text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ana dilimizə Nəriman Nərimanov münasibəti - Məqalə. MƏSƏLƏSİ "DƏRDLƏRİMİZİN ƏLACI" MÖVQEYİNƏ YÜKSƏLİB. Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 fevral 2020-ci ildə görkəmli yaz... | ANL |
Alban qülləsindən Alban Monastrına: min illik tariximizə doğru. Üç il əvvəl Pipan ərazisində yerləşən "Alban Qülləsi"nə gedəndə məqsədim həm də ondan bir neçə kilometr aralıda, dağın düz döşündə yerləşdiyi söylənilən Alban Monastrına da getmək idi. Lakin bələdçimiz bildirdi ki, ora yol həm dikdir, həm də çətin. Geri qa... | ANL |
İlləri ömür kimi yaşadı... GENERAL-LEYTENANT ÇİNGİZ MƏMMƏDOVUN İŞIQLI XATİRƏSİNƏ DƏRİN. Ömür - yaşanılmış illər, aylar deyil.Xalq üçün, Vətən üçün yaşanılmış illərdir, aylardır ömür.İllərə, aylara ömür qüdrəti verənlərə həmişə xalqın qədərsiz sevgisi olur. Bu sevginin qüdrəti məkana sığmır, zamanın hüdudlarını aşır.Mus... | ANL |
Tanınmış pedaqoq və böyük şəxsiyyətin anadan olmasının 95 illiyinə. Bu gün görkəmli pedaqoq, böyük insan və hələ 23 yaşında Azərbaycanı müstəqil görmək istədiyinə görə 25 il həbs cəzası alan İsmixan Rəhimovun doğum günüdür. Çünki İsmixan müəllim onu tanıyanların, əzizlərinin, xüsusən də çoxsaylı tələbələrinin qəlbində ... | ANL |
şöhrəti və erməni xəbisliyi. Hələ nə məzmunda, nə biçimdə olduğundan kimsənin xəbəri yox idi. Nəhayət, Üzeyir bəy 30 iyulda Peterburqdan Hüseynqulu Sarabskiyə kiçik bir məktub göndərmişdi. Bu məktubda o, "Arşın mal alan" adlı yeni operetta üzərində işlədiyini söyləyirdi və çox qəribədir ki, əsəri haqqında öncəgörənlik ... | ANL |
Azərbaycan və dünya. mədəniyyətinin parlaq səhifəsi. DAHİ ÜZEYİR HACIBƏYLİ İRSİNİN TƏBLİĞİ VƏ 18 SENTYABR MİLLİ MUSİQİ GÜNÜ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI ÖNƏMLİ İŞLƏR GÖRÜB. Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanı yaratmış dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi ... | ANL |
İşıqsız gecənin söhbəti. İstirahətdəyəm. Bayaq deməsəydim, indi deyərdim. O zaman işıq bircə an belə sönməzdi, gecə-gündüz yerli-yersiz yanardı. Elə bu söhbət də Tbilisinin sazaqlı qış gecələrində ara-sıra şəhəri zülmətə bələyən işıq əngəlinə görə yadıma düşdü. İşıqsızlıq olmasa, bəlkə də heç vaxt xatırlamazdım. Danışa... | ANL |
"Ədəbiyyat biliciləri" şagirdlərin mütaliə. səviyyəsini yüksəltməyə yönəlib. YUXARI SİNİFLƏRİ ƏHATƏ EDƏN BU MÜSABİQƏYƏ TƏHSİL EKSPERTLƏRİ MÜSBƏT YANAŞIRLAR. Artıq neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri" müsabiqəsi keçi... | ANL |
Azərbaycanlı kinorejissor Sarayevo. kinofestivalında baş mükafata layiq görülüb. Cənub-şərqi Avropanın ən böyük festivallarından biri - 26-cı dəfə keçirilən Sarayevo kinofestivalı başa çatıb. Festivalın əsas prizi - "Sarayevonun ürəyi" mükafatı uğrunda dörd - bədii, sənədli, qısametrajlı və tələbə müsabiqə proqramların... | ANL |
Bulud MURADİ. Alitəhsillidir. İndiyə qədər iki kitabı nəşr olunub. Hazırda Tehran şəhərində yaşayır. Açıram pəncərəni. aynanın arxa küçələrinəcən... Payız oluram və sənsizlik. yığdığım bütün nömrələrdir. Payızdır yatağım, şəhərin ortasında. açarsam - gözlərimdən. dağılır bu qatil saçların. Payız kimi tökülürəm çiyninə.... | ANL |
Gözlərində gün işığı, qapama, ürəyim qopar. Birdən, bu adamlardan. Sevsən, qəlbən seviləcəksən. sevməsən, nurun itəcək, anbaan sönəcəksən. Solğun çiçəyə, qurumuş bir ağaca çevriləcəksən. Yoxsa, itəcək ləzzəti, tamı dünyanın. adam yoxdur, təkcə Arazdan başqa. bu qədər yazan yoxdur, təkcə bizdən başqa. Xan deyirlər, Can ... | ANL |
Qars davası. 1877-78-ci illər Rusiya-Türkiyə müharibəsində türklərin tərəfində vuruşaraq həlak olmuş cavanların xatirəsinə həsr edilmiş qəmgin, mərsiyə ruhlu şeir belə adlanır. XIX əsrdə Rusiya ilə Türkiyə arasında gedən müharibələrdə Azərbaycanın bəzi xan və bəyləri, onların övladları hərbi dəstələr təşkil edərək, ça... | ANL |
