text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Aşıq Ələsgər: bir daha şifahilik məsələsi haqqında. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı xüsusi Sərəncam işığında bu il Aşıq Ələsgərlə bağlı yubiley tədbirlərinin keçirilməsi, heç şübhəsiz, ustad sənətkarın yaradıcılığını hərtərəfli araşdırmaqda mühüm rol oynayacaq. Bu yazıda biz Aşıq... | ANL |
"QORXU İLƏ MƏNİMSƏNİLƏN HEÇ BİR ALIŞQANLIĞIN UŞAĞIN İNKİŞAFINA MÜSBƏT TƏSİRİ YOXDUR". Qorxu "mədəniyyət"i qayğı, qorxu, narahatlıq kimi duyğuların təsiri ilə cəmiyyətlərin əxz etdiyi davranış tərzidir. Buna uzun illər müstəmləkə altında yaşayan xalqlarda daha çox təsadüf olunur. Boyunduruq altında yaşayan xalqlar ağ... | ANL |
Şagirdlər şəhid Muxtar Qasımlını yad ediblər. Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 3B sinif şagirdləri Bakının Qala qəbiristanlığında uyuyan Vətən müharibəsi şəhidi, baş leytenant Muxtar Qasımlının məzarını ziyarət edib, ev muzeyində olublar. Sinif rəhbəri Səbinə Rəşidovanın təşkilatçılığı ilə keçiril... | ANL |
Bakıda erməni cinayətkarların məhkəməsi başladı. Bu gün Bakı şəhəri Yasamal rayon Məhkəməsininin inzibati binasında Qarabağda həbs olunmuş erməni yaraqlıları - Mkrtiçyan Lüdvik Mkrtçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib. 525.az xəbər verir ki, iclasda məhkəmə... | ANL |
Udmurtiyada “Azərbaycan bağı”nın açılışı olub . Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərindəki Kosmonavtlar Parkında Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünə və “Azərbaycan bağı”nın açılışına həsr olunmuş təntənəli tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir “Azərbaycan-Udmurtiy... | ANL |
Xarkovda Nizami Gəncəvinin abidəsinə dair memarandum imzalanıb. Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi ilə Xarkov Şəhər Şurası arasında qarşılıqlı Anlaşma Memor... | ANL |
Virtuoz skripkaçı Sankt-Peterburq Filarmoniyasının səhnəsində çıxış edib. Gənc virtuoz skripka ifaçısı, Prezident təqaüdçüsü, Əməkdar artist Elvin Hoca Qəniyev tanınmış musiqiçilərlə birgə D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının səhnəsində çıxış edib. Türk bəstəkarı Fazıl Sayın skripka və orkestr ü... | ANL |
Yaradılışa dair dini-mistik təsəvvürlər poeziyada - Araşdırma. Maddi varlıq aləminin indiki halından qabaq Allahın düşüncəsində ideya - yazılı informasiya şəklində yaranması, sonra Allahın onu səsləndirməsi, yəni söz halında təcəssüm etdirməsi və bundan sonra dünyanın yaranması dini və təsəvvüfi fəlsəfədə ilahi ... | ANL |
Fidanın uşaqlar günündə fidanlara hədiyyəsi - Resenziya. Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor. Son dövrlər mətbuatda Fidan Nizaməddin qızının hekayələrinə tez-tez rast gəlirəm. Onların bəziləri nağıla bənzəyir, bəzisi sırf uşaqlar üçün yazılmış hekayələrdir. Bəzisi sanki bö... | ANL |
Varlığında qürbət ağrısı daşıyan şair – Mircavad Ahıskalı. Hər bir milləti, xalqı, toplumu mənəvi varlıq kimi dünyaya tanıdan sadəcə onun torpaqları, sərvəti, nüfuzu, maddi zənginliyi deyil. Milləti millət edən ilk növbədə onun mənəvi dəyərləri, mədəniyyəti, elmi, ədəbiyyatı, sənətidir; bu dəyərlərə sahib imanlı,... | ANL |
Zəngilan hekayətləri - İkinci hissə. Yay kinoteatrı. Bu kinoteatrda əsasən iyun aynının əvvəlindən sentyabr ayının sonunadək olan aralıq dövrdə filmlər nümayiş etdirilirdi. Kinoteatrın binası bütün ay ərzində az-az hallarda tamaşaçı ilə dolu olurdu. Əksər vaxt yarıboş olan salon elə ki, rayona Hindistan filmi (nədə... | ANL |
Gənc azərbaycanlı musiqiçiyə Çexiyanın nüfuzlu mükafatı verilib. Çex Respublikasının Plzen Konservatoriyasında təhsil alan gənc və istedadlı soydaşımız Canel Nəcəfliyə “Orfeus” (Plzeský Orfeus) mükafatı təqdim edilib. Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Mükafatların təqdimolun... | ANL |
Rusiya Mədəniyyət Fondu və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi uşaqlar üçün bayram tədbiri təşkil ediblər. Rusiya Mədəniyyət Fondu və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlar üçün bayram tədbiri təşkil ediblər. RMF və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəl... | ANL |
