text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Süleyman Rüstəm misralarında Qarabağ sevgisi. Zaman-zaman Azərbaycan ədiblərinin, xüsusilə Sovet dövrü şair və yazıçılarının əsərlərində Qarabağ mövzusu, Qarabağ sevgisi xüsusi xətlə təsvir olunub. Belə ədiblər sırasında Xalq şairi Süleyman Rüstəm də var. O, Qarabağa dair şeirlər həsr etməklə yanaşı, müxtəlif s... | ANL |
Azərbaycanın qəhrəman qızı - Arəstə. Torpaq-əgər uğrunda ölən varsa, Vətəndir! Vətən anadır, bizim varlığımız, soy-kökümüz, fəxrimiz, qürurumuzdur. Oğuz igidləri "Vətən haqqı ana haqqıdır" kəlamı ilə Vətəni ana ilə bərabər tutur və onu göz bəbəyi kimi qorumağı özünün ən müqəddəs vəzifə borcu bilir. Vətənin müdafiəs... | ANL |
Yaşasın musiqi. Sizi inandırıram, əgər küçəyə çıxıb 10 qadının qarşısını kəsərək bu sualı onlara versəniz, gözlərini döyüb təəccüblə üzünüzə baxacaqlar: "Yox, tanımıram. Amma nəinki həmin on qadının onunun da, hətta bu gün təcrübəli ana, cavan nənə olan yüz minlərlə, bəlkə də milyonlarla qadının - Azərbaycan xan... | ANL |
Dünyanın hər üzünü görən, sözü seçib danışan, "Danışmaq gümüşdür, susmaq qızıl" deyib yeri gələndə tənbehləyən nurani bir ulu nənəm vardı. Ömrünün sonuna yaxın sol gözünün qarası ağarmışdı. Həkimlər də əlac eləyə bilməmişdilər. Axırıncı dəfə göz xəstəxanasına gedəndə həkim soyuqqanlılıqla demişdi: "Həmin gözü çıxa... | ANL |
Mənim yetmiş dörd, arvadımın isə altmış səkkiz yaşı var. Ömrümüzün axırlarını yaşayırıq. Bunu ikimiz də hiss eləyirik. Bir ay əvvəl rayondakı xəstəxanadan qayıdıb evə gələndə arvadım dişlərinin çətinliklə kəsdiyi lavaşı birtəhər qoparıb çeynəyə-çeynəyə dedi: - Deyəsən, axırımız çatır, hə? Ağrısı tutanda nə eləyəcəyimi ... | ANL |
Bütün ölümlər tez gəlir... Mirzə Babayevin ifasında dinlədiyim "Kimlər gəldi, kimlər getdi" mahnısına yaşamaq haqqında düşüncələrin epiqrafı deyərdim... Gözümü açandan evimizdə də, qonum-qonşuda da ağsaqqala hörmət, ehtiram görmüşəm. Ağsaqqalların buyğuruna bax-mağı, yerə düşən əsasını qaldırmağı, qolundan tutub... | ANL |
Tolerantlıq dəyəri: dini müstəvidə təhlil. Tolerantlıq demokratik və multikultural cəmiyyətlərin əsas dəyərlərindən biri kimi, son illərdə əhəmiyyəti getdikcə artan və mütərəqqi dünyada geniş müzakirə obyektinə çevrilən mövzulardan biridir. Bu gün sürətli inteqrasiya və miqrasiya proseslərini ehtiva edən qloballaşma d... | ANL |
Nərmin xanım Tahirzadə arxivinin taleyi. Əziz dostum Fərhad bəy Cabbarovun bu gün feysbukda paylaşdığı Nərmin xanım Tahirzadənin (1921-2012) yüz illiyi haqqında çox dəyərli yazısındakı "Nərmin xanımın vəfatından bir qədər əvvəl hörmətli professor Ədalət Tahirzadə Tarix Muzeyinin arxivinə onun bəzi materiallarını... | ANL |
Xatirələrdə yaşayan ləyaqətli ömür. 16 avqust şəhid kəşfiyyatçı Amil Hüseynovun doğum günüdür. Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Bu tarixi qələbənin qazanılması, bu möhtəşəm hərb tarixinin yazılmasında Silahlı Qüvvələrimizin istifadə etdiyi müasir tipli silahlar, texnoloji vasitələr ö... | ANL |
Təzadların vəhdəti. Yazmaqda olduğum romanla bağlı müsahibə verərəkən "İçərisində eşq və siyasətin də olduğu yeni kitab gəlir" cümləsi jurnalistin diqqətini çəkdi. Dərin fikrə getməsi nəzərimdən qaçmadı, mövzuya aid nəsə soruşar deyə düşündüm, amma o, fərqli suallara keçdi. Söhbətin sonuna yaxınlaşanda yenidən əvvəl... | ANL |
Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr. Filipp məxmər əlcəklərindəki dəmir əli ilə öz ağalığını örtməkdə kifayət dərəcədə bir diplomat istedadı nümayiş etdirirdi. O, həm də realist olmaqla, ümumi düşmənə qarşı Asiya yunanlarını azad etmək üçün, çox müxtəlif olan adamlar arasında bağl... | ANL |
Bəhram bütün hökmdarlar içərisində tayı-bərabəri olmayan biri idi. O, ədəb elmlərindəndən xəbərdar, bir çox dillərdə fəsahətli idi. O, yığıncaq və mərasimlərdə ərəbcə, hədiyyələr əta edərkən farsca, qara camaatla dəri dilində, covkan oyununda pəhləvi, döyüşərkən türk, ov edərkən zabili (Sistan), fiqhlə məşğul o... | ANL |
