text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Distant təhsil diplomları: əsaslı dəyişiklik zərurətə çevrilib. Artıq uzun illərdir ki, dünyanın aparıcı ali təhsil müəssisələrində distant təhsil sistemi tətbiq olunur. Bu gün distant təhsilə, onlayn tədrisə maraq göstərənlərin sayı kifayət qədərdir və bu say gündən-günə artmaqdadır. İstədiyi universiteti seçən və ...
ANL
Ömrünü nur qaynağına çevirən şəxsiyyət. Dekabrın 18-də görkəmli kitabxanaşünas alim, tarix üzrə fəlsəfə doktoru Aşur Əliyevin cismani yoxluğundan 40 gün ötür. Bakı Dövlət Universitetinin "Kitabxanaçılıq-İnformasiya" fakültəsi "Kitabxana resursları və informasiya axtarış sistemləri" kafedrasının dosenti Aşur Əliyevin ...
ANL
İndi aradan illər keçəndən sonra "Qaya"nın o vaxtkı uğurlarını, populyarlığını müxtəlif amillərlə əlaqələndirmək, müxtəlif yozum müstəvilərində şərh etmək olar - Azərbaycan caz-estrada musiqisinin beşiyi başında dayanmış Rauf Hacıyev, Tofiq Quliyev kimi korifeylərin diqqəti, qayğısı, habelə Emin Sabitoğlunun, Oq...
ANL
Min rəhmət olsun ulu ustadlarımıza! Bu müdrik kəlama sığınaraq "Bir rəsmin tarixçəsini" xalqımızla paylaşmaq istərdim. Bu il Türk dünyasının nəhəng saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, rəsmi olaraq ana Vətənimiz Azərbaycanda ...
ANL
Milli yaddaş daşıyıcısı. Ramiz Orsərin professor Şirməmməd Hüseynova həsr etdiyi "Haqqın səsi" kitabı haqqında qeydlər. Azərbaycan jurnalistikasının patriarxı, görkəmli mətbuat araşdırmaçısı, parlaq publisist, böyük alim və pedaqoq Şirməmməd Hüseynov haqqında çox yazırlar. Bu yazıların əksəriyyəti böyük elm adam...
ANL
"Cümhuriyyət adamı": Xatirələrin əbədiyaşar sakini. Ustad professor Şirməmməd Hüseynova həsr olunmuş kitab haqqında qeydlər. Ötən günlərə sadiqliyin təcəssümü. Tarixin sirlərlə dolu köhnə səhifələrini vərəqlədikcə qəribə hadisələrin şahidi olursan və bu qəribəliklərdən doğan müxtəlif suallar daima səni düşündürür. B...
ANL
Dul qadının tənhalığı. Qadınların tarixdəki nisbi xoşbəxtliyi. Dünyada xoşbəxt qadınlar da çoxdur və onlar həyatdan həzz almaqla ömürlərini yaşayırlar. Lakin burada böyük fransız yazıçısı Stendalın sözlərini bir qədər dəyişib, demək istəyirsən ki, əlbəttə, dünyada xoşbəxtlik mühitində yaşayan qadınlar vardır, la...
ANL
bu qəfəs bülbülünü? çəmənini, gülünü. El içində sevdalı eşqinin. bu biricik qəfəs azadlığına. Dünya çiyinlərimdə, çiynim dünyadan ağır, endirdim başımı çiynimin üstə, gördüm qollarım yoxdur. üzür keçir göy üzündən. Qollarım hövl eyləmiş, Torpaq iki haçadır, Körpu heyrət içində, Məftillər qocalıbdır. qollar naçar qalıbd...
ANL
Orta əsrlərə aid abidələr yerlə-yeksan olmaqdadır. Son günlər bir sıra elektron nəşrlərdə, televiziya kanallarında və əlbəttə ki, sosial şəbəkələrdə Gəncə ərazisindəki orta əsrlərə aid qala, körpü və digər tarixi tikililərə uzun illərdir ki, hər cür mədəniyyət və mərifətdən kənar, vecsiz münasibətin rüsvayçı nət...
ANL
Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev ümumi təhsil sistemində 12 illik tədrisə keçidlə bağlı fikirlər səsləndirib. Nazir bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə orta məktəblərdə 12 illik tədris tətbiq edilir və Azərbaycanda da bu istiqamətdə işlərə başlanılmalıdır: "Bir çox inkişaf etmiş ölkələrdə 12 il...
ANL
Dərman bazarında başlı-başınalıq. Baha və keyfiyyətsiz dərman problemi ilə üz-üzə. Bu gün dövlətin ən çox diqqət və maliyyə ayırdığı sahələrdən biri də səhiyyə sahəsidir. Təqribən son on ildə Azərbaycanın səhiyyə sistemində bir çox islahatlar aparılıb - bir sıra dövlət proqramları qəbul edilib, tibbi xidmətlərin ...
ANL
Ağacoyma xəttatlığının ustadı. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı. Qədim tarixə və böyük ənənələrə malik Azərbaycan nəqqaşlıq - xəttatlıq sənəti Gəmiqaya və Qobustan qayaüstü rəsmlərindən başlanır. Qaya...
