text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Sabir Rüstəmxanlının "Qarabağa dönüş"ü. Vətənpərvərlik mövzusu yaradıcılığının bütün dönəmlərində ana xətt kimi keçən, yaradıcılığının əsas qayəsini Vətənin bütövlüyü, müstəqilliyi, azadlığı təşkil edən Xalq şairi Sabir Rüstəmxanlının milli müstəqillik dövrü ədəbiyyatımızın yaranmasında və inkişafında özünəməxs...
ANL
Anadilli ədəbiyyatımızın möhtəşəm abidəsi “Şühədanamə”. XV-XVI əsrlərdən Azərbaycan türkcəsi ictimai həyatın bir çox sahələrində özünəlayiq yer tutmağa başlayır. Ağqoyunlu, xüsusilə Səfəvilər dövlətində anadilli ədəbiyyatın güclü inkişafı müşahidə olunur. Cahanşah Həqiqi, Kişvəri, Həbibi, Süruri, Şah İsmayıl Xət...
ANL
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilin...
ANL
Soyuqdur əllərin, soyuqdur nədən? Məhəbbət atəşi kənarmış səndən, Ürəyin şaxtadır, neyləsəm də mən, Çovğuna qatacaq sazaqlar səni. Həsrət qasırğası bürüyən gündən, Ayrılıq küləyi qucaqlar səni. Yoxsa tənhalığa misralar qoşsun, Söylə, Elnur sənə necə qovuşsun? Mənə yaxın qoymur uzaqlar səni. Unutmaq çətin. Baxışlar özgə...
ANL
Milli teatr və kino sənətimizin görkəmli aktyorları sırasında Ağahüseyn Cavadov həmişə öz dəst-xətti ilə seçilib. Çox zaman epizodik rollar yaratsa da, yadda qalıb, sevilib. AZƏRTAC xəbər verir ki, görkəmli sənətkar, Xalq artisti Ağahüseyn Cavadovun dünən 127 illiyi tamam olub. Əmək fəaliyyətinə isə tacir yanında kömək...
ANL
Möminə Xatun türbəsi ilə bağlı yeni tapıntı. Möminə Xatun türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir...". Heydər Əliyev. Azərbaycan xalqının Ümummilli lideri. Dünyanın ən möhtəşəm möcüzələrindən biri, qocaman memarlıq salnamə...
ANL
Sonra onun son görüşlərində Ruhiyyəyə olan təklifini dilə gətirdi, öləndən sonra əri Hüseyn müəllimə ərə getməsi barədəki ağlasığmaz planından danışdı. Çünki mən onun ölümünü heç cür gözləmirdim, ideyanın özü də mənə qəribə gəlirdi. Nəyə görə o, belə qərara gəlmişdir, çünki başqa vicdansız adam onun bu sözlərind...
ANL
Dövlət zopası. Əgər bir kənd uşağısansa, ayağın yer tutandan əlin də dəyənək tutacaq, əppəyin ucundan bərk-bərk yapışacaqsan. Bir öküzün anandan, bir quzunun səndən daha dəyərli olduğunu dilin söz tutub danışmağa başlayandan öyrənəcəksən... Qışda ocaq başlarında yoxluq və qıtlıq hekayələri dinləyib, yazda dörd ...
ANL
BEYNƏLXALQ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNDA EYNİADLI TƏDBİR KEÇİRİLDİ. Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyə Respublikasının Milli Bayramı - 23 aprel Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir keçirilib. 525.az xəbər verir ki, tədbirin keçirilməsi Fond ilə təşki...
ANL
Bir qəzəlin Nəsimisi. Orxan Mirqasımovun vurğuladığı kimi, hürufilikdə torpağın bir ünsür olaraq qüdsiyyəti insan bədəninə material olmasıdır. İnsan bədəninin, ayrıca olaraq üz cizgilərinin sufizmdə xüsusi məqamı şübhəsizdir. Əgər digər mistik sistemlərlə müqayisədə İslam mistisizmində bədənə daha üstün qiymət ve...
ANL
Ancaq tariximiz göstərir ki, termin dəbi qaçılmazdır, bu üzdən ondan kinayəsiz də danışmaq olar. Mən peşəmə görə Batı fəlsəfəsinin və kulturolojisinin xeyli terminlərini pis bilmirəm. Ancaq İnternet postmodernist, poststrukturlist əsərlərlə tanışlığa imkan verəndə "diskurs" sözünə rast gəlib mat qaldım. Məsələn, ...
ANL
Hekayə rapsodiyasindan daha dərin qatlara. Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik. Həmişə böyük ədəbiyyat təəssübkeşi olmuş, nəsr, dramaturgiya və ədəbi tənqid sahəsində ədəbiyyatın təməl əsərlərini yaratmış Xalq yazıçısı Elçini hekayə janrının taleyi ...
ANL
Nizami irsinə dair "Ən yaxşı təqdimat" müsabiqəsi. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunmuş "Mütaliə aylığı" çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilər arasında Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi keçirilib. Muxtar respu...
ANL
Çörəkçi Firuzə hər gün sübh tezdən avtobusa minib, hospitala gedirdi, axşam da avtobusla kəndə qayıdırdı və təndir çörəyi bişirməyə vaxtı olmadığı üçün, kənd camaatı məcbur olurdu ki, çörəyi Cəfərin marketindən alsın. Məsələ burasındaydı ki, Bakı sakinlərindən kimin burda bağı varıydısa, bağa köçürdü, bağı olm...
