text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
QəbələdəkiAlbankilsəsiəsaslışəkildəbərpaedilib. Heydər Əliyev Fondu tərəfindənbərpa olunan müqəddəs Məryam anakilsəsinin açılışı keçirilib. HeydərƏliyevFondununəməkdaşıZəhraHacıyevajurnalistlərəmüsahibəsindəbildiribki,bugünbizFondun"Tolerantlığınünvanı-Azərbaycan"layihəsiçərçivəsindəmaddi-mədəniirsə,tarixiabidələrəv... | ANL |
Onun da ruhu şadlanır indi... QARABAĞ TORPAĞININ YETİRDİYİ BÖYÜK SƏNƏTKAR İSLAM RZAYEVİ SONSUZ EHTİRAMLA ANIRIQ. Bəxt insan həyatında mühüm rol oynayır. Elə şəxsiyyətlər də var ki, istedadı, zəhməti və hünəri, əsrarəngiz istedadı ilə öz gələcək taleyini özləri yazır və öz istiqamətini müəyyənləşdirə bilir. Bax, be... | ANL |
Polietnik Azərbaycan və monoetnik. Ermənistan Azərbaycan ta qədimdən müasir dövrümüzədək öz polietnik mənzərəsini qoruyub saxlaya bilib. Dağlıq Qarabağda erməni separatçılarının fəaliyyətləri istisna olmaqla, Azərbaycanın təcrübəsi göstərir ki, Cənubi Qafqazda müxtəlif etnik qruplar sülh şəraitində yaşaya bilərlər və e... | ANL |
Türk Dil Qurumu akademik Kamal Abdullanın 70 illiyini qeyd edib. Bir neçə gün öncə Türkiyənin nüfuzlu Türk Dil Qurumu Azərbaycanın müstəqilliyinin 29-cu ildönümü münasibətilə “Azərbaycan dili və mədəniyyəti” adlı onlayn elmi konfrans keçirib. Trend-in məlumatına görə, konfransda Türk Dil Qurumunun rəhbəri, professor ... | ANL |
"Bəhlul" jurnalı yeni təqdimatda. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə transfonelitersiya edilən "Bəhlul" jurnalı kitab formatında çap olunub. 525.az xəbər verir ki, bu barədə İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsində... | ANL |
Prezident yaralı hərbşilərimizlə görüşdü. İlham Əliyev:"Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəri, Azərbaycanın zabitidir". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. Noyabrın 11-də Azərbaycan ... | ANL |
Gənclər Kitabxanası Şuşa haqqında videomateriallar hazırlayıb. Azərbaycanın qədim şəhəri Şuşanın 28 ildən sonra düşmən işğalından qurtulması münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası "Qarabağı qarış-qarış tanıyaq" layihəsi çərçivəsində Şuşa şəhəri haqqında silsilə xarakterli videomateriallar haz... | ANL |
İlk müsəlman Respublikası. (Fransız dilindən tərcümə edən: Əsgər Əliyev, filologiya elmləri namizədi). Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Şərq dünyasında ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərl... | ANL |
İbrahim adında bir cəsur gənc türk Diləli Müskanlı kəndində gördüyü Sərkar Abdullanın qızı Qönçəyə aşiq olur, bir-birinə könül verən cütlük el adəti, şəriət qaydasıynan evlənirlər. "Sərkar" bu kəndin köklü nəsillərindən olan tayfanın adı idi və yalnız kişilərə deyilərmiş. Ancaq qoçaqlığına görə Qönçəyə də el ar... | ANL |
Söz vermişdim gələcəyəm, Gəlmişəm qoynuna, Şuşam. Aç mübarək qollarını, Sarılım boynuna, Şuşam. Vüsal gəldi, həsrət bitdi, Düşmən cəhənnəmə getdi, Millət arzusuna yetdi, Gəlmişik toyuna, Şuşam. Zəfər bayramınız mübarək olsun! Tarix görməyibdir belə bir sürət, Tarix görməyibdir belə bir cürət. Vur əsgər, vur əsgər, qolu... | ANL |
Azərbaycan əsgəri. Yenə tarix yaradır, yeni tarix yazırsan, Düşmənin məzarını əllərinlə qazırsan. Vətən qurtulsun deyə, son savaşa hazırsan. Sən Şuşa qalasında çalacaqsan zəfəri, Azərbaycan əsgəri. Keçdiyin zəfər yolu şanlı soyundan gəlir, Yurdu azad etdikcə qalib səsin yüksəlir. Bayrağım əllərinlə zirvələrə dikəlir. S... | ANL |
Ali Baş Komandanın düşmənin başına enən. dəmir yumruğu bizim başımızı göylərə ucaltdı! Vətən düşmüşdü bir dərdə, buna dözməzdi SƏRKƏRDƏ! Sənindir çünki istiqlal!". Mən məğrur! KOMANDAN ALİDİR BAŞDIR, dəmirtək yumruğu daşdır! Vurub yıx, düşməni çaşdır! Bulaqlar Səlsəbil olsun, şəhidlər cənnətə dolsun! Yağı artıq rəzi... | ANL |
