text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Tanıyaq və tanıdaq: Nəriman Sepehrvənd. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm po...
ANL
Nəsirəddin Tusinin yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib. AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən, "İki sahil"ə verilən məlumata görə, bölmənin sədri...
ANL
İctimai tikili olan hamamlar xalqımızın məişət xüsusiyyətləri və estetik zövqünün atributlarından biri, Şərq ölkələrində təmizlik və paklıq məskəni sayılıb. Hamamlar sanitariya-gigiyena funksiyaları ilə yanaşı, həm də istirahət yerləri kimi üz tutulan məkanlardan olub. Qədim hamamlar xalqımızın mədəni tarixini özündə y...
ANL
Zəfərin və təltiflərin mübarək, cəsur komandir! VƏTƏN MÜHARİBƏSİNDƏKİ PARLAQ QƏLƏBƏMİZDƏ "AZƏRBAYCAN BAYRAĞI" ORDENLİ QAZİ ELVİN MƏMMƏDOVUN DA XÜSUSİ XİDMƏTLƏRİ VAR. Zəfərlə bitən 44 günlük Vətən müharibəmizin zirvə məqamını, Azərbaycan Ordusunun qalib ruhunun təntənəsini müqəddəs şəhərimiz Şuşada zəfər bayrağ...
ANL
Səndən bir məktub qaldımı, şəhid Cuvarov? 1930-cu illərin bozumtul rənglərinə hopmuş bir uşaqlıqda, Heydərpaşa səmtinin daşlı səkilərində kim olduğunun axtarışındaydı Əthəm Ruhi Üngör... Belə bir axtarışın sonunda nə tapacağından əmin də deyildi. Bəlkə buna görəydi atası Ahmet Halit bəydən israrla pul istəyib küçədən ...
ANL
"Bir millət, iki dövlət" formulunun fundamental fəlsəfi-tarixi şərhi. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya institutunun elmi işlər üzrə direktor müavini, tarix elmlər doktoru Eynulla Mədətli və həmin institutun "İdrak nəzəriyyəsi" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurb...
ANL
Vətən sizə oğul dedi... - Qəhrəmanlığı şərtləndirən başlıca amillərdən biri də vətənpərvərlik hissidir. 44 günlük Vətən müharibəsi zamanı neçə-neçə igidlərin, qəhrəmanların şəxsi rəşadəti sayəsində, canı-qanı bahasına neçə illlərdən bəri əsarət altında olan torpaqlarımız işqaldan azad edildi. Şəhidlik zirvəsin...
ANL
İlkinin uşaq vaxtından hərbiyə və Vətənə sevgisi çox böyük olub. İlkin hələ kiçik ikən onun atasının Vətən haqqında dediyi sözlər daim qulağında cingildəmiş və içində hərbiyə qarşı sevgi oyatmışdır. Hətta o, hərbi məktəbə sənəd verən il sağlamlığının yaratdığı problemə görə qəbul ola bilmir, lakin içindəki böy...
ANL
Möhtəşəm ənənəyə qürurlu qayıdış. "Vaqif poeziya günlərinin bərpası Şuşanın haqqını və Qarabağın müqəddəs mənəvi havasını özünə qaytarmaqdır". Bu günlərdə Prezident İlham Əliyev Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən son dərəcə mühüm bir fikir səsləndirdi ki, Şuşa Azərbaycanın...
ANL
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. Tanınmış insanlar, görkəmli alimlər, qayğıkeş müəllim-ziyalılar haqqında fikir söyləmək, onları oxuculara və elmi ictimaiyyətə təqdim etmək olduqca çətin, son dərəcə məsuliyyətli bir işdir. Çünki bu çətinlik və məsu...
ANL
“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə görüşlər davam edir. ölkəmizdə dəstəklənməsi, eləcədə dialoq məfhumunun təşviqi məqsədilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdadır. Görülən işlər sayəsində “siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq, siyasi təcrübənin ayrılmaz amilinə çevril...
ANL
Dünya kinosunun Azərbaycan səhifəsi. Kino illüziya sənətidir. O dərəcədə illüziya sənətidir ki, bu illüziyanın təsir gücü təkcə kinozalın böyük ekranında film seyr edərkən deyil, teleekran vasitəsilə də (bu, hətta daha kiçik monitora da aid ola bilər) baş verə bilər, əlbəttə, bu zaman yeganə şərt illüziyanı yarad...
ANL
Tariximizin azad olunmuş Tuğdan görünən üfüqləri –. APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edir, həmin ərazilərdən "Zəfərin izi ilə" rubrikası altında silsilə reportajlar hazırlayır. Bu silsilədən, yazıçı-publisist Mirmehdi ...
