text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Təhsilimizdə rəqəmsal texnologiyaların tətbiqi. Hafiz Paşayev: Onlayn təhsil ADA Universitetində artıq normaya çevrilib. Çoxdandır ki, dövlət və özəl sektorun idarəçiləri rəqəmsallaşma haqqında düşünür, amma az sayda təşkilat və şirkətlər bunu əməli sürətdə həyata keçirə bilir. Bəziləri yalnız dəbdə olan terminl...
ANL
Xoşagəlməz hallara qarşı. Azərbaycanda çox ciddi mübarizə aparılır. Dövlətimizin başçısı İlham Əliyev tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə...
ANL
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Mühit insanı xeyirxah, təmkinli, xoş xasiyyətli edə bildiyi kimi, onu əclafa, qəddara, xəyanətkara da çevirə bilər. Dustaqxanalar islah-əmək düşərgəsi adlanır, lakin orada islah olunanların keçmişdəki cinayətkar xüsusiyyətlərdən uzaqlaşması heç də kütləvi xarakte...
ANL
Heydər Əliyev və. məhkəmə hakimiyyəti. Azərbaycanın müasir tarixini Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür etməyin mümkünsüzlüyü ictimai fikirdə birmənalı şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də ona aparan yollarda qarşıya çıxan say...
ANL
"Bu gərgin dönəmdə köməyimizə. yenə mədəniyyət çatdı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin mətbuat katibi Pərvin Muradzadə ilə həmsöhbət olduq. - Pərvin xanım, karantin müddətində işlər müvəqqəti dayandırılsa da, siz bu dövrdə də ən çox işləyənlərdən birisiniz. Evdən işləmək bizə vaxt qazandırsa da, çətinlikləri də yox...
ANL
Azərbaycançılıq haqqında ədəbiyyat himni. İsa Həbibbəyli: "Ədəbiyyat. AMEA müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri doktoru, Rusiya Federasiyası Xarici İşlər nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Abuzər Bağırov). Hər kəsə bəllidir ki, Sovetlər Birliyinin süqutu ilə bir zamanlar...
ANL
Əbədi və həmişəyaşar şəxsiyyətlər. Hər bir xalqın tarixini möhkəm özül üzərində bərqərar edən onun əbədi dəyərləridir. Azərbaycan xalqı da tarix boyu əbədi dəyərlərinin zənginliyi ilə seçilib. Bunların sıralarında Ulu öndər Heydər Əliyev və böyük şair-dramaturq Hüseyn Cavid vüqarla ucalmaqdadır. Heydər Əliyev əbədiyyət...
ANL
“AD GÜNLƏRİMİ ƏN ÇOX TƏBRİK EDƏNLƏR AZƏRBAYCANLI DOSTLARIMDIR”. Bu gün Türkiyəli yazıçı, tərcüməçi, Azərbaycan ədəbiyyatının dostu və təbliğatçısı İmdat Avşarın ad günüdür. Bu münasibətlə hörmətli yazıçıyla əlaqə saxladıq, onu “525-ci qəzet”in adından təbrik etdik, ad günləri, keçmişi, həyat mübarizəsi, hazırkı karanti...
ANL
Alim duyğusunun təntənəsi. KAMAL ABDULLANIN "MƏNİM FÜZULİM" ESSELƏR TOPLUSU HAQQINDA DÜŞÜNMƏK CƏHDİ. Neçə il əvvəl "Dədə Qorqud Kitabı" dastanlarının gizlinlərinə dünyadakı bütün qorqudşünaslardan fərqli fəlsəfi-estetik, orijinal elmi-nəzəri yöndən çıraq tutan akademik Kamal Abdulla "Mənim Füzulim" esselər toplusu ilə ...
ANL
Dünya ədəbiyyatına dair fundamental əsər. PROFESSOR CƏLİL NAĞIYEVİN “QƏRBİ AVROPA ƏDƏBİYYATI (ORTA ƏSRLƏR VƏ İNTİBAH DÖVRÜ) DƏRSLİYİ HAQQINDA QEYDLƏR. Hal-hazırda respublikamızda dünya ədəbiyyatı üzrə ən güclü mütəxəssislərdən biri filologiya elmləri doktoru, professor Cəlil Nağıyevdir. O, bu sahə üzrə bir sıra əsər ya...
ANL
Nurəngiz Günün müharibə ağrıları. Göyün üzü sakitdir. Bir azdan dan söküləcək. Bir azdan Günəş güləcək. Yollar çiçəkləyəcək. Digər postsovet ölkələri kimi, Azərbaycan da müharibədə minlərlə oğul və qızları döyüşmüş, itkilər vermiş ölkə kimi bu günü xüsusi olaraq qeyd edir. Müharibə ədəbiyyata ən çox təsir edən hadisələ...
ANL
Musiqi mədəniyyətimizdə parlaq və. silinməz imza: Əfrasiyab Bədəlbəyli. Əfrasiyab Bədəlbəyli Azərbaycan musiqi mədəniyyətində ən böyük şəxsiyyətlərindən biridir. XX əsrdə Azərbaycan bəstəkarlıq məktəbinin, peşəkar dirijorluq sənətinin, musiqi elminin, musiqi publisistikası və tənqidinin inkişaf və nailiyyətlərində bu b...
