text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Zəngin irsdən səhifələr: Dədə Ələsgər və aşıq rəvayətləri. Azərbaycan aşıq sənətinin inkişafında Aşıq Ələsgərin xidmətləri böyükdür. Bir çox aşıq şeir şəkillərinin yaradılması onun adı ilə bağlıdır. Aşıq Ələsgər yaradıcılığı həm də aşıq rəvayətlərinin yaranması, inkişafı, janr xüsusiyyətlərinin sabitləşməsi sah...
ANL
Nizami Gəncəvi irsinin unudulmuş tədqiqatçıları. Azərbaycan tədqiqatçılarının Nizami irsi ilə bağlı ilk araşdırmalarına XIX əsrin birinci yarısında rast gəlirik. İlk olaraq Azərbaycanın böyük mütəfəkkiri Abbasqulu ağa Bakıxanov Nizami haqqında oxuculara məlumat vermişdi. Tədqiqdən daha çox informasiya xarakteri d...
ANL
Nəşriyyat işi çox gərəkli, ağır zəhmət tələb edən şərəfli bir sahədir. Mövcud nəşriyyatlarda işıq üzü görən çox sayda, məzmunlu, çox çeşidli kitabların sayı-hesabı hüdudsuzdur. Təəssüf ki, hər sahədən yazılır, nəşriyyat işindən, orda çalışan redaktorlardan, naşirlərdən yazılan kitabların sayı isə barmaqhesabı sa...
ANL
"Orta məktəblər üçün Multikulturalizm" dərsliyi. Azərbaycan multikulturalizminin qaynaqlarını öyrənən şagird və tələbə radikalizm. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2016-cı ildə "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını nəşr ...
ANL
Milli Kitabxanada “Laçın işğaldan azad edildi!” adlı virtual sərgi açılıb. Laçın rayonunun işğaldan azad olunması münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Laçın işğaldan azad edildi!” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan 525.az-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Laçının tarixi, təbii s...
ANL
Tofiq Bakıxanovun nəşr olunmuş əsərlərinin sərgisi açılıb. Dekabrın 1-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə Tofiq Bakıxanovun nəşr olunmuş əsərlərindən ibarət sərginin açılışı olub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, açıl...
ANL
Ünvanına yetişməyən cəbhə məktubları... Ayaz Məmmədov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ilin avqust ayında əsgəri xidmətə çağrılıb və əzəli-əbədi torpaqlarımızın erməni qəsbkarlarından müdafiəsi uğrunda döyüşlərdə rəşadət göstərib. Xocavənd rayonunun Qarakənd kəndi ətrafında gedən döyüşlərdə ya...
ANL
Məmməd Araz poeziyasında Araz obrazı: milli tale rəmzi kimi. Azərbaycan ədəbiyyatının böyük simalarından olan Xalq şairi Məmməd Arazın yaradıcılığında Araz mövzusu çox əhəmiyyətli yer tutur. Arazı özünün şairlik imzasına çevirən Xalq şairinin bədii irsində Araz adi mənasından çox milli tale və istiqlaliyyət mənas...
ANL
Poetik düşüncənin bənzərsizliyi. Gülnarə İsrafil imzası mənə bir neçə ildir ki, tanışdır. Özünəməxsusluq, bənzərsizlik onun poeziyasının əsas özəlliyidir. İlk baxışdan çoxlarına, bəlkə də, çatmayan bu poeziyanı mən çox sevdim, hər kəlmənin, hər misranın alt qatında gizlənən sirri çözməyə çalışdım. Şeirin məna dər...
ANL
Amma boynuma alıram ki, filmə baxanda özümü saxlaya bilmədim, kövrəldim, bir küncə çəkilib səssiz-səmirsiz ağladım. Səbəb təkcə o deyildi ki, hər şeydə xeyir güdən adamların xəyanəti fonunda dilsiz-ağızsız heyvanın öz sahibinə sədaqəti bu filmdə çox təsirli şəkildə verilmişdi. Ağlım kəsəndən, dünyanı tanımağa ba...
ANL
Bölgələrə kitabla gəlirik! Yazıçı və naşirlər olaraq tez-tez oxucuları günahlandırır, kitab oxumadığını deyirik. Əslində, düz də deyirik: bütün statistikalar bunu açıq-aydın göstərir - Azərbaycanda mütaliə mədəniyyəti çox aşağıdır; kitabxanalar yeni kitablarla vaxtında təmin edilmir, bölgələrimizin heç birində d...
ANL
Təhsildə inkişaf və yenilənmə üçün növbəti addım. V qrant müsabiqəsinin göstəricilərinə bir nəzər. 2017-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün "Təhsildə inkişaf v...
ANL
Tolstoyun məğlubiyyəti. Peşmançılıqlarımızın, ruhsal, duyğusal sıxıntılarımızın səbəbi bir şeydən israrla dördəlli yapışmağımızdır. Vədəsi dolmuş işlərlə, getmək vaxtı çatmış insanlarla vidalaşmağı bacarmırıq. deyə bilirik. Yarpaq-yarpaq tökülməyi, dörd mövsümün hamısını qış kimi sərt, soyuq yaşamağı gözə alırıq...
