text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Muradqulunun üzv olduğu partiyadan məmləkət parlamentinə on nəfər düşdü. Muradqulu partiya siyahısında on ikinci idi. Parlament astanasına qədər ikicə addım, yəni ikicə adam qaldı. Həmin partiyadan parlamentə on yox, on iki namizəd keçsə idi, ən adi məntiqə görə, indi Muradqulu parlament üzvü idi. Cəfakeş Muradqulu n... | ANL |
Bu günlərdə 78 yaşını qeyd edən görkəmli elm xadimi, müəllim və jurnalist Cahangir Məmmədli ilə blits müsahibə. - Bir çox titullara malik Cahangir Məmmədli özü-özünü necə təqdim edərdi? - Ömrünün bu ahıl çağında Qarabağ, Novruzlu dərdi yaşayan bir zavallı kimi. - Sizi hansı müğənni konsertinə cəlb edə bilər? - Dünəni... | ANL |
Yazını oxuduqca bir tələbənin müəlliminə olan sevgisinə, ehtiramına heyran qalırsan...Ta ki özün elə bir müəllim tanıyana qədər... ...Üç il əvvəl bir müəllim tanıdım. Auditoriyadakı mühazirələri oxuyarkən hərdən bir zarafat edən, aram-aram danışan, asta-asta, tələsmədən yeriyən bir müəllim... Elə bir müəllim ki, tələbə... | ANL |
Edqar Po "ölümün ustası" mövqeyində. Edqar Allan Po və əsərləri haqqında kifayət qədər danışılıb. Onun nəsr və poeziya nümunələri üzərində çox tənqidi mətnlər yazılıb. Ponun detektiv romanları, hekayələri öz quruluşu, üslubu, kriminal hadisənin motivi baxımından olduqca unikaldır. Onun əsərlərini daha da maraqlı edən h... | ANL |
Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar təqdim olunub. Babək rayonunun Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Vayxır kənd sakini Əli İsmayılov, Şıxmahmud kənd sakini Həcər Musayeva və Kültəpə kənd sakini Məhsəti Səfərova tərəfindən Babək Rayon Tar... | ANL |
Qısqanclığın "Mənim günahım"dakı anatomiyası - Şahanə Müşfiqin reportajı. Qısqanclıq elə bir duyğudur ki, hansı statusda, hansı yaşda, hansı mövqedə olmağına baxmayaraq, insanı öz daxilindən yeyir, bitirir. Əslinə baxanda bunun çox zaman qarşı tərəfə elə bir ziyanı olmur. Bu hiss, gərginlik insanın psixologiyasın... | ANL |
Qocaman şərqşünas dostum haqqında vida sözü. Vaxt var idi, yaradıcılığın möhtəşəm aldanışı məni qanadları üstünə alıb əlçatmaz, ünyetməz aləmə aparırdı. Telefon çalıb təşəkkür etdi. Səsi çox gümrah idi. Dünya əhalisinin yalnız bir faizini təşkil edən uzunömürlülər sırasında vüqarla addımlayırdı. Yazıb-yaradır, xeyriyyə... | ANL |
Dünya şöhrətli iki soydaşımızın birgə kitabı. PROFESSOR RAFİQ ƏLİYEVİN DAHİ LÜTFİ ZADƏ İLƏ BİRGƏ YAZDIĞI VƏ XARİCDƏ ÇAP EDİLMİŞ ƏSƏR BU YAXINLARDA AZƏRBAYCAN OXUCULARINA TƏQDİM EDİLƏCƏK. Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi sələfi, dahi Lütfi Zadə ilə birlikdə yazdığı "Fuzzy lo... | ANL |
İçimizdə böyütdüyümüz təkəbbür. Əlimizdə notbukumuz, klaviaturamız, telefonumuz var deyə, özümüzü qəhrəman sayırıq. Hər kəsin söz demək haqqı, fikir bildirmək azadlığı var. Problem lağlağını, rişxəndi, ələ salmağı, hər şeyi məsxərəyə qoymağı hədsiz dərəcəyə çatdırmağımızdadır, zərrə qədər utanıb çəkinmədən başqaları... | ANL |
Biri dünənindən, o biri gələcəyindən ümidsiz. İkisi də vaz keçib... İkisi də bir-birindən xəbərsiz evlərindən çıxıb, taleyin müəyyən etdiyi bir parka tərəf gedirlər. Gənc qadın, yaşlı qadının illər əvvəl yaşadığı və böyük travmalar keçirdərək canını qurtardığı o ağrıları alıb yanına yeriyir. Yaşlı qadın, əksinə, gən... | ANL |
Ankarada görkəmli ədib Səməd Behrənginin yubileyi qeyd olunub. Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında görkəmli təbrizli yazıçı, tanınmış tərcüməçi-publisist Səməd Behrənginin anadan olmasının 80 illiyi münasibətilə toplantı keçirilib. Toplantıda türk dünyasının ədəbiyyatsevərləri, ş... | ANL |
AZƏRTAC xəbər verir ki, konfransda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov rəhbəri olduğu qurumun ötənilki fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daimi diqqət və qayğısı nəticəsində... | ANL |
