text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qurtuluşun yaxındır, Zəngəzur! Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru. Türkiyə Cümhuriyyəti Başbakanlığı nəzdində yaradılmış Dövlət Arxivində Osmanlı idarəçiliyi dövrünə - 1593-cü ilə aid "Gəncə-Qarabağ əyalətinin icmal dəftəri" saxlanılır, 200-ə qədər kəndin bir neçəsinin adı istisna olma...
ANL
Azərbaycan, gözün aydın... Səsimə səs verin dedim, Qarabağım əsarətdə, Kar qulaqlar eşitmədi, kor vicdanlar xəyanətdə. Sapı bizdən baltaların kəsiləndən əli-qolu, Xalq güvəndi öz gücünə, işıqlandı haqqın yolu. Güclərimiz birləşincə, Türkün gücü selə döndü, Şəhidlərin al qanıyla torpaq qızıl gülə döndü. Döndüm artıq öz...
ANL
1993-cü ilin yazında Azərbaycan Müdafiə Nazirliyinin "Azərbaycan ordusu" qəzetində hərbi jurnalist kimi xidmətdə olarkən qəzetimizin əməkdaşı Şamil Sabiroğlu və mən Füzuli cəbhəsinə ezam olunmuşduq. Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu da bizimlə idi. Şamil Sabiroğlu Zəngilan tərəfə getdi, Umud Rəhi...
ANL
Baş leytenant Fərrux cəbhəyə yeni gələn əsgərləri bir-bir nəzərdən keçirir, tanış olmağa çalışırdı. Başının ortasında bir topa saçı qızılı-sarı rəngə boyanmış qarayanız dəliqanlıya növbə çatdıqda baş leytenant soruşdu: - Adın nədir, oğlum, sənin? - Tokat Ziləli, komandirim (Tokat Zilə Türkiyənin Qaradəniz bölgə...
ANL
Tarixi dəyişən günlər. Azərbaycan məhz həmin gündən etibarən 28 ildən artıq bir müddətdə Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında olan tarixi torpaqlarını azad etməyə başlayıb. Qısa zaman kəsiyində Azərbaycan Ordusu erməni vandalizminin bütün dəhşətlərini yaşamış ərazilərimizdən Cəbrayıl və Fü...
ANL
Qurtuluşun yaxındır, Zəngəzur! Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru. 1920-ci illərdə Zəngəzurun Gorus, Sisian, Qafan, Mehri bölgələrindən sonra 1992-93-cü illərdə Azərbaycanda qalmış Laçın, Qubadlı, Zəngilan rayonları da dünyanı idarə edən xristian güclərin fəal, açıq hərbi-siyasi dəstə...
ANL
Mihən KƏRİMİ. Elə həmən kənddə də ibtidai təhsil alıb. Sonra isə Ərdəbildə orta məktəbi bitirib. Hüquq üzrə ali təhsil alıb və əmək fəaliyyətinə başlayıb. Ərdəbilin sərhədaşırı (beynəlxalq) radiosunda aparıcı və tərcüməçi kimi də işləyir. Ayrılığa qol çəkdi. Sürdü hökmün bu fələk, ayrılığa qol çəkdi, Səni məndən ayırı...
ANL
Oljas Süleymenov: “Azərbaycan rəğbət bəsləyirəmsə, bunu dərin səmimiyyətilə edirəm”. Qazaxıstanın və bütün türk dünyasının yaşayan əfsanəsi, tanınmış ictimai-siyasi xadim, diplomat, yazıçı, ölkəmizin “Dostluq” və “Şöhrət” ordenlərinin laueratı Oljas Süleymanov Azərbaycan Televiziyası vasitəsilə xalqımıza müraciə...
ANL
"Erməni faşizmi yırtıcı xislətli, ilan təbiətlidir". Müsahibimiz - yazıçı-publisist, ictimai xadim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranla da bu mövzuda söhbətləşdik. - Səyyad müəllim, Azərbaycandakı mövcud vəziyyəti, əhval-ruhiyyəni necə qiymətləndirərdiniz? Biz artıq məğlu...
ANL
Polşanın Azərbaycandakı səfiri Ədəbiyyat İnstitutunda olub. Polşa Respublikasının Azərbaycandakı səfiri Rafal Poborski və birinci konsul Bartoş Muşyaloviç AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu ziyarət ediblər. Görüşdə Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişaf tarixi, görülmüş işlər və gələcək perspek...
ANL
Naxır örüşdən təzəcə qayıdırdı. Adamlar mal-qarasını yerbəyer edirdi. Çiyni sənəkli qız-gəlin şən əhval-ruhiyyə ilə bulaq başına tələsirdi. Məscidlərin minarələrindən azan səsi gəlirdi. Möminlər axşam namazına hazırlaşırdılar. Güney məhəllədəki həyətlərin birində toy məclisi qurulmuşdu. Çal-çağır səsi kəndi başın...
ANL
Milli musiqimizin Qızıl Fondunda elə səslər qorunub saxlanır ki, onların yeri təkcə fondun yaddaşında bərqərar olmayıb. O səslərin ahəngi ilə ərsəyə gələn əsərlər dildən-dilə keçərək könüllərə yansıyıb, ürəkləri oxşayıb. Sanki insanların zövqü, ruhu bu səslərlə yoğrulub. Belə səs sahiblərindən biri də böyük sənə...