Süveydaya məktublar. və sonrasını düşünmədən ölək. İnsanın ömrünə ömür qatan sevgilidən alınan nəfəsdir, Süveyda;. Hər gün eşq atəşinə məruz qalan könül, qızğın dəmirə verilən su kimi vəsvəsələrə, iç dünyamızdan qəbullara gələcək hücumlara qarşı, qəlbi bərkidir. Mənim könlüm sənin sevginlə o qədər çox dolub ki; ... | ANL |
Hər nə varsa qeyri-müəyyəndir. Əgər biz özümüz nəsnələrə nə isə bir xassə verməsək, bu qeyri-müəyyənliklər içərisində boğularıq. Əgər təbiətdə hər hansı mənalar yoxdursa, onları biz yaratmalıyıq". Kino gerçəkliyə uyğunluq, yaxınlıq baxımından ən "həyati" sənət olsa da, film yaratma prosesi həyat lövhələrini görü... | ANL |
O, həmin dövrdə Bakının yaxın kəndlərindən olan Xırdalanda doğulmuşdu. Amma Azərbaycan poeziyasına bir bahar müjdəsi gətirmişdi Nəbi Xəzri. Şeirin adı "Günəş" idi və bütün yaradıcılığı boyu Günəş onun poeziyasına işıq saçdı. Nəbi Xəzrisiz nə XX əsrin, nə də indi yaşadığımız XXI əsrin Azərbaycan poeziyasını təsəv... | ANL |
Uca bir şəlalədən coşqun çayın dərinliklərinə düşərsən sanki. Yorularsan, enerjinin tamamilə tükəndiyini düşünərsən. Bir topa ət və sümüyə dönüb ölümünü gözləyərsən, özünü taleyin ixtiyarına buraxarsan ümidsizcəsinə. Qəfil bir ağac, bir daş parçasına ilişərsən, dalğalar səni sahil qumlarının üzərinə atar. Bir anlı... | ANL |
Azərbaycanda elə də çox tanınmasa da, dünyada xeyli məşhur olan Yeni zelandiyalı yazıçı Nayo Marş Aqata Kristi ilə yanaşı, "İngilis detektiv hekayəsinin kraliçası" və detektiv janrın Qızıl dövrünün ən görkəmli nümayəndələrindən biri hesab olunur. Fikrimcə, yazıçı azərbaycanlı oxuculara çox da tanış olmadığından onun ... | ANL |
Könlü paşanın biri... Mən sizə bu yazıda varı-dövləti başdan aşan "paşalardan" danışmayacam, "Eşq başım"dan aşa gəldi" deyən Yunis İmrə torunlarından sayıla biləcək könlü paşanın birindən danışacağam. Təkcə indiki yüzilliyin adamı deyil. Bu da onun sözləridir, könül duyğularıdır. Şəfamız içimizə nəzər sala bilməyimizl... | ANL |
Rəsmi şəxslərin, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı premyera axşamında öncə teatrın baş rejissoru, tamaşanın quruluş müəllifi Mehriban Ələkbərzadə çıxış edərək "Mənəm mən..."in ideyası və rejissor yozumu barədə məlumat verdi. Rejissor Nəsimi irsi, onun sonsuz mənəviyyatı və əngin zəkasına özünəməxsus nəzə... | ANL |
İstiqlal və cümhuriyyətçilik ideyalarına Əhməd Cəfəroğlu baxışı. Əhməd İsmayıl Cəfərzadə (Cəfəroğlu) Azərbaycanın 20-ci əsr elmi, ədəbi və siyasi fikir tarixinin görkəmli nümayəndələrindən biridir. Ötən əsrin 50-ci illərindən artıq dünya türkologiya elminin söz sahiblərindən biri kimi qəbul olunan Ə.Cəfəroğlunun qismən... | ANL |
Folklorumuzun "Azərbaycan ədəbiyyatı tarixi"ndəki mənzərəsi. Tarixi yazmaq, tarixdən yazmaq hər zaman çətin və məsuliyyətli iş olub. Təkcə ona görə yox ki, haqqında yazılan dövrlə bağlı materialların sayından asılı olaraq dəqiqlik və həyatiliyə sadiq qalmaq çətinləşir, həm də ona görə ki, oxucu üstündə "tarix" ... | ANL |
Kamal Abdullanın “Mənim Füzulim” kitabı işıq üzü görüb. Xalq yazıçısı Kamal Abdullanın “Mənim Füzulim” adlı yeni kitabı işıq üzügörüb. Müəllifin Məhəmməd Füzuliyə həsr etdiyi esselərindən ibarət olan yeni nəşrdə Səttar Bəhlulzadənin Füzuli əsərlərinə çəkdiyi qrafik rəsmlərdən istifadə edilib. Yazıçı kitabda yer a... | ANL |
Mikayıl Müşfiq anılıb. Yanvarın 6-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsi anılıb. AZƏRTAC xəbər verir ki, ənənəvi mərasim şairin Bakıdakı abidəsi önündə başlayıb və Xızıdakı "Müşfiq ocağı"nda davam etdirilib. Tədbirdə bildirilib ki, ölümündən 82... | ANL |
Şamil Əliyevin "Çölçü" filminin beynəlxalq uğurları davam edir. Beləliklə, "Çölçü" filmi yanvarın 12-də Hindistanın Kəlkətə şəhərində tamaşaçılara təqdim olunacaq. Mükafatın təqdimetmə mərasimi də həmin gün baş tutacaq. Qalib filmə mükafat olaraq sertifikat və heykəl təqdim olunur. Qeyd edək ki, Antonioni, Tarkovski, ... | ANL |