ANL
Çernobıl əlillərinə 30 mənzil təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana yaşayış kompleksində 30 mənzil Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tə...
ANL
I Bakı Beynəlxalq küçə fotoqrafiyası festivalı. YARAT Müasir İncəsənət Məkanı 1-ci Beynəlxalq Bakı Küçə Fotoqrafiyası Festivalını (BKFF) təqdim edir. BKFF – küçə fotoqrafiyası janrında ən yaxşı əsərləri bir araya gətirən beynəlxalq fotoqrafiya festivalıdır. Karantinin uzun ayları ərzində, hamımız parlaq hadisələr üçün...
ANL
Naxçıvanda əcnəbi tələbələr Nizaminin 880 illiyini qeyd ediblər. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində əcnəbi tələbələrin təşkilatçılığı ilə "Nizami hər sözü demiş birinci" adlı ədəbi-bədii tədbir keçirilib. Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bü...
ANL
Təhsilin beynəlxalq qiymətləndirilməsi yolunda daha bir mühüm addım. 8-ci sinif şagirdlərinin kompüter və informasiya savadlılığı ilə bağlı qiymətləndirməsinin aparıldığı Kompüter və İnformasiya Savadlılığı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqat (ICILS) bu sahədə ən mühüm layihələrdəndir. İlk dəfə 2013-cü ildə ...
ANL
Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarından olan dünya şöhrətli bəstəkar Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəyli ənənələrinin davamçısıdır. O, Şərqin zəngin musiqi ənənələrini qədim alətlər vasitəsilə Qərbə tanıdaraq iki mədəniyyət arasında Üzeyir bəyin yaratdığı körpüləri daha da genişləndirib. F.Əliza...
ANL
Azərbaycan-Monteneqro ədəbi əlaqələrində yeni səhifə. Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin yeni və mərhələli ədəbi layihəsi bitmək üzrədir. Birinci mərhələ "Ulduz" jurnalı ilə ortaq gerçəkləşib. Belə ki, "Ulduz" jurnalının sonuncu 4-cü sayında 12 monteneqrolu şair və yazıçının əsərl...
ANL
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov 1992-ci il fevral ayının 26-da Xocalı faciəsinin baş verdiyi gündən sonra hökumətin, hüquq-mühafizə orqanlarının bacara bilmədiyi işi adi vətəndaş təəssübkeşliyi ilə, ləyaqətlə yerinə yetirib, öz həyatı bahasına torpaq uğrunda döyüşüb, erməni əsirliyində qalan xocalılar...
ANL
Ustad Aşıq Dirili Qurbaniyə. Sənət gülşənində şah oğlu şaham - Taxtımdı-tacımdı qələmim, Dədə. Hər şirin avazda, səsdə-ündəyəm, Bir yurdsuz dərvişəm, yaman gündəyəm. Bağrıma basdığım ləldi-incidi, Ağrımdı-acımdı qələmim, Dədə. Hər misram nur saçan yamyaşıl talam, Enişli-yoxuşlu cığıram-yolam. Hər yetənin qaralayıb adın...
ANL
Yaddaşımızın əbədi Qalası. Və bu çöllərdə 175 gündür itkin deyə axtardığımız Qalası iki gündür tapılıb. Daha doğrusu, müharibə vaxtı əsgərlərimizin boynuna taxdığı gilizin içindən çıxan 5 kəlmə söz - Kərimli Qalası Müslüm Hacıqabul rayon Muğan qəsəbəsi - və ana torpağın aylarca qoynunda qoruyub tər saxladığı nəşi (y...
ANL
"Atam fotoqraf olmağımı istəmirdi". Elə hadisələr var ki, onu şərh etməyə sözlər yetərli olmur.Lakin zamanında çəkilən bir foto həmin hadisəni bütün çılpaqlığı ilə ifadə edə bilir. Belə fotolar mənim üçün "danışan şəkillər" adlanır.Müsahibimiz sənətilə Azərbaycanadınalayiq işlərə imza atan fotoqraflardan biri Fərqanə Q...
ANL
Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur. Akademik Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq sə...
ANL
"Gəncə terrorundakı o fotoları mükafat almaq üçün çəkməmişdim". TÜRKİYƏNİN "SABAH" QƏZETİNİN FOTOMÜXBİRİ UĞUR YILDIRIM: "ŞUŞADA XARIBÜLBÜLÜN FOTOSUNU ÇƏKMƏK İSTƏYİRƏM". 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü dünyanın dörd bir yanına məlum oldu. Müharibədə yaşanılan ən ağrılı andan tutmuş, sevincl...
ANL
Nizami Gəncəvi fenomeni Mərakeş mətbuatında. AL Bayane" qəzetlərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar məqalələr yer alıb. AZƏRTAC xəbər verir ki, məqalənin müəllifləri alim-filoloq Muxtar Bedili və Mərakeş-Azərbaycan dostluq cəmiyyətinin vitse-prezidenti Məhəmməd Faquridir. Məqalələrdə Pr...
