text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Zəfər himni. Dünənədək tutduğu qələmi silah sanan. Şair bu gün əsgərlə yan-yana dayanmalı, Çiyin-çiyinə durub, can cana dayanmalı. Bir ölsək min dirilək, yüz ölsək milyon olaq, Bir manqa qeyrətiylə coşub batalyon olaq. Mübarizin yazdığı məktuba cavabam mən, Öldürmək günah, amma bu yolda savabam mən. Yaramdan qan axsa d... | ANL |
Sözə verilən könül. Masamın üstündə nəşrini gözləyən bir kitabın əlyazmaları var. Mənim üçün çox dəyərli olan tədqiqatçı, yazıçı-publisist Vasif Quliyevin təqdim etdiyi əlyazmalara nəzər salanda hiss etdim ki, bu misraların müəllifi könlünü sözə verib, iç dünyasını şeirlə bölüşüb, misralara çevirib. Özü də bunu bacardı... | ANL |
Müsəlləh əsgərdir onlar bu gündən. ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATININ BİR SIRA TANINMIŞ SİMALARI DA SƏFƏRBƏR OLARAQ ÖN CƏBHƏYƏ YOLLANIBLAR. Sentyabrın 27-si səhər saatlarından düşmənin təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində başlayan döyüşlər davam etməkdədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İ... | ANL |
Sinif yoldaşı: "Məktəb illərində Mənsumun elm adamı olacağını düşünürdüm". SARITEL QULİYEVA: "ARZU EDİRƏM Kİ, İŞĞALDAN AZAD EDİLƏN TORPAQLARIMIZDA MƏNSUM İBRAHİMOVUN KONSERTİNƏ YIĞIŞAQ". Qonşumuz Sarıtel xanımın Xalq artisti Mənsum İbrahimovla sinif yoldaşı olduğunu biləndən onunla Mənsum müəllimin uşaqlığı, məktəb çağ... | ANL |
Zəfərin bir addımlığından boylanan vətən torpağı. Əbəs yerə deyildi bu sözlərin bir dövlətin himnində səslənməsi... O dövlət ki, uğrunda neçə canlar fəda oldu. O dövlət ki, 30 ildir, vətən torpağı müjdəsinə həsrət olarkən, indi qələbə müjdəsinin astanasındadır. Sentyabrın 27-dən başlayaraq mənfur qonşularımız yenidən ö... | ANL |
Kinorejissor Lətif Səfərovun 100 illiyi tamam olub. Azərbaycan kino tarixində xüsusi yeri olan kinorejissor Lətif Səfərovun anadan olmasının 100-cü ildönümü tamamlanıb. 7 yaşında olanda rejissor Leo Murun "Gilan qızı" filmində çəkilib. Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı başlanıb. Ancaq sonradan... | ANL |
Bəlkə sabahdan da yaxın. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər boyunca çox sərəncamlar, çox fərmanlar imzalayıb, çox qərarlar verib, televiziya ekranlarından, ya kütlə qarşısına çıxaraq insanlarımıza çox müraciətlər edib. Lakin 2020-ci il sentyabrın 27-də onun imzaladığı ölkədə hərbi vəziyyət elan e... | ANL |
Bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov haqqında bir yarpaq boyu təəssürat. Onunla hər dəfə görüşəndə aşiqanəliyində də, şuxluğunda da bir tutqunluq sezirəm. Səbəbini soruşanda deyir ki, qardaş, haçandandır içimdə bir Atəşgah qurmuşam. Mən onu yatırmaq istəyəndə o, mənim yuxumu ərşə çəkir, oyadır. Bu, hamın... | ANL |
Mirzə Bağır Əliyev - fəal maarifçi və milli istiqlal sevdalısı. Azərbaycanın milli istiqlal hərəkatçılarından olan Mirzə Bağır Əliyev 1882-ci ildə Naxçıvan şəhərində doğulub. Onun atası Hacı Yusifin Nehrəm kəndində və Naxçıvan şəhərində mülkləri vardı. Hələlik Mirzə Bağır Əliyevin şəxsi işi tapılmadığından arxiv sənədl... | ANL |
Müsəlləh əsgərdir onlar bu gündən. ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATININ BİR SIRA TANINMIŞ SİMALARI DA SƏFƏRBƏR OLARAQ ÖN CƏBHƏYƏ YOLLANIBLAR. Sentyabrın 27-si səhər saatlarından düşmənin təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində başlayan döyüşlər davam etməkdədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İ... | ANL |
Sinif yoldaşı: "Məktəb illərində Mənsumun elm adamı olacağını düşünürdüm". SARITEL QULİYEVA: "ARZU EDİRƏM Kİ, İŞĞALDAN AZAD EDİLƏN TORPAQLARIMIZDA MƏNSUM İBRAHİMOVUN KONSERTİNƏ YIĞIŞAQ". Qonşumuz Sarıtel xanımın Xalq artisti Mənsum İbrahimovla sinif yoldaşı olduğunu biləndən onunla Mənsum müəllimin uşaqlığı, məktəb çağ... | ANL |
Zəfərin bir addımlığından boylanan vətən torpağı. Əbəs yerə deyildi bu sözlərin bir dövlətin himnində səslənməsi... O dövlət ki, uğrunda neçə canlar fəda oldu. O dövlət ki, 30 ildir, vətən torpağı müjdəsinə həsrət olarkən, indi qələbə müjdəsinin astanasındadır. Sentyabrın 27-dən başlayaraq mənfur qonşularımız yenidən ö... | ANL |