Mənim üçün dünyada Şuşadan gözəl yer yoxdur". Rəşadətli Azərbaycan Ordusunun təxminən 30 ildən bəri həsrətini çəkdiyimiz işğal altındakı torpaqlarımızı bir-birinin ardınca azad etdiyi günlərdə yəqin ki, hər birimizin dilinin əzbəri olan sözlərdən biri də "Şuşa" kəlməsi idi. Uşaqdan-böyüyə hər birimiz Müzəffər Or... | ANL |
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların an... | ANL |
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dil... | ANL |
Yaşadığımız dünyada aqressivlik səviyyəsi yüksəlir. Hər gün kütləvi informasiya vasitələri ilə dünyada baş verən qarışıq məlumatlarla yüklənirik. Elə bu səbəbdən də cəmiyyətin müəyyən hissəsi həyatı mürəkkəb və təhlükəli qiyafədə görür. Son zamanlar dünyada tüğyan edən COVİD-19 virusunun insanların həyatına gö... | ANL |
Qəfil düşüb, Uzaqlığın üzündən öpüb, Bir durna səsi tək yerə. Enmək necə gözəldi. Necə gözəldi. Ulduzların işığına qoşulub getmək, Yığışmaq yer üzündən, əl-ayağını, ağırlığını çəkmək yer üzündən. Lap acıqca dan üzünü dişləmək, Qan süzülsün yanağından səs kimi. Bu səsi gətirmək üçün. getmək istəyirəm uzaqlara... Uşaqlar... | ANL |
Dağ yəhudiləri Şuşada küçələrdən birinə Albert Aqarunovun adının verilməsini xahiş edirlər. Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev özünün “Facebook” səhifəsində erməni işğalından azad olunmuş Şuşada tankçı, Azərbaycanın Milli Qə... | ANL |
Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördünücü cildi işıq üzü görüb. Kitab müəllifin “Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsərlərdən bəzilərini əhatə edir. Bu cildə Kamal Abdullanın xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanının gizli qatlarından dünya xalqları... | ANL |
İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər. Dünyanı cənginə almış feyk (yalan) xəbərlərdən ən çox Azərbaycan əziyyət çəkir. Vətən uğrunda gedən müharibədə işğalçı Ermənistanın və ermənipərəst qüvvələrin Azərbaycana qarşı təxribatı... | ANL |
Yaşadığım binanın qarşısında Qəzənfər müəllimi gözləyirdim, gəldi, görüşdük. Binanın qarşısında uzun illər taksi şoferi kimi fəaliyyət göstərən Həsən kişi ütələk mənə sarı gəldi: - Teymur müəllim, o kişi Qəzənfər Paşayev deyildi? Gülümsəyib, görüşdürmək məndən, qonaqlıq səndən - dedim. - Mən ona həyatım boyu borcluya... | ANL |
Bəhram xan Naxçıvanski: görkəmli ictimai-siyasi xadim, diplomat və maarifçi. Naxçıvan şəhərində böyük izdiham var. Hamı şəhərin mərkəzində Bəhram xan Naxçıvanskinin imarətinin qarşısına tələsir... Yaxşı olar ki, həmin tarixi günü Mirzə Bağır Əliyevin "Qanlı günlərimiz" gündəliyində olan kimi təsvir edək: "1918-ci il... | ANL |
Sağlam, gümrah, masasının üstündə yeni yazmağa başladığı roman, düşüncəsində hələ daha neçə yeni əsərini qələmə almaq həvəsi. Ona görə yox ki, indi hamımızçün qələmi əvəz edən kompüter ona yad idi. Həmişə müasirlərlə ayaqlaşa bilməyi, günün nəbzindən tutmağı bacarmışdı. Ürəyi istəsəydi, elə bilgisayarda da rahat yazar... | ANL |
Haqqa qovuşan aliməqam ruh. Cəmi bir neçə gün öncə doğum günü ərəfəsində yaradıcılığı haqqında düşüncələrimi bölüşdüyüm görkəmli yazıçı, tanınmış publisist Əli İldırımoğlunun vəfatı haqqında yazmaq ağırdır, kədərlidir. Əli İldırımoğlunun ömrünün doxsan dördüncü ilinə adladığı gündə - Vətən nisgilli narahat ruhunun Q... | ANL |
Qəfil düşüb, Uzaqlığın üzündən öpüb, Bir durna səsi tək yerə. Enmək necə gözəldi. Necə gözəldi. Ulduzların işığına qoşulub getmək, Yığışmaq yer üzündən, əl-ayağını, ağırlığını çəkmək yer üzündən. Lap acıqca dan üzünü dişləmək, Qan süzülsün yanağından səs kimi. Bu səsi gətirmək üçün. getmək istəyirəm uzaqlara... Uşaqlar... | ANL |
"Ağdam şəhərini Xankəndiyə, Şuşaya yaxınlaşdıraq". PROFESSOR NOVRUZ ALLAHVERDİ DOĞMA ŞƏHƏRİ AĞDAMIN BƏRPASINA DAİR MARAQLI TƏKLİFLƏR İRƏLİ SÜRÜB. Bu gün Müzəffər Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə xaricdə yaşayan soydaşlarımız tərəfindən də böyük sevinclə qarşılanır. Onlar bu şanlı qələbəni böyük qü... | ANL |