ANL
Müsahibimiz "Loqos" psixoloji və nitq mərkəzinin rəhbəri Təranə xanım Paşayevadır. - Təşəkkür edirəm, psixoloq ruh mütəxəssisidir, başqalarının psixoloji problemlərini təhlil edib, çarə tapan, insanlara psixoloji yardım göstərən şəxs gərək vaxtlı-vaxtında öz ovqatını, fərdi psixoloq ruhunu nizamlaya bilsin. Hələ...
ANL
Professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Dekabrın 17-də Bakı Dövlət Universiteti, Kitabxanaçılıq-İnformasiya fakültəsi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olu...
ANL
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? Söhbətimiz sakit, amma nisbətən gərgin ovqatda keçdi. Macar nazir Ramil Səfərovun yalnız cəzasının qalan hissəsini Azərbaycanda çəkmək şərti ilə ekstradisiya edildiyini xüsusi vurğuladı. Onun dərhal əfvinin gündəlikdə dayanmadığını, bu addımı atmaqla Macarıstanı p...
ANL
Neft kapitalını insan kapitalına çevirən Ali Məktəb. Bu ali təhsil ocağı inkişaf etdi, böyüdü, ölkənin iqtisadiyyatı və sənayesinə peşəkar, ingilisdilli, beynəlxalq səviyyəli mütəxəssislər bəxş etdi. Dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi bu 10 ildə böyük nai...
ANL
Elvin İntiqamoğlunun "İkinci Qarabağ" şeirlər silsiləsi haqqında düşündüklərim. Bəzən ədəbi prosesə nəzər salıb ideal ədəbi güc axtarışına çıxanda müxtəlif çək-çevirə məruz qalırıq. Çünki tamlığı ilə dərk edilməyən zərurəti çox vaxt hətta sonu belə görünən ədəbi komponent kimi tədqiq edir, nəticədə formal əhatə yaradı...
ANL
Şeir ruhun pıçıltısıdı... Hər şeir ruhun pıçıltısına dönə bilmir, buna qüdrəti çatmır. Yaxşı şeir oxucunu həm düşündürür, həm də onun duyğularının ahənrübasına dönür. Onda şeir şairlə oxucu arasında poetik mükalimələşmə vasitəsi olur; oxunduqca yaddaşa hopan şeirlərdə yaşanılanlar unudulmur. Bu, poeziyanın, şeiriyyət...
ANL
Sovet dövrü ədiblərimizin Türkiyə qeydləri. Şəxsiyyətlərin, ayrı-ayrı ziyalıların epistolyar irsləri-xatirələri, gündəlikləri, məktubları, yol qeydləri bəzən həmin dövrün ictimai-siyasi durumunu, həyat və yaşam tərzini, tarixini və sosial-mədəni həyatını anlatmaq baxımından cild-cild elmi əsərlərdən, tarix kitab...
ANL
Muğamlar yaranan gündən. 44 günlük Vətən müharibəsində 8 Noyabr həm də igid döyüşçülərimizin Vətən eşqiylə çırpınan ürəklərinə, çağlar ruhlarına güc, qüdrət verən ecazkar milli muğamlarımızın özünüsübut, Zəfər günüdür…. Muğamlar yaranan gündən. Taleyimdən gələn zəngdir. Məskəni ruhdur, ürəkdir. Muğamlar yarana...
ANL
Bu televiziya ki var... Məşhurlardan birinin sözüdür: "Televiziya o dərəcədə önəmlidir ki, onu ancaq televiziya işçilərinin öhdəsinə buraxmaq olmaz" . Son illərin hadisələri göstərir ki, doğrudan da, bu belədir və populyar filmlərdən birində deyildiyi kimi: "Bu televiziya ki var..." çox çətin və çətin, qəliz olduğu qə...
ANL
Bu günlərdə İstanbuldakı "Tarihçi Kitabevi"ndə Türkiyənin tanınmış ürək və damar cərrahı, çoxsaylı tarixi kitabların müəllifi, "Sarıkamış Həmrəylik qrupu"nun qurucusu kimi 1915-ci il Sarıqamış hadisələrinin yorulmaz araşdırıcısı və təbliğatçısı, saysız-hesabsız soydaşlarımıza şəfa bəxş etmiş professor Bingur Sönməzi...
ANL
Dədə Ələsgər yaradıcılığı: aşıqlıq sənətinin mükəmməl səhifəsi. Aşıqlıq sənətində virtuoz ustad kimi iz buraxmış Ələsgər sazda ifası, qeyri-adi səs tembri, zəngin yaradıcılıq repertuarı ilə, məclislərdə dinləyici, tamaşaçı diqqətini məşğul etmək baxımından bu sahədə dəyərli iz qoyub gedib. İnsan və təbiət aşiqi o...
ANL
Türkiyə-Ermənistan münasibətlərinin yeni mərhələsi. Sosial şəbəkədə yazılanlar. , Azərbaycan İnternet Forumunun prezidenti: - Türksat 5B telekommunikasiya peyki kosmosa qaldırıldı. Prezident Ərdoğan erməni lobbisinin müqavimətinə tab gətirdiyi üçün İlon Maska da təşəkkür edib. Türkiyə Türksat 5B-ni İlon Maskın rəhbər...
