text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Hər kəs qaydalara məsuliyyətlə yanaşmağa davam etməlidir. Dünyanı çənginə alan koronavirus sərt karantin tədbirlərinə, müalicə metodlarına və peyvəndlənmə prosesinin başlanmasına rəğmən, hələ də yayılmaqda davam edir. Bu bir həqiqətdir ki, dünya pandemiyadan qurtulmayınca, tək bir ölkənin ona qalib gəlməsi mümkün ...
ANL
Nizami poeziyasının Avropa ədəbiyyatı və mədəniyyətində əks-sədası. Ötən il akademik Y.E.Bertelsin dəyərli əsəri olan "Böyük Azərbaycan şairi Nizami" monoqrafiyasının Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə ingili...
ANL
Bütün yeni yollar Qarabağdan keçir. Dörd ay öncə bütün dünya Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatlarını diqqətlə izləyirdi. İndi isə hamının diqqəti ölkəmizin Qarabağı dirçəltmək üçün gördüyü işlərə yönəlib. Axı, adətən müharibələrdən sonra bərpa-quruculuq işləri ön plana keçir. Bu proses ölkəmiz üçün i...
ANL
Qeyri-adi muzeylər. Muzeyləri tarixin varisi adlandırsaq, yəqin ki, yanılmarıq. Muzeylər sahib olduğu eksponatlarla əsrlər arasında körpü yaradan bir məkandır. Zaman keçdikcə bütün sahələrdə olduğu kimi, bu sahədə də yeni ideyalar və fəaliyyət istiqamətləri yaranır. Yenilik isə həm də fərqlilik, qeyri-adilik deməkdir. ...
ANL
Ermənistanda dövlət idarəçiliyi iflic olub. Ermənistandakı böhranlı vəziyyət bütün sahələrdə daha qabarıq görünməkdədir. Hakimiyyət əleyhinə yönələn etirazların sayının çoxalması, vətəndaş itaətsizliyi idarəçiliyə də mənfi təsir edir. Ölkədə iqtisadiyyatın tənəzzülü də günbəgün dərinləşir, yoxsulluğun səviyyəsi y...
ANL
Onunla biz təxminən yaşıdıq. 70 ilin zirvəsindən dönüb geri baxanda adam sevinir ki, nə yaxşı bu qloballaşan, keşməkeşli, mürəkkəb dünyamızda İsmayıl müəllim kimi işıqlı insanlar var. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ot kökü üstündə bitər, - deyib...
ANL
Yəhudilər Azərbaycanda əsrlərboyu mehribanlıq, qardaşlıq və dostluq şəraitində yaşayıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edib. AZƏRTAC xəbər verir ki, Mark Şnayer ölkəmizdə digər dini və etnik i...
ANL
Qələbənin mühüm cəhətlərinin tarixi prototipləri. Ordu həm döyüş hazırlığı, həm də ruhu, fədakarlığa hazır olmaq hissi ilə düşməndən üstün olmalıdır. Lakin bunlar da hansı silah növlərindən istifadə edilməsini, onun müasirliyinin və effektliliyinin əhəmiyyətini azalda bilməz. Azərbaycanın siyasi rəhbərliyi bu və...
ANL
Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini v...
ANL
Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi D.Y.Səfərovun vəzifəsinin dəyişdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şahbuz Rayo...
ANL
Dəyərli fəaliyyətə layiqli qiymət. Avrasiya yazarlar birliyinin başqanı Yaqub Öməroğlu AMEA ədəbiyyat institutunun “Fəxri Dostu” oldu. İclasda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun Türkiyədə ...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Qafar oğlu Rəhimzadə “Şərəf” ordeni ilə təltif edilsin. İlham Əl...
ANL
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram: 1. “Məhkəmələr və hakimlər haqqın...
ANL
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək məqsədilə q...
ANL
T.İ.Əfəndiyevin Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rekto...
ANL
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Ailə, Qadın v...
ANL
Mark Şnayer: dünya ictimaiyyəti Azərbaycanın multikulturalizm sahəsində nailiyyətlərini yüksək dəyərləndirir. Fevralın 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayerlə görüşüb. QMİ-nin mətbuat...
ANL
İstanbulda “Azərbaycan” prospekti. Fevralın 3-də Türkiyənin İstanbul şəhərində “Azərbaycan” prospektinin rəsmi açılış mərasimi keçirilib. 525.az AZƏRTAC-a xəbər verir ki, İstanbulun mərkəzi rayonlarından biri olan Sarıyerin qədim hissəsindəki “Cendere” prospektinin adı ölkəmizin bu şəhərdəki baş konsulluğunun təklifi...