Kinorejissor Lətif Səfərovun 100 illiyi tamam olub. Azərbaycan kino tarixində xüsusi yeri olan kinorejissor Lətif Səfərovun anadan olmasının 100-cü ildönümü tamamlanıb. 7 yaşında olanda rejissor Leo Murun "Gilan qızı" filmində çəkilib. Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı başlanıb. Ancaq sonradan... | ANL |
Bəlkə sabahdan da yaxın. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər boyunca çox sərəncamlar, çox fərmanlar imzalayıb, çox qərarlar verib, televiziya ekranlarından, ya kütlə qarşısına çıxaraq insanlarımıza çox müraciətlər edib. Lakin 2020-ci il sentyabrın 27-də onun imzaladığı ölkədə hərbi vəziyyət elan e... | ANL |
Hər birimiz bu Vətənin əsgəriyik. Həyəcanlı və qürurlu günlər yaşayırıq. Hər gün gözümüz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumatları axtarır, tapır, oxuyur, televiziya kanallarından gündəlik xəbərləri alırıq. Sentyabrın 27-dən səhər saatlarından növbəti təxribata əl atan Ermənistan ordusuna Milli O... | ANL |
Bu səhər Sivas Cumhuriyyət Universitetinin rektoru professor Alim Yıldızdan Türkiyəli şair və jurnalist Əbdürrahim Karakoçun “Qarabağa məktub” şeirini aldım. 2012-ci ildə dünyasını dəyişmiş şair Ə.Karakoçun bu şeirinin nəinki Azərbaycanın bugünkü həssas dönəmi üçün, hətta bütün Türk dünyası üçün çox aktual olduğunu düş... | ANL |
Bəxtinə ağlayan Azəri qızı, Sən Qarabağ söylə, mən Qarayazı, Boşluqda çırpınır Türkün avazı, Sanma ki, dərdlərin azı bizdədir, Sizdəki yaranın özü bizdəir. Türkmənəmi, Qırğızamı yanmadım, Tataramı, Çərkəzəmi yanmadım, “İmdat” deyən bir sözəmi yanmadım? Uyğurun, Özbəyin gözü bizdədir, Sizdəki yaranın özü bizdədir. Müsəl... | ANL |
ƏDƏBİYYAT İNSTİTUTUNDA ÖTƏN İLİN ƏDƏBİ YEKUNLARI İLƏ BAĞLI HAZIRLANMIŞ MƏRUZƏLƏR İCTİMAİYYƏTƏ MƏTBUAT VASİTƏSİLƏ ÇATDIRILIB. 2014-cü ildən start götürən və hər il ənənəvi olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən "Ədəbi proses" elmi-yaradıcılıq m... | ANL |
Tarixin dərslərindən ibrət almalıyıq. Keçmiş səhvlər təkrarlanmayacaq. 10 minlik erməni nizami ordu hissəsinin başında Zəngəzurun yuxarı hissəsini qan içində məhv edən general Andronik Ozanyanın seçmə qoşun hissələrini xalq qəhrəmanı Sultan bəyin (Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanovun q... | ANL |
Xaricdə doktorantura təhsili proqramı böyük perspektivlər vəd edir. KÖLN UNİVERSİTETİNDƏ DOKTORANTURA TƏHSİLİ ALAN ASİF MUSTAFAYEVİN FİKRİNCƏ,SÖZÜGEDƏN PROQRAM AZƏRBAYCANIN GƏLƏCƏYİ ÜÇÜN MÜSTƏSNA ÖNƏM DAŞIYIR. Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğu... | ANL |
"Payız-qış aylarında koronavirusun yaydakı qədər aqressiv olacağını düşünmürəm. HƏKİM RAMİN NƏRİMAN: "UŞAQLAR COVİD-19-U QRİPDƏN DƏ YÜNGÜL KEÇİRİRLƏR, ANCAQ YOLUXDURMA EHTİMALI ONLARDA DAHA ÇOXDUR". Bu gün hamımız ellikcə həm cəbhədə düşmənlə, həm də koronavirusla savaşırıq. Hər birimiz fiziki və mənəvi cəhətdən möhkəm... | ANL |
Azərbaycan Avropa mətbuatında. Avropa qəzetləri hər gün Qarabağdakı müharibəni diqqətdə saxlayır və öz siyasi baxışlarına uyğun şərhlər verirlər. Xüsusilə, Almaniya mətbuatında "müsəlman Azərbaycan", "xristian Ermənistan"a vurğu Avropada yaşayan türklərin və Azərbaycanı sevən almanların sərt reaksiyası ilə qarşılanır. ... | ANL |
Millət və vətən anlayışları özünüdərkin atributu kimi. Ədəbi düşüncədə milli özünüdərk problemləri. Bir əsrdə iki dəfə müstəqilliyini qazanmış Azərbaycan xalqı buna qədər böyük bir milli özünüdərk prosesindən keçib. Zaman-zaman xalq bu mərhələlərdən keçərək milli özünüdərkin ən yüksək səviyyəsinə çatıb və dövlətçiliyin... | ANL |
"Qarabağ - mədəniyyətimizin beşiyi" layihəsi başlanıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin məd... | ANL |
Əliağa Vahidlə bağlı virtual sərgi tərtib edilib. Azərbaycanın görkəmli qəzəl ustası Əliağa Vahidin xatirə günü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Böyük qəzəl ustadı Əliağa Vahid" adlı virtual sərgi hazırlanıb. Kitabxanadan bildirilib ki, virtual sərgidə böyük qəzəlxanın həyat və yarad... | ANL |