ANL
Hər dəfə professor Məmməd Tağıyevin adı çəkiləndə tələbələr bir anlığa elə bilirlər söhbət Zeynalabdin Tağıyevdən gedir. Əslində, o da dilçiliyimizin Tağıyevidir. O da öz varidatını - bilik və bacarığını xalqın yolunda səxavətlə, fanatcasına sərf edib, elmi əsərlər, dərsliklər, lüğətlər qoyub gedib. Professor Tağıyevi...
ANL
Bir qəzəlin Nəsimisi. Nəsimi nədən üz cizgilərinə bu qədər önəm verir? Nəsimi şeirində üz cizgiləri rəmzi məna daşıyıb ilahi teofaniyanın müxtəlif məqamlarını ifadə edir. Üzün parlaqlığı və təkliyi səbəbindən vəhdəti, saçın, tüklərin çoxsaylı olmasından Allahın ad və sifətlərin cəmi olan kəsrəti bildirməsi, gözü...
ANL
Yüksək mənəvi-əxlaqi dəyərlərin ulu carçısı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, ozan-aşıq sənətimizin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, aşıq yaradıcılığı ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış Aşıq Ələ...
ANL
Səngər adamının şeirləri. VƏ YA MÜHARİBƏNİN İÇİNDƏN YAZANDA. Çağdaş günümüzdə savaş ədəbiyyatından söz düşərkən müharibə mövzusunda silsilə şeirləri, qələmə aldığı cəbhə xatirələri ilə gündəmdə olan şair-publisist Emin Pirinin obrazı göz önünə gəlir. Onun hasilə gətirdiyi bədii nümunələr səmimiliyi, ən başlıcası...
ANL
Mədəniyyət Nazirliyi "İslam irsimizi tanıyaq" layihəsi təqdim etdi. Mədəniyyət Nazirliyi müqəddəs Ramazan ayında "İslam irsimizi tanıyaq" layihəsinə start verir. Layihə çərçivəsində İslam mədəniyyəti abidələri (İslam memarlığının nümunələri olan məscidlər, türbələr, xanəgahlar, karvansaralar və s.) barədə qısa video...
ANL
Səhnədən o yana... Gözəl müğənnimiz Flora xanım Kərimovanın qızğın vətənpərvərliyi, millətsevərliyi hamıya məlumdur. Bəlkə elə bu xüsusiyyətlərinə görə 1993-cü ilin qışında - cəbhədə qızğın döyüşlər getdiyi bir vaxtda işlədiyim "Azərbaycan ordusu" qəzeti üçün Flora xanımdan müsahibə almaq, onu əsgərlərimizlə qiy...
ANL
Türk birliyini təməli əsrlərə dayanan və rəngi heç zaman solmayan türk xalısına bənzədən mərhum Turan Yazqan, milli dil, istiqlal eşqi, hürriyyət sevgisi, irqçilikdən uzaq olmağı onun əsas çalarları hesab edirdi. Türk Dünyası Araşdırmalar Vəqfinin (1980) qurucusu, türkçü ideoloq, professor Turan Yazqanın türk bi...
ANL
Dua etməklə arzuya, niyyətə qovuşmaq nəzərdə tutulur. O dualar müstəcəb olur ki, dua edənin özü əməlisaleh olsun. O zaman ona tərəf açılan əlləri Yaradan daha tez görür. Gənc şair Eltun Türkelin də öz duaları var. Onun duaları bu yaxınlarda işıq üzü görmüş "Tənhaların duası'' adlı kitabında oxucularına təqdim olunub. ...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Ali Baş Komandan...
ANL
Can verdi yurdunu yaşatmaq üçün…. Heç bir qələbə, heç bir zəfər asanlıqla əldə olunmur. Təəssüf ki, dünyanın düzəni belədir: haqqın olanı belə itkilərinlə, ağrılarınla qazanırsan. Hələ bu, torpaq itkisi, vətən həsrətidirsə. Zamanında o torpaqların sahibləri zorla, silah gücünə, ölümlər səbəbinə min illik dədə-baba y...
ANL
Ovcumun içində kiçik Vətəndi, Ovcumun içində qoxulayıram. Gözümdən nəm çəkir gözüm dolanda, Günəşə tuturam, boyadıram mən. Layla oxuyuram axşam olanda, Səhərlər nəğməylə oyadıram mən. Həsrətim çəkilir, heçə bax, Allah, İllərlə yaş töküb nəm qurutmuşam. Qorxuram dağıla, atalar çölə, Qorxuram can verəm dirigözlü mən. Yu...
ANL
Türk dünyasının böyük şairi Yavuz Bülənd Bakilərlə tanışlığım 1982-ci ilin iyul ayında, Üzeyir Hacıbəylinin ev-muzeyində gerçəkləşib. Mən o zaman dahi bəstəkarımızın ev-muzeyində çalışırdım. Qonaqları muzeylə tanış etmək üçün qalxdım, eksponatları göstərmək üçün çubuğu götürdüm və qarşılarına keçərək "xoş gəld...
ANL
Özü Borçalıdan, sözü Laçından... oxumun gələcəkdə nə olacağının sirri onun nüvəsindədir. Ancaq bu toxumların cücərməsi üçün mütləq onu münbit torpağa səpmək lazımdır. İstedad da toxum kimidir. Ancaq istedadın da cücərməsi üçün mühit lazımdır. İstedadlı şair dostum Kamandar Eyvazlının şeirlərini oxuduqca beynimdə...
