text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Gülüşü üzündə don vuran qadın. Necə əzab çəkib, necə dözmüsən, Ömrünə-gününə can verən qadın. Qürurlu görsənib saxta gülmüsən, Gülüşü üzündə don vuran qadın. Sevəndə sevmisən hamıdan gizlin, Baxışların qorxaq, gözlərin sezgin. Ayrılıq oduyla aldın əvəzin, Gülüşü üzündə don vuran qadın. Çox şey istəmədin axı həyatdan, Ü...
ANL
Gənc şair Gülnar Ümidin imzasını qəzet və dərgilərdən tanıyıram. Bir kitab təqdimatında da özüylə tanış olmuşdum. Bu yaxınlarda bir neçə şeirini mənə göndərmişdi. Gülnarın şeirlərində də gəncliyin ayrılıq, həsrət iztirablarını ifadə edən notlar əsas yer tutur. Lakin poeziyanın çətin yollarında şairə xas olan əsas məsəl...
ANL
Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr. Ellinlər Avropa xalqlarının elmində, incəsənətində və ədəbiyyatında pozulmayan iz qoymaqla, qüdrətli sivilizasiya yaratmışdılar. Qədim Yunanıstanın mədəniyyəti - mifologiyası, fəlsəfəsi, inşaat və təsviri sənət sahəsindəki bilikləri hər bir adi təhsil...
ANL
Berqmanın teatr əzabları. Amma sonralar yazdığı xatirələrindən oxuyuruq ki, Berqman cavan olmayan o hədsiz istedadlı aktrisanı naxoş xatirələrlə yadına salır. Və buna görə özünü həmişə haqlı sayırdı. Məsələn, teatrın vacib siması olan bu naməlum qadın Berqmanın həddən artıq təmizkarlığına lağ edir, onu məsxərəyə qoyurd...
ANL
Geyilməmiş ayaqqabı. "Uşaq ayaqqabıları satılır. Geyilməmiş". Bu gün səhər gözəl açılmışdı onun üçün. İl yarımlıq işsizlikdən sonra keçən ay şirkətlərin birində mühasib kimi işə başlamışdı və bu gün ilk maaşını alacaqdı. Bu maaşa nə qədər ehtiyacı vardı onun... Uzun müddətdi, evinə doğru-düzgün bazarlıq etməmişdi. İşi ...
ANL
Gülüstan Əliyeva: "Son illər gənclərimizin vətənpərvərlik ruhu daha da yüksəlib”. Müsahibimiz Əməkdar artist, dosent Gülüstan Əliyevadır. Gülüstan xanımla son ayların karantin mühiti, bu dövrdə insan münasibətləri barədə başladığımız söhbətin əsas mövzusu gənc nəslin milli mənlik şüuru, vətənpərvərlik hisslərinin inkiş...
ANL
Kamilliyə gedən yolun postmodern şərhi: Fəxri Uğurlunun hekayələri. Yaradıcılığının ilkin etapında modern nəsr nümunələri ilə oxucuların diqqətini cəlb edən Fəxri Uğurlunun sonrakı yaradıcılığında postmodernizm cərəyanına məxsus elementlər üstünlük təşkil edir. Onun "Tanrı dağları" adlandırdığı hekayələr silsiləsi post...
ANL
"Türk oxucusunun Azərbaycan ədəbiyyatına marağı artır". Türkiyəli yazıçı, "Türk ədəbiyyatı" jurnalının baş redaktoru Bəxtiyar Aslan bu günlərdə Azərbaycanda qonaqdır. Onunla görüşüb ölkəmizə səfəri və son yaradıcılıq yeniliklərilə bağlı həmsöhbət olduq. - Bəxtiyar bəy, Azərbaycana xoş gəlmisiniz. Belə bir çətin dövrdə ...
ANL
Seyid Cəfər Pişəvəri haqqında yeni nəşr. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin 2009-cu ildə Bakıda Azərbaycan dilində, daha sonra Tehranda (İran) farsca və Trabzonda (Türkiyə) türkcə çap edilmiş "Mübarizə burulğanında keçən öm...
ANL
BİR DAHA "ƏDƏBİ DÜŞÜNCƏLƏR" HAQQINDA. Ədəbi düşüncələr. "Ədəbi düşüncələr"in Azərbaycan dilindəki ilk nəşrinə yazdığım kiçik ön sözdə həmin kitabın mənim üçün tamamilə gözlənilməz bir hadisə olduğunu demişdim. Dediklərimi təkrar etmək istəmirəm və yalnız bir cəhəti bir daha vurğulamağı lazım bilirəm ki, kitaba toplanmı...
ANL
Mir Cəlal Paşayevin elmi irsinin daha bir qiymətli nümunəsi. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ustad ədib, ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin 20 yaşında yazdığı ilk sanballı ədəbi-tənqidi məqaləsi Moskva arxivindən əldə olunaraq Azərbaycan Milli Kitabxanasına gətirilib. ...
ANL
Azərbaycan qarmon ifaçılığı sənətinə başucalığı gətirmiş azman sənətkarlardan biri də Xalq artisti Aftandil İsrafilovdur. Bu ad Azərbaycanda, Rusyada, Türkiyədə, İranda, Yaxın və Uzaq Şərqdə, eləcə də dünyanın bir çox başqa ölkələrində möhtəşəm çalğısı ilə milyonların sevgisinə ünvandır. Əminliklə deyə bilərəm ki, çox ...