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib. Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı işıq üzü görüb. Bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib. Mişel Uelbekin bu sayda təqdim olunan daha ik... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli rus yazıçısı, dramaturq A.P.Çexovun 160 illik yubileyi münasibətilə sərgi açılıb. Bu barədə MEK-in ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib. Dahi rus yazıçısı Lev Tolstoy Anton Pavloviç Çexov haqqında deyib: "Əgər bütün rus ədəb... | ANL |
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimov yad edilib. Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində məşhur klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşan gecədə əvvəlcə sənətkarın həyat yolunu əks et... | ANL |
STEAM təhsil metodu. Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan STEAM-təhsil müasir təhsil fenomeni kimi peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir. Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunan bilikl... | ANL |
Vurulan təyyarədəki qaşqay doktorantları. Türk xalqlarının elmdə, mədəniyyətdə, ədəbiyyatda qazandığı uğurlardan yazmağa çalışıram. Lakin həmişə istədiyim kimi olmur, üzücü hadisələrdən də söz açmalı oluram. "Qaşqay musiqisinin fədakar xadimi Furud Gorginpur dünyadan köçdü" adlı məqaləm çap olunandan iki gün öncə b... | ANL |
Gizli-gizli ağlayırsan gecəyə, Gülür sənə küçədəki uşaq da. Baxırsan ki, dağınıqsan, pintisən, Yaşadığın qəfəsmidir, odamı? Tanımırsan öz özünü indi sən, Tanımırsan güzgüdəki adamı. Qorxma, daha bir kimsəni sevmirəm, İsidən yox fəsillərin qışında. Qorxma, daha gücüm də yox gəzdirəm, Başqasını ürəyimin başında. Qo... | ANL |
O mehriban, o əziz... O, İncəsənət Universiteti teatr sənəti fakültəsinin aktyorluq şöbəsinə qəbul olunanda artıq Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. 1991-ci ildən 2012-ci ilə qədər Badamdar mədəniyyət evinin direktoru kimi fəaliyyət göstərdi və bu illərdə onun rəhbərli... | ANL |
Vətəni sevmək imandandır. Vətəni sevmək imandandır. Vətəni sevmək, onu düşmənlərin hücumundan qorumaq, ana yurdun çiçəklənməsi və inkişafı üçün çalışmaq hər bir vətən övladının mühüm vəzifəsidir. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti, bəşəriyyətin ali ideallarına xidmət... Gərək sidq-ürəkdən Tanrıya bağlı olub ... | ANL |
Bugünlərdə bir kitab oxuyub bitirdim: "Sevgi qapısında Yaşamaq Sənəti". Müəllifinin dediyinə görə, kitabın ilkin adı belədir. Amma bəlkə də çap olunana qədər dəyişəcək. Hər halda psixoloq, yazıçı İlqar Kamil bir müddət öncə verdiyi seminarlarını "Yaşamaq sənəti" adlandırmışdı. Bu kitabda yazdıqlarını və xeyli də ... | ANL |
Fikrət Əmirovun etirafı - Əlisəfdər Hüseynovun yazısı. Hərdən mənə elə gəlir ki, Fikrət Əmirovun yaradıcılığının özünəməxsus tərəfləri, onun Azərbaycan (və dünya!) musiqisi tarixində oynadığı rol, yerinə yetirdiyi yaradıcılıq missiyası haqqında hər şey deyilib, xalqımızın ruhunu səslərin dili, musiqi obrazları ... | ANL |
Sosial şəbəkələrdə parlayanlar. Sosial şəbəkələr ayrı-ayrı insanların məşhurlaşmasına kömək etməklə yanaşı, həm də onların bu platforma vasitəsilə öz işlərini qurmalarına, ideyalarını gerçəkləşdirmələrinə imkan verir. İllər əvvəl öz saytını yaradan və Feysbukda "Teatrımızın inciləri" adlı qrup açıb bir xeyli izləyicin... | ANL |
"Əsrə bərabər ömür"ün işıqlı səhifələri. Əməkdar müəllim Səlim Əzimovun 90 illik yubileyi ərəfəsində çap etdirdiyi "Əsrə bərabər ömür" kitabı "Bir insan ömrünü girov qoymuşam, Bir müəllim ömrünü yaşatmaq üçün" misralarıyla başlayır. Eyni zamanda, kitabda görkəmli elm adamlarının mənalı həyatları, Qarabağ hadisə... | ANL |