ANL
Afaq Məsudun dünya yazıçılarına müraciəti xarici mediada. Ukraynanın “Kievinform” informasiya agentliyi, Misirin populyar “Əl-Vəsilə”, “Dmc nyus”, “Əl-Bərraq nyus”, İraqın “İraq nyus” xəbər portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun dünya yazıçılarına müraciətini ingilis, ərəb və ukrain dillərində yayıb. AZƏR...
ANL
İlk müsəlman Respublikası. Cümhuriyyətinin qurucularından biri, Şərq dünyasında ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında məşhur Versal sülh müqaviləsində iştirak etmək üçün Fransaya gedən nümayəndə heyətinin tərkibində dövrünün tanınmış...
ANL
Vətən əsgəri. Yurda göz dikənin dərsini verdin, Yolunu azanlar qorxdu gücündən. Halal süfrəmizə Allah göndərən. Qorusan beşikdə yatan körpəni. Şərəf timsalıdı hünərli paqon, şərəf qoruyandı əsgər deməli;. Çiynində alışan o zərli paqon. Kim yolun azarsa, düşünsün dərin, ləkə sala bilməz növrağımıza! Silahın sinən...
ANL
Bu sürətli axarın içərisində çox həqiqətlərdən də, bütöv mənzərədən də dəqiqliyi ilə hali olmaq mümkünsüzdür. Böyük hadisələrsə onlardan aralandıqca, uzaq məsafədən, vaxtın hündürlüyündən baxdıqca daha aydın görünür. Bu günlərin gerçək və dolğun tarixçəsi bütün gərginlikləri, ayrıntıları, dərinliyi və əhatəsi il...
ANL
İlkin xristianlığın Azərbaycanda izləri. İşğala son qoyan kimi min illik biganəliyimizə də son qoyarıq. Bu biganəliyin ağır nəticələrindən tarixi dərs almaq üçün. Qafqaz Albaniyasına aid bütün abidələrə – ən ucqardakına, ən xırdasına qədər – yiyə durarıq, Qarabağın şəhər və kəndlərinin bərpası ilə paralel, onların d...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının qonağı Əməkdar rəssam Vüqar Muradovdur. Vüqar bəylə onun müəllifi olduğu "Şair" rəsmi haqqında danışmışıq. - "Şair"in yaranma tarixçəsi haqqında nə deyə bilərsiniz? - Əslində, bu rəsmi çəkərkən mənim əsas qayəm payızın rənglərini, abu-havasını vermək idi. Burada şair yox, payızı özü...
ANL
Yaxşı mühitdə yaşamağın düsturu - Müsahibə. Təhsil psixoloqu Hüseyn Həsənov:"Yaxşı mühitdə yaşamaq istəyirsənsə,o mühit üçün öz töhfəni verməyə də hazır olmalısan. Hüseyn Həsənov ingilis dili müəllimi, təhsil psixoloqudur. Həm moderatorluğu, həm dağçılıqla məşğul olması, həm də təhsil sahəsindəki fəaliyyəti ilə...
ANL
Bir aydır Vətənimiz damla-damla, addım-addım işğaldan azad olunur, başını qaldırıb gün işığına baxır, qəddini düzəldir. Əlverişli coğrafiyamıza, yeraltı, yerüstü sərvətlərimizə hər zaman xain əllər uzanıb və buna görə də torpaqlarımızda hər zaman qanlı müharibələr gedib. Savaşlarda qəhrəmanlarımız yetişib, sülh ...
ANL
Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində düşmən işğalından azad olunan yurd yerlərimiz sırasında Cəbrayıl rayonu və bu bölgənin onlarla kəndi də var. Müsahibimiz - tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri İsmayıl İmanzadə də Cəbrayıl rayonundandır və bu günlərdə o da doğma...
ANL
Musiqinin nəfəsi mahiyyətcə simfonikdir... Bu yaxınlarda Sankt-Peterburq Rusiya İncəsənət Tarixi İnstitutunda “Simfonizm məkanda və zamanda” adlı beynəlxalq konfrans keçirilib. Nüfuzlu musiqişünas-alimlərin iştirak etdiyi həmin elmi toplantında Azərbaycanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, ...
ANL
Fikrət Qocanın "Seçilmiş əsərləri"nin beş cildi nəşr olunub. Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Yazıçılar Birliyinin (AYB) birinci katibi, Dövlət mükafatı laureatı, Xalq şairi Fikrət Qocanın 85 illik yubileyi münasibətilə on cilddə nəzərdə tutulan "Seçilmiş əsərləri"nin beş cildi çap olunub. AZƏRT...
ANL
Pərvinin "Serpantin"işıq üzü gördü. Bu günlərdə yazıçı Pərvinin "Serpantin" adlı kitabı "Qanun" nəşriyyatında işıq üzü görüb. Nəşrin redaktoru Xəyalə Əfəndiyevadır, dizaynı Rafael Rzaya aiddir. "Serpantin"ə daxil olan hekayələr ayrı-ayrı vaxtlarda işıq üzü görən və müxtəlif dillərə tərcümə edilmiş mətnlərdir. Bunlar...