"DAĞLIQ ƏRAZİLƏRDƏ SAVAŞMAQ İRƏLİLƏYƏN TƏRƏF ÜÇÜN ƏNGƏL, MÜDAFİƏ OLUNAN TƏRƏF ÜÇÜN İSƏ ÜSTÜNLÜKDÜR. VƏTƏN SEVGİSİ AZƏRBAYCAN ƏSGƏRİNİN QARŞISINI ALA BİLMƏDİ". - Cənab general, böyük hərbi təcrübəyə sahib bir hərbçi kimi öncə sizdən Azərbaycan Ordusunu İkinci Qarabağ savaşında zəfərə aparan döyüş taktikasını dəyə... | ANL |
Elçinin Almaniyada yeni kitabları nəşr edilib. Alman oxucuları Xalq yazıçısı Elçinin əsərləri ilə yaxından tanışdırlar. Eləcə də Xalq yazıçısının hekayələri və povestləri toplanmış kitabları ölkənin müxtəlif nəşriyyatlarında işıq üzü görüb. Elçinin seçilmiş pyeslərindən ibarət kitabı da alman oxucularına təqdim edilib.... | ANL |
Əlirza Həsrətin yeni kitabı çıxıb. Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlirza Həsrətin "Duman şehi" adlı yeni kitabı işıq üzü görüb. Ön sözünü filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı Hüseynovun yazdığı və özünün də redaktoru olduğu kitab "Elm və Təhsil" nəşriyyatında çap olunub. | ANL |
Milli Kitabxananın Azərbaycan mədəniyyətinin təbliğinə töhfələri. Azərbaycan dili və ədəbiyyatının ali təhsil səviyyəsində tədrisi Azərbaycandan başqa müxtəlif xarici ölkələrdə də həyata keçirilməkdədir. Bu baxımdan qardaş Türkiyə Cümhuriyətində Azərbaycan dili və ədəbiyyatı ayrıca fənn olaraq Qazi və Ankara Universit... | ANL |
"Jurnalistika təkcə təfəkkür yaradıcılığı deyil". Artıq bir müddətdir, Konflikt Jurnalistikası Məktəbinin yaradıcısı, "Dinc dünya" Araşdırma Mərkəzinin sədri, Birinci Qarabağ savaşının iştirakçısı, jurnalist Əlisafa Mehdi ilə konflikt jurnalistikası və ekstremal jurnalistikanın günümüzdəki durumu haqqında müsahi... | ANL |
Yeni insanın doğuşunu izləyən geosiyasi uşaq - "Bir rəsmin dedikləri". "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlidir. Günel xanımla Salvador Dalinin öz mistik mesajları ilə bu gün də böyük marağa səbəb olan "Yeni insanın doğuşunu izləyən geosiyasi uşaq"... | ANL |
KAMANÇA İFAÇISI CAHANDAR XANLAROV: "MƏDƏNİYYƏTİMİZİN VƏ MUSİQİMİZİN KÖKÜ BİZDƏDİR, QOL-BUDAĞINI OĞURLAMAQLA ONU BİZDƏN QOPARA BİLMƏYƏCƏKLƏR". Rubrikamızın budəfəki qonağı ifa etdiyi musiqilərlə sosial şəbəkələrdə xüsusi rəğbət qazanan kamança ifaçısı Cahandar Xanlarovdur. Ənənəmizə sadiq qalaraq söhbətimizə sosial... | ANL |
Eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşlar. İyirmi il əvvəl Ağdam rayonunun Çullu kəndində Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn Nazir və Tacir qardaşlarının taleləri, həyat yolları da qoşa oldu. Heç vaxt bir-birlərindən ayrılmayan bu əkiz qardaşlar bir yerdə böyüdülər, orta məktəbi bir ox... | ANL |
Şuşam mənim! Ən qiymətli şah taxtısan! Düşmənə əcəl zəngisən. Bayrağımın qan rəngisən, Əyilməyən başım mənim, Şuşam mənim! Qalibiyyət nəğməsi. Yer göstərin, yoldan gəlib! Ağır oba-eldən gəlib! Şah İsmayıl nəvəsidir, Həzi, Polad əvəzidir, Gedib çıxdığı mərtəbə. Söz söyləyək şərəfinə, Söz yetərmi tərifinə?! Cəbhənin o t... | ANL |
Zəfər bayatıları. Yaşasın mərd oğullar, Cəsur, comərd oğullar. Elimə arxa-dayaq, Yağıya dərd oğullar. Ayağında çiçəyə, Başındakı qara bax. Az qaldı qovuşmağa, Xəbər çatıb Laçına. Vaxt gülür Kəlbəcərə, Baxt gülür Kəlbəcərə. | ANL |
Azərbaycan əsgəri. Yumruq oldu düşmənlərə nifrətin, Aşıb keçdin səngərlərin, daş səddin. Hədər getməz igidliyin, zəhmətin, Sən qovmusan yurddan qəmi, kədəri, Alqış sənə, Azərbaycan əsgəri! Şuşadakı zilərində sevinc var, Anaların üzlərində sevinc var, Sevgilinin gözlərində sevinc var. Vətənimin hər qarışı əzizdir, Se... | ANL |
Ucalıb pillə-pillə, Zirvəyə çatıb evlər. Şirin-şirin nəğməyə, Nağıla batıb evlər. Qalıb qonağı oldum, Doğmasıtək oxşadı, Bura Şuşadı. Uca dağlar qoynunda. Sanki cənnət bağıdır. Qarabağın əlində. Doğma Azərbaycanın. Musiqi ocağıdır. Düşdüm ulu Qarqara. İsa bulağı üstə. Mürsəl muğam başladı, Bura Şuşadı. Xəlfəlisi möcüzə... | ANL |