Günəşin sarı, bənövşəyi, qırmızımtıl şüaları Troya ətrafındakı şeh düşmüş Qortis çəmənliyinə səpələnəndə troyalı əsgərlər çoxdan oyanmış və kəşfiyyata çıxmışdılar. Yunan hərbi düşərgəsi toz-duman içindəydi. Bununla belə, troyalı əsgərlər yunanların öz düşərgələrində nəhəng bir taxta at qoyub getdiklərini gördülə... | ANL |
Postmodern Azərbaycan nəsrində dekonstruksiya: "Koroğlu" - eposdan romana. "Kitabi-Dədə Qorqud" dastanı kimi, "Koroğlu" dastanı da ədəbiyyatımızın kanonik mətnlərindəndir və hər iki dastanın motivləri həm şifahi, həm də yazılı ədəbiyyatımızda daim işlənmişdir. Üzeyir Hacıbəyovun "Koroğlu" operası, Sabit Rəhmanın ssen... | ANL |
Arxadan vurulacağını gözləyirmiş kimi... hekayə. Bezikdirici olmaz, yəqin. Bunun hekayənin təsir gücünü artırıb-artırmayacağını da deyə bilmərəm. ...N saylı yaşayış məntəqəsini ermənilərdən təzəcə azad eləmişdik. Ona görə də Məmmədovun təklifilə dərhal razılaşdım. Mən bölük komandiriydim və əsgərlərə tapşırdım ki... | ANL |
Nizami Gəncəvi Macarıstana gəlir... Azərbaycanın Macarıstandakı keçmiş səfiri Vilayət Quliyevin təşəbbüsü əsasında "Nizami Gəncəvi ili" çərçivəsində macar türkoloqu və tərcüməçi Laura Pal Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyasını orijinaldan macar dilinə çevirir. Bu il iyun ayında Maca... | ANL |
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın APA-ya müsahibəsi. Siqareti isə gənc yaşlarımdan çəkirdim. İndi tərgitmişəm. - Siqaretdən başqa nələri tərgitmisiniz? Çalışıram, adamlarla aramda sərhəd saxlayım. Amma o adamlar ki, mənə yaxındır, o adamlar mənimlə münasibətdə heç bir gərginlik hiss etm... | ANL |
Ağdamda "Osman təpəsi" mikrotoponimi. Ağdamın Əlimədətli kəndinin ərazisində yerləşən, türk əsgərlərinin uyuduğu şəhidlər qəbiristani. Azərbaycanda tayfa, xalq, nəsil, eləcə də şəxs adları daşıyan bir çox mikrotoponimlər var. Tarixi baxımdan ən etibarlı məxəz kimi toponimlər böyük əhəmiyyətə malikdir. Zamanın amansız... | ANL |
Tarixi təcrübə göstərir ki, bu vaxta qədər baş vermiş hər bir qlobal hadisə, xüsusən irimiqyaslı fəlakətlər özündən sonrakı dövrdə dünyanın sosial-iqtisadi və siyasi mənzərəsində mühüm dəyişikliklərə səbəb olub. 15-ci yüzillikdə Martin Lüterin kilsə reformasiyası uğrunda apardığı mübarizə zamanı xalq kütlələrini öz ət... | ANL |
Ahıskalı şair Həmdi Yitgün. Ahıska türklərinin ağsaqqal ziyalısı və tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanda yaşayan Ahıska Türkləri Yazarlar Birliyinin qurucularından biri və hazırda sədri Ayvazov Həmdi Ayvaz oğlu 13 may 1952-ci ildə Özbəkistanın Səmərqənd vilayətinin Bulunqur şəhərind... | ANL |
Burada Sinimmarın Xavarnaq qalasından, hökmdarın memarı qalanın başından atıb məhv etməyindən və hadisə ilə bağlı ərəb şeirlərindən söhbət gedir. Ondan nə səbəbə qara geyindiyini soruşur. Şah soruşduqca, qərib inadkarlıq edib sirrini açmır. Mənim yalvarmağım ona heç əsər etmədi. Əl-Cahizin "Xəsislər" kitabında ... | ANL |
Möminə Xatun türbəsiylə bağlı suala cavab axtararkən. Bu yaxınlarda Türkiyənin Konya Səlcuq Universitetində magistr təhsili alan qohumum Könül Tahirovanın özünün feysbuk səhifəsində paylaşdığı bir şəkil diqqətimi çəkdi. Konya şəhərinin Kazım Qarabəkir Prospektində yerləşən mərkəzi meydanlarının birində Zafer anıtı (... | ANL |
Çağdaş Azərbaycan poeziyasının layiqli nümayəndəsi, şair, publisist, tərcüməçi Əjdər Ol çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatımızın inkişafına töhfə verən imzalardandır. Vətənpərvər ruhda yazdığı şeirləri nə qədər coşqundursa, məhəbbət lirikası bir o qədər həzin və duyğuludur. Azərbaycançılıq konsepsiyası Əjdər ... | ANL |
İsveçə təzə köçdüyümüz illər idi. Hələ öz evimiz olmadığı üçün ikinci əldən üçotaqlı bir ev kirayə götürdük. Belə evlər də çox baha olduğu üçün büdcəmizə yardım olsun deyə, otaq və ayaqyolusu ayrı, amma mətbəxi bölüşmək şərti ilə Azərbaycan yəhudisi olan qadınla bir ilə qədər birlikdə yaşamaq məcburiyyərində qalmışdıq.... | ANL |