ANL
Tarixçə. Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir. Bu ...
ANL
Klassiklərimizin bu gün də aktual olan əsərləri. XIX əsrdə, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının əsas sujet xəttini maarifçilik ideyaları təşkil edirdi. Həmin dövrdə yaranan ədəbi nümunələr cəmiyyəti cahillikdən yeni və ali təfəkkürə istiqamətləndirməyə çalışılırdı. Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, ...
ANL
Sakit olun, tələsməyin, başlığı oxuyub içinizi narahat fikirlər, yersiz qəzəb doldurmasın. Söhbətə yeni başlayırıq hələ, qarşıda sizinlə paylaşacaq çoxlu fikirlərim var. Yaxın oturun, dərdləşək... Ağlım kəsəndən böyüklərdən bu sözləri eşitmişəm: "Qəlb qırmaq olmaz, çünki qəlb Allaha məxsusdur". Sonralar buna bənzər mis...
ANL
Təhsil və cəmiyyət mədəni-intellektual inkişaf müstəvisində. Cəmiyyət ilə məktəb fərqli baxışlara malik ola bilməzlər, cəmiyyətin inkişafı məktəbdən asılıdır. Bütün dövrlərdə təhsil cəmiyyətin aparıcı, strateji qüvvəsi olub. Təhsil cəmiyyətin inkişafında müstəsna əhəmiyyətə malikdir, təhsil almadan, insan cəmiyyətinin ...
ANL
Mənim hekayəm. Bir gün ailəmlə dəniz sahilinə gəzintiyə çıxmışdıq. Sahildə gəzə-gəzə göy ləpələrə baxır, onun şahə qalxmasına heyran olurdum. Saatlarca ona tamaşa etməkdən yorulmurdum. Bu sevgini duymamaq mümkün deyildi və Dəniz sevgimə qarşılıq verdi. Hər gün onun görüşünə gəlirdim. Mən heyranlıqla ona tamaşa edir, o ...
ANL
Tibb tarixinin görkəmli tədqiqatçısı. PROFESSOR FƏRİD ƏLƏKBƏRLİNİN ELMİ FƏALİYYƏTİ DÜNYA MİQYASINDA RƏĞBƏTLƏ QƏBUL EDİLƏN MÜHÜM NƏTİCƏLƏR VERİB. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2019-cu ilin 2 saylı "Elmi əsərlər"ində tarix üzrə fəlsəfə doktorları Cavid Cəfərov və Nigar Babaxanovanın "AMEA Əlyazmalar ...
ANL
Povest janrının dəyərli nümunələri. 1951-ci ildə ailəliklə Bakıya köçən Nağı müəllim uzun müddət “Azərnəşr”in bədii ədəbiyyat şöbəsinin müdiri və böyük redaktoru vəzifələrində çalışıb. Onun Naxçıvandan başlanan yaradıcılıq yolu Bakı ədəbi mühitində daha da genişlənir, zənginləşir. Ədibin bir-birinin ardınca kitabları n...
ANL
"Azərbaycan dilində çox yaxşı danışa bilirəm". "QARDAŞIM ZÜLFÜ LİVANELİ VƏ ONUN SƏNƏTİ BAŞ TACIMDIR". Mədəniyyət bağı. Rubrikamızın budəfəki qonağı türkiyəli bəstəkar və söz yazarı Fərhad Livanelidir. O, Türkiyənin məşhur musiqiçi və bəstəkarı Zülfü Livanelinin qardaşıdır. Qardaşının yolunu layiqincə davam etdirən bəst...
ANL
Gəzməyə Vətən yaxşı... Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən birini təşkil edir. Bu baxımdan turizm enerji sektorundan sonra ölkəyə valyuta gətirən ən vacib sahələrdən biri sayılır. Ölkəmizdə turizm sektorunun tarixinə nəzər saldıqda görürük ki, sürətli inkişafı müstəqillik illərinə təsadüf e...
ANL
Rənglər dirijorunun "Muğam"ı. Rubrikamızın budəfəki qonağı Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovdur. Qalib müəllimlə Toğrul Nərimanbəyovun "Muğam" əsəri haqqında danışdıq. Bu barədə nə deyə bilərsiniz? - Toğrul Nərimanbəyov Azərbaycanın ən tanınmış, milli ruhlu rəssamlarından biri idi. Toğrul Nər...
ANL
"Valideyn vətənpərvər olmalıdır ki, uşaq da o ruhda böyüsün". AYGÜN CƏFƏRLİ: "HƏR BİR VALİDEYN ÖVLADINA AŞILAMAQ İSTƏDİKLƏRİNƏ BİRİNCİ NÖVBƏDƏ ÖZÜ RİAYƏT ETMƏLİDİR". Hər fəsil öz gəlişi ilə spesifikasına uyğun xəstəliklər də gətirir. Payız fəsli isə bu sarıdan daha səxavətlidir - elə ki havalar bozardı, istər-istəməz, ...
ANL
Bakının əbədi müasiri - böyük memar Qoslavski. DƏRİN MİNNƏTDARLIQLA XATIRLADIĞIMIZ İOSİF QOSLAVSKİ RUHƏN BAĞLI OLDUĞU PAYTAXTIMIZA NADİR MEMARLIQ İNCİLƏRİ BƏXŞ EDİB. Bakı Şəhər İcra Hakimiyyəti, Əlyazmalar İnstitutu, Azərbaycan Tarix Muzeyi binalarını bütün gözəllik və əzəmət ilə gözünüzün qabağına gətirin... Onlarsız ...