Bayrağıma qurban olum. Göy rəngi - göylərin ənginliyidir, Qırmızı - tarixin zənginliyidir. Yaşılı - sabahın ümid rəngidir, Bayrağıma qurban olum! Qürur yeri, and yeridir, Bayrağıma qurban olum! O, gücümdür, qüvvətimdir, İstiqlalım, qüdrətimdir. Allaha əmanətimdir, Bayrağıma qurban olum! Cəngi kimi havalansın, Başım üst... | ANL |
Dastanın yeganə əlyazma nüsxəsi. "QƏŞƏM XAN VƏ GÜLÜSTAN XANIM YAZILI DASTAN ABİDƏSI" KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. Əlyazmaların əslində, cəmiyyətin həyat tərzi, adət ənənələri, istək-arzuları, maddi-mənəvi dəyərləri xalqın genetik milli mənsubiyyəti haqqında geniş məlumatlar verə bilməsi faktını da unutmamaq lazımd... | ANL |
Xeyirxah əməlləri ilə yaddaşlarda yaşayan insan. Azərbaycan folklorunda müdrik qoca arxeotipinə aid olan, əcdad kultu nümayəndəsi sayılan seyidlərə, onların göstərdikləri möcüzələrə xalq arasında həmişə böyük inam olub. Seyid ocaqları insanlar tərəfindən həmişə ziyarətgaha çevrilib, el-obanın bir müşkül işi oland... | ANL |
Gənc yazarların qələmindən süzülən yazılarının, qatı mürəkkəblə çap maşını harmoniyasında nəşr edilən özünəməxsus formalı yeni qəzet... "... Bir də ona inanıram ki, 4 il öncə (əslində, daha çox öncə) başlayan hərəkatın yaratdığı müstəqil Azərbaycan dövlətində neçə illər qabaq ürəyimizin gizlinində saxladığımız bir üm... | ANL |
Qələbənin memarı. XX yüzilin əvvəllərində 23 ay bəxtiyarlığını, sonra 70 il həsrətini yaşadığımız istiqlalımız həmin əsrin sonunda yenidən qayıdandan sonra keçirdiyimiz heç bir müstəqillik bayramımızda bayrağımız millətin qanadları kimi belə qürurla, belə fərəhlə, belə ümumxalq həyəcanı ilə açılmamışdı. Məhz be... | ANL |
Tanıyaq və tanıdaq: Həkimə Babakişizadə Nəğmə. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm ... | ANL |
"Bakı-Ağdam qatarına minik başlanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, şanlı ordumuzun zəfər yürüşləri hər bir vətəndaş kimi məni də duyğulandırır, fəxarət hissi keçirirəm. Qeyri-təvazökar səslənsə də, 1988-ci ildən bu yana ən çox Qarabağın tarixi keçmişi, onun uğrunda vuruşan, çar... | ANL |
Azərbaycanın 44 gün davam edən Qarabağ müharibəsi və şanlı zəfəri yaradıcı insanların da fəaliyyətinə təsirsiz ötüşmədi. Tanınmış rəssam, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Vüqar Əlinin də yaradıcılığında Qarabağ, Vətən mövzusu xüsusi yer tutur. O, bu günlərdə arxa cəbhədə fırça... | ANL |
Azərbaycanın ən qədim sivilizasiya beşiyi. İŞĞALDAN AZAD OLUNMUŞ AZIX MAĞARASI ÖZÜNÜN GERÇƏK TƏDQİQATÇILARINI GÖZLƏYİR. Azərbaycanın qədim və zəngin sivilizasiya beşiyi olan Qarabağ bölgəsində azərbaycanlıların doğuluş və yaşam həqiqətlərini özündə ehtiva edən yüzlərlə tarixi abidələrimiz vardır. Bu abidələrdən ... | ANL |
Qızlara mehribancasına deyirdi ki, mən sizə heç də qəribə görünən bir şey danışmıram. Hamınıza məlumdur ki, bir dəfə günah işlədən qız yenidən onu təkrar etməyə girişir. Yalançı, saxta romantika yenidən gur çiçək açmağa başlayır. Kiməsə vurulan qız istəyir ki, ondakı odu şəhvət küləyi daha da alovlandırsın, bu ... | ANL |
Ümidsizliyin gətirdiyi ölüm. “Sadəcə aydınlığı və qaranlığı, müharibəni və sülhü, yüksəlişi və böhranı görən adam həyatı həqiqətən yaşamış sayılır” deyirdi Stefan Sveyq “Dünənin dünyası” əsərində. Əsər bütün idealları və dəyərləri ilə Avropanın çöküşünü izləyən Sveyqin yaşadıqlarından və gördüklərindən bəhs edir.... | ANL |
Gün işığına çıxan xatirələr. Elçin Hüseynbəylinin Qarabağ hekayələrini oxuyarkən. Yaman gülləyə gəlirdi dığa köpək uşaqları. O torpağın yiyələri gələcək! Gələcək o oğullar! Çağdaş günümüzlə səsləşən bu fikirlər tanınmış nasir, yazıçı-dramaturq Elçin Hüseynbəylinin (ədəbi təxəllüsü Qaraçuxa) ilk qələm nümunələr... | ANL |
Xurşidbanu Natəvan haqqında eşitdiklərim. O, həm də Şuşanın məşhur şəxsiyyətləri ilə bağlı fikirlərini qələmə alıb. Xosrov Axundovun qələmə aldığı bu yazılar arasında xeyirxahlığı ilə Qarabağda xüsusi nüfuz qazanmış Xurşidbanu Natəvan haqqında da fikirləri var. Qeyd edək ki, o, müəllim kimi fəaliyyət göstərdiyi... | ANL |