ANL
İncəlik, inandırıcılıq, möhtəşəmlik... SƏNAN EYNULLAYEVİN YARADICILIQ ÜSLUBU VƏ SƏNƏT UĞURLARI HAQQINDA QEYDLƏR. Müstəqillik dövrü təsviri sənətimizin yeni və maraqlı əsərlərlə zənginləşməsində qardaş Türkiyədə fəaliyyət göstərən rəssam və heykəltəraşlarımızın da duyulası xidmətləri olub. Belə yaradıcılardan biri Sənan...
ANL
Dul qadının tənhalığı. Rəfiqələri bu sözləri yavaş-yavaş onun ağlına yeridirdilər, bilirdilər ki, bu cavan gəlin mustanqa bənzəyir, onu yəhərləmək də olduqca çətin məsələdir. Lakin onlar səylərindən geri çəkilmirdilər, çünki bu mehriban qızı yenidən xoşbəxt görmək istəyirdilər. Onlar çalışırdılar ki, Ruhiyyə təkc...
ANL
Elnur Qədirov: "Teatrda dava-dalaşla heç nə qazana bilmərik, primitiv söhbətləri böyüdüb problemə çevirmək lazım deyil". Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki 104 saylı orta məktəbi bitirib. Rejissor Vaqif İbrahimoğlunun quruluş verdiyi, Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" əsərinin tamaşasında işt...
ANL
Məsafədən təhsildə öyrənmə nəticələri: sorğu və müsahibələr nə göstərir? Təhsil Nazirliyinin 2021-ci il üzrə ali və orta ixtisas təhsil müəssisələrində məsafədən təhsilin təşkilinə dəstəyin göstərilməsi ilə bağlı həyata keçirilən fəaliyyətləri çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məsafədən...
ANL
Din və ədəbi bağlılıq: dinin ədəbiyyatda rolu və təsiri. Din və ədəbiyyat eyni əsas mənbələrdən qaynaqlanır. Belə ki, din və ədəbiyyat birbaşa insanın ruh və mənəvi aləmi ilə əlaqəlidir. İnsanın yaranması, hardan gəlib hara gedəcəyi, sahib olduğu fitrət və ya mənəvi xüsusiyyətlər, nəcib hisslər din və ədəbiyyatın...
ANL
Dərddən göyərən ümid. YAZIÇI KAMRAN NƏZİRLİNİN "QOCA UŞAQ" HEKAYƏSİ BARƏDƏ MÜLAHİZƏLƏR. Çağdaş nəsrimizdə və publisistikamızda bir Kamran Nəzirli fenomeni var. Azərbaycan və Belarus Yazıçılar birliklərinin üzvü, ədəbiyyat cameəsinin diqqətindən yayınmayan dəyərli hekayələrin, povestlərin, romanların və pyeslərin...
ANL
Hacı Zeynalabdin Tağıyev nümunəsi: Xeyriyyəçilik missiyası. Müstəqilliyimizi bərpa etdikdən sonra xeyriyyəçilikdən danışarkən, bu adı tez-tez xatırlayır, yada salırıq. UNESCO xeyriyyəçilik fəaliyyətinə görə, 2022-ci ildə onun adını xeyirxah insanlar kimi əbədiləşdirib. Anadan olmasının 200 illiyi ilə əlaqədar geniş m...
ANL
General Hacı Zeynalabdin Tağıyev həzrətlərinin nitqi. Novruz bayramı münasibətilə Rəbiüləvvəl ayının 20-sində təsadüf edən eydi-novruzun (Novruz bayramının) birinci günü Hacı Zeynalabdin Tağıyev həzrətlərinin qız məktəbi imarətində "Bakı cəmiyyəti xeyriyyəsi" və nəşri maarif cəmiyyəti" sədri xadimi-millət və pir...
ANL
Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri". Ədəbiyyat institutunun bu mövzuda keçirdiyi tədbirdə "qardaş qələmlər" rəhbəri Yaqub Öməroğlu təltif edilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri" mövzusunda tədbir təşkil olunub. Tədbirdə Avrasiya Yazarlar B...
ANL
Milli ideya və ideologiya düşüncələri. Milli kimlik, milli ideya, dövlət ideologiyası - Azərbaycanda yüz əlli ilə yaxındır Avropada və Rusiyada gedən prosesləri izləyən, bilən və xalqın bütövlüyünü, azadlığını düşünən ziyalıların əsas qayğılarından və müzakirə mövzularındandır... O başda bu məsələni ən dərində...
ANL
Mahir Həmzəyevə "Ədəbiyyat İnstitutunun fəxri dostu" mükafatı verildi. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzə...
ANL
Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində. 525.az xəbər verir ki, şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Kitabın üz qabığının rəssamı Tehranda yaşayan tanınmış fırça ustası Ərdəşir Rostami, layihə üzrə məsləhətçi Bakı Slavyan Universitetinin professoru T...
ANL
"Poeziya sənəti"nin məşhur yazarı Nikola Bualo özünəməxsus əminliklə təkrar edirdi ki, zamanənin əli bizi günbəgün dəyişdirir. Doğru... Və o da doğru ki, bu dəyişmələr öz axarınca sənə tanış, lap elə Nuh əyyamının yaşıdı olan nəsnələrə yeni baxış bucağından nəzər yetirmək, "oxunmuş bayatıları" yenidən incələmək zərur...