ANL
"Teatr aktyorun ər meydanıdır". TANINMIŞ TÜRK AKTYORU DEYİR Kİ, HƏLƏ OYNAMADIĞIM ROLLARIN XƏYALINI QURURAM. Müsahibimiz Türkiyənin tanınmış aktyoru Vəhdət Çakardır. Onu təkcə türkiyəli deyil, azərbaycanlı tamaşaçı da yaxşı tanıyır. Bir çox filmlərdə irili-xırdalı, bir-birindən maraqlı rollar ifa edən aktyoru daha yaxın...
ANL
Saat yeddiyə işləmiş qəfil silkələnən pəncərələrin səsinə oyanıram. Sonra bu guppultu səsləri artmağa başlayır. Hövlnak qalxıram. Yatmış uşaqlara baxıb ağlıma gələn fikirlərdən xoflanaraq bir anlıq gözlərimi yumuram. Sonra özümə təskinlik verməyə başlayıram. Sən neyləyirsən? İstədiyimiz bu deyildimi? Aprel döyüşləri, T...
ANL
Əsgər anasının çağırışı. Qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan xalqı əsrlər boyu öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb. Tarix boyu torpaqlarına göz dikən bədxahlar böyük quruculuq və yaradıcılıq keyfiyyətləri ilə hər zaman öyünə biləcək, şəhidlik zirvəsinə ucalmağa hazır, şücaətli, qəhrəman öv...
ANL
“Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin qalibləri mükafatlandırılıb. Sentyabrın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin qalib...
ANL
Mədəniyyət Nazirliyi: “Qarabağdakı tarixi abidələr erməni vandalizminin qurbanına çevrilib”. Mədəniyyət Nazirliyi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı tarixi mədəniyyət abidələrinin dağıdılması ilə bağlı bəyanat yayıb.Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ...
ANL
Bugünlərdə "Ulduz" jurnalının avqust nömrəsi işıq üzü görüb. Dərgi professor Cahangir Məmmədlinin jurnalın iyul sayı ilə bağlı qələmə aldığı "Bədii sözün "Ulduz" rəngi" ekspert yazısı ilə açılır: "İstedadlı yazıçımız və şairimiz Rəşad Məcid "525-ci qəzet"i ilə, gənclərə ölçüyəgəlməz qayğıları ilə dəstək olan və poeziya...
ANL
İnsan ruhunun sözdə təcəssümü - Ramiz Məmmədzadəyə açıq məktubu. Səninlə telefonla danışanda həmişə söhbətimizin axırını şeirə və şairliyə gətirib çıxarırsan. Bir dəfə mən sənin şairlər və şeirqoşanlar barəsində dediklərini qoşduğum şeirlərə ön söz olaraq yazmışam. Vaxtı ilə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə yazı...
ANL
Müharibə haqqında kitabın qələbə ruhu. Qaynar həyat hadisələri də, bədii təxəyyül də son nəticədə yaradıcılıq məhsulu olaraq yazıçının həyat gerçəkliklərinə təkcə fəal münasibəti deyil, həm də sözün qüdrətindən istifadə bacarığı ilə oxucu diqqətini özünə çəkir. Belə əsərlər həm tarixi yaşadır, həm də real tarix olaraq ...
ANL
Qarabağı özünə qiblə bilən insan. İnsan Tanrının ona bəxş etdiyi ömrü mənalı yaşayanda gözəl olur. Bunu mən 65 yaşını qeyd etməyə hazırlaşdığımız dostum, qardaşım, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Prezident təqaüdçüsü Salman Alıoğlunun ömrünün görünən və yaşanan anlarının qısa xronika...
ANL
Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadə yaradıcılığına müraciət edilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycan incəsənətinin əvəzolunmaz, dahi sənətkarı, Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadə yaradıcılığına müraciət edib. Baş İdarədən ...
ANL
Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası çap olunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi pasportu” seriyasından 11-ci kitabı işıq üzü görüb. İnstitutun Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətov...
ANL
Yazıçının bu dəfəki romanı Böyük Monqol İmperiyasının banisi Çingiz xana həsr olunub. Romanda Çingiz xanın həyatı, keçdiyi döyüş yolu, yaratdığı imperiyanın dünyaya necə səs-soraq salması, eləcə də Çingiz xana qarşı müttəfiqlik edən qüvvələr barədə oxucular ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, bundan əvvəl ...
ANL
Qədim Şabran: tarixin səhifələrindən boy göstərən ulu şəhər. Dəfələrlə dağıdılıb qarət edilmiş, 250 il öncə tamamilə xarabazara çevrilmiş Şabran şəhər-qalanın tarixi haqqında nələr bilirik... Professor Rüstəm Kamal deyir ki, "Mən tariximizi bədii ədəbiyyatdan oxumaq istəyirəm. Çünki tarix elm kimi heç də həmişə həqiqət...
ANL
"Balıqçının qızı" Moskva Beynəlxalq Kinofestivalında. "Cinex" (Azərbaycan) və "Non-stop prodakşn" (Rusiya) kinoşirkətlərinin birgə çəkdiyi "Balıqçının qızı" bədii filmi oktyabrın 1-dən 8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kinofestivalının (MMKF) əsas müsabiqəsinin proqramında iştirak edəcək. AZƏRTAC xəbər verir ki...