Avrasiya Yazarlar Birliyindən Azərbaycanın haqq savaşına dəstək. Avrasiya Yazarlar Birliyi Ermənistanın hərbi hücumlarını dayandırmaq tələbi ilə bəyanat qəbul edib. AYİB-in sədri, yazıçı-publisist Yaqub Öməroğlunun imzası ilə yayılan bəyanatda deyilir: "Təcavüzkar Ermənistan ordusu illərdən bəri Azərbaycana qarşı davam... | ANL |
“Bu qətiyyətli addımlarınızı alqışlayırıq!”. YUĞ Teatrının kollektivindən İlham Əliyevə müraciət. YUĞ Dövlət Teatrının kollektivinin Prezident İlham Əliyevə müraciət edib. "Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Rəşadətli ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə xalqımızda yüksək... | ANL |
Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar. Salam olsun, çox dəyərli oxucu! Bu yazım görkəmli Azərbaycan memarı Əliş bəy Kərəmli haqqındadır. Öncə bunu qeyd edim ki, oktyabr ayının ilk həftəsinin bazar ertəsi günü Beynəlxalq Memarlar Günü kimi qeyd olunur. Görülən işlər barədə təfsilata keçməzdən əvvəl Əliş bəy ... | ANL |
Tam səmimiyyətlə deyirəm ki, bu qeydlərimi yazmağa başlayarkən xeyli tərəddüd etdim. Görkəmli bir portret ustasının rəsmini yaratmaq rəssam dostu üçün nə qədər çətindisə, imzası brendə çevrilən bir publisist barədə yubiley məqaləsi yazmaq mənə də bir o qədər müşkül görünürdü. Qələmini klassik jurnalistikanın, dem... | ANL |
"Atamın gördüyü və arzuladığı işləri davam etdirəcəyəm". MƏRHUM ALİM VƏ İCTİMAİ XADİM İRFAN ÇİFTÇİNİN OĞLU, İSTEDADLI MUSİQİÇİ OLAN ATAHAN ÇİFTÇİ SƏNƏT LAYİHƏLƏRİNİ DÜNYA SƏVİYYƏSİNDƏ TƏQDİM ETMƏYƏ ÇALIŞIR. Müsahibimiz Atahan Çiftçi türkiyəli gənc musiqiçi, gitara və ud ifaçısıdır. O, həm də Türkiyənin Azərbaycandakı s... | ANL |
Xilasımız birliyimizdədir. AYSEL RƏSULZADƏ: "NEÇƏ İLLƏRDƏN BƏRİ İŞĞAL ALTINDA OLAN O TORPAQLARIN QOXUSUNU ALACAĞIQ, ONA TOXUNACAĞIQ - BU, DÜNYALARA DƏYƏR". Bir həftədir, cəbhə xəttində qızğın döyüşlər gedir. Düşməni - bu tikanlı sarmaşığı torpaqlarımızdan təmizlədikcə, həm əllərimiz qana bulaşır, həm itki veririk, həm ... | ANL |
80 YAŞLI USTAD REJİSSOR VASİF BABAYEV: "QARABAĞDAKI UĞURLARIMIZA BAXIRAM, ÜRƏYİM DAĞA DÖNÜR, BU QƏLƏBƏ XƏBƏRLƏRİ AĞSAQQAL YAŞIMDA MƏNİ UŞAQ KİMİ KÖVRƏLDİR". Tanınmış rejissor, Xalq artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki Vasif Babayevin sentyabrın 16-da 80 yaşı tamam oldu. Yubileyilə bağlı sənə... | ANL |
Əfsanəyə görə, bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün gözləri qarşısında alçaltmaq imiş. Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O əsəndə, hərəkətə gələndə, aləmi tozanağa bürüyəndə bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət ... | ANL |
Bir ovuc torpağı vətənə çevirmək... Bir dövlətin bütün vətəndaşlarının birləşərək yazdığı tarix ya müharibə tarixi olur, ya da qələbə müjdəsi. Lakin heç şübhəsiz, qələbəyə gedən yol müharibədən keçir. Tarixin bütün dövrlərində aparılan müharibələr bunun sübutudur. Keşməkeşli tarixi, yerləşdiyi coğrafiyası, zəngin təbii... | ANL |
Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə. Bu sənədli romanın müəllifi - Parisdə yaşayan yazıçı və ssenarist Şain Sinaria özü də həmyerlimizdir. Fransız dilində yazılmış roman TEAS-Press nəşriyyatında Azərbaycan dilinə tərcümə edilərək nəfis tərtibatla nəşr olunub. Bu kitab Şain Sinaria ilə nəşriyyatın ilk işi deyil.... | ANL |
BİR DAHA "ƏDƏBİ DÜŞÜNCƏLƏR" HAQQINDA. "Ədəbi düşüncələr"in Azərbaycan dilindəki ilk nəşrinə yazdığım kiçik ön sözdə həmin kitabın mənim üçün tamamilə gözlənilməz bir hadisə olduğunu demişdim. Dediklərimi təkrar etmək istəmirəm və yalnız bir cəhəti bir daha vurğulamağı lazım bilirəm ki, kitaba toplanmış ədəbi qeydlərdə ... | ANL |
Azərbaycan və Böyük Britaniya mədəniyyət əlaqələri müzakirə edilib. Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp və Britaniya Şurasının (British Council) Azərbaycan üzrə direktoru Samr Şah ilə video-k... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Keçdi əks-hücuma şanlı ordumuz, Qələbə gözləyir doğma yurdumuz, Gedirik irəli, gəlir ardımız, Düşmənin dilinin ucunda vida, Qarabağ bizimdir, bizim və nida! Yoxolmuş yox olub yoxa çıxacaq, Bayrağım yeriyib dağa çıxacaq, Laçına çıxacaq, Tuğa çıxacaq, Həsrətdən güc aldı... | ANL |