"Mənə fəlsəfənin tarixi yox, tarixin fəlsəfəsi maraqlıdır". Tarixin canlı şahidlərinin var olması insanlar, xüsusən də, gənclər üçün çox əhəmiyyətlidir. Həyatın qanunauyğunluqları, cəmiyyət, dünyada baş verən hadisələr, keçmiş və bu gün haqqında dərin mülahizələri yaşlı və intellektual nəslin şərhində dinləmək ç... | ANL |
Peşənin, vəzifənin, ölümün gözəlini seçən şəhid. Mayor Kamran Fərəcov həmişə gözəlliyi sevib, gözəllik axtarıb, olduğu hər yerdə gözəllik yaradıb. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Taktiki Tank Qoşunları komandiri fakültəsinə daxil olub. 1999-cu ildə leytenant kimi məzun olan Fərəcov Bakıda taqım k... | ANL |
Aqillər ömür payını Vətən üçün yaşayanlara elin oğulu deyiblər, biz də elin oğulu deyirik. Bunlar min illərlə yaşanılmış, yaşanılan xalq fəlsəfəsidi. Atası Zəngilan rayonun Mincivan qəsəbəsində anadan olmuş Vüqar Rzayevin oğlu Həsən elin oğluydu... Uşaqlığından el adına, Vətən adına söhbətləri diqqətlə dinləyər... | ANL |
Müharibədə zəfərin qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyəti və ruh yüksəkliyi mühüm rol oynayır. Döyüş sınağında əsas olan insan amilidir. Düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir. Hərb tariximizin şərəfli səhifəsi olan və bizi qələbə z... | ANL |
Dövlət Komitəsinin dəstəyi ilə “Qarabağnamə - tarixin səhifələri” adlı kitab işıq üzü görüb. Azərbaycanın tanınmış miniatür-rəssamı, illustrator, xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı kitab-kataloqu Diasporla İş üzrə Dövət Komitəsinin dəstəyi ilə işıq üzü görüb. Dövlət Komitəsində... | ANL |
“Ağdam – Qafqazın Xirosiması” adlı tövsiyə biblioqrafiyası oxuculara təqdim edilib. Təbii-coğrafi baxımdan respublikamızın zəngin bölgələrindən biri olan Ağdam xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən müxtəlif abidələr diyarıdır. Bu məlumatlar Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkə... | ANL |
Ağahüseyn Cavadovu xatırlamaq... GÖRKƏMLİ SƏNƏTKARIMIZI BİR VAXT ONUNLA BƏRABƏR ÇALIŞMIŞ XALQ ARTİSTİ RAFİQ ƏZİMOV İLƏ SÖHBƏTDƏ YADA SALDIQ. Xalq artisti Ağahüseyn Cavadovun Azərbaycan aktyorluq sənətinin, teatr və kinosunun tarixində müstəsna yeri var. Musiqili Komediya Teatrında və Akademik Dram Teatrında yüzlə... | ANL |
Markesin "Patriarxın payızı" əsərində bir yer var. Patriarx isə özü öz dəfnində (əslində, onun adı ilə dəfn edilən oxşarının dəfnində) iştirak edir və gördüyü mənzərədən dəhşətə gəlir. Ancaq o, zənn etdiyinin əksini görür. Bax, onda patriarx dəli olur, qəbul edə bilmir ki, onun ölümündən sonra da həyat qaldığı yerdən ... | ANL |
Onun yaxşı xüsusiyyətlərindən biri yalan danışmaması idi. Yalançı, aldatmanı özünə peşə edən qadından hər cür xəyanəti gözləmək mümkündür. Hüseyn and içə bilərdi ki, bir dəfə də olsun arvadının sifətində hiyləgərliyin və vulqarlığın ən kiçik ifadəsini belə görməmişdir. Bu, şişirtmə deyildi, dəqiq elm sahəsinin a... | ANL |
İrandan Avropaya, Avropadan isə əks istiqamətdə karvan və ticarət yolları Şuşadan keçdiyi üçün burada bir neçə növ bazar formalaşmışdı. Xalça, ayaqqabı, müxtəlif peşələrə aid bazarlardan ibarət böyük ticarət mərkəzi və sair. Şəhərin hər bir məhəlləsində də kiçik bazarlar fəaliyyət göstərirdi və onlara "bazarçı", yəni... | ANL |
Görkəmli ədəbiyyatşünas, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent, müasir ədəbi prosesin ən fəal və parlaq simalarından Qurban Fərman oğlu Bayramovun bu günlərdə 75 yaşı tamam olur. Qurban Bayramovun həyatı, fəaliyyəti, bioqrafiyası Ədəbiyyatda yaşanan bir ömürdür. Görkəmli alim haqqında danışa... | ANL |
Tanınmış yazıçı-publisist, çoxsaylı roman, povest və hekayələrin müəllifi, bu yaxınlarda 70 yaşını qeyd edən Kamil Əfsəroğlunun "Burulğan" hekayəsi ilə müzakirəmizə davam edirik. Müəllifə cansağlığı və başarılar arzulayırıq. Allah bizi burulğanlardan qorusun! Şəfa Vəli: Son vaxtlar məni ən çox küsdürən məqam k... | ANL |