ANL
Qənirə Paşayeva Xalq şairi Fikrət Qoca ilə görüşüb. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyində Xalq şairi, Birliyin birinci katibi Fikrət Qocayla görüşüb. Şairin 85 illik yubileyi və "İstiqlal" ordeninə layiq görülməsi münasibətilə keçirilən görüş haqqında millət vəkili ...
ANL
Yaradıcı insan və ailə. Ailə hər kəsin ehtiyac duyduğu, insanı tamamlayan, özünü bütöv hiss etməsinə imkan verən, doğru yaşam tərzi seçməyi öyrədən, kənar təzyiqlərdən qoruyan, tək özünü düşünməyib başqaları üçün də yaşamağı, paylaşmağı, bölüşməyi aşılayan kiçik birlikdir, etibarlı sığınacaqdır. Nə qədər sərbəst yaşama...
ANL
"Həsən Seyidbəyli ilk növbədə böyük vətənpərvər idi". 2020-ci ilin dekabrında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Seyidbəylinin 100 illiyi tamam olur. Bu münasibətlə ötən ay Prezident İlham Əliyev Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməs...
ANL
"Bütün fəaliyyətimiz yeni nəsilə milli duyğular aşılamağa yönəlib". Bakı Uşaq və Gənclər teatrının rəhbəri, Əməkdar artist İntiqam Soltanla söhbət. - İntiqam müəllim, uşaq teatrı yaratmaq ideyası hardan qaynaqlandı? - Mən Ordubad rayonunun ucqar dağ kəndində doğulub-böyümüşəm. Nürgüd kəndində. Evimizə televizor da çox ...
ANL
Musiqi məktəbində gözəl görünüşünə aldanıb skripkanı seçdim". Rubrikamızın qonağı gənc skripkaçı Çingiz Əliyevdir. Uşaq yaşlarından musiqi ilə məşğuldur. 7 il Qara Qarayev adına 8 saylı musiqi məktəbində oxuduqdan sonra təhsilini 4 il Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib. Hazırda skripkaçı kimi fəaliyyət...
ANL
Kamal Abdullanın “Dədə Qorqud poetikasına giriş” kitabı Türkiyədə çap olunub. Xalq yazıçısı, akademik Kamal Abdullanın “Dədə Qorqud poetikasına giriş. Dansökülən variant” kitabı Türkiyədə çap olunub. AZƏRTAC xəbər verir ki, məşhur “Ötüken” nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi və “Ön söz”ün müəllifi Əli Duym...
ANL
Azərbaycanlı alim Beynəlxalq Təbiətşünaslıq Akademiyasının fəxri doktoru seçilib. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, dosent Fizzə Məmmədova Beynəlxalq Təbiətşünaslıq Akademiyasının Fəxri doktoru diplomunu alı...
ANL
"Torpaqlarımızı ancaq böyük vətən sevgisi ilə azad edə bilərik". Dəyərli sənətkarımız Şəmistan Əlizamanlı gərgin və maraqlı bir tarixi dövrün şahidi, iştirakçısı olmaqla yanaşı, həm də o dövrdə Azərbaycana yaşadılanları bütün qəlbilə duyub, bunu oxuduğu mahnılarda əks etdirib. Nəticədə o, xalqın nəzərində, yaddaşında e...
ANL
Şahnaz ŞAHİN. Eyforiya insanın sevinc, şadlıq hissinin yüksək olduğu ruhi-psixoloji vəziyyətdir. Əslində, tərkibində patologiya elementləri olmayan bu hiss psixiatriyada xəstəlik halı kimi qiymətləndirilir. Çünki bu zaman insanın olduğu ruhi vəziyyət onun kədər və həyəcan kimi digər hissləri qəbulunu ləngidir. İnsan ge...
ANL
Dünyaya uzaqdan baxa bilsəydik... Essesi. Eyforiya insanın sevinc, şadlıq hissinin yüksək olduğu ruhi-psixoloji vəziyyətdir. Əslində, tərkibində patologiya elementləri olmayan bu hiss psixiatriyada xəstəlik halı kimi qiymətləndirilir. Çünki bu zaman insanın olduğu ruhi vəziyyət onun kədər və həyəcan kimi digər hissləri...
ANL
Azərbaycan təbiətinin mirvarisi - Göygöl Milli Parkı. Yəqin ki, Göygölün "həyat hekayəsi"ni bilməyən yoxdur... 1139-cu ildə baş verən zəlzələ nəticəsində Kəpəz dağının bir hisssəsi uçaraq Ağ su çayının qarşısını kəsir və nəticədə Göygöl yaranır. Göygöl və onun ətrafında yayılmış meşələr öz zənginliyi və füsunkarlığı il...
ANL
Ukraynada parlayan kinorejissor soydaşımız: Azərbaycan haqqında film çəkməyi düşünürəm. Həkimlikdən kinorejissorluğa gedən yol. Bu yolu Ukraynada yaşayan soydaşımız İlqar Axundov seçib. Kiyevdə doğulub böyüyən İlqar kinorejissorluq sahəsində iddiasını ortaya qoyaraq ulduza çevrilmək istəyir. Bu istək AZƏRTAC-ın suallar...
