text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 21 fevral-Beynəlxalq Ana Dili Günü münasibətilə "Dilin özü, sözün izi" adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Teatr Muzeyi ilə birgə hazırladığı tədbir dövlət himninin səslənməsi ilə başlayı... | ANL |
Milli Kitabxanada Beynəlxalq Ana Dili Gününə həsr edilmiş kitab sərgisi açılıb. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb. Kitabxanadan bildirilib ki, sərginin açılışından öncə kitabxananın direktoru Kərim Tahirov bu günün əhəmiyyətindən danı... | ANL |
Səni necə əzizləyim, nələr deyim? Nə söyləsəm, nə qədər tərif eyləsəm. Mən olduğum ucalıqda, Mən olduğum zirvədəsən. Özüm olmadığım yerə. səni necə aparım mən? dalğalanan torpaq ahım, Ey bayrağım, səcdəgahım, Mən hayana üz çevirim, mən səcdənə hara gəlim? tapmadığım qibləgahım? Yoxa çıxıram daha. Bir uşaq gözündəki. k... | ANL |
Təşəkkür borcu. - deyə bütün dünyaya səslənmək istəyirdim. İlahi, dörd ilin dostluğu bu qədər güclü, bu qədər unudulmaz ola bilərdimi? Quş qanadlı illər bir-birini əvəz etdikcə Qalibəni nəinki unuda bilirdim, əksinə, onun üçün çox darıxırdım. Onu təsadüfən tapdığım kimi, təsadüfən də itirmişdim. Harada yaşadığın... | ANL |
Ədəbiyyatımızın və mədəniyyətimizin unudulmaz Qəmküsarı. Azərbaycan ictimai fikrinin, ədəbiyyatının, teatrının, ümumən, mədəniyyətinin inkişafında müstəsna xidməti olan görkəmli şəxsiyyətlərdən biri Əliqulu Nəcəfov-Qəmküsardır (1880-1919). Bu əvəzsiz yaradıcı insan özünün misilsiz xidmətlərilə Azərbaycanda mədən... | ANL |
Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib. Azərbaycan ədəbiyyatı ilə yanaşı, məktəb və pedaqoji fikir tarixində də özünə layiqli yer tutan sənətkarlardan biri Əbdürrəhim bəy Haqverdiyevdir. Müəllif öz ecazkar qələmi ilə xalqımızı avamlıqdan, cəhalətdən, nadanlıqdan, onu kölgə kimi izləyən möv... | ANL |
Qədir Rüstəmovun azadlığı. Ötən yazımda demişdim ki, yaradıcılıq yalnız istedadın, zəhmətin, axtarışların bəhrəsi deyil, o, həm də nə isə yaratmağa iddia edən şəxsin daxili azadlığının ifadəsidir. Daxilən azad olmayan bir kəs hətta fitri istedad sahibi olsa belə, onu gec-tez hansısa bir təmənnanın, umacağın ayağ... | ANL |
"Köpək" filminin uğursuz taleyi. Filmlər üçün ayrılan büdcələr artırılıb, yeni çəkiliş formaları sənaye texnikasının inkişafına gətirib çıxarıb. Filmin, kinonun cəmiyyətin inkişafına təsiri şübhəsizdir. Məhz buna görə də zaman-zaman bu sahədə senzuraya ehtiyac yaranıb. Kino yarandığı gündən geniş tamaşaçı kütlə... | ANL |
Duyğulu bir kitab haqqında ədəbi düşüncələr. BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor. Böyük filosof, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov özünün bir çox əsərləri ilə həm elmi ictimaiyyətin, həm də bütövlükdə Azərbaycan oxucusunun dərin... | ANL |
Sirrin ölümündən sonra baş verənlər. Amma belə olarkən adamdakı kimi sirrin ruhu da cismi ilə əlaqəsini adamın ölümündən sonra bilmərrə kəsməlidir. Halbuki sirrin ruhu ölümdən sonra da yaşamağına davam edir. Görkəmli yazıçı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanı reallıqla miflərin çulğalaşdığı möhtəşəm bir... | ANL |
Sosial şəbəkə istifadəçiləri, daha çox da gənclər onu yaxşı tanıyır, müasir, fərqli üslubda ifa etdiyi xalq mahnılarını xüsusi maraqla dinləyirlər. Daha hansı sahəyə maraq göstərir, gələcəkdə hansı arzularını reallaşdırmaq istəyir?.. - İstedadlı adam heç bir maliyyə sərf eləmədən tez bir zamanda sosial şəbəklərd... | ANL |
Milli Kitabxanada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Dünən Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə "Xocalı - XX əsrin soyqırımı" mövzusunda kitab sərgisinin açılışı, Səriyyə Müslümqızının "Onlar heç vaxt böyüməyəcəklər" və Meyxoş Abdullahın "Pl... | ANL |
Rənglərin sirri. Emosiyalardan bəhs edərkən onları enerjilərimizin qidalandırdığını söyləmişdim. Hər şeyin enejidən ibarət olduğuna inandığımı da gizlətmədim. Ətrafımızda toxunduğumuz, baxdığımız konkret və mücərrəd varlıqların hamısı bizə bu və ya digər dərəcədə enerji ötürür. Enerji mövzusu çox genişdir, mən bu dəfə... | ANL |