Azərbaycanın kreativ incisi: Ordubad. Sentyabr ayında AB komissiyası Şəmkirin uğurları ilə tanış oldu - rəsm və sənətkarlıq məhsullarının sərgisini nümayiş etdirdilər. Bu nüfuzlu Avropa yarışmasında bir çox şəhərlərimiz iştirak edə bilər. Ordubad nümunəsini istifadə edərək, AB mütəxəssislərinin nəyə diqqət etdiklə... | ANL |
Mənfur COVİD-19-un karantin günündə onun yazdığı avtoqrafları bir-bir vərəqləyirəm və mən o avtoqrafları vərəqlədikcə, keçib getmiş günlərin cürbəcür epizodları da bir-birini əvəz edir. Mirvarid Dilbazinin mənsub olduğu ədəbi nəslinin varlığına mən bizim ədəbiyyatımızda və ədəbi mühitimizdə bir epoxa kimi baxıra... | ANL |
Qalib sərkərdəmiz İlham Əliyev: “Əziz Şuşa! Sən azadsan! Əziz Şuşa Biz qayıtmışıq! Ürəyimdə bir düyün var. Bu Şuşanın dolayları hörükmü?! Dərələri havalanmış körükmü? Daşaltısı hər baxana görükmür... Bu qamçıdır, ya şimşəkdir əlində? Dodaqlarda zümzümələr, oxular. Güllərinə düşmən əli dəyməsin, Yoxsa dönüb budaqları ox... | ANL |
Məkr maskaları ilə təkbətək döyüşlər. Sürətlə bitəcəyinə yaxınlaşan, lap az sonra keçmişə çevriləcək 2020-ni bəşərin ən qocaman çağlardan bəri yaşadığı bütün illərdən seçdirən bir cəhəti oldu. Dünya əvvəldən-axıra bu ili maskalı yola verdi, maskalı başa vurur. İnsanı nə qədər darıxdırsa da, hər halda səni azar-... | ANL |
... Qubadlının Əliquluuşağı kəndinin camaatı istilər düşən kimi Obayazı yaylağına qalxardı... Qədim-qayım Laləzar körpüsünü belinə kəmər kimi dolayan həzin nəğməli Bərgüşadın yol başladığı dağların qayalıqlarındakı yuvada balasını bəsləyən qartala heyranlıqla baxardı kiçik Əli... Sonralar ana qartalın yem arxa... | ANL |
Vətən müharibəsi və Azərbaycan mediası. Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri. Azərbaycan jurnalistikası 44 günlük Vətən müharibəsində kifayət mütəşəkkil təmsil olundu. Media monolit komanda kimi prosesdə aktiv iştirak etdi. Ordumuzun, digər dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəki... | ANL |
Hansısa bir anın sevincini yaşamağın, hansısa bir daşa, ağaca nəvazişlə toxuna bilməyin, hansısa hadisəyə şahid olmağın naminə insan canından keçməyə, çox şeyi qurban verməyə sözdə yox, elə qəlbən hazırolabilərmi? Əlbəttə, yüzdə-yüz və buna dəlil olacaq çox əhvalatlar var. İkinci Qarabağ müharibəsinin ilk atəşləri... | ANL |
Azərbaycan rəssamlıq sənətində Qarabağ etüdləri. Öz zənginliyi və bənzərsizliyi ilə mədəniyyət məbədimiz adlandırılan Qarabağın əsrarəngiz təbiəti, meşələrin, dağların, gur axan bulaqların gözəlliyi əsrlər boyu incəsənət xadimlərimizi ruhlandırıb.İstedadlı rəssam və şairə Natəvanın, rəssam və musiqişünas Mir M... | ANL |
Kamal Abdullanın postmodern nəsrində oxşar obrazı. Postmodernizm cərəyanının əsas məğzini mətn və onun təqdim etdiyi hiperreal dünyanın dərki təşkil edir. Postmodern mətn digər mətnlərin əsasında yaranır, özündən öncəki ədəbi nümunələrdən, miflərdən gələn arxetipik işarələri, sitatları özündə ehtiva edir. Belə de... | ANL |
Atilla Yumak: "Ermənilər başımı kötüyün üstünə qoyub mişarı boynuma dirədilər”. 44 günlük Vətən savaşımızın qələbə ilə müjdələnməsi xalqımızın taleyində dönüş nöqtəsi oldu. Bu qələbə günlərində Birinci Qarabağ müharibəsi qazisi, 2 il 40 gün erməni əsirliyində qalıb işgəncələr səbəbindən görmə qabiliyyətini itirmiş At... | ANL |
Qızlara mehribancasına deyirdi ki, mən sizə heç də qəribə görünən bir şey danışmıram. Hamınıza məlumdur ki, bir dəfə günah işlədən qız yenidən onu təkrar etməyə girişir. Yalançı, saxta romantika yenidən gur çiçək açmağa başlayır. Kiməsə vurulan qız istəyir ki, ondakı odu şəhvət küləyi daha da alovlandırsın, bu ... | ANL |
Bakıda erməni kilsəsi. Bakıdakı erməni kilsəsi qorunub saxlanılır. Qafqazın mülki işlər üzrə baş rəisi knyaz Q.Qolitsının qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanmışdı. Bu qanun... | ANL |