ANL
"Ermənistan başqa dövlətlərə olduğu kimi, Rusiyaya da xəyanət etdi". QAFAR ÇAXMAQLI: "ERMƏNİSTAN DÖVLƏT KİMİ ÇOX PERSPEKTİVSİZDİR, HƏR ZAMAN ONUN KİMİNSƏ HESABINA YAŞAMAĞI HƏDƏFLƏYƏN BİR XÜSUSİYYƏTİ OLUB". Müsahibimiz Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişüna...
ANL
Həmsədrlərin erməni sevgisinin tarixi kökləri. Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru. Müzakirələrdən sonra Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Rusiyanın adından bəyanat layihəsi hazırlanıb, səsverməyə çıxarılıb. Halbuki, ATƏT-in Minsk qrupu həmsədrləri həmin qətnamələrdə Erm...
ANL
Gileyli körpünün zəfər sevinci - Esse. "Çingiz xan gəlib buranı öz ölkəsinə qatıb. Əmir Teymur da gəlib belə eləyib. Təkcə Uzun Həsən o birliyə çalışıb. Bəs mənim doğulduğum, dilində danışdığım, şeir söylədiyim millət necə olub? Onların hamısı birləşib bir olmalıdı. Azərbaycan olmalıdı. Düzdür, bu tayfabazlıq hələ ç...
ANL
Mən hər gün kölgəndən keçirəm sənin, Hər gün ucalırsan başımın üstə. Hər cür döyüşlərə sən də hazırsan, Torpağımın üstə, daşımın üstə! Döyüşdə olmağa hazıram mən də, Döyüşdə ölməyə hazıram mən də! Layiqsən göylərdə dalğalanmağa, Günəş bayrağısan, Ay bayrağısan! Sən yerlər bayrağı deyilsən, haşa, Əcdadım Göy türkün göy ...
ANL
Kərim ƏHMƏDİAN. İlk və orta təhsilini bitirdikdən sonra, "Sənət ürətimi" sahəsində ali təhsil alıb. Bu günə kimi çeşidli formalarda (qoşma, qəzəl, gəraylı və sərbəst şeir) şeirlər qələmə alıb. Dənizlə üz-üzə sevgimi açdım, Dalğalar üstünə yazdım adını. Ləpələr utandı göz yaşlarımdan, Heç bal da vermədi şirin dadını. Ə...
ANL
Tanıyaq və tanıdaq: Kərim Əhmədian. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnək...
ANL
Milli Kitabxanadan “Məhəmməd Hadi” virtual sərgisi. XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi ədəbiyyatımız tarixində şərəfli yer tutur. O, milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi tənqidi əsərlərində əsaslandırmı...
ANL
Dünya ədibləri ermənilərin Gəncə və Bərdə terrorlarına dair bəyanat yayıb. ABŞ, Rusiya, Hindistan, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Şimalı Makedoniya, Moldova, İslandiya, İspaniya, İraq, Gürcüstan və Azərbaycanın bir qrup tanınmış qələm adamı Ermən...
ANL
EYNULLA MƏDƏTLİ: "DOSTLUQ VƏ QARDAŞLIQ ƏLAQƏLƏRİMİZ HƏM ETNİK KÖKLƏRDƏN VƏ MƏNƏVİ-DİNİ BAĞLILIQDAN, HƏM DƏ SİYASİ-HƏRBİ YAXINLIQDAN QAYNAQLANIR". Qarabağ münaqişəsi, Haqq Savaşımız Azərbaycana həm də dost-düşmənini tanımaq baxımından fürsət yaratmış oldu. Bu xüsusda biz Türkiyəylə yanaşı, bir sıra ölkələrin də...
ANL
Səngərdəki səs. Restoranın geniş və rahat xüsusi zalında oturub böyük bir şövqlə yeyib-içən bu adamların kefləri kök, damaqları çağ idi. Deyib-gülməklərinin ardı-arası kəsilmirdi. Sağlıq deyir, qədəh qədəhə toqquşdurur, içkilərini içir, içəndən sonra da ləzzətlə öpüşürdülər. Zalın bir küncündə milli musiqi alətlə...
ANL
Qələbəyə tükənməz inam. İNDİ HƏR BİRİMİZ QARABAĞDAN DANIŞMALI, ƏSGƏRLƏRİMİZİ ÇOX YAXINDA OLAN BÖYÜK QƏLƏBƏYƏ DAHA DA RUHLANDIRMALIYIQ... Bu günlərdə Gənc Tamaşaçılar Teatrının "Əsgərə salam" adlı iki video-müraciəti internet resurslarda və sosial şəbəkələrdə yayıldı. Hər kəsə bəllidir ki, bu teatrın repertuarı...
ANL
Peyğəmbərin məqbərəsində qətl. Nə bilim, sən də qaçaq-quldurluxnan məşğuluymuşsan... Abdal Qasımın canı ağzından bu sözlər qarışıq çıxdı, nahaq dünyanın dalından dəyib, haqqa yollananda da məzələnməyindən qalmamağı haya yığışanları bir az da kövrəltdi, atını səyirdib güclə aradan çıxan şahsevənli qaçaq, Qasımı gec tan...