Kamal Abdullanın "Seçilmiş əsərləri"nin üçüncü cildi nəşr olunub. Xalq yazıçısı, akademik Kamal Abdullanın "Seçilmiş əsərləri"nin üçüncü cildi çapdan çıxıb. Üçüncü cildə müəllifin müxtəlif illərdə yazdığı şeirlər, rus klassik şairlərinin yaradıcılığından etdiyi tərcümələr, ədəbiyyatın və mədəniyyətin problematik aspekt... | ANL |
"Qardaş qələmlər"dən haqq savaşımıza dəstək. Avrasiya Yazıçılar Birliyi tərəfindən çap olunan Türk dünyası ortaq ədəbiyyat jurnalı "Qardaş qələmlər"in oktyabr sayı "Azərbaycan, səninləyik" üz qapağı ilə nəşr olunub. Jurnalın müəlliflərini Azərbaycanı dəstəkləməyə çağıran dərginin redaktorundan yazısında Cənubi Qafqazda... | ANL |
Türkiyənin mənəvi dəstəyi. ETİBARLI QARDAŞ SÖZÜ. Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik. Azərbaycan - Türkiyə münasibətlərinin milliliklərdən gələn böyük tarixi, davamlı və dayanıqlı ənənələri vardır. "Torpağı əkməsən qorumağa, qorumasan əkməyə dəyməz" deyən u... | ANL |
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan "Ulduz" ədəbiyyat dərgisinin sentyabr sayı işıq üzü görüb. Dərgi oxucularını bu sayda İlqar Rəsulun "özüylə söhbəti" və hekayələri ilə salamlayır. Burada nasir Əjdər Ol, şair Ramil Əhməd və tənqidçi İradə Musayeva pandemiyadan sonrakı dövr ədəbiyyatından, çağdaş ədəb... | ANL |
Bu məsəli illərdir, demək olar, hər yerdə oxuyub eşitsək də, onu həyatımızda sübuta yetirəcək hansısa bir hadisə baş vermədiyindən mahiyyətini, təsir gücünü o qədər də aydın dərk edə bilmirdik. Amma son günlər azərbaycanlı olan hər kəs "inanmaq - bacarmağın yarısıdır" məsəlini, anlamaq bir tərəfə, canlı-canlı ya... | ANL |
Qəpik-qəpik təmizlənmək... Balaxanı Bakının ən qədim qəsəbələrindəndir. Hələ qədim zamanlardan atalar "qonşu qonşunun külünə möhtacdır" dedikləri üçün buranın evləri bir-birinə yaxınlığı ilə, eyni zamanda, dar küçələri, həyətyanı əraziləri, ənənəvi məhəllə sistemi ilə seçilir. 2 əsr əvvəlin tarixində xarici şirkətl... | ANL |
İnformasiya müharibəsində dezinformasiya təhlükəsi. XXI əsrin texnologiyalar əsri olması informasiya axınının dünyanın hər yerində sürətlənməsinə gətirib çıxarıb. Belə bir dövrdə hətta bu texnologiyaları yaradan dövlətlər də onun qarşısında aciz qala bilir, daha dəqiq desək, onun "əsirinə" çevrilirlər. Yaradılan texno... | ANL |
BU DƏFƏ TARİXİN AZƏRBAYCAN ÜÇÜN İŞIQLI DÖVRLƏRİ YENİDƏN ÜZÜMÜZƏ GÜLÜR. Son zamanlar çoxumuzun ürəyində bir hiss yaranmışdı ki, tarix doğrudan da, təkrarlana bilər. Tarixin təkrarlanması pis bir əlamət deyil, sadəcə olaraq Azərbaycanın keçmişində gözəl, qürurverici günlərlə bərabər, çətin günləri də az olmayıb. Mövzu... | ANL |
Ədəbiyyat tariximizin görkəmli tədqiqatçısı. Yazılı abidələrimizin tanınmış araşdırıcısı, ədəbiyyatşünas, əlyazmaçı alim, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri Paşa Əli oğlu Kərimov ş... | ANL |
Bakı Dövlət Peşə Təhsil Mərkəzi yeni tədris ilinə uğurla başlayıb. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə tələbə qəbulu tam yekunlaşıb. Nəticələr həm də tələbatın göstəricisidir. Mərkəzin direktoru Rəşad Xanlarovun sözlərinə görə, bütün peşə müəssisələrində olduğu kimi, Sənaye və İnnovasiyal... | ANL |
İnsanların gözlərindəki inam. Cəbhə bölgəsindən reportaj. Kirayə qaldığım evin pəncərəsindən hər tərəfi al-qırmızı bayraqlarla bəzədilmiş küçələrə, vətənlərlik nəğmələri ilə şütüyən maşınlara baxıram. Üç gündür davam edən şiddətli döyüşlərdə iştirak etmək, bir-birinin ardınca əldə edilən qələbələrdə pay sahibi olmaq a... | ANL |
Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında. Son günlər baş verən hadisələrin fonunda mövzunun yenidən aktuallaşdığını nəzər alıb, yazını hissə-hissə yenidən qəzetimizdə dərc edirik. Rusiya Prezidenti V.V.Putinə Zori Balayan tərəfindən ünvanlanan və eyni zamanda, müəllifin həm nökərçili... | ANL |