İrəvan Teatrının təqdimatında - "Soyqırımı tarixinin dastanı" tamaşası. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Masazır qəsəbəsindəki Zəngilan şəhərciyində fəaliyyət göstərən Zəngilan rayon Mədəniyyət Evində şair-dramaturq İftixarın "Soyqırımı tarixinin dastanı" əsəri ilə çıxış edib. Bu barədə teatrın... | ANL |
“Bakı Xoreoqrafiya Akademiyası: ənənədən başlanan yol” kitabı işıq üzü görüb. Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyevin Azərbaycanda xoreoqrafiya təhsilinin 90 illik tarixi, Bakı Xoreoqrafiya Akademiyasının 5 illik fəaliyyətinə həsr olunmuş "Bakı Xoreoqrafiya Akademiyası: ənənədən başla... | ANL |
“Mehmandarovlar” kitabında məşhur bir nəslin şəcərə bioqrafiyası araşdırılıb. Tədqiqatçı-jurnalist, publisist və naşir Vasif Quliyevin Azərbaycanın görkəmli sülalələrindənə olan Mehmandarovlar barədə qələmə aldığı kitab onun 40 ildən artıq bir dövrdə apardığı axtarışların məhsuludur. Müəllif bu mövzuda əldə etdiyi zən... | ANL |
İbrahim Yusifoğlunun İranda şeirlər kitabı işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin əməkdaşı İbrahim Yusifoğlunun İranda şeirlər kitabı çap olunub. Tehran şəhərində nəşr edilən kitab "Payızda üşüyən çiçək" adlanır.... | ANL |
Xəzər qonşumuz Qazaxıstan. Məlum olduğu kimi, Azərbaycan Respublikası quruda beş ölkəylə həmsərhəddir: Rusiyayla, Gürcüstanla, Ermənistanla, Türkiyəylə, İranla. Dənizdə isə, dörd ölkəylə qonşuyuq: yenə də Rusiya və İranla, bir də iki türk dövlətiylə Türkmənstanla, Qazaxıstanla. Azərbaycan Prezidenti İlham Əliyev ... | ANL |
Hələ yeniyetmə çağlarımdan yaşadığım bir hiss məni indinin özündə də tərk etmir: elə ki qışın sərt, qarlı-şaxtalı, sazaqlı, yağmurlu havalarında təbiət buz nəfəsilə hər yanı dondurur, o zaman qəlbimə aramsız yağış kimi yağan nisgil çökür, gözlərimin qarşısında məzarlıq canlanır, orda uyuyan, əbədi yuxuya gedən ... | ANL |
O biri tələbələrlə birlikdə tədbirin keçiriləcəyi 300-cü auditoriyaya yollanıram. Tədbirin keçiriləcəyi auditoriyanın qarşısında müəllimlərimi - BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunu, kafedra müdiri professor Cahangir Məmmədlini, dekan müavinimiz Samir Xalidoğlunu, studiya müdirimiz Ramin Rzayevi... | ANL |
Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub. Azərbaycanlıların öz... | ANL |
Nəcib şairin şeirləri. ŞAİR NAZİM ƏHMƏDLİNİN TƏBRİZDƏ ÇAP OLUNAN "BULUDLARI ÜSTÜMƏ ÖRT" ADLI ŞEİRLƏR KİTABI HAQQINDA TƏƏSSÜRATLARIM. Ötən payızın ilk günləri idi, qapıdakı tut ağacının insan ömrü kimi bir-bir tökülən sarı yapraqları məni özümdən alıb özünə çəkmişdi. Ruhum olduğum zaman və məkandan uzaqlarda idi. F... | ANL |
İnsan yeganə varlıqdır ki, ölümü dərk edir. Qalan bütün başqa canlılar sadəcə mövcud olduğu anla məhdudlaşır. Yaxşıdırmı, pisdirmi, bilmirəm, amma belədir. Uca Yaradan bu şah əsərinə bir çox ali keyfiyyətlərlə yanaşı, düşünmək, dərk etmək, qərar vermək kimi xüsusiyyətlər də bəxş etmişdir. Amma insan yalnız "O"nun ist... | ANL |
Sənə şeir yaraşar, Şeir qoxulu qadın. Belə qəmli dayanma, Yorğun, yuxulu qadın. Hər sözün bir nalədir, Süzüləndə dilindən, Alıb aparam səni. Soyuq döyən illərin. Gözlərinə nur olam, Ağlamasın gözlərin. Çəkib alam əlindən. Məşəqqətli günlərin. Üzün bahardı sanki. İçin boranlı bir qış. Belə necə gülmüsən. Gülüşlərinə alq... | ANL |
Ulamaqla düzələrmi?.. Taleyimlə barışmışam, əgər indi ağlayıramsa, yalnız ağrıdan və soyuqdandır, çünki hələ mənim ruhum ölməyib - it ruhu ölməzdir. Mixail Bulqakovun "İt ürəyi" povesti satira ilə dolu dialoqlardan, proletariat dövrünün zehinləri yuyan özünəməxsus düşüncələrindən, insanların əzabını hər addımda dadı... | ANL |
Həkim-dietoloq: "Stress insan orqanizminin əsas düşmənidir". Müsahibimiz həkim-dietoloq Nəzrin Kərimlidir. - Nəzrin xanım, sağlam qidalanmaq və xəstəliklərdən uzaq olmaq üçün hansı prinsiplərə əməl etmək lazımdır? - Sağlam olmaq üçün hansi prinsiplərə əməl etmək lazımdır deyəndə, ən birinci ağlımıza qidalanma gə... | ANL |