ANL
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Litva ilə əməkdaşlığı genişlənir. Fevralın 2-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı Səfirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu Fondun prezidenti Günay Əfəndiyeva ilə Litva Respublikasının Azərbaycan Respub...
ANL
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə Türkiyədə nəşr olunmuş “Mitolojinin elçisi, Kamal Abdulla armağanı” adlı kitabın təqdimat mərasimi keçirilib. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşk...
ANL
"Bir çox hallarda qadınlar gender bərabərliyinin pozulmasının ən böyük iştirakçıları olurlar". GENDER VƏ İNKİŞAF ÜZRƏ EKSPERT ŞƏMSİYYƏ MUSTAFAYEVA: "AZƏRBAYCAN ANALARI ÖVLADLARINA QADINA DA KİŞİ QƏDƏR HÖRMƏT ETMƏYİ ÖYRƏTSƏLƏR, GENDER MƏSƏLƏSİNDƏ BÖYÜK DƏYİŞİKLİYƏ NAİL OLA BİLƏRİK". Gender bərabərliyinin pozulmas...
ANL
"Bir çox hallarda qadınlar gender bərabərliyinin pozulmasının ən böyük iştirakçıları olurlar". GENDER VƏ İNKİŞAF ÜZRƏ EKSPERT ŞƏMSİYYƏ MUSTAFAYEVA: "AZƏRBAYCAN ANALARI ÖVLADLARINA QADINA DA KİŞİ QƏDƏR HÖRMƏT ETMƏYİ ÖYRƏTSƏLƏR, GENDER MƏSƏLƏSİNDƏ BÖYÜK DƏYİŞİKLİYƏ NAİL OLA BİLƏRİK". Gender bərabərliyinin pozulm...
ANL
Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi. XXI əsrin əsas inkişaf fəlsəfəsi bilikdir. 2021-ci il fevral ayının 4-də dünyanın ən məşhur azərbaycanlılarından biri, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünya ş...
ANL
Çağdaş ərəbşünaslığımızın 80 yaşlı korifeyi. Mən professor İmamverdi Həmidovu son zamanlar tanımışam. Baxmayaraq ki, artıq on beş ildir, AMEA-da işləyirəm və biz eyni mərtəbədə yerləşən binada çalışırıq. Qəribə də olsa, bəlkə heç rastlaşmamışdıq da. Sadə, təvazökar və sakit bir insan olan professor İmamverdi Həmidov...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Ali Baş Komandan...
ANL
Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağda...
ANL
Yalquzaq olmalısan. Azadlıq. Özümü konkret olaraq bir məkana aid edə bilməmişəm. Bəlkə də, buna səbəb uşaq vaxtı nənəmin, anamın uzun illər yanımda İrəvandan, Çobankərədən danışması olub. Doğulduğum məkandan daha çox Qərb torpaqlarımıza can atmışam. İrəvanın havasında, suyunda, aurasında ruhuma uyğun olan elə bir ...
ANL
Akademik İsa Həbibbəyli azad olunmuş bölgələrin kitabxanalarına kitablar hədiyyə edib. Vətən müharibəsində erməni işğalından azad olunmuş bölgələrdə kitabxanaların fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitab toplama kampaniyası davam edir. AMEA-nın vitse-prezi...
ANL
Duymaq xoşbəxtliyi. Səhərüzü saat 6-dan sonrakı iki saatı nəzərə almasaq, gecə çimir etməmişəm, yox, əsaslı bir səbəbi də yoxdu, elə yuxumu öz əlimlə açıb buraxmışam, sonra da nə qədər çağırsam da, şıltaqlığından əl çəkib geri dönməyib. Beləcə hərəmiz bir yanda düşüb qalmışıq... İndi pəncərəmdə Günəşin şəfəqləri oynay...
ANL
Bakı Dövlət Universitetində (BDU) dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubleyinə həsr edilmiş regional elmi konfrans keçirilib. Konfransdan əvvəl BDU kollektivi qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin Fəxri Xiyabanda qəbirüstü abidəsini ziyarət edib, məzarı önünə əklil ...
ANL
Özbəkistan səfiri Xalq yazıçısı Anarla görüşdü. Özbəkistan səfiri Baxrom Aşrafxanov Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüşüb. 525.az xəbər verir ki, Xalq yazıçısı birliyin fəaliyyəti ilə bağlı səfirə ətraflı məlumat verib. Bundan başqa, AYB sədri Azərbaycan-Özbəkistan ədəbi əlaqələrin...