Xaqani Şirvani haqqında yeni kitab. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Xaqani Şirvani həyatı və yaradıcılığı” kitabını çap etdirib. Kollektiv əməyin nəticəsi olan kitab “Sənətkarın elmi pasportu” seriyasından işıq üzü görən doqquzuncu nəşrdir. Monoqrafiya AMEA-nın birin... | ANL |
Alimvəyazıçıyaradıcılığınınzirvəsində. AzərbaycanMilliElmlərAkademiyasınınhəqiqiüzvü,Xalqyazıçısı,Əməkdarelmxadimi,AzərbaycanDillərUniversitetininrektoru,filologiyaelmləridoktoru, professorKamalAbdullaçağdaşelmimizinvəədəbiyyatımızınmüstəsnasimalarındadır. Dilçiliksahəsindədə,ədəbivəictimaimühitdədəəvəzsizxidmətləri,mü... | ANL |
Ermənilər xəyanət nəticəsində ələ keçirdikləri şəhəri neçə gündü dağıdır, yandırır, daşını, dəmirini, təpili-tıxalı evlərini, var-dövlətini talan edib, maşın karvanları ilə Ermənistana daşıyırdılar.Həm də yaman tələsirdilər.Çox duruş gətirəcəklərinə inanmırdılar.Əslində, Qarabağın bu dilbər guşəsinə ayaq basa ... | ANL |
Yaşasın Azərbaycanın Rəşadətli Ordusu. Qəhrəman igidlərin gətirir zəfərləri. Ali Baş Komandanın yenilməz əsgərləri. Gözlərində zərrə də yoxdur ölüm qorxusu. Yaşasın Azərbaycanın rəşadətli ordusu! Günahsız insanların qanlarına batdılar. Özgənin torpağında yeyib, içib yatdılar. Daha yata bilməzlər ərşə çıxdı yuxusu. Ya... | ANL |
Şanına yazılacaq, Ən uğurlu dastanım. Yenilməz hünərindən, Üzümüzə gün doğdu. Qarşında müntəzirdir, Əmrinə həranhazır. Yürüşü birodsaçır, Vuruşu yenilməzdir. Şəhid ruhu göylərdə. Vətənim əyilməzdir! Şücaətin danılmaz. Düşmən əlində qalmaz! Bizə xoşbəxtlikverdi, Cəsur, Baş Komandanım! Xalqımın məbədgahı, Vüqarım, m... | ANL |
Otuz illik həsrətdən. özünüasan şəhər. Şahların diriləcək. Sənsiz nəfəs almayan. Ruhların diriləcək. Qəlbini əsir edib, Şux qəddini əyiblər. Daşın düşmən başına, Xatirinə dəyiblər. Bəzəksız otaqların. Yenidən bəzənəcək. Xan qızı Nətavanın. Türbəsi diriləcək. Qədirin,Səxavətin. Ruhu göydə süzəcək. Cəh-cəhi diriləcək. Tə... | ANL |
8 noyabr 2020-ci ildə qalib ordumuzun igid döyüşçüsü gözəlim Şuşa şəhərindəki keçmiş rayon partiya komitəsinin dördmərtəbəli binasının zirvəsində şanlı Azərbaycan Bayrağını dalğalandırdı, sonra həmin uca Bayrağı, Ali Baş Komandan cənab İlham Əliyevi, bütün Azərbaycan xalqını hərbi qaydada salamladı. Bu şeiri həm... | ANL |
Onlarla həmişəlik qalacaq damğa. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq mümkün deyil və müvəqqəti ayaq tuta bilən yalan kimi bir özgəsinin faciəsi bahasına qazanılmış sevinc də yalnız keçəriolabilir. Həyat bunu saysız dəfə sübut edib - haram şadlıqdan axıracan yarıyanı tarix tanımır.Gec-tez etdiyin mərd... | ANL |
"ErmənilərqədimAlbanməbədvəabidələrinəqənimkəsilib". RəşadMəcid: "QarabağdakıalbanmədəniyyətinəaidməbədlərAzərbaycanalban-udixristiandiniicmasininixtiyarınaverilsin". AzərbaycanınişğaldanazadolunanərazilərindəqədimAlbanmədəniyyətinə,zənginmemarlıqirsinəaidxeylisaydaməbəd,kilsəvəmonastrıvar. "525-ciqəzet"inbaşredaktoru,... | ANL |
Gələcəyimizi emosional zəka xilas edəcək. Nazilə Cavanşir: "Övladlarımızı uğurlu, xoşbəxt və sağlam görmək istəyiriksə, onların emosional zəkasını inkişaf etdirməliyik". Həmsöhbətimiz uşaqlarda emosional zəkanın inkişafı ilə bağlı mühüm işlər görən, Azərbaycanda ilk və hələlik tək mərkəz olan "Soft Skills Center A... | ANL |
Anar Kərimov BMT-ninnümayəndəsi ilə onlayn görüş keçirib. Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrəalinümayəndəsi Migel Angel Moratinos ilə onlayn formatda görüşü olub. Nazirlikdən 525.az-a bildirilib ki, görüşdə Ermənist... | ANL |
Laçın alayının keçmiş komandiri Arif Paşanın söylədiklərinə görə, 1992-ci ildə əsgərləri ziyarət etmək üçün bir qrup incəsənət xadimi Laçına gəlmişdi.Əsgərlər bu doğma insanları türk şairi Əli Kaminin sözlərinə bəstələnmiş "Alay marşı" ilə qarşılayırlar.Qonaqlardan biri marşın sözlərini çox bəyənir və həmin sözləri... | ANL |