Kəngərlilər qədim türk tayfasıdır. Eramızın I əsrində hunlarla birlikdə Zaqafqaziyaya gələn kəngərlilərin Naxçıvan ərazisində II əsrdən yaşadıqları barədə məlumat vardır. Cənubi Qafqazda Kəngərlərin adı hələ 193-213-cü illərdə baş verən hadisələrdə çəkilmişdir və antik dövrün tarixi coğrafiyasını yazan II əsr yu... | ANL |
Vətən dərdli misralar. Nəzakət Məmmədlinin poeziyası barədə qeydlər. Deyirlər, qələm adamlarının əhval-ruhiyyəsi, ovqatı el-obaya bağlı olur, xalqın halətindən, dərd-sərindən xəbər verir. Millətinə, yurduna başucalığı gətirən qələm nümunələri isə müəllifinə də fəxr-fəxarət hissi yaşadır. Söz adamı, yaradıcı insa... | ANL |
Zabaykalsk azərbaycanlıları. ZABAYKALSK DİYARINDA FƏALİYYƏT GÖSTƏRƏN "AZƏRİ" CƏMİYYƏTİNİN RƏHBƏRİ ƏLƏDDİN MƏMMƏDOV: "ALLAH BİR İNSANA QAZANMAQ İMKANI YARADIBSA, BAŞQALARINA DA KÖMƏK ETMƏK, PAYLAŞMAQ, BÖLÜŞMƏK LAZIMDIR". Qloballaşan dünyanın xarakterik özəlliklərindən biri də miqrasiya proseslərinin güclənməsidir... | ANL |
Kukla Teatrının direktoru beynəlxalq festivalda ölkəmizi təmsil edib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə növbəti beynəlxalq sənət festivalından qayıdıb. O, ölkəmizi IX Monodram Tamaşalar Festivalında fəxri qonaq qismində təmsil edib. Teatrların beynəlxalq əlaqələrinin genişlə... | ANL |
İstanbul Universitetində Xocalı soyqırımı konfransı. TÜRKİYƏDƏ XOCALI HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ İSTANBULDAKI "AVRASİYA-BİR" STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNDƏ DƏ XÜSUSİ PANEL TƏŞKİL EDİLİB. Türkiyədə "Xocalı həftəsi" çərçivəsində bu ölkənin ən nüfuzlu təhsil ocaqlarından olan İstanbul Universitetində soyqırım qurbanları ... | ANL |
Xocalının "Haray"ı. Cəmi iki gün öncə Azərbaycan tarixinin daha bir qanlı səhifəsinin növbəti ildönümünü yaşadıq, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdik. Artıq 28 ildir, Azərbaycan xalqının bağrında qanayan yaraya çevrilən Xocalı dəhşəti erməni faşistlərinin bu millətin başına gətirdiyi birinci müsibət ol... | ANL |
Faiq Ələkbərlinin kitabı Türkiyədə çap olundu. AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) "Turançılıq və Tanrıçılığa aid olan Turan sivilizasiyasına giriş: ... | ANL |
Milli Dram Teatrında Xocalı qurbanlarının xatirəsi anılıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun ikihissəli "Xəcalət" dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Teatrın mətbuat xidmətindən bildirilib ki, Əməkdar incəsənət xadimi Bəhram Osmano... | ANL |
"Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" kitabı nəşr olunub. Bu günlərdə ədəbiyyatşünas, professor Timuçin Əfəndiyevin yeni kitabı işıq üzü görüb. "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" adlı monoqrafiya dünya mədəniyyəti və ədəbiyyatında mühüm yer tutan romantizm probleminə həsr olunub. Müəlli... | ANL |
Milli Kitabxanada argentinalı yazıçının kitabının təqdimatı olacaq. Fevralın 27-də Argentinanın Azərbaycandakı səfirinin müavini xanım Korina Beatriz Lehmann Milli Kitabxanada olub. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağa ölkələrimiz arasında mədəniyyət sahəsində mövcud olan sıx əlaqələrdən danışı... | ANL |
Həsrətin eləcə teyləyir bizi, Qəm dindən-imandan eyləyir bizi. Xəyallara dən səpdiyim yerdəcə. Qəfəsini sındırıram yaddaşın, Xatirələr pərən-pərən tökülür. Öldürəcəm! Bilirəm, qorxursan özün özündən. Sevincim hələ də küskündü mənim, Duyğumla oynayan bəxtim baməzə. Səhərdən axşama gözüm önündən. Başımın üstündən ... | ANL |
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Geosiyasət və münaqişələr. Tarix boyu bütün insan yaşayan qitələrdə iri, böyük gücə malik olan dövlətlər, onların qonşuluğunda isə zəif, müdafiəsiz, qorxu içərisində yaşayan dövlətlər mövcud olmuşdur. Onların münasibətləri də güc nisbəti əsasında formalaşı... | ANL |