Emosiyaların mesajı - Vüsalə Selcan yazır. Şüurun canlılardan yalnız insana aid olduğu söylənilir. Mövzu elmdə öz təsdiqini tapsa da, real müşahidələr bunu təkzib edir. Heyvanların da bizim bildiyimiz şüuru var. Şüur dediyimiz bəlkə də, emosiyaların bizdə formalaşdırdığı vərdişlər toplusudur. Həm heyvanlar, həm də ins... | ANL |
Poeziya və musiqi birləşəndə... ARİF MƏMMƏDOVUN MONOQRAFİYASI MARAQLI BİR MÖVZUYA İŞIQ TUTUR. Azərbaycan poeziyası ilə musiqisi arasında möhkəm bir bağ, güclü vəhdət vardır. Bu, özünü həm lirikamızda, həm də musiqimizdə göstərir. Yaxud Nizami, Nəsimi, Füzuli, Seyid Əzim, Əliağa Vahid qəzəlləri olmadan muğamlarım... | ANL |
2 saat 5 dəqiqədən sonra İslam Kərimov adına Beynəlxalq hava limanındayam. Temperatur mənfi iki dərəcəni göstərir. Üç ilə yaxın vaxt zamanında ölkənin inkişafında müsbət dəyişiklər olub. Yollar yenilənib, parklar salınıb, körpülər, yeni binalar tikilib. Təkcə mərkəz deyil, hətta küçələrdəki ara yolların da çox... | ANL |
Yanvarın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Babayevin anadan olmasının 95 illiyi münasibətilə şairin həyat və yaradıcılığına həsr olunmuş "Adil Babayev - 95" adlı kitab sərgi... | ANL |
Şair və tədqiqatçı Gülhüseyn Kazımlının 70 yaşı qeyd edilib. Azərbaycan Milli Konservatoriyasında şair-publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının anadan olmasının 70 illiyi münasibətilə yubilyarla görüş keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə Milli Konservatoriyanın rektoru, Xalq artisti Səyav... | ANL |
Maraqlı eksponatlarla zəngin Təbiət Muzeyi. Son 25 ildə qədim Naxçıvanın həyatındakı canlanma yalnız burada aparılan tikinti, quruculuq, abadlıq işləri ilə deyil, eyni zamanda, həyatımızın bütün sahələrində yeniliklər ilə xarakterizə olunur. Şübhəsiz, ilk növbədə böyük məhəbbətlə görülən işlər hər bir kəsi valeh ... | ANL |
Hər dəqiqəsi ədəbiyyatla dolu bir görüş. ŞAİR QİSMƏT IV GƏNC ƏDİBLƏR MƏKTƏBİNİN QONAĞI OLDU. Bu görüşə mən də qatılmalı və oradan reportaj hazırlamalıyam. Tədbirin başlanmasına hələ xeyli vaxt qalır, ancaq mən artıq "Azərkitab"ın qarşısındayam. Yəqin ki, buraya ilk gəlişim olmadığı üçün bina mənə bir qədər doğma gəli... | ANL |
Bu günlərdə şair, folklorşünas İlham Qəhrəmanın tərtibatında məşhur el sənətkarı Aşıq Alının "Nə qaldı" kitabı "Qanun" nəşrlər evində çapdan çıxıb. Kitabda Aşıq Alının fərqli mənbələrdən götürülmüş, aşıq ədəbiyyatının ən müxtəlif janrlarında olan 300 şeiri toplanıb. Kitabda tərtibatçı çoxsaylı deyim və sözlərə, di... | ANL |
"2020-ci il üçün Akademik Milli Dram Teatrının qastrol və festivallarla bağlı planları böyükdür. Bunu Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib. Onun sözlərinə görə, artıq qastrol səfərləri ilə bağlı ilkin danışıqlar aparılıb: "Bu günlərdə Gürcüstanın Milli Teatr Günü ... | ANL |
Qələmsiz yazılanlar. "Zamanın tələblərinə uyğun" şüarı hər dövrdə aktual olub. "Namizədlər bir-biriylə hansısa formada dil taparsa, buna seçicilər və media narahat olmamalıdır. MSK sədri bugünkü tədbirdə təxminən belə dedi. Bakıdakı Yunus Əmrə İnstitutu Türkiyədə nəşr olunan "Qələmsiz yazılanlar" kitabımın təqdi... | ANL |
Kulis.az-ın "İşdən kənar" layihəsindən AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla müsahibəsini təqdim edirik. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır. -... | ANL |
BDU-da Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir təşkil olunub. Bakı Dövlət Universitetinin (BDU) "Jurnalistika" fakültəsində professor, Prezident təqaüdçüsü Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir təşkil olunub. Tədbirə toplaşanlar Azərbaycan mətbuat tarixi və jurnalistikasının sadiq tədqiqatç... | ANL |
İztirabınla bir başqa gözəldir həyat! Nə qədər sevgilər yaşandı dünyada; hicran adlanan uçuruma düşən vüsal atəşiylə yanan neçə-neçə aşiq sevdiyinə qovuşmadan köçüb getdi əbədi aləmə. Bu qədər illik həsrətləmi qaçacağam üzü Yaradana? Səsini eşitmədən, üzünü görmədən, qoxunu içimə doya-doya çəkmədən içimdə böyük b... | ANL |