ANL
ABŞ-da Üzeyir Hacıbəyli adına müsabiqəyə əsər qəbulu davam edir. Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti ilə Azərbaycan-Amerika Musiqi Fondunun birgə təşəbbüsü əsasında yanvarın 15-dən elan edilmiş Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsi davam edir. Bakı Musiqi Akademiyasının 100 illiyi münasibəti...
ANL
Azərbaycanlı teatr xadiminə Rusiya Prezidentinin Fəxri Fərmanı təqdim olunub. Moskvada mədəniyyət və incəsənət işçilərinə dövlət mükafatlarının verilməsi mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Moskva Akademik Satira Teatrının direktoru, soydaşımız Məmmədəli Ağayevə də Rusiya Prezidentinin Fəxri Fərmanı təqdim e...
ANL
"Atam fotoqraf olmağımı istəmirdi". Lakin zamanında çəkilən bir foto həmin hadisəni bütün çılpaqlığı ilə ifadə edə bilir. Belə fotolar mənim üçün "danışan şəkillər" adlanır. Müsahibimiz sənətilə Azərbaycan adına layiq işlərə imza atan fotoqraflardan biri Fərqanə Qasımlıdır. Əvvəldən qeyd edim ki, azərbaycanlı kim...
ANL
Zəfərin tablosu. HƏRBİ QƏNİMƏTLƏR PARKINDA QOYULMUŞ MULYAJLARIN HƏMMÜƏLLİFİ MÜŞFİQ HEYDƏROV: "BİZ BU MULYAJLARDA DÖYÜŞ MEYDANINDAN QAÇAN, QORXAQ ERMƏNİ HƏRBÇİLƏRİNİN ƏSL OBRAZLARINI ƏKS ETDİRMƏYƏ ÇALIŞMIŞIQ". Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar...
ANL
Milli Kitabxananın Özbəkistan kitabxanaları ilə əlaqələri müzakirə edilib. Aprelin 9-da Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev Milli Kitabxanada olub. Milli Kitabxananın direktoru Kərim Tahirov rəhbərlik etdiyi kitabxana ha...
ANL
Şəhid Niyamin Niftalızadənin şərəfli həyat yolu. Vətən müharibəsinin zəfər dastanını yazan igidlərimizdən biri də 23 yaşlı Niyamin olub. Özündən iki yaş böyük bacısının yeganə qardaşı olan Niftalızadə Niyamin Xaliq oğlu 15 yanvar 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Nursu kəndində doğulub. Onun 5 ya...
ANL
Sağlam, yeni məfkurələr izlər. Bizlər? …Onlar qoşacaq, çarpışacaqlar, Bir çox uçurumlar aşacaqlar. Lazımsa cəhalətlə güləşmək, Bir çarə var: ancaq yeniləşmək! Məddahlığa boyun əymədiyi üçün uzaq Sibirə sürgün edilib, buzlaqlarda qərib ölən, qırx bir ildən sonra Naxçıvanda anadan olduğu evin qarşısında ikinci dəfə məzar...
ANL
Bunları reallaşdıran can sahibləri də qeyri-ixtiyari olaraq o sirlərin daşıyıcılarıdırlar. Bəlkə də, sehri çözmək istəyimizdəndir ki, qələmi məşəl edib bu sirrin izinə düşdüm. Sirrin adı belədir: Sabir Yusifoğlu. Sirli yönü isə şairliyidir. Zərrə tamın, hüceyrə orqanizmin, övlad ailənin güzgüsü olduğu kimi, şeirlər ...
ANL
Nizami Gəncəvinin fəlsəfi irsində "Ədalət" nəzəriyyəsi. Nizami Gəncəvi filosof kimi. Nizami Gəncəvi 12-ci əsrdə Azərbaycanda, Gəncə şəhərində yaşayıb. Onun zəngin kitabxanası və geniş mütaliə dairəsi olub. İlahiyyat və Fəlsəfə sahələrində yüksək təhsilə sahiblənib. Yunan fəlsəfəsini dərin araşdırmalar əsasında ə...
ANL
1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu tarix Ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir. Fərman Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Heydər...
ANL
Sovet dövrünün həsrətini çəkən insanları sevmirəm. Kinoşünas Ayaz Salayev APA-ya müsahibə verib. Mən sevmirəm keçmişə nəzər salıb, ondan danışmağı. Çünki həmişə gələcəyə daha ümidlə baxıram və ən əsası özümü hələ yaşlı hesab eləmirəm. Əgər keçmişə qayıdıb nələrisə düzəltmək kimi bir şansım olsaydı, o şansdan is...
ANL
Azərbaycan üçün də sınaq məqamı. Qardaş Türkiyədəki meşə yanğınları hər bir azərbaycanlını ürəkdən ağrıdır. Türkiyənin zəngin təbiəti, təbii gözəllikləri, nadir meşə sərvətləri, heyvanlar aləmi od tutub yanır. Azərbaycan xalqı Türkiyə vətəndaşları qədər bu böyük fəlakəti ürək ağrısı ilə qarşılayır. Bütün varl...
