin Ali Baş Komandanlığınızla 10 dekabr Zəfər paradı Vətən müharibəsində qazandığımız tarixi qələbənin dünyaya bəyan edildiyi gün kimi tarixə keçdi. Dün... | ANL |
Özünə və sözünə sadiq. "Torpağa su qarışanda palçıq olur, qan qarışanda Vətən" - sözlərini yaralı döyüşçülərimizin, qazilərimizin dilindən çox eşitdim bu günlərdə. Bu günlərdə əsgərlərimizin sosial şəbəkədə paylaşılan üzümüzdə təbəssüm doğuran müxtəlif görüntülərini də izlədim. Boş vaxtları olanda yelləncəkdə yellənir... | ANL |
Tanınmış bioloq alim qəfil vəfat edib. "525-ci qəzet"in diqqətli oxucuları Gəncədən, eləcə də qərb bölgəsindən hazırlanan, ekoloji mövzulu materiallarımızda mütəmadi olaraq bioloq alim Zaur Hümbətovun məsələləri müfəssəl və köklü şəkildə izah edən ekspert fikirlərini yəqin xatırlayırlar. Heç zaman hətta yorğun belə gö... | ANL |
İslam Sadığın Şumer meydanı. Şumer mövzusu Azərbaycan filologiyasına çox sonralar - keçən əsrin 70-ci illərində gəldi. Və gəlişi ilə mövzunun mahiyyətinə o qədər də dəxli olmayan, get-gedə daha çox siyasi- ideoloji məqsədlər güdən münaqişə meydanına çevrildi. Dil haqqındakı elmin əsaslarını dərindən bilən Aydın Məmməd... | ANL |
Bu gün Azərbaycan idmanının fədailərindən biri, Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyevin 75 yaşı tamam olur. Qol.az saytının müxbiri bununla əlaqədar V.Əliyevdən müsahibə alıb. Sizin üçün bu əlamətdar gündə özünüzü necə hiss edirsiz? Baxmayaraq ki, təqaüddəyəm, hələ də idmanda olan fəaliyyətimi ... | ANL |
Vətən uğrunda igidlik və fədakarlıq nümunəsi. Polkovnik-leytenant Mehman Qənbərovun döyüş və şəhadət yolu qəhrəmanlıq salnaməmizə həkk olundu. Çünki tarix boyu bu torpaq uğrunda keçilməyən canlar, tökülməyən qanlar qalmadı. Ondan ötrü qan tökməyə cümlə qadir olduğumuz kimi, ondan ötrü can verməyə də cümlə qadir old... | ANL |
Həyat həqiqətləri romanı. "Dolu" romanını ilk dəfə illər öncə oxumuşdum və müəllifinə rəğbətim birə-beş artmışdı - torpaq qədri bilən söz adamının Qarabağ dərdimizi ürəyinin odu, yanğısıyla nəql etməsinə görə. Cəmisi 44 gün çəkən Vətən müharibəmizdə şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı azad etdiyi, Zəfər ... | ANL |
Şərəfli ömür və parlaq fəaliyyət yolu. Tanınmış alim, professor Məhəmməd Məmmədovun elmi-ictimai mühitimizdə yeri hər zaman görünəcək. Heç bir çalar ilə bu qanunauyğunluğa özgə bir don geyindirmək mümkün olmur. O zaman bu acı bir ailənin, bir nəslin acısı kontekstindən çıxaraq xəlqiləşir, ümumiləşir, kədərin miqy... | ANL |
"Özünü keçmişi unutmağa məcbur edə bilməzsən". Psixologiya Azərbaycan üçün o qədər də dərin köklərə malik olan sahə deyil. Hətta ölkəmizdə bu elmin daha çox son onilliklərdə inkişaf etdiyini desək, yəqin ki, yanılmarıq. Buna baxmayaraq psixologiyaya olan həvəs və maraq konkert sahədə kifayət qədər bacarıqlı ixti... | ANL |
"Kardeş kalemler"in yeni buraxılışında... Avrasiya Yazarlar Birliyinin (AYB) aylıq mətbu orqanı olan "Kardeş kalemler" dərgisinin bu ilə olan ilk buraxılışı bir-birindən maraqlı yazılarla oxuculara təqdim edilib. Dərginin ilk nümunələri şeirlərdir. Belə ki, oxucular ilk səhifələrdə Türkiyədən Mehmet Əli Kalkan, Türkm... | ANL |
Kiçik, birmərtəbəli evin pəncərəsindən göyün bir parçası görünürdü. Pəncərənin layları açıq idi, çərçivəsinə ağcaqanaddan qorunmaq üçün tor vurulmuşdu. Gündüzdən evin qırla örtülü damı o qədər qızmışdı ki, evə dolan bürkü bitib-tükənmirdi. Bütün bədəni su içində idi. Arada balaca oğlunun "bişiyəm" kəlməsini qulağı al... | ANL |