ANL
Dərginin baş məqaləsinin müəllifi, Xalq yazıçısı Anar Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyi «Nida işarəsindən dəmir yumruğa» essesində Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında xidmətlərini, böyük Qarabağ zəfərinə aparan ömür yolunu təhlil edib. Həmçinin bu sayda sənətin müxtəlif sahə...
ANL
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın "Sirlər dünyasına səyahət: MİSİR" kitabının təqdimat mərasimi keçirilib. 525.az "Azərtac"a istinadən xəbər verir ki, tədbir "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu", "Regional Hüqu...
ANL
Belarusda Əyyub Quliyevin dirijorluğu ilə konsert olub. Dekabrın 17-də Belarus Böyük Teatrında XI Beynəlxalq Milad Opera Festivalı çərçivəsində dünya şöhrətli opera müğənnisi, ən gözəl metso soprano səsinə malik ifaçılardan biri, Mariinski Teatrın solisti Yekaterina Semençukun solo konserti keçirilib. Mariinski T...
ANL
Müasir uşaq ədəbiyyatı mövzusunda telekörpü. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Literaturnaə qostinaə: sovremennaə rossiyskaə literatura dlə detey i podrostkov" adlı telekörpü formatında tədbir keçirilib. Kitabxanadan 525.az-a bildirilib ki, tədbir Rusiya Federasiyası Təhsil Nazirliyinin dəstəyi, M....
ANL
Dərginin baş məqaləsinin müəllifi, Xalq yazıçısı Anar Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyi «Nida işarəsindən dəmir yumruğa» essesində Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında xidmətlərini, böyük Qarabağ zəfərinə aparan ömür yolunu təhlil edib. Həmçinin bu sayda sənətin müxtəlif...
ANL
(Rus dilindən Hüseynbala Mirələmov tərcümə edib). Məşhur İsveçrə yazıçısı Fridrix Dürrenmattın oxuculara təqdim etdiyim "Tunel" novellası fəlsəfi fantastika janrına aid olub hər cür ekoloji sarsıntılara məruz qalan dünyamız üçün rəmzi xəbərdarlıqdır. Hekayə o dövrün ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilər...
ANL
VƏ YA ZEYNAL CABBARZADƏNİN KİNO MUSİQİMİZDƏ ƏBƏDİLƏŞƏN ŞEİRLƏRİ. Təbii ki, pandemiya ili olmasaydı, Vətən öz sənətkarının yubileyini təntənəli şəkildə bayram etmək haqqını reallaşdıracaqdı. Öz dövrünün məşhur şair və bəstəkarlarıyla yanaşı yazıb-yaradan Zeynal Cabbarzadənin əsərləri hələ sağlığındaykən dillər ə...
ANL
Şuşaya ən qədim gediş-gəliş yollarının tarixi, şübhəsiz ki, qalanın bünövrəsinin qoyulması ilə başlayır. O dövrün daşlı-kəsəkli cığırları, araba, piyada, köç, karvan yolları şəhərə gedən bugünkü şose yolların ilkin forması olmuş, müxtəlif tarixi mərhələlər keçərək insanların və yüklərin daşınması üçün əsas vasitəyə çe...
ANL
Yeri görünən ədəbiyyatşünas. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin vəfatından bir il ötdü. Bu bir ildə dostlar-həmkarlar arasında tez-tez xatırlanan, müxtəlif elmi müzakirələrdə həmişə yeri görünən Kamran Əliyev barədə söz deməyə, yaradıcılığını gözdən keçirib onu...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Vəfa Şəmilovadır. Vəfa xanımla rəssam Asif Azərellinin "Dədə Qorqud" əsəri haqqında danışmışıq. - Vəfa xanım, əsərin təhlilinə keçməzdən öncə rəssam haqqında qısa məlumat verə bilərsinizmi? - Azərbaycan təsviri incəsənətinə böyük töhfələr verən sənətkarları...
ANL
Nizami Gəncəviyə Nəriman Həsənzadə baxışı. Azərbaycan ədəbiyyatı tarixində dahi Nizami Gəncəvi və onun mühitini ən uğurlu şəkildə canlandıran əsərlərdən biri Xalq şairi, görkəmli dramaturq Nəriman Həsənzadənin "Atabəylər" pyesidir. Bu əsər dövlətçilik ideyasının daşıyıcısı kimi və milli mənafelərin əks etdirilmə...
ANL
Nizami Gəncəvi yaradıcılığı Polşanın ədəbiyyat portallarında. Polşanın populyar “salon24.pl” və “ngo.pl” ədəbiyyat portalları Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar görkəmli nizamişünas-alim Rüstəm Əliyevin dahi Azərbaycan şairinin həyat və yaradıcılığından bəhs edən “Nizami Gəncəvi” monoqrafiya...
ANL
Ədəbiyyat İnstitutunda “Yunus Əmrə zirvəsi”. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük türk şairi Yunus Əmrənin 780 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan bildirilib. Konfransı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş di...
ANL
Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub. "Report" xəbər verir ki, Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət naziri Anar Kərimov, aşıqlar və ictimaiyyət nümayəndələri işt...
ANL
Nəsibə Zeynalova ədəbi-bədii gecə ilə anılıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan teatrının unudulmaz korifeyi Xalq artisti Nəsibə Zeynalovanın 105 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Mə...