ANL
Şərqşünaslıq İnstitutunda Elmi Şuranın iclası olub İnstitutun Qarabağ mövzusunda və "Nizami ili" çərçivəsində həyata keçirəcəyi işlər müzakirə edilib. Şuranın iclasında Şərqşünaslıq İnstitutunun alimlərinin qarşısında duran vəzifələr, yeni plan işlərinin mövzuları müzakirə olunub. İclasa sədrlik edən Şərqşünaslıq İn...
ANL
Aktyor Şahmar Məmmədov. "Müharibədə yaşadıqlarım hələ də yuxu kimi gəlir. Müsahibimiz "Yuxu kimi" serialından "Elnur" kimi tanıdığımız, aktyor, Vətən müharibəsi iştirakçısı Şahmar Məmmədovdur. Onunla həm yaradıcılığından, serialdan, həm də müharibədən danışdıq. - Uşaqlıqdan zərgər olmaq istəmişəm. Ancaq bir dəfə ...
ANL
XVII əsrdə Aşıq Abbas Tufarqanlının qələmə aldığı şikayət və nigaranlıq dolu bu qoşmanın ilk misrasından sonra yüz cür fikir gəlir ağıla. Necə bir zəmanənin gəldiyi haqda çoxlu danışmaq və bolluca şikayətlənmək olar. Ancaq bir az dərinə getsək, yüz-yüz illər öncə elə Tufarqanlının da bunları dediyini görəcəyik. Ə...
ANL
Nizami Gəncəvi obrazı və yaradıcılığı Azərbaycan rəngkarlığında. Azərbaycanın mədəniyyət tarixində Nizami yaradıcılığı və şəxsiyyəti, heç şübhəsiz ki, müstəsna əhəmiyyətə malikdir və ən önəmli yerlərdən birini tutur. Ümumiyyətlə, Şərq dünyasında incəsənətin inkişafında Nizami yaradıcılığı çox əhəmiyyətli rol oyn...
ANL
Mənim Qarabağım və ya Qarabağ düyünü. Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib. Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik. Nərmənazik bayatı. Qarabağ şairə...
ANL
Firidun bəy Köçərli irsi: dəyəri azalmayan mənəvi xəzinəmiz. Bu gün Şuşa mədəniyyət paytaxtımız, Xarıbülbül zəfər simvolumuzdur. Mədəni və ədəbi tariximizdə xüsusi xidmətləri olan Firidun bəy Köçərli ilə bağlı yazı hazırlayarkən bunları fərəhlə düşündüm. Deyirlər, insanın doğulduğu yerin havası, suyu da ona müəy...
ANL
Əxlaqsız qadınların başının üstündə daim yaşa dolmaq, cazibədarlığı itirmək, qocalmaq timsalında Damokl qılıncı durur. Tiran Dionnisinin pritçasında o, at tükündən asılmışdı, bizi isə yalnız təsadüf adlanan nazik sapdan asılmış qılınc məhv edə bilər. Hətta fahişələri qətlə yetirənlərin nə vaxtsa ağır cəza aldığ...
ANL
Azərbaycan və İran Milli kitabxanalarının əməkdaşlığı müzakirə olunub. Fevralın 8-də İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan Milli Kitabxanada olub. Qonaqları salamlayan kitabxananın direktoru, professor Kərim Tahirov iki ölkənin milli kitabxanaları arasınd...
ANL
Çinli heykəltəraş: "Nizami Gəncəvi ili"ndə təltif olunmağım böyük şərəfdir". "Dahi Nizami Gəncəvinin büstünü hazırlayan heykəltaraş kimi məhz "Nizami Gəncəvi ili"ndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif olunmaqdan böyük şərəf duyuram". Bu sözləri Azərbaycanın dahi şair və mütə...
ANL
Qardaş Özbəkistan Türk Dünyasının ən əhəmiyyətli ölkələrindən biridir. O cümlədən, köklü ədəbiyyat. Onun da tacı olan Nizaməddin Mir Əlişir Nəvayi! Babası Əbu Səid Çəng və atası Qiyasəddin Kiçginə Bahadır dövrün tanınmış adamlarından idi. Əlişir gələcəyin hökmdarı və şairi Sultan Hüseyn Bayqara ilə bir sinifdə ox...
ANL
Müəllimlik - qaranlıqları aydınlığa çıxaranların peşəsi. Dövründən asılı olmayaraq, həmişə əsl müəllim milli sərvət kimi qəbul edilib. Cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını indidən demək çətindir. Bir şey aydındır ki, müəllim və şagir...
ANL
Ahıskalı Şair Molla Məhəmməd Səfili. Molla Məhəmməd Səfili. Ahıska türklərinin etnik mədəniyyətində və milli kimlik şüurunda mühüm yer tutan ustad sənətkarlardan biri Koblıyanlı Aşıq Molla Məhəmməd Səfilidir. Dərin bilikli, fitri istedadlı, əqidəli şəxs olan Səfili Xocanın yaradıcılığı ilahi mətləblərdən, həya...