ANL
Şair Afaq Şıxlının sevgi dünyası. Deyirlər, hər bir qələm sahibinin həyatı onun sənət, yaradıcılıq taleyinə güzgü tutur, işıq salır. Söz-söz cücərən əsərlər, misra-misra doğulan şeirlər sənətkar ömrünün bəhrələri, arzu və ümidləri, sevinci, kədəridir. Tanınmış söz adamı, şair Afaq Şıxlının şeirləri kimi. Xeyli müddətdi...
ANL
Səttar Bəhlulzadə yaradıcılığına daha bir müraciət. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nömrəli filialı Azərbaycan incəsənətinin əvəzolunmaz dahi sənətkarı, Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadə yaradıcılığına müraciət edib. Baş İdarədən bildirilib ki, oxuculara rə...
ANL
Tarix - bəşəriyyətin vicdanı kimi. Akif Abbasovun “"Sultan II Murad" romanı haqqında yığcam qeyidlər. Adətən bir əsər yazılanda hər kəs müəllifə əsərinin uzun- ömürlü olmasını arzulayır. Uzunömürlü əsər ortaya qoymaq, uzun zəhmət hesabına başa gəlir. Bu fikir tarixi əsər yazan müəlliflər haqqında xüsusilə keçərlidir. B...
ANL
Psixoloqun qeydləri. Zülməti qovmaq üsulu. Qəflətən baş verən gözlənilməz hadisələr zamanı insan davranışlarında adekvat dəyişmələr meydana çıxır. Qlobal mühitə, o cümlədən, cəmiyyətə yönəlik müxtəlif təsirlərin ilk hədəfi isə təbii ki, insan psixologiyası olur. İstər adi, istərsə də fövqəladə vəziyyətlərdə psixologiya...
ANL
Bir gözümü çıxartsınlar... Paxıllıq nədir? Əslində, bu mövzunu illər öncə, necə deyərlər, qatlayıb keçmişə atdığım üçün özümə çox yad hiss edirəm. Yəni üstündən gülərək keçdiyim bir məsələ haqqında yazmaq o qədər də maraqlı deyil. Bir neçə il öncə paxıllıqla bağlı bir yazım çap olunmuşdu və əslində, o yazının yaranması...
ANL
Hər qarışı tariximizdən yadigar olan Səngərli Qala. Aşıq Ələsgər. Hər dəfə dağlara aid kitablar oxuyanda əfsanəvi dağlarımız üçün yamanca qəribsəyirəm. Və ömrümün çox illərini keçirdiyim çiskinli, dumanlı dağları, o cümlədən, şahanə gözəlliyə malik olan Səngərli Qalanı xatırlayıram... ... Səngərli Qala yaylağı Naxçıvan...
ANL
Mirvari sırğalı naməlum qız - Bir rəsmin dedikləri. Bir rəsmin dedikləri rubrikasının budəfəki qonağı sənətşünas Mehbarə Abbasovadır. Mehbarə xanımla Yan Vermeyerin "Mirvari sırğalı qız" rəsmi haqqında olan söhbətimizi təqdim edirik. Rəssamın sevgilisi, həyat yoldaşı, yoxsa sadəcə, model? - Məişət və janr rəngkarlığını...
ANL
Nazlı və füsunkar Göygöl... Pandemiyanın qadağaları hələ ki götürülməyib və bu zamanda hamının ən böyük istəklərindən biri yola çıxmaq fürsəti, bölgələrə, istirahət mərkəzlərinə üz tutmaq azadlığıdır. Baxmayaraq ki, bəzi adamlar o azadlıq olan vaxtı heç evinin kandarından çölə çıxmayıblar. Onlar hamıdan çox narazılıq e...
ANL
"HƏDƏF" NƏŞRLƏRİNİN TƏSİSÇİSİ, DOSENT ŞƏMİL SADİQLƏ BU YAXINLARDA NƏŞR ETDİKLƏRİ "GENERAL POLAD HƏŞİMOV XATİRƏLƏRDƏ" KİTABI HAQQINDA SÖHBƏT. Artıq iki aydır, iyulda baş vermiş Tovuz döyüşləri, bu döyüşlərin qəhrəmanları, şəhidlərimiz gündəmdən düşmür. Xalqımız böyük coşğu içərisində qəhrəmanları yad edir, qisas almaq ü...
ANL
Halallıq milli-mənəvi nemət kimi. İnsanın həyatda ən doğru bildiyi keyfiyyət halallıqdır. Halal zəhmət, halal ailə, halal doğmalıq, halal keçmiş, halal düşüncə - insanı öz anlamına qovuşduran anlayışlardır. Belə götürəndə, zəhmət, ailə, doğmalıq, keçmiş, düşüncə uğurlu sözlərdir. Ancaq onların qarşısına "halal" sözü ar...
ANL
Filologiya üzrə fəlsəfə doktoru. Bayrağa bükülənin məkanı cənnət olar... Şəhid general Polad Həşimovun xatirəsinə. Ürəyim bir sim üstə inləyir pərdə-pərdə, Yanıram alov-alov gözlərim baxa-baxa. İllərdi ki, dözürəm sinəmdəki bu dərdə, Neçə-neçə zülümlə qalaraq əlbəyaxa... Dağlayır qəlbimizi hər gün axıdılan qan, Durub g...
ANL
TANINMIŞ ƏDƏBİYYATŞÜNAS, TƏRCÜMƏÇİ, PUBLİSİST MAQSUD HACIYEVİN 85 YAŞI TAMAM OLUR. Tanınmış ədəbiyyatşünas, tərcüməçi, publisist Maqsud İbrahim oğlu Hacıyev 1935-ci il sentyabr ayının 10-da Qonaqkənd (Quba) rayonunun Gümür kəndində anadan olub, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bit...