"Bu dövrdə təhsil sahəsində görülən işlər müsbət nəticələrverdi". Təhsil naziri Emin Əmrullayev vətən müharibəsinin ölkədə təhsil proseslərinə təsirlərini ətraflı təhlil edib. Dövlətçilik tariximizə qələbəli, zəfərli Vətən müharibəsi yazıldı.Bu, möhtəşəm milli qalibiyyətdir.Çoxdan gözlədiyimiz, arzusunda olduğumuz ... | ANL |
Güllü-çiçəkli bir yamacın yalında kəkilli bir oğlan ovurdlarını şişirdib qara zurnada şövqlə "Cəngi" çalırdı.Öz çalğısına başı necə qarışmışdısa, bayaqdan bəri səssiz-səmirsiz dayanıb-durub onun "Cəngi"sinə heyran-heyran qulaq asan Cəlal babanı qəfildən gördü.Hava yarımçıq qaldı. Gecədən xeyli keçmiş kəndin d... | ANL |
Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr içində ən parlaq qələbədir! Kişi-kişiliyi yaşadar canda, Tarixdə kişilər qəhrəman olur. Ocağın başındakişiduranda, Torpağı qorumaq çox asan olur! Müzəffərdir, qurban olsun canım mərdə, Allah onu bərk saxlasın qoy nəzərdə! Qaldırdığın bayrağına keşik çəkim, Azad o... | ANL |
Milli Kitabxana Avrasiya Kitabxanalar Assambleyasının iclasında. Milli Kitabxana Avrasiya Kitabxanalar Assambleyasının XXIV ümumi onlayn iclasında iştirak edib. Milli Kitabxanadan 525.az-a bildirilib ki, videokonfransı giriş sözü ilə Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda açaraq konfrans iştirakçı... | ANL |
Azərbaycan muğamları içərisində insanlara mənəvi keyfiyyətlər aşılayan muğamlar içərisində "Segah" muğamı xüsusi yer tutur.Ona görə ki, "Segah" muğamını dinləyən hər bir dinləyicidə təkcə məhəbbət hissləri özünü büruzə vermir.Çünki bu muğamın əxlaqi-mənəvi keyfiyyətləri üzə çıxaran təsir gücü daha çoxdur. Özün... | ANL |
Qələbə möcüzəsi. Bir vaxt, özüm kimi, yurdundan didərgin düşənlərin dilindən. ...Koronavirus adlı bəlaya tuş gələndən onsuz da sınıq qəlbimizdə sanki dünyanın üzü bozarmağa başladı.Olan-qalan sevincimiz də yoxa çıxdı.Məktəbyox,iş yox, toy, şənlik bir yana, hələ yaslarımızın da urvatı azaldı.İkinci Qarabağ müharib... | ANL |
Əziz Mirəhmədovun kitabşünaslıq görüşlərinə bir nəzər- Görkəmli ədəbiyyatşünas, fədakar alim Əziz Mirəhmədovun elm, mədəniyyət, mətbuat aləmində daha geniş tanınmasında onun kitab və kitabçılıq işi, ümumiyyətlə, kitabşünaslıq sahəsindəki tədqiqatları da xüsusi rol oynayıb. Ə.Mirəhmədov elmi fəaliyyətində kitab və kit... | ANL |
Nakam gəncin həyat manifesti. Dörd övladının körpə ikən dalbadal tələf olması Əhməd bəyi bərk sarsıtmış, dərin qəm-qüssəyə qərq eləmişdi.Bu kədərli və faciəli hadisələrin səbəbini "ayağı sayalı olmayan" arvadı Mülküxanımda görən uşaqların atası ondan həmişəlik ayrılmış və bir daha evlənmək məsələsinin üstündən... | ANL |
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların an... | ANL |
Qürbətə gedərsən, Bir ömürlük yoldur hər gedişin, Qayıdışınsa yozumlanmayan bir yuxu, Kor bir arzu! Sən qaranlıqdan anlamazsan ki, Sən saatın yorğunluğundan anlamazsan ki, Sən torpağın xəstəliyindən nə anlarsan ki?! Burada - Günəş ərəb qılıncıdır. Dəvə kinidir, can atmağa dəyməz! Mən hər axşam səni xatırlayaram. Hər sə... | ANL |
Alban məbədinin ahı və məkkədən gələn "Quran". Qarabağ haradan başlayıb, harada qurtarır? Bu sualın doğru və dolğun cavabını verməkçün Qarabağın hansı sərhədlər içində yerləşdiyini bilmək azdır. Əslində, mahiyyətcə Qarabağın ölçüsü Azərbaycanın özünün hüdudlarından da çox-çox genişdir. Məgər "beşik" deyəndə yal... | ANL |
Yaqub Mahmudov: "Albaniyanın saf və əsl tarixi Kəlbəcərdədir". “Xristian abidələrinin müdafiəçilərinə” bəyan edirəm ki, erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi, qəbristanlıqları, çoxsaylı tarixi abidələri yerlə-yeksan ediblər.... | ANL |
"Bu təklif Alban mədəniyyətinə yüksək ehtiramın göstəricisidir". Qarabağdakı alban mədəniyyətinə aid məbədlərin Azərbaycan Alban-udi xristian icmasına verilməsi barədə təşəbbüsə fəal ictimai dəstək var. Qarabağda, işğaldan azad olunan ərazilərdə yerləşən qədim Alban mədəniyyyətinə aid məbədlərin ölkədəki Alban-Udi Xr... | ANL |