ANL
Xüsusi təyinatlı və xüsusi istedadlı qazimiz. Səbuhi həm xüsusi təyinatlı, həm də xüsusi istedadlı qazilərimizdəndir. Vətən müharibəsinin qəhrəman iştirakçılarından olan Səbuhi əslən Füzulidəndir. Elə onun uğrunda döyüşdüyü bölgələrimizdən biri də Füzulidir, aldığı medallardan biri də Füzulinin adı ilə bağlıdır. Xüsusi...
ANL
Zəfərin salnaməsi. Bu səhərdən barıt qoxusu gəlirdi, atəş səsləri eşidilirdi, müharibənin başlanması xəbəri sürətlə yayılırdı... Günortaya doğru kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasından xalqa müraciəti yayıldı. Ali Baş Komanda...
ANL
Azərbaycan Turizm və Menecment Universiteti 15 illik yubileyini qeyd edir. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il qərarı ilə yaradılmış Azərbaycan Turizm İnstitutunun əsasında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-ci il ta...
ANL
Ədəbiyyatla bağlı kim nə düşünür ? 1988-ci ildən terminologiyaya ayaq açan "Didro effekti" alış-veriş vərdişinin insana vurduğu maddi və mənəvi ziyanları açıqlamaq üçün işlədilir. Bu gün oturub "Didro effekti"nin ədəbiyyata bir dəxli olub-olmamasını çox düşündüm. Filosof pijamasını geyinir, yazı masasına yaxınlaşır, ə...
ANL
Dərdlərimizin və zəfərimizin uğurlu bədii təqdimatı. Naibə Yusif ədəbiyyata şair kimi gəldi. Şeirlərdən, qəzəllərdən ibarət bir neçə kitabı oxucular tərəfindən böyük maraqla qarşılandı və sevildi. Lakin Naibə xanım tez bir zamanda nəsrə keçdi. Bu sahədə bir-birinin ardınca yazdığı üç roman onun məcrasına sığmaya...
ANL
Ağoğlan ziyarəti. Fevralın 6-da Azərbaycanın Alban-udi xristian icmasının nümayəndələri Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi Ağoğlan monastırını ziyarət ediblər. Səfər Müdafiə Nazirliyi tərəfindən təşkil edilib. Tədbirə Alban-udi xristian icması ilə yanaşı, Vətən müharibəsində iştirak etmiş udi gən...
ANL
Nizami və Nəvai irsinə dair beynəlxalq elmi konfrans olub. Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi ilə birlikdə “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novtorluq” onlayn Beynəlxalq elmi konfransı keçirilib. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının...
ANL
"Türk ədəbiyyatı" nın xüsusi sayı Kamal Abdullaya həsr olunub. "Türk ədəbiyyatı" jurnalının xüsusi buraxılışında Umberto Eko, Franko Kardini, Klod Aliber, Anar, Yuli Polyakov, Həsənağa Turabov, Ramiz Rövşən, İrfan Ülkü və başqalarının Kamal Abdullanın yaradıcılığı haqqında fikirləri yer alıb. Türk Ədəbiyyat Vəqfi...
ANL
Nizami dühası ilə nurlanan möhtəşəm qadın obrazı. Dahi Nizami Gəncəvinin çoxşaxəli yaradıcılığında diqqəti cəlb edən ən mühüm cəhətlərdən biri də qadına münasibətdir. Əlbəttə, Nizamiyə qədər də Yaxın Şərq ədəbiyyatında qadın mövzusu işlənib. Lakin Nizamidən əvvəl bu mövzuya öz münasibətlərini bildirənlər qadınları çox...
ANL
Dəyərli ənənələrin bərpası. Azərbaycan Bəstəkrlar İttifaqının yeni işıq üzü görən nəşrləri barədə qeydlər. Hər bir sahədə ənənələrin qorunması keçmiş ilə bu günün qırılmaz bağlayıcısı, eyni zamanda, inkişafa aparan zəfərli yoldur. Buna bariz nümunə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, YUNESKO...
ANL
Şəhidlik və xilaskarlıq zirvəsindəki Mehdimiz. Mehdi Zaman oğlu Fərzullazadə haqqında nəsə yazmaq düşündüyümdən də çətin oldu mənimçün. Əlbəttə, bu da öz təsirini göstərirdi. Körpəlik yaşlarından heyrət doğuracaq bir xüsusiyyəti vardı. Demək olar heç ağlamırdı. Bu vaxta qədər onun qədər sakit uşaq rastıma çıxmayıb. Mə...