Monteneqrolu yazıçının əsəri Azərbaycan dilində. Monteneqro yazıçısı Mixaylo Laliçin "Toy" əsəri Azərbaycan dilinə tərcümə olunaraq "Azərnəşr"də çap edilib. Kitab Monteneqro Elmlər və İncəsənət Akademiyasının (MEİA) prezidenti, akademik Draqon Vukçeviçin tövsiyəsi, Azərbaycan Respublikasının Serbiya, Monteneqro, ... | ANL |
Jurnalın "Poeziya" rubrikasında Əlizadə Nuri, Rəfail Tağızadə, Kəmalə Abiyeva və Yusif Həsənbəyin şeirləri oxuculara fərqli ovqat vəd edir. Nəsrdə isə "Aydın Talıbzadə" imzası bu dəfə son dərəcə maraqlı "Ramana" romanının birinci kitabı ilə bir təkrarsız zövq yaşadacaq. Vüsal Nurunun "Qaraqaşlı" romanının davamını g... | ANL |
Xuraman Hüseynzadənin "Özüylə söhbəti və yazısı" jurnalın bu nömrəsini xüsusi rəng qatır. Professor Cəlal Məmmədovun təqdim etdiyi "Qısa fikirlər xəzinəsi"ndə Stanislav Yeji Letsinin müdrik deyimləri, "Şeir vaxtı"nda Əlizadə Nuri və Turan Uğurun şeirləri, "Nəsr"də Qəşəm Nəcəfzadə, Etibar Muradxanlı və Zəki Vilay... | ANL |
Nə vaxt və hansı məqsədlə yaratdığımı unutduğum şifrəli qovluqlardan biri açıldı. İçərisində günü, ayı, ili, hətta saatına qədər qeyd etdiyim və internet üzərindən göndərdiyim məktublar çıxdı. O an dəyərli Ramiz Rövşənin “Köhnə məktublar” şeirinin aşağıdakı bəndini dilimdə dolaşdırmağa başladım. Gözlərimə inana bilmir... | ANL |
Qələmsiz yazılanlar. Bütün iştirakçılara təşəkkür edirəm. Mükafatsız qalan olmayacaq. Adlar bu günlərdə açıqlanacaq. Qaliblərdən biri - İsveçdə yaşayan həmvətənimiz Nərgiz Qazi Bakıda olduğundan fürsətdən yararlanıb redaksiyaya dəvət etdik, münsiflərin iştirakıyla onu mükafatlandırdıq. Müsabiqənin münsiflər heyət... | ANL |
Naxçıvanın qış turizminin ideal məkanı – Ağbulaq. Qeyri-neft sektorunun inkişafına mühüm töhfə olan “Şahdağ” Turizm Kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Hər bir ölkənin iqtisadi tərəqqisi həm də həmin ölkədə turizmin inkişaf göstəricisi ilə ölçülə bilər. Həmin ölkəyə turist axınının ilbəil ar... | ANL |
Bu yaxınlarda ölkəmizin aparıcı siyasətşünasları həm kütləvi informasiya vasitələrində, həm də televiziya proqramlarında 2019-cu ilin yekunlarını geniş formatda müzakirə edib yeni - 2020-ci il üçün bəzi proqnozlar verdilər. Xüsusilə qeyd etmək vacibdir ki, onların tam əksəriyyəti əsas nailiyyətləri sadaladıqdan so... | ANL |
Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər. “Bütün seqmentlərdə həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli şəkildə yaxşılaşdırıb, dünyanın ən islahatçı ölkələri arasında ön sıralarda yer alıb”. Ölkədə həyata keçirilən genişmiqyaslı is... | ANL |
Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda "Könüllülər ili" elan edilib. Nazirlər Kabinetinə bununla bağlı tədbirlər pl... | ANL |
Qaşqay musiqisinin fədakar xadimi Furud Gorginpur dünyadan köçdü. Qaşqaylar yayda yaylağa, qışda qışlağa köç etməyi sevən bir türk toplumudur. İran hökuməti istər şah devrində olsun, istər İslam İnqilabından sonra onların düzənini pozmağa, köçlərini durdurmağa çalışıb. Lakin istədiklərinə tam nail ola bilməyib. Ö... | ANL |
Tanıyaq və tanıdaq! Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm... | ANL |
Özbəkistan Milli Kitabxanasına Azərbaycana dair kitab kolleksiyası hədiyyə edilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Əlişir Nəvai adına Milli Kitabxanaya və paytaxtdakı İslam Sivilizasiyası Mərkəzinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edib. AZƏRTAC xəbər verir ki... | ANL |
"Mənim balaca Şahzadəm" beynəlxalq film festivalında. AZƏRTAC xəbər verir ki, festivalın mükafatlandırma mərasimi yanvarın 31-də baş tutacaq. Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə "Azanfilm" Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəlli... | ANL |