Mikayıl Müşfiq doğulduğu ünvanda anılıb. Yanvarın 26-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiyaya məqruz qalmış nakam şair Mikayıl Müşfiqin doğulub boya-başa çatdığı ünvanda tədbir keçirilib. Cabir Novruz adına Fondun təşkil etdiyi tədbirdə fondun prezidenti Cavanşir Qurbanov, Xalq artistləri Nur... | ANL |
Nəşriyyatdan "525"ə verilən məlumata görə, dərginin bu sayında da müxtəlif məzmunda araşdırma yazılar, esselər, hekayə və şeirlər, müsahibələr və digər sənət yazıları yer alıb. Bundan başqa, jurnalda Müşfiq Xanın “Rəqib” detektiv romanından bir parça verilib. Səbuhi Şahmursoy 33-cü say üçün yazdığı “Janrsızlar” es... | ANL |
Əbədiyyət nəğməsi. Əsl qəhrəmanlar haqqında ölməz nəğmələr adətən onlar əbədiyyətə qovuşandan sonra yaranır. Əslində, bunlar yaşarılıq, igidlik və cəsurluq haqqında bənzərsiz nəğmələrdir. Bu günlərdə şəhərimizin böyük tamaşa salonlarından birində qəlbimizi riqqətə gətirən, ruhumuzu yerindən oynadan əbədiyyət nəğməsini... | ANL |
Mədəniyyətimizin və ədəbiyyatımızın yorulmaz tədqiqatçısı. Gülhüseyn Kazımlı ilə 1973-cü ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Elm və təhsil" baş redaksiyasında redaktor işlədiyi vaxtlarda tanış olmuşam. Mən həmin redaksiyada "Ədəbiyyatşünaslıq və zaman", "Ədəbiyyat" ve... | ANL |
Ədəbiyyat İnstitutunda "Səbəbi sənsən"in müzakirəsi keçirildi. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin gözəl bir ənənəsi var. Hər həftənin ikinci günü çağdaş dövr ədəbi nümunələrindən birinin müzakirəsi keçirilir. İlk dəfə olaraq həmin müzakirədə mən də iştira... | ANL |
Şairin vətən məhəbbəti və torpaq sevgisi. Zakir Bayramlı Şimal bölgəsinin poetik salnaməsini yaradan şairlərdən biridir. O, qədim Şabranın Xaqanidən başlayan fəlsəfi şeir ənənələrinin müasirlik donunda təqdim etməyi bacarır. Onun şeirlərinin ümumi ahəngində tarixilik və müasirlik vəhdət təşkil edir. Şimal regio... | ANL |
Təhsilin konseptual problemləri. Min illərdir ki, bəşəriyyət xoşbəxt gələcəyə doğru yol gedir.Bu yolda təhsil müstəsna əhəmiyyət daşıyır.Ağı qaradan, doğrunu yalandan, yaxşını pisdən, dostu düşməndən, xeyri şərdən ayırmaq üçün təhsil əvəzsiz vasitədir.Təhsilin bu unikal keyfiyyəti bir çox dövlətlər üçün dərk olunmuş hə... | ANL |
UNUDULMAZ ŞAİRİMİZ ADİL BABAYEV 95 İLLİK YUBİLEYİNDƏ BÖYÜK EHTİRAMLA ANILDI. Xalq şairi Nəriman Həsənzadə mərhum şair, dramaturq, tərcüməçi Adil Babayevi vaxtilə ad günündə xatırlayarkən yazıb bu misraları. Ailəsinin, dostlarının onun xatirəsinə sadiqliyi "Səndən sonra" şeirində çox gözəl poetik dillə ifadə edi... | ANL |
Azərbaycan humanitar elminin böyük uğuru. Kitabın anında və yerindəcə Moskvada, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Ədəbiyyat İnstitutunda möhtəşəm təqdimatı da olmuş (16 dekabr 2019-cu il); bu barədə mən kitabın məsul redaktoru və rus dilində səslənməsində böyük zəhmətləri keçən, filologiya elmləri ... | ANL |
JURNALIN BU İL ÜÇÜN İLK BURAXILIŞINI AYB-nin GƏNCLƏR ŞURASI HAZIRLAYIB. Poeziyaya həsr olunmuş jurnalı Yazıçılar Birliyinin Gənclər Şurası hazırlayıb. Jurnal Gənclər Şurasının sədri, şair Fərid Hüseynin "Ön söz"ü ilə başlayır. Jurnalın yanvar nömrəsində Rəvan Cavid, Fuad Cəfərli, Tural Turan, Emin Piri, Şahanə Müşfi... | ANL |
Cəlil Məmmədquluzadənin yubileyinə dəyərli töhfə. Əməkdar jurnalist Hüseyn Əsgərovun yaxın zamanlarda işıq üzü görmüş "Mirzə Cəlilin satira desantları Naxçıvanda" adlı kitabı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubil... | ANL |
Mən bir səyyaham ki, zaman atımdır, Ürəyim sinəmdə yol saatımdır. Məndən keçib gedib, öz həyatımdır. Yalnız ağlı Allah elə verib ki, Heç kəs öz ağlından gileylənməyir. Allaha şikayət etməzdən qabaq. VƏZİFƏ. Heç kəsdən gizləməzdi iş yerinin adını. İşdən sonra şux geyinərdi, şəhərə enərdi. Tanış-bilişi ilə görüşərdi, Söh... | ANL |