ANL
Tamaşa bəzi cəhətləri ilə sənət dünyamızda bir ilkdir. Belə ki, hələ 2020-ci ildə “Koronavirus”pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə teatrın təşəbbüsü ilə Səbail Rayonu İcra hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, ASAN Könüllülər Məktəbi, “ASAN radio”, “Azərbaycan” dərgisinin...
ANL
Əsrlərdən gələn səsin əks-sədası. Dünya ədəbiyyatının parlaq nümayəndələrindən biri, Azərbaycanın mütəfəkkir şairi, dahi Nizami Gəncəvinin 880 illik yubileyi ölkəmizdə, onun hüdudlarından kənarda geniş qeyd olunur. Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Niz...
ANL
Kitab içində kitab. Professor Qəzənfər Paşayevin "Qəbələ keçmişdə və günümüzdə" kitabı çapdan çıxıb. kitabı... Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəyərləndirməsi də eyni fikir ucalığıyla önə çıxarılır: "Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük..."...
ANL
Ancaq o gecə... küçələrdə Qələbə sevincimizin ildönümünü çoşqu ilə qeyd edən insanların sevincinə şahid olan tamaşaçıların sırasında mən də vardım və ürəyimdən keçirdi ki, kaş bu cavanların, gözü Zəfər şəfəqlərindən yaşaran yaşlıların da bu gecə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində yaşanac...
ANL
Rayon təhsil şöbələri ləğv edilməyəcək. Təhsil şöbələri regional idarələrin tabeliyində fəaliyyət göstərəcək. Təhsil naziri Emin Əmrullayev: "Şikayət etməklə təhsil sistemi irəli getmir, problemlərin həlli üçün çıxış yolları tapmalıyıq". Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin təhsillə bağlı imzala...
ANL
Region mətbuatı bölgənin mədəni, ictimai-sosial mühitini formalaşdırır. Hər keçən gün dünyada sağlam media və informasiya təhlükəsizliyinə, qanunvericilik bazasının möhkəmləndirilməsi və praktik məsələlərin həllinə nəzərə çarpacaq dərəcədə önəmli yer ayrılır. Media dünyanın sürətlə vuran nəbzidir. Dünyanı bircə gün ...
ANL
Ahıskalı şair Təzəgül Cövdətqızının poeziyası haqqında qeydlər. Köklü türk soyu olan Ahıska türklərinin həyatında da qadın yalnız məişətdə deyil, ictimai-mədəni həyatda və ədəbi mühitdə də fəal iştirak edən azad və bərabərhüquqlu şəxsiyyətdir. Ahıska türklərinin vətənpərvər qadın şairlərindən biri də Azərbaycan ...
ANL
Güllər yarpıza dönməsin. Naibə Yusifin "Gülün yarpıza dönsün" romanı Araz çayının təsviri; dalğaların çoşub özünü Xudafərin körpüsünün dayaq sütunlarına hirslə vurması, sağ və sol sahillərini həsrətlə qucması, bəzən də üsyan etməsi ilə başlayır. Bu, ikiyə bölünmüş bir xalqın daxili təlatümlərini və yaxınlaşmaqda ola...
ANL
Ana dilimizin və şeirimizin Güneydəki cəfakeşi. Tanınmış şair və ədəbiyyat təbliğçisi Eldar Muğanlı milli təmayüllü ədəbi-ictimai düşüncənin inkişafına mühüm xidmətlər göstərib. Görkəmli şair, publisist Eldar Muğanlı Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatının üçüncü nəsil nümayəndələrindən biridir. Uzun illər...
ANL
Tənhalığın fəlsəfi izahı yazır. Əbülfət Mədətoğlunun şeirlərində insan fenomeni. Əvvələ qayıtsaq, lap əvvələ - sözlə qarşılaşmış olarıq. Sözə bağlanan ömür isə dünəni, bugünü, sabahı göstərir. Göstərir, ona görə ki, söz həm də şəkildi, kadrdı, səhnədi... Sözlə ömür sürən, sözə ömrünü verən, dünyasını sözdən quran ...
ANL
Yeni Azərbaycan nəsrinin tanınmış nümayəndəsi. Dekabrın 23-ü müasir Azərbaycan nəsrinin tanınmış nümayəndəsi - yazıçı, dramaturq, publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəylinin 60 yaşı tamam olur. Kitabda tanınmış söz adamlarının - yazıçıların, şairlə...
ANL
Ramil Mərzili "Qadağan olunmuş şeirlər"ini təqdim etdi. Dekabrın 19-da "AzərKitab"da Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramil Mərzilinin "Qadağan olunmuş şeirlər" kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda tanınmış ədəbiyyat adamları, müəllifin qələm dostları, oxucular və jurnalistlər iştirak ediblər. T...
ANL
Dekabrın 22-də müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, Əməkdar jurnalist, ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim Nəsir İmanquliyevin 110 illik yubileyi tamam olur. Kitabxanadan 525.az-a verilən məlumata görə, Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyə...
ANL
44 günlük Vətən Müharibəsi Türkiyə mediasında. Türkiyə dövləti 2020-ci ilin sentyabr ayında Azərbaycanda baş verən Vətən müharibəsinin başlandığı gündən son gününə qədər bütün öz problemlərini bir kənara qoyub səhərlərini yalnız Azərbaycanla açdı. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə təkcə döyüşən orduya siya...