ANL
Ömür-gün yoldaşım Rəsmiyyə Əhmədovanın müalicəsində zəhmət çəkən həkimlərə - Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasını baş həkimi Ramiz Poluxova və cərrah Arif Ağayevə, Milli Onkologiya Mərkəzinin həkimi Tahir Tahirova, İzmirdəki Ege Universiteti Tibb fakultəsi xəstəxanasının uşaq həkimi, oğlum Toğr...
ANL
Eşitdiklərimi qulaqlarımda, Gördüklərimi gözlərimdə, Anladıqlarımı ağlımda, Duyduqlarımı ürəyimdə saxladım. Tanrının ərki insafa, Yoxsulun ərki azadır. Buludun ərki yağışa, Şairin ərki kağızadır. Zəngin insafını, Yoxsul azını, Bulud yağışını, Şair kağızını. Zümzümə edir hər gün sakitcə. Əlincə qalasından, üç min dirsək...
ANL
Psixoloq Vəfa Əkbər: “Psixoloq hərşeyşünas deyil, onun işi. insanın ruhuyla məşğul olmaqdır”. Bu pandemiya günlərində ən çox xatırlanan peşə sahiblərindən biri də, şübhəsiz, psixoloqlardır. Psixoloq Vəfa Əkbər ilə söhbətimizdə bu məsələlərdən də danışmışıq. Amma söhbətimizin mövzusu çoxşaxəli oldu - onun uşaqlığından, ...
ANL
Bu kitab bir neçə aydır məndədir. Amma həm müəllifin məsuliyyəti, həm də nə yalan deyim, kitabın qalınlığı məni gözləməyə vadar edirdi. İndi isə utanmasam, bütün dünyanı bəlaya salan COVİD-19 pandemiyasına təşəkkür edəcəyəm. Nə var ki, səbəb olduğu bu karantin günlərində kitablarla dostluğumuzu daha da sıxlaşdırmışıq. ...
ANL
Yenə qoynunda bitərik. Nə gizlədək, qocalmışıq. Evdə ikimiz qalmışıq. Üzündəki qırışların, Nəvə yolunu gözləyir. Hələ ürəyin Leylidi... Mənim adım Məcnun deyil, Gözün məndən gileylidi. Od olub yerdən çıxarıq. Tükənməz güc, ölməz sözük, Biz torpağıq, ölümsüzük, Torpaqdan da biz betərik. Dönüb bir cüt qərənfilə, Yenə qoy...
ANL
Güzgü... Köhnə şəkillərdən damcılar düşür, Diksinib oyanır, bulanır güzgü. Gözümün önündə murad süfrəsi, Açılır, bağlanır bu yalın güzgü. Sağlığında birdi, ölsə min cürdü, Elə hey toplanır, calanır güzgü. Yüz şəkil görərsən yolunun üstə, Arıtək uçarsan gülünün üstə. Şahnaz ŞAHİN.
ANL
Sufilərə görə, bu dünyanın ən ali məqsəd və məramı insandır, insanın ali məqsədi isə an! Deməli, bütöv ömür deyə yaşadığımız həyat əslində, kəsik-kəsik anlardan, məqamlardan ibarətdir ki, o da hər kəsin qisməti olmaz. Kimsə həmin anı əlindən uçurar, kimsə ona qovuşar. İkincilər fərqli olanlardır, Tanrı yanında, Allah q...
ANL
İnternet media və. informasiya təhlükəsizliyi. Qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının (İKT) yeniləşməsi sürətlə davam edir. Bu yeniləşmənin əhəmiyyətinə böyük önəm verən Azərbaycan bu sahəyə xüsusi diqqət yetirir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strat...
ANL
Nifrətin rəngi. Qəfil çökmüş qaranlıq yavaş-yavaş çəkildi. Həyəcan içində irəliyə nəzər saldım. Kimsənin gözə dəymədiyi bu yerləri ilk dəfə idi görürdüm. Dərin nəfəs alıb təmiz hava udmaq istədim. Amma sinəmə çəkdiyim havada qan qoxusu hiss etdim. Birdən canıma üşütmə düşdü. Çünki ağlım kəsəndən çətin məqamlarda ətrafd...
ANL
Qələmsiz yazılanlar. Status-esselər. "Bəşəriyyət" sözündəki ağırlıq və sanbal çəkisini heç vaxt bu qədər itirməmişdi. İndi bu sözdən acizlik və cılızlıq yağır. Bu koronavirusun dünyaya vurduğu ziyanı axırda kiminsə, kimlərinsə boynuna yükləyəcəklər. Səbəbkar və günahkarlar mütləq məlum olacaq. Dostum İrfan Çiftçi mənə ...
ANL
Şuşada bir gecə. Səyavuş Məmmədzadə.
ANL
Yaqub Öməroğlunun "İki çinar"ı. onlayn təqdim olundu. TANINMIŞ TÜRK ƏDİBİNİN BİRİNCİ HEKAYƏLƏR KİTABI İLK DƏFƏ BAKIDA, AZƏRBAYCAN DİLİNDƏ NƏŞR EDİLİB. Türkiyəli yazıçı, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun öncə Bakıda - Azərbaycan dilində, sonra isə Türkiyədə çap olunan "İki çinar" adlı ilk hekayələr ki...
ANL
"Heydər Əliyev və Azərbaycan nitq. mədəniyyəti" -elmə sanballı töhfə. Bu il aprel ayının 27-də Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası təqdim olunmuş əsərlərin siyahısını təqdim etdi. Elm sahəsi üzrə təqdim olunmuş 14 əsərdən biri də Azərbaycan Tibb...