ANL
Azərbaycan nəsrində hadisə - Don Juan. Bu yığcam yazını kompüterimdəki qovluqları sahmana salarkən gördüm. Görünür, başım qarışıq olduğundan kompüterin yaddaşına köçürmüşəm, sonradan da unutmuşam. Peşəkar tərcüməçi, istedadlı şair, zövqlü oxucu olan Siyavuş müəllimin bu yazısı mənim üçün çox dəyərli və təsirlidir. Onu...
ANL
Naxçıvan Teleradiosunun əməkdaşı Təranə Arifqızının yeni kitabları nəşr edilib. Vətən müharibəsinə həsr olunan "Qarabağda 44 gün" kitabı Naxçıvan ədəbi mühitində bu mövzuda nəşr olunan ilk nəşr nümunəsi sayıla bilər. Kitabda zəfər tariximizə həsr olunan şeirlər toplanıb. Şairənin "İçimdəki səs" kitabında isə müxtəli...
ANL
Mədəniyyət Nazirliyi Qarabağdakı tarixi və mədəniyyət obyektlərinə dair məlumat yayıb. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan R...
ANL
"Biz Əjdər Olu ləyaqətli və dürüst insan kimi tanıyırıq" - AZƏRBAYCANIN TANINMIŞ ƏDƏBİYYAT XADİMLƏRİ ŞAİR, YAZIÇI ƏJDƏR OL İLƏ BAĞLI HADİSƏDƏN NARAHATLIQLARINI İFADƏ ETDİLƏR. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş aparat rəhbəri, tanınmış şair, yazıçı Əjdər Ol bu günlərdə hüquq-mühafizə orqanları...
ANL
Sadə sualların mürəkkəb cavabları işığında: "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud". Ötən ilin sonu ömrünün yetmişinci zirvə məqamına qədəm qoyan görkəmli filoloq-alim və yazıçı, pedaqoq, elm təşkilatçısı, fəal ictimai xadim Kamal Abdullanın elə yubiley tədbirləri ərəfəsində növbəti kitabı - "Azərbaycançılıq və...
ANL
Orta məktəbi Təbrizin Səmpad mədrəsəsində oxuyub. 2002-ci ildə Urmiyə Həkimlik Bilim yurdunda Tibb bölümünü qazanıb və Urmiyə şəhərinə daşınıb. Universiteti bitirdikdən sonra, bir neçə il İranın dəyişik bölgələrində həkim kimi çalışıb. Hazırda Kanadanın Edminton şəhərində doktoranturada oxuyur. Son illərdə şairin tibb ...
ANL
Naxçıvanın regional iqtisadi inkişafına dair yeni dərs vəsaiti işıq üzü gördü. Milli iqtisadiyyat üçün uzunmüddətli perspektivlərin müəyyən olunduğu hazırkı şəraitdə sosial-iqtisadi sahələr üzrə islahatların davam etdirilməsi özünün getdikcə artan aktuallığı ilə seçilməkdədir. Güclü infrastruktur siyasətinin təkmil m...
ANL
Həsən Həsənov: “Azərbaycanlıların Novruz bayramı Zərdüştün deyil, türk əsilli xalqların ənənəsinə əsaslanır”. - İlk olaraq deməliyəm ki, bütün dövrlərdə yer üzündə illik dəyişikliklər insanlarda böyük təəssürat yaradırdı. Onlar bu möhtəşəm dəyişikliklərin səbəbləri haqqında daim düşünürdülər. Bu səbəbdən Yaz gə...
ANL
Misirin dövlət telekanalında Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb. Misirin “Nil Mədəniyyət” dövlət telekanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb. AZƏRTAC xəbər verir ki, tamaşaçıların böyük marağına səbəb olmuş verilişin qonağı “Vətənpərvər” Misirdə Azər...
ANL
Maarif və mədəniyyət tariximizdə parlayan sima - Qurbanəli Şərifzadə. Naxçıvan Müəllimlər İnstitutunun dosenti, pedaqogika elmləri doktoru, Azərbaycanın Əməkdar müəllimi. Azərbaycanın mədəni inkişafı uğrunda yorulmadan mübarizə aparan Qurbanəli Şərifzadə öz elmi biliyi və səviyyəsi ilə rəğbət qazanıb, Məhəmməd T...
ANL
Nizami Gəncəviyə aid beynəlxalq xalça eskizi müsabiqəsi keçirilir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyi görkəmli şairə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsini elan edib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər. Xalça Muzeyindən bildirilib ki, m...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlana...
ANL
Şentop: Xocalı soyqırımını dünyaya çatdırmaq lazımdır. “Xocalı soyqırımını dünyaya çatdırmaq, haqlı mübarizəsində Azərbaycanın yanında olmaq lazımdır”. Rastahberin APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlamentdə Xocalı soyqırımının 29-cu ildönüm...