ANL
Gəncədə açılan yeni lampa zavodu öz məhsulunu belə adlandırıb. Bu ilin avqust ayında qəzetimizdə getmiş bir yazıda Gəncədə istehsalat obyektlərinin açılması yönündə davamlı durğunluqdan sonra, bu məsələdə yavaş-yavaş tərpəniş hiss olunmağa başlaması, həmçinin şəhərdə yeni istehsal müəssisəsinin işə düşəcəyinin ...
ANL
Ustad jurnalist Nəsir İmanquliyevin 110 illik yubileyi ilə bağlı toplantı keçirilib. Bu gün Azərbaycan jurnalistikasının görkəmli siması, böyük ziyalı, pedaqoq, alim Nəsir İmanquliyevin anadan olmasından 110 il ötür. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında ustad sənətkarla bağlı anım tədbiri keçirilib. Toplantı...
ANL
Daşları dindirən alim. AMEA-nıin müxbir üzvü, tanınmış epiqrafist alim Məşədixanım Nemətin xatirəsinə. Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, "Şöhrət" ordeni ilə təltif olunmuş tanınmış epiqrafist alim Məşədixanım Nemət nəinki respublikamızda, hətta onun hüdudlarından çox-çox uzaqlarda da "Daşl...
ANL
Kim nə anlar bu zalımın işindən, Çoxlarını keçiribdir dişindən, Möhkəm yapış papağından, başından, Başdan papaq alıb qaçan dünyadır. Hər hansı bir əşya, predmet bədii əsərdə öz birbaşa funksiyasından başqa, əlavə funksiyalar da yerinə yetirir, yazıçı, yaxud əsərdəki personaj çox vaxt açıq, birbaşa demədiklərini ...
ANL
Zəngin ədəbi irsin sirli qatları. Nizami Gəncəvi yaradıcılığında ezoterizm cizgiləri. "Nizami ili" ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamda N.Gəncəvi kimi dünya şöhrətli bir nəhəngin ədəbi fəlsəfi irsinin bütün sahələr üzrə yenidən araşdırılması bir vəzifə kimi qarşıya qoyulub. Bu ba...
ANL
Zəfər yollarında. Uzun illər Azərbaycan təhsilinə uğurla başçılıq (və xidmət!) etmiş professor Misir Mərdanovun bu günlərdə "Təhsil" nəşriyyatında çapdan çıxmış "Zəfərə aparan yol" kitabı Azərbaycan Prezidenti İlham Əliyevin son dərəcə zəngin tərcümeyi-halına təcrübəli bir təhsil xadiminin verdiyi interpretasiya olm...
ANL
Milli Məclisin deputatı Tahir Rzayevin qələmə aldığı "Xilaskar atanın xilaskar oğlu" poeması düşmən üzərində qələbəmizi təmin edən qəhrəman xalqımıza və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə həsr olunub. Həmin poemadan bir hissəni təqdim edirik. Tarixin dərslərinə hər vaxt möhtacdır bə...
ANL
Qüdrətli rəhbər, müzəffər sərkərdə. Bu gün ömrünün yeni bir müdriklik çağını - 60 yaşını bütün Dünya azərbaycanlıları olaraq hamılıqla qeyd etdiyimiz Azərbaycan Prezidenti, Ali Baş Komandan, Böyük Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsindəki qələbəmizin memarı cənab İlham Əliyevin fəaliyyəti dövlətimizin başçıs...
ANL
Pandoranın qutusu. Qədim yunan əfsanəsinə görə, Zevsin razılığı olmadan insanlara od bəxş edən Prometey cəzasını çəkmək üçün Qafqaz dağlarında zəncirlənir və dözülməz işgəncəyə məruz qalır. Heraklın məhkumu azad etməsinə qarşı çıxmasa da, baş tanrının qəzəbi soyumaq bilmir. Kinli Zevs qisasını almaq üçün Hefestə g...
ANL
Uşaqlıqda haqsızlığa uğramış, doğma hesab etdikləri tərəfindən ailəsinin əlindən hər şeyi alınmış naməlum adam. Ədalətsizliyi uşaq yaşlarından tanımaq, qisas hissiylə böyümək, ədalətin gec-tez bərqərar olcağına inanmaq və bu böyük inamın, səbrin, təmkinin qarşılığında arzuların gerçəkləşməsi... İmperatora çevrilməsi...
ANL
Dul qadının tənhalığı. Qadınlar ailədə hökmranlığa can atırlar. Ümumiyyətlə, qadınlar bir sirr dünyasıdır ki, onları dərk etmək, tədqiq etmək də çətindir. Qadının gətirdiyi xoşbəxtliyin də, bədbəxtliyin də həddi yoxdur, adi ölçülərlə ölçülə bilmir. Onlar ərlərini çox vaxt öz hakimiyyətləri altına salmağa çalışır,...
ANL
"Uşaqlarımızın psixiatrik sağlamlığı dövlət siyasətimizin əsas prioritetlərindəndir". Müsahibimiz "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin sədri, "Nefes" Psixi-Sağlamlıq Akademiyasının uzman psixiatr həkimi Aydan İsgəndərzadədir. - Aydan xanım, tez-tez xarici ölkələrdə beynəlxalq konfranslarda elmi ...
