text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
150-ci ilə az qaldı... Dünya xalqlarının teatr tarixinin təcrübəsi sübut edir ki, ayrı-ayrı cəmiyyətlərin siyasi-ictimai, mədəni-əxlaqi ovqatı, buradakı mental-estetik tələbləri müəyyən etməklə həmin sənətin inkişafına təkan verib, yaxud onu ləngidib. Belə ki, Ellin mədəniyyətinin, Afina demokratiyasının teatrı...
ANL
Müharibənin iki üzü: qadınlarla və qadınlarsız. 8 Mart dünyanın əksər ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bir əsrdən çox yaşı olan Beynəlxalq Qadınlar Gününün tarixi, mahiyyəti haqqında bütün internet resurslarında çox asanlıqla məlumat almaq olar. Tarixə nəzər saldığımızda zərif cinsin nümay...
ANL
"Bir şəhid ailənin tarixçəsi"ndən yaranan elegiya. O, doğulduğu gündən şəhidliyə yol gedirdi. Uca Yaradan millətinin içində sevib-seçdiyi bəndələrindən biri kimi onu önə çəkdi. Çiyninə qoyduğu missiyası ilə seçdiklərinin sırasında bərqərar etdi, əyninə şəhidlik libası biçdi. Pak libasında O, qəlbinin istəyi, şü...
ANL
Tatarıstanın paytaxtı Qazanla və ümumiyyətlə, bu dost diyarla bir neçə qiyabi və əyani görüşlərim olub. Tatarstanla təmaslarıma aid işlətdiyim "qiyabi" və "əyani" sözlərini bir qədər sonra izah edəcəm. 1951-ci ilin yayında valideynlərim və bacılarımla birlikdə Volqa boyu gəmiylə səfərə çıxmışdıq. Moskvadan Həştər...
ANL
Yaddaşın vətəndaşlıq tutumu. Professor Şirməmməd müəllim Hüseynov mənsub olduğu vəzifə və sənət anlamlarına bizim günlərdə hörmət və ehtiram hissi aşılayan nadir ziyalılardan idi. Professor və müəllim! Hər ikisi onun keçdiyi ömür yolunda qazandığı mənəvi mükafatı, xalqın etiqad bəslədiyi əxlaq, mərifət və vətəndaş...
ANL
realizm rakursundan baxış. Əlbəttə, müəllif faktorunun bundakı rolunu qabartmaq əsərə qarşı haqsızlıq olardı. Çünki aydındır ki, Elçinin usta qələmindən çıxıb gələn "Baş" romanı özünün mövzusu, ideyası, psixoloji məqamları, zəngin obrazlar aləmi, rəvan təhkiyəsi ilə son illər Azərbaycan ədəbiyyatında çap olunmuş ...
ANL
"Xəyalımdakı yerə çatmaq. Sosial şəbəkələrdə parlayanlar... Rubrikamızın budəfəki qonağı, videoları sosial şəbəkələrdə izlənmə və paylaşım rekordları qıran Habil Məmmədov xanəndə, musiqi müəllimidir. Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbində muğamdan dərs deyir. Onun öz şagirdləri ilə ifa etdiyi "Səni yan...
ANL
Həyat məktəbi, hüquq dərsliyi. Tanınmış hüquqşünas İkram Kərimovun "Zirvədən zirvəyə" adlı kitabının I və II cildlərini oxuyub tamamladıqdan sonra gəldiyim ümumi nəticə bu oldu: Həyat məktəbi və dərslik... Tərəddüd etmədən həmin sözləri yazıma sərlövhə seçdim. "Həyat məktəbi" deyəndə hamını, "dərslik" deyəndə ...
ANL
Qələmsiz yazmaq düşüncəsi. Qələmsiz yazmaq kimi bir anlayışdan danışmağın mümkünsüz olduğu çağlar arxada qalıb. Mətbəənin və çap maşınının icadından sonra, qələmsiz də yazmağın mümkünlüyü həqiqətə çevrilmiş və qəbul edilmişdi. Ancaq hər şeyə rəğmən, yazmaq dedikdə qələm öz aparıcı mövqeyini qorumaqda idi. Mövzud...
ANL
Bir şəhid ailənin tarixçəsi. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri. 1925-ci il yanvarın 14-də Moskvada Şərqşünaslıq İnstitutunda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Nəriman Nərimanovun ədəbi-ictimai fəaliyyətinin 30 illiyi təntənə ilə keçirildi, ümumittifaq mətb...
ANL
Çəkmişəm. Kədər doğub yanaqlarda, Əritmişəm dodaqlarda, Şeh qoxuyan varaqlarda. Cilvələnən söz çəkmişəm. Yarasına duz çəkmişəm. Fırlanır başımda söz mirvarisi, Necə düzməliyəm sapa, bilmirəm. Şairin taleyi qəmlə yoğrulub, Kağızdır, qələmdir bir tək pənahı. Dərdini qəlbində gəzdirir şair. Məni səslə. Üzüləndə. Məni...
ANL
Məzahir Hüseynzadəyə. Bu qəfil görüşlər hara aparır? Əlində sevda bıçağı. Məhəmməd HACIYEV.
ANL
"Qısa hekayələr" silsiləsindən. Ağlayan fotoşəkil. Tapdıq müəllimgilin qonşuluğuna təzəlikcə bir ailə köçmüşdü ki, bu ailə də cəmi iki nəfərdən, yaşlı qadın və ortayaşlı kişidən, sonradan məlum olacağı kimi, ana-baladan ibarət idi. Yaşlı qadının yanındakı kişini ilk dəfə görəndə Tapdıq müəllimi sanki ildırım vur...