"Sosial şəbəkələr insanların həyatında vacib yer tutur". RƏSSAM-İLLÜSTRATOR KƏNAN ŞEYXZAMANLI: "HƏR İŞ HƏVƏSKAR ŞƏKİLDƏ BAŞLAYIB SONRADAN PEŞƏKARLIĞA KEÇİR". Sosial şəbəkələrdə parlayanlar. Rubrikamızın budəfəki qonağı rəssam-illüstrator Kənan Şeyxzamanlıdır. Kənan bəy bir müddət əvvəl "Təhminə" və "Qaynana" film... | ANL |
Filoloji elmimizin Şamil Cəmşidov səhifəsi. Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, Əmək və müharibə veteranı, Atatürk adına Türkiyə Böyük Tarix-Dil Qurumunun fəxri üzvü, filologiya elmləri doktoru, professor Şamil Cəmşidov ömrünü AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna bağlamışdı. Görkəmli qorqudşünas bu... | ANL |
Şəxsi karyera üçün çox dil bilməyin vacibliyi danılmazdır. Hazırkı müharibə dövründə bir daha şahidi oluruq ki, bütün dünyada baş verən hadisələrdən agah olmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün nə qədər çox dil bilsək, o qədər xeyrimizədir. Orta məktəbi Lənkəranda oxuduqdan sonra ali təhsilinə Tür... | ANL |
"Müharibəni xatırlamaq müharibədə olmaqdan daha ağrılıdır". Rubrikamızın budəfəki qonağı Azərbaycan Rəssamlar İttifaqının üzvü, Qarabağ müharibəsinin iştirakçısı İntiqam Ağayevdir. Onunla müəllifi olduğu "Sən hələ vuruşacaqsan" tablosu haqqında danışmışıq. Deməli, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlər zam... | ANL |
Turan Cavid - fədakarlıq və mətanət mücəssəməsi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və himayəsilə dahi şair-dramaturq Hüseyn Cavidin nəşi onun öz el oğulları tərəfindən Sibirin qarlı meşəliyindən tapılaraq Vətənə gətirilmişdi. Noyabrın 2-də Turan Cavid başda olmaqla Azərbaycanın bir qrup tanınmış ziyalısının müş... | ANL |
İşğalçının saxta və gülünc ideologiyası. Bu gün torpaqlarımız uğrunda müqəddəs müharibə gedir. Hər gün işğalçıya vurulan növbəti zərbə bizi son qələbəyə daha da yaxınlaşdırır. Qələbəyə və ədalətin bərpasına inamımız yenilməzdir. Qonşu xalqların, dövlətlərin tarixi torpaqlarını işğal etmək üçün aparılan müharibələr adə... | ANL |
Yunus Oğuzun "Çingiz xan"ı. Yunus Oğuzun yaratdığı Çingiz xan hər şeydən öncə döyüşçüdür. Xan olsa da çox sadə həyat sürür, dəbdəbədən qaçır, daim ordusunun və xalqının yanındadır. Əsl döyüşçü kimi düşmənini belə mərdliyinə, döyüş qabiliyyətinə, igidliyinə görə yüksək qiymətləndirir. Romanda Çingiz xanın göytürk k... | ANL |
Qurtuluş müjdələrinin ruhumuzdakı əks-sədası. Üz-üzə oturmuşuq. Aramızda o qədər fərqlər var ki. Bu qədər yaxın, bu qədər doğma olmağımıza baxmayaraq, bir-birimizə az qala heç nədə bənzəmirik. İndi isə ən böyük fərqimiz müharibədir. O, uşaqlığı müharibəyə təsadüf etmiş, bu savaşda uşaqlığını, əzizlərini, torpağını i... | ANL |
Haqq savaşımız zəfərlə bitəcək! Filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsini müdiri. Son günlərdəki zəfər sevinclərini dadaraq özümü hədsiz dərəcə şanslı bir vətəndaş kimi görürəm. Uzun illər həsrətini çəkdiyimiz Qarabağ torpaqlarının düşmən işğalından gündən-günə təmizlən... | ANL |
Təhsilə yeni baxış. "Bilmədiklərimizi bildiklərimiz vasitəsi ilə aşkar edə bilərik". Müstəqillik illərində təhsilin çoxlu problemləri yarandı. Səbəblərdən biri bugünkü təhsilimizin sovet təhsili ilə liberal cəmiyyətin təhsilinin cəmindən ibarət olmasıdır. Təhsildə yarımçıqlıq sindromu hökm sürür və təhsili geri sa... | ANL |
Torpaq acgözlüyü eyləyənlərin. Ruhunu zülmətlə örtər O Torpaq. Vətən torpağını qoruyanların, Alnından, gözündən öpər O Torpaq. Dünyada Torpağa Anamsan deyən. Torpağın üstündə kinlə yaşarsan, Ayağı altından itər O Torpaq. | ANL |
Xalq şairi Məmməd Araz haqqında monoqrafiya nəşr edilib. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun "Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz" adlı monoqrafiyası nəşr olunub. AMEA-nın birinci... | ANL |
"Cıdır düzündə "Xarı bülbül" festivalının keçiriləcəyi günü səbirsizliklə gözləyirik". “Azərbaycan Ordusunun zəfər yürüşü tezliklə bizi öz hədəfimizə çatdıracaq, doğma yurdundan didərgin düşmüş insanları öz dədə-baba yurdlarına qaytaracaq. Hər bir azərbaycanlının uzun illər səbirsizliklə gözlədiyi gün artıq gəlib ç... | ANL |