ANL
Tənhalıqdakı hüzur. Birdən-birə parlayıb sönənlər, sönüb yenidən parlayanlar... Bir də ədəbiyyata gəlişi ilə ilk gündən özünü təsdiqləyib, bu günə qədər yoluna davam edənlər. Azərbaycan şeirinin üçüncü qanadına mənsub olan fərqli bir imza da var - Rüstəm Behrudi. O, heç bir ədəbi zümrəyə qoşulmadan təkbaşına yara...
ANL
Bu sərgiyə baxmağa dəyər! "Xalq bank" Şamo Abasovun əl işlərinin ekspozisiyasını və albomunu təqdim etdi. Alboma çoxsaylı keramika işləri, qrafika nümunələri, rəsm əsərləri daxil edilib, rəssamın həyat və yaradıcılıq mərhələləri təsvir olunub. Ş.Abasov müasir Azərbaycan rəssamlıq məktəbinin özünəməxsus nümayənd...
ANL
Cəhalətin yaratdığı fəlakət. Azərbaycan təmsilçisi Sona yarışın qalibi olan Ermənistan nümayəndəsi Malenanı təbrik edib, qarşı tərəf bu davranışa həmyerlimizi qucaqlayaraq cavab verib. Görüntü sosial şəbəkədə yayıldıqdan sonra verilən reaksiyaları heyrətlə izlədim. Bığıburma kişilərin, nəvə-nəticə sahibi qadınların ye...
ANL
Bir neçə gün əvvəl "525-ci qəzet"in təcrübəçi tələbə gəncləri Toğrul və Sevillə birlikdə baş redaktorumuz Rəşad Məcidlə söhbətləşirdik. Söhbət ədəbiyyatdan gedəndə baş redaktorumuz təkidlə dedi ki, Kamal Abdullanın yeni "Kəklik" hekayəsini mütləq oxuyaq. "Hətta oxuyub keçməyin. Sizə bir iş tapşırım: həmin hekayə haqq...
ANL
"İskəndərnamə"də türklük anlayışının əksi o baxımdan xüsusi önəm kəsb edir ki, Nizami "Xəmsə"nin bu son əsərində bəşəriyyətin taleyi ilə bağlı daha qlobal problemlər qaldırmış, "Sirlər xəzinəsi"ndən başlayaraq onu maraqlandıran mövzulara məhz həmin poemasında daha geniş (ümumbəşəri!) miqyasda baxmağın kifayət qə...
ANL
Dünyaya ünvanlanan kitab. Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi bənzərsiz mütəfəkkir sənətkardır. Onun poeziyası dünya və insan haqqında düşüncə və axtarışların ifadəsidir. Şair özü əsərlərini, onlardakı fikirləri, həmin fikirlərin bədii ifadə tərzini cadu və sehr adlandırır. Nizami "Xəmsə"yə daxil o...
ANL
Sirlər dünyasına, möcüzələr aləminə səyahət. Qədim tarixə, zəngin mədəniyyətə malik bəşəriyyətə dünyanın yeddi möcüzəsindən ikisini - dörd min illik tarixi olan ehramları və yeni eradan əvvəl tikilmiş, Aralıq dənizinin bütün nöqtələrindən görünən, 120 metr hündürlüyündə heyrətamiz İskəndəriyyə Mayakını bəxş edən, müs...
ANL
Hüseynbala Mirələmovun "Ənvər Paşa" kitabı çapdan çıxıb. Bu günlərdə yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Ənvər Paşa" kitabı nəfis tərtibatla işıq üzü görüb. "Yurda fəda üç paşa" trilogiyasının birinci kitabı olan "Ənvər Paşa" əsərində görkəmli tarixi şəxsiyyətin həyat və yaradıcılıq yoluna yeni rakursdan nəzər...
ANL
Ömrünü bu sualın cavabını tapmağa həsr edən, hətta bu yolda başından, canından keçən filosoflar, alimlər, din xadimləri, yazıçılar azmı olub?! Elə təkcə bu sualdan ötrü cild-cild kitablar yazılmayıbmı? Məncə, dünya durduqca da bu proses dəyişməyəcək. Bəşəriyyəti məşğul edən bir başqa mövzu isə ölümsüzlükdür. Acılı-şi...
ANL
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? Odur ki, nümayişçilərin yanından keçib restorana getdik. Meydana həqiqətən də xeyli adam yığılmışdı. Mətbuatda yayılan məlumata görə tədbirin təşkilatçısı Macarıstanın erməni azlığı deyil, Orbana müxalifətdə dayanan "Milyonlar qrupu" idi. Amma mitinq "Üzr istəyirik...
ANL
Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi nə vəd edir? Əməkdar elm xadimi Şahlar Əsgərov: "Bu, məktəblərə hazırlıq prosesinin lazımı səviyyədə təşkilinə şərait yaradacaq". Bu günlərdə Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haq...