ANL
Baş Konsulluq Xocalı soyqırımına dair qısa film hazırlayıb. "Erməni cəlladlarının qəddar əməlləri təqdim olunur". Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Xocalı soyqırımına həsr olunmuş qısa film hazırlanıb. Baş Konsulluqdan verilən məlumata görə, ingilis dilində hazırlanmış filmdə 26 fevral 1992...
ANL
Səfir Hidayət Orucov: "Bu qırğın soyqırım siyasətinin dəhşətli numunəsidir. Mərasimin əvvəlində Heydər Əliyev Fondu tərəfindən çəkilmiş Xocalı soyqırımı haqqında “Xocalıya ədalət” adlı sənədli film nümayiş edilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Xocalı şəhidlərin...
ANL
Ustad sənətkarımız Aşıq Ələsgər özünəməxsus təbii gözəllikləri ilə seçilən, qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmışdı. Bu gözəlliklər məskəni, bəlkə Ələsgəri Ələsgər etmişdi? Dağından-dərəsindən, yaylasından-düzündən, çayından-bulağından, gülündən-çiçəyindən ilham alıb,...
ANL
Qoz ləpəsi, üstündəki qırışlarıyla insan beyninin yarımkürəsini xatırladır. Canlı meymun xüsusi bir qurğuya fiksə olunur. Başının qapağı kəsilib götürülür. Xocalı... Gecənin qaranlığında qaçaqaçda üç aylıq Salatını öz əlləriylə boğan ANA (Uşaq ağlayırmış, uşağın səsini düşmənlər eşitməsin deyə) və dörd saat so...
ANL
(Səadət Kərimi: Əks-səda: Qarabağ, Təbriz və İrəvan şahidlərin hekayətlərində. Umeo Universitetinin riyaziyyat üzrə elmlər doktoru Səadət Kəriminin müəllifi olduğu bu kitab, sözün həqiqi mənasında dərdlərimizin tərcümanı sayıla bilər. Kitabın məğzini və mahiyyətini açıqlamazdan əvvəl demək istəyirəm ki, müəllifi...
ANL
Dünyanın ən dəhşətli faciələrindən olan Xocalı qırğınını - "dərdimizin qan rəngini" sözə çevirən çoxlu poetik əsərlər yaranıb. "Xocalı simfoniyası" poemaları Xocalı faciəsini poeziyada əbədiləşdirən əsərlərdir. Bu yazıda biz ancaq Nurəngiz Günün "Xocalı simfoniyası" poemasından söz açacağıq. Nurəngiz Günün poe...
ANL
Kim öldürdü gözlərini? Kipriklərin uzundumu, Tellərin nə rəngindəydi, Qaramı, qızılıydımı? Öldürdülər. Param-parçaydı qolların, Şəhid etdilər səni! Göy müşəmbənin içindən. Sən anana qısılmadın, Eşitmədin laylasını, Yellənmədin nənnisində. Sən Günəşdən asılmadın, Əylənmədin hanasında. Doğulmayan ürəyini... ...
ANL
Şair təbi olan anaların laylaları sözü də səs bilən südəmər körpələrin ruhunu şeiriyyətə kökləyir. Kimsə oxuyub şair ola bilməyib. Duyduğunu yazır - şeirləşdirir, düşündüklərini yazır - şeirləşdirir; Mahir Cavadlı şairdi... Əli qələm tanıyalı şeirlər yazıb: Vətəndən, el-obadan, təbiətin ecazkarlığından, sevgidən...
ANL
Gecənin gözləri mavidir. Tarixin uzununu addımlamaqdayam, keçmişdən gələcəyə, gələcəkdən keçmişə... mətrü qitələrində sataşır gözümə biri. ağarır gözləri xəritələrin! Fırlanır-fırlanır dəlicəsinə saatların əqrəbləri, Bütün coğrafiya qanayır dırnaqlarımda. Şumlayır günəşin dirəkləri, Dans edirəm saymazcasına öl...
ANL
Səhər Barani. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələməd...
ANL
Xocalı faciəsi ADMİU rəssamlarının gözüylə. "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"- demişdi Ümummilli liderimiz He...
ANL
İndiki Bakı Dövlət Universitetini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm Universitetini bitirib. "Azərbaycan Respublikasının fəxri auditoru" adını almış ilk və yeganə peşəkar jurnalistdir. Kamikadzelik təkcə hədəfi məhv etməkd...
ANL
Xoşbəxt olmaq şansı. Xoşbəxtlik hadisə deyil, xoşbəxtlik sənətdir. Axı, bizi yaradan ədalətlidir və adil olan Allah insanları bərabər xəlq edib. Tanrımız boyu balaca olana, gücsüzə iti ağıl, qabiliyyət verib. Gözəl rəssam eyni zamanda, həm də istedadlı riyaziyyatçı, üstəlik, boks üzrə dünya çempionu ola bilməz. ...