ANL
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? Erməni diplomat da Komitədəki müzakirə ərəfəsində Budapeştə gəlmişdi. Aydındır ki, səfərinin məqsədi yanından ayrılmadığı Mihal Ballanın yardımları ilə layihənin hətta ilkin müzakirəsinin yolverilməzliyi barəsində parlamentdə "maarifçilik işi" aparmaq idi. Təsadüfə...
ANL
Dilçilik elmimizdə seçilən imza. Tanınmış alim, pedaqoq və tərcüməçi Mayil Əsgərov 60 yaşın astanasında. Amma ömür yolunu vərəqlədikcə, haqqında danışılan söz-söhbəti dinlədikcə halallıq, mərdlik və səxavətlə ucalmış bu insanı çoxdan tanıyırmış kimi bir təəssürat yaşayıram. Tovuz elinin sinəsinə qızılgül kimi sa...
ANL
Nəcib insan, dəyərli alim. Professor Cəlal Qasımovun xatirəsinə. Yazıb-yaratmaq, yorulmadan, usanmadan çalışmaq, sözün tam mənasında özünü elmə həsr etmək, insanlara dayaq durmaq, kiminsə dərdinə məlhəm olmaq istəyi ilə son 30 illik ömrümün (tam yarısı) ən yaxın dostuna çevrilmiş, mühüm güc strukturunda polkovnik kim...
ANL
Elmə həsr olunmuş ömür. Məmmədəli Qıpçağın xatirəsinə. Müəllimlik bütün peşələrin fövqündə dayanan peşədir. Cəmiyyətin tərəqqisində müstəsna rolu olan müəllimlərimiz, həm də gənclərimizin formalaşmasında və əsl vətənpərvər kimi yetişməsində əvəzolunmaz şəxsiyyətlərdir. Haqqında söhbət açmaq istədiyim müəllim də məhz ...
ANL
Səs silaha dönəndə... 2020-ci ilin payızını Azərbaycan tarixinin ən şərəfli səhifələrinə həkk edən 44 günlük Vətən müharibəmiz özüylə birgə Zəfər sevinci, qələbə qüruru gətirdiyi kimi, canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin də hüznünü, ağrı-acısını yaşatdı bu xalqa. Azərbaycan insanı 30 illi...
ANL
XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi, ədəbi mühitinə istiqamət vermiş böyük mütəfəkkir Əli bəy Hüseynzadənin “Füyuzat” dərgisi çarizmə – istibdada qarşı mənəvi birlik ideologiyasına çevrilmişdi. İstər nəşrin çıxdığı dövrdə, istərsə də ideologiyasının davam etdiyi illər ərzində göstərdiyi xidmətləri nəzə...
ANL
Kiməsə möhtac olmadan yaşamağı bacarmaq. İnsanın davranışlarını onun ailəsindən, təhsil səviyyəsindən çox, yaşadığı mühit formalaşdırır. Biz ən çox içində olduğumuz mühitin təsirlərinə məruz qalırıq. Uzun zaman öncə orta yaşlı bir xanımla başqa bir gənc yaxınım haqqında qeybət edərkən bunun fərqinə vardım. Şikayətim o...
ANL
Mədəni irsimizin əvəzsiz tədqiqatçısı. Akademik Əbdülvahab Salamzadənin 105 illik yubileyinə. "Xalq memarlığı sözün əsl mənasında, zəngin, tükənməz folklordur. Ondan bütün dövrlərdə səmərəli istifadə mümkündür" - deyirdi o. Azərbaycan sənətşünaslıq məktəbinin tanınmış simalarından, memarlıq tariximizin tədqiqi və ar...
ANL
Ağdamlı şeirlər. Qar qarlayar Qarqara. Mənsiz günün-güzarın. Qarabağda qala var. Sənsiz nəyimə gərək. Qaşların çapdı məni. Nə ehtiyac qılınca... Qarabağda Şahbulaq. Şah bulaq, padşah bulaq, Dörd yanında doğmalar. MƏŞƏDİ ABBAS. Böyük hörmət sahibiydi. Məşədi Abbas yoldaş. Gedib-gələrdi birbaş. Ortaboy, tökməbədən bir ki...
ANL
Əli Əmirlidən ustad dərsləri. "Teatr yapma reallıqdır" fikrində heç bir şişirtmə yoxdur. Bəs bunu necə etməli? Bu sualı çox aydın və anlaşıqlı cavablandırmaq üçün konkret bir misalı köməyə çağırım. Məşhur bir bəstəkarın başına gəlmiş real əhvalat: o, maddi durumunun ağır vaxtlarında Los-Ancelesin ucqar kvartallarının ...
ANL
Nizami Gəncəvi: Etnik müəyyənlik, etiqadi sərbəstlik. Nizami Gəncəvini dünya ədəbiyyatına əvəzsiz töhfələr vermiş nəhəng ədəbi simalardan fərqləndirən maraqlı bir xüsus var. Bu, əsərlərində özünün qabarıq tərzdə vurğuladığı etnik kimliyi ilə unikal mutikultural kimliyinin üzvi sintezidir. Onun bədii dühasını şər...
ANL
Nizami Gəncəvinin söz sənəti haqqında dəyərli araşdırma. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin qeyd edilməsi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2021-ci il "Nizami Gəncə...