ANL
xüsusiyyətləri və bədii obrazları. Yazıçı Güllü Məmmədovanın "Qan içində işıq" romanı Azərbaycanın birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi kimi hadisələrin təsvirinə verilmiş real qiymətlə yanaşı, xilaskar Türk ordusunun və Türk əsgərlərinin şanlı obrazının Azərbaycan ədəbiyyatında yar...
ANL
Bu günlərdə türk ölkə və topluluqlarından çoxsaylı zənglər almaqdayam. Özünün türk dünyası ünvanlı çalışmaları ilə seçilən, Turan sevdasını ruhuna, özkeçmişinə hopdurmuş azərbaycanlı aydınlardan kimlərin yenidən millət vəkili mandatı qazanması türk dünyası aşiqlərinin sövq-təbii maraq dairəsindədir. - Birimizin...
ANL
Milli peşəkar teatrımızın. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli ...
ANL
Arzularım yuxularda olur çin, Sevincimdən ayılıram həmin an. Peşmanlığım qəlbə salır həyəcan. Onda səbr diləyirəm özümə, Başqa çarəm yoxdu onsuz belə də. Ürəyimsə qulaq asmır sözümə, Dedikləri hərdən gəlir dilə də. Sınıb düşür, hey-taqətsiz qalıram. Qayıdıram ötən bir xoş anıma, Göz yol çəkir, xəyallara dalıram. Arzula...
ANL
Tanıyaq və tanıdaq! Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm...
ANL
Balakən-Şəki bölgəsində. yaşayan milli azlıqların folkloru. Balakən-Şəki bölgəsi Azərbaycanın əsl tolerantlıq və multikulturalizm məkanıdır. Bu torpaqlarda əsrlər boyu çoxmillətli, çoxdinli, çoxdilli xalqlar bir-birilə dost-qardaş kimi firavan yaşayıblar. Balakən-Şəki bölgəsi etnik-dini rəngarəngliyi ilə seçildiyi...
ANL
Bir şəhid ailənin tarixçəsi. ... Səhər dan yeri sökülməmiş Lvov hərbi bazasındakı tank korpusu müdafiə mövqeyi tutmaq üçün geri çəkilmişdi. Nəcəf öz vzvodu ilə ön cəbhəyə göndərilməsi haqqında raport vermişdi. Batalyon komandiri, qvardiya mayoru Romanov Nəcəfin şəxsi işində yazmışdı: "Nəcəf Nərimanov "ön mövqeyə...
ANL
Bu kitab mənim xalqıma vəsiyyətimdir. Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatı Azərbaycanın qədim dövrdən bu günümüzə qədərki tarixini əhatə edir. Əsərdə bütövlükdə ümumtürk tarixinə ekskursiya olunur. Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzü bəri bir çox mühüm yazılı mən...
ANL
Nəhayət, "Azərbaycan" nəşriyyatı binasının qarşısındayam. Redaksiya ilə tanış olmaq üçün nəşriyyatın binasına daxil oluram. Birinci mərtəbədə mühafizə işçiləri hara gedəcəyimi soruşurlar. Redaksiyanın zəngindən sonra məni içəri buraxırlar. Deyəsən, "Azərbaycan" nəşriyyatının binası və burdakı böyük redaksiyalar ...
ANL
"Milli ideya" anlayışına müxtəlif izahlar verilir, amma bütün hallarda bu anlayış xalqın var olması, diriliyi ilə bağlıdır. Yəni Milli ideya bu və ya digər xalqın yaşam missiyasını müəyyən edir; hətta bəzi cəmiyyətlərdə xalq anlayışı sırf dini və ya etnik mənsubiyyətə bərabər tutulur. Milli ideya bədii əsərlər ...
ANL
Məmməd Orucu (Orucov Məmməd Kazım oğlunu) çoxdan - hələ Yazıçılar İttifaqında işlədiyim vaxtlardan tanıyıram. Çox maraqlıdır, Vikipediyada onun əmək bioqrafiyasını nəzərdən keçirərkən orada özümlə xeyli oxşarlıq gördüm: eynən mənim kimi 70-ci illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, 1980-ci ild...
ANL
Var ilə Yox arasında. (Kamal Abdullanın əsərlərində "Yox"un ontologiyasına qısa bir baxış: Derridanın Diferansı və Kamal Abdullanın Sirri). Birinci yazıda Kamal Abdullanın yaradıcılığını Derridanın fəlsəfəyə gətirdiyi Dekonstruksiya konsepti əsasında incələmənin mümkün və hətta vacib olduğunu qeyd etmiş, lakin bu məqam...
ANL
Azəri çeşnili Kərkük türküləri. Bu günlərdə kərküklü alim, prof. dr. Süphi Saatçıdan bir məktub və "Azəri çeşnili Kərkük türküləri" adlı məqaləsini aldım. Məktubda yazılıb: "Möhtərəm və qiymətli Qəzənfər müəllim! Öncəliklə salam, sayğı və məhəbbət duyğuları ilə sizləri qucaqlamaq istəyirəm. Kərkük üçün daim göstərdiyin...
ANL
Tariximizdəki Eynəli SultanovLARın sorağında. VƏ YA BİR TƏDQİQATIN İŞIĞINDA AYDINLANAN MƏQAMLAR. Bu barədə çoxdan yazmaq istəyirdim. Eynəli bəy Sultanovla bağlı 8 ilə yaxındır apardığımız tədqiqatların nəticəsində görkəmli yazıçıyla bağlı ədəbiyyatları, o dövrə aid xatirə kitablarını, tədqiqatları acgözlüklə oxuyur, ar...
ANL
Əkrəm Əylisliyə. …o palçıq evin pəncərəsi olmasa da, mən o palçıq evin pəncərəsindən anamın qara saçlarına, ipək əllərinə boylanırdım. Mən o palçıq küçələrdə küsdüm Rihabdan, Rihabın ağ donundakı qırmızı güllərdən, qırmızı güllərdəki kəpənəklərdən... O palçıq evin iri pəncərəli, geniş otağında dördgözlü, qəhvəyi düyməl...