Dəyişən dünyada Azərbaycanın yeri. "Bizim tanıdığımız dünya artiq yoxdur, əvəzində yeni formalaşan bir quruluş var və bu sistemin formalaşmasında iştirak edənlər dünyada söz sahibi olacaqlar". Dünyanın yeni bir dövrə daxil olduğunu, qarşımızda yeni çağırışların olduğunu hamılıqla bilir və görürük. Bu yeni çağ texno... | ANL |
Qaranlığı qara əlcək kimi geyəndə şəhər. Susmuşdu hər nə vardısa. Zevin küçəsindən keçib. Edam məhkumunun yanına gedəcəkdi. Alça çiçəkləri kimi qar yağırdı. Bakının üstünə. Yollar eyni qapıya çıxırdı, Ah çəkirdi göylər, külək əsirdi, Göylərdə də kimsə darıxırdı. Sonuncu adamının da öldürüldüyü hindu qəbiləsinin. Anlaş... | ANL |
Musiqimizin dünəni və bu günü. Sosial medianın yaranması və sürətlə populyarlaşması həm jurnalistika sahəsində, həm də musiqi sənətində bir sıra dəyişikliklərə yol açdı. Əvvəllər müəyyən çərçivəyə sığdırılan musiqi bütün baryerləri aşaraq özünü bildiyimiz və bilmədiyimiz tərəfləri ilə göstərməyə başladı. Televiziya... | ANL |
Şanlı tariximizin uyuduğu məkan: Şəhidlər xiyabanı. Cəmi bir ay qalıb Vətən müharibəmizin başlamasının ildönümünə. Ötən ay isə Tovuz hadisələrinin bir ilini yad etdik. Bu müddətdə üç mindən çox vətən övladı 30 illik torpaq həsrətimizə son qoymaq, doğma Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün canını, qanını ... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Milli İncəsənət Muzeyi məktəb bölməsi müdiri, sənətşünas Mənsurə Məmmədəliyevadır. Onunla Françesko Solimenanın "Oriteyanın oğurlanması" əsəri haqqında danışmışıq. - Mənsurə xanım, əsərə keçmədən öncə rəssam haqqında qısa məlumat verə bilərsinizmi? - Françesko Soli... | ANL |
"Maestro Niyazi Türkiyəni öz vətəni kimi görürdü". Ecem Tuğçe Akbulut: "İstanbulda yenidən bərpa olunan dövlət opera binasının salonlarının birinə dahi Niyazinin adının verilməsi maestronun xatirəsinə çox böyük töhfə olardı". 20 avqust görkəmli dirijor, bəstəkar, Xalq artisti, Beynəlxalq Nehru mükafatı laureatı, ... | ANL |
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də ... | ANL |
Çərçivələrə sığmayan novator rəssam. Rəssam Rüstəm Mustafayevin əziz xatirəsinə. O, sözün əsl mənasında, anadan rəssam doğulmuşdu. Rəssam olmaq gerçəkdən həyatın maddi və mənəvi, görünən və görünməyən, dərk oluna bilən və oluna bilməyən cəhətlərinə, tərəflərinə, yön və təhərlərinə malik ola bilmək deməkdir. Bu xüsu... | ANL |
Vətəni tanıtma yolları. Tez-tez rastlaşdığım bu fikri həmişə bəyənmişəm və düşünmüşəm ki, yanan meşəyə dimdiyində bir damla su aparan sərçə kimi olmalıyıq. Bacardığımızı edərək ətrafımıza fayda verək, qarşılığı gözləməsək də, mütləq gələcək. Tarix boyu elm, sənət fədailərimiz, qəhrəmanlarımız nəinki millət yolunda et... | ANL |
Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası 25 yaşında. Ölkəmizdə müasir dövlətçilik ənənələrinin bərqərar olması, insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də zamanın tələbi ilə səsləşən geniş diapazonlu mütərəqqi hüquq islahatlarının aparılması xalqımızın əbədiyaşar xilaskarı Heydər Əliyev... | ANL |
(melomanlar üçün improvizasiyalar). ...Əlinizə çox xoşladığınız, sizdə həmişə həzin duyğular oyadan köhnə bir fotoşəkil götürün və həmişəki kimi baxın - hər dəfə bu fotoya baxdığınız vaxt keçirdiyiniz hissləri eynilə yaşayacaqsınız - nə az, nə çox... Sonra həmin fotonu həzin bir melodiyanın müşayiəti ilə seyr edin - f... | ANL |
18 avqust Azərbaycan poeziyasının mirvarisi, qadın yazarlar arasında ilk və yeganə Xalq şairəsi Mirvarid Dilbazinin anadan olmasının 109-cu ili tamam olurdu. Lirik şeirləri ilə oxucu kütləsinin ürəyini fəth edən Mirvarid Dilbazinin bir sıra poetik nümunələrinə mahnılar bəstələnib. Həmin mahnılar bu gün də könülləri ox... | ANL |
Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr. Sonra Aleksandr cənuba tərəf hərəkət edib, Persiyanın Aralıq dənizi ilə əlaqələrini kəsdi. O, Hellospontdan Nil çayına qədər olan ərazinin hamısını tutmaq istəyirdi, həmin torpaqlarda o, işğalçı qəsbkar kimi deyil, xilaskar olacaqdı. Çünki o, mə... | ANL |