ANL
Rubrikamızın budəfəki qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilovdur. Aslan müəllimlə Əməkdar rəssam Ələkbər Rzaquliyevin "Kəlin nallanması" əsəri haqqında danışmışıq. ...
ANL
"Qalibiyyət duyğusu ölüm qorxusunu unutdurmuşdu". VƏTƏN MÜHARİBƏSİNDƏ DÖYÜŞMÜŞ DOSENT RADİF İSMAYILOV: "BÖYÜK BİR MİLLƏTİN, YENİLMƏZ XALQIN ÖVLADLARI OLDUĞUMUZU DƏRK EDİB, BÜTÜN VARLIĞIMIZLA QƏLƏBƏYƏ KÖKLƏNMİŞDİK". Vətən müharibəmiz bütün təbəqədən olan insanları bir yumruq altında, bir amal uğrunda birləşdirdi...
ANL
Vətəninin adını söz-söz ucaldan yazıçı... Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş aparat rəhbəri, tanınmış şair, yazıçı Əjdər Ol bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilib. Təsadüfi deyil ki, baş v...
ANL
Nümunə sayılası insan. On səkkizinci yüzilliyin məşhur fransız filosofu, ensiklopedik zəka və böyük təfəkkür sahibi, aforizmə bənzər deyimləri ilə insan ruhunu həyəcanlandıran Helvetsi yazırdı: "Tərifə layiq olan insanları tərifləmək olduqca çətindir". Əlisa müəllim haqqında düşüncələrə dalarkən yadıma düşən ilk f...
ANL
Şanlı ordunun qalib əsgəri. Azərbaycan tarix boyu çox savaşlar, çox müharibələr görüb. Başı qovğadan ayrılmayan torpağın son və ən ağır yarası Qarabağ idi. Tariximizin hələlik son səhifəsində qızıl hərflərlə həkk olunan Vətən müharibəmiz məhz bu yaranın məlhəmi oldu. Cənab Ali Baş Komandanın rəhbərliyi, şəhid və qazil...
ANL
Tanıyaq və tanıdaq. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələməd...
ANL
Şair və yazıçıların iç dünyası ilə tanış olmaq oxucu üçün çox maraqlıdır. Düzdür, onların əsərlərində daxili aləmlərinə qismən səyahət etmək olur. Amma bizim dərk elədiyimiz onun bir neçə faizidir. Qələm adamının ürəyi min bir hadisə ilə, xatirə ilə dolu olur və qeyri şəxsdən yazıçını fərqləndirən amil odur ki, ...
ANL
Ədəbiyyat və cəsarət tərcümanı. 1960-cı ilin mart ayının axırı, yadıma gəlir, Novruzdan sonrakı günlərdən biri idi. Elmlər Akademiyasının Kommunist (indiki İstiqlal) küçəsindəki binasında Səməd Vurğunun anadan olmasının ildönümü keçirilirdi. O zaman mən orta məktəbin 10-cu sinfində oxuyurdum və bir gənclik həvəsi...
ANL
"Nizami Gəncəvi haqqında kimlər yazmışdır?" sualına cavab vermək, "Nizami Gəncəvi haqqında kimlər yazmamışdır?" sualı üzərində baş sındırmaq qədər çətindir. Müasirlərindən ta bu günə qədər Nizaminin həyatı və irsi barədə ən yüksək fikirlər, mülahizələr söylənilmiş, dahi şairin yaradıcılığının bənzərsizliyi, toxunduğu p...
ANL
Axmaqlıqdan qaçış. Bu sözə, əslində sözün bu şəkildə deyilişinə böyük rus maarifçi-pedaqoqu Aleksey Osinoviç Çernyayevskinin xalqımızdan eşidib Qori seminariyasında oxuyan azərbaycanlı balaları üçün hazırladığı "Vətən dili" kitabında rast gəlmişəm. Bununla da, o, axmaq adamın (axmaqlığın) ən böyük bəlalardan biri ol...
ANL
"Bu həyat hekayələri bizə həm də qələbəmizin əhəmiyyətini göstərəcək". AYAZ MİRZƏYEV: "BU VİDEOLAR, XÜSUSƏN, XARİCİ AUDİTORİYALAR ÜÇÜN BİR TƏBLİĞATDIR Kİ, BAXIN, MÜHARİBƏ BİZİM İNSANLARIMIZA NECƏ BÖYÜK ZİYAN VURUB, ONLARIN TALEYİNİ NECƏ MƏHV EDİB. İkinci Qarabağ müharibəsi insanları həmrəyliyə səslədi və hər kəs ö...