ANL
Vüsal Nurunun Qarabağ qoxulu "Qaraqaşlı"sı. "Buradan qatar yolu keçir. Göylərin hansısa qatından gəlir, yol üstə durub gözləyən ana kimi üfüqdən boylanan günəşə doğru gedir. Bir az ciddi, bir az sərt davranışı ilə yanaşı, mülayim və xoş təbəssümüylə də özünü aydın ifadə edən gənc yazar Vüsal Nurunun yazılarını, şeirlər...
ANL
Bilmirəm Leş Əlidənmi, Tarixdənmi, yoxsa Taledənmi başlayım? Əslində, Aqşinin özündən başlamaq istəyirəm. O Aqşin ki, ədəbiyyatımızda qəfil peyda olmadı, adı təsadüfən az qala partlayış törədən romanların imza yerində görünmədi. Oxuduğum "Göləqarğısancan" və "Tarix və Tale" romanlarının az qala hər səhifəsində b...
ANL
Ömrün 75-ci baharına yaradıcılıq hesabatı. Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü Xəlil Hüseynovun nəfis şəkildə çap olunmuş "Ömrümün ötən illəri" adlı kitabı bu günlərdə oxuculara təqdim edilib. Naxçıvan teatrının inkişafına özünəməxsus töhfələr vermiş aktyor enişli-yoxuşlu sənət yolunun zirv...
ANL
Elmimizin inkişafina xidmət edən kitabxana. XX əsrin birinci yarısında AMEA-nın təsis edilməsi Azərbaycan xalqının elmi və ictimai fikir tarixində mühüm hadisə olmuş, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafında əhəmiyyətli rol oynayıb. Akademiyanın 75 illik yubileyinin qeyd olunması həm elmi mühitimiz, həm d...
ANL
Bir ovuc Qarabağ istəyən müəllifə oxucu məktubu. İstənilən şairin, yazıçının, ümumiyyətlə, söz adamının içində bir sadə, amma düşündürən məqamlar olur. Əslində, onlar məqam deyil. Onlar həm də o qələm adamının özünün söykəndiyi nöqtədir. Məhz o dayaq nöqtəsi sadə bir həqiqəti pıçıltı kimi, bir meh kimi adamın, yənin ox...
ANL
İMİR MƏMMƏDLİNİN ORİJİNALDAN TƏRCÜMƏSİNDƏ. Müasir gürcü poeziyası böyük ədəbi ənənələrinin məntiqi davamıdır. Sözsüz ki, ənənələrin davamı deyəndə, keçmiş poetik nailiyyətləri və şeir formalarını təkrarlamaq deyil, onları iknişaf etdirmək, yəni kökə əsaslanaraq yeni dövrə uyğun yeni deyim tərzi, yeni intonasiyalar və y...
ANL
Qara bax, qarışıb yağışa, Mən sənin uğrunda düşmüşəm. Gül çöhrən canlanır önümdə. Kədər mürgü döyür qəlbimdə hələ, Hələ səhərə var, hələ gecədir. Qapını kəsdirib sonsuz qaranlıq, Yəqin ki, əqrəbin yönü üçədir. Zülmət də suala dönür bir anlıq: Saat neçədir? Gedib son faytonçu, eşikdə qalan. Dumana bürünən xoflu küçədir....
ANL
Mənim məhəbbətim irmaq ha deyil, Üzüb keçəsən, gülüm. Mənim məhəbbətim nağıl da deyil, Sonluq seçəsən, gülüm. Mənim məhəbbətim qanun da deyil, əmrlə yazasan, gülüm. Gözlərini gözlərimə. Bəlkə məni xatırlamaz. Gözlərini gözlərimə. Dedi: qəribə adamsan! Dedi: qürurlu adamsan! Dedim: satılsam, satarsan? Dedim: köksümdə ya...
ANL
Səni mağarada tapdım, sevgilim, Tapıb işıq kimi üstümə sərdim. Yemişan yeyirdim qayğısız, rahat, Yemişanla birgə şəfəq yemişəm. Məhəbbət verəcək bizə həmişə. Enli ətək donun. Sənin tellərinsə. Gülün özündəndi. O gözlərin, xanım, Günəş nurundandı. Hara çəkir yazı? Tutur gözlərimə. Bir gün evə dönəndə, Babanı görməyəndə,...
ANL
Gözlərimə kor kimi, Sözlərimə kar kimi, Dinşimisən, Kür gedir. Açılıbdır ətəyin, Baldırların qar kimi, Titrəyirlər dizlərin. Qorxaq dovşanlar kimi. Tülkü dolanar kimi, Düşəmmirəm qəlbinə. Gözlərimə kor kimi, Sözlərimə kar kimi. YAĞIŞ. Bulud xeyli içdi dəniz suyundan, Sonra dağa qalxdı sərxoş sayağı. Büdrəyə-büdrəyə ged...
ANL
Babam qocaldıqca döndü uşağa, Dümappaq qar oldu başındakı saç. Çən-çiskin olanda çeşmələr ağlar, Çətin bu qəm-qüssə zirvəni yenə... Üsyankar, barışmaz məkandı dağlar, Göylərdən azadlıq diləyir yenə!
ANL
Əlində tabaşır şıltaq bir uşaq. Asfaltın üstünə ağ günəş çəkir. Dilənçinin papağındakı. Sikkələrin üzərində də. Parlayır günəş. Asfaltın üstdəki o ağ günəşdən. Papaqdakı günəşə qədər? Asfaltda da, dilənçinin papağında da. Parlayır günəş... Körpə qığıldanır, Zümzümə edir küçədə əyyaş. Bu qığıltıdan o zümzüməyə? Bakirə q...