Anar Kərimov ISESCO-nun beynəlxalq vebinarında çıxış edib. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) "Bəşər sivilizasiyasının qurulmasında və sülh dəyərlərinin yayılmasında İslam incəsənətinin rolu” mövzusunda beynəlxalq vebinarı təşkil edilib. Vebinarda ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd... | ANL |
Zəfərlərin mübarək, Azərbaycan! Sən Azərbaycanımızın, sən Qarabağımızın güvənci idin, axı! Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Bəli, biz gəldik, biz Ağdama Qələbə ilə, Qalibiyyətlə gəldik... Ali Baş Komandanın müdrik, uzaqgörən siyasəti və Azərbaycan ... | ANL |
Ədəbiyyat tariximizin Dədəsi. Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya" adlı son dərəcə dəyərli araşdırmasını böyük maraqla oxudum və oxuduqca xoş xatirələr yoluyla çox uzaq illərə qayıtdım. Yeniyetməlik və gənclik y... | ANL |
Rumıniyanın Yassı Dövlət Universiteti və Qazaxıstanın Lev Qumilyov adına Dövlət Universitetinin Rus filologiyası kafedrasının təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr olunan onlayn elmi konfrans keçirilib. ADU-dan AZƏRTAC-a bildiri... | ANL |
Taleh Tüzbəyov: "Qalib olmaq gözəl hissdir: dilimizə gətirməsək də, illərdən bəri hamımızın içində bir məğlubiyyət psixologiyası var idi". Müsahibimiz Taleh Yüzbəyovu yəqin ki, artıq tanımayan yoxdur. Hətta tanıyanlar onun yaxın zamanlarda Azərbaycan kinosuna yeni nəfəs, yeni rəng gətirəcəyinə inanırlar. Çəkdiyi ... | ANL |
Ayrılmaq mədəniyyəti. Deməli, Cahandar ağa bacısı Şahnigarı öldürəndən sonra sirrin üstü açılmasın deyə meyiti yumağı birinci arvadı Zərnigara tapşırır. Maraqlısı budur ki, həqiqətən də Zərnigar Cahandar ağa meyiti yumaq üçün ona xəbər göndərəndə bunu qəbul edir və meyitin bədənində gördüyü yaraları heç kimə de... | ANL |
Çəmbər daraldıqca ölüm yaxınlaşır. Koronavirus sözün əsl mənasında ayaq açıb yeriyir. Rəqəmlər dayanmadan yüksələrək vahiməli hal almağa başlayıb. Hətta bu dəfə ən yaxınımızda olanların vəfatına şahid oluruq. Xəstəxanalar dolub daşır. Qarşısına keçəni alıb aparır. Əslində, gündəmi izləyəndə vəziyyətin nə həddə ol... | ANL |
Emin Pirinin Vətən savaşı və könül işi. kitabı haqqındakı yazımı onun "Təndir ətirli qız" şeirini şərh edərkən dediyim "Şeirdən də anlaşıldığı kimi, şair ömrü uzunu axtarışında olduğu o saf, təmiz, səmimi hissləri "dağın balası" adlandırdığı kənddə, "gözlərində Allahı gördüyü qızın" təndir ətirində tapıb. Ancaq təəssü... | ANL |
Şərəf və ləyaqət nümunəsi... Vətən savaşımız müzəffər Ordumuzun şanlı zəfəri, Ali Baş Komandanımızın və məğrur xalqımızın yumruq kimi birləşməyinin, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Hər hansı bir zaman kəsiyində müəyyən bir millətin şərəfini qoruyan insanlar - həmin millətin tar... | ANL |
Bayrağın ucundakı tozu köynəyilə silən uşaq. Həmişə olduğu kimi, yenə gecədən zəngli saatı üç dəfə ardıcıl qurmuşam. Bu dəfə nədənsə, yuxudan ilk zəngə oyanıram. Göz qapaqlarımı çətinliklə aralayıb görürəm ki, hələ gec deyil, xeyli yatmaq olar. Amma niyəsə heç yatmağım gəlmir. Yarıyuxulu gözlərim qəribə bir halı görüb ... | ANL |
Pandemiya, ədəbi intellektuallıq və ədəbiyyatda yaşamaq formulu. Pandemiyadan sonrakı dövrdə ədəbiyyatın taleyi necə ola bilər? Çağdaş ədəbiyyatın intellektual qatı onun duyğu "örtüyü"nü zədələmir ki? Ədəbiyyatda yaşamağın formulu nədir? - İnsanların taleyi necə olacaqsa, ədəbiyyat da onun havasına düşəcək. Ədəbiyyat h... | ANL |
Şairin kədər salnaməsi. HÜSEYN HÜSEYNZADƏDƏN HÜSEYN ARİFƏ... Oxuduğumuz misraların nə qədər dəyərli olduğunu bəzən həmin an anlamır və onların arxasında gizlənən mənaları, duyğuları sezmirik. Bir şair, qəlbinə yüzlərlə arzunu, xəyalı sığışdırdığı kimi, çəkdiyi iztirabları da könül dünyasının qaranlıq guşəsində saxlayır... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.