ANL
İtalyan kolleksiyaçıdan Xalça Muzeyinə dəyərli töhfə. İtaliyalı kolleksiyaçı Erminio Bottini 1811-ci il tarixli Şirvan xalçası "Sor Sor"u Azərbaycan Xalça Muzeyinə hədiyyə edib. Muzeyin direktoru Şirin Məlikova bildirib ki, kolleksiyaçı ilə ilk dəfə Stefano İonesku sayəsində tanış olub. S.İonesku da bir neçə dəfə muzey...
ANL
Arxeoloji ekspedisiyalar Qərb bölgəsində tədqiqatlar aparır. SAMUX VƏ NAFTALAN ƏRAZİLƏRİNDƏ ÇOXTƏBƏQƏLİ YAŞAYIŞ MƏSKƏNLƏRİ AŞKARLANIB. Arxeoloji ekspedisiyalar Qərb bölgəsində tədqiqatlar aparır<b style="color:red"></b>. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ölkənin ayrı-ayrı bölgələrində tədqiqat aparan ekspedi...
ANL
Tanınmış yazıçının "Vicdan" adlı yeni əsəri çapdan çıxıb. Tanınmış yazıçı və ictimai xadim Asif Bəkirlinin "Vicdan" əsəri çapdan çıxıb. Bu, onun "Düşündüklərim... Qənaətlərim... Praktikadan nəzəriyyəyə" kitabından sonra ərsəyə gətirdiyi növbəti maraqlı əsərdir. Kitab ümumilikdə iki əsas hissədən ibarət olmaqla, birinci...
ANL
AMEA Naxçıvan Bölməsində qədim əlyazmaların təqdimatı olub. AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bu elmi qurumun Əlyazmalar Fonduna hədiyyə edilən qədim əlyazma və çap kitablarının təqdimatı olub. Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bi...
ANL
Məktəbəqədər təhsil: yeni nəslin formalaşmasında mühüm mərhələ. AZƏRBAYCANDA BU İSTİQAMƏTDƏ DAVAMLI İNKİŞAFA NAİL OLMAQ. ÜÇÜN CİDDİ İŞLƏR HƏYATA KEÇİRİLİR. Uşaqların düzgün inkişafında və gündəlik rejimlərinin formalaşmasında, ictimai mühitə alışmasında, sərbəstliyə öyrəşməsində, ən nəhayət, məktəbə hazırlığında bağçal...
ANL
Tanıyaq və tanıdaq: Bulud Muradi. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklər...
ANL
Eltun Türkelin şeirləri. Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin fəal üzvüdür. "Yanan xatirələr" adlı kitabın müəllifidir. Şeirləri dövri mətbuatda və bir sıra almanaxlarda nəşr olunub. BOŞ MƏKTUB. Mənə hər gün məktub yolla, Yazılmamış sətrin gəlsin. Ağ vərəqi açan zaman. Bircə misra ətrin gəlsin. Özüm yazım səti...
ANL
Müasir ədəbiyyatda, tarixdə, folklorda, dilçilikdə birmənalı olaraq "Oğuzlar" məfhumunun "ok, ox" sözündən yarandığı izah edilir. Bu yozum qədim dövr yazılı abidələrində aparılan araşdırmalardan, müasir məqalələrə qədər bütün tədqiqatlarda öz məna çalarlarını qoruyub saxlayıb. Qədim Qobustan qayaüstü rəsmlərindəki, Orx...
ANL
elementləri ilə zəngin yeni kampusu. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Sentyabrın 3-də baş tutan tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Yeni tədris korpusunda yaradı...
ANL
Aprel şəhidlərinin sırasına qoşulan oğlan. Vətənimizin torpaqlarını uzun müddətdir ki, işğal altında saxlayan erməni qəsbkarlarına cəmi bir neçə gün ərzində layiqli cavab nümunəsi, həm də yaxın gələcəkdə şanlı Azərbaycan Ordusunun həlledici hücumunun müjdəçisi kimi tarixə həkk olunan, 2016-cı ilin Aprel döyüşlərinin şə...
ANL
Ağsaqqal. Həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə ölkənin mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdu. Onun haqqında AzTV-nin "Xəbərlər" proqramına süjet hazırlamalı idim. Milli Məclisdə görüşdük. Qarşımda dünya görmüş, mənən zəngin, peşəkar və məsuliyyətli bir ...
ANL
Zaman elə sürətlə dəyişir, illər elə qaçaraq keçir ki, yaşanan hər anın hökmü ilə barışsaq belə, bəzən itirdiklərimizin yoxluğundan sonra içimizdə şırım açan boşluğu, sızıltını, ağrını heç cür ovuda bilmirik. Bu göynərtinin, bu acının qaynağında öləziyən işığın, titrək işıltının qaranlıq bir girdabda çırpına-çırpına tə...
ANL
Sevərək yaşadı, sevilərək əbədiyyətə qovuşdu... İllərlə tanıdığın, dostluq münasibətində olduğun insanın itkisi necə də ağrılı-acılı olur. O da ola hamının dostu, ağsaqqallar ağsaqqalı, Respublika Ağsaqqallar Şurasının sədri, Ulu öndərin ən sədaqətli silahdaşlarından biri, görkəmli ictimai xadim Fəttah Heydərovun itkis...