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların an... | ANL |
Vətəni qürbətdə yaşamaq. Nərgiz Qazi. Hal-hazırda İsveçdə yaşayır. Helsinqborq şəhərində yerləşən İkea mağazasının logistika departamentində işləyir. Eyni zamanda da Birləşmiş Millətlər Təşkilatının Helsinqborq şəhərindəki filialının sədridir. Vətəni qürbətdə yaşamaq. “525-ci qəzet”in, 20 yanvar şəhidi, şair Ülvi Bünya... | ANL |
Simran Qədim. Mütəmadi olaraq yazıları Azərbaycan və Türkiyənin ədəbiyyat saytlarında, qəzet və jurnallarda dərc olunur. Bütün zamanlarda olduğu kimi, bu günün də ən önəmli tələblərindən, şərtlərindən biri insanın sual vermək bacarığına, arayıb-araşdırmaq, öyrənmək qabiliyyətinə yiyələnməsidir. Ta uşaqlıqdan hər kəsi... | ANL |
100 il əvvəl Azərbaycanın müstəqilliyi Parisdə tanınıb. 1991-ci ildə müstəqilliyini bərpa edən və sualtı qayaları və cərəyanları məharətlə manevr edərək keçən Azərbaycan dövləti bütün çətinliklərə və əngəllərə baxmayaraq, öz yoluna uğurla davam edir və sonsuz geosiyasi problemlər şəraitində bu müstəqilliyi müqədd... | ANL |
Köhnə düzəndən yeni düzənə. Dünya tarixinin monqol-tatarlar dövrü kifayət qədər mükəmməl araşdırmaların mövzusu olmuş, bu dövrün möhtəşəm qəhrəmanı Çingiz xan haqqında hər cəhətdən dəyərli əsərlər yazılmışsa da, nə onun şəxsiyyətinə, nə də yaratdığı imperiyanın xarakterinə dair mübahisələrə son qoyulmadığı kimi,... | ANL |
İlk "Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət". Dilçilik tarixində leksikoqrafiyanın yaşı qədim olsa da, Azərbaycan dilçiliyi tarixində bu sahə XIX əsrin son onilliyinə təsadüf edir. Hazırda leksikoqrafiyamızda hələ ki, altı dəfə çap olunmuş üçcildlik "Rusca-azərbaycanca" və iki dəfə çap olunmuş dördcildlik "... | ANL |
28 noyabr 2020-ci il tarixində Azercell Tələbə Təqaüd Proqramı üzrə qalib gələn tələbələrin təntənəli mükafatlandırma mərasimini keçirib. “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, Azercell-in İnsan Kapitalının İdarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva və SABAH İcra Komitəsinin tələb... | ANL |
Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanının müzakirəsi olub. Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın "Sirlərin sərgüzəşti" kitabının təqdimatı və müzakirəsi keçirilib.... | ANL |
Afaq Məsud Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü seçilib. Fransa Senatının sərəncamıyla 1980-ci ildə Parisdə yaradılmış Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının növbəti yubiley sessiyasında Azərbaycanın Xalq yazıçısı Afaq Məsud qurumun həqiqi üzvü seçilib. AZƏRTAC xəbər verir ki, A.Məsud a... | ANL |
Yanvarın 29-da Beynəlxalq Muğam Mərkəzində tanınmış nasir və publisist Xeyrəddin Qocanın anadan olmasının 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçirilib. AZƏRTAC xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən gecədə ədibin çağdaş həqiqətlərə işıq salan bədii və pu... | ANL |
Ədəbi-bədii, nostalji jurnal olan "Yada düşdü"nün ötən ilə olan son sayı hər zamankı kimi maraqlı yazılarla zəngindir. Jurnalın "Təsisçidən" başlıqlı ənənəvi rubrikasında Nəzakət Məmmədlinin ana haqqında kiçik essesi və "Ana haqqı" şeiri verilib. Sonrakı səhifələrdə oxucular Bəxtiyar Qaracadan "Hamımızın müəllimi",... | ANL |
Bu günlərdə AMEA-nın müxbir üzvü, tənqidçi Tehran Əlişanoğlunun "T.Mustafayinin "Ədəbiyyat söhbəti" adlı ədəbi-tarixi essesi kitab şəklində "Alatoran" nəşriyyatında çap olunub. İki "çevrə"dən, Azərbaycan ədəbiyyatının dünəninə, bugününə orijinal baxış sərgiləyən, bir-birindən doğan, biri digərini izləyən "100+1" ya... | ANL |