ANL
Hər bir elmi-nəzəri tədqiqatın səmərəlilik əmsalı, heç şübhəsiz ki, onun praktikaya tədbiqinin faydası ilə ölçülür. Elmin bütün sahələrinə dövlət və ictimai maraq da bu faktlardan çox asılıdır. Elmin elə sahələri var ki, onlardan formalaşan nəzəri fikirlər bəzən uzun bir eksperiment müddəti tələb edir. Elmin elə sahələ...
ANL
Əsərləri ilə yaşayan unudulmaz ədib. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, nasir, dramaturq, alim, pedaqoq Altay Məmmədovun bütün həyatı doğulub boya-başa çatdığı Gəncə şəhəri ilə bağlı olub. O, Gəncəni əyalət şəhəri deyil, qədim, köklü ənənələrəə malik mədəniyyət mərkəzi kimi təqdim edən, şəhərin m...
ANL
"Kimsənin danışa bilmədiyi dil kimiyəm". Onu İnstaqramda tanıdığım ilk vaxtlarda izləyiciləri hələ o qədər çox deyildi. Amma inanırdım ki, paylaşdığı esse-statuslarla bir gün bu məkanda özünə yer edə biləcək. İnandığım kimi də oldu. Ötən günlər hesabını gözdən keçirəndə artıq müəyyən izləyici toplumuna mailk olduğunu m...
ANL
VƏ DÖVLƏT DİLİMİZİN TARİXİ İNKİŞAF YOLUNA DAİR QEYDLƏR. Qaramanoğulları Bəyliyinin qurucusu və hökmdarı Qaramanoğlu Məhəmməd Bəy 13 may 1277-ci ildə verdiyi tarixi fərmanı ilə milli varlığımızın ən önəmli ünsürü olan türkcəni ilk dəfə olaraq dövlət dili elan etdi: "Şimden gerü hiç kimesne kapuda ve divanda ve mecalis v...
ANL
"Təbriz namusu"ndakı Çingiz xan: fateh-hökmdara yazıçı baxışı. Görkəmli yazıçı, dəyərli tarixi romanlar müəllifi Fərman Kərimzadənin 60-cı illər Azərbaycan ədəbi nəsrində özünəməxsus nasir dəsti-xətti var. Ədib "Təbriz namusu" romanında tarixi hadisə və obrazları bədiiliklə yaratmış, onun imkanlarından yararlanaraq "Tə...
ANL
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Arıların və qarışqaların davranışlarının dəqiqliyi, əmək bölgüsü, intizamı, zəhmətsevərliyi heç bir müqayisəyə sığmır və bunun bəzi cəhətlərini yalnız nadir adamlarda tapmaq olar. İnsanın istəkləri, marağı, ehtirası, qərar qəbul etmək qabiliyyəti vardır. Onlar bə...
ANL
İmran həbsxana həyatına yenicə əlvida demişdi. Qərib şəhərdə hündür "türmə" divarları arasında yaşadığı illər, ölüm-zülümlə də olsa, başa çatmışdı. Bu illər ərzində şəxsi həyatı, çətinliklə dolanan ata-anası, özündən kiçik bacı-qardaşı, dostları barədə kifayət qədər düşünmək imkanı olmuşdu. Gəncliyi çox tez ötüb keçmək...
ANL
YAZIÇI GÜNEL ANARQIZININ EYNİADLI HEKAYƏSİ ƏSASINDA ÇƏKİLMİŞ FİLMDƏ İNDİ HƏM DƏ İSTANBUL, PARİS, ROMA VƏ BERLİNDƏN BƏHS OLUNUR. Yazıçı Günel Anarqızının eyniadlı hekayəsi əsasında çəkilmiş doğma Bakıdan bəhs edən “Şəhərim” qısametrajlı filmini qısa müddət ərzində dünyada 100 min nəfərdən çox tamaşaçı izləyib. Dünyanı c...
ANL
Bədii söz imarətimizin sarsılmaz sütunu. 2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamamlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mühüm...
ANL
Kəngərli ocağından boy. verən Füzuli vurğunu. Haqqındakı ilk yazılı bilgilər Kaşğarlı Mahmudun "Divanu lüğat-it-Türk" əsərinə gedib çıxan Kəngərli tayfasının bütün dünyaya yayılıb, ancaq daha çox qədim Naxçıvan torpağı ilə bağlı olan müxtəlif uruqlarından onlarla böyük şəxsiyyətlər çıxıb, bu qədim nəslin adını zaman-za...
ANL
Son 15 ildən bəri Almaniyada yaşayan tanınmış xanəndə Zahid Quliyev bu günlərdə növbəti doğum gününü, 50-li yaşlarının sonuncusunu qeyd etdi və artıq 60 yaşın tam astanasındadır. Dəyərli sənətkarla əlaqə saxlayıb, gələnlərdən-keçənlərdən, vətən nisgilindən, Qarabağ həsrətindən, arzularından danışdıq. "Uşaqlıqdan muğaml...
ANL
Yoxsulluq olmayan. dünyanın yol xəritəsi. Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunus və onun "Kasıbların bankiri" kitabı haqqında söz. Azərbaycanda Nobel mükafatı laureatı ilə görüşlər keçirməyin, müzakirələr aparmağın əhəmiyyətli bir ənənəsi formalaşmışdır. Fikrimizcə, bu, dünyanın ən mühüm elmi-texniki ye...