ANL
Səyyad Aranın hekayələrində reallığın təcəssümü. İstedadlı yazıçı, publisist, alim kimi tanıdığımız Səyyad Aran bədii yaradıcılığa hekayə janrı ilə başlayıb. İlk yaradıcılığı keçən əsrin 70-ci illərə - Sovet dövrünə təsadüf etdiyindən dövrün sosial-əxlaqi, ictimai-siyasi prosesləri, insanların yaşam tərzi, özba...
ANL
Özümdən müsahibə götürmüşəm. Mənə elə gəlir ki, normal insan, lovğalıqdan, təkəbbürdən uzaq adam öz-özünü aldatmamalıdır, özü ilə açıq və səmimi danışmalıdır. Elədiklərim yaxşıdımı, pisdimi? Gərək filan məsələdə nəfsimi cilovlayaydım, maddi sərvətlər qazandım, şanım-şöhrətim oldu, amma adamlar arasında, - dost-t...
ANL
Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xüsusi buraxılış jurnalın baş redaktoru İntiqam Qasımzadənin "Fateh" adlı yazısı ilə açılır. Oxucular ilk hissədə Nizamiyə həsr olunmuş məqalələrlə tanış ola bilərlər. Firudin Qurbansoyun "Şeyx Nizaminin həcc səfəri", Hürnisə Bəşirovanın "Eşq fəlsəfəsinin şərhi", Əzizağa N...
ANL
Asan yolla pul qazanmaq. Son zamanlar tez-tez eşitdiyimiz və ölkəmizdə geniş yayılan "İnfluencer" sözü yəqin ki, artıq heç kəsə yad deyil. Yaxın günlərdə ölkəmizdəki instaqram fenomenlərindən birinin bir saatlıq çəkiliş üçün 2000 manat aldığını öyrəndim. Yalnız getdiyi məkanda yemək yeyib, şəkil çəkdirib paylaşdığına...
ANL
"Qəzetçilik həyat tərzi və xəstəlikdir". Bu günlərdə tanınmış jurnalist, media sahəsindəki fəaliyyətinə görə "Tərəqqi" medalı və "Zərdabi" mükafatı ilə təltif edilmiş Qəzənfər Bayramovun (Həmidoğlu) 60 yaşı tamam olub. Sizi yubileyiniz münasibəti ilə təbrik edirik. Ötən illəri göz önünə gətirəndə həyatınızda ən ...
ANL
Erməni xisləti: haylıq və həyasızlıq. Bu günlərdə medianı izləyərkən BBC radiosunun Azərbaycan xidmətinin təqdim etdiyi, Aleksey Manvelyanın Ermənistan sakinləri ilə "Bakıya gedərsinizmi?" sualı əsasında hazırlanmış videoreportajı qarşıma çıxdı. İlk respondent qismən konstruktiv idi. Amma növbəti çıxışları dinləyən...
ANL
"Amnistiya aktının mütəşəkkil icrası uğurla davam etdirilir". Suallarımızı Ədliyyə nazirliyinin cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov cavablandırır. - Malik müəllim, Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüs əsasında 8 noyabr - Zəfər Günü münasibətilə Amnistiya Aktı ...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Səbinə Əhmədovadır. Onunla Böyükağa Mirzəzadənin "Pambıq tarlasında" əsəri haqqında danışmışıq. - Əsərin təhlilinə keçmədən öncə Böyükağa Mirzəzadə yaradıcılığı haqqında qısa məlumat verə bilərsinizmi? Atası onun həkim olmasını arzulayırdı, ancaq gələcək rə...
ANL
Hərlənir günəşin həndəvərində, Ayları illərə daşıyır dünya, Fırlana-fırlana yaşayır dünya. Canlı bir aləmdir göyün üzündə, Kainat saxlayır onu özündə. Daim təzələnir insan gözündə, Hər günü təzədən başlayır dünya. Kimsəni saxlamır gənc həvəsində, Yaşının üstünə yaş sayır dünya, Fırlana-fırlana yaşayır dünya. Məhvəri, ...
ANL
Sənin saçlarında sevdim payızı. Sevdim yarpaqların sarı rəngini. Sevdim saman kimi saralıb gedən. Ömrün xəzan olmuş lal ahəngini. Küləkli havada uçub rəqs edən. Sarı çiçəklərin tozunu sevdim. Dünyanın, sevdiyi rəngə boyanmış, Sənintək sarışın qızını sevdim. Bu rəng niyə belə hopub ömrümə? Cibimdə qalmaqdan solub-s...
ANL
Qarabağ və Zəfər mövzuları Naxçıvan ədiblərinin yaradıcılığında. Qarabağ mövzusu müasir dövr ədəbiyyatımızda mühüm yer tutur. Əslində bu, ümumiyyətlə Azərbaycanın bütövlüyü ideyasını özündə ehtiva edən genişmiqyaslı və xüsusi tədqiqata layiq bir mövzudur. Eyni zamanda, bu mövzu ermənilərin zaman-zaman iddiasında...
ANL
Böyük maarif ocağı haqqında xatirələr və qeydlər. Və yaxud İrəvan müəllimlər seminariyası ilə bağlı "Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi" adlı məqaləyə sözardı. Dərc olunanlara qayıdırıq. Son zamanlar şəxsən mənim üçün də mətbuat aləmində ən doğma ünvanlardan birinə çevrilmiş "525-ci qəzet"in oxucu görü...