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən ordumuza yardım. Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə əlaqədar ordumuzun əks-hücumu nəticəsində işğal altında olan ərazilərimizin bir hissəsi azad edilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət... | ANL |
"Yada düşdü" jurnalının təsisçisi və baş redaktoru, şair, publisist Nəzakət Məmmədlinin üç övladı hazırda ön cəbhədə vətənin keşiyindədir. Nəzakət xanım bir ana kimi övladları üçün nə qədər nigaran olsa da, bir azərbaycanlı xanım kimi qürurludur. Nəzakət xanımın bu duyğular fırtınasına daha yaxından şahid olmaq üçün, ... | ANL |
Susqun qadının intiqamı. Həmişə insanlarımızın çöhrəsində, üz-gözündə bir nisgil, əzginlik müşahidə etmişəm. Və hər dəfə özüm-özümdən soruşmuşam, biz niyə bu qədər qaraqabaq, bu qədər asosial toplumuq? Hamı evindən çıxıb işinə gedir, kafe-restoranlarda oturur, küçədə dolaşır - hamının gözlərində kədər, elə bil, yasda... | ANL |
Milli Kitabxana "Qarabağ Azərbaycandır!" adlı virtual sərgi hazırlayıb. Qarabağın tarixini, mədəni irs nümunələrini təbliğ etmək məqsədilə Milli Kitabxana əməkdaşları tərəfindən "Qarabağ Azərbaycandır!" adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Qarabağ haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Q... | ANL |
"Qarabağ Azərbaycandır" qısa hekayə müsabiqəsi keçirilir. "Mücrü" nəşriyyatı #QarabağAzərbaycandır! yeni ədəbiyyat mükafatı təsis edib. Mükafatın əsas məqsədi Azərbaycanın çağdaş ədəbiyyatının inkişafına təkan vermək, kitabçılığın inkişafı və Azərbaycan müəllifinin oxuculara daha da yaxından tanıdılmasıdır. Yeni təsi... | ANL |
"Dahilərin müharibə haqqında aforizmləri" videoçarx olub. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi vətənpərvərlik ruhlu layihələri davam etdirir. İdarədən bildirilib ki, əsas məqsəd gənclərə vətənpərvərlik hissinin aşılanması olan növbəti videoçarx isə "Dahilərin müharibə ha... | ANL |
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən ordumuza dəstək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sentyabrın 27-də Ermənistanın həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarının işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnəcəyinə əminliyini ifadə edir... | ANL |
Gözümüzün nurunu necə hifz edək? PROFESSOR KƏRƏM KƏRİMOVUN MÜƏLLİFİ OLDUĞU SANBALLI KİTAB BUNUNLA BAĞLI BİR SIRA MÜHÜM MƏTLƏBLƏRƏ AYDINLIQ GƏTİRİR. Göz xəstəliklərinin müalicəsi üzrə görkəmli mütəxəssis, professor Kərəm Kərimovla ilk görüşümüz və söhbətimiz onun fəaliyyət göstərdiyi Klinikada olub və o vaxtdan d... | ANL |
Müharibə və hərbi əxlaq anlayışının sərrast təqdimatı. Hərbçi-jurnalist İbrahim Məsimoğlunun "Hərbi əxlaqın dəyəri" kitabı ordumuzla bağlı olmuş və müxtəlif halda yaşanılmış hadisələrin, igid döyüşçü həyatının, fədakar hərbçi ömrünün mənalı məqamlarının publisistik biçimdə təqdimi, yəni real ordu güzəranına, hərbi ... | ANL |
Azərbaycandan mənəm. Şəhər qələbəlikdi. İlk gündən teatrın qarşısına və şeir oxuyacağımız salonların, foyelərin divarlarına iri şəkillərimizi vurublar. İngilis dilinin əzəməti məni əzir, məhz bu əzməyə qarşı məndə qeyri-iradi hərəkətlər meydana gəlir. Dili yaxşı bilmədiyimdən fiziki fəaliyyətim daha çox önə çıx... | ANL |
Məktəblər təcrübi bacarıqların formalaşdırıldığı mərkəzlərə çevrilir. Həmsöhbətimiz Azərbaycanda ilk dəfə STEAM təhsil sistemini tətbiq edən "Hədəf STEAM" liseyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir. Şəmil Sadiqlə liseyin yaranma ideyası, hazırkı təhsil sistemi, eləcə də bu işin incəliklə... | ANL |
Aslan Kənan arxiv materialları əsasında qələmə almış bir sıra dəyərli elmi-publisistik əsərlərin müəllifi kimi tanınır ki, həmin əsərlərdə arxiv sənədliliyi aparıcı olmaqla yanaşı, müəllif mövqeyi, haqqında bəhs edilən hadisələrə emosional münasibət həmişə ön plandadır. Və oxuculara təqdim olunan yeni əsəri - "XX əsr... | ANL |