ANL
Əslində, həyat da iki hissədən ibarətdir. Hər şeyin çox ideal göründüyü pərdənin bu tərəfi və real olan o biri üzü. Dünyanın ən rəngarəng çalarlarında kostyum geyinsələr də, ağızlarından qulaqlarına qədər çəkilən gülüşlə üzün yarısını əhatə edən qəmli gözlər tamamilə bir-birinin əksidir. Bəlkə, buna görədir ki, balacal...
ANL
"Ana kitabxanamız"a minnətdarlıq duyğusu ilə... Ali məktəbin astanasına qədəm basdığımız ilk günlərdən hər birimiz üçün doğmalaşan, isti və mehriban yuvaya çevrilən, tələbəlik həyatımızın və gəncliyimizin ən şirin və unudulmaz günlərinin şahidi olan, imtahan həyəcanlarımızı bizimlə bölüşən, elmin dərinliklərinə enmək ü...
ANL
Tarixçə. Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir. Bu ...
ANL
GƏNC QİRAƏTÇİ ELVİNA DÜNYAMALIYEVA: "ŞEİR DEYƏRKƏN PAFOSDAN MÜMKÜN QƏDƏR UZAQLAŞIB, HƏQİQİ DUYĞULAR ÖTÜRMƏYƏ ÇALIŞIRAM". Azərbaycanda bədii qiraət sahəsində inkişaf müşahidə olunsa da, bu sənətin təmsilçilərinin çoxu kişilərdir. Qadınlar şeir söyləməkdə, nə səbəbdənsə, bir az arxa planda qalırlar. Amma onların arasında...
ANL
Şeirləri dua kimi pıçıldamaq... VƏ YA ÜMİDLƏ MƏYUSLUĞUN QOŞALAŞDIĞI MİSRALAR. Poeziyanın əlahiddə gücü var; illərlə, hətta əsrlərlə hansısa poetik nümunənin təsirindən çıxa bilmirik. Artıq qeyri-adiliyini anladığımız sözlər hər addımda bizi müşayiət edir, hisslərimizə sığal çəkir, kiminə oğul, kiminə qardaş, kiminə sev...
ANL
Gənclik hövsələsiz, səbirsiz olur. Sosial şəbəkədə Elroman Əlizadə adlı gənc mənə yazaraq şeirlərini göndərmək istədiyini bildirdi. "Bu gün işim çoxdur, sabah ən güvəndiyin iki şeirini göndərərsən" desəm də, aradan beş dəqiqə keçməmiş iki şeir yolladı. Başım açılanda şeirləri oxudum, bəyəndim və çox sevindim. Səbrsizli...
ANL
Bağışlama gedəni, çünki ən böyük haqqı. nahaqla dəyişmisən. Səni kitab edəni sənə xitab edənə. nə haqla dəyişmisən? Təkliyə öyrəşmirəm, təsəlli verirəm ki, yar atmış ola bilməz. yaratmış ola bilməz. məni yenə görməzlər. dərsəm, səni mənə verməzlər. Altıncı hissim susub, saat beşdə gedən qız, dörd fəsildir itmisən. Üç i...
ANL
Bu ifadə dilimizə hardan və necə keçib bilmirəm, amma demək olar, bütün bölgələrimizdə qorxunun ən yüksək həddi anlamında işlədilir. Hətta gənc nəsil şairləri bu yazıq, heç nədən xəbərsiz itdən fərqli məqsədlərə də istifadə edirlər. “İt kimi darıxmaq”, “it kimi susamaq” kimi ifadələri poetik hesab edib şeirlərinə də gə...
ANL
Vaqif Bəhmənli : "Yaradıcılıq ismin yeddinci halıdır". ŞAİR VAQİF BƏHMƏNLİ İLƏ TÜRKİYƏLİ YAZAR ÜLKÜ TAŞLIOVANIN SÖHBƏTİ. Çox etkiləndiyim, hüzünləndiyim şeirlərinizin yanında çox düşündürən əsərlərinizi də gördüm. O duyğulara, fikirlərə, həyata və insana tamaşa etmək məharətinizə heyran qaldım. Bunları düşünürkən, Vaqi...
ANL
Qan və söz yaddaşımızın canlı. simvolu - Sabir Rüstəmxanlı. Sabir Rüstəmxanlı haqqında yazmaq bəlkə də çoxları üçün asan ola bilər. Amma onunla bu çoxluğa aid olanların çoxundan daha çox təmasda bulunsam da, mənim üçün çətindir. Çünki Sabir bəy haqda deyilən hər bir söz təkcə ona aid deyil. Sabir Rüstəmxanlı mənim gözü...
ANL
Yaşı səksəni keçmişdi, amma elə cavanlıq vaxtlarındakı kimi yazmağında, pozmağında idi. Lap cavanlıq vaxtlarından yazılarını əvvəlcə sanki yatdığı otaqda, çarpayısının üstündən tavana danışırdı, hekayələrin, romanların, pyeslərin, esselərin bütün süjetini səhər o başdan hazır edib sonra yazıya köçürürdü. Əli qələm tuta...
ANL
"Rəsul Rza sənəti ədəbiyyatımızda yeniliyə açılan nəfəsdir". ƏDƏBİYYATŞÜNAS CAVANŞİR YUSİFLİ İLƏ YAZIÇI ŞƏRİF AĞAYARIN XALQ ŞAİRİ RƏSUL RZANIN YARADICILIĞI HAQQINDA SÖHBƏTİ. Mayın 19-da Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 110 illiyi tamamlandı.Hər zaman bədii dəyərini, ə...