Yaxşı xatırlayıram, ilk dəfə qollarını açaraq məni qucağına çağıranda bir xeyli tərəddüd də etmişdim. Bir neçə gün qərarla qərarsızlıq arasında girinc qalmışdım. Sonra zindan kimi ağır addımlarımı yerindən tərpədib ona doğru üz tutmağı bacarmışdım. Moskvanı deyirəm - ilk baxışda döyünən ürək təsiri bağışlayan, gecə-g... | ANL |
Qışqıran valideynlər və ünsiyyət mədəniyyəti. Leon Gieco: "Qışqırmaq yalnızlığın xəbərçisidir". İspan yazıçısı, alim Miquel de Unanmuno ünsiyyət prosesində insanların öz fikirlərini qışqıra-qışqıra ifadə etməsinin onların ruh halından xəbər verdiyini deyirdi. Yazıçının qənaətincə, insanlar başqalarının dediklərini eş... | ANL |
Məhəmməd Əmin Rəsulzadə "Qafqaz dağlıları" jurnalının səhifələrində. Nəhayət, Türkiyə ilə Azərbaycanı təhlükəli panturanizm meyllərində günahlandıran Xondakaryan və sözçüsü olduğu Daşnak partiyasının ermənilərin əsas qüvvə kimi çıxış edəcəkləri panarmenian birliyi xülyaları da Məhəmməd Əminin diqqətindən yayın... | ANL |
Əlacsızlıq çox şeyin mahiyyətini başqalaşdırır. Əşyaların da sanki insanlar kimi taleyi var: Əksəri hansısa anın, bir dolu zamanın xatirələri ilə bağlıdır. "Əşyaların taleyi" adlı müsahibə layihəmizin budəfəki qonağı Xalq yazıçısı Elçindir. - Məktubları, əlyazmaları "əşya" adlandırmaq bilmirəm nə dərəcədə doğrud... | ANL |
İçməli su təchizatı layihələri. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu sosial siyasətin məntiqi nəticəsi. 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür. Tarix boyu insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq,... | ANL |
"Nizami Gəncəvi və davamlı inkişaf" mövzusunda elmi konfrans keçirilib. Ədalət Muradov: "Builki konfransın coğrafiyasi daha da genişlənib, elmi məqalələrin sayı və nüfuzu daha da artib". İyunun 4-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və ... | ANL |
Əsl elmdən danışaq! Son zamanlar ölkəmizdə anti-elm ilə məşğul olan üzdəniraq "elm" adamları sosial mediada və televizyonlarda çox "aktivləşiblər" (Məsələn İctimai TV- də "Elmə aparan yol: gənclərin qarşısını nə kəsir?" Qabartdıqları məsələlərdən ən əsası odur ki, guya "Web of Scince" (Clarivate Analytics) bazasına... | ANL |
Ədəbiyyata 80-ci illərin əvvəllərində gələn Elçin İsgəndərzadə sıradan bir şair deyil, hasilə gətirdiyi şeirləri sevilərək oxunan, çağdaş poeziyamızda öz sözü, nəfəsi olan qələm adamlarındandır. Həm də tanınmış elm adamı, fundamental ixtiralar müəllifi olan E.İsgəndərzadənin şeirləri mücadilə düşüncəsi, yüksək ... | ANL |
Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun xatirəsinə. Azərbaycan Televiziyasının həyətində öz şəhidləri üçün ayırdığı guşə elə yerdə qurulub ki, bu məkana yolu düşən qonaqlar və burda çalışan hər bir əməkdaş düşmən gülləsinin qurbanı olmuş, həyatdan vaxtsız köçmüş həmkarlarımızın önündən keçir, bir anlıq aya... | ANL |
Məhərrəmin göy jileti. Həmişə xəbər ardınca gedən, ən son və ən yeni xəbər gözlədiyimiz Məhərrəm özü xəbərə çevrildi. Bu xəbəri heç gözləmirdik! Bu xəbər heç kimin ağlına da gəlməzdi. Necə deyərlər, ağla gəlməyənlər başa gəlir. Amma ən başlıcası, qaniçən düşmən təxribatının, hər addımda öz xislətinə uyğun hərəkət edən... | ANL |
Çağdaş Azərbaycan jurnalistikasına konseptual baxış. Media və hakimiyyət münasibətləri jurnalistikanın cəmiyyət həyatına ictimai baxış institutu kimi meydana gəldiyi ilk vaxtlardan tandem yaratmaq baxımından tərəflərin hər biri üçün müstəsna önəm kəsb edib. Çağdaş jurnalistikanın tarixi-professional bazası olan m... | ANL |
Sabahımızın Ağdam şəhəri. Xalqımızın çox əziz tarixi günündə - 28 Mayda səhər tezdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak edəcəyi Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak üçün Quzanlı qəsəbəsindən yola çıxdıq. 28 il üzümüzə qapadılmış Dördyoldan keçib həsrətində olduğumuz A... | ANL |