Gənc tədqiqatçının "Ümumi dilçilik etüdləri". Kitab bir neçə cəhətdən önəmli nəşr kimi diqqət çəkir. "Ümumi dilçilik etüdləri" tələbələr üçün xüsusən lazımlı kitablardan biridir. Bu fənn üzrə imtahana hazırlaşan tələbələr bəzən vaxtın azlığı və bir sıra məsələlərə görə hazırlıq müddətində bir, uzağı iki kitabda... | ANL |
Bu sözü ilk dəfə anamdan eşitdim uşaq vaxtı, gətirdiyi bəlaları, itkiləri, aclıq və fəlakətləri dərk etməyə çalışdım. Amma onda müharibə bitmiş, xatirələri qalmışdı, insanlar artıq müharibənin gətirdiyi maddi çətinlikləri aradan qaldırmış, ölkə hər sahədə yüksələn xətlə inkişafda idi. Amma onun vurduğu mənəvi zə... | ANL |
Yurd vüsalı ayrılığın sonuymuş... Hər qarış torpağına, dağına-dərəsinə, yalına-yamacına, yoluna-cığırına bələd olduğum aranlı-dağlı Cəbrayıldan başlayaraq Bakı, Gəncə, Mil, Muğan, Şirvan, Naxçıvan, Lənkəran, Qazax, Xaçmaz, Şəki... və Qarabağın timsalında bütövləşən ana Vətənim mənim nəzərimdə elə dünyanın özü boyda... | ANL |
"Qarabağ - mədəniyyətimizin beşiyi" layihəsi davam edir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədə... | ANL |
Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə oktyabrın 12-də Şuşa qalasının 270 illiyinə həsr olunmuş Elturan Avalovun əsərlərindən ibarət virtual sərgi açılacaq. Nazirlikdən bildirilib ki, sərgi ordumuzun işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda qazandığı qələbələrinə ithaf ... | ANL |
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Avropa Birliyinin tədqiqat və innovasiya proqramı olan "Horizon 2020" üzrə layihənin qalibidir. O cümlədən, Elmlər Akademiyasının Molekulyar Biologiya, Genetika, Astrofizika, Kataliz və Qeyri-üzvi Kimya, Arxeologiya və Coğrafiya institutlarının altı layihəsi bu proqramın ... | ANL |
Qardaşım Afiq də daxil olmaqla bizə qələbə sevinci yaşadan bütün döyüşçülərimizə ithaf edirəm. Murova könül verdin, Silahından gül dərdin, Düşməni yerə sərdin, Mənim əsgər qardaşım. Od-alovdan keçirsən, Qarabağa uçursan, Zəfərə yol açırsan, Mənim əsgər qardaşım. Şuşa umuruq səndən, Mənim əsgər qardaşım. Türkə tarix yaz... | ANL |
Döyüşçü oğlum Elvinə və bütün döyüşçülərimizə Allah yar olsun! Silahın mübarək, andın mübarək, Arzuna çatmısan, ay əsgər oğlum! Arzuna çatmısan, ay əsgər oğlum! Hoydu, yağıların üstünə yeri, Durublar Vətənin qəsdinə, yeri. Səninlə öyünüm, ay əsgər oğlum! Eyləyim toyunu, ay əsgər oğlum! Zəfəriniz dərdlərimi tez qovar,... | ANL |
Bəzən yuxulara inanıram, görünür, olacaq hadisəni qabaqlayır. Ayılandan sonra xatirələri oyadır. Bu sual mənim üçün artıq görünməyə bilər, amma əlli ildən artıq Xarici Dillər İnstitutunda kafedra müdiri, dekan, professor vəzifələrində çalışan bir İnsanın minlərlə tələbəsi güman bu sualı özlərinə müqabil bilməzlə... | ANL |
"Azərbaycan tibb sahəsində də regionun lider ölkəsinə çevrilə bilər". ABŞ-DA TİBB ÜZRƏ DOKTORANTURA TƏHSİLİ ALAN CƏMİLƏ MƏMMƏDOVANIN SÖZLƏRİNƏ GÖRƏ, BUNUN ÜÇÜN LAZIMİ POTENSİAL VAR VƏ MÜVAFİQ ADDIMLAR ATILIR. Qloballaşan dünyada dinamik inkişaf edən təhsil sisteminin formalaşdırılması hər bir ölkənin beynəlxalq ... | ANL |
Qürur hissimizi artıran tarixi günlər yaşayırıq. Müstəqil Azərbaycan Respublikasının vətəndaşları hazırda tarixi günlər yaşayırlar. Əzəli Azərbaycan torpağı olan Qarabağın erməni işğalçılarından azad olunması uğrunda şanlı ordumuzun apardığı mübarizə və qələbələri hamımızı ürəkdən sevindirir. Qəhrəman ordumuzun qələb... | ANL |
HƏQİQƏTİN RƏNGİNİ DƏYİŞMƏK NİYYƏTİ... İncəsənətin müxtəlif sahələrində - teatrda, musiqidə, təsviri incəsənətdə etüd adlanan qol var. Rəssamlıqda etüd iki məqsədlə istifadə edilir. Rəssam hər hansı bir əsərini çəkməzdən əvvəl onun kiçik variantını məşq edir, rəng, forma həllini tapıb, eskizini hazırlayır və etüd edir... | ANL |
Ön cəbhədən xəbər verən jurnalistlərimiz. Sentyabrın 27-dən etibarən Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün Azərbaycan ordusu cəbhə boyu əks-hücuma keçdi. Ordumuzun həmləsi qarşısında aciz qalan düşmən hər zamankı kimi mülki əhalini atəşə tutur. Lakin buna baxmayaraq, cəbhə boyu ərazilərdə məskunlaşan ... | ANL |