ANL
Sabahımıza Rəsul Rza baxışı. Əsərləri ilə həmişə gənc, müasir olan Xalq şairi Rəsul Rzanın 110 illiyi tamam oldu və bu ilimiz həm də unudulmaz sənətkarın yubileyi ilə əlamətdardır. Bunu duyurmuş kimi, sanki sözlər nəğmələrin qanadında onu xatırladır və onun haqqında yazmağa sövq edir. Qucağında Xəzərim. əyri, köndələn ...
ANL
"Mahnı bəstələyəndə həyat. FUAD İBRAHİMLİ: "SOSİAL ŞƏBƏKƏLƏR HƏVƏSKAR FƏALİYYƏT GÖSTƏRƏNLƏRİN TANINMASI ÜÇÜN BÖYÜK İMKANDIR". Bir neçə gün əvvəl Yutubda "Dilbərim" Xalq mahnısının pianoda ifasını dinləyirdim. Video pianoçu Fuad İbrahimliyə məxsus idi. Bu günə qədər başqa sosial məkanlarda nə bu videonu görmüş, nə də if...
ANL
Tofiq Rüstəmov təmənnasızlığı... LƏYAQƏTLİ MÜƏLLİM VƏ XEYİRXAH İNSAN HAQQINDA ÇOX GECİKMİŞ ETİRAF. Sənəd qəbulu gedir. Mən bir qədər həyəcanla sənədlərimi jurnalistika fakültəsinə vermək üçün masaya yaxınlaşıram... O vaxt jurnalistika fakültəsinə sənəd verənlər mətbuatda dərc edilmiş yazılarının surətini də təqdim etmə...
ANL
Ozan-aşıq sənətimizi zənginləşdirən sənətkar. AŞIQ ƏHMƏD ŞEİRLƏRİNİN JANR MƏNZƏRƏSİNƏ BİR BAXIŞ. XX əsr Şirvan aşıq mühitinin görkəmli nümayəndəsi, Əməkdar Mədəniyyət İşçisi, yarım əsrdən çox müddətdə sazı və sözü ilə aşıq sənəti ənənələrini böyük sədaqətlə yaşatmış, şeirləri və bəstələri ilə Azərbaycan aşıq sənətinin ...
ANL
Nəriman Nərimanovun həyat və. yaradıcılığı haqqında sanballı tədqiqat. TANINMIŞ ALİM TEYMUR ƏHMƏDOVUN MONOQRAFİK ƏSƏRİ DÖVLƏT MÜKAFATINA TƏQDİM OLUNUB. Ədəbiyyatşünaslıqda, ədəbi tənqiddə elə mövzular var ki, ictimai fikir tariximizdə böyük əhəmiyyət kəsb etdiyindən onlara zaman-zaman müraciət olunur, tədqiqata cəlb ed...
ANL
Şərəfli ömrün yetmişinci baharı. Yeni minilliyin, yeni əsrin bu ilk onilliklərində elmi, ədəbi, ictimai prosesin görkəmli mümayəndələrindən biri kimi, mətbuat aləmində şəkli, imzası, sözü, yaradıcılığı daha çox görünən alimlərimiz içərisində Nizami Məmmədov (Nizami Tağısoy) daha çox seçilir-filologiya elmləri doktoru, ...
ANL
Gedirəm, səni sevməyə. Üzüyün tökülmüş qaşları. qaldı səndən... Bir də qanıma işləyən göz yaşları... Çırpdığın qapının zərbəsindən divarlarda. Əmələ gəlmiş çatlar dilə gəldi, Sükut dilə gəldi, fəryadlar dilə gəldi... Güzgüdə çiliklənmiş əksimin üzünü. Dabanımın qani ilə yudum, Gülləsi boş qalmış giliz kimi soyudum. Sən...
ANL
Şəki şəhər M. Füzuli adına 3 saylı tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris edir.Şeirləri Azərbaycanın bir çox mətbuat orqanlarında, eləcə də Türkiyə, İran mətbuatda dərc olunub. Bir vücudda yarandım mən, İçim çölümün altında. Tanrı başımın üstündə, Dünya əlimin altında. Yaşamağım çılğın istək, Bu...
ANL
Daha gecələrim səhər gətirmir, Daha ümidimin daş tərəfisən. İndi təkliyimin söykəndiyi yer, Gülüm, gözlərimin yaş tərəfisən. Saqqalım kor bəxtin bir nişancısı, Günümdən xəbərçi olur eləcə. Taleyim minaya düşən misalı, Sənsiz pərçim-pərçim olur eləcə. Bezirəm saatın əqrəb səsindən, Heç biri dönəndə səni gətirmir. Ta mən...
ANL
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. (Əvvəli ötən şənbə saylarımızda). Soyuq müharibə dövründə Sovetlər barədə çəkilən filmlərdə sovet hərbçiləri, adi adamları zəif ağıla, yaralanmış xarakterə malik olanlar kimi təsvir edilirdi. Bir qayda olaraq SSRİ vətəndaşları, sovet həyat tərzi karikatura xarakt...
ANL
Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və ...
ANL
Bilmirəm, təsadüfmü, ya Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyimi səbəb oldu, ədibin əsərlərini vərəqlədim və "Ayın şahidliyi" adlı gözəl bir hekayəsini oxudum. Bu koronavirus öncəsi dünyada baş verən haqsızlıqlar, görünməmiş qəddarlıqlar, demokratiya, humanizm, mədəniyyət maskalarını birdəfəlik çıxarıb əsl sim...