ANL
UNEC-də "Azərbaycan iqtisadiyyatı" kitabının təqdimatı oldu. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) rektoru professor Ədalət Muradov və rektorun müşaviri dosent Elşən Bağırzadənin həmmüəllifi olduqları "Azərbaycan iqtisadiyyatı" (infoqrafik) kitabının təqdimatı keçirilib. Azərbaycanın dövlət müstəqilliyin...
ANL
İlham Əliyevin şəhərləri. Yenicə müstəqilliyini qazanmış respublika dağılmaq, məhv olmaq təhlükəsi altındadır. Anarxiya, qanunsuz silahlı birləşmələr, vətəndaş müharibəsi ərəfəsi. Belə bir ərəfədə xalqın təkidli xahişi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi. Büdcədə pul yox, iqtisadiyyat çöküb, müharibə şə...
ANL
Milli tariximizin Şərəf səhifəsinin memarı. Xalq yazıçısı Afaq Məsud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 60 illik yubliyeyi münasibəti ilə təbrik edib. Təbrikin mətnini təqdim edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə. Zati-aliləri! İlk öncə nəzərinizə çatdırı...
ANL
Uşaq saflığına bürünmüş müdrik. Uşaqlığımızda gördüklərimiz, yaşadıqlarımız sonrakı həyatımıza bu və ya digər dərəcədə təsir edir deyirlər. Bu fikri önə çəkib uşaqlığıma boylananda balaca məni öncə kitabların arasında, sonra isə həvəslə bir tamaşa izləyən yerdə görürəm. O illərə dair xatırladığım əsas anlar da el...
ANL
"Ağ libaslı mələk"dəki təzadlı gerçəklər. Tanınmış həkim və yazıçı Məlahət Hümmətqızının bu günlərdə "Ağ libaslı mələk" adlı kitabı çapdan çıxıb. Əsərlərinin əsas qəhrəmanları həyatın acısını dadmış, büdrəmiş, amma yıxılmamış qadınlardır. Maraqlı, dolğun, canlı obrazlar, gərgin, dinamik həyat hadisələri, maraqlı süj...
ANL
Dünyaya göz açıb Füzuli rayonunun Yuxarı Veysəlli kəndində. İyirmi yaşına qədər Veysəllinin ab-havasını udub, ordu sıralarında xidmətini başa vurandan sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini bitirib. Amma heç vaxt Veysəllini unutmayıb. Bir şeirində yazıb ki: ƏTRAFLI. De, necə tablaşım, necə d...
ANL
Real dünyanın rəqəmsal əkizi - Metavers. 2021-ci ilin son günlərini yaşadığımız bir zamanda sosial media hegemonu olan Mark Zukemberq virtual dünya ilə bağlı yeni bir addım atdı. Ötən aylarda feysbuk şirkəti yeni bir kollektiv virtual məkan "Metaverse" dünyası yaradacağını açıqladı. Həmin virtual dünya üçün 5 il ər...
ANL
Bu yaxınlarda işdən evə dönürdüm, dayanacaqda bir xanım mənə yaxınlaşaraq soruşdu ki, siz Əzizə Cəfərzadənin qohumusunuz? Açığı, necə cavab verəcəyimi bir anlıq müəyyənləşdirə bilmədim. Yenə xəyallar məni o günlərə apardı. Həmişə dediyim bir şükranlığı təkrar edirəm: - Məni dünyaya gətirən anam Gözələ, bir də mə...
ANL
Azərbaycançılığın Zəfər Yolu. TARİX ELMLƏRİ DOKTORU EYNULLA MƏDƏTLİNİN YENİ KİTABI HAQQINDA QEYDLƏR. Müasir Azərbaycan humanitar elmində "Heydər Əliyev - İlham Əliyev" kontekstinin tədqiqi aparıcı yer tutur. Məsələnin özü müasir Azərbaycan dövlətçiliyi, ideoloji özəlliyi və cəmiyyət quruculuğunun strateji məqsəd...
ANL
Türk dövlətləri təşkilatının yaranması çağımızın ən önəmli hadisələrindəndir. ittiham edirdilər ki, onlar türklərin üzlərini Qurandan Turana çevirməyə çalışırlar. Böyük əksəriyyəti müsəlman olan türk xalqlarını Qurandan, İslam mədəniyyətindən ayrımaq mümkün olmadığı kimi, türkçülükdən, Turan idealından da uzaqlaş...
ANL
"Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Səngər adamları” kitabının təqdimatını keçirdik. 162 səhifədən ibarət “Səngər adamları”nın ideya müəllifi BAMF prezidenti Umud Mirzəyev, redaktorlar Cahangir Məmmədli, Mübariz Piri, tərtib edən Şöhrət ...
ANL
Buraxılışın elmi redaktorları: Professor Almaz Ülvi Binnətova. Dosent Səadət Şıxıyeva. GİRİŞ. "Yeddi gözəl" məsnəvisinin "Bəhram Gurun padşahlığı" adlı bölməsi orijinalda da, tərcümədə də qırx bir beytdir. Bu bölmə Bəhramın "Ədalət xütbəsi" adlı hissənin davamıdır. Öncəki bölmədə Bəhram iki şir arasından tacı gö...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas, rəssam Ülkər Əliyevadır. Ülkər xanımla Xalq rəssamı Mikayıl Abdullayevin "Anaların gəncliyi" əsəri haqqında danışmışıq. Əsərə keçməzdən öncə Mikayıl Abdullayev haqqında bir qədər məlumat verə bilərsinizmi? - Azərbaycan təsviri sənətində özünəxas dəsti-xət...