ANL
XX əsr Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən görkəmli yazıçı Abdulla Şaiqin 140 illik yubileyi tamam olur. Abdulla Şaiq dramaturq, nasir, şair, ədəbi tənqidçi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçılarından olub. Respublikamızda uşaq ədəbiyyatının yaradıcısı hesab edilən...
ANL
Bu günlərdə "Elm və təhsil" nəşriyyatında akademik Nizami Cəfərovun universitet tələbələri üçün "Multidissiplinar dilçilik" dərs vəsaiti çapdan çıxıb. Vəsaitin elmi redaktorları dosent İsmayıl Temiroğlu və professor Nadir Məmmədli, redaktoru Dəyanət Osmanlıdır. Keçən əsrin ortalarından başlayaraq dilə (əslində, ...
ANL
Gənclərə qarşı laqeydlik olanda onlar sınırlar". İstedadlı gəncləri dövrümüzün ən gərəkli, seçilən və ölkənin işıqlı gələcəyinə təminat yaradan şəxsləri hesab etmək olar. İncəsənət duyumu və bacarığı ilə seçilən belə gənclərdən biri də 24 yaşlı aktyor və qiraətçi Hüseynağa Aslanovdur. Gənclərə və gələcəyə böyük...
ANL
Bir ailəyə aid və sahib olmaq dünyanın ən böyük sərvətidir. Bəs hər ailə görünüşdə yox, öz içində bir xoşbəxtlik tablosu olmağı, bir-birini tamamlayan rəng keçidlərinə sahib olmağı bacarırmı? Əgər bacarsaydı, ölkəmizdə bu qədər böyük duyğusal böhran yaşanardımı? Bütün xoşbəxt ailələr hamısı bir-birinə bənzəyir, ...
ANL
Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub. Bu gün mədəniyyət tariximizdə mühüm yeri olan görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasından 110 il ötür. Sputnik Azərbaycan ...
ANL
Bayraqdar öndə gedir... İllər öncə Sabir Şahtaxtının ilk əsərinin əlyazmasını oxumağa başlayanda bu tip əsərlərin yayılma arealının, uzağı, dostlar, beş-on nəfər də tanış arasında ola biləcəyini düşünürdüm. Fəxr duydum ki, roman "Vətənə sevgi ilə" başlıqlı xeyir-duam ilə işıq üzü gördü və dərhal da Türkiyədə Avr...
ANL
"Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi" nəşr olunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın "Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi" monoqrafiyası işıq üzü görüb. ...
ANL
İstiqlal Muzeyində “Dönüş: sabaha qalmayan qisas” sərgisi. İstiqlal Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Dönüş: sabaha qalmayan qisas” adlı sərgi-tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli, sənətşünaslıq ü...
ANL
“Nizami xəmsəsi” layihəsinin yekun tədbiri keçirilib. Dünən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən təşkil olunan “Nizami xəmsəsi” layihəsi “Nizami dünyasının işığında” adlı ədəbi-bədii gecə və mükafatlandırma mərasimi ilə yekunlaşı...
ANL
Xocalı soyqırımı haqqında silsilə materiallar təqdim edilib. Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, Respublika Gənclər Kitabxanası silsilə xarakterli videomateriallar hazırlayaraq istifadəçilərə təqdim edib. Kitab...
ANL
Qafqaz Albaniyası irsi: tariximizə yiyə duraq. İkinci Qarabağ savaşından alınan dərslər Azərbaycan ərazisində yaranmış ən qədim dövlət olan Qafqaz Albaniyasının irsinə münasibət məsələsini yenidən aktuallaşdırdı. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan “əzabkeş” qonşularımızın birdən-birə çağdaş tarix səhnəsi...
ANL
Uça bilməsələr, onlar hamınınkı ola bilmir. Uçurlar və insana da qanad verirlər, insana da uçmaq öyrədirlər. Hər ikisi insana çox lazımdır. Ona görə hər ikisi bunca qədimdir və həmişə yanaşıdır. Elmlə poeziya da biri digərinə dayaq olan, biri digərindən güc alan qoşa qanaddır. Sadəcə, poeziya ilə elmin üzdəncə ...
ANL
Səməd Seyidovun şeirləri Şəfəq Əlibəylinin tərcüməsində. Sevdin külək kimi azadlığı sən, O Qafqaz qürurun yüksəlir hər dəm. Sənin tək təbiət taparammı mən? Nadir cavahir tək onda var qiymət, İşığın bürüyür, nurla hər kəsi. Bəxtəvər insanam, istərəm burda. Övladlar böyüdüb, yazım yaradım. Yenilməz, möhkəmdir vətən torpa...