Dərman üçün bir fincan su... Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filminin qəhrəmanı Davud hamıdan, hər şeydən qaçır. Özündən, başına gələn fəlakətlərdən, qorxularından - hər şeydən. Amma bu qaçış həm də axtarmaqdır. Özünü və ailəsini axtarmaq. Daxilən oyanmaq istəyən, kamilliyə çatmaq istəyən insan əzabda... | ANL |
Qəhrəman Nurlan... Xocavənddə şəhidlik zirvəsinə ucalan baş çavuşumuzun döyüş yolu. Vətən bizləri bir məqsəd və amal uğrunda birləşdirən dəyərli bir yer, milli-mədəni irsimiz, mənəvi sərvətimiz, and yerimizdir . Vətəni, vətəndaşı, xalqı sevmək insan mənəviyyatını zəngindəşdirən böyük bir əxlaqi keyfiyyətdir. "Vətən ... | ANL |
Ölməyən sevgilər. Araz çayının suları gündüzlər qıpqırmızı olur. Adama elə gəlir ki, atılan mərmilərin axıtdığı qan onu bu kökə salıb. Amma ay çıxandan sonra su gümüşü rəngə çalır. Müharibənin ən qızğın çağında da gənclik duyğuları səni tərk etmir. Bəlkə də, ağır döyüşlərdə sənə güc verən elə həmin duyğulardır. Vüsal... | ANL |
Yazıb göndərmədiyim məktubları oxudun? Göründümü gözünə gözə görünməyənlər? Mən deyilən sözləri dinləmirəm, bilirsən, Mənə Haqdan agahdır heç vaxt deyilməyənlər. Yalanı yalan olsun, yalan çıxandan bəri. Doğrular qəlbimizin bir küncünə sıxıldı. Qazıdı ayağının altını yalan sular, Arxa dayadığımız uca dağlar yıxıldı. Ah,... | ANL |
1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olub. Bədii yaradıcılıqla ardıcıl məşğul olur. Vətən müharibəsinin iştirakçısıdır. təpədən dırnağacan. Doğularkən ölən qız, Şükür elə, görmədin. Atan Mələk qoyacaqdı adını, Anan səni mələkdən çox sevirdi... Adın qədər yaşadın: Allahın ölüm mələyi.... | ANL |
Aşıq Ələsgər: bir daha müəllif fərdiyyəti haqqında. Müəllif obrazının Aşıq Ələsgər irsindəki yerindən və rolundan danışarkən iki cəhəti xüsusi fərqləndirməyə ehtiyac duyulur: a) müəllif obrazının özünəqədərki aşıq ədəbiyyatından süzülüb gələn tərəfləri; b) müəllif obrazının Aşıq Ələsgər şəxsiyyəti və bioqrafiyas... | ANL |
Qələmsiz yazılanlar. status-esseləri. Ermənilər həmişə öz namərdliklərinin cəzasını çəkiblər. Kimsə nədənsə, niyəsə incik ola bilər. Amma buna görə böyük Qələbəmizə, haqlı savaşımıza kölgə salmaq naqislikdir. Pandemiyanın hesabına paytaxt, böyük şəhərlər öz əvvəlki mahiyyətini xeyli itirib. İndi bölgədə, ucqar kənddə ... | ANL |
Qürbətdə həyatı ağ-qara görürdüm. Son 5 ildə İsraildə yaşayıb-işləmiş Elçin Əliyevlə dost ölkədəki yaşantıları barədə söhbətləşdik. Müsahibim 5 ilini doğma Vətəndən uzaqda - İsraildə keçirən Elçin Əliyevdir. Elçin bəylə İsraildəki mədəniyyət, mentalitet, milli dəyərlər, beş il ərzində yaşadıqları haqqında söhbət et... | ANL |
"İstedadsız adamları fenomenə çevirən də bizim insanlardır". Orxan Rəhimzadə: "Sosial şəbəkələr gənclərin istedadını cəmiyyətə tanıtmaqda vasitəçidir". Sosial şəbəkələrdə parlayanlar. Həmsöhbətimiz sosial mediada bir xeyli tanınan gənc müğənni Orxan Rəhimzadədir. Orxan Zəngilan rayonunun Mincivan qəsəbəsində dünyay... | ANL |
Qaranquş yuvaları hörən adam. Və özü ilə bir topa İsmayıllı gətirmişdi. Məcazi mənada yox, elə sözün birbaşa anlamında. Bir torbaya yığmışdı İsmayıllı dağlarından və öz həyətindən topladığı qazayağı, nanə, kəkotunu... Nədirsə o göy-göyərtini açınca, onların ətri otağıma dolunca özümüzdən ixtiyarsız başladıq Musa ... | ANL |
Böyük xanəndə Məşədi Məmməd Fərzəliyev yad edilib. Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Dəyimi masa" layihəsi pandemiya qaydaları nəzərə alınmaqla növbəti dəfə iştirakçıları bir araya gətirib. Tədbirdə tanınmış muğam ifaçıları və muğam biliciləri iştirak ediblər. AZƏRTAC xəbər verir ki, layihənin ideya müəllifi BMM-n... | ANL |
Ali Siddibe:"Azərbaycanın qələbəsindən fərəh duyuruq". ADMİU-nun Malidən olan tələbəsi deyir ki, gələcəkdə ölkəsi ilə Azərbaycan arasında uğurlu əlaqələr yaradılmasına çalışacaq. Azərbaycan Respublikasının Təhsil və Müdafiə nazirlikləri, eləcə də Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə, öl... | ANL |
Biz geosiyasətin yeni çalarlarının formalaşmasına təsir göstəririk". Millət vəkili Ramin Məmmədov: "Fəaliyyətimizin mərkəzində vətəndaş dayanırsa, demək ki, fəaliyyətimiz də vətəndaşın maraqlarına və dəyişən şərtlərinə uyğunlaşmalıdır". Dövlət məmurları ilə, rəsmi adamlarla səmimi söhbət eləmək maraqlıdır. Bu söhb... | ANL |
Mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoydu. Bu məktəbin əvvəlki ikimərtəbəli binası 1993-cü ildə rayonun ermənilər tərəfindən işğalından sonra tamamilə dağıdılıb. Yeni layihəyə əsasən, məktəbin üçmərtəbəli binada yerləşməsi nəzərdə tutulur. Plana uyğun şəkildə bina, i... | ANL |
Mənim taleyimin incəsənətlə, özəlliklə kino sənəti ilə bağlanmasının əsas səbəbkarı unudulmaz aktyorumuz Həsən Məmmədovdur. Abbasqulu bəy rolunu oynayan Həsən müəllimin göstərdiyi ustalıq, incə psixoloji nüanslar, jest və mimikalar elə sehrli, qeyri-adi aura yaratmışdı ki, filmin ideyası, məzmunu keçmişdi arxa pl... | ANL |
Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də... | ANL |
Aqşin Babayevi xatırlamaq... 10 iyunda dəyərli yazıçımız Aqşin Babayevin vəfatının birinci ildönümü tamam olur. Aqşin müəllimdən danışmaq sağlığında nə qədər xoş, sevimli və fərəhli idisə, vəfatından sonra bir o qədər ağrılı-acılıdır. Amma yenə də sevimli və fərəhli... Aqşin Babayev bu dünyada tanımaq şansı qazandığım... | ANL |
Altıağac Milli Parkında Beynəlxalq Ətraf Mühit günü qeyd olunub. Ətraf Mühit günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2004-cü ildə yaradılan 11 min hektar əraziyə malik Böyük Qafqazın cənub-şərq yamaclarını əhatə edən Altıağac Milli Parkında olan tədbir keçirilib. Altıağac Milli Parkını... | ANL |
Nar çiçəkləri. Kamal Abdulla "Yarımçıq əlyazma", "Nar çiçəkləri", "Sehrbazlar dərəsi" əsərlərində müəllif sirr adlı psixopoetik obraz yaradıb və bu obraz onun yaradıcılığını motivləşdirib. Sirrə vaqif olmaq eşqi, həvəsi motivləşdirərək yaradıcılığı fəallaşdırır. Nəmalumun varlığı, onu məlum halətinə gətirmək, məlumd... | ANL |
Naxçıvan xanları haqqında yaddaş səhifələri. Taleyinə vətəndən uzaqda yaşamaq yazılan, Moskva mühitində uzun illər elmi və pedaqoji fəaliyyətlə məşğul olan görkəmli alim Hüseyn Heydər oğlu Teymurlu Naxçıvan torpağının yetirməsidir. 1995-ci ilə qədər Moskva Kartoqrafiya və Aeroçəkiliş İnstitutunda müəllim işləyən ... | ANL |
Qarabağ dastanı. Ona da şübhə etmirəm ki, ədəbiyyatımızda bu dövr illər sonra bir mərhələ kimi öyrəniləcək, 44 günlük azadlıq mücadiləsinin ədəbi salnaməsi söz sənətimizin qızıl fonduna çevriləcək. Bu ədəbi nümunələrin hər biri zaman üçün qısa, mahiyyət etibarilə böyük əhəmiyyət daşıyır; çünki onlar xalqımızın bi... | ANL |
Sağlığında elmi məktəbi yaranan alim. İyun ayının 11-i AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) dünyaya göz açdığı gündür. Hər ilin bu günü Nazim müəllimi doğum günü münasibətilə təbrik etmək istəmişik. Lakin hər il ənənəvi olaraq Nazim müəllim doğum günündə iş görüşmələrini k... | ANL |
Behbudəli kişi dünyasını dəyişəndən sonra bir bölük külfətin bütün qayğıları oğlu Məcidin üstünə düşdü. Uşaqlıqdan fərli-başlı bir sənətə yiyələnmədiyindən o, məcburiyyət qarşısında qalıb, varlı bir tacirin mallarını satmaqla başsız qalmış ailəsini dolandırmağa başladı. Məcid bu tacirin uzaq-yaxın Şərq ölkələr... | ANL |
Şəhid həkim leytenant. Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Tariyel Salmanovun şərəfli həyat yolu. Artıq 8 aydır Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı və böyük qələbəmizlə nəticələnən Vətən müharibəmiz yekunlaşıb. Lakin müharibə bitsə də, onun izləri hamımızın həyatında qalmaqdadır. Xüsusən, müharib... | ANL |
Əsərdə Südabə xanım və Yusif müəllim kimi nəhəng intellekt sahiblərinin yer tutduğu, həm də tənqidçinin təklifi nəzərə alınaraq, sonluqda həmçinin, bəşər tarixinə də nəzər salmağa ehtiyacın olduğu qənaətinə gəlindi. Axı bu kitab heç də sadəcə bir qızın taleyi barədə hekayət olmayıb, əslində, təsvir olunan böyük ... | ANL |
"Obrazlı mətn üçün poetik təfəkkür gərəkdir". Ədəbiyyat adamlarını başqalarından fərqləndirən amil onların hadisələrə daha emosional, poetik yanaşmağı bacarmalarıdır. Bu, yaradıcı adamların daxili aləmlərinin zənginliyindən irəli gəlir. Belə insanlardan biri də bu günlərdə ad gününü qeyd edən şair Məmməd Tahirdir... | ANL |