ANL
DOSTUMA BAŞ ÇƏKƏRKƏN. Axşamlar dostuma baş çəkəndə mən. Yuxarı baxmıram, Pəncərələrdə. İşığın yanıb-yanmadığını görməyim deyə. Mürgülü şəhərin tozlu küləyi. Üzümə çəkdikcə qara bığını. Başımı aşağı salıb gedirəm, istəyirəm, Bir az gec bilim, Dostumun evdə olmadığını. Odan adamlarla, qəlbin sevinclə, Gözlərin buludlu sö...
ANL
Özümə öyrətdim onu birtəhər... Mürgülü yaddaşı oyandı quşun, Sahibinə sarı uçdu bu səhər. sevinib sevəndə dağıldı o şar. Dərin dənizlərdə, Göm-göy göllərdə. Göyün şəklini öpür yenə də.
ANL
Yaddaşlarda əbədi yaşayan pedaqoq. Artıq illərdir, atamın - mənim üçün cox dəyərli və müqəddəs olan insanın - Azərbaycanın görkəmli metodist-alimlərindən biri, pedaqoji elmlər doktoru, professor Məhəmməd Həsənovun yoxluğuna alışmağa çalışıram. Həm sevincli, həm də kədərli anlarımda onun xeyir-duasını, məsləhətlərini eş...
ANL
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. (Əvvəli ötən şənbə saylarımızda). Belə bir şəraitdə Vladimir Putin hakimiyyətə gəldi, çökmüş ölkəni dirçəltmək cəhdi böyük idarəetmə təcrübəsi olmayan bir adamın sahilə atılmış balinanı okeanın sularına qaytarmağa girişməsinə bərabər idi. Burada elə bir hiperbola...
ANL
Bax belə, hər il ad günüm yaxınlaşdıqca məni çox fərqli duyğular ağuşuna alır, olduğum məkanı, yaşadığım yeri, ünvanımı, hətta öz görkəmimi belə dəyişmək keçir könlümdən... Mənə elə gəlir ki, hələ heç dünyaya gəlməmişəm, anamın o mübarək bətnindəyəm, vaxt yaxınlaşdıqca mən də səbirsizlənirəm, anamın qarnını yüngülcə tə...
ANL
Qadın barışmazlığının zərif təsviri. Əgər məndən keçmişi soruşsalar, yəqin ki, ilk ağlıma gələn atamın nənəsinin ciblərindən noğul, badam, ya da quru meyvələr çıxarması olar. Amma o qadının yarı şaqqasını xatırlayıram. O epizodda tamlıq yoxdu. Dumana bürünmüş əncir ağacı və yarısı görünən tünd yaşıl jaketi olan yarım q...
ANL
Səyyad Aranın ilk romanı olan "Başdaşı" haqqında qeydlər. O, bir nasir kimi "klassik nəsr qanunu"na riayət edib: yaradıcılığa hekayə ilə başlayıb (bir neçə hekayələr kitabı ilə tanışıq), sonra povest janrına müraciət edib, bu hekayələr, povestlər ədəbi ictimaiyyətin, geniş oxucu kütlələrinin rəğbətini qazanıb. Əsasən, ...
ANL
Təbiətin özü kimi. Zahid Afşar Eloğlunun şeirləri haqqında. Tanınmış şair Zahid Afşar Eloğlu böyük şeir yoluna təbiətin qoynundan çıxır. Şair üçün bundan gözəl uğurlu yol, bundan böyük xeyir-dua yoxdur. Təbiətdən öyrənmək, ondan ilham almaq insanı - şairi heç vaxt uğursuzluğa düçar eləmir. Əksinə, şeirin çətin yolunda ...
ANL
"Əslində, bəlkə də sevinməliyik. Axı, Çin, Uyğur türklərinə verdikləri amansız işgəncələrlə beyinlərimizə həkk olunub. Bu sözləri bir şair başqa bir şairlə Çində yayılan və çox sayıda insan ölümlərinə səbəb olan xəstəliyi müzakirəsi zamanı dilə gətirdi. Bu kifayət qədər böyük bir gücün özünü sübutu deyilmi? Elə hər işi...
ANL
Georgi Gürcüyev tamamilə dəyişməyi insan energetikası ilə həyata keçirirdi. Enerjin nəyəsə yönəlməsə, düşməninə çevrilib hər an səni darmadağın edə biləcək mina kimi daima yolunun üstündə dayanacaq. Həmişə düşünmüşəm ki, qadın dünyanın içinə sığmayan energidir. Əgər meylini bir işə, yaxud bir şəxsə salıbsa, onun energi...
ANL
"On dəqiqə otuz səkkiz saniyə"yə sığan həyatlar. ... Gördüyü hər işi, yazdığı hər əsəri ilə cəmiyyətdə rezonans yaratmağı, haqqında danışdırmağı bacaran qadındır Əlif Şəfəq. Adi, sıradan, bəzən cəmiyyətdə varlığı ilə yoxluğu bilinməyən insanların həyatları, yaşadıqları, psixologiyalarını mövzu kimi seçdiyi romanları il...
ANL
Borçalıdan Ana Vətənə uzanan milli dəyərlər körpüsü. Azərbaycanın və Gürcüstanın tanınmış şair-publisisti, Gürcüstan Aşıqlar Birliyinin sədri, qonşu ölkədə yaşayan soydaşlarımızın ictimai hərəkat lideri Osman Əhmədoğlu vəfat edib. Bu barədə Azərbaycan və Gürcüstan mediasında, sosial şəbəkədə yayılan məlumatda bildirili...