Qaçaq Nəbinin saxlandığı qazamat, Mir Mövsüm Nəvvabın məhv olmuş rəsmləri. Şuşadan reportaj. APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər ediblər. Onlar həmin ərazilərindən "Zəfərin izi ilə" layihəsində silsilə reportajlar hazırla... | ANL |
Şamaxıdan planetlərə səyahət. Heç nə görə bilməyəcəksiniz. Şər qarışandan sonra Aya baxmaq olar. Eşitdiyimə görə, gecə yarı hansısa planetləri də görmək mümkündür. Mütləq gedin, uduzmazsınız. "Lövbər" saldığım istirahət evinin işçisi Asifə həqiqətən təşəkkür düşürdü. Həm qonaqpərvərliyinə, həm də verdiyi məluma... | ANL |
Postmodern Azərbaycan nəsrində dekonstruksiya: Təhminə. Postmodern Azərbaycan nəsrində dekonstruksiya yalnız kanonik mətnlər və arxetiplər üzərində qurulmur, daha müasir ədəbi mətnlərin də dekonstruktiv variantları yaradılır. Bu baxımdan maraq doğuran, obyekt olaraq seçilən əsərlərdən biri Anarın "Beşmərtəbəli evin a... | ANL |
XIX əsr Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dönüş nöqtəsi idi. Əsası Mirzə Fətəli Axundzadə tərəfindən qoyulan Azərbaycan dramaturgiyası teatr sənətinin yaranmasına təkan verdi. İllər ötdükcə pyes yazmaq ənənəsi geniş vüsət almağa başladı. Çünki azərbaycanlı ədiblər ədəbiyyatın bu mərhələsi üçün müəyyən baza yar... | ANL |
Canından keçməyi bacara bilən jurnalist. Jurnalistika ixtisasdır və hər bir ixtisasın arxasında insan faktoru dayanır. İnsanlar isə müxtəlifdir, qorxağı da var, cəsarətlisi də. Ola bilsin ki, başqa ixtisas sahiblərinə cəsarət anlamı elə də vacib deyil, amma jurnalistikada bu keyfiyyət kəm olanda qabarıq nəzərə çarpır. ... | ANL |
Akademik İsa Həbibbəylinin İtaliyada monoqrafiyası nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin “XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı“ (“La letteratura Azerbaigiana di inizio novecento tı”) monoqrafiya... | ANL |
Dünən qədər yaxın uzaqlar. "Uzaq" sözü yer zərfi deyil artıq, doğmalar yadlara çevriləndə, xatirələr çox geridəki illərə atılanda da o mənanı daşıya bilir. Yəni o vaxt hiss ediləni sadəcə o bir kəlimə ilə ifadə etmək olar. Dünən nə yediyini xatırlamayan adamların illər əvvəl baş verənləri unutmaması, dünən kimi xatırl... | ANL |
Gəncə Dövlət Universitetini bitirib Şuşaya gəlmişdim. Havanın sınmağına, el dilində deyildiyi kimi, quyruğun doğmağına hələ bir az qalırdı. Şuşa yenə də füsunkarlıq mücəssəməsiydi. Meşələr qulun yalı kimi yayılmışdı yamaclara. Armud ağacları, fındıq, əzgil kolları meşənin yaraşıqlı ilmələri, naxışlarıydı elə bil. Al... | ANL |
Ədəbiyyat tariximizdə dost şairlər haqqında maraqlı məlumatlar oxumuşuq zaman-zaman. Vaqiflə Vidadi, Səməd Vurğunla Osman Sarıvəlli, İsmayıl Şıxlı ilə Qabil, Hüseyn Arif və başqa qələm adamlarının dostluğu ilə bağlı maraqlı əhvalatlar da az deyil. Gülnarə xanım Cəmaləddinin kitablarının içində gördüyüm "Dinmə, ey kədə... | ANL |
Şuşaya xəyali səfər. Son zamanlar sosial şəbəkələrdə Şuşa sakinlərinin doğma yurdlarına səfərlərini əks etdirən videolar yayımlanır. Bu görüntülər insanı çox duyğulandırır. Bu yay Azərbaycana gələndə Şuşaya gedə bilmədim. İnşallah ki, mənə də Şuşaya getmək qismət olar. Ancaq Şuşa azad edildikdən sonra mən ora xəyalən s... | ANL |
Yaxın gəlin, sizin hamınızın qaysaq tutan yarası var, bilirəm. Axı söhbət dostdan, özü də lap köhnəsindən gedəcək. Kim dost qədrini bilir, ona zehnində hansı yeri verib, əlaqələri hansı səviyyədədir, keçib gəldikləri həyat yolları, qazandıqları uğurlar və uğursuzluqlar, tutduqları vəzifə pillələri onların sonrakı mün... | ANL |
2020-ci ilin küləkli noyabr günlərindən biri idi. Azərbaycan Ordusu işğalçı qonşulara heç zaman unuda bilməyəcəkləri dərsi verirdi. Biz isə həmin günlərin heç zaman unuda bilməyəcəyimiz sevincini yaşayırdıq. Mənim kimi yaşlı, əsəb sistemi yerində olmayan, emosional adamlar həmin gün təkcə sevinmir, həm də gədəbəylilər ... | ANL |