ANL
Vətən müharibəsi qazisi Şəxsiyyət vəsiqəsi ala bilmir. Kəşfiyyatçı Elmar Allahverdiyev: “Şəxsiyyət vəsiqəmin vaxtı keçib, amma yenisini ala bilmirəm. Vətən müharibəsi iştirakçısı, kəşfiyyatçı Elmar Allahverdiyev 1986-cı il noyabrın 4-də Şəki rayonunun Cəfərabad kəndində anadan olub. 2020-ci ilin oktyabr ayında könüll...
ANL
Dini tolerantlıq nəyə görə vacibdir? Dini tolerantliq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi cəmiyyətdə sabitliyi qoruyub saxlamaq baxımından ən optimal çıxış yoludur. "İnanc insan üçün yediyi loxmadan daha dəyərlir" - deyir Aleksandr Soljentsın. Dünya üçün din fenomeninin nə qədər mühüm olduğunu bu cü...
ANL
Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət idarəetməsi və menecment kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Xatirə Hüseynovadır. Xatirə xanımı müsahib kimi seçim etməyimiz həm onun hələ də mənfur düşmənin tapdağı altında inləyən, Azərbaycanın ən...
ANL
Hacı Məmmədovun ifalarında "durğu işarələri". Xeyli vaxt idi xanəndə Arif Babayevin çox-çox illər bundan əvvəl ustad tarzən Əhsən Dadaşovun müşayiəti ilə oxuduğu "Şur" dəstgahında bir məqam məni öz sehrinə salıb rahat buraxmırdı. Dəstgahın lap əvvəlində ifasına sözsüz avazla başlayan xanəndə avazın sonunda bir b...
ANL
Anarın "Söz dünyası" barəsində qeydlərim. Bir dəyirmi masa söhbətindən əvvəl və sonra. Hərçənd daha sonra gələn kitablar əvvəlkiləri də yenidən, yeni forma və formatda ehtiva və idrak etməyə, günün Oxusuna verməyə qeyrət edir, Anarın "Söz dünyası"nda da belədir. "Odlar yurdunun söz və sənət sərvəti", qayaüstü yaz...
ANL
İməcilik və könüllülük mədəniyyətinin gənclərin inkişafında rolu. Mən orta təhsilimi Şəkinin kiçik bir kəndində başa vurmuşam. Kəndimizdə bir məktəb vardı və qonşu kəndlərdə yaşayan bəzi uşaqlar da bu məktəbdə təhsil alırdılar. İldə iki-üç dəfə məktəbimizin direktorunun təlimatıyla böyük iməcilik aksiyası başladılır, ...
ANL
Maraqlı rolları, incə qəzəlləri ilə xatırlanan sənətkar - Əhməd Rumlu. Aktyor Əhməd Əhmədov səhnədə bir-birindən gözəl obrazlar yaratmaqla yanaşı, qəzəllər də yazırdı. Nəvə-nəticələrinin ərsəyə gətirdiyi kitabda Əhməd Rumlunun sadə və aydın dildə yazdığı qəzəlləri, bir də onun haqqında mətbuatda dərc olunan məqalələ...
ANL
Son illərdə Azərbaycanda xüsusən gənclərin incəsənətə, mədəniyyətə maraq və sevgisini danmaq, fikrimcə, ən böyük haqsızlıqlardan biri olar. Bu yöndə təhsil alan gənclərimizin bir çoxu sənətə olan səmimi sevgiləri və yaradıcı təfəkkürləri sayəsində müasir Avropa və dünya incəsənətində gedən prosesləri izləyir, onları Az...
ANL
Sözə sədaqət. Sözün ürəyinə girdim, Sirdaşım, qardaşım sözdür. Poeziyanın mənşəyi, mahiyyəti, insanın (və cəmiyyətin!) Bu da təbiidir, çünki əsl poeziya sözün qüdrətini, hikmətini, gözəlliyini, hüdudsuz ifadə imkanlarını sərgiləyən bir sirdir, sehrdir, rasional təfəkkürün qanunlarına tabe olmayan, onun sərhədləri...
ANL
Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbuat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan, Əli Bayramlı (indi Şirvan) şəhər Partiya Komitəsinin orqanı olan "İşıq" qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət U...
ANL
Müqəddəs duyğuların nəfis toplusu. MAHİRƏ NAĞIQIZININ YENİ KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. Mahirə Nağıqızının (Hüseynovanın) 2021-ci ildə çap olunmuş "Yanından keçmə dağların" kitabını maraqla oxudum və kitab haqqında özümün oxucu təəssüratlarımı bölüşmək qərarına gəldim. Kitaba akademik Muxtar İmanov ön söz yazıb, m...
ANL
Hökumətlərarası Təqaüd Proqramları: üstün səviyyə və genişlənən imkanlar. Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil digər ölkələrin Azərbaycan vətəndaşları üçün ayırdıqları və ya qarşılıqlı olaraq ayrılan təqaüd yerləri üzrə həyata keçirilir. Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, ...