ANL
Azərbaycanın beynəlxalq münasibətlər tarixinin görkəmli tədqiqatçısı. Dahi Mustafa Kamal Atatürk yazırdı: "Tarix yazmaq, tarix yaratmaq qədər önəmlidir. Yazan yaradana sadiq qalmazsa, dəyişməyən gerçək bəşəriyyəti çaşdıracaq bir xarakter alar..." Həqiqətən də tarix yazmaq, intelekt, məntiq, elmi yanaşma tələb etməklə b...
ANL
İntiqam Ağayevin rənglər dünyası. Rəssam İntiqam Ağayev ehtiyatda olan zabit, II qrup Qarabağ əlilidir. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Çəkdiyi əsərlər imperssionizm üslubundadır. Əsasən, yağlı boyadan istifadə edir. İşlədiyi mövzularda isə məişət, dəniz peyzajları və müharibə mövzuları üstünlük təşkil...
ANL
Adlar və soyadlar kimi insanların bir-birinə və ətrafdakılara, başqa xalqların nümayəndələrinə müraciət formaları da milli-mənəvi ənənələr və dəyərlər məcmusuna aiddir, milli kimlik və etnik mənsubiyyətlə əlaqədardır. Xalqımızın əsrlər boyu işlətdiyi müraciət formaları olmuşdur. Hələ tayfa münasibətlərinin mövcud olduğ...
ANL
Qələmsiz yazılanlar. status-esseləri. Təkrar seçki keçirilən dairələrdə namizədlər lap bol olacaq. yenidən başlamaq olar?! Günahkarlar sonda əfv və üzr diləyəcəklər. Ən sirli bayram, ən sehirli gün yaşı 40-ı keçmiş qadınların qəfil gəncləşməsi, gözəlləşməsidir. Yeniliklər sürətlə köhnəlir. Sovet vaxtı üstün, elitar gəl...
ANL
Saatının zəngini səhər səkkizə qurdu. Səhər oyanıb, hər işini qoyduğu yerdən davam edəcəkdi. Hər şeyin nəzarətində olduğuna adı kimi əmin idi. Günəşin hər səhər şərqdən çıxıb, qərbdə batdığı kimi. Səhər həqiqətən oyandı. Amma telefonunun zənginə yox. Pişiyi stolun üstündəki fincanı salıb sındırmışdı. Bahalı olmasa da, ...
ANL
Əxlaq və siyasət. Bu suallar fəlsəfənin ümumi baxış çərçivəsində siyasət sahəsini də əhatə edir. İlkin olaraq əxlaq və siyasət məsələsinə tarixin mahiyyəti kontekstində baxmaq lazım gəlir. İnsanın şüurlu varlıq kimi həyatı anlaması və öz gələcəyini istiqamətləndirməsi baxımından tarix olduqca böyük əhəmiyyət kəs...
ANL
AKADEMİK TEYMUR KƏRİMLİ: "İNSANDA HƏYA HİSSİ YAXŞI ŞEYDİR, SİNİZMİN GENİŞ YAYILMASI PROQRESS DEYİL, DEQRADASİYADIR". Rubrikamızın budəfəki qonağının xüsusi təqdimata ehtiyacı yoxdur: AMEA Əlyazmalar İnstitutunun direktoru, AMEA Humanitar elmlər bölməsinin akademik katibi, ədəbiyyatşünas alim, akademik Teymur Kəriml...
ANL
Bu münasibətlə görkəmli sənətkarımıza səmimi təbriklərimizi, ən xoş arzularımızı ünvanlayır və onunla söhbət əsasında hazırlanmış yazını oxuculara təqdim edirik. Qapını açan kimi bir stəkan su içəydim, həyətimizdəki güllərin-çiçəklərin ətrini ciyərlərimə çəkəydim. O zamanlar ilin bu vaxtında Ağdamdakı evimizdə gül-gülü...
ANL
Karantin günlərinin tərəddüdləri. Koronavirus (COVID-19) pandemiyası səbəbiylə bir müddətdir, dünyanın hər yerində, o cümlədən, Azərbaycanda hökm sürən karantin rejimi insanların böyük əksəriyyətini işdən, çöldən, ictimai fəaliyyətdən xeyli uzaqlaşdırdı. Hər birimiz öz evimizdə, çevrəmizdən maksimum dərəcədə izo...
ANL
Ekranın simasına çevrilmiş tanınmışlar, sənətçilər, televiziya jurnalistləri arasında zəngin mütaliəli, dünyagörüşlü, ədəbiyyatı, incəsənəti, tarixi dərindən bilənlər təəssüf ki, çox azdır. Olanlar da adətən, gözdən uzaqdırlar. Amma onların arasında biri var ki, 20 ildən artıq televiziya ekranlarında olmasına rəğmən, b...
ANL
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Bunu hər şeydən əvvəl Boris Consonun şəxsi qələbəsi hesab etmək olar, son seçki əhalinin iradəsini onun düzgün anladığını sübut etdi və mövqeyinin xalqın əksəriyyəti tərəfindən qızğın müdafiə edildiyini göstərdi. Bu seçki həm də hökumətə breksit mandatını ...
ANL
Saçımdan işıq gəlir. həsrətim daşıb gəlir, yuxum qarışıq gəlir;. Sevdam məni buraxmır. yatmadığım bir gecə, görmədiyim bir yuxu;. iliyimə işlədi. buralardan gedirəm, sevdam məni buraxmır. Niyə belə solmusan. səninlə bir gündə doğulub, sevdam, olub sevdamızın yaşıdı könlüm;. illərdi yollarım daşa düyülür, payıza düyülür...
ANL
Qışdan qar qalmadı, qarı əridə, Qəlblərə bənövşə ətri dolmadı. Gətirdi özüylə dərdi-səri də, Bu ilin baharı bahar olmadı. Bu ilin baharı bahar olmadı, Novruz tonqalları çatılmadı da. Üzlərə təbəssüm, gülüş qonmadı, Evlərə heybələr atılmadı da. Dağlara, düzlərə yağan yağışlar, Dönüb göz yaşına qəlblərə axdı. Tanrıya dik...