Maarifçi və ictimai xadim Mirzə Cabbar Məhəmmədovun ömür yolu haqqında qeydlər. Bu qədim oğuz yurdunun düşmən tapdağına düşməməsi üçün naxçıvanlılar həmrəy olaraq amansız, qəddar düşmənlə mərdliklə mübarizə aparmış və erməni millətçiləri ilə qəhrəmanlıqla döyüşürdülər. Hətta elə olmuşdu ki, əlində qələm tutan m... | ANL |
Ürəklərə paylanan nur. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri. Paytaxt Bakıda, 5 nömrəli şəhər xəstəxanasının arxasında üçmərtəbəli uzunsov bir bina var. Ürək problemi olan insanlar bu binanı asanlıqla tapırlar. Bura Respublika Səhiyyə Nazirliyinin Akademik Cahangir Abdull... | ANL |
Ötən il beynəlxalq mədəni əməkdaşlıq üçün uğurlu olub. Ötən il Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikasının mədəniyyət sahəsində xarici siyasət strategiyasına uyğun olaraq, beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi məqsə... | ANL |
Azərbaycanlı olmaq. "Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Heydər Əliyev. Milli, irqi, dini zəmində ayrı-seçkiliyin və şiddət əsaslı çağırışların artdığı dövrdə yalnız bir müsəlman ölkəsi v... | ANL |
Atamla xudahafizləşib ayrılanda gecə saat on ikinin yarısı olardı. Atam balkonda durub mənə baxırdı. Ona baxıb gülümsündüm. Səsini eşidirdim, amma heç nə başa düşmürdüm. Atam adi saxsı qabı əlində tuta bilmirdi. Bir qabı da əlində tuta bilmirsən. Bilmirəm, nəyə görəsə qəhərlənmişdi. Gözləri dolmuşdu. Əl açıb mən... | ANL |
İsa Həbibbəylinin "Ədəbiyyat, zaman və müasirlik" kitabı Moskvada. Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin Moskvadakı "Xudojestvennaya literatura" nəşriyyatında "Ədəbiyyat, zaman və müasirlik" adlı kitabı nəşr... | ANL |
Kitabın redaksiya heyətinə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Aygün Bağırlı, Vaqif Yusifli (məsul redaktor), Mehman Həsənov, Elnarə Akimova, Nərgiz Cabbarlı daxildir. Altıncı cild akademik İsa Həbibbəylinin "Ədəbi proses hərəkatında yeni dalğa" adlı yazısı il... | ANL |
Azərbaycan "Abu Dabi Şeyx Zayed İrs Festivalı"nda təmsil olunur. Festivalda ölkəmizi təmsil etmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin əməkdaşı Elgün Əliyev "Cəngi" estrada və folklor rəqs ansamblı ilə birgə Əbu-Dabi şəhərinə səfər edib. Festi... | ANL |
"Təhsil terminlərinin izahlı lüğəti". BU YAXINLARDA ÇAPDAN ÇIXMIŞ EYNİADLI KİTAB HAQQINDA QEYDLƏR. Kitabların tipoloji sistemində lüğət, yəqin ki, hər zaman birinci sırada dayanır: işləklik dərəcəsinə, hər kəsə gərəklik keyfiyyətinə görə. Lüğətlər də çeşidli tipoloji sistemə sahibdir: hər hansı ögey dildən doğma dilə... | ANL |
Türkiyədə Bəxtiyar Vahabzadə haqqında xüsusi nəşr hazırlanıb. Türkiyədə nəşr edilən nüfuzlu "Təmrin" dərgisinin 2020-ci il ilk nömrəsi Azərbaycan ədəbiyyatının, eləcə də bütün türkdilli poeziyanın ustadlarından olan, Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr edilib. AZƏRTAC xəbər verir ki, dərginin baş yazarı Hasan ... | ANL |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin "Hüsnü-cəmal, əqli kamal (Nəsimi poetikasından incilər)" kitabı nəşr olunub. Akademik Teymur Kərimlinin elmi redaktorluğu ilə i... | ANL |
Güldürə-güldürə düşündürən yazıçı - Şahanə Müşfiqin yazısı. Amma Xeyrəddin müəllim özü bu illərin necə keçdiyini bilməsə də, tərcümeyi-halı onun şərəfli ömür yoluna çox gözəl ayna tutur. Tərcümeyi-halını, ömrünün ayrı-ayrı səhifələrini və müasirlərinin, qədirbilən ziyalılarımızın onun haqqındakı xatirələrini, ... | ANL |
Azərbaycan paytaxtı ötən il bir çox mühüm toplantılara ev sahibliyi etdi. Dini liderin yubileyinə əhəmiyyətli töhfə. Son illər dünyanın diqqətini özünə yönəldən Azərbaycan tolerantlığı, multikultural dəyərləri təbliğ edən ölkələrdən biridir. Bu da səbəbsiz deyil, multikulturalizm Azərbaycanda təkcə həyat tərzi yox, həm... | ANL |