Müzakirəmizin bu dəfəki predmeti gənc nasir Bahəddin Salmanın "Qozbelin son duası" hekayəsidir. Bahəddin öz yazı tərzi və mövzularına, olayların məkanı və qəhrəmanlarına görə fərqlidir. Onun dünyası kədərlidir. Amma bu kədərli dünyanın işıqlı qəhrəmanı da var - mərhəmət. Gənc yazıçının qəribə, sirli, bir az da q... | ANL |
"Xoşbəxtəm ki, torpaqların azad olunmasını görmək qismətim oldu". ŞAİR ƏNVƏR ƏHMƏD: "ƏSƏRLƏRİMİ HƏYATDA QAZANDIĞIM BÜTÜN NAİLİYYƏTLƏRİMDƏN ÜSTÜN SAYIRAM". Azərbaycann Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, tanınmış şair Ənvər Əhməd ötən əsrin 60-cı illərinə mənsub ədəbi nəslin istedadlı nümayəndələrindəndir. ... | ANL |
"Azərbaycan rəssamlarını hamıdan üstün bilirəm". Müsahibimiz - Röya Həsənova müasir rəssamlar içərisində kifayət qədər tanınır, uğurlu və məhsuldar yaradıcılığı ilə Azərbaycan mədəniyyətini ölkə xaricində də layiqincə təmsil etməyə çalışır. O, əvvəllər Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət İqtisad Unive... | ANL |
Söz, xüsusilə bədii söz hər bir fərdin, ələlxüsus yaradıcı adamın daxili aləmini, iç dünyasını açmaq vasitəsidir. Günümüzdə əzəli və əbədi sözün müqəddəsliyini uca tutan, o sözə özünün təzə, tər nəfəsini qatan bir xanım şairə də yaşayıb-yaradır: nüfuzlu dövri mətbuatda çap edilən şeirləri, kitabları ilə imzası ... | ANL |
Sevindirici haldır ki, yeni dövrdə haqqında danışdığımız mövzuda yazılan bir sıra tədqiqat əsərlərini oxuduqda müstəqillik dövrünün nəfəsi açıq-aydın duyulmaqdadır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan işlər böyük maraq doğurur. Xüsusilə akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə dokt... | ANL |
Kiçik qardaş - Mirzə Əbdülsəttar Kazımbəy. Son illərdə tatar ölkəşünaslarının, ilk növbədə isə Kazandakı Y.Boratınski ev-muzeyi əməkdaşlarının səyi nəticəsində şəhərin Arsk qəbiristanlığında həmvətənimizin məzarını aşkara çıxarmaq mümkün olub. Bu tapıntı bəzi qaranlıq məqamlara da aydınlıq gətirib. Deməli, tərəd... | ANL |
Təsviri sənət tariximizdə parlaq imza: İsmayıl Axundov. O, Azərbaycan incəsənəti tarixində adı fəxarətlə çəkilməyə layiq rəssamlardandır. Təsviri sənət tariximizdə özünəməxsus yaradıcılıq yolu olan, uğurlu bədii yaradıcılıq və ictimai fəaliyyəti ilə seçilən Xalq rəssamı İsmayıl Axundovdan (1907-1969) söhbət açırıq. İ.... | ANL |
TEYMUR ZEYNALABDİNOV: "BİZİM SOSİAL MEDİADAN İSTİFADƏ TƏRZİMİZ GƏLƏCƏK NƏSİLLƏRƏ DƏ TƏSİR GÖSTƏRƏCƏK". Teymur Zeynalabdinovun ifasını ilk dəfə dinləyəndə onun nə qədər fərqli, özünəməxsus bir tərzi olduğunu hiss etmişdim. Bir neçə gün əvvəl instaqramda reklam vasitəsilə videosu təkrar qarşıma çıxanda onunla həmsöhb... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Musayevadır. Elnarə xanımla Corc Frederik Uottsun "Ümid" əsəri haqqında danışmışıq. - Əvvəlcə əsər haqqında qısa məlumat verin. - Simvolizm cərəyanın görkəmli nümayəndəsi Corc Frederik Uottsun 1886-cı ildə çəkdiyi və fantastik... | ANL |
Fırçası ilə möcüzələr yaradan sənətkar. XALQ RƏSSAMI MİKAYIL ABDULLAYEVİN 100 İLLİK YUBİLEYİNƏ. Bu il Xalq rəssamı, Cəvahirləl Nehru adına Beynəlxalq Mükafatın laureatı Mikayıl Abdullayevin 100 illik yubileyi ilə də əlamətdardır. M.Abdullayev Azərbaycan rəssamlığının əfsanələrindən, sütunlarından biri, dünya şöhr... | ANL |
Elə insanlar var ki, həqiqətən, vətənpərvərlik onlar üçün ən müqəddəs, ən ülvi hisslərdir. Zaman və məkan anlayışı Vətən sevgisinə xələl gətirə bilmir. Uzun illərdir qürbətdə yaşayan görkəmli xanəndə Zahid Quliyev də vətəni canı qədər sevən insanlardandır. Zahid müəllimlə həmsöhbət olanda onun nə qədər həssas biri old... | ANL |
"Əbədiyaşarlar"a əbədi ehtiram. Sözün qüdrətiylə ifadə edə, onları eyni-eyni mətləbin tərkib hissəsi kimi ümumiləşdirə bilsən, xatirə gözəl publisistik dəyərə malikdir. Xatirədə tarixilik də var - fakt və hadisələr dövr haqqında, ictimaiyyət haqqında müəyyən informasiya verir, bu informasiyalar bədii təfəkkürə söykənd... | ANL |