ANL
Xiyabani Hərəkatı və Təbrizdə. Milli hökumət. İran tarixçilərinin gözü ilə. M.Xiyabaninin silahdaşlarından Əli Azəri "Təbrizdə Şeyx Məhəmməd Xiyabani qiyamı" əsərində yazırdı ki, İranın Baş Naziri Vüsuq-üd-dövlənin üsyançılara divan tutmaq üçün Azərbaycana göndərdiyi cəza dəstələri və polis təşkilatına rəhbərli...
ANL
Bir səhər baxıb gördüm, dörd yanım bomboşdur. Yüngülləşmişəm, elə bil. Özümə də təəccüblü gəldi ki, daha rahat nəfəs alıram. İlk dəfə ayaqlarımı uzadıb dincəlməyə başladım. Özüm kimi qoca yorğunluğu ağır yorğan kimi üstümdən atdım. Gözlərimi dörd açıb ətrafıma baxdım. Quşların cəh-cəhini dinlədim doyunca, yağışın şırı...
ANL
Şairlik - gecələri dan üzünə açmaqdır... ÖZBƏKİSTANIN TANINMIŞ ŞAİRİ VƏ İCTİMAİ XADİMİ MÜNƏVVƏR OSMANOVANIN PORTRET CİZGİLƏRİ. Azərbaycan-özbək ədəbi əlaqələri, daha dəqiq desək, hər iki ölkənin ədəbi-mədəni mühiti həmişə biri-biri ilə bağlı, qarşılıqlı münasibətdə olub. Biri-birindən öyrənmək, biri-birini tədqiq...
ANL
Viruslu günlər. Olub keçənləri bir daha xatırlayır. Sədaqət və xəyanət, sevgi və nifrət, insaf və mürüvvətsizlik, cəsarət və qorxaqlıq, hədyan və səmimiyyət, minnətdarlıq və naşükürlük – bunların hamısını gözünün önündə bir daha canlandırır, özünün harda və nə cür göründüyünün fərqinə varır, başqalarının onun həyatın...
ANL
Bir həsrətin sonu. "Koronavirus tətilləri"ndə çox şey üçün darıxdıq və hələ də darıxmaqdayıq. Bu isə mənim öyrəşdiyim kağız qoxusundan çox uzaqdır. Nəhayət, qəzet köşklərinin açılmasına icazə verdilər. Şənbə səhərini səbirsizliklə gözlədim. Səhər oyananda ağlıma gəldi ki, axı 65-dən yuxarını evdən çıxmağa qoymurlar. de...
ANL
Sosial şəbəkədə Şuşa xatiratları. May ayı girər-girməz çoxumuzun ilk xatırladığımız Şuşa olur. Azərbaycanın o gözəl, səfalı, fərqli təbiətə, sirli-sehirli tarixə malik Şuşa şəhərinin yoxluğu dönə-dönə bütün həqiqətlərilə gözlərimiz önündə canlanır. Taleyinə mənim kimi 1992-ci ilin 8 may işğalından sonra doğulmaq yazı...
ANL
Paytaxtda Heydər Əliyev Mərkəzinə ilk dəfə gedəndə əsas qapını tapa bilmədim. Mənim kimi rayonlardan tədbirə gedənlərin çoxusu qapını tapmaq üçün binanın ətrafında dolanırdı. Dayanıb gözlədim. Çatdıqdan sonra salamlaşıb dedi ki, hansı qapı olduğunu bilmirdim, dedim birgə gedək. Ağ muncuqlardan saçaqları olan saç sancağ...
ANL
İnsanlar ax; niyə darıxırlar ki? Nədən ötrü? Ürəyimin darıxmaq adlı qapısının cəftəsini çoxdan sındırıb gedər-gəlməzə göndərmişəm. Amma deyəsən, hamının darıxmağa nəyisə, kimisə var. Həkimim deyir ki, keçirdiyimiz qəzadan sonra belə olmalıdır, normaldır. Darıxacaqlarım hamısı hardasa keçmişdə qalıb - uşaqlıq da, gənc...
ANL
"Uğur qazanmağın kökündə. "İLK ADDIMI ATMAĞA ÇƏKİNMƏMƏK VƏ AYAĞA DƏYƏN İLK DAŞDAN QORXUB DAYANMAMAQ LAZIMDIR". "525"in suallarına sabiq millət vəkili, Azərbaycan Yaşıllar Hərəkatının təsisçisi Ceyhun Osmanlı cavab verir. "Uğur finişinə yalnız ən əzmkar olanlar çatır". - Ceyhun bəy, bilirik ki, ictimai fəaliyyətə çox ...
ANL
Elmi düşüncənin milli və bəşəri miqyası. PROFESSOR ƏSGƏR ZEYNALOVUN AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATINA TƏQDİM EDİLƏN ƏSƏRLƏRİ DÜNYA ƏDƏBİYYATŞÜNASLIQ ELMİNİN QİYMƏTLİ NÜMUNƏLƏRİDİR. Dünyanın bir çox ölkəsində geniş tanınan dəyərli Azərbaycan alimi, ədəbiyyatşünas və tərcüməçi, filologiya elmləri dokto...
ANL
Füzuli Sözünün heyranı. TANINMIŞ ƏDƏBİYYATŞÜNAS GÜLŞƏN ƏLİYEVA-KƏNGƏRLİNİN 50 YAŞINA. Dahi Füzulinin bir qəzəlindəki beytin mənası budur ki: Kölgə olan yerdən Günəş çəkilir, kölgəli yerə düşə bilmir. İnsan hərəkət etdiyi zaman kölgəsi də yerini dəyişir, Günəşin şüalarını yerdən rədd edir. Şair sevgilinin kölgəs...