Canlı, oynaq və yumorla qanadlanan nağıllar. XALQ YAZIÇISI ELÇİNİN "MƏNƏ NİYƏ GÜLÜRLƏR" KİTABI HAQQINDA QEYDLƏR. Uşaqlar oxumaq istəmirlər! Bu sual və nidalaların az qala hər gün eşidildiyi bir vaxtda "Təhsil" nəşriyyatı Xalq yazıçısı Elçinin "Mənə niyə gülürlər" adlı uşaq hekayələrini nəşr edib. Rəssam Mələk ... | ANL |
Sirlərin çoxqatlı sərgüzəşti. XALQ YAZIÇISI KAMAL ABDULLANIN YENİ ROMANININ UĞURUNU ŞƏRTLƏNDİRƏN MƏQAMLAR. Azərbaycanın Xalq yazıçısı Kamal Abdulla özünün yeni romanı - "Sirlərin sərgüzəşti" ilə bir daha təsdiqlədi ki, o, ədəbiyyatımızın ağır yükünü öz çiynində daşıyan görkəmli sənətkarlardandır. Böyük nəsr ustas... | ANL |
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Rusiya imperiyası sosialist inqilabı nəticəsində müharibənin sona çatmasından bir il əvvəl ləğv olundu, onun əsarətində olan Polşa və Finlandiya imperiyadan ayrılmaqla müstəqil dövlətlərə çevrildilər. Osmanlı imperiyası da ağır zərbələrə məruz qaldı. Alman... | ANL |
"Bakinskiy listok" qəzetindən səhifələr. Dünyada baş verən hadisələr haqqında Rusiya və Avropa mətbuatından istifadə etməklə öz səhifələrində məqalələr çap edən qəzet, həm də Azərbaycanda sənayeləşmə, gəmiçilik, balıqçılıq, kənd təsərrüfatı, neft sənayesi, mühəndislik, şəhər həyatı, adi məişət və s. onlarla sahən... | ANL |
MÜSAHİBİMİZ TANINMIŞ AKTYOR VƏ REJİSSOR TALEH YÜZBƏYOVDUR. Pantomimin sizə qazandırdıqları nələr oldu? - Ümumiyyətlə, indi sənət və yaradıcılıq baxımından sahib olduqlarımın bir çoxunu Pantomim Teatrında qazanmışam. Orada Bəxtiyar Xanızadə öz potensialımızı kəşf etmək üçün bizə hər cür şərait yaratmışdı. Kimi re... | ANL |
Bədii mətndə dil və üslub. MUSTAFA ÇƏMƏNLİNİN NƏSRİ ƏSASINDA. Ədəbiyyat dedikdə ilk öncə ağlımıza sözdən yaranan bədii mətn gəlir. Bədii mətni bütünlükdə təhlil edərkən diqqətimizi mövzu, məzmun, ideya, janr xüsusiyyətləri cəlb etməklə bərabər, yazıçının dili və üslubu haqqında da fikirləşməli oluruq. Çünki bədii ... | ANL |
Qədim dövlətçilik tariximizin möhtəşəm yadigarı. Miladdan əvvəl V-IV əsrlərdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında çox mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ qədim Azərbaycan dövləti olan Albaniyanın ilk paytaxtı olub. Alban hökmdarlarının baş iqamətgahı... | ANL |
AMEA ƏDƏBİYYAT İNSTİTUTUNDA BU MÖVZUDA TƏDBİR TƏŞKİL EDİLİB. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin və Ədəbiyyat İnstitutunun Qadınlar Şurasının birgə təşkilatçılığı ilə "20 Yanvar - yaddaşlarda əbədiləşən tarix və müasir çağırışlar... | ANL |
İsa Həbibbəylinin "Cahana sığmayan Azərbaycan şairi" kitabı işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Cahana sığmayan Azərbaycan şairi" kitabı çap olunub. Akademik İsa Həbibbəylinin "Cahana sığ... | ANL |
Müstəqillik dövrünün tənqidçi obrazı. Azərbaycan oxucusu Milli Elmlər Akademiyasının müxbir üzvü Tehran Mustafayevi - Tehran Əlişanoğlunu müasir Azərbaycan tənqidinin görkəmli nümayəndəsi kimi qəbul edir. Tehran Əlişanoğlu ədəbi tənqidlə ardıcıl məşğul olan və ədəbiyyatşünaslıq elminin bu istiqamətini elmi cəhətdən təd... | ANL |
Xalq rəssamı Arif Əziz haqqında kitabların təqdimatı olub. Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kafedra müdiri, Xalq rəssamı, professor Arif Əzizin yaradıcılığına həsr edilən kitabların və "Bəyaz" sənədli filminin təqdimatı ... | ANL |
Milli Kitabxanada 20 Yanvar qurbanları anılıb. Dünən Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Kitabxananın nəşr etdiyi "20 Yanvar Qan Yaddaşımız" adlı vəsait və eyniadlı Elektron məluma... | ANL |
Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günündə. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günü və Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyi münasibətilə qonşu ölkədə səfərdə olub. Tədbirlə... | ANL |