Savaş jurnalistləri: jurnalistlərin savaş xidməti. Azərbaycanda Konflikt Jurnalistikası Məktəbinin (KJM) yaradıcısı, "Dinc dünya" Araşdırma Mərkəzinin sədri, birinci Qarabağ müharibəsi veteranı, jurnalist Əlisafa Mehdi ölkəmizdə konflikt jurnalistikası sahəsində ixtisaslaşmış nadir jurnalistlərimizdəndir. Bu gün ... | ANL |
KEÇMİŞ DÖYÜŞÇÜ OLAN SADƏ BİR GƏNCƏLİNİN TÜRK TELEVİZİYASINA DANIŞARKƏN İŞLƏTDİYİ, DİLLƏRDƏ GƏZƏN BU "ORİJİNAL" İFADƏNİN QAYNAQLARI HAQDA. Son bir neçə gündür, erməni həyasızlığının ən kobud nümunələrindən biri kimi, ölkəmizin ikinci şəhəri Gəncənin, eləcə də digər dinc yurd yerlərimizin davamlı bombardman hadisələrini ... | ANL |
Azərbaycan Prezidenti, Ali Baş. Komandan cənab İlham Əliyevin. Vətən müharibəsi günlərində. dediklərindən: "İti qovan kimi. Xan Qarabağ! Can Qarabağ! Sən əyilməz diyarısan, vüqarısan bəxtimizin! Qara yellər ala bilməz. Səni qara caynağına! İntiqama səslər bizi. Qılıncımız qında qalmaz! Ərdoğana, Baxçalıya, Türkiyəyə sa... | ANL |
Zamanları çadır-çadır hörülən, Ocaqları ulduz-ulduz görünən, Səmaları bayraq-bayraq bölünən, Ana yurdum, canımda can, irəli, Azərbaycan, Azərbaycan, irəli! Şər istəmir - ruzigarlar səngisin, Dərd qol çəkmir, buludarı ləngisin. Coşsun nifrət, qoy, nəfəslər təngisin, Ürəklərə sal həyəcan, irəli, Azərbaycan, Azərbaycan, i... | ANL |
Vətəndən, yurddan bezənlər deməsin var Vətənim! Yalnız səhv, nöqsan sezənlər deməsin var Vətənim! O çiçəkdən əl üzənlər deməsin var Vətənim! Borc və xərc içrə batanlar hələ boldursa əgər, Yağ və bal içrə üzənlər deməsin var Vətənim! Vətən uğrunda gərək qan axıdıb tər tökəsən. Qılıncın kəsdiyi Qordi düyünüymüş Qarabağ. ... | ANL |
Otuz ildən artıq bir müddətdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayan, əslən isə bu günlərdə düşmən tapdağından təmizlənən Cəbrayıl rayonundan olan Azərbaycan yazıçısı Ulduz Qasım özünün Qarabağdan bəhs edən yeni romanını nəşrə hazırlayıb. Elə indicə qulağı səsdə, gözü ekranda, yəni cəbhədən gələn xəbə... | ANL |
Solmayan Nərgiz. Barbar xalqlar (təəssüf ki, belə idbar toplumlar hələ də var) insan üçün vətənin nə qədər müqəddəs olduğunu heç olmasa bircə an düşünə bilsələr, yer üzündə işğalçılıq deyilən cinayətin izi-tozu qalmaz... Sakinlərin ölüm-dirim savaşına atılmaqlarına baxmayaraq, rayonun yuxarı dağ kəndləri və o m... | ANL |
Kürdəmir rayonunun Yenikənd kəndində doğulub Yadigar Təvəkgül. Çox gənc yaşında həyatdan köç edən atası Təvəkgülün tək nişanəsi olduğu üçün adını Yadigar qoyublar. Atası Təvəkgülün adını isə sinəsi ilhamlı, əli qələmli Yadigar özünə təxəllüs götürüb. "Mən sənin ömründə payız fəsliyəm" onun oxucuları ilə ilk görüşü ol... | ANL |
Naxçıvan ədəbi mühitinin öyrənilməsinə mühüm töhfə. Əsərin elmi redaktoru görkəmli elm adamı, akademik İsa Həbibbəylidir. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, professor Əjdər İsmayılov və filologiya elmləri doktoru Fərman Xəlilov isə əsərə rəy vermişlər. Monoqrafiya Türkiyə Cümhuriyyətində "Akademisyen kitab evi" ... | ANL |
Mühacirət mətbuatımızın fədakar tədqiqatçısı. Tanınmış tədqiqatçı-alim Abid Tahirlinin Azərbaycan mühacirət mətbuatı sahəsindəki çoxillik səmərəli və məqsədyönlü fəaliyyəti, sanballı tədqiqat əsərləri humanitar elmimizin inkişafında, elmi-mədəni dəyərlərimizin zənginləşməsində ciddi rol oynayır və mühüm əhəmiyyə... | ANL |
"Uzun sözün qısası" rubrikasında bu dəfə İsa Muğannanın (Hüseynov) "İdeal" romanından bəhs edəcəyik. "Gülbəniz Səmədi sevirdi, Səməd Gülgəzi sevirdi, Gülgəz isə hər ikisini sevirdi". Roman bu sevgi üçbucağının təsviri ilə başlayır. Oxucu kitabın ilk səhifələrində elə düşünə bilər ki, roman bu məhəbbət üçbucağının üzə... | ANL |
"YARAT" Müasir İncəsənət Mərkəzində açılmış tanınmış rəssam Fərid Rəsulovun "Qurban olum" sərgisi davam edir. Tibbi maskaların və antiseptikin istifadəsi zəruridir. Sərgiyə yeni hazırlanmış heykəllər, rəsm əsərləri və film daxildir. Daha əvvəl Azərbaycanı 53-cü və 55-ci Venesiya Biennalesində - Beynəlxalq İncəsənət ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.