Şair Arif Əbdüloğlunun "Vətəndir- sevdiyim, sevildiyim yer" kitabı onun sayca üçüncü kitabıdır. Bundan əvvəl onun iki oçerklər kitabı işıq üzü görüb. Yeni kitab poemalar və şeirlər toplusudur. Kitabın redaktoru Sədaqət Kərimova, rəssamı Könül Muhammed-Sayaleva, korrektoru Günel Əliyevadır. Kitab redaktordan müəllifi... | ANL |
Anar: “Bu, Yazıçılar Birliyində çalışan namuslu insanların zəhmətlərini yerə vurmaqdır”. AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN SƏDRİ, XALQ YAZIÇISI ANARIN BİRLİYİN MƏTBUAT XİDMƏTİNƏ AÇIQLAMASI. Son günlər sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyi ilə bağlı məsələ müzakirə olunur. AYB-nin Mətb... | ANL |
Jurnal haqqında ilkin söhbəti baş redaktor Vaqif Əlixanlı ənənəvi "Qırx sətir"ində açır. Tahir Taisoğlu "Yaxınlıqdan baxan şair" şeirində Ələkbər Salahzadəni yad edir. Şeirdən sonra şairin qızı Aydan atasından söz açır. "Vaxtın yaşı" rubrikasındakı ilk yazıda İshaq Cəfərzadə xatırlanaraq "O, bizə Qobustanı bağışlad... | ANL |
Dünən Bakı Dövlət Universitetində (BDU) türk dünyasının önəmli şəxsiyyətlərindən biri, müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin və türk dünyasında "Abay ili"nin açılış mərasimi keçirilib. Tədbir Beynəlxalq Türk Akademiyasının, ... | ANL |
İstiqlal və cümhuriyyətçilik ideyalarına Əhməd Cəfəroğlu baxışı. Əhməd İsmayıl Cəfərzadə (Cəfəroğlu) Azərbaycanın 20-ci əsr elmi, ədəbi və siyasi fikir tarixinin görkəmli nümayəndələrindən biridir. Ötən əsrin 50-ci illərindən artıq dünya türkologiya elminin söz sahiblərindən biri kimi qəbul olunan Ə.Cəfəroğlunun qismən... | ANL |
V.C.Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Vüqar Cəbrayıl oğlu Əhmədov "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.... | ANL |
islahatlar davam etdiriləcək". AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasında bir s... | ANL |
çox şəxs qeydiyyatdan keçib. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi davam edir. Bugünədək 3000 nəfərdən çox şəxs müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçib. Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, alitəhsilli, ən azı 2 il idarəç... | ANL |
Süni intellektin fəlsəfəsi: metaforadan gerçəkliyə doğru. Geniş miqyasda götürsək, fəlsəfənin predmeti ilə bağlı xeyli yanlış təsəvvürlər var. Bilirsiniz ki, müxtəlif fəlsəfi doktrinlərin yaradıcısı olan filosoflar hər şeydən öncə maraqlı, mənalı və gözəl səslənən deyimləri ilə tanınırlar. Yəni aforizmləri ilə. Hə... | ANL |
Moşu Göyəzənli ağ vərəq üzərində, şeir sətirlərində axtarırdısa xoşbəxtliyi, digərləri ayrı-ayrı nəsnələri özləri üçün xoşbəxtlik etalonuna çevirmişdilər. - Şair Moşu Göyəzənlinin uşaqlarının anası... Moşunun arvadı Söylünün xoşbəxtliyi məhz bu cümlə idi. O, birisinin uşaqlarının anası olmağı özünə xoşbəxtlik k... | ANL |
Qədim Çin filosofu Konfutsi insanlara nəyisə izah etməyin ən yaxşı yolunun nümunələr üzərində göstərmək olduğuna inanırdı. Bir gün Konfutsi bir əlində vaza, o biri əlində alma ilə şagirdlərinin yanına gəlir. Filosof uşaqların təəccüb dolu baxışları altında almanı vazanın içinə qoyur. Əlini ehmalca vazanın içinə ... | ANL |
YENİ İŞIQ ÜZÜ GÖRMÜŞ BU ƏSƏR YAZIÇININ VƏ MÜASİR NƏSRİMİZİN BÖYÜK UĞURUDUR. Bir-birini izləyən olaylarda öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət müstəqilliyinin, Qarabağ müharibəsinin fəal iştirakçılarıdır... Əjdər Ol bu əsərini təsadüfən "Lo" adlandırmayıb. Bəlkə də doğma ana dilimizdə... | ANL |
Dünyadan Qarabağ dərdi ilə köçdü... DƏYƏRLİ ALİM VƏ YAZIÇIMIZ ŞAHLAR HƏSƏNOĞLUNUN XATİRƏSİNƏ. Əziz və unudulmaz dostum Şahlar Həsənoğlunun ölüm xəbəri məni haldan-hala saldı. İllərlə Qarabağın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyən dəyərli bir alimin, istedadlı bir yazıçının yurd həsrəti ilə bu dün... | ANL |
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Beynəlxalq aləm təlatümlü dənizə bənzəyir. Təhlükəli münaqişə dalğaları daha qorxulu hadisələri gündəliyə gətirmək üçün aram vermədən bir-birinin ardınca gəlir, müharibələr qəzəb ilahəsi Furiya kimi öz iyrənc fəaliyyətindən əl çəkmək istəmir. Bəşəriyyət, dəh... | ANL |