Milli Məclisdə Sabir Rüstəmxanlı kimi müdrik, sayıq insanların olması zəruridir. XALQIN, MİLLƏTİN XOŞBƏXT GƏLƏCƏYİNİ DÜŞÜNƏN HƏR BİR VƏTƏNDAŞ BU SEÇKİDƏ DÜZGÜN QƏRARLAR QƏBUL ETMƏLİDİR. Sizi gənclik illərindən tanıyıram. Dövrünün elitar ali məktəblərindən olan Azərbaycan Dövlət Universitetinin eyni fakültəsində, ... | ANL |
Ülvi Bünyadzadəyə həsr olunmuş ədəbi müsabiqənin qalibləri mükafatlandırıldı. Ötən gün Azərbaycan Dillər Universitetində (ADU) "525-ci qəzet"in təşkil etdiyi, 20 Yanvar şəhidi şair Ülvi Bünyadzadənin 50 illiyinə həsr olunmuş vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib. ADU-n... | ANL |
Səyavuş Məmmədzadənin tərcüməsində. Ömür-gün dəyişir, sanki tərsinə - Köhnə dost uyuşmur mənim tərzimə, Gündəlik get-gəlin sıx axınında. Deyəsən, mən daha düşmürəm yada... Avara qancıqlar dəyir gözümə, Qoşa əllər qonur hərdən çiynimə, Candərdi dözürəm hər cür him-cimə, Hər gələn təcavüz edir qəlbimə, İçimdə olanın yeri... | ANL |
Bu dünyanın gedişindən, Əyri-üyri hər işindən. Bu dünyaya gəlişimdən. Pisniyyətin niyyətindən, Aravuran qeybətindən, Yerli-yersiz söhbətindən. Kələkbazın kələyindən, Nömrə gələn hər səyindən. Nanəcibin zirəyindən. Gedir qızğın müzakirə, Öz mövqeyin güdür hərə, Haqsızlığı görə-görə. Dəlilərin səs-küyündən, Bəlaların hər... | ANL |
Ruhköçürmə stansiyası. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Modern.az xəbər portalında müxbir, mədəniyyət şöbəsinin müdiri, Azərbaycan Tərcümə Mərkəzinin "Aydın yol" qəzetində müxbir, "Xəzər" dünya ədəbiyyatı jurnalında isə redaktor vəzifəsində çalışıb. Hazırda AzEdu.az təhsil portalının baş ... | ANL |
Kənan Novruzov. Müxtəlif mətbu orqanlarla fəal əməkdaşlıq edir. Ümid edirəm, onları reallaşdıra bilərəm. Ancaq Ülvi Bünyadzadənin belə imkanı olmadı - ömrünün iyirminci payızında gözlərini əbədi yumdu, haqq dünyasına qovuşdu. Qeyrəti, milli təəssübkeşliyi ona hər şeyi unutdurdu. Deyirlər ki, yaradıcı insanlar həss... | ANL |
Bəxtiyar Vahabzadənin "qulaqburması" və Habil Kamanın avtoqrafı. 1985-ci ilin avqust ayında o dövrün ən oxunaqlı qəzetlərindən olan "Azərbaycan gəncləri" qəzetinin "Şənbə görüşləri" rubrikası üçün bənzərsiz kaman ustası Habil Kaman haqqında yazı hazırlamaq tapşırığı almışdım. Qəzetin baş redaktoru (indi haqq dün... | ANL |
Fədakaralimömrü. Azərbaycanıntəbabətelmindəözünəməxsusyeriolangörkəmlialim,fəaliyyəti,əməlləriiləyaddaşlardadaimyaşayan,vətənsevərziyalı,ölkəmizinendokrincərrahiyyəsininbanilərindənbiri-tibbelmləridoktoru, professor,ƏməkdarelmxadimiFikrətMirmehdioğluMirsəlimovunanadanolmasının90-cıildönümüdür. Onutanıyanminlərləinsanın... | ANL |
Kədərin rəngi. "Övladlarınızın göz yaşlarını qoruyun ki, onlar bu yaşları sizin qəbriniz üzərində axıda bilsinlər". Yara isti olanda incitmir, istər bədən zədələnsin, istər ruh. Bax müsibət də onda başlayır, döz indi görüm necə dözürsən. Dünyadan insan getmişdi, bir övlad atasız, bir qadın ərsiz qalmışdı. Hələ bu dünya... | ANL |
Azərbaycan xalqı 1980-ci illərin sonunda Ermənistanın Vətənimizdən torpaq iddiaları ilə üzləşdi. Verdiyimiz çörəyə, göstərdiyimiz qayğılara rəğmən Dağlıq Qarabağda məskunlaşan ermənilər Azərbaycanın bu qədim və müqəddəs torpaqlarını Ermənistana birləşdirmək iddiası ilə bizə xəyanət etdilər. Onların bu xəyanətinə o zama... | ANL |
XALQ ŞAİRİ ZƏLİMXAN YAQUBUN ƏZİZ XATİRƏSİNƏ. Unudulmaz söz sənətkarı, Xalq şairi mərhum Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi tamam olur. Müasir poeziyamızda, ədəbi-ictimai həyatımızda silinməz izlər qoymuş Zəlimxan Yaqub bu yubileyilə əlaqədar Azərbaycanın bir çox yerində və ümumən Türk dünyasında bir daha e... | ANL |