ANL
Gözəllik Tanrının qadınlara verdiyi misilsiz hədiyyədir. Rəqs edən qadın obrazı insanı həmişə valeh edir. Xarakterik rəqslər mahnı ilə müşayiət olunanda sözlərin təsiri rəqsin elementləri ilə harmoniya yaradır, tamaşaçıya duyğulu anlar yaşadır. Hisslərin tərənnümü sözlərin təsirindən riqqətə gələn rəqsın incəliyi...
ANL
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Bunu hər şeydən əvvəl Boris Consonun şəxsi qələbəsi hesab etmək olar, son seçki əhalinin iradəsini onun düzgün anladığını sübut etdi və mövqeyinin xalqın əksəriyyəti tərəfindən qızğın müdafiə edildiyini göstərdi. Bu seçki həm də hökumətə breksit mandatını ...
ANL
Saçımdan işıq gəlir. həsrətim daşıb gəlir, yuxum qarışıq gəlir;. Sevdam məni buraxmır. yatmadığım bir gecə, görmədiyim bir yuxu;. iliyimə işlədi. buralardan gedirəm, sevdam məni buraxmır. Niyə belə solmusan. səninlə bir gündə doğulub, sevdam, olub sevdamızın yaşıdı könlüm;. illərdi yollarım daşa düyülür, payıza düyülür...
ANL
Qışdan qar qalmadı, qarı əridə, Qəlblərə bənövşə ətri dolmadı. Gətirdi özüylə dərdi-səri də, Bu ilin baharı bahar olmadı. Bu ilin baharı bahar olmadı, Novruz tonqalları çatılmadı da. Üzlərə təbəssüm, gülüş qonmadı, Evlərə heybələr atılmadı da. Dağlara, düzlərə yağan yağışlar, Dönüb göz yaşına qəlblərə axdı. Tanrıya dik...
ANL
Xiyabani Hərəkatı və Təbrizdə. Milli hökumət. İran tarixçilərinin gözü ilə. M.Xiyabaninin silahdaşlarından Əli Azəri "Təbrizdə Şeyx Məhəmməd Xiyabani qiyamı" əsərində yazırdı ki, İranın Baş Naziri Vüsuq-üd-dövlənin üsyançılara divan tutmaq üçün Azərbaycana göndərdiyi cəza dəstələri və polis təşkilatına rəhbərli...
ANL
Bir səhər baxıb gördüm, dörd yanım bomboşdur. Yüngülləşmişəm, elə bil. Özümə də təəccüblü gəldi ki, daha rahat nəfəs alıram. İlk dəfə ayaqlarımı uzadıb dincəlməyə başladım. Özüm kimi qoca yorğunluğu ağır yorğan kimi üstümdən atdım. Gözlərimi dörd açıb ətrafıma baxdım. Quşların cəh-cəhini dinlədim doyunca, yağışın şırı...
ANL
Şairlik - gecələri dan üzünə açmaqdır... ÖZBƏKİSTANIN TANINMIŞ ŞAİRİ VƏ İCTİMAİ XADİMİ MÜNƏVVƏR OSMANOVANIN PORTRET CİZGİLƏRİ. Azərbaycan-özbək ədəbi əlaqələri, daha dəqiq desək, hər iki ölkənin ədəbi-mədəni mühiti həmişə biri-biri ilə bağlı, qarşılıqlı münasibətdə olub. Biri-birindən öyrənmək, biri-birini tədqiq...
ANL
Viruslu günlər. Olub keçənləri bir daha xatırlayır. Sədaqət və xəyanət, sevgi və nifrət, insaf və mürüvvətsizlik, cəsarət və qorxaqlıq, hədyan və səmimiyyət, minnətdarlıq və naşükürlük – bunların hamısını gözünün önündə bir daha canlandırır, özünün harda və nə cür göründüyünün fərqinə varır, başqalarının onun həyatın...
ANL
Bir həsrətin sonu. "Koronavirus tətilləri"ndə çox şey üçün darıxdıq və hələ də darıxmaqdayıq. Bu isə mənim öyrəşdiyim kağız qoxusundan çox uzaqdır. Nəhayət, qəzet köşklərinin açılmasına icazə verdilər. Şənbə səhərini səbirsizliklə gözlədim. Səhər oyananda ağlıma gəldi ki, axı 65-dən yuxarını evdən çıxmağa qoymurlar. de...
ANL
Sosial şəbəkədə Şuşa xatiratları. May ayı girər-girməz çoxumuzun ilk xatırladığımız Şuşa olur. Azərbaycanın o gözəl, səfalı, fərqli təbiətə, sirli-sehirli tarixə malik Şuşa şəhərinin yoxluğu dönə-dönə bütün həqiqətlərilə gözlərimiz önündə canlanır. Taleyinə mənim kimi 1992-ci ilin 8 may işğalından sonra doğulmaq yazı...
ANL
Paytaxtda Heydər Əliyev Mərkəzinə ilk dəfə gedəndə əsas qapını tapa bilmədim. Mənim kimi rayonlardan tədbirə gedənlərin çoxusu qapını tapmaq üçün binanın ətrafında dolanırdı. Dayanıb gözlədim. Çatdıqdan sonra salamlaşıb dedi ki, hansı qapı olduğunu bilmirdim, dedim birgə gedək. Ağ muncuqlardan saçaqları olan saç sancağ...
ANL
İnsanlar ax; niyə darıxırlar ki? Nədən ötrü? Ürəyimin darıxmaq adlı qapısının cəftəsini çoxdan sındırıb gedər-gəlməzə göndərmişəm. Amma deyəsən, hamının darıxmağa nəyisə, kimisə var. Həkimim deyir ki, keçirdiyimiz qəzadan sonra belə olmalıdır, normaldır. Darıxacaqlarım hamısı hardasa keçmişdə qalıb - uşaqlıq da, gənc...