yaradıcılığı haqqında qeydlər. Azərbaycan satirik mətbuatının banisi Cəlil Məmmədquluzadə ədəbiyyatımıza çoxlu sayda publisist məqalə, hekayə, povest və dram əsərləri bəxş etmiş qüdrətli sənətkardır. O, "Molla Nəsrəddin" jurnalında satirik hekayə, satirik məktub, felyeton, satirik məqalə və satirik xəbərlərə müra... | ANL |
Bəmbəyaz keçiddə. Belə düşüncəli vaxtlarımda telefonum zəng çaldı. Baxış müəllim idi. Bir müxtəsər hal-əhvaldan sonra məni uzun illər yaşadığı evinə ərklə dəvət elədi. Heç elə iş olarmı ki, sizin tapşırığınızı qulaqardına vurum?! Baxış müəllim, yəqin məni sizin gözünüzdən salmaq istəyir, - deyərək qəti etirazımı b... | ANL |
Tanınmış şair Ramiz Məmmədzadənin şeirləri haqqında düşüncələr. Ona da sevinərəm ki, çoxdan tanıdığım Ramiz müəllimi bir daha yenidən, yaxından kəşf elədim. İndiyə kimi heç kəs Ramiz müəllimin poetik dünyasına ciddi olaraq baş vurmayıb, misraların poetik ovqatına yüklənə biməyib, "adama əl eləyən" şeirlərin yanın... | ANL |
Məqamın monoloqu. Tehran Əlişanoğlu - Mustafayev Tehran Əlişan oğlu tanınmış ədəbiyyatşünas-alim, tənqidçi və publisistdir. Publisist kimi də fəaliyyət göstərib. Tehran Əlişanoğlunun tədqiqat obyekti əsasən XX əsr Azərbaycan ədəbiyyatı və Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, onların elmi-nəzəri və tənqid probl... | ANL |
və ya mistikadan gerçəkliyə. Milli və bütövlükdə Şərq teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan qədim Naxçıvan teatrı yeni ili teatrsevərlərə yeni sənət sevinci bəxş etməklə qarşıladı. Tanınmış yazıçı-dramaturq, ictimai və dövlət xadimi Elçin Əfəndiyevin on bir şəkil və iki epiloqdan ibarət "Tele... | ANL |
Sosial şəbəkələrdə ünsiyyət. mədəniyyətinin formalaşması günün tələbidir. Gündəlik həyatda tez-tez işlədilən "sosial şəbəkə" termini altında kontenti şəbəkə iştirakçılarının özlərindən ibarət olan və çoxsaylı istifadəçilərə malik interaktiv veb-sayt başa düşülür. Bu avtomatlaşdırılmış sosial mühit hər birimizə özümüzə ... | ANL |
Şərq və Qərb mədəniyyəti. anlayışına konseptual baxış. Müasir kulturologiyada "Qərb" anlayışı olaraq Avropa, Amerika, Avstraliya, "Şərq" anlayışı olaraq isə Mərkəzi, Cənub-Şərqi Asiya, Yaxın Şərq, Şimali Afrika ölkələrinin mədəniyyətləri nəzərdə tutulur. Bu mədəniyyətlər özünəməxsus xüsusiyyətlərə malikdir. Onlar... | ANL |
GECİKDİYİM QATARLAR. Ömür ötüb keçdi yel kimi, Arzularımı külək apardı. Sevmədiklərimi dəfn elədim xatirələrimdə, Sevdiklərim ürəyimdə tufan qopardı. Əsdim beləcə kiminin üstünə külək kimi, Kiminin də ömrü-günü üçün əsdim. Özgələrin yolunda işıq oldum bəzən. Bəzən də özüm öz yolumu kəsdim. Bircə günümü qaytara bilsəm g... | ANL |
Qarşılaşacağıq bir gün səninlə, Bəlkə ölü bir kəpənəyin qanadında. Anamın mənə dilədiyi. o xoşbəxtlik duasında olarsan bəlkə. Ölülərin gedə bildiyi hər yerdə. Sağkən gedə bilmədiyimiz yerlərdə. qarşılaşacağıq səninlə. Bəlkə yeni doğulmuş sevincli körpənin. İlk dəfə sevdiyindən ayrılarkən, Məktəbli qızın gözün... | ANL |
Naxçıvanda yazıb-yaradan istedadlı gənclərdən biri də Mirşahin Seyidovdur. Naxçıvan Müəllimlər İnstitutunun məzunu olan Mirşahinin tələbəlik illərində "Fikir buludları" adlı ilk kitabı da oxuculara təqdim olunub. Bu dəfə isə onun şeirlərini təqdim edərək fikir yürütməyi oxucuların ixtiyarına buraxmaq istədik. Mi... | ANL |
"Filologiya və sənətşünaslıq". jurnalının yeni sayı çıxıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Filologiya və sənətşünaslıq" elmi jurnalının 2019-cu ildə ikinci sayı nəşr olunub. "Filologiya və sənətşünaslıq" elmi jurnalının baş redaktoru, AMEA-nın birinci vitse-prezidenti,... | ANL |