ANL
Qəzetin baş redaktoru, qələm dostum Vaqif Bəhmənli bu yazını "Fəryad" adlandırmışdı. Essenin son abzasını bu gün arzumun gerçəkləşməsi kimi burada təkrar etmək istəyirəm: "Bizim yaşamağa o zaman haqqımız olacaq ki, müzəffər ordumuzla Xankəndinin içindən keçib Şuşa qalasına girəcəyik! Bu gün Ali Baş Komandan İlh...
ANL
Pandemiya, ədəbi intellektuallıq və ədəbiyyatda yaşamaq formulu. İnsanlarda xüsusən də dünyanın gələcəyi ilə bağlı pessimist ovqat yarandı. Karantin günlərində evdə qalan insanlar mütaliə ilə, film seyr etməklə günləri yola verirdilər. Yazıçılar təkliyə, evdə qalmağa öyrəşən sənət sahibləridir. Yazıçıların işi yaz...
ANL
Bu gün Azərbaycanın syrı-ayrı bölgələrində nəşr olunan mətbu orqanları ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri sırasında önəmli yer tutur. Bu qəzetlər mərkəzi mətbuat orqanları ilə çiyin-çiyinə milli dəyərlərimizin, dövlətcilik ideyalarının təbliğində, əhalinin maarifləndirilməsində, mühüm informas...
ANL
Vətən oğlu. Otuz ilə yaxın vaxtdır. Havadardan güc alaraq, Yağı düşmən at oynadır. torpağımda, Çək hesabı vətən oğlu. Türk dünyası ayaqdadır, Tarix sanki təkrar olur, Türk oğlunun qanı coşur, Kəsməyəcək tək qulağın, Kəsəcəkdir əl-ayağın. Qovulacaq yağı düşmən, Babək kimi sərkərdəmiz, Tomris kimi anamız var. Kəs başını ...
ANL
"Gözümə Qarabağ torpağı tökün". Gözümə Qarabağ torpağı tökün. Gözümə Qarabağ torpağı tökün, Yad torpaq gözümü yuması deyil. Bir ömrə bərabər illər itirdim, Bayatı qoxuyan dillər itirdim. Elə səpələndim - ellər itirdim, Gözümə Qarabağ torpağı tökün. Canımı alanda üzü güləcək, Gözümə Qarabağ torpağı tökün. Xalçalı, kilim...
ANL
Məhəmməd Hadinin əsərlərinin ikinci cildi nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Məhəmməd Hadinin əsərlərinin ikinci cildi işıq üzü görüb. Kitab Prezident İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli "Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında Azər...
ANL
Səyyad Aranın Qarabağ barədə. romanı Türkiyədə çapdan çıxıb. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan kitabının dünyaya tanıdılması" layihəsi üzrə seçmə ədəbi nümunələrimizin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir. Layihə üzrə tanınmış yazıçı-publisist...
ANL
Zəfər bizim zəfərdi. Qəhrəman şəhid zabitimiz Səid Nofəloğlunun ölümsüzlüyünə. Yadlar əyləyə bilməz, kəhər, bizim kəhərdi. Özgələri götürməz. yəhər, bizim yəhərdi. Qaranlığı qaçılan, işıq kimi saçılan, ağ günlərə açılan, səhər, bizim səhərdi. Orda bizi səsləyən, yolumuzu süsləyən, hər an bizi gözləyən. şəhər, bizim şəh...
ANL
Şuşadanmı gəlirsən? Qarabağ döyüşçüsü, Alakollu Ruslan İmanquliyevə həsr olunur. Şuşadanmı gəlirsən, Azərbaycan əsgəri?.. Qoy öpüm palçıqlı çəkmələrindən, Yoxsa yağış yağıb Şuşaya dünən?
ANL
İndi zəfər çağıdır. Azərbaycan mərd oğullar yurdudur, Dünya görür, ordum necə ordudur! Zəfər sevindirir xalqı doyunca, Yürüş etdik uca dağlar boyunca, Göydən hənir gəldiyini duyunca. Düşmən qaçır, qalan boş papağıdır. Türk qardaşım bir dağ kimi dayandı, Haqq niyyəti, qətiyyəti bəyandı, Haqsız dünya silkələndi, oyandı,...
ANL
"Qələbə yollarında" silsiləsindən. mərmi timsallı. Sözümdən. tonqal çatacağam. İsinə bilsinlər. Əlimdə tutduğum. Donub boğazlarda. qəfildən bir bayraq. çırpınıb qanadlanır. Millətin, Cümhuriyyətin. Üçrəngli bayrağa! gözlərində qaldımı şəklim? azad etdiyin torpağa! qəlbən sevdiklərinin. ayaq altındakı. coşdu...
ANL
Ay-Günəş istəyirlər, Nur ələnsin cahana. İstəyirlər gül, çiçək. Ətri çöksün hər yana. Raketləri, topları. Tanrıdan gələn səsdi: - Qıymayın uşaqlara! Uşaqları gül üstə. Kəpənəklər gözləyir. Səkilərdə gəzişən. Göyərçinlər səsləyir. Bülbüllər, qaranquşlar. Şux nəğmələr bəsləyir. Bu rəngarəng dünyanı, Boyamayın siz qara. A...