Əbülfəs Qarayev Sumqayıt mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış olub. Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 31-də vətəndaşların qəbulu ilə bağlı gəldiyi Sumqayıt şəhərində bir sıra mədəniyyət müəssisələrinə baş çəkib. Nazir ilk olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla birgə Heydər Əl... | ANL |
Rəsul Rzanın "Rənglər"I latış dilində. Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Xalq şairi Rəsul Rzanın "Rənglər" silsiləsi Latviyada çap edilib. Azərbaycanın Latviyadakı Səfirliyindən bildirildiyinə görə, "Petergailis" Nəşriyyat Evinin nəfis tərtibatda çap etdiyi kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Sö... | ANL |
Nəsillərdən-nəsillərə" layihəsinin təqdimatı olub. Nəsillərdən-nəsillərə" adlı yeni layihənin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, Muğam Mərkəzinin yeni layihəsinin əsas məqsədi gənc ifaçılara dəstək göstərməkdir. Layihənin ilk solo ifaçısı xanəndə Malik Həsənov eyni səhnəni Əməkdar artist Firuz Səxavət və Ə... | ANL |
Bədii və animasiya film ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb. Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabrın 1-dən elan edilən bədii və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb. Nazirlikdən bildirilib ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinematoqrafiyas... | ANL |
Yanvarın 30-da Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Mikayıl Azaflıya həsr olunmuş "Qoca qartalın əbədi uçuşu" adlı sənədli filmin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, film "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin bədii və sənədli filmlər studiyası tərəfindən istehsal olunub. Fil... | ANL |
İlk səfərində yalnız Şimali Qafqazın Mineral Sularında olmuş, ikinci səyahətində isə daha cənuba - Qafqazın içərilərinə doğru keçib-getmişdir. Bu dəfə şairin əsas məqsədi Tiflisdə Nijeqorod draqun polkunda xidmət edən qardaşı Lev Sergeyeviçlə və general Paskeviçin Qafqaz korpusunda xidmət edən tanışları ilə görü... | ANL |
Təhsilin konseptual problemləri. Min illərdir ki, bəşəriyyət xoşbəxt gələcəyə doğru yol gedir. Bu yolda təhsil müstəsna əhəmiyyət daşıyır. Ağı qaradan, doğrunu yalandan, yaxşını pisdən, dostu düşməndən, xeyri şərdən ayırmaq üçün təhsil əvəzsiz vasitədir. Təhsilin bu unikal keyfiyyəti bir çox dövlətlər üçün dərk ... | ANL |
Gücsüzlərin və çarəsizlərin Allahı. Həftənin birinci günlərini heç sevmirəm. İşlərimin tərs getdiyi bir gün olur həmişə. Yenə belə bir gündə işə getmək üçün evdən çıxdım. Həmişəki kimi yenə tıxac vardı. Tələsdiyimdən metronun başında şirniyyat satan baba üçün hazırladığım çayı da evdə unutmuşdum. İş yerimə yaxın oldu... | ANL |
Hörmətli yaradıcı heyət! Yeni ildə sizi salamlayıram və hər birinizə uğurlar, sənət və tale sevincləri arzulayıram. Sıravi oxucularınızdan biriyəm. Adım Füzuli, soyadım Səddinovdur. Son dövrlər Bakıda yaşayıram. Qəbələ rayonundanam. Təhsil işçisi olmuşam. Onu həmişə oxuyuram. Ölkədə çox qəzet var. Ayaqda qalmaq, dövril... | ANL |
"Venesiyaya məktublar"ın əks-sədası. "Turist" filmində Conni Deppin damdan-dama atlayıb qaçdığı bir səhnə var. İsa cavab verir: "Bir adam yolda gedərkən quldurların hücumuna məruz qalır. Quldurlar onu döyür, yarıcan halda yolda qoyub paltarlarına qədər götürüb gedirlər. Yoldan bir kahin və bir həmkəndlisi keçir, ikisi... | ANL |