ANL
Erkən yaşda atası vəfat etdikdən sonra anası Zivər xanım Əliyeva ona həm ata, həm də ana olub. Zivər xanım Əliyeva, Azərbaycan klassik musiqi məktəbinin yaradıcısı olan dahi Üzeyir Hacıbəyovun ilk tələbələrindən və muğamın ilk qadın ifaçılarından biri olub. Zivər xanım muğamın bütün incəliklərini mükəmməl bilən bir ins...
ANL
Bu gün tanınmış şair, istedadlı publisist Vaqif Bəhmənlinin 65 yaşı tamam olur. Ömrünü şeirə, sənətə, ədəbiyyata həsr edən Vaqif Bəhmənli ətrafında baş verən ən müxtəlif proseslərə, təlatümlərə baxmayaraq uzun illərdən bəri öz hücrəsinə çəkilib şeirlərini, publisistik yazılarını yazan, sözlə, sənətlə məşğul olan zəhmət...
ANL
Makinski qardaşlarının Fransa həyatı. "FRANSA MÜQAVİMƏT HƏRƏKATININ İŞTİRAKÇILARI: MAKİNSKİ QARDAŞLARI" YAZISINA SÖZARDI. "525-ci qəzet"in builki 6 may tarixli sayında "Fransa Müqavimət hərəkatının iştirakçıları: Makinski qardaşları" başlıqlə yazım dərc olunmuşdu. Yazıda Makinskilər ailəsi haqqında qısa məlumat verilmi...
ANL
Qələmsiz yazılanlar. status-esselər. Dünyanın yaxşı canı qurtardı bu qaçaqaçlardan... İnsanlar hara tələsirdilər, nəyə can atırdılar?! Yəqin indi düşünməyə imkan olar. Mənası vardımı bu qaçaqaçların, didişmələrin?!. Amma dəyib qayıtmaq... Keçmişdə qalmağı heç kim istəmir. Araşdırdım ki, görüm kimdən öyrənib. Tapa bilmə...
ANL
Amerikalı və tənək dolması. 2009-cu ilin sentyabr ayı idi. Bakalavr təhsilini başa vurandan sonra magistratura təhsili üçün Mançester Universitetinə gəlmişdim. Yeni ölkə, ilk dəfə ayaq basdığım şəhər, müxtəlif dünyagörüşlü insanlar, fərqli mədəniyyətlər, hələ üstəlik, film və kitablarda görməyə adət etdiyim qədim qotik...
ANL
Yeni Afrika ədəbiyyatının manifesti. Beynəlxalq Nobel Mükafatı əsasən Amerika, Avropa ədəbiyyatı və qismən də Asiya qitələrində yaşayıb-yaradan görkəmli elm xadimlərinə, böyük kəşflərin müəlliflərinə verilmişdir. Görkəmli Nigeriya yazıçısı və dramaturqu Akinvande Vole Babatunde Şoyinka (1934) Afrika qitəsindən Nobel mü...
ANL
"Mənim yazı üslubumda. YAZIÇI ƏJDƏR OL BU YAXINLARDA İKİNCİ NƏŞRİ İŞIQ ÜZÜ GÖRƏN "LO" ROMANI BARƏDƏ GƏNC ƏDİBLƏRİN SUALLARINI CAVABLANDIRIB. Mövcud pandemiyayla əlaqədar karantin rejiminə uyğun olaraq, tədbirlər, görüşlər müəyyən vaxta qədər təxirə salınıb. Buna görə bir neçə aydır ki, Azərbaycan Yazıçılar Birliyinin (...
ANL
Əsərdəki hadisələr XIX əsr Rusiyasında cərəyan edir. Dostoyevski bu romanı oxuduqdan sonra Tolstoyu "sənət dünyasının allahı" adlandirib. Tolstoy özü də bu əsərini "mənim ilk həqiqi romanım" deyə xarakterizə edib. Anna Karenina gözəlliyi və nəcibliyi ilə çoxlarını özünə valeh edən, rus aristokratiyasının sayılıb-seçilə...
ANL
Gözəl və bədbəxt şəhərim... Ermənilərin Şuşada keçirdiyi qondarma “andiçmə” mərasimi mayın 8-də yazdığım bu kiçik yazını yadıma saldı. 6 yaşında Ağdamda evdən gizli qaçasan, yay düşərgəsinin uşaqlarına qoşulub bir avtobusa minəsən. Onda hələ adını eşitmədiyin, üzünü görmədiyin kənd və şəhərlərin içindən, dağların qoynu...
ANL
Tarixçə. Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir. Bu ...
ANL
Şuşa sizin üçün nədir? Bu günlər Feysbukda dolanarkən iqtisadçı alim Qubad İbadoğlunun belə bir statusuna rast gəldim: "Şuşa sizin üçün nədirsə, şərhdə yazın. sualını özümə də verdim və bu sualın nə dərəcədə məsuliyyətli olduğunun fərqinə vardım. Bu məsuliyyətin altına girən minlərlə şəxs statusa rəy yazmışdı. Demək ol...
ANL
Döyüşlər başlayandan bəri səhər yuxudan ayılıb özümə gələn kimi Feysbukda virtual dostlarımın gecədən qalma boyat postlarını və cəbhədəki vəziyyət barədə operativ məlumatlarını oxumaq adətə çevrilib. - Qismət Rüstəmovun kənd boyda qələbə sevincli bu paylaşımı virtual reportajımızın epiqrafı olsun. - Qəzetdəki səhifəmə...