ANL
Bütün yumurtaları bir səbətə yığmayın. Anton Çexovun "Bektaşi üzümü" hekayəsinin qəhrəmanı İvanoviç bütün həyatı boyu bir malikanə almaq və həmin malikanənin həyətində bektaşi üzümü yetişdirmək arzusu ilə yaşayır və bütün həyatını bu xəyalını gerçəkləşdirmək üçün həba edir. Yemir-içmir, gəzmir, gecə-gündüz işləyir, ye...
ANL
Dünyanın ən böyük axtarış platforması olan "Google", bu dəfə fərqli bir teoremlə üzləşir. Bir çox insanın rəy və şikayətlərindən sonra bunu sübut edənlər də oldu. Bildiyimiz kimi, "Google" axtarış platforması axtardığımız sözü milyonlarla qarşılığı ilə bizə təqdim edir. Son zamanlar, demək olar ki, hamı internet vasitə...
ANL
Sadıx təkbir gətirəndə barmaqları əsdi. Alnının təri gilə-gilə köynəyinin yaxasına düşdü. Gicgahındakı damar zoğ atmışdı, gözünün içi al qan idi. Hər tərəf qarşısında dayanan mollanın əbası kimi birdən-birə qaraldı. Mahir dədəsinin səndirlədiyini görüb qoluna girdi: - Lələ, nooldu? Sadıx dişini dişinə sıxıb birtəhər ay...
ANL
Sən özün bir kitabsan. Onun cismani yoxluğundan sonra qələmə söz verdim, onun haqqında olan ürək sözlərimi, onu sevənlərin ürək sözlərini bir yerə toplayıb yazacağam deyə... Əslində, onun həyatda olduğu anlarda da, onunla danışdığım mövzularda belə özünə deyə bilməsəm də, ürəyimdə hər zaman dediyim bir cümlə vard...
ANL
Bu yazımda XX əsr təsviri sənət üzrə sənətşünaslıq elmimizin ən istedadlı nümayəndələrindən biri, sənətşünaslıq elminin formalaşması və inkişafında müstəsna xidmətləri olan, təsviri sənət sahəsi üzrə bir çox mövzularda sanballı elmi məqalə, elmi mülahizə və monoqrafiyalar müəllifi kimi incəsənət tarixində silinməz iz q...
ANL
Nizami Gəncəvinin fəlsəfi irsində "Ədalət" nəzəriyyəsi. XX əsrin tanınmış siyası filosofu Con Rauls siyasi fəlsəfədə "Ədalət" nəzəriyyəsi ilə məşhurlaşdı. O, tədqiqatlarının ikinci dönəmində Ədalət (Justice) məfhumunu İnsaf (Fairness) məfhumu ilə eyniləşdirdi. Rauls ədalətli olmağı insaflı olmaq kimi dəyərləndirdi. M...
ANL
Vətənin ən şərqi. Qayıqla ora yaxınlaşanda mühərriki söndürürdük ki, həm suitilər qorxmasınlar, həm də mühərrikin pərinə dəyib zədələnməsinlər. İndi suitilər nadir hallarda adaya çıxırlar" - deyə Namiq kişi söhbətə başlayır. 26 ildir burada çalışan, saç-saqqalını burada ağardan Namiq Hüseynov buranın mühafizəçilərində...
ANL
19-cu əsrin sonlarında bir gözəl günün səhəri idi. Məşhur isveçli kimyagər və zəngin mühəndis Alfred Nobel qəzetləri vərəqləyirdi. Və birdən özü haqqında xəbərə rast gəldi. Niyə onu "ölüm kralı" adlandırmışdılar? Çünki dinamiti icad edən Alfred Nobel olmuşdu. Əslində, dinamit insanları öldürmək üçün icad edilməmişdi; ...
ANL
"Mən qismətə inananlardanam". Bakı Kitab Mərkəzində gənc yazıçı Şah Selimi Türkayın "Ev dustağıyam" əsərinin təqdimatı və imza günü keçirilib. Müsahibəni təqdim edirik. - Türkay xanım, əvvəla "Ev dustağıyam" kitabının Bakı Kitab Mərkəzində sanballı təqdimat mərasimi münasibətilə sizi təbrik edirik. Gəlin söhbətə...
ANL
Ermənistanın başına Azərbaycanın Dəmir yumruğu dəyəndən sonra sayları çox olmayan bəzi erməni siyasətçiləri, sosial media nümayəndələri 35 illik xəyalpərəstlikdən, yuxudan və ya kliniki ölümdən oyanmış kimi başladılar düşünməyə və baş vermiş olayları, müharibənin nəticələrini, bölgənin gələcəyini reallığa yaxın bir...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də ...
ANL
XVIII əsr Qarabağ poeziya məktəbi. Pənahəli xan Cavanşir dövrü. Atası Pənahəli xan Cavanşir kimi qeyri-adi taleyi olan İbrahimxəlil xan Cavanşir 1763-cü ilin yayında İran əsirliyindən Vətənə dönüb, xanlıq tacını başına qoyandan dərhal sonra Pənahəli xanın müdrik və uzaqgörən siyasətini davam etdirməyə və vəsiyyətl...