Mina RƏŞİD. O dəhşətli gecədə Xocalıda şiddətli atışma, partlayış səslərindən 3-5 yaşlı uşaqların qorxudan titrəyən balaca ürəklərinin tez-tez vuran öldürücü səsi gəlir qulağıma... Onda hələ anlamırdılar onları nələrin gözlədiyini. Hələ ora-bura qaçırdılar. Elə bil qan qırmızı lalə açılıb köksündə. Amma nə bilsi... | ANL |
Yaşamadım, sadəcə, günü-günə caladım. Atasız dünyamda həyatımın ən ağrılı üzünü gördüm və hələ də görürəm. Çünki atam bizdən birdəfəlik ayrıldı, bu dünyanı əbədi tərk etdi. Səninlə dolu olan qayğıkeş uşaqlıq illərimi geriyə istədim, sən vardın arxam var idi, heç nədən və heç kimdən qorxmazdım, sənə söykəmişdim kürəyim... | ANL |
Bilik məhdud, yaradıcılıq isə sonsuzdur. Vaxtilə bu sözləri məşhur alman alimi Albert Eynşteyn demişdi. Çox nadir insanlar olur ki, onların yaradıcılıq qabiliyyəti sərhəd tanımır. Belə insanlardan biri də Məmməd Qasımovdur. Baxmayaraq ki, M.Qasımov orta məktəbi 1943-cü ildə əla qiymətlərlə bitirdikdən sonra sove... | ANL |
Sənət mühiti haqqında yaddaş lövhələri. ELÇİN MÜƏLLİMİN MAKİNASI. Elçin müəllimin səmimiyyəti, suallarıma verdiyi cavablar söhbətimizi elə maraqlı məcraya salmışdı ki, biz müsahibənin əvvəlcədən mənim tərəfimdən tutulmuş planından kənara çıxıb digər mövzulara da toxunurduq və mən maraqlı bir məsələ - yazıçıları... | ANL |
Cümhuriyyətdə uşaq xeyriyyəçiliyi məsələləri. 1918-ci ilin mart ayında daşnak-bolşevik qüvvələrinin Azərbaycan xalqına qarşı törədikləri kütləvi qətliamlar uşaqların da taleyinə böyük zərbə vurmuşdu. Bakı şəhərində bu müsibətlərdən əziyyət çəkməyən uşaq, demək olar ki, yox idi. Onların xüsusi qayğıya ehtiyacı v... | ANL |
Tədqiqatçı Bəsirə Əzizəlinin yeni kitabı nəşr olunub. Azərbaycanlı alim Bəsirə Əzizəlinin tanınmış türk yazar və araşdırmaçısı, İstanbul Texnik Universitetinin əməkdaşı Dr.Muhsin Kadıoğluya həsr olunmuş "Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu" (Elmi redaktor: professor Bədirxan Əhmədli, rəyçilər: professor ... | ANL |
Gecələr yuxumda, röyamda, gündüzlər fikrimdə, xəyalımda. Olam dağlarda, qalam dağlarda, öləm dağlarda. Ulu dağlar, uca dağlar, Qocalardan qoca dağlar yerindəmi? Min xəyala dalan dağlar, Məni məndən alan dağlar yerindəmi? Hikmət dağlar, heyrət dağlar, Təbib dağlar, məlhəm dağlar yerindəmi? Zil dərələr, gen bərələr, Ür... | ANL |
Nəsillərə örnək ömür yolu. Sevmək, onun yolunda vuruşmaq və onun uğrunda göz qırpmadan canını vermək əsl aşiqlərin işidir. Bütöv bir Vətəni sevmək, onun hər qarışı üçün vuruşmaq, bir deyil, neçə-neçə millətin, xalqın taleyi, rifahı üçün cəbhəyə atılmaq və sonadək mübarizə aparmaq İkinci Dünya Müharibəsi qəhrəmanlar... | ANL |
2019-cu il böyük Azərbaycan şairi, filosofu, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Nəsimi ili" elan olunmuşdu. Bu mötəbər il boyunca bütün qurumlar, ayrı-ayrı şəxslər, mədəniyyət, ədəbiyyat nümayəndələri Nəsimi şəxsiyyəti, yaradıcılığı və fəlsəf... | ANL |
Fevralın 3-ü Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda "Ulduz" jurnalının yanvar sayı təqdim olunub. Təqdimatda AYB-nin Gənclər Şurasının üzvləri, "Ulduz" jurnalının redaksiya heyəti, jurnalda əsərləri çap olunan müəlliflər və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözüylə açan "Ulduz" jurnalını... | ANL |
Fevralın 1-də Atatürk Mərkəzində şair Məmməd İlqarın 70 illik yubileyi keçirilib. Tədbirdə ədəbiyyat adamları, yazıçı-şairlər, aşıqlar, mədəniyyət xadimləri, Məmməd İlqarın dostları və media nümayəndələri iştirak ediblər. Mərasimdə, həmçinin, şairin seçmə şeirlərindən ibarət "Məndən sənə qalan sözdü..." kitabı da təqd... | ANL |
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə fevralın 3-də "Baku Book Center"də Gənclər Gününə həsr olunmuş gənc rəssamların "Axın" adlı qrup sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını də... | ANL |