Roman və qəhrəman problemi yeni kontekstdə. (Əli İldırımoğlu yaradıcılığında obraz-qəhrəman konseptinə Vaqif Yusiflinin "Romanlar, qəhrəmanlar" monoqrafiyasında analitik baxış). İnsanın düşüncə tərzini dəyişmək həyata müdaxilə etmək cəhdlərindən biridir. Yazıçılar bunu etməyi bacarır, insan qəlbini və ruhunu, şüu... | ANL |
"Özünü danışmağa məcbur etmək çətindi. Özünü susmağa məcbur etmək daha çətindi". Qaranlıq mövcud deyil. Qaranlıq əslində, işığın olmamasıdır. Hətta belə də demək olar: "Qaranlıq insan tərəfindən işığın olmadığını ifadə etmək üçün uydurulub". Bu gün ömrümüzdə, günümüzdə olduğu kimi ədəbiyyatımızda da işığa doğr... | ANL |
YAXUD ZİRVƏDƏ ÇIXAN YORĞUNLUQ... Ədəbiyyata nəfəs vermək lazımdır, ədəbiyyatın nəfəsini kəsirlər. Vaqif Aslan ədəbiyyatımıza nəfəs verən şairlərimizdəndir. Vaqif Aslana görə Nuh Tufanından da qorxulu bir tufan başlayıb: Ruh tufanı! Bu fəlakətdən qurtulmaq olacaqmı?! Tarixi o adam bilmir ki, baş verən hadisələri x... | ANL |
Pafossuz ziyalı, mütəvazi alim. Belə elmi potensial sahibi olan şəxsiyyətlərimizdən biri də dünyanın elm okeanında üzə bilən görkəmli alim Rafiq Əliyevdir. Lütfi Zadə irsinin layiqli davamçısı Rafiq Əliyev haqqında yazılmış "Su kimi sakit və güclü" kitabı məzmunundan tərtibatına qədər bir çox məziyyətlərinə görə ... | ANL |
Var ilə Yox arasında. (Xalq yazıçısı Kamal Abdullanın əsərlərində "Yox"un ontologiyasına qısa bir baxış). Fikrimcə, Xalq yazıçısı Kamal Abdullanın əsərlərinin bir çoxunu elə bu sözlərlə başlamaq olar - bu sözləri onun əsərlərinin (daxilində görsək də!) başlanğıcında görməsək belə. Əslində, bu sözlər özü də onun əs... | ANL |
SƏYYARƏ SƏYYAF: "SEVİNİRƏM Kİ, BU DÜNYAYA GÖNDƏRİLƏNDƏ YARADANIN QANIQARA VAXTINA DÜŞMƏMİŞƏM". Müsahibimiz tanınmış jurnalist, "Könül dünyamız" verilişinin aparıcısı Səyyarə Səyyafdır. - Səyyarə xanım, sizi o qədər ədəbi verilişlərin aparıcısı kimi görmüşük ki, görüşümüzə bir aparıcı, jurnalistlə deyil, ədəbi... | ANL |
"Əsas vəzifəmiz professional musiqiçi kadrlar yetişdirməkdir". NƏRMİNƏ QULİYEVA: "ÇALIŞIRIQ Kİ, TƏLİM-TƏDRİS İŞİNİ BİZİM KONSERVATORİYAMIZIN YÜZ İLLİK ƏNƏNƏLƏRİ VƏ MÜASİR TƏHSİL TEXNOLOGİYALARI ƏSASINDA QURAQ". Müsahibimiz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professo... | ANL |
Milli Kitabxana ilə Qazaxıstan kitabxanaları arasında əməkdaşlıq əhəmiyyət kəsb edir. Fevralın 28-də Qazaxıstanın Azərbaycandakı səfiri Serzhan Abdykarımov Azərbaycan Milli Kitabxanasında olub. Kitabxanadan bildirilib ki, qurumun direktoru Kərim Tahirov qonaqların kitabxanada olmasından məmnunluğunu bildirib. O, ... | ANL |
Azərbaycan" jurnalının yeni sayı çıxıb. Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı "Azərbaycan" jurnalının fevral sayı işıq üzü görüb. "Sərhədsiz söz sərvətimizdir" rubrikasında oxucular Xalq yazıçısı Anarın "Güneydən gələn səslər" essesini oxuya biləcəklər. Bu dəfə jurnal uşaq ədəbiyyatına da yer ayı... | ANL |
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün irimiqyaslı sosial layihələrini, fiziki məhdudiyyətli istedadlı yaradıcı gənclərin teatra inteqrasiyasını uğurla davam etdirməkdədir. Bu mənada sağlamlıq imkanları məhdud yuxarı yaş qrupunda həvəskarların cəlb olunduğu "Oyun" adlı teatr və onun qısa zamanda əld... | ANL |
Düşüncə döngələri... "Ulduz"un ötənilki dekabr sayında Aslan Quliyevin tərcüməsində Dilek Yükselin "Pompeyi sevərkən" hekayəsi yer alıb. Maraqlı hekayədir, insan düşüncəsini xaraba qoymağa yetir. Necə ki Vezuvi püskürüb Pompeyi xaraba qoymuşdu... Hekayədə Pompeyin obrazı kimi Rahib Vitanı görürük. Və onun Maxima... | ANL |
İrəvan Teatrı "Xocalıya ədalət!" kompozisiyasını təqdim edib. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şairə-dramaturq Azadə Talehin "Xocalı şəhidim Şöhrət Həsənov" adlı poeması əsasında hazırlanmış "Xocalıya ədalət!" kompozisiyasını t... | ANL |
Müstəqil Şah Mat Teatrı Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində görkəmli yapon dramaturqu Kobo Abenin "İstehkam" əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib. Səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə göstərilib. Xalq yazıçısı Elçinin tərcüməsi əsasında hazırlanan səhnə əs... | ANL |