Ümidsizlik insanın özünə qarşı hazırladığı sui-qəsdlərin ən qorxulusu, mənəvi intihardır, deyir Sartr. Dəhşətli həqiqət var bu deyimdə. Ümid bitdisə, insanın yaşamaq üçün səbəbi də bitir. Amma iynə ucu boyda bir işıq görəndə ona sarılıb yaşamağa davam edir. Xüsusilə son ilyarımlıq dönəmdə bizi ümidsizliyə sürükləyən h... | ANL |
İl yarımdır teatr öz funksiyasını yerinə yetirə bilmir, ağır məxmər pərdələr qapanıb. Divarlar alqış səslərinə həsrət qalıb. İnternet vasitəsilə tamaşaların göstərilməsi də təsəlli ola bilmədi. Teatrın sehri, tilsimi canlı ünsiyyətdə, səhnə ilə tamaşaçı arasındakı hisslər, emosiyalar mübadiləsindədir. Teatra xidmət ed... | ANL |
Lələtəpə ərazisində aşkarlanan qədim məbəd və digər arxeoloji tapıntılar hansı tarixdən soraq verir? İNSAN SKELETLƏRİ NÜMUNƏLƏRİ İSƏ GENETİK EKSPERTİZADAN KEÇİRİLƏCƏK. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qarabağ neolit-eneolit ekspedisiyası" tərəfindən Füzuli rayonunun Horadiz kəndinin inzibati ərazisinə... | ANL |
Şeyx Cüneydin mənəvi hüzurunda xəcalət çəkmək... Tarixlər boyu Azərbaycan, Yaxın və Orta Şərqin sivilizasiya mərkəzlərindən biri olmaqla bərabər, müsəlman dünyasının dini-mənəvi və ruhi təfəkkür sisteminin yaranıb formalaşdığı müqəddəs məkanlardan biri olmuşdur. Müxtəlif zamanlarda Azərbaycanda yaşayıb-yaradan, ... | ANL |
Bahara döndərdi duyğularımı, Şipşirin eləyib yuxularımı. Üstünə sərmişəm könül varımı, Kövrək bir nəğmədir mənim bu sevgim. Hər gün sevincimin dodağı qaçır, Duyğular sinəmdə gül-çiçək açır. Çiçəyə bürünüb yaylaqlar kimi, Pıçıldayır körpə dodaqlar kimi. Çağlayır dumduru bulaqlar kimi, Kövrək bir nəğmədir mənim bu sev... | ANL |
Adları təhrif olunmuş Azərbaycan torpaqları və ya erməni kimliyi. "Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar". Yaxın zamanlarda söylədiyi bu sitatı ilə Prezident İlham Əliyev bütünlükdə tarixi gerçəkliyi əks etdirməklə yanaşı, son 1... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Milli İncəsənət Muzeyi məktəb bölməsi müdiri, sənətşünas Mənsurə Məmmədəliyevadır. Onunla Artemiziya Centileskinin "Yudif və Olofern" əsəri haqqında danışmışıq. - Rəssam Artemiziya Centileskinin həyatı o qədər qarışıq və dramatikdir ki, tərcümeyi-halını bilmədən onun... | ANL |
Şuşada olmaq haqqı. Mən Şuşada doğulmamışam. Şuşada yaşamamışam da. Səhv etmirəmsə, 1981-ci ilin yayı idi. Universitetin Şərqşünaslıq fakültəsində oxuyan tələbə dostumla Laçına gedirdik. Şuşada təcrübə keçən başqa bir tələbə dostumuza baş çəkməli idik. Dağ qartalı Laçına bu dəfə, həmişəki kimi, Zəngilanın, Qubadlı... | ANL |
Bəli, həyat ritmimizin yerli-yerində, qaynar qazan kimi çalxalanan-çalxalandırılan dünyamızın düzənli, intizamlı olması üçün hər kəs xırda, cılız, dar maraq və ambisiyalardan uzaq olmalı, daha çox Layiqlilərin, Haqq edənlərin, qaranlıq dünyaya, insanlığa Çıraq olanların önə, iş başına keçməsinə çalışmalı və nail olm... | ANL |
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanda məhkəmə orqanları. Azərbaycan Xalq Cümhuriyyətinin (bundan sonra - AXC) ilk vaxtlarında ölkəmizdə məhkəmə təsisatı sistemsiz və pərakəndə vəziyyətində olub. Belə ki, şəhər və qəzaların bir çoxunda hüquqşünas kadrlar, xüsusilə prokuror, müstəntiq və hakimlər çatış... | ANL |
"Azərbaycanda çayçılıq sahəsində bir sıra uğurlu nəticələr əldə edilib". Çay və sitrus bitkilərinin tədqiqi və yetişdirilməsi sahəsində əhəmiyyətli uğurlara imza atan AMEA Lənkəran Regional Elmi Mərkəzində (REM) son illər ənənəvi bitkilərlə yanaşı, region üçün yeni olan çay və sitrus bitkilərinin yerli mühitə uyğ... | ANL |
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ali təhsil sisteminin yeni və müasir inkişaf istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından çox böyü... | ANL |
Tarixləşən bəşəri ömür. Ömür yaşanılan illər deyil. Belə ömürlərə dəyərli ömür deyilir, amma xəlqi ömür də deyilməlidir. Ömür məfhumunun fəlsəfəsiylə işıq ifadəsinin fəlsəfəsi arasında ilahi bir doğmalıq var. Dəyərli ömürlər, xəlqi ömürlər də bu səbəbdən işıq kimi, nur kimi, ziya kimi bəşəri ehtiramlarla əhatələn... | ANL |