"Öz potensialını üzə çıxarmaq üçün ədalətli rəqabət mühiti olmayanda, yorulursan". ELÇİN MİRZƏBƏYLİ: "YORULMAQ ÜÇÜN SƏBƏB ÇOX OLSA DA, PRİNSİPLƏRİMƏ VƏ XARAKTERİMƏ UYĞUN OLARAQ YOLUMA DAVAM EDİRƏM VƏ HƏR GÜN YENİDƏN DOĞULURAM". Müsahibimiz "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, şair, publisist Elçin Mirzəbəyli... | ANL |
“Gəncləşən muğam” layihəsinin yeni konserti Əlibaba Məmmədova həsr edilib. Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim olunub. Layihənin budəfəki konserti Xalq artisti, “Şöhrət” ordenli görkəmli xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr olunub. Konsertdən əvv... | ANL |
Vahid Həsənov: "Bir kadrı tutmaq üçün iki gün ancaq su ilə qidalandığım vaxtlar olub". Sosial şəbəkələrdə parlayanlar... Sonsuz imkanlara malik olan sosial şəbəkələrin sərhədləri təkcə ölkə daxilində məhdudlaşmır. Bu auditoriya fərdlərin özlərini və yaşadıqları məkanı dünyaya tanıtmasına da geniş imkanlar açır. Belə və... | ANL |
Milli Kitabxanada Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi qeyd edilib. Fevralın 4-də M.F.Axundzadə adına Milli Kitabxanada Xalq artisti, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın dire... | ANL |
Yakup Öməroğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Avrasiya Yazarlar Birliyinin sədri Yakup Öməroğlu ilə Fondda görüşü keçirilmişdir. Görüşdə, Türk dünyasının görkəmli yazıçı və şairlərinin yaradıcılığından, o cümlədən... | ANL |
Jurnal şair Firuzə Məmmədlinin 80 illik yubileyinə həsr olunmuş xüsusi rubrika ilə başlayır. Buraya şairin şeirləri və Südabə Ağabalayevanın "Yaşımdan aşacağam" məqaləsi daxildir. "Poeziya" bölməsində Dəyanət Osmanlı, Əyyub Qiyas, Rafiq Yusifoğlu və Mənsurə Qaçayqızının şeirləri var. Mahir Həmzəyevin "Biz türkük... | ANL |
Ukraynanın “Slovo prosviti” qəzeti ötən illər Ukrayna Yazıçılar Birliyinin təşəbbüsü və maddi dəstəyi ilə ukrain dilinə tərcümə edilərək Kiyevin “Друге дихання” nəşriyyatında çap olunmuş “Azadlıq” romanıyla bağlı əsərin müəllifi, Xalq yazıçısı Afaq Məsudla müsahibə dərc edib. Müsahibə romanın yazıldığı tarixi m... | ANL |
Polad Bülbüloğlu: şəxsiyyətin və sənətin cazibəsi. Milyonların sevgisini qazanmış böyük sənətkarımız Polad Bülbüloğlunun 75 yaşı tamam olur.Onun pərəstişkarlar ordusu son dərəcə geniş və müxtəlif, çoxmillətli və çoxtəbəqəlidir. O, indi də, harada çıxış etməsindən asılı olmayaraq, dolu zallar və qeyri-adi tamaşaçı hüsn-... | ANL |
Hörmətli Polad müəllim! Sizi, görkəmli dövlət və ictimai xadimi, ali sənətkar və nadir keyfiyyətlər sahibi olan şəxsiyyəti bu əlamətdar 75 illik yubiley günündə ürəkdən təbrik etmək istərdim. İllər uzunu davam edən fəaliyyətiniz öz çoxcəhətliliyi və miqyası ilə heyrət hissi doğurur. Əlbəttə, ilk öncə Siz beynəlxalq are... | ANL |
Əsrə bərabər ömür. Rafiq ƏLİYEV. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllimin məqsədi dövlət qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvər, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Müəllim gənc nəsli... | ANL |
Şimali Kipr Türk Cümhuriyyəti Lefke Avropa Universitetinin müəllimi, həmyerlimiz Nazim Muradovun Rüstəm Behrudinin "Qəribə adam" şeirinin struktur-semantik özəllikləri" adlı kitabı ötən ilin sonlarında Bakıda işıq üzü görüb. Bakı Dövlət Universitetinin yetirməsi olan Nazim Muradovun bundan əvvəl Bəxtiyar Vahabza... | ANL |
Elmimizdə və şeirimizdə Şahin Fazil imzası. Bakının küçələrində ağsaçlı, mütənasib bədən quruluşlu, iti yerişli, qartal baxışlı, ixtiyar yaşlarında olan qəhrəmanımızla rastlaşanda, istər-istəməz dodaqlarımıza təbəssüm qonur. Çünki onu çoxlarımız tanıyır və ehtiram bəsləyir. Kiminin iş yoldaşı, kiminin ali məktəb müəl... | ANL |