ANL
Ön cəbhədə vuruşan bacım oğlu. Azərbaycan əsgərlərinə. Günəş tellərini yandırıb yaxmaz, Anan namaz üstə, səcdədən qalxmaz, Yağmurlar dayanar, şimşəklər çaxmaz, Su kimi get, oğul, su kimi qayıt. Ədalət sevəndir o böyük Allah!
ANL
Haqq Savaşımızla tarixin qızıl səhifələri yazılır. Qədim tarixə, zəngin mədəniyyətə, yeraltı və yerüstü sərvətə, əlverişli geopolitik mühitə malik olan Azərbaycan zaman-zaman bədnam qonşuların basqınlarına, xalqımız kütləvi qətllərə məruz qalıb. Əsrlərlə davam edən bu ədalətsiz müharibələrdə xalqımız saysız-hesa...
ANL
Mahir Həmzəyev Litva radiosunda çıxış edib. Litvada yaşayan soydaşımız, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev yerli LRT radiosunda çıxış edib. LRT radiosu ilə yayımlanan verilişində iştiraka razılıq verərkən bu günlər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda gedən hərbi əməliyyatlar barədə fiki...
ANL
Litva rəhbərliyinə Ermənistanın işğalçı siyasəti ilə bağlı müraciət ünvanlanıb. Litva Azərbaycanlıları Cəmiyyəti və Litva-Azərbaycan Assosiasiyası, Azərbaycan və Ermənistan arasında hazırda davam edən hərbi münaqişəyə Litvanın dövlət və hökumət rəhbərləri tərəfindən adekvat reaksiyanın verilməsi, qəsbkar Ermənistan döv...
ANL
"Bakı üçün darıxmışam, uzun müddətdir Azərbaycana gəlmirəm". TÜRKİYƏLİ KİNOREJİSSOR VƏ RƏSSAM MƏTİN GÜNGÖR: "SƏNƏT HƏYATIM RƏSMLƏ BAŞLAYIB, FİLMLƏ NƏTİCƏLƏNDİ". Mədəniyyət bağı. Hər halda çoxumuzun dünyaca məşhur "Harry Potter" və "Da Vinçi şifrəsi" filmlərindən xəbəri var. Maraqla izlədiyimiz və bir çox mükafatlara la...
ANL
Fauna və florasının zənginliyi ilə seçilən Zəngəzur Milli Parkı. Azərbaycan Prezidentinin 2003-cü ildə imzaladığı sərəncamla Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılıb. Elə həmin ildə də Milli Parka akademik Həsən Əliyevin adı verilib. Prezidentin 2009-cu ildəki müvafiq...
ANL
Hər qala cəbhə deyil, tövhiddi dörd yanı elmin. Tövbəsiz başlayanın tövhidə bağlantısı yox, Hər qəhər tövbə deyil, fəryaddı ilk anı elmin. Sanma hər müdafiə elmi addır, dərəcədir, Hər titul rütbə deyil, təvazödü şanı elmin. Elm haqdır, belini batilin haqq qırmalıdır, Hər zədə zərbə deyil, coşsun gərək qanı elmin. Məbud...
ANL
"Müəllim uşağın ikinci valideyni hesab olunur". "GREEN START ACADEMY"NİN RƏHBƏRİ AYSEL RƏSULZADƏ: "AİLƏDƏKİ TƏRBİYƏ SİSTEMİ ELƏ QURULMALIDIR Kİ, MÜASİR DÖVRÜN SAĞLAM VƏTƏNDAŞINI YETİŞDİRMƏK MÜMKÜN OLSUN". Bütün xalqların, cəmiyyətlərin öz dəyər meyarlarına görə problem və qayğıları da fərqli olur. Amma deyə bilərik ki,...
ANL
Ərəfə - Almaz Bəyazidin hekayəsi. Altmış yaşımın tamamından cəmisi üç ay keçirdi. Texniki səhv ucbatından şəxsiyyətimi təsdiq edən vəsiqəmi Asan Xidmətdə dəyişdirməli oldum. Kiçik ölçülü, mavi rəngli, parlaq kardon parçasından mənə baxan şəklimdə gəncliyimdən əsər-əlamət qalmayan, ağ saçlarım, kiçilmiş və ət çuxuruna d...
ANL
Qısqanmayan qadının nağılı. Dünya şöhrətli insanlara baxanda və ya onları araşdıranda düşünürük ki, bu həyatda hər şeyə sahibdirlər. Belə insanların kimisə qısqanmağı bizə ya gülməli gəlir, ya da mümkünsüz. Fikirləşirik ki, qısqanclıq, paxıllıq belələrinin həndəvərindən belə keçə bilməz. Amma çox tez-tez unuduruq ki, n...
ANL
2018-ci ildə Türkiyədə "Dərgah Yayınları"nda Azərbaycan, Türküstan, İdil-Ural, Krım, Şimali Qafqaz - bir sözlə, Türk dünyasından Türkiyə Cümhuriyyətinə mühacirət etmiş şəxslərin həyat və fəaliyyətini araşdıran dəyərli Ömər Özcanın "Bir Vətəndən bir Vətənə" kitabı nəşr olunub. Kitabın adının altındakı yazı başlıca mövzu...