Milli sərvətimizin himayədarı. haqq səsini dünyaya çatdırırıq. Bu məqaləni Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadan sitatlar ilə başlamağımız təsadüfi deyil. Çünki ulu və müqəddəs muğam sənətinin 21-ci ... | ANL |
Gədəbəy rayonunda, Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş "44 gün" kitabının təqdimatı keçirilib. Tədbirdə kitabın müəllifi, Özbəkistanın şöhrət medallı şairəsi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, tibb elmləri namizədi... | ANL |
Qələbə eşqiylə böyüyən kapitan. Budəfəki yazım Biləsuvar rayonundan olan şəhid kapitan Nihad Babayev haqqındadır. Onun həyat və döyüş yoluna nəzər salanda ömrünü vətənə həsr etmiş bir gəncin ürəyindəki vətən eşqinə heyran olmamaq olmur. Yol boyu şəhid şəkillərindən ibarət lövhələr bu torpağın necə igid, cəsur o... | ANL |
Bir kitab yazacaq odlu ürək sahibi... (Həkim-şairə Nuranə Rafail qızının poetik yaradıcılığı haqqında düşüncələrim...). Bədii söz sənəti yollarında inamlı addımlarını atan, amma "müəyyən bir auditoriyaya sahib şair kimi tanınan" Fazilova (Rəhimova) Nuranə Rafail qızı Azərbaycanın barlı-bəhərli diyarı Göyçay bölgəsində ... | ANL |
Esselər kitabı haqqında esse. Dünənlər tarixdir, bu gün də tarix olacaq. Dünənlərin də, bu günün də yaşanılmışlarının fəlsəfəsinin dərki xatırlandıqca (eşidildikcə), yazıldıqca (oxunduqca) asanlaşır, gərəkləşir. söz biçimi verir; bu esselər oxuyanın düşüncələrini tərpədir, sənə elə gəlir ki, oxuduqları (hadisələr... | ANL |
Bloka girən kimi haradansa yaxından gələn zəif pişik miyoltusu eşitdim. Pilləkənləri qalxdıqca miyoltu güclənirdi. Amma dünyanın bütün canlılarının balaları kimi, o da gözəl və məsum idi və bu gözəlliyin, məsumluğun belə miskin vəziyyətə düşməsi, təbii ki, ürəyimi ağrıtdı. Bu zavallı gecəni burada qalsa, ya acın... | ANL |
Bir zamanlar balaca bir hüceyrədən ibarət olan "sən" bu gün də yuxulu gözlərini dünyaya açmısan. Açıq pəncərədən maşının siqnal səsləri, quşların zümzümə etməkdən doymadığı nəğmələri otağına həzin-həzin yayılır. Bunlar sənə hər gün təkrarlanan yaşam tərzinin yenidən başladığını xəbər verir. Qəlbində kök salmış min bir ... | ANL |
Filmin Kiyarüstəmi zirvəsi. Kino sənəti Qriffitlə başladı və Kiyarüstəmi ilə də bitdi... Jan Lyuk Qodar. filminə baxmısan? - Abbas Kiyarüstəminin filmidir. İranlı deməsi mövzuya olan biganəliyimi təmiz dəyişdirdi. İstər-istəməz Ehsan Pərsanı xatırladım. Ümumiyyətlə, fars mədəniyyətindən kiminsə, nəyinsə adının çəkilmə... | ANL |
Onu tanıyıb sevməmək mümkün deyil. Tanıdıqca, sevəcəksən. Necə ki mən sevdim... Sənəti qədər mürəkkəb, gözlənilməz və cəlbedici, sənəti qədər maraqlı bu xanımla danışdıqca, danışmaq istəyirsən. Danışdıqca, onu daha yaxından tanıyır və sevirsən. Beləliklə, həmsöhbətimiz tanınmış modelyer, dəb dizayneri Aygün Ağamalıdır... | ANL |
Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr. O, əmin olmaq istəyirdi ki, Ellinizm bütün nəsillərdən ötəri yaşayacaqdır. O, hətta utopiyadan da çox uzaqlara gedirdi, fövqəltəbii Ellinizmə İsokrat da dua edirdi və Filipp, demək olar ki, bu ideyanı mənimsəmişdi. Əgər Aleksandr ilahi hüquqla dü... | ANL |
Torpaqdan yaranıb torpağa çevrilən insanın şəxsiyyət və xarakterinin doğulub boya-başa çatdığı torpağa, onun relyefinə, təbiətinə və bar-bəhərinə bənzəməsi haqqında çoxlu mülahizələr var. Bu mülahizələrin təbii ki, daimi olaraq özünü doğruldanları da var, doğrultmayanları da. Uzun illər dostluq etdiyim, qələminə və şə... | ANL |
Vaxt, zaman içimdə yaman darıxır... Bürkülü avqust günləri başlayandan özümü qoymağa yer tapmıram... Ara-sıra Xan bağına qaçıram. Əzəmətli çinarların əl-ələ tutduğu bu məkanda görüşüb təskinlik tapdığım dostlarla görüşüb ovunmağa çalışıram. Buradakı sərinliyin bir özgə yeri var. Hərdən mənə elə gəlir ki, günəşin özü də... | ANL |
Qırmızı köynəyin qara nağılı. Köynək gündəlik həyatımızda istifadə etdiyimiz adicə əyin-başdan biri deyilmiş... Daha doğma, daha məhrəm adamları özümüzə bir köynək yaxın bilmişik. Sonsuz qadınlar köynəkləri altdan keçirdikləri körpələri özlərinə övlad biliblər. Tanınmış yazıçı, dostumuz Novruz Nəcəfoğlu həcm etibarı i... | ANL |