ANL
"Nizami Gəncəvi almanaxı"nın ikinci cildi çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi tərəfindən "Nizami Gəncəvi almanaxı"nın ikinci cildi nəşr edilib. 525.az xəbər verir ki, almanaxın baş redaktoru Ədəbiyyat İnstitutunun baş direktoru, akademik ...
ANL
Türkiyədə Şirməmməd Hüseynov haqqında xüsusi nəşr hazırlanıb. Türkiyədə nəşr olunan "Təmrin" dərgisinin növbəti nömrəsi görkəmli Azərbaycan alimi, maarifçisi və pedaqoqu, tanınmış jurnalist, Azərbaycan Xalq Cümhuriyyətinin yorulmaz araşdırıcısı Şirməmməd Hüseynova həsr edilib. 525.az Azərtac-a istinadən xəbər verir ...
ANL
Zəlimxan Yaqubun yeni kitabı nəşr olunub. Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, “Nəfəs” İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən reallaşdırılan layihənin rəhbəri və ön sözün müəllifi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənir...
ANL
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışlarından birində ölkəmizdəki gender probleminə toxunub. Demoqrafiyanın vacib tərəflərindən biri olan əhalinin cinsi nisbəti məsələsinə diqqət çəkən nazir, cinsi nisbətin tarazlığının qorunmasında təbliğat işinin önəmli olduğunu vurğuladı. Nazir bildirdi ki, b...
ANL
Dul qadının tənhalığı. Arif toyda Fatimə ilə tanışlığının qızğın sevgiyə çevrildiyini danışanda, bu, toyda iştirak edənlərin məmnunluğuna səbəb oldu. Ərəblər azərbaycanlı oğlanın ingilis dilində siyasi xadim kimi nitq söyləməsinə heyran qalmışdılar və söhbət gəzməyə başlamışdı ki, təzə kürəkənimiz bankdan yalnız...
ANL
Özümdən müsahibə götürmüşəm. Mənə elə gəlir ki, normal insan, lovğalıqdan, təkəbbürdən uzaq adam öz-özünü aldatmamalıdır, özü ilə açıq və səmimi danışmalıdır. Elədiklərim yaxşıdımı, pisdimi? Gərək filan məsələdə nəfsimi cilovlayaydım, maddi sərvətlər qazandım, şanım-şöhrətim oldu, amma adamlar arasında, - dost-...
ANL
Ancaq bir o qədər də ciddi və düşündürücüdür. Fikirləşirsən ki, bu qədər haqsızlığı, ədalətsizliyi, savaşı, ölümləri, axıdılan qanları, xəstəlikləri görən insan ikinci dəfə niyə doğulmaq istəsin? Doğrudanmı, cəfası səfasından çox olan həyat bizlər üçün bu qədər dəyərlidir? Həyat bütün çətinliklərə rəğmən, ölüb, yen...
ANL
"Xalçalarımızın köməyilə tariximizi öyrənirik". Xalçaçı-rəssam Arzu Zeynalova. Müsahibimiz Arzu Zeynalova xalçaçı-rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimidir. Əslən Qarabağdan, Şuşadan olan mərhum rəssam Nizami Hüseynovun qızı və davamçısıdır. Deyir ki, gözünü ata...
ANL
"Azərbaycan ədəbiyyatının böyük dayağı". Ədəbiyyat institutunda Xalq yazıçısı Mirzə İbrahimovla bağlı elmi sessiya təşkil edilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan ədəbiyyatının böyük dayağı: Xalq yazıçısı Mirzə İbrahimov" mövzusunda elmi sessiya keçirilib. Öncə Mirzə İbrahimovun əsərlə...
ANL
Akademik Kamal Abdulla: "Azərbaycanda klassik dilləri bilən mütəxəssislərə ehtiyac var". Xalq yazıçısı, akademik Kamal Abdulla ömrünün kamillik dövrünü yaşayır. Rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetində tələbələrinin etibarlı dayağıdır, gözəl pedaqoqdur. Məhsuldar elmi və ədəbi yaradıcılığını əzmlə davam...
ANL
Qabilin şəxsiyyəti və yaradıcılığı haqqında bir-iki söz. Bu yazını yazmaq istəyəndə o məqaləni axtarıb tapdm və orada belə bir yer var: "Qabilin lirik qəhrəmanı bəzən oxucu kimi öz müəllifinin şeirlərini nəzərdən keçirir: Saysız şeir içində adi şeirsən, Ancaq nə şərikin, nə ortağın var. Poeziyada (və ümumiyyətlə ...
ANL
Aqil Əliyev iqtisad elminə qiymətli töhfələr verən alim idi. Onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tutub. Görkəmli alim Azərbaycanda elmi-texniki inkişafın kompleks proqramının işləni...
ANL
Bu səfərdə xarici fəxri qonaq kimi Azərbaycanı mən təmsil edirdim. Türk hava yollarının uçağıyla Heydər Əliyev hava limanından hərəkətə başladıq. Təyyarə uçuş zolağında büdrəyə-büdrəyə irəliləyirdi. Sonra sanki nəfəsini dərib bir həmlədə yerdən qopdu. Elə təyyarədəcə ilk səfər qeydlərimi etməyə başladım. Təyyarə ...