Nüfuzlu elmi jurnallara necə məqalə hazırlamalı? Hər bir tədqiqatçının elmi nəticələrinin qlobal miqyasda tanınması və akademik ictimaiyyət tərəfindən qəbul olunması dövrümüzün əsas tələblərindən birinə çevrilib. Elmi tədqiqatların nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının formalarından biri ... | ANL |
HƏYATINIZDA ROL OYNAMIŞ İNSANLARI AXTARMAĞI UNUTMAYIN. Bəzən içində vazkeçilməz bir ehtiyac yaranır: nə zamansa həyatında rol oynamış insanı görmək istəyirsən. O zaman yaddaşında eşələnirsən, onu görə biləcəyin ünvanları ələk-vələk edirsən. Zənnimcə, dağıdılan hissəyə düşmürdü. "Nizami" metrosundan çıxanda sold... | ANL |
Fədakar olmağın zərərləri –. Mütəmadi olaraq ona xoş olsun deyə istəmədiyiniz nələrisə edirsinizsə, məmnun etmək üçün dəridən-qabıqdan çıxırsınızsa, qane edə bilmirsinizsə, həyatında heç bir öncələyiniz yoxdursa, hiss etdiyiniz şeyləri deməkdən çəkinirsinizsə, içdən-içə hirslənməyə başlamısınızsa, dərhal dayanın... | ANL |
Gerçəklərdən qaçarkən... KORONAVİRUSUN BİZƏ TANITDIRDIĞI BİZ: QORXULARIMIZIN ESSESİ. Belə bir dünyada yaşamaqdan qorxmadıqsa, ölməkdən niyə qorxmalıyıq ki?! Epiqraf əvəzi. Bu məsəl bizə yüzillərdən keçib gəlib. Sosial şəbəkələrin, internetin, televiziyanın, qəzetin, kitabın, hətta yazının olmadığı zamanlarda insa... | ANL |
"Azərbaycanın mədəni marşrutlar potensialı" mövzusunda müşavirə. Bu gün Beynəlxalq Muğam Mərkəzində "Azərbaycanın mədəni marşrutlar potensialı" mövzusunda Respublika Müşavirəsi keçirilib. APA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, Mədəni Marşrutlar üzrə Avropa İnstitutu və Avropa Şurasının təşkilatçılığı il... | ANL |
Təhsilin konseptual problemləri. Min illərdir ki, bəşəriyyət xoşbəxt gələcəyə doğru yol gedir.Bu yolda təhsil müstəsna əhəmiyyət daşıyır.Ağı qaradan, doğrunu yalandan, yaxşını pisdən, dostu düşməndən, xeyri şərdən ayırmaq üçün təhsil əvəzsiz vasitədir.Təhsilin bu unikal keyfiyyəti bir çox dövlətlər üçün dərk olunmuş hə... | ANL |
Polad Bülbüloğlu: şəxsiyyətin və sənətin cazibəsi. Milyonların sevgisini qazanmış böyük sənətkarımız Polad Bülbüloğlunun 75 yaşı tamam olur.Onun pərəstişkarlar ordusu son dərəcə geniş və müxtəlif, çoxmillətli və çoxtəbəqəlidir. O, indi də, harada çıxış etməsindən asılı olmayaraq, dolu zallar və qeyri-adi tamaşaçı hüsn-... | ANL |
Xalid Səid Xocayev şəxsiyyəti və ata həsrətli Bəhicə xanım. Xalid Səid Xocayev haqqında ilk dəfə "Ədəbiyyat və incəsənət" qəzetində çalışdığım illərdə - 1987-ci ildə Nazilə Səfərova adlı gənc bir tədqiqatçının yazısında, sonra 1990-cı ildə akademik Ziya Bünyadovun məqaləsini oxudum... və bu siyahı müstəqillik illərində... | ANL |
Tarixin işığında: Sədərək. Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinə daxil olan Sədərək həm də bölgənin qeyrət qalası adlanır. Sədərək 1990-cı illərdə mərdliklə qorunaraq öz adını tarixin qəhrəmanlıq və mübarizə dolu səhifələrinə yazdırdı.Qala qapısı rolunu oynayaraq Naxçıvanın erməni işğalından müdafiə o... | ANL |
Batmaqda olan may günəşinin soyuq şüaları artıq şiş ucları göylərə dirənən qocaman Qırxqız dağının həmişə başı qarlı zirvələri arasında əriməkdə idi. Qohum-əqraba, qonum-qonşu, dost-tanış bayaqdan Çanaqqalaya - el ağsaqqalı, həkim Əbdülkərim bəy Mehmandarovun başına toplaşmışdı.Hamının da nigaran baxışları Əsgərandan Ş... | ANL |
Məhəmməd Naxçıvani və onun Təbrizdə elmi-maarifçi fəaliyyəti. işlərüzrə direktor müavini, tarix. elmləridoktoru, fövqəladə və səlahiyyətli səfir. XIX əsrin ikinci yarısı Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da yeni nəsil vətənpərvər maarifçi milli ziyalılarımızın yetişib ərsəyə gəldiyi mühüm tarixi mərh... | ANL |
Millətin iftixarı. O gün müasir Azərbaycan tarixinin ən həlledici günlərindən biri kimi yadda saxlanılmalıdır. 2020-ciilfevralın 15-də Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin çaldığı zəfər sonun başlanğıcı sayıla bilər. Bu, hamıya - Ermənistana və bütün dünyaya bir göstəri, bir xəbərdarlıq idi ki, la... | ANL |