Ürəklə dost dediyim insan. Çoxunun əzizi olan istiqanlı, canıyanan Oktay mənim də dostumdur. Və dostum Oktayı oxuculara bir az da yaxından tanıtmaq üçün bildirim ki, o, ali məktəb müəllimidir, dosentdir. Oktay Abbasın imzası təkcə bir alim, elmi araşdırmaların müəllifi kimi yox, həm də publisist-şair kimi də oxuculara ... | ANL |
Nəşriyyat işinin kamil bilicisi. Azərbaycanda kifayət qədər tanınan, bizim ilk poliqrafçı alimimiz Şəddad Cəfərovun səksən yaşı tamam olur. Onu dəyərli bir mütəxəssis və öz peşəsinin vurğunu olan insan kimi səciyyələndirən bir neçə kitab yazılıb, onlarla məqalələr qələmə alınıb. Bir neçə mətbuat orqanı Şəddad müə... | ANL |
Cəlil Məmmədquluzadənin publisistikası azərbaycançılıq kontekstində. "Molla Nəsrəddin" satirik publisistika məktəbi bəzi istisnalar nəzərə alınmazsa, demək olar ki, öyrənilməyib. Cəlil Məmmədquluzadənin bu sahədəki fəaliyyəti mollanəsrəddinçiliyin özəyi və təməl daşıdır. O, hələ "Şərqi-Rus" qəzeti redaksiyasında... | ANL |
Xalid Səid Xocayev şəxsiyyəti və ata həsrətli Bəhicə xanım. Xalid Səid Xocayev haqqında ilk dəfə "Ədəbiyyat və incəsənət" qəzetində çalışdığım illərdə - 1987-ci ildə Nazilə Səfərova adlı gənc bir tədqiqatçının yazısında, sonra 1990-cı ildə akademik Ziya Bünyadovun məqaləsini oxudum... və bu siyahı müstəqillik illərində... | ANL |
Tarixin işığında: Sədərək. Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinə daxil olan Sədərək həm də bölgənin qeyrət qalası adlanır. Sədərək 1990-cı illərdə mərdliklə qorunaraq öz adını tarixin qəhrəmanlıq və mübarizə dolu səhifələrinə yazdırdı.Qala qapısı rolunu oynayaraq Naxçıvanın erməni işğalından müdafiə o... | ANL |
Böyük sənətin reallığı və əfsanəsi. Çoxəsrlik davamlı ənənələrə malik olan Azərbaycan musiqi və ifaçılıq sənətində Polad Bülbüloğlunun böyük yeri vardır. O, Azərbaycan aşıq musiqisindən ritmik ifa tərzini, muğam sənətindən səslərin əruzsayağı uzadılmasını, bəstəkar mahnılarından melodikliyi alaraq Azərbaycan estrada m... | ANL |
Elçin Hüseynbəyli ilə liseydə görüş keçirilib. Fevralın 5-də Xətai rayonunda yerləşən Heydər Əliyev adına Liseydə yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli ilə şagird və müəllimlərin görüşü olub. O, Elçin Hüseynbəylinin həyat və yaradıcılığı barədə yığcam məlumat verdikdən sonra qeyd ed... | ANL |
Qara Qarayev ev-muzeyində yad edilib. Fevralın 5-də görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin xatirəsi onun adını daşıyan ev-muzeyində yad olunub. AZƏRTAC xəbər verir ki, əvvəlcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bütün əməkdaşları Fəxri xiyabanda unudulmaz sənətkarın məzarını ziyarət ediblər. Muzeydə davam edən... | ANL |
Milli Kitabxanadan dahi bəstəkara böyük ehtiram. Fevralın 5-də Milli Kitabxanada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Qara Qarayevin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O deyib ki, bu gün... | ANL |
Bəstəkarlar İttifaqında Qara Qarayevə həsr olunan məruzələr dinlənilib. Fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dahi bəstəkar, görkəmli pedaqoq və ictimai xadim, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 102-ci ildönümü ilə bağlı konfrans ke... | ANL |
Soyqırım qurbanları kitab sərgisi ilə anılıb. Soyqırımla bağlı təqdim olunan sərgidə 1905-1906-cı illərdə ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələri, erməni vəhşiliklərini əks etdirən Azərbaycan, rus, ingilis, alman, fransız və digər dillərdə nəşr olunmuş Azərbaycan və xarici müəlliflərin ki... | ANL |