ANL
Sevə-sevə yaşadı, sevə-sevə xatırlayırıq... Könül ziyarətinin nə olduğunu Yunus Əmrənin bir misrasını oxuyandan sonra dərk etdim: Min Kəbədən yeyrəkdir bir könül ziyarəti. Onu da dərk etdim ki, ömrünü könül ziyarətlərinin işığına döndərənlər sağlığında da, son nəfəsindən sonra da ziyarət səviyyəsində xatırlanır. T...
ANL
Emin Sabitoğlu dünyası... Ömürdə iz salan günlər zaman keçdikcə unudulmaz xatirələrə çevrilir. Bu yazımda həmin o xoş, unudulmaz xatirələrimdən biri haqqında yazmaq istəyirəm. Həmin unudulmaz günün xatirəsi həmişə yaddaşımdadır. Ümumiyyətlə, belə xatirələr heç vaxt unudulmur... İlk dəqiqələrdə Emin Sabitoğlunun...
ANL
Ancaq şagird ömrü yaşayıblar, məktəb partası arxasından yenicə durublar axı... Fikirlərimi hazırda Ağdamda hərbi xidmətdə olan mayor Ramiz Abdullayevlə bölüşdüm. Səsində sevgi vardı: "Rameş Zəkiyev 19 yaşın böyüklüyünün, cəsurluğunun, döyüş ruhunun göstəricisi idi. O qədər mərdliklə döyüşürdü ki. O qədər əxlaqi keyfi...
ANL
Ölümünün üstünə gülə-gülə gedən şəhid. Övladını itirmiş atanın, ananın yanında dərdim var deməyin. Çünki bu dünyada övlad itkisindən ağır itki, ağır dərd yoxdur. Bütün dərdlər unudulur, bütün ağrılar səngiyir, amma övlad itkisinin ağrısı, sızıltısı ürəkdə səngimir. Hər dəfə şəhidlərimiz haqqında məqalə hazırlayanda ş...
ANL
Üç gülüş ustasi faciə səhnəsini necə oynadı? Yazılarımdan birində qeyd edəndə ki, başqalarına quyu qazmaqdan, ara vurmaqdan, ev yıxmaqdan həzz alan, bunları həyat tərzinə çevirən yaramazlara Səyavuş Aslanın yaratdığı Yaqo obrazı ilə dərs keçəcəm, yəqin təəccüblənmişdiniz - Səyavuş Aslan hara, Yaqo hara? Elə isə bir n...
ANL
Bu acı xəbər bizim - İlhamı, haradasa yarım əsrlik bir müddətdə tanıyan və artıq ahıllıq dövrünü yaşayan tələbə yoldaşlarının, necə deyərlər, qəddini əydi. İlhamla son görüşüm gözümün önünə gəldi. Ötən ilin əvvəlləri idi. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində beynəlxalq jurnalistika kafedrasının ...
ANL
Balaca Sənanın ölümünə elegiya. İstəkli dostum Dilafət! Bu balaca kişi sənin gözünün qabağında yaşıl bir budaq kimi cücərib boy atmışdı, səhəriniz bir açılardı, axşamınız bir düşərdi... Məktəbə, gəzməyə, parka, bulvara bir yerdə gedərdiniz, sən onsuz, o, sənsiz qala bilməzdiniz. Nəvə şirin olar, deyərlər. Bu, bəşər ö...
ANL
Hiroşima faciəsi Azərbaycan və yapon ədəbiyyatında. İkinci Dünya müharibəsinin son dövrlərində kifayət qədər güclü olan Yaponiya müharibəni davam etdirməkdə qərarlı idi. Belə bir vəziyyətdə ABŞ tamamilə fərqli bir yola üz tutdu və dünyanın ilk atom bombası Yaponiyaya atıldı. ABŞ-ın Yaponiyanın Hiroşima və Naqasa...
ANL
"Bəzən bir nəfər mənsub olduğu xalqı minlərlə insandan daha yaxşı təmsil edir". Vilayət Quliyev: "Dilimizin mövcudluğunu qorumağa, inkişafını təmin etməyə ilk növbədə vətənimizdən başlamalıyıq". Adətən, müsahiblərimizdən özlərini təqdim etmələrini xahiş edirik. Amma Vilayət Quliyev adı üçün xüsusi təqdimata ehti...
ANL
Hər müşkülü asan edən istedad və zəhmətdir. Anamız Azərbaycanın müxtəlif guşələrində - o, Xəzərin sahilində - Siyəzəndə, mən Qarabağda - Ağdamda dünyaya gəlsək də, valideynlərimiz bizə eyni adı veriblər. Bu, milli kinomuzun çox maraqlı nümunələrindən olan və ötən əsrin altmışıncı illərinin əvvəlində ekranlara çı...
ANL
Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr. Afina da artıq seçim mövqeyində deyildi, şəhər viran qalmışdı, aclıqdan və susuzluqdan əziyyət çəkirdi. Afina öz imperiyası ilə yanaşı, illüziyalarını və ambisiyalarını da itirdi. Şəhər bir gündən digərinə keçmək üçün yaşayırdı, maliyyəsini, iqtisa...
ANL
Qadınlara qarşı zorakılığın, vəhşi davranışların, qandonduran cinayətlərin sayı durmadan artır. Bütün bunlar qadınların həyatının ciddi təhlükə altında olduğunun xəbərçisidir və heç bir qadın bu durumdan sığortalanmayıb. Yəni hər an partnyorumuzun içindən ağzı qanlı canavar çıxa biləcəyi mümkündür. Amma gənc yaşda bi...