Hələ fevral ayını yaşasaq da, qış sanki soyuğuna qənaət edir, aram-aram "xərcləyir".Əvəzində günəş gülümsəməkdə, sərin meh saçlarımızı fikirlərimizlə həmahəng dalğalandırmaqda davam edir.Amma təcrübə göstərir ki, günəşin insanın içini isidən təbəssümünə, rüzgarın mehriban sığalına aldanmaq olmaz.Axı hələ qışdır. Fevral... | ANL |
Ali Attestasiya Komissiyasına elm adamlarından etirazlar. Uzun müddətdir, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ətrafında söz-söhbət səngimək bilmir. Bu o deməkdir ki, respublikadakı bütün seminar vermiş iddiaçılar bunu yenidən etməlidir, çünki Dissertasiya Şuraları Ali Attestasiy... | ANL |
Ali Attestasiya Komissiyasından narazılıqlara müsbət reaksiya. Bir müddətdir, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının bir qərarı ilə bağlı narazılıqlar davam edir. Bu o deməkdir ki, respublikadakı bütün seminar vermiş iddiaçılar bunu yenidən etməlidir, çünki Dissertasiya Şural... | ANL |
Möhtəşəm Azərbaycançılıq hadisəsi. Azərbaycançılıq ideyası və idealı haqqında ilk mətbu çağırışların meydana çıxdığı XIX əsrin sonları və XX əsrin əvvəllərindən bizim günlərə qədər kifayət qədər ədəbi, elmi və siyasi fikirlər irəli sürülmüş, bir çox tədqiqat əsərləri və məqalələr meydana çıxmışdır. Ölkəmizin m... | ANL |
əsərinə çevrilib. Buna ədəbi yaradıcılıqda, ümumən yaradıcılıqda epik rezonans deyirlər. Belə əsərlər, bir tərəfdən, milli ictimai fikri bütün genişliyi ilə ifadə edirsə, digər tərəfdən, onun hərəkətinin strateji istiqamətlərini müəyyənləşdirməklə hər hansı sosial yanılmalar qarşısında mənəvi-əxlaqi kodeks olar... | ANL |
Bu gün COVİD-19 pandemiyasının az qala, bütün dünyanı dörd divar arasına - evlərə məhkum etdiyi zamanda ailələr arasındakı münasibətlər də gündəm mövzusuna çevrilib. Sürətli zaman, texnologiya dövrü hər kəsi eyni evin içərisində bir-birindən xəbərsiz insanlara çevirmişdisə, indi karantin rejimi ailəyə daha çox z... | ANL |
Kimyaçı alim Vaqif Həsənov. Mən kimya üzrə fəlsəfə doktoru,dosent Vaqif Səməd oğlu Həsənovla 1967-ci il avqust ayının 1-də Azərbaycan Dövlət Pedaqoji İnstitutunun(indiki ADPU) Təbiyyat-kimya fakültəsinə qəbul olunmaq üçün kimya ixtisası üzrə qəbul imtahanında iştirak edərkən tanış oldum.Hər ikimiz orta məktəbi ... | ANL |
Azərbaycan Polisi: Anda sədaqət nümunəsi. Azərbaycan polisinin bir əsri geridə qoyan fəaliyyət salnaməsi dövlətin və xalqın mürəkkəb, təlatümlü, eyni zamanda, şərəfli və qürurlu tarixinin tərkib hissəsidir. Ona görə də daxili işlər orqanlarının fəaliyyətinə yalnız Konstitusiya normaları və qanunlarla üzərinə düşən vəz... | ANL |
İddiasız yaşaya bilmək - Professor Nəsir Əhmədlinin doğum gününə. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimlərindən yoxdur. Kim bilməsə də, o fakültənin məzunları bunu yaxşı bilirlər. Hansısa bir əzazil müəllimlə rastlaşanda da, o dəqiqə yəqin edirdin ki, başqa fakültədən gəlib. Tələbələrdə bu əmin... | ANL |
"Xortdanın cəhənnəm məktubları": mifik aləmdən gerçək dünyaya. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru. "Molla Nəsrəddin" ədəbi məktəbinin əsas yaradıcılarından biri kimi Azərbaycan realist nəsrinin və satirik mət... | ANL |
MƏRHUM AKTYOR RUSLAN NƏSİROV AZƏRBAYCAN KİNO SƏNƏTİNƏ. Azərbaycan kino tarixində bir-birindən maraqlı və fərqli məziyyətlərə malik sənətkarlar - aktyor və aktrisalar çoxdur. Onlar arasında uşaq rollarını mahir şəkildə ifa edən aktyorlar da olub ki, tamaşaçıların da yaddaşında məhz bu rolları ilə qalıb, sonsuz mə... | ANL |
Həyətimizdə ağaclar yaralandı, güllər gülləyə tutuldu, kəndimizdə hər gün. mərmini gətirmişdi evə - evinə bazarlıq, uşağına oyuncaq gətirən kimi... Çaşıb əl vurmuşdum, necə qorxmuşdum, ilahi! qumbaranı oyuncaq sanmışdı, sonra... üstümüzə gəldi... Güllələr yaddan çıxdı, uğultular eşidilməz oldu... Atamın yarasından. ata... | ANL |
“Azərbaycan qaytağı rəqsləri” toplusu işıq üzü görüb. 1983-cü ildən vətənimiz Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzərək xalq rəqslərini toplayan tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni isti... | ANL |