Gərəksən. Zəlimxan bir elin sinədəftəri - Qobustan qayası, köksü yazılı. Tarix görməmişdi belə hünəri, Ürəyi bir ozan, Qorqud arzulu! Belə pirlər sevən nəzərdən düşər? Türkün ellərini dolanan kişi, Dərya tək çağlayan, bulanan kişi, Köksündə kitablar qalanan kişi, Nəfəsin bal kimi şandan süzülü! Ruhun Məkkəsinə yol al... | ANL |
Niyə ancaq gözəl qadınlar? "UŞAQLIĞIMI XATIRLAMAQ İSTƏMİRƏM". İnsan dünyaya hansı şəkildə gələcəyini özü seçməsə də, həyatı hansı şəkildə yaşayacağını özü seçir. Ona yaşamağa nə bu həyatın ağır şərtləri, nə də yaşadığı çətinliklər mane olur. Olduqca pozitiv, həyat dolu olan bu qız yaşamaq əzmi ilə çoxuna nümunə sa... | ANL |
Əvvəllər prokuror olmaq istəyən rəssam. GÜNEL RAVİLOVA: "ÇƏKDİYİM RƏSMLƏRDƏ ƏN ÇOX İNSANLARDAN İLHAM ALIRAM". Sosial şəbəkələr təkcə şou-biznes əhli üçün yox, incəsənətin ən müxtəlif sahələri ilə məşğul olan, öz istedad və bacarıqlarını ictimai rəyə, cəmiyyətə təqdim etmək istəyən gənclərə də geniş imkanlar açı... | ANL |
"Mavi gözlü div" ifadəsini ilk dəfə Nazim Hikmətə ünvanlayıblar. Gözlər deyil də, bir cüt qiymətli parlaq daşdır kibağışlanıb tanrı tərəfindən Arif Əzizə. Müşahidə eləmişəm, o, bir zövq əhli kimi, şıq geyinməyi xoşlayan bir dəb əhli kimi, əyninə nə geyinirsə, geyindiyini gözlərinin rənginə mütləq uyğunlaşdırıb geyinir... | ANL |
Məktəblinin dostu. Məqsəd tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində "Məktəblinin dostu" fəaliyyət göstərir. "Məktəbli... | ANL |
Türkiyənin paytaxtı Ankarada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Müharibənin ana və uşaqları" adlı fərdi rəsm sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyevin yağlı boya ilə çəkdiyi portretlər 1990-cı il yanvarın 19-da... | ANL |
Qanlı Yanvarın ağrıları "Şəhərin qış gecələri"ndə. Həmin gün səhnədə elə bir faciəni izləyirdik ki, həqiqətən onu ifadə etməyə, təsvirini verməyə, haqqındakı təəssüratını bölüşməyə dil də aciz qalır. Amma Xalq yazıçısı Anar o acizliyin gözlərinin içinə baxa-baxa məhz elə o acizliyin özünü yazıb. Əməkdar incəsənət... | ANL |
"Rejissor işi xam torpaqlarda addımlamaq kimidir". MİR SAHİB AĞAZADƏ: "TAMAŞAÇILARIN BÖYÜK ƏKSƏRİYYƏTİ YARADICI PROSESƏ EMOSİONAL MÜSTƏVİDƏN BAXIR". Bu yaxınlarda Tanınmış rejissor, aktyor Mir Sahib Ağazadə ilə görüşüb gördüyü, görmək istədiyi işlərdən, ustadı, mərhum rejissor Vaqif İbrahimoğludan və bir sıra b... | ANL |
Qardaş dillərin yad telləri. Azərbaycan dilindəki feil sonluqlarını dəyişdirməklə türk dilində həmsöhbətlərinizi anlayıb-anladacağınızı düşünürsünüzsə, pərt duruma düşə bilərsiniz Türkiyədə. Hər iki türkcədə elə sözlərimiz var ki, onu bilmədən işlətdiyin anda ortalıq qarışar... Keçən ay Alim Qasımovun Okan Bayülgenin ... | ANL |
Tanıyaq və tanıdaq! Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm... | ANL |
Əlirza BƏXŞİ. İlk məktəbi Ərdəbilin Panizdəhi-xurdad oxulunda bitirib. Orta təhsilini isə Əbuzər oxulunda və Əkabir mədrəsəsində alıb. Can Azərbaycan. səndən qabaq çırpışdırıblar. Nə veribsən, ala bilmirsən ondan? Düşündüyünə güləcək. Titrədiblər onu. Ondan alçaq dostluqlar. Küləklər. Gediblər duman dalıycan. Arzuların... | ANL |
Türk Ədəbiyyatı Vəqfi Rahid Uluselin kitabını nəşr edib. Türkiyənin həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatına, onun öyrənilməsinə, nəşrinə və təbliğinə diqqətlə yanaşan Türk Ədəbiyyatı Vəqfi Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, ... | ANL |
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun, eləcə də Azərbaycanın igid oğul və qızlarının göstərdikləri tarixi şücaətlərini əks etdirən Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bi... | ANL |
Mən "Qaraqaşlı" adlı yeni salınmış bir "şəhərin" tağlı, giriş qapısından içəri boylananda gördüm ki... "dağlardan əsən meh Dağdağan ağacının budaqlarına bağlanmış rəngli parçaları əsdirirdi. Kimin əli hansı budağa çatmışdı, paltarının ətəyindən, şalının yelənindən bir şivrim cırıb bağlamışdı, ağaca dil vermişdi... | ANL |