Sözün hikmətinə dəyər verən sənətkar - Seyfəddin Dağlı. Keşməkeşli ömrünü xalqının, dövlətinin, elinin, obasının maariflənməsinə həsr edən, öz kəskin və iti qələmi ilə dövrünün eybəcərliklərini, haqsızlığını əsərlərində açıq şəkildə ifadə edən, yaradıcılıq yolu həyat yolu qədər zəngin, maraqlı, məzmunlu olan, zahir... | ANL |
Molla Pənah Vaqif yaradıcılığında xalq həyatı və ölkə coğrafiyası. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yaradıcılığı üçün xalq həyatının təsviri əsas motiv idi. Təsadüfi deyildir ki, Vaqifi xalq nəğməkarı adlandırırlar. Molla Pənah Vaqif Azərbaycan milli məişətini, adət və ənənələrimizi, sadə, təbii el gö... | ANL |
Akademik İsa Həbibbəylinin "Molla Pənah olan Vaqif" monoqrafiyası nəşr edilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin görkəmli Azərbaycan şairi və tanınmış dövlət xadimi Molla Pənah Vaqifin həyatı və yaradıcılığından b... | ANL |
Alimin faciəsi: Akademik Heydər Hüseynov. Akademik Heydər Hüseynovla bağlı feysbuk səhifəmdə hissə-hissə paylaşdığım material sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb etdi. Çoxsaylı şərhlər yazıldı. Atasını erkən yaşda itirmişdi. Burada Bakı Universitetini bitirmiş, həyatını bütünlüklə elmə həsr etmişdi. Az... | ANL |
Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi –. Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəki... | ANL |
Ölkəmizin aparıcı ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaradılmasının 100-cü ildönümü tamam olub. Azərbaycan ziyalılarının milli təəssübkeşliyi, əzmkarlığı və fədakarlığı sayəsində yaradılan universitet çətin, mürəkkəb və şərəfli bir yol keçən, milli düşüncənin ink... | ANL |
"Alpan - Türk yurdu" adlı tarixi, publisistik, maarifləndirmə və tanıtım məqsədli nəşr işıq üzü görüb. Kitabın tərtibatçısı şair-publisist Cabir Alpoğlu Albantürk, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Şahmuradov, məsləhətçisi tədqiqatçı-tarixçi Zabit Babayev, ədəbi redaktoru dilçi-pedoqoq Neman Qədir... | ANL |
Bayat əşirəti haqqında tarixi araşdırma. Onlardan biri də Bayat boyu - Bayat əşirətilə bağlıdır. Bayatlar İraqda qol-budaq atmış böyük bir əşirətdir. Bayatların arasından nazirlər, sərkərdələr, yüksək ixtisaslı, adlı-sanlı həkimlər, mühəndislər, istedadlı şairlər, alimlər, müğənnilər, mədəniyyət xadimləri, Füzuli... | ANL |
Elxan Yurdoğlu şeirlərinin dil xüsusiyyətləri. İnkaredilməz həqiqətdir ki, Azərbaycan xalqı zaman-zaman tarixi şəxsiyyətlər, rəssamlar, bəstəkarlar, alimlər yetişdirdiyi kimi, şair və yazıçılar da yetişdirib. Nizamilər, Füzulilər, Mirzə Cəlillər, Cavidlər, Vurğunlar, Arazlar yetişdirən xalq yeni istedadlar yetişd... | ANL |
Bu yaxınlarda yazıçı-ssenarist, tərçüməçi, tənqidçi-ədəbiyyatşünas, "Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar İncəsənət xadimi İntiqam Qasımzadə Naxçıvan radiosunda yayımlanan "Ədəbi düşüncələr" verilişinin qonağı idi. Həyatda və ədəbiyyatda bir çox hadisələrin şahidi olmuş insanla ünsiyyətdə olmaq, həqiqə... | ANL |
Vaqifə hönkür-hönkür ağlamaq istəyi və ya Şuşada səfərdə olan qələm əhlinə sevincli-həsədli salam. Şuşanın sehri mayasındadır. Təsəvvür edin, böyük bir el, əzəmətli bir xan öz hökmünü, əzmini, mübarizəsini qorumaq üçün sıldırım qayaların içində, saflığından şüşətək şəffaf, hər daşının altında cürbəcür əsrarəngliyi... | ANL |
(Şəhidlərimizin müqəddəs ruhuna sonsuz ehtiramla). Qala divarlarının yanında boynunu büküb yavaş-yavaş dolaşırdı. O qədər sakit idi ki, sanki bir aydan bəri davam edən müharibənin gurultusunu, mərmilərin, ağır artilleriya silahlarının qulaqbatıran partlayış səslərini eşitmirdi. Bu azərbaycanlı oğlanın adını Qala... | ANL |
Bu yazarların əksəriyyəti Azərbaycanda formalaşıb və 2001-ci ildə "Azərbaycanda Yaşayan Ahıska Türkləri Yazarlar Birliyi" (AYATYB) yaradıb, bir neçəsi isə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Ahıskanın çağdaş yazarlarından biri də müxtəlif mövzulu lirik şeirlər və filoloji tədqiqatlar müəllifi, Azərbaycan Yaz... | ANL |