ANL
Sənətdə yalçın qaya kimi ucalan... Görkəmli müğənni Yalçın Rzazadə dünyasını dəyişdi. Ölüm hər dəqiqə qapımızın sadiq keşikçisidir, sadiq olsa da, arzuolunmaz qonaqdır. Xüsusilə, bu qonaq bizə əziz olan insanların hüzuruna gələndə sarsılırıq və bir gün bizim də bu qarşılaşmada baş rolda olacağımızı xatırlayırıq....
ANL
"Əjdər Olun vətənpərvərliyi, Azərbaycan sevgisi misilsizdir". ƏMƏKDAR ARTİST AĞALAR BAYRAMOV: "BUNU YARADICILIĞINDA XÜSUSİ YER TUTAN GÖZƏL VƏTƏNPƏRVƏRLİK ŞEİRLƏRİ DƏ SÜBUT EDİR". Dəyərli bədii qiraət ustası, Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Ağalar Bayramov müasir...
ANL
Bu ay Azərbaycanın görkəmli ziyalısı - alimi, filosofu, kulturoloqu, tənqidçisi, ədəbiyyatşünası, tərcüməçisi, yazarı Niyazi Mehdinin 70 yaşı tamam olur. Hərçənd, özü bu sayaq təqdimatları xoşlamır və yəqin ki, Novator.az saytının ondan 70 illik yubileyi münasibətilə götürdüyü müsahibənin eləcə "70 yaşlı Niyazi M...
ANL
Təhsildə müasirləşməyə mühüm töhfə - "Rəqəmsal bacarıqlar" layihəsi. Son illərdə təhsil sahəsində aparılan islahatlar, yeniliklər rəqabətli, müasir səriştə və bacarıqlara malik təhsilalanların, dövrün mövcud çağırışlarına adekvat cavab verən mütəxəssislərin hazırlanmasında əhəmiyyətli faktora çevrilir. Bu baxım...
ANL
"Kitabi-Dədə Qorqud" anadilli Azərbaycan yazılı ədəbiyyatının başlanğıc mərhələsi kimi. "Kitabi-Dədə Qorqud" adı altında yazılı mətn şəklində bizə gəlib çatmış "Dədə Qorqud" eposu Azərbaycan milli bədii düşüncə tarixinin onurğa sütununu təşkil edir. Bu epos müasir milli şüurda "Azərbaycan" adı ilə işarələnmiş bədii si...
ANL
Mahir Həmzəyev “Litva qarşısında xidmətlərinə görə”ordeni ilə təltif edilib”. Litva Respublikasının Prezidenti Gitanas Nauseda bu ölkənin milli bayramı - Litva dövlətinin bərpa edilməsinin 103-cü ildönümü münasibəti ilə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyevi ...
ANL
Mən Aqil Abbası belə tanıyıram... BDU Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor. Aqil Abbas çox yaxından tanıdığım səmimi bir Azərbaycan ziyalısıdır. Düşündüyünü deyən, həmişə xalq içərisində olan, xalq dilində danışan, pafosdan uzaq bir insandır. Aqil Abbas "...
ANL
Mikayıl Abdullayev yaradıcılığında "Xəmsə" motivləri. Azərbaycan rəssamlıq tarixinə nəzər saldığımızda monumental rəngkarlıq sənətimizin ildən-ilə, yeni-yeni inkişaf mərhələlərinə qədəm qoyduğunu, bir sıra novator keyfiyyətlərlə zənginləşdiyini görmək çətin deyildir. Təsviri sənətin bu sahəsi, adətən memarlıq ilə ...
ANL
Abbas Zamanov haqqında unudulmaz xatirə. O qədər səmimi, təfsilatlı, dərin ehtiram hissi ilə yazılmışdır ki, Abbas müəllimi görməyən, bəlkə də tanımayan oxucu da bu Böyük İnsanı fikrən təsəvvür edə bilər. Açığını deyim ki, çoxdandı, mətbuatda belə zövq aldığım yazı oxumamışdım və paytaxtdan xeyli uzaqdan, bu günlərdə...
ANL
Mahir Həmzəyev “Litva Qarşısında Xidmətlərə Görə“ ordeni ilə təltif edilib. Litva Respublikasının Prezidenti Gitanas Nauseda bu ölkənin milli bayramı - Litva dövlətinin bərpa edilməsinin 103-cü ildönümü münasibəti ilə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyevi ...
ANL
Azərbaycan polisinin obrazı. Bu obrazı hansı cizgilər səciyyələndirir? Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazilriyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan ...