ANL
Haaqada Nizami Gəncəviyə həsr edilmiş proqram yayımlanıb. Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Hollandiya Azərbaycan–Türk Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Youtube" kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilmiş proqram yayımlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin qüdrətl...
ANL
Köhnəbazar kənd tam orta məktəbinin 140 illik yubileyi qeyd olunub. Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyi ilə Kürdəmir rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinin 140 illik yubileyinə həsr olunmuş Elmi vebinar konfrans keçirilib. 525.az xəbər ve...
ANL
Gəncə teatrında Xocalı soyqırımı haqqında film. Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Qayıdış” adlı qısametrajlı film üzərində işi tamamlamaq üzrədir. Bu barədə Gəncə Dövlət Dram Teatrının ədəbi hissə müdiri, teatrşünas Anar Burcəliyev məlumat verib. On...
ANL
Qarabağdakı Alban məbədləri sahiblərinə qovuşur... "525-ci qəzet"in hələ ötənilki 25 noyabr tarixli sayında Rəşad Məcid Qarabağdakı Alban mədəniyyətinə aid məbədlərin Azərbaycan Alban-Udi xristian dini icmasinin ixtiyarına verilməsi təklifilə çıxış etmiş, mənfur ermənilərin qədim Alban irsinə sahib çıxaraq albanlar...
ANL
Ötən ilin dekabrında təkcə Azərbaycan səhiyyəsi yox, bütövlükdə cəmiyyətimiz ağır bir itki ilə üzləşdi - Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, Tibb elmləri doktoru, akademik Ədilə Namazova dünyasını dəyişdi. Neçə-neçə uşağın həyatını xilas edən, hər kəs tərəfindən sevilən Ədilə Namazovanı hər birimiz tanınmış...
ANL
Təbiətin parçası İnsandan danışırıq... PƏRVİN. Bu günlərdə Türk yazıçısı İmdat Avşarın "Göyərçin sevdası" hekayələr kitabı çapdan çıxıb. Kitab Bakıda da çapa hazırlanır. Ön sözü oxuculara təqdim edirik. Səhərin açılmağına çox az qalır... Alaqaranlıqda otelin darısqal eyvanına çıxıb baxıram. Şəhərdən elə də uzaq...
ANL
Bu gün, istəsək də-istəməsək də, sosial şəbəkələr həyatımızın ayrılmaz bir parçasına çevrilib. Bu tendensiyadan istifadə edib özünə iş quranlar, öz potensiallarını nümayiş etdirib məşhur olanlar kifayət qədərdir. Ancaq sosial şəbəkələrə qarşı neytral yanaşan gənclər də az deyil. Onlar buradan bir növ portfel kimi is...
ANL
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini. Azərbaycanda bugünədək müxtəlif dinlər, inanclar yayılsa da, heç birinin ömrü İslam qədər uzun olmamışdır.Tarixə nəzər salsaq, görərik ki, İslamdan öncə bu torpaqlarda yayılmış Xristianlıq tarixi Azərbaycan ərazilərinin yalnız şimal hissəsini, daha d...
ANL
Moskva Millətlər Evində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Məhəmməd Əmin Rəsulzadə Məclisi və “Bakılılar” mədəni-maarifləndirici klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə rusiyalı və azərbaycanlı elm adamla...
ANL
Mədəniyyət naziri kanal rəhbərlərilə görüşdü. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə ölkəmizdə fəaliyyət göstərən televiziya kanalları rəhbərlərinin görüşü keçirildi. Əvvəlcə görüş iştirakçıları Milli İncəsənət Muzeyinin “Azərbaycan incəsənəti minilliklər boyu” adlı daimi sərgisi ilə tanış ol...
ANL
Görkəmli dilçi Əlövsət Abdullayevin 100 illiyi tamam olub. 17 fevral Azərbaycan dilçiliyinin görkəmli alimlərindən biri, uzun illər dilimizin ən aktual problemlərini tədqiq edərək, bu sahədə bir sıra əsərlərin və dərsliklərin müəllifi, Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Zakir ...
ANL
Kiyevdə Qarabağ mövzulu "Bayraqdar" kitabının təqdimatı keçirilib. Fevralın 16-da Kiyevdə Qarabağ həqiqətlərinə həsr olunmuş və Ukrayna dilinə tərcümə edilmiş “Bayraqdar” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və Xarkovdakı fəxri konsulluğunun...
ANL
"Yaxşı adamlardan aldığım güc-qüvvədir məni yaşadan". Allah məsləhət bildiyi. Dindən, imandan gəlirəm. Şairlərin söylədiyi. Qardaşlıq düşdüm ondakı. O ilahi təcəssümlə! Üzündəki təbəssümlə! Kürhardan keçirsə keçsin, Onun da köksündən keçir! Heç vaxt dəyişik düşmədi, Əliynən, Vəliynən gördüm. Nadanları qandırma...