Misir ehkamları: açılmamış səhifələr. PROFESSOR MİSİR MƏRDANOVUN "BAKI DÖVLƏT UNİVERSİTETİ" KİTABINI OXUYARKƏN... Görkəmli alim və ictimai xadim, AMEA-nın müxbir üzvü Misir Mərdanovun "Bakı Dövlət Universiteti" kitabı indiyədək bu mövzuda yazılmış kitablardan bir çox məziyyətlərinə görə fərqlənir. Zənginlik və o... | ANL |
Amerikada sərin bir payız günü "Dallas-Teleqraf" qəzetini oxuyanlar Lenin və əkiz qardaşı Sergeyin uşaqlıq, gənclik şəkillərinə böyük təəccüblə baxırdılar. O vaxta qədər heç kim Leninin əkiz qardaşı olduğunu bilmirdi. Qəzet oxucuları Leninin, Sergey Lenin adlı əkiz qardaşı olduğunu öyrənməklə yanaşı, onun müsəlman old... | ANL |
Oturan və gülən adam. Bunu hər gün etdiyini və gündə 8 saat yatdığını düşünsək, Bennetin ömrünün yarısını sadəcə, oturmaqla və yatmaqla keçirdiyini anlaya bilərik. Paylaşdığı ilk videosunda yayımı açır, oturmazdan əvvəl bir sıra hazırlıqlar görür, zəngli saatı 4 saat sonraya qurur və oturub gülməyə başlayır. Hər şey gö... | ANL |
Qəhrəman zabitin döyüş yolu. Ehtiyatda olan mayor Hüseyn Akif oğlu Həsənov sentyabrın 27-də başlayan Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq salnaməsi yazan igid hərbçilərimizdəndir. Kənd məktəbinin yeddinci sinfini başa vurub C.Naxçıvanski adına hərbi məktəbinə daxil olur. Daha sonra təhsilini Bakı Ali Birl... | ANL |
ƏBƏDİYYƏTİNİZ MÜBARƏK, VƏTƏN SEVDALILARI! Bütün insanların tərcümeyi-halında məzmun və mahiyyətcə eynilik təşkil edən, yaşadığı ömür yolunda mütləq olan sətirlər var: doğulduğu tarix, təhsili, iş yerləri, bu sıradan şəxsi həyatına məxsus illərin əksi... və nə vaxtsa haqqa qovuşduğu tarix. Fərqli olan isə necə ya... | ANL |
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu... | ANL |
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Ölümlərin ən şərəflisi də deyirlər buna. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibə... | ANL |
Musiqi xəzinəmizin Cahangir Cahangirov inciləri. Azərbaycan mədəniyyətinin parlaq simalarından biri, görkəmli bəstəkar, Xalq artisti, professor, dirijor və ictimai xadim Cahangir Cahangirovun 100 illiyi tamam olur. Bəstəkarın kinofilmlərə yazdığı musiqi və mahnılar da xalq arasında çox sevilir, dəyərli ifaçıların repe... | ANL |
Ana dilimizin tədqiqinə töhfə. Türk dillərinin fonetik, qrammatik və leksik cəhətlərinin araşdırılması Mahmud Kaşğarinin lüğətindən başlasa da, stabil xarakter daşımayıb və uzun dövrlər, ümumiyyətlə, qaranlıqda qalıb və tədqiq olunmayıb. Yalnız xarici türkoloqların iştirakı və bilavasitə araşdırmalarıyla tədqiqatlara ... | ANL |
Duyğu və düşüncələrimizə tərcüman olan kitab. Yazıçı-jurnalist Vahid Məhərrəmovun bu günlərdə mənə bağışladığı "Müharibənin qanlı kölgəsi" adlı kitabını oxudum və mənəvi zövq aldım. Həmkarım Vahid Məhərrəmovun romanı vaxt etibarı ilə zəfər tariximizdən əvvəl yazılsa da, ordumuzun inkişaf meyillərini, keçirdiyimiz hərb... | ANL |
Azərbaycanda dövlət və din münasibətləri: dünyaya parlaq nümunə. YARADILMASININ 20-ci İLDÖNÜMÜ TAMAM OLAN DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN BU SAHƏDƏ MÜHÜM ROLU VAR. Çoxmillətliliyi və tolerantlığı ilə seçilən Azərbaycanda müxtəlif dinlərin nümayəndələri daima sülh şəraitində, dinc mühitdə, milli ənənə ... | ANL |
Azərbaycan Milli Kitabxanası daha bir beynəlxalq toplantıda təmsil olunub. Milli Kitabxana İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının V virtual iclasında iştirak edib. İyunun 15-də Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov İqtisadi Əməkdaşlıq Təşkilatın... | ANL |
Fraqmentlər haqqında etüdlər. MƏNTİQSİZLİYİN MƏNTİQİ, YAXUD ZÜLÜMOVÇULUQ NƏDİR? Zülümov onu ilk dəfə görürmüş kimi başdan-ayağadək süzərək üzünü oğlunu axtaran Nərgiz xalaya tutur: - Oğlunuz deyil ki? ...Məncə, Azərbaycan kinosunda absurdun tarixi məhz bu kadrlarla, bu replika ilə başlayır, çünki bu məntiqsizliyə, bu... | ANL |