ANL
"Uğur qazanmağın kökündə. "İLK ADDIMI ATMAĞA ÇƏKİNMƏMƏK VƏ AYAĞA DƏYƏN İLK DAŞDAN QORXUB DAYANMAMAQ LAZIMDIR". "525"in suallarına sabiq millət vəkili, Azərbaycan Yaşıllar Hərəkatının təsisçisi Ceyhun Osmanlı cavab verir. "Uğur finişinə yalnız ən əzmkar olanlar çatır". - Ceyhun bəy, bilirik ki, ictimai fəaliyyətə çox ...
ANL
Elmi düşüncənin milli və bəşəri miqyası. PROFESSOR ƏSGƏR ZEYNALOVUN AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATINA TƏQDİM EDİLƏN ƏSƏRLƏRİ DÜNYA ƏDƏBİYYATŞÜNASLIQ ELMİNİN QİYMƏTLİ NÜMUNƏLƏRİDİR. Dünyanın bir çox ölkəsində geniş tanınan dəyərli Azərbaycan alimi, ədəbiyyatşünas və tərcüməçi, filologiya elmləri dokto...
ANL
Nəsrdə də uğurla. sınanan alim qələmi. MƏRHUM ƏDƏBİYYATŞÜNAS KAMRAN MƏMMƏDOV-DADAŞOĞLUNUN POVEST VƏ HEKAYƏLƏRİNDƏ MÜHARİBƏ MÖVZUSU MARAQLI BƏDİİ HƏLLİNİ TAPIB. Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri olan Kamran Məmmədov "Əbdürrəhim bəy Haqverdiyev", "Qasım bəy Zakir", "Nəcəf bəy Vəzirov", ...
ANL
Fransa Müqavimət Hərəkatının. iştirakçıları: Makinski qardaşları. İkinci Dünya müharibəsi. Bəşər tarixinin ən böyük silahlı münaqişəsi olan İkinci Dünya müharibəsi dünyanın iki nəhəng hərbi-siyasi koalisiyasının savaşı idi. Həmin dövrdə mövcud olan 73 dövlətdən 62-sinin qatıldığı bu müharibədə döyüşlər Avropa, A...
ANL
Sənədli hekayə. Bu gün biz məktəblilər Azərbaycanın gözəl diyarı olan Ağdam şəhərindən 11-12 kilometr məsafədə, dağətəyi düzənlikdə yerləşən, irili-xırdalı obalarla zəngin kəndlərindən birində - Çəmənli kəndində Böyük Vətən müharibəsi veteranları ilə görüşə getmişdik. Kənddə Böyük Vətən müharibəsində iştirak e...
ANL
Epidemiyada darıxan qoca. Bahar bu il daha gözəl gəlmişdi... Ağaclar yaşıl yarpaqlarını, ağ, çəhrayı çiçəklərini üzlərinə rübənd edib xəfifcə gülümsəyirdilər. Günəş işıqlarının gur qəhqəhələri otağın pəncərəsindən içəri təpilir, masanın küncünü, yerə sərilən xalçanın solğun saçaqlarını, qocanın çəliyinin ucund...
ANL
Diplomat və yazıçı Əli Səbri Qasımov. haqqında yeni elmi mənbə. Ümummilli lider Heydər Əliyevin müdriklik və uzaqgörənliklə qəbul etdiyi qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılandan sonra Muxtar Respublikada elmi mühit yeni mərhələyə qədəm qoydu, regionun hərtərəfli şəkildə ...
ANL
Ədəbiyyatşünaslıq elmimizin. unudulmaz fədakarı. 100 İLLİK YUBİLEYİ QEYD OLUNAN PROFESSOR ƏZİZ MİRƏHMƏDOV ELMİ-İCTİMAİ MÜHİTİMİZDƏ EHTİRAMLA YAD EDİLİR. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas, Milli Elmlər Akademiyası...
ANL
Kitab oxumağın zövqü. Viktor Hüqo deyirdi ki, kitabı müəllif yazır, onun aqibətini isə cəmiyyət müəyyənləşdirir. Təəssüf ki, bu gün kitabların aqibəti ürəkaçan deyil. Mütaliəsizlik dövrümüzün ən faciəvi problemlərindən birinə çevrilib. Hansı səbəbdən? Fikrimcə, başlıca səbəblərdən biri tənbəllik, "vaxtım yoxdur" bəha...
ANL
"Sosial şəbəkələrdən məcburiyyət. üzündən istifadə edirəm". Budəfəki müsahibimiz gənc ifaçı Seymur Xudiyev sosial şəbəkələrdən o qədər də razı deyil. Səbəbini izləyicilərinin sayının az olması ilə izah edir. İndiki dövrdə izləyicilərin daha çox bayağı mahnılara üstünlük verməsindən də gileylidir... Buyurun oxuyun, gör...
ANL
"Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi. günü" adlı virtual sərgi açılıb. Azərbaycan Milli Kitabxanası "Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi günü" adlı virtual sərgini təqdim edib. Kitabxanadan bildirilib ki, sərgidə ölkəmizdə əlil insanların sosial müdafiəsinin gücləndirilməsi, bu istiqamətdə həyata ...
ANL
Abuzər Xələfovla bağlı elektron. məlumat bazası təqdim olunub. Azərbaycan elminə, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan kitabxanaşünaslığının patriarxı, çoxminli kitabxanaçılar ordusunun ağsaqqalı, bu gün kitabxana sahəsində çalışanların demək olar ki, hamısının müəllimi, müəllimlər müəllimi Əm...
ANL