Sözümüzün, elmimizin Hüseyn Həşimli itkisi. Hüseyn Həşimli... İmzanın özü belə qarşısına istənilən mənəvi ağırlıqda təyinləri qoymağa kifayət edir. Amma bu imzanın qarşısına nə yazarsaq yazaq, ümumiləşdirib “sadə və səmimi insan” deməklə hamısını ehtiva edə bilərik. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunu... | ANL |
90 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Zəngilan rayon qəzeti respublika mətbuatının kiçik bir qanadı olsa da, daim vətənsevərlik missiyasını layiqincə yerinə yetirib. Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Üzeyir bəy Hacıbəyov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə ənənələrini ... | ANL |
"Yaşadığım heç nəyə görə peşman deyiləm". “Məni bi sənətə gətirən hələ lap uşaqlıqda yaranan həvəsim.ətrafımdakı insanların münasibəti olub”. Onu hər zaman sənət üçün, mədəniyyət üçün, ədəbiyyat üçün çalışan görmüşük. Qəlbi sözlə, rənglərin sehriylə cuşa gələn, bütün sənət adamlarının dostu olan rəssam həm də bi... | ANL |
Prezidentin mətbuata diqqətini pandemiya da azalda bilmədi. Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini, professor. Qarşıdan Milli Mətbuatımızın 145 illiyi gəlir. Bu, onu göstərir ki, Milli Mətbuatımız, onun məntiqi davamı olan müasir mətbuatımız, mediamızın inkişafı, jurnalist əməyinin qi... | ANL |
Bilirdinizmi ki, 1918-ci ilin mayında İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsindən sonra Milli Şura o şəhərə nümayəndə heyəti göndərib? H.B.Ağayevin sədrliyi ilə keçirilən iclasda ikinci məsələ kimi İrəvanın Ermənistan Respublikasına güzəştə gedilməsi məsələsinə baxılır. İclasda Milli Şura... | ANL |
Səməd Vurğunun şeirlər kitabı qardaş ölkədə nəşr olunub. Xalq şairi, müasir milli poeziyamızın ən parlaq simalarından olan Səməd Vurğunun şeirləri Türkiyədə nəşr olunub. AZƏRTAC xəbər verir ki, şeirlər Türkiyənin istedadlı milli şairi Kənan Çarboğa tərəfindən tərcümə edilib. Kitabın "Ön söz"ünün müəllifi AMEA-nın həqi... | ANL |
Tanınmış naşir, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılovun 60 illik yubileyinə. Məşhur estrada müğənnisi Alla Puqaçovanın çəkiliş pavilyonunda görünməsi bütün "Mosfilm" studiyasını ayağa qaldırmışdı. Adamlar onu görmək üçün bir həftə idi ki, Türkiyə kino xadimlərinin ixtiyarına verilmiş Yaşıl pavilyona t... | ANL |
Gəncliyi mədəniyyətə biganəlikdə qınamaq düzgün deyil" - Cəmilə Məmmədli ilə müsahibə. Hər zaman "gənclər gələcəyimizdir" deyirlər. Fikrimizcə, öz sahəsində uğurlu, nə istədiyini bilən, aktiv və cəmiyyətə faydalı gənclər o gələcəyin əsas memarlarıdır. Cəmilə Məmmədli də həmin "memar olacaq" gənclərdən biridir. Ə... | ANL |
“Məhəmməd Hadinin sənət idealları və müasir dövr” adlı onlayn elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Məhəmməd Hadinin 140 illik yubileyinə həsr olunmuş “Məhəmməd Hadinin sənət idealları və müasir dövr” adlı onlayn elmi konfrans keçiril... | ANL |
Sözün bayatı rəngi. "Folklorumuzun ən qədim janrlarından olan bayatı on altıncı əsrdən etibarən yazılı ədəbiyyatımızda da müntəzəm şəkildə işlənməyə başlayıb. Yüz illər boyu müxtəlif Azərbaycan şairləri dolğun, mükəmməl bayatılar yazmışlar. Həmin ənənə bu gün də davam etməkdədir. Təranə xanımın da bayatı janrına xüs... | ANL |
Ədəbiyyatımızın və ədəbiyyatşünaslığımızın gerçək fədakarı. Professor Tahirə Məmməd istər monoqrafiyaları, istərsə də çoxsaylı məqalələri ilə ədəbiyyatşünaslığımızda öz imzasını təsdiqləmiş nəzəriyyəçi alimlərimizdən, ədəbiyyat (...şünaslıq) fədailərimizdən biridir. Onun monoqrafiyaları və çoxsaylı məqalələri əd... | ANL |
Sonra da əsl gedişin izdihamlara qarşı olması lazım olduğunu anladım". İrili-xırdalı hekayələr, kiçik həcmli povestlər müəllifi kimi tanınan yazıçı Aydın Tağıyev ayrı-ayrı fəsillərini qəzet və jurnallarda çap etdirdiyi "İspan çəkməsi" adlı romanını, axır ki, oxuculara kitab halında ("Xalidoğlu" nəşriyyatı, Şabr... | ANL |