"Xocalı-şəhid şəhər" adlı rəsm müsabiqəsinə qeydiyyat başa çatıb. Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün nəzərdə tutulan "Xocalı - Şəhid şəhər" adlı müsabiqəyə qeydiyyat başa çatıb. Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə seçilm... | ANL |
Vətənə xidməti dəyərləndirməyin ali nümunəsi. Ümummilli Lider Heydər Əliyevin ən fərqli tədbir və mərasimlərdə Azərbaycanın müxtəlif peşə sahibləri, xüsusilə də mədəniyyət və incəsənət xadimləri, sənət adamları ilə səmimi söhbətlərinin uzun illər ərzində dəfələrlə şahidi olmuşuq. Bu söhbətlərdə Ulu Öndərin sənət... | ANL |
"Keçmişdən danışmağı sevmirəm". "ƏN ÇƏTİN GÜNLƏRİMİ YAXŞI GÜN KİMİ MƏNƏ XATIRLADAN İNSANLAR ƏSƏBLƏRİMƏ TOXUNUR". Xalq artisti Röya Ayxan Kulis.az saytına müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik. - İyirmi ildir sənətdəsiniz. Əminəm ki, arxivə nəzər salsaq, haqqınızda mediada xəbər çıxmayan bir günə rast... | ANL |
Dənizin qayalara çırpılan dalğa səsləri o qədər şiddətli idi ki, səhv eşitdiyimi zənn edib daldığım sükutdan qopmadım. Bu dəfə "qurbağalar haqqında məlumatın var?" deyə sual verdi. Qaşlarımı çataraq üzümü sağımda mənimlə eyni qayalıqların üzərində oturan adama çevirib məmnuniyyətsiz şəkildə "yox" deyə cavab verdim. "... | ANL |
Şəhərin səs-küyündən, basırığından, yayın istisindən bezib meşənin dərinliyində sükutu və sərinliyi dadanda yadıma Knut Hamsunun "Pan" romanı düşmüşdü. Meşə... O an sıx meşənin içində kürəyimi bir ağaca söykəyib romanı təkrar-təkrar yenidən oxumaq istəyi baş qaldırırmışdı içimdə. Ancaq o dəm aşiq ovçunu xatırlaya-xatı... | ANL |
Batmaqda olan may günəşinin soyuq şüaları artıq şiş ucları göylərə dirənən qocaman Qırxqız dağının həmişə başı qarlı zirvələri arasında əriməkdə idi. Qohum-əqraba, qonum-qonşu, dost-tanış bayaqdan Çanaqqalaya - el ağsaqqalı, həkim Əbdülkərim bəy Mehmandarovun başına toplaşmışdı.Hamının da nigaran baxışları Əsgərandan Ş... | ANL |
"Bakinskiy listok" qəzetindən səhifələr. Yazını oxuyarkən gürcü knyazı Q.V.Macavelinin "Erməni-müsəlman münasibətləri" məqaləsini xatırladım. Fırıldaqçı erməni knyazı İvan Göyçayskidən fərqli olaraq Georgi Macaveli məşhur gürcü knyazları Macavelilərin nəslindəndir. Görəsən, Şimali Azərbaycana kütləvi şəkildə köç... | ANL |
Biri də mənim vaxtilə Adil Atakişiyev kimi ona təqdim elədiyim Adil Qaçayoğlu idi. Onları birləşdirən bir ümumi cəhət vardı - hər ikisi ruhsal, duyğusal adam idilər, insanlara hədsiz dərəcədə inanırdılar, hərçənd Tofiqdən fərqli olaraq bəzi şeylərin üstü açılanda Adil bunu özünə dərd edir və ürəyinə salırdı. Hə... | ANL |
Mübarizlik və müstəsnalıq. Bu haqda çox oxuduğumu, araşdırdığımı da deyə bilmərəm. Amma öz yuxularımın nəsə bir mənası, mesajı olduğunu düşünmüşəm həmişə. Yoxsa aylarla yuxu görməyib, sonra bir yuxunu niyə dəfələrlə görüm ki? Son bir il ərzində davamlı şəkildə gördüyüm yuxu ötən gecə də qonağım idi... İnsanın yuxu... | ANL |
Azərbaycan üzü yaza gedir. Xeyir ola pıçıldaşırsınız, Aşıb-daşırsınız... Görüşüb, hamıdan qaçırsınız. Bu gizlənpaç oyununun. Minəcəklər səni, At olacaqsan. Amma bundan da qaçsan. Dilində qarğış, Əllərin boş olacaq! bütün rənglər bəyazdı. Qar kimi ağ vərəqləri. Qara naxışlı sözlərlə bəziyirəm. Məndən söz soruşan yoxdu, ... | ANL |
Böyük sənətkar, böyük ictimai xadim, böyük diplomat, təkcə Bülbül ocağının deyil, həm də Azərbaycan mədəniyyət və incəsənətinin çırağı olan böyük dostumuz Polad Bülbüloğlu! Uzun illər Sizi və ailənizi yaxından tanıyan və qardaşınız Çingizlə haqq-salamı olan dostlar adından 75 illik yubileyiniz münasibətilə təbrik ediri... | ANL |