ANL
İlk müsəlman Respublikası: Azərbaycan. (Fransız dilindən tərcümə edən: Əsgər Əliyev, filologiya elmləri namizədi). Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Şərq dünyasında ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri Əlimərdan bəy Topçuba...
ANL
Paşinyana mesaj:Problemin həllinin açarı Moskvada, Parisdə, Cenevrədə yox, Bakıdadır. Sosial şəbəkədə yazılanlar. Xocavənd rayonunun 85 yaşlı sakini Yevgeniya Babayandır. Oktyabrın 16-da onu əsgərlərimiz görmüş, maşına oturtmuş, Bakıya yollamışdılar. Bakıda da bu qoca qadına şəfqətlə yanaşdılar, hospitala yerləş...
ANL
"Azərbaycanla Pakistanı çox sıx tarixi tellər bağlayır". Qarabağ münaqişəsi, Haqq Savaşımız Azərbaycana həm də dost-düşmənini tanımaq baxımından fürsət yaratmış oldu. Bu xüsusda biz Türkiyəylə yanaşı, bir sıra ölkələrin də dostluq mövqeyini gördük, güclü dəstəyini hiss etdik. Onların sırasında dost və qardaş Pak...
ANL
Vətən müharibəsi. AZƏRBAYCAN REGİONUN GEOSİYASİ MƏNZƏRƏSİNİ YENİLƏŞDİRİR. Sonun başlanğıcı: təcavüzkarın cəzalandırılması və havadarları. Müzəffər Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi ərazi bütövlüyünü təminetmə əməliyyatı və əldə etdiyi zəfərlər dünya miqyasında əks-səda yaradıb. Ekspertlər bu hadisəni mü...
ANL
Bir ümid üçbucağını Bermud üçbucağına çevirmiş riyanın qalibi. Sözlər də diri varlıqlardır. Sadəcə kağız üzərində yazılan, sadəcə dilə gətirilən, fikirdən, ürəkdən keçən quruca söz kimi deyil, "Qələbə"nin, "Zəfər"in, "Fəth"in döyüş meydanlarından sıyrılaraq Azərbaycan insanının könlündə fırtınalar oyatması nə x...
ANL
Arxa cəbhənin birliyi. Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarına qarşı sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks hücum əməliyyatları bu günədək uğurla davam edir. Bu qısa müddət ərzində ordumuz 30 ildir düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad edir, xalqa sevinc dolu günlər yaşadı...
ANL
Ombudsman beynəlxalq təşkilatlara şikayət ünvanlayıb. Azərbaycanın İnsan Hüquqları üzrı Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatlara Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmuş uşaq hüquqları ilə bağlı şikayət ünvanlayıb. Bu barədə APA-ya Ombudsman Aparatının Mətbuat xidmətindən bil...
ANL
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev siyasi-diplomatik ustalığı, yüksək idarəetmə bacarığı ilə bərabər, bir neçə dildə səlis, aydın, təsirli nitqinə görə də hər zaman diqqət mərkəzində olub. Sentyabrın 27-dən Qarabağda başlanan Haqq Savaşımızın gedişində isə Prezident İlham...
ANL
"Vətənin zəbt olunubsa, onu işğalçılardan təmizləməlisən". Ölkəmizdə müəyyən bir kəsim var ki, müharibəni insanlığın məhvi kimi qiymətləndirir. Müharibənin insanlığın taleyindəki rolu nədir? - Müharibələrin pislənməsi bir intellektual trend kimi başladı. Məncə, bu xətt hələ Lev Tolstoyun "Sevastopol hekayələrindən" b...
ANL
QULU MƏHƏRRƏMLİ: "SENTYABRIN 27-DƏN BAŞLANAN HADİSƏLƏR PREZİDENT İLHAM ƏLİYEVİN TİMSALINDA BİZƏ MÜHARİBƏ ŞƏRAİTİNDƏ DÖVLƏT BAŞÇISININ ROLU, DAVRANIŞI NECƏ OLMALIDIRSA, ONU GÖSTƏRDİ". Qulu müəllimin doğulub boya-başa çatdığı Zəngilanın işğaldan azad olunması xəbəri isə, hörmətli ziyalımız kimi hamımızı sevindiri...
ANL
Xatirələrdə yaşayan böyük alim. Şərəfli ömür yaşamaq, insanların sevgisini, hörmətini qazanmaq və dünyadan köçdükdən sonra rəhmətlə anılmaq hər adama nəsib olmur. Elə insanlar var ki, həyatdan köçəndən sonra da xatırlanır, adı hörmətlə yad edilir. Dünya şöhrətli alim, görkəmli fizik, Beynəlxalq Ekoenergetika Aka...
ANL
"Gələcəkdə köhnə filmləri də rəngləməyi düşünürəm". Rubrikamızın budəfəki qonağı "Rənglənmiş şəkillər" səhifəsinin admini, həvəskar rəssam Nurlan Əhmədovdur. Sosial şəbəkələrdə şəxsi simasından daha çox ərsəyə gətirdiyi işlərilə tanınmağı bacaran N.Əhmədov tarixi şəxsiyyətlərə aid ağ-qara fotoların rənglənməsi ilə məş...