Vətən, Bayraq və Millət sevgisindən yoğrulmuş poeziya toplusu. İyirminci əsrin sonlarından yaşadığımız faciələr - övladlarımızın qanı ilə imza atdığımız müstəqilliyimiz və sonrakı Qarabağ müharibəsi tariximizə qanlı səhifələrini yazdı. Və bu da təbii olaraq ədəbiyyatımıza öz təsirini göstərdi. Azərbaycan poeziy... | ANL |
Xocalı üçün özünü fəda etməyə hazır olan şuşalı. İyirminci əsrin sonlarında xalqımızın başına gətirilmiş çoxsaylı faciə və fəlakətlərdən birinin - 20 Yanvar qırğınının 30 illiyini dərin bir kədər və böyük qürur hissi ilə yad etdik. Xalqımız həm yanvarın 19-dan 20-nə keçən gecə - tank tırtılları və gülləbaran altınd... | ANL |
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar. Yanvarın 23-də Bakıda səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri - Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin Humanitar işlər şöbəsinin müdiri Tamilla... | ANL |
Sevdasının gözündə közərən abidə qadın. İnsan, xarakterində kök atmış bütün təzadlı xüsusiyyətləri - sadəliyi, sərtliyi, mülayimliyi, hay-harayı, qaradinməzliyi ilə Ana təbiətə bənzəyir. Təbiət coşub-daşdığı kimi, insan da qəlbində tüğyan edən arzuları, istəkləri ilə məcrasına sığmır, Ana torpağın sinəsində hifz... | ANL |
YUĞ Dövlət Teatrının repertuarında, artıq iki ildən çoxdur ki, yer alan "Quş dili" tamaşasının simvolik mənasını, sufi, ekzotik fəlsəfəsinə varmaq insandan dəqiq müşahidə və "quş dili" ifadəsinin alt-qatına enə bilmək bacarığı tələb edir. Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşa yazıçı Təranə Vahidin "Cənnətd... | ANL |
Moskvada Polad Bülbüloğlunun 75 illiyi qeyd olunub. AZƏRTAC xəbər verir ki, Moskva Myuzikl Teatrında baş tutan gecəni yubilyar ənənəvi olaraq "Bakı" mahnısı ilə açıb. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların se... | ANL |
Bəşəri sənət incisi. STİVEN FREDERİK STARIN "İTİRİLMİŞ MAARİF" KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. Eramızın I-VI, xüsusən VII-XIX əsrlərlərində milli mədəniyyətimizin tərəqqisi, dövlətçilik ənənələrinin dünyəvi örnəklərinin təşəkkülü və tərəqqisi, hərb qüdrəti, iqtisadiyyatı, İpək yolu ilə bağlı ticari ənənələrin formalaşması,... | ANL |
DavosİqtisadiForumu: Azərbaycan diqqət mərkəzində. "AZƏRBAYCAN GƏNCLİYİNİN ƏSAS İDEYASI VƏ İDEOLOGİYASI SUVERENLİK, MÜSTƏQİLLİK VƏ ÖZ EHTİYATLARIMIZA GÜVƏNMƏKDİR". HərilinilkayınınsonlarınayaxınbütündünyanındiqqətiİsveçrəninDavosşəhərinəyönəlir.KiçikDavosdünyaliderlərini,aparıcışirkətrəhbərlərini,nüfuzlusiyasətçiləri,i... | ANL |
Azərbaycan Sofiyadakı beynəlxalq film festivalında. Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının dəstəyi ilə Sofiyada keçirilən MENAR Film Festivalı çərçivəsində Azərbaycan filmi gecəsi təşkil edilib. Gecədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin... | ANL |
Şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. söyürsən öz-özünə. xəyallarda gəzməkdən. dovşan qorxaqlığı var, tülkü hiyləgərliyi... Açırsan telefonu, kimə mesaj yazasan? sən bugünki xətakar, sən dünənki qəzasan. gözlərinin bacası. unutduğun qadınla. Biri üçün xaniman, biri üçün viranlıq. Dünyanı alta-üstə. çevirdin, ye... | ANL |
Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin kimdir... AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir. Tarix elmlər doktoru, polkovnik Mehman Süleymanovun adı Azərbaycan, İran, eləcə də bir sıra ölkələrin tarixçilərinə və hərb tədqiqatçılarına yaxşı tan... | ANL |
Rayondan təzəcə qayıtmışam, fakültəyə gələn kimi adətimə sadiq qalaraq, Cahangir müəllimlə - professor Cahangir Məmmədli ilə hal-əhval tutmaq üçün onun otağına gedirəm. Qapını açıb otağa daxil olanda həmişəki kimi üzümə baxıb gülümsəyir və ayağa qalxıb "Xoş gəlmisən, nənə" deyib mənimlə görüşür. Sonra üzündə qəribə ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.