ANL
Birinci Qarabağ Beynəlxalq İqtisadi Forumu keçirildi. “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə iyunun 30-da I Qarabağ Beynəlxalq İqtisadi Forumu keçirilib. Forumda Azərbaycan, Türkiyə, Pakistan, ABŞ, Rusiya, İtaliya, Gürcüstan, İsrail, Fransa və digər ölkələrdən yüksək səv...
ANL
Yaşı bir əsri adlayan qocaman Bakı Dövlət Universitetinin bir parçası olmaq nə qədər qürurvericidirsə, bu auditoriyalarda, dəhlizlərdə dolaşarkən qədəmlərimiz dəyən yerlərdə vaxtilə elə universitetimiz qədər nəhəng alimlərin, görkəmli şəxsiyyətlərin addımladığını düşünmək bir o qədər fəxarət hissi yaşadır. Bakı ...
ANL
AYB sədri Anarın Birliyin Gənclər Şurasının üzvlərilə görüşü olub. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının üzvləri Birliyin sədri, Xalq yazıçısı Anarla görüşüblər. Görüşdə Gənclər Şurasının bir sıra üzvləri, eyni zamanda, AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid iştirak edib. Əvvəlcə AY...
ANL
Xarici kino mütəxəssisləri Qobustan qoruğunda olublar. Kino sahəsində əməkdaşlıq məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də digər ölkələrdən gəlmiş kino sahəsi üzrə mütəxəssislər Qobustan Milli Tarix-Bədii...
ANL
Azərbaycan polisinin obrazı. Bu obrazı hansı cizgilər səciyyələndirir? Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazilriyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan ...
ANL
Birinci Qarabağ Beynəlxalq İqtisadi Forumu keçirildi. “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə iyunun 30-da I Qarabağ Beynəlxalq İqtisadi Forumu keçirilib. Forumda Azərbaycan, Türkiyə, Pakistan, ABŞ, Rusiya, İtaliya, Gürcüstan, İsrail, Fransa və digər ölkələrdən yüksək səv...
ANL
Yaşı bir əsri adlayan qocaman Bakı Dövlət Universitetinin bir parçası olmaq nə qədər qürurvericidirsə, bu auditoriyalarda, dəhlizlərdə dolaşarkən qədəmlərimiz dəyən yerlərdə vaxtilə elə universitetimiz qədər nəhəng alimlərin, görkəmli şəxsiyyətlərin addımladığını düşünmək bir o qədər fəxarət hissi yaşadır. Bakı ...
ANL
AYB sədri Anarın Birliyin Gənclər Şurasının üzvlərilə görüşü olub. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının üzvləri Birliyin sədri, Xalq yazıçısı Anarla görüşüblər. Görüşdə Gənclər Şurasının bir sıra üzvləri, eyni zamanda, AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid iştirak edib. Əvvəlcə AY...
ANL
Xarici kino mütəxəssisləri Qobustan qoruğunda olublar. Kino sahəsində əməkdaşlıq məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də digər ölkələrdən gəlmiş kino sahəsi üzrə mütəxəssislər Qobustan Milli Tarix-Bədii...
ANL
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 111-ci mövsümə yekun vurulub, il ərzində yaradıcılıq uğurları ilə seçilən, teatrın inkişafında xidmətləri olan əməkdaşların bir qrupu mükafatlandırılıb. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir teatrın ənənəvi mükafatlandırma mərasimlərindən bir qəd...
ANL
Zəngəzur haqqında sənədli-tarixi roman nəşr edilib. Yazıçı Güllü Məmmədovanın "Oğurlanmış Zəngəzur" tarixi-sənədli romanı yenicə çapdan çıxıb. Kitab Zəngəzurun sovet dövründə Azərbaycandan alınıb Ermənistana verilməsinin xalqımıza qarşı böyük ədalətsizlik olması haqqında Ulu öndər Heydər Əliyevin, Azərbaycan Re...
ANL
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində kitab və miniatür rəsm əsərlərindən ibarət sərgi açılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Nizami Gəncəvi ili" çərçivəsində təşkil olunan sərgidə şairin əsərlərindən ibarət kitablar,...
ANL
Görkəmli ədiblərin ev-muzeylərinə virtual ekskursiyalar. F.Köçərli adına Respublika Uşaq Kitabxanası ümumi təhsil müəssisələrində “Yay məktəbi” nin fəaliyyəti ilə əlaqədar Bakı şəhəri üzrə fəaliyyət göstərən şair və yazıçıların ev muzeyləri ilə məktəblilər arasında virtual ekskursiyalar təşkil etdi. 525.az xəbər ...
ANL
Paytaxtın ümumi təhsil mənzərəsi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətində müasir çağırışlara uyğunluğu ön plana çəkir. 2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil sahəsində keyfiyyətin davamlılığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Bu tə...