ANL
BİR DAHA "ƏDƏBİ DÜŞÜNCƏLƏR" HAQQINDA. "Ədəbi düşüncələr"in Azərbaycan dilindəki ilk nəşrinə yazdığım kiçik ön sözdə həmin kitabın mənim üçün tamamilə gözlənilməz bir hadisə olduğunu demişdim. Dediklərimi təkrar etmək istəmirəm və yalnız bir cəhəti bir daha vurğulamağı lazım bilirəm ki, kitaba toplanmış ədəbi qeydlərdə ...
ANL
Üzeyir Hacıbəylinin yubileyi virtual məkanda qeyd olunub. 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Üzeyir Hacıbəyli: Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi" adlı elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası "Rəsmi ...
ANL
Milli Kitabxana beynəlxalq videokonfransda iştirak edib. M.F.Axundzadə adına Milli Kitabxana "Kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması üzrə xidmətlərin göstərilməsi" mövzusunda videokonfransa qatılıb. Konfransda "Kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması" sistemində kitabxan...
ANL
Bolqarıstanda "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb. Türk Dünyasının dahi şəxsiyyəti, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, musiqişünas alim, publisist, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli anadan olmasının 135 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azər...
ANL
Tarixçə. Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir. Bu ...
ANL
Azərbaycan xalçaçılıq sənətinin bilicisi. QÜDRƏT HİDAYƏT TÜRKHANIN 1968-Cİ İLDƏ LONDONDA NƏŞR OLUNMUŞ "İSLAM XALÇALARI" KİTABI HAQQINDA QEYDLƏR. Avropa arxivlərində nə axtarsam, mütləq Azərbaycandan bir səsə, bir rəngə rast gəlirəm. Bu tanış izləri böyük maraqla təqib edirəm və ölkəmizin xarici ölkələrdə iz qoymasına, ...
ANL
Nyutonun pişikləri. Deyilənə görə, dahi fizik Nyutonun biri böyük, o biri balaca iki pişiyi varmış. Onların həyətdən evə girmələri üçün Nyuton ev qapısının aşağı tərəfində iki deşik açmışdı - biri böyük pişik üçün böyük deşik, o biri də balaca pişik üçün balaca deşik. Beləliklə, hər pişik özünə aid deşikdən keçib evə g...
ANL
Güneydəki ana dilli ədəbi irsimizin unudulmaz tədqiqatçısı. MƏRHUM PROFESSOR HÜSEYN HƏŞİMLİNİN GÜNEYLİ ŞAİR SƏİD SƏLMASİ HAQQINDA ARAŞDIRMALARI MÜHÜM ELMİ DƏYƏR KƏSB EDİR. Naxçıvan elmi mühitində Cənubi Azərbaycana dair araşdırmaların əsas istiqaməti cənublu ədəbi simaların mühiti, həyatı və ədəbi irsi, Cənubi Azərbayc...
ANL
Pandemiya insanlarda daha çox hansı psixoloji problemləri üzə çıxardı? PSİXOLOQ KƏNAN RƏHİMOV: "KARANTİN DÖVRÜNDƏ İNSANLARDA ƏN ÇOX PANİK ATAK VƏ DEPRESSİYANIN KÜTLƏVİ HAL ALDIĞINI MÜŞAHİDƏ ETDİM". Pandemiya ilə bağlı sərt karantin dönəmində insanlar həm maddi, həm psixoloji olaraq çətin günlər keçirdilər. Həmin dönəmd...
ANL
Gələcəyimiz təməli möhkəm olan uğurlu təhsildən asılıdır. Bu yolda övladlarımıza elmin sirlərini ilk olaraq məktəbdə öyrətməyə başlayan fədakar müəllimlərimizin zəhməti çox önəmlidir. Elmin başlanğıcı idrak, idrakın başlanğıcı səbrdir deyiblər. Xalqımız istedadlı və zəhmətsevər xalqdır. Bu istedadın təməlini məktəbdə ç...
ANL
Musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir. Camil Silvestre tərəfindən deyilmiş bu fikrin nə qədər həqiqətə uyğun olduğunu bir gənc riyaziyyatçı kimi təsdiq edə bilərəm. Həqiqətən də musiqi dərin məna kəsb edən bir fəlsəfədir. Hər kəs musiqini öz təfəkürünə uyğun şəkildə qavraya...
ANL
Azərbaycanda rusdilli təhsil: gerçəklik, yoxsa eyforiya? Hər bir dövlətin istər siyasi, istərsə də sosial-iqtisadi və strateji gücünün təməlində elm və təhsil sisteminin nə dərəcədə mükəmməl və rəqabət dayanıqlılığı durur. Təbii ki, bu dayanıqlılıq bir tərəfdən təhsilin keyfiyyəti ilə xarakterizə olunursa, digər tərəfd...
ANL
Canlı dekorasiyada ilk tamaşa Şamaxıda nümayiş etdirilib. Sentyabrın 18-də Şamaxı rayonunda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi "Sara" adlı yeni tamaşanın premyerası baş tutub. "Sara" tamaşası şifahi xalq ədəbiyyatı nümunələrindən sayılan "Apardı sellər Saranı" x...
ANL
"Çapar" dərgisinin xüsusi sayı Rais Rəsulzadəyə təqdim edilib. "Çapar" tarix dərgisinin Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin vəfatının 65-ci ildönümünə həsr edilmiş xüsusi buraxılışı nəşr olunub. Dərgidə Azərbaycanın tanınmış alimlərinin - Ramiz Abutalıbov, Vilayət Quliyev, Ədalət Tahirzadə, Nə...