ANL
Azərbaycan dilində hərbi leksikanın tədqiqatçısı. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, ən bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar yetişdirir. Elmi-mədəni, siyasi fikrin inkişafında, eləcə də cəmiyyətimiz üçün yeni milli kadrların yetişdirilməsi və milli ruhun daha da yüksəl...
ANL
Lakin ölkədə radio quruculuğunun əsası daha əvvəlki illərdən qoyulub. Tarixdən bəllidir ki, şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyəti dövründə milli dövlətçilik naminə dünyanın ən inkişaf etmiş dövlətləri ilə beynəlxalq əlaqələrə önəm verərək xarici mühitdə siyasi və iqtis...
ANL
Atalar niyə kitab oxumalıdır? UŞAQLARA ALDIĞINIZ KİTABLARA XƏRC KİMİ YOX, SƏRMAYƏ KİMİ. Həmsöhbətimiz Sərxan Rüstəmov uzun müddətdir kitablarla bağlı maarifləndirici video materiallar hazırlayır. Bu videolarında oğlu balaca Məhəmməd Əmin ilə birlikdə kitablar oxuyur, yeniyetmələrlə, valideynlərə kitablarla bağlı ...
ANL
FİRUDİN ŞABANOVUN İŞIQLI XATİRƏSİNƏ DƏRİN EHTİRAMLA. Hər ötən ömür insan xatirəsində daim yaşanmır. Keşməkeşli həyatımızda belə ömür səhifələrini biz az görməmişik. Yalnız dəyərli ömür günləri unudulmur. Həmişə qiymətli ömürlər sonsuz sevgi, dərin ehtiram və kövrək xatirələrlə yada salınır…. Axı, yaxşıları necə un...
ANL
İlk müsəlman Respublikası: Azərbaycan. (Fransız dilindən tərcümə edən: Əsgər Əliyev, filologiya elmləri namizədi). Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Şərq dünyasında ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri Əlimərdan bəy Topçuba...
ANL
Müstəqillik dövründə Azərbaycanda özbək əsərlərinin nəşrinə bir baxış. Türk dünyasının önəmli dövlətlərindən biri olan Özbəkistan ədəbiyyatının Azərbaycanda tədqiq və təbliğ tarixinə nəzər salarkən bu iki ölkə arasında ədəbi-mədəni əlaqələrin qədimliyini unutmaq olmaz. İstər orta əsrlərdə və sovet dövründə, istər...
ANL
Tanıyaq və tanıdaq: Həkimə Babakişizadə Nəğmə. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm ...
ANL
Səni unutmağa başladım bir gün. Universitetdə fars dili və ədəbiyyatı üzrə təhsil alıb. Çoxlu şeir və hekayə müəllifidir. Ərdəbil şəhərində yaşayır. O öz yaradıcılığı haqda belə deyir: "Yadıma gələndən, yaşamın dərdini, kədərini, sevincini, sevgisini düşünəndən və əlimə qələm alandan içimdə baş verən olayların təsir...
ANL
Azərbaycanın dünya miqyasında artan rolu. MÜNASİBƏTLƏR SİSTEMİNDƏKİ YÜKSƏK NÜFUZUNDAN XƏBƏR. Məlum olduğu kimi, Azərbaycan Prezidenti 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı BMT Baş Assambleyası...
ANL
Azərbaycan-Türkiyə birliyi: Türk dünyası üçün örnək. Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik. Azərbaycan Respublikasının Prezidenti, qüdrətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və ətraf rayonlarda işğal edilmiş torpaqlarımızı...
ANL
"Xaricilərə çatdıracağıq ki, niyə Qarabağ Azərbaycandır" - "QARABAĞ HAQQINDA İNGİLİSCƏ SƏNƏDLİ FİLMİMİZ XARİCİLƏR ÜÇÜN ZƏNGİN MƏLUMAT BAZASI OLACAQ". Bu günlərdə dizayner, rəssam Rəsul Həsən özünün sosial şəbəkə hesabında Qarabağla bağlı ingilis dilində sənədli film çəkmək ideyasını paylaşdı və dördhissəli fi...
ANL
Böyük zəfər tezliklə bizim olacaq. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan cəmiyyətinin böyük qələbə ovqatında olduğu, rəşadətli ordumuzun işğal altındakı torpaqlarımızı addım-addım düşməndən təmizlədiyi bu tarixi günlərimizdə belə bir həqiqət...
ANL
Biz tək deyilik. Son günlər hər dəfə küçəyə çıxdığımda bir çox yerlərdə Azərbaycanın və Türkiyənin bayraqları ilə birgə Pakistanın da bayrağının asıldığını görürəm. İslamabad şəhəri. Mən bu ölkədə Azərbaycan Respublikasının ilk səfiriyəm. Mən - səfir, çox cavan yaşlarından dünyasını dəyişmiş Elmar Əliyev - konsu...
ANL
Kirsdən, Bağrıqan dağından, Qırx qız yaylaqlarından əsən küləklər Cıdır düzünü dezinfeksiya edəcək, bu müqəddəs yerdə rəqs edən təlxəklərin izi-tozu qalmayacaq. 28 il gözlədiyimiz, inandığımız, həsrətində qovrulduğumuz gün gəldi. Bu gün vətəndə və dünyanın hər yerində yaşayan azərbaycanlıların hamısı şuşalıdır. Ruhun...
ANL
Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan Azərbaycan Bayrağı. Ulu öndər Heydər Əliyev demişdir: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir". 9 noyabr - Azərbaycan tarixinin şanlı səhifələr...
ANL