Nizami Gəncəvi obrazı Naxçıvan teatrının səhnəsində. 1941-ci ilin iyun ayında başlanan müharibə yubiley tədbirlərinin dayandırılmasına səbəb oldu. Bu tamaşaya bədii tərtibatı teatrın baş rəssamı Şamil Qazıyev, musiqi tərtibatını isə Tapdıq Hüseynov vermişdi. Əsərdə şairin ömür-gün yoldaşı rolunu Zəroş Həmzəyeva v... | ANL |
Vətənpərvər şair, dəyərli alim. Naxçıvan ədəbi mühitinin və elmi ictimaiyyətinin dəyərli nümayəndələrindən olan Xanəli Kərimlinin yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşür, bütövlük təşkil edir. Vətən, xalq, torpaq sevgisi, müstəqil dövlətimizin rəmzlərinə hörmət, xalqımızın azadlıq uğrunda apardığı qəhrəmanlı... | ANL |
Janr yeniliyi, yazıçı ustalığı... ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN "XƏYALAT" ƏSƏRİ HAQQINDA DÜŞÜNCƏLƏR. Böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyev ədəbiyyatımıza bir sıra dəyərli yeniliklər gətirib, öz novatorluğu ilə seçilib. Bu yeniliklərdən biri də bioqrafik xüsusiyyət daşıyan dramlardır ki, həmin janr ədəbiyyatım... | ANL |
"Yaddaşın dəyişməzliyi". "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Səbinə Əhmədovadır. Səbinə xanımla Salvador Dalinin "Yaddaşın dəyişməzliyi" əsəri haqqında danışmışıq. - Səbinə xanım, mümkünsə, öncə Salvador Dali ilə bağlı həmişə maraq doğuran bir məqamdan - rəssamın uşaqlıq travmaları və o tr... | ANL |
"Böyük qayıdışdan sonra ölkənin sosial-iqtisadi yüksəlişində Laçın rayonunun rolu yüksək səviyyədə olacaq". Laçın rayonunun işğaldan azad olunmasından bir il ötür. Müsahibimiz Milli Məclisin ikinci çağırış deputatı, Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısı Elbrus Təhməzovdur. - Elbrus müəllim, torpaqlarımız... | ANL |
Təhsil tələbə krediti: imkanlar və perspektivlər. Noyabrın 25-dən etibarən Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu tərəfindən müvafiq müraciətlərin qəbuluna başlanılıb. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçü... | ANL |
Elmi əsər adı altına sığınan önəmsiz çalışmalar. Son zamanlar ölkəmizin elm və təhsil müəssisələrində çalışan bəzi "alimlərimiz" özlərinin "Elmi əsərlər" dosyelərini sürətlə "kirlətməyə" davam edirlər. Burada məqsəd süni şəkildə özlərinin elmi əsərlər siyahısını önəmsiz çalışmalarla genişləndirib, bu yolla müxtəl... | ANL |
Cəmil Aleksandroviç Nizami məqbərəsində. Bu kiçik araşdırma tək "Litva tatarları ili"ndə deyil, həm də "Nizami Gəncəvi ili"ndə aparıldığından Cəmil Aleksandroviçin Nizami irsi, şəxsiyyəti, habelə böyük söz ustasının Gəncədəki məqbərəsinin 1920-ci illərdəki vəziyyəti və bərpası ilə bağlı fikirləri üzərində bir q... | ANL |
Oxu, oxu, Vətənim... Viran edilən, dağıdılan, 30 il öncəki gözəlliyindən, güllü-çiçəklı, barlı-bağçalı həyətlərindən, tarixi abidələrindən, bir-birinə bənzəməyən, göz oxşayan mülklərindən, yaşayış evlərindən əsər- əlamət qalmayan Qarabağım, Şərqi Zəngəzurum! Sən təkcə doğma sakinlərinə deyil, sinəndə doğulan, dünya... | ANL |
Türk Ədəbiyyatı Vəqfindən Rəşad Məcidə yüksək mükafat. Vəqfin başqanı Sərhat Kabaklının bu barədəki açıqlamasında Rəşad Məcidin həm Azərbaycan, həm də Türk dünyasında gənc ədiblərin yetişməsinə önəmli töhfələr verməsi, şeir, hekayə janrında yazdığı əsərlərinin onlarla dilə tərcümə olunması, xüsusən, publisistik yazı... | ANL |
Xüsusən, 44 günlük Zəfər müharibəmizdən sonra bütün xalqımızın əhval-ruhiyyəsi tamamilə dəyişdi, pessimizm aradan qalxdı, içimizdəki məğlubiyyət kompleksinə qalib gəldik, onu dəf etdik. Qalib xalqın əhval-ruhiyyəsi daha çox qurmağa, yaratmağa, yeni qələbələrə və nikbinliyə köklənir. Doğrudur, bu gün dünyada koro... | ANL |
Dünən Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Xalq cəbhəsi" qəzetinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, "Xalq cəbhəsi" qəzeti 20 il öncə partiya təmayüllü mətbuat orqanı statusunda yaransa da, özünü milli qəzet ki... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.