ANL
Cəlil Məmmədquluzadənin naməlum məktubu. 1991-ci ildə Tehranda, "Cavidan" nəşriyyatında nəşr edilmiş "Övraqe-tazehaye-məşrutiyyət" ("Məşrutəyə aid yeni sənədlər") adlı kitabı vərəqləyərkən görkəmli ədib Cəlil Məmmədquluzadənin bir məktubuna rast gəldik. Məlumat üçün bildirək ki, azərbaycanlı olan Seyid Həsən Təqizadə 1...
ANL
“Əlincəçay mahalının epiqrafik. abidələri” təqdim olunub. AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəçay mahalının epiqrafik abidələri” adlı monoqrafiyasının təqdimatı olub. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış e...
ANL
Parlaq ömür salnaməsinə. aid misilsiz sənədlər. Sosial şəbəkədə istifadəçilər arasında "Yaxın tariximizdə Azərbaycanın yaradıcı dahilərindən ən çox kimə ehtiramınız var" sualı ilə sorğu keçirilmişdi. İştirakçıların böyük əksəriyyəti birinciliyi Üzeyir Hacıbəyliyə vermişdi. Çünki bütün ömrünü xalqının mədəniyyətinə, maa...
ANL
Vəsilə Vahidqızı:”Gecə-gündüz. bilmədən işimlə məşğulam”. Müsahibimiz tanınmış telejurnalist, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızıdır. – Vəsilə xanım, sizi daha yaxından tanımaq istəyənlər üçün bioqrafiyanızı, həyat yolunuzun ən vacib məqamlarını özünüzdən eşidib oxuculara ça...
ANL
Tarixçə. Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir. Bu ...
ANL
"Bəy atlı şeirlər"in yaşatdığı duyğular. Mən ancaq dəyiləndə Sözün xətrinə, Söz ağlayanda dururam, Sözü ağlayan dünyanı. Söz ən çox sevən şəkildə, ağlayanı sevindirəcək şeirtək çiçək, eşqtək mübarək qururam. Bir kitab düşünün: içində şeirlər, üstündə "mən şeir yazmıram" etirafı. Qəribədir, bəs biz bu vaxtacan nə oxumuş...
ANL
Gözəlliyi ilə göz oxşayan. Qızılağac Milli Parkı. Qızılağac Milli Parkı Azərbaycan Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun balansında yaradılıb. Milli parkın yaradılmasında əsas məqsəd flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühaf...
ANL
Naxçıvan faunasına dair yeni tədqiqlər. AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda bitki və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsaslarının araşdırılması bu elmi tədqiqat müəssisəsinin qarşısında duran əsas vəzifələrdən biridir. İnstitutun tərkibində 4 şöbə,...
ANL
Yunanıstan: səfər təəssüratları. və zəngin keçmişi barədə düşüncələr. Səyahət xatirələri. 1983-cü ilin avqustunda Moskvadan Afinaya işgüzar səfərə yollanmışdıq. Bu ölkə və onun ibrətamiz keçmişi ilə, mütaliəm hesabına bir qədər tanış idim. Hamıya yaxşı məlumdur ki, Yunanıstan qədim və böyük tarixə malik bir ölkədir, on...
ANL
Ağsaqqal. "Prezident İlham Əliyev bütün vətəndaşlarımızı zəngin görmək istəyir". Hətta bir axşam da qaldı orada. Sakinlərlə görüş keçirdi, hər kəslə əl tutdu, kəlmə kəsdi, dərd-sərləri, problemləri ilə maraqlandı. Siz onun sadə insanlarla davranışını, mehribanlığını görəydiniz!.. Hə, o vaxtdan Qəbələdə də dönüş yarandı...
ANL
Yay qayğıları. Yayı istirahət fəsli adlandırırlar, koronavirusun da yükünü çəkməklə uzun və gərgin dərs ilini başa vuran təhsil işçilərinin, Hippokrat andına sadiqliyini dünyanın gözəgörünməyən düşmənilə üzbəüz savaşda bir daha təsdiq edən humanist peşə sahibləri olan zəhmətkeş həkimlərimizin də dincəlmək haqqı var. Am...
ANL
Müəllimlərin sertifikasiyası: yaşlı pedaqoqları nə gözləyir? İKT-nin inkişaf etdiyi, yeni texnologiyaların birmənalı olaraq bütün sahələrə tətbiq edildiyi, az qala gündəlik dəyişən dünyamızda cəmiyyətin daha çox diqqət yetirdiyi təhsil sistemi də yeniləşmə tələb edir. 1999-cu ildən başlayaraq, ölkəmizdə bu sahədə islah...
ANL
Osmanlı Türkiyəsinin XX əsr hərb tarixində böyük xidməti olan hərbi xadimlərdən biri də Xəlil paşadır. 1918-ci ildə Osmanlı Türkiyəsinin baş komandanı Ənvər paşa tərəfindən İraq cəbhəsindən geri çağırılaraq Nuru paşa Qafqaz İslam Ordusunun komandanı, Xəlil paşa isə Şərq Ordular qrupunun komandanı olaraq bölgəyə göndəri...
ANL
Özbəkistandakı Azərbaycan. Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz Azərbaycanın həmin dövlətlərlə siyasi və digər sahələr üzrə əlaqələrini tənzimləyir. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti isə daha çox lobbiçiliklə bağlıdır. Son dövrlərdə xaricdə açılan mədəniyyət mərkəzləri ölkəmiz üçün həyati əhə...