Şeirdə Füzuli ucalığından ucalıq, Füzuli dərinliyindən dərinlik tanımıram. Orta məktəb illərindən üzü bəri şairin xeyli sayda qəzəli, qəsidəsi, qitəsi, rübaisi, mərsiyəsi (yüzdən yuxarı) yaddaşımda hopub qalıb. Həmin nümunələri ayrıca vurğunluqla (bəlkə də aludəçiliklə) özüm üçün (sonra dostların təkidiylə onlar... | ANL |
Tarix İnstitutunun xarici dillərdəki nəşrləri Milli Kitabxanaya təqdim edildi. Fevralın 7-də AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun son illərdə müxtəlif dillərdə nəşr etdiyi kitabların xarici ölkələrin milli kitabxanalarına göndərilməsi məqsədilə Azərbaycan Milli Kitabxanasına təqdim olunması mərasimi keçir... | ANL |
Xalq artisti Ağaxan Abdullayevin 70 illiyi qeyd olunub. Fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib. Tədbir Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunub. Əvvəlcə Ağaxan Abdullayev haqqında videoçarx nümayiş olunub.... | ANL |
Mərkəzi İncəsənət Məktəbində klassik musiqi ilə bağlı tədbir keçirilib. Fevralın 6-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində dahi alman bəstəkarı İohann Sebastyan Baxın yaradıcılığına həsr edilmiş tədbir keçirildi. İlk öncə çıxış edən məktəbin fortepiano ixtisası üzrə müəlimi Nuray Bayramova bəstəkarın... | ANL |
Şahanə Müşfiqin kitabı Türkiyədə nəşr edilib. "Şahanenin masalı" adlanan kitab Avrasiya Yazarlar Birliyinin "Bengü" nəşriyyatının "Azərbaycan ədəbiyyatı" seriyasından çap olunub. Nəşrdə yer alan şeirləri Türkiyə türkcəsinə tanınmış yazıçı, tərcüməçi Ülkü Taşlıova çevirib. Üz qabığındakı rəsm və dizayn İbrahim Sağl... | ANL |
Azərbaycanla Rusiyanın mədəniyyət sahəsində əməkdaşlığı ardıcıl inkişaf edir. Fevralın 6-da Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə nazir Azərbaycan ilə ... | ANL |
Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın “Eşq və Ölüm” baleti nümayiş olunub. Səhnə əsərində əsas partiyaları Əməkdar artistlər Cəmilə Kərimova, Makar Ferştandt, Samir ... | ANL |
Xalça Muzeyi Rusiya Etnoqrafiya Muzeyi ilə birgə layihəyə start verib. Azərbaycan Milli Xalça Muzeyi bu gün ölkəmizdə xalça sənətinin təbliği ilə yanaşı, həm də ölkəmizin mədəni irs siyasətinin xarici ölkələrdə təbliğatı ilə də məşğuldur. Bu gün muzeyin beynəlxalq aləmdə əsas fəaliyyəti xarici muzey kolleksiyalar... | ANL |
Azərbaycan rəqsləri Özbəkistan televiziyasında. Özbəkistanın “Zor” televiziya kanalında nümayiş etdirilən “JOZİBA” verilişinin canlı rəqs müsabiqəsində Azərbaycan milli rəqsləri təqdim olunub. AZƏRTAC xəbər verir ki, televiziya kanalında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdind... | ANL |
Müəllimim və dostum. Fevralın 11-də görkəmli ədəbiyyatşünas-alim, mətnşünas və ədəbiyyat tarixçisi, Azərbaycan MEA-nın müxbir üzvü Əziz Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur. Əziz müəllim haqqındakı bu qeydləri vaxtı ilə onun xanımı, sənətşünas-alim Əminə Eldarovanın çapa hazırladığı "Rekviyem" adl... | ANL |
"Mütaliənin bizə məhrəm olan psixoloji mündəricəsi dəyişilib. Çünki ədəbiyyat xalis şəkildə fərdi bir hadisə olmayıb, həm də ictimai bir hadisədir. Yalnız insanın özündən asılı deyil, həm də zamandan və eləcə də onlarla faktordan asılıdır. O məsələnin bir tərəfini deyir. Kafka ölüm ayağında yazdıqlarının yandırı... | ANL |
ƏDALƏT MURADOV: "UNEC-in TƏLƏBƏLƏRİ VƏ MÜƏLLİMLƏRİ BİRLİKDƏ, ƏL-ƏLƏ TUTARAQ AZƏRBAYCANIMIZI DAHA İRƏLİYƏ APARMAQDA PREZİDENTİMİZƏ DƏSTƏK OLACAĞIQ". İyun ayının 19-da regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasının 90 ili ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.