ANL
"Beynəlxalq Sülh Günü" adlı virtual sərgi hazırlanıb. Sentyabrın 21-də qeyd olunan Beynəlxalq Sülh Günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Beynəlxalq Sülh Günü" adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Bu barədə Milli Kitabxanadan məlumat verilib. Qeyd olunub ki, virtual...
ANL
Azərbaycan filmi beynəlxalq mükafata layiq görülüb. Türkiyənin tarixi Kapadokya bölgəsində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında Bakı Media Mərkəzinin istehsalı olan film ölkə nominasiyası üzrə "Gold Award" - "Qızıl Mükafat"a layiq görülüb. "My Country-Azerbaijan" - "Mənim Ölkəm- Azərbaycan" adlı tanıtım fi...
ANL
"Azərbaycanda əvvəllər istedadlı dulusçular çox olub". ONLARDAN SONRA BİZ BU SƏNƏTİ İNKİŞAF ETDİRMƏMİŞİK". Kölgədə qalan sənətlər. Rubrikamızın budəfəki qonağı 2005-ci ildən dulusçuluq sənəti ilə məşğul olan Cəfər Quliyevdir. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına peşə məktəbində keramika ixtisası üzrə təhs...
ANL
Hörmətli Şahanə xanım! deməyimiz də, məncə, yerinə düşərdi. Yazılarınızı sevə-sevə oxuyuram. Sizin də qeyd etdiyiniz kimi, "Sevgiylə yazdığımız, həvəslə göndərdiyimiz, həyəcanla cavabını gözlədiyimiz, kimin məktubu daha rəngarəng, kimin məktubu daha bəzəkli, kimin məktubu daha fərqlidir deyə öz içimizdə müqayisələr apa...
ANL
“Film çəkmək üçün bir il qarın yağmasını gözlədim”. Rejissor və minimalist şair Amil Amal həmsöhbətimizdir. - Məncə, səndə olan minimalizmi təkcə şair tərəfinə yox, həm də rejissor tərəfinə aid etmək olar. Nədir bu minimalizm sevdası? Mən nəinki sənətdə, elə həyatda da minimalistəm. Bu, mənim həyat fəlsəfəmə çevrildiyi...
ANL
BAKININ 15 SENTYABR QURTULUŞU YOLUNUN GƏNCƏ EPİZODLARI. Gəncənin lap mərkəzində, sovetdən bəri yerli deyimlə "qlavnı" adlandırılan, tarixi Sofulu məhəlləsində, hazırkı İsrafil Məmmədov küçəsinin ikinci döngəsində bir evin qarşısına vurulmuş iri, mərmər lövhə burdan keçən hər kəsin diqqətini çəkir. Yəqin Azərbaycanda ev...
ANL
"Nurəngiz xanımın əsərində yazıçı üçün çox vacib olan keyfiyyətlərdən birinə - səmimiyyətə söz ola bilməz" - bu, Xalq yazıçısı Mirzə İbrahimovun fikridir. "Biz durduqca, bizdən sonra gələn nəsillər durduqca ölməz şairəmizin sözü, şeiri həmişə yaşayacaq" - bunu Xalq yazıçısı Anar deyir. Akademik İsa Həbibbəyli onun yara...
ANL
Sentyabrın 22-də Azərbaycan xalqının igid övladı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Prezidentinin "Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları t...
ANL
"Azərbaycan" jurnalının yeni sayı çıxıb. Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı "Azərbaycan" jurnalının 5-6-cı sayı işıq üzü görüb. Jurnal Xalq şairi Rəsul Rzanın 110 illik yubileyinə həsr olunmuş xüsusi bölmə ilə açılır. Bölmədə Əhməd Qəşəmoğlunun "Rəsul Rza" poemasından parçalar və Eşqanə Babayevanı...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə ilk addımları atmasından artıq yüz ildən artıq vaxt keçir. XX əsr mövcud imperiyaların dağılmasını, Azərbaycanın Müsəlman Şərqində ilk respublika formasında (Müsəlman Şərqinin ilk Cümhuriyyəti) dövlət müstəqil...
ANL
Pedaqogika elmləri doktoru, professor Mönsüm Alışovun "Təhsil və cəmiyyət" üçcildliyi nəşr olunub. "Adiloğlu" nəşriyyatında işıq üzü görən üçcildliyin I cildi "Təhsil quruculuğu-hədəflər, nailiyyətlər, problemlər", II cildi "Təhsil və mədəni-intellektual inkişaf", III cildi isə "Təhsil islahatının dinamikası" adlanır. ...
ANL
Litva yazıçısı və Pozitivistlər Klubunun təsisçisi Yaronimas Lautsüs həm də Belarus Yazıçılar Birliyinin üzvü, "Tri zvyozdoçki" nəşriyyatının baş redaktorudur. Onun miniatür janrında yazdığı əsərlər dünyanın bir çox dillərinə tərcümə olunub. Azərbaycan dilinə isə həmin əsərlərdən nümunələri ilk dəfə Flora Naci çevirib ...