ANL
məbədi" Turizm Agentliyinin tabeliyinə keçdi. Nazirlər Kabineti "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun və "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında" 2008-ci il 19 sentyabr tarixl...
ANL
Qələmsiz yazılanlar. Status-esselər. İnsan həyatının ən yaddaqalan günlərindəndir ilk dəfə məktəbə, dərsə getdiyi gün... İlk müəllim də unudulmur. İlkləriniz mübarək! Zaman-zaman insanları yaşadan, təskinlik verən, nikbin ovqat yaradan həm də bu ümid olub. Pandemiya bu sısqa işığa da kölgə saldı. İndi bədbinliyin və mə...
ANL
USTAD TƏRCÜMƏÇİ SƏYAVUŞ MƏMMƏDZADƏ HAQQINDA QƏLƏM DOSTUM SEYFƏDDİN HÜSEYNLİYƏ AÇIQ MƏKTUB. Ustad tərcüməçi, tanınmış şair Səyavuş Məmmədzadənin rus şairi Maksim Zamşevdən etdiyi tərcümələri notbukumda yığıb və onun 85 yaşının yaxınlaşdığını diqqətə çatdırıb "525-ci qəzet"ə göndərəndə, ağlıma da gəlməzdi ki, mənim bu xo...
ANL
Səyavuş Məmmədzadənin yeni tərcümələri. Hazırda "Literaturnaya qazeta"nın Baş redaktorudur. Rusiya Federasiyasında, həmçinin, müxtəlif ölkələrdə ədəbi ödüllərlə təltif olunub.Təqdim edilən bu şeirlər müəllifin 2018-ci ildə Moskvada çap olunmuş "Gecənin həzin nəğməsi" kitabından seçilib. Bayramlarda hamı məsud, hamı şən...
ANL
VALİDEYNLƏRİNİ ERKƏN YAŞLARINDA İTİRMİŞ RƏSSAM KAMAL ƏHMƏDİN AİLƏ SƏADƏTİNİ TƏCƏSSÜM ETDİRƏN TABLOLARI. - Bu rəsmin yaranması haqqında nə bilirik? - Öz valideynlərini erkən yaşlarında itirən və uşaqlığını uşaq evində keçirən rəssam üçün, əlbəttə, ailə mövzusu olduqca həssas idi. "Ailə" əsəri Kamal Əhmədin yaradıcılığın...
ANL
Elçin İsgəndərzadə: "Məni. Doğum günü ərəfəsində ədəbiyyatımızın Qarabağ həsrətli, Xarıbülbül nisgilli şairi və tanınmış alim Elçin İsgəndərzadə ilə qısa bir söhbətimiz oldu. - Elçin müəllim, ilin-günün hansı vədəsində və yurdumuzun hansı məkanında dünyaya göz açmısınız? - Dünyaya göz açdınız, iməklədiniz, yeridiniz, y...
ANL
Nuru itmiş gözlərin işıqlı axtarışları. Müəyyən bir yaşdan sonra dünya işığına həsrət qalmaq insan üçün, xüsusən də yaradıcı insandan ötrü çox acı bir sınaqdır. Bu dərdə qalib gəlməyin yeganə yolu, ruhdan düşməmək, çalışmaq, yazmaq-yaratmaqdır. Tarix boyu dünyada kor olandan sonra da yaradıcılığını davam etdirən, hətta...
ANL
Rubrikamızın budəfəki qonağı bıçaq itiləyən Həsən Xəlilovdur. Məktəb illərinin əvvəli İkinci Dünya müharibəsinə təsadüf edən həmsöhbətimiz 6-cı sinifə qədər təhsil ala bilib. Erkən yaşlarından çalışmağa başlayan Həsən Xəlilov illərlə qaz ustası kimi fəaliyyət göstərib. Hazırkı işi - bıçaq itiləməklə yalnız pensiyaya çı...
ANL
Ordubadın Anaqutu, Dırnısı... Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bundan öz şəxsi maraqları üçün istifadə edən də var, ümummilli maraqlara xidmət edənlər də. Orxan Cəfərli və Xudayar Mirzəyev kimi. Hər iki gənc doğulub boya-başa çatdıqları Dırnısın və ona qonşu kənd olan Anaqutun gözə...
ANL
Qələmdaşım Qələndər. Niyə öldün, Qələndər? Cənab Əzrayıl, Səni necə tapdı? Sözlərdən kərpic kəsib. Şeirə dam hörərdin. Söz-söhbət beşiyiydin. Xeyirdə-şərdə vardın. Bir isti təbəssümlə. Əzrayıl cənabın da. Xoşuna biri gəlsə, beşi gəlməz. Cəhənnəmlik axtarır. qanadlanıb. Qarabağa - Qalayçılar tərəflərə. Sənə nəfəs vermək...
ANL
İctimai fikirdə milli ideya və özünüdərk məsələləri - II məqalə. Bir əsrdə iki dəfə müstəqilliyini qazanmış Azərbaycan xalqı buna qədər böyük bir milli özünüdərk prosesindən keçib. Zaman-zaman xalq bu mərhələlərdən keçərək milli özünüdərkin ən yüksək səviyyəsinə çatıb və dövlətçiliyini formalaşdırıb. XIX əsrin ortaları...
ANL