Mən Vətənin vurğunuyam, Yollarının yorğunuyam, Tarixindən sorğulayam, Hanı mənim Göyçə gölüm? Dərbənd şimal boylarımdır, Təbriz cənub soylarımdır, Araz, Samur çaylarımdır, Yurdum düşüb pərən-pərən, Sonu yoxmu bunun, görən?! Çox eşitdim harayları, Quraq birlik halayları, Keçib gedək o çayları, Körpü salaq bu Vətənə, Ruh... | ANL |
Canım tutmur, canım tutmur, Qalxıb yerimdən oyanım. Canım tutmur, canım tutmur, Səndən sənə gileylənim. Canım tutmur, canım tutmur, Heç barışıb küsməyə də. Daşıyacaq nəşimi kim? Qəfil olur, qəfil, qəfil, Yerdən göylərə qalxmağın. Qəfil olmur, qəfil olmur, Qəfil olmur əcəlimiz. FALIMA BAXDIRDIM... Falıma baxdırdım dünə... | ANL |
Qalib şair. Yox, lap əvvəldən ana təbiət qalib gəlmişdi - özünün meşələləri, meşələrindəki ağaclarıyla - palıdları, vələsləri, lapanları, cökələri, hətta kolluqlarıyla. Gələn kimi də meylini hər şeydən daha çox onlara saldı, onlarla nəfəs aldı, adlarını, yer yurdlarını könül dəftərinə yazdı, onlarsız yaşaya bilməyə... | ANL |
Allahın yaratdığı hər şey gözəldir. Amma bu gözəlliyi görmək və təsdiq etmək yalnız seçilmişlərə aiddir. Uşaqlıqda oxuduğum hansısa bir şeirdə deyildiyi kimi, "sir-sifəti gözəl olan gözəl olmur, gözəlliyi duyan adam gözəl olur". Gözəllikdən ilhamlanıb onu əbədiyaşar sözə çevirməyi yalnız seçilmişlər, sevilmişlər ... | ANL |
Ağdamım - sınmayan qalib qalam. Telefonda eşitdiyim səs məni silkələdi. Özümü ələ almağa çalışıram. Yata biləcəmmi? 28 ildə birinci dəfədir ki, Dördyoldan Ağdama tərəf irəliləyirəm. Hər tərəfdə dağıntı, kol-kos, vəhşi millətin istehkam qalıqları. Minalanmış ərazilər. Amma məscidin qabağından hara gedəcəyimi bilmirəm. ... | ANL |
Kantın böcəkləri. Mən həmişə mübahisədən, konfliktdən qaçmışam. Həmişə də bu xüsusiyyətdən uzaq olmuşam. Düşünmüşəm ki, konfliktdən uzaq olmaq, stresdən də uzaq olmaqdır. Yanılmışam... Yanıldığımı başa düşəndən sonra artıq bu mövzuya baxışım tamamilə dəyişib. Məncə, insan münasibətlərində ən böyük problemlər məhz yola ... | ANL |
NAPOLEONLA BAĞLI DOĞRU BİLİNƏN YANLIŞ. Bir neçə gün əvvəl Ermənistan mətbuatında gedən "Əliyev və Ərdoğan işğal edilmiş erməni şəhəri Şuşaya gəliblər" başlıqlı yazıya rast gəldim. Siyasi tərəfini qoyaq bir kənara, əslində, bu başlığın kökündə ciddi psixoloji patologiya dayanır. Deməli, başqasının torpağını vəhşicəsin... | ANL |
Haqq-hesabı aparmaq üçün rəqəmlər icad edildi. Roma rəqəmləri bir neçə xırda və iri ədədlərdən ibarət olduğundan çox yer tuturdu. Köməyə hindlilərin sıfırı və onluq rəqəm sistemini icad etməsi çatdı. Bu on ədədlə istənilən ən iri hesabı da kiçik yer tutmaqla yazmaq olurdu. Hindlilərin rəqəm sistemini Şərqə ərəblə... | ANL |
Muğanna imzası Azərbaycan ədəbiyyatında yeni bir səhifənin açılması, müəllifin, İsa (Hüseynov) Muğannanın yaradıcılığında yeni dövrün başlanğıcı oldu. Məlum olduğu kimi, müəllif Muğanna imzasını götürənə qədər Azərbaycan ədəbiyyat tarixində xüsusi önəm kəsb edən əsərlər yazmışdı. Ədibin İsa Hüseynov imzası ilə ya... | ANL |
Bu dəfə müzakirəmizin predmeti gənc yazar Müşfiq Şükürlünün "Mənim kiçik nağılım" hekayəsidir. Müşfiqin uğuru hekayədə insan ruhunun dərinliklərinə enmək cəhdidir. Gənc bir müəllifin belə mürəkkəb mövzuya girməsi məni təəcübləndirdi. Bəs siz nə düşünürsüz? Müzakirənin ideya müəllifi və moderatoru Əsəd Cahangir. Uğ... | ANL |
Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutan xanlıqlar dövrünə aid daha bir sanballı tədqiqat əsəri bu yaxınlarda Xəzər Universiteti nəşriyyatı tərəfindən oxuculara təqdim edilib. "Azərbaycan xanlıqları: dövlətçilik rəmzləri, hüquqi sistemi, pul dövriyyəsi və sikkə zərbi" adlı 360 səhifəlik kitab "AFRPoliqr... | ANL |
Sözə və dövlətə xidmət ənənəsi. Birinci Qarabağ savaşında köhnə Sovet ordusunun yardımı ilə Ermənistan Azərbaycanın gözəl guşələrindən biri olan Kəlbəcər rayonunu işğal etdi; dağların dağ təbiətli, vüqarlı insanları amansız taleyə boyun əyərək 30 ilə yaxın öz cənnətlərini tərk edib Azərbaycanın çeşidli bölgələr... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.