ANL
Elmə və alim adına sədaqət nümunəsi. Solmaz xanım Rzaquluzadənin ölüm xəbəri onu tanıyan və sevən hər kəs kimi, məni də ağrıtdı. Elmə 50-ci illərin ortalarında gəlib Azərbaycan fəlsəfəsinin elm kimi yaradılmasının başlanğıcında duran, bütöv bir epoxanı təmsil edən filosoflar nəslinin sonuncu nümayəndələrindən daha biri...
ANL
Azərbaycanda peşə təhsilinin yeni yüksəliş mərhələsi. "Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri, əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr...
ANL
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 70 yaşında. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbi...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə ilk addımları atmasından artıq yüz ildən artıq vaxt keçir. XX əsr mövcud imperiyaların dağılmasını, Azərbaycanın Müsəlman Şərqində ilk respublika formasında dövlət müstəqilliyinin bərpa edilməsini və onu əhatə...
ANL
Tanıyaq və tanıdaq! Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədə...
ANL
Şeirə-sənətə marağı ata ocağında eşitdiyi saz musiqisi və ana dilində oxuduğu nəşrlərdən başlayıb. Nəsr də yazır, "Sarayın kəbini" adlı hekayəsi festivalda birinci mükafata layiq görülüb. Hər gün o küçədir gəldigim yollar, Ayaq izlərinin xətrinə görə. Köhnə həyatımdan təzə günümə, Nisgil eylədiyin ətrinə görə. Hər gün ...
ANL
O gün çox erkən çəkildi otağına. Yorğanını açıb yerinə səssizcə uzandı. Sonra yorğanı büsbütün başına çəkdi. Gözlərini yumdu. Gözünün kənarından bir damcı yaş süzülüb, incidən bir xal kimi bəzədi gül yanağını. Sonra da yuvarlanıb yastığının üstünə düşdü. Yastığın cimcimə güllərdən olan naxışlarının arasında gözdən itdi...
ANL
Sözə, şeirə heyranlığımı xatırlayanda, yadıma təxminən 60 il uzaqlıqda qalmış bir yaz günü düşür. Həmin ilin yazı nədənsə gecikmişdi və ağaclar da gec çiçəkləmişdi. Və mən bağçamızda ağ çiçəklərə bürünmüş bir gilas ağacının altında oturub "Ana dili" kitabından bir şeiri oxuyurdum: Səhər çağında, Gilas bağında. Uçurdu b...
ANL
Sadəliyin zirvəsi... Dünya təsadüflərlə doludur. Təsadüfən kim isə məni gecə, yuxunun ən şirin vaxtı qəfil silkələyib yatağımdan qaldırıb dünyanın ən gözəl insanının adını soruşsa, təbii ki, ilk ağlıma gələn onun adı olar... Bir gün kimsə qarşıma keçib məndən dünyanın beş ləyaqətli kişisinin adını çəkməmi tələb etsə, h...
ANL
Sabir satirasinda özünütanima və milli kimlik. III məqalə. Ədəbi düşüncədə milli özünüdərk problemləri. Bir əsrdə iki dəfə müstəqilliyini qazanmış Azərbaycan xalqı buna qədər böyük bir milli özünüdərk prosesindən keçib. Zaman-zaman xalq bu mərhələlərdən keçərək milli özünüdərkin ən yüksək səviyyəsinə çatıb və dövlətçil...
ANL
Əhmədiyyə Cəbrayılov haqqında videosərgi hazırlanıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Prezident İlham Əliyevin "Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında" imzaladığı Sərəncamına uyğun olaraq İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Mü...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə ilk addımları atmasından artıq yüz ildən artıq vaxt keçir. XX əsr mövcud imperiyaların dağılmasını, Azərbaycanın Müsəlman Şərqində ilk respublika formasında dövlət müstəqilliyinin bərpa edilməsini və onu əhatə...
ANL
52 yaşlı müəllim yenidən universitetə qəbul olundu. ŞƏFA ƏHMƏDOVANIN KARYERA HEKAYƏSİ. Müəyyən yaş həddini keçmiş insanların ali məktəbə qəbul olunması, yenidən təhsil almaq istəyinə düşməsi bizdə adətən qeyri-adi hadisə kimi qarşılanır. Halbuki belə insanlar təhsildə sərhədin olmadığını, olmamasının doğruluğunu hər də...
ANL
İşığınız yanacaq... İşıqları sönməz evlər, İşığınız nədən söndü! Kərpic-kərpic hörənlərin. Üzü sizdən nədən döndü! Qapıları bağlı evlər, Açarınız dam üstədi. Susuzluqdan bağlarınız. Yalsızlıqdan itləriniz. Can üstədi. Kol-kos basmış yolu-izi, Ayaqlayıb keçən yoxdu. Təmizləyib seçən yoxdu. Həyət-baca payızda da. Qovuşma...
ANL
Mürəkkəbi qurumamış bu şeirin. İndi cırıb küləklərə verəcəm. Gülməyim yox, məni Allah güldürsün! Qoy ildırım çaxsın, məni öldürsün, Mən odumu şimşəklərə verəcəm! Qara-qara düşüncələr içində. Var-yoxumu vərəqlərə verəcəm! Allahım, bu günə şükür, Yağışlar göydən nur tökür, Gecə adam iplə çəkir, Gündüzlərə salam olsun! İn...
ANL