ANL
Tərlan Məmmədov: "Hazırladığımız peyvənd tək dozada kifayət edəcək təsir gücündədir". Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetində fəaliyyət göstərən azərbaycanlı professor, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfində...
ANL
Sənətşünaslığımızda Ziyadxan Əliyev ucalığı. Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının "Tənqid və sənətşünaslıq" bölməsinin sədri, "Sənətşünaslığın təbliği" İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev çağdaş sənətşünaslığımızın inkişafında müstəsna xid...
ANL
Çapıb keçdim zamanı. bir qələmin ucunda, Ruhumu yaralayıb. buraxdı bəndələrin. Daha yox ürəyimdə. Nə vaxt keçib getmişəm. gözlərinin önündən. Baxışının altında. tutmamısan məni Sən. Əyilib qədd-qamətim, pozulub dəngələrim... deyəsən üzüyola. hamıdan çox sevmişəm. kimə kül olan ocaq, kimə xoşbəxt evmişəm. yolda üzən ilğ...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlana...
ANL
İnsan ömrü təqvimdəki rəqəmlərlə ölçülən zaman kəsiyidir. Təqvim yalnız yaşanmış illərin sayını göstərir, ömrün mənasının, dəyərinin göstəricisi isə həyatda qoyduğun izlər və əməllərdir. Birmənalı olaraq hər bir insanın həyata gəlişi hansısa bir missiya ilə əlaqəli olur. Xoşbəxt o kəslərdir ki, üzərinə düşən mis...
ANL
Sovet hakimiyyəti dövründə jurnalistika fakültəsi ancaq Azərbaycan Dövlət Universitetində idi.O dövrdə bu fakültəyə öz gücünə qəbul olunmaq elə də asan deyildi. Bura qəbul olunmaq istəyənin ikiiləmək stajı, mətbuatda dərc olunmuş yazıları olmalıydı.Bu fakültədə oxumaq istəyənlərin çoxu dövrün məşhur qəzet-jurnal...
ANL
Beynəlxalq Humanitar Hüquq jurnalistikanın baxış bucağında. Jurnalistika elə bir sahədir ki, onun cəmiyyətdə baş verən bütün proseslərlə bağlılığı var. Çünki o, yaranışından ictimai xarakterlidir - bütün cəmiyyəti maraqlandıra biləcək məsələlərə, hadisələrə xitab edir. Başqa sözlə, jurnalistikanın vəzifəsi ictim...
ANL
Cinsi ayrı-seçkiliyi aradan qaldırmaq məqsədilə dünyanın bir çox qabaqcıl dövlətləri öz siyasətini cəmiyyətdə patriarxallığın qadın hüquqlarını üstələməsinin qarşısını almaq, yaxud onu zəiflətməklə cinslərarası sosial bərabərliyi təmin etməyə çalışmaq üzərində qurub. Bu baxımdan qadınların iş dünyasında, sosial ...
ANL
Mədəniyyət sahəsində Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 6-da Gürcüstanın Mədəniyyət, İdman və Gənclər naziri xanım Tea Tsulukiani ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf ...
ANL
Reza Deqatinin Qarabağ fotolarından ibarət daha bir sərgisi açılıb. Fransanın müxtəlif şəhərlərində məşhur fotoqraf Reza Deqatinin silsilə sərgiləri təşkil olunub. AZƏRTAC xəbər verir ki, Şatovilən şəhərində tanınmiş incəsənət komissarı Pyer Boncovaninin təşkilatçılığı ilə "Dünyanın mənşəyi" adlı sərgi çərçivəs...
ANL
Mənəviyyatın təmizliyi. Musa müəllimi mən qiyabi olaraq tanıyırdım - o, 1980-ci illərin sonlarından etibarən Qarabağ hadisələrinin ən kəsgin vaxtlarında Xankəndinə gedən, orada ciddi fəaliyyət göstərən çox azsaylı Azərbaycan dövlət xadimlərindən biri idi. Bir tərəfdən Vilayət Partiya Komitəsinə rəhbərlik edən qa...
ANL
Mən hər şeydən öncə Musa Salam oğlu Məmmədovu bir müəllim kimi qəbul edirəm. İndiki dövrümüzdə müəllim sözünün mənası ilk vaxtlardakı məzmununa görə nəzərəçarpacaq dərəcədə dəyişib. İnsanların bir-birinə müraciətində bu söz hörmətli sözünün sinonimi olmuşdu, yaxın keçmişdə isə "bəy" sözünə rəqib kimi işlədilirdi...
ANL
İncəsənətlə məşğul olan insanlardan tez-tez bütün vaxtını, hətta həyatını sənətə həsr etdiklərini eşidirik. Həm incəsənətlə, həm də fərqli ixtisasla məşğul olan insanlara isə nadir hallarda rast gəlinir. Budəfəki müsahibim Vədad Rzalı da o insanlardandır. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti...