ANL
Allah məsləhət bildiyi. Dindən, imandan gəlirəm. Kim hardan gəlir, bilmirəm, Mən Nərimandan gəlirəm! Şairlərin söylədiyi. Qardaşlıq düşdüm ondakı. O ilahi təcəssümlə! Hər şerimi yazdım onun. Üzündəki təbəssümlə! Kürhardan keçirsə keçsin, Onun da köksündən keçir! Heç vaxt dəyişik düşmədi, Əliynən, Vəliynən gördüm. Nadan...
ANL
Azərbaycan Ordusunda döyüşən yəhudilər cəmiyyətimizin qürurudur". 46 SAYLI BAKI YƏHUDİ MƏKTƏBİNİN DİREKTORU ZAMİR İSAYEV İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRİ ZİYARƏT EDİB. Zamir İsayev ötən ilin payızında keçririlən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan torpaqları ziyarət edən ilk...
ANL
Vətən naminə fədakarlığın silinməyən izləri. NAXÇIVANA DAİR TARİXİ SƏNƏDLƏRİN TƏDQİQİNDƏ CAHANGİR BƏY. Naxiçevanskie rukopisnıe dokumentı XVII-XIX vv, Tiflis, 1936" kitabında sənədləri tərcümə edənlərdən biri də Cahangir Qayıbovdur. K.N.Smirnovun şəxsi arxivindəki sənədlərdə Cahangir bəyin adına tez-tez rast gəl...
ANL
Esse və felyetonda çağdaş müəllif xətti. Yunus Oğuzun müəllif layihəsi olan, 2017-ci il 15 sentyabrdan 27 mart 2020-ci il tarixinədək "Mədəniyyət" Televiziyasında yayımlanan "Yaddaş" verilişinin də əsas qayəsi məhz tarixin dərindən öyrənilməsi, tarixi həqiqətlər fonunda müasir Azərbaycanın dünyaya tanıdılması, gənc ...
ANL
"Ordubad folklor mühitinin regional xüsusiyyətləri" haqqında qeydlər. Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist. Bu günlərdə Naxçıvanda "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyində nəşr olunan "Ordubad folklor mühitin regional xüsusiyyətləri" AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutun...
ANL
AZƏRTAC xəbər verir ki, bu, ölkəmizdə pandemiya başlanandan bəri təşkil olunan ilk sərgidir. Sərginin öz tarixçəsi də maraqlıdır. Bu barədə ekspozisiyanın təşkilinin təşəbbüskarı, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov söhbət açır: "Biz sərginin açılışına çox sevinirdik. Bu, pandemiya başlanandan bəri bizim ilk...
ANL
UNEC-də "Nizami Gəncəvi iris dünya kitabxanalarında" layihəsi başlanıb. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) "Nizami Gəncəvi irsi dünya kitabxanalarında" layihəsinə start verib. UNEC-dən bildirilib ki, "Nizami Gəncəvi ili"nə həsr olunan layihə çərçivəsində dahi şai...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Ali Baş Komandan...
ANL
Eşitmə çətinliyi olan uşaqlar üçün teledərslər təşkil edilib. Mütəxxəssislər bu təşəbbüsü təhsilin əlçatanlığı naminə mühüm addım kimi dəyərləndirirlər. Fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyilə "Mədəniyyət" telekanalında efirə gedən "Dərs vaxtı" proqramı çərçivəsində, eşitmə çətinliyi olan uşaqlar ...
ANL
Dəyərli biblioqraf alim, qayğıkeş ziyalı. Bu günlərdə dəyərli biblioqraf alim, biblioqrafiyaşünaslıq tədqiqatlarında özünəməxsus elmi yolu ilə seçilən, səriştəli təşkilatçı, gözəl pedaqoq, minlərlə tələbənin sevimli müəllimi Nadir İsmayılov həyatının yeni yaşına qədəm qoyur. O, XXI əsrin ilk illərində ali təhsi...
ANL
Qartal zirvədə yaşayar. ... İsmayıl dünyaya gələndə bizim üçün ən çətin illər idi. Sakit həyatımız pozulmuş, çörəyimizi yeyən, suyumuzu içən ermənilər yenidən xain xislətlərini göstərmiş, xaricdəki havadarlarının köməyi ilə yurd yerlərimizin viran qoyulmasına və işğal edilməsinə başlamışdılar. O zamankı uşaqla...