ANL
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? Həmin gecə nələr baş vermişdi? Təbii ki, macar xüsusi xidmət orqanlarının mətbəxinə bələd olmadığımdan bu barədə dəqiq təsəvvürüm yox idi. Yalnız sonradan eşitdiklərimə əsaslana bilərəm. Birgə iş zamanı dostlaşdığım polkovnik Arpad Nad danışırdı ki, avqustun 30-da...
ANL
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyevin "Həsrətin o üzü" romanının birinci hissəsi işıq üzü görüb. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, müəllifin ilk irihəcmli bədii ə...
ANL
Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Kulis.az internet dərgisinin baş redaktoru, gənc şair Ulucay Akifin “Gizlənqaç” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxışında şairin yaradıcılıq xüsusiyyətləri haqqında danışıb....
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Vəfa Şəmilovadır. - Əsərin təhlilinə keçmədən öncə rəssam haqqında qısa məlumat verərdiniz? - Da Vinçi Avropa intibah dövründə yaşamış ən məşhur rəssamlardan biri kimi tanınır. Özünəməxsus aforizmləri də olan Da Vinçi intibah dövründən bəri ən mükəmməl şəxs...
ANL
Qürbətdə vətən yaşantıları. Solmaz Qəribel qürbətdə yaşayıb-yaradan yazarlarımızdan biridir. Şuşada və Ağdərədə orta məktəbdə oxuyub. Azərbaycan Tibb Universitetində rediatriya (uşaq həkimliyi) ixtisası üzrə ali təhsil alıb. Bir müddət Bakıda həkim-pediatr vəzifəsində çalışıb. 2004-cü ildən Rusiyanın Həştərxan (Astra...
ANL
2021-ci ilin fevralında Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, görkəmli jurnalist, Azərbaycanın dünya dövlətlərinə tanıdılmasında əvəzsiz xidmətləri olmuş Ceyhun Hacıbəylinin 130 illiyi tamam oldu. Ceyhun bəyin xalqımızın tarixindəki rolunu və Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərini xatırlatmaq m...
ANL
Vətəni həmişə sevmişik... Vətəni hamımız sevmişik... Ermənilər torpaqlarımıza tamahlananda, Qarabağın dağlıq hissəsini Azərbaycanımızın tərkibindən qoparmaq istəyəndə, elan etmədən müharibəyə başlayanda bu sevgi kükrədi, əsgərləşənlərin də, əsgərlərin də silahına döndü. Bu müharibənin ilkinini xalq başladı. Ayrı-ayrı...
ANL
Ocaqdakı günlər. İyirmi beş il öncə "Allaha yaxın insanlar" adlı bir məqalə yazmışdım. Bu məqalədə adətən deyildiyi kimi, şair və yazıçıların yox, məhz həkimlərin Allaha yaxın adamlar olduqlarından bəhs etmişdim. Amma indi deyirəm ki, həkimlər nəinki Allaha yaxın insanlardır, onlar insanın həyata qaytarılması zamanı ö...
ANL
Qılınc və qələm yurdunun elm güzgüsü. Gəncənin lap mərkəzində yerləşən, klassik üslublu, qarşısı sütunlu yaraşıqlı bina Nizami yurdunun tanınan simvollarından biridir. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin yerləşdiyi bu binanın qarşısındakı abidələr də milli təfəkkür və qüdrətimizin yüksəlişinə...
ANL
Bilirəm, başlığı görən kimi dodağınız qaçdı, şirin təbəssüm üzünüzün masaj xətləri istiqamətində hər tərəfə yayıldı, yadınıza da nələr düşmədi ki... Hə, düz tapdınız, bu dəfə bir zamankı ən asan və aldadıcı tanışlıq vasitəsindən söz açacam. Hansı ki, çoxunuzun başına gəlib, tramvay, trolleybus dayanacağında uzun gözlə...
ANL
Həmin vızıltıyla uçan həşəratlardan biri - milçək haqqında da bir misal var ki, özü bir şey deyil, amma qəlb bulandırır. İroniyalar, atmacalar bitmir... Mızqoyanlar hər yerdə, hər sahədə var, addımbaşı ayağa dolaşır, gündən-günə artıb-çoxalır və öz "missiyalarını" çox böyük həvəslə yerinə yetirirlər. Tutaq ki, illərd...
ANL
- Ömrünü qələmə sarılaraq keçirən Flora Xəlilzadə üçün çətin gəlmirmi bu peşə? Söz dahilərinin işığı olub evimizdə - şair Məmməd Araz və tənqidçi Qulu Xəlilov. Mən sözün içərisində böyümüşəm. Uşaqlıqdan da jurnalist olmaq istəmişəm. Abidələrlə zəngin olan Qərbi Zəngəzurun Qarakilsə rayonunun Urud kəndində dün...
ANL
Əvvəlki onilliklər boyu gerçəkdəkindən xeyli yaşlı sanılan, demək olar, heç vaxt "gənc şair" anlayışına uyğun bilinməyən Ramiz Rövşənin, maraqlıdır ki, indi bu yaşı - 75 illiyi də çoxlarına qəribə gəlir, inandırıcı görünmür. Çox güman ki, səbəb onun şeirlərindədir: yaradıcılığının əvvəlki dövrlərində bəlli cəhətlərilə...