ANL
Nədənsə, hər zaman özümü Onlara borclu hiss edirəm; istəyirəm Onların gördüyü, gözə görünməyən, hər zaman xalqın düşüncəsində yer alan işlərindən yazam ki, unudulmasın, tarixlə bugün qovuşsun. Firidun bəy Köçərli, Salman Mümtaz, Əmin Abid, Əli Nazim, Hənəfi Zeynallı, Qulam Məmmədli, Abbas Zamanovun ictimai, əd...
ANL
"Müharibədə sağ qalanlar canlı şəhidlərdir". EMİN PİRİ: "Müharibədən öncəki pafosdan əl çəkməsək, ruha yatmayan nələrsə yazsaq, ədəbiyyatda uduzacağıq". Müharibə başlayan gündən etibarən geri alınan hər qarış torpaqdan ötrü necə qürurlanırdıqsa, bir o qədər də şəhid xəbərlərinə kədərlənirdik. Hamı üçün narahat id...
ANL
Ölümsüz ömür yaşayan səngər generalı. Səməd Vurğunun Üzeyir Hacıbəyova həsr etdiyi şeiri xatırlayıram: Ölüm sevinməsin qoy! Ömrünü vermir bada, El qədrini canından daha əziz bilənlər. Şirin bir xatirətək qalacaqdır dünyada, Sevərək yaşayanlar, sevilərək ölənlər. Xalq hikməti, xalqın hikməti min illərdi sözün qüdrə...
ANL
Köhnə şəkillər və cırılmış məktub. Baxmaq istəyirəm, doyunca baxmaq... Görürəm məktubda yazılır elə. Köhnə məktubların solğunluğunda, Köhnəlmiş bu ömrün ən sonluğunda. Mən sənə payızı göstərəcəyəm. Oxu bu məktubu sətirbəsətir, Çıxıb yağışlara baxmaq nə lazım?! Ona mən oxlov çəkərəm indi, Ona anladaram sənin qədrini. G...
ANL
Hazırladığım əl işlərinin çoxunu hədiyyə edirəm". Taxtadan hazırladığı əl işləri ilə sosial mediada məşhurlaşan Ramin Qulammirzəyev ixtisasca operator olsa da, bu sahəyə daha çox maraq göstərir. Dediyi kimi, əl işləri hazırlamağı və rəsm çəkməyi hobbi sayır. Ramin Qulammirzəyevlə söhbəti təqdim edirik. Həmin il hədi...
ANL
Sözün əsiri. Şair, publisist Əbülfət Mədətoğlunun şeirlərini duymaq cəhdim. Onun söz uğrunda yaşadığı bu dünyada bir çox dəyərlər və məqamlar öz mənasını, öz aktuallığını itirsə də, o, həmişə sözün dəyərini və məqamını uca tutur. İllərdi bu əsirlikdən qurtula bilmir. O, sözün əsiri olduqca, mənəvi dünyasında azadlığın...
ANL
Bu yaxınlarda sosial şəbəkədə bir müəllifin belə bir fikrinə rast gəldim ki, Mirzə Cəlil "Poçt qutusu" hekayəsində xalqımızı milli natamamlıq kompleksindən əziyyət çəkən kütlə kimi təsvir edir və buna görə də ədibin bu hekayəsinin çapına, dərsliklərə salınmasına veto qoyulmalıdır. Əslində, köhnə bayatının bir az yeni ...
ANL
Hamı olub siyasətin pərgarı, danışırlar bir-birinin bəhsinə. Pənah xansız qaramata dalmadı, nələr varmış Qarabağın başında. Dediklərim sizə çöçün gəlməsin, yaşamışıq hey itirə-itirə. Gözləmişik, xızır neyçün gəlməsin? Xızır gələ torpaqları gətirə. Dəmir yumruq yüz milyonun dilində, Türk dünyası Turan dedi qaynadı....
ANL
Görkəmli folklorşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsinin müdiri Ramazan Qafarlının 70 yaşı tamam olur. Ürəklə deyə bilərik ki, professor Ramazan Qafarlı bu hesabatı layiqincə verə bilib və hesabatını daha da dolğunlaşdırmaq...
ANL
Bədii düşüncənin aydın üfüqləri. Şövkət Zərin Horovlunun söz dünyasında gördüklərim və duyduqlarım. Çağdaş ədəbi-bədii düşüncəmizin zənginləşməsində, təfəkkürümüzün bədii-fəlsəfi parametrlərinin qloballaşan dünyanın ölçülərinə uyğunlaşmasında özünəməxsusluq indeksi ilə çıxış edən istedad sahiblərindən biri Şöv...
ANL