ANL
XVIII əsr Qarabağ poeziya məktəbi. İBRAHİMXƏLİL XAN CAVANŞİR DÖVRÜ. Atası Pənahəli xan Cavanşir kimi qeyri-adi taleyi olan İbrahimxəlil xan Cavanşir 1763-cü ilin yayında İran əsirliyindən Vətənə dönüb, xanlıq tacını başına qoyandan dərhal sonra Pənahəli xanın müdrik və uzaqgörən siyasətini davam etdirməyə və vəs...
ANL
Kərpici rəngli palto. İndi bilmirəm, ya mən özümdən asılı olmayaraq ona qarşı olan tələblərimi get-gedə artırırdım, ya da o, get-gedə istər-istəməz üzümə gülümsəyə-gülümsəyə mənimlə hər bir məsələdə razılaşır, güzəştə gedirdi. Əgər bütün mənə qarşı olan bu güzəştlərə və razılaşmalara bir növ özünütənqid kimi ya...
ANL
Bu yazını ƏDALƏTLİ ADAMA, TƏVAZÖKAR RƏSSAMA, yaxşılığını, ifalılığını, abrını bir ömür qoruyub saxlayan BÖYÜK İNSANA həsr edirəm. Adamların gün işığında, əliçıraqlı mömin bəndə axtardığı bir vaxtda mən onu "Ulduz"da tapdım. Portretini çəkmək istədim, amma hardadı məndə o qabiliyyət, heç olmasa sözlə eskizini cızmağa...
ANL
Postmodern Azərbaycan nəsrində dekonstruksiya: Kitabi-Dədə Qorqud motivləri. Ədəbiyyatımızın ana kitabı hesab olunan "Kitabi-Dədə Qorqud" ilə bağlı ədəbiyyatşünaslığımızda elmi araşdırmalar, ədəbiyyatımızda isə dastanın motivləri əsasında qələmə alınmış bədii əsərlər intensivliyi ilə seçilir. "Kitabi-Dədə Qorqud" da...
ANL
Azadlıq meydanından söz meydanına. Ədəbi-tənqidçi, esseist, şair Əsəd Cahangir çağdaş ədəbi-bədii fikrimizin görkəmli təmsilçilərindən, 90-cılar ədəbi nəslinin parlaq isimlərindən biridir. Əsədin məni tanıması isə hardasa daha iyirmi il öncə baş vermişdi. Bunu onun Bakı Dövlət Universitetinin tələbəsi olanda mənə ...
ANL
Elm, cəmiyyət və sivilizasiya. Bəlli olduğu kimi, elm cəmiyyətin həyatında mühüm rol oynayır. Artıq əvvəlki dövrlərə baxanda dünya vahidləşir, unifikasiya olunur. Müasir sivilizasiyanın bu keyfiyyəti qloballaşma, yaxud informasiya cəmiyyəti adlanır. Dünyanın elmi mənzərəsinin bütövlüyü ümumelmi statusa malik oldu....
ANL
Heç vaxt əyilməyən Türkiyəmiz. Min illərin sınağından çıxmış müdrik atalar sözlərimizdən biri yenidən yadıma düşdü: "Dostu dar gündə sınayarlar". Azərbaycan-Türkiyə dostluğu əsrlərin sınağından keçə-keçə gəlməkdədir. Dastanlarımızın doğmalığı, mədəniyyətimizin doğmalığı, dilimizin eyniliyi, klassik jurnalistlərimiz...
ANL
"Hərbi jurnalistikanın inkişafı üçün belə təlimlərə ehtiyac var". Rey Kərimoğlu ilə müsahibə. Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi (MEDİA), ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), “Əl Cəzirə” Media Şəbəkəsinin birgə təşkilatçılığı ilə ...
ANL
Öz ehsanını verən adam. Yazıçı Fəxri Uğurlu ilə gənc ədiblərin görüşü keçirilib. Nadir həmişəki kimi son yazdığı hekayəsini tərifləyir. "Azərkitab"a daxil olan kimi qarşımıza Fəxri Uğurlu çıxır. Fəxri Uğurlu ilə hekayə janrı haqda seminar-müzakirə hər kəsdən əvvəl Nadir üçün başlayır. Bəsirət gözümüz açıq olsaydı, Nad...
ANL
Düşündüklərini və yaşadıqlarını yazan şair. Mərhum folklorşünas alim Sədnik Paşayev yazır ki, hər bir şairin, sənətkarın poeziyada yerini müəyyənləşdirən onun sənətkarlıq meyarıdır. Həqiqətən də, şeirləri ilə ürəklərə yol tapanlar, bir misrası ilə belə olsa yaddaşlara həkk olanlar sənətkarlıq baxımından poeziyada ...
ANL
"Əsas hədəfim Vətənə qayıdaraq ölkəmin inkişafına maksimum töhfə verməkdir". Müasir dövrdə hər bir ölkənin davamlı inkişafında ali təhsilin müstəsna rolu danılmazdır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil hər ölkənin davamlı inkişafının başlıca hərəkətverici qüvvəsi hesab olunur. Buna gör...