Ellər unutmayıb o sənətkarı... MAHİR İFAÇI HƏSRƏT HÜSEYNOVUN MÜASİR İNCƏSƏNƏTİMİZDƏ SİLİNMƏZ İZİ VAR. Azərbaycan musiqi sənətini inkişaf etdirən tanınmış simalar arasında mahir zurna-balaban ifaçısı mərhum Həsrət Muxtar oğlu Hüseynov da özünəməxsus yer tutur. Orta təhsilini Muradxan kəndində və Kürdəmir şəhər d... | ANL |
XIII əsr ərəb alimi Həməvinin Coğrafiya lüğətində isə Azərbaycan şəhərləri sırasında "Kubba" şəklində yer alıb. XVI əsrin Səfəvi qaynaqlarında isə Quba yaşayış məntəqəsi "Qübbə" yazılışında verilib. Qubanın şəhər tipli yaşayış məntəqəsinə çevrilmə prosesinin XIV əsrin əvvəllərində başladığı təxmin edilir. Quba x... | ANL |
Göy üzünün həsrəti. NAZİM ƏHMƏDLİNİN ŞEİRLƏRİNİ OXUYARKƏN... Səksəninci illərdə ədəbiyyata gələnlər (yəni bizim nəsil) arasında istedadlı qələm dostum, tanınmış şair Nazim Əhmədlinin özünəməxsus yeri var. Onun qələmindən çıxan şeir, hekayə, povest, publisistik məqalələr, janrından aslı olmayaraq, daim varlığı idrak... | ANL |
Qürbətdən gələn səs. Gülnarə Acalova 1967-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalında doğulub. Bolnisi rayon mərkəzində orta məktəbi, Tiflisdə isə A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutun filologia fakültəsini bitirəndən sonra ailə vəziyyəti ilə bağlı Rusiya Federativ Respublikasının Belqorod şəhərində yaş... | ANL |
SƏNƏTKAR KİMİ LAYİQİNCƏ PARLAMASINA İMKAN VERMƏYİB. " Azərbaycan milli kinosunun zirvələrindən hesab edilə biləcək "Nəsimi" filminin Nəsimi və Şəms arasında gedən bu dialoqu bəlkə də çoxlarının əzbərdən bildiyi, hətta bəzən günlük danışığında belə istifadə etdiyi replikaya çevrilib. Azərbaycanlı tamaşaçının sö... | ANL |
Yeni dövrün qaçılmaz fenomeni: elektron kitab. COVİD-19 pandemiyasının insanlığı təhlükə altında saxladığı bu günlərdə iş yerləri, əyləncə məkanları bağlanan, günün az qala bütün hissəsini evdə keçirməyə məcbur qalan insanlar vaxtlarını doğru, faydalı və əyləncəli dəyərləndirməyin yollarını axtarmağa başladılar.... | ANL |
Şəki Xan sarayı və izi itirilən heykəl - Bir xəbərin xatirəsi. AzərTAc-ın "Zəngəzur" İnformasiya Mərkəzinin direktoru - xüsusi müxbiri olduğum rayonlarım işğal edilib; Şuşa, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan gedib, Füzulinin bir hissəsi bizdə qalıb. Şəki-Balakən rayonları üzrə AzərTAc-ın xüsusi müxbiri təyin olunm... | ANL |
Azərbaycan multikuturalizmi Almaniya mətbuatında müzakirə edilib. Almaniyanın nüfuzlu "Der Freitag" qəzetində və "News24" portalında Azərbaycan multikulturalizmi mövzusuna həsr edilən məqalələr dərc edilib. Məqalələrdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov fikirlərinə geniş yer ay... | ANL |
Azərbaycan türkləri ilə eyni dil qrupunu bölüşən salarlar kimlərdir? 2017-ci ildə Moskvada nəşr olunan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektiv monoqrafiyası olan "Azərbaycanlılar'' kitabında türk dilinin oğuz qrupunun tərkibində təsnif olunan dillərdən Azərbaycan dili ilə yanaşı Türkiyə türkcəs... | ANL |
XANƏNDƏ-MÜĞƏNNİ ELNARƏ ABDULLAYEVANIN İFAÇILIĞI HAQQINDA EMOSİONAL QƏNAƏTLƏR. Azərbaycanda muğam ifaçıları arasında şirin, məlahətli, cazibəli səslər çox olub, var və əsrlər boyu mütləq olacaq da. Amma və di gəl ki, ustad sənətkarlar arasında bənzərsiz, təkrarsız səs, ifa tərzinə malik qüdrət sahibləri az olub. Çünki... | ANL |
Ad qoya bilmədiyim yazı. REJİSSOR ETİBAR BABAYEVİN XATİRƏSİNƏ. Az qalırsan, əllərinlə tutub bərk-bərk bağrına basasan, yalvarasan ki, getməsin. Beyninin monitorunda təkrar-təkrar fırladırsan ki, rəngləri solmasın, fokusu itməsin. Təki xatirələr daima diri qalsın, elə aid olduqları adamlar da. Neçə gündür, sosial şəbə... | ANL |
Biz belə doğulmamışıq, axı. Başlıcası qayğılarımızın günbəgün başımız üstündə asılmasıdır. Güman, bu da keçib gedəcək: həmişə bu məsələyə nikbin baxmışam, görünür, qəfil zəngə reaksiya verməyim belə bir inamın məntiqiymiş. Hər ikimizi cüzi kurs fərqiylə keçmiş məşhur Azərbaycan Pedaqoji İnstitutunda təhsil aldığı... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.