ANL
Cırmaqlanıb bir üzü... Oxşanıb əllərinlə. Bir yarpaq qopub düşdü. Nə vaxtdı durmusan gözümdən iraq, Başım dumanlıdı, fikrim dağınıq... Yuxum tikan üstə, ruhum divanə, Solumda, sağımda fərqli bir həyat. Yenə toparlana bilmirəm, gülüm. Sən canımda can sahibi, Ruhumda da gerçək sakin! Anbaan əzab verib, Baxaraq qürrələnmə...
ANL
TANINMIŞ TELEVİZİYA REJİSSORU ƏLİMÜRSƏL HACIZADƏ İLƏ SÖHBƏT. - Əlimürsəl müəllim, bu gün sənət aləmindəki layihələrə nəzər saldıqda görülən işləri necə qiymətləndirirsiniz? - Ancaq öz televiziyamızdan deyə bilərəm ki, son vaxtlar xeyli yeni layihələrimiz var. Cəmiyyət üçün xeyirlidir. Amma bəzilərinə hesab edirəm...
ANL
Pyesin əsas komponentləri. Pyesi təşkil edən bütün komponentlər, onlar arasındakı qarşılıqlı əlaqələr nə qədər əhəmiyyətli olsa da, mənə görə, pyesin ən vacib, ən çətin komponenti onun süjetidir. Təcrübə göstərir ki, bu gün Azərbaycan dramaturgiyasını yaradan dramaturqların əksəriyyəti, hətta kifayət qədər təcrü...
ANL
Şeirin dairəvilik mahiyyəti. Bədii ədəbiyyatda məlum və məşhur dairəvilik anlayışı var. Bu anlayış ən kiçik parçanın belə bütövlə qırılmaz bağlılığı şərtinə əsaslanır. Əlbəttə, bədii ədəbiyyatdakı (bütövlükdə incəsənətdəki) dairəvilik heç də bununla bitmir, yəni dairəviliyi hansısa şeir, hekayə, pyes daxilində ax...
ANL
Mənim adım Şuşadır. Bizdən üç-dörd küçə o yana şuşalılar məhləsi var idi. Şuşadan gələn məcburi köçkünlərin bir hissəsi orada məskunlaşmışdı. Ümumiyyətlə, maraqlıdır ki, Bakının harasında yaşamaqlarından asılı olmayaraq şuşalıların əksəriyyəti bir-birini adla, soyadla tanıyır. Uzaq başı, adının əvvəlində peşəsini qeyd...
ANL
Təkamül prosesi qadınları necə zəiflədib? Cəmiyyətdə qadın və kişinin bərabər hüquq və azadlığa sahib olması məsələsindən danışanda əksər insanlar bunu hələ də rişxəndlə qarşılayır, qadınları hər baxımdan zəif məxluq saydıqlarından hər zaman kişilərdən bir addım geridə olduqlarını iddia edirlər. "Sizin yaradılışınız b...
ANL
Qalib gənclərin günü . 2 Fevral Azərbaycan gənclərinin, gəncliyinin günüdür. Ümummilli lider Heydər Əliyevin gəncliyə və gənclərə olan qayğısının, diqqətinin bariz nümunəsi olan bu günlə bağlı Sərəncam onun tərəfindən 1997-ci ildə imzalanıb. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azə...
ANL
Göz yaddaşımız uca dağları heç vaxt başı qarsız təsəvvürə gətirməz. Bu yapıncı cangüdəndir, gur çaya çevrilmək amalı ilə yola çıxan durna gözlü bulaqların qidası, güc mənbəyidir. İnsan min illərdir belə mənzərənin əbədiliyi peşindədir. Görkəminə, xeyirxahlığına, dözümünə, iradəsinə... görə ağsaqqal adlandırdığı ...
ANL
Ortaq türk əlifbası. OvaxtlarbaşçılıqetdiyimYeddiDövlət–BirMillətKonseyiolaraqbirgünsonra– 11maydanbaşlayaraqbütünyazı-pozumuzuortaqtürkəlifbasındagerçəkləşdirdik.Məqsədimizoidiki,türkxalqlarımümkünqədərtezbir-birinəqovuşsun,özəlliklədədilimizinortaqlaşmasısürətlənsin. Biziminancımızagörə,türkxalqlarınınbirləşibortaql...
ANL
Rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, böyük qayıdış və təmiz ətraf mühit. Son 17 ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, ölkədə geniş sosial infrastruktur yaradılmış, əhalinin sayı artmış, yoxsulluğun səviyyəsi aşağı düşmüşdür. Maliyyə imkanlarının artması Azərbay...
ANL
Fevral ayı - İsfəndiyar Vahabzadə. Bəs qalan aylar? Amma mənim üçün ferval ayı öz xüsusiliyi, həm sevinci, həm kədəri ilə bütün aylardan fərqlənir, seçilir. Elə ona görə də, hər il yanvar ayının axırıncı gününü oturub fevral ayını olduqca nigarançılıqla qarşılayıram. - sualları mənə rahatlıq vermir. O zaman gözl...
ANL