Dünya boyda Naxçıvan sevgisi. NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü Sahil Tahirlinin bu münasibətlə qələmə aldığı “Dünya boyda Naxçıvan sevgisi” məqaləsini öz izləyicilərinə təqdim edir: ***.... | ANL |
Azərbaycan tarixinin inqilabi islahatlar ili. Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə müxtəlif sahələrdə əldə edilmiş nəticələr təhlil olunub, dövlət başçısı tərəfindən yeni tapşırıqlar verilib. Müşavirədə təqd... | ANL |
Qardaş dillərin yad telləri. Azərbaycan dilindəki feil sonluqlarını dəyişdirməklə türk dilində həmsöhbətlərinizi anlayıb-anladacağınızı düşünürsünüzsə, pərt duruma düşə bilərsiniz Türkiyədə. Hər iki türkcədə elə sözlərimiz var ki, onu bilmədən işlətdiyin anda ortalıq qarışar. Keçən həftə Rəşad Məcidlə söhbətimi... | ANL |
Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər... "Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir" - deyən Ümumilli lider Heydər Əliyev hakimiyyətinin ilk illərindən başlayaraq öncə məhz gömrük işinin uğurlu və qabaqcıl təşkili sahəsinə böyük diqqət ayırıb. Ulu öndər... | ANL |
Qələmsiz yazılanlar. status-esseləri. Stalin vaxtaşırı Mərkəzi Komitədən SSRİ Yazıçılar İttifaqına rəhbər işçilər təyin edərmiş ki, ədəbiyyat adamları arasında partiya-sovet təşviqatını, bolşevik ideyalarının təbliğini gücləndirsinlər. Növbəti belə rəhbərlərdən biri olan Polikarpov bir müddət işləyəndən sonra Stalinin... | ANL |
"Azərxalça" fəaliyyətini genişləndirir. Xalçaçılığın vətəni olan Azərbaycanda bu sahəyə göstərilən qayğı öz bəhrəsini verir. Xalçaçılıq xalqımızın milli dəyəri kimi bu gün ölkəmizdə ciddi diqqət yetirilən sahələrdən birinə çevrilib. Azərbaycan xalçaçılığının inkişafı istiqamətində 2019-cu ildə də mühüm tədbirlər həya... | ANL |
Yeni ildə də yeni tamaşalarla teatrsevərləri sevindirməyə hazırlaşan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilin ilk premyerasını reallaşdırıb. Yaradıcı heyətin aylardır üzərində çalışdığı "Yeddi nar çubuğu" teatrsevərlərin ixtiyarına verilib. Azərbaycan Dövlət Kukla Teatrı, "ITALDIZAIN" şirkəti və F... | ANL |
ilə bağlı yekun tədbir keçirdi. Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliye... | ANL |
Məntiq şikəstliyi. İndi arxivimdə rast gəldi, oxudum, yenidən çap etdirməyi qərara aldım. İnsan üzdə olan, zahiri nöqsanlarını tez düzəldə bilər. Məqalədə "məntiq şikəstliyi" - dediyim mənəviyyat nöqsanlarında elə bir əsaslı dönüş olmayıb. İqtisadiyyatımız zəif olanda, mənəviyyatdan hökmlə danışmağa dilimiz qısa ... | ANL |
Pedaqoq ömrü. Bu yazıda sizlərə yaxından tanıdığım və böyük hörmət bəslədiyim bir nəfər müəllim və alim haqqında - biologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri Anaxanım Yusifova haqqında danışacağam. Anaxanım Yusifo... | ANL |
Amma təbii ki, izini hər yerdə saxlayır, dəyişən isə sadəcə təqvimdir. Ötən bir il ölkəmizin Ana televiziyasının - AzTV-nin həyatında da böyük və uğurlu dəyişikliklər ili kimi qaldı. Qosqocaman Teleradiomuz Prezident İlham Əliyevin qayğısı ilə inamla və qətiyyətlə dəyişdi, yeniləşdi, müasirləşdi. Və bu dəyişiklikl... | ANL |
Müqəddəs torpaqlarımız uğrunda, müstəqilliyimiz, milli varlığımız uğrunda həlak olmuş bütün şəhidlərimiz hər birimiz üçün Vətənə sevginin qiymət meyarıdır. Onların hər birinin müqəddəs ruhu bizim and yerimizdir. Tale elə gətirib ki, şəhidlərimizin çox böyük hissəsi gənclərimizdən ibarətdir. Torpaqlarımızı yağı dü... | ANL |
Səsin hikməti. Bir çox şeirləri onun səsində sevdik. Onun səsindən öyrəndik Vətən üçün alovlanmağı, yanmağı, onun səsində gördük sözün ən gözəl şəklini, onun səsində tanıdıq insan duyğularının əlvan çələngini. Heç təsadüfi deyil ki, bədii qiraətin tanınmış siması, Əməkdar artist Ağalar Bayramov haqqında danışan... | ANL |