ANL
oxunmamış kitabdı... Əgər adamları kitablar kimi. Babalar, nənələr. cildi sökülmüş, varaqları yarpaq-yarpaq tökülmüş. Balalar, nəvələr. üstünə qəşəng. şəkillər çəkilmiş. Arabir götürüb varaqlasaydıq. hansınısa əvvəlindən sonuna, hansınısa sonundan əvvəlinə - Görərdik, hamısı necə oxşayır. Bilmək olmur. nənəmiz baba...
ANL
Qələmsiz yazılanlar. status-esselər. Gərəkdir, sözlər özü səni qanadlarına ala, cümlələr özü səni götürüb apara ki, başladığın kitabın nə vaxt sona yetdiyindən xəbərin olmaya... İndi statusdan romanacan sınıq-salxaq, əcaib dillə yazılmış o qədər "məhsulla" rastlaşırıq ki, adam axıcı, təmiz ana dilində olan əsərlər...
ANL
"Mənə olan inamı və verilən dəstəyi doğruldacağam". Çində magistr təhsili alan Tural Əliyev: "Burada yaşamaq və oxumaq Azərbaycanımızın layiqincə tanıdılması üçün böyük fürsətdir". Tələbələrin qəbul aldığı universitetlər sırasında "Budapest University of Technology and Economics", "Corvinus University of Budapest"...
ANL
Yeni “Media haqqında” qanun Azərbaycan mətbuatına nə verəcək? “Bu qanun medianın inkişafı üçün yeni imkanlar və yeni mərhələ hesab edilməlidir”. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” müvafiq fərmanı media haqqında yeni qanunun qəbul e...
ANL
Təlim və tərbiyədə Nizami meyarları. "Oğlum Məhəmmədə nəsihət"də sıralanan misilsiz kəlamlar. Nizami yaradıcılığı bitib-tükənməyən bir xəzinədir. Bu xəzinənin qapısından daxil ola bilən hər bir kəs böyük bir əxlaq məktəbinə daxil olur. Dahi Nizami əsrlərdən bəridir yetişən nəslin tərbiyəsində əvəzsiz örnəkdir. B...
ANL
"Uzun ayrılıqdan sonra yurduna qayıtmaq hissi tam başqadır. Düşmən tapdağında yaşamaq, nəfəs almaq, anlaşılmayan kobud dili dinləmək, yağı hirsinin, qəzəbinin əzabına tab gətirmək," doğrudan da, çətindən çətin idi. Lap zülm-zillət idi. Tanınmış şair-publisist, tərcüməçi, "Qapı", "Qarabağ rüzgarları", "Gecə xəyallar...
ANL
İkinci Qarabağ müharibəsi Türkiyə mətbuatında. Ötən il Azərbaycan tarixində 44 günlük şanlı Vətən müharibəsi ili kimi yadda qaldı. Birinci Qarabağ müharibəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan 30 ildən sonra "Dəmir yumruq" əməliyyatı ilə erməni işğalına son qoydu, Azərbaycan ordusu nəyə qadir olduğunu...
ANL
Puşkin ermənilər haqqında. Bu sualı ermənilərə Puşkinin dövründə də verirdilər, indi də verirlər. Əsrlər ötüb, amma erməni siyasəti əvvəlki kimi qalıb. Keçmiş əsrlərdə olduğu kimi XXI əsrdə də ermənilər insanların leksikonuna "münaqişə" terminini saldılar. Keçmişdə olduğu kimi indi XXI əsrin əvvəllərində də bütün qonş...
ANL
Sözün dəyərini ucaldan misralar. Hüseyn Bağıroğlunun "Nə yaxşı göydədi hələ göy üzü" şeirlər toplusu barədə qeydlər. Çoxəsrlik Azərbaycan poeziyasının inkişaf tarixi barədə söz açanda Naxçıvan ədəbi mühitinin ədəbiyyatımıza verdiyi töhfələr barədə danışmaq zəruridir. Həm məzmun, həm forma cəhətdən istər ötən ə...
ANL
Düşüncə döngələri. Amma biz başımızı aşağı salıb yaşamağımızla məşğuluq. Çünki yuxarı qaldıranda gözümüzə göy üzü sataşır; həyat, varlığımız, əməllərimiz və daha çox şey haqqında içimizdə bitməz-tükənməz suallar qaynayır. Bertrand Russelin "Sorğulayan dənəmələr" kitabında bu dəyişkənliyin dəqiq tərifi belə veril...
ANL
Ehtiyat dərsliklər praktikası: yeni dövrün çağırışına cavab. Respublikası Təhsil İnstitutu tərəfindən ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə monitorinq həyata keçirilir. Monitorinqlərin keçirilməsində məqsəd 3-cü və 4-cü siniflərdə Azərbaycan dili, riyaziyyat, ingilis dili və 5-ci sinifdə təbiət fən...
ANL
"NİZAMİ GƏNCƏVİ HAQQINDA OÇERKLƏR"DƏN. Bu günlərdə yazıçı-ədəbiyyatşünas, fəlsəfə doktoru Allahverdi Eminovun və pedaqoq, dosent Polad Mədədovun birgə işi olan "Nizami Gəncəvi haqqında oçerklər" kitabı "Elm və Təhsil" nəşriyyatında, professor Nadir Məmmədlinin redaktorluğu ilə çap olunub. Dahi Nizami yaradıcılı...
ANL