ANL
Erməni vandallarının dağıtdıqları təhsil müəssisələrimiz. Birinci və ikinci Qarabağ müharibəsi dövründə həlak olmuş şagird və müəllimlərimiz. Yazıda ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mindən çox təhsil obyektinin məhv edilməsi ilə bağlı bir sıra fakt və ep...
ANL
Bu dəfə göy suların göy nəğməsini duyan bəstəkardan - Rəşid Nəsiboğludan yazmaq istəyirəm. O bəstəkar ki, pianonun dillərində barmaqlarını gəzdirəndə sanki sehrli bir şəkildə dəniz qoxusu, ləpə səsi yüksəlirdi. Onun bəstəsi bizi Sahil metrosunda sahildən qabaq qarşılayır. Əslən Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindən...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fatimə Əlizadədir. - Yakob Peterin həyat və yaradıcılığı haqqında geniş məlumat yoxdur. Mənbələrdə onun doğum və ölüm tarixi tam dəqiq göstərilmir. Doğum və vəfat yeri haqqında isə heç bir məlumat yoxdur. Rəssam əsərlərini Barokko üslubunda çəkirdi. Əsasən ...
ANL
Əli və Nino: Sevgi və müharibə paralelliyində multikultural mesaj. Birinci şəxsin təkində nəql olunan romanın ilk cümləsi birbaşa Şərq və Qərbin sərhədləri arasında sıxışdırılmış Bakı həyatının güzgüsüdür. Bu güzgüdə isə mövzumuzun adında da özünü göstərən mesajın əksini görürük. Bu sinifdə professor Sani Avropa...
ANL
Mələklər dualar oxuyur sanki... Deyəsən, bu dünyada ən etibarlı söykənəcək yeri, ən vəfalı sığınacaq, sona qədər bizimlə olan dost sözdür. Yoxsa ən doğma adamlar da bizi tək qoyub gedirlər. Kölgəsində böyüdüyümüz valideynlər, eşqindən sehirləndiyimiz həyat yoldaşlarımız belə ölümün gətirdiyi ayrılıqdan bizi xilas edə ...
ANL
Qələmsiz yazılanlar. status-esseləri. Jurnalistlərlə cəngə çıxmaq yanlış addımdır, sonu məğlubiyyətdir. Jurnalistlərlə dost olmağa çalışmaq lazımdır. Milli Mətbuat Günümüz mübarək! Bu bayram günündə "Media açarı" mükafatını xatırladıq. Təşəkkürlər, Nigar Abbasova. Pis xəbərlərdən ötrü darıxan, onları yaymağa hazır d...
ANL
Unudulmaz Türkiyə təəssüratları. Türkiyənin Bursa şəhərində keçirilən Nizami Gəncəvi ilinə həsr olunan Beynəlxalq Konqresdə iştirakım yaddaşımda silinməz izlər buraxdı. Bu möhtəşəm konqreslə bağlı düşüncələrimi bölüşmək qərarına gəldim. Fikirlərimə qardaş Türkiyədə törədilən ekoloji terror hadisəsinə münasibət bildirm...
ANL
Tolerantlıq dəyəri: dini müstəvidə təhlil. Tolerantlıq demokratik və multikultural cəmiyyətlərin əsas dəyərlərindən biri kimi, son illərdə əhəmiyyəti getdikcə artan və mütərəqqi dünyada geniş müzakirə obyektinə çevrilən mövzulardan biridir. Bu gün sürətli inteqrasiya və miqrasiya proseslərini ehtiva edən qloball...
ANL
“Cənab Jirinovski Bakıda”. Bu əhvalatı mənə sanatoriyada istirahət etdiyim zaman təsadüfən rastlaşdığım kəştiyyat sistemində yüksək olduğu qədər də məxfi vəzifə sahibi olmuş bir adam danışdı. Bu adam aydın səbəbdən adının açıqlanmamasını xahiş etdi. "Vladimir Jirinovskini Türkiyədən tanıyıram. İstanbulda işləyərkən o, ...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də ...
ANL
Azərbaycan mətbuatı tarixində özünəməxsus məktəb yaratmış mətbuat orqanlarından biri də “Şərq qapısı” qəzetidir. Naxçıvanın 100 illik inkişafının bütün mərhələlərini öyrənmək baxımından ən mötəbər mənbə olan qəzetin Azərbaycan publisistikasının inkişafında da müstəsna xidmətləri vardır. Naxçıvanın ictimai-siyasi ...
ANL
Xeyriyyəçilik: yaşanan və yaşadılan ənənələr. Bakının 32 kəndinin hər birinin özünəməxsus xüsusiyyətləri var. Xəzər rayonun inzibati ərazisindəki Buzovnanın özəllikləri onun əhalisinin məşğuliyyətində, təsərrüfatçılıq ənənələrində, həyat tərzində ehtiva olunur. Burada yaşayışa üç min il əvvəl başlandığı söylənil...
ANL
Turan ellərinin sevimli şairi. Vəzifəsindən asılı olmayaraq, işinə vicdanla yanaşan hər kəs həm də öz əqidəsini ortaya qoymuş olur. Bu baxımdan ziyalılarımızın da öz vəzifəsi var. Bir Azərbaycan şairinin də işi gözəlləmələr yazmaqla bitmir, əlbəttə. Azərbaycan adı bunu tələb edir. Azərbaycan bir əmanətdir. Bu ərazidə y...
ANL