Yusif İldırımzadənin birnəfəsə. oxunan unudulmaz "Məktub"u. Azərbaycanda poeziyaya və ümumən ədəbiyyata aşina olan onlarla adam tanıyıram. Amma onların əksəriyyəti ədəbi-elmi-fəlsəfi düşüncələrini yazı vasitəsilə paylaşmırlar. İxtisasca hüquqşünas olan Yusif İldırımzadə isə uşaqlıq illərindən yaşının bu çağına ... | ANL |
Süfrədə yemiş kimidir, Hərəyə bir dilim düşür. Həyatda xoşbəxtlik də Allahın lütfü və rizasıyla bağlı məsələdir. Tanrıya asi çıxmaq qəbulolunmazdır və ONA bəndəlik etmək gərəkdir. "Mənə dəniz bağışladın" şeirini Elşad Səfərli Xalq şairi Nəbi Xəzriyə həsr edib və onun dillər əzbəri beytini - "Dənizi hədiyyə verir... | ANL |
Kinorejissor Vaqif Mustafayevin filmlərinin dili barədə. Vaqif Mustafayevin filmlərində linqvistik işarələr - sözlər, frazalar, cümlələr də absurd situasiyaların dairəsindədir, yəni həyatın paradokslarını, insanların ağrılarını "absurda gətirmək, dalana dirəmək" mexanizmi ilə əks etdirir, daha doğusu, sözlər, anl... | ANL |
nəğməsini insanlar da dinləməlidir". Son illər sosial şəbəkələrdə cəmiyyətin ayrı-ayrı təbəqələrinin, fərqli düşüncə sahiblərinin müxtəlif məsələlərə münasibəti ilə tanış olmaqla yanaşı, həm də istedadlı gənclərin üzə çıxmalarını da müşahidə edirik. Bu tendensiya artıq ənənə halını alaraq, əhəmiyyətli bir real... | ANL |
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə Ankara şəhərində təntənəli tədbir keçirilib. Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın ... | ANL |
Şair öz tərcümeyi-halı barədə yazır: "8 ilə yaxın farsca şeir yazdım, duyğularımı, kədərlərimi ata-anamla paylaşım deyə, türkcə düşünməyə başladım, bu yaşayışımın acı çağlarının başlanışı oldu. Daha sonra bu acı içimi gəzdi və məni kim olduğuma doğru sürüdü və indi mən şair deyiləm, bəlkə vətənim Azərbaycanın acıyan... | ANL |
Mənim vüqarlı dostum. Unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadə vəfatından bir az əvvəl müsahibə verdiyi jurnalistə demişdi: - Mən səni tanıdığım qədər hələ özümü yaxşı tanımıram. Həqiqətən də insan mürəkkəb, təzadlı məxluqdur. Təsadüfi deyil ki, onu təfərrüatına, incəliyinə qədər tanımaq bəzən ən mürəkkəb texn... | ANL |
Şəhidlik zirvəsi. Bu tarix Azərbaycanın yaddaşına təkcə faciə kimi deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir... | ANL |
Qırmızıya bürünmüş qara tarix. Mənim 20 Yanvar faciəsilə tanışlığım beş yaşımda olmuşdu. Bir axşam atam əlində zümrüd yaşılı, qalın cildli bir kitabla qayıtdı. Bu, üstündə rəngbərəng şəkilləri olan kitab deyildi. Axı atam həmişə mənim üçün kitablar alıb gətirərdi... Küskün baxışlarla atamın onu aparıb öz kitab ş... | ANL |
RƏŞAD MƏCİDİN TÜRKİYƏDƏ NƏŞR EDİLMİŞ YENİ KİTABININ TƏQDİMATINDAN QEYDLƏR. Yanvarın 15-də Bakı Yunus Əmrə İnstitutunda Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, şair və publisist Rəşad Məcidin Türkiyədə nəşr olunmuş "Qələmsiz yazılanlar" kitabının təqdimatı keçirilirdi. Təqdimat ... | ANL |
BUKETİ"NƏ QISA YARADICI BAXIŞ. Yaddaşında illərin ağrı-acıları bərq vuran insan (fərd) öz şüurunun üst qatına çıxıb ruhən Tanrı ilə qabaq-qənşər duranda, ruhunu zamanı qabaqlamaq şansı ilə müjdələyir. Belə demək mümkünsə, bu müjdə onu ruhi tənəzzüldən gen tutur; onun ruhsal-ədəbi zövqü idrakda təcəlla edən həya... | ANL |
Siyəzəndə təhsil: ümid artıran uğurlar. Siyəzən rayon təhsil şöbəsinin müdirliyinə irəli çəkilən Pərvin Ağasıyev, cavan olsa da, pedaqoji rəhbərlikdə xeyli təcrübəyə malikdir. Bir müddət rayonun qabaqcıl tədris ocaqlarından birinə başçılıq edib. İndi isə rayonda təhsil işinə rəhbərlik edən bir şəxs kimi bu sahə... | ANL |
Dürüstlük və ləyaqət rəmzi. Professor Yalçın Əlizadə başdan-ayağa mahiyyətdir, yaşayan dəyərdir. O, adı jurnalistika və təhsil tarixinə yazılmış Nurəddin Babayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Famil Mehdi, Nəriman Zeynalov kimi şəxsiyyətlərin yaratdığı dəyərlərin təmsilçisidir. Səbəbi hədsiz t... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.