ANL
Bütün yollar Qarabağa aparır! O vaxtdan bəri mətbuat səhifələrində, kitab mağazalarında gözüm bu imzanı axtarmışdı. Bu səsin vampiriyəm, bu səsin zəlisiyəm, Sənin özündən qabaq səsinin dəlisiyəm... ... Və beləcə son dövrlər Azərbaycan poeziyasının içərisində bulaq suyu kimi içdiyim bənzərsiz nümunələr, düşündü...
ANL
müzəffər ordumun ayaqlarında. ulu qüdrətiylə qalxar, sağalar. dərin düşünəndə səbəb tapılır. Allahın yoludur ahəngin yolu. Onlar haqq dünyanın cilvəsindədi, Mələk baxışında, həvəsindədi, Görürlər yer üzü sevmir onları, Hamısı bir məzlum, qara gündədi. Elə dolanırlar mənim başıma, Xəcalət çıxırlar lal tək qarş...
ANL
Hər dəfə qəhrəmanlıqla döyüş meydanına atılıb canını vətən uğrunda gözünü qırpmadan fəda edən igidlərimiz haqqında eşitdikcə bu sözü xatırlayıram. Vətən, yurd sevgisi üçün şirin canından keçən bütün şəhidlərimiz bizim üçün müqəddəsdir. Onları tanımaq və gələcək nəsillərə tanıtmaq bizim borcumuzdur. Bu yazımda ş...
ANL
Nizami Gəncəvi - bəşəri dəyərlərin dahi tərənnümçüsü. Bütün zamanların ən böyük söz ustalarından olan ulu şair Nizami Gəncəvinin hər bir əsərinin obyekti insandır. İnsanı kainatın əşrəfi, ən böyük yetirməsi, təbiətin nadir dürdanəsi hesab edən Nizami bəşər övladını öz adına layiq olmağa çağırır: ömrünü, varlı...
ANL
Mədəniyyət Nazirliyyində Şuşa xalçalarının Ermənistanda sərgilənməsinə etiraz. Nazirlikdən APA-ya bildirilib ki, armenpress.am saytının (https://armenpress.am/rus/news/1043451.html) məlumatına görə, 20 fevral tarixində Ermənistanın Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən 1 noyabr tarixi...
ANL
Cəsur zabit, qayğıkeş komandir. Şəhid baş leytenant Səid Rəşidzadənin şərəfli döyüş yolu. İkinci Qarabağ savaşı bizləri təxminən 30 il düşmən işğalı altında olan əzəli torpaqlarımıza qovuşdurmaqla yanaşı, buvaxtadək tanımadığımız, adını eşidib üzünü görmədiyimiz vətənsevər, canını Vətəni üçün fəda edən neçə-ne...
ANL
Nizami Gəncəvinin irsinə və ideallarına yenidən qayıdışa çağırış. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami ili" elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simaların tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi...
ANL
Lent.az-ın "Müharibə olmasaydı..." layihəsində müharibənin həyatına birbaşa, yaxud dolayısıyla təsir göstərdiyi, həyatını dəyişdiyi insanlarla həmsöhbət olacağıq. Bu dəfə yazıçı Seyran Səxavətlə müharibə və onun insan həyatına təsirlərindən söhbət açdıq. Çox danışmısınız, amma layihənin kontekstində olduğu üçün ...
ANL
Azərbaycan ərəbşünaslığının 80 yaşlı korifeyi. Bu günlərdə 80 yaşı tamam olan dəyərli alimimiz, professor İmamverdi Həmidovun mənalı ömür yolu, zəngin tədqiqatçılıq irsi, pedaqoji fəaliyyəti, ölkəmizdə və ölkə xaricində müxtəlif çoxsaylı elmi-təşkilati tədbirlərdə iştirakına diqqət etdikdə ərəb ədəbiyyatı və ə...
ANL
Neçə illər əvvəl Azərbaycan Dövlət Neft və Sənaye universitetinə getmişdim. Giriş qapısının böyründə yaşlı bir kişi kürsüdə əyləşmişdi. Məndən soruşdu: - Bağışlayın, hara gedirsiniz? Dedim ki, qızımın sənədlərilə əlaqədar gəlmişəm. Başqa vaxt gəlin. Mən burada gözətçiyəm. Qocanın ləhcəsi mənə çox şirin gəldi. Dedim: - ...
ANL
Torpağa qan töküləndə Vətən olur - Hekayə-monoloq. Vətən müharibəsi şəhidi Cavid Həsənovun xatirəsinə. Mən sizdən ayrıldım, amma gülə-gülə. Yadınızdadır, ilk dəfə hərbi hissədə görüşəndə məndən soruşmuşdunuz ki, niyə hər zaman gülürsən? Cavab vermişdim ki, biz bu dünyaya gələndə nə ailəmizi, nə vətənimizi, nə milliyyə...
ANL