text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Xalq yazıçısı Elçinin APA-ya müsahibəsi. Vaxt keçdikcə adam darıxır. Müdhiş bir hadisəylə üzləşmişik. - Deməli, bu günlər yaradıcılıq baxımından məhsuldar keçir. Yeni pyeslər yazmışam. Çoxdan idi bilavasitə Abşeron mövzusunda hekayələr yazmırdım. Bu mövzuda hekayələr yazmışam, başqa hekayələr də var. Qaldoninin "...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də...
ANL
Cümhuriyyətin dövlət təhlükəsizliyi və Nəsib bəy Yusifbəylinin fəaliyyəti. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təhlükəsizliyinin təmin olunması məsələsi müstəqilliyin elan edildiyi ilk gündən aktuallaşıb. Bunu şərtləndirən bir sıra amillər vardı: hökumətin ölkə ərazisinə köçürülməsi və idarəetmə orqanlarının yar...
ANL
Görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi və Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. Xalqımızın milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğin...
ANL
Milli özünüdərkin ədəbi kontekstdə təzahürünə əsaslı baxış. Xalqın maariflənməsində, tərəqqisində misilsiz xidmətləri olan görkəmli ziyalıların müstəsna xidmətləri olmuşdur. Millətin qayğıları və azadlığı üçün çalışan, onu azad gələcəyə qovuşdurmağa can atan bu ziyalılar əzab və əziyyətlərlə qarşılaşsalar da, ö...
ANL
Şuşada... Ulu öndərin iki addımlığında... Hər bir azərbaycanlının qəlbində Şuşa şəhərinin xüsusi yeri vardır. İlk növbədə əlbəttə, musiqi, muğam beşiyi kimi. Bu da təbiidir-bizim ruhumuz musiqiylə yoğrulub, musiqi bizim mənəvi qidamızdır. Daha sonra təbiəti ilə, Azərbaycan-havası ilə. Bir dəfə Şuşanı görən insan ömr...
ANL
Dağ kəndinin dağ vüqarlı igidi. Şahbuz rayonunun Biçənək kəndində yaşayan Kamal Rəhimovla telefon danışığımız olur: - Salam, Vətənimin igid oğlu, sənin kimi oğullarla tək mən yox, xalqımız fəxr edir. Bu, bizim illərlə ürəyimizdə gəzdirdiyimiz torpaq həsrəti idi. O həsrətə son vermək üçün səfərbər olduq. Düşünürəm ki, ...
ANL
Saytda gözlərim hey imzanı axtarır". O anda da Sabirin məşhur şeirinin misralarını xatırlayıram: Şairəm, çünki vəzifəm budur, əşar yazım, Gördüyüm nikü bədi eyləyim izhar, yazım. Düşünürəm ki, mütləq nəsə yazmaq lazımdır. Əgər oxucu səni oxumaq istəyirsə, yazmamağa haqqın yoxdu. Lap işin işinə qarışsa da, xəstəlik əhə...
ANL
Dünyamızdan ağ işıq kimi keçən şair. Ağ buluddan ağ yağışlar yağırdı. Elə bir yağış ki, ötən günlərin tozlu havasını yuyub aparacaqdı, elə bir yağış ki, ondan sonra hökmən Fatma nənə yeddi rəngli hanasını quracaqdı, tozdan arınan - durulan adamlar da yeddi rəngli göy qurşağına baxıb ovunacaq, keçmişdən və gələcəkdən ...
ANL
OLJAS SÜLEYMENOVUN QƏZƏBDƏN TİTRƏYƏN SƏSİ VƏ DOLMUŞ GÖZLƏRİ. 1990-cı ildə Bakıda qanlı qırğın törədildiyi günün səhəri türk xalqının ləyaqətli oğlu Oljas Süleymenov xəstə olmasına baxmayaraq, dərdimizə şərik olmaq üçün Bakıya gəldi, bir neçə gün şəhərdə qaldı və yaşadığı mehmanxananın da divarları gülləbaran e...
ANL
Azərbaycanın tolerantlıq mühiti: dünyaya təkrarsız örnək. Tolerantlıq müxtəlif xalqların və etnosların mədəni irsinin öyrənilməsi, milli mədəniyyətlərin adət və ənənələrinin, milli ruhun qorunması deməkdir. Azərbaycanda tolerantlıq ənənəsinin əsası uzun illər öncə qoyulub. Azərbaycanda tarixin ilkin dönəmlərindən başl...
ANL
Multikulturalizm kontekstində dil haqları. Qloballaşan dünyanın ən böyük əhəmiyyətlərindən biri mədəniyyətlərarası ünsiyyətin sağlam bir şəkildə qurulmasıdır. Keçmişdən bu günümüzədək ünsiyyət həmişə həyatımızın bir parçası olmuş, digər xalqların mədəniyyətlərindən xəbərdar olmaq, mədəniyyətlərarası ünsiyyət yara...
ANL
Pandemiya bitəcəkmi? Dünya tarix boyu buna bənzər, hətta daha böyük problemlərlə qarşılaşıb. Pandemiya başladığı nöqtədə qısa müddətdə əngəllənmədikcə, böyüməyə davam edir. Təbii olaraq, insanlar sosiallaşmağı sevdiyindən onun böyüməsinə həm də kömək etmiş olur. Sosiallaşmaq nə qədər çox olsa, virusun böyümə səviyyəsi...
ANL
Müharibədən şeirlər. Bakı Dövlət Universitetinin Hüquq, eləcə də Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültələrinin məzunudur. Anton Çexov, Federiko Qarsiya Lorka, Rabindranat Taqor kimi məşhur yazıçı və şairlərin yaradıcılığından tərcümələrin müəllifidir. Şeirləri "Art Kaspi", "Ulduz", "Mədəniyyət" jurnallarınd...
ANL
Özümü dərk etdiyim müddətdən bəri eşitdiyim bu əmr cümlələrindəki "o"ların hamısı mənəm. Çünki mən balacayam, mən humanist fikirləri özündə əks etdirən güzgüyəm-insanların, böyüklərin qayğısı mən də əks olunmalıdır. Amma görəsən, heç fikirləşdilərmi mən balaca deyiləm, onlar böyükdülər? Bir illüziya kimi sanki on...
ANL
Cənnətdən çiçək... Yadıma gəlir, uşaq vaxtı anam hər gün bulaqdan su gətirməyə gedəndə mənə bir xarıbülbül gətirərdi. Mən xarıbülbülü çox sevirdim. İndi məndən niyəsini soruşsalar, deyə bilmərəm niyə. Amma sadəcə sevirdim onu. Oturub saatlarla ona tamaşa edirdim niyəsini bilmədən. Hətta indi də uşaq vaxtı anamın...
ANL
Hər vaxtınız xeyir olsun". Əvvəl-əvvəl hal-əhval və ədəbi danışıqlar, sonra dostlar haqqında sorğular. Daha sonra "Elçin İsgəndərzadə şəhərdədirmi?" soruşanda sözlərindəki məsumluq telefondan da sezilir. O, tələbələrini çox sevir. Həmişəki fikrimdə qalıram: Qərib Mehdi "İlham" ədəbi birliyinin ilk və şəriksiz rəhbəri...
ANL
Əsgər bəy Eyvazov və övladları. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məktəb barədə məlumat verdi. Emin Hüseynov: Cənab Prezident, bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. O, müxtəlif yerlər...
ANL
Ramiz Abbaslı:"İşğal dövrü əsərlərinin ədəbiyyatımızda müstəsna yeri var" - Müsahibimiz tanınmış yazıçı və tərcüməçi Ramiz Abbaslıdır. Ramiz müəllim əsərlərini həm Azərbaycan dilində, həm də rusca yazır. Onun rus dilində yazdığı hekayələri, bir qayda olaraq, Rusiya mətbuatında jurnal, almanax, ədəbi toplu və ayrıc...
ANL
Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr. Yunan sivilizasiyası özünün davamı kimi, daha geniş məkanda ellinizmi yaratdı. Yunanlar əvvəllər də birləşməyə meyl etsələr də, yaratdıqları liqaların ömrü heç də uzun çəkmirdi. Ona görə də yunanlar başqalarından fərqlənsələr də, vahid xalqa ç...
ANL
Zəkəriyyə peyğəmbərə dair yanlış yozum. Susqunluq orucu və tanrıcıl yaradıcılıq prosesi. Oruca aid çoxlarının bilmədiyi, bir qayda olaraq az xatırlanan mətləbin açıqlanmasına ehtiyac var. Aydınlıq üçün gərək hər şeydən əvvəl uyğun sözün ərəbcə feili etimolojisinə baxaq. Sözün etimolojisində nəzərdə tutulan imtin...
ANL
Qorqudşünaslıqda yeni və mühüm mərhələ. Bitgin və sistemli abidə olan "Kitabi-Dədə Qorqud" Sovet İttifaqında qırmızı terror illərində "ziyanlı əsər" damğası ilə qadağan olunmuşdu. XX əsrin əllinci illərinin ortalarından etibarən abidə "bəraət" qazandı və elmi-ədəbi fikrin dövriyyəsinə daxil edildi. Sanki milli el...
ANL
Yedikcə qanayan, qanadıqca yeyən... Cəmiyyətin başlıca probleminin nə olduğunu soruşsalar, düşünmədən "münasibətlər" deyərəm. Səkkizindən yeddisi yaralı, sancılı, ağrılıdır. Kənardan güllük-gülüstanlıq kimi görünən cütlüklərə bir az yaxınlaşanda üfunət iyindən burun tutulur. Anlayış yox, fədakarlıq yox, güzəştə getm...
ANL
Özümüzü tapaq, yoxsa yaradaq? Amma "özünüzü yaradın" ifadəsini hardansa oxuduğum ya da eşitdiyim yadıma gəlmir. Halbuki özünü yaratmaq da özünlə ünsiyyətin bir formasıdır. Əgər insan heç nə etmədən özünü axtarırsa, axtardığı kimdir? Bəlkə də, həyatın sonuna yaxın özünü axtarmaq məntiqlidir, ancaq gənc yaşda özünü yar...
ANL
Qarabağ pərisi: Aşıq Pəri. Aşıq Pəri, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə... XIX yüzillikdə Şuşa mühitinin Azərbaycan ədəbiyyatına verdiyi üç görkəmli qadın şair. Firidun bəy Köçərli onları "Qarabağın üç şaireyi-möhtərəməsi" adlandırmışdı. Adamın yadına lap İntibah rəssamı Sandro Botiçellinin "Üç zəriflik" t...
ANL
"Meşə vannaları. Yapon təcrübəsi": sağlam həyat üçün zəruri bilgilər. Bu günlərdə Rauf Orucovun "Sinrin-yoku: Meşə vannaları. Yapon təcrübəsi" kitabı çapdan çıxıb. Kitabda yapon alimi Çin Linin meşə gəzintilərinin insan stressinin aradan qaldırılması, insanın immunitetinin gücləndirilməsi, meşə ilə ünsiyyətin insana ...
ANL
Bu günlərdə "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondu yeni uğurlu layihə ilə söz sənəti vurğunlarını sevindirib. Fond "Ədibin Evindən hekayələr" layihəsi ilə Azərbaycan ədəbiyyatından sevilən bir çox hekayələri səsli şəkildə mütaliə həvəskarlarının ixtiyarına verir. "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Ş...
ANL
Qələmsiz yazılanlar. status-esselər. UEFA-nın qərarı və məsuliyyətli jurnalistika. İkinci hissənin sonlarında oyunda 3-4 dəqiqəlik fasilə yarandı. Oyunu Türkiyənin TRT1 kanalından izləyirdim. Bir nəfər azarkeşin meydana daxil olub rəqs etdiyini bildirən türk şərhçi dedi ki, təhlükəsizlik xidmətinin əməkdaşları on...
ANL
İslam dini Qafqazda birləşdirici mənəvi qüvvə kimi. Qafqaz tarixən dünyanın ən mürəkkəb etnik struktura malik bölgələrindən biri olub. Bölgədə 50-dən çox müxtəlif dil və ləhcələrdə danışan etnik qruplar mövcuddur. Qafqaz eyni zamanda, müxtəlif dini konfessiyaların da məkanı olub. Burada çoxluğu təşkil edən müsəlmanlar...
ANL
Dil mühəndisliyi, yoxsa... Televiziya kanallarının birində ansambla üz tutan aparıcı "rəqs havası çalın" deməsəydi, bəlkə də, bu yazını qələmə almayacaqdım. Doğrusu, televiziya aparıcılarının qulaqları yoran yerli-yersiz ifadələrini çox eşitdiyimdən buna əvvəlcə əhəmiyyət vermədim. Lakin həmin sözlər təkrar işlədildiy...
ANL
"Yaxın günlərdə hamınızı sevindirəcəyəm". Şəhid çavuş Pərvin Salmanzadənin şərəfli ömür yolu. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Pərvin Təbriz oğlu Salmanzadə 1991-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub. Pərvin Salmanzadə ailədə üç bacının tək qardaşı olub. Pərvinin ən böyük ar...
ANL
Sevgili şəhərimizin səsi. Qara ilə yaxın qohum olsaq da, tanışlığımız yox idi. Bir-birimizin heç üzünü də görməmişdik. Amma evimizdə Qaranın adını tez-tez eşidirdim. Hərdənbir qohum-əqrəbadan söz düşəndə atam, ilk növbədə, xalası oğlu Xəlillə (Böyük Vətən müharibəsində həlak olub. Biz uşaqlar ona həmişə "Xəlil dayı" ...
ANL
Onun haqqında 40 ildən çox bir müddətdə Azərbaycan Televiziyası və Radiosunun tamaşaçısı və dinləyicisi olan insanlar çox xoş sözlər deyə bilərlər. Qara müəllim böyük istedad sahibi idi və dövlət tərəfindən onun yaradıcı əməyi yüksək qiymətləndirilmiş, əməkdar incəsənət xadimi, xalq artisti fəxri adlarına və Prezid...
ANL
Duyğuların rəngi. Soydaşımız, rəssam Arzu xanım Behrəngin yaradıcılığı haqda düşüncələr. ...Yaradıcılıq istedadın, zəhmətin bəhrəsi olmaqla yanaşı, həm də genetik mənşəyin, yaddaşın məhsuludur. Arzu xanım Behrəngin əsərlərinin fotosurətlərini ilk dəfə sosial şəbəkələrdə görəndə tanımaza-bilməzə onun müəllifi ilə...
ANL
Azərbaycan gəncliyinin milli mənlik şüurunun formalaşmasında keçdiyi yol. Milli şüur uzun tarixi inkişaf prosesi keçərək formalaşan bir məhfumdur. Geniş mənada bu məhfum milli mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Milli şüurda bir fərdin təmsil olunduğu etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi...
ANL
Özünün cismən qatıla bilmədiyi ad gününü ailəsi, doğmaları, sevənləri və şəhid adının ucalığına sadiq insanlar ailəsi tərəfindən şəhidin adına yaradılan bulaq kompleksinin açılış mərasimində qeyd etdi. Bulaq kompleksi Müşfiq qəsəbəsində şəhidimizin yaşadığı məhəllədə açıldı. Açılış mərasimindən öncə Fəridin dəfn olun...
ANL
Azərbaycanın incisi. PƏZMƏRİYƏ GEDƏN YOL... Təxminən 6 il öncə çəkiliş heyəti ilə birgə dağların qoynuna sığınmış, gözəlliyi dillər əzbəri olan Ordubad bölgəsində yerləşən Pəzməri şəlaləsini görmək və tamaşaçılara göstərmək məqsədilə yola çıxdıq. Eyniadlı kəndlə şəlaləyə qədər məsafənin çox və çətin olacağını ...
ANL
Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr. Həqiqətən də yunanlar Qərb irsinin intellektual bünövrəsini yaratmışdılar. Onların insan həyatının əsasına dair meydana gətirdikləri, bu gün də dünya sivilizasiyasının aparıcı xəttini təşkil edir. Kainatın təbiəti nədir? İnsan mövcudluğunun niy...
ANL
Fraqonar qardaşlarının "Apokalipsis süvarisi. Dünyaya dramaturq və publisist Bomarşeni, taleyinə Amerika Birləşmiş Ştatlarının ilk prezidenti olmaq yazılmış Vaşınqtonu, dahi bəstəkar Haydnı bəxş etmiş uzaq 1732-ci ildə Fransada - Qrassda iki oğlan da doğuldu. Qan qohumu idilər, adlarını da oxşar qoydular: biri Onore,...
ANL
Danimarkanın qalmaqallı və eyni zamanda dahi rejissoru Triyerin özünəməxsus qəribəliklərlə dolu filmi olan "Doqvil" son dərəcə maraqlı ekran əsəridir. Fərdiyyət və cəmiyyət mövzusunu hər dəfə fərqli baxış bucağından bizə göstərən rejissor filmin sonunda bizi vicdanımızla baş-başa buraxır. Rejissor eyni zamanda qadına q...
ANL
Şəxsiyyəti ilə də örnək olan Sənətkar. Görkəmli tarzən Vamiq Məmmədəliyevin 75 yaşına. Xalqımızın qədim çalğı alətləri içərisində tar böyük nüfuza malikdir. Əsrlərin sınağından çıxaraq bu günümüzə gəlib çatan Azərbaycan tarı çox keşməkeşli yollardan keçib. Müxtəlif təbəddülatlara uğramasına baxmayaraq o, öz məğrurluğ...
ANL
Esse, hekayə deyil, sırf roman yazanlar dünyanın ən qarışıq, dolambaclı, labirintlərlə dolu, lay-lay insanlarıdır. Məsələn, romançıların ən böyük qorxuları ölümdür. Onları ölüm qədər qorxudan ikinci bir duyğu yoxdur. Bu mövzuda saatlarla danışar, ümid verər, hətta qarşılarındakını və ya oxucularını ölümsüzlüyə inandır...
ANL
Ötən ilin yaz müjdəli payızında Azərbaycan Ordusunun düşmən işğalında olan cənnətməkan Qarabağımızı azad etməsi, canları və qanları bahasına xalqımıza bəxş etdiyi qürur və sevinc hissləri geridə qalan bir ilə yaxın müddətdə hələ də bizi öz eyforiyasında saxlamaqdadır. Ali Baş Komandanımızın qətiyyəti və uzaqgör...
ANL
Cənab Mrozun iltifatı. Çernomırdinlə fikir davası... və xəyali biznes ortaqlığı. İştirakçılar arasında xarici ekspertlər də vardı. Tədbirin adını unutmuşam. Yadımda qalan öz çıxışımdır, çünki məhz həmin çıxış mühüm bir beynəlxalq yığıncaqda iştirakıma səbəb olacaqdı. Tədbir yenicə bitmişdi, naharqabağı dağılışı...
ANL
Xatirələrdə yaşayan insan. İnsan yalnız həyatdakı əməlləri, xeyirxahlığı, gördüyü savab işlərlə əbədiyaşar olur. Surəti yaddaşlara yazılır, əməlləri hafizələrdə iz buraxır. Vətəni, xalqı üçün təmənnasız çalışan, qurub-yaratmağı, xeyirxahlığı həyat amalına çevirən insanların ömür yolu gələcək nəsillər üçün nümunəyə ç...
ANL
"Sirlər xəzinəsi"ndən, "Xosrov və Şirin"dən fərqli olaraq "Leyli və Məcnun" mövzusu etibarilə imkan verməyib ki, Nizami özünün türkçülük təəssübkeşliyini bu və ya digər dərəcədə geniş əks etdirsin. Lakin məhz həmin əsərdə iki elə mühüm məsələyə toxunmuşdur ki, dahi şair-mütəfəkkirin etnik mənsubiyyəti barədə kifayət q...
ANL
Milli mətbuat günü ilə bağlı bayram tədbiri və "mətbuat inciləri" sərgisi böyük maraq və rəğbət doğurub. İyulun 22-də Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA)təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə əvvəlcə Vətə...
ANL
Yaxud Allahverdi Aqil aldı görək nə dedi. Tələbə idim onda. Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dördüncü kursda oxuyurdum. Rəhmətlik qrup yoldaşım, şair dostum İlqar Qulusoyla şeir kitablarımızı və bəzi şeirlərimizin əlyazmasını götürüb üz tutduq "Şərq qapısı" qəzeti redaks...
ANL
Çamadanlar həmişə hazır olmalı. Tələbə vaxtı evində qaldığım evin sahibəsi özünə çox qapalı insan idi. Səhər durub işə gedər, axşam evə gəlib ev işlərini görüb televizorun qabağına keçərdi. Çox nadir hallarda evdə qonaq görərdik, özü də gəzmək həvəskarı deyildi. Hərdən ona yazığım gəlirdi. Düşünürdüm ki, necə də mənas...
ANL
XIX əsrin 90-cı illərində Naxçıvanda qəzet çıxarmaq təşəbbüslərinin olması haqqında məlumatlar vardır. Məhəmmədtağı Sidqi, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Məhəmməd ağa Şahtaxtılı kimi yerli ziyalıların bu təşəbbüsünün həyata keçirilməsinə Rusiya hakim dairələri imkan verməmişdi. Naxçıvanda Sovet hakimiyyəti ...
ANL
Hadrut qəhrəmanı haqqında ballada. BİR KİTABIN TƏQDİMATI. Gəlin Sizə bir nağıl danışım. Hadrut qəhrəmanının nağılını. Biri var idi, biri yox idi. Azərbaycanın bölgələrindən birində - Kürün Xəzərə qovuşduğu məkanda bir oğlan var idi: İsmayılov Camal Vidadi oğlu. Bütün balaca oğlanlar kimi, onun da öz arzuları, ist...
ANL
Fransız nəşri Əli İldırımoğludan yazdı. Fransanın "Boojum" ədəbi nəşri tanınmış yazıçı və publisist Əli İldırımoğlunun fransızca nəşr edilən "Mənim rəncbər atam" kitabı haqda resenziya dərc edib. Kult.az həmin yazını təqdim edir. Bu gün kim Azərbaycanı xəritədə göstərib, onun yazıçılarından biri barədə sitat gətirə b...
ANL
Ahıskalı Şair Usta Mürtəz. Həyatının 54 ilini vətənində keçirən Mürtəz Dədə 1944-cü ildə elliklə Özbəkistana sürgün edilib, Bulunqur bölgəsində yerləşdiriliblər. Keçən əsrin 50-ci illərində həmkəndliləri ilə birlikdə Azərbaycana köçərək Saatlıda, Fətəlikənddə məskunlaşmış və ömrünün sonuna qədər burada yaşamışdır...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fatimə Əlizadədir. Fatimə xanımla rəssam Nikola Pussenin "Narsist və Exo" əsəri haqqında danışmışıq. - Rəssam Nikola Pussen yaradıcılığında mifologiyadan çox istifadə olunur. - On yeddinci əsr incəsənətində klassizmin ən tanınmış nümayəndələrindən olan Niko...
ANL
"O adamlar incəsənətdən zövq almırlar" - Sosial şəbəkələrdə parlayanlar. Özal Aydınov: "Özümü yaratdığım əsərlərin içərisində hiss edirəm". Biz daha çox kağız üzərində çəkilmiş rəsmləri görməyə adət etmişik. Ancaq həmin əsərləri divar üzərində yaradan adamlar da var. Həmsöhbətimiz onlardan biri - gənc rəssam Özal A...
ANL
Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafı mətbuatın yaranması ilə sıx bağlıdır. Mətbuatın yaranması müxtəlif problemlər üzrə pedaqoji ideyaların və məktəb təcrübəsinin inkişaf dinamikasını şərtləndirən amillərdən biridir. Azərbaycanda mətbuatın, o cümlədən, pedaqoji mətbuatın tarixi çox da qədim deyil. ...
ANL
Bu qəribə səslənən təbirin müəllifi qədim Gəncə şəhərinin ən sayılıb-seçilən, ünlü tarzənlərindən olan, uzun illər Nizami yurdunda ustad xanəndə kimi fəaliyyət göstərmiş Musa Şuşinskini, bir zamanlar peşəkar tarzən olan, sonralar kamança sənətini özünə həyatı boyu məslək etmiş Mirsucca müəllimlə birlikdə müşayiə...
ANL
İlahələrin tənəzzülü. Min illərdir, dinlər, irqlər və sistemlər güclü qala bilmək üçün birbaşa, ya da dolayısı ilə əks qütbləri hər zaman əzməyə, gözdən çıxarmağa yönəlmiş davranışlar sərgiləyiblər. Güc daha çox kimin əlindədirsə, onu qorumaq üçün özünə rəqib saydığı tərəf üzərində hakimiyyət qurmaq şakərini bir...
ANL
Bizdən irəlidə. İyirminci yüzildə, çarizmin milli zülmü, sovetlərin repressiya və assimilyasiya siyasəti, kütləvi sürgünlər, erməni-bolşevik cəlladların əli ilə törədilən qırğınlar, iki dünya müharibəsi, qanlı inqilablar millətimizə nəfəs dərmək imkanı verməsə də, keçdiyimiz yolu, Şərqdə ilk demokratik cümhuriyy...
ANL
əyar və şahın əksi ilə parladaraq onun üstünə şahənşahın adını həkk elədim ki, onun şəkli (əksi) ilə işim rövnəqlənsin" ("Yeddi gözəl"in filoloji tərcüməsi professor Rüstəm Əliyevindir). Körpə Arslanın hakimiyyətinin, görünür, bütövlükdə İrana yayılmasını alqışlayan şair bildirir ki, "bütün aləm bədəndir, İran isə ü...
ANL
Deputat Jan-Lük Raytzer: "Məqsədimiz Fransada Azərbaycanın hələ də bir çox dostunun olduğunu göstərməkdir". Fransa Milli Assambleyasının deputatı Jan-Lük Raytzer "Trend" agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik. - Azərbaycana budəfəki səfərinizin məqsədi nədir? - Məqsəd Fransa ilə Azərbaycan arasında do...
ANL
"Dialoqun alternativini görmürəm". Əhməd Oruc: "Beynəlxalq vasitəçilərin keçirdiyi dialoq bizə uyğun deyil". "Siyasi dialoq" rubrikasının növbəti qonağı Azadlıq Partiyasının sədri Əhməd Orucdur. - Əhməd bəy, təxminən ilyarımdır ki, ölkəmizdə iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasi...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də ...
ANL
"Zamanın axarında"n baxanda dünya aydın görünür... Kitab təkcə bilik mənbəyi deyil. Kitab həm də zamanın müəyyən dünəninin tarixi (ədəbi) güzgüsüdü; olmuşlar da görünür, görünənlər arasında bağlılıq da. Belə kitablara dəyərli kitab deyirik. Belə kitablar düşüncələrimizin ömürdaşı da olur... Kitabları hadisələrin, fak...
ANL
Bir ömrə sığmayan sənətkar ruhu. Azərbaycan opera səhnəsinin görkəmli nümayəndəsi, Əməkdar artist Əli Haqverdiyevin xatirəsinə. Ə.Haqverdiyev Azərbaycan mədəniyyəti tarixində adı böyük fəxrlə çəkilən sənətkarlardan biridir. O, 30 ildən çox zaman ərzində musiqi mədəniyyətimizə layiqincə xidmətlər göstərmişdi. Ə.Haqver...
ANL
Milli sərvətimiz və milli irsimiz: akademik Mustafa bəy Topçubaşov. Mustafa bəy Topçubaşovun həyat yolu, yaradıcılığı, onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz və milli iftixarımızdır. Tibb fakültəsinə dekan professor İ.Şirokoqorov təyin edildi. Uzun müddət ərzində müalicə-profilaktik...
ANL
Yolların sehirli qovşağı. Küçə musiqisi şəhərimizin damarında axan zülallar toplusudur. Fərqli taleli insanları qoynunda barındıran Bakı da bu musiqilərlə qidalanmağı bacarır. Bu şəhərin ən sayıq keşikçiləridir o ifaçılar. Həmin ifaçılar bu şəhərin nəbzini hamıdan yaxşı tutmağı bacarırlar. Onlar bir oliqarxın izinə dü...
ANL
Uçuq kalafalar arasında atılmış tikiş maşını... Dopdolu evi yağmalayanda, evdəki sandığı qırıb içindəkiləri gülə-gülə yığıb aparanda o tikiş maşınını niyə atıblar ki, ora? Bizə gözdağı üçünmü? Kəndin indiki cavanları o vaxtlar uşaq idilər. İndi işğaldan sonra gedib uçmuş divarlar arasında yadigar nəsə axtarırlar. Nən...
ANL
Qəlbimizdəki Vətən sevgisi,Vətən məhəbbətinin atəşi ilə düşməni yandırıb yaxmalıyıq. Vətən bizim üçün qiymətlidir, onda ulu babalarımızın ölməz izləri hər birimizə ana südü qədər şirin, təmiz, ana qucağı tək isti və doğmadır. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir. Qarabağ müharibəsi Azərbaycan tarix...
ANL
Əhməd Ağaoğlunun "hukuk-i esasiye ders notları" kitabı haqqinda qeydlər. Ə.Ağaoğlu Çar Rusiyasını, Üçüncü Fransa Respublikasını, Osmanlı imperiyasının İttihad və Tərəqqi dönəmini, Türkiyə Cümhuriyyətinin Atatürk dövrünü şəxsən görmüş və yaşamışdır. İslam dini və onun təriqətləri, qərb ölkələrinin tarixini, zərdü...
ANL
İki paradoks. Necə oldu ki, A.Xaçatryan dahi Q.Qarayevin mükafatını oğurladı? Bir neçə il bundan əvvəl böyük bəstəkarımız Q.Qarayev haqqında "Korifeylərin portreti" silsiləsindən yazı hazırlayırdım. Faktları araşdırarkən belə bir məqamla qarşılaşdım ki, bəstəkar guya II və lll simfoniyalarında sosializm realizmi...
ANL
Qələbəyə gedən yol. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdı. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin...
ANL
Həyat mənbəyi və oksigenlə bol meşələrin qorunması. Həyat üçün ən vacib amillərdən biri sayılan meşələr yer kürəsinin "ağ ciyəri" və oksigen mənbəyi hesab olunur. Meşələr havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir, tozdan, zərərli maddələrdən təmizləyir. Meşələr h...
ANL
Bədii tərcümənin cahangiri. Neçə vaxtdır, uzun illər yaxın ünsiyyətdə olduğum, sənətinə, şəxsiyyətinə hörmət etdiyim, dəyər verdiyim, "Şeirdən başqa dünya bilmirəm" - deyib, bütün ömrünü misra-misra, sətir-sətir poeziyaya kökləyən şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Vladimir Qafarov haqqında yazmaq istəyirdim. ...
ANL
Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr. 490-cı ildə persiyalılar Egey sahillərinə ikinci dəfə qüvvə göndərdilər. Xainlər onlara qapını açdıqda, əhali qul edildi. Persiyalılar Marafon buxtasında sahilə çıxdılar. Yunan generallarından daha dinamiki olan Miltiadın ayağa qaldırdığı afina...
ANL
Pəncərədəki qız. Bir müddət əvvəl paytaxtdakı göydələnlərdən birinin həyətinə daxil olarkən qadın yalvarışları, hələ tam yetişməmiş qız səsi gəldi qulağıma. Başımı yuxarı - səs gələn tərəfə çevirəndə dördüncü mərtəbədə arıq, çəlimsiz, bir ayağını aşağı salladığını, zəif qolları ilə pəncərənin çərçivəsindən bərk-bərk ...
ANL
İsveç savannasına səyahət. "Şəhərlər və ölkələr” silsiləsindən. İsveç savannasına səyahət. Deyim, Qotlanda səfərə yeganə səbəb pandemiyadır, düz çıxmaz. Yəni, tək qıraq ölkələrə səyahət çətinlikləri var deyə seçmədik buranı. Normalda bu bahalı adaya iki günlük səfər xərcinə turizm saytlarından İspaniya, Yunanısta...
ANL
Dünya düzdür, yoxsa kürə formasındadır? Əslində, bu sualın daha doğru forması budur: Siz niyə dünyanın kürə formasında olduğunu düşünürsünüz? Amma cavabı öncədən quru-quru vermək yerinə, dünyanın hansı formada olması məsələsindəki fikir ayrılıqlarının səbəbi, bəzilərinin niyə düz dünyaya inandığı ilə bağlı arqumentlər...
ANL
Postmodern Azərbaycan nəsrində dekonstruksiya: Nizami Gəncəvi arxetipləri. Dahi Nizami Gəncəvinin "Xəmsə"si özündən sonra Azərbaycan və Şərq ədəbiyyatında yeni və özümlü bir ənənə yaratmışdır. Ədəbi cameədə Nizami mövzularında yaza bilmək ustadlıq imtahanı hesab edilmiş, "Xəmsə" ənənəsi əsrlər boyu davam etdirilmişdir...
ANL
Min illərdir ki, Yaradanın insanlara lütfü olan təbiət haqqında müxtəlif araşdırmalar aparılır. Bu araşdırmalar nəticəsində təbiət hadisələrinin insan psixologiyasına, mənəvi aləminə təsiri barədə bir çox xüsuslar irəli sürülüb. Bəşəriyyətin mifik dünyagörüşünün təməli təbiətdir. İnsanların formalaşmasında yaşadı...
ANL
Tarixi romanları ilə müasir ədəbi prosesdə özünəməxsus yer tutan (və janrın ideya- estetik imkanlarını genişləndirməkdə xüsusi xidmətləri olan!) Yunus Oğuzun yeni qələmə aldığı "Uçurum" romanı əsərin məzmun-fakturası daxilində kifayət qədər çoxmənalı bir epiloqla başlayır. Ona görə "çoxmənalı" deyirik ki, romand...
ANL
FATMA XANIM KƏMİNƏ. On doqquzuncu yüzilliyin sona çatmasına üç il qalmışdı. Qızılı yarpaqlar Şuşanın daş döşənmiş enişli-yoxuşlu küçələrinə indi-indi rəngbərəng naxışlar düzürdü. Səs-küylü, nəğməli-musiqili şəhərdə qəribə bir sakitlik vardı. Şuşa Xan qızı ilə vidalaşırdı. Qarabağın sonuncu hakimi Mehdiqulu xanın...
ANL
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ayağımı qoyduğum andan elə bil orta əsr şəhərinə düşdüm. Ətrafda gördüyüm mənzərə - daşlar, evlər, ümumi abu-hava bir orta əsr şəhərinin cizgilərini xatırladırdı. Buna baxmayaraq, kompleksin ərazisində addımladıqca gördüyüm bəzi detallar bu nizamı pozurdu. Muzey gəzinti...
ANL
Şuşa səfəri... Diaspora nümayəndələrimiz mədəniyyət paytaxtımızda gördüklərindən danışırlar. Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın diaspor nümayəndələrinin Şuşaya səfəri təşkil olunub. Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin b...
ANL
Hər dövlətin gücü həm onun iqtisadiyyatı, həm də ordusu ilə bağlıdır. İqtisadi baxımdan güclü olan müstəqil Azərbaycanın ordusu da güclüdür. 104 il əvvəl Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yaranan, formalaşan ordumuz tarixin müxtəlif dönəmlərində gücü ilə fərqlənən ordulardan olub. Fərqlənib və dövlətçiliyin q...
ANL
Musiqimizin sabahından soraq verən istedad. Hər ilin 1 iyunu Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu günə xüsusi önəm verilir, dövlət səviyyəsində qeyd edilir. Ümumiyyətlə, Azərbaycanda uşaqların sağlam inkişafının təmin olunmasını, onların təh...
ANL
Ən böyük sevinci bir ahdan gələr, Yurdunun kamıdır Qurban Bayramov. Nə fikir söyləsə, Allahdan gələr, Tanrı ilhamıdır Qurban Bayramov. Məntiq bulağına ismi ad olan, Ruhu saf sulartək kükrəyib-dolan. İşıqdır sabahı, nurdu keçmişi, Yaxşını pislərdən seçməkdir işi…. Qədim el-obanın təəssübkeşi, Xalqının namıdır Qurban Ba...
ANL
Qarabağ xalçası haqqında məqalə Fransa mediasında. Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmansenfrance.fr” xəbər portalında “Bir Qarabağ xalçasının taleyi və dönüşü...
ANL
1905-ci ilin 9 yanvar Qanlı bazar günü Peterburq Texnologiya İnstitutunun müdavimi Səlim bəy Behbudovun da tələbəlik həyatına son qoydu. 140 min nəfərin iştirak elədiyi inqilabi həyəcanda tələbələri ön sıralarda gedən bu ali təhsil müəssisəsi hökumət tərəfindən rəsmi şəkildə bağlandı, üsyankar ruhlu gənclər izlə...
ANL
Bölgə mətbuatının simvolik obrazı - amazonkası Əminə Yusifqızı-70. Jurnalistlər hamıdan geninə-boluna yazırlar. Son vaxtlar ölkənin əksər müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən mətbuat orqanları biri digərini önləməyə çalışaraq Yevlaxın "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızının portretindən ştri...
ANL
Bir ölkədə müharibə olanda oradakı insanların bəziləri silahları, bəziləri sözləri, bəziləri baxışları, bəziləri kədərləri, bəziləri də şeirləri və hekayələri ilə vuruşurlar. Müharibə pandemiya kimidir - hər kəsə hər hansı bir şəkildə yoluxur. Cəbhədə əsgər təri və qanı ilə vuruşarkən, evdəki nənə göz yaşları və du...
ANL
Ağcabədidə ruha qida bir görüş. Şəhəri bundan gözəl adlandıracaq söz yoxdur çünki. Təbiəti etibarilə isti rayonlarımızdan biridir Ağcabədi. Çox güman, buna görə hərdən insanlar tərəfindən ögey münasibət görür. Yevlax, Kürdəmir və digər aran rayonlarımız kimi. Amma mənim kimi istiylə soyuğa fərq qoymayan, getdiyi...
ANL
Rəssamlıq sənətimizin əvəzsiz korifeyi Qəzənfər Xalıqov. Azərbaycan təsviri sənət tarixində iz qoymuş sənətkarlardan biri də odur. Rəngkarlıq və qrafika, həmçinin, teatr dekorasiya və kino rəssamlığı, eləcə də monumental boyakarlıq sahəsində onun yaddaqalan bədii yaradıcılıq fəaliyyəti olub. Çoxşaxəli bədii yaradıcı...
ANL
Onlar ulduzların arasına (Esse). May ayı yaz aylarının şahıdı, təbiət cilvəli, bağlar bərəkətli, çiçəklər min bir ətriylə göz oxşamağında... Çöllərdən ot-ələf qoxusu gəlir, sünbüllər dən tutur, göy üzündə Günəş ipək tellərini dünyanın üzünə sərmiş, ürəklər sevmək, insan yaşamaq eşqiylə coşub daşır... Söz adamları yaz...
ANL
Ukraynanın Dnepr şəhərində Azərbaycan Mərkəzi açılıb. Ukraynanın Dnepr şəhərində yerləşən Gömrük və İqtisad Universitetinin binasında Azərbaycan Mərkəzi açılıb. Açılış mərasimində ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, Dneprdə yaşayan Azərbaycan icmasının üzvləri, universitetin rəhbər heyəti və şəhərin ict...
ANL
Bakı metrosunda Nizami Gəncəvi sərgisi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Dahi Nizaminin 880 illiyi münasibətilə “Bakı Metropoliteni” QSC-də bu il silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır. QSC-dən AZƏRTAC-a bildir...
ANL
Milli Kitabxanadan Uşaqlar Gününə aid sərgi. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə virtual sərgi hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur. Qeyd ...
ANL
Avstriyada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində xalqımıza bəxş etdiyi Qələbə sevincindən sonra Azərbaycan xalqı 28 May - Respublika Gününü böyük qürur, fəxr və yüksək əhval-ruhiyyə...
ANL
Bir neçə il əvvəl özünün yüzillik yubileyini təntənəli şəkildə qeyd etmiş Bakı Dövlət Universitetinin tarixi barədə, əslində, az yazılmasa da, ortaya çıxan kitablar, məqalələr çox keçmədən "köhnəldiyinə" görə bu tarixə vaxtaşırı olaraq yenidən qayıtmaq, ilk Universitetimizin "tərcümeyi-hal"ını yeni mədəni-intel...
ANL
Bədii nəsrimizin dəyərli nümunəsi. Görkəmli ədib Mir Cəlalın yeni nəşr olunmuş "Qayğılar" romanı haqqında qeydlər. Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan, özünəməxsus orijinal və çoxşaxəli yaradıcılığa malik klassik ədibimiz Mir Cəlal Paşayevin ədəbi irsinə daha bir kitab əlavə olundu